NƏSR SURƏSİ

MƏDİNƏ DÖVRÜ Nəcm: 722 1,2Allahın köməyi və zəfər gəldiyi və sən insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, 3dərhal Rəbbini öyməklə birlikdə, Onu hər cür nöqsanlıqdan münəzzəh qıl və Ondan bağışlanma dilə. Şübhəsiz ki, O, əzəldən bəri tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir. (114/110, Nəsr/1-3)   Yüklə (PDF)

TÖVBƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ   Nəcm: 695 1,2Allahdan və Elçisindən əhd bağladığınız ortaq qoşanlara bir ultimatum, qəti xəbərdarlıq: “Artıq yer üzündə dörd ay daha rahat dolaşın. Və qətiliklə özünüzün, Allahı aciz buraxan olmadığını və qətiliklə Allahın, kafirləri rüsvay edən olduğunu bilin”. 3,4Və “ən böyük həcc” günü,[1] ortaq qoşanlardan andlaşma etdiyiniz, sizə heç bir əskiklik etməmiş və sizin əleyhinizə heç[...]

MAİDƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ   Nəcm: 672 1Ey iman edənlər! Sözləşmələri yerinə yetirin. Siz toxunulmaz ikən [həcc/yüksək ilahiyyat təhsilini davam edərkən] ov etməyi halal etməyərək, qeyd edilənlər istisna olmaqla, dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsursuzları/gərdənliksizləri sizə halal qılındı. Şübhəsiz ki, Allah dilədiyini hökm edər, dilədiyi qanunu qoyar. 2Ey iman edənlər! Allahın əlamətlərinə, haram aya, hədyə/həcc[...]