TUR SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 354

1–8Turun qaldırılması, Allahın endirdiyi, yayılmış incə dəri üzərinə sətirləşdirilmiş bütün kitablar, Allahın firavan evini – Kəbəni  Fil əhlinə yıxdırması, Ad və Səmud cəmiyyətlərinin dəyişikliyə/dağıntıya uğradılmaları, Nuh qövmünün suda boğdurul­ma­sı, Firon və yaxınlarının suda boğulması, Səba xalqının sel fəlakəti ilə cəzalandırıl­ma­sı, Səmud ölkəsi kimi necə məmləkətlərin quraqlıqla, göllərinin, çaylarının quru­du­lub, hər yanının çölləşməsi ilə cəzalandırılması dəlildir ki, şübhəsiz ki, Rəbbinin əza­bı,  əmin olun ki, vaqe olacaqdır, ona əngəl olacaq heç bir qüvvə yoxdur.[1]

9,10O gün göy sarsıldıqca sarsılar, dağlar da yeridikcə yeriyər.

11,12Belə isə, o gün boş yerə əlləşib vuruşaraq oyalanan yalan sayanların vay halına!

13–16O gün yalan sayanlar cəhənnəm atəşinə itələndikcə itələnərlər: Bax budur, bu, yalan sayıb durduğunuz atəşdir! Yaxşı, budamı bir sehrdir? Yoxsa, siz görmürsünüzmü? Söykənin ora! İstər səbr edin, istər səbr etməyin, artıq sizin üçün birdir. Siz, sadəcə, etdiklərinizin qarşılığını alacaqsınız!

(76/52, Tur/1–16)

Nəcm: 355

17–20Şübhəsiz ki, Allahın qoruması altına girənlər, Rəbbinin özlərinə verdiyi ilə sıra-sıra düzülmüş taxtlara söykənərək, zövqü-səfa sürərək, cənnətlərdədirlər, nemətlər içindədirlər. Və Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. Biz onları iri gözlülərlə qarşı-qarşıya da əyləşdirdik: “Etdiklərinizə qarşılıq nuşcanlıqla yeyin, üçün!”

21Və iman edən, soyları da iman ilə özlərinə uyan insanlar… Bax budur, Biz onların soylarını da özlərinə qatdıq. Özlərinin əməllərindən heç bir şey əskiltmədik. Hər kəs öz qazandığı ilə girovdur.

22Onlara canlarının istədiyi meyvələr və ətlərdən bol-bol sərgilədik.

23Orada özündə boş söz, axmaqlama və günaha batma olmayan bir qədəhi bölü­şür­lər.

24Və özlərinə aid bir sıra gənclər, onların ətrafında dönərlər, sanki onlar sədəflərin içində qorunmuş inci kimidirlər.

25–28Bir-birlərinin üzünə dönüb, soruşurlar: “Doğrusu, biz daha öncə ailəmiz içində qorxanlardan idik. Allah bizə lütf etdi və bizi içimizə işləyən əzabdan qorudu. Şübhəsiz, biz daha öncə, Ona yalvarırdıq. Şübhəsiz ki, O, yaxşılıq edənin, acıyanın məhz özüdür”.

29Haydı, sən öyüd ver! Artıq sən Rəbbinin neməti sayəsində kahin və gizli güclərlə dəstəklənən/dəli birisi deyilsən.

30Yaxud onlar: “Bir şairdir, fəlakətlərə çarpılacağı zamanı gözləyirik”mi? – deyirlər.

31Sən de ki: “Gözləyin, bax budur, mən də sizinlə bərabər gözləyənlərdənəm”.

32Onların ağıllarımı bunu əmr edir, yoxsa onlar azğın bir camaatdırmı?

33,34Yaxud vəhy edilənləri: “Özü uydurub söylədi”mi? – deyirlər. Əslində onlar inanmırlar. Yaxşı, onun kimi bir sözü də onlar gətirsinlər, əgər doğru kəslərdirsə.

35Yoxsa, onlar heç bir şeysizmi yaradıldılar? Yoxsa özlərimi yaradanlardır?

36Yoxsa, göyləri və yer üzünü özlərimi yaratdılar? Əslində, onlar qətiyyən bilik sahibi deyildirlər.

37Yoxsa, Rəbbinin xəzinələri onların yanındadırmı? Yaxud, özləri hegemonluq edənlərdirlərmi?

38Yoxsa, özləri üçün üstünə çıxıb dinləyəcəkləri bir nərdivanlarımı var? Belə isə, dinləyənləri açıq bir dəlil gətirsinlər.

39Ya da qızlar Ona, oğullar sizəmi?

40Yoxsa, sən özlərindən bir ödəniş istəyirsən, buna görə də onlar, ağır bir borc altınamı girdilər?

41Yoxsa, görünməyən, eşidilməyən, seçilməyən, keçmiş, gələcək onların yanındadır və onu onlarmı yazırlar?

42Yoxsa, xaincə bir planmı etmək istəyirlər? Lakin, kafirlərin özləri, xaincə plana düşənlərdir.

43Yoxsa, onlar üçün Allahdan başqa bir tanrımı var? Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir.

44Və göydən düşməkdə olan bir parça görsələr: “Üst-üstə yığılmış buludlardır” – deyərlər.

45Artıq onları huşunu itirib, yıxılacaqları günlərinə qovuşuncaya qədər tərk et.

46O gün xaincə planları özlərinə heç bir şəkildə yararlı olmaz və onlara kömək də olunmaz.

47Bəli, şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə, bundan aşağı bir əzab var, amma onların çoxu bilmir.

48,49Və sən, Rəbbinin hökmü üçün səbr et. Artıq şübhəsiz ki, sən, Bizim gözlərimizin önün­dəsən. Qalxdığın zaman da, gecənin bir qismində və ulduzların batdığı zaman da Rəbbi­nin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən arındır. Haydı, Onu bütün nöq­san sifətlərdən münəzzəh qıl!

(76/52, Tur/17–49)

 

[1]Ayənin hərfi qarşılığı: “Tur, yayılmış incə dəri [perqament] üzərinə sətirləşdirilmiş kitab, firavan ev, yüksəldilmiş tavan, doldurulmuş/tutuşdurulmuş dəniz dəlildir ki, şübhəsiz Rəbbinin əzabı, qətiliklə baş tutacaqdır, ona əngəl olacaq yoxdur”– şəklindədir.