MƏDİNƏ DÖVRÜ
Nəcm: 695
1,2Allahdan və Elçisindən əhd bağladığınız ortaq qoşanlara bir ultimatum, qəti xəbərdarlıq: “Artıq yer üzündə dörd ay daha rahat dolaşın. Və qətiliklə özünüzün, Allahı aciz buraxan olmadığını və qətiliklə Allahın, kafirləri rüsvay edən olduğunu bilin”.
3,4Və “ən böyük həcc” günü,[1] ortaq qoşanlardan andlaşma etdiyiniz, sizə heç bir əskiklik etməmiş və sizin əleyhinizə heç bir kimsə ilə köməkləşməmiş kimsələr istisna olmaqla, şübhəsiz ki, Allahın və Onun Elçisinin ortaq qoşan insanlardan laqeyd olduğuna dair Allahdan və Elçisindən insanlara bir bildiriş: “Artıq əgər xətadan dönərsinizsə, bu sizin üçün xeyirlidir. Və əgər üz döndərərsinizsə, o zaman şübhəsiz ki, sizin Allahı acizləşdirən olmadığınızı bilin”. Kafirlərə də acıqlı bir əzabı müjdələ! Artıq siz də müddətlərinə qədər özlərinə verdiyiniz sözlərinizi tamamlayın. Şübhəsiz ki, Allah Özünün qoruması altına girənləri sevər.
5Bu toxunulmaz qılınmış aylar/həcc ayları çıxdığı zaman da o ortaq qoşanları harada tapsanız öldürün, onları yaxalayın, həbs edin və hər gözləmə yerində onlar üçün oturun. Artıq, əgər tövbə edərlərsə, salaatı iqamə edərlərsə və zəkatı/vergilərini verərlərsə, artıq onların yollarını sərbəst buraxın. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
6Əgər ortaq qoşanlardan hər hansı biri aman diləyərsə, Allahın kəlamını dinləməsi üçün ona aman ver. Sonra onu təhlükəsiz yerinə çatdır. Bu, şübhəsiz ki, onların bilməyən bir cəmiyyət olduqlarına görədir.
7Məscid-i Haram yanında andlaşma etdikləriniz istisna olmaqla, o ortaq qoşan insanlarla Allah qatında və Elçisi qatında hər hansı bir andlaşma necə ola bilər? Artıq onlar sizə qarşı doğru olduqca, siz də onlara qarşı doğru olun. Şübhəsiz ki, Allah Özünün qoruması altına girənləri sevər.
8–10Necə ola bilər ki? Və əgər onlar sizdən üstünlük əldə edərlərsə, sizin haqqınızda bir and və andlaşma gözləməzlər. Ağızları ilə sizi məmnun etməyə çalışarlar, qəlbləri isə inadlaşar. Və onların çoxu haqq yoldan çıxmış kimsələrdir! Onlar Allahın ayələrini çox az bir bədəllə satdılar və Allahın yolundan ayırdılar. Şübhəsiz ki, onlar etdikləri pis olanlardır. Onlar hər hansı bir mömin haqqında and və andlaşma gözləməzlər. Və bax budur, bunlar həddi aşanların məhz özləridir.
11Bundan sonra əgər tövbə edərlərsə, salaatı iqamə edərlərsə və zəkatı/vergilərini verərlərsə, artıq onlar din qardaşlarınızdırlar. Və Biz ayələri bilən bir cəmiyyət üçün izahlı olaraq açıqlayırıq.
12Və əgər verdikləri sözdən sonra andlarını pozar və dininizə dil uzadarlarsa, əl çəkmələri üçün o, küfr başçıları ilə dərhal döyüşün. Şübhəsiz ki, onlar üçün sözləşmə deyə bir şey yoxdur.
13Andlarını pozan, Elçini yurdundan çıxarmağa cəhd edən və üstəlik də ilk öncə özləri sizə qarşı döyüşə başlayan bir cəmiyyətlə döyüşməyəcəkzsinizmi? Yoxsa onlara hörmətlə, sevgi ilə, biliklə ürpərtimi duyursunuz? Artıq, əgər möminsinizsə, Allah Özünə hörmətlə, sevgi ilə, biliklə ürpərti duymağa daha layiq olandır.
14,15Onlarla döyüşün ki, Allah sizin əllərinizlə onları cəzalandırsın və onları rüsvay etsin. Sizi də onlara qarşı müzəffər etsin və mömin bir qövmün qəlblərinə şəfa versin, qəlblərinin kinini aradan qaldırsın. Allah dilədiyinin tövbəsini də qəbul edər. Və Allah çox yaxşı biləndir, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
16Sizdən cəhd edənləri, Allahın Elçisindən və inananların yaratdıqlarından sirdaş/can dostu etməyənləri Allah bildirmədən/işarələyib göstərmədən buraxılacağınızımı sandınız? Və Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.
17Ortaq qoşanlar, özlərinin küfrünə özləri şahid olarkən, Allahın məscidlərini abad etmələri barəsində söz belə ola bilməz. Bax budur, onlar işləri boşa gedənlərdir. Və onlar atəş içində həmişəlik qalacaqlar.
18Allahın məscidlərini, ancaq Allaha və axirət gününə inanan, salaatı iqamə edən, zəkatı/vergisini verən və sadəcə, Allaha hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan kimsələr açar və yaşadarlar. Artıq bax budur, onların bələdçiləndikləri doğru yol üzrə olan kimsələrdən olmaları gözlənir.
19Siz həcc edənlərin sularının tədarik edilməsini və Məscid-i Haramda abadlıq edilməsini, Allaha və axirət gününə iman edən və Allah yolunda çalışan kimsə kimimi edirsiniz? Bunlar, Allah qatında bərabər ola bilməzlər. Və Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər qövmünə bələdçilik etməz.
(113/9, Tövbə/1–19)
Nəcm: 696
28Ey iman edənlər! Ortaq qoşan bu insanlar, sadəcə, bir pislikdirlər. Artıq bu illərindən sonra Məscid-i Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan/onların uzaqlaşması ilə qazanc itkisinə uğramaqdan qorxdunuzsa da, Allah sizi dilədiyində ərməğanlar ilə yaxında zənginləşdirəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.
29Özlərinə Kitab verilənlərdən, Allaha və axirət gününə inanmayan, Allahın və Elçisinin haram qıldığı şeyi haram qılmayan və haqq dini din qəbul etməyən bu insanlarla, alçalmış olduqları halda cizyə verənə qədər döyüşün.
31Onlar Allahın yaratdıqlarından biliklilərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəbblər qəbul etdilər. Halbuki, onlara, sadəcə, bir tək olan Allaha qulluq etmək əmr olunmuşdılar. Allahdan başqa Tanrı deyə bir şey yoxdur. O, ortaq qoşanların ortaq qoşduğu şeylərdən də münəzzəhdir.
32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir.
20İman edən, hicrət edən və mallarıyla, canlarıyla Allah yolunda çalışanlar Allah qatında dərəcə baxımından daha üstündür. Bax budur, bunlar xilas olanların məhz özləridir.
21,22Onların Rəbbi onları Öz qatından bir mərhəmət, bir rıza və orada sonsuz olaraq qalmaq üçün içində tükənməz nemətlər olan onlara aid cənnətlərlə müjdələyər. Şübhəsiz ki, Allah qatında çox böyük mükafat olandır.[2]
(113/9, Tövbə/28–29, 31, 32, 20–22)
Nəcm: 697
23Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız imana qarşılıq küfrü sevirlərsə, onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Sizdən hər kim də onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edərsə, artıq bax budur, onlar səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir.
25And olsun ki, Allah bir çox yerdə və Huneyn Günü[3] sizə kömək etdi. Həmçinin çox olmağınız sizə arxayınlıq vermişdisə də, onun sizə bir faydası olmamış və yer üzü, genişliyinə baxmayaraq, sizə dar gəlmişdi. Sonra da üz döndərib qaçmışdınız.
26Sonra Allah Elçisinin üzərinə və möminlərin içlərində qəlbi təskinləşdirən, arxayınlıq və sakitləşmə duyğularını/əhvali-ruhiyyələrini əmələ gətirdi və sizin görmədiyiniz ordular endirdi. Kafirləri də əzaba uğratdı. Və bax budur, bu, kafirlərin cəzasıdır.
27Sonra bu olub bitənlərin arxasından Allah dilədiyi insana dönüş nəsib edər. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
(113/9, Tövbə/23, 25–27)
Nəcm: 698
30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər!
33Allah, ortaq qoşanlar xoşlanmasa da, Özünü dindən/hamısından üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi və haqq din ilə göndərəndir.
(113/9, Tövbə/30, 33)
Nəcm: 699
34Ey iman edənlər! Şübhəsiz, hahamlardan/biliklilərdən, rahiblərdən bir çoxu qətiliklə insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığaraq, onları Allah yolunda xərcləməyən/başda öz yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin etməyən insanlar dərhal onları acıqlı bir əzabla müjdələ!
35O gün yığıb topladıqları qızıl və gümüşlərin üstü cəhənnəm atəşində qızdırılacaq və bunlarla alınları, yanları və arxaları dağlanacaq: “Bax budur, bu, öz canınız üçün yığıb saxladığınız şeydir. Haydı, indi dadın bu, yığıb toplamış olduğunuz şeyləri!”
(113/9, Tövbə/34–35)
Nəcm: 700
24De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, əqrəbalarınız, qəbiləniz, əldə etdiyiniz mallar, durğunluğa uğramasından ürpərdiyiniz ticarət, xoşlandığınız məskənlər, sizə Allahdan, Onun Elçisindən və Onun yolunda çalışmaqdan daha sevimlidirsə, artıq Allah əmrini gətirənə qədər gözləyin. Və Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik etməz.
(113/9, Tövbə/24)
Nəcm: 701
36Şübhəsiz, Allahın Allah qatında göyləri və yeri əmələ gətirdiyi günkü yazısında ayların sayı, ay olaraq on ikidir. Bunlardan dördü toxunulmaz qılınmışdır. Bax budur, bu, qoruyandandır. Buna görə də, toxunulmaz aylarda özünüzə haqsızlıq etməyin. Və sizinlə hamılıqla döyüşən ortaq qoşanlarla, siz də hamılıqla döyüşün. Və şübhəsiz ki, Allahın Özünün qoruması altına girənlərlə bərabər olduğunu bilin.
37O “Nesi”[4], ancaq küfrdə həddi aşmaqdır ki, onunla kafirlər çaşdırılır – Allahın haram etdiyinin sayını uydursunlar və Allahın haram etdiyini halal etsinlər deyə, onu bir il halal, bir il haram sayarlar. Özlərinə əməllərin pisliyi bəzədilib gözəl göstərildi. Və Allah kafirlər qövmünə bələdçilik etməz.
(113/9, Tövbə/36–37)
Nəcm: 702[5]
38Ey iman edənlər! Nə oldu ki, sizə “Allah yolunda döyüşə çıxın” deyildiyi zaman yerə çaxılıb qaldınız/yapışıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya həyatınamı razı oldunuz? Amma axirətdəkinə görə, bu bəsit dünya həyatının qazancı çox azdır.
39Əgər döyüşə çıxmazsınızsa, Allah sizi acıqlı bir əzab ilə əzablandırar və yerinizə başqa bir qövmü gətirər və siz Ona zərər deyə bir şey edə bilməzsiniz. Və Allah hər şeyə qadirdir.
40Əgər siz Elçiyə kömək etməzsinizsə, bilin ki, Allah ona qətiliklə kömək etmişdir. Həmçinin o kafirlər onu ikinin ikincisi olaraq çıxarmışdılar. Həmçinin ikisi mağarada idilər. Həmçinin o, yoldaşına: “Kədərlənmə, şübhəsiz ki, Allah bizimlə birlikdədir” – deyirdi. Buna görə də Allah onun qəlbinə təskinləşdirən arxayınlıq və sakitləşmə duyğuları/əhvali-ruhiyyəsi qoymuş, Onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş və kafirlərin sözünü ən alçaq etmişdi. Allahın kəlamı da ən ucanın məhz özüdür. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
41Yüngül təchizatla və əsaslı olaraq döyüşə çıxın və mallarınızla, canlarınızla Allah yolunda əzm göstərin. Əgər bilirsinizsə, bu sizin üçün daha xeyirlidir.
(113/9, Tövbə/38–41)
Nəcm: 703
42Əgər səfər yaxın bir qazanc və adi bir səfər olsaydı, onlar qətiliklə səni izləyərdilər. Lakin, o edilməsi çətin olan iş özlərinə uzaq gəldi. Bununla bərabər: “Bizim də gücümüz yetsəydi, qətiliklə sizinlə birlikdə əlbəttə, çıxardıq” – deyə, Allaha and içəcəklər… özlərini dağıntıya uğradırlar… Və Allah bilir ki, onlar qətiliklə yalançı insanlardır.
43Allah səni əfv etdi. Doğru insanlar sənə yaxşı-yaxşı bəlli oluncaya və sən yalançıları bilincəyə qədər, nə üçün onlara izin verdin?
44Allaha və axirət gününə inanan insanlar mallarıyla və canlarıyla cəfa çəkməyə səndən izin istəməzlər. Və Allah Öz qoruması altına girmiş insanları ən yaxşı biləndir.
45Səndən izin istəyənlər, sadəcə, Allaha və axirət gününə inanmayan və qəlbləri şübhəyə düşərək şübhələrinin içində çabalayıb duranlardır.
46Və əgər çıxmalarını istəsəydilər, qətiliklə çıxmaları üçün bəzi hazırlıq edərdilər. Lakin, Allah onların göndərilmələrini xoş görmədi və onları yoldan saxladı. Və: “Oturun oturanlarla birlikdə!” – deyildi.
47Əgər sizinlə birlikdə çıxmış olsaydılar, sadəcə pozğunculuğu artıracaqdılar və qətiliklə aranıza sosial yanğın salmaq üçün qaçacaqdılar. İçinizdə onlara qulaq asacaq adamlar da vardı. Və Allah o səhv davrananları/öz zərərlərinə iş edənləri çox yaxşı biləndir.
48And olsun ki, onlar bundan öncə də insanları dindən çıxarmaq istədilər və sənə cürbəcür işlər çevirdilər. Sonunda haqq gəldi və onlar istəmədikləri halda Allahın əmri açığa çıxdı.
49Onlardan bəziləri: “Mənə izin ver, məni sosial yanğına düşürmə/başımı bəlaya salma!” – deyərlər. Gözünüzü açın! Onlar sosial yanğının içinə düşdülər. Cəhənnəm də kafirləri tamamilə əhatə edəndir.
50Əgər sənə bir yaxşılıq toxunarsa, narahat olarlar. Əgər sənə bir müsibət toxunarsa: “Biz qətiliklə tədbirimizi öncədən almışdıq” – deyərlər. Və onlar sevincək halda dönüb gedərlər.
51De ki: “Heç bir zaman bizə Allahın bizim üçün yazdığından başqası toxunmaz. O, bizim mövlamızdır. Onun üçün möminlər işin nəticəsini yalnız və yalnız Allaha həvalə etsinlər”.
52De ki: “Siz, bizə iki gözəlliyin birindən başqasınımı gözləyirsiniz? Biz isə sizə Allahın Öz qatından və ya bizim əlimizlə bir əzab endirməsini gözləyirik. Haydı, siz gözləyin durun, şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyənlərik”.
53De ki: “İstəyərək və ya istəməyərək Allah yolunda xərcləyin – sizdən heç bir zaman qəbul edilməyəcəkdir. Şübhəsiz ki, siz haqq yoldan çıxanlar qövmü oldunuz”.
54Və onların xərclədiklərinin özlərindən qəbul olunmasına, sadəcə, onların küfr etməsi, Onun Elçisinin həqiqi elçi olmasını bilərək rədd etmələri və salaata tənbəl-tənbəl getmələri, həmçinin Allah yolunda xərcləmələrini könülsüz etmələri əngəl oldu.
55Belə isə onların malları və övladları səni şirnikdirməsin. Ancaq Allah bunlarla onları bəsit dünya həyatında cəzalandırmaq, onların canlarını kafir biriləri ikən almaq istəyir.
56Sizdən olmadıqları halda, şübhəsiz ki, özlərinin qətiliklə sizdən olduğuna dair Allaha and da içərlər. Lakin onlar qorxaq bir camaatdır.
57Əgər onlar sığınacaq bir yer və ya gizlənəcək mağaralar və yaxud giriləcək bir dəlik tapsaydılar, qətiliklə başlarını dikərək o tərəfə doğru yönələrdilər.
58Onlardan bəziləri isə sədəqələr haqqında sənə dil uzadan insanlardır. Ki, o sədəqələrdən özlərinə verilmişsə, məmnun olurlar, verilməmişsə dərhal qəzəblənirlər.
59Və kaş ki, onlar Allah və Elçisinin özlərinə verdiyinə razı olsaydılar… Və: “Bizə Allah yetər. Allah da, Elçisi də yaxında bizə ərməğanlar verəcəkdir. Şübhəsiz ki, biz, sadəcə Allaha rəğbət edənlərik” – desəydilər.
60Qətiliklə, Allah tərəfindən bir bölgü/məcburi vəzifə olaraq sədəqələr/ictimaiyyətin gəlirləri ancaq imkansızlar, acizlər/yoxsullar, işsizlər, o işi icra edən vəzifəlilər/ictimai vəzifəlilər, qəlbləri İslama isindiriləcəklər, azadlığı olmayan kölələr, ağır borc altındakılar, Allah yolundakılar [əsgərlər, tələbə və müəllimlər], yolda qalmışlar üçündür. Allah hər şeyi ən yaxşı biləndir və ən yaxşı qayda qoyandır.
61Yenə onlardan bəziləri Peyğəmbəri incidən və: “O, özünə söylənən hər şeyi dinləyib təsdiq edən biridir!” – deyən insanlardır. De ki: “Sizin üçün bir xeyir qulağıdır – Allaha inanır, möminlərə inanır və sizdən iman edənlərə də bir mərhəmətdir”. Və Allahın Elçisini incidən insanlar acıqlı bir əzab özləri üçün olanlardır.
62Onlar, sizin razılığınızı qazanmaq üçün, Allaha and içirlər. Onlar, əgər mömindirlərsə, Allahı və Elçisini razı etmələri daha doğrudur.
63Şübhəsiz, kim Allah və Elçisi ilə yarışmağa cəhd edərsə, şübhəsiz, onun üçün içində sonsuzadək qalanlar olaraq, cəhənnəm atəşinin olduğunu bilməzlərmi? Bax budur, bu, ən böyük rüsvayçılıqdır.
(113/9, Tövbə/42–63)
Nəcm: 704
64Münafiqlər qəlblərindəki şeyləri özlərinə xəbər verəcək bir surənin üzərlərinə endirilməsindən çəkinirlər. De ki: “Siz lağ edin! Şübhəsiz ki, Allah sizin çəkindiyiniz şeyi ortaya çıxarandır”.
65Və əgər onlardan soruşsaydın, qətiliklə: “Biz sadəcə uymuşduq, oyun oynayırdıq” – deyəcəklər. De ki: “Allahın ayələrinə və Elçisinəmi lağ edirdiniz?”
66Üzr istəməyin, siz “İman etdik” dedikdən sonra, əlbəttə, küfr etdiniz. Sizdən bir qismini əfv etsək belə, şübhəsiz ki, onlar günah işləyən kimsələr olduqları üçün əzablandıracağıq.
(113/9, Tövbə/64–66)
Nəcm: 705
67Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar – pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər və əllərini bərk tutarlar/xəsislik edərlər. Allahı tərk edərlər, buna görə də Allah da onları tərk edər. Həqiqətən də münafiqlər haqq yoldan çıxmış insanların məhz özləridir.
68Allah münafiq kişi və münafiq qadınlara və kafirlərə/inanmayanlara, içində təməlli qalacaqları cəhənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah onları kənarlaşdırıb mərhəmətindən məhrum buraxmışdır! Və onlara qalıcı bir əzab vardır.
69Siz də eynilə özünüzdən öncəki, sizdən daha güclü/qüvvətli, mal və övladca sizdən daha varlı və həmçinin paylarına düşən qədər yararlanan insanlar kimisiniz. Bax budur, siz də sizdən öncəkilər paylarına düşən qədərlə necə yararlanmaq istədilərsə, siz də onlar kimi payınıza düşən qədərlə yararlanmaq istədiniz. Siz də qərq olanlar kimi qərq oldunuz. Budur, bunların dünyada və axirətdə əməlləri puça çıxdı və budur, bunlar itkiyə/zərərə uğrayıb, acı çəkən məhz özləridir.
70Onlara özlərindən öncəki insanların – Nuhun qövmünün, Adın, Səmudun, İbrahimin qövmünün, Mədyən əhlinin və alt-üst olmuş şəhərlərin xəbəri gəlmədimi? Onlara elçiləri açıq dəlillərlə gəlmişdilər. Və sonra Allah onlara haqsızlıq edən biri deyildi. Lakin onlar şərik qoşaraq, özlərinə haqsızlıq edirdilər.
(113/9, Tövbə/67–70)
Nəcm: 706
71İnanan kişilər və inanan qadınlar – bunların bəzisi bəzilərinin qoruyucu, yol göstərici yaxınlarıdır. Bunlar hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edərlər, bütün pis şeylərdən uzaqlaşdırarlar, salaatı iqamə edərlər, zəkatı/vergini verərlər, Allaha və Onun Elçisinə itaət edərlər. Bax budur, bunlar! Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
72Allah mömin kişilərə və mömin qadınlara içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər və Ədn cənnətlərində xoş məskənlər vəd etdi. Allahın rızası isə daha böyükdür. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür.
(113/9, Tövbə/71–72)
Nəcm: 707
73Ey Peyğəmbər! İnkarçılar və münafiqlərə qarşı cəhd et. Və onlara qarşı sərt ol. Onların sığınma yerləri də cəhənnəmdir. Və o, nə pis bir son yer – son dayanacaqdır!
74Onlar söyləmədiklərinə görə Allaha and içərlər. Halbuki onlar, küfretmə sözünü qətiliklə, söylədilər. İslamlaşmalarından sonra da kafir biriləri oldular. Və əlləri çatmayan, sahib olamadıqları şeyləri çox istədilər. Onlar sadəcə, Allahın və Elçisinin möminləri Allahın ərməğanlarından zənginləşdirmiş olmasına paxıllıq etdilər. Əgər xətalarından dönərlərsə, özləri üçün xeyirli olar. Əgər üz döndərsələr, Allah onları dünyada və axirətdə çox acıqlı bir əzab ilə əzablandıracaqdır. Yer üzündə onlar üçün bir qoruyucu, yol göstərici yaxın və yaxşı bir köməkçi də yoxdur.
75Və onlardan bəziləri: “Əgər Allah ərməğanlarından bizə verərsə, qətiliklə biz də sədəqə verəcəyik və qətiliklə yaxşılardan olacağıq” – deyə Allaha söz verən kəslərdir.
76Sonra nə zaman ki, Allah onlara ərməğanlarından verir, onda xəsislik edirlər və üz döndərərək geri çəkilirlər.
77Sonunda Allaha vəd etdikləri şeylərdə sözlərini tutmadılar və yalan söylədilər. Onun üçün Allah da Özüylə qarşılaşacaqları günə qədər qəlblərində sürüb gedəcək bir münafiqlik yerləşdirərək, onları cəzalandırdı.
78,79Şübhəsiz ki, onlar… Sədəqələrdən özləri könüllü olaraq bağışlayan və gücləri yetdiyindən artığını tapa bilməyən möminlərə dil uzadan, sonra da onlara lağ edən kimsələr… Allahın onların sirlərini və pıçıltılarını bildiyini və şübhəsiz ki, Allahın bilinməyənlərin çox yaxşı biləni olduğunu bilmədilərmi? Allah onları məsxərəyə çevirmişdir. Və onlar üçün çox acıqlı bir əzab vardır.
80Onlar üçün istər bağışlanma dilə, istər diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaqdır. Bu, onların Allahı və Rəsulunu qəbul etmədiklərinə görədir. Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik etməz.
(113/9, Tövbə/73–80)
Nəcm: 708
81O geridə buraxılanlar/döyüşə qatılmayanlar Allahın Elçisinə müxalif olmalarından fərəhləndilər və malları ilə, canları ilə Allah yolunda cəfa çəkməkdən xoşlanmadılar, bir də: “Bu istidə döyüşə çıxmayın” – dedilər. De ki: “Cəhənnəm atəşi daha istidir”. Kaş ki, yaxşı-yaxşı qavrayıb, dərk etsəydilər.
82Artıq qazandıqları günahın cəzası olaraq, çox az gülsünlər, çox-çox ağlasınlar.
(113/9, Tövbə/81–82)
Nəcm: 709
83Əgər Allah səni onlardan bir tayfanın yanına döndərər və onlar çıxmaq üçün səndən izin istəyərlərsə, de ki: “Artıq siz heç bir zaman mənimlə bərabər qətiyyən çıxmayacaqsınız. Və heç bir zaman mənimlə birlikdə düşmənlə döyüşməyəcəksiniz. Şübhəsiz ki, siz ilkində oturub qalmaqdan xoşlanırdınız. Artıq geridə qalanlarla bərabər oturub qalın!”
84Və onlardan ölən biri üçün dəstək olma, onun qəbrinin üzərinə dikilmə. Şübhəsiz ki, onlar kafirdirlər, Allahın Elçisinin həqiqi elçi olduğunu bilə-bilə rədd edənlərdir. Və onlar haqq yoldan çıxmış olaraq ölmüşlər.
85Onların malları və övladları da səni narahat etməsin. Allah ancaq onları dünyada bunlarla cəzalandırmağı və onlar kafir biri ikən canlarının çətinliklə çıxmasını istəyir.
(113/9, Tövbə/83–85)
Nəcm: 710
86,87Və: “Allaha iman edin və Elçisi ilə birlikdə zəhmət çəkin” – deyə bir surə endirildiyi zaman onlardan güc [mal, mülk, övlad] sahibi olanlar, səndən izin istədilər və: “Qoy biz də oturanlarla qalaq” – dedilər. Geri qalanlarla birlikdə olmağı seçdilər. Onların qəlbləri də damğalandı/möhürləndi. Artıq onlar yaxşıca qavrayıb, dərk etməzlər.
88Lakin Elçi və Onunla bərabər olan inanmış insanlar malları ilə, canları ilə çalışdılar. Və bax budur, onlar xeyirlər özlərinin olanlardır. Və bax budur, onlar halı pozulmayanların, qazanclı çıxanların məhz özləridir.
89Allah onlar üçün içində həmişəlik qalanlar olaraq, altından çaylar axan cənnətlər hazırladı. Bax budur, bu, o çox böyük qurtuluşdur.
(113/9, Tövbə/86–89)
Nəcm: 711
90Bədəvi ərəblərdən üzr istəyənlər üzrxahlıq etmək üçün gəldilər. Allaha və Elçisinə yalan söyləyənlər isə oturub, qaldılar. Onlardan kafir olanlara yaxında çox acıqlı bir əzab toxunacaqdır.
91,92Allah və Elçisi üçün səmimi olduqları təqdirdə zəiflərə, xəstələrə və həmçinin xərcləməyə bir şey tapa bilməyənlərə, bir də özlərinə minik tapasan deyə, sənin yanına gəldiklərində: “Sizi üzərinə mindirəcək minik yoxdur” – dediyin zaman Allah yolunda xərcləyəcəkləri bir şey tapa bilmədiklərinə görə, narahat olub, gözlərindən yaş tökə-tökə geri dönüb gedən insanlara bir günah yoxdur. Yaxşılıq-gözəllik törədənlərin əleyhinə deməyə bir söz yoxdur. Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
93Söz, ancaq zəngin olduqları halda səndən izin istəyən o insanların əleyhinədir. Bunlar, geridə qalanlarla birlikdə olmağa razı oldular. Allah da onların qəlbləri üzərinə damga/möhür basdı. Buna görə də, onlar bilməzlər.
94Onların yanına döndüyünüz zaman sizdən üzr istəcəklər. De ki: “Üzr istəməyin. Sizə qətiliklə inanmarıq. Allah bizə sizin xəbərlərinizdən mühüm xəbərlər verdi”. Bundan sonra da Allah və Elçisi işinizi görəcəkdir. Daha sonra da görünməyəni və görünəni bilən Allaha döndəriləcəksiniz. Sonra da O, sizə etmiş olduqlarınızı xəbər verəcəkdir.
95 Onların yanına döndüyünüz zaman onlardan uzaq durmağınız üçün sizi Allaha and verəcəklər. Siz də onlardan dərhal uzaqlaşın. Şübhəsiz ki, onlar kirlidir, pislənmışdır. Qazandıqlarının cəzası olaraq da, çatacaqları yer cəhənnəmdir.
96Özlərindən razı olasınız deyə də, qarşınızda and içəcəklər. Artıq əgər siz, onlardan razı olarsınızsa da, bilin ki, Allah şübhəsiz ki, haqq yoldan çıxmış o insanlar qövmündən razı olmaz.
97Bədəvi ərəblər Allahın tanrılığına və rəbbiliyinə inanmamaq və münafiqlik baxımından daha sərt, Allahın Elçisinə endirdiklərinin hədlərini bilməməyə/öyrənməməyə daha çox meyllidirlər. Allah da ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.
98Bədəvi ərəblərdən kimisi də var ki, ictimaiyyətin faydasına xərclədiyini zorla ödənmiş borc sayar və sizə bəlalar gəlməsini gözləyər. O çirkin bəla öz üzərlərinə! Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
99Yenə bədəvi ərəblərdən kimisi də vardır ki, onlar Allaha və axirət gününə inanır və xərclədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri sayar. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onlara yaxında mərhəmətindən lütf edəcəkdir. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
(113/9, Tövbə/90–99)
Nəcm: 712
100Muhacir və Ənsardan ilk öncə önə keçənlər və yaxşılaşdırmaq/gözəlləşdirməklə onları izləyən insanlar… Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün içlərində təməlli qalanlar olaraq, altlarından çaylar axan cənnətlər hazırladı. Bax budur, bu, böyük bir qurtuluşdur.
101Və yanınızda bədəvi ərəblərdən münafiqlər var. Mədinə xalqından da münafiqliyə yaxşıca alışmış olanlar var. Onları sən bilməzsən. Biz bilirik onları. İki dəfə əzab edəcəyik onlara! Sonra da çox böyük bir əzaba düçar olacaqlar.
102Digərləri də günahlarını etiraf etdilər. Saleh bir əməllə pisliyi qarışdırdılar. Ola bilər ki, Allah onların tövbələrini qəbul edər. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir.
103Onların mallarından sədəqə al ki, sədəqə ilə özlərini təmizləyəsən və arındırasan. Bir də onlara dəstək ol. Şübhəsiz ki, sənin dəstəyin onlar üçün bir rahatlıqdır. Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
104Onlar Allahın qullarından tövbəni qəbul etdiyini, sədəqələri aldığını və Allahın tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmət edənin məhz özü olduğunu bilmədilərmi?
105Və de ki: “Əlinizdən gələni edin! Artıq Allah Elçisi və möminlər işlərinizi görəcəkdir. Və siz, görünməyəni və görünəni bilən Allaha döndəriləcəksiniz. Sonra O, etmiş olduqlarınızı sizə xəbər verəcəkdir”.
106Və digərlərinin də işi Allahın əmrinə qalıb. O, ya özlərini əzablandırar, ya da tövbələrini qəbul edər. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
(113/9, Tövbə/100–106)
Nəcm: 713
107Və zərər vermək, küfr etmək, möminlərin arasına ayrılıq salmaq və daha öncə Allah və Elçisinə qarşı döyüş açmış, pozğunçuluq etməyə təşəbbüs etmiş olanlara nəzarət etmək üçün məscid tikən bu insanlar: “Biz ən gözəldən başqa bir şey istəmədik” – deyə and da içərlər. Allah da şahidlik edər ki, əlbəttə, onlar qətiliklə yalançıdırlar.
108Sən o məscidin içində sonsuzadək durma/özünə vəzifə bilmə! İlk günündə Allahın qoruması altına girmək məqsədilə qurulan məscid, əlbəttə, içində vəzifə icra etməyin üçün daha layiqlidir. Onun içində arınmağı sevən igid insanlar vardır. Allah da arınan insanları sevər.
109Yaxşı, təməlini Allahın qoruması altına girmək və məmnunluq üzərinə qurmuş olan kimsəmi xeyirlidir, yoxsa təməlini yıxılmaq üzrə olan bir uçurumun kənarına quraraq, onunla birlikdə cəhənnəmin atəşinə yuvarlananmı? Və Allah şərik qoşaraq, küfr edərək səhv davrananlar/öz zərərlərinə iş edənlər qövmünə bələdçi olmaz.
110Onların qəlbləri parça-parça olmadıqca, o qurduqları təməlləri, qəlblərində bir şübhə olaraq qalacaq, yox olmayacaqdır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.
(113/9, Tövbə/107–110)
Nəcm: 714
111,112Şübhəsiz ki, Allah tövbə edən, qulluq edən, Allahı öyən, səyahət edən, Allahı birləyən, boyun əyib təslimiyyət göstərən, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın həddlərini qoruyan inananlardan, canlarını və mallarını şübhəsiz, cənnəti onlara vermək müqabilində satın almışdır! Onlar Allah yolunda döyüşürlər – sonra öldürürlər və öldürülürlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək bir vədidir və Allahdan daha çox verdiyi vədə əməl edən kim vardır? Belə isə, etdiyiniz alış-verişlə sevinin. Və bax budur, bu, böyük qurtuluşun məhz özüdür. Və möminlərə müjdə ver!
(113/9, Tövbə/111–112)
Nəcm: 715
113,114Onların özlərinə cəhənnəm əhli olduqları yaxşıca bəlli olduqdan sonra, Peyğəmbərə və iman edənlərə, əqrəba belə olsalar, ortaq qoşanlar üçün bağışlanma diləmək olmaz. İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi.
115Allah bir qövmə doğru yolu göstərdikdən sonra, onları Özünün himayəsi altına alan şeyləri onlara bəyan etmədikcə, onları azdırmaz. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.
116Heç şübhəsiz, Allah göylərin və yer üzünün mülkü yalnız və yalnız Özünün olandır. O, dirildir və öldürür. Sizin üçün Onun yaratdıqlarından bir yol göstərici, qoruyucu yaxın və bir köməkçi yoxdur.
(113/9, Tövbə/113–116)
Nəcm: 716
117And olsun ki, Allah Peyğəmbərə və ən çətin vaxtlarında ona tabe olan muhacirlərə və ənsara, içlərindən bir qisminin qəlbləri az qala dönəcək kimi olmuşkən, tövbə nəsib etdi. Sonra da onların tövbələrini qəbul etdi. Şübhəsiz ki, O, onlara çox şəfqətlidir, çox mərhəmətlidir.
118Həmçinin geridə qalmış o üç nəfərin də tövbələrini qəbul etdi. Belə ki, yer üzü genişliyinə baxmayaraq, onlara dar gəlməyə başlamışdı, nəfsləri də özlərini sıxıntıya salmışdı. Allahdan qurtuluşun, ancaq Allaha sığınmaqda olduğuna da yaxşıca inanmışdılar. Sonra Allah onlara, dönmələri üçün tövbə nəsib etdi və tövbələrini qəbul etdi. Şübhəsiz ki, Allah tövbələri çoxlu qəbul edən, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın məhz özüdür.
119Ey iman edənlər! Allahın qoruması altına girin və doğru kimsələrlə birlikdə olun.
(113/9, Tövbə/117–119)
Nəcm: 717
120,121Mədinə xalqına və bədəvi ərəblərin ətrafdakılara Allahın Elçisindən geri qalmaları və Onun canından əvvəl öz canlarını düşünmələri mümkün deyildir. Bax budur, bu, Allah yolunda başlarına gələcək hər susuzluğun, hər yorgunluğun və hər aclığın kafirləri qəzəbləndirməsi, ayaq basdıqları hər yer və düşmənə qarşı əldə etdikləri hər uğur müqabilində özlərinə qətiliklə saleh bir əməl yazılması, Allah yolunda etdikləri kiçik və böyük hər xərcləmə və keçdikləri hər vadi müqabilində, qətiliklə özləri üçün etdikləri işin daha gözəli ilə Allahın özlərini mükafatlandırması yazılmış olduğuna görədir. Şübhəsiz, Allah yaxşılıq/gözəllik edənlərin mükafatını yox etməz.
122Möminlərin tədbirli olmaları üçün, onların hamısının birdən hamılıqla ayrılmaları/səfərbər olmaları da olmazdı. Belə isə, dində dərin bilik əldə etmələri, qövmləri özlərinə döndükləri zaman onları xəbərdar etmələri üçün onların hər qismindən bir qrup ayrılmamalı deyildimi?
(113/9, Tövbə/120-122)
Nəcm: 718
123Ey iman edənlər! İnkarçılardan təhlükə yaradanlarla döyüşün və sizdə bir sərtlik görsünlər. Və şübhəsiz ki, Allahın Öz qoruması altına girmiş insanlarla birlikdə olduğunu bilin.
(113/9, Tövbə/123)
Nəcm: 719
124Və bir surə endirildiyi zaman içlərindən biri: “O endirilmiş surə hansınızı iman sarıdan gücləndirdi?” – deyər. Lakin, iman edənlərə gəlincə, o enən surə onları iman sarıdan gücləndirmişdir və onlar həmişəlik olaraq, müjdələnirlər.
125Qəlblərində bir xəstəlik olanlara/təfəkkürü pozulmuş insanlara gəlincə də, onların da pisliklərinin içinə pislik əlavə etmişdir. Və onlar kafir olaraq ölmüşlər.
126Onlar hər il bir və ya iki dəfə, şübhəsiz, özlərinin acı hadisələrlə sınandıqlarını görmürlərmi? Sonra da tövbə etmir və ibrət götürmürlər.
127Bir surə endirildiyində, biri digərinə baxar: “Sizi bir kimsə görürmu?” Sonra üz döndərib, gedərlər. Həqiqətən onlar, yaxşı-yaxşı anlayıb, dərk etməyən bir qövm olduqlarına görə Allah onların qəlblərini döndərmişdir.
(113/9, Tövbə/124–127)
Nəcm: 720
128And olsun, içinizdən sizə sizin əziyyətə düşməyiniz ona çox ağır gələn, sizə çox dəyər verən, sadəcə inananlara çox şəfqətli, asanlıq təmin edən, çox mərhəmətli bir elçi gəlmişdir.
(113/9, Tövbə/128)
Nəcm: 721
129Buna baxmayaraq, əgər uzaqlaşırlarsa, dərhal de ki: “Mənə Allah yetər. Ondan başqa tanrı deyə bir şey yoxdur. Mən, sadəcə Ona işin nəticəsini həvalə etdim. O, çox böyük taxtın Rəbbidir”.
(113/9, Tövbə/129)
[1]Ən böyük həcc, Peyğəmbərin də iştirak edib, şəxsən özünün idarə etdiyi həccdir.
[2]Bu bölməni, texniki səbəblər və məna uyğunluğuna görə, Rəsmi Tərcümədən fərqli tərtib etdik. Ətraflı açıqlama üçün Bxn. Təbyin.
[3]Huneyn, Məkkə ilə Taif arasında, Tihamə bölgəsində geniş bir vadidir. Məkkənin fəthindən sonra müsəlmanlarla Havazin müşrikləri burada döyüşmüşdü.
[4]“Ertələmə, gecikdirmə” demək olan “nesi”, ərəblərin haram aylara riayət etməkdən qaçınmalarını, təhrif etmək cəhdlərini ifadə edir.
[5]Bu ayələrdə möminlərdən giley edilir, münafiqlərin və əhlikef insanların davranışları qınanır və müsəlmanlara, hər hansı bir üzr istəmədən ağır və yüngül olaraq, hər şərtdə Allah yolunda malları və canlarıyla zəhmət çəkməli olduqları əmr edilir.
Bu bölmədə haqqında söhbət gedən Təbük səfəri, (Təbük, Mədinə ilə Şam arasında, suyu və xurmalıqları bol olan bir yerin adıdır) hicri 9-cu ildə, Şamda toplanan 40.000 nəfərlik Bizans ordusuna qarşı vuruşmaqla, Mədinədən Şama doğru planlanan hərbi hərəkatdır. Mövzunun yaxşı anlaşılması üçün Təbük səfəri ilə əlaqədar ensiklopedik məlumat əldə olunmalıdır.