Tin surəsi Məkkədə nazil olan 28–ci surədir. Surə adını 1–ci ayədəki “التّين tin [əncir]” sözündən almışdır.
Katade və İbn Abbas surənin Mədinədə endiyini iddia edirdilər. Lakin, bu sahədəki mütəxəssislərin çoxunun fikrinə görə, surə Məkkidir. Üslubunun Məkki surə üslubu olması ilə yanaşı, 3–cü ayədəki “Və bu əmniyyətli şəhərə and olsun” ifadəsi də Tin surəsinin Məkki olduğuna yetərli bir dəlildir. Belə ki, aşağıda açıqlanacağı kimi, Məkkə şəhəri üçün işlədilən “əmniyyətli şəhər, güvənli bölgə ifadəsi, önündə işlədildiyi kəlməyə yaxınlıq mənası verən “هذا haza [bu]” işarət əvəzliyi ilə birlikdə işlədilmişdir [hazə’l–Bələdi’l–Əmin]. Bu da Peyğəmbərimizin Məkkədə olduğunu göstərir. Əgər surə, Peyğəmbərimiz Mədinədə ikən ensəydi, Məkkə şəhəri üçün, yaxınlıq izafə edən “هذا haza [bu]” işarət əvəzliyi işlədilməməli idi.
Bu surədən öncəki Bürclər surəsində Firon, Səmud və Əshab–i Uhdud əhvalatları pis örnəklər olaraq təqdim edilmişdi, bu surədə isə Fələstin, Suriya və Hicaz bölgəsinə, buralarda enmiş vəhylərə və onların nəticələrinə diqqət çəkilmişdir.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
Bölmə 50
- 1–3Egey bölgəsi xalqını, Ağdəniz bölgəsi xalqını, Orta şərq xalqını və Ərəbistan xalqını–dünyanın hər yerindəki insanları sübut göstərirəm ki, 4–6həqiqətən Biz, insanı ən gözəl biçimdə yaratdıq, sonra iman edənlər və düzəltmək yönündə işlər görənlərdən başqa–çünki onlar üçün kəsilməz bir mükafat vardır–onu alçaqların ən alçağına döndərdik.
- 7Elə isə, bundan sonra dini–qiyamət gününü yalan saymağa səni nə vadar edir?
- 8Allah, hakimlərin ən üstün hakimi deyilmi?
(28/95, Tin/1–8)
TƏHLİL:
1–3Egey bölgəsi xalqını, Ağdəniz bölgəsi xalqını, Orta şərq xalqını və Ərəbistan xalqını–dünyanın hər yerindəki insanları sübut göstərirəm ki, 4–6gerçəkdən Biz, insanı ən gözəl biçimdə yaratdıq, sonra iman edənlər və düzəltmək yönündə işlər görənlərdən başqa–çünki onlar üçün kəsilməz bir əvəz vardır–onu alçaqların ən alçağına döndərdik.
1–3–cü ayədəki sözlərin “hərfi” mənaları, “Əncirə, zeytuna, Bərəkətli Dağa və bu Güvənli Bölgəyə and olsun ki” şəklindədir, biz məcazi mənalarını təqdim etdik. Surədə bəhs edilən bölgələr, Quranın endiyi dövrdə ilk müxatib olan Ərəblərin yaxşı tanıdığı bölgələr olub, nəzərdə tutulan isə, dünyanın hər yerindəki insanlardır.
Yuxarıdakı altı ayədən ibarət olan and cümləsinin “and bölümü”nü təşkil edən 1–3–cü ayələrdə dörd ayrı şeyə and içilməklə [dörd şey dəlil göstərilməklə], insanların hamısının “əhsən–i təqvim” əsasında yaradıldığı, insanların iman edənləri və salihatı işləyənləri üçün kəsilməz bir mükafatın var olduğu, iman edənlər və salihatı işləyənlərdən başqa, qalanların isə “اسفل سافلين əsfəl–i safilin”ə döndərildiyi bildirilmişdir.
Hər and cümləsində olduğu kimi, burada da 4–6–cı ayələrdə irəli sürülən mühakiməyə dəlil təşkil edəcək şeylər, tam mənasıyla məqsədi ifadə edən, ciddi, konkret, müxatiblərin gördüyü, bildiyi şeylər olmalıdır. Ona görə də and cümləsinin ismarıcını doğru anlaya bilmək üçün öncə 1–3–cü ayələrdəki dəlillərin yaxşı anlaşılması vacibdir:
Tin [Əncir] və Zeytun:
Hər kəsin bildiyi iki meyvə olan əncir və zeytun, burada insanın ən gözəl biçimdə yaradıldığına və sonra da alçaqların ən alçağına döndərildiyinə dəlil olaraq göstərilmişdir. Aydındır ki, bu meyvələr irəli sürülən mühakiməyə sadəcə meyvə olaraq dəlil ola bilməz. Bu halda, öncəliklə “əncir” və “zeytun” sözləri ilə nələrin nəzərdə tutulmuş olduğu anlaşılmalıdır. Bundan sonra isə bu sözlərlə nəzərdə tutulan şeylərin 4 və 5–ci ayələrdəki mühakiməyə necə dəlil ola biləcəyi araşdırılmalıdır.
Təfsirçilərin bir qismi “əncir” və “zeytun” sözlərinin bilinən hərfi mənalarına önəm verərək, bunların cənnət meyvəsi olduqlarını, beləliklə də müqəddəs olduqları fikrini irəli sürmüşdülər.
Bu şəxslər, Möminlər surəsinin 20–ci ayəsindəki “Sina dağından çıxan, yeyənlərə yağ və fərqli dad qatan ağac” ifadəsini zeytun ağacının müqəddəsliyi kimi anlamışlar və əncir haqqında “əncir cənnət meyvəsidir”, “əncir babasil və revmatizmanı müalicə edir”, “əncir ağız qoxusunu aradan qaldırır, saçları uzadır və iflicin qarşısını alır” kimi bir çox rəvayət uydurmuşlar.
Bəziləri düşünmüşlər ki, Ağdəniz hövzəsi və Ortadoğu bölgəsində yetişən bu iki meyvə əsas ticarət malı olduqları üçün üzərlərinə and içilmişdir. Həmçinin əncir və zeytunun Leyl surəsindəki “erkək və dişini yaradan şey”dən, yəni zeytunun dişi yumurtasından, əncirin də erkək mənisindən kinayə olduğunu söyləyənlər də olmuşdur.
Bu barədə də boş durmayan rəvayətçilərdən bir qismi, “tin”dən qəsd Şam, “zeytun”dan qəsd də Qüdsdür demiş, bir qismi də “tin”dən qəsd Nuhun Cudi dağı üzərinə qurduğu məscid, “zeytun”dan qəsd də Qüdsdür demişdir.
Təsəvvüfçülər isə bu iki meyvənin zahiri [görünən] özəlliklərinə önəm verərək, batində [görünməyən daxili ölçü sistemində] daşıdığını irəli sürdükləri bəzi mənalar əmələ gətirməyə çalışmışlar. Təsəvvüf ədəbiyyatında əncir və zeytunun xüsusiyyətləri ilə əlaqədar aşağıdakı kimi bəzi dəyərləndirmələr etmişdilər:
– “Əncir çox çəyirdəkli, zeytun tək çəyirdəklidir. Əncir kəsrət [çoxluq aləminə] işarət edir. Tək meyvədə yüzlərlə çəyirdək yerləşdirir. Zeytun isə tək çəyirdəklidir. Zeytun bu halıyla, ilk planda Vəhdət Aləmini [Təklik–Tövhid Sistemini] ifadə edir.”
– “Əncirin istifadəsi və fayda sahəsi məhduddur. Zeytundən çox məqsədlə istifadə edilir: Süfrədə qida olur, yeməklərə yağ olur, hətta sabun olaraq insanı və əşyanı təmizləyir. Əncirin meyvə və şirin olmasından başqa, çoxsahəli bir istifadəsi yoxdur. Kəsrətdə həqiqətən alacağınız çox bir şey yoxdur. Tək sistemdə qalır, dar bir pəncərədən baxılır.”
– “Əncirdən yedikləri üçün Adəm və Həvva dünya sisteminə düşdülər. Kəsrət ölçü sistemi, ən alt sistemidir. Kəsrət, cənnət yaşamından uzaqlaşmaq deməkdir. Kəsrət, aşağıların aşağısıdır.”
– “Zeytun öncə yaşıldır. Yaşıl Razılığın, Nübüvvət kamalatın rəngidir. Sonra qızaracaq, eşqin rəngi, sonra da heçliyin rəngi qara… Əncir kəsrət simvolu… Əncir ilk günahı, ilk düşməyi anladır.”
– “Zeytun Vəhdət simvolu… Çatılacaq bir hədəfin timsali… Əncir, tək səviyyəli, kiçik bir həyatı … Zeytun, mərhələli bir təhsilin, şüurlu inkişafın simvolu … “
Təqdim etdiyimiz yaxınlaşmada isə, əsas vacib məqam odur ki, and cümləsinin obyektləri parçalanmadan, bir bütün olaraq ələ alınır.
“Əncir” və “zeytun” qətiyyən anddan kənardakı obyektlər olaraq düşünülməməli, anddan asılı olmadan anlaşılmağa çalışılmamalıdır. Əksinə, “əncir” və “zeytun” haqqındakı dəyərləndirmə, bu sözlərin içində yer aldığı cümlənin quruluşu təhlil edilərək paraqrafın məğzindən çıxardılacaq ipuclarına görə edilməlidir.
Buna görə birinci işarət, sözlərin cümlə içindəki işlədilmə tərzindən əldə edilir: Sözlər cümlədə muarref [müəyyən] olaraq işlədilmişdir. Bu halda, “əncir” və “zeytun” sözlərinin bir “cins adı” olaraq dəyərləndirilib, ümumi mənalarıyla anlaşılması uyğun olmur.
İkinci işarət isə 1–6–cı ayələrdən ibarət olan paraqrafın mənasından əldə edilir. Yuxarıda da qeyd etdiyimiz kimi, 1–6–cı ayələrdən ibarət olan paraqraf bir and cümləsidir və 1–3–cü ayələrdə sayılanlar, 4–6–cı ayələrdəki mühakimənın dəlilləridir. Ancaq, dəlil olaraq göstərilənlərin ikisi yer [mahal, bölgə] olub, digər ikisi “əncir” və “zeytun”dur. “Əncir” və “zeytun”un meyvə olaraq 4–6–cı ayələrdəki mühakimənın dəlilləri olması məntiqi deyil, həmçinin sözlər cümlədə müəyyən olaraq yer aldıqları üçün, əslində elə meyvə olaraq dəyərləndirilə də bilməz. Ona görə də, digər dəlillərin bir yer (məkan) göstərdiyini nəzərə alsaq, “əncir” və “zeytun” sözləri ilə də bir yerin (məkanın) nəzərdə tutulmuş ola biləcəyini düşünmək lazımdır.
Bu ehtimal, Ərəb adətlərinə də ən uyğun ehtimaldir. Çünki Ərəblər bir şəhəri, o şəhərin ən ünlü adamının [əsasən də qurucusunun] adıyla adlandırdıqları kimi, bölgə isimlərini də o torpaqlarda yetişən bitki adlarıyla adlandırırdılar. Beləlikə də fikrimizcə, “əncir” və “zeytun”dan qəsd, bu meyvələrin yetişdiyi bölgələrdir ki, bu bölgələr Fələstin və Suriyadır. İbni Teymiyyə, İbni Kayyım, Zəmaxşəri və Alusi də belə düşünmüşlər.
Əslində elə Ana Britannica Ensiklopediyasında da bu meyvələrin ana vətəni və ilk yayıldığı bölgə olaraq Şərqi Ağdəniz və Suriya göstərilir.
…“Qədim zamanlar boyunca Egey dənizi və Şərqi Ağdəniz ətrafındakı bölgələrə yayılan ənciri…
…“Bəzi qaynaqlarda ana yurdunun Anadolunun cənub hissəsi və Suriya olduğu irəli sürülən bu bitki [zeytun] …”[1]
Tur–i Sinin
“الطّور Ət–tur” sözünün əsli “təməl” deməkdir. Ərəblər evin təməlinə “طور الدّار tavaru’d–dar” deyirlər. Ancaq bu söz, evin üzərinə inşa olunduğu ilk təməli, bünövrəni ifadə etdiyi kimi, mərtəbə qatlarından hər birinin başlangıcı mənasındakı ara təməli [tavr] də əhatə edər. Belə ki, dilimizdə “qədəmə”, “mərhələ” sözləriylə ifadə edilən “طور tavr” sözü, Nuh surəsinin 14–cü ayəsində “وقد خلقناكم اطوارا və qad haleqnaküm ətvara [sizi mərhələ–mərhələ yaratdıq]” ifadəsində də bu mənada işlədilmişdir.
“Təməl” mənasını verən, “qaya” və “ağac” üçün işlədilən “tur” sözü, daha sonra “dağ” anlamında işlədilməyə başlanmış və bu anlamıyla daha məşhur olmuşdur. Sözün bu yöndəki inkişafına uyğun olaraq, araşdırmaçıların bir qismi “tur” sözünün ümumi mənada “dağ” demək olduğunu söyləmişlər, bir qismi isə Musa Peyğəmbərin vəhy aldığı özəl dağın adı olduğunu irəli sürmüşdülər. Həqiqətən də “tur” sözü, Quranda yer aldığı ayələrdə Musa Peyğəmbərin vəhy aldığı özəl dağın adı olaraq işlədilmişdir (Bəqərə/63, 93, Nisa/154, Məryəm/52, Ta Ha/80, Möminlər/20, Qasas/29, 46, Tur/1, Tin/2).
Bizim görüşümüzə görə də Musa Peyğəmbərə Allah tərəfindən ilk xitabın edildiyi dağın adı olan “Tur” sözü, “Sina, Səna” kimi sözlərlə birləşdirildiyində “Sina Dağı” mənasına gəlir.
Güvənli Bölgə
Surənin giriş bölməsində də qeyd etdiyimiz kimi, “Güvənli Bölgə”nin Məkkə şəhəri olduğu haqqında tam bir görüş birliyi vardır.
Çünki qan tökülməsi qadağan olunmuş olan Məkkənin “Güvənli şəhər” olduğu Quran ayələri tərəfindən açıqca qeyd edilir:
- 125Və Biz, bir zaman bu Beyti/ilk düzələn məktəbi, insanlar üçün bir savab qazanma/dönüş yeri və bir güvən yeri etmişdik. –Siz də İbrahimin vəzifə daşıdığı yerdən bir salaat yeri [maddi yöndən və zehinsəl sarıdan dəstəyin–cəmiyyətin aydınladılmasının gerçəkləşdiriləcəyi bir yer] edin.– Və Biz, İbrahim ilə İsmayıla, “Beytimi dolaşanlar, ibadətə qapananlar və boyun əyib təslimiyyət göstərənlər, Allahı birləyənlər üçün tərtəmiz tutun” deyə əhd almışdıq. (Bəqərə/125)
- 57Və onlar–“Biz səninlə bərabər doğru yol bələdçisinə uyarsaq, yurdumuzdan çıxarılarıq” dedilər. Biz onları, Öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin toplanıb özünə gətirildiyi, güvənli, toxunulmaz bir yerə–Məkkəyə yerləşdirmədikmi? Fəqət onların çoxu bilməzlər.
(Qasas/57)
- 67Yoxsa kənarlarında insanların zorla qapılıp, götürülməsinə rəğmən Məkkəni, güvənli, toxunulmaz etdiyimizi də görmədilərmi? Hələ batiləmı inanırlar və Allahın nemətinə yaxşılıqbilməzlikmi eləyirlər? (Ənkəbud/67)
Həmçinin, Ənfal surəsinin 33–cü ayəsindən də, Peyğəmbərimizin içində yaşadığı dövrdə Məkkənin “güvənli səhər” olduğu anlaşılır.
Dörd And Maddəsinin Birləşməsi
“Əncir” və “zeytun”un “Sina dağı” və “güvənli şəhər” kimi yer və ya bölgə bildirən simvollar olduğu, bu bölgələrin də əncir və zeytun meyvələrinin yetişdiyi Fələstin və Suriya olmasını qəbul etsək, nəticədə, bu dörd yerin insanın ən gözəl biçimdə yaradılmasının və sonra da alçaqların ən alçağına döndərilməsinin dəlili olması gərəkir. Ancaq and cümləsinin mühakiməsı ilə bu mühakimənın dəlilləri arasında olması lazım gələn məntiqli əlaqə görüntüdə mövcud deyil, mühakimə ilə dəlillər bir–birlərinə uzaq görünür. Mühakimə, açıq və konkret olaraq anlaşıldığına görə, bu halda, dəlillərin başqa mənaya gəlib gəlmədiyini araşdırmaq lazımdır.
Bu məqsədlə, bir yer bildirən bu sözlərin başqa nə mənalara gələ biləcəyi düşünüldüyündə, ağla ilk olaraq bu sözlərin məcaz mənalarını düşünmək gəlir. Həqiqətən də burada bütün dünya ədəbiyyatlarında çox yayğın işlədilən bir sənət, “Mahalliyət Məcaz–i Mürsəli” barədə söz gedir. Quranda yüzlərcə örnəyi olan bu sənətə görə “mahal zikr edilir, amma əslində o mahalda yaşayanlar nəzərdə tutulur.
Məsələn, Yusif surəsinin 82–ci ayəsində “واسئل القرية vəsəli’l–qaryətə [o şəhərdən soruş]” ifadəsində “şəhər” zikr edilib, amma “şəhərin insanları” nəzərdə tutulur.
Buna görə də, mövzumuz olan ayələrdə də yer [mahal] adı zikr edilmişdir, amma nəzərdə tutulan o yerlər deyil, o yerlərdə yaşayan insanlar, oralara göndərilən Peyğəmbərlər və oralarda endirilən vəhylərdir. Əslində elə Quranda adı keçən Peyğəmbərlərin bir çoxu [İbrahim Peyğəmbər, oğlu İsmayıl (əs), İshak (əs), nəvəsi Yaqub (əs), Yusif (əs), Musa (əs), Harun (əs), Davud (əs), Süleyman (əs), İsa (əs) və Məhəmməd (əs)] o bölgələrdə yaşamışdılar. Həmçinin bu Peyğəmbərlər vəhylə bu yerlərdə müxatib olmuşlar, ətraflarındakı “inanaraq və salihatı işləyərək ə’la–yi illiyyunə [yüksək ərdəmlərə, beləlikə də cənnətlərə] çatan kəslər” ilə “vəhydən üz çevirərək əsfəl–i safilinə [ən aşağılıq, ən rəzil vəziyyətlərə, beləlikə də cəhənnəmə] yuvarlanan kəslər də yenə o yerlərdə yaşamışdılar.
Əhsən–i Təqvim:
“التّقويم Təqvim” sözü; “düzəltmə, doğrultma, dərəcəsinə qoyma” deməkdir. “Əhsən–i təqvim” tamamlığı da “ən gözəl istiqamətdə, ən uyğun dərəcədə” mənasına gəlir. İnsanın “əhsən–i təqvim” üzərinə yaradılması sözündən “insanın istər fiziki quruluşu, istərsə də zehni funksiyaları etibariylə ən gözəl və ən mükəmməl şəkildə yaradıldığı” anlaşılır.
Həqiqətən də insan, boy–buxunu, vücud orqanlarının yerləri, özünü qoruyacaq fiziki qabiliyyətləri, doğruları tapacaq ağıl, fikir, anlayış, idrak, vicdan, mərhəmət, hafizə, diqqət kimi zehni təsisləri ilə ən gözəl, ən mükəmməl bir quruluşda yaradılmışdır. Bu quruluşun əksiyi, qüsuru yoxdur. Bu günə qədər kimsə vücudumuzdakı orqanların funksiyaları və yerləri barəsində daha fərqli funksiya və yer məsləhət görmək cürətində olmamışdır. Qısacası insan, fiziki və zehni quruluşuyla “əhsən–i təqvim [ən gözəl şəkil, özündən daha gözəli mövcud olmayan bir şəkil]” olaraq yaradılmışdır.
Əsfəl–i Safilin
Bu tamamlıq həm məkan zərfi, həm də sifət olaraq işlədildiyi üçün, dilimizə ən uyğun ifadəylə “alçaqların ən alçağı” şəklində çevrilə bilir. Çünki “alçaq” sözü, həm sifət olaraq imansız insanın bir xüsusiyyətini ifadə edir, həm də məkan zərfi olaraq bir məkanın ən altı mənasına gəlir. [2]
Qədim təfsirçilərin bir qismi bu tamamlığı “cəhənnəm” olaraq anlamışdılar. Belə ki, tamamlığın and cümləsinin içində yer aldığına görə, and cümləsindəki əsas fikir, müddəa və dəlillər də bu dünyaya aid olmalıdır. Buna görə də “əsfəl–i safilin” ifadəsinin cəhənnəmdəki artıq dərəcədəki rəzillik olaraq anlaşılması uyğun gəlmir.
Bəziləri də Həcc surəsinin 5–ci və Ya Sin surəsinin 68–ci ayələrini dəlil göstərərək, “əsfəl–i safilin” ifadəsini “ərzəl–i ömür [yaşlılıqdakı düşkünlük]” olaraq anlamışdılar:
- 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsinizsə, bilin ki, nə olduğunuzu sizə ortaya qoymaq üçün, şübhəsiz Biz, sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən–qeyri müəyyən bir ət parçasından yaratmışıq. Və Biz, dilədiyimizi bəlli bir müddətə qədər Rəhmlərdə tuturıq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla yanaşı kiminiz keçmişdə etdikləri və etməsi gərəkirkən etmədiklərini bir–bir xatırlatdırılır/öldürülür, kiminiz də öncəki biliyindən sonra, heç bir şey bilməyərək, ömrünün ən rəzil zamanına çatdırılır. Bir də yer üzünü görərsən ki, sönmüşdür–sonra Biz, onun üzərinə su endirdiyimiz zaman hərəkətə keçər, qabarar və hər gözəl cütdən bitkilər bitirə (Həcc/5)
- 68Və Biz kimə uzun ömür verərsək, yaradılışda onu tərs çevirərik– təpəsi üstə qoyarıq. Buna rəğmən, hələ də ağıllanmayacaqlarmı? (Ya Sin/68)
“Əsfəl–i safilin” tamamlığını “ərzəl–i ömür” olaraq anlayanların dəlil olaraq gətirdikləri ayələrə baxıldığında görürük ki, “ərzəl–i ömür” insanın yaxşısıyla pisiylə, Peyğəmbəriylə Peyğəmbər düşmənləriylə, hamısının müqəddəratıdır. Amma mövzumuz olan “əsfəl–i safilin”, sadəcə imansız və əməlsizlərə xas bir mövzunu ifadə edir. Beləlikə də qədimlərin hər iki görüşü də, fikrimizcə, doğru deyildir.
Diqqət edilirsə, 5–ci və 6–cı ayələr əslində tək bir cümlə olub, 6–cı ayədəki istisna 5–ci ayədən qurulmuşdur. Buna görə, iki ayədən ibarət olan cümlə bu şəkildə təqdir edilə bilir: “Biz, ən mükəmməl biçimdə yaradılmış olan insanların iman edən və salihatı işləyənlərini sayğın, qürurlu [cənnətlik], digərlərini isə alçağın alçağı etdik. Buna da Peyğəmbər göndərdiyimiz bölgələrin xalqı şahiddir, dəlildir.”
Buradaki “əsfəl–i safilin” [alçaqların alçağı, aşağıların aşağısı, aşağılıqların aşağılığı] ifadəsi, Rəbbimiz tərəfindən fərqli ayələrdə təfsir və təbyin edilmişdir:
- 179Və and olsun ki, tanıdıqlarınızdan–tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törədib çoxaltdıq–onların qəlbləri vardır, onlarla anlamazlar. Gözləri vardır, onlarla görməzlər. Qulaqları vardır, onlarla eşitməzlər. Bax budur, onlar dörd ayaqlı heyvanlar kimidirlər. Hətta, daha da pozğunlaşırlar. Bax budur, onlar laqeydlərin tam özləridir. (Əraf/179)
- 43Pis duyğularını, hərisliklərini özünə tanrı qəbul edən adamı gördünmü–heç düşündünmü? Yaxşı, onun üzərinə sənmi vəkil olursan?
- 44Yoxsa sən, onların çoxunun həqiqətən vəhyə qulaq asacağını, yaxud ağılla hərəkət edəcəklərinimi sanırsan? Onlar ancaq heyvanlar kimidir. Əslində tutduqları yol baxımından daha pozğundurlar–çaşqındırlar–aşağıdırlar. (Furqan/43, 44)
- 50Buna baxmayaraq, əgər sənə cavab verməzlərsə, bil ki, onlar, yalnız və yalnız həvəslərinə uyurlar. Allahdan bir yol göstərici olmadan, öz həvəsinə uyandan daha pozğun [çaşqın, aşağı] kim ola bilər? Tam yəqinliklə bilin ki, Allah, şərik qoşaraq yanlış–öz zərərlərinə iş edən cəmiyyətə yol göstərməz. (Qasas/50)
- 26Və and olsun ki, Biz, sizi güclü etmədiyimiz şeylərdə, onları güclü etmişdik, sizə vermədiyimiz imkanları onlara vermişdik. Onlara da qulaqlar, gözlər və duyğular vermişdik. Buna rəğmən qulaqlarının, gözlərinin və duyğularının onlara heç bir faydası ola bilmədi/özlərindən heç bir şeyi uzaqlaşdıra bilmədi. Çünki onlar, Allahın ayələrini bilə–bilə inkar edirdilər. Lağ etməkdə olduqları şey də onları sarıb bürüdü. (Əhqaf/26)
“Əsfəl–i safilin”i Quran ayələrinə istinad edərək xarakterizə etsək, nə anladığımızı belə xülasə edə bilərik:
İnsan “əhsən–i təqvim” üzərinə yaradılmışdır. Belə ki, yaradılışındakı bu fiziki və psixoloji özəllikləri pis yolda işlədərək iman etməz, salihatı işləməz və ağlını işlətməz, tam tərsinə, həvasını ilah qəbul edər, ehtirasa qapılar, tamah edər, eqoistlik edər, şəhvətə düşər, təkasür xəstəliyinə yaxalanar, böyüklənər, istiğna, tüğyan və yalan sayma yoluna gedərsə, aşağılıqların ən aşağılısı vəziyyətinə gələr. Bu cür insanlar, qəlblərinə, qulaqlarına damğa vurulub, gözlərinə pərdə çəkilməklə heyvandan betər vəziyyətə gətiriləcəklər.
Bu vəziyyətə gələn insan görə bilən varlıqların nələr edə bildikləri, görmək istəyənlər üçün meydandadır: bu qan əmənlər, qəbul etdikləri ilahlar uğrunda təbiəti qətl edərək insanlar, heyvanlar, bitkilər kimi milyonlarla canlının yaşamaq haqqını veclərinə almazlar. Həmcinslərinin qanlarını son damlasına qədər əmərək, öz soylarını yox edərlər. Belə ki, özü ehtiras və tutqularını təmin etmək uğrunda həmcinslərinə və digər canlı növlərinə soyqırım kimi şiddət tətbiq edərlər. Vəhşi heyvanlar, aclıqlarını aradan qaldırmaq məcburiyyəti duymadıqca, başqa canlılara zərər vurmazlar. Belə imansız insanlar isə onların etmədiyini edərək, zülmün zirvəsinə çatarlar. Budur, Rəbbimizin, aşağılıqlar aşağısı, alçaqlar alçağı ola biləcəyini bildirdiyi imansız, axirəti yalan sayan insanın rəzillik görünüşü belədir.
Salihatı İşləmək
Əhəmiyyətli olduğuna görə, Əsr surəsinin təhlilində açıqladığımız bu qavramı, bir daha xatırlatmaq istəyirik:
Quranın 62 ayəsində fərqli formalarda istifadə edilərək keçən “amilu’s–salihati” ifadəsinin, tərcümə və təfsirlərdə vərilən “Saleh əməl işləyənlər” qarşılığı yanlışdır. Fikrimizcə, doğru tərcümə “salihatı işləyənlər” olur.
Çünki “saleh əməl işləyənlər” ifadəsi və ona uyğun olaraq da, nəticədə, “salihatı işləmək” qavramı “hasənat” mənasında görünür. Səhv də məhz buradadır. Çünki “zahirə əks olunmayan yaxşı işlər” mənasındakı “hasənat” ilə “salihat” eyni şey deyildir, incə fərqi olan bu iki qavram bir–birindən mütləq mənada ayrılır. Belə ki, hər iki sözün zidd mənaları fərqlidir, “hasənat”ın zidd mənalısı olaraq “səyyiat”, “salihat”ın zidd mənalısı olaraq isə “fasidat” sözləri işlədilir.
“الصّالحات Salihat”, “اصلاح islah” sözündən gəlir və “düzəltmək” mənasındadır. “Salihatı İşləmək” də bu mənaya görə, “pozuq olan bir şeyi düzəltmək, düzəldənlik etmək, düzəltməyə yönəlik işlər etmək” deməkdir. Quran da cəmiyyətdəki yanlışları, pozuqluqları düzəltmə fəaliyyətində olanlara “müslih” deməklə, sözü bu mənada işlətmişdir. (Bəqərə/11, 220, Əraf/56, 85, 170, Hud/117, Qasas/19)
Digər tərəfdən, Quranda, salihat ilə digər bəzi qavramlar eyni ayə içində zikr edilməklə, bu qavramların bir–birlərindən fərqli mənalara sahib olduğuna diqqət çəkilmişdir: “Salihat” termini Bəqərə surəsinin 277–ci ayəsində “salaatı iqamə etmək, zəkat vermək”, Hud surəsinin 23–cü ayəsində “ədəb və könüldən Allaha boyun əymək”, Əsr surəsinin 3–cü ayəsində isə “haqqı və səbri tövsiyələşmək” kimi terminlərlə birlikdə zikr edilmişdir.
Bu da onu göstərir ki, “salihat” qavramı o qavramlarla bir və eyni deyildir.
“Salihatı işləmə” qavramının tam olaraq nə mənaya gəldiyini üzə çıxarmaq üçün belə demək olar: – “salaatı iqamə etmək, oruc tutmaq, zəkat vermək kimi yaxşı işlər etmək salihatı işləmək deyildir, amma insanların bu yaxşı işləri istəyərək etmələrini təmin etmək üçün cəhd etmək salihatı işləməkdir. Beləliklə, aşağıdakı kimi mühakimə yürütmək olar: “Yaxşı işlər” qavramının fərdi ölçüdən kütləvi ölçüyə daşınması halında, kütləvi yaşamın sülh və xoşbəxtliyinə mane olan ədli, idari, siyasi, iqtisadi və mədəni hər cür pozuqluğun düzəldilməsi üçün göstəriləcək cəhdlər və tətbiq ediləcək üsullar da “salihatı işləmə” anlayışının əhatə sahəsinə daxil olur.
Quranda “Salihat” ilə “hasənat”, bu gözəl davranışları edənlərə veriləcək ödüllər baxımından da bir–birindən ayrılmışdır.
Rəbbimiz hər bir hasənəyə on qarşılıq verərkən, “amilu’s–salihat” ifadəsinin keçdiyi bütün ayələrin davamında, salihatı işləyənlərə cənnəti vəd edir. Salihat sözünün tərsi “fasidat”dır. “Fasidat” sözünün mənası “pozğunçuluğa yönəlik işlər” deməkdir.
Nəticədə demək olar ki, salihatı işləyənlərin etdikləri iş, “fasidat”ı düzəltmək, bərtərəf etmək fəaliyyətidir, bütün pozuqluqları və onları edən pozğunçuları bərtərəf etmək fəaliyyətidir.
Maun surəsində mükəzziblərin [yalan sayanların] özlərini hər şeydən üstün sayaraq yetimi, yoxsulu itələyib, başlarına qaxdıqlarını xatırlasaq, o halda, Rəbbimizin istəmədiyi bu cür davranışların meydana çıxmasına şərait yaradan pozuq quruluşların düzəldilməsi mənasına gələn “salihat”ın funksiyaları daha yaxşı anlaşılar.
Tin surəsinin 4–cü və 5–ci ayələrində hər şeyin özünün nəzarətində olduğu və bu nəzarətdən kənarda qalmağın mümkün olmadığı ismarıcını verən Rəbbimiz, əhsən–i təqvim üzərinə yaratdığı insana, onu, alçaqların ən alçağı edə biləcəyi ilə xəbərdar edir, 6–cı ayəsində isə bildirir ki, iman edənlər və salihatı işləyənlər bu ümumiləşdirməyə daxil edilməyəcəklər. Beləliklə, Rəbbimizin Əsr surəsində “iman etməyənlərin və salihatı işləməyənlərin hüsranda [ziyanda] olduqlarına” dair daha öncə etmiş olduğu bəyanın mənası da daha yaxşı anlaşılmış olur.
5–ci ayədə diqqət edilməsi gərəkən bir məqam var, “radədnəhü [onu çevirdik, döndərdük]” ifadəsindən belə çıxır ki, bu işin faili bilavasitə Allahın özüdür. Amma belədirmi? Bu suala cavabı 2–ci hissədə təqdim edəcəyik
7Elə isə, bundan sonra dini–qiyamət gününü yalan saymağa səni nə vadar edir?
Bu ayədəki “sənə” xitabı Peyğəmbərimizə deyil, 4–cü ayədəki “insan”adır. Beləliklə üçüncü şəxsdən [insan], ikinci şəxsə [sən] keçilərək iltifat sənəti edilmişdir. Belə edilməklə, ümumi olaraq insanoğluna, özəl olaraq da kafir olan insanlara səslənilir və “Belə isə, bundan sonra dini sənə nə yalan saymağa vadar edir?” deyilir.
Buradakı “الدّين din” sözünü həm söz mənasında “qarşılıq” olaraq, həm də termin mənasında “şəriət [Allahın qoyduğu yaşam qaydaları, qanunları]” olaraq anlamaq mümkündür. Belə ki, bu günə qədər Peyğəmbərlər vasıtəsi ilə insanlığa göndərilən ismarıclarda həm axirət [qarşılıq] günü inancı vurğulanmışdır, həm də dünyaya aid yaşamın qayda və qanunları [şəriət] anladılmışdır.
Beləliklə də, insanın əhsən–i təqvim [mükəmməllik] üzərinə yaradılmış olma özəlliyi ilə bu özəllikdən kənara çıxılması halında “əsfəl–i safilin”ə [hüsrana, itkiyə, zərərə] sürüklənilməsi gerçəyi, qədim dinlər tərəfindən də mənimsənilmiş bir haldır. Əslində bu ayədə soruşulan sualla bütün insanlığa meydan oxunur:
“Biz, madam ki, ən mükəmməl şəkildə yaratdığımız insanı, iman etməsi və salihatı işləməsi üçün üstünlərin ən üstünü, iman etməyən və salihatı işləməyənləri də alçaqların ən alçağı edirik [ki, buna Peyğəmbər göndərilən bütün bölgələr şahiddir], belə isə qarşılıq gününü və Allahın qoyduğu nizamı yalan saymağa səni nə vadar edir? Necə olur ki yalan saya bilirsən?”
8Allah, hakimlərin ən üstün hakimi deyilmi?
Buradakı sual cümləsi sirli bir vəziyyətə cavab xüsusiyyətindədir və ədəbi yöndən də istifham–i inkari sənətini sərgiləyir. Surədə mövzu axışı içərisində zehinlərdə mövcud olan “Bütün bunlar niyə?” sualına yenə sual ilə cavab verilmişdir, amma sual ədatı mənfi cümlənin başında işlədilərək, məna müsbət hala döndərilmişdir.
Yəni, “Allah, ən yaxşı ədalət qaydalarını qoyan və ən yaxşı tətbiq edən, heç kimsəyə zülm etməyən deyilmi? O iman etməyənləri, salihatı işləməyənləri alçaqların ən alçağı edərək haqsızlıqmı edir? Bəs iman edib salihatı işləyənləri? Onları da üstünlərin ən üstünü etməklə digərlərinə haqsızlıqmı edir? Allah heç haqsızlıq edərmi?”
Aşağıda bu ifadələri dəstəkləyən bir çox ayədən ikisini təqdim edirik:
- 35Biz heç Müsəlmanlara günahkarlara etdiyimizi edərikmi? (Qələm/35)
- 28Yoxsa, iman edən və həmçinin saleh əməl işləyənləri Biz, yer üzündəki o pozğunçular kimimi edərik? Yoxsa Allahın qoruması altına girmiş o kimsələri din–iman tanımayıb pisliyə batanlar kimimi edərik? (Sad/28)
Bu hissədə Tin surəsinin 5–ci ayəsindəki “radədnahü [onu çevirdik, döndərdük]” ifadəsindəki failin bilavasitə Allahın özü olması məsələsinə aydınlıq gətirməyə çalışacağıq.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
Bölmə 50
- 1–3Egey bölgəsi xalqını, Ağdəniz bölgəsi xalqını, Orta şərq xalqını və Ərəbistan xalqını–dünyanın hər yerindəki insanları sübut göstərirəm ki, 4–6həqiqətən Biz, insanı ən gözəl biçimdə yaratdıq, sonra iman edənlər və düzəltmək yönündə işlər görənlərdən başqa–çünki onlar üçün kəsilməz bir mükafat vardır–onu alçaqların ən alçağına döndərdik.
- 7Elə isə, bundan sonra dini–qiyamət gününü yalan saymağa səni nə vadar edir?
- 8Allah, hakimlərin ən üstün hakimi deyilmi? (28/95, Tin/1–8)
5–ci ayədə diqqət edilməsi gərəkən bir məqam var, “radədnəhü [onu çevirdik, döndərdik]” ifadəsindən belə çıxır ki, bu işin faili bilavasitə Allahın özüdür. Amma belədirmi? Bu bölmədə bu mövzunu araşdıracağıq.
Bu məsələ Kəlam elmində belə bir sual ilə gündəmə gətirilmişdir: – “Qul, etdiyi hərəkətlərini [yaxşı, pis, xeyir, şər, iman, küfr kimi davranışlarını] özümü yaradır, yoxsa bu felləri yaradan Allahdırmı?”.
Müzakirə edilən bu mövzunun mahiyyəti, insanların uğradığı itkilərin hansı səbəblə, Allahın diləməsi səbəbindənmi, yoxsa insanların öz fəaliyyətləri nəticəsindəmi meydana gəlməsi məsələsidir.
Klassik tərtibdəki Rəsmi Düzülüşü istər orijinalından istərsə də tərcüməsindən oxumağa başlayan adam 14–cü ayədə aşağıdakı fikirlə qarşılaşır:
- 7Allah, onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur–onların gözlərinin üzərində pərdələr vardır. Və böyük əzab onlar üçündür. (Bəqərə/7)
Şüurlu bir oxucu bu ayədən belə nəticə çıxarır ki, “Bəzi insanlar Allah dilədiyi üçün kafir olmuşlar, buna görə də nə etsələr də, kafirlikdən qurtula bilməyəcəklər, onları xəbərdar etməyin bir faydası olmayacaq, bu kəslər mütləq cəzalandırılacaqlar”. Sonra da belə çıxır ki, Allah tərəfindən qəlbləri və qulaqları möhürlənərək, gözləri pərdələnərək kafir qılınan bu insanlara, yenə Allah tərəfindən əzab edilir. Bu halda oxucu bu uyğunsuzluqdakı ədalət məntiqini axtarmağa çalışar.
Müsəlmanların çoxu fikir verməsə də, Quranda bu mənaya gələn daha bir çox ayə mövcuddur. Həmçinin Quran, insanların qəlblərinin möhürlənməsi ilə yanaşı, daha başqa şəkillərdə də təsir altında buraxıldığını bildirir:
1– Qəlblərin möhürlənməsi:
- 7Allah, onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur–onların gözlərinin üzərində pərdələr vardır. Və böyük əzab onlar üçündür. (Bəqərə/7)
- 46De ki: “Heç düşündünüzmü, əgər Allah sizin eşitməyinizi və görməyinizi alarsa və qəlblərinizi möhürləyərsə, onları sizə Allahdan başqa gətirə biləcək ilah kimdir?” Bax, Biz ayələri necə açıqlayırıq. Sonra da onlar arxa çevirib mane olurlar? (Ənam/46)
23Yaxşı, sən, öz boş–dünyəvi arzusunu ilah qəbul edən və Allahın bir bilik üzrə özünü azdırdığı, qulağı və qəlbini möhürlədiyi və gözü üstünə bir pərdə çəkdiyi kimsəni gördünmü/heç düşündünmü? Artıq Allahdan sonra ona kim doğru yol bələdçiliyi edəcəkdir? Yenə də öyüd alıb düşünmürsünüzmü?” (Casiyə/23)
2– Qəlblərin damğalanması:
- 3Bu, onların iman etməkləri, sonra iman etməməkləri səbəbindəndir. Beləcə qəlblərinin üzərinə damğa vurulmuşdur, artıq onlar yaxşıca qavraya bilməzlər. (Münafiqlər/3)
- 154–158Və söz vermələri ilə birlikdə üstlərini/ən dəyərlilərini/Musanı Tura yüksəltdik. Və onlara: “O qapıdan boyun əyib təslimiyyət göstərərək girin” dedik. Yenə onlara: “Təfəkkür/qulluq günündə hədləri aşmayın” dedik. Sonra da onların öz sözlərini pozmaları, Allahın ayələrinə inanmamaqları, peyğəmbərləri haqsız yerə öldürməkləri və: “Qəlblərimiz örtülüdür/sünnətsizdir” deməkləri –əksinə Allah, küfrləri səbəbindən qəlblərinə damğa vurmuşdur. Onların azı xaricində, inanmazlar– və Allahın ilahlığına və rabliyinə inanmamaqları və Məryəmin əleyhində böyük böhtanlar söyləməkləri–“Biz, Allahın Rasulu Məryəm oğlu Məsih İsanı gerçəkdən öldürdük” deməkləri səbəbindən onlardan sağlam bir söz aldıq. Halbuki, Onu öldürmədilər və Onu asmadılar. Amma onlar üçün, İsa, bənzədildi. Gerçəkdən Onun haqqında anlaşılmazlığa düşənlər, qəti bir yetərsiz bilik içindədirlər. Onların zənnə uymaqdan başqa, bununla əlaqədar heç bir bilikləri yoxdur. Onu qətiyyən öldürmədilər. Əksinə Allah Onu, Özünə yüksəltdi/dərəcəsini artırdı. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nisa/154–158)
3– Qəlblərin sıxılması:
- 125Və sonra, Allah, kimi doğru yola yönəltmək istərsə, İslam üçün onun köksünü açar. Kimi də azdırmaq istərsə köksünü elə sıxar ki, o, göyə çıxırmış kimi olar. Bax budur, belə, Allah, pisliyi [zərər, əzab verən şeyləri] iman etməyənlərin üzərinə buraxar–atar. (Ənam/125)
4– Qəlblərin xəstələnməsi:
- 10Onların qəlblərində xəstəlik vardır–onların zehniyyətləri də pozuqdur, ona görə də Allah, onlara xəstəliyi–azğınlığı artırdı. Yalan söyləməkdə olduqlarından dolayı da onlar üçün acı bir əzab vardır. (Bəqərə/10)
- 125Qəlblərində bir xəstəlık olanlara–zehnyyəti pozulmuş kimsələrə gəlincə də–onların da pisliklərinin içinə pislik əlavə etmişdir. Və onlar, kafir–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən biriləri olaraq ölmüşdürlər. (Tövbə/125)
5– Qəlblərin ölməsi:
- 36Ancaq dinləyənlər qarşılıq verər. Ölüləri–onları da Allah dirildir. Sonra yalnızca Ona döndərilərlər. (Ənam/36)
- 122Ölü ikən özünü diriltdiyimiz və insanlar içində yeriməsi üçün özünə bir nur verdiyimiz kimsənin vəziyyəti, qaranlıqlarda qalıb oradan bir çıxış tapa bilməyənin vəziyyəti kimidirmi? Bax, budur, kafirlərə–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərə etməkdə olduqları işlər belə “bəzəkli və cazibəli” göstərilmişdir. (Ənam/122)
6– Qəlblərin paslanması:
- 14Qətiliklə onların düşündüyü kimi deyil! Onların qazandıqları, qəlbləri üzərinə pas olmuşdur. (Mutaffifin/14)
7– Qəlblərin qatılaşması:
- 74Sonra da qəlbləriniz qatılaşdı–bax budur, onlar, daş kimidir, hətta daha qatıdır. Və şübhəsiz daşlardan elələri vardır ki, onlardan çaylar fışqırır, elələri vardır ki, yarılır və ondan su çıxar, elələri vardır ki, Allahın hörmətlə, sevgi ilə, bilik ilə ürpərtisindən düşərlər. Allah etdiklərinizdən xəbərsiz, laqeyd deyildir. (Bəqərə/74)
- 22Yaxşı, Allah kimin köksünü İslama açarsa, o zaman o, Rəbbindən bir işıq üzərində olmazmı? Belə isə Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanlara yazıqlar olsun! Bax budur, onlar, açıq–aşkar bir pozğunluq içindədirlər. (Zümər/22)
8– Qəlblərin Haqqdan üz çevirməsi [insiraf]:
- 127Bir surə endirildiyində, bəzisi bəzisinə baxar: “Sizi bir kimsə görürmu?” Sonra arxa çevirib gedərlər. Gerçəkdən onlar, yaxşıca anlayıb qavramayan bir camaat olmaları dolayısıyla, Allah onların qəlblərini çevirmışdır. (Tövbə/127)
9– Qəlblərin təəssübü [hamiyət]:
- 26Həmçinin kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələr, cahiliyyə qalıntısı qürur və soy şərafətini, tutuculuğu öz qəlblərində alovlandırıb qışqırtdıqları zaman, dərhal Allah, Elçisinin və möminlərin üzərinə qəlbi təskin edən güvən və sakitləşmə duyğusunu/əhvali–ruhiyyəni endirmiş və o möminlərin “təqva/Allahın qoruması altına girmə” sözünə ilzam/müsbət təsir etmişdi/sadiq qalmalarını təmin etmişdi. Onsuz da onlar, buna layiq və əhil idilər. Allah, hər şeyi ən yaxşı biləndir. (Fəth/26)
10– Qəlblərin inkarı:
- 22Sizin ilahınız tək bir ilahdır. Artıq axirətə inanmayan bu kəslər–onların qəlbləri, tanıtmamağa çalışır və onlar, özlərinin böyük olduğuna inanan kimsələrdir. (Nəhl/22)
Bu ayələrin hamısında da elə görüntü yaranır ki, sanki Allah insanların iradələrinə müdaxilə edir və onları azğınlıq içində buraxır. Ancaq işin əsli belə deyildir.
Çünki mümkün deyil ki, Nisa surəsinin 40–cı ayəsində zərrə qədər belə haqsızlıq etməyəcəyini ifadə edən Uca Allah, ədalət barəsində normal bir insan ağlı tərəfindən şübhə ilə qarşılanacaq bir iş etsin. O halda bu görüntünün bir izahı olmalıdır.
Mövzunun araşdırılmasına başlamazdan öncə edilməsi gərəkən işlər:
1–ci iş, Rəbbimizin bəzi özəlliklərini xatırlamaq və onları mövzu boyunca nəzərə almaqdır. Belə ki:
Uca Rəbbimiz zalım deyildir. Yəni kafirliyi və möminliyi kimsəyə məcburi qədər olaraq yazaraq, tətbiq etdirmir. Əksinə O, insanları azad buraxmış, diləyənin kafir, diləyənin də mömin ola biləcəyini bildirmiş, hətta kafirlərin belə iman etməsinə imkan təmin etmək üçün tövbə qarşılığında çox bağışlayıcı olduğunu elan etmişdir.
Həmçinin Allah, qullarının kafir olmalarını istəmir, onların küfrünə razı deyildir:
- 7Əgər küfr edəcək–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edəcək/nankorluq edəcək olarsınızsa, bilin ki, şübhəsiz Allah sizə heç bir ehtiyacı olmayandır və O, qulları üçün, küfrə–nankorluğa razı olmaz. Və əgər özünüzə verilən nemətlərin qarşılığını ödəyərsinizsə, sizin üçün ona razı olar. Heç bir daşıyıcı, bir başqasının yükünü çəkməz. Sonra dönüşünüz yalnızca Rəbbinizədir. Beləcə, etmiş olduqlarınızı sizə xəbər verəcəkdir. Şübhəsiz O, sinələrin özündə gizli olanı yaxşı biləndir. (Zümər/7)
Elə əslində də belə olmasaydı, Allah elçilər göndərməz, kitablar endirməzdi. Çünki aqibətlərini başdan, özünün qədər olaraq təqdir etdiyi insanların, bu təqdirə uyğun olaraq cəhənnəmə getməsi qaçınılmaz olardı və beləliklə, xəbərdar edilmələrinə də gərək qalmazdı.
2–ci iş, Qurana müraciət etməkdir. Ancaq bu müraciət, Allahın göstərdiyi qaydalara uyğun olmalıdır.
Rəbbimiz bir mövzunun yaxşı anlaşılması üçün o mövzuyla əlaqədar bütün Quran ayələrinin diqqətə alınmasını və bu ayələrin xülasə olanından təfərrüat olanına qədər doğru sıralanmasını istəmiş, hətta bu istəyini qəti bir təlimat şəklində bildirmışdır:
- 114Bax budur, haqq olan, tək bir hökmdar olan Allah nə ucadır! Onun vəhyi sənə tamamlanmadan əvvəl, oxumağa–öyrətməyə tələsmə və “Rəbbim, Mənə biliyi artır!” de. (Ta Ha/114)
- 1–4Elif–1, Lam–30, Ra–200. Bu Quran, Allahdan başqasına qulluq etməyin–sadəcə Allaha qulluq edin deyə, ayələri, şərik qoşaraq edilən yanlışı–öz zərərlərinə işi və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar yerləşdirilmiş–pozulması əngəllənmiş, bir də ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan–sağlam edən, hər şeyin iç üzünü–gizli tərəflərini də yaxşı bilən tərəfındən ətraflı olaraq açıqlanmış bir kitabdır: “Şübhəsiz, Mən sizin üçün Onun tərəfındən bir xəbərdar edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddət sonuna qədər gözəlcə faydalandırsın. Və hər fəzilət sahibinə ərməğanlarını versin. Və əgər üz çevirərsinizsə, Mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnızca Allahadır. Və O hər şeyə gücü çatandır”. (Hud/1–4)
Beləliklə, bizim də burada edəcəyimiz iş, mövzu ilə əlaqəsi olan ayələrin ifadə etdiyi mənaları Quran üslubu ilə Qurandan öyrənmək olacaqdır.
Ancaq mövzunun qavranıla bilməsi üçün öncə “qəlb, möhür, möhürləmə, qəlbin möhürlənməsi” kimi qavramların, daha sonra da “Allahın qəlbləri möhürləməsi” ifadəsinin nə mənaya gəldiyinin əslinə uyğun şəkildə bilinməsi lazımdır.
Bu ifadələrlə əlaqədar açıqlamalar, İbn–i Manzurun Lisanül–Arab və Raqib əl–İsfəhaninin əl–Müfrədat adlı əsərlərindəki məlumatlara əsaslanaraq aparılmışdır.
Qəlb
“Qəlb” sözü “insanın ortası”, “özü” deməkdir. Buna görə də “ürəyə” də “qəlb” deyilmişdir. Ərəblər “ürəy”i, düşüncə və təfəkkürün mərkəzi olaraq bildikləri üçün zamanla “ağıl”a da “qəlb” deməyə başlamışdılar. “Ağıl”ın “qəlb” olaraq adlandırılması əslində ədəbi sənətlərdən “məhalliyyət məcazı mürsəli” yoluyla olmasına rəğmən, “ağıl” və “qəlb” kəlmələri getdikcə eyni mənalı isimlər olaraq görülmüş və beləliklə də doğru bir təmələ əsaslanıb, əsaslanmadığına baxmadan, bu istifadə “qəlb” və “ağıl” sözlərinin keçdiyi digər dillərdə də tətbiq sahəsi tapmışdır. Buna görədir ki, Quranda qəlb sözü qan vuran orqan olaraq deyil, ağlın, düşüncənin, bütün zehni funksiyaların mərkəzi olan “beyin” mənasında işlədilmişdir.
Möhür, Möhürləmə, Qəlbin Möhürlənməsi
Möhür/hatəm, “üzərində bir kimsənin və ya bir quruluşun adının qazılmış olduğu, imza yerinə keçən mədəndən, rezin və ya başqa bir maddədən düzəldilmiş alət, damğa” deməkdir. “الختم Möhürləmə/xətm” isə “الطّبع tab’ [damğalamaq, damğa basmaq]” demək olub, “xilqət və yaradılışda şəkil vermək” mənasına gəlir. “Təbii, təbiilik, təbiət” sözləri, damğalamaq, damğa basmaq mənasına gələn “tab” sözündən törədilmişdir. Zaman keçdikcə də insanların əşyaya şəkil vərmə işlərinə də “tab’“ deyilmiş və mədənə şəkil vermək mənasında [qılınc düzəldilməsi, pul çapı] kimi işlər üçün də “tab’“ sözü işlədilmişdir. Daha sonra kitab, jurnal, qəzet çapına da “tab’“ deyilməyə başlanmışdır ki, sözün günümüzdəki yayılmış mənası da budur. Bu mənaya gələn “mətbuat [çap]” və “mətbəə [çap evi]” sözləri də “tab’“ sözündən törədilmişdir. “الطّبع Tab’ [damğalamaq, damğa basmaq]” sözü, “الختم xətm [möhürləmə]” sözündən daha geniş bir məna ifadə etməsinə rəğmən, hər iki söz də Quranda eyni mənalı olaraq işlədilmişdir.
Möhürləmək sözünün məcazi mənası isə “Bir şey üzərinə örtü örtmək, içinə bir şey girməməsi üçün kilidləmək” deməkdir. Sözün bu mənası, dolaylı olaraq “ağlın yollarının tıxanması, yaxşı düşünməyə və bilgilənməyə əngəl olunması, ağlın işə yararlı olmaqdan çıxarılması” demək olan “qəlbin möhürlənməsi” deyimində də keçərlidir. Allahın qəlblər üzərinə möhür vurması, sözün bu məcazi mənası istiqamətində dəyərləndirilməlidir.
Allahın Qəlbləri Möhürləməsi və Damğalaması
Yuxarıda da qeyd edildiyi kimi, mövzunu əlaqədar Quran ayələrinin yardımı ilə araşdıracaq və Qurandan öyrənəcəyik. Ancaq ayələrə keçmədən öncə bu ayələrlə əlaqədar doğru dəyərləndirmə edilməsini təmin edəcək iki özəlliyi xatırlatmaq istəyirik:
Birinci özəllik, ayələrdə zikr edilən şəxslərin müəyyən olmasıdır. “Qəlblərinin, qulaqlarının möhürləndiyi müəyyən edilib, xəbərdarlığın özlərinə fayda vərməyəcəyi, heç bir zaman inanmayacaq olan inkarçıların hamısı da “الّذين əlləzinə” ism–i məvsuluyla ifadə edilib, “müərrəfat [tanınan, bilinən, müəyyən]” adamlardır.
Beləlikə də ayələrdəki “möhürləmə” ilə əlaqədar ifadələri öz ətrafımızdakı inkarçı olaraq bilinən kimsələr üçün işlətməyimiz doğru deyildir. Çünki, iman etmədikləri üçün, bizə qəlbləri möhürlüymüş kimi görünən bu kəslərin, gələcəkdə də iman etməyəcəklərini və daima kafir olaraq qalacaqlarını bilə bilmərik. Bunu ancaq Allah bilə bilir. Belə ki, qəlblərinin möhürlü olduğu və əsla iman etməyəcəkləri bildirilən adamlar, Allah tərəfindən Peyğəmbərimizə bir lütf olaraq bildirilmişdir.
İkinci özəllik, ayələrin möcüzə özəlliyidir. Aşağıda təqdim edəcəyimiz ayələr, Əbuləhəb örnəyində olduğu kimi, Peyğəmbərimizə gələcəkdən xəbər verilərək bildirilmişdir ki, onlarla artıq oyalanmasın, onlar ömür boyu iman etməyəcəklər. Buna görə də bu ayələr möcüzə özəlliyi daşıyan ayələrdir. Həqiqətən də bu adamlar ağıllarını başlarına almamışlar, qəlbləri möhürlü yaşamışlar və cəhənnəmlik olaraq ölüb getmişdilər.
Allahın qəlbləri damğalaması mövzusu Kəlam elmində “Qulların Etdiyi İşlərin Yaradılması” başlığı altında təməl mövzulardan biri olaraq araşdırılmışdır, gələcək mövzularda təqdim ediləcək.
Üzərində uzun mübahisələr edilmiş olan bu mövzuda Mutəzilə, Qədəriyyə, Cəbriyyə, Cəhmiyyə, Əşariyyə və Maturidiyyə kimi ekollar meydana çıxmış və hər məzhəb özünə görə əqli və nəqli qaynaqlar irəli sürmüşlər. Maraqlananlar, Kəlam kitabları səhifələrində edilən bu mübaisələri “Məvkıfu’l–Bəşər Taxtı Sultani’l–Qədər”, “Şərh–i Məvakif”, “Şərh–i Maqəsd”, “Şərh–i Əqaid”, “Fıkh–ı Əkbər” “Aliyyü’l–Kari Şərhi” və “Kitabu’t–Tövhid” adlı kitablardan təfsilatı ilə oxuya bilərlər.
Bu mövzunun üzərində ixtilaf və mübahisə olmayan birinci qaydası odur ki, bir tək olan, ortağı və bənzəri olmayan, ibadətə layiq tək yaradıcı olan Allah, maddə–enerji, canlı–cansız bütün varlıqların yaradıcısı olduğu kimi, bu varlıqların etdikləri işlərin də yaradıcısıdır. Bunlar istər yuxlamaq, düşünmək, böyümək, ürək döyüntüsü kimi iradə tətbiq edilmədən [iradədən kənar] edilən işlər olsun, istərsə də yaxşı–pis, gözəl–çirkin, xeyir–şər kimi xüsusiyyətlərə sahib, insanın öz seçimiylə edilən işlər olsun, bütün fellərin yaradıcısı Allahdır.
- 95,96İbrahim: “Əlinizlə yonduğunuz şeylərəmi tapınırsınız? Halbuki sizi və etdiyiniz şeyləri Allah əmələ gətirmişdir” dedi. (Saffat/96)
- 102Bax budur, Rəbbiniz Allah! Ondan başqa ilah yoxdur. Hər şeyin əmələ gətirənidir. Elə isə, Ona qulluq edin. O, hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir. (Ənam/102)
- 16De ki: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır.” De ki: “Allahın yaratdıqlarından o, öz özlərinə faydası ola bilməyən və zərər verməyə gücü olmayanları yardımçı, yol göstərən, qoruyan yaxınlarmı qəbul edirsiniz?” De ki: “Heç kor ilə görən bir olurmu? Ya da qaranlıqlarla aydınlıq bir olurmu?” Ya da Allaha, Onun kimi yaradan bəzi ortaqlar qoşdular ki, bu yaradılış onların fikrincə bir–birinə bənzərmi göründü? De ki: “Allah, hər şeyin yaradıcısıdır. Və O, birdir, hər şeydən üstündür və qəhr edəndir.” (Rad/16)
- 62Allah, hər şeyin yaradıcısıdır. O, hər şeyin “müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyan, dəstəkləyərək həyata keçirən”idir. (Zümər/62)
- 62Bax budur, hər şeyin yaradıcısı Rəbbiniz Allah budur. Ondan başqa ilah deyə bir şey yoxdur. O halda necə olur ki, döndərilirsiniz! (Mömin/62)
Göründüyü kimi, Uca Allah, ilahlığının vacib şərti olaraq, hər şeyin və hər işin əsl yaradıcısıdır. Beləliklə, dəlaləti də, hidayəti də yaradan Allahdır. Belə ki, dəlalət və hidayət şəklindəki bu iki yaradılandan hər hansı birini tərcih edən və o yöndə davranan isə insandır. Bu o deməkdir ki, hər felin yaradıcısı Allah, hər felin edilməsi üçün qərar qəbul edəni və törədəni isə insandır. Allah qullarına qabiliyyət və imkanlar vermiş, onların iradələrini azad qılmışdır. Seçim edə biləcək bir mühit olmasa, azad iradənin bir mənası olmaz. Ona görə də insana dəlalət və hidayətin birlikdə mövcud olduğu, seçim edə biləcək bir mühit yaradaraq, iradəsini ortaya qoymaq imkanı vermişdir. Yuxarıda Zümər surəsinin 7–ci ayəsində də gördüyümüz kimi, Allah qullarının pis hərəkətlərdə olmalarını istəmir. Ancaq azad buraxdığı qulun seçiminə də əngəl olmur. Hər şeyi öz biliyi, nəzarəti və təsərrüfündə saxlayan Allah, qullarının öz istəkləriylə də olsa dəlaləti seçmələrinə razı olmur, onlara verdiyi seçmə qabiliyyətini nəzərə alaraq, məmnun olmadığı halda belə qullarının bu tərcihlərinə izin verir.
Quranda əslində qullar tərəfindən işlənmiş yaxşı və pis bir çox felin faili olaraq Allahın görünməsi ona görədir ki, Allah qullarının işlədiyi fellərin yaradıcısıdır. Yoxsa Allah cəbr tətbiq edərək, insanı o işi etməyə məcbur etmir.
Aşağıdakı ayələrə bu anlayışla baxdıqda görürük ki, əsl faillər insanlardır:
- 100Allahın izni– biliyi olmadan, heç kimsə üçün iman etmək yoxdur. Və Allah, kirliliyi–əzabı ağılla hərəkət etməyənlərin üzərinə buraxar. (Yunis/100)
- 125Və sonra, Allah, kimi doğru yola yönəltmək istərsə, İslam üçün onun köksünü açar. Kimi də azdırmaq istərsə köksünü elə sıxar ki, o, göyə çıxırmış kimi olar. Bax budur, belə, Allah, pisliyi [zərər, əzab verən şeyləri] iman etməyənlərin üzərinə buraxar–atar. (Ənam/125)
- 53Şübhəsiz bu, bir cəmiyyət, özündə olanı dəyişdirənə qədər, Allahın, o cəmiyyətə nemət olaraq verdiyini dəyişdirməməsi və şübhəsiz Allahın ən yaxşı eşidən, ən yaxşı bilən olması səbəbindəndir. (Ənfal/53)
- 11Hər adam üçün, iki əlinin arasından və arxasından, Allahın işindən olaraq, ona nəzarət edib, onu qoruyan izləyicilər vardır. Gerçəkdə, bir xalq, öz mənliklərində olanı dəyişdirmədikcə, Allah heç bir şeyi dəyişdirməz. Və Allah, bir cəmiyyətə pislik istədimi, artıq onun geri çevrilməsi barəsində söz belə ola bilməz. Onlar üçün Onun yaratdıqlarından bir yardım edən, qoruyan, yol göstərən bir yaxın da yoxdur. (Rad/11)
- 16Və Biz, bir ölkəni dəyişikliyə–yıxıma uğratmaq istədiyimiz zaman, onun varlı və güc sahibi öndə gələnlərinə, haqq yolda olmalarını, haqq yolda başçılıq etmələrini əmr edərik və onlar, bunun əksinə, orada haqq yoldan çıxarlar. Artıq oranın üzərinə Söz haqq olar və Biz oranı kökündən darmadağın edərik. (İsra/16)
- 74Sonra onun ardından öz cəmiyyətlərınə elçilər göndərdik və onlar, onlara açıq–aşkar dəlillər gətirdilər. Amma daha əvvəl onu yalan saymaları səbəbi ilə inanmadılar. Bax budur, Biz, həddi aşanların qəlblərini belə damgalayarıq–möhürləyərik. (Yunis/74)
- 25Onlardan sənə qulaq asanlar vardır–halbuki Biz, onu qavrayıb anlamalarına/qəlbləri üzərinə qat–qat örtüklər və qulaqlarında bir ağırlıq əmələ gətirdik. Onlar, bütün əlamətləri–nümunələri görsələr də ona inanmazlar. Elə ki, o kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələr, sənə gəldiklərində, səninlə mübahisəyə girərək “Bu, öncəkilərin uydurma məsəllərindən başqa bir şey deyildir” deyərlər. (Ənam/25)
- 94,95Biz hansı şəhərə bir peyğəmbər göndərdiksə, onun xalqını tam yəqin bilin ki, yalvarıb yaxarsınlar deyə yoxsulluq və darlıqla yaxaladıq. Sonra pisliyin yerini yaxşılığa dəyişdirdik–sonunda çoxaldılar və “Atalarımıza da belə darlıq və sevinc toxunmuşdu” dedilər. Buna görə də onları dərhal, onlar heç fərqində deyillərkən anidən yaxaladıq.
- 96Və əgər o şəhərlərin xalqı inansaydılar və Allahın qoruması altına girsəydilər, əlbəttə üzərlərinə göydən və yerdən olan bolluqları açardıq. Və lakin onlar yalan saydılar. Biz də onları etməkdə olduqlarına qarşılıq yaxaladıq. (Əraf/94–96)
- 97–99Əcaba o şəhərlərin xalqı, gecə vaxtı yatmışkən özlərinə əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa o şəhərlərin xalqı, quşluq vaxtı mənasız işlərlə məşğul olarlarkən onlara əzabımızın gəlməcəyindən arxayın oldularmı? Elə isə, Allahın incə planından arxayın oldularmı? Ziyana uğramış camaatdan başqası Allahın incə planından özünü arxayın görməz.
- 100Və əvvəlki sahiblərindən sonra yer üzünə varis–son sahib olanlara bələdçi olmadımı, təsir etmədimi: “Əgər Biz dilərsək onları da günahlarına görə cəzalandırardıq. Biz onların qəlblərinin üzərinə damğa vurarıq–möhürləyərik və onlar da eşitməzlər.”
- 101,102Bax budur, o şəhərlər ki, sənə onların önəmli xəbərlərindən bir qismini anladırıq. And olsun ki, peyğəmbərləri onlara açıq–aşkar dəlillər ilə gəlmişdilər. Fəqət əvvəldən yalan saydıqları şeylərə iman etməmiş idilər. Bax budur, kafirlərin–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələrin qəlblərinin üzərinə Allah belə damğa basar– möhürlər. Onların çoxunda, verdiyi sözündə durma qaydasını görmədik. Gerçək bu ki, onların çoxunun yoldan çıxmış kimsələr olduğunu gördük. (Əraf/97–102)
- 42Və and olsun, səndən əvvəlki başçıları olan cəmiyyətlərə elçilər göndərdik və onları yalvarsınlar deyə dayanılmaz çətinlik–yoxsulluq və sıxıntılarla çevirdik.
- 43Onlara, çətin əzabımız gəldiyi zaman yalvarmaları gərəkməzdimi? Amma onların qəlbləri qatılaşdı və şeytan onlara etməkdə olduqları şeyləri cazibəli göstərdi.
- 44Deyərkən özlərinə xatırladılanı tərk etdiklərində, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeylərlə “sevincə qapılıb öyündünlər”, onları amansız yaxaladıq. Artıq onlar, ümidləri puça çıxanlar oldular.
- 45Beləlıklə şərik qoşaraq, küfr edərək yanlış–öz zərərlərinə iş görən topluluğun kökü kəsildi. Və bütün təriflər, aləmlərin Rəbbi Allahadır, başqası öyülə bilməz.
- 46De ki: “Heç düşündünüzmü, əgər Allah sizin eşitməyinizi və görməyinizi alarsa və qəlblərinizi möhürləyərsə, onları sizə Allahdan başqa gətirə biləcək ilah kimdir?” Bax, Biz ayələri necə açıqlayırıq. Sonra da onlar arxa çevirib mane olurlar? (Ənam/42– 46)
- 104Şübhəsiz Allahın ayələrinə inanmayan kimsələr; Allah onlara bələdçi olmaz və onlar üçün çox acı bir əzab vardır.
- 105Yalanı, yalnızca Allahın ayələrinə inanmayan kimsələr uydurar. Və bax budur, onlar, yalançıların tam özləridir.
- 106Hər kim imanından sonra küfr edər; Allahın ilahlığını və rəbbliyini bilərək rədd edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə–inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Bunlar üçün böyük bir əzab da vardır.
- 107Bu, onların dünya həyatını axirətə görə daha sevimli görmələrindan və şübhəsiz Allahın da kafirlər cəmiyyətinə–Özünün ilahlığını və rəbbliyini bilərək rədd edən bir topluluğa doğru yolu göstərməməsi səbəbindəndir.
- 108Onlar, Allahın qəlblərini, qulaqlarını və gözlərini damğaladığı/möhürlədiyi kimsədirlər. Maraqsız, biliksiz, laqeyd olanlar onların tam özləridir.
- 109Onların axirətdə ziyana uğrayanların tam özləri olduğuna şübhə deyə bir şey yoxdur.
(Nəhl/104–109)
- 14Qətiyyən onların düşündüyü kimi deyil! Onların qazandıqları, qəlbləri üzərinə pas olmuşdur. (Muttaffifin/14)
- 88Və onlar, “Bizim qəlblərimiz bağlıdır/heç bir şey işləməz” dedilər. Əksinə, Allah, gerçəyi bilərək rədd etmələrindən dolayı onları kənarlaşdırmış/mərhəmətindən məhrum buraxmışdır. Bundan dolayı çox azı iman edər! (Bəqərə/88)
- 93Və həmçinin Biz sizdən, “Sizə verdiyimiz Kitabı qüvvətlicə alın və dinləyin” deyə sağlam söz almış və sizin üstününüzü/seçkininiz Musanı Tura yüksəltmişdik/çıxarmışdıq. Demişdilər ki:– “Dinlədik və üsyan etdik/yaxşıca sarıldıq.” Və gerçəyi bilərək rədd etmələri üzündən qızılın ilahlığı qəlblərinə içirilmişdi. De ki: “Əgər inananlarsınızsa, inancınızın sizə əmr etdiyi şey nə çirkindir!” (Bəqərə/93)
- 154–158Və söz vermələri ilə birlikdə üstlərini/ən dəyərlilərini/Musanı Tura yüksəltdik. Və onlara: “O qapıdan boyun əyib təslimiyyət göstərərək girin” dedik. Yenə onlara: “Təfəkkür/qulluq günündə hədləri aşmayın” dedik. Sonra da onların öz sözlərini pozmaları, Allahın ayələrinə inanmamaqları, peyğəmbərləri haqsız yerə öldürməkləri və: “Qəlblərimiz örtülüdür/sünnətsizdir” deməkləri –əksinə Allah, küfr etməkləri–Özünün ilahlığını və rəbbliyini bilərək rədd etməkləri səbəbindən qəlblərinə damğa vurmuşdur. Onların azı xaricində, inanmazlar– və Allahın ilahlığına və rabliyinə inanmamaqları və Məryəmin əleyhində böyük böhtanlar söyləməkləri–“Biz, Allahın Rasulu Məryəm oğlu Məsih İsanı gerçəkdən öldürdük” deməkləri səbəbindən onlardan sağlam bir söz aldıq. Halbuki, Onu öldürmədilər və Onu asmadılar. Amma onlar üçün, İsa, bənzədildi. Gerçəkdən Onun haqqında anlaşılmazlığa düşənlər, qəti bir yetərsiz bilik içindədirlər. Onların zənnə uymaqdan başqa, bununla əlaqədar heç bir bilikləri yoxdur. Onu qətiyyən öldürmədilər. Əksinə Allah Onu, Özünə yüksəltdi/dərəcəsini artırdı. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nisa/155–159)
- 1Münafiqlər sənə gəldikləri zaman: “Biz, gerçəkdən şahidlık edirik ki, şübhəsiz sən, Allahın elçisisən” dedilər. Allah da bilir ki, şübhəsiz sən Onun elçisisən. Və Allah şahidlık edər ki, şübhəsiz münafiqlər, qətiliklə yalançıdırlar.
- 2Onlar, andlarını bir qalxan edib Allahın yolundan ayırdılar. Şübhəsiz onlar, etdikləri şeylər pis olan kimsələrdir.
- 3Bu, onların iman etməkləri, sonra iman etməməkləri səbəbindəndir. Beləcə qəlblərinin üzərinə damğa vurulmuşdur, artıq onlar yaxşıca qavraya bilməzlər.
- 4Onları gördüyün zaman da cüssəli görkəmləri,–sanki, onlar, dikəldilmiş/yarı geyindirilmiş ağac kötükləri kimidirlər, rəğbətini qazanmaqdadırlar. Söylədikləri zaman da qulaq verirsən. Hər fəryadı özləri əleyhində sanırlar. Onlar düşmənlərdir, buna görə də onlardan qaçınıb çəkinin. Allah onları qəhr etdi–necə də çevrilirlər! (Münafiqlər/1–4)
- 5,6Və onlara: “Gəlin Allahın Elçisi sizin üçün bağışlanma diləsin” deyildiyi zaman, başlarını yana çevirdilər. Sən, onların böyüklük göstərənlər olaraq üz çevirməkdə olduqlarını da görərsən. Sənin onlar üçün bağışlanma diləmən ilə diləməmən, onlar üçün birdir. Allah, onlara qətiyyən mağfirət etməyəcəkdir–onları bağışlamayacaqdır. Şübhəsiz Allah, haqq yolundan çıxmış bir cəmiyyətə bələdçilik etməz.
- 7Onlar: “Allahın Elçisi yanında olanlara heç bir xərcləməyə, maddi dəstəyə qatılmayın, sonunda dağılıb getsinlər” deyərlər. Halbuki göylərin və yer üzünün xəzinələri Allahındır. Ancaq münafiqlər yaxşıca qavramırlar.
- 8Deyərlər ki: “And olsun, Mədinəyə bir dönsək, güclü və qüruru çox olan, düşkün və zəif olanı əlbəttə, oradan sürüb çıxaracaqdır.” Halbuki güc, qürur və üstünlük Allahın, Onun Elçisinin və möminlərəndir. Ancaq münafiqlər bilmirlər.
- 9Ey iman etmiş kimsələr! Mallarınız və uşaqlarınız sizi Allahı anmaqdan yayındırmasın. Belə bir şeyi kim edərsə, artıq bax budur, onlar, zərərə, qeybə uğrayıb acı çəkənlərin tam özləridir.
- 10Və sizdən birinizə ölüm gələrək “Rəbbim! Məni yaxın bir müddət sonuna qədər gecikdirsən, mən də beləcə sədəqə versəm və salehlərdən olsam” deməzdən öncə, sizə ruzi olaraq verdiklərimizdən Allah yolunda xərcləyin.
- 11Allah, öz müddətinin sonu gəlmiş olan heç bir kimsəni əsla ertələməz də. Və Allah, etdiklərinizdən xəbərdardır. (Münafiqlər/1–11)
- 5Və o zaman Musa, cəmiyyətinə: “Ey cəmiyyətim! Şübhəsiz mənim, sizin üçün Allahdan göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət edirsiniz?” demişdi. Nə zaman ki, onlar yolundan əyilib azdılar, Allah da onların qəlblərini əyib azdırdı. Və Allah, haqq yoldan çıxmış bir cəmiyyətə bələdçilik etməz. (Saff/5)
- 86,87Və “Allaha iman edin və Elçisi ilə birlikdə zəhmət çəkin” deyə bir surə endirildiyi zaman, onlardan güc [mal, mülk, övlad] sahibi olanlar səndən izin istədilər və “Burax bizi oturanlarla bərabər olaq” dedilər. Geri qalanlarla birlikdə olmağı seçdilər. Onların qəlbləri də damğalandı/möhürləndi. Artıq onlar yaxşıca qavrayıb anlamazlar. (Tövbə/86, 87)
- 93Yol, ancaq zəngin olduqları halda səndən izin istəyən o kimsələrin əleyhinədir. Bunlar, geridə qalanlarla birlikdə olmağa razı oldular. Allah da onların qəlbləri üzərinə damga/möhür basdı. Bundan dolayı onlar bilməzlər. (Tövbə/93)
Yuxarıdakı ayələr bizə bu gerçəyi anladır: İnsanlar, qəlbləri, qulaqları Allah tərəfindən damğalandığı üçün kafir olmazlar, bilavasitə kafir olduqları üçün qəlblərini, qulaqlarını elmə və xəbərdarlığa qapamaqla öz–özlərini damğalayarlar. Çünki kafirlər, öz ağıllarına çox güvəndikləri üçün, Allahın xəbərdarlıqlarını dinləməz və Peyğəmbəri saymazlar. Belə etməklə ağıllarını da doğru işlətməmiş olarlar. Uca Allah isə insanların bu vəziyyətə öz azad iradələri ilə düşmələrinə izin verir, beləliklə küfr yolunu seçmiş olan bu insanların qəlblərini möhürləmiş olur.
Əslində elə batil inanclara dalan, özünü müstağni görən, zövq və səfaya dalan, həvasını ilah qəbul edən bu cür insanlar, qəlblərini, qulaqlarını tıxayaraq könüllərinə başqa bir inancın girməsinə izin verməzlər. Saydığımız özəllikləri səbəbiylə qəlblərini və qulaqlarını möhürlədiklərindən, Peyğəmbərlə yan–yana gəlsələr belə, Kitabı alıb oxusalar belə ayələrdən təsirlənməzlər. Çünki qəlbləri daşlaşmış, hətta daşdan daha betər bir qatılıq qazanmışdır:
- 111Və əgər Biz, şübhəsiz, onlara bir sıra güclər endirsəydik, onlara ölülər söz söyləsəydi və hər şeyi qarşılarına toplasaydıq, Allahın dilədiklərindən başqa, yenə inanmayacaqdılar. Və lakin onların çoxu cahillik edirlər. (Ənam/111)
- 5Və onlar: “Bizi özünə çağırdığın şeyə qarşı qəlblərimiz bir örtü/zireh içindədir, qulaqlarımızda bir ağırlıq, bizimlə sənin aranda da bir pərdə vardır. Artıq sən, edə biləcəyini et, biz də gerçəkdən edirik” dedilər. (Fussilət/5)
- 45Quran öyrənib–öyrətdiyin zaman səninlə Axirətə inanmayanlar arasında görünməz–gizli bir pərdə etdik. (İsra/45)
- 46Və onların qəlbləri üzərinə, onu qavrayıb anlamalarına mane olan qapaqlar, qulaqlarına da bir ağırlıq etdik. Və sən Quranda sadəcə Rəbbini “bir və tək” olaraq andığın zaman, “nifrətlə qaçar vəziyyətdə” dala–dala gedərlər.
- 47Biz, onların səni dinlədiklərində nə üçün dinlədiklərini, gizli danışmalarında da o şərik qoşaraq yanlış–öz zərərlərinə iş edən kimsələrin, “Siz, ovsunlanmış bir adamdan başqasına uymursunuz” dediklərini çox yaxşı bilirik. (İsra/46, 47)
- 31Və bu kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən bu kimsələr, “Biz qətiyyən, bu Qurana inanmarıq, ondan əvvəlkinə də…” dedilər. Sən şərik qoşaraq, küfr edərək yanlış–öz zərərlərinə iş görən o kimsələri Rəbbləri hüzurunda tutulmuş, sözü bəzisinin bəzisinə geri çevirdiyini bir görsən! Zəifliyə uğradılan kimsələr, böyüklük göstərən kimsələrə, “Əgər sizlər olmasaydınız, qətiliklə bizlər mömin kimsələr olardıq” deyəcəklər. (Səba/31)
- 27–29,31Yenə o kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd etmiş olan o kimsələr: “Ona Rəbbindən bir əlamət/nümunə endirilməli deyildimi, əgər özüylə dağların yeridildiyi, yerin parçalandığı və ya ölülərin danışdırıldığı bir Quran olsaydı…” deyərlər. De ki: “Şübhəsiz Allah, dilədiyini çaşdırar və könüldən bağlanan kimsələri–inanan və qəlbləri Allahı anmaqla zehnindəki, bütün sorğu–sual işarələrini aradan qaldıraraq rahata qovuşmuş adamları Özünə bələdçilər.” Gözünüzü açın! Qəlblər, yalnız və yalnız Allahı anmaqla–zehnindəki, bütün sorğu–sual işarələrini aradan qaldırmaqla rahata qovuşar. İman etmiş və düzəltmək yönündə işlər etmiş kimsələr–tuba–gözəlliklər, müjdələr və gözəl dönüş yeri sadəcə onlar üçündür. Əslində əmrin hamısı Allahındır. İman edənlər hələ anlamadılarmı ki, əgər Allah diləmiş olsaydı, qətiliklə insanların hamısına bələdçilik edərdi. İnkar edən kimsələr, Allahın vədi gəlincəyə qədər etdikləri ucbatından ya başlarına çətin bir bəla çatacaq və ya yurdlarının yaxınına enəcək. Şübhəsiz Allah, verdiyi sözdən dönməz/vəd edilən gələcək çaşdırmaz. (Rad/27– 31)
- 179Və and olsun ki, tanıdıqlarınızdan–tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törədib çoxaltdıq–onların qəlbləri vardır, onlarla anlamazlar. Gözləri vardır, onlarla görməzlər. Qulaqları vardır, onlarla eşitməzlər. Bax budur, onlar dörd ayaqlı heyvanlar kimidirlər. Hətta, daha da pozğunlaşırlar. Bax budur, onlar maraqsızlərin tam özləridir. (Əraf/179)
- 103Allah, bahirədən, saibədən, vasilədən və hamdan heç birini məsləhət görməmışdır. Ancaq kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən kimsələr, Allaha qarşı yalan düzüb uydururlar. Və onların bir çoxunun ağlı çatmaz. (Maidə/103)
- 12Şübhəsiz Allah, iman edib saleh əməllərdə olan kimsələri, altından çaylar axan cənnətlərə girdirir. İnkar edən kimsələr isə, qazanclanırlar və ətindən, südündən yararlanılan heyvanların yeməsi kimi yeyərlər, atəş də onlar üçün bir qonaqlama yeridir. (Məhəmməd/12)
- 10Və and olsun ki, Biz, səndən əvvəl keçmiş camaatlara da elçilər göndərdik.
- 11Və onlara hər hansı bir elçinin gəldiyini görən kimi, tam yəqinliklə bilin ki, onu lağa qoyurdular.
- 13Onlar endirilən kitaba–göndərilən elçiyə inanmazlar, halbuki, əvvəlkilər ilə əlaqədar qaydalarımız–həyata keçirməyimiz keçmişdir, sizə bildirilmişdir.
- 14,15Və Biz, onların üzərlərinə göy üzündən bir qapı açsaq və onlar oradan yuxarı yüksəlsələr belə, tam yəqinliklə bilin ki, “Gözlərimiz döndərildi–bulandırıldı. Əslində biz ovsunlanmış bir topluluğuq” deyəcəkdirlər. (Hicr/10–15)
- 146Yer üzündə, bütün ayələri görsələr də, onlara iman etməyən, doğrunun yolunu görsələr də, o yolu tutub getməyən, əgər pozğunluğun yolunu görərlərsə onu yol qəbul edən, haqsız yerə böyüklük göstərən bu kimsələri, ayələrimizdən uzaq tutacağam.” Bu, onların ayələrimizi yalan saymaları və onlardan qafil– laqeyd, maraqlanmayan kəslər olduqlarına görədir. (Əraf/146)
Kafirlərin bu vəziyyətlərinin əksinə olaraq isə, iman edənlər vəhyə qulaq verməklə özlərini məlumatlandırıb inkişaf etdirirlər, ağla gələrək və təfəkkür edərək özlərini doğruya çatdırırlar. Quranda möminlərin bu vəziyyətinə birbaşa və ya bilavasitə işarət edən onlarca ayə vardır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Ana Britannica Ensiklopediyası…”, cild 16, s. 340 və cild 32, s. 377.
[2] Lisanü’l–Arab, cilt 4, sf. 604, sefl mad.