ƏLA SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 20

1–5Yaradıb qaydaya qoyan, formalaşdırıb, yol göstərən, otlağı çıxarıb sonra da onu qapqara bir sel tullantısı halına gətirən Rəbbinin uca adını təmizə çıxar.[1]

6–8Bundan sonra sənin vasitənlə bilik toplanmasını təmin edib, onu başqalarına çatdırdacağıq, sonra da sən unutmayacaqsan/tərk etməyəcəksən. Ancaq Allah diləyərsə, başqadır. Şübhəsiz ki, O, açığı da bilir, gizlini də. Və sənə “Ən Asan Olan”ı/səni ən çox xoşbəxt edəcək şeyləri asanlaşdıracağıq.

9,10Bundan görə də sən dərhal öyüd ver, əgər öyüd fayda verəcəksə/təmin edəcəksə, hörməti olan öyüd alacaqdır. 11Ən bədbəxt olacaq insan da ondan çəkinəcəkdir. 12O insan ən böyük atəşə atılacaqdır. 13Sonra onun içində nə öləcək, nə də yaşayacaqdır.

14–17Arınan, Rəbbinin adını anaraq salaat edən qətiliklə özünü qurtarmışdır. Lakin, siz bu adi dünya həyatını üstün tutursunuz. Halbuki, axirət daha xeyirli və əbədidir.

18,19Şübhəsiz ki, bu qurtuluşun çarəsi, ilk səhifələrdə – İbrahim və Musanın səhifələrində də var idi.

(8/87, Əla/1–19)

 

[1]İsmin təsbihi/ismin təmizə çıxarılması: Bir ismi “təsbih” etmək [nöqsanlıqlardan uzaq tutub ucaltmaq] demək, əslinda o ismin sahibini “təsbih” etmək deməkdir. Çünki ismin sahibinin ucalığı və müqəddəsliyi, ismin ucalığı və arınmışlığı ilə ifadə edilir. Beləliklə, ismin təsbih edilməsindən məqsəd, özünə yaraşmayan isim və sifətlərin Rəbbimizdən uzaq tutulması və adına deyilmiş ləkələrin təmizlənməsidir. Quranın endiyi dövrdə ərəblər arasında: a) mələklərin Allahın qızları olduğu, b) Üzeyirin və İsanın Allahın oğlu olduğu, c) bəzi mələk və bütlərin Allaha yaxınlaşdıran olduğu, d) cinlər ilə Allah arasında bir nəsəb [soy bağı] əlaqəsi olduğu kimi səhv və əsassız inanışlar yayılmışdı. Buna görə də, “ismin təsbihi” əmri ilə edilməli olan, bu cür inancları özündə əks etdirən isim və sifətlərin Rəbbimizin isim və sifətləri arasından dərhal çıxarılıb, atılmasıdır.