Fil surəsi Məkkədə nazil olan 19–cu surədir. Surənin təxminən b.e. 615–ci ilində endiyi düşünülür və bu surənin, ondan əvvəl enən Kafirun surəsi ilə arasında çox uzun bir vaxt keçmədiyi də bilinir. O dövrdə Müsəlmanların sayı hələ 40–a belə çatmamışdı.
Bu dövr, Müsəlmanlarla kafirlər arasındakı nisbətin kafirlərin lehinə olduğu, kafirlərin varlı, güclü və üstün olduqları bir dövr idi. Çünki, İslamı qəbul edənlər arasında təmiz vicdanlı varlılar xeyli az idi, Müsəlman olanların çoxu isə dünya malına sahib olmayan, maddi imkanı olmayan adamlar idi. Belə bir zamanda Kafirun surəsi enmiş və Müsəlman olmayanlara “Eyyühəl–kafirun” deyə müraciət etmişdir. Eyni zamanda, möminlərə bildirilmişdir ki, artıq səflərini onlardan ayırmaq vaxtı gəlib. Artıq hər kəsin, qəti olaraq, öz dinini, öz nizamını yaşaması lazımdır.
Surənin Enmə Səbəbi
Kafirlər düşünürdülər ki, peyğəmbərimizlə razılaşma/anlaşma bağlaya biləcəklər, lakin Kafirun surəsi ilə edilən bu bildirişdən sonra, artıq tamamilə ümidlərini kəsirlər və yeni bir strategiya müəyyən etməyə qərar verirlər. Axirəti inkar edən, maddiyyatçı və əxlaqsız kafirlər [Qüreyşin öndə gedənləri], mənfəətləri naminə bütpərəstliyi davam etdirmək istədikləri üçün, bütün bütləri rədd edən Müsəlmanlığı öz mənfəətləri baxımından təhlükəli hesab edirdilər. Ona görə də İslamın irəliləməsinə mane olmağı özlərinin yeni strategiyaları olaraq qəbul etmişdilər.
İlk zamanlar, Qüreyşlilər Haşimilərdən çəkindikləri üçün, Əbu Talibin himayəsində olan peyğəmbərimizin həyatına müdaxilə edə bilmirdilər. Lakin artıq sadəcə “məcnun, kahin, şair” kimi ifadələrlə kifayətlənməyib, fiziki hücumlara da başlamışdılar. Bu hücumlarını Ukbənin Kəbədə etdiyi kimi, peyğəmbərimizi boğmağa cəhd edəcək qədər azğınlaşmışdılar.
Qüreyşlilər, yeni strategiyalarına uyğun olaraq, məqsədləri o idi ki, hamının gözünü qorxutmaqla, Müsəlmanlığın yayılmasına mane olsunlar. Güclü qəbilələrdən olan Müsəlmanlara toxunmamışlar, lakin kimsəsizlərə, əsasən də qul və cariyələrə, öldürənədək işgəncələr etmişlər. Getdikcə artan bu işgəncələr qarşısında, Müsəlmanların bir qismi dinlərini gizləmək məcburiyyətində qalmışlar. Bu dövrdə peyğəmbərimiz və tərəfdarlarının məruz qaldıqları qorxu və çarəsizlik, daha sonra Bəqərə surəsinin 214–cü ayəsində başqalarına nümunə olaraq anladılmışdır.
Budur, peyğəmbərimiz və Müsəlmanlar bu sıxıntılar içindəykən, onlara bu surə ilə ehtiyac duyduqları mənəvi dəstək verilmişdir. Onlara bildirilmişdir ki, Allaha inanıb, əmrlərini yerinə yetirənlərin, haqqa inanmalarına baxmayaraq, gücsüz olduqları üçün zalımlara qarşı çıxa bilməyənlərin qorxmamaları lazımdır və beləliklə də, Allahın onları qoruyacağı və onlara kömək edəcəyi bildirilmişdir. Həmçinin bu surədə, Allahın əmrlərinə qarşı çıxanların, inananlara və zəiflərə hücum edərək zülm edənlərin, gücləri nə olursa olsun Allahın cəzalandırması qarşısında yox olub gedəcəkləri də vurğulanmışdır.
Peyğəmbərimizi və ətrafındakı Müsəlmanları rahatladan, Allah və elçiləri tərəfində olanların mütləq qalib gələcəyini bildirən bu ifadələr, daha sonra enən müxtəlif surələrdə belə təkrarlanmışdır:
- 67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz Allah, kafirlər–Özünün ilahlığını və rəbbliyini bilərək rədd edənlər cəmiyyətinə bələdçilik etməz. (Maidə/67)
- 20Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlar–onlar, ən alçaq adamlar arasındadırlar.
- 21Allah: – ,,Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” deyə yazmışdır. Şübhəsiz Allah, hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməz /mütləq qalib olandır. (Mücadilə/ 20, 21)
- 171–173Və and olsun ki, göndərilən qullarımız–elçilərimiz haqqında bizim sözümüz qətidir:–“Şübhəsiz, onlar, tam əminliklə bilin ki, qalib olanların məhz özüdür. Şübhəsiz, bizim ordularımız, tam əminliklə bilin ki, qalib gələnlərin məhz özüdür.” (Saffat/ 171–173)
- 51Şübhəsiz Biz, elçilərimizə və iman etmiş adamlara bu fani dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.
- 52O gün şərik qoşaraq yanlış, öz zərərlərinə iş edən kimsələrə üzr istəməkləri faydalı ola bilməz. Və onlar üçün kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür. (Mömin/ 51, 52)
Tərcümə:
Rəhman, Rəhim Allah adından
- 1,2Rəbbinin, filli orduya–axmaqlar, ağılsızlar dəstəsinə nə etdiyini görmədinmi– heç düşünmədinmi? Onların pis planlarını puça çıxarmadımı?
- 3–5Və onların üzərlərinə, onlara bişmiş daşlar ilə birlikdə iri dənəli yağış yağdıran topa–topa buludlar–boran göndərdi və onları həşəratların yeyib xarab etdiyi bir bitki yarpağı kimi etdi. (19/105, Fil/1–5) Təhlil
1,2Rəbbinin, filli orduya–axmaqlar, ağılsızlar dəstəsinə nə etdiyini görmədinmi– heç düşünmədinmi? Onların pis planlarını puça çıxarmadımı?
Əshab–i Fil ifadəsi
- a) İfadədəki “Fil” sözünü hər kəsin bildiyi, xortumlular dəstəsindən, quruda yaşayan məməlilərin ən irisi olan heyvanın adı olaraq qəbul etsək, “Əshab–i fil” ifadəsinin mənası “fil yoldaşları”dır.
- b) “Fil” sözünün əsil mənası olan “məhdud dünyagörüşü, fərasətsiz, axmaq, ağılsız”[1]kimi qəbul etsək, “əshab–i fil” ifadəsinin mənası, “axmaqlar, ağılsızlar, həssas olmayanlar güruhu” demək olur (ola bilsin ki, Fil, ərəblərin yaxşı tanıdığı dəvə ilə müqayisədə, güclü hafizəyə malik olmağına baxmayaraq, kinli, qisasçı olmadığına görə Ərəblər bu heyvanı “Fil”, yəni “axmaq” adlandırıblar).
Quranda bu ifadəyə bənzər, Əshabünnar (Cəhənnəm Əshabı), Əshabülcahıym (Qızğın atəşin əshabı), Əshabüsair, Əshabülcənnət (cənnətin əshabı), Əshabülyəmin, Əshabülmeymənə (sağın/uğurun əshabı), Əshabüşşimal, Əshabülməşəmə (solun/uğursuzluğun), Əshabüləraf (Ərafın, yəni Quran topalarının əshabı), Əshabüssəbt (İbadət günü/şənbə günü əshabı), Əshabümədyən, Əshabülhicr, Əshabülkəhf, Əshabürrakım, Əshabüssıratısseviy (Düz yolun əshabı), Əshabürrəss, Əshabüssəfinə, Əshabülqübur, Əshabüluhdud kimi bir sıra ifadələr vardır.
Allahın izniylə biz, surəni bu sözün hər iki mənasını da nəzərə alaraq təqdim edirik.
“Fil” sözünün birinci mənasına görə izah:
Tarixi mənbələrə görə “Fil hadisəsi”, bu surənin enməsindən 45 və ya 46 il əvvəl meydana gəlmişdir. Buna baxmayaraq surə “تر الم görmədinmi?” ifadəsi ilə başlamışdır. Sanki hadisə yenicə meydana gəlmişdir və hər kəs də bunu görmüşdür. Bunun səbəbi, “fil hadisəsi”ni görən, yaşayan insanların sayının çox olmasıdır. Rəvayətlərə görə, surənin endiyi illərdə yaşları 50–dən yuxarı olub, bu hadisəni xatırlayanlar olduğu kimi, “Əshab–i Fil”ə mənsub olub, bilavasitə hadisəni yaşamış və şikəst olduğu üçün ölkəsinə geri verilmiş adamlar da var idi.
Bir hadisəni nə qədər çox insan görmüş və yaşamışsa, o hadisənin meydana gəlməsi haqqındakı rəvayətlərin yalan olma ehtimalı da o qədər zəifdir. Şifahi olaraq yayılan müəyyən edilmiş və sübut olunmuş hadisələr üçün “eşitmədinmi” yerinə, “görmədinmi, görmürsənmi?” kimi ifadələr, ərəbcədə olduğu kimi bir çox dildə də işlədilir. Bu sual, eynilə Maun surəsindəki kimi, cavabı gözlənilən bir sual olmayıb, təəccüb [heyrət] oyandıran bir sual şəklidir. Bir tərəfdən ayə, “Onlardan qorxmağın, çəkinməyin təəccüblüdür! Qorxma, bax, Rəbbin Fil Əshabını nə hala gətirdi! Lazım gələrsə onları da, sənin düşmənlərini də yox edər” mənasında bir xəbərdarlıq ifadə edir.
Bu ifadə tərzinin bundan əlavə, gələcəyə aid möcüzə bir ismarıc olma ehtimalı da mövcuddur. Bəlkə də gələcəkdə ediləcək arxeoloji tədqiqatlar zamanı “Əshab–i Fil”in yer altındakı sübutları tapılacaq, bu qalıqlar, Fironun cəsədi kimi, muzeylərdə nümayiş olunacaq, bu hadisənin doğruluğu bir başqa yolla da gün işığına çıxacaqdır.
Fil Əshabı, Qurana görə, pis planları səbəbiylə Allah tərəfindən həlak edilmiş bir cəmiyyətdir. Ərəb və İslam qaynaqlarından olan İbn İshakın əs–Sirət, İbn Hişamın əs–Sirət, Təbərinin Tarixül–Üməm vəl–Müluk kimi əsərlərinə görə “Əshab–i Fil”, Həbəşistanın Yəmən başçısı Əbrəhənin rəhbərlik etdiyi, heybətini artdırmaq üçün başında Həbəşistandan gətirilmiş bir filin yeridildiyi orduya verilən addır.
Tarixi qaynaqlara görə VI əsrin ortalarında Həbəşistanın Yəmən valisi olan Əbrəhə, ərəblərin Kəbəyə olan hörmətlərini görmüş, dini, siyasi və iqtisadi məqsədlərlə Səna şəhərində “əl–Kulleys” adında təmtəraqlı bir kilsə tikdirmiş və yaydığı bir dəvət ilə ərəbləri bu kilsəni ziyarətə çağırmışdır. Bu dəvət Ərəblər tərəfindən qəbul edilməmiş, həmçinin, Əbrəhənin kilsəsi bir ərəb tərəfindən təhqir məqsədiylə kirlədilmişdir. Buna çox əsəbləşən Əbrəhə, Kəbəni yıxmaq məqsədiylə ordusuyla birlikdə Məkkəyə hücum etmişdir. Ordunun başında fil yeridildiyinə görə bu hadisəyə “Fil hadisəsi”, hadisənin baş verdiyi ilə də “Fil ili” deyilmişdir.
Bəqərə surəsinin 127–ci ayəsindən öyrəndiyimizə görə, oğlu İsmayıl ilə birlikdə İbrahim peyğəmbər tərəfindən inşa edilən tavansız, kiçik və dördbucaq olduğu üçün Kəbə deyə adlandırılan Beytullah tövhid məktəbi imiş. Yenə Qurandan öyrəndiyimizə görə Allah İbrahim peyğəmbərə vəhy edərək, buranı, insanların ziyarət yeri olaraq elan edilmişdir (Həcc/27). Quranda “بيتى Beyti [Evim], Beytullah [Allahın Evi], (Bəqərə/125, Həcc/26), “العتيق بيت Beytül–Ətiiq” [Qədim Ev] kimi adlar verilən Kəbə, içində yerləşdiyi şəhər olan Məkkəyə də “القراء امّ Ümmü’l–Qura” [Şəhərlərin Anası, Anaşəhər], (Ənam/92), “Bələdül–Əmin” [Təhlükəsiz şəhər] (Tin/3) kimi xüsusiyyətlər qazandırmışdır.
Tikdirdiyi kilsənin bir ərəb tərəfindən kirlədilməsinə son dərəcə əsəbləşən Əbrəhə, buna qarşılıq olaraq qərar vermişdir ki, ərəblər arasında “Allahın evi” deyilən və əmin bir yer kimi məşhur olan Kəbəni yıxsın. Hücumdan əvvəl Abdülmüttəlib onu xəbərdar edir ki, “bu günə qədər Kəbəyə heç kim hücum etməyib və o da hücum etməməli idi”. Lakin Əbrəhə buna qarşılıq, Kəbəni yıxaraq onun “Təhlükəsiz ev” olmaq xüsusiyyətini də dağıdacağını söyləyir, həmçinin yekəxanalıq edərək əlavə edir ki, Kəbəni onun əlindən Allah belə ala bilməyəcək.
O vaxtlar Ərəbistan yarımadasının ortasında yaşayan bədəvi Ərəb qəbilələri aralarında bitməyən müharibələr davam edirdi. Bir–birlərinə güzəştə getməyən bu qəbilələr, müqəddəs saydıqları evlərinin yıxılmasının qarşısını almaq üçün özbaşlarına Əbrəhəyə qarşı çıxmağa çalışmışlarsa da, onun güclü ordusu qarşısında məğlub olub dağılışmışdılar. Beləliklə Əbrəhə, ancaq kiçik müqavimətlərlə qarşılaşır, onları asanlıqla dəf edir və Məkkə yaxınlığına gəlir. Xalqa vəd edir ki, əgər Kəbənin yıxılmasına müqavimət göstərməsələr, kimsəyə toxunmayacaq, əks təqdirdə bütün şəhəri dağıdacaq. Bu xəbərdarlıqdan sonra Əbrəhə, göstərişinə tabe olan xalqın şəhəri boşaltmasına icazə vermişdir.
Ertəsi gün səhər Məkkəyə girmək üçün hərəkət edən Əbrəhənin ordusu, Müzdəlifə ilə Mina arasındakı Mahasab dərəsi yaxınlığında, Muassib deyilən yerdə ikən, ayələrdə söyləndiyi kimi, müdhiş bir təbii fəlakət ilə həlak olmuşdur. Əbrəhə və ordusunun həlak olması hər yerdə eşidilmiş, bu hadisə ilə əlaqədar Qüreyş etibar qazanmış və Qüreyşin karvanları getdikləri hər yerdə demək olar ki, toxunulmazlıq əldə etmişdir.
Tarixi mənbələrə görə b.e. 571–ci ilində baş vermiş bu hadisə nəticəsində müşrik Məkkəlilər on ilə qədər sadəcə “Tək Allaha” iman edib, bütlərini Kəbədən qaldgötürmüş, lakin sonradan yenə də keçmiş adətlərinə dönmüşlər.
2Onların pis planlarını puça çıxarmadımı?
Yəni, “Eynilə yolunu çaşıb, axtardığına çata bilməyən insan kimi, onların sistemlərinin istiqamətini çaşdırmadımı? Hədəfindən və məqsədindən azdırmadımı?”
Burada Qüreyşə, güclü olan Əshab–i Filə qarşı aciz qaldıqları bir zamanda Kəbəni qoruyub, himayə edən Allahın bu neməti xatırladılır. Başqa bir ifadə ilə, daha əvvəl öz evinə hücum etmək istəyənləri əzib keçən Allahın, elçisinə və inanmış azlığa qarşı öz gücləri ilə qürurlananları da əzib keçəcəyinə diqqət çəkir.
3–5Və onların üzərlərinə, onlara bişmiş daşlar ilə birlikdə dolu yağdıran topa–topa buludlar–boran göndərdi və onları həşəratların yeyib xarab etdiyi bir bitki yarpağı kimi etdi.
Ayədə verilən “طير tayr”, “طائر tair” sözünün cəmidir. “طائر Tair”, lüğətlərdə “havada qanadla uçan varlıq” olaraq bildirilmişdir. Yəni sözün ilkin mənasında “qanadla uçmaq” barəsində olub, “qanadsız uçmaq” mənasını əhatə etmir, deməkdir. Qədim müfəssirlər bu mənaya etibar edərək, ayəyə “Üzərlərinə sürü halında quşlar göndərmədimi?” mənası vermişdilər. Buna görə də surə ilə əlaqədar səthi izahlar edilmişdir:
Bəziləri demişlər ki, “Bu surə mucəz [az, amma ciddi mahiyyətli] bir surədir, hadisə ilə əlaqədar artıq təfərrüat yoxdur, Çünki, surənin ana mövzusu hadisədəki təfərrüat deyil, hadisənin nəticəsidir, yəni o günün haqqa zərər vermək təşəbbüsü göstərən yüksək səviyyəli nəhəng gücünün nəticəsiz qalması və yox olmasıdır”. Bu halda, ayələri tam olaraq anlamağı əhəmiyyətsiz hesab edərək, “Ayələrin bu qədərini anlayıb, qalanını anlamasaq da, olar” deyib, işlərini bitmiş hesab etmişlər.
Bəziləri də Allahın, “Əshab–i Kəhf” əhvalatında mağara yoldaşlarının sayını gizlin saxladığı kimi, bu mövzunu da gizlin saxladığını, mövzu haqqında fikir irəli sürməyin qeybə/qaranlığa daş atmaq mənasına gələcəyini [boş, sübutsuz sözlərdən başqa bir şey olmayacağını] hesab etmişlər və hər iki mövzunun gizlin saxlanılmasında hikmətlər olacağını bəyan edib, ayələri başa düşməyə çalışmamışdılar.
Muhamməd Abduh və yoldaşları isə, 3–cü ayədəki “طير tayr [uçanlar]” sözünün, mikrob daşıyan ağcaqanadlar olduğunu və bu kiçik canlıların Həbəşli əsgərlər üzərinə mikrob atmış ola biləcəkləri fikrini irəli sürmüşlər. Bu qənaətlərinə dəlil olaraq, sağ qalan əsgərlər arasında çiçək və vəba kimi xəstəliklərın meydana gəlməsini qeyd edən tarixi sənədləri göstərmişdilər. [İbn Hişam, bu hadisədən sonra ilk dəfə bu bölgədə çiçək və qızılca xəstəliklərinin müşahidə olunduğunu nəql edir].[2]
Hamidüddin Fərahi isə, 4–cü ayədəki “termihim” felinin failinin “gördünmü” ifadəsi ilə müxatib alınan Məkkəlilər və digər ərəblər olduğunu söyləmiş, quşlar haqqında da onların daş atmadıqlarını, əslində Fil Əshabının cəsədlərini yemək üçün gəldiklərini qeyd etmişdir. Ona görə “Abdulmüttəlibin Əbrəhənin yanına gedərək, Kəbə haqqında danışmaq yerinə dəvələrini tələb etməsi” və “Qüreyşlilər ilə həcc üçün gəlmiş digər ərəblərin Əbrəhənin hücumuna qarşı çıxmayaraq, Kəbəni Allahın ixtiyarına buraxıb dağlara çəkilmələri” haqqındakı rəvayətlər qəbul edilə bilməz. Bu hadisənin həqiqi şərhi ona görə belədir: – Ərəblər Əbrəhənin əsgərlərini daşlamışlar, Allah da tufan göndərərək daşlar yağdırmış və Əbrəhənin əsgərlərini həlak etmişdir. Allah daha sonra da quşlar göndərmişdir ki, əsgərlərin cəsədlərini yesinlər.
Dərhal aydın olur ki, bu izahı qəbul etmək mümkün deyildir. Belə ki, bu izaha görə surənin ayə düzümünün belə olması lazımdır: –“Onlara bişirilmiş daşlar atmışdınız. Sonra Allah onları yeyilmiş əkin kimi etmişdi və üzərlərinə quş sürüləri göndərmişdi.” Amma görünir ki, Allah əvvəl quş sürülərini qeyd etmiş, dərhal sonra üzərlərinə bişirilmiş daş yağdırıldığını qeyd etmiş, daha sonra da onların çeynənmiş əkin sahəsinə döndüklərini açıqlamışdır.
Bəziləri hesab edib ki, Əbrəhənin ordusunun yaxınlığında yanardağ partlayışı olmuşdur. Yanardağdan üzərlərinə lavalar yağmış, bu lavalar onları yandırıb yox etmişdir.
Fikrimizcə, yaxın keçmişdə cərəyan etmiş bir hadisəni anladan bu surə mütəşabih ayə ehtiva etmir və hər hansı bir təvilə ehtiyac duyulmur. Çünki, o gün üçün Məkkədə istər Fil əshabına mənsub olanlardan və istərsə də Məkkəlilərdən hadisənin canlı şahidi olanlar varmış. Beləliklə, bu ayələrin mütəşabihliyi barədə söz ola bilməz. Surə, peyğəmbərimiz, onun tərəfdarları və o günün bütün insanları tərəfindən olduqca yaxşı və konkret bir şəkildə aydın olmuşdur.
Bu ayə ona görə mütəşabih qəbul edilərək, üzərində həddindən artıq dayanılmamaşdır və ya edilən izahlar ona görə yetərsiz və səhv olmuşdur ki, “طير tayr” sözü “quşlar” olaraq anlaşılmışdır. Buna bənzər bir səhv anlaşılma da irəlidə Nəml surəsində “hüd–hüd” sözünün “quş” olaraq anlaşılması şəklində qarşımıza çıxacaqdır.
“طير Tayr” sözünə “iki qanadla uçmaq” mənasının verilməsi əslində Qurana uyğun gəlmir. Çünki, Ənam surəsinin 38–ci ayəsində “Yer üzündə dəbərən heç bir canlı, iki qanadıyla uçan heç bir quş istisna olmamaqla, hamısı da sizin kimi bir ümmətdir” deyilir. Bu ayədə verilən
“يطير yatiru” feli sadəcə “uçar” mənasındadır, buna “qanadlarıyla/iki qanadıyla” uçduğu mənasını vermək üçün, bu sözə “بجناحين bi cənahayni” sözü də əlavə edilmişdir. Əgər “طير tayr” sözü “qanadlarıyla uçar” mənasında olsaydı, “بجناحين bi cənahayni” sözünə ehtiyac olmazdı və “iki qanadıyla” ifadəsi ayədə xatırlanmazdı. Bu halda “طير tayr” sözündən “iki qanadla uçan quşlar” mənası çıxarmaq səhv olur. Ərəbcədə bəzi sözlər özünəməxsus mənalar ifadə edir. Nümunə olaraq “isra” sözü, “gecə yeriməyi” deməkdir, sadəcə “yerimək” mənasına gəlmir. “Tayr” sözü də iddia edildiyi kimi “iki qanadla uçmaq” mənasına deyil, Ənam surəsinin 38–ci ayəsinin göstərdiyi kimi sadəcə “uçmaq” mənasına gəlir.
Sözün Qurana uyğun olan bu mənası əsas götürüldüyündə, Nəhl surəsinin 79–cu ayəsində də verilən “tayr” sözünü “quşlar” kimi deyil, “buludlar” kimi qəbul etmək daha məntiqli olacaqdır.
- 79Göy boşluğunda, bir əmrə boyun əydirilmiş olan quşlara/buludlara baxmadılarmı? Onları Allahdan başqası tutmur. Bunda, inanan bir cəmiyyət üçün əlbəttə ki, əlamətlər/nümunələr vardır.
(Nəhl/ 79)
Yenə Mülk surəsinin 19–cu ayəsindəki “صفّات saffat” və “يقبضن yaqbidnə” sözlərinə həqiqi mənaları verilərsə bu mövzu daha yaxşı başa düşülər. Bu günə qədər təfsirçilər və dilçilər tərəfindən “sürülər, kütlələr, topa–topa, qruplar” şəklində tərcümə edilən “əbabil” sözü üçün də bu məna qəbul edilə bilər. صفّات
bişmiş daşlar ilə birlikdə iri dənəli yağıntının (dolunun) yağdırılması
Təfsirlərin hamısında “ترميهم tərmihim” feli, “رمى rəmyun” məsdərindən törədilən “feli müzari, müfrəd, müənnəs” bir qəlib olaraq alınmışdır. Felin kök mənası “atmaq”dır. Daş atmaq, ox atmaq kimi işlər “rəmy” ilə ifadə edildiyi kimi, “مرمى mərmi” sözü də bu kökdən törədilmişdir. “Rəmy” həmçinin istiarə yoluyla “söymək” və “iftira atmaq” mənalarında da işlədilir (Nur/4, 6, 23).
“ترميهم Tərmihim” felinin kökü “رمى rəmyun” olaraq qəbul ediləndə, təbii olaraq ayə “ki bunlar onlara atəşdə bişmiş daşlar atırdılar” şəklində açıqlanır. Bu da atılan şeylərin nə olduğu haqqında fikir irəli yürüdənlərin “atmaq” feli ilə əlaqədar xəyali mənalar meydana çıxarır.
Mukatilə görə: “Hər quş, biri dimdiyində, ikisi ayaqlarında olmaqla üç daş atırdı. Üzərində öldürəcəkləri adamın adları yazılı olan bu daşlar, o adamı öldürürdü. Daşlar düşdüyü yeri deşib, o biri tərəfdən çıxırdı. Məsələn, əgər bir adamın başına düşmüşdüsə, onun arxasından çıxırdı.”[3]
İkrimə, İbn Abbasdan: – “O daşlar, hər hansı birinin üzərinə düşürdüsə, orada bir qabar əmələ gəlir və buna görə də çiçək xəstəliyinə bənzər bir xəstəlik meydana gəlirdi. Bu daşların ən kiçiyi mərci, ən böyüyü isə noxud boyda idi”[4]
Biz bu hadisənin təfsirlərdəki bililinən izahlarından fərqli cərəyan etdiyi fikirindəyik. Bunu izah etməzdən əvvəl ayədəki bu üç xüsusun diqqətlə təhlil edilməsi lazımdır:
Birinci xüsus “ترميهم tərmihim” felinin hansı kökdən törədiyidir. Ərəbcə lüğət kitablarına görə, “tərmihim” felinin yenə “ر م ى r–m–y” hərflərindən ibarət olan, lakin mim hərfi əsrə olaraq oxunan “rəmiyün” sözündən də törəmiş olması mümkündür. İsim olaraq “yağışı (dolunu) iri və yerə sərt enən bulud” mənasına gələn bu söz fel kimi işlədilərsə, “bulud iri və yerə sərt enən yağışı (dolunu) yağdırır” demək olur. Həmçinin “rmy” sözünü “atmaq” kimi qəbul edib, buludların daş atmalarını məcaz olaraq “Daş yağdırmaq” mənası ilə qəbul etməyin də heç bir problemi yoxdur.
İkinci xüsus, “بحجارة bi hicarətin” ifadəsinin başındakı “ب be” hərf–i cərrinin, cümləyə qatdığı mənadır. Nəhv elmində “hərf–i cər” deyilən “be” ədatı [bağlandığı sözdə “bi” olaraq oxunur], cümləyə “ilsaq, təaddəyə, səbəbiyyə, istianə, musahibə, bədəl, müqabilə, and, təfdiyə” mənaları qatır. Bu ayəni izah edənlər və tərcümə edənlər bu günə qədər “be” ədatının cümləyə “ilsak [məcazi]” məna qatdığını qəbul etmişlər və ifadəni “bişmiş daşları” olaraq mənalandırmışlar. Bizə görə isə bu ədat cümləyə “مصاحبة musahibə [yoldaşlıq, birlikdəlik]” mənası qataraq, “bişmiş daşlar ilə birlikdə” şəklində mənalandırılmalıdır.
Üçüncü xüsus “سجّيل sicciil” sözünün Qurandakı istifadələridir. Biz, “Sicciil” sözünün qədim farscadan [pəhləvicədən] ərəbcəyə keçmiş bir söz olduğu və əslinin də “səng–i gil [gildən, torpaqdan düzəldilmiş bişmiş daş]” mənasına gəldiyinə bir etiraz etmirik. Sadəcə bu sözün Quranın başqa ayələrindəki istifadəsinə də diqqət çəkmək istəyirik.
“Sicciil” sözü, mövzumuz olan bu ayədən başqa Quranda daha iki yerdə verilir:
- 82,83Sonunda əmrimiz gəlincə, oranın üstünü altına çevirdik. Və üzərlərinə, bərkidilmiş, bişmiş palçıqdan Rəbbinin qatında işarələnmiş daşlar yağdırdıq. Və bunlar, şərik qoşaraq yanlış, öz zərərlərinə iş edənlərdən uzaq deyildir. (Hud/ 82, 83)
- 74Beləlıklə Biz, onların üstünü altına çevirdik və üzərlərinə palçıqdan bişirilmiş daşlar yağdırdıq. (Hicr/ 74)
“Yerin altının üstünə gətirildiyi”ni anladan bu ifadələrin, Hicr surəsinin 73–cü ayəsində verilən “Sonra, şəfəqlə birlikdə qışqırıq/uğultu onları yaxaladi” ifadəsi ilə birlikdə düşünüldüyündə, ayələrdə deyilənin bir vulkan püskürməsi və onunla eyni zamanda bir zəlzələ olduğu qənaəti alınır. Belə ki, Hud surəsinin 82–ci ayəsində “منضود məndudin [istiflənmiş, axıntı]” sözü ilə xarakterizə edilən “bişmiş palçıqdan düzəldilmiş daşlar” ifadəsi, sanki. bir vulkanın püsgürtdüyü lavaların [cüruf, pasa (filizdən metal əridildikdən, habelə daş kömür yandıqdan sonra qalan qalıq)] təpələr əmələ gətirdiyini anladır. Bu halda, Quranın yuxarıdakı ayələrdə “siccildən daşlar” ifadəsini “lava [cüruf]” mənasında işlətməsini əsas qəbul edərək, “siccildən daşlar”ın bu ayədə də eyni mənada işlədildiyini çıxarmaq mümkündür.
Bu halda, bir vulkan ifrazatı olan “siccil daşları”nın küləyin köməyi ilə daşınıb şiddətli bir yağış (dolu) ilə birlikdə “Fil Əshabı”nın üzərinə yağmış olması ehtimal edilə bilər.
Yuxarıdakı xüsuslar nəzərə alınaraq 3–cü və 4–cü ayələri bu şəkildə ifadə etmək mümkün olur:
3,4Ki [göndərilən topa–topa buludlar] onlara lavalar [cüruf, bişmiş daşlar] ilə birlikdə iri dənəli, sərt dolu yağdırırdılar.
Qısacası, bu iki ayədən aşağıdakı başa düşülür: Rəbbimiz “Fil Əshabı”nın üzərinə iri dənəli, sərt dolu yağdıran buludlar yollamışdır. Bu bulud, “boran”dır. Qurandakı izahlara görə, yağış və fırtına Allahın ordularındandır. Möminlər bir çox döyüşlərdə bu orduların köməyi ilə zəfər qazanmışdılar. Boran, hadisə yerinə çatarkən yol boyunca vulkanik dağlardan yığıb topladığı “siccildən daşları [bişmiş daşları, cürufları]” hadisə yerində yağışıyla, dolusuyla birlikdə “Fil Əshabı”nın üzərinə yağdırmışdır.
Boran adlanan afət–təbii fəlakət, ildırım, şimşək, göy gurultusu, güclü külək, şiddətli yağan yağış və ya dolu ilə birlikdə meydana çıxan şiddətli bir atmosfer hadisəsidir. Əsasən də isti ölkələrdə olur.
Göründüyü kimi, sözlər bizim verdiyimiz kimi mənalandırılarsa, qətiyyən məcburi yorumlara və mənasız sözlərə ehtiyac qalmır. Ayələr və surə tamamilə konkret olaraq başa düşülür.
Qədim mənbələrdə yer alan bəzi izahlar və coğrafi sənədlər də bizim verdiyimiz mənaları dəstəkləyir. Belə ki, istər Hicaz bölgəsinin kiçik ölçülü xəritələrində və istərsə də kosmosdan çəkilən peyk xəritələrində, hadisənin baş verdiyi bölgədə krater çuxurları görünür. Həmçinin hadisə yerinə yaxın yerlərdə əmələ gəlmiş bu vulkanik dağlar və təpələr bu gün də mövcuddur.
İbn–i İshakın “Sirətü İbn İshak” adlı əsərində qeyd etdiyinə görə, “Fil hadisəsinin meydana gəldiyi yerdə bir müddət ot belə bitməmişdir. Daha sonra da ərazinin bitki örtüyü dəyişmişdir.
Şair Əslət oğlu Əbu Kays, bir şerində onların üstünə daş yağdığını və bu daşların onları cücələr kimi əzdiyini anladır.
Yenə Əməvilər dövrünün şairlərindən olan Fərəzdak, Fil hadisəsindən bəhs etmiş və “Allah, Kəbəni qorumaq üçün yağdırdığı daşları Həccac b. Yusifin üzərinə də yağdırsın. Bu daşlar fili sürən Həbəşli əsgərlərə dəydi və onları həlak etdi” [Sirət–ün Nəbəviyyə, 1, 63] şəklində bir ifadə işlətmişdir. Göründüyü kimi, Fərəzdak “daş atdıqları” şəklində bir ifadə işlətməmiş, “daş yağması”ndan bəhs etmişdir.
Yenə Sirətün–Nəbəviyyədə yer aldığına görə, bəzi şairlər və yazıçılar “Fil hadisəsi” günü qapqara bir buludun yüksəldiyini və bu buludun Həbəşliləri həlak etdiyini yazmışdılar.
Bəzi rəvayətlərdə də, hadisənin baş verdiyi ərazidə, o anda şiddətli bir fırtına və külək meydana gəlmiş olduğu bildirilir.
5 onları həşəratların yeyib xarab etdiyi bir bitki yarpağı kimi etdi.
Ayədə verilən “عصف əsf” kəlməsi, ağacın quru yarpağıdır. “Əsf” kəlməsi, Rəhman surəsinin 12–ci ayəsində də işlədilmişdir; “ذو العصف والرّيحان zul–əsfı vər–reyhaan [yarpaqlı dənələr və xoş ətirli bitkilər]”. Yarpağın “yenik” deyə xarakterizə edilməsi, onun çürüdüyünü, üyüdüldüyünü ifadə edir. “Yenik” ifadəsiylə həşəratların onu yeyib parçaladığı, ya da heyvanların onu yeyib, çeynəyib üyütdüyü andakı vəziyyəti anladılır. Bu ifadə, boranla yağan daşların onların bədənlərini necə parça–parça etdiklərini konkret bir şəkildə ortaya qoyur.
Bizcə bu izahın, “Fil Əshabının çiçək və ya qızılca xəstəlikləri ilə həlak edilməsi hallarının təsviridir” şəklində izah olunmasına, ayə düzülüşlərinin fərqliləşdirilməsinə, anladılanların mütəşabihliyinə hökm edilməsinə, qısacası bu surənin bu gün üçün başa düşülməyəcəyi fikirinin irəli sürülməsinə heç bir ehtiyac yoxdur. 1–ci ayədə yer alan “keyfiyyət/necəlik” müəyyən bir şəkildə ortaya çıxır və surə ən gözəl şəkildə başa düşülür.
Surədə bəhs edilən hadisənin ümumi bir dəyərləndirməsi
İşğalçıların yox edilməsi bir “möcüzəli hadisə”dir, adi və təsadüfən meydana gəlmiş bir hadisə deyildir.
Hadisəni o günki şəkliylə başa düşmək istəsək, Uca Allahın “بيتى beytii/evim” dediyi Kəbənin himayəsini müşriklərə qoymadığı, evini müdafiə etmək üçün hadisəyə bilavasitə müdaxilə etdiyi görünür. Beləliklə Allah, sonsuz güc və qüdrətiylə həm Kəbəni, həm də qısa bir müddət sonra aləmlərə rəhmət olaraq göndərəcəyi axır zaman peyğəmbərinin doğacağı şəhəri düşmən təcavüzündən qorumuşdur.
Yenə bu hadisə göstərmişdir ki, Uca Allah, əhli kitab [Əbrəhə və ordusu] üçün Allahın müqəddəs evini yıxmağı və müqəddəs yerlərə hakim olmağı təqdir etməmişdir.
Fil surəsində anladılan bu əhvalatı ibrətlə düşünmək lazımdır. Tarixdə və günümüzdə bir çox İslam düşməni Allahın dininə tələ qurmaq üçün çalışırlar. Lakin, Uca Allah keçmişdə mömin qullarının bu tələləri pozmaqda aciz qalmaları halında necə o zalımları öz tələləri içində fəsada məruz qoydusa, hər zaman da bunu edə bilər. Bu heç bir zaman unudulmamalıdır.
İkinci bəndə görə surənin izahı:
Yuxarıda açıqladığımız kimi “Fil” sözünün əsl mənası “məhdud dünyagörüşü, fərasət (uzaqgörmə) zəifliyi, axmaqlıq, ağılsızlıq” deməkdir. Bu halda “Əshab–i fil” ifadəsinin mənası “axmaqlar, ağılsızlar güruhu” demək olur.
Qurana görə də Qurana qarşı çıxan, Rəsulullaha kin bəsləyən, axirəti yalan sayan Məkkə öndə gedənləri bu xüsusiyyətdəki insanlardır:
- 2–6Ataları xəbərdar olunmamış, bu səbəbdən də özləri laqeyd olan bir cəmiyyəti özü ilə xəbərdar edəsən deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan – mütləq qalıb olanın, sonsuz mərhəmət sahibinin endirdiyi qanunları ehtiva edən – pozulmasına mane olunmuş Quran sübutdur ki, sən, o elçilərdənsən, heç şübhəsiz sən dosdoğru bir yol üzərindəsən.
(Ya–Sin/2–6)
- 59Yaxşı, indi siz bu sözdənmi heyrətə gəlirsiniz? 60Və gülürsünüz, ağlamırsınız. 61Və siz, ağlından lazımi qədər istifadə etməyən kimsələrsiniz. (Nəcm/59–61)
- 171Və kafirlərdən bir qisminin–Allahın ilahlığını və rəbbliyini bilərək rədd etmiş olan adamların halı, sadəcə bir çağırma və ya bağırmadan başqasını eşitməyən şeylərə çoban qışqırığı/ qarğa qışqırığı edən kimsənin halı kimidir–karlardır, dilsizlərdir, korlardır. Buna görə də onlar dərk də etməzlər. (Bəqərə/171)
- 58Və siz, onları salaata çağırdığınız zaman, onlar onu lağ və əyləncəyə çevirirlər. Bu, onların, dərrakəsiz bir cəmiyyət olduqları üçündür. (Maidə/58)
- 14–16Onlar, cəmiyyət olaraq sizinlə döyüşə bilməzlər, ancaq, divarları möhkəmləndirilmiş şəhərlərdə, yaxud divarların arxasından döyüşərlər. Öz aralarındakı, çəkişmələri, özlərindən bir az əvvəl, etdiklərinin günahını dadmış olan, axirətdə də özləri üçün ağrılı–acılı bir əzab olan adamların vəziyyəti kimi çox çətindir. Sən onları cəmiyyət sanarsan, halbuki onların qəlbləri, eynilə, insana “Küfr et–Allahın ilahlığını və rəbbliyini bilərək rədd et” deyərək küfr etdirincə də–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edincə də “Qətiliklə mən, səndən uzağam–şübhəsiz mən, aləmlərin Rəbbi olan Allahdan qorxaram” deyən o şeytanın nümunəsində olduğu kimi darmadağınıqdır. Belədir, Çünki, onlar, dərrakəsiz bir cəmiyyətdir. (Həşr/14–16)
Deməli, bu surədə bəhs edilən “Əshab–i fil” ağlını, dərrakəsini kifayət qədər işlətməyib, Quranı qəbul etməyən Məkkənin öndə gedənləridir. Burada Rəbbimiz Təvriyə [5] sənətini göstərmişdir.
Əbabil=URF
Mürsəlat surəsində Quran ayələri “topa–topa göndərilmiş olanlar” şəklində xarakterizə edilir. Bu ifadə burada “Onların üzərinə topa–topa uçanlar göndərdi” şəklində yer almışdır.
- 1–7Topa–topa, nəcm–nəcm göndərilərək qarşısına gələnləri yıxdıqca yıxan, cəmiyyətləri canlandırdıqca canlandıran, canlandırdıqca da haqqı və batili ayıran, üzrxahlıq və ya xəbərdarlıq olaraq öyüd verən Quran ayələri sübutdur ki, qətiyyətlə xəbərdar olunduğunuz, qorxudulduğunuz şey, mütləq baş verəcəkdir. (Mürsəlat/1–7)
Həmçinin Quran bu xüsusiyyətləri ilə də xarakterizə edilmişdir:
- 1–5Kainatdakı, cazibə qüvvəsi, kainatdakı itələmə qüvvəsi, ulduzlar–qƏləqtikalar–günəş, ay və bunların öz oxu ətrafında və bağlı olduğu ulduz orbitindəki orbitlərdə üzməsi, bu sayədə gecə, gündüz və digər həyat şərtlərinin, yer üzü və dənizdə meydana gələn qabarma və çökmələrin, gecə–gündüzün, mövsümlərin meydana gəlməsi, bütün canlı növlərinin və bitkilərin həyat şərtlərinin nizamlanması dəlildir ki, Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlər üçün həmişəlik sıxıntı, bədbinlik və vicdan əzabı vasitəsi olan, möminlərə həm asan olan, həm də asanlaşdıran, onlara müjdələr verən, onların xoşbəxt olmalarını təmin edən, əldən ələ, dildən dilə, könüldən könülə dolaşıb gəzən, həmişə önə keçən, vacib etdirən, fərdi və sosial bütün işləri nizamlayan, hər işə aid əmrlərinin, qanunlarının olması–qaydalar qoyan Quran ayələri dəlildir ki, (Nəziət/1–5)
Bu güruhun Quran ilə məyus edildiyini də görürük.
- 1Əlif–1, Lam–20, Ra–200. Bunlar, Kitabın və açıq–aydın bir Quranın ayələridir. 2Zaman–zaman kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd etmiş olan adamlar, “Kaş ki, Müsəlman olsaydıq!” deyə təmənna edəcəklər. 12Beləlıklə Biz Quranı, günahkarların qəlblərinə yerləşdirərik. 3Qoy onları yesinlər, faydalansınlar və boş ümid onların başlarını qatsın. Amma onlar yaxında biləcəklər. 4Və Biz heç bir məmləkəti bilinən bir kitabı olmadığı halda dəyişikliyə – dağıntıya məruz qoymadıq. 5Hiç bir ümmət, müddət sonunun qarşısına keçə bilməz və gecikdirə bilməzlər. (Hicr/1,2,12,3–5)
- 200,201Beləlıklə onu günahkarların qəlblərinə yerləşdirdik. Onlar ağrılı əzabı görməyənə qədər ona iman etməzlər. (Şüəra/200, 201)
Ayədəki “görmədinmi, tayr, əbabil, hıcaratin min siccil, başı yeyilmiş əkin” ifadələri nəzərə alındığında bunları “əvvəldən görmə”lərdəki simvollar olaraq da düşünmək olar. Belə ki, bəzən əvvəldən görmələr, simvollarla göstərilir. (Məşhur əvvəldən görən Nostradamusun əvvəldən görmələri də simvollar ilə idi və əvvəldən görmələrin əsli, görüntülər baş verdikdən sonra anlaşılmışdır.)
- 4O zaman ki, Yusif, atasına: “Atacan! Şübhəsiz, Mən on bir ulduz, günəş və ayı gördüm–onları Mənə boyun əyib təslimiyyət göstərərkən gördüm” demişdi. (Yusif/4)
- 43Və hökmdar dedi ki: “Şübhəsiz, Mən yeddi cılız inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə yeddi quru sünbül görürəm. Ey öndə gedənlər! Siz yuxu– görmə/görüntü təbir edirsinizsə, mənə, bu görüntü haqqında razı salan bir fikir deyib, aydınlaşdırın.” (Yusif/43)
- 36Və zindana onunla birlikdə iki cavan oğlan da girdi. Onlardan birisi: “Şübhəsiz, Mən, özümü şərab sıxarkən gördüm” dedi. O biri də: “Şübhəsiz, mən başımın üstündə çörək daşıdığımı, quşların da ondan yediyini gördüm. Bizə bunun yozumunu xəbər ver. Şübhəsiz, biz sənin yaxşılıq–gözəllik çıxaranlardan olduğunu görürük” dedi. (Yusif/36)
- 27And olsun ki, Allah, Elçisinə o görüntünü–“Siz, Allah dilərsə qətiliklə, təhlükəsiz şəraitdə başlarınızı qırxmış və qısaltmış adamlar olaraq, qorxmadan Məscid–i Harama girəcəksiniz” görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah, sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı. (Fəth/27)
Bu bəndə görə surənin tərcüməsi, fikrimizcə, belədir:
Rəbbin, axmaqlar, dərrakəsizlər güruhuna nə etdi görmədinmi? Onların üzərinə nəcm–nəcm ayələr/bəla üstünə bəlalar göndərdi və onların həm vicdanını narahat etdi, həm də köklərini kəsib yox etdi.
Surənin Bu Günə İsmarıcı
İslamın və mücahidlərinin qarşısındakı qüvvələr hansı səviyyədə olurlarsa olsunlar, qətiyyən İslama zərər verə bilməzlər, pərt olub gedərlər. İstər super güc olsunlar, istər hiper güc, lap istərsə də ultra super güc. Onlar Allahın dini qarşısında heç bir şey ifadə edə bilməzlər.
Möminlər bunun belə olduğunu bilib, rahat olmalıdırlar. Onlar, Allahın ayələrinin Kəbə kimi qorunacağından əmin olmalıdırlar. Kafirlər də bu möcüzəvi hadisəni unutmamalı, “Fil Əshabı”nın başına gələn fəlakətin bənzərlərinin öz başlarına da gəlməsinin uzaq bir ehtimal olmadığını əsla ağıllarından çıxarmamalıdırlar.
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Lisanü’l Arab, Tacü’l Arus; “fyl” mad.
[2] İbn Hişam, es–Sîratü’n–Nebeviyye, Kahire 1955, I–II, 43–62
[3] Mukatil
[4] Razi; el Mefatihu’l Gayb
[5] Tevriye, ədəbiyat sanatında “İki mənası olan bir sözün yakın mənasını söyleyerek uzak mənasını kastetme”dir. Tevriyede bu sözün hər iki mənası da gerçektir.