Azərbaycan geyim mədəniyyətinin tarixi təkamülünə həsr olunmuş bu elmi əsər Azərbaycan geyim mədəniyyəti tarixinin bir sıra mürəkkəb elmi-metodik problemlərinin həllinə işıq salaraq, xalqımızın estetik dünyagörüşünün inkişaf dövrlərini və onların mərhələlərini müəyyənləşdirmək, həmin inkişafın etnik-ideoloji səbəblərini aydınlaşdırmaq baxımından, dünya, xüsusilə Şərq geyim mədəniyyəti tarixində Azərbaycan geyim mədəniyyətinin yerini müəyyənləşdirmək, milli (özünəməxsus) xüsusiyyətlərlə ümumşərq, ümumdünya xüsusiyyətləri arasındakı tarixi-tipoloji münasibətlərin mexanizmini aşkarlamaq baxımından, xüsusilə qədim dövrdə, eləcə də orta əsrlər dövründə, geyim estetikası, texnologiyası, sənətkarlığı ilə əlaqədar maddi mədəniyyət abidələrinin kifayət qədər olmadığı şəraitdə həmin dövrlərin geyim tiplərini rekonstruksiya etmək üçün uğurlu elmi-metodiki prinsiplər işləyib hazırlamaq baxımından, müasir Azərbaycan milli geyimlərinin, onun ayrı-ayrı hissələrinin bəzək və naxış elementlərini, onların unudulmuş ideoloji–estetik məzmununu, tarixi funksional mənasını şərh etmək baxımından, Azərbaycan geyim mədəniyyətinin inkişaf etdirilməsi, dünya, xüsusilə dəbdə olan Qərb geyim mədəniyyətinə bu gün kifayət qədər fəal münasibətin ümumiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təqdim olunan elmi əsərdə öz əksini tapmış zəngin faktik materiallar, bunlardan çıxarılan elmi nəticə və ümumiləşdirmələr, Azərbaycanın geyim mədəniyyəti tarixinə dair ümumiləşdirici əsərlərin yazılmasında istifadə olunmuşdur.
Əsərdə Azərbaycan milli geyimlərinin praktik cəhətlərinə dair, onun biçmə-tikmə texnologiyasına aid tövsiyyələr, unudulmuş geyim modellərinin bərpası ilə məşğul olan mütəxəssislər üçün faydalı metodiki vəsait ola bilər. Tədqiqat işinin bir sıra elmi müddəaları, prinsip etibarilə, xalq geyimlərinin sənaye üsulu ilə kütləvi istehsalının təşkilinə bilavasitə ya-xından yardım edə bilər. Eyni zamanda əsər sənətşünaslıq, mədəniyyətşünaslıq, geyim mühəndisliyi istiqamətli orta ixtisas və ali məktəblərin müvafiq fakültələrində dərslik, yaxud dərs vəsaiti kimi istifadə oluna, həmçinin bu sahəyə dair yeni proqramların hazırlanmasında, yeni ixtisas kurslarının müəyyənləşdirilməsində də əhəmiyyətli ola bilər.

Müəllif: Dünyamalıyeva Sabirə S.q.
Nəşriyyat: “Şərq–Qərb”, 2014, ofset çap üsulu. Rəngli.
Səhifə sayı: 28 çap vərəqi (448 səhifə).
İSBN: 978–9952–453–36–2
Qiymət: 22 Azn
Formatı: 64×90 1/16