MÜMTƏHİNƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 523

1Ey iman edənlər! Əgər mənim yolumda cəfa çəkmək və mənim rızamı qazanmaq üçün çıxdınızsa, sizə haqqdan gələn şeyləri bilərək rədd etdikləri/inan­ma­dıq­ları halda, onlara sevgi çatdıraraq/onlara sevgini gizlədərək Mənə düşmən olan­ları və özünüzün düşmənini mütəvəlli/köməkçi, yol göstərici, qoruyucu yaxınlar etmə­yin/on­la­rı idarəçi etməyin. Onlar Rəbbiniz olan Allaha inandığınıza görə, Elçini və sizi yur­du­nuzdan çıxarırlar. Halbuki Mən, sizin gizlətdiyiniz şeyləri və açıqladığınız şeyləri ən yaxşı bilənəm. Və sizdən kim bunu edərsə, artıq o, qətiliklə yolun tam ortasından azmışdır.

2Əgər onlar sizi ələ keçirərlərsə, sizin üçün düşmən olacaqlar, əllərini və dillərini pisliklə sizə uzadacaqlar. Və onlar: “Kaş ki, küfr edəsiniz/inanmayasınız” – deyə arzu edirlər.

3Qiyamət günü əqrəbalarınızın və uşaqlarınızın sizə qətiyyən yararı olmaz. Allah aranızı ayırar. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

(91/60, Mümtəhinə/1–3)

Nəcm: 524

 

4,5İbrahimdə və onunla bərabər olanlarda, İbrahimin atası üçün: “Sənin üçün qətiliklə bağışlanma diləyəcəyəm. Və Allahdan olan heç bir şeyə gücüm yetməz” – deməsi istisna olmaqla, qətiliklə sizin üçün gözəl bir nümunə vardır. Həmçinin İbrahim və İbrahimlə bərabər olanlar cəmiyyətlərinə: “Biz sizdən və sizin Allahın yaratdıqlarından sitayiş etdiklərinizdən uzağıq. Biz sizi silib atdıq. Və siz, bir tək olaraq Allaha inanana qədər sizinlə bizim aramızda sonsuzadək bir düşmənçilik və nifrət bəlli edilmişdir. Rəbbimiz! Yalnız sənə inandıq, sənə yönəldik. Və dönüş an­caq sənədir. Rəbbimiz! Bizi kafirlər üçün bir atəşə atılma/imtahan vasitəsi etmə! Bizi bağışla! Rəbbimiz! Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olma­yan/müt­ləq qalib olanın, ən yaxşı qayda qoyanın, ən sağlam edənin məhz özüsən!” – demişdilər.

6And olsun, onlarda sizin üçün Allahı və axirət gününü uman insanlar üçün gözəl bir nümunə vardır. Kim üz çevirirsə, bilsin ki, şübhəsiz, Allah zənginin, öyülməyə layiq olanın məhz özüdür.

(91/60, Mümtəhinə/4–6)

Nəcm: 525

7Bəlkə Allah sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəsləməkdə olduğunuz insanlar arasında bir sevgi əmələ gətirər. Allah ən yaxşı güc yetirəndir. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

8Allah sizi din haqqında sizinlə döyüşməyən və sizi yurdlarınızdan çıxarmayan insanlara yaxşılıq etməkdən, onlara haqqaniyyətlə davranmaqdan çəkindirməz. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər.

9Allah ancaq sizi sizinlə din haqqında döyüşən, sizi yurdlarınızdan çıxaran və çıxarılmağınız üçün əlbir olan insanları vəliləşdirməyinizi [qoruyucu, nəzarətedici, idarəedici etməyinizi] qadağan edər. Kim onları vəliləşdirirsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

(91/60, Mümtəhinə/7–9)

Nəcm: 526

10Ey iman edənlər! Mömin qadınlar köçkünlər olaraq sizin yanınıza gəldiyi zaman dərhal onları sorğu-suala çəkin. Allah onların imanlarını daha yaxşı bilir. Artıq, əgər siz də onların inanmış qadınlar olduğunu öyrənərsinizsə, artıq onları kafirlərə geri döndərməyin. Köç edən mö­min qadınlar, onlara halal deyildir. Onlar da bunlara halal olmazlar. İnanmamış əv­vəlki ərlərinə sərf etdiklərini verin. Mehirlərini[1] özlərinə verdiyiniz zaman on­lar­la evlənməyinizdə sizə bir günah yoxdur. Kafir qadınları nikahınızda tutmayın, sərf etdiyinizi/ödədiyiniz mehiri ge­ri istəyin. Onlar da sərf etdiklərini/sizə xərclədiklərini geri istəsinlər. Bax budur, bu, Allahın hökmüdür ki, aranızda O, hökm edər! Allah çox bilən, çox yaxşı qay­da qoyandır.

11Əgər zövcələrinizdən biri sizdən kafirlərin yanına qaçar və siz də bu pis davranışa eynilə qarşılıq verərsinizsə, zövcələri getmiş olanlara xərclədikləri qədər verin. Və siz, özünə inandığınız Allahın qoruması altına girin.

(91/60, Mümtəhinə/10–11)

Nəcm: 527

12Ey Peyğəmbər! İnanmış qadınlar sənə Allaha heç bir şeyi ortaq qoşmamaları, oğurluq etməmələri, zina etməmələri, uşaqlarını öldürməmələri, əlləri ilə ayaqları arasında bir iftira uydurmamaları hər kəs tərəfindən müsbət qəbul edilən/vəhyə uyğun xüsuslarda sənə üsyan etməmələrinə dair bağlılıq andı içərək gəlirlərsə, dərhal onların bağlılıq andlarını qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir.

(91/60, Mümtəhinə/12)

Nəcm: 528

13Ey iman edənlər! Allahın qəzəb etdiyi qövmü vəliləşdirməyin [idarəçi, qoruyucu etməyin]. Kafirlərin məzarlıq xalqından ümid kəsdiyi kimi, qətiliklə onlar axirətdən ümid kəsənlərdir.

(91/60, Mümtəhinə/13)

 

[1]Qurana görə mehir–qadının “dolanışıq sigortası”dır. Bu qayda qadın zəif olduğuna görə deyil, onun sosial və mədəni yöndən əhəmiyyətli olduğuna görə qorunmalı olduğuna görədir. Dul qalması halında, “iddət” müddətində dolana biləcəyi bir mal, ya da pulun qadına verilməsi, onun dolanışığını təmin etmək üçün çalışmasına, yuvasından uzaqlaşıb, sıxıntılara qatlanmasına ehtiyac olmayacaqdır. Beləliklə, qadın taciz, təcavüz və düşkünlüyə uğramaq riskindən uzaq olacaqdır. Qısacası, Allah qadını qürurlandırmaq, qorumaq və ədalətsizliyə uğramağına mane olmaq üçün ona mehir verilməsini əmr etmişdir. Mövzunun təfərrüatları üçün Bxn. Təbyin.