QARİƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 52

1Qariə![1]

2Nədir o qariə?

3Qariənın nə olduğunu sənə nə bildirdi?

4O gün, insanlar darmadağın pərvanələr kimi olarlar.

5Dağlar da didilmiş rəngli yun kimi olar.

6Və elə o an kimin çəkiləri/yaxşı əməlləri ağır gələrsə, 7bax o, məmnunluq verən bir yaşayış içindədir. 8Çəkiləri yüngül gələn isə, 9bax elə onun anası uçurumdur/dərin bir çuxurdur. 10Onun nə olduğunu sənə nə bildirdi?

11Qızğın bir atəş!

(30/101, Qariə/1–11)

 

[1]Qariah sözü, “çox şiddətlə vuran, çox şiddətlə yüklənən şeylər, insanlara şok yaşadan ciddi fəlakətlər” mənasındadır. İnsanlar göylərin çatlaması, günəş və ayın söndürülməsi, ulduzların bulandırılması, dağların yeridilməsi, dənizlərin qaynadılması, qısaca, hər şeyin hərc-mərc olması nəticəsində şoka girərək, nə etdiklərini bilməz halda, sərsəri kimi dolaşacaqlar. Kainatdakı bütün varlıqlar, nəzarətsiz bir şəkildə, bir-birlərinə çırpılacaqlar və bir-birlərinin fəlakətlərini əmələ gətirəcəklər. O gün kimsə üçün dönüş və ya qaçış imkanı olmayacaqdır.

Elə buna görə də, qiyamət, “ən böyük fəlakətin qapıları çalması” mənasında “əl – Qariah” olaraq, adlandırılmışdır.