MAİDƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 672

1Ey iman edənlər! Sözləşmələri yerinə yetirin. Siz toxunulmaz ikən [həcc/yüksək ilahiyyat təhsilini davam edərkən] ov etməyi halal etməyərək, qeyd edilənlər istisna olmaqla, dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsursuzları/gərdənliksizləri sizə halal qılındı. Şübhəsiz ki, Allah dilədiyini hökm edər, dilədiyi qanunu qoyar.

2Ey iman edənlər! Allahın əlamətlərinə, haram aya, hədyə/həcc edənlərə yemək yollamağa, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin/yüksək ilahiyyat təhsili almaq üçün orada olanların yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələrinə] və Rəbbindən lütf və rıza gözləyərək Beytül-Harama/həcc vəzifəsini icra etmək istəyənlərə hörmətsizlik etməyin. Toxunulmazlığınız qalxdığında/həcc vəzifəniz bitdiyində isə ov edin. Sizi Məscid-i Haramdan döndərdiklərinə görə, bir qövmə qarşı olan kininiz sizi hücum etməyə da sövq etməsin. Və “yaxşı insan” olmaq və Allahın qoruması altına girmək naminə birləşin, günah və düşmənçilik naminə birləşməyin. Və Allahın qoruması altına girin. Heç şübhəsiz, Allah əzabı/qovuşdurması çox çətin olandır.

3Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı anılaraq kəsilən, boğulmuş, vu­rul­muş, yuxarıdan düşmüş, buynuzlanmış, yırtıcı heyvanların yeyərək buraxdığı və can­lı ikən kəsmədikləriniz, dikili daşlar üzərində boğazlananlar və fal oxları ilə qis­mət axtarmağınız haram qılındı. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün bu kafirlər, si­zin dininizdən ümidsizliyə düşmüşlər. Belə isə, onlara hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyun. Bu gün di­ni­ni­­zi sizin üçün kamala çatdırdım, sizə nemətimi tamamladım. Sizə din olaraq isə, İs­la­ma razı oldum. Artıq kim günaha istəyərək yönəlmədən, son dərəcə aclıq içində, dar­da qalarsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalan­dır­mayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.

(112/5, Maidə/1–3)

Nəcm: 673

4Səndən özlərinə nəyin halal qılındığını soruşurlar. De ki: “Sizə yaxşı və təmiz şeylər və Allahın sizə öyrətdiyindən təlim verərək, yetişdirdiyiniz ovçu heyvanların ovladıqları halal qılındı”. Artıq onların sizin üçün etdiklərindən yeyin və üzərində Allahın adını anın və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

5Bu gün sizə yaxşı və təmiz şeylər halal qılındı. Kitab verilənlərin yeməyi sizə, si­­zin də yeməyiniz onlara halaldır. Möminlərdən azad qadınları və həmçinin siz­dən öncə öz­lə­rinə Kitab verilənlərdən olan azad qadınları nikahlayaraq qoruma al­tı­na almaq, zina etməmək və gizlicə dostlar etməmək şərti ilə, özlərinə me­hirlərini[1] ödədiyiniz hallarda sizə halal qılındı. Kim imanı tanımayıb küfr edərsə, artıq qətiliklə onun etdiyi boşa getmişdir və o, axirətdə itkiyə/zərərə uğrayıb, acı çəkənlərdəndir.

(112/5, Maidə/4,5)

Nəcm: 674

6Ey iman edənlər! Salaata doğru qalxdığınız/cəmiyyət içinə çıxdığınız za­man dərhal üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başlarınızı və iki topuğa qə­dər ayaqlarınızı əl ilə silin. Və əgər cünub/həddindən artıq şəhvət səbəbindən ağ­lı­nız başınızda olmayacaq vəziyyətdəsinizsə təmizlik üstünə təmizlik edin [cinsi ehtiyacınızı təmin edin və yuyunın]. Və əgər xəstəsinizsə, yaxud yolçusunuzsa, yaxud sizlərdən biriniz tualetdən gəlmişsə, yaxud qadınlarla təmaslaşmışsa/cinsi əlaqəyə girmişsə, sonra da su tapmamışsa, dərhal təmiz bir torpağa yönəlsin. Sonra da təmiz torpaqdan üzünüzü və əllərinizi əl ilə silin. Allah sizə hər hansı bir çətinlik çıxarmaq istəməz, lakin, sizi təmizləmək və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün üzərinizdəki nemətini tamamlamaq istəyər.

7Və Allahın üzərinizdəki nemətini və: “Eşitdik, itaət etdik” – dediyinizdə sizdən al­dı­ğı, Özü ilə sözləşdiyiniz, “qəti sözləşmə”ni xatırlayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah qəlblərin içindəkini çox yaxşı biləndir.

8Ey iman edənlər! Allah üçün haqqaniyyəti dik tutan şahidlər olun. Və bir qövmə olan kininiz, sizi ədalətsizlik etməyə sürükləməsin. Ədalətli olun, ədalətli olmaq, Allahın qoruması altına girməyə daha yaxındır. Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır.

9Allah iman edən və düzəltmək yönündə işlər edən kimsələrə vəd etmişdir: “Bağışlanma və böyük mükafat yalnız və yalnız onlaradır.

10İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə, bax budur, onlar cəhənnəmin əhlidir.

11Ey iman edənlər! Allahın sizin üzərinizdə olan nemətini xatırlayın. Həmçinin bir tayfa sizə əl uzatmağa çalışmışdı və Allah onların əllərini sizdən çəkmişdi. Və Allahın qoruması altına girin. Artıq möminlər də işin sonunu yalnız və yalnız Allaha həvalə etsinlər.

(112/5, Maidə/6–11)

Nəcm: 675

12Və and olsun ki, Allah İsrailoğullarının sağlam sözünü almışdı. Və Biz özlərindən on iki müfəttiş/başçı göndərmişdik. Və Allah demişdi ki: “Mən qətiliklə, sizinlə birlikdəyəm. Salaatı iqamə edər, zəkatı/verginizi verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir borc verərsinizsə, and olsun ki, sizdən pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə girdirəcəyəm. Bax budur, sizdən hər kim bundan sonra küfr edərsə, artıq qətiliklə doğru yolu itirmiş olar”.

13Sonra da sözlərini pozduqlarına görə, onları kənarlaşdırdıq və qəlblərinə qatılıq qoyduq. Onlar kəlməni/sözü yerlərindən/öz mənalarından dəyişdirdilər. Öyüd­lən­dik­lərinin əhəmiyyətli bir qismini də tərk etdilər. İçlərindən çox azı istisna olmaqla, onlardan daima bir xainlik görərsən. Yenə də sən onları əfv et və ürəyinə salma. Şübhəsiz ki, Allah, yaxşılıq/gözəllik edənləri sevər.

14Biz Nəsraniyik/Xristianıq” deyənlərdən də sağlam sözlərini almışdıq. Onlar da özlərinə xatırladılan şeylərin çoxunu tərk etdilər. Biz də onların arasına qiyamətə qədər kin və düşmənçilik yerləşdirdik. Allah yaxında edib, törətmiş olduqlarını onlara xəbər verəcəkdir.

(112/5, Maidə/12–14)

Nəcm: 676

 

15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçiləyər. Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçiləyər.

17And olsun ki: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihin məhz özüdür” – deyən insanlar ka­fir olmuşlar. De ki: “Yax­şı, Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündəki insanları dəyişikliyə/dağıntıya uğratmaq istəsə, Ona qarşı kim bir şey edə bilər. Göylərin, yer üzünün və iki­si arasındakıların mülkiyyəti də sadəcə Allaha aiddir. O, dilədiyini yaradandır. Və Allah hər şeyə qadirdir”.

18Və Yəhudilər, Xristianlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – dedi­lər. De ki: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?” Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır.

19Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir.

20,21Və həmçinin Musa qövmünə: “Ey qövmüm! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin Allah içinizdən peyğəmbərlər göndərdi. Sizi də hökmdarlar etdi. Və aləmlərdən heç bir kimsəyə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizə yazdığı təmizlənmiş torpağa girin, geriyə dönməyin, yoxsa itkiyə uğrayanlar olaraq dönərsiniz” – dedi.

22Onlar: “Ey Musa! Şübhəsiz ki, orada diktator bir cəmiyyət var. Onlar oradan çıxma­dıq­ca da, biz oraya qətiyyən girmərik. Lakin onlar oradan çıxarlarsa, şübhəsiz ki, biz də artıq girərik” – dedilər.

23Qorxanlardan və Allahın özlərinə nemət verdiyi iki nəfər dedi ki: “Onların üzərlərinə qapıdan girin. Bax budur, oradan girərsinizsə, şübhəsiz ki, siz qalib olanlarsınız. Əgər inanırsınızsa da, artıq yalnız və yalnız Allaha işin nəticəsini həvalə edin”.

24Musanın qövmü: “Ey Musa! Şübhəsiz ki, biz… Onlar orada olduğu müddətcə, biz oraya qətiyyən girmərik. Artıq sən və Rəbbin gedin və döyüşün. Şübhəsiz ki, biz burada oturanlarıq” – dedilər.

25Musa: “Rəbbim! Mən özümlə qardaşımdan başqasına söz keçirə bilmirəm. Artıq bizimlə bu haqq yoldan çıxmışlar qövmünün arasını ayır” – dedi.

26Allah dedi ki: “Artıq təmizlənmiş torpaqlar onlara qırx il haram qılınmışdır. Yer üzündə çaşqın-çaşqın dolaşacaqlar. Ona görə də sən haqq yoldan çıxmış o cəmiyyət üçün kədərlənmə!”

(112/5, Maidə/15–26)

Nəcm: 677

 

27–29Onlara iki Adəmoğlunun xəbərini də haqqıyla oxu. Həmçinin hər ikisi, Allahın rızasını qazanmaq üçün bir vasitə etmişdilər və birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. O: “Səni qəti olaraq öldürəcəyəm” – dedi. Digəri: “Allah yalnız Özünün qoruması altına girənlərdən qəbul edər. Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi səni öldürmək üçün uzadacaq deyiləm [mən əlimi səni təsirsiz etmək üçün uzadaram]. Şübhəsiz ki, mən aləmlərin Rəbbi Allahdan qorxaram. Şübhəsiz, mən istəyirəm ki, sən, məni öldürdüyünə görə olacaq günahı və öz günahını yüklənərək, atəşin əhlindən olasan! Şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlərin də cəzası budur!” – dedi.

30Buna görə də qurbanı qəbul edilməyənin təkəbbürü özünə qardaşını öldürməyi asan göstərdi, sonra da onu öldürdü. Özü isə zərərə uğrayanlardan oldu.

31Sonra Allah dərhal ona qardaşının cəsədini necə basdırdığını göstərmək üçün, torpağı eşələyən bir qarğa göndərdi. O: Vay mənim halıma, mən, bu qarğa kimi olmağımla acizmi oldum ki, qardaşımın cəsədini basdırıram” – dedi. Sonra da peşman olanlardan oldu.

32Bax budur, bunun üçün Biz İsrailoğullarına: “Şübhəsiz ki, hər kim bir kimsəni və ya yer üzündə pozğunçuluq qarşılığı olmadan bir kimsəni öldürərsə, artıq insanları öldürmüş kimi olur. Kim də bir kimsənin yaşamasına səbəb olarsa, insanları yaşatmış kimi olur” – şəklində fərz qıldıq. Və qətiliklə, onlara elçilərimiz açıq dəlillər ilə gəldilər. Sonra da şübhəsiz ki, onların bir çoxu, qətiliklə yer üzündə davranışında hədlərini aşan kimsələrdir.

(112/5, Maidə/27–32)

Nəcm: 678

33,34Allaha və Elçisinə qarşı döyüşən/pozğunçuluq etməyə təşəbbüs etmiş olan və yer üzündə qarışıqlıq çıxarmağa çalışanların, siz onlardan güclü olma­dan/onları yaxalayıb sınaq altına almadan əvvəl xətalarından dönənlər istisna olmaqla, qarşılığı, ancaq öldürülməkləri və ya asılmaqları, yaxud ayaq və əllərinin çapraz­la­ma/ard-arda kəsilməsi, ya da olduqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir alçaqlıqdır. Axirətdə də onlar üçün böyük bir əzab vardır. Artıq yaxşı bilin ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

(112/5, Maidə/33–34)

Nəcm: 679

35Ey iman edənlər! Xilas olmağınız, zəfər qazanmağınız üçün Allahın qoruması altına girin, Ona yaxınlaşdıracaq/çatdıracaq şeyləri arayın və Onun yolunda səy göstərin.

36Şübhəsiz, kafirlər… Bütün yer üzündəkilər və onunla birlikdə bir o qədəri də qiyamət gününün əza­bın­dan qurtarmaq üçün/fidyə vermək üçün onların olsa belə, onlardan qəbul edilməz. Və onlar üçün can yandıran bir əzab vardır.

37Onlar atəşdən çıxmaq istəyərlər. Amma oradan çıxanlar deyildirlər. Və onlar üçün həmişəlik bir əzab vardır.

(112/5, Maidə/35–37)

Nəcm: 680

38Oğru kişi və oğru qadın… Bunların etdiklərinə qarşılıq, Allahdan bir əngəlləyici tətbiqat olaraq, dərhal ikisinin də gücünü/güclərini kəsin. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

39Sonra kim etdiyi haqsızlıqdan sonra tövbə edər və düzəldərsə, bilsin ki, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. 40Göylərin və yerin sahibliyinin, idarəçiliyinin Allaha aid olduğunu bilmədinmi? O, dilədiyinə əzab edər, dilədiyini də bağışlayar? Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

(112/5, Maidə/38–40)

Nəcm: 681

41Ey Elçi! Qəlbləri iman etmədiyi halda ağızlarıyla “inandıq” deyən kimsələr və yə­hu­diləşmişlərdən durmadan yalana qulaq asan və sənə gəlməyən kimsələr üçün din­ləyən/casusluq edən, küfr için­də ça­balayan bu kimsələr səni narahat etməsin. Onlar kəlməni yerlərindən oynadıb, də­yiş­di­rir­lər. “Əgər sizə bu verilərsə, dərhal alın, o verilməzsə, çəkinin!” – deyərlər. Allah bir kim­səni dindən çıxma atəşinə düşürmək istəyərsə, sən Allaha qarşı, o kimsənin le­hinə, heç bir şey edə bilməzsən. Onlar Allahın qəlblərini təmizləmək istəmədiyi kimsələrdir. On­lar üçün dünyada rüsvayçılıq vardır və axirətdə onlara çox böyük bir əzab vardır.

42Yalana çox qulaq asanlar, haramı çox yeyənlər… Artıq əgər onlar sənin yanına gələrlərsə, aralarında hökm et, ya da onlardan uzaqlaş. Və əgər onlardan uzaqlaşarsansa, ar­tıq sənə heç bir zaman zərər verə bilməzlər. Və əgər hökm edərsənsə, o zaman ara­la­rın­da haqqaniyyətlə hökm et. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər.

43İçində Allahın hökmü olan Tövrat yanlarında ikən, səni necə hakim sanırlar və ondan sonra da geri dururlar? Onlar inanan insanlar deyillər.

44İçində doğru yol rəhbəri və işıq olan Tövratı, şübhəsiz ki, Biz endirdik. Müsəlman­laş­mış insanlar olan peyğəmbərlər, onunla yəhudilərə hökm edərlər. Özlərini Allaha həsr etmiş insanlar və hahamlar da, Allahın kitabından özlərindən qorumaları istənilən və özlərinin də üzərinə şahidlik etdikləri şeylərlə hökm edərlər. İnsanlara hörmət du­yub ürpərməyin, Mənə hörmət duyub ürpərin. Mənim ayələrimi də az bir paraya satmayın. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar kafirlərin məhz özləridir.

45Və Biz Tövratda onlara zata zat, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas vardır. Bununla bərabər kim qisas haqqını bağışlayarsa, bu özü üçün kəffarət olur. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

46Və Biz o peyğəmbərlərin ardınca yanlarındakı Tövratdan içində bəhs edilənləri doğrulayan olaraq, Məryəm oğlu İsanın gəlməsini təmin etdik. Və Ona Töv­rat­dan içində bəhs edilənləri doğrulamaq, Allahın qoruması altına girənlərə yol göstərmək və öyüd olmaq üçün də yol göstərən olan İncili verdik.

47İncil Əhli də Allahın onda endirdikləri ilə hökm etsinlər. Kim, Allahın endirdiyi ilə hökm etməzsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir.

48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir.

49Sən yenə aralarında Allahın endirdiyi ilə hökm et, onların həvəslərinə uyma. Bu mübarizəndə Alla­hın sənə endirdiyinin bir qismindən səni çəkindirərək, atəşə atmala­rın­dan qorx. Artıq üz döndərərlərsə, bil ki, şübhəsiz, Allah bir qisim günahlarına görə/gü­nahlarının acısı ilə onları müsibətə uğratmaq istəyir. Və şübhəsiz ki, insanlardan bir çoxu qətiliklə haqq yoldan çıxanlardır.

50Yoxsa cahiliyyə hökmünümü arayırlar? Qətiliklə bilən bir cəmiyyət üçün hökm yönündən Allahdan daha gözəl kim ola bilər?

(112/5, Maidə/41–50)

Nəcm: 682

51Ey iman edənlər! Yəhudiləri və Nəsraniləri/Xristianları köməkçi, yol göstə­ri­ci, qoruyucu yaxınlar etməyin. Onlar bir-birlərinin qoruyucu, yol göstərici yaxın­la­rı­dır. Sizdən kim onları mütəvəlli [qoruyucu, nəzarətçi, idarə edici] edərsə, artıq o, şübhəsiz ki, onlardandır. Şübhəsiz ki, Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər cəmiyyətini bələdçiləməz.

(112/5, Maidə/51)

Nəcm: 683

52Bundan sonra qəlblərində xəstəlik olan/təfəkkürü pozulmuş kimsələrin: “Bizə bir fə­lakət gəlməsindən ürpəririk” – deyərək, onların içində çabaladıqlarını görəcəksən. Ar­tıq umulur ki, Allah bir fəth və ya qatından bir əmr gətirər və içlərində gizlət­dik­lə­rinə peşman olan kimsələr olarlar.

53Və iman edənlər: “Qətiliklə, sizinlə bərabər olduqlarına dair Allaha var gücləri ilə and içənlər bunlardırmı?” – deyərlər. Onların əməlləri boşa getmişdir və onlar itirənlər olmuşlar.

(112/5, Maidə/52–53)

Nəcm: 684

54Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında mö­minlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət gətirər ki, Allah onları sevər, on­lar da Onu sevərlər. Onlar Allah yolunda çalışar və heç bir qınayanın qınama­sın­dan qorxmazlar. Bu, Allahın dilədiyinə verdiyi bir ərməğandır. Allah biliyi və mər­hə­məti geniş və hədsiz olandır, çox yaxşı biləndir.

55Sizin köməkçi, yol göstərici, qoruyucu yaxınınız, sadəcə Allahdır, Onun Elçisidir, bir də Allahı birləyərək salaatı iqamə edən, zə­ka­tı/vergini verən, iman edənlərdir.

56Allahı, Onun Elçisini və iman edənləri özünə köməkçi, yol göstərici, qoruyucu yaxın qəbul edənlər bilsinlər ki, qətiliklə, Allahın tərəfdarları qalib olanların məhz özləridir.

(112/5, Maidə/54–56)

Nəcm: 685

57Ey iman edənlər! Sizdən öncə özlərinə Kitab verilmiş olanlardan və kafirlərdən, dininizi lağ və əyləncə qəbul edən kimsələri köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Əgər möminlərsinizsə, Allahın qoruması altına girin.

58Və siz onları salaata çağırdığınız zaman onlar onu lağ və əyləncə edirlər. Bu, onların dərrakəsiz bir cəmiyyət olduqlarındandır.

59De ki: “Ey Kitab Əhli! Bizim, sadəcə, Allaha, bizə endirilənə və daha öncə endiri­lənə inanmağımız və şübhəsiz ki, sizin çoxunuzun haqq yoldan çıxanlar olduğunuza görəmi bizdən xoşlanmırsınız?”

60De ki: “Allah qatında cəzaya çarpdırılma baxımından, bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimləri kənarlaşdırmış və qəzəbinə uğratmışsa/kimlərdən meymunlar, donuzlar və şeytana sitayiş edənlər etmişsə, bax budur, bunlar mövqecə pisdirlər və doğru yoldan daha çox azmışlardır”.

61Onlar sizə gəldikləri zaman da: “İman etdik” – dedilər. Halbuki, küfr etməklə girdilər və onlar qətiliklə küfrlə çıxmışlar. Və Allah onların gizlətmiş olduqlarını ən yaxşı biləndir.

62Onlardan bir çoxunun günah işlətməkdə, düşmənçilikdə və haram yeməkdə yarışdıqlarını görərsən. Bu etdikləri şeylər nə qədər də pisdir!

63Özlərini Allaha həsr etmiş kimsələr və din bilikliləri onları günahı söyləməkdən və haram yeməkdən uzaqlaşdırmalı deyildilərmi? Edib törətdikləri şeylər nə pisdir!

64Və Yəhudilər: “Allahın əli bərkdir” – dedilər. Söylədikləri şeylərə görə öz əl­lə­ri bağlandı və onlar kənarlandı. Tam əksinə, Allahın iki əli açıqdır – dilədiyi ki­mi sərf edər. Və and olsun ki, Rəbbindən sənə endirilən onların çoxunda azğınlıq və küfrü artırar. Və Biz o Yə­hu­di­lə­rin aralarına qiyamətə qədər düşmənçilik və kin saldıq. Nə zaman döyüş/pozuculuq et­mək üçün bir atəş yandırmışlarsa, Allah onu söndürmüşdür. Və onlar yer üzündə poz­ğunçuluğa qaçarlar. Halbuki, Allah pozğunçuları sevməz.

65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə onları neməti bol olan cənnətlərə qoyardıq.

66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir!

(112/5, Maidə/57–66)

Nəcm: 686

67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz.

68De ki: “Ey Kitab Əhli! Tövratı, İncili və Rəbbinizdən sizə endirilən qaydaları həyata keçirmədikcə, heç bir şey üzərində deyilsiniz”. Şübhəsiz ki, Rəbbindən sənə endirilənlər, onların çoxunda azğınlığı və küfrü artırır. Belə isə, kafirlər qövmü üçün kədərlənmə!

(112/5, Maidə/67–68)

Nəcm: 687

69Şübhəsiz ki, bu iman edənlər, Yəhudiləşmiş insanlar, Sabiilər/təbii dindarlar və Nasranilər – kim Allaha və axirət gününə iman edər və saleh əməl işləyərsə, artıq onlar üçün heç bir qorxu yoxdur, onlar qəmgin də olmayacaqlar.

(112/5, Maidə/69)

Nəcm: 688

70,71And olsun ki, Biz İsrailoğullarının sözləşməsini aldıq və özlərinə elçilər gön­dər­dik… O zaman ki, onlara elçi, nəfslərinin xoşlamadığı bir şeyi gətirdi, bir qismini yalan saydılar, bir qismini də öldürdülər.

Və onlar bir sosial yanğın olmayacağını sandılar. Buna görə də korlaşdılar və karlaşdılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu korlaşdı, karlaşdı. Və Allah onların etdikləri şeyləri ən yaxşı görəndir.

(112/5, Maidə/70–71)

Nəcm: 689

72And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi.

73And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır.

74Hələ də onlar xətalarından Allaha dönməz və Ondan əfv diləməzlərmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

75Məryəmin oğlu Məsih, sadəcə, bir elçidir. Ondan öncə də elçilər gəlib keçmişdir. Anası da çox doğru bir qadındır. Hər ikisi də yemək yeyirdilər. Bax, onlara ayələri necə açığa qoyuruq. Sonra yenə bax, onlar necə döndərilirlər!

76De ki: “Allahın yaratdıqlarından sizin üçün zərər verməyə və faydalı olmağa güc­lə­ri yetməyən şeylərəmi qulluq edirsiniz? Halbuki, Allah çox yaxşı eşidəndir, çox yax­şı biləndir”.

77De ki: “Ey Kitab Əhli! Dininizdə haqqdan çıxıb, ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış və haqq yolun ortasından azmış bir qövmün nəfslərinə də uymayın”.

78İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndi/kənarlaşdırıldı. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi.

79Onlar etdikləri pisliklərdə bir-birlərinə mane olmurdular. Əlbəttə, etməkdə israr etdikləri şey nə pis idi!

80Onlardan bir çoxunun kafirləri tərəfkeşlik edən, qoruyan, yönləndirən qəbul etdiklərini görərsən. Təkəbbürlə­ri­nin özlərinin önünə gətirdiyi şey… Allahın onlara qəzəb etməsi, nə qədər pisdir! Onlar əzab içində də həmişəlik qalandırlar.

81Və əgər onlar Allaha, Peyğəmbərə və ona endirilənə inanmış olsaydılar, onları qoruyan, yol göstərən yaxınlar etməzdilər. Lakin onlardan bir çoxu yoldan çıxmış kimsələrdir.

82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.

83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər.

85,86Allah da onların belə dediklərinə görə, onları içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ilə mükafatlandırmışdır. Və bax budur, bu, yaxşılıq/gözəllik edənlərin qarşılığıdır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr… Bax budur, onlar cəhənnəmin əhlidir.

(112/5, Maidə/72–86)

Nəcm: 690

87Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram say­mayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz.

88Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allahın qoruması altına girin.

89Allah sizi qəsdən etmədiyiniz/ağız alışqanlığı ilə etdiyiniz andlarınız barədə sorğu-suala tutmaz. Lakin, qəsdlə etdiyiniz/sözləşdiyiniz andlarınız barədə sizi sorğu-suala tutar – onun da kəffarəsi, əhlinizə yedirtdiyinizin ən xeyirlisindən/ən yaxşı­sın­dan on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da, bir köləni azad et­mək­dir. Verəcək bir şey tapa bilməyən insan üçün isə üç gün oruc tutmaqdır. Bu, poz­duğunuz zaman andlarınızın kəffarəsidir. Və andlarınızı qoruyun. Bax budur, Allah qarşılığını ödəyərsiniz deyə, ayələrini sizin üçün belə açıqlayar.

90Ey iman edənlər! Hamr [içki/hər hansı bir yolla ağlı örtmək], qumar – hər cür asan qazanc məqsədli şans oyunu, qulluq edilən şeyləri, insanları təmsil edən işarələr – simvollar və fal oxları – bütün kəhanət vasitə və materialları ancaq şeytan işindəndir, zərər verən şeylərdir. Belə isə vəziyyətinizi qorumağınız, xilas olmağınız üçün bu şeytan işindən qaçın.

91Həqiqətən şeytan hamr və qumarla sizin aranıza düşmənçilik və kin salmaq və sizi Allahın anılmasından, öyüdündən və salaatdan ayırmaq istər. Belə isə sonu çatmış insanlar/əl çəkmiş insanlarsınızmı?

92Və Allaha itaət edin, Elçiyə itaət edin və çəkinib tədbirli olun. Artıq əgər uzaq durarsınızsa, bilin ki, Elçimizə düşən sadəcə açıq-aşkar təbliğdir.

93İnanan və düzəltmək yönündə işlər edən insanlara Allahın qoruması altına girdikləri, inandıqları, düzəltmək yönündə işlər etdikləri, sonra Allahın qoruması altına girdikləri, inandıqları və sonra Allahın qoruması altına girdikləri və yaxşılıq/gözəllik etdikləri zaman dadmış olduqlarına görə bir məsuliyyət yoxdur. Və Allah yaxşılıq/gözəllik edənləri sevər.

94Ey iman edənlər! Qətiliklə Allah kimsəsiz yerlərdə kimin Ondan qorx­du­ğunu bildirmək üçün, sizi bir şeylə – əllərinizin və nizələrinizin çatacağı bir ov­la sınayar. Belə isə, kim bundan sonra həddi aşarsa, artıq acıqlı əzab onun üçün­dür.

95Ey iman edənlər! Siz toxunulmaz ikən/həcc vəzifəsini yerinə yetirərkən ov heyvanı öldürməyin. İçinizdən kim qəsdən onu öldürərsə, etdiyi işin vəbalını dadması üçün Kəbəyə çatacaq bir hədy/yemək olaraq hədiyyə edilən heyvan ol­maq­la, öldürdüyü heyvanın bənzəri ona cəza olacaq, buna içinizdən iki ədalətli adam hökm edər, yaxud kəffarə olaraq, acizləri doyurmaq, yaxud onun əvəzinə oruc tutmaqdır. Allah keçmişi əfv etmişdir. Lakin, kim də təkrarlayarsa, Allah yaxa­la­yıb, cəzalandıraraq, ədaləti təmin edər. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğ­lub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəza­lan­dı­ra­­raq ədaləti təmin edəndir.

96Su ovu və onun yeyilməsi, sizə və yolçulara yararlı olduğuna görə, sizə halal qılındı. Quru ovu isə, siz həcc vəzifəsi yerinə yetirdiyiniz müddətcə sizə haram edilmişdir. Və Özünə toplanacağınız Allahın qoruması altına girin.

97Allah Kəbəni – o Beyt-i Haramı, haram ayı, həcc edənlərə yemək olaraq heyvan hədiyyə etməyi və gərdənlikləri/həcc edənlərin yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələri insanlar üçün bir dikəlmə/ayağa qalxma – silkinmə, qurtuluş etdi. Bu, Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini və Allahın hər şeyi haqqı ilə bilən olduğunu sizin də bilməyiniz üçündür.

98Şübhəsiz ki, Allahın cəzasının çox şiddətli olduğunu və şübhəsiz ki, Allahın çox bağışlayan, çox mərhəmətli olduğunu bilin.

99Elçiyə düşən sadəcə təbliğdir. Və Allah açıqladığınız şeyləri və gizlətdiyiniz şeyləri bilir.

100De ki: “Hər nə qədər pisliyin [pisin, pisliyin, pis şeylərin] çoxluğu xoşunuza getsə də pis olan şeylə təmiz olan şey bir olmaz”. Belə isə, ey qavrama qabiliy­yət­lə­ri olanlar! Qurtarmağınız üçün Allahın qoruması altına girin.

101Ey iman edənlər! Açıqlandığı zaman xoşunuza gəlməyəcək olan şeylər haqqında soruşmayın/istəməyin. Əgər onlardan Quran endirilərkən soruşarsınızsa/istəyərsinizsə sizə açıqlanar. Allah onlardan keçmişdir, onları bağışlamışdır. Və Allah çox bağışlayan və çox yumşaq davranandır.

102Şübhəsiz, sizdən öncə gələn bir camaat bunları soruşmuşdu/istəmişdi, sonra da onlar Allahın tanrılığını və rəbbliyini qəbul etməyənlər oldular.

(112/5, Maidə/87–102)

Nəcm: 691

103Allah bahirədən, saibədən, vasilədən və hamdan[2] heç birini məsləhət görməmişdir. Ancaq kafirlər, Allah haqqında yalan düzüb, uydururlar. Və onların bir çoxunun ağlı çatmaz.

104Və onlara: “Allahın endirdiyinə və Elçiyə gəlin” – deyildiyi zaman: “Atalarımızı üzə­rində gördüyümüz şey bizə yetər” – dedilər. Ataları bir şey bilməyən və bələdçi­lə­nən doğru yolu tapmayan insanlar olsadamı?

(112/5, Maidə/103–104)

Nəcm: 692

105Ey iman edən kimsələr! Hər kəs özünə cavabdehdir. Siz, bələdçiləndiyiniz doğru yola girdiyiniz zaman azan insanlar sizə zərər verə bilməzlər. Hamınızın dönüşü Allahadır. Sonra da O, etmiş olduğunuz şeyləri sizə xəbər verəcəkdir.

(112/5, Maidə/105)

Nəcm: 693

106Ey iman edənlər! İçinizdən birinə ölüm hazır olduğu zaman, vəsiyyət əsna­sın­da aranızda öz içinizdən olan ədalət sahibi iki nəfər şahidlik etsin. Yaxud yer üzündə yolçuluğa çıxmısınızsa, sonra da ölümün müsibəti sizə gəlib çatıbsa, sizdən ol­ma­yan iki nəfərdir. Əgər şübhəyə düşərsinizsə, salaatdan sonra onları gözlədər­si­niz. Son­ra da onlara: “Əqrəba belə olsa, andı bir mənfəət müqabilində satmayacağıq, Allahın şa­hid­liyini gizlətməyəcəyik. Əks halda günahkarlardan olarıq” – deyə Allaha and iç­di­rər­siniz.

107Sonra da əgər o iki şahidin bir günah işlədikləri anlaşılarsa, ölənə daha yaxın olan haqq sahiblərindən digər iki nəfər onların yerinə keçər və: “Bizim şahidliyimiz, o öncəki iki nəfərin şahidliyindən daha doğrudur və biz kimsənin haqqına təcavüz etmədik. Əks halda biz səhv davrananlardan/öz zərərlərinə iş edənlərdən olarıq” – deyə Allaha and içərlər.

108Bax budur, belə bir and şahidliklərini üsuluna uyğun etməkləri, yaxud andlarından sonra andlarının qəbul edilməməsindən qorxmaqları üçün ən yaxın/ən yaxşı yoldur. Allahın qoruması altına girin və qulaq asın. Və Allah haqq yoldan çıxanlar qövmünə bələdçilik etməz.

(112/5, Maidə/106–108)

Nəcm: 694

109Allah elçiləri toplayacağı gün belə deyəcək: “Sizə verilən cavab nədir?” Onlar: “Bizim heç bir biliyimiz yoxdur. Şübhəsiz ki, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən” – dedilər.

110Həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənin üzərində və ananın üzərində olan nemətimi xatırla! Həmçinin Mən səni Allahın vəhyi ilə gücləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetişkin biri olaraq, insanlarla danışırdın. Həmçinin sənə Kitabı – haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları, Tövratı və İncili öyrətmişdim.

Həmçinin mənim iznim ilə/biliyim ilə palçıqdan/gildən (keramikadan) quş kimi bir şey (Buxurdan) düzəldirdin. Sonra da onun içinə üfləyirdin/aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan/aşılayan həşəratlar) mənim iznim ilə quş olurdu/tezliklə gedirdilər. Anadangəlmə kor olanı və cüzam xəstəliyinə yaxalanmış olanı iznim ilə/biliyim ilə yaxşılaşdırırdın. Yenə mənim iznim ilə/biliyim ilə sosial ölüləri çıxarırdın/canlandırırdın. Və həmçinin İsrailoğullarına açıq-aşkar dəlillərilə gələrək, onlardan Allahın tanrılığına və rəbbliyinə inanmayanların: “Bu, ancaq açıq-aşkar bir sehrdir” – dedikləri zaman səni onlardan qorumuşdum.

111Və həmçinin həvarilərə: “Mənə və Elçimə inanın” – deyə vəhy etmişdim. Onlar: “İnandıq!” və “Bizim həqiqətən müsəlmanlar olduğumuza şahid ol” – demişdilər.

112Həmçinin həvarilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” – demişdilər. İsa: “Əgər iman edənlərsinizsə, Allahın qoruması altına girin” – demişdi.

113Həvarilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz yaxşıca sakitləşsin, sənin bizə doğru söylədiyini bilək və biz də buna şahidlərdən olaq” – dedilər.

114Məryəm oğlu İsa: “Allahım, Rəbbimiz! Bizim üzərimizə, bizim üçün, bizdən əvvəlkilərimiz və sonrakılarımız üçün bir bayram və Səndən bir əlamət/nümunə olaraq, göydən bir süfrə endir. Və bizi ruziləndir. Və Sən, ruzi verənlərin ən xeyirlisisən!” – dedi.

115Allah dedi ki: “Şübhəsiz, Mən onu sizə endirənəm. Artıq bundan sonra sizdən kim inanmazsa, Mən onu aləmlərdən heç kimsəyə etməyəcəyim bir əzabla əzablandıracağam”.

116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi.

119Allah dedi ki: “Bu, doğru insanlara doğruluqlarının faydalı olduğu gündür. Onlar üçün, içində sonsuz qalanlar olaraq, altlarından çaylar axan cənnətlər vardır”. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu, ən böyük qurtuluşdur.

120Göylərin, yer üzünün və bunların içində olan hər şeyin sahibliyi, idarəçiliyi yalnız və yalnız Allahındır. Və O, hər şeyə qadirdir.

(112/5, Maidə/109–120)

 

[1]Qurana görə mehir – qadının “dolanışıq sigortası”dır. Bu qayda qadın zəif olduğuna görə deyil, onun sosial və mədəni yöndən əhəmiyyətli olduğuna görə qorunmalı olduğuna görədir. Dul qalması halında, “iddət” müddətində dolana biləcəyi bir mal, ya da pulun qadına verilməsi, onun dolanışığını təmin etmək üçün çalışmasına, yuvasından uzaqlaşıb, sıxıntılara qatlanmasına ehtiyac olmayacaqdır. Beləliklə, qadın taciz, təcavüz və düşkünlüyə uğramaq riskindən uzaq olacaqdır. Qısacası, Allah qadını qürurlandırmaq, qorumaq və ədalətsizliyə uğramağına mane olmaq üçün ona mehir verilməsini əmr etmişdir. Mövzunun təfərrüatları üçün Bxn. Təbyin.

[2]103–cü ayədəki, Allah bahirədən, saibədən, vasilədən və hamdan heç birini etməmişdir. Ancaq inkar edən insanlar, Allahın əleyhinə yalan düzüb uydururlar. Və onların lap çoxunun ağlı çatmaz ifadəsiylə, cahiliyyə ərəblərinin bəzi dini inancları rədd edilir. Cahiliyyə ərəblərinin heyvanlar ilə əlaqədar bir çox batil inancları var idi. Belə ki, Bahirə: Ərəblər, dişi dəvə beş dəfə doğduğu zaman, ona minməyi və belinə yük yükləməyi haram sayarlar, yunlarını da kəsməzdilər. Beşinci balası erkək olarsa, qurban edərlər, dişi olarsa, qulaqlarını yarardılar. Bu onun nəzir olduğunu göstərirdi. Saibə: İçlərindən biri xəstələndiyində, ya da bir şeyi itdiyində və ya acı bir vəziyyət baş verdiyində bir dəvəni buraxmağı nəzir edərdilər. Xəstə yaxşılaşdığında və ya itən şey tapıldığında, yaxud sıxıntılı vəziyyətdən qurtardıqlarında dəvəni azad edər, ona yük vurmazlar, belinə minməzlər və onu kəsməzdilər. Onu sərbəst buraxardılar. Vasilə: Qoyun, biri erkək, biri dişi olmaqla ekiz doğduğunda, erkəyini boğazlamazlar, “Bacısının əli ona çatdı” deyərdilər. Bu cür qoyunlara da vasilə deyərdilər. Ham: Bir erkək dəvənin sulbündən on dənə dəvə dünyaya gəldiyində, ya da bu dəvə, balasının balasını gördüyündə (yəni, baba olduğunda), ona yük vurmazdılar və onun belinə minməzdilər, “Özünü qorudu” [himayə etdi] deyərdilər.