MƏDİNƏ DÖVRÜ
Nəcm: 654
1Göylərdə və yer üzündə olan hər şey Allahı hər cür nöqsanlıqdan arındırır. Mülk yalnız və yalnız Onundur, bütün təriflər də sadəcə, Onadır – başqası öyülə bilməz. Və O, hər şeyə qadirdir.
2O, sizi yaradandır. Artıq kiminiz kafir, kiminiz mömindir. Və Allah etdiklərinizi ən yaxşı görəndir.
3Allah göyləri və yeri haqq ilə əmələ gətirdi və sizi formalaşdırdı. Quruluşunuzu da nə gözəl etdi! Və dönüş yalnız və yalnız Onadır.
4O, göylərdə və yer üzündəki şeyləri bilir, gizlətdiyiniz və açıqladığınız şeyləri də bilir. Allah, qəlblərin özünü də ən yaxşı biləndir.
(108/64, Təğabun/1–4)
Nəcm: 655
5Öncədən kafirlərin xəbəri sizə gəlmədimi? Bax budur, onlar işlərinin vəbalını daddılar. Onlar üçün acı bir əzab da vardır.
6Bu cəzalandırma özlərinə elçiləri açıq dəlillərlə gəldiyində: “Bir bəşərmi bizə yol göstərəcək?” – deyərək küfr etməyə çalışdıqları və üz döndərdiklərinə görədir. Allah möhtac olmadığını göstərdi. Allah zəngindir, öyülməyə ən yaxşı layiq olandır.
(108/64, Təğabun/5–6)
Nəcm: 656
7Bu kafirlər, qətiliklə dirildilməyəcəklərinə səhv olaraq inandılar. De ki: “Əksinə, Rəbbimə and olsun ki, qətiliklə dirildiləcəksiniz, sonra qətiliklə, etmiş olduğunuz şeylər sizə xəbər veriləcəkdir. Və bu, Allaha görə çox asandır”.
8Belə isə Allaha, Elçisinə və Bizim endirdiyimiz işığa/Qurana inanın. Və Allah etdiyinız şeylərdən xəbərdardır.
9Toplanma günü üçün sizi toplayacağı gün… Bax budur, o gün qarşılıqlı aldatma/aldanma günü – kimin kimi aldatdığının ortaya çıxdığı gündür… Kim Allaha inanar və saleh əməl işlərsə, Allah onun pisliklərini örtər və onu, içində sonsuzadək qalanlar olaraq, altlarından çaylar axan cənnətlərə girdirər. Bax budur, bu, böyük qurtuluşdur.
10İnkar edən və ayələrimizi yalan sayan insanlar… Bax budur, onlar, içində həmişəlik qalanlar olaraq, atəşin əhlidirlər. O, nə pis dönüş yeridir!
11İsabət edən hər müsibət, sadəcə Allahın biliyi çərçivəsində isabət edər. Kim Allaha inanırsa, Allah onun qəlbini bələdçiləyər. Və Allah hər şeyi ən yaxşı biləndir.
12Və Allaha itaət edin, Elçiyə də itaət edin. Artıq üz çevirərsinizsə, bilin ki, Elçimizə düşən açıq-aşkar bir təbliğdir.
13Allah Özündən başqa tanrı deyə bir şey olmayandır. Artıq möminlər işin nəticəsini, sadəcə, Allaha həvalə etsinlər.
(108/64, Təğabun/7–13)
Nəcm: 657
14Ey iman edənlər! Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir.
15Əlbəttə, mallarınız və uşaqlarınız sizi atəşə ata biləcək imtahan vasitəsidir. Allah isə… Böyük mükafat Öz qatında olandır.
16Ona görə də, gücünüz yetdiyincə Allahın qoruması altına girin, dinləyin və itaət edin. Və mallarınızdan, özünüzün xeyrinizə olaraq, Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Kim də mənliyinin acgözlülüyündən qorunursa, bax budur, onlar uğura çatanların məhz özləridir.
17,18Əgər Allaha gözəl bir borc verərsinizsə, O, onu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Və Allah, ən yaxşı qarşılıq ödəyən, çox yumşaq davranan, görünəni və görünməyəni biləndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
(108/64, Təğabun/14–18)