Azərbaycan Milli Geyimləri

Məqalələr

Dərsliklər

Sərgilər

Kitablar

Sabirə Səfi qızı Dünyamalıyeva

Sabirə Səfi qızı Dünyamalıyeva hal–hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2001–ci ildən başlayaraq Sənətşünaslıq kafedrası üzrə bakalavr və maqistr kurslarında “Geyim tarixi”, “Maddi mədəniyyət, geyim və məişət tarixi”, “Maddi mədəniyyət və geyim tarixi”, “İncəsənət əsərlərinin material və bərpa metodları”, “Təsviri sənət əsərlərinin material və texnologiyası”, “İxtisas üzrə incəsənət tarixi”, “Ornament tarixi” fənlərini, Memarlıq kafedrası üzrə “Memarlıq və incəsənət tarixi”, “Memarlıq və incəsənətin sintezi”, “Memarlıq abidələrinin tipologiyası”, “Kompüter modelləşməsi” “Ali riyaziyyat”, “İnformatika”, “Elmdə və təhsildə kompüter texnologiyası”, “Kompüter qrafikası” fənlərini, Azərbaycan Turizm İnstitutunda isə “Kulturologiya”, “Dinşünaslıq”, “İncəsənət tarixi”, “Azərbaycan təsviri sənəti”, “Azərbaycan incəsənət tarixi”, “Maddi mədəniyyət abidələrinin restitusiyasının hüquqi əsasları” və s. fənləri   tədris etmişdir. “Geyim dizaynı” və “Teatr – kino rəssamı” ixtisasları üzrə “Geyim tarixi” fənni üçün xüsusi tədris metodikası və dərsliyi hazırlayaraq yeni texnologiyanın yardımı ilə tədris etmişdir.

Elmi Fəaliyyət

Respublikada və xaricdə nəşr olunmuş 70–ə yaxın elmi məqalə və monoqrafiyanın müəllifidir.

Pedaqoji Fəaliyyət

Pedaqoji fəaliyyəti müddətində nəşr olunmuş 20–yə yaxın proqram, dərslik və metodik vəsaitin müəllifidir.

Kitablar

Respublikada və xaricdə nəşr olunmuş 70–ə yaxın elmi məqalə və monoqrafiyanın müəllifidir.

İştirak etdiyi sərgilər

Azərbaycanın tarixi geyimlərinə həsr olunmuş 50–yə yaxın sərginin və fərdi sərginin müəllifidir.

Yaradıcılıq işləri

Azərbaycanın tarixi və milligeyimləri əsasında bərpa olunmuş 60-a yaxın əsərin müəllifidir.

Mühazirələr

Tədris prosesi zamanı tələbələrə təqdim olunan materiallar.

İctimai Fəaliyyət

Quran Dərsləri

Əsrlərdir ki, müqəddəs kitabımız Qurani-Kərim Allahdan gəldiyi ardıcıllıqla deyil, insanların öz düşüncə tərzinə uyğun olaraq düzdüyü sıra ilə oxunur. Heç düşündünüzmü, əgər Allah istəsəydi, bu kitabı bu sıra ilə göndərə bilərdi. Amma istəmədi və nüzul sırası ilə göndərdi. Gəlin bir də bu kitabı, Allahın göndərdiyi ardıcıllıqla oxuyaq. Məm oxudum, suallarıma cavab aldım. Siz də oxuyun və əmin olun ki, bu halda heç bir suala ehtiyac qalmır (!), hər kəs tərəfindən asanlıqla anlaşılan bir mətn olur.