1. Вопросы спектральной теории обыкновенных дифференциальных пучков со знакопеременной плотностью. Диссертация на соискание ученой степени кандидата физико–математических наук. Баку–1992.
  2. Исследование решения спектральной задачи для уравнения высшего порядка с разрывными коэффициентами. Материалы Х Республиканской конференции молодых ученых по математике и механике. Баку, 28–30 мая 1990 год. Həmmüəlliflər: М.Г. Гасымов, Н.А Алиев.
  3. Формальное решение и асимптотическое представление фундаментальных решений для обыкновенного линейного дифференциального уравнения высшего порядка. Депонирована в Аз. НИИТИ 1992 год. Həmmüəlliflər: М.Г. Гасымов, Алиев Н.А.
  4. Асимптотическое представление решения граничной задачи, поставленной для линейного обыкновенного дифференциального уравнения высшего порядка с разрывными коэффициентами. Депонирована в Аз. НИИТИ 1992 год. Həmmüəllif: Н. А. Алиев
  5. Abituriyent və tələbələrin testdən keçirilməsi. BDU–nun 75 illiyinə həsr olunmuş elmi konfransın tezisləri. Həmmüəlliflər: Əhmədov R.H. Hacıyeva R.C.
  6. Azərbaycan geyimləri. Monoqrafiya. «Elm» nəşriyyatı, 1996. 5 çap vərəqi. Həmmüəllif Rasim Əfəndi.

    Əsər Azərbaycanın tarixi geyimləri barədə yığcam məlumat verərək, geyim materialları, onların boyaq texnologiyası, əldə olunması və bədii xüsusiyyətləri məsələlərinə aydınlıq gətirir. Əsər geniş oxucu kütləsi, həmçinin yüngül sənaye və geyim mühəndisləri hazırlayan ali məktəblər üçün dərs vəsaiti kimi istifadə edilə bilər.

  7. Azərbaycan xalq geyimləri: ənənə və müasirlik. Azərb. Resp. EA konfrans materialları, IV. 1996
  8. Azərbaycan geyimlərinin estetikası. Azərb. Resp. EA konfrans materialları, IV. 1996.

    Geyimlərin estetikası özünəməxsus xüsusiyyətlərə malik regional, məhəlli miqyas kəsb etdiyi kimi, mənsub olduğu millətin estetik təfəkkürünü ifadə etməsi baxımından da bütöv bir sistem təşkil edir…

  9. M. P. Vaqifin poeziyasında xalq geyimlərinin təsviri. “Dil və ədəbiyyat”. Nəzəri, elmi, metodik jurnal № 2, 1996.

    XVIII əsr xalq geyimlərinin tədqiqi zamanı istedadlı söz ustası, Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutan M.P.Vaqifin əsərləri zəngin mənbə kimi istifadə edilə bilər. Belə ki, M.P.Vaqifin əsərlərində qadının geyiminin gözəlliyi onun öz gözəlliyi ilə bərabərləşdirilir. Geyimlərdə istifadə edilən bəzəklər, rənglər, ən kiçik detallar belə gözəllik aşiqinin nəzərindən qaçmamışdır…

  10. Vaqif poeziyasında al və yaşıl rənglərin ahəngi. “Dil və ədəbiyyat”. Nəzəri, elmi, metodik jurnal № 2, 1996.

    Al və yaşıl rənglər Azərbaycan xalqının məişətində, geyimində uğurla iş¬lə¬di¬lən əsas rənglər olub. Yaşıl rəng təbiətin canlanmasının başlanğıc-bünövrə rən¬gidir. İlahinin yaratdığı kamil təbiətin bütün rəngləri-qəhvəyi ağac gövdəsi, al-əlvan gül-çiçəklər, bar-bəhrələr, payızın sarı-qızılı rəngi öz başlanğıcını ancaq cücərtidən-yaşıl rəngdən alır.

  11. Təbii kosmetik vasitələr. “Elm və həyat”, V, 1996.

    Yazda üzüm tinglərini doğrayanda axan mayeni yığıb, kişilər bığına, qadınlar isə saçlarına çəkərdilər.Bu həm saçları uzadar, həm də rənginin qara olmasına kömək edərdi. Saçları yumaq üçün istifadə edilən təbii gilabi (gil suyu) indiki şampünləri əvəz edərdi.

  12. İpək istehsalı və təbii boyaqlar. “Elm və həyat”, V, 1996. Həmmüəllif Mais Qasımov.

    X əsrdə yaşamış ərəb müəllifləri Müqəddəsi və Məsudi yazırdılar ki, Azərbaycan sənətkarları satış üçün… ipək parçalar və paltarlar hazırlayırlar. XI–XII əsrlərdə Səlcuqların hökmranlığı dövründə Azərbaycan şəhərlərində–Gəncə, Bərdə, Şamaxı və Təbrizdə ipək xüsusilə çox istehsal edilirdi.

  13. Xalq geyimlərində etnoqrafik, fəlsəfi və psixoloji amillər. “Elm və həyat”, V, 1996

    Bir neçə elementdən ibarət olan bu geyimlərdəki rəng seçimi, biçim mürəkkəbliyi, geyimdə istifadə edilən tikmələr, bəzəklər xalqın yüksək mədəni səviyyəsindən, zərif zövqündən xəbər verir. Keçmişdə kütləvi istehsal prosesi olmadığından hər tikilmiş paltarda onu tikən ustanın dəst-xətti, zövqü ilə yanaşı, həmin paltarı keyəcək adamın əhval-ruhiyyəsi də əks olunurdu.

  14. XIII–XVII əsr Azərbaycan miniatürlərində kişi baş geyimlərinin təsviri. Azərb. Resp. EA konfrans materialları, V, 1996
  15. Şəki xan sarayının və Şəkixanovların evinin divar rəsmlərindəki Azərbaycan geyimləri. Azərb. Resp. EA konfrans materialları, V, 1996
  16. Azərbaycan miniatürlərində qadın baş geyimlərinin təsviri. Azərb. Resp. EA konfrans materialları, V, 1996.
  17. Geyim sənəti və ali məktəblərdə bu istiqamətdə kadr hazırlığının problemləri, həlli yolları. Nazirlər Kabineti yanında DAEK- nın Elmi Konfransı, 1996.

    1991–ci ildən başlayaraq, geyim mühəndisləri, modelyer və rəssam ixtisasları üzrə kadr hazırlığı aparılır. Yüksək ixtisaslı kadr hazırlamaq üçün xüsusi tədris planı qurulmuş, buraya milli geyim tarixi, etnoqrafiyası, analizi, konstruksiya və texnologiyası, milli geyimlərdə rəng seçimi, ədəbiyyatda milli geyimlərin təsviri kimi fənlər daxil edilmiş, onların tədris proqramları işlənilmişdir.

  18. “Molla Nəsrəddin” jurnalı namünasib geyimin tənqidçisi kimi. “Dil və ədəbiyyat”. Nəzəri, elmi, metodik jurnal №3, 1996.

    “Molla Nәsrәddin” jurnalı dövrünün ictimai–siyasi һadisәlәrinә, nadanlığa, çәһalәtə, naqisliyə qarşı öz real münasibәtini bildirmәklә yanaşı, һәmin dövrün tәlәblәri ilә uzlaşmayan namünasib geyimləri dә maraqlı–mәzәli, bәzәn də tikanlı gülüş vasitәlәri ilә tәnqid etmişdir.

  19. Orta əsr dekorativ tətbiqi sənət nümunələrində geyim elementlərinin təsviri. Azərbaycan incəsənətinin aktual problemləri, Bakı–Elm–1997

    Beyləqandan tapılmış, XI-XIII yüzilliklərə aid edilən və usta Bədəlin əl işi olduğu təsdiq edilən saxsı qab özünün bədii-dekorativ xüsusiyyətləri ilə diqqəti cəlb edir. Düzbucaqlı ornamentlərlə bəzədilmiş qab üzərində iki şəxs təsvir edilmişdir.

  20. Şah İsmayıl dövrünün geyimləri. Xətaişünaslığa hədiyyə (elmi, ədəbi- bədii toplu), Bakı, “Ozan”, 1998

    1501–1524–cü illərdə Səfəvi dövlətinin başqa ölkələrlə iqtisadi əlaqələri əsasən xam ipək üzərində qurulmuşdur. Həmin dövrdə paytaxta və Azərbaycanın digər şəhərlərinə gəlmiş səyyahlarının qeydlərindən aydın olur ki, müxtəlif geyim materiallarından–ipək, qırmızı qumaş, güləbətinli parçalardan istifadə edilmişdir.Şah İsmayıl dövrünün geyimləri, əsasən, miniatürlər əsasında öyrənilmişdir.

  21. Azərbaycan milli geyimlərinin bədii-dekorativ xüsusiyyətləri. Beynəlxalq Türk kültürü konqresi bildiriləri, 1997-ci il
  22. Qədim dövr təsviri sənətində geyim elementlərini təsviri. Beynəlxalq Türk kültürü konqresi bildiriləri, 1997-ci il.
  23. Nizami Gəncəvi əsərlərində xalq geyimlərinin təsviri və tərcümədən irəli gələn bəzi təhriflər. “Dil və ədəbiyyat”. Nəzəri ,elmi, metodik jurnal № 1(30), 2001.

    1141–ci ildə Gəncədə anadan olmuş dahi Azəpbaycan şairi N. Gəncəvi XII yüzillikdə Azəpbaycanda istehsal edilən və başqa ölkələrdən gətirilən geyim materialları haqqında geniş məlumat verir. Bu parçalar, əsasən, ipək, bafta, atlas, xara, zərxara idi.
    “Xələt” sözü rus dilinə “xalat” kimi tərcümə olunaraq əsas mənasını itirmiş və ədəbiyyata geyim adı kimi daxil olmuşdur. Buradan da, müasir tədqiqatçıların əsərlərində, o cümlədən, bizim ilkin məqalələrimizdə “xalat” sözü “cübbə” sözünü tamamilə sıradan çıxardaraq onun yerini tutmuşdur.

    1. Azərbaycan xalq dekorativ tətbiqi sənət nümunələrində geyim elementlərinin təsviri. Azərbaycan xalçası və xalq tətbiqi sənəti III beynəlxalq simpoziumu.
      Description of historical clothing in folk decorative applied art samples of Azerbaijan

      Sənət əsərləri üzərində təsvir edilmiş geyimli insan təsvirləri özünün bədii–dekorativ xüsusiyyətləri ilə diqqəti cəlb etməklə yanaşı, öz dövrünün geyim dəbi, həmin geyimlərin materialı, forması, konstruksiyası, texnoloji və biçim xüsusiyyətləri, hazırlanma metodları, həmin geyimlərdə öz dövrünə uyğun olaraq istifadə edilmiş mühafizə və inam ifadə edən simvolik elementlər, dövrünün iqtisadi inkişafı və geyim materialları hazırlanmasının texniki imkanları və digər maraqlı məqamlar barədə aşkar məlumat verir. Belə xalq tətbiqi sənət nümunələrindən biri də Lahıc sənətkarları tərəfindən hazırlanmış XVIII yüzilə məxsus mis satıldır. Onun üzərində üç sırada yerləşdirilmiş 62 insan təsviri var.

    2. Orta yüzilliklər dekorativ tətbiqi sənət nümunələrində ikili insan təsvirləri.

      Belə xalq tətbiqi sənət nümunələrindən biri də şəxsi kolleksiyadan olan, Lahıc sənətkarları tərəfindən XVIII yüzilə aid olduğu iddia edilən mis satıldır. Onun üzərində altı haşıyədə yerləşdirilmiş səkkiz insan təsviri var. Lakin maraqlı burasındadır ki, iki təsvirdə insanlar normal şəkildə deyil, bu günkü təbirlə desək, “Siam ekizləri” formasında təsvir edilmişlər.

  24. Azərbaycan geyim mədəniyyəti tarixi. İllüstrasiyalı monoqrafiya, Bakı– «Elm» –2003, «Nağıl evi» nəşriyyatı.

    Monoqrafiyada Azərbaycan geyim mədəniyyətinin yarandığı ilk dövrlərdən başlamış XX yüzilliyə qədər keçdiyi zəngin inkişaf yolu əldə olunmuş nəzəri, faktiki və təsviri materiallar əsasında ardıcıllıqla izlənilir. Bu tarixi geyimlərin aşkar edilib üzə çıxarılması, elmi cəhətdən araşdırılması həm tədqiqatçılar üçün, həm də tarixi filmlərin səhnələşdirilməsində kino rəssamları üçün qiymətli mənbə hesab oluna bilər. Monoqrafiyada, həmçinin, bütün dövrlərdə Azərbaycanda geyim materialları əldə olunması və hazırlanması məsələləri də araşdırılır. Əldə olunmuş bütün təsviri materialların texniki rəsmləri təqdim olunur ki, bu da geyim sahəsi ilə məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
    Monoqrafiya beş fəsildən ibarətdir. 100 ədəd geyim elementinin dəqiq ölçülər əsasında hazırlanmış texniki rəsmi, 500-dən çox sayda illüstrasiya təqdim olunur.
    Monoqrafiyada təqdim olunan Azərbacanın tarixi geyimləri geyim mütəxəssisləri ilə yanaşı geniş oxucu kütləsi üçün də maraq doğura bilər.

  25. Qədim dövr Azərbaycan geyimlərindən müasir geyim modelləri hazırlanmasında istifadə formaları. ADRA, Elmi konfransın materialları, Bakı–2003.

    Suveren Azərbaycan Respublikasının iqtisadiyyatının–yüngül sənayesinin inkişafına nail olmaq, o cümlədən xalqın zəngin mədəniyyətini bütün dünyaya tanıtmaq, milli–mənəvi dəyərləri yaşadaraq, xalqın zəngin mədəni irsini gənc nəsillərə çatdırmaq məqsədi müasir kostyumun forma və bədii–dekorativ tərtibatında Azərbaycanın tarixi geyimlərinin tətbiqini vacib amilə çevirir.

  26. Özünüdərk, müşahidə və özünümüdafiədən estetik mahiyyətə doğru. Проблемы теории познания и философии науки, выпуск II, Баку – 2003, 198–202.

    İNSAN yaranışından bəri özünü xarici mühitin iqlim və fiziki təsirlərindən müdafiə etmək məqsədilə geyimə ehtiyac hiss etmişdir. İlk əvvəllər onun bu ehtiyacını bürüncək tipli dəri geyim ödəmişdir. Bu mərhələni, şərti olaraq, geyim dəbində birinci mərhələ adlandıraq. Zaman keçdikcə insan hörmə alətləri əldə edərək material hörmüş və geyim kimi hörmə materiallardan istifadə etməyə başlamışdır. İlk əvvəl hörülmüş materialı sarıma üsulu ilə istifadə edən insan bir qədər sonra tikmə aləti icad etmiş və hörülmüş materialları bir-birinə tikərək tikilmə geyimlər əldə etmiş və bununla da bədənini ətraf mühitin fiziki təsirlərindən mühafizə etməyə çalışmışdır.

  27. Erkən orta yüzilliklər Azərbaycan geyimlərinin bədii–dekorativ xüsusiyyətləri. ADRA, Elmi məqalələr toplusu, Bakı–2004

    Erkən orta yüzilliklər qadın geyimləri müxtəlif elementlərdən ibarət olduğu kimi həm də rəngarəng, zəngin və təntənəli idi. Geyim materialları müxtəlif olduğu qədər də gözəl toxunuşlu, daş-qaş, cəvahirat, piləklər, tikmələr, müxtəlif formalı düymələr və xəzlərlə bəzədilirdi. Artıq geyim tək fiziki təsirlərdən qorunmaq, etik normalara əməl etmək funksiyalarını daşımaqla bitmir, insanların daim yeniləşən bədii zövqünün göstəricisi və sə-nətkarın, geyim materialı yaradıcısının bədii təxəyyülünün məhsulu kimi bədii-estetik mə’na kəsb edir.

  28. Azərbaycanın tarixi geyimləri ilə qonşuların və zaman–zaman Azərbaycana yürüş etmiş işğalçıların geyimlərinin müqayisəsi. Alınma və verilmə elementlər. İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi problemləri, IV buraxılış, Bakı–2004.

    Dünya geyim mədəniyyəti tarixində Qafqazlıların geyimi mənşəyinə görə ən maraqlı geyimlər hesab edilir. Lap qədim dövrlərdən başlayaraq Asiya və Avropa xalqlarının – şumer, babil, assuriya, yəhudi və başqalarının yolu Qafqazdan keçmişdir. Burada bir çox tayfalar oturaq həyat tərzinə keçmiş və öz milli geyimləri ilə onsuz da zəngin və müxtəlif olan Qafqaz geyimlərinə yeni elementlər qatmış və bununla yanaşı bu geyimlərin funksionallığı və gözəlliyini öz geyimlərində mümkün qədər əks etdirməyə çalışmışlar.

  29. Azərbaycan tarixi geyimlərində atəşpərəstliklə bağlı simvolikalar. Zərdüştiliyə dair tədqiqatlar, Bakı–2004.

    Tarixi geyimlərin araşdırılmasından aydın olur ki, Dədə Qorqud dastanının yaşı eramızdan bir neçə yüz il əvvələ gedib çıxır. Geyimlərdə atəşrərəstliklə, günəş tanrısı ilə bağlı elementlərdən istifadə olunub. Zaman kecdikcə, təbii ki, islam dini elementləri dastanın yeni nəqlçiləri tərəfindən əlavə olunub.

  30. Xanlıqlar dövrü Azərbaycan geyimlərinin estetik xüsusiyyətləri. Etika və estetikanın aktual problemləri, 3–cü buraxılış. AMEA Fəlsəfə və Siyasi hüquqi Tədqiqatlar İnstitutu, Bakı–2005.

    Şəkidə xan sarayı və Şəkixanovların evinin divar rəsmlərini, Şuşada Mehmandarovların və Səfibəyovların evini göstərmək olar.
    Bu dövrə aid bədii və şifahi xalq ədəbiyyatından geyim materialları haqqında müəyən təsəvvür əldə etmək olur. Məsələn, xalq şerində “nimtənə” adlı parçadan bəhs edilir.

  31. XVIII yüzillik –Azərbaycan milli geyimlərinin formalaşması dövrü. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, №23. Bakı, 2008.

    XVII yüzillikdən başlayaraq Səfəvilər dövlətinin etnosiyasi mahiyyətinin dəyişməsi ilə əlaqədar dövlət müstəqilliyini itirən Azərbaycan Nadir şahın qətlindən sonra İrandan vahid şəkildə ayrılmayıb xanlıqlara parçalandı. Başlıca olaraq dekorativ səciyyə daşıyan təsviri sənət nümunələri əsasən saray, yaşayış evi və ictimai binalara çəkilən rəsmlərdə özünü göstərirdi. Buna misal olaraq, Şəkidə xan sarayı və Şəkixanovların evinin divar rəsmlərini, Şuşada Mehmandarovların və Səfibəyovlarin evini göstərmək olar. Memarlıq əsasən məhəlli memarlıq səciyyəsi daşıyırdı. Bu sarayların divar rəsmlərindən başqa xanlıqlar dövrünün geyim və məişətini əks etdirən digər maddi mədəniyyət nümunələrinə çox az–az rast gəlmək olur.

  32. XIX yüzillikdə geyim materiallarının istehsalı və əldə olunması. Naxçıvan Dövlət Universiteti, elmi əsərlər, Naxçıvan, NDU, “QEYRƏT”2008 №4 (24).

    Azərbaycanın Rusiya tərəfindən iqtisadi işğalı onun siyasi işğalından xeyli sonra, daha doğrusu XIX yüzilliyin 30–cu illərindən etibarən başlanmışdır. Rusiya sənayesinin, xüsusilə toxuculuq manufakturalarının xammala olan tələbatını ödəmək üçün çar Rusiyasının hakim dairələri əsas diqqəti Zaqafqaziyaya yönəltmişdir. Bu məqsədlə 1836–cı ildə “Zaqafqaziya ölkəsində ipəkçiliyi və ticarət sənayesini inkişaf etdirən kompaniya” təşkil olundu. Şirkət müstəmləkələrdə yetişdirilən pambıq–parça mallarının, boya məhsullarının istehsalını təşkil edib, onları təkmilləşdirməyi nəzərdə tuturdu.

  33. Azərbaycanın ənənəvi geyim tiplərinin təşəkkülünə dair. Yerli və əxzetmə geyim elementləri. BDU–nun Xəbərləri. Humanitar və ictimai elmlər seriyası. №2, 2008.

    Dünya geyim mədəniyyəti tarixində Qafqazlıların geyimi mənşəyinə görə xüsusi maraq kəsb edir. Lap qədim dövrlərdən başlayaraq Asiya və avropanın qədim xalqlarının bir qisminin–şumer, babil, assuriya, yəhudi və başqalarının yolu Qafqazdan keçmişdir. Burada bir çox tayfalar oturaq həyat tərzinə keçmiş və öz milli geyimləri ilə onsuz da zəngin və müxtəlif olan Qafqaz geyimlərinə bir sıra yeni elementlər əlavə etmişlər.

  34. Erkən orta yüzilliklər Azərbaycan qadın geyimlərinin bədii dekorativ xüsusiyyətləri. BDU, Tarix və onun problemləri, Nəzəri elmi–metodik jurnal №4, Bakı 2007.

    Erkən orta yüzilliklər qadın geyimləri müxtəlif elementlərdən ibarət olduğu kimi həm də rəngarəng, zəngin və təntənəli idi. Geyim materialları müxtəlif olduğu qədər də gözəl toxunuşlu, daş–qaş, cəvahirat, piləklər, tikmələr, müxtəlif formalı düymələr və xəzlərlə bəzədilirdi. Artıq geyim tək fiziki təsirlərdən qorunmaq, etik normalara əməl etmək funksiyalarını daşımaqla bitmir, insanların daim yeniləşən bədii zövqünün göstəricisi və sənətkarın, geyim materialı yaradıcısının bədii təxəyyülünün məhsulu kimi bədii estetik məna kəsb edir. Bunlarla yanaşı, geyim həm də zənginliyin və igidliyin göstəricisinə çevrilir.

  35. Erkən orta yüzilliklər Azərbaycan kişi geyimlərinin bədii dekorativ xüsusiyyətləri. Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 24, Bakı, 2008.

    Erkən orta yüzillik kişi geyimləri barədə kifayət qədər maddi və təsviri material var. Təsviri materiallardan görünür ki, kişi geyimləri ilə qadın geyimləri materialı və formasına görə bir–birindən o qədər də fərqlənməmişlər. Dədə Qorqud dastanından kişi geyimlərinin hansı elementlərdən ibarət olması ilə yanaşı, onların forması da aydın olur. Həmçinin aydın olur ki, kişi geyimlərinin adları da qadın geyimlərinin adlarından fərqlənmirdi.

  36. Azərbaycanın tarixi geyimlərindən istifadə etməklə müasir modellərin hazırlanması. Mədəniyyət dünyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, XV.

    Suveren Azərbaycan Respublikasının iqtisadiyyatının yüngül sənayesinin inkişafına nail olmaq, o cümlədən xalqın zəngin mədəniyyətini bütün dünyaya tanıtmaq, milli mənəvi dəyərləri yaşadaraq xalqın zəngin mədəni irsini gənc nəsillərə çatdırmaq məqsədilə müasir kostyumun forma və bədii– dekorativ tərtibatında xalq geyimlərinin tətbiqini vacib amilə çevirir. Tədqiqatın nəticələrini tətbiq etməklə bu məqsədə nail olmaq mümkündür. Bu məqsədlə Azərbaycan milli geyimlərindən istifadə etməklə müxtəlif cür müasir geyim növlərinin hazırlanması, müasir dövrdə və gələcəkdə də xalq geyim ənənələrinin yeni geyim modelləri yaradılmasına tətbiqi məsləhət görülür.

  37. Səfəvilər dövrü Azərbaycan qadın geyimlərinin bədii dekorativ xüsusiyyətləri. Dünyaya baxış, Elmi, nəzəri, praktik jurnal. Bakı Avrasiya Universiteti, №7, 2007.

    Azərbaycanın miniatürləri öz dövrünün incəsənəti, rəssamlığı, bədü təxəyyülünün ifadəçisi olmaqla bərabər Azərbaycanın zəngin geyim mədəniyyətini də əks etdirən əvəzsiz faktiki mənbələrdir. Əsasən sarayla bağlı olan həyatı təsvir edən bu sənət əsərlərində müxtəlif zümrələrə, müxtəlif rütbə və vəzifələrə məxsus geyim dəstləri təsvir olunmuşdur. Miniatürləri yarandığı dövrə uyğun olaraq ardıcıl izlədikcə, o dövrün geyim materiallarının zənginliyi, geyim dəstlərində istifadə olunan rənglər və rəng çalarları, biçim və forma müxtəlifliyi, geyim tərzi və nəhayət, artıq bu dövrdən e’tibarən, geyimin təkcə material və rənglərinin deyil, həm də dəbin dəyişməsini müşahidə etmək olur.

  38. Səfəvilər dövrü Azərbaycan kişi geyimlərinin bədii dekorativ xüsusiyyətləri. Dünyaya baxış, Elmi, nəzəri, praktik jurnal. Bakı Avrasiya Universiteti, №1, 2008.

    Səfəvilər dövrü kişi geyimlərində saray geyimləri ilə xalq geyimləri arasında forma və siluet baxımından ciddi fərqlər olmasa da, geyim materialı və bəzəkləri baxımından fərqlər nəzərə çarpacaq dərəcədə olurdu. Əvvəlki dövr geyimlərindən çox da fərqlənmir, geyim dəbi, demək olar ki, əvvəlki dövrdə olduğu kimi, yaxası kip bağlanan köynək, qaftan və onun üstündən geyinilən çuxa və ya cübbədən ibarət olurdu. Kişilərdə geyim dəbi qadınlara nisbətən zəif sürətlə dəyişirdi.

  39. Yazılı ədəbiyyatımızda Azərbaycan geyim mədəniyyətinin izləri. Dil və ədəbiyyat, BDU, Beynəlxalq Elmi–nəzəri jurnal, 5(59), Bakı, 2007.

    Tarixlərin sınağından keçərək zəmanəmizə qədər gəlib çatmış ədəbi abidələrimiz müxtəlif dövrlərdə nəinki insanların geyimlərinin təsviri, həmçinin geyimlərin hazırlandığı materiallar, onların hazırlanma qaydası, rəng uyumu, geyimlərin daşınma tərzi və bir cox digər sahələr barədə bizə müfəssəl məlumat verir. Bu mənada dahi N Gəncəvinin, M.P. Vaqifin, həmçinin M. Füzulinin, M. F Axundovun. A.A. Bakıxanovun əsərlərini misal göstərmək olar.

  40. Şifahi ədəbiyyatımızda Azərbaycan geyim mədəniyyətinin izləri. Dil və ədəbiyyat, BDU, Beynəlxalq Elmi–nəzəri jurnal, 6(60), Bakı, 2007.

    Formal olaraq erkən orta yüzilliklərə aid edilmiş Dədə Qorqud dastanında geyimlərlə yanaşı geyim materialları barədə də xeyli məlumat verilir. Bildiyimiz kimi, aşılanmış dəridən geyim hazırlanması lap qədim dövrlərdən insanların əsas məşğuliyyətlərindən olub.

  41. Azərbaycanının ənənəvi qadın geyimlərinin öyrənilməsində arxeoloji materialların rolu. Azərbaycan arxeologiyası. Xəzər Universitəsi nəşriyyatı, №1–2, Bakı 2007.

    Qədim dövrdə Azərbaycan ərazisində geyimin meydana gəlməsini, geyim materiallarının istehsalı və əldə olunması məsələsini aydınlaşdırmaq üçün Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi mədəniyyət nümunələri, qədim dövrlərə aid edilən təsviri materiallar mühüm əhəmiyyət kəsb edir. Xüsusilə, son yüzillikdə aparılmış arxeoloji qazıntılar nəticəsində külli miqdarda maddi mədəniyyət nümunələri, zəngin bəzəkli geyim dəstləri, o cümlədən, misilsiz bəzək əşyaları əldə olunmuşdur. Bütün bu faktik materiallar küll halında elmi tədqiqata cəlb olunaraq, dekorativ–tətbiqi sənət baxımından təhlil olunmağa, onların bədii–texnoloji xüsusiyyətləri araşdırmağa cəhd göstərilmişdir.

  42. Azərbaycanının ənənəvi kişi geyimlərinin öyrənilməsində arxeoloji materialların rolu. AMEA, Arxeologiya və Etnoqrafiya İnstitutu, Azərbaycan arxeologiya və etnoqrafiyası. №1, Bakı 2007.

    Azərbaycan geyimlərinin tarixi təkamülü, müxtəlif dövrlərdəki inkişaf səviyyəsi barədə təsviri və yazılı materiallarla yanaşı son yüzillikdə aparılmış arxeoloji qazıntılar nəticəsində əldə olunmuş külli miqdarda maddi mədəniyyət nümunələri, zəngin bəzəkli geyim dəstləri, o cümlədən misilsiz bəzək əşyaları mühüm rol əhəmiyyət kəsb edir. Məqalədə bütün bu faktik materiallar küll halında elmi tədqiqata cəlb olunaraq, dekorativ–tətbiqi sənət baxımından təhlil edilir, onların bədii–texnoloji xüsusiyyətlərini araşdırılır.

  43. Azərbaycan memarlığı və tarixi geyimlər (Hissə 1). Azərb.memarlıq və inşaat Universitetinin Elmi əsərləri №2, Bakı 2007.

    Geyim və yaşayış sahələrinin forması və estetik görkəmi onun mahiyyətindən irəli gələrək bir-birindən ayrılmaz şəkildə, paralel inkişaf etməyə başlayır. Divar hörmək, ev tikmək-parça hörmək, paltar tikmək dedikdə görülən işin nəyə görə eyni fellə ifadə olunması elə buradan aydın olur. Məqalədə Azərbaycanın tarixi geyimlərinin bədii–dekorativ xüsusiyyətləri ilə uyğun dövrün memarlıq abidələrinin bədii–dekorativ xüsusiyyətləri müqayisə edilir.

  44. Azərbaycan memarlığı və tarixi geyimlər (Hissə 2). Azərb.memarlıq və inşaat Universitetinin Elmi əsərləri. Bakı –2008.

    Məqalədə Azərbaycanın tarixi geyimlərinin bədii–dekorativ xüsusiyyətləri ilə uyğun dövrün memarlıq abidələrinin bədii–dekorativ xüsusiyyətləri müqayisə edilir.

  45. Azərbaycanın tarixi geyimlərində günəşlə bağlı simvolikalar. Yazıçılar birliyi, Qobustan toplusu, 2008, №1.

    Dədə Qorqud dastanı 1300 il əvvələ aid edilir, əslində isə hər bir Dədə Qorqud tədqiqatçısı bu rəqəmə sübhə ilə yanaşır və bu dastanın yaşının daha qədim olduğuna qətiyyən şübhə etmir. O cümlədən biz də Dədə Qorqud dastanında təsvir olunmuş geyimləri araşdırarkən bunun bir daha şahidi olduq və haqlı olaraq qürur hissi keçirdik. Tarixi geyimlərin araşdırılmasından aydın olur ki, Dədə Qorqud dastanının yaşı eramızdan bir neçə yüz il əvvələ gedib çıxır. Geyimlərdə atəşrərəstliklə, günəş tanrısı ilə bağlı elementlərdən istifadə olunub. Zaman kecdikcə, təbii ki, islam dini elementləri dastanın yeni nəqlçiləri tərəfindən əlavə olunub.

  46. Qədim dövr təsvirlərinin anlaşılmasında Dədə Qorqud dastanının rolu. Elmi axtarışlar. AMEA, Folklor institutu, XXI, Bakı, Səda – 2006.

    Bu yazıda məqsədimiz oxucunun diqqətini, Azərbaycan xalqının ensiklopediyası olan «Dədə Qorqud» dastanının dövrü məsələsinə, Oğuz döyüşçülərinin və Dədə Qorqudun geyim məsələsinə, Qobustanın qayaüstü təsvirlərinə, yer üzündə hələlik ilk hesab etdiyimiz geyimin məhz Azərbaycanda yarandığına, yer üzərində ilk geyim modeli nümayişinin məhz Azərbaycanda olduğuna, konstruksiyasına görə ən düşünülmüş geyim modelinin praktikliyinin məhz Azərbaycanda yaradıldığına, Oğuz döyüşçüləri ilə Skif döyüşçülərinin geyimlərinin bənzərliyinə yönəltmək üçün ardıcıl məqalələr yazmaq və ictimaiyyətin diqqətim milli mədəniyyətimizin qorunması qayğısına qalmağa yönəltməkdən ibarətdir.

  47. National Garments of Azerbaijan and Modernism. Korea – Azerbaijan. İnternational Conference. July 4, 2009

    The national clothes had to meet 5 rules: colour harmony, colouring, symmetry, harmony among clothes, wholeness in clothes, and rule in local and regional features

  48. Azerbaijani National Costume. Visions of Azerbaijan, Summer 2009

    The styles and characteristics of today’s Azerbaijani national dress have developed over the centuries. Artistic taste cut, color, religious symbolism and national tradition have all influenced Azerbaijani clothing. In-depth, comprehensive study of the changes in fashion over time is an important part of art criticism and relates to other areas of culture, such as architecture.

  49. To Safavid the Period of Culture and History of the Azerbaijan Clothes, Its Comparision With the Next People and Culture of Conqueros of Different Times Interfering on Territory of Azerbaijan (Səfəvilər dövrünə qədərki Azərbaycan geyimləri ilə qonşuların və zaman–zaman Azərbaycana yürüş etmiş işğalçıların geyimlərinin müqayisəsi. Alınma və verilmə elementlər.) Univers of Culture. Namber 3. ISSN: 1308–6197, summer 2009.

    Bu məqalədə müəllif, dövrümüzdən 3000–1100 öncəki illərdə qədim Azərbaycandakı geyim mədəniyyətinə aid olan nümunələri vermişdir. Burada ən diqqət çəkən işlərdən biri də bu məqalədə Qafqaz xalqlarının müxtəlif geyim mədəniyyətindəki xüsusiyyətlərdən söz edilmişdir. Həmçinin məqalədə qədim geyim mədəniyyətlərində olan bu rəngarənglilik mütəxəssislər üçün faydalı olacağı ifadə edilir.
    Bu makalede yazar, çağımızdan 3000–1100 önceki yıllarda kadim Azerbaycandaki giyim kültürü içerisinde örnekleri vermiştir. Burada en dikkat çəkici işlerden biri de bu makalede Kafkaz halklarının çeşitli giyim kültüründeki özelliklerden söz edilmiştir. Ayrıca makalede kadim giyimlerin kültürlerindeki bu rengarenklilik uzmanlar için yararlı olacağı ifade edilmektedir.

  50. Изготовление предметов одежды на территории древнего Азербайджана. Культура народов Причерноморья, научный журнал №197 Т.2, 2011.

    Археологические раскопки, проведенные на территории Азербайджана, имеют огромное значение 5 время этих раскопок в нижних слоях Азыхской пещеры, относящихся к раннему Гуручайскому периоду, были найдены различные каменные орудия труда. Они свидетельствуют о том, что люди, обитающие на этой территории, могли изготавливать и пользоваться определёнными элементами одежды.

  51. Верхняя одежда женщин Азербайджана древнего периода. Поиск. Серия гуманитарных наук. Научный журнал Министерства Образования и Науки. Казахстан. №1(1)/ 2011.

    В большинстве наскальных рисунков Гобустана женщины изображены в профиль. По наличию выпуклой груди, полных бедер, а также по наличия определенной формы лодыжек и определенной формы таза подтверждается то, что это изображения женщин. Просмотрим женские фигуры на камне 42 в восточной стороне на верхней террасе горы Беюкдаш, а именно рисунки 3, 4 и датируемые VIII тыс. до н.э.

  52. Qobustan qayaüstü təsvirləri qədim dövr Azərbaycan üst geyimlərinin araşdırılmasında mənbə kimi. Geostrategiya, aylıq ictimai–siyasi, elmi–populyar jurnal, İyun 2011, №4.

    Dövrümüzə qədər gəlib çatmış tarixi məxəzlərdə, o cümlədən qədim dövr təsviri sənət əsərlərində əsasən döyüş və ov səhnələri əks edildiyindən qadın təsvirlərinə çox nadir hallarda rast gəlinir. Qədim dövrün ilk qadın təsvirlərinə Qobustan qayaüstü rəsmlərini, Ana xaqanlığı dövrünə aid qadın heykəlciklərini və s. aid etmək olar.

  53. Əcəmi memarlığında ornament təfəkkürü. ATİ, Turizm və qonaqpərvərlik tədqiqatları. Beynəlxalq jurnal, № 4, 2014.

    Bir çox xalqların ornament yaradıcılığında simvolikalar və onların özünəməxsus anlamı olur. Bu yazıda məqsədimiz tək islam inancına uyğun olan elementləri göstərməkdir. Ən qüsursuz olan ALLAHDIR.

  54. Orta əsr miniatürləri Quran işığında. Geostrategiya, aylıq ictimai–siyasi, elmi–populyar jurnal, may–iyun 2013, №03 (15).

    Məqalədə Mətin Andın hazırladığı “Miniatürlərdə Osmanlı-İslam Mifologiyası” adlı monoqrafiyada, təqdim olunmuş dağlar, ağaclar, quyular, müqəddəs sular, kainatın yaradılışı, ilk insan, tufan, Hz. Adəmdən Hz. Məhəmmədə qədər peyğəmbərlər və onların möcüzələri, məhşər və axirət, mələklər, şeytanlar, cinlər və əhəmiyyətli varlıqlar, bürclər, planetlər, On İki İmam, Kərbəla-faciəsi, məşhur şəxslər mifologiyası, məhəbbət hekayələri kimi mövzularda miniatürlərə Quran işığında baxılmış, anlayış fərqliliyi izah edilməyə çalışılmışdır.

  55. Əcəmi memarlığında ornament təfəkkürü. Axtarışlar, elmi toplu, III (9), Naxçıvan, 2013.

    Bir çox xalqların ornament yaradıcılığında simvolikalar və onların özünəməxsus anlamı olur. Bu yazıda məqsədimiz tək islam inancına uyğun olan elementləri göstərməkdir. Ən qüsursuz olan ALLAHDIR.

  56. Orta əsr miniatürləri Quran işığında. ATİ, Turizm və qonaqpərvərlik tədqiqatları. Beynəlxalq jurnal, № 1, 2015.

    Məqalədə Mətin Andın hazırladığı “Miniatürlərdə Osmanlı-İslam Mifologiyası” adlı monoqrafiyada, təqdim olunmuş dağlar, ağaclar, quyular, müqəddəs sular, kainatın yaradılışı, ilk insan, tufan, Hz. Adəmdən Hz. Məhəmmədə qədər peyğəmbərlər və onların möcüzələri, məhşər və axirət, mələklər, şeytanlar, cinlər və əhəmiyyətli varlıqlar, bürclər, planetlər, On İki İmam, Kərbəla-faciəsi, məşhur şəxslər mifologiyası, məhəbbət hekayələri kimi mövzularda miniatürlərə Quran işığında baxılmış, anlayış fərqliliyi izah edilməyə çalışılmışdır.

  57. Azərbaycan geyimlərinin bədii dekorativ xüsusiyyətləri. “Şərq–Qərb” Nəşriyyatı, 2014, Bakı, “Elm”, 2013. 28 ç.v.

    Azərbaycan geyim mədəniyyətinin tarixi təkamülünə həsr olunmuş bu elmi əsər Azərbaycan geyim mədəniyyəti tarixinin bir sıra mürəkkəb elmi-metodik problemlərinin həllinə işıq salaraq, xalqımızın estetik dünyagörüşünün inkişaf dövrlərini və onların mərhələlərini müəyyənləşdirmək, həmin inkişafın etnik-ideoloji səbəblərini aydınlaşdırmaq baxımından, dünya, xüsusilə Şərq geyim mədəniyyəti tarixində Azərbaycan geyim mədəniyyətinin yerini müəyyənləşdirmək, milli (özünəməxsus) xüsusiyyətlərlə ümumşərq, ümumdünya xüsusiyyətləri arasındakı tarixi-tipoloji münasibətlərin mexanizmini aşkarlamaq baxımından, xüsusilə qədim dövrdə, eləcə də orta əsrlər dövründə, geyim estetikası, texnologiyası, sənətkarlığı ilə əlaqədar maddi mədəniyyət abidələrinin kifayət qədər olmadığı şəraitdə həmin dövrlərin geyim tiplərini rekonstruksiya etmək üçün uğurlu elmi-metodiki prinsiplər işləyib hazırlamaq baxımından, müasir Azərbaycan milli geyimlərinin, onun ayrı-ayrı hissələrinin bəzək və naxış elementlərini, onların unudulmuş ideoloji–estetik məzmununu, tarixi funksional mənasını şərh etmək baxımından, Azərbaycan geyim mədəniyyətinin inkişaf etdirilməsi, dünya, xüsusilə dəbdə olan Qərb geyim mədəniyyətinə bu gün kifayət qədər fəal münasibətin ümumiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
    Təqdim olunan elmi əsərdə öz əksini tapmış zəngin faktik materiallar, bunlardan çıxarılan elmi nəticə və ümumiləşdirmələr, Azərbaycanın geyim mədəniyyəti tarixinə dair ümumiləşdirici əsərlərin yazılmasında istifadə olunmuşdur.
    Əsərdə Azərbaycan milli geyimlərinin praktik cəhətlərinə dair, onun biçmə-tikmə texnologiyasına aid tövsiyyələr, unudulmuş geyim modellərinin bərpası ilə məşğul olan mütəxəssislər üçün faydalı metodiki vəsait ola bilər. Tədqiqat işinin bir sıra elmi müddəaları, prinsip etibarilə, xalq geyimlərinin sənaye üsulu ilə kütləvi istehsalının təşkilinə bilavasitə ya-xından yardım edə bilər. Eyni zamanda əsər sənətşünaslıq, mədəniyyətşünaslıq, geyim mühəndisliyi istiqamətli orta ixtisas və ali məktəblərin müvafiq fakültələrində dərslik, yaxud dərs vəsaiti kimi istifadə oluna, həmçinin bu sahəyə dair yeni proqramların hazırlanmasında, yeni ixtisas kurslarının müəyyənləşdirilməsində də əhəmiyyətli ola bilər.

  58. Azərbaycan Milli Geyimləri (biçim və texnoloji xüsusiyyətləri). Monoqrafiya. “Fəxrimfilm” KVS nəşriyyatı, Bakı–2015. 9 ç.v.

    Monoqrafiya XVIII–XIX yüzillik Azərbaycan milli geyimlərinin biçim üsullarını, tikiş xüsusiyyətlərini, naxış–bəzək elementlərini və geyim dəstlərinin geyilmə tərzini aydınlaşdırır.
    Monoqrafiya moda rəssamı və geyim mühəndisliyi fakültələrinin bakalavr və maqistrləri üçün, həmçinin Azərbaycan milli geyimlərini hər hansı üsulla təbliğ etməyə, göstərməyə–görüntüləməyə çalışan mütəxəssislər, kino və teatr mütəxəssisləri, sənətkarlar, eyni zamanda milli geyimləri öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə
    tutulmuşdur.

  59. Cəmiyyətin intellektual səviyyəsini artırmaq radikallığa qarşı mübarizədə əsas şərtdir. Müasir dövrdə Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizənin aktual problemləri. Bakı–2017.

    Azərbaycan Respublikasında dini etiqad azaddır, yəni hər kəs dinə münasibətini müstəqil müəyyən edə bilər, hər hansı dinə etiqad edə bilər, yaxud heç bir dinə etiqad etməyə bilər. Hər bir kəsin dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək, yaymaq hüququ vardır. Lakin bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir

  60. Azərbaycanda dəbin yaranması və inkişafı mərhələləri. Mədəniyyət dünyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, XV.

    İbtidai dövrdə ilk geyim elementi olmuş bürüncək tipli dəri parçası, bir qədər sonra isə hörülüb sarınma geyimlər qədim dövrdən başlayaraq öz yerini, əsas geyim elementləri olan köynək, qaftan, şalvar, cübbə, çuxa, çaxçur və s. elementlərə vermişdir. İnkişafın sonrakı mərhələlərində də bu geyim elementləri Azərbaycan xalqının geyim dəstlərinin əsas elementlərini təşkil etmişdir. Geyimin yaranmağa başladığı vaxtdan yeni dövrə qədər Azərbaycan geyim mədəniyyəti tarixində geyim dəbinin 14 mərhələsi müşahidə olunur.