MƏKKƏ DÖVRÜ
Nəcm: 373
1–5Göy çatladığı zaman, ulduzlar tökülüb dağıldığı zaman, dənizlər yarılıb axıdıldığı zaman, qəbirlər alt-üst edildiyi zaman, insan öncədən göndərdiyi və geridə qoyduğu şeyləri öyrənmişdir.
(82/82, İnfitar/1–5)
Nəcm: 374
6–8Ey insan! Üstün kərəm sahibi olan, səni yaradan, sonra da sənə bir nizam içində forma verən, sonra da səni müvazinətdə saxlayan, dilədiyi surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir?
9–12Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə etdiklərinizi əzbərləyən hörmətli yazıçılar olmasına baxmayaraq, Dini yalan sayırsınız.
13Şübhəsiz ki, “özü, sözü doğru olanlar/yaxşı insanlar”, əlbəttə, bol nemət, xoşbəxtlik cənnətinin içindədirlər.
14–16Din-iman tanımayıb pisliyə batmış olanlar isə qətiliklə cəhənnəmdədirlər. Din Günü ordan ayrılmayaraq, oraya söykənəcəklər.
17Din Gününün nə olduğunu sənə nə bildirdi? 18Sonra yenə, Din Gününün nə olduğunu sənə nə bildirdi? 19Din Günü kimsə kimsəyə ağalıq edə bilməz. Və o gün–İnşiqaq/1–5göy yarıldığı, Rəbbinə qulaq asdığı və gerçəkləşdirildiyi zaman, yer üzü də dümdüz olduğu, içində nə varsa atdığı/boşaldığı və Rəbbinə qulaq asdığı və gerçəkləşdirildiyi zaman 19buyuruq Allaha aiddir.
6Ey insan! Şübhəsiz ki, sən Rəbbinə doğru qaçdıqca qaçan birisən. Sonunda da Ona qovuşacaqsan.
7–9Artıq kitabı sağ əlinə verilənlərə gəlincə… O, asan bir hesabla hesaba çəkiləcək və o, sevincli olaraq yaxınlarına dönəcəkdir.
10–14Kitabı özünə arxasından verilənə gəlincə isə o, ölümü çağıracaq və alovlu atəşə girəcəkdir. Şübhəsiz ki, o, yaxınları içində sevincli idi. Şübhəsiz ki, o, qətiyyən dönməyəcəyinə qane idi.
15Xeyr, şübhəsiz ki, Rəbbi onu çox yaxşı görəndir.
16–19O halda, o şəfəq, gecə və içində saxlatdığı şeylər seçilib toplandığı zaman, o Ay dəlildir ki, siz qətiliklə haldan-hala düşürsünüz [həmişəlik dəyişəcəksiniz, qətiyyən yox olub getməyəcəksiniz].
20,21O halda onlara nə olur? İman etmirlər və özlərinə Quran oxunduğu vaxt boyun əyib təslimiyyət göstərmirlər/fikirlərindən dönmürlər?
22Əksinə, kafirlər yalan sayırlar.
23Halbuki, Allah içlərində saxladıqlarını ən yaxşı biləndir.
24Artıq sən onlara ağrılı bir əzabı müjdələ.
25Ancaq iman etmiş və düzəltmək yönündə işlər edənlər bundan istisnadır, onlar üçün tükənməz bir ödəniş/mükafat vardır.
(82/82, İnfitar/6–19+83/84, İnşiqaq/1–25)