Monoqrafiyada Azərbaycan geyim mədəniyyətinin yarandığı ilk dövrlərdən başlamış XX yüzilliyə qədər keçdiyi zəngin inkişaf yolu əldə olunmuş nəzəri, faktiki və təsviri materiallar əsasında ardıcıllıqla izlənilir. Bu tarixi geyimlərin aşkar edilib üzə çıxarılması, elmi cəhətdən araşdırılması həm tədqiqatçılar üçün, həm də tarixi filmlərin səhnələşdirilməsində kino rəssamları üçün qiymətli mənbə hesab oluna bilər. Monoqrafiyada, həmçinin, bütün dövrlərdə Azərbaycanda geyim materialları əldə olunması və hazırlanması məsələləri də araşdırılır. Əldə olunmuş bütün təsviri materialların texniki rəsmləri təqdim olunur ki, bu da geyim sahəsi ilə məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
Monoqrafiya beş fəsildən ibarətdir. 100 ədəd geyim elementinin dəqiq ölçülər əsasında hazırlanmış texniki rəsmi, 500-dən çox sayda illüstrasiya təqdim olunur.
Monoqrafiyada təqdim olunan Azərbacanın tarixi geyimləri geyim mütəxəssisləri ilə yanaşı geniş oxucu kütləsi üçün də maraq doğura bilər.