DUHA və İNŞİRAH SURƏLƏRİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 26

1-3Aydınlanmanın/maariflənmənin başlanması və Allahın tanrılığını, rəbbliyini bilərək rədd etməyin, Allaha şərik qoşmağın, cəhalətin cəmiyyəti sarması[1] sübütdur ki, Rəbbin səni tərk etməyəcək və səndən inciməyəcək.

4,5Sonrası sənin üçün əvvəlindən, əlbəttə, daha xeyirli olacaq. Və Rəbbin sənə verəcək, sən də məmnun olacaqsan.

6–8O səni yetim olaraq tapıb sığınacağa qovuşdurmadımı? Səni ən doğru yoldan kənar biri ikən tapıb, ən doğru yola bələdçilik etmədimi? Səni ailənin dolanışıq çətinliyi içində ikən tapıb, zəngin etmədimi?

9,10O halda yetimi pərişan/bədbəxt etmə/daha da pisləşdirmə! İstəyəni/soruşanı danlama.

11Və Rəbbinin nemətini söz və hərəkətlərinlə ortaya qoy!

İnşirah 1–4Biz sənin üçün sənin köksünü açmadıqmı? Səndən ağır yükünü endirmədikmi? Ki, o, sənin belini bükmüşdü. Sənin şanını da sənin üçün ucaltmadıqmı?

5,6Deməli, çətinliyin yanında, tam əmin olun ki, bir asanlıq da vardır. Çətinliyin yanında bir asanlıq, tam yəqin bilin ki, vardır.

7O halda boş qalar-qalmaz dərhal yeni bir işə başla. 8Və istəklərini yalnız və yalnız Rəbbinə yönəlt.

(11/93, Duha/1–11+12/94, İnşirah/1–8)

 

[1]Ayənin orijinalındakı sözlər, “bu quşluq vaxtı və qaranlığı büsbütün basdırdığı zaman gecə” mənasındadır. Burada da məcazi mənalar tərcih edilmişdir.