MƏKKƏ DÖVRÜ
Nəcm: 22
1-4Gerçəyi ört-basdır etməyin, Allaha şərik qoşmağın, cəhalətin parçalanmasını, on gecə Peyğəmbərin bilgiləndirilməsini, Allah-qul əlaqəsini və gerçəyi ört-basdır etməyin, Allaha şərik qoşmağın, cəhalətin getməyə üz tutmasını sübut göstərirəm ki, şübhəsiz ki, 14 Rəbbin müşahidə etməkdədir[1]. 5Bax elə bunlarda, ağıl sahibi üçün güclü – fikrindən döndərici, inandırıcı bir anlatma vardır[2].
(10/89, Fəcr/1– 4, 14, 5)
Nəcm: 23
6–13Ad qövmünə, sütunlar sahibi İrəmə ki, diyarlar içində belə bir mənzərə görünməmişdi, vadilərdə qayaları kəsən Səmud qövmünə, o payaların/dirəklərin sahibi, möhtəşəm orduları olan/görünməmiş işgəncələr edən[3] Firona Rəbbinin nə etdiyini görmədinmi/düşünmədinmi? Onlar ki, o ölkələrdə yollarını azmışdılar. Beləliklə də, oralarda pozğunçuluğu çoxaltmışdılar. Ona görə də Rəbbin onların üzərlərinə əzab qamçısı yağdırdı.
(10/89, Fəcr/6–13)
Nəcm: 24
15, 16İnsana gəlincə… Rəbbi onu nə vaxt ki, sınayaraq üstün qılar və nemətlər verirsə: “Rəbbim məni üstün qıldı” – deyər. Amma nə zaman ki, sınayaraq ruzisini azaldırsa: “Rəbbim məni alçaltdı” – deyər.
17–20Qətiyyən sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi üstün/hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulu doyuzdurmaq üçün bir-birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına, elə bir acgözlüklə yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi!
21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?!
24Deyər ki: “Kaş ki, mən bu axirət həyatım üçün hazırlıq etmiş olsaydım!”
25,26Artıq o gün Allahın etdiyi əzabı kimsə edə bilməz və Onun vurduğu düyünü kimsə vura bilməz.
(10/89, Fəcr/15–26)
Nəcm: 25
27–30Ey zehnindəki bütün sorğu-suallara cavab tapıb rahatlığa qovuşmuş olan! Dön Rəbbinə! Sən Rəbbindən, O da səndən məmnun olar! Dərhal gir qullarımın içinə! Və gir cənnətimə!
(10/89, Fəcr/27–30)
[1] Ayələrin hərfi mənası, “Bu şəfəqi, on gecəni, cütü və təki, keçib gedəcəyi sırada bu gecəni sübut göstərirəm ki, şübhəsiz Rəbbin nəzarət etməkdədir” şəklində olub, biz məcaz mənalarını tərcih etdik. Rəsmi Düzülüşdə 14-cü sırada olan “Şübhəsiz ki, Rəbbin nəzarət etməkdədir” mənasındaki ayə, and cümləsinin cavab bölməsidir. Texniki olaraq və məna biliyi baxımından and cümləsində olmalı halda, Rəsmi Düzülüş tərtib heyəti tərəfindən əlaqəsiz bir yerdə tərtib edilmişdir.
[2]Ayənin orijinal quruluşunun mənası: “Budur, bunlarda, ağıl sahibi üçün bir güclü – təmin edici bir anlatma varmı?” – şəklindədir. Bu suallara, bəlağət elmində “istifham-i inkari” deyilir. Bu sorğu, cümləyə, “Əlbəttə vardır, əksi söylənə bilməz” mənası qatar. Ona görə də tərcümədə ədəbi mənasını göstərdik.
[3] “Dirəklər sahibi” ifadəsi, klassik Ərəbcədə keçmiş bir bədəvi terminidir. Deyim olaraq, “güclü bir nüfuz”, yaxud “sarsılmaz, yıxılmaz bir güc”dən məcaz olaraq istifadə edilirdi. Bir bədəvi çadırını dik tutan dirəklərin sayı, o çadırın böyüklüyündən asılı idi. Çadırın böyüklüyü, hər zaman çadır sahibinin statusu və gücünə görə dəyişilirdi. Buna görə də, güclü bir qəbilə rəisi üçün çox zaman “saysız dirəklər üstündə duran çadırın sahibi” kimi tanıdılırdı.