HUCURAT SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 647

 

1Ey iman edənlər! Allahın və Elçisinin iki əli arasında önə geçməyin/dində öz görüşlərinizi önə çıxarmayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

2Ey iman edənlər! Səslərinizi Peyğəmbərin səsindən artıq yüksəltməyin. Bir-birinizə yüksək səslə bağırdığınız kimi, Peyğəmbərə yüksək səslə bağırmayın, yoxsa siz dərk etmədən hörmətsizlik etmiş olarsınız və əməlləriniz boşa gedər.

3Şübhəsiz ki, Allah Elçisinin yanında səslərini qısan insanlar… Bax budur, Allah bu insanların qəlblərini Özünün qoruması altına girməsi üçün imtahan etmişdir. Onlara bağışlanmaq, qorunmuşluq və böyük bir mükafat vardır.

4Şübhəsiz ki, sənə otaqların arxa tərəfindən səslənən insanlar… Onların çoxu ağıllı dav­ran­mırlar.

5Və əgər onlar sən yanlarına çıxıncaya qədər səbr etsəydilər, əlbəttə, özləri üçün da­ha yaxşı olardı. Və Allah, qullarının günahlarını çox-çox örtən, onları cə­za­landırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.

6Ey iman edənlər! Əgər haqq yoldan çıxmışın biri sizə bir xəbər gətirərsə, dərhal araşdırın/təsbit edin. Yoxsa bilmədən bir topluluğa sataşarsınız/zərər gətirər­siniz və etdiyinizə peşman olarsınız.

7,8Və şübhəsiz ki, Allahın Elçisinin aranızda olduğunu bilin. Lakin o, bir çox işlərdə sizə uysaydı, qətiliklə sıxıntıya düşərdiniz. Lakin Allah Özünün bir lütf və neməti olaraq, sizə imanı sevdirdi və onu qəlblərinizə zinət etdi. Küfrü, haqq yoldan çıxmağı və üsyanı da sizə çirkin göstərdi. Bax budur, bunlar rüşdə/kamala/ağıl kamilliyinə sahib insanların məhz özləridir. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır, ən çox sağlamlaşdırandır.

9Və əgər möminlərdən iki qrup bir-birləri ilə döyüşdürülərsə, dərhal onların ara­sı­nı düzəldin. Lakin biri o birinin üzərinə hücum edərsə, Allahın buyuruğuna dö­nün­cəyə qədər hücum edən tərəflə döyüşün. Sonra da əgər dönərsə, aralarında əda­lət­lə sülh təmin edin və haqqaniyyətlə davranın. Şübhəsiz ki, Allah haqqaniyyətlə dav­ra­nan­la­rı sevər.

10Möminlər qardaşdırlar. Belə isə mərhəmətə çatmağınız üçün qardaşlarınızın arasını düzəldin və Allahın qoruması altına girin.

11Ey iman edənlər! Bir camaat başqa bir camaatı lağa qoymasın. Ola bilər ki, lağ etdikləri camaat özlərindən xeyirlidir. Qadınlar da başqa qadınları lağa qoymasın. Bəlkə də lağ etdikləri qadınlar özlərindən xeyirlidir. Özünüzü də alçaltmayın/ayıblamayın, hörmətdən salmayın – bir-birlərinizi ləqəblər ilə fırladıb atmayın/hörmətdən salmayın, həqarət etməyin. İmandan sonra haqq yoldan çıxmaqla adlanmaq nə pis şeydir! Və kim xətadan dönməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

12Ey iman edənlər! Zənnin bir çoxundan çəkinin. Şübhəsiz ki, zənnin bir qismi günahdır. Bir-birinizin qüsurunu araşdırmayın. Bir qisminiz bir qisminizin qiybətini etməsin/onun yoxluğunda, artıq-əskik danışmasın. Sizdən biriniz ölmüş qardaşının ətini yeməyi sevərmi? Bax budur, bunu çirkin saydınız. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah tövbələri çox-çox qəbul edən, çox tövbə fürsəti verəndir, çox mərhəmət sahibidir.

(106/49, Hucurat/1–12)

Nəcm: 648

13Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından əmələ gətirdik. Bir-birinizlə tanış olasınız deyə, sizi fərqli millətlər və qəbilələr etdik. Şübhəsiz ki, Allah qatında ən dəyərliniz ən çox Allahın qoruması altına girmiş olanınızdır. Həqiqətən Allah ən yaxşı biləndir, ən çox xəbər tutandır.

(106/49, Hucurat/13)

Nəcm: 649

14Bədəvi ərəblər: “İnandıq!” – dedilər. De ki: “Siz inanmadınız, amma: Eslemna [sağlamlaşdırdıq/özümüzü zəmanət altına aldıq] – deyin! İman hələ qəlblərinizə girmədi. Və əgər Allaha və Elçisinə itaət edərsinizsə, O, etdiklərinizdən heç bir şeyi sizə əskiltməz”. Həqiqətən Allah çox bağışlayandır, çox mərhəmətlidir!

15Möminlər ancaq Allaha və Onun Elçisinə iman edən, sonra da şübhəyə düşməyən, malları və canları ilə Allah yolunda çalışan insanlardır. Bax budur, bunlar sadiqlərin məhz özüdür.

16De ki: “Siz, dininizi Allahamı öyrədirsiniz? Halbuki Allah göylərdə olanları da, yerdə olanları da bilir”. Və Allah hər şeyi çox yaxşı bilir.

17Onlar İslama girdikləri üçün səndən minnət duymağını gözləyirlər. De ki: “İslama girdiyinizə görə, məndən minnət gözləməyin. Tam əksinə, əgər doğru insanlar­sı­nız­sa, sizi imana çatdırdığı üçün siz Allaha minnət duyğusu bəsləyin”.

18Şübhəsiz ki, Allah göylərin və yer üzünün görünməyənini, eşidilməyənini, seçilməyənini bilir. Və Allah etmiş olduğunuz şeyləri çox yaxşı görəndir.

(106/49, Hucurat/14–18)