ƏRAF SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 68

1Əlif/1, Lam/30, Mim/40, Sad/90[1] .

2O, özüylə xəbərdar etməyin üçün və inananlara öyüd/xatırlatma üçün sənə endirilən/içinə işlədilən Kitabdır. Ona görə də, onun barəsində qəlbində heç bir narahatlıq olmasın. 3Rəbbinizdən sizə endirilənə riayət edin və Onun yaratdıqlarından yol göstərən, kömək edən və qoruyan – sözdə yaxınlara uymayın. Nə qədər az öyüd alırsınız, xatırlayırsınız!

4Və Biz necə şəhərləri dəyişikliyə/dağıntıya məruz qoyduq. Əzabımız kimilərinə gecə yatarkən, kimilərinə də gündüz dincələrkən göndərilmişdi. 5Əzabımız onlara gəldiyində də: “Biz həqiqətən şərik qoşaraq, özümüzə zülm edənlər imişik!” – demələrindən başqa, yalvarışları olmamışdı.

6And olsun, özlərinə elçi göndərilmiş olanları da sorğu-suala çəkəcəyik, and olsun, göndərilən elçiləri də sorğu-suala çəkəcəyik.

7Və and olsun, onlara, bir bilik ilə (elmi sübutlarla) anladacağıq, çünki Biz uzaqda olanlar deyildik.

8Və çəki/saleh əməl o gün haqdır. Kimin tərəziləri/çəkiləri ağır gələrsə, bax budur, onlar qurtulanlardır.

9Və kimin tərəziləri/çəkiləri yüngül gələrsə, bax budur, onlar ayələrimizə qarşı zalımlıq etdiklərinə görə özlərini ziyana salan kəslərdir.

10Və heç şübhəsiz, Biz sizi yer üzündə yerləşdirdik və orada sizə dolanışıq təmin etdik. Özünüzə verilən nemətlərin qarşılığını nə qədər də az ödəyirsiniz!

(39/7, Əraf/1–10)

Nəcm: 69

11Və heç şübhəsiz, Biz sizi yaratdıq, sonra sizi şəklə saldıq, sonra da kainatdakı güclərə[2]: “Adəmə/bilikləndirilmiş, vəhy almış insana[3] boyun əyib, təslim olun” – dedik. İblisdən/düşüncə qabiliyyətindən[4] başqa, onlar dərhal boyun əyib təslim oldular. O, boyun əyib, təslim olanlardan olmadı.

12Allah: “Sənə əmr etdiyim zaman, səni boyun əyib təslim olmaqdan nə saxladı?” – dedi. İblis: “Mən, ondan xeyirliyəm; məni atəşdən/enerjidən yaratdın, onu isə palçıqdan/maddədən yaratdın” – dedi.

13Allah: “Elə isə oradan dərhal en, sənə orada yekəxanalıq etmək olmaz, dərhal çıx, sən tam əmin ol ki, məqamından aşağı endirilirsən” – dedi.

14İblis: “Yenidən dirildiləcəkləri günə qədər mənə möhlət ver” – dedi.

15Allah: “Sən, möhlət verilmişlərdənsən” – dedi.

16,17İblis: “Elə isə, məni azğınlığa itələməyinə qarşılıq olaraq, and olsun ki, mən onlar üçün Sənin ən doğru yolunda oturacağam. Sonra, yenə and olsun ki, onların önlərindən, arxalarından, sağlarından, sollarından onlara vəsvəsə verəcəyəm və Sən, çoxlarının, özlərinə verilən nemətlərin qarşılığını ödəyənlər olmadığını görəcəksən” – dedi.

18Allah: “Haydı, sən, qınanmış və qovulmuş olaraq oradan çıx. Onlardan, sənə kim uyarsa, and olsun ki, sizin hamınızdan cəhənnəmi dolduracağam” 19Və: “Ey Adəm, məlumatlanmış və vəhy almış insan! Sən və zövcən cənnətdə yerləşin, dilədiyiniz yerdən də yeyin və dolaşıq, çəkişmə qaynağı olan bu şeyə yaxınlaşmayın/malın-mülkün, paranın-pulun[5] hərisi olmayın, yoxsa yanlış edənlərdən/özünə zərər verənlərdən olarsınız” – dedi.

20Sonra İblis, onların özlərindən gizli qalan eyiblərini özlərinə göstərmək üçün, onlara vəsvəsə verdi. Və: “Rəbbiniz, başqa bir səbəbdən deyil, sırf ikinizin də bir mələk/iradəsiz güc olmağınız, ya da əbədi olaraq qalıcılardan/inkişaf etməyən, dəyişilməyən bir varlıq olmağınız üçün sizi qarışıqlığın, çəkişmənin qaynağı olan bu şeydən; maldan-mülkdən, paradan-puldan çəkindirdi/bunları sizə qadağan etdi” – dedi.

21Və: “Əlbəttə, mən sizə öyüd verənlərdənəm” – deyə onlara and içdi/sübutlar irəli sürdü. 22Beləliklə, onları aldadaraq rüsvay etdi. Onlar qarışıqlığın, çəkişmənin qaynağı olan şeyin; malın-mülkün, paranın-pulun dadını anlayınca hərislikləri, acgözlükləri dövrəyə girdi/ortaya çıxdı və mal-mülk, para-pul toplamağa başladılar. Rəbləri onlara səsləndi: “Mən sizə mal-mülk, para-pul hərisi olmağı qadağan etmədimmi və sizə: “Bu şeytan, tam əmin olun ki, sizin üçün açıq-aşkar düşməndir” – demədimmi?”

23Onlar/hər ikisi: “Ey Rəbbimiz! Biz özümüzə qarşı haqsızlıq etdik və əgər bizi bağışlamasan və bizə mərhəmət etməsən, yəqin ki, zərərə uğrayanlardan olarıq!” – dedilər.

24Allah: “Bir-birinizə düşmən olaraq alçalın, sizin üçün yer üzündə bir müddətə qədər qalmaq və faydalanmaq vardır” – dedi.

25Allah: “Orada yaşayacaqsınız, orada öləcəksiniz və oradan çıxarılacaqsanız” – dedi[6].

(39/7, Əraf/11–25)

Nəcm: 70

26Ey Adəmoğulları! Sizə eyiblərinizi örtə biləcəyiniz libas və bəzənə biləcəyiniz libaslar endirdik. Və təqva – “Allahın qoruması altına girmə” libası isə… o daha xeyirlidir. Bax budur, bu, düşünüb öyüd alarlar deyə, Allahın ayələrindəndir.

27Ey Adəmoğulları! Şeytan ana-atanızı, öz eyiblərini özlərinə göstərmək üçün libaslarını soyunduraraq, cənnətdən çıxardığı kimi, qətiyyən sizi də fitnəyə düşürməsin; sizi haqq dindən döndərməsin! Çünki o və qəbiləsi, sizin onları görə bilməyəcəyiniz yerdən sizi görürlər. Biz şeytanları inanmayanlar üçün vəlilər/yol göstərənlər, idarə edənlər etdik.

28Və onlar bir iyrənclik etdikləri zaman: “Atalarımızı bu yolda gördük, bunu bizə Allah əmr etdi” – deyərlər. De ki: “Allah iyrəncliyi əmr etməz. Allah haqqında bilmədiyiniz şeylərimi söyləyirsiniz?”

29De ki: “Rəbbim ədalətli olmağı əmr etdi. Hər məscidin[7] yanında; cəmiyyət icərisində üzünüzü/bütün mənliyinizi Ona yönəldin və dini yalnız Ona xas qılaraq, Rəbbinizə yalvarın. İlkin sizi yaratdığı kimi, Ona dönəcəksiniz”.

30Bir qrupu doğru yola yönəldi, bir qrupa da pozğunluq haqq oldu; onlar, şeytanları, Allahın yaratdıqlarından yol göstərən, yardım edən və qoruyan yaxınlar hesab etdilər və özlərinin də bələdçilənmiş doğru yolda olduqlarını hesab etdilər.

31Ey Adəmoğulları! Hər məscidin yanında; cəmiyyət içində bəzəklərinizi geyinin, yeyin-için, lakin israfçılıq etməyin; tam əmin olun ki, Allah israfçıları sevməz.

32De ki: “Allahın, qulları üçün çıxardığı zinətləri və tərtəmiz ruziləri kim haram etmiş?” De ki: “Bunlar, keçici dünya həyatında inananlar üçündür/qiyamət günündə yalnız onların olmaq üçün”. Bax budur, beləliklə, Biz ayələri bilən bir cəmiyyətə ətraflı olaraq açıqlayırıq.

33De ki: “Rəbbim ancaq iyrənclikləri; onun açıq və gizli olanını, günahları, haqsız yerə baş qaldırmağı, haqlarında heç bir dəlil endirmədiyi şeyləri Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləməyinizi haram etmişdir”.

34Və hər lideri olan bir cəmiyyət üçün bir müddətin sonu vardır. Onun üçün müddətin sonu gəldiyində, nə bir an ertələyə bilərlər, nə də önə ala bilərlər.

35Ey Adəmoğulları! Sizə, aranızdan ayələrimi anladan elçilər gəldiyində, kim Allahın qoruması altına girərsə və düzəltmək yolunda fəaliyyət göstərərsə, bax budur, onlara qayğı yoxdur və onlar üzülməyəcəklər də.

36Ayələrimizi yalan sayanlar və onlara qarşı yekəxanalıq edən kəslər isə, bax budur, onlar atəşin gücləridir. Onlar orada əbədi qalacaqlar.

37Elə isə, Allah haqqında yalan uyduran və ya ayələrini yalan sayandan daha yanlış/öz zərərinə  iş edən kim ola bilər? Bax budur, onlara Kitabdan payları çatacaqdır. Sonunda elçilərimiz, canlarını almaq üçün onlara gəlincə: “Allahın yaratdıqlarından yalvardıqlarınız haradadır?” – deyərlər. Onlar: “Yalvardıqlarımız bizi qoyub, qaçdılar” – deyərlər və kafirlər olduqlarına, bilavasitə özləri şahidlik edərlər.

38Allah: “Sizdən əvvəl keçmiş tanıdığınız-tanımadığınız atəş içindəki lideri olan cəmiyyətlərin içinə girin!” – deyər. Hər cəmiyyət ora daxil olduqca qardaşını kənarlaşdırıb gözdən salar. Sonunda hamısı oraya toplandığında, sonrakılar əvvəlkilər haqqında: “Rəbbimiz! Bax budur, bunlar bizi yolumuzdan azdırdı. Onlara atəşdən qat-qat əzab ver” – deyərlər. Allah: “Hər kəsə qat-qatdır, lakin siz bilmirsiniz” – deyər.

39Əvvəlkilər də sonrakılara: “Sizin bizdən bir üstünlüyünüz yoxdur. O zaman etdikləriniz ucbatından əzabı dadın” – deyərlər.

(39/7, Əraf/26–39)

Nəcm: 71

40Bu ayələrimizi yalan sayanlara və onlara qarşı yekəxanalıq edən kəslərə, məhz onlara göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə, onlar cənnətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. 41Onlar üçün cəhənnəmdən yataqlar, üstlərindən də örtüklər vardır. Və Biz zalımları bax budur, belə cəzalandırarıq.

42,43İman edənlər və düzəltmək yolunda fəaliyyət göstərənlər ki, Biz heç kimsəyə gücü yetəcəyindən artıq bir yük yükləmərik, bax budur, onlar, cənnət gücləridir və onlar, orada sonsuz olaraq qalıcıdırlar. Və qəlblərində kindən, qisasdan, qısqanclıqdan, hiylədən, xainlikdən, qərəzdən nə varsa, çıxarıb atarıq. Onların altlarından bulaqlar axar. Onlar: “Bütün təriflər bizə bunun üçün bələdçilik edən Allahadır. Əgər Allah bizə bələdçilik etməsəydi, biz onun göstərdiyi doğru yola çata bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri bizə haqq ilə gəlmişdir” – deyərlər. Və onlara səslənilər: “Budur sizə cənnət! Etmiş olduqlarınızla buna varis/son sahib oldunuz”.

44,45Və cənnət əhli atəş əhlinə: “Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu yəqin etdik. Yaxşı, siz Rəbbinizin sizə vəd etdiyinin doğru olduğunu yəqin etdinizmi?” – deyə səsləndilər. Onlar: “bəli” – dedilər. Aralarında bir xəbərdar edici, şübhəsiz ki, Allahın kənarlaşdırmasının, yəni mərhəmətindən məhrum etməsinin, Allahın yolundan geri çevirib, yolun əyri-üyrüsünü istəyən və Axirəti bilərək rədd edən zalımların, yanlış/öz zərərlərinə iş edənlərin başına nə gələcəyini bildirdi/xəbərdar etdi.

50,51Və atəşin əhli, cənnətin əhlinə: “Bir az su və ya Allahın sizə ruzi olaraq verdiyi şeylərdən bizə də verin” – deyə səsləndilər. Onlar da: “Allah, dinlərini lağa qoyan və əyləncəyə çevirən, adi, keçici dünya həyatına aldanan kafirlərə ikisini də, həqiqətən qadağan etmişdir!” – dedilər. Bu günlə qarşılaşacaqlarını nəzərə almadıqları, ayələrimizi/əlamətlərimizi/nümunələrimizi bilə-bilə inkar etdikləri kimi, Biz də bu gün onları nəzərə almayacağıq/cəzalandıracağıq. 46Aralarında da bir pərdə vardır. Və Quran nəcmləri barəsində bilik sahibi olan kəslər[8], onların hamısını əlamətlərindən tanıyırlar. Və Quran biliyinə sahib olan kəslər, cənnəti umub, lakin hələ ora girməmiş olan cənnət əhlinə səslənirlər: “Salam olsun sizə!”

47Gözləri atəş əhlinə çevrilincə: “Rəbbimiz! Bizi bu xainlərlə bir yerdə saxlama” – deyərlər.

48,49Quran nəcmləri barədə bilik sahib olan kəslər, əlamətlərindən tanıdıqları kəslərə səslənib: “Tərəfdarlarınız və yekəxanalığınız sizə fayda vermədi, Allahın mərhəmətinə ki, bu mərhəmət, Allahın: “Girin cənnətə, sizə qayğı yoxdur, üzülməyəcəksiniz də” – deyə verdiyi sözdür, çatdırmayacağına and içdikləriniz bunlarmı?” – deyərlər[9].

(39/7, Əraf/40–45,50,51,46–49)

Nəcm: 72

52Heç şübhəsiz ki, onlara, inananlar üçün bir bələdçi və mərhəmət olaraq, tam bir bilgi ilə, ətraflı olaraq açıqladığımız bir Kitab gətirmişdik.

53Onun ön plana çıxmasından başqa nə gözləyirlər? Onun ön plana çıxacağı gün gəldiyində, əvvəllər onu nəzərə almayanlar: “Rəbbimizin elçiləri həqiqətən bizə doğru olanı gətirmişdi. Görəsən bizim üçün, araçılıq edəcək vasitəçilər varmı? Və ya geri göndərilib, etdiklərimizdən başqasını edə bilərikmi?” – deyəcəklər. Şübhəsiz ki, özlərini məğlub etmişdilər. Uydurduqları şeylər də onlardan ayrılmışdır.

54Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üzərində hegemonluq quran[10], gündüzü durmadan qovalayan gecə ilə bürüyən, günəş, ay və ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, yaratmaq və sistemlər qurub idarə etmək ancaq Ona aiddir. Aləmlərin[11] Rəbbi olan Allah necə də səxavətlidir!

(39/7, Əraf/52–54)

Nəcm: 73

55Rəbbinizə alçala-alçala və gizlicə/açıqca göstərərək dua edin; namaz qılın. Tam əmin olun ki, O, hədlərini aşanları sevməz. 56Və düzəldildikdən sonra yer üzündə pozğunçuluq törətməyin. Ona, ürpərərək və mərhəmət umaraq dua edin. Tam əmin olun ki, Allahın mərhəməti, yaxşılaşdıranlara/gözəlləşdirənlərə çox yaxındır[12].

(39/7, Əraf/55–56)

Nəcm: 74

57Və O, xatırlayasınız/öyüdləri qəbul edəsiniz deyə, mərhəmətinin önündə küləkləri müjdəçilər/dağıdıcılar/yayıcılar olaraq göndərir. Yağış yüklü buludlar yüklənincə, o küləklər onları quraq bir bölgəyə göndərər, sonra onunla suyu endiririk. Beləliklə, onunla məhsulun hamısından bitiririk. Bax budur, Biz ölüləri də belə çıxaracağıq. 58Və gözəl bölgənin bitkisi, Rəbbinin izni ilə/bilgisi ilə çıxar. Pis olandan isə, faydasız bitkidən başqa, bir şey bitməz. Bax budur, Biz ona verilən nemətlərin qarşılığını ödəyən bir cəmiyyət üçün, ayələri belə cürbəcür, təkrar-təkrar açıqlayırıq.

(39/7, Əraf/57–58)

Nəcm: 75

59And olsun ki, Biz Nuhu öz qövmünə elçi göndərdik və o: “Ey qövmüm! Allaha qulluq edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Mən zərərinizə olan, üstünüzə gələcək böyük bir günün əzabından çox ciddi şəkildə qorxuram” – dedi.

60Qövmünün öndə gedənləri: “Biz səni açıq-aşkar bir pozğunluq içində görürük” – dedilər.

61–63Nuh dedi ki: “Ey qövmüm! Məndə hər hansı bir pozğunluq yoxdur. Mən, aləmlərin Rəbbi tərəfındən göndərilmiş bir elçiyəm. Sizə, Rəbbimin göndərdiyi doğruları təbliğ edirəm, sizə öyüd verirəm və Allah tərəfındən, sizin bilmədiyiniz şeyləri bilirəm. Allahın qoruması altına girməyiniz və mərhəmətə çata bilməyiniz üçün, içinizdən sizi xəbərdar edəcək bir insana, Rəbbinizdən bir öyüd/kitab gəlməsinə təəccübmü etdiniz?”

64Buna görə də, onu yalan saydılar. Biz də Nuhu və onunla bərabər gəmidə olanları qurtardıq, ayələrimizi yalan sayanları da boğduq! Həqiqətən onlar, kor bir qövm idilər.

65And olsun ki, Ada da qardaşları Hudu elçi göndərdik. O: “Ey qövmüm! Allaha itaət edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Hələ də Allahın qoruması altına girmirsinizmi?” – dedi.

66Qövmündən, öndə gedən kafirlər: “Biz səni ağıldan kəm/cahillik içində görür və həqiqətən səni yalançılardan hesab edirik” – dedilər.

67–69Hud: “Ey qövmüm! Məndə ağıldan kəmlik/cahillik yoxdur. Mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm. Sizə Rəbbimin göndərdiklərini təbliğ edirəm və mən, sizin üçün etibarlı bir öyüd verənəm. Sizi xəbərdar etməsi üçün içinizdən bir adama Rəbbinizdən, sizə bir öyüd/kitab gəlməsinə təəccübləndinizmi? Düşünün ki, O sizi, Nuh qövmündən sonra, xəlifələr/sonradan gələn nəsillər olaraq yaratdı və yaradılışınızda görkəm, boy-buxun etibarı ilə sizi daha da mükəmməlləşdirdi. Nicat tapmağınız üçün Allahın nemətlərini xatırlayın” – dedi.

70Onlar dedilər ki: “Deməli sən, Allaha başqasını qarışdırmadan qulluq edək və atalarımızın qulluq etdiklərini buraxaq deyəmi, bizə gəldin? Əgər doğruları deyirsənsə, bizi təhdid etdiyin şeyi bizə gətir!”

71Hud dedi ki: “Artıq sizə Rəbbinizdən əzab və qisas/əməllərinizin bədəli enmişdir. Haqlarında Allahın heç bir dəlil endirmədiyi, sadəcə, sizin və atalarınızın qoyduqları adlar haqqında mənimlə mübahisəmi edirsiniz? Gözləyin elə isə, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”

72Buna görə də Hudu və onunla bərabər olan kəsləri tərəfimizdən bir mərhəmətlə qurtardıq və ayələrimizi yalan sayan və iman etməmiş olan kəslərin kökünü kəsdik.

73And olsun ki, Biz Səmud qövmünə də qardaşları Salehi elçi olaraq göndərdik. O dedi ki: “Ey qövmüm! Allaha qulluq edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Sizə Rəbbinizdən açıq bir sübut gəldi. Bax budur, bu, Allahın dəvəsi/sosial yardım və dəstək qaydası sizin üçün bir ayədir! Buraxın onu Allahın yaratdığı yer üzündə yesin, qətiyyən ona pislik etməyin, yoxsa sizi acıqlı bir əzab yaxalayar.

74Və düşünün ki, Addan sonra sizi xəlifələr etdi. Və yer üzündə sizi yerləşdirdi: Onun düzənliklərində saraylar tikirsiniz, dağlarını evlər düzəltmək üçün yonursunuz. Elə isə Allahın nemətlərini xatırlayın və yer üzündə qarışıqlıq salanlar olaraq həddinizi aşmayın”.

75Qövmün yekəxanalıq edib öndə gedənləri, içlərində zəif görünən inananlarına dedilər ki: “Siz, Salehin, həqiqətən Rəbbi tərəfındən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?” Onlar: “Tam əminliklə bilin ki, biz onunla göndərilənə inanırıq!” – dedilər.

76O, yekəxanalıq edənlər: “Biz sizin inandığınızı bilərəkdən/şüurlu şəkildə rədd edənlərik!” – dedilər. 77Dərhal da o sosial yardım və dəstək qurumlarının fəaliyyətini təmin edən gəlir qaynaqlarını qurutdular[13] və yekəxanalıq edərək Rəblərinin buyuruğundan çıxdılar və: “Ey Saleh! Əgər həqiqətən göndərilən elçilərdən birisənsə, bizi təhdid etdiyini bizə gətir!” – dedilər.

78Buna görə də dərhal onları, şiddətli sarsıntı yaxaladı və onlar yurdlarında diz üstə çökərək qaldılar.

79Saleh, o zaman onlardan üz çevirdi və: “Ey qövmüm! And olsun ki, mən sizə Rəbbimin göndərdiklərini təbliğ etdim və sizə öyüd verdim, lakin siz öyüd verənləri sevmirsiniz” – dedi.

80,81And olsun ki, Biz Lutu da elçi olaraq göndərdik. O zaman o, qövmünə demişdi ki: “Siz, sizdən əvvəl aləmdə heç kimsənin etmədiyi iyrəncliyimi edirsiniz? Həqiqətən və qəti əmin olun ki, siz, cinsi baxımdan qadınlardan aşağı olan kişilərə şəhvətlə üz tutursunuz. Əslində siz həddini aşan bir cəmiyyətsiniz”.

82Və qövmünün cavabı yalnız və yalnız: “Onları şəhərinizdən çıxarın, çünki onlar həddindən artıq arınmış insanlarmış!” – demək oldu.

83Buna görə Biz də, onu və ailəsini qurtardıq, yalnız zövcəsini qurtarmadıq. O, geridə qalanlardan/düşüncə baxımından günahkar cəmiyyətlə bərabər olanlardan idi. 84Və üzərlərinə bir yağmur yağdırdıq. Baxın görün, günahkarların sonu necə oldu!

85–87And olsun ki, Biz Mədyənə də qardaşları Şüeybi elçi göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha qulluq edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Sizə Rəbbinizdən açıq bir dəlil gəldi. Artıq ölçünü və çəkini düzgün edin, insanların mallarını əskik verməyin, düzəldildikdən sonra yer üzündə pozğunculuq etməyin. Əgər inananlarsınızsa, bu sizin üçün daha xeyirlidir! Təhdid edərək, inananları Allah yolundan döndərərək və o yolun əyriliyini arayaraq, hər yolun başında oturmayın. Düşünün ki, siz az idiniz və O sizi çoxaltdı. Və pozğunçuların sonunun necə olduğuna bir baxın! Və əgər içinizdən bir qrup mənimlə göndərilənə inanmış, bir qrup da inanmamışsa, o təqdirdə Allah aramızda hökm verənə qədər səbr edin. Və O, hökm verənlərin ən xeyirlisidir”.

88,89Qövmündən yekəxanalıq edib öndə gedənlər dedilər ki: “Ey Şüeyb! Ya səni və səninlə bərabər inananları şəhərimizdən qəti olaraq çıxararıq, ya da bizim dinimizə/həyat tərzimizə dönərsiniz!” Şüeyb, dedi ki: “İstəməsəkdəmi?! Allah bizi ondan qurtardıqdan sonra təkrar sizin dininizə/həyat tərzinizə dönəriksə, əmin olun ki, Allah haqqında yalan uydurmuş olarıq. Rəbbimiz Allahın diləməsi istisna olmaqla, ondan geri dönməyimiz bizim üçün olacaq şey deyildir. Rəbbimiz öz elmi ilə hər şeyi əhatə etmişdir. Biz ancaq Allaha güvənib dayandıq”: Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında haqq ilə hökm et. Çünki Sən hökm edənlərin ən xeyirlisisən!

90Və onun qövmündən, öndə gedən kafirlər dedilər ki: “Əgər Şüeybə uyarsınızsa, o təqdirdə siz, yəqin bilin ki, ziyana uğrayanlardan olarsınız”.

91,92Buna görə də o müdhiş sarsıntı onları yaxaladı, yurdlarında diz üstə çöküb qaldılar. Şüeybi yalan sayanlar, sanki orada heç oturmamış/zəngin həyat yaşamamış kimi oldular. Şüeybi yalan sayanlar var ha, əsas ziyana uğrayanlar onlar oldular.

93Buna görə də Şüeyb, onlardan üz çevirdi və: “Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiklərini təbliğ etdim və sizə öyüd verdim, vəziyyət belə ikən kafirlər qövmünə necə kədərlənim?” – dedi.

(39/7, Əraf/59–93)

Nəcm: 76

94,95Biz hansı şəhərə bir peyğəmbər göndərdiksə, onun xalqını tam yəqin bilin ki, yalvarıb yaxarsınlar deyə, yoxsulluq və sıxıntı yaxaladıq. Sonra pisliyin yerini yaxşılığa dəyişdirdik, sonunda çoxaldılar və: “Atalarımıza da belə sıxıntı və sevinc toxunmuşdu” – dedilər. Buna görə də onları dərhal, onlar heç fərqində olmadan, qəfildən yaxaladıq.

96Və əgər o şəhərlərin xalqı inansaydılar və Allahın qoruması altına girsəydilər, əlbəttə üzərlərinə göydən və yerdən olan bolluqları açardıq. Lakin onlar yalan saydılar. Biz də onları etməkdə olduqlarına qarşılıq yaxaladıq.

97–99Görəsən, o şəhərlərin xalqı gecə vaxtı yatmışkən özlərinə əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa, o şəhərlərin xalqı quşluq vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın oldular? Elə isə, Allahın incə planından arxayın oldularmı? Ziyana uğramış camaatdan başqası Allahın incə planından özünü arxayın görməz.

100Və əvvəlki sahiblərindən sonra yer üzünə varis/son sahib olanlara bələdçi olmadımı, təsir etmədimi? “Əgər Biz dilərsək, onları da günahlarına görə cəzalandırardıq. Biz onların qəlblərinin üzərinə damğa vurarıq/möhürləyərik və onlar da eşitməzlər”.

101,102Bax budur, o şəhərlər ki, sənə onların mühüm xəbərlərindən bir qismini anladırıq. And olsun ki, peyğəmbərləri onlara açıq-aşkar dəlillərlə gəlmişdilər. Lakin əvvəldən yalan saydıqları şeylərə iman etməmişdilər. Bax budur, kafirlərin qəlblərinə Allah belə damğa basar/möhürləyər. Onların çoxunun verdiyi sözün üstündə durduğunu görmədik. Gerçək bu ki, onların çoxunun yollarından azmış kəslər olduğunu gördük.

(39/7, Əraf/94–102)

Nəcm: 77

103Sonra o elçilərin/o cəmiyyətlərin ardından Musanı əlamətlərimizlə/nümunələrimizlə Firona və öndə gedən kəslərə göndərdik və onlar, əlamətlərə/nümunələrə haqsızlıq etdilər. Hələ bir bax, o pozğunçuların aqibətləri necə oldu!

104,105Və Musa: “Ey Firon! Mən, tam əmin olun ki, aləmlərin Rəbbi tərəfındən göndərilmiş bir elçiyəm. Allah haqqında haqqdan başqasını söyləməmək mənim bir vəzifəmdir. Həqiqətən mən, sizə Rəbbinizdən açıq-aşkar bir dəlillə gəldim. Buna görə də İsrailoğullarını mənimlə göndər” – dedi.

106Firon: “Əgər bir əlamət/nümunə ilə gəldinsə, dərhal onu gətir, təbii əgər doğrulardansınızsa” – dedi.

107,108Buna görə də Musa, bilik və təcrübəsini[14] ortaya atdı, o da birdən birə açıq-aşkar bir “silib süpürən”[15] kəsildi. Gücünü də sıyırıb açığa qoydu – artıq gücü, izləyənlər üçün mükəmməl, tam qüsursuz idi[16].

109–112Fironun qövmündən öndə gedənlər: “Tam yəqin bilin ki, bu çox bilikli sehrbaz/ovsun pərdəsi altında elmi yenilikləri tətbiq edən insandır[17]. O, sizi yurdunuzdan çıxarmaq istəyir” – dedilər. Firon: “O halda siz nə əmr edərsiniz?” – dedi. Onlar: “Onu və qardaşını saxla, şəhərlərə də toplayıcılar göndər. Bütün sehrbazları sənin yanına gətirsinlər” – dedilər.

113,114Və o çox-çox bilikli sehrbazlar Fironun yanına gəldilər: “Əgər qalib gələn/məğlub edən biz olarıqsa, həqiqətən bizim üçün böyük bir mükafat olacaq/olacaqmı?” – dedilər. Firon: “Bəli” – dedi. “Siz, tam əmin olun ki, daha yaxınlaşdırılmışlardan olacaqsanız”.

115Çox bilikli, sehrbazlar: “Ey Musa! Sənmi öz mülahizələrini ortaya qoyacaqsan, yoxsa mülahizə ortaya atanlar bizmi olaq?” – dedilər.

116Musa: “Siz mülahizələrinizi ortaya atın” – dedi. Onlar atınca da, insanların gözlərini ovsunladılar və onları qorxutdular. Və böyük bir təsirli hünər göstərdilər.

117Biz də Musaya: “Sən də təcrübələrini ortaya at görək” – deyə vəhy etdik. Bir də nə görsünlər, onların uydurub düzdükləri şeyləri sürətlə yaxalayıb udur.

118Beləliklə, haqq yerini tapdı və Firon və öndə gedən kəslərin bütün etdikləri boşa getdi, işə yaramadı.

119Firon və öndə gedən kəslər artıq orada məğlub oldular və alçalmış bir cəmiyyət olaraq geri döndülər.

120–122Çox bilikli, ovsunlayanlar isə boyun əyib təslim olanlar halında qaldılar. “Aləmlərin Rəbbinə – Musanın və Harunun Rəbbinə iman etdik” – dedilər.

123–126Firon dedi ki: “Mən sizə izin verməzdən əvvəl ona imanmı etdiniz? Şübhəsiz, bu xalqını şəhərdən çıxarmaq üçün, qurduğunuz gizli bir tələdir. Yaxında biləcəksiniz. Tam əmin olun ki, əllərinizi və ayaqlarınızı çaprazlama kəsəcəyəm, sonra da hamınızı mütləq asacağam”. Çox bilikli, sehrbazlar da dedilər ki: “Heç şübhəsiz, biz ancaq Rəbbimizə dönənlərik. Sənin bizi, yaxalayıb cəzalandırmağın da sırf Rəbbimizin ayələri gəlincə onlara iman etdiyimizə görədir”. “Ey Rəbbimiz! Bizə böyük səbr ver ki, əl-qolumuz boşalmasın, zəiflik etməyək, boyun əyməyək. Canımızı da müsəlmanlar olaraq al!”

127Firon qövmündən öndə gedən kəslər də: “Səni və sənin tanrılarını/səni tanrılaşdırmağı tərk etsinlər və yer üzündə qarışıqlıq çıxarsınlar deyəmi Musanı və qövmünü sərbəst buraxacaqsan?” – dedilər. Firon dedi ki: “Onların oğullarını öldürəcəyik, qızlarını sağ buraxacağıq və biz onlar üzərində əzici bir gücə sahib olanlarıq”.

128Musa qövmünə dedi ki: “Allahın köməyini istəyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Qullarından istədiyini ona mirasçı edər. Xoşbəxt son da Allahın qoruması altına girənlər üçündür”.

129Musanın qövmü dedi ki: “Sən, bizim yanımıza gəlməzdən əvvəl də əziyyət gördük, sən gəldikdən sonra da”. Musa dedi ki: “Umid edilir ki, Rəbbiniz düşmənlərinizi dəyişikliyə/dağıntıya uğradacaq və sizi yer üzündə onların yerinə keçirəcəkdir. Beləliklə də, sizin necə davranacağınıza baxacaqdır”.

130Və and olsun ki, Biz Firon sülaləsini, düşünüb öyüd alsınlar deyə, illərlə quraqlıqlarla/qıtlıq və məhsul çatışmazlığı ilə sınadıq.

131Sonra onlara yaxşılıq gəldiyi zaman: “bax budur, bu bizə aiddir” – dedilər. Əgər onlara bir pislik gəlirsə, Musa ilə yanındakıların uğursuzluğu kimi qəbul edirlər. Yaxşı bilin ki, onların uğursuzluğu Allah qatındadır. Lakin onların çoxu bunu bilməzlər.

132Və Fironun qövmü: “Sən bizi varlığı ilə ovsunlamaq üçün hər nə əlamət/nümunə gətirsən də, biz sənə inananlar deyilik” – dedilər.

133Biz də müəyyən olunmuş aralıqlarla, ayələr olmaq üçün, üzərlərinə tufanı, çəyirtkələri, həşəratları, qurbağaları və qanı göndərdik. Yenə yekəxanalıq etdilər və bir günahkarlar qövmü oldular.

134Və o zaman ki, bu əzab üzərlərinə çökdü: “Ey Musa! Sənə olan əhdi, verdiyi sözə görə bizim üçün Rəbbinə dua et, əgər sən, bizdən bu cəzanı qaldırarsansa, sənə tam yəqin bil ki, iman edəcəyik. Və tam yəqinliklə bil ki,  İsrailoğullarını səninlə birlikdə göndərəcəyik” – dedilər.

135O zaman ki, çatacaqları müəyyən bir müddətə qədər onlardan cəzanı qaldırdıq, dərhal sözlərindən döndülər.

136Biz də, şübhəsiz, ayələrimizi yalan saydıqları və onlardan qafil olduqlarına görə onları cəzalandırıb, ədaləti bərqərar etdik. Və onları bol suda/çayda[18] boğduq.

137O zərərlə gəlmiş/gücsüzləşdirilmiş olan qövmü də bərəkətləndirdiyimiz yerin hər tərəfinə mirasçı etdik. Və beləliklə, Rəbbinin İsrailoğullarına olan o çox gözəl sözü[19] səbr etdikləri üçün yerinə yetirildi. Biz də Firon ilə qövmünün yerinə yetirərək bu zamana gəldikləri sənaye əsərlərini və yüksəltməkdə olduqları şeyləri yerlə yeksan/bir etdik.

(39/7, Əraf/103–137)

Nəcm: 78

138,139Və İsrailoğullarını bol sudan/çaydan[20] keçirdik. Sonra, özlərinə aid bütlərə sitayiş etməkdə olan bir cəmiyyətlə rastlaşdılar. Dedilər ki: “Ey Musa! Onların tanrıları olduğu kimi, sən də bizim üçün bir tanrı təyin et!” Musa dedi ki: “Siz həqiqətən cahillik edən bir cəmiyyətsiniz. Bu gördüyünüz xalqın əməl etdikləri din yox olmağa məhkumdur və bütün etməkdə olduqları da batildir”.

140Musa dedi ki: “O sizi aləmlərə üstün qılmışkən, mən sizə Allahdan başqa tanrımı axtarım!”

141O zaman ki, Biz sizə əzabın pisini edən; oğullarınızı öldürən/oğullarınızı boğan, təhsilsiz, təlimsiz buraxıb, manqurtlaşmış bir kütlə əmələ gətirərək, gücsüzləşdirən, qızlarınızı sağ buraxan Firon ailəsinin əlindən sizi qurtarmışdıq. Bunda da sizin üçün Rəbbiniz tərəfındən böyük sınaq vardır.

142Və Musa ilə otuz gecəyə sözləşdik və müddətə bir on gecə də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi vaxt tam qırx gecəyə tamamlandı. Və Musa qardaşı Haruna: “Qövmüm  içində mənim yerimə keç, islah et və pozğunçuların yoluna uyma!” – dedi.

143O zaman ki, Musa müəyyən etdiyimiz vaxtda gəldi və Rəbbi ona söz söylədi. Musa: “Ey Rəbbim! Mənə Özünü göstər, sənə baxım!” – dedi. Rəbbi ona dedi ki: “Məni sən, qətiyyən görə bilməzsən. Və lakin, bu dağa bax, əgər o yerində dura bilirsə, sən də Məni görəcəksən”. Daha sonra Rəbbi dağa təcəlli edincə, onu paramparça etdi, Musa da huşunu itirib, yerə yıxıldı. Ayılıb, özünə gəlincə də: “Səni tənzih edirəm, sənə döndüm/tövbə etdim və mən inananların ilkiyəm” – dedi.

144Allah dedi ki: “Ey Musa! İsmarıclarımla və kəlamımla səni insanlar içərisindən ən üstünü seçdim. İndi sənə verdiyimi al və özünə verilən nemətlərin qarşılığını ödəyənlərdən ol!”

145Və Biz onun üçün o lövhələrdə hər şeydən, bir nəsihət və hər şey üçün bir izah yazdıq. “Haydı, bunları qətiyyətlə qəbul et[21], qövmünə də ən gözəl şəkildə almalarını əmr et. Yaxında sizə o haqq yoldan çıxanların yurdunu göstərəcəyəm.

146Bu yer üzündə, bütün ayələri görsələr də, onlara iman etməyən, doğrunun yolunu görsələr də, o yolu tutub getməyən, əgər pozğunluğun yolunu görərlərsə, onu yol kimi qəbul edən, haqsız yerə yekəxanalıq edən kəsləri, ayələrimizdən uzaq tutacağam”. Bu, onların ayələrimizi yalan saydıqları və onlardan qafil/laqeyd, biganə olduqlarına görədir.

147Ayələrimizi və axirətdəki qarşılaşmanı yalan sayanların əməlləri boşa getmişdir. Onlar öz etdiklərindən başqa bir şey iləmi cəzalandırılırlar?

148Musanın qövmü, Musadan sonra, öz qövmünün bəzəklərini bir yerə toplayaraq aldadıcı, tələyə düşürücü səsi[22] olan, əslində isə heç işə yaramayan bir tanrı qəbul etdilər/böyük bir sərmayə düzəldərək ona sitayiş etdilər. Qəbul etdikləri tanrının onlara bir söz söyləyə bilmədiyini və bir yol göstərə bilmədiyini görmədilərmi? Onu tanrılaşdırdılar və zalımlardan oldular.

149O zaman ki, gözlərinin önünə gəldi və azmış olduqlarını gördülər: “Əgər Rəbbimiz bizə mərhəmət etməzsə və bizi bağışlamazsa, tam əmin olun ki, biz böyük zərərə uğrayanlardan olacağıq” – dedilər.

150Və Musa, qəzəbli və kədərli olaraq qövmünə döndüyündə: “Mənə arxamdan nə pis bir sələf/nəsil oldunuz! Rəbbinizin əmrini tezləşdirdinizmi?” – dedi. Və lövhələri buraxdı və qardaşı Harunu özünə tərəf çəkərək başından tutdu. Harun: “Ey anamın oğlu! İnan ki, bu cəmiyyət məni gücsüz düşürdü, az qala məni öldürəcəkdilər. Onun üçün mənə düşmənləri sevindirəcək bir şey etmə. Və məni bu zalımlar qövmü ilə bir tutma” – dedi.

151Musa dedi ki: “Rəbbim! Məni və qardaşımı bağışla! Bizi mərhəmətinin içinə al. Və Sən mərhəmətlilərin ən mərhəmətlisisən”.

152Şübhəsiz, o qızıla sitayiş edənlərə Rəblərindən bir qəzəb, dünya həyatında bir “mənfurluq” çatacaqdır. Bax budur, Biz uydurmaçıları belə cəzalandırırıq!

153O, pis əməllər törədib sonra arxasından dönən kəslər və iman edənlər üçün də heç şübhə yox ki, Rəbbin bundan sonra yenə də əfv edən və mərhəmət edəndir.

154Qəzəbi Musanı rahat buraxınca da, lövhələri aldı. Onlardakı yazıda da, ancaq Rəblərindən qorxan kəslər üçün bir bələdçilik və mərhəmət vardı.

155Və Musa müəyyən etdiyimiz vaxt üçün qövmünə yetmiş nəfər seçdi. O zaman ki, bunları o sarsıntı yaxaladı, bax budur, o zaman Musa: “Rəbbim!” – dedi, “diləsəydin bunları da, məni də daha əvvəl dəyişikliyə/dağıntıya uğradardın. İndi bizi, içimizdəki o ağlı çatmazların etdiklərinə görə dəyişikliyə/dağıntıyamı uğradacaqsan? O, Sənin saflaşmağımız üçün atəşlərə atmağından başqa bir şey deyildir. Sən bu saflaşdırma işlərinlə dilədiyini pozğunluqda buraxır, dilədiyinə də bələdçilik edirsən. Sən bizim köməkçimiz, bələdçilik edən yaxınımızsan. Artıq bizi bağışla, mərhəmət et, Sən bağışlayanların ən xeyirlisisən. Və bizə həm bu dünyada bir yaxşılıq yaz, həm də axirətdə. Biz həqiqətən də Sənə döndük”.

(39/7, Əraf/138–155)

Nəcm: 79

156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını[23]/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”.

158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”.

159Musanın qövmündən də haqqı göstərən və haqq ilə ədaləti həyata keçirən bir başçıları olan camaat vardır.

Nəcm: 80

160Və Biz onları başçıları on iki nəvə olan oymaq cəmiyyətlərinə ayırdıq. Və qövmü ondan su istədiyi zaman Musaya: “Təcrübəni, o daş qəlbli qövmünə[24] tətbiq et[25]” – deyə vəhy etdik. Dərhal o daşqəlbli cəmiyyətdən on iki cəmiyyət/bölgə xalqı[26] var oldu. Xalqın hər biri su alacağı yeri yaxşıca öyrəndi/işarə etdi. Və buludu da üzərlərinə kölgə etdik. Onlara qüdrət halvası və bal/bildirçin endirdik. Sizə, ruzi olaraq, ehsan etdiyimiz nemətlərin təmizindən yeyin! Onlar Bizə haqsızlıq etmədilər, öz-özlərinə haqsızlıq edirdilər.

161Və bir zaman onlara: “Bu şəhərə yerləşin və oradan dilədiyiniz şeyləri yeyin və “Hittə” [günahlarımızı bağışla!] – deyin və təslim olmuş olaraq qapıdan girin. Biz günahlarınızı bağışlayacağıq, yaxşıları artıracağıq” – deyilmişdi.

162Sonra onların içindən bir qisim yanlış/öz zərərlərinə iş edənlər, sözü, onlara söylənəndən başqa sözə dəyişdirdilər. Biz də, yanlış/öz zərərlərinə iş etdiklərinə görə, üstlərinə göydən bir cəza göndərdik.

(39/7, Əraf/160– 162)

Nəcm: 81

163Və onlardan, o dəniz sahilindəki şəhər haqqında da soruş. O dövrdə onlar qulluğa, yaxşı-yaxşı düşünməyə həsr/təyin/müəyyən olunmuş gündə sədləri aşırdılar. Qulluğa, yaxşı-yaxşı düşünməyə həsr/təyin/müəyyən olunmuş gündə hədsiz bədbinləşirdilər, digər günlərdə isə çox xoşbəxt/nikbin olurdular[27]. Bax budur, haqq yoldan çıxdıqlarına görə, Biz onları belə bəlaya düçar etdik.

 

(39/7, Əraf/163)

Nəcm: 82

164Və o zaman ki, onların içlərindən bir ümmət; liderli cəmiyyət: “Allahın dəyişikliyə/dağıntıya uğradacağı, ya da çətin bir əzabla zülm edəcəyi bir cəmiyyətə niyə öyüd verirsiniz?” – dediyi vaxt, o xəbərdarlıq edən kəslər də dedilər ki: “Rəbbinizə qarşı tutarlı dəlil olsun, bunlar da Allahın qoruması altına girsinlər deyə”.

165,166O zaman ki, onlar özlərinə xatırladılan şeyləri nəzərə/diqqətə almadılar, Biz o pislikdən çəkindirənləri qurtardıq, o zalımları da haqq yolundan çıxdıqlarına görə şiddətli/acınacaqlı hala düşürən bir əzaba düçar etdik. O zaman ki, onlar özlərinə qadağan olunduqları şeylər barəsində böyük-böyük danışdılar, Biz də onlara: “Həqir meymunlar olun!” – dedik.

167Və o vaxt Rəbbin, qiyamət gününə qədər üzərlərinə, tam əmin olun ki, özlərini ən pis əzaba uğradacaq insanlar göndərəcəyini elan etdi. Şübhə yoxdur ki, Rəbbin cəzanı tez verəndir. Və tam əmin olun ki, O, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol bağışlayandır, əngin mərhəmət sahibidir.

168Və onları yer üzündə bir çox liderli cəmiyyətlərə ayırdıq. Onlardan bir qismi düzgün insanlardı, bir qismi də bundan aşağı səviyyədə idilər. Və Biz onları, dönsünlər deyə, yaxşılıqlarla və pisliklərlə sınadıq.

169Sonra, onlardan sonra bir nəsil gəlib, onların yerinə keçdi. Kitaba mirasçı oldular. Onlar bu dünyanın dəyərsiz qazanclarını alırlar: “Bizə gələcəkdə mərhəmət olunar/günahlarımız bağışlanar” – deyirdilər. Özlərinə ona bənzər dəyərsiz bir mal gəlirsə, onu da alırdılar. Allah haqqında haqqdan başqa bir şey söyləməyəcəklərinə dair özlərindən o kitabın təminatı alınmadımı? Halbuki, onda olanı oxuyub öyrənmişdilər. Axirət yurdu, Allahın qoruması altına girmiş insanlar üçün daha xeyirlidir. Hələ də ağılla hərəkət etməyəcəksinizmi?

170Və Kitaba möhkəm sarılanlara və salaatı iqamə edənlərə[28] gəlincə, Biz o düzəldənlərin/yaxşılaşdıranların mükafatını itirmərik.

171Bir zamanlar ki, o dağ kölgəlik/çətir kimi ikən, onlar da, dağ üzərlərinə yıxılacaq deyə inandıqları vaxt, Biz onların üstününü/ən seçilənlərini o dağa çəkmişdik/yüksəltmişdik[29]: “Allahın qoruması altında olmağınız üçün sizə verdiyimizi qüvvətlə tutun və içindəkini xatirinizdən çıxarmayın!”

(39/7, Əraf/164–171)

Nəcm: 83

172,173Halbuki sənin Rəbbin, qiyamət günü: “Bizim bunlardan xəbərimiz yox idi” – deməyəsiniz, yaxud: “Bundan əvvəl atalarımız ortaq qoşub, biz onlardan sonra gələn nəsillərik. Batili işləyənlərin işlədiklərinə görə bizimi dəyişikliyə/dağıntıya uğradacaqsan?” – deməyəsiniz deyə, Adəmoğullarının bellərindən onların nəsillərini alar və onları öz nəfslərinə şahid edər: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyərlər ki: “Əlbəttə Rəbbimizsən, şahidlik edirik”.

174Və bax budur, Biz düşünsünlər deyə, ayələri belə ətraflı olaraq açıqlayırıq.

(39/7, Əraf/172–174)

Nəcm: 84

175Özünə ayələrimizi verdiyimiz, sonra da onlardan sıyrılıb çıxan, sonra şeytanın ardına taxdığı, beləliklə də, azğınlardan olan o adamın ciddi xəbərini onlara anlat.

176Və əgər Biz diləsəydik, onu o ayələrlə ucaldardıq, amma o alçaqlığa qurşandı qaldı və nəfsinə uydu. Artıq onun vəziyyəti üstünə cumsan da, öz halına buraxsan da dilini çıxarıb tövşüyən köpəyin vəziyyətinə bənzəyir. Bax budur, bu, ayələrimizi yalan sayan qövmün vəziyyətidir. Ona görə də sən yaxşı-yaxşı düşünsünlər deyə, bu hekayəni yaxşı-yaxşı anlat.

177Ayələrimizi yalan sayıb, sırf özlərinə haqsızlıq edən o qövmün vəziyyəti nə pisdir!

178Allah kimə yol göstərirsə, bax budur, o bələdçiləndiyi doğru yolu tapandır. Kimi də azdırırsa, bax budur, onlar zərərə uğrayanların məhz özləridir.

(39/7, Əraf/175–178)

Nəcm: 85

179Və and olsun ki, tanıdıqlarınızdan/tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törədib çoxaltdıq; onların qəlbləri vardır, onlarla anlamazlar. Gözləri vardır, onlarla görməzlər. Qulaqları vardır, onlarla eşitməzlər. Bax budur, onlar dördayaqlı heyvanlar kimidirlər. Hətta, daha da pozğunlaşırlar. Bax budur, onlar laqeydlərin məhz özləridir.

180Və ən gözəl adlar Allahındır. Elə isə Onu, onlarla çağırın. Onun adlarında əyriliyə azanları da tərk edin. Onlar etməkdə olduqlarının qarşılığını yaxında görəcəklər.

181Yenə Bizim yaratdıqlarımızdan haqqa bələdçilik edən və onunla ədaləti həyata keçirən/tətbiq edən bir ümmət vardır.

182Və ayələrimizi yalan sayanları gözləmədikləri yöndən dərəcə-dərəcə, yavaş-yavaş dəyişikliyə/dağıntıya yaxınlaşdıracağıq.

183Mən onlara müddət də verərəm. Tam əmin olun ki, Mənim planım çox çətindir.

184Və onlar yoldaşlarında heç bir dəliliyin/cin vurmanın olmadığını düşünmədilərmi? O, ancaq açıq-aşkar bir xəbərdar edəndir.

185Və onlar göylərin və yerin mülkiyyəti və idarəçiliyini, Allahın təşkil etmiş olduğu hər hansı bir şeyi və əcəllərinin həqiqətən yaxınlaşmış olması ehtimalını heç düşünmədilərmi? Artıq bundan sonra başqa hansı sözə inanacaqlar?

186Allah kimi azdırırsa, artıq ona yol göstərəcək heç kim yoxdur. Və O, bunları azğınlıqları içində çaşqın bir vəziyyətdə buraxır.

(39/7, Əraf/179–186)

Nəcm: 86

187Səndən Saat barədə – qiyamətin qopma anı barədə soruşurlar: “Nə zaman gəlib çatacaq?” De ki: “Onun bilgisi yalnız və yalnız Rəbbimin qatındadır. Onun vaxtını Özündən başqa heş kimsə açıqlaya bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir/bilinməz olmuşdur. O sizə anidən gələr”.

Sanki sən onu çox yaxşı bilirmişsən kimi, onu səndən soruşurlar. De ki: “Onun bilgisi Allah qatındadır. Lakin insanların çoxu bilməzlər”.

188De ki: “Mənim özüm üçün Allahın dilədiyindən başqa nə bir fayda əldə etməyə, nə də bir zərərin qarşısını almağa gücüm çatmaz. Mən əgər görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilsəydim, əlbəttə, mən xeyiri çoxaltmaq istəyərdim. Və mənə heç bir pislik bulaşmamışdır. Mən ancaq bir xəbərdar edən və iman edən bir qövmü müjdələyənəm”.

(39/7, Əraf/187–188)

Nəcm: 87

189O, sizi bir candan əmələ gətirən və ondan da, özünə isinsin deyə, tayını düzəldəndir. O zaman ki, o, onu örtüb bürüdü, o zaman o yüngül bir yüklə yükləndi. Və bununla gedib-gəldi. O zaman ki, qadın ağırlaşdı, dərhal o ikisi Rəblərinə dua etdilər: “Əgər bizə sağlam bir övlad verərsənsə, and olsun ki, tam yəqin bil ki, qarşılığını ödəyənlərdən olacağıq”.

190O zaman ki, o ikisinə sağlam bir övlad verdi, o ikisinə verdiyi şey haqqında Onun üçün ortaqlar qoşdular. Onların ortaq qoşduğu şeylərdən Allah münəzzəhdir, ucadır.

191Heç bir şey yaratmayan və özləri yaradılmış olan şeylərimi tay/şərik qoşurlar?

192Halbuki bunlar, sitayş edənlərə kömək etməyə güc yetirə bilməzlər. Öz nəfslərinə də kömək edə bilməzlər. 193Əgər siz onları doğru yola çağırsanız, sizə uymazlar. Onları çağırsanız da, çağırmayıb susmuş olsanız da, sizə görə heç bir fərq etməz.

194Allahın yaratdıqlarından yalvardıqlarınız… onlar eyni ilə sizin kimi quldurlar. Əgər doğrusunuzsa, haydı, onları çağırın ki, sizə qarşılıq versinlər. 195Onların yerimək üçün ayaqları, tutacaq əlləri, görəcək gözləri və ya eşidəcək qulaqlarımı var?

De ki: “Çağırın ortaqlarınızı, sonra mənə tələ qurun və mənə zaman verməyin. 196Şübhəsiz ki, mənim vəlim [yol göstərənim, kömək edənim, qoruyanım], o kitabı endirən Allahdır. Və O, düzgün insanlara vəli [yol göstərən kömək edən, qoruyan] olur. 197Sizin Onun yaratdığı sərvətlərdən yalvardıqlarınız isə, sizə kömək etməyə gücləri yetməz, öz nəfslərinə də kömək edə bilməzlər. 198Siz onları doğru yola çağırsanız da eşitməzlər. Və onları sənə baxan kimi görərsən, halbuki, onlar görməzlər”.

(39/7, Əraf/189–198)

Nəcm: 88

199Sən əfvi/malın artıq qalanının al, “örf” [ənənə, Quran ayələri qrupu] ilə əmr et və cahillərdən də aralı dur.

200Əgər sənə şeytandan bir vəsvəsə gələrsə də, dərhal Allaha sığın. Tam əmin olun ki, O, ən yaxşı eşidən, ən yaxşı biləndir.

201,202Öz qardaşları onları pozğunluğa sürüklədiyi və buraxmadığı halda, şübhəsiz, Allahın qoruması altına girən bu insanlar, özlərinə şeytandan bir vəsvəsə, qaranlıq, səhv və yersiz düşüncə, qondarma/uydurma kimi bir tufan baş verdiyi zaman, xatırlayarlar/düşünərlər. Sonra bir də baxıb görərsən ki, onlar bunu görüb bilmişdilər!

203Onlara bir ayə gətirmədiyin zaman da: “Özün onu uydursaydın!…” – deyərlər. De ki: “Mən ancaq Rəbbimdən mənə nə vəhy olunursa, ona riayət edirəm”. Bax budur, bu Quran Rəbbinizdən gələn qəlb gözünü açacaq bəyanlardır, iman edən bir cəmiyyət üçün bir bələdçi və bir mərhəmətdir.

204Və əsirgəməyiniz/cəmiyyət xeyrinə işlər görməyiniz üçün Quran öyrənilib-öyrədildiyi zaman, dərhal ona qulaq asın və susun.

205Və hər zaman öz içindən, qorxaraq və alçala-alçala, yüksək olmayan bir səslə Rəbbini an və laqeydlərdən olma!

206Şübhə yox ki, Rəbbini yaxşı tanıyan insanlar, Allaha qulluq etməkdə yekəxanalıq etməzlər, Onu hər cür nöqsanlıqlardan arındırırlar, yalnız və yalnız Ona boyun əyib təslim olurlar.

(39/7, Əraf/199–206)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Məlaikə və bunun təki olan mələk, omonim sözlərdir. Həm “elçi göndərmək” mənasına gələn “uluk” kökündən, həm də “qüvvət, idarəetmə gücü” mənasındakı “məlk” kökündən törəmiş ola bilər. “Elçi göndərmək” mənasına gələn “uluk” kökündən törəmiş “mələk”, məlaikə sözləri, “peyğəmbərləri, vəhy ayələrini” ifadə edərlər. “Məlk” kökündən gələn mələk, məlaikə sözləri isə “təbiətdəki maddi və enerjik bütün gücləri” ifadə edər. Təsbitlərimizə görə, Quranda keçən bu sözlər, hər iki kökdən də törəmiş və törədiyi kökün mənasına uyğun olaraq, fərqli mənalarda istifadə edilmişdir. Yəni “məlaikə” sözü, Quranda bəzən birinci mənada, bəzən də ikinci mənada istifadə edilmişdir. Sözün Quranda hansı mənada istifadə edildiyi isə, yer aldığı bölmənin söz axışından ayırd edilə bilir.

Mələk sözü ilə əlaqədar geniş açıqlama Təbyinul-Quranda verilmişdir.

[3]Ayənin orjinalinda keçən “Adəm” kəlməsinin, Rəsmi Düzülüşdə: Sad/72, Hicr/29, Səcdə/9, Bəqərə/31–ci ayələrdən açıq şəkildə anlaşıldığına görə, “bilikləndirilmiş, ilk vəhy alan insanı, ilk elçi”ni təmsil etdiyi aydın olur. Adəmə gələn vəhylər, bu nəcmdə və Bəqərə/37–39–da (403 saylı nəcm) açıq şəkildə bildirilmişdir.

[4]Ayənin orijinalındakı ifadə, “bu, qovulmuş şeytanın sözü deyildir” şəklindədir. Şeytan, söz mənası olaraq “haqqdan uzaq olan” deməkdir. Anlayış olaraq isə, “haqqa və ağla zidd hərəkət edən hər cür insan, güc və qurumun ortaq və xarakteristik adı”dır.

Şeytanın kimlər və ya nələr ola biləcəyi, özəllikləri və ayırd edici xüsusiyyətləri Quranda təfərrüatlı olaraq mövcuddur. Qurana görə Şeytan: a) Haram yeməyi, haqsız qazanc əldə etməyi məsləhət görən/əmr edən, b) Pislik, həyasızlıq etməyimizi və Allaha qarşı bilmədiyimiz şeyləri söyləməyimizi təlqin edən, c) Bizi yoxsulluqla qorxudan, d) Bizi əsassız, boş düşüncələrə salan, e) Allahın yaratdıqlarını dəyişdirməyi əmr edən, f) Aldatmaq üçün bizə parlaq sözlər pıçıldayan, g) Vəsvəsə verib, qızışdıran, zehin bulandıran, h) Etdiyimiz əməllərimizlə bizi, lazımsız hərəkətlərə sövq edən, i) Bizi azdıran, j) İçki/narkotik və qumarla insanlar arasına düşmənçilik və kin salmaq istəyən, k) Bizi Allahı anmaqdan və Ona qulluq etməkdən çəkindirmək istəyən insan və güclərdir.

“Qovulmuş şeytan”, “inadkar şeytan” ifadələri də Quranda “İblis” üçün işlədilir. “İblis” isə, “insanın düşünmə qabiliyyəti”dir. Quranda İblis, gözə görünməyən, insanın zehnində vəsvəsə verən, xam düşüncələr törədən, insanlara ətraflarından yanaşan, təsirlə fəaliyyətə keçən, təsirsiz sahələrdə fəaliyyət göstərə bilməyən, canlılardan sadəcə insanda olan, insana boyun əyməyən, enerjidən yaradılmış bir güc, bacarıq olaraq tanıdılır. Quranda bu bacarıq insanlaşdırılaraq, işlədilir. Geniş məlumatı “Təbyinül-Quran”dan almaq olar.

[5]Bölmədə keçən şəcər [girift, didişməyin qaynağı] və “varaqıl–cənnət” [cənnət yarpaqları] ifadələri, “mal və pul” deməkdir. Dəqiqləşdirmələr üçün Bxn. Təbyinul–Quran.

Hekayəni anladan ayələrdəki ifadələr və sözlərin doğru mənaları göstərir ki, Allah insanın mal ehtirasından uzaq olmasını istədiyi üçün, Adəm və zövcəsini mal düşkünü olmaqdan uzaqlaşdırır, İblis də Adəm və zövcəsini mal ilə aldadır.

Göründüyü kimi, ayədəki ifadələr tam mənası ilə həyatın reallıqlarını ifadə edir. Adəm və zövcəsinin, nemətlərin dadını alınca, onların əsiri olmaqları və hərisliklə bağlandıqları bu nemətlərdən ayrılmamaq üçün, onlara sıx–sıx sarılmaları, bu gün də qarşılaşıla bilən mənzərələrdir. Keçici dünya həyatının bəzəklərindən bir dənəsini belə kənarda buraxmadan, hamısına sahib olan və ya olmaq istəyən, faydalandığı bəzəkləri adətən, üzərinə yapışdırıb, tam mənası ilə bir bəzək istehlakçısı halına gələn insanlar heç də az deyildir. O halda, Rəbbimizin sözləri qətiliklə bir məsəl kimi qəbul edilməməli və bilinməlidir ki, insanın “özünə ilham edilmiş fücuru, İblisin təsiri ilə zahirə vurması” şəklində ortaya çıxan çirkin davranışları, Adəm və zövcəsinə qədər gedib çıxır.

[6]Bölmənin anladılması, təmsili anlatma şəklindədir. Rəbbimiz insanın maddi və mənəvi quruluşunu və zəif nöqtələrini teatr səhnəsi kimi canlandıraraq, anlatmışdır. Qətiliklə, bu hadisə keçmişdə yaşanmamışdır. Bu hadisə hər insanın şəxsində cərəyan edərək davam edir.

[7]“Məscid” sözü “səcədə”, “yescüdü” felinin mimli məsdəri [məkan adı] olub, “səcdə edilən/etdirdilən yer” deməkdir ki, bunun, bu gün qılınan namazlardakı səcdə yeri ilə əlaqəsi yoxdur. Bu, “həqiqətə zidd düşünən, zidd hərəkət edən insanların fikrən təmin edildikləri, inandırıldıqları, haqqa boyun əydirildikləri, onların da təslim olub, haqqa boyun əydikləri yer”, qısaca “təhsil–təlim, inandırma yeri” – deməkdir.

[8]“Əshab–i əraf”, “bu dünyada az səviyyədə də olsa, Quran haqqında bilik sahibi olan, Quran nəcmlərini bilən insanlar”–dır.

Bu insanlar, sahib olduqları Quran biliyi ilə kimlərin cənnətlik, kimlərin də cəhənnəmlik olduğunu bilə bilirlər. Bizə görə, Qurandan ən az 10 nəcm öyrənmiş olan insanlar, başqa bir sosial biliyə, təhsilə ehtiyac qalmadan, insanların həyat tərzlərinə baxaraq, cənnətliklər ilə cəhənnəmlikləri ayırd edə bilərlər.

[9]Texniki qaydalar və məna birliyinə uyğun olaraq, 46–49–cu ayələr, Rəsmi Düzülüşdəki 50–51–ci ayələrdən sonra tərtib edilmişdir.

[10]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bun­lardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.

Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.

Ayənin orijinalında keçən istiva ifadəsi, məcazən, “hegemonluq qurdu, nəzarəti altına aldı” deməkdir. Ayələrdən görünəcəyi kimi, “Ərşə istiva etdi” ifadələri, “ən böyük, ən uca məqamda hegemonuq qurdu, nəzarəti əlinə aldı” –mənasındadır. Mütəşabih olan bu anlayış, ayədə məcazi olaraq istifadə edilmişdir. İstiva sözü, Rəsmi Düzülüşün Yunus/3, Rad/2, Furqan/59, Səcdə/4, Ta–Ha/5, Əraf/54, Bəqərə/29–cu ayələrində də yer alır. Ayədəki istiva edən ifadəsi ilə qəsd edilən də, “Allah”dır. Çünki “istiva”, Allahın sifətlərindəndir, mələk və ya qulların sifəti deyildir.

[11]Aləmlər “Allahın yaratdığı, Allahın imzasını daşıyan və Allahı tanıma nümunəsi olan hər şey”dir.

[12]Namaz sözü, Hindcədən Farscaya, Farscadan da Səlcuqlular dövründə, Türkcəyə keçmişdir. Farscadakı ilk mənası, “atəş önündə hörmətlə əyilmək”–dir. Sanskritcə, “hörmət təqdim etmək” mənasına gələn “namaste” kəlməsinin Farscaya keçmiş şəkli olması mümkündür. Bu kəlmə də, “salam vermək” mənasına gələn “nam” kəlməsindən törəmiş olmalıdır. Həm “nam [salam]” və həm də “namaste [hörmət təqdim etmək]” günümüz Hind kültüründən də göründüyü kimi “əyilərək” edilən bir feldir. Namaz sözünün Farscadakı bu “əyilərək hörmət ilə dua etmək” mənası, Ərəbcə və Quranda “əd–duau bit–tezarru” [alçala–alçala/daima alçalaraq, yalvarmaq] şəklində ifadə edilir.

Ayənin orijinalındakı “tazarruan” ifadəsi, d–r–a kökündən törəmiş “təfəul” babından bir sözdür. Sözün kök olaraq mənası, “zillət və təvazökarlıq göstərmək”– dir. “Tazarruan” sözü, qəlib və cümlədəki “hal” ünsürü etibarilə, “zillət üstünə zillət, zillət üstünə zillət” [əyilə-əyilə, alçala-alçala] deməkdir. Ayədən də açıq şəkildə anlaşılacağı kimi, bu ibadətin qayda şəklinə salına bilən bir şəkli yoxdur. Mömin, Rəbbinə qarşı zillətini könlünə görə edər. Namazda rükət, qibləyə dönmək, abdəst almaq, örtünmək, müəyyən ayə və duaları oxumaq və s. kimi hər hansı bir qayda yoxdur. Bunlar hamısı sonradan icad edilmişdir. Qısacası, “namaz”, “qəlb və qəlibin birlikdə Allaha niyazı”– dır.

Ayənin orjinalında yenə “vav” bağlayıcısı ilə cümlədə ikinci “hal” mövzusunda olan “hufyətən” sözü, h–f–v kökündən törəmiş olub, əksliklərdəndir. Yəni, iki zidd mənanı da ehtiva edən bir söz olub, “açıqca göstərərək, par-par parıldadaraq” və “gizləyərək” deməkdir. Bu halda ayədən hər iki məna da anlaşılmalı və hər iki hal ilə də bu vəzifə edilməlidir.

[13]Burada “sosial yardım və dəstək qurumları” Allahın dəvəsi, bu qurumları yaşatmaq üçün çalışmaq da dəvənin sulanması olaraq xarakterizə edilmişdir. Dəvənin inciklərinin kəsilməsi də, bu qurumların yaşaması üçün lazım olan zəkat/vergi, rüsumlar və s. kimi gəlir qaynaqlarının yox edilməsidir. Quran keçmiş ümmətlərə aid hökmləri simvolik ifadə ilə verərkən, özü, müxatiblərinə bu mövzunu “Salaat, salaatın iqaməsi və zəkat vermək” ifadələri ilə qanunlaşdırılmışdır.

Ayənin orijinalındakı “naakaa” sözünün həqiqi mənası, “ən səmərəli çağındaki dişi dəvə”– dir. Burada bununla “sosial yardım qurumları” nəzərdə tutulmuşdur. Qurandakı salaat anlayışının əsas mənasıdır. Onun “bölünən su”yu ilə də “sosial kömək qurumlarının fəaliyyətini təmin edən zəkat və infaq qurumları” nəzərdə tutulmuşdur. Ayədəki “inciklərini kəsərək öldürdü” ifadəsi ilə də, “vermələri gərəkən zəkatı, rüsumu, vergini və infaqı etməyərək, qurumları yaşatmadıqları” bildirilir. Biz də tərcümədə məcazi mənasını təqdim etdik.

[14]Klassik qaynaqlara görə “əsa” sözünün tam qarşılığı, “yığım, sıx tutulan”dır. Bu mənası ilə də tamaminlə “Quran” sözünün də qarşılığıdır. Bunun “çəlik”ə ad olması da, sadəcə əl və barmaqların üzərində toplanması səbəbi ilə deyil, “üzərinə dayanmaq, yarpaq silkələmək, silah, qazma olaraq istifadə etmək və s. kimi bir çox faydanın da toplandığı”– na görədir.

Bu söz, Musa üçün işlədildiyində, “Musanın yığdığı, Musanın sıx/qüvvətlə tutduğu” mənasına gəlir ki, bu da, ayələrdən anlaşıldığı kimi, “Musaya edilən vəhyləri və Musanın təcrübi bilik yığımı”nı ifadə edər. Musanın əsasının nə olduğu açıq şəkildə bəyan edilir. Bəqərə/63, 93, Əraf/145, 171, Məryəm/12–dən də “qüvvətlə tutulacaq şeyin “kitab/ilahi vəhylər” olduğu açıq şəkildə anlaşılır. Həmçinin, 181–ci nəcmdə göründüyü kimi, Yunus surəsində Rəbbimiz, nəhayət, nüfuzlu biliklilər gəlincə, Musa onlara: “Nə atacaqsınızsa atın!” – dedi. Onlar ortaya atınca da, Musa: “Sizin gətirdiyiniz şey bir göz bağlama, aldatmacadır. Şübhəsiz ki, Allah onun boş və əsassızlığını ortaya çıxaracaqdır. Şübhə yox ki, Allah qarışıqlıq salanların işini düzəltməz. Və Allah, günahkarların xoşuna getməsə də, haqqı, Öz kəlmələri ilə ortaya qoyub gerçəkləşdirər”– dedi” şəklində açıqlama edərək, sehrbazların dəyənəklə deyil, “Allahın kəlmələri” ilə məğlub edildiyini, açıq–aşkar bildirir.

“Əsa” sözü, Quranda 6 dəfə keçir. Bunlardan Ta–Ha/18–dəki əsa, “çoban əsası”, yəni bildiyimiz “çəlik”dir. Rəbbimiz Musaya, bu əsanı, ilk vəhy anında atdırmışdır. Digərləri isə, “Musanın vəhy və təcrübi olaraq öyrənmiş olduğu bilik yığımı”– dır. Musanın Firona qarşı, sudan keçmək, daş qəlbli İsrailoğullarını adam etmək üçün istifadə etdiyi əsa, “Musanın bilik yığımı”dır [özünə vəhy edilənlər və o zamana qədər öyrəndikləri və əldə etdiyi təcrübələrdir].

[15]“Süban” sözü, “su və qan axması” mənasındakı “seab” sözündən gəlir. Vadidə sel yataqlarının qıvrım-qıvrım olması, sevgilinin uzun saçlarının qıvrım-qıvrım olması şairlərin gözündə bu sözlə ifadə edilir. Bu sözün cəmi də “süban” şəklindədir. “Süban” sözü, tək olaraq da “uzun, güclü, siçan ovlayan ilan” mənasında işlədilir.

Demək olur ki, “süban” sözünün əsas mənası, “selin, önünə gələn hər şeyi önünə alıb, sürükləməsi” – deməkdir. Siçanları ovlayıb, udan ilana da bu adın verilməsi, ilanın şəkil, uzunluq və qıvrımlığı etibari ilə dərəyə bənzəməsi və önünə çıxan siçanı udduğuna görədir. Musanın yığdığının buna bənzədilməsi də, ilahi vəhyin, hər cür bəşəri plan və gizlinləri/batili yox edib udduğuna görədir.

[16]“Yed–i Beyza”: əsasən “əl” deyə çevrilən “yed” sözü, məcazən “qüvvət, zənginlik, iqtidar, səltənət, nemət, yay, əl ilə edilən işlərin bütünü” mənasında işlədilir.

Burada bəhs edilən güc, digər ayələrdə, Rəsmi Düzülüş: Nəml/12, Qasas/32–də “cibindəki/qoynundakı güc” olaraq xarakterizə edilir ki, bu güc də, Harundur.

“Beyza” sözü, Türk dilində istifadə edilən “bəyaz” sözü ilə eyni kökün törəmələrindəndir. Bu sözlə əlaqədar da əsas lüğət kitablarında bu məlumatlar verilir: – “Bu sözün əsli yumurta deməkdir. “Bəyaz” sözü də “yumurta rəngi” deməkdir. Bu sözün “beyzae” qəlibi, “həddən artıq ağlığı, parlaqlığı” ifadə edir. Günəşə, sifəti ağ, ləkəsiz olan qadına, üzərində heç bitki olmayan torpağa, qəməri ayların 14–15–i gecəsindəki görünüşlərinə “beyza” deyilir. “Yed–i Beyza” şəklindəki ifadəsi, “isbatlanmış, dəlil” deməkdir”. Bu açıqlamalara görə bu söz “bəm–bəyaz” mənasına gəlir, ki, bu da mükəmməllik və nöqsansızlığın məcazi ifadəsidir.

Ayələrdə bəhs edilən “güc”ün, görənlərə qarşı bəm-bəyaz [qüsursuz, mükəmməl] olması da Harunun ifadə və xitabət bacarığının mükəmməlliyidir. Ayələrdən anlaşıldığına görə, Musa peyğəmbərin ifadə bacarığı, İbranicəni yaxşı bilməməsi, yaxud dilindəki bir problemə görə, zəif idi. Musanın bu qüsuru, özünə qardaşı Harunun vəzir, katib, sözçü olaraq verilməsi ilə aradan qaldırılmışdır. Bu xüsus Ta Ha surəsindəki bölmədə açıq şəkildə görünür.

[17]“Sehr”, “bir şeyi, göz bağlayaraq, əl cəldliyi edərək və ya başqa üsullarla əslində olduğundan başqa bir şəkildə göstərmək” demək olub, mütləq mənada “göz bağlamaq” mənasında deyildir. Yaxşı bir anlatma, konfrans da “Bizi ovsunladı, heyran qoydu” şəklində ifadə edilir. O səbəbdən də biz, sehrbaz sözünü “sehrbaz/ovsun pərdəsi altında elmi yenilikləri tətbiq edən insanlar” olaraq tərcümə etdik.

[18]Ayənin orijinalında yer alan “yemm”, “bahr/çox su” deməkdir. Leys bu sözü, “dərinliyi və sahili bilinəməyən dəniz” olaraq tərif etmişdir. Amma Quranda Ta Ha/39–cu ayədə, “Musanın anasına uşağı “yemmə” buraxması vəhy edilib və Musanın içində olduğu sandığın “yemm”də sahilə çıxması açıq şəkildə bildirildiyinə görə, bu iddia doğru ola bilməz. Belə ki, Musa Nil çayına buraxıldı və sandıq çayın kənarına yanaşdı.

Bu sözün Süryanicədən Ərəbcələşdirildiyinə də inanılır.

Həmçinin Kitab–i Müqəddəsdəki bu sözün İbranicədən İngiliscəyə bəzi tərcümələrdə “red sea” [qızıl/qırmızı dəniz], bəzi tərcümələrdə “reed sea” [saz/qamış dənizi] olaraq çevrilməsi də çox düşündürücdür.

Bu söz, Əraf/136, Ta Ha/39 (iki dəfə), 78, 97, Qasas/7, 40 və Zəriyət/40–da keçir.

Musanın ailəsinin və Fironun yaşadığı yerlər nəzərə alındığında, Musa bölmələrindəə keçən “bahr” və “yemm” kəlmələrini, “bol su/çay olaraq çevirmək lazımdır. Bu ayələrə baxıldığı zaman Fironun, qəti olaraq, uşaq Musanın buraxıldığı suda boğulduğu, dənizdə/Qızıldənizdə boğulma­dığı anlaşılır.

[19]Ayədə bəhs edilən “gözəl söz”, Rəsmi Düzülüş: Qasas/5–6, Maidə/21 və Duhan/25–28–də görünə bilər.

[20]“Bahr”, “istər şirin, istərsə də duzlu olsun, çox su” deməkdir. Bu söz, “qara/quru torpaq parçası” sözünün inkarıdır. Bu sözün əsli “yarmaq”dır. Su, qara/quru torpaq parçasını yardığı üçün bu adla adlanmışdır. Keçmiş ərəb şeirlərində də Fərat çayı “bahr” sözü ilə yer alır. Böyük, duzlu sulara [dənizlərə] “bahr” deyilməsi yayğındır. (Lisan, “bhr” mad.; Tac, “bhr” mad.)

Yenə Musanın ailəsinin və Fironun yaşadığı şəhər nəzərə alındığında, buradakı “bahr” sözü ilə də “Nil çayı”nın qəsd edildiyi anlaşılır.

“Bahr” sözü, Musa ilə əlaqədar ayələrdə: Rəsmi Düzülüş: Bəqərə/50, Əraf/138, Yunus/90, Ta–Ha/77, Şüəra/63 və Duhan/24–də keçir.

[21]Bu bölmədə, Musanın əsasının nə olduğu açıq şəkildə bəyan edilir. Xatırlayacağımız kimi, 85–ci qeyddə “baston”a əsa deyilməsinin, “onun üzərində barmaqların toplandığına, sıx-sıx tutulduğuna” görə olduğu açıqlanmışdı. Burada sıx-sıx tutulan şeylərin nələr olduğu uzun-uzun anladılmışdır. Həmçinin, Rəsmi Düzülüş: Bəqərə/63, 93, Əraf/145, 171, Məryəm/12–dən də “qüvvətlə tutulacaq şeyin kitab/ilahi vəhylər” olduğu açıq şəkildə aydın olur.

[22]Ayənin orijinalındakı sözlərin “doğru” mənası, “Bir buzovu, böyürməsi [cəlbedici, aldadıcı səsi] olan bir cəsəd etmişdilər” şəklindədir. Biz tərcümədə, məcazi mənalarını verdik. Burada bəhs edilən xüsus, İsrailoğullarının qızılın cazibəsinə qapılaraq, qızılı ilahlaşdırmalarıdır. Bunu Ta Ha və Bəqərə surələrində də görəcəyik. Geniş məlumat üçün Bxn. Təbyinul–Quran.

[23]Müzzəmmil/20–də (13–cü nəcm) keçmiş olsa da, enmə sırasına görə Quranda, zəkat sözü ilk dəfə burada keçir. Ona görə də, zəkat ilə əlaqədar qısaca məlumat vermək istəyirik: Zəkat sözü, “təmizlik, törəmə, çoxalma, bolluq və öygü” mənasına gəlir. Quranda bu sözün feli bu mənaların hamısında istifadə edilmişdir. Əz– Zəkat olaraq istifadə edilən qəlibi, malın təmizlənməsinə; mal içindəki sail, məhrum və bütün ictimai haqlarının çıxarılıb, verilməsinə isim olmuşdur. Yəni “Möminlərin dövlətində, dövlətin, var olması, yaşaya bilməsi, salaatın iqamə edilə bilməsi (maddi və mənəvi dəstəyin və təhlükəsizliyin təmin oluna bilməsi)  möminlərin iman borcu, qulluq vəzifəsi olaraq, verdiyi vergi”dir. Biz buna qısaca, “vergi” deyirik. Yalnız bu vergi,  sədəqə kimi adi bir vergi olmayıb, İslami çərçivədə müəyyən edilən, verilən və xərclənən bir vergidir. Qurana görə, verginin verilmə zamanı, qazanc anıdır.

[24]Yuxarıdakı ayələrdə, əsanın, “Musanın bilik yığımı” olduğunu öyrənmişdik. Burada Musanın bilik yığımını istifadə edəcəyi, vuracağı “daş” ifadəsinə diqqət edək. Bilindiyi kimi “daş”, sərtliyin/qatılığın simvoludur. Rəbbimiz İsrailoğullarının qəlblərinin daşlar kimi, hətta daha da qatı olduğunu bildirmişdir. Ona görə də, burada daş ifadəsiylə də “daş qəlbli İsrailoğulları” nəzərdə tutulmuşdur. Bu xüsus, Rəsmi Düzülüş: Bəqərə/74–də görülə bilir.

[25]“Darb” sözünün “həqiqi” mənası, “bir şeyin üzərində bir şey tutmaq” deməkdir. Bu əsil mənadan hərəkətlə, bu söz, “vurmaq, çırpmaq, yarmaq, sıxışdırmaq, yola getmək, qəlb atması, nəbz vurmasu, nümunə vermək” və s. kimi yüzlərıə mənada işlədilir. Biz bunu Təbyində, Sad surəsi çərçivəsində Eyyub peyəmbər ilə əlaqədar bölmənin təhlilində təfsilatlı olaraq verdik. Bu sözün buradakı mənası, gerçək mənası olan “bir şey üzərində bir şey tutmaq”–dır.

[26]Bu ayədəki “ayn” sözü haqqında qədim lüğətlərdə, “görmə, göz, günəş, çeşmə, yağmur, mal, qızıl, insan, həyat, cəmiyyət, bölgə xalqı…” kimi yüzdən çox məna verilmişdir. Bu ayələrdəki ayn sözü nədənsə həmişə “çeşmə” mənasıyla tərcümə edilmişdir. Halbuki, Musa bölməsindəki ayn sözlərinin “cəmiyyət”, “bölgə xalqı” mənası seçilməli idi. Belə ki, Rəbbimiz belə anlaşılmalı olduğuna, ayənin başındakı, “Və Biz onları, on iki nəvə başçıları olan, oymaq cəmiyyətə ayırdıq” ifadəsiylə işarə buyurmuşdur.

Bunu Maidə/12–də də görürük.

İsrailoğullarının on iki qrupa/cəmiyyətə ayrılması və hər birinin başına bir başçı qoyulması Kitab–i Müqəddəs, Saylar: 1–ci Bab: 1–16–cı cümlədə də yer alır. Bu deməkdir ki, Quran, Kitab–i Müqəddəsin bu bölməsini təsdiq edir.

Bu ayələrdə bəhs edilən, “Bilik yığımını daş qəlbli cəmiyyətinə vur” ifadəsi üzərində də durulmalıdır. Ayələrdəki, “Və qövmü özündən su istədiyi zaman, xalqın hər biri su alacağı yeri yaxşı-yaxşı öyrəndi, hani bir zamanlar Musa, qövmü üçün su istəmişdi də” ifadələrindən açıq şəkildə anlaşıldığına görə Musanın qövmü su sıxıntısı çəkmiş, su üzündən aralarında problemlər meydana gəlmişdir. Bu dövrdə də Rəbbimiz Musaya bilik yığımını/təcrübəsini istifadə etməsini vəhy etmişdir.

Su sıxıntısının nələrə səbəb olacağını Musa daha əvvəl Misirdən qaçıb, Mədyənə gedərkən Mədyən suyunun başında yaşamışdı. Bu sahədə təcrübəsi var idi. Bu mövzu Rəsmi Düzülüş: Qasas/23–25-də (150-ci nəcm) təfsilatı ilə açıqlanmışdır.

Demək olar ki, Musa, bu qədər xalqın bir yerdə yaşamasının problemlərə yol açacağına görə İsrailoğullarını on iki yerə, on iki cəmiyyət halında bölmüşdür. Və susuzluq problemini belə həll etmişdir. Bilindiyi kimi, yaşayış yerləri həmişə su başlarına, bulaq kənarlarına qurulur.

[27]Ayənin orijinalındakı “hut”, “hitan” sözü, klassik anlayışda “balıq” olaraq qəbul edilir. Balığa, “doyma duyğusu olmadığından həddindən artıq doyub, çatlaya bildiyinə görə “hut” deyilmişdir. Burada “hut” ilə nəzərdə tutulan, “doyumsuzluğun gətirdiyi bədbinlik” – dir. Geniş məlumat üçün bxn. Təbyinul–Quran.

[28]Qurandakı, “Salaatın iqaməsi” ilə əlaqədar əmr və xəbər cümləsi səviyyəsindəki ifadələr, əsasən “namazı doğru qılın, namazlarını dosdoğru qılarlar” şəklində tərcümə edilərək, zəmanəmizə qədər gəlmişdir. Bizim, sözlərin mənaları üzərindən etdiyimız təhlil isə bu tərcümələrin, ifadənin mənasını əks etdirməsi baxımından yetərsiz olduğunu, hətta səhv olduğunu göstərməkdədir.

Q–v–m hərflərindən ibarət olan “iqam sözü”, “oturmaq” felinin inkarı olan “qiyam” sözünün ifal babından məsdəridir və lüğətlərdə bu qəlibin mənası – “ayağa qaldırmaq, dikəltmək, dik tutmaq” olaraq verilmişdir.

Buna görə  “iqamis-salaat” ifadəsinin mənası da, “zehni və maddi yönlərdən edilən kömək və dəstəklə çətinliklərin öhdəsindən gəlinərək, aradan qaldırılması işlərinin həyata keçirilməsi və bunun davam etdirilməsi, yəni dik tutulması, işin təşkilatlandırılması” – deməkdir. Bunu konkretləşdirərək, ifadə etmək gərəkirsə, Salaatın iqaməsi: a) Zehni mənası ilə, təhsil və təlimin təşkil edilməsi üçün məktəblər, xalq evləri, xalq təhsil mərkəzləri açılması və bunların dik tutulması, b) Maddi mənası ilə, iş yerləri açılması, Pensiya təqaüdü, Sosial təminat, sosial təhlükəsizlik sistemlərinin təşkil edilməsi, yoxsul və yetimlərin dəstəklənərək, subay və dulların evləndirilməsi də daxil olmaqla, çətinliklərinin həllinin öhdəyə götürülməsi/aradan qaldırılması, dərdlərinə çarə olunması üçün təşkilatlar yaradılması və bunların yaşadılaraq, fəaliyyətinin təmin olunması deməkdir. Bu mövzu Təbyinul–Quranda izahlı olaraq, təqdim edilmişdir.

[29]Buradakı hadisələr, Əraf/138–155 və Ta–Ha/80–98–də (120 saylı nəcmdə) haqqında söhbət gedən hadisələrdir. Ayənin orijinalındakı “fevq” sözü, həm “alt” sözünün əksi olan “üst” ədatıdır, həm də şərəf və fəzilət sarıdan başqasından üstün olmaq mənasındakı faqe felinin məsdəridir. Həmçinin “fevq” sözü, əsasən mənəvi üstünlüyü ifadə etmək üçün istifadə edilir. Bxn. Rəsmi Tərcümə, Zühruf/32, Bəqərə/212, Al–i İmran/55, Ənam/18 və Əraf/127. Burada İsrailoğulları alt, Musa isə üstdür.