MƏKKƏ DÖVRÜ
Nəcm: 37
1Qrup-qrup enmiş ayələrin hər birinin enməsini sübut göstərirəm ki, 2yoldaşınız azmamışdır, çaşmamışdır. 3O, boş dünyəvi arzusundan da danışmır. 4Onun sizə söylədikləri – enən o ayə qrupları, ona vəhy edilən vəhydən başqa bir şey deyildir. 5Yoldaşınıza o danışdıqlarını müdhiş qüvvətləri olan, üstün ağıl sahibi, hegemonluq qurmuş[1] olan öyrətdi.
6,7Və müdhiş qüvvətləri olan, üstün ağıl sahibi olan və hegemonluq qurmuş olan ən yüksək üfüqdə idi. 8,9Sonra yaxınlaşdı və dərhal sallandı. Birində iki yay uzunluğu[2] qədər, digərində də daha yaxın olmuşdu. 10Dərhal da quluna, 14son gilas ağacının yanında15 ki, yanında oturmağa dəyər qonaqlıq yeri vardır, vəhy etdiyini vəhy etdi[3]. 16O zaman gilas ağacını bürüyən bürüyürdü. 11Könlü, gördüyünü yalan saymadı. 12Onun gördüyü şeydən şübhəmi edirsiniz?/Onun gördüyü şey haqqında onunla mübahisəmi edirsiniz?
13And olsun onu, başqa bir enişdə daha gördü. 17Göz çaşmadı və azmadı. 18And olsun, Rəbbinin əlamətlərinin/nümunələrinin ən böyüyünü gördü.
(23/53, Nəcm/1–18)
Nəcm: 38
19,20Buna baxmayaraq, heç düşündünüzmü Lat və Uzzanı, digər üçüncünü – Mənatı[4]?
21Erkək sizin üçün, dişi Allah üçünmü? 22Bax bu, bu şəkildə olursa, əskik/haqsız bir bölüşdürmədir. 23Bunlar, Allah haqlarında bir sübut endirmədiyi halda, sizin və atalarınızın qoyduğu adlardan başqa bir şeylər deyildir. And olsun, onlara Rəblərindən doğru yolun bələdçiliyi gəldiyi halda, onlar ancaq zənnə, bir də nəfslərinin xoşlandığı şeylərə tabe olurlar.
24Yoxsa insanın, hər darıxaraq xəyal etdiyimi olur? 25Axirət də, dünya da Allahındır. 26Və göylərdə necə mələklər[5] var ki, Allahın dilədiyi və məmnun olduğuna izin verdiyi vəziyyətdən başqa, köməkləri, ara düzəltmələri[6] heç bir işə yaramaz. 27O, Axirətə inanmayanlar mələkləri tam əmin olun ki, dişilərin adları ilə adlandırırlar. 28Əslində isə, onların bu barədə heç bir biliyi/məlumatı yoxdur. Onlar yalnız və yalnız zənnə uyurlar. Zənn isə “Haqq”dan heç bir şey qazandırmaz.
(23/53, Nəcm/19–28)
Nəcm: 39
29Bizim öyüdümüzdən – Qurandan geri duran və keçici dünya həyatından başqa bir şey istəməyəndən dərhal üz çevir. 30Onların qavraya biləcəkləri şey ancaq budur. Şübhəsiz, sənin Rəbbin, yolundan azmış olanı başqalarından daha yaxşı biləndir, bələdçiləndiyi doğru yolda olanı da başqalarından daha yaxşı biləndir.
(23/53, Nəcm/29–30)
Nəcm: 40
31,32Göylərdə və yerdə nə varsa əməlləri ilə pislik nümayiş etdirənləri cəzalandırması, yaxşılaşdıranları/gözəlləşdirənləri isə, bəzi kiçik xətaları nəzərə alınmazsa, günahın böyüklərindən və iyrəncliklərdən çəkinənləri də “Ən gözəl” ilə mükafatlandırması üçün Allahındır. Heç şübhəsiz, sənin Rəbbin bağışlaması geniş olandır. Sizi, həm torpaqdan əmələ gətirdiyi zaman, həm də analarınızın qarnında rüşeym halında olduğunuz zaman, ən yaxşı bilən Odur. O halda nəfslərinizi təmizə çıxarmayın. Allahın qoruması altına girmiş olanı O, daha yaxşı bilir.
33Yaxşı, o üz çevirən adamı gördünmü/heç düşündünmü? 34O, azacıq verdi və inadla qalanını bərk-bərk tutdu. 35Keçmişin, gələcəyin biliyi onun yanındadırmı və o da onu görürmü? 36Ya da biliklənmədimi Musanın səhifələrındəkiləri ilə? 37Həmçinin o çox vəfalı İbrahimin səhifələrindəkiləri ilə? 38“Doğrusu budur ki, heç bir günahkar bir başqa günahkarın günahını çəkməz, daşımaz. 39Doğrusu budur ki, insan üçün çalışıb əldə etdiyindən başqa bir şey yoxdur. 40Və onun çalışıb əldə etdiyi yaxında görünəcəkdir. 41Sonra qarşılığı özünə heç əskiksiz veriləcəkdir. 42Heç şübhəsiz, son dayanacaq yalnız və yalnız Rəbbinədir. 43Heç şübhəsiz, güldürən də Odur, ağladan da… 44Heç şübhəsiz, öldürən də Odur, dirildən də… 45,46Heç şübhəsiz, Allah, yaratmağı plana qoyduğu zaman iki cütü/erkəyi və dişini bir nütfədən/spermadan əmələ gətirən də Odur. 47Heç şübhəsiz, sonrakı yaradılış da ancaq Onun işidir. 48Heç şübhəsiz, zənginlik verən də Odur, nemətə qərq edən də… 49Heç şübhəsiz, Şiranın/biliyin, şüurun Rəbbi də Odur”.
(23/53, Nəcm/31–49)
Nəcm: 41
50Heç şübhəsiz, sənin Rəbbin daha öncədən gəlmiş olan Adı dəyişikliyə/dağıntıya məruz qoydu. 51Səmudu da. Beləliklə, geriyə bir şey buraxmadı. 52Daha əvvəl də Nuhun qövmünü. Şübhəsiz, onlar, bəli onlar, Allahın ortaqlarının olduğunu qəbul edərək, başqalarından daha çox səhv edən, daha azğın idilər. 53Altı üstünə gəlmiş şəhərləri də torpağa O keçirdi. 54Oranı bürüyən bürüdü. 55Yaxşı, Rəbbinin güc yetirdiklərinin/tayı-bərabəri olmayan gücünün, bənzərsiz nemətlərinin hansından şübhəyə düşürsən?
56Bax budur, Quranda izah olunanlar, ilk xəbərdarlıq edənlər kimi bir də xəbərdarlıq edəndir.
57Yaxınlaşacaq olan qiyamət – ölüm yaxınlaşdı. 58Ona, Allahın yaratdığı sərvətlərdən qaldıra biləcək/mane ola biləcək heç kim yoxdur.
59Yaxşı, indi siz bu sözdənmi heyrətə düşürsünüz? 60Və gülürsünüz, ağlamırsınız? 61Və siz, ağlından lazımi qədər istifadə etməyənlərsiniz.
62Haydı, Allaha boyun əyib təslimiyyət göstərin və qulluq[7] edin!
(23/53, Nəcm/50–62)
[1]Ayənin orijinalında keçən istiva ifadəsi, məcazən, “hegemonluq qurdu, nəzarəti altına aldı” deməkdir. Ayələrdən görünəcəyi kimi, “Ərşə istiva etdi” ifadələri, “ən böyük, ən uca məqamda hegemonuq qurdu, nəzarəti əlinə aldı” –mənasındadır. Mütəşabih olan bu anlayış, ayədə məcazi olaraq istifadə edilmişdir. İstiva sözü, Rəsmi Düzülüşün Yunus/3, Rad/2, Furqan/59, Səcdə/4, Ta–Ha/5, Əraf/54, Bəqərə/29–cu ayələrində də yer alır. Ayədəki istiva edən ifadəsi ilə qəsd edilən də, “Allah”dır. Çünki “istiva”, Allahın sifətlərindəndir, mələk və ya qulların sifəti deyildir.
[2]Ayədə keçən yay boyu, o zamanlarda istifadə edilən və o günkü insanların bildiyi bir uzunluq ölçüsüdür. O dövrlərdə “metr” kimi qəbul edilmiş beynəlxalq ölçü vahidləri hələ icad edilmədiyi üçün, yerli ölçülər istifadə edilirdi. “Yay boyu” da, o zamanlar istifadə edilən rumh [nizə], sevt [dəyənək], arşın, qulac, boy, isbi [barmaq], hatvə [addım], şibr [qarış], zira [qol], ox atışı kimi bir ölçü vahidi idi. Bu ölçü anlayışı o günki Qərb ölkələrində də keçərli idi. Məsələn, insan ayağının uzunluğunu əsas götürən “feet”, insan əlinin baş barmağının dırnaq dibindəki genişliyini əsas götürən “inch” kimi ölçülər, Qərbin keçmiş dövrlərdəki ölçü vahidləri idi. Beləliklə, Uca Allah ismarıcında müxatib aldığı cəmiyyətin anlaya biləcəyi bir ölçü istifadə etmişdir.
[3]Ayədəki, “müdhiş qüvvətləri olan, “üstün ağıl sahibi olan” və “ərşdə hegemonluq quran” ifadələri ilə, “Allah” qəsd edilir. Təbii sözlər, həqiqi mənasından məcazi mənaya çəkilməli və burada qəsd olunanın, birbaşa Allah deyil, Onun təcəllisi, qüdrətinin inikası olduğu bilinməlidir. Belə ki, Allahın, Musa peyğəmbərin ilk vəhy alması əsnasında da “dağda, ağacda bir atəş” olaraq təcəlli etdiyi Quranda yer alır.
Ayədə keçən “vəhy” sözünün vəz edilmə [ilk mövzu, törədiliş] mənası, “gizlincə bilikləndirmək”dir. Zaman keçdikcə bu məna çərçivəsinə uyğun olaraq, “gizli mövzu etmə, işarə etmə, əmr etmə, ilham etmə, dolayı yolla anlatma, pıçıldama, məktub yazma, elçi göndərmə” mənalarında da işlədilmişdi. “Vəhy”in termin mənası isə, “Allahın vasitəsiz və vasitəçisiz olaraq əmrlərini, hökmlərini gizlicə və sürətlə peyğəmbərlərinə bildirməsi”– dir. “Vəhy” sözü ilka sözü ilə uyğun mənalarda işlədilir. Vəhyin necə həyata keçdiyini bilmirik, bilməyəcəyik də. Belə ki, Allah, yoxdan var etmə işi kimi, bu işi də, “Öz işindən biri, kimsənin etmədiyi, edə bilməyəcəyi bir iş” olaraq, xarakterizə edir.
[4]Lat, Uzza və Menat adlarının quruluşları və mənaları ilə əlaqədar geniş açıqlamalar etmək mümkünsə də, biz, üçü də qadın cinsindən bir söz olan bu adlar haqqında ensiklopedik bilik verib təfərrüata varmayacağıq. Bu adların qadın cinsindən olmalarının səbəbi, ərəblərın bunları bir mələk, mələkləri də Allahın qızları olaraq qəbul etmələrindən irəli gəlir. Lat, Taifdə, qapısında növbətçi və baxıcıları olan bir binanın içindəki ağ, işlənmiş, üstü örtülü bir qaya idi. Taif xalqı [Sakif qəbiləsi] Kəbədən sonra ən üstün məbədin Lat olduğuna inanır və onunla Qüreyşdən kənarda olan qəbilələrə qarşı öyünürdü. Uzza, Məkkə ilə Taif arasındakı Nahlə deyilən yerdə, bir bina içində olan bir ağac idi. Daş olduğu da söylənilir. Qüreyş qəbiləsinin hörmət göstərdiyi bu obyektin üzəri örtülü idi. Günümüzdə Kəbənin üzərinə örtük örtülməsi, bizə bu cahiliyyə dövrü adətinin davam etdiyini düşündürür. Menat, Məkkə ilə Mədinə arasında Müşəlləl deyilən bir yerdə olurdu. Bu bir qaya [heykəl] idi. Huzaa, Evs və Hazreç qəbilələri bu qaya–heykələ hörmət göstərir, həccə buradan başlayır və önündə yağış diləyirdilər.
Müşriklər müqəddəs saydıqları bu bütlər adına and içərdilər, uşaqlarına Abdullat [Latın qulu], Abduluzza [Uzzanın qulu] və Abdümənat [Mənatın qulu] kimi adlar verərdilər.
Bunlardan başqa müxtəlif qəbilələrin özlərinə məxsus, qapıçıları və baxıcıları olan bir çox bütləri və məbədləri var idi. Kəbəyə etdikləri kimi, bunlara da qurban kəsərdilər. Ayədə məxsusi olaraq, bu üç bütün adının anılması, Hicaz tərəfində bir çox insan tərəfindən ortaq sitayiş olunan bir tanrı olduqlarına görədir.
[5]Məlaikə və bunun təki olan mələk, omonim sözlərdir. Həm “elçi göndərmək” mənasına gələn “uluk” kökündən, həm də “qüvvət, idarəetmə gücü” mənasındakı “məlk” kökündən törəmiş ola bilər. “Elçi göndərmək” mənasına gələn “uluk” kökündən törəmiş “mələk”, məlaikə sözləri, “peyğəmbərləri, vəhy ayələrini” ifadə edərlər. “Məlk” kökündən gələn mələk, məlaikə sözləri isə “təbiətdəki maddi və enerjik bütün gücləri” ifadə edər. Təsbitlərimizə görə, Quranda keçən bu sözlər, hər iki kökdən də törəmiş və törədiyi kökün mənasına uyğun olaraq, fərqli mənalarda istifadə edilmişdir. Yəni “məlaikə” sözü, Quranda bəzən birinci mənada, bəzən də ikinci mənada istifadə edilmişdir. Sözün Quranda hansı mənada istifadə edildiyi isə, yer aldığı bölmənin söz axışından ayırd edilə bilir.
Mələk sözü ilə əlaqədar geniş açıqlama Təbyinul-Quranda verilmişdir.
[6]Şəfaət, lüğətdə “bir şeyi bənzəri olan başqa bir şeyə əlavə etmək, onu dəstəkləmək, bir şeyi cütləmək və qorumaq, himayə etmək”– dir. Söz zaman içərisində “yüksək mövqedə olan birinin aşağı mövqedə olan birinə kömək etməsi, onu qoruması, onun qorunmasına araçılıq etməsi, onu yalnız buraxmayıb, ona dəstək olması” –mənasında işlədilmişdir.
Sözün termin olaraq mənası isə, “bir kimsənin bağışlanmasını istəmək, bir kimsədən başqa biri üçün yaxşılıq etməsini, onun zərərinə olan davranışlardan çəkindirməsini rica etmək, başqası xətrinə yalvarmaq, rica etmək, birinin önünə düşüb, işinin görülməsi üçün dua və niyazda olmaq” – deməkdir.
Qısaca şəfaət, “araçı olmaq, kömək etmək və öncülük etmək” mənalarına gəlir. Həm dünya həyatında, həm də axirətdə ola biləcək “şəfaət” barədə danışıla bilər. Dünyada, həm Allahın, həm mələklərin, həm peyğəmbərlərin, həm də insanların bir–birinə şəfaəti ola bilər. Axirətdə isə, şəfaət, sadəcə Allaha aiddir.
Xalq arasında yayğın olaraq, “ümmətindən günahkar olanların günahlarının əfv edilməsi üçün Peyğəmbərimizin Allah qatında araçılıq edəcəyi, günahkarlara dəstək olaraq, öz “xətrini” istifadə edərək, günahkarların qurtuluşunu təmənna edəcəyi”, necə deyərlər, “Allah nəzdində araçılıq edəcəyi” şəklində anlaşılan şəfaət, Qurana ziddir.
[7]İbadət sözü dilimizə fonetik olaraq, ərəbcə orijinalı ilə girməsinə rəğmən, kök mənası olan “qulluq, köləlik etmək” mövzusundakı insanın tərz və halı ilə əlaqədar əsl mənasını, xeyli dərəcədə itirmiş və sadəcə bir sıra ritual, ayin və davranışlar üçün istifadə edilən bir anlayış halına dönmüşdür. Kökü a–be–de olan felin məsdəri, “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edir. Dini termin olaraq ibadət isə, “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz, şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Hər şeyin yaradıcısı olan Allah, qulları üçün müəyyən etdiyi davranış və yaşayış tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq, bütün bu bildirişləri Quranda toplamışdır. Bu doğrular işığında ibadət, Allah tərəfindən bir təlimatnamə [Quran] ilə qullara bildirilən vəzifələrin, qullar tərəfindən qeydsiz, şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir. Elə isə ibadət, xalq arasında yayğınlaşdığı kimi, sadəcə üç-beş əməli etməkdən ibarət deyildir. İbadət, “Allahın qulluq təlimatnaməsində vermiş olduğu vəzifələrin bütününü etmək, hamısını həyata keçirmək”dir.