QƏMƏR SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 60

1O saat/qiyamətin qopma anı yaxınlaşdırıldı. Və hər şey açığa çıxarıldı[1].

2Onlar isə bir əlamət/nümunə görsələr, dərhal üz çevirirlər və: “Davam edib gedən bir ovsundur” – deyirlər.

3–5Quranda özlərinə verilən hər əmr, “qərarlaşdırılmış, ən üstün səviyyədə yetərli, haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş bir qanun, düstur və qayda” olduğu halda, onlar yalan saydılar və hərisliklərinə uydular. Şübhəsiz, onlara inandırıcı xəbərlər də gəlmişdi. Buna baxmayaraq, xəbərdarlıqlar fayda vermir.

6–8O halda onlardan uzaq dur. O gündə Çağırıcının, bilinməyən/unudulan bir şeyə çağırdığı o gündə maraq dolu gözlərlə, o dəvətçinin yanına sürətlə qaçaraq qəbirlərindən çıxarlar. Sanki onlar darmadağın olmuş çəyirtkələr kimidirlər. O, kafirlər: “Bu, çətin bir gündür” – deyərlər.

9Onlardan əvvəl Nuhun qövmü də yalan saymışdı. Belə ki, qulumuzu yalan saydılar və: “O, gizli güclərlə dəstəklənəndir/dəlidir” – dedilər. Və o başladığı işindən çəkindirilmişdi/hər cür fəaliyyətinə mane olunmuşdu.

10Buna görə də Nuh Rəbbinə yalvardı: “Mən həqiqətən məğlub edildim, mənə kömək et!”

11Biz də dərhal sel kimi boşalan bir su ilə göyün qapılarını açdıq.

12Yeri də qaynaqlar halında fışqırtdıq; sonra sular nizamlanmış bir iş üçün bir-birinə qovuşdu.

13,14Nuhu da, yaxşılıq bilməzliyə uğramış insana bir mükafat olaraq, qorumağımız/nəzarətimiz altında axıb gedən lövhələri/taxtaları və mismarları/hörülmüş kəndirləri olan avarlı qayıqda/kiçik gəmidə daşıdıq.

15Və and olsun Biz bunu bir ayə olaraq etdik. O halda varmı ibrət alıb düşünən?

16Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?

17And olsun Biz Quranı düşünmə/öyüd üçün asanlaşdırdıq/hazırladıq. O halda varmı ibrət alıb düşünən?

18Ad da yalan saydı. Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?

19,20Şübhəsiz, Biz onların üstünə, uğursuz, uzun bir gündə dondurucu/uğultulu, insanları qoparıb atan bir külək göndərdik; sanki onlar kökündən sökülmüş xurma kötükləri kimi idilər.

21Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?

22And olsun Biz Quranı düşünmə/öyüd üçün asanlaşdırdıq/hazırladıq. O halda varmı ibrət alıb düşünən?

23Səmud da o xəbərdarlıqları yalan saydı: 24,25“Bizdən bir tək insanamı, onamı uyacağıq? Elə edəriksə, əmin olun ki, bir pozğunluq və çılğınlıq  içində olarıq. Öyüd/Kitab, aramızdan onamı endirildi? Xeyr, əksinə o, çox yalançı, həyasızdır” – dedilər.

26Sabah onlar, çox yalançının, həyasızın kim olduğunu biləcəkdilər. 27,28Şübhəsiz, Biz onlara vəzifə olaraq, sosial dəstək qurumları təşkil etmələrini[2] və onların fəaliyyətini təmin etmələrini əmr edəcəyik.

Ona görə də sən onları izlə və səbr et. Və onlara bu qurumların fəaliyyətini təmin edəcək zəkat/vergi və xərcləmə işində mövcud olan vəzifələrinin, öz aralarında bölünmüş olduğunu xəbər ver/hər kəsin cəmiyyət üçün nə dərəcədə yararlı olacağı da müəyyən olunmuşdur.

29Buna görə yoldaşlarına/idarəçilərinə səsləndilər. O da alacağını alıb, sosial dəstək qurumlarının fəaliyyətini təmin edən gəlir qaynaqlarını məhv edərək, sistemi iflasa uğratdı.

30Yaxşı, Mənim əzabım və xəbərdarlıqlarım necə imiş?

31Şübhəsiz, Biz onların üzərinə qorxunc tək bir səs göndərdik; ağılçının topladığı kol-kos kimi oldular.

32And olsun, Biz Quranı düşünmə/öyüd üçün asanlaşdırdıq/hazırladıq. O halda varmı ibrət alıb düşünən?

33Lutun qövmü xəbərdarlıqları yalan saydı. 34,35Biz onların üzərinə kiçik daşlar yağdıran bir fırtına göndərdik. Lutun ailəsi bundan ayrı tutuldu. Onları, qatımızdan bir nemət olaraq, səhər vaxtında qurtardıq. Biz özünə verilən nemətlərin qarşılığını ödəyəni belə mükafatlandırırıq.

36And olsun Lut, onları Bizim yaxalamağımıza qarşı xəbərdar etmişdi. Lakin onlar xəbərdarlıqları şübhə ilə qarşıladılar 37və and olsun, onun qonaqlarından cinsi mənada faydalanmağa cəhd etdilər. Biz də onların gözlərini korlaşdırdıq/qəbilələrini, soylarını silib süpürdük: 38“İndi, əzabımı və xəbərdarlıqlarımı dadın!”

39Və and olsun səhər erkəndən, onları qərarlı bir əzab yaxaladı: “Haydı, əzabımı və xəbərdarlıqlarımı dadın!”

40And olsun, Biz Quranı düşünmə/öyüd üçün asanlaşdırdıq/hazırladıq. O halda varmı ibrət alıb düşünən?

41Şübhəsiz, Firon ailəsinə də xəbərdarlıq edənlər gəlmişdi. 42Onlar bütün ayələrimizi yalan saydılar. Biz də onları çox qüvvətli və qüdrətli biri olaraq anidən yaxaladıq.

43Sizin kafirləriniz onlardan xeyirlidirmi? Yoxsa yazılarda, sizin əlinizdə, onların qurtulacaqlarına dair Allah tərəfındən verilmiş bir sənəd və ya fərmanmı var? 44Yoxsa onlar: “Biz bir-birimizə kömək edən/intiqam ala bilən bir topluluğuq”mu? – deyirlər.

45Yaxında o camaat korlanacaq və arxalarına dönərək, qaçacaqlar.

46Əslində onlara vəd edilən, o saatdır. O saat, həqiqətən daha faciəvi və daha acıdır.

47Əmin olun ki, günahkarlar pozğunluq və çılgınlıq  içindədirlər.

48O gün üzü üstdə atəşdə sürüklənərlər: “Cəhənnəmin beyinləri qaynadan istisinin toxunuşunu dadın!”

(37/54, Qəmər/1–48)

Nəcm: 61

49Şübhəsiz ki, Biz hər şeyi, bəli, hər şeyi bir ölçü ilə, nizamla əmələ gətirdik.

50Və buyuruğumuz, bir göz qırpımı kimi, bir təkdir/bir anlıq bir şeydir.

51Və and olsun, Biz sizin bənzərlərinizi dəyişikliyə/dağıntıya uğratdıq. O halda bir düşünən varmı?

52Və onların işlədikləri hər şey, yazılarda qeyd altındadır. 53Kiçiyin, böyüyün hamısı sətir-sətir yazılmışdır.

54Heç şübhəsiz, Allahın qoruması altına girənlər cənnətlərdədir, bulaqlardadır/aydınlıqlardadır. 55Çox güclü sahibin, idarəedicinin hüzurundakı “doğru kəslərin oturma yerləri”ndə/doğrulara məxsus olan, yalan söylənməsi mümkün olmayan, yox olma ehtimalı olmayan sabit mövqeləri tutmaqdadırlar.

(37/54, Qəmər/49–55)

[1]Ayədəki sözlərin “doğru” mənaları, “Ay yarıldı/ay yarılacaq” şəklindədir. Biz məcazi mənasını göstərdik.

[2]Ayənin orijinalındakı “naakaa” sözünün həqiqi mənası, “ən səmərəli çağındaki dişi dəvə”– dir. Burada bununla “sosial yardım qurumları” nəzərdə tutulmuşdur. Qurandakı salaat anlayışının əsas mənasıdır. Onun “bölünən su”yu ilə də “sosial kömək qurumlarının fəaliyyətini təmin edən zəkat və infaq qurumları” nəzərdə tutulmuşdur. Ayədəki “inciklərini kəsərək öldürdü” ifadəsi ilə də, “vermələri gərəkən zəkatı, rüsumu, vergini və infaqı etməyərək, qurumları yaşatmadıqları” bildirilir. Biz də tərcümədə məcazi mənasını təqdim etdik.