1. Geyim tarixi. Fənn proqramı.
  2. Maddi mədəniyyət, məişət, geyim və silah tarixi. Fənn proqramı.
  3. Azərbaycan geyim mədəniyyəti tarixi. CD–li dərslik. Bakı– «Elm» –2002, «Təfəkkür» nəşriyyatı

    Dərslikdə  Azərbaycan geyim mədəniyyətinin yarandığı ilk dövrlərdən başlamış XX yüzilliyə qədər keçdiyi zəngin inkişaf yolu əldə olunmuş nəzəri, faktiki və təsviri materiallar əsasında ardıcıllıqla izlənilir. Bu tarixi geyimlərin aşkar edilib üzə çıxarılması, elmi cəhətdən araşdırılması həm tədqiqatçılar üçün, həm də tarixi filmlərin səhnələşdirilməsində kino rəssamları üçün qiymətli mənbə hesab oluna bilər.
    Dərslikdə, həmçinin, bütün dövrlərdə Azərbaycanda geyim materialları əldə olunması və hazırlanması məsələləri də təqdim edilir. Əldə olunmuş bütün təsviri materialların texniki rəsmləri təqdim olunur ki, bu da geyim sahəsi ilə məşğul olan mütəxəssislər üçün faydalı ola bilər.
    Dərslik beş fəsildən ibarətdir. 100 ədəd geyim elementinin dəqiq ölçülər əsasında hazırlanmış texniki rəsmi, 500-dən çox sayda illüstrasiya təqdim olunur.
    Dərslikdə təqdim olunan Azərbacanın tarixi geyimləri geyim mütəxəssisləri ilə yanaşı geniş oxucu kütləsi üçün də maraq doğura bilər.

  4. Moda tarixi və dünya xalqlarının milli geyimləri. CD–li dərslik. Azərbaycan və Rus dillərində, Bakı– «Elm» –2003, «Təfəkkür» nəşriyyatı.

    Dərslik, mövcud proqram əsasında yazılaraq, dünya, həmçinin Azərbaycan geyim tarixinin qədim dövrdən başlamış son dövrlərədək tarixini əhatə edir. Dərslikdə həmçinin dünya xalqlarının ənənəvi geyimləri və xarakterik xüsusiyyətləri təqdim olunur.
    Dərslikdə həm dünya geyim tarixi, həm də dünya xalqlarının ənənəvi geyimlərini əks etdirənillüstrasiyalar əlavə olunur.
    Dərslik dizayn fakültələrinin bakalavr və maqistrləri üçün, həmçinin geyim tarixi, nəzəriyyəsi və yeni modellərin yaradılması ilə maraqlanan geniş oxucu kütləsi üçün faydalı ola bilər.

  5. Kompüter qrafikası (bakalavr pilləsi üçün). Fənn proqramı.
  6. İnformatika. Fənn proqramı.
  7. Elmdə və təhsildə kompüter texnologiyasının tətbiqi (magistr pilləsi üçün). Fənn proqramı.
  8. Ornament (tarixi, nəzəriyyəsi, qurulması). CD–li dərs vəsaiti. “Nasir” nəşriyyatı, Bakı– 2014. 17 ç.v. və illüstrasiyalardan ibarət olan CD

    Dərs vəsaiti, mövcud proqram əsasında yazılaraq, dünya, həmçinin Azərbaycan ornamentlərinin qədim dövrdən başlamış son dövrlərədək tarixi, nəzəriyyəsi və qurulması məsələlərini aydınlaşdırır.
    Vəsait dizayn fakültələrinin bakalavr və maqistrləri üçün, həmçinin ornamentlərin tarixi, nəzəriyyəsi və qurulması ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

  9. Azərbaycan Milli Geyimləri (biçim və texnoloji xüsusiyyətləri). Metodik vəsait.

    Metodik vəsait Azərbaycan Milli Geyimlərinə daxil olan Gəncə–Qarabağ bölgəsinə aid qadın geyim dəstinin ülgülərinin qurulması, biçilməsi, tikilmə texnologiyasını izah edir.
    Metodik vəsaitə Gəncə–Qarabağ bölgəsinə aid qadın geyim dəstinin ülgüləri və təsviri materiallar əlavə edilir.
    Metodik vəsait dizayn fakültələrinin bakalavr və maqistrləri üçün, həmçinin Azərbaycan milli geyimlərinin tarixi, qurulması, tikilməsi və xarakteristik xüsusiyyətləri ilə maraqlanan sənətkarlar və həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

  10. Memarlıq və təsviri sənətin sintezi. Fənn proqramı.
  11. İncəsənət və memarlıq tarixi. Fənn proqramı.
  12. Abidələrin tipologiyası. Fənn proqramı.
  13. Kompyüter modelləşməsi. Fənn proqramı.
  14. İncəsənət və memarlıq tarixi (Memarlıq üslubları). CD–li dərs vəsaiti.

    Dərs vəsaiti, mövcud proqram əsasında yazılaraq,” İncəsənət və memarlıq tarixi” fənninin “Memarlıq üslubları” bölməsini əhatə edir. Vəsaitdə memarlıqda üslubların meydana gəlməsi, xüsusiyyətləri, inkişaf yolları aydınlaşdırılır.
    Vəsait Memarlıq fakültələrinin bakalavr və maqistrləri üçün, memarlıq üslubları ilə maraqlanan mütəxəssislər və həmçinin, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

  15. Ali riyaziyyat. Fənn proqramı.