VAQİƏ SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədəki “ الواقعة əl vaqiə” sözündən alan Surə Məkkədə nazil olan 46-cı Surədir. Ancaq Surə, rəsmi düzülüşü tərtib edən səhabə tərəfindən, məzmunu etibarilə bu Surəyə çox bənzəyən və Mədinədə nazil olan 97-ci, Rəhman Surəsinin ardınca tərtib edilmişdir. Ayələr arasındakı uyğunluq nəzərə alındığında görünür ki, Surə bir dəfəyə cəm halda enmişdir. Surəyə “ الواقية əl vaqiə [Qoruyucu]” və “ المنجية əl-Münciyə [Qurtarıcı]” adları da verilmişdir.

Surə qiyamət səhnələri ilə başlayır. Sonra axirətdə təşkil olacaq insan qrupları və bu qrupların qarşılaşacaqları nəticələr açıqlanmışdır. Həmçinin afaqi [təbii, ətraf mühit] və enfüsi [daxili] sübutlar göstərilərək, Allahın varlığı, birliyi və gücünün sonsuzluğundan bəhs edilmişdir. Bu sübutlarla, müşriklərin: “Biz, ölüb torpaq və sümük yığını olduqdan sonramı, biz həqiqətən qaldırılacağıq? Öncəki atalarımızdamı?” – tərzindəki suallarına da cavab verilmişdir.

Təəssüf ki, Vaqiə surəsi barədə peyğəmbərimizə isnad edilmiş bəzi rəvayətlər vardır. Onların fikrincə, bu ayəni oxuyanlar yoxsulluqdan qurtarıb, zəngin olacaqlar. Ancaq biz düşünürük ki, bu uydurmalar peyğəmbərimizə edilən iftiradan başqa bir şey deyil. Çünki Quranın əsas xüsusiyyətləri “öyüd” və “bələdçi” olmasıdır.

 

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ

MƏKKƏ DÖVRÜ

Nəcm: 128

8Bax budur, sağın əhli… Sağın əhli nədir?

9Və solun əhli… Solun əhli nədir?

10Önə keçənlər də önə keçənlərdir.

11Bax budur, önə keçənlər yaxınlaşdırılanlardır.

12Bax budur, önə keçənlər Nəim cənnətlərindədirlər.

13,14Bir çoxu əvvəlkilərdəndir, çox azı isə sonrakılardandır. 24Onlar, etdiklərinə qar­şılıq olaraq, 15ləl-cəvahiratlarla işlənmiş taxtlar üzərindədirlər. 16Qarşılıqlı olaraq on­ların üzə­rində söykənirlər. 17,23Ətraflarında qaynağından doldurulmuş dolçalar, sürahilər, qədəhlər vardır ki, ondan nə başları ağrıyar, nə də ağılları örtülər; xoşladıqları mey­vələr, ürəkləri istəyən quş əti; qorunmuş mirvarilər kimi iri gözlülər, heç böyüdülməyən uşaqlar dolaşarlar. 25Orada boş söz, lağlağı və günaha çə­kən şeyləri eşit­məzlər. 26Sadəcə, söz olaraq: “Salam, salam [sağ­lıq, salamatlıq, xoşbəxtlik]!”

27–34Və sağın dostları, nədir o sağın dostları! Onlar, tikansız albalı, meyvə düzülü bananlar/akasiyalar, uzanmış kölgələr, fışqıran su, kəsilməyən/tükənməyən və qadağan olunmayan bir çox meyvələr və yüksəldilmiş döşəklər üstündədirlər.

35Şübhəsiz Biz gilası, bananı, kölgələri, fışqıran suyu elə bir yaradılışla yaratdıq 36–38ki onları, sağın əhli üçün cəzbedici olan və hamısı bir nizamda heç toxunulmamışlar etdik.

39,40Bir camaat, çoxu əvvəlkilərdəndir. Bir camaat da sonrakılardandır.

41Və solun əhli… Nədir o solun əhli?

42–48Onlar içlərinə işləyən bir atəş və qaynar su içindədirlər. Sərin olmayan, se­vim­li olmayan, qapqara dumandan bir kölgə içindədirlər. Şübhəsiz, solun əhli bun­­dan əvvəl var-dövlət içində zövq və əyləncəyə dalanlar idilər. Və böyük günah – Allaha ortaq qoşmaq barədə israr edirdilər. Və: “Biz ölüb, torpaq və sümük yığını ol­­duqdan sonramı, biz həqiqətənmi qaldırılacağıq? Əvvəlki atalarımızdamı?”– deyirdi­lər.

Nəcm: 129

49,50De ki: “Şübhəsiz, əvvəlkilər və sonrakılar məlum bir günün bəlli vaxtında – görüş yerinə tam yəqinliklə bilin ki, toplanacaqlar. 51Sonra şübhəsiz ki, siz, ey pozğunlar, yalan sayanlar! 52Tam yəqinliklə bilin ki, zəqqumdan olan bir ağacdan yeyəcəksiniz 53Və qa­rınlarınızı onunla dolduracaqsanız. 54Sonra da onun üstündən qaynar su içəcəksiniz. 55Həm də susuzluq azarına tutulmuş dəvələrin içdiyi kimi içəcəksiniz”. 56Bax bu­dur, bu, din günündə onların ziyafətləridir.

57Biz sizi yaratdıq, təsdiq etməli deyilsinizmi? 58Yaxşı, töküb durduğunuz şeyi [spermanı, yumurtanı] heç düşündünüzmü? 59Sizmi əmələ gətirirsiniz onu, Bizmi əmələ gətiririk?

60,61Ölümü aranızda Biz nizamladıq, Biz! Və Biz sizi bənzərlərinizlə dəyiş­dirməyi­miz v­ə sizi bilmədiyiniz bir şəkildə yenidən inşa etməyimiz üçün qarşısı alınacaqlar/mane olunacaqlar deyilik.

62Və and olsun ki, ilk yaradılışı bildiniz, öyrəndiniz. Yaxşı, düşünüb öyüd almalı deyilsinizmi?

63Yaxşı, əkib durduğunuz şeyi heç düşündünüzmü?

64Sizmi bitirirsiniz onu, yoxsa Bizmi bitirənlərik?

65–67Biz diləsəydik, tam yəqinliklə bilin ki, onu quru bir çöp edərdik və siz “Şübhəsiz, biz borc altına girmiş insanlarıq! Daha doğrusu, biz hər şeyi əlindən alınmış, yoxsul buraxılmış insanlar imişik!” – deyərək çaşıb  qalardınız. 68Yaxşı, içdiyiniz suyu heç düşündünüzmü?

69Sizmi buluddan endirdiniz onu, yoxsa Bizmi endirənlərik?

70Diləsəydik onu duzlu edərdik. O halda qarşılığını ödəməli deyilsinizmi?

71Yaxşı, yandırdığınız o atəşi/oksigeni heç düşündünüzmü?

72Sizmi atəşin/oksigenin ağacını inşa etdiniz, yoxsa Bizmi inşa edənlərik?

73Biz atəşi/oksigeni bir ibrət/xatırlatma və çöl yolçularına bir fayda etdik.

74Elə isə böyük Rəbbinin adını arındır/nöqsanlıqlardan uzaq tut! Onun nöqsanlıq­lar­dan uzaq olduğunu öyrət!

(46/56, Vaqiə/49–74)

Nəcm: 130

75Artıq xeyr. Nəcmləri/hər endirilmədə gələn ayələrin yerlərini/zamanlarını, eni­şini sübut göstərirəm ki, 76və əgər bilirsinizsə, bu böyük bir sübutdur, 77heç şübhəsiz ki, o, şərəfli Qurandır. 78Mühafizə olunmuş/qorunmuş bir kitabdadır. 79Ona zehni/düşüncəsi/təfəkkürü təmizlənmişlərdən başqası təmas edə bilməz. 80O, aləmlərin Rəbbindən endirilmədir.

81Yaxşı, indi siz bu Sözü/Quranımı xor gorürsünüz?

82Və dolanışığınızı yalan sayaraqmı təmin edirsiniz/verilən ruzilərə yalan sayaraqmı qarşılıq verirsiniz?

(46/56, Vaqiə/75–82)

Nəcm: 131

83–85Ancaq can boğaza gəlib dayandığı zaman, siz də o zaman, onun qarşısında göz­lə­yirsiniz. Biz isə ona sizdən daha yaxınıq. Və lakin siz görməzsiniz.

86,87Yaxşı, əgər cəzalandırılmayacaqsınızsa, əgər doğrulardansınızsa boğaza gəl­ib çatmış, çıxmaqda olan canı geri çevirməli deyilsinizmi?

88,89Amma əgər o, yaxınlaşdırılanlardandırsa, artıq rahatlıq, gözəl ətirli ruzi və bol ne­mətlərin cənnəti vardır.

90,91Və əgər o, sağın əhlindəndirsə, artıq sənə sağın əhlindən salam!

92–94Amma əgər o, haqq yoldan azmış yalançılardandırsa, bax budur, qaynar su­dan bir ziyafət! Və cəhənnəmə atılma!

95Şübhəsiz, bax budur! Bizim çatdırdıqlarımız dəqiq bilikdir, həqiqətin məhz özüdür.

96Elə isə, böyük Rəbbinin adını arındır/Onun nöqsanlıqlardan uzaq olduğunu öyrət!

(46/56, Vaqiə/83–96)

TƏHLİL

Vaqiə/1-7ola­caq o hadisə baş verdiyi  zaman ki, o hadisənin olacağını təkzib elə­yən yoxdur. O,  hadisə alçaldıcıdır/yüksəldi­ci­dir – yer üzü şiddətlə sarsıl­dıq­ca sar­sıl­dığı, dağlar ova­landıqca ovalanıb, toza dumana dön­dəril­diyi və sizlər üç bərabər/təbəqə/sinif ol­du­ğunuz zaman  135biləcəksiniz.

Göründüyü kimi, 1-7-ci ayələr bir cümlənin “necə?” sualına cavab verən hissəsini təşkil edir. Cümlənin digər mənalarla tamamlanması burada verilməyib. Beləliklə, surənin 1-7-ci ayələrindən ibarət olan tamamlığın ilk sözü olan “اذا iza” ədatının mütləq, bağlandığı bir yer olmalıdır. “Olacaq olan o vaqiə olduğu zaman….” deyərək, davamında hər hansı bir açıqlama edilməzsə, bu ifadə boşda qalır, heç bir şey anlaşılmaz. Bu vəziyyət eynilə “Mən əsgərlikdə olanda…” deyib, sözü kəsməyə bənzəyir. Əslində sözün davam etdirilməsi, əsgərlikdə nələr olduğunun da açıqlanması lazımdır.

Keçmişdə, Quran üzərində tərtili diqqətlə edə bilməyən bəzi müfəssirlər, bu ayələri bir sıra təqdirlərlə anlamağa və anlatmağa çalışmışdılar.

Bunlardan Kurtubi ilə Razinin irəli sürdükləri düşüncələr aşağıdakılardır:

Bu ifadədə düşürülmüş, yox edilmiş ifadələr vardır. Yəni o vaqiənın gerçəkləşəcəyi zamanı xatırlayın. Əl-Cürcani dedi ki: “İza [zaman]” sıla [artıran]dır. “Vaqiə reallaşacaqdır” – deməkdir. Uca Allahın: “O saat yaxınlaşdı” [əl-Qəmər, 54/1] buyuruğu ilə, “Allahın əmri gəldi” [ən-Nəhl, 16/1] buyuruqları kimidir. Yenə bu buyuruq: “Oruc gəldi, yəni “oruc zamanı yaxınlaşdı” deməyə bənzəyir. Birinci görüşə görə isə, “iza [zaman]” vaxt bildirmək üçündür, cavabı da Uca Allahın “Əshabul-meymənə, nə ashabul-meymənədir? [8-ci ayə] buyuruğudur. [1]

Üçüncü Məsələ. “İza” ədatının ayədəki amili nədir? Fikrimizcə, bu xüsusda bu üç izah edilə bilər:

  1. Bunun amili, özündən əvvəl keçən bir feldir. Bu halda, “iza” ədatı, məfulünfih (yerlik hal) deyil, məfulünbih (təsirlik hal) olmuş olur. Əvvəlcədən olduğu düşünülən fel [amil] də, mahzuf (düşürülmüş) “uzkur”[xatırla ki]” felidir. Buna görə Haqq Təala, sanki “Qiyaməti xatırla” demiş olur.
  2. Bunun amili, “Ləysə li vakatiha kazibətün” ifadəsidir. Bu, sənin: “Cümə günü, mənim bir işim yoxdur” – deməyin kimi olur.
  3. Bunun amili, “qiyamət qopduğunda kimi alçaldılır, kimi yüksəldilir” kimi ifadələrdir. Bunun dəlili isə, ayədəki “hafizə, rafia” ifadələrinin yer almasıdır. Bunun amilinin, yenə ayədə keçəcək olan “əshab-i meymənə…” [Vaqiə/8] kəlməsinin olduğu da söylənmişdir ki, bu, “Qiyamətin qopduğu gündə, əshab-i meymənə…” deməkdir. [2]

Buradakı və təsbitini etdiyimiz bir çox yerdəki kimi, içindən çıxılmaz və Quranı anlaşılmaz edən problemlərin qaynağı, Qurandakı tərtilin, yəni olması məcburi olan düzülüşün, nəzərə alınmamasıdır. Ayələr endikləri sıra və nizam ilə tərtib edilsə, bu problemlər ortadan qalxır. Belə ki, buradakı problemi ortadan qaldırmaq üçün də Vaqiə surəsinin Ta Ha surəsinin davamı olduğunu xatırlamaq və Ta Ha surəsinin son ayəsi ilə Vaqiə surəsinin yuxarıdakı 1-7-ci ayələrini ard-arda düzmək kifayət edir.

Buna görə, Vaqiə surəsinin başındakı “iza” ədatının amili, Ta Ha surəsindəki “fəsəta’ləmunə [yaxında öyrənəcəksiniz]” felidir. Amma, göründüyü kimi, tərtib sırasında cümlə bölünmüş, ana cümlə ilə ana cümlənin tamamlığı arasına 35 surənin ayələrindən ibarət olan 222 səhifə həcmində bir divar hörülmüşdür. Biz, bunu səhv hesab edirik və Quranı anlaşılmaz hala salan bu vəziyyətin mütləq düzəldilməli olduğunu düşünürük.

Bəhs etdiyimiz tərtiblə əlaqədar düzəliş edildiyində, yəni Ta Ha surəsinin 135-ci ayəsi ilə Vaqiə surəsinin 1-7-ci ayələri birləşdirildiyində, paraqraf aşağıdakı şəkildə olur və ortada heç bir problem qalmır:

135De ki: “Hər kəs gözləməkdədir. Siz də gözləyin. Şübhəsiz, düz yolun sahib­lə­ri­nin kimlər olduğunu və kimlərin bələdçiləndiyi doğru yolu tapdığını ya­xında; Vaqiə/1-7ola­caq o hadisə baş verdiyi  zaman ki, o hadisənin olacağını təkzib elə­yən yoxdur. O,  hadisə alçaldıcıdır/yüksəldi­ci­dir – yer üzü şiddətlə sarsıl­dıq­ca sar­sıl­dığı, dağlar ova­landıqca ovalanıb, toza dumana dön­dəril­diyi və sizlər üç bərabər/təbəqə/sinif ol­du­ğunuz zaman  135biləcəksiniz.

Dəfələrlə qeyd etdiyimiz kimi, Qurandakı bəlağətli ifadələrin eyni bəlağətlə dilimizə çevrilməsi mümkün deyildir. Buna görə də, mövzumuz olan ayələrdəki ifadələrin mənalarını tam olaraq tərcümədə əks etdirməkdə acizliymizi bir daha səmimiyyətlə etiraf edir və seçilmiş sözlərin dərin mənalarını təqdim edirik.

الواقعة Əl vaqiə. “Olan, meydana gələn, olması qəti olan şey” mənasına gələn “vaqiə” sözü, burada “əl-vaqiə” şəklindəki müəyyən halıyla xüsusiləşmiş və qiyamətin adlarından birisi olmuşdur. “Əl-vaqiə” sözündən başqa Quranda qiyamət günü üçün “əl-Qariah”, “əl-Haqqah”, “əs-Sahhah”, “ət-Tamməh” kimi isimləşmiş sözlər də işlədilmişdir. Bunların hamısı da qiyamət hadisəsinin böyüklüyünü və ciddiyyətini əks etdirən sözlərdir. Yeri gəldikcə, hər birini ayrılıqda təhlil edəcəyik.

Burada “əl-vaqiə” sözüylə adlandırılmış olan “vaqiə” hadisəsi, Haqqa surəsində belə açıqlanmışdır:

  • 13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər. (Haqqa/13-17)  

Onun [o vaqiənin] olacağını heç kəs inkar edə bilməz. Ayədə keçən “كاذبة kazibətün” sözünün sonundakı “tün” əlavəsinin “vaqiətü” sözüylə uyğunluğu üçün işlədildiyini söyləyə biləcəyimiz kimi, sözə “mübaliğə” mənası qatdığına görə işlədildiyini də irəli sürə bilərik. Bəhs edilən əlavə, bu ikinci halda cümlənin belə bir mənaya gəlməsini təmin edir: “Bu olacaq vaqiə o qədər gerçəkdir ki, onun olacağını heç kim inkar edə bilmədi. Bütün ağıllı, məlumatlı, bilikli, şüurlu insanlar o vaqiənin gerçəkləşəcəyini söylədi, onu yalan saymadı. Onun gerçəkləşəcəyini söyləyən hər kəs, bu sözü ilə doğrunu söyləmiş olur.”

Bəhs edilən “vaqiə”nin gerçəkləşəcəyi və onu son ana qədər yalan sayanların hadisənin gerçəkliyi qarşısında bu yalan saymalarından əl çəkəcəkləri, müxtəlif üslublarla başqa ayələrdə də dilə gətirilmişdir:

  • 84Sonra da nə zaman qəzəbimizi gördülər: “Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” – dedilər.  (Mömin/84)
  • 47Allahdan özləri üçün dönüş yeri olmayan, geri çevrilə bilməyəcək gün gəlmədən öncə Rəbbinizin çağırışlarına qarşılıq verin. O gün  sizin üçün sığınacaq bir yer yoxdur, sizin üçün tanınmayacaq hala düşmək/tanınmamaq yoxdur. (Şura/47)
  • 1–3İstəyənin biri “yüksəlmə zamanları”nın sahibi Allahdan onu qoruyacaq kimsənin olmadığı, qarşısı alınmaz, kafirlərə məxsus olan “haqq olan əzab”ı istədi. (Məaric/1- 3)   

O [o vaqiə], alçaldandır, yüksəldəndir. Paraqrafın bu bölməsi yenə Quran tərəfındən daha əvvəl Ta Ha surəsinin 105-112-ci ayələrində açıqlanmışdı:

  • 105–107Səndən dağlar haqqında soruşurlar. De ki: “Rəbbim onları sovurduqca sovuracaq­dır. Beləliklə, onları dümdüz boş bir halda buraxacaq. Orada bir çuxur və bir təpə görməyəcəksən”.
  • 108O gün heç bir əyriliyi/səhvi olmayan o dəvətçiyə uyarlar və Rəhman üçün səslər qısılmışdır. Artıq sadəcə, yüngül bir səs eşidəcəksən.
  • 109O gün Rəhmanın özünə izin verdiyi və söz sarıdan məmnun olduğu insanlar istisna olmaqla, kömək/dəstək fayda verməz.
  • 110Allah kömək görməyənlərin önlərindəki və arxalarındakı şeyləri bilir. Onlar isə Onu biliklə əhatə edə bilməzlər.
  • 111Və insanlar diri və bütün yaratdıqlarına nəzarət edən Allah üçün baş əymişdir. Bir şərikə bulaşaraq səhv/öz zərərlərinə iş edən insanlar, həqiqətən zərərə uğra­mış­dır.
  • 112Və hər kim iman edən biri olaraq, quruculuq yolunda fəaliyyət gostərərsə, artıq o, bir haqsızlıqdan və haqqının azaldılacağından qorxmaz. (Ta Ha/105-112)

Burada, alçaltma və yüksəltmənin “hadisə”yə aid edilməsi məcazəndir. Bunun bir başqa nümunəsi də Səba surəsinin 33-cü ayəsindədir. İnsanların hiylə etmələri orada məcazən gecə və gündüzə aid edilmişdir.

Ayədə “hadisə” ilə nəyin alçalıb, nəyin yüksələcəyi açıq şəkildə söylənməmiş, düşürülmüşdür. Ancaq “alçalma” və “yüksəlmə” qavramları ərəblərdə həm məkan, həm də status üçün işlədilir. Məsələn, məkan üçün “alçaq yer”, status üçün də “izzət” mənasında işlədilməsi kimi. Buna görə, ifadənin həm “kainata aid alçalma və yüksəlmə”, həm də “insanlara aid alçalma və yüksəlmə” şəklində anlaşılması mümkündür.

Kainata aid alçalma və yüksəlmədən Quranda bir çox ayədə bəhs edilmişdir:

  • 5Dağlar da atılmış rəngli yun kimi olar. (Qariyə/5)
  • 1,2Ey insanlar! Rəbbinizin qoruması altına girin! Şübhəsiz ki, qiyamətin qopma anının sar­sıntısı çox böyük bir şeydir. Onu görəcəyiniz gün, hər əmzikli qadın əmiz­dir­di­yin­dən əl çəkər. Və hər hamilə qadın daşıdığını buraxar. Və sən insanları sərxoş ol­madıqları halda, sərxoş kimi görərsən. Hələ Allahın əzabı çox şiddətlidir.      (Həcc/1, 2) 
  • 14O gündə ki, yer və dağlar sarsılır və dağlar əriyib, axan bir qum yığınına dönür. (Müzzəmmil/14)
  • 1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman Özünə toplar.(Zilzal/1-3 )    

Yeddinci ayənin başındakı “و və” bağlayıcısı cümləni “ وقع vaqiə” felinə bağladığından, ayənin mənası “və sizlər üç bərabər [sinif] olduğunuz zaman öyrənəcəksiniz” deməkdir. Beləliklə, Ta Ha surəsinin 135-ci ayəsindəki “biləcəksiniz” feli, yenə bir zərf tamamlığı olan bu ayəni də əhatə etmiş olur. Bu halda Ta Ha/135 ilə başlayan cümlə tam olaraq bu mənanı ifadə edir:

  • 135De ki: “Hər kəs gözləməkdədir. Siz də gözləyin. Şübhəsiz düz yolun sahib­lə­ri­nin kimlər olduğunu və kimlərin bələdçiləndiyi doğru yolu tapdığını ya­xında …. və sizlər üç paralel sinif ol­du­ğunuz zaman biləcəksiniz” (Ta Ha/135)

Yəni Rəbbimiz bu ifadə ilə, insanların məhşərdə üç qrupda toplanacağını bildirərək, ağıllı insanları ölmədən, məhşərə çıxmadan, iş işdən keçmədən, olacaqları “eynəlyəqin” və “haqqalyəqin” öyrənmədən ağıllarını başlarına almağa dəvət edir. Bu hadisələr gerçəkləşdikdən sonra peşmançılığın fayda verməyəcəyi də, yenə bu ayələrin ismarıcına daxildir. Buradakı “sizlər” şəklindəki xitab hər nə qədər Quranın endiyi dövrdəki insanlara və indiki oxuculara müraciət edirmiş kimi görünürsə də, əslində ilk insandan qiyamət gününə qədərki bütün nəsillərə yönəlikdir.

8Bax budur, sağın əhli… Sağın əhli nədir?

9Və solun əhli… Solun əhli nədir?

10Önə keçənlər də önə keçənlərdir.

8-ci ayənin “ف fa-i təfsiliyyə [detallandırma fa-sı]” ilə başlaması onu göstərir ki, 7-ci ayədə bəhs edilən üç sinfin açıqlanmasına burada başlanır.

8-10-cu ayələrdə edilən açıqlamaya görə, insanlar axirətdə üç sinifdə toplanacaqlar:

 Sağın əshabı

 Solun əshabı

 Sabikun [önə keçənlər, öhdəliyi öncə edənlər]

8-ci və 9-cu ayələrdə, “sağın əshabı” və “solun əshabı” üçün “Sağın əshabı nədir?” və “Solun əshabı nədir?” şəklində bir sual cümləsi yer almışdır. Daha əvvəl Qariah surəsində qarşılaşdığımız, irəlidə də Haqqah surəsində qarşılaşacağımız “sözün təkrarı ilə edilən sual cümlələri” diqqət çəkmək, məsələnin əhəmiyyətini qeyd etmək və bunun təəccüb döğuracaq bir hal olduğunu bəyan etmək üçün işlədilən bir ifadə tərzidir.

10-cu ayədə, “السّابقون əs-Sabikun” sözünün təkrarlanması ilə, mübtəda və xəbərdən ibarət olan bir isim cümləsi əmələ gətirilmişdir. Diqqət çəkmək üçün istifadə edilmiş bir ifadə tərzi ilə əmələ gətirilən bu cümlənin mənasını da, dilimizə “önə keçənlər, həqiqətən öndə olmağı haqq etmiş insanlardır” şəklində açıqlamaq mümkündür.

“Sağın Əshabı” və “Solun Əshabı” ifadələrinin nə mənaya gəldiyi, daha öncə Bələd surəsinin 18, 19-cu ayələrinin təhlilində açıqlanmışdı. Ancaq faydalı olacağını düşünərək, bəhs edilən açıqlamaları burada da təkrar edirik:

Əshabül-meymənə: Lüğətlərdə ميمنة [meymənə] sözü üçün يمين  [yəmin, and] və ya يمن  [yumn] sözlərindən törədiyinə görə, “sağ əl” və ya “uğurlu/bərəkətli” qarşılıqları verilmişdir. Kəlmənin يمن [yumn] sözündən törədiyi qəbul edilirsə, əshabü‘l-meymənə deyimi, “bəxti yaxşı olan, bərəkətli, xoşbəxtlik sahibi” mənasına gəlir. Əgər and sözündən törədiyi qəbul edilərsə, bu təqdirdə də “sağ əl” mənasına gəlir və ayədə “yüksək mərtəbə” mənasında işlədildiyi anlaşılır. Çünki ərəblər üçün “sağ əl”, qüvvət və şərəfin simvoludur. Belə ki, hörmət edilən insanlar məclislərdə sağ tərəfdə oturdulur və bir kəsə verilən dəyər فلان منّى باليمين [fulanun minni bi‘l-yəmin=o mənim sağ qolumdur (əlimdir)] ifadəsi ilə müəyyən edilirdi. Bu ifadə günümüzdə də eynilə işlədilir.

Əshabül-məşəmə: مشئمة [məş’əmə] sözü, شئم [şum] kəlməsindən törəmiş olub, “uğursuzluq, bəxtsizlik” deməkdir. Ərəblər, şuma [uğursuzluq] sözü ilə شمال [şimal=sol əl] sözünü eyni mənada işlətdiklərindən, lüğətlərdə şuma sözünün mənası, “sol əl” olaraq qeyd edilmişdir. Səfərə çıxan bir insanın sol tərəfindən bir quşun uçmasını uğursuzluq sayan ərəblərdə, “sol əl”, zəifliyin və zillətin simvoludur. Belə ki, əhəmiyyətsiz və aşağı mövqedə görülən insanlar məclislərdə sol tərəfdə oturdulur və bir insanın dəyərsiz olduğu منّى بالشّمال فلان [fulanun minni biş-şimal=o mənim sol qolumdur] ifadəsi ilə müəyyən edilirdi. Xülasə olaraq, المشئمة اصحاب [əshabu’l-məş’əmə], Allahın aşağıladığı bədbəxt insanlardır və Onun hüzurunda sol tərəfdə olacaqlardır.

Önə keçənlər. “Önə keçmək” ifadəsi, bir yarışı xatırladır. Əslində Rəbbimiz də Quranda bizləri bir çox işlərdə ortaq şəkildə hərəkət etməyə, yaxşı işlərdə yarışmağa dəvət etmişdir:

  • 17–20Qətiyyən sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi üstün/hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulu doyuzdurmaq üçün bir-birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına, elə bir acgözlüklə yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi! (Fəcr/17, 20)  
  • 1–3Yaşadığınız dövrün insanlıq halı sübutdur ki, iman edən, qurub-yaratmaq naminə çalışanlar, bir-birinə haqqı tövsiyə edənlərdən/bir-birinin olmazsa olmazı sayanlardan, öyüd verən və səbri tövsiyə edənlərdən/ bir-birinin olmazsa olmazı sayanlardan başqa, bütün insanlar, tam əminliklə bilin ki, tam bir itki, zərər, bədbinlik, ağrı-acı içindədirlər. (Əsr/1-3) 

Və Al-i İmran/133, Hədid/21, Tövbə/100, Mömin/61 və Hədid/10.

Bilirik ki, Sünnətüllahda qarşılıq əməl cinsindəndir:

  • 6–13Ad qövmünə, sütunlar sahibi İrəmə ki, diyarlar içində belə bir mənzərə görünməmişdi, vadilərdə qayaları kəsən Səmud qövmünə, o payaların/dirəklərin sahibi, möhtəşəm orduları olan/görünməmiş işgəncələr edən Firona Rəbbinin nə etdiyini görmədinmi/düşünmədinmi? Onlar ki, o ölkələrdə yollarını azmışdılar. Beləliklə də, oralarda pozğunçuluğu çoxaltmışdılar. Ona görə də Rəbbin onların üzərlərinə əzab qamçısı yağdırdı. (Fəcr/6-13)  

O halda, dünya həyatında salihatı işləməkdə yarışıb önə keçənlər, dünyada necə öndə yer aldılarsa, axirət həyatında da istər cənnətə girişdə, istərsə də nemətlərə yetişməkdə yenə öndə yer alacaqlardır.

11Bax budur, önə keçənlər yaxınlaşdırılanlardır.

Bir öncəki ayədə “ السّابقون əs sabikun [önə keçənlər, öndə olanlar]” ifadəsi ilə xarakterizə edilənlər, bu ayədə bir az daha açıqlanmış və “ مقرّبون muqarrəbun [yaxınlaşdırılanlar]” olaraq xarakterizə edilmişdir.

Yaxınlaşdırılmağın nə demək olduğu isə Səba surəsində açıqlanmışdır:

  • 37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər. (Səba/37)

Göründüyü kimi, Rəbbimiz, burada “muqarrəbun” olaraq xarakterizə etdiyi insanların kimlər olduğunu Səba surəsində açıqlamış və bunların “iman etmiş, salihatı işləmiş” insanlar olduğunu açıq şəkildə bəyan etmişdir.

12Bax budur, önə keçənlər Nəim cənnətlərindədirlər.

8-10-cu ayələrdə bildirilən axirətdəki insan qruplarının mövqeləri bu ayədən etibarən açıqlanmağa başlanmış və ilk olaraq da, “əs sabikun [önə keçənlər]” – dən bəhs edilmişdir. Beləliklə, anladılmağa da öncə “öndə olanlar” sinfindən başlanmışdır.

Ayədə “onlar cənnətlərdədir” deyilməyərək, “Nəim cənnətlərindədirlər” deyilməsi diqqət çəkir. “Nəim” sözü lügətdə “bol, çox, sonsuz nemətləri olan” deməkdir. Dünyadakı bağ, bağça və bostanlar daima baxım, budama, sulama kimi zəhmət tələb edir və yorğunluğa səbəb olur. Lakin “önə keçənlər”ə vəd edilən Nəim cənnətlərinin dünyadakılar kimi külfəti olmayan, sırf yararlanmağa və səfa sürməyə yönəlik olduğu anlaşılır. “Əs-Sabikun”a verilən “Nəim cənnətlər”i müjdəsi, surənin 88, 89-cu ayələrində təkrar gündəmə gələcəkdir.

13,14Bir çoxu əvvəlkilərdəndir, çox azı isə sonrakılardandır.

“Əs-Sabikun” haqqında məlumat verən bu ayələrdə “əvvəlkilər” və “sonrakılar” ifadələri ilə kimlərin qəsd edilmiş olduğu diqqətlə düşünülməlidir.

Əgər “əvvəlkilər” və “sonrakılar” ayrılışının “zaman”a görə edildiyi və ayrılışı müəyyən edən zaman olaraq da, bu ayələrin endiyi dövr qəbul edilərsə, Nəim cənnətlərindən yararlanacaq olanların çoxunun peyğəmbərimizin elçilik vəzifəsi etdiyi dövrdən əvvəl yaşayanlardan olduğu, çox azının da bu dövrdən sonra yaşayacaqlardan olacağı anlaşılır. Ancaq bu cür qəbul edilmələrinə baxmayaraq, bəziləri Nəim cənnətlərindən yararlanacaq olanlarının çoxunun “Muhəmməd ümmətinin ilklərindən”, çox azının da sonrakılarından olduğunu iddia etmişdilər. Belə ki, axirətə, məhşərə aid bəyanların normal olaraq, ilk insandan son insana qədər hər kəsi əhatə etməli olduğu xüsusu nəzərə alınarsa, bəziləri tərəfindən edilən bu ayrılışın doğru olmadığı dərhal görünə bilir. Əgər “əvvəlkilər” və “sonrakılar” ayrılışının “zaman”a görə deyil, “hadisə”yə görə edildiyi qəbul edilər və “hadisə” olaraq da, hər hansı bir Allah elçisinin etdiyi dəvət qəbul edilərsə, onda aydın olur ki, Nəim cənnətlərindən yararlanacaq olanların çoxu elçilərin dəvətlərinin ilk dövrlərində onlara dəstək verənlər, azı da bu dövrlərdən sonra yaşayanlardır. Bizə görə, yuxarıda tərcümələri verilən ayələrdən Hədid surəsinin 10-cu və Tövbə surəsinin 100-cü ayələri bu görüşü dəstəkləyir.

Əslində yuxarıdakı görüşlərdən hansı qəbul edilərsə edilsin, Rəbbimizin bu ayələrdə bizlərə vermiş olduğu bu iki ismarıc heç dəyişməyəcəkdir:

  1. Sabikun ölçüsündə cənnət haqq edənlərin sayları daima azalır.
  2. Çətin dövrlərdə işlənən əməl, normal dövrlərə nisbətən daha dəyərlidir.

24Onlar, etdiklərinə qar­şılıq olaraq, 15ləl-cəvahiratlarla işlənmiş taxtlar üzərindədirlər. 16Qarşılıqlı olaraq on­ların üzə­rində söykənirlər. 17,23Ətraflarında qaynağından doldurulmuş dolçalar, sürahilər, qədəhlər vardır ki, ondan nə başları ağrıyar, nə də ağılları örtülər; xoşladıqları mey­vələr, ürəkləri istəyən quş əti; qorunmuş mirvarilər kimi iri gözlülər, heç böyüdülməyən uşaqlar dolaşarlar. 25Orada boş söz, lağlağı və günaha çə­kən şeyləri eşit­məzlər. 26Sadəcə, söz olaraq: “Salam, salam [sağ­lıq, salamatlıq, xoşbəxtlik]!”

Qeyd: Bu bölmə,  Rəsmi düzülüşdən fərqli tərtib edilmişdir.

Bu ayə qrupundakı bəzi ifadələrin mənaları təhrif edilmiş və belə qənaətlər meydana gətirilmişdir ki, qadınlar sanki kişilərə təqdim edilən bir zövq mənbəyidir. Buna görə də, əlaqədar ayələr üzərində bir qədər durmaq və mənalarını diqqətlə təhlil etmək lazımdır.

Klassik əsərlərə baxıldığında görünür ki, Allah kişilərə üstünlük verir və qadınları ikinci sinif insan olaraq yaradıb. Bu, yanlış bir təsəvvürdür. Əlbəttə, Quranda belə bir ayrılışın, üstünlüyün edildiyini düşündürəcək hər hansı bir məna tapmaq mümkün deyildir. Beləliklə, kişi hegemonluğu mədəniyyətlərinin pəncərəsindən baxaraq, qadına aşağı mövqelər biçən dini görüşlər, Qurana uyğun gəlmir. Ona görə də İslama zidd bu cür görüşlər ehtiva edən tərcümə və təfsirlərə də son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Ayələrin mənalarında təhriflər mövcud olan bu cür əsərləri onunla əlaqələndirmək olar ki, tərcümə və təfsir araşdırması edənlərin hamısı kişilər olublar. Mömin qadınların bu sahədə ortaya qoyacaqları araşdırmalar, qadın mövzusundakı yanlış dəyərləndirmələrin ortaya çıxarılmasında əhəmiyyətli faydalar təmin edəcəkdir.

Mövzumuzla əlaqədar təhlilə başlayarkən, qəti olaraq bilinməli və heç ağıldan çıxarılmamalı olan bəzi məqamların vurğulanmasını vacib hesab edirik:

Fiziki və bioloji quruluşumuz, üzərində yaşadığımız dünya şəraiti ilə uyğunluq halındadır. Məsələn, işığı görə bilməyimiz üçün gözlərə, yaşamağımızı davam etdirə bilməyimiz üçün ağ ciyər, qara ciyər, mədə, böyrək kimi daxili orqanlara, nəslimizi davam etdirmək üçün də törəmə orqanlarına sahibik. Bütün bu sistemli quruluşlar, kainatın fəaliyyət qaydalarına uyğun olaraq, həyatımızı davam etdirməyə xidmət edən bir quruluşu inikas etdirir. Lakin axirətdə yaşayış və yaşayış şərtləri dəyişəcəkdir (Hicr/48). Bizim bu dünya yaşayışına uyğun olan ağlımızla, düşüncə tərzimizlə, fərasətimizlə istər cənnət, istərsə də cəhənnəm olsun, axirətdəki şərtləri, o yaşayışın reallıqlarını qavraya bilməyimiz mümkün deyildir. Buna görə də, axirətlə əlaqədar olan xüsuslar [məsələn, cənnətdəki nemətlər] bizə həmişə simvolik olaraq, nümunələri göstərilərək ifadə edilmişdir (Rad/35, Muhəmməd/15). Əslində elə axirəti təsvir edən ayələri tam olaraq təhlil etdikdə aydın olur ki, biz oradakı yaşayışa uyğun olan bir quruluşda olacağıq, yəni yenidən dirildildiyimizdə bilmədiyimiz başqa bir şəkildə inşa ediləcəyik.

Quranın açıq ifadələrinə görə cənnətdə ölüm, xəstəlik, yorğunluq, aclıq, susuzluq kimi qavramların heç birinin varlığından bəhs olunmayacaqdır. Orada nemətlərin yeyilməsi, içilməsi ehtiyacdan deyil zövqdən, səfadan olacaqdır. Rəbbimiz oradakılara heç bir məhdudiyyət gətirməyəcək və istədikləri hər şeyi lütf edəcəkdir (Fussilət/31). Cənnətdə heç bir qadağanın olmadığını, oraya girməyə haqq qazanmış möminlərə istədikləri hər şeyin veriləcəyini bildirən ayələrə əsaslanaraq demək olar ki, cənnətdə cinsi həzz və zövq istəyənlərə də bu istəklərinin veriləcəyini düşünmək əlbəttə ki, mümkündür. Amma bu həzz və zövqlərin təmin vasitəsi olaraq orada da dünya həyatındakı həyat yoldaşları kimi, kişilər üçün qadın cinsindən, qadınlar üçün kişi cinsindən həmtaylar veriləcəyini düşünmək doğru deyil. Çünki Nisa surəsinin 57-ci ayəsində axirətdə veriləcəyi qeyd edilən həyat yoldaşları, bəhs etdiyimiz ayələrdə və Tur surəsinin 20-ci ayəsində bəhs edildiyi kimi, axirətə məxsus və orada yaradılacaq olan həyat yoldaşları olacaq. O həyat yoldaşları dünya həyatındakı həyat yoldaşları ilə qarışdırılmamalıdır. Dünya həyatında bir-birindən fərqli inanc və əməlləri olan həyat yoldaşları, əgər haqq etmişlərsə, övladları, ana-atalarıyla bərabər cənnətə girəcəklər (Rad/23). Amma cənnət səhnələrinin anladıldığı bölmələr yaxşı tədqiq edildiyində aydın olur ki, cənnətdəki bu bərabərlik dünyadakı həyat yoldaşları, ana, ata, övlad mövzuları ilə deyil, dost, yoldaş mövzusu ilə reallaşacaq.

Axirətlə əlaqədar Quran məlumatlarının, xülasə olaraq yenilənməsindən sonra, mövzu ilə əlaqədar təhlillərdəki ikinci mərhələdə, ərəb dilindəki bəzi texniki incəliklər təhlil edilməlidir. Digər bir çox dil kimi, ərəb dili də, sözlərində müzəkkər [kişi cinsi] və müənnəs [qadın cinsi] ayrılışı olan bir dildir. Məsələn,  dilimizdə, istər qadın, istərsə də kişi olsun, üçüncü şəxslər sadəcə, “o” əvəzliyi ilə ifadə edilərkən, sözlərində kişi və qadın cinsi ayrılışı olan ərəbcədə üçüncü şəxs əvəzliyi olaraq kişilər üçün “hüvə”, qadınlar üçün “hiyə” sözləri işlədilir. Sözlərdəki kişi-qadın cinsi ayrılışı ərəbcədə sadəcə şəxs əvəzliklərinə məxsus olmayıb, isim, fel və ədat cinsindən bütün sözlərin quruluşunda da görünür.

Həmçinin ərəbcədə kişi-qadın cinsinə ayrılan sözlər əhatəsində ələ alına biləcək başqa ümumi qaydalar da mövcuddur. Bu qaydalar aşağıdakılardır:

  Bütün çoxluq bildirən sözlər qadın cinsində ifadə edilirlər.

–  Cansız əşyalar ümumiyyətlə məcaz olaraq, qadın cinsi qəlibi ilə ifadə edilirlər.

– Qanun, status, idarəçilik kimi kütlə ilə əlaqədar rəsmi yazılar həmişə kişi cinsində ifadələrlə yazılırlar.

Ərəbcənin bu qaydaları, ərəbcə enmiş olan Quranda da eynilə tətbiq edilmiş və bütün cəm halda olan sözlər və cəm halda olan əşya adları qadın cinsində olan quruluşlarla ifadə edilərkən, kütləyə yönəlik hökmlərdə həmişə kişi cinsində sözlər işlədilmişdir. Ancaq Quranda keçən bu ifadələrdəki kişilik və ya qadınlıq, sözlərin sadəcə dil texnikası baxımından lazım olan bir şəkil şərtini ifadə edir. Buna görə də o sözlərlə ifadə edilən varlıqların gerçək cinsiyyətlərini göstərmir.

Məsələn, aşağıdakı ayədə “qorunub çəkinənlər” olaraq tərcümə etdiyimiz “müttaqin” sözü “cəm’i müzəkkər [cəm halda kişi cinsində]” bir sözdür:

  • 2–4Bax budur, bu kitab – özündə heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, sa­la­atı iqamə edən, onları ruziləndirdiyimiz şey­lər­dən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nı­şıq­la­rını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qo­ru­ması altına girənlər – ki, bunlar, axirətə də qətiliklə inanırlar – üçün bir bə­ləd­çidir.            (Bəqərə/2-4) 

Əgər ərəb dilinin yuxarıda qeyd etdiyimiz “kütləyə yönəlik hökmlərin kişi cinsində sözlərlə ifadə edilmə qaydası” bilinməz və ya nəzərə alınmazsa, bu ayədən “qorunub çəkinənlərin, qeybə inananların və salaatı iqamə edənlərin həmişə kişilər olduğu” kimi səhv bir məna çıxarıla bilər.

Eyni şəkildə, yenə bu qayda bilinmədən və ya nəzərə alınmadan, Möminlər surəsinin 1-11-ci ayələri də səhv dəyərləndirilə bilər:

  • 1Qətiliklə, inananlar vəziyyətlərini qorudular/zəfər qazandılar.
  • 2Onlar salaatlarında göstərişsiz/səmimi olan kimsələrdir.
  • 3Və onlar boş şeylərdən üz çevirən kimsələrdir.
  • 4Və onlar zəkatı işləyən/vergini verən kimsələrdir.
  • 5–7Və onlar iffətlərini qoruyan kimsələrdir, həyat yoldaşları və ya sözləşmələrinin sahib olduqları ayrı, çünki buna görə qınanmazlar, lakin bundan o yana getmək istəyənlər… Bax budur, onlar  sədlərı aşanların məhz özləridir.
  • 8Və onlar əmanətlərinə və andlaşmalarına riayət edən kimsələrdir.
  • 9Və onlar salaatlarını qoruyan kimsələrdir.
  • 10,11Bax budur, içində təməlli qalacaqları Firdevs cənnətinə son sahib məhz onlar olacaqlar.

                                                                                                                  (Möminlər/1-11)   

Göründüyü kimi, 1-ci ayədə keçən “möminlər” sözü kişi cinsində və cəm haldadır. Söz kişi cinsində və cəm halda olduğuna görə, ayədən hərfi olaraq “möminlərin kişi olduğu” yolunda yenə səhv bir məna çıxarmaq mümkündür. Digər tərəfdən, eyni qaydaya uyğun olaraq, 2-11-ci ayələrdə yer alan və kişi cinsində və cəm halda “möminlər” sözünə aid edilmiş olan bütün “onlar” sözləri və “onlar” sözüylə ifadə edilən insanların xüsusiyyətləri də kişi cinsində sözlərlə ifadə edilmişdir. Beləliklə, kişi cinsində olan ifadələrə baxaraq Möminlər surəsinin 1-11-ci ayələrindən ibarət olan bölmədə açıqlananların qadınlarla heç əlaqəsi olmadığı qəanaətinə varmaq olar. Əlbəttə ki, bu cür yaxınlaşma səhvdir və dinimiz yönündən son dərəcə qorxunc nəticələrə yol aça bilən bir mahiyyətdədir. Çünki yuxarıdakı nümunələrdən başqa, salaat, oruc, infaq, sədəqə, cihad, tövbə kimi Qurandakı bütün əmrlər və qadağalar kişi cinsi formasında ifadə edilmişdir. Ərəbcədəki bu əhəmiyyətli qaydanı bilməmək və ya bu qaydanı heç nəzərə almamaq, insanı Qurandakı əmr və qadağalarla əlaqədar olaraq qadınların Allahın müxatibi olmadığı və ya qadınların mükəlləf qılınmadığı kimi səhv qənaətlərə aparıb çıxara bilər.

Məsələn, aşağıdakı ayələrə baxaraq cənnətin sadəcə kişilərə məxsus olduğu kimi səhv bir fikrə düşmək olar:

  • 31–37Qətiliklə, Allahın qoruması altına girənlər üçün Rəbbindən – göylərin, yerin və bu ikisi arasındakıların Rəbbindən, Rəhmandan bir qarşılıq və yetərli bir ianə olaraq sığınacaqlar/qurtuluş məkanları – sulanan bağlar/bağçalar, üzümlər, hamısı bir səviyyədə tumurcuqlar – çiçək bağçaları, dolu-dolu su qabları vardır. Onlar orada boş bir söz və yalan eşitməzlər. Onlar Onun hüzurunda söz söyləməyə güc yetirə bilməzlər. (Nəbə/31-37) 

Halbuki, qadınların da Allahın əmr və qadağalarına müxatib olduqları və öhdəlikləri üçün vacib olanları yerinə yetirməkdən məsul tutulacaqları mübahisəsizdir. Bunun kimi, cənnət də mükafat olaraq, qadın və kişi ayrılışı olmadan, Rəbbimiz tərəfindən bütün haqq edənlər üçün hazırlanmışdır. Buna zidd görüş və qənaətlərə düşmək, qatı bir cəhalətdən və qavrama qabiliyyətini itirmiş bir məntiqdən başqa heç bir şeylə açıqlana bilməz. Bu cəhalət və təhrifedici  məntiqin yol aça biləcəyi ən rəzil nəticə isə, birilərinin çıxıb, “Allah da kişidir” deyə bilməsidir. Belə ki, Uca Rəbbimizi tanıdan ayələr də kişi cinsində sözlərlə ifadə edilmişdir və cəhalətin qaranlığında meydana çıxmış bir məntiqin Qurandakı kişi cinsində sözlərə baxaraq, belə bir bataqlığa saplanması çox uzaq bir ehtimal deyildir.

Mövzumuz olan ayələrin mənalarının təhrif edilməsi də yenə yuxarıda qeyd etdiyimiz qaydalardan birinin bilinməməsindən, ya da çirkin niyyətlə nəzərə almamasından qaynaqlanır. Bəhs etdiyimiz bu qayda, cəm halda olan sözlərin qadın cinsində olan quruluşla ifadə edilməsi qaydasıdır. Mövzumuz olan ayələrdəki mənaca təhrif etmək, bəhs etdiyimiz qaydaya uyğun olaraq, qadın cinsində işlədilmiş olan sözlərin mənalarının da qadınlaşdırılması şəklində həyata keçirilmişdir. Əslində isə ayələrdəki sözlərin qaydaya uyğun olaraq, qadın cinsində olmaları onların həqiqətən də qadın olduqları mənasına gəlmir. Bu cəm halda olan sözlərin, görünüşdəki qadınlıqlarından başqa, məna olaraq qadınlıqla heç bir əlaqələri yoxdur.

Məsələn, Rəhman surəsinin aşağıdakı ayələrində bəhs edilən həyat yoldaşları, hər nə qədər də qadın cinsində sözlərlə ifadə edilmişlərsə də, həqiqətdə cinsiyyəti qadın olan həyat yoldaşları olduqları mənasına gəlmirlər:

  • 56Oralarda daha öncə bilinən, bilinməyən, keçmiş, gələcək heç kimsə tərəfindən toxunul­ma­mış – əl və göz dəyməmiş, baxışlarını dikənlər vardır. (Rəhman/56)  
  • 70O meyvələrin içlərində yaxşılıqlar/gözəlliklər vardır.
  • 71Yaxşı, siz ikiniz Rəbbinizin qadir olduqlarının/bənzərsiz gücünün, bənzərsiz nemətlə­ri­nin hansını yalan sayırsınız?
  • 72Çadırlara qapanmış parlaq gözlülər vardır.
  • 73Yaxşı, siz ikiniz Rəbbinizin güc yetirdiklərinin – bənzərsiz gücünün, bənzərsiz nemətlə­rinin hansını yalan sayırsınız?
  • 74Bunlardan öncə onlara bilinən-bilinməyən heç kimsə toxunmamışdır. (Rəhman/70-74)  

Bu həyat yoldaşlarının nə cinsiyyətlə, nə də hansı cins olmaqla əlaqəsi vardır. Ayələrdə keçən “toxunulmamış” sifətindən, Rəbbimizin cənnətə girməyə haqq qazananları axirətdə kimsənin bilmədiyi yeni yaradılmış həyat yoldaşları ilə taylaşdıracağı anlaşılır. Bu həyat yoldaşlarının insan tərəfindən bilinməyən cinsdən olduqları söylənildiyinə görə, “dişi” olaraq xarakterizə edilmələri də doğru bir yaxınlaşma deyildir.

Savadsızlıq və ya çirkin niyyətlərlə edilən təhriflərdən biri də, bu həyat yoldaşları ilə əlaqədar olaraq, dini kültürümüzə səhv keçmiş olan “huri” sözü haqqındadır.

Huri” sözünün nə mənaya gəldiyinin yaxşı anlaşılması üçün xüsusi olaraq, aşağıdakı ayələrin təhlil edilməsi lazımdır:

  • 51–57Şübhəsiz ki, Allahın qoruması altına girənlər, Rəbbindən bir ərməğan olaraq, təhlükəsiz bir məqamdadırlar, bağçalarda və bulaqlardadırlar. Onlar, üz-üzə oturaraq, incə ipəkdən və parlaq atlasdan libaslar geyərlər. Bax budur, belə! Biz onları iri qara gözlülərlə/ən ideal tiplərlə qoşalaşdırdıq. Onlar, orada əminliklə hər çeşid meyvəni istəyə bilərlər. Onlar orada ilk ölümdən başqa bir ölüm dadmazlar. Və Allah onları cəhənnəm əzabından qorumuşdur. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür. (Duhan/51-57)
  • 17–20Şübhəsiz ki, Allahın qoruması altına girənlər, Rəbbinin özlərinə verdiyi ilə sıra-sıra düzülmüş taxtlara söykənərək, zövqü-səfa sürərək, cənnətlərdədirlər, nemətlər içindədirlər. Və Rəbbi onları cəhənnəm əzabından qorumuşdur. Biz onları iri gözlülərlə qarşı-qarşıya da əyləşdirdik: “Etdiklərinizə qarşılıq nuşcanlıqla yeyin, üçün!”
  • 21Və iman edən, soyları da iman ilə özlərinə uyan insanlar… Bax budur, Biz onların soylarını da özlərinə qatdıq. Özlərinin əməllərindən heç bir şey əskiltmədik. Hər kəs öz qazandığı ilə girovdur.
  • 22Onlara canlarının istədiyi meyvələr və ətlərdən bol-bol sərgilədik.
  • 23Orada özündə boş söz, axmaqlama və günaha batma olmayan bir qədəhi bölü­şür­lər.
  • 24Və özlərinə aid bir sıra gənclər, onların ətrafında dönərlər, sanki onlar sədəflərin içində qorunmuş inci kimidirlər.
  • 25–28Bir-birlərinin üzünə dönüb, soruşurlar: “Doğrusu, biz daha öncə ailəmiz içində qorxanlardan idik. Allah bizə lütf etdi və bizi içimizə işləyən əzabdan qorudu. Şübhəsiz, biz daha öncə, Ona yalvarırdıq. Şübhəsiz ki, O, yaxşılıq edənin, acıyanın məhz özüdür”. (Tur/17-28)
  • 41–49Bax budur, Allahın arıdılmış qulları! Onlar özləri üçün müəyyən bir ruzi, meyvələr olan­lardır. Bol nemət cənnətlərində qarşılıqlı olaraq taxtlar üzərində ikram görən­lərdir. İçənlərə ləzzət verən, bulaqdan doldurulmuş, özündə zərərli bir tərəfi olmayan, sərxoşluq da verməyən ağappaq bir qədəhlə onların ətrafında dolaşılır. Yanlarında da gözlərini özlərinə dikmiş iri gözlülər vardır. Qorunmuş yumurta kimidir onlar. (Saffat/41-49) 

Bu ayənin daha yaxşı anlaşılması üçün 40-49-cu ayələrdən ibarət olan bölmənin oxunmasını məsləhət görürük.

Yuxarıdakı ayələrdə “parlaq iri gözlülər” olaraq tərcümə etdiyimiz sözlər “حور hur” və “ عين ayn” sözləridir.

Hur” sözü “parlaq qara göz” deməkdir. Ağı çox ağ, qarası da çox qara [parlaq, fərli] olan ceyran gözü, sığır gözü kimi gözlər üçün işlədilir. [3] Quruluş etibariylə cəm halda olan bu söz, həm kişi cinsində olan “havər” sözünün, həm də qadın cinsində olan “ حوراء həvra” sözünün cəmidir. Yəni həm kişilərin, həm də qadınların gözlərini ifadə edir.

“ عين ayn” sözü isə “qarası çox, geniş gözlülər” [4] mənasındadır. Bu söz də həm kişi cinsində olan “a’yün” sözünün, həm də qadın cinsində olan “ayna’” sözünün cəmidir. “ayn” sözü, ərəblərin iri gözlü qadınlar üçün işlətdikləri “ إمرئة عيناء imrəətün aynaün ” və iri gözlü kişilər üçün işlətdikləri “ اعين رجل racülün a’yünün” ifadələrinin hər ikisini də məna olaraq əhatə edər.

Həm “hur” həm də “ıyn” sözləri ilə ifadə edilən gözlər, ərəblərin çox bəyəndiyi göz tipləridir və həm qadının, həm də kişinin gözəlliyini anlatmaq üçün işlədilir.

“Hur” və “ıyn” sözləri birlikdə “Hurun aynün” kimi işlədildiyində, məna da “iri, parlaq, geniş gözlülər” demək olur. Ayələrdə cənnətdə verilən həyat yoldaşları xarakterizə edildiyindən, bu xüsusiyyət “iri parlaq gözlü həyat yoldaşları” mənası qazanır. Buna görə də, bir çox tərcümə və təfsirdə keçən “iri parlaq gözlü hurilər” ifadəsi səhv bir tərcümədir. Çünki “parlaq gözlülər” deyiləndə, “hur” sözü hərfi mənada yox edilməlidir. Bizə görə, “huri” sözüylə əlaqədar bu günkü səhv inanc da, sifətlərin insanlaşdırıldığı bu yanlış tərcümədən qaynaqlanır. Bu səhv tərcümənin əsaslandığı səhv anlayış isə “hur” və “ıyn” sözlərinin qadın cinsi olaraq anlaşılmasıdır ki, əldəki bilik və sənədlərə görə bu anlama xətası ilk olaraq Həsən Bəsri ilə başlamış, sonradan da yüzlərlə yalan və əsassız rəvayətlə dəstəklənmişdir.

Bu ayə qrupunda kimiləri tərəfindən irəli sürülmüş olan bir səhv anlayış daha vardır ki, əxlaqa uymayan bu anlayış 17-ci ayədə bizim “böyüdülməyən uşaqlar” olaraq çevirdiyimiz ifadə ilə əlaqədardır. Təəssüf ki, bəziləri bu ifadənin “azğın, pedofil kişilərə homoseksual əlaqələri üçün verilən oğlanlar” mənasına gəldiyini irəli sürmüşlər və belə bir əxlaqsızlığı cənnətin mükafatı imiş kimi göstərmişdilər. Əslində isə, bizə görə “böyüdülməyən uşaqlar” ifadəsi “böyüməyən, yaşlanmayan, xəstələnməyən, ölməyən və bir uşağun ən sevimli dövründə, yəni 3-5 yaşlarındakı halında olan (robot kimi) uşaqlar” mənasına gəlir.

25, 26-cı ayələrdən anlaşıldığına görə, cənnətdə, içindəki möminləri xoşbəxt edəcək hər cür nemətin mövcud olmasından başqa, onları orada narahat edəcək boş söz, yalan, qeybət, söyüş, gurultu, lağ kimi xoş olmayan şeylər də olmayacaqdır. 26-cı ayənin sonundakı “salam” ifadəsinin mənası “salam” sözü deyil, bunun mənası olan “sağlam, səlim söz” deməkdir.

  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24) 

Və Ğaşiyə/11, Nəbə/31-36 və  İbrahim/23-ə baxmaq olar.

27–34Və sağın dostları, nədir o sağın dostları! Onlar, tikansız albalı, meyvə düzülü bananlar/akasiyalar, uzanmış kölgələr, fışqıran su, kəsilməyən/tükənməyən və qadağan olunmayan bir çox meyvələr və yüksəldilmiş döşəklər üstündədirlər.

Yuxarıda, 8-ci ayədə “əshab-i meymənə” şəklində ifadə edilən qrup, burada “əshab-i yəmin” olaraq ifadə edilmişdir. Hər iki ifadə də “sağın əshabı” deməkdir. Eyni məna iki fərqli sözlə ifadə edilərək, “növlərə ayırma” sənəti tətbiq edilmişdir.

Bu ayə qrupunda, cənnətdə sağın əshabına veriləcək nemətlər açıqlanmışdır. Ancaq bu açıqlama dünya həyatındakı nemətlərin adları ilə edilmişdir. Buradan da axirətdəki nemətlərin insanın tanımadığı, bilmədiyi, ağlının çatmadığı, idrak edə bilmədiyi fövqəladə şeylər olduğu anlaşılır.

Belə ki, Rəbbimiz cənnət təriflərinin bir “nümunə” olduğunu bildirmişdir: 

  • 14,15Yaxşı Rəbbi tərəfindən açıq-aşkar bir dəlil üzərində olan kimsə, işinin pisliyi özünə bəzəkli göstərilən və boş – dünyəvi arzularına uyan insanlar kimi atəşdə sonsuz olaraq qalacaq olan və qaynar su içirilərək, bağırsaqları parça-parça olan kimsələr kimidirmi? Allahın qoruması altına girənlərə vəd edilən cənnətin örnəyi: “Orada pozulmayan təmiz sudan, dadı dəyişilməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan bulaqlar vardır. Onlar üçün cənnətdə hər çeşid meyvə və Rəbbindən bir bağışlanma vardır. (Muhəmməd/14-15)    

35Şübhəsiz Biz  gilası, bananı, kölgələri, fışqıran suyu elə bir yaradılışla yaratdıq 36–38ki, onları sağın əhli üçün cəzbedici olan və hamısı bir nizamda heç toxunulmamışlar etdik.

Bu ayələrdəki ifadələr, ənənəvi tərcüməçilər tərəfindən ayələrdə keçən xüsusiyyətlərin “müsəlman qadınlar” və ya “hurilər” kimi, ayələrdə mövcud olmayan subyektlərə şamil edilərək təhrif edilmişdir. Təhrif edilmiş mövzulardan olan “urub”, “ətrab” və “əbkar” xarakterizə etmələri, 35-ci ayədəki qadın cinsində olan “hünnə [onlar]” əvəzliyi ilə əlaqədar olub, bu əvəzliklə qəsd edilənlər də bir öncəki ayə qrupunda sayılmış olan cənnət nemətləridir. “Hünnə [onlar]” əvəzliyinin şamil edilə biləcəyi bir “qadınlar” ifadəsi nə bu ayə qrupunda, nə də bundan əvvəlki ayə qrupunda mövcud deyil. Burada “onlar [hünnə]” əvəzliyi ona görə qadın cinsindədir ki, ərəb dilindəki qaydaya görə, yuxarıda açıqladığımız kimi, “cəm sözlər qadın cinsində ifadə edilir”.

Təhrif mövzusu olan xarakterizə etmələr tək-tək təhlil edildiyində bunun başqa cür ola bilməyəcəyi daha konkret bir şəkildə ortaya çıxır:

عرب Urub. “Urub” sözü, klassik mətnlərdə həmişə qadınlara şamil edilmiş və aşağıdakı ifadələrlə mənalandırılmışdır:

  Həyat yoldaşlarını çox sevən, həyat yoldaşlarına aşiq olan qadınlar;

  Sevgisini gözəl sözlərlə ifadə edən, çox sevən qadın;

  Nazlı, nazlanan qadın;

  Sözləri gözəl qadın;

  Həyat yoldaşlarına sevgilərini izhar edən qadınlar;

  Həyat yoldaşına olan sevgisini gözəl sözlərlə, nazlı ədalarla aşkar edən qadın;

  Həyat yoldaşının özündən daha artıq zövq və ləzzət alması üçün, ərinə sevgi ilə itaət edən gözəl qadın;

  Həyat yoldaşlarını çox sevənlər;

  Danışdıqları ərəbcə olan qadın;

Lügətlərə görə “urub” sözü “arubə” və “aribə” sözlərin cəmi olub, kök mənası “ibanə, izhar [zahirə vurmaq, açığa çıxarmaq]” deməkdir. Bir dildə gözəl danışmaq da “arubə” sözüylə ifadə edilir və bununla məramın açıq-açıq ortaya qoyulması, açıqlanması qəsd edilir.   [5]

Buradan çıxış edərək, “urub” sözünün qısaca “açığa çıxaranlar, zahirə vuranlar” demək olduğunu söyləmək olar. Bu xüsusiyyət qadına izafə edilərsə, yuxarıdakı klassik qaynaqlarda yer alan yaraşdırmalar arasından, “sevgisini gözəl sözlərlə ifadə edən, həyat yoldaşlarına sevgilərini izhar edən qadınlar” tərcüməsindəki ifadələrin sözün mənasına uyan təriflər olduğunu söyləmək olar. Lakin xüsusilə diqqət edilməlidir ki, bu “açığa vurma” xüsusiyyəti ayələrdə qadınların deyil, gilas, banan, kölgələr, fışqıran su kimi nemətlərin sifəti olaraq verilmişdir. Belə olduqda da “urub” sözünün mənası, “dadını, qoxusunu, nəfasətini, ləzzətini zahirə vuran, göstərən, ortaya qoyan” demək olur. Sözün bu mənası düşünüldüyündə aydın olur ki, cənnət nemətləri cazibəli, bəyənilən, xoş görüntülü olacaq.

 اتراب Ətrab. “Ətrab” sözü klassik mətnlərdə eynilə “urub” sözü kimi yenə qadınlara şamil edilmiş və aşağıdakı ifadələrlə mənalandırılmışdır:

  Həmişə bir yaşda qadınlar;

  Eyni tarixlərdə doğulmuş qadınlar;

  Eyni yaşda olmaqla, otuz üç yaşında olan qadınlar;

  Bir-birinə bənzəyən və bir–birinə yaxın şəkillərdə olan qadınlar;

  Xasiyyətləri etibarıyla bir–birinə yaxın qadınlar;

  Aralarında kin və qısqanclıq olmayan qadınlar.

Əslində isə “ətrab” sözünün lügəti mənası “eyni zamanda doğulmuş, bir-birindən fərqi olmayan” deməkdir. [6]

Bu sözü qadınlara şamil etdikdə, klassik əsərlərdəki ifadələrin mənaları təxminən doğru olaraq qəbul edilə bilirlər. Amma yuxarıda da ifadə edildiyi kimi, bu xüsusiyyətlər cənnətdə möminlərə veriləcək nemətlərə aid edilmiş xüsusiyyətlərdir. Bu təqdirdə “ətrab” sözünün mənası da “hamısı bir ölçüdə, bir səviyyədə” demək olur ki, buradan da cənnət nemətlərinin hamısının keyfiyyətli olacağı, içlərində çürüyü, xarabı, xamı və qüsurlu olanının mövcud olmayacağı aydın olur.

 ابكار Əbkar. “Bikr” sözünün cəmi olan “əbkar” sözünün lügəti mənası, kişi üçün işlədildiyində “qadına yanaşmamış kişi”, qadın üçün işlədildiyində isə “kişiyə yanaşmamış qadın” deməkdir. [7]

Söz dilimizə də eyni məna ilə keçmişdir. Türk dilində evlənməmiş kişiyə “bekar, bakir”, evlənməmiş qadına da “bakirə” deyilir. Beləliklə, “əbkar” sözünün qadınlara sifət olması halında, “hamısı bakirə olan qadınlar” şəklində çevrilməsində bir problem yoxdur. Ancaq, “əbkar” sözü mövzumuz olan ayədə əşyalara, nemətlərə şamil edildiyindən, məna da “əl dəyməmiş, toxunulmamış, orijinallığı pozulmamış” demək olur.

Belə ki, bu söz məcazən “əl dəyməmiş, işlədilməmiş, işlənməmiş [torpaq], köhnəlməmiş, üzülməmiş, yeni” mənalarında Türk dilində də “bakir torpaqlar”, “bakir meşə” kimi ifadələrlə işlədilir.

Burada “əbkar” sözüylə xarakterizə edilmiş olan cənnət nemətləri, başqa ayələrdə fərqli sözlərlə ifadə edilmişdir:

  • 56Oralarda daha öncə bilinən, bilinməyən, keçmiş, gələcək heç kimsə tərəfindən toxunul­ma­mış – əl və göz dəyməmiş, baxışlarını dikənlər vardır. (Rəhman/56)
  • 74Bunlardan öncə onlara bilinən-bilinməyən heç kimsə toxunmamışdır. (Rəhman/74)

Rəhman surəsinin ayələrindəki ifadələr tamamilə açıq olaraq anladır ki, cənnət nemətləri toxunulmamış, yəni daha əvvəl əllə, gözlə hiss edilməmiş olacaqdır. Ayələrdə bildiyimiz dünya nemətlərindən nümunələrlə anladılan bu nemətlər, bilinən banandan, gilasdan, taxtdan daha artıq şeylər olacaqdır. Cənnətdəki nemətlərin bu xüsusiyyətləri isə ağıllı, düşünə bilən insanları sevindirir və təhrik edir.

39,40Bir camaat, çoxu əvvəlkilərdəndir. Bir camaat da sonrakılardandır.

Bu ayələrdə, sağın əshabı” olaraq xarakterizə edilən qrup da öz növbəsində əvvəlkilər və sonrakılar olaraq ikiyə ayrılır. Bununla yanaşı, bu bölgünün “öndə olanlar” qrupundakından daha fərqli olduğu görünür. Belə ki, 13, 14-cü ayələrdə “öndə olanlar qrupunun çox azının sonrakılardan, “camaat” olaraq xarakterizə edilən digər qisminin isə öncəkilərdən ibarət olduğu bildirilmişkən, sağın əshabı” qrupunu meydana gətirənlərin həm “öncəkilərdən”, həm də “sonrakılardan” olanlarının bir camaat olduqları qeyd edilmişdir. Camaat sözü ilə çox olduqları ifadə edilmişdir.

“Öndə olanlarsağın əshabı” qrupları haqqında verilən məlumatlar arasında diqqət çəkən bir digər fərq də vardır. Verilən nemətlərlə əlaqədar olaraq “öndə olanlar” üçün edilən etdiklərinə qarşılıq olaraq …” şəklindəki açıqlama “sağın əshabı” üçün edilməmişdir. Bu da “sağın əshabı”na verilənlərin bir qarşılıq olmayıb, bir lütf olduğunu, “öndə olanlar”ın isə həm etdiklərinin qarşılıqlarını [ödənişlərini] alacaqlarını, həm də həmçinin sonsuz lütflərə nail olacaqlarını göstərir.

41Və solun əhli… Nədir o solun əhli?

42–48Onlar içlərinə işləyən bir atəş və qaynar su içindədirlər. Sərin olmayan, se­vim­li olmayan, qapqara dumandan bir kölgə içindədirlər. Şübhəsiz, solun əhli bun­­dan əvvəl var-dövlət içində zövq və əyləncəyə dalanlar idilər. Və böyük günah – Allaha ortaq qoşmaq barədə israr edirdilər. Və: “Biz ölüb, torpaq və sümük yığını ol­­duqdan sonramı, biz həqiqətənmi qaldırılacağıq? Əvvəlki atalarımızdamı?”– deyirdi­lər.

Bu ayə qrupunda da “solun əshabı”nın axirətdəki halları açıqlanmış və orada nələrlə qarşılaşacaqlarının nümunələri verilmişdir. Buradakı anlatma tamamilə istehza üslubundadır. Seçilən sözlərin yararlı, gözəl şeylər ifadə edən sözlər olmasına qarşılıq, bu sözləri xarakterizə edən sifətlər sözlərin mənalarını tam tərsinə döndərir. Özləri müsbət şeylər olduqları halda, pis sifətlərlə birlikdə işlədilən bu sözlər, cəhənnəmlə heç uyğun gəlməyən “sərin”, “sevimli” və “kölgə” sözləridir. Məsələn, “kölgə” sərinlədən, rahatladan bir şey ikən, ona sifət olan “yahmum” ifadəsi kölgəyə boğucu, nəfəs aldırmayan bir xüsusiyyət qazandırmışdır.

Rəbbimiz ağlını başına almayanlara qarşı bu üslubu bir çox ayədə işlətmişdir:

  • 29Özünü yalan saymaqda olduğunuz o şeyə doğru gedin! 30,31O üç qollu-budaqlı, kölgələndirməyən və alovdan qorumayan bir kölgəyə doğru gedin!
  • 32Həqiqətən o, saray kimi qığılcımlar atar/yağdırar, 33sanki qığılcımlar sarı erkək dəvələr kimidir. 34O gün, yalan sayanların vay halına! (Mürsəlat/29-34)

Və Rəhman/44, Muhəmməd/15, Zümər/16 və Kəhf/29.

45-48-ci ayələrdə, məhşər günü “solun əshabı” qrupunu təşkil edəcək insanların o qrupa girmələrinin səbəbi olan əxlaqi vəziyyətləri açıqlanır. Bu açıqlamaya görə, bu qrupdakılar dünyada ikən zəngin yaşadıqlarına görə səfa sürən, küfr və şirk üzərində israrçı olan və yenidən dirilməyi qəbul etməyənlərdir. İndiyə qədər enmiş olan bir çox ayədən də anlaşıldığı kimi, mal və həva bağlılığı ilə axirəti yalan sayanlar əslində dəvəquşu başını quma soxduğu kimi, reallıqlardan qaçan dünyapərəstlərdir.

Bu hal aşağıdakı ayədə də dilə gətirilmişdir:

  • 38,39Və kafirlər: “Allah ölən insanı diriltməz” – deyə ən qüvvətli andları ilə Allaha and içdilər. Xeyr, Allah ölüləri öhdəsinə götürdüyü gerçək bir vəd olaraq, onların haqqında anlaşmazlığa düşdükləri şeyi onlara açıqlamaq və doğrunu/haqqı ört-basdır edənlərin yalançıların məhz özü olduqlarını bildirmək üçün dirildəcəkdir. (Nəhl/38, 39)

49,50De ki: “Şübhəsiz, əvvəlkilər və sonrakılar məlum bir günün bəlli vaxtında – görüş yerinə tam yəqinliklə bilin ki, toplanacaqlar. 51Sonra şübhəsiz ki, siz, ey pozğunlar, yalan sayanlar! 52Tam yəqinliklə bilin ki, zəqqumdan olan bir ağacdan yeyəcəksiniz 53Və qa­rınlarınızı onunla dolduracaqsanız. 54Sonra da onun üstündən qaynar su içəcəksiniz. 55Həm də susuzluq azarına tutulmuş dəvələrin içdiyi kimi içəcəksiniz”. 56Bax bu­dur, bu, din günündə onların ziyafətləridir.

Ta Ha surəsinin son ayəsindəki “yaxında öyrənəcəksiniz” ifadəsi, bu surənin buraya qədərki bölməsində [1-48-ci ayələr] geniş şəkildə açıqlandıqdan sonra, burada təkrar peyğəmbərimiz müxatib alınmış və ona, bütün insanlığa verməsi gərəkən ismarıc bildirilmişdir.

Bu ayələrdəki təsvirlər bu gün üçün bizlərə yad olsa da, tropik bir bitki olan zəqqum ağacını yaxşı tanıdıqları və susamış bir dəvənin su içməsini yaxşı bildiklərinə görə, o günkü ilk müxatiblərə yad təsvirlər deyildir. Bu diksindirici işgəncənin 56-cı ayədə “ziyafət” sözüylə ifadə edilməsi, yenə istehza edici üslubun bir nümunəsidir.

Buna bir başqa nümunə də Al-i İmran surəsindədir:

  • 21Şübhəsiz ki, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan haqqaniyyəti əmr edən insanları öldürənlər – sən dərhal bunları acıqlı bir əzabla müjdələ! (Al-i İmran/21) 

Zəqqum ağacı. Zəqqum ağacı Ərəb Yarımadasının Qızıldəniz tərəfindəki Tihamə bölgəsində yetişən bir bitki növüdür. Özözünə bitən, qışda yarpaqlarını tökməyən bəstəboy bir ağacdır. Rəngli və cazibədar çiçəkləri olan növləri bəzək bitkisi olaraq da yetişdirilən zəqqum ağacının içində zəhərli bir şirəsi vardır. Pis qoxulu və dadı çox acı olan bu şirələri, insan bədəninin səthinə [məsələn, ağacın budaqlarını qopardıqda] toxunanda belə bir cürə dəri xəstəliyinə səbəb olur. [8]

Cəhənnəmdəki müşriklərə xas bir yeməyin nümunəsi olaraq verilən zəqqumun başqa ayələrdə də müxtəlif xüsusiyyətlərindən bəhs edilir:

  • 43–46Şübhəsiz, zəqqum ağacı həddindən artıq günahkarların yeməyidir. O, ərimiş mədən kimidir, qızğın bir mayenin qaynaması kimi qarınlarda qaynayar. (Duhan/43-46)    
  • 62İkram olaraq bumu daha xeyirlidir, yaxud zəqqum ağacımı?
  • 63Şübhəsiz ki, Biz onu şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər üçün bir sınaq vasitəsi etdik. 64,65Şübhəsiz ki, o zəqqum ağacı, cəhənnəmin dibində çıxan bir ağacdır. Tumurcuqları buynuzlu ilanların başları kimidir.
  • 66Bax budur, tam əmin olun ki, onlar ondan yeyəcəklər və qarınlarını on­unla dolduracaqlar. 67Sonra şübhəsiz ki, onlar üçün sonra içəcəkləri qaynar su qarış­dı­rılmış bir içki də vardır. 68Sonra da şübhəsiz ki, dönəcəkləri yer, tam əmin olun ki, cəhənnəmdir. (Saffat/62-68)
  • 1Bürüyənin xəbəri sənə gəldimi?
  • 2,3Elə insanlar var ki, o gün işləmiş, yorulmuş olmasına baxmayaraq, əyilmiş, aşağılığa düşmüşdür, 4,5Onlar qızışmış bir atəşə atılırlar, qızğın bir bulaqdan içirlər.
  • 6,7Onlar üçün güc verməyən və aclığı aradan qaldırmayan quru bir tikandan başqa yemək yoxdur. (Ğaşiyə/1-7)   

Mövzumuz olan ayələrdə “Dünyada nə əkərsən, axirətdə onu da biçərsən” ismarıcı verilir. Yəni dünyada ikən axirətə inanmadıqları üçün başqalarına zərər verib, əzab etməkdən çəkinməyənlər, belə demək mümkünsə, həmişə acı, tikanlı əməl işləyənlər, çox təbiidir ki, axirətdə, bu davranışlarının qarşılığı olaraq, zərər görəcəklər, əzab çəkəcəklər.

57Biz sizi yaratdıq, təsdiq etməli deyilsinizmi? 58Yaxşı, töküb durduğunuz şeyi [spermanı, yumurtanı] heç düşündünüzmü? 59Sizmi əmələ gətirirsiniz onu, Bizmi əmələ gətiririk?

Bu ayələrdə Rəbbimiz, insanları dəvət edir ki, öz yaradılışlarını təhlil etsinlər. Bildirir ki, belə olduqda, Allahın varlıq və birliyini məcburi olaraq qəbul edəcəklər. Buna görə də diqqətləri insanın yaradılışına, törəmə sisteminə çəkərək, ağıllı insanları təfəkkürə dəvət edir. Həqiqətən də bir insanın, yer üzündəki digər varlıqlar bir tərəfə, sadəcə öz yaradılışı haqqında bir az bilik əldə edərsə və düşünərsə, o möhtəşəm yaradılışın ancaq Allah tərəfindən gerçəkləşdirildiyi və bu ilk yaradılışı edənin, əlbəttə, təkrar yaratmağa gücü çatacağı barəsində hər hansı bir şübhəsinin qalması mümkün deyildir. Çünki bir nutfəni daşımaq, ana bətnində mərhələ-mərhələ inkişaf etdirmək, bu mərhələlərdən başlamaqla hər insana bir-birindən ayırd edilə biləcək fərqli şəkillər və müxtəlif qabiliyyətlər vermək kimi xariqüladəliklər heç kimsənin gücü daxilində olmayıb, sadəcə Allahın “Rəbb” sifətinin təcəllisidir. Xatırlanacaq olursa, Rəbbimiz Əraf və Tariq surələrində də bu mövzuya fərqli açıqlamalarla müraciət etmişdir:

  • 172,173Halbuki sənin Rəbbin, qiyamət günü: “Bizim bunlardan xəbərimiz yox idi” – deməyəsiniz, yaxud: “Bundan əvvəl atalarımız ortaq qoşub, biz onlardan sonra gələn nəsillərik. Batili işləyənlərin işlədiklərinə görə bizimi dəyişikliyə/dağıntıya uğradacaqsan?” – deməyəsiniz deyə, Adəmoğullarının bellərindən onların nəsillərini alar və onları öz nəfslərinə şahid edər: “Mən sizin Rəbbiniz deyiləmmi?” – deyərlər ki: “Əlbəttə Rəbbimizsən, şahidlik edirik”.
  • 174Və bax budur, Biz düşünsünlər deyə, ayələri belə ətraflı olaraq açıqlayırıq. (Əraf/172-174)
  • 5Onun üçün insan nədən əmələ gətirilmiş olduğuna bir baxsın – 6,7onurğa ilə köks sümükləri arasından çıxan, atıcı bir sudan/“östrogen” və “testosteron” hormonlarından başladılaraq əmələ gətirildi.
  • 8,9Şübhə yox ki, O/Yaradıcı, bütün sirlərin meydana çıxarıldığı gün, onun geri döndərilməsinə gücü çatandır. 10Artıq onun üçün nə hər hansı bir güc vardır, nə də hər hansı bir köməkçi. (Tariq/5-10) 

59-cu ayədəki “Sizmi yaradırsınız onu, Bizmi yaradanlarıq” ifadəsiylə bu həqiqət vurğulanır: İnsan deyilən varlıq, hər mərhələsi daxil, Allah tərəfindən yaradılmışdır. Yaradılışında heç kimsənin [ana, ata, doktor, peyğəmbərlər, vəlilər] bir dəxli, təsiri yoxdur.

60,61Ölümü aranızda Biz nizamladıq, Biz! Və Biz sizi bənzərlərinizlə dəyiş­dirməyi­miz v­ə sizi bilmədiyiniz bir şəkildə yenidən inşa etməyimiz üçün qarşısı alınacaqlar/mane olunacaqlar deyilik.

62Və and olsun ki, ilk yaradılışı bildiniz, öyrəndiniz. Yaxşı, düşünüb öyüd almalı deyilsinizmi?

Bu ayələrdə Rəbbimiz bildirir ki, ölümü insanlar arasında Allah özü nizamlayıb, özü öldürür və ölənlərin yerinə başqalarını gətirmək və axirətdə yenidən yaratmaq barəsində heç kimsə Allahın özünə nə müdaxilə edə bilər, nə də əngəl ola bilər.

60-cı ayədə keçən “Ölümü aranızda Biz təqdir etdik” ifadəsi, bəziləri tərəfindən Rəbbimizin bu təqdiri, bu nizamlamağı hər zaman dəyişdirəcəyi kimi anlaşılmışdır.

Bunun səbəbi, ayədəki “beynəküm [aranızda]”“təqdir” sözlərinin tərcümələrdə əsl mənalarıyla yer almamasıdır. Buradakı cümlə quruluşu, Əraf surəsinin 140-cı ayəsində keçən “Biz bu günləri insanlar arasında dolaşdırırıq ifadəsində də işlədilmişdır. Bu ifadə tərzi, cümlə içində bildirilən mövzunun insanlar arasındakı təqdirinin [paylaşılmasının] Allah tərəfindən edildiyini anladır. Buna görə, Vaqiə surəsinin 60-cı ayəsi, Allahın ölümü yaratdığı, bizi öldürəcəyi və bizə əcəl təyin etdiyi mənalarına gəlməz. Ölümün insanlar arasındakı təqdirinin Allah tərəfindən edildiyi mənasına gəlir.

Bu təqdir Mömin surəsində açıqlanan təqdirdir:

  • 67O, sonra güclü qüvvətli bir çağa yetişməyiniz, sonra da ixtiyarlar olmağınız, adı qoyulmuş bir müddətə çatma­ğı­nız, həmçinin ağlınızı istifadə etməyiniz üçün sizi bir torpaqdan, sonra bir nütfədən, sonra bir embriondan əmələ gətirəndir. Sonra O, sizi zəif, balaca bir uşaq olaraq çıxarır. Sizdən kimisi daha öncə vəfat etdirilir/keçmişdə etdikləriniz və etməli olduğunuz halda etmədikləriniz bir-bir xatırladılır. (Mömin/67) 

Ayədən asanlıqla anlaşıldığı kimi, bu təqdir, insanların kimisinin üç yaşında, kimisinin qırx yaşında, kimisinin doxsan yaşında qarşılaşdıqları təqdirdir. Başqa sözlə desək, insanlar istər ömür müddətləri, istərsə də ölüm şəkilləri etibariylə Rəbbimizin fərqli-fərqli təqdirləriylə qarşılaşır. Rəbbimizin fərqli təqdirlər etdiyi, bütün insanlar tərəfindən bilavasitə görülərək bilinir.

61-ci ayədəki “Bilmədiyiniz bir şəkildə” ifadəsindən anlaşılır ki, axirətdəki yaradılış başqa bir ölçü sistemində və başqa bir şəkildə olacaqdır. Bu dünyadakı quruluş maddəyə aid üç ölçülü sistemlə məhdud olduğuna görə, o varlıq ölçüsünü insanın idrak edə bilməsi mümkün deyildir.

62-ci ayədə, ilk yaradılışın Allah tərəfindən edildiyi hər kəs tərəfindən qəbul edildiyinə görə, insanların bundan öyüd alaraq, axirətə də inanmaları gərəkdiyi andla ifadə edilmişdir.

Bu nəticə çıxarma üsulu Quranda bir çox ayədə görünür:

  • 27Və O, yaratmağı başladan, sonra onu çevirib yenidən edəndir. Və bu, Ona çox asandır. Və göylərdə və yerdə ən uca nümunə Onundur. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Rum/27)  
  • 67Və o insan, daha əvvəl heç bir şey deyilkən, həqiqətən Bizim özünü yaratdığımızı düşünməzmi? (Məryəm/67)
  • 77Və o insan özünü bir nütfədən, bir damla sudan yaratdığımızı görmədimi ki, indi o açıq-aşkar bir düşməndir?
  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız. (Ya Sin/77-80) 
  • 36Yoxsa o insan özbaşına buraxılacağınımı sanır? 37O, nizamlanmış/diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi?
  • 38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır 39ki, ondan da iki həmtayı – erkək və dişini var etmişdir.
  • 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir? (Qiyamət/36-40)

63Yaxşı, əkib durduğunuz şeyi heç düşündünüzmü?

64Sizmi bitirirsiniz onu, yoxsa Bizmi bitirənlərik?

65–67Biz diləsəydik, tam yəqinliklə bilin ki, onu quru bir çöp edərdik və siz “Şübhəsiz, biz borc altına girmiş insanlarıq! Daha doğrusu, biz hər şeyi əlindən alınmış, yoxsul buraxılmış insanlar imişik!” – deyərək çaşıb  qalardınız. 68Yaxşı, içdiyiniz suyu heç düşündünüzmü?

69Sizmi buluddan endirdiniz onu, yoxsa Bizmi endirənlərik?

70Diləsəydik onu duzlu edərdik. O halda qarşılığını ödəməli deyilsinizmi?

Bu ayə qrupunda Rəbbimiz, insanların diqqətlərini ruzilərin əksəriyyətini təmin edən əkinçiliyə yönəldərək, afaqi [ətraf mühitlə əlaqədar] ayələrə diqqət çəkmişdir. Yer üzündəki bütün sistemlərin öz qoyduğu nizam içində və öz nəzarətində fəaliyyət göstərdiyini bildirən Rəbbimiz, əgər diləyərsə, bu nizama müdaxilə edib, poza biləcəyini, bu halda da insanların çox peşman olub, sızlanacaqlarını bəyan edir və insanları belə bir vəziyyət haqqında düşünməyə çağırır.

Rəbbimiz yer üzündəki bütün nizamların yaradıcısının özü olduğunu başqa ayələrdə də bildirmişdir:

  • 10,11O, sizin üçün göydən bir su endirdi. İçdikləriniz ondandır. Heyvanları otardığınız ağaclar/bitkilər də ondandır. Allah su ilə sizin üçün əkin, zeytun, xurmalıqlar, üzümlər və bütün meyvələrdən bitirir. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün qətiliklə bir əlamət/nümunə vardır.(Nəhl/10, 11)  
  • 21,22Ey insanlar! Allahın qoruması altına girəsiniz deyə, sizi və sizdən öncəkiləri yaradan, yer üzünü sizin üçün bir döşək, göyü də bir bina edən, göydən su endirərək, onunla sizin üçün ruzi olaraq məhsullardan bitirən Rəbbinizə qulluq edin. Artıq siz də, bilə-bilə Allaha ortaqlar qoşmayın. (Bəqərə/21, 22)

Bu ayə qrupunda Rəbbimiz, varlığının və birliyinin sübutlarından olan bir başqa afaqi [ətraf mühitlə əlaqədar] möcüzəsinə yenə diqqət çəkir. Varlığının sübutu xüsusiyyətindəki bu möcüzə insan həyatının ən vacib ünsürü olan “su”dur.

69-cu ayədə suyun buluddan endirildiyini xatırladan Uca Allah, fikrimizcə, burada suyun dövr etməsi prosesinə işarə etmişdir. Çünki suyun endirildiyi bulud, suyun yer üzündəki dənizlərdən, göllərdən, axar sulardan, yığıntılardan buxarlaşması nəticəsində əmələ gələrək, buluddan ibarət olan su təkrar yer üzünə düşərək dənizləri, gölləri, axar suları, yığıntıları bəsləyir. Yaşayışın ən əhəmiyyətli amillərindən biri olan suyun yaradılması necə Rəbbimizin bir rəhmətidirsə, bu dövretmə əsnasında təmizlənməsi də yenə Rəbbimizin rəhmətinə görədir. Rəhmətinə uyğun olaraq, suyu yaradan Uca Allah, yer üzündəki duzlu, acı və ya kirli suları öz qoyduğu buxarlanma qanunu ilə təmizlədir, beləliklə onu yenə də rəhmətinə uyğun olaraq, içilə bilən və işlədilə bilən hala gətirir. 70-ci ayədə, istəsə idi, suyu duzlu edə biləcəyini xatırladan Rəbbimiz, bunu etmədiyi üçün insanların şükr etməsini, yəni bunun qarşılığını ödəməsini istəyir.

Rəbbimizin bu ayələrdəki bəyanlarının təqdiri bu şəkildə edilə bilər: “Belə ki, o dənizlərdən suyu, günəşin hərarəti vasitəsiylə buxarlaşdıraraq, yağış yağdırırıq. Müəyyən dövrlərdə buxarlanması, buludlara çevrilməsi kimi xüsusiyyətləri də suya verən Bizik. Belə ki, küləklər bu buludları Bizim əmrimizlə sürükləyərlər və müəyyən bölgələrdə yenə, Bizim təyin etdiyimiz zamanlarda, yağış yağdırırlar. Biz sizləri təkbaşınıza buraxmadıq. Həmçinin, həyatınızı davam etdirə bilməyiniz və nəslinizi davam etdirə bilməyiniz üçün də bütün şərtləri nizamladıq. Çünki bu şərtlər olmadan, sizlərin yaşaması mümkün olmayacaqdır. Mənim verdiyim ruzidən yararlanmağınıza, bağışladığım suyu içməyinizə baxmayaraq, hansı cəsarətlə özünüzü Məndən asılı olmayan sanır və başqalarına qulluq edə bilirsiniz?”

71Yaxşı, yandırdığınız o atəşi/oksigeni heç düşündünüzmü?

72Sizmi atəşin/oksigenin ağacını inşa etdiniz, yoxsa Bizmi inşa edənlərik?

73Biz atəşi/oksigeni bir ibrət/xatırlatma və çöl yolçularına bir fayda etdik.

74Elə isə böyük Rəbbinin adını arındır/nöqsanlıqlardan uzaq tut! Onun nöqsanlıq­lar­dan uzaq olduğunu öyrət!

71-ci ayədə diqqət çəkilən atəş, Ya Sin surəsinin 80-ci ayəsinin təhlilində də açıqladığımız kimi, bildiyimiz atəş deyil, insan üçün vacib element olan oksigendir. Belə ki, 72-ci ayədəki “onun [atəşin] ağacı” ifadəsi də, atəşin ağacı olmayacağına görə, atəş ilə oksigenin qəsd edildiyini, çünki yanmağın [atəşin] vacib elementi olan oksigenin sadəcə bitkilər [ağaç] tərəfindən törədildiyini təsdiq edir.

73-cü ayədə Rəbbimiz oksigenlə əlaqədar bir başqa məqamı daha açıqlayaraq qeyd edir ki, ağacdan çıxan oksigen sadəcə çıxdığı ağaclı bölgədə qalmır, həmçinin heç ağac olmayan çöllərə də dağılır. Beləliklə, Rəbbimiz çöldə səfər edənlərin də ondan yararlanmasını təmin edir.

74-cü ayədə isə Rəbbimiz, rəhməti və Rəbbliyinin nəticəsi olaraq yaratdığı oksigenden istifadə etdiklərinə görə, insanlardan Onun ismini təsbih etmələrini istəyir. Rəbbimizin ismini təsbih etmək, Onu qoşulan şirklərdən arındırmaq, təmizə çıxarmaq deməkdir.

Bu bölmədəki “atəş” sözü ilə qəsd edilən “oksigen”dir. Eyni mövzu,  Ya Sin surəsinin 77-82-ci ayələrində də yer almışdı. “Tənəffüs və Fotosintez” ilə əlaqədar məlumatlar elm və teknika kitablarından təfərrüatlı olaraq, oxuna bilər.

75Artıq xeyr. Nəcmləri/hər endirilmədə gələn ayələrin yerlərini/zamanlarını, eni­şini sübut göstərirəm ki, 76və əgər bilirsinizsə, bu böyük bir sübutdur, 77heç şübhəsiz ki, o, şərəfli Qurandır. 78Mühafizə olunmuş/qorunmuş bir kitabdadır. 79Ona zehni/düşüncəsi/təfəkkürü təmizlənmişlərdən başqası təmas edə bilməz. 80O, aləmlərin Rəbbindən endirilmədir.

Bu ayə qrupu Quranla əlaqədar bir nəcm/bölmə olub, Quranın Allah tərəfindən endirildiyi və ondan ancaq mənəvi kirlərdən [şirkdən, cəhalətdən, mühafizəkarlıqdan] təmizlənmiş olanların faydalana biləcəyi bildirilir. Həmçinin Quranın şərəfli, sayğın bir kitab olduğu və mütləq qorunacağı, Quran ayələrinin endiyi zaman/mövqelər sübut göstərilərək isbat edilir.

Belə ki, bu ayə qrupu da cəhalət səbəbindən sui istifadə edilmiş və 79-cu ayəyə “Qurana ancaq abdəstlilər toxuna bilər” şəklində mənalar verilmişdir. Bunun nəticəsində, istər üzürlü olduqlarına görə abdəstli ola bilməyənlərin və istərsə də namazdan başqa vaxtlarda abdəstli olmaları vacib olmayan Müsəlmanların abdəstsiz ikən Qurana yaxınlaşmalarına əngəl olunmuşdur.

Klassik əsərlərə baxıldığında görünür ki, 79-cu ayədəki “mutahhər [təmizlənmiş]” olmaq ifadəsi sadəcə aşağıdakı şəxslər tərəfindən “mənəvi təmizlənmə” olaraq doğru açıqlanmışdır:

–  Əl-Kəlbi: “Şirkdən təmizlənmiş olanlar.”

–  Ər-Rabi b. Enes: “Böyük və kiçik günahlardan təmizlənmiş olanlar.”

–  Muhəmməd b. Fudayl: “Tam mənası ilə təmizlənmişlər, yəni muvahhidlər.”

Klassik əsərlərin böyük çoxluğunda isə, 79-cu ayə ilə əlaqədar olaraq bu açıqlamalar yer almışdır:

– Qurana ancaq təmizlənmiş [tahir] insanlar əl vura bilər;

– Qurana da ancaq tahir ikən əl vurulur;

– Ona ancaq hadisədən və nəcasətlərdən tam mənası ilə təmizlənmiş insanlar əl vura bilər.

Mutahhər [tərtəmiz] olmağın bədənlə əlaqədar olması yönündə edilən bu açıqlamalar üstünlük qazanmış və demək olar ki, bütün elmihallar da bu açıqlamalar istiqamətində hazırlanmışdır.

Bu anlayış faydadan çox zərər gətirmişdir. İslam ümməti Quranı tanıya bilməmiş, Allahın ismarıcını öyrənə bilməmiş və cahil qalmışdır. Bu yanlış yaxınlaşmanın bir digər nəticəsi də o olmuşdur ki, müsəlman olmayanlar Quran oxumağa cəhd etməmiş, dolayısıyla İslam ilə şərəflənmələrinə mane olunmuşdur.

Məsələn, İkrimə, İbn Abbasın Yəhudi və Xristiyanların Quran oxumalarına əngəl olduğuna dair rəvayətlər nəql etmişdir. Abdəstli olmayanların Qurana əl vurmamaq mövzusu, xatırlanacaq olursa, Ta Ha surəsinin “Giriş” bölməsində verdiyimiz İbn-i Hişamın rəvayətində də keçirdi.

Mövzunun yaxşı anlaşıla bilməsi üçün, 75-79-cu ayələrdən ibarət olan beş ayəlik and cümləsindəki vacib məqamları tək-tək təhlil etmək fikrindəyik:

Nəcmlər. Ayədə keçən “النّجوم nücum [nəcmlər, ulduzlar]” sözü, Nəcm surəsinin təhlilində təfərrüatlı olaraq açıqlandığı kimi, göydəki ulduzları deyil, “parka-parça, bir endirilmədə enən, enmiş Quran ayələrini” ifadə edir. Belə ki, bir and cümləsində mahiyyəti tam olaraq bilinməyən bir şeyin [göydəki ulduzların], Quranın Allah tərəfindən endirildiyinə, qorunacağına sübut göstərilməsi [həm də bilənlər üçün böyük bir sübut olmaqla göstərilməsi] barədə söz ola bilməz.

Heç şübhəsiz o, şərəfli Qurandır.

Rəbbimiz tərəfindən Əziz, Hakim, Mübin, Məcid kimi sifətlər verilmiş olan Qurana, daha sonra başqa ayələrdə də görəcəyimiz kimi, burada “Kərim [şərəfli]” sifəti verilmişdir.

Mühafizə edilmiş [qorunmuş] bir kitabdadır.

Bu ifadə, Quranın yox olmayacağını, pozulmayacağını, Rəbbimizin Quranı qoruyacağını bəyan edir. Quranın qorunduğu, qorunacağı başqa ayələrdə də açıqlanmışdır:

  • 9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq. (Hicr/9)
  • 11–16Əsla onların düşündüyü kimi deyil! Quran, dəyərli səhifələr içində, ucaldılmış, tərtəmiz təmizlənmiş, hörmətli, yaxşı yazıçilərin əllərində bir düşündürücüdür. Diləyən onu düşünüb öyüd alar.(Əbəsə/11-16)   

 Burada “كتاب kitab” sözünə sifət olan və bizim “Mühafizə edilmiş, qorunmuş” olaraq çevirdiyimiz “مكنون məknun” sözü, Quranda üç ayədə daha (Vaqiə/23, Tur/24 və Saffat/49) yer alır. Vaqiə/23 və Tur/24-də “لؤلؤ inci” sözünə sifət edilərək, “مكنون  لؤلؤ [gizlədilən, qorunan inci]” şəklində keçən “məknun” sözü Saffat/49-da da axirətdə möminlərə veriləcək həmtayları xarakterizə etmək üçün, “yumurta/yumurta ağı” sözü ilə tamamlıq edilərək, “مكنون بيض كانّهنّ [sanki onlar qorunmuş yumurta/yumurta ağı kimidirlər]” şəklində yer almışdır.

Bizə görə, bu ayədə bəhs edilən mühafizə edilmək, bəzilərinin irəli sürdüyü kimi Quranın Lövh–i Mahfuzda saxlanması deyil, bu dünyada qoruma altına alınmasıdır. Quranın bu dünyada qorunması isə onun dəmir seyflərdə saxlanması və ya torpaq altına gömülməsi kimi gizlətmək kimi bir qorumaq deyil, endiyi şəkliylə bizə qədər dəyişmədən gəlib çatdığı, qiyamətə qədər də dəyişmədən gedib çatacağı mənasında bir qorumaqdır. Quranın qorunmuş olmasına yönəlik bir çox əqli və riyazi dəlil mövcuddur. Bu mövzudakı geniş açıqlamamız üçün Bürclər surəsinin 22-ci ayəsinin təhlilinə baxmaq olar.

Ona mutahharlardan [təmizlənmişlərdən] başqası təmas edə bilməz.

Bu ayədəki “ona” əvəzliyi, 78-ci ayədəki “kitab” sözünə deyil, 77-ci ayədəki “Quran” sözünə aiddir. Beləliklə, 79-cu ayəni təşkil edən bu cümlə 78-ci ayədəki “كتاب  kitab” sözünün sifəti deyil, 77-ci ayədəki “Quran” sözünün sifətidir.

Ayədəki “مطهّرون mutahhərun [tərtəmiz, təmizlənmişlər]” sözü ilə şirk, fitnə, fəsad və cəhalət [cahili fanatlıq, atalar kultu] kimi mənəvi kirlərdən özünü arındırmışlar qəsd edilmişdir. Belə ki, Bəqərə surəsinin 1-5-ci ayələrində Qurandan faydalanacaq insaların, mənəvi təmizliyə çatmış olan “متّقين müttəqilər” olduğu açıqlanmışdır.

[O] Aləmlərin Rəbbindən endirilmədir.

80-ci ayəni əmələ gətirən bu cümlə, Quranın Allah tərəfindən endirildiyini/hülul etdirildiyini bəyan edir. Yəni Quran Allah tərəfindən bağışlanmışdır, bunda peyğəmbərin hər hansı bir rolu yoxdur. Quranın Allah tərəfindən endirilmiş olduğu iki yüzdən artıq ayədə təkrarlanarkən, bir çox ayədə də Elçinin, sadəcə bir təbliğçi olduğu vurğulanmışdır.

Əslində elə Quranı gerçəyi ilə tanıyanlar, onun qul işi olmayıb, Rəbbdən enmə olduğunu dərhal qəbul edərlər və tam bir təslimiyyətlə, göz yaşı tökərək, yerlərə qapanarlar. Daha öncə bir çox yerdə açıqladığımız bu xüsusdan İsra surəsində yenidən bəhs ediləcəkdir.

75-80-ci ayələrdən ibarət olan paraqraf haqqındakı ümumi təhlilimizin ardından, 79-cu ayə ilə əlaqədar olaraq bir az daha geniş araşdırmağa məcburuq. Çünki mövcud tərcümə və təfsirlərdə 79-cu ayə haqqında xətalı çevirmə və açıqlamalar mövcuddur. Bu xətalı çevirmə və açıqlamalar qaynaq alınaraq, təmizlənmiş olmayanların [abdəstsizlərin, cünubların, heyzli qadınların] Qurana əl vura bilməyəcəkləri, yəni Quranı əllərinə alıb, oxuyamayacaqları fətvalarla hökmə bağlanmışdır. Müsəlmanları dinlərinin kitabından uzaqlaşdıran bu fətvalar, Müsəlmanlar tərəfindən bir masaüstü kitab olaraq dəyərləndirilməsi və hər şəraitdə oxunub, yararlanılmalı olan Quranı bir mistik ayin vasitəsi vəziyyətinə salmışdır. Beləliklə, Quran sadəcə özəl zamanlarda, bəlli şərtlərdə və müəyyən adamlar tərəfindən oxunan hala gəlmişdir. Bunun nəticəsində isə Quranı dinlərinin kitabı sayanların böyük çoxluğu kitablarının içində nə yazıldığını bilməz bir vəziyyətə düşmüşlər. Bunun qarşılığı, Müsəlmanlar tərəfindən bu gün çox ağır bir şəkildə ödənir.

Bu qədər əhəmiyyətli nəticələr doğurduğuna görə 79-cu ayənin təhlilində həm texniki yöndən, həm də ayənin Quran ilə açıqlanması baxımından daha artıq təfərrüata girmək, sadəcə bir məcburiyyət halına gəlmişdir.

İlk olaraq, yuxarıda qeyd etdiyimiz bu xüsusları təkrarlamaqda fayda vardır:

 79-cu ayə 77-ci ayədəki “Quran” sözünün sifəti halında olub, müstəqil bir cümlə deyildir.

 79-cu ayəni əmələ gətirən cümlə, əmr və qadağa ifadə edən bir “inşa cümləsi” deyil, məlumat verən bir “xəbər cümləsi”dir.

İkinci olaraq da, 79-cu ayədə keçən “la yeməssühü” və “mutahhərun” sözləri üzərində ciddi şəkildə durmaq lazımdır:

“La Yeməssühü”. Ayədəki “لايمسّه la yeməssühü” inkar felinə “əl vura bilməz, toxuna bilməz” şəklində bir fel mənası vermək yanlışdır. Çünki felin doğru tərcüməsi, “vura bilməz, toxuna bilməz” şəklindədir. Əslində elə “nəfy–i istiqbal” qəlibindəki bir felə “vura bilməz, toxuna bilməz” şəklində edilən tərcümə, məna olaraq uyğun olmaz.

Bu qəlibdəki felə verilə bilən doğru məna “əl vurmaz, toxunmaz”şəklində olmalıdır. Beləliklə, mövcud tərcümələrdəki “əl vura bilməz, toxuna bilməz” ifadələri yanlışdır.

“Layəməssühü” sözünün törədiyi “مسّ  məss” sözünün lüğəti mənası “dəymək, əllə toxunmaq, yapışmaq” deməkdir. [9] Bu söz Bəqərə/275 və Qəmər/48-də istiarə yoluyla “جنون dəlilik” mənasında, Bəqərə/236, 237, Əhzab/49, Al-i İmran/47, Məryəm/20 və Mücadilə/3, 4-də də “cinsi əlaqə” mənasında işlədilmişdir.

“Məss” sözü və törələrinin lüğəti mənasında işlədildiyi n ayələrdə bu sözlərin “əl ilə toxunmaq” mənasında deyil, mücərrəd olaraq, “yapışmaq, əlaqə qurmaq, əhatə etmək” mənalarında kdiyi görür:

  • 140,141Əgər sizə bir yara dəymişsə, o cəmiyyətə də bənzər bir yara toxunmuşdur. Və bax budur, o günlər Biz onları Allahın sizdən iman edən insanları bildirməsi/işa­rə­ləyib göstərməsi və sizdən şahidlər qəbul etməsi, Allahın iman edən insanları arın­­dırması, kafirləri isə məhv et­mə­si üçün insanlar arasında döndərib dururuq. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.(Al-i İmran/140, 141)  
  • 94,95Biz hansı şəhərə bir peyğəmbər göndərdiksə, onun xalqını tam yəqin bilin ki, yalvarıb yaxarsınlar deyə, yoxsulluq və sıxıntı yaxaladıq. Sonra pisliyin yerini yaxşılığa dəyişdirdik, sonunda çoxaldılar və: “Atalarımıza da belə sıxıntı və sevinc toxunmuşdu” – dedilər. Buna görə də onları dərhal, onlar heç fərqində olmadan, qəfildən yaxaladıq. (Əraf/94, 95)  

Bu mövzuda həmçinin bu ayələrə də baxmaq olar: Bəqərə/80, 214, Yusuf/88, Hicr/54, İsra/83, Məaric/19-21, Hud/113, Ənam/17, 49,Ya Sin/ 18, Rum/33, Zümər/8, 49, 61, Hud/10, 48, 64, Fussilət/49-51, Ənbiya/46, 83, Ənfal/68, Nəhl/53, İsra/67, Nur/14, Əraf/73, 188, 201, Sad/41, Yunus/12, 21, 107,  Al-i İmran/24, 120, 174, Şüəra/156, Məryəm/45, Maidə/73, Fatir/35, Hicr/48.

Yuxarıda tərcüməsini nümunə verdiyimiz ayələrdəki “yara toxunmuşdu“, “darlıq  və sevinc toxunmuşdu” kimi sözlərə diqqət edilərsə, bu sözlərin mənalarının “əl ilə toxunmaq” şəklində qəbul edilməsi mümkün deyil. Çünki bu ayələrdə bəhs edilən toxunuşlar [əzabın, yaranın, sevincin, kədərin, yaşlılığın, xeyirin, yaxşılığın, ayənin  toxunması] həmişə məcazi toxunmalardır və “bulaşmaq”, “əlaqə qurmaq”, “içinə düşmək” kimi mücərrəd hərəkətlərlə ifadə edilirlər. Beləliklə, mövzumuz olan 79-cu ayədəki “la yeməssühü” ifadəsindən də “əl vurmazlar, toxunmazlar” mənası deyil, “münasibət qurmazlar, əlaqəyə keçməzlər, istifadə etməzlər, çaşmazlar” mənası çıxarılmalıdır.

“Mutahhərun”

Ayədəki “المطهّرون  mutahhərun” sözü, “طهر  tahr, tuhr” sözlərinin məzidatından [əlavə hərf alan qəliblərindən törədilmiş] bir sözdür. Sözün üç hərfli kök mənası “təmiz olmaq” deməkdir.   [10]

Mövzumuz olan “mutahhərun” sözü isə “طهر thr” sözünün ortadakı hərfi təkrar edilməklə, dörd hərf halına gətirilmiş bir sözdür. Ərəbcədə orta hərfi təkrar edərək, yeni bir fel əldə etməyə yarayan qəlibə “تفعيل Təfiil Babı” deyilir. Mövzumuz olan “mutahhərun” sözü də “تطهير Tathir” kökündən törədilmiş İsm-i məful qəlibində, cəm və kişi cinsində bir sözdür. Bu sözün mənası “yaxşı-yaxşı arıtmaq, yaxşı-yaxşı təmizləmək, tərtəmiz etmək” deməkdir. Bundan törədilən “mutahhərun” şəklindəki passiv mənalı söz isə “yaxşı-yaxşı arınmış olanlar, tərtəmiz təmizlənmiş olanlar” mənasına gəlir.

Eyni üç hərfli kökü paylaşan “Tahr”, “Tuhr”, “İttihar” sözlərinin sadəcə “maddi təmizlik” mənasında işlədilmələrinə qarşılıq, eyni kökün “Təf’il” qəlibindən gələn “Tathir” sözü və törəmələri, Quranda keçdiyi on yeddi yerdə də tənəzzüh, tənzih etmə, “mənəvi kirlərdən arıtma və tərtəmiz etmə” mənasında işlədilmişdir.

Bununla əlaqədar aşağıdakı ayələrə baxıla bilər:

Tövbə/103, Maidə/6, 41, Ənfal/ 1, Əhzab/33, Həcc/26, Müddəssir/4, Bəqərə/25, 125, Nisa/57, Al-i İmran/15, 55, 42, 43, Əbəsə/13-16, Beyyinə/2.

Göründüyü kimi, bu ayələrdəki “تطهير tərtəmiz təmizləmək” və “مطهّر tərtəmiz təmizlənmiş” ifadələrinin heç biri maddi kirlərdən təmizləmə mənasında deyil, şirk, küfr və günah kimi mənəvi kirlərdən təmizləmə və təmizlənmə mənasındadır. Əslində elə Rəbbimiz də müşrikləri nəcəs [pislik] olaraq xarakterizə etmiş, ağlını işlətməyənlərin üzərinə pislik qılacağını xəbərdarlıq etmiş və imanlarına zülm qatmayanların, şirk, pislik bulaşdırmaqla özlərini kirlətməyənlərin qurtuluşa çatacaqlarını bildirmişdir.

  • 28Ey iman edənlər! Ortaq qoşan bu insanlar, sadəcə, bir pislikdirlər. Artıq bu illərindən sonra Məscid-i Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan/onların uzaqlaşması ilə qazanc itkisinə uğramaqdan qorxdunuzsa da, Allah sizi dilədiyində ərməğanlar ilə yaxında zənginləşdirəcəkdir. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır. (Tövbə/28)
  • 100Allahın izni/biliyi olmadan heç kimsə iman edə bilməz. Və Allah, ağılla hərəkət etməyənləri kirliliyə/əzaba düçar edər. (Yunus/100)
  • 82Bu iman edənlər və imanlarına səhv/öz zərərlərinə iş etməyənlər/şirk qarışdırmayanlar, bax budur, onlar təhlükəsizlikdə olanlardır. Bələd­çi­ləndikləri doğru yolu tapanlar da, onlardır. nam/82) 

Nəticə olaraq, yuxarıda verdiyimiz Quran ayələri işığında tamamilə açıq olaraq görünür ki:

–  Vaqiə surəsinin 79-cu ayəsində yer alan “la yeməssühü” sözü, “əl vurmaq, toxunmaq” mənasına deyil, “əlaqə qurmaq, yararlanmaq” mənasına gəlir.

–  Vaqiə surəsində “mutahhərun” sözü ilə qəsd edilənlər isə mənəvi kirlərdən, yəni şirkdən, cəhalətdən, mühafizəkarlıqdan təmizlənmiş olanlardır.

Belə ki, məşhur Quran istilahları mütəxəssisi Raqıb el-İsfəhani, Müfrədat adlı məşhur əsərində mövzumuz olan ayəni “Thr” maddəsində eynilə bu ibarə ilə açıqlamışdır:

“اى إنّه لايبلغ حقائق معرفته إلا من طهّر نفسه وتنقّى من درن الفساد

[Qətiliklə, Quran mərifətinin/məlumatlarının doğruluğunu ancaq nəfsini yaxşı-yaxşı təmizləyən və fəsad kirlərini paklayan adam idrak edir].” [11]

 

81Yaxşı, indi siz bu Sözü/Quranımı xor gorürsünüz?

82Və dolanışığınızı yalan sayaraqmı təmin edirsiniz/verilən ruzilərə yalan sayaraqmı qarşılıq verirsiniz?

Quranın şərəfli bir kitab olduğunun, qorunduğunun və Allah tərəfindən endirildiyinin sübut edilməsindən sonra bu iki ayədə də hələ yalan sayanlar danlanır.

Bu ayələrin təqdiri bu şəkildə edilə bilər: “Sizə ismarıc, öyüd olaraq yollanmış Quranın Allah tərəfindən endirilmiş, şərəfli bir kitab olduğu qətidir və Quran aranızda qorunacaqdır. Sizi yaradan da, bəsləyən də Odur. Yaxşı, necə olur ki, siz, nankorluq edir, bilə-bilə Quranı kiçik görməyə cəhd edirsiniz? Sizə verilən ruzinin, nemətin, sizə göstərilən rəhmətin qarşılığı budurmu?”

82-ci ayədə keçəruzinin yalan sayılması” ifadəsi:

  1. Nankorların verilən ruziləri yalan sayaraq, qarşılıq verdikləri şəklində anlaşıla bilir ki, Əli b. Əbu Talib qiraəti bu mənanı dəstəkləyir. Kurtubi və İbni Kəsir, Əli b. Əbu Talibin bu ayədəki “ruzinizi” ifadəsini “şükrünüzü” deyə oxuduğunu nəql edirlər.
  2. Nankorların, ruzilərini [gəlirlərini, qazanclarını] yalan sayma üzərinə qurduqları, yalan saymağı adət edib, ətraflarını aldadaraq, pul qazandıqları anlaşıla bilir. Belə ki, Məkkəli inkarçıların İslam yayıldığı təqdirdə, gəlirlərinin azalacağını düşünərək, küyə düşdüklərinin bilinməsi bu anlayışı dəstəkləyir.

 

83–85Ancaq can boğaza gəlib dayandığı zaman, siz də o zaman, onun qarşısında göz­lə­yirsiniz. Biz isə ona sizdən daha yaxınıq. Və lakin siz görməzsiniz.

86,87Yaxşı, əgər cəzalandırılmayacaqsınızsa, əgər doğrulardansınızsa boğaza gəl­ib çatmış, çıxmaqda olan canı geri çevirməli deyilsinizmi?

Yenə danlaq ehtiva edən bu ayələrdə verilən və surənin başındakıyla eyni məzmunda olan ismarıc belə təqdir edilə bilir: “Siz hər şeyi ölüm sizə gəlincə anlayacaqsınız. Amma geri dönüşə gücünüz olmayacaqdır”.

Bu ayələrin bənzərləri Ənam və Qiyamət surələrində də vardır:

  • 61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilir­lər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”. (Ənam/61, 62)  
  • 26–30Qətiyyən onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” – deyildiyi və can çəkişən insan bunun, o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman… Bax budur, o gün sürüyüb aparılmaq ancaq Rəbbinədir. (Qiyamət/26-30)  

Burada “siz” əvəzliyi ilə müxatib alınanlar, ölüm anında canlarını verməkdə olanlar ilə bunların yaxınlarıdır. Bu ayələrdəki ifadələrlə inancsızların aşağıdakı ayələrdə ortaya qoyulan yanlış inancları da rədd edilir:

  • 156Ey iman edənlər! Allahın tanrılığını, rəbbliyini tanımayan və yer üzündə dolaşan, yaxud qəzaya çıxan qardaşları üçün: “Yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər” – deyənlər kimi olmayın. Qətiliklə Allah bunu onların qəlb­lərində bir yara edəcəkdir. Və Allah həyat verir və öldürür. Və Allah etdik­lə­ri­nizi ən yaxşı görəndir. (Al-i İmran/156)  
  • 24Yenə onlar: “Həyat, ancaq bu dünya həyatımızdan ibarətdir. Ölürük və yaşayırıq. Bizi ancaq keçən uzun zaman dəyişikliyə/dağıntıya uğradır” – dedilər. Halbuki, onların buna dair heç bir bilikləri yoxdur. Onlar, sadəcə, zənn edirlər. (Casiyə/24) 

88,89Amma əgər o, yaxınlaşdırılanlardandırsa, artıq rahatlıq, gözəl ətirli ruzi və bol ne­mətlərin cənnəti vardır.

90,91Və əgər o, sağın əhlindəndirsə, artıq sənə sağın əhlindən salam!

Bir öncəki ayə qrupunda inkarçıların ölüm anındakı halları anladıldıqdan sonra burada da ölənin “Sabikun”dan [öndə olanlardan] olması halında hər hansı bir sıxıntısının olmayacağı, əksinə, təhlükəsizlik, salamatlıq, gözəl qoxulu ruzilər və Nəim cənnətlərindən bəhs ediləcəyi, sağın əshabından olması halında isə onun təhlükəsizlikdə olacağı bildirilir.

Quranda bu səhnələrin əks etdirildiyi bir çox ayə vardır:

  • 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”. (Fussilət/30-32)  
  • 30–32Və Allahın qoruması altına girmiş insanlara: “Rəbbiniz nə endirdi?” – deyilincə, onlar: “Xeyir” – deyərlər. Bu dünyada gözəlləşdirənlərə/yaxşılaşdıranlara yaxşılıq/gözəllik vardır. Axirət yurdu isə mütləq şəkildə daha xeyirlidir. Və Allahın qoruması altına girmiş insanların yurdu… Ədn cənnətləri nə gözəldir! Onlar oraya girəcəklər. Onun altından çaylar axar. Orada onlar üçün dilədikləri şeylər vardır. Allah Özünün qoruması altına girənləri bax budur, belə qarşılıqlandırır. Allahın qoruması altına girənlər o insanlardır ki, mələklər onları xoş və rahat etdirərək onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini bir-bir xatırlatdırırlar: “Salam sizə, etmiş olduğunuz işlərin qarşılığı olaraq girin cənnətə!” – deyərlər.  (Nəhl/30-32)      

92–94Amma əgər o, haqq yoldan azmış yalançılardandırsa, bax budur, qaynar su­dan bir ziyafət! Və cəhənnəmə atılma!

Bu ayələrdə, ölən insan solun əshabından [yalanlayıcılardan] olduğu halda, o insanın cəhənnəmə atılma və qaynar sudan bir ziyafət ilə qarşılaşacağı söylənərək, 51, 52-ci ayələrə şamil edilmişdir.

95Şübhəsiz, bax budur! Bizim çatdırdıqlarımız dəqiq bilikdir, həqiqətin məhz özüdür.

96Elə isə, böyük Rəbbinin adını arındır/Onun nöqsanlıqlardan uzaq olduğunu öyrət!

Rəbbimiz, bəyanlarının hamısıyla gerçək olduğunu bildirdikdən sonra elçisinə sözsüz olaraq, bunu söyləyir: “Onlar nə edərlərsə etsinlər, nə deyirlərsə desinlər, nəyə və necə inanırlarsa inansınlar, sən vəzifəni icra et, Rəbbinin hər cür nöqsanlıqdan uzaq olduğunu öyrətməyə davam et”.

Daha əvvəl də açıqladığımız kimi, “təsbih” Allahı əskikliklərdən tənzih etmək, ona atılan ləkələri təmizləmək deməkdir. “Təsbih” mövzusu haqqında daha geniş məlumat üçün Qələm və Əla surələrinin təhlillərində yer alan açıqlamalarımıza baxıla bilər.

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Kurtubi; el Camiu li Ahkamil-Quran.

[2] Razi; Mefatihu’l-Gayb.

[3] Lisanü’l-Arab; c.2, s. 561, 562. hvr mad.

[4] Lisanü’l-Arab; c.6, s. 553, ayn mad.

[5] Lisanü’l-Arab; c:6, s:155.

[6] Lisanü’l-Arab; c:1, s:600.

[7] Lisanü’l-Arab; c:1, s:481-85.

[8] Lisanü’l-Arab; c.4, s. 223, 383. Zakkum mad. Mevdudi; Tefhimü’l Quran, Saffat suresi.

[9] Lisanü’l-Arab; c.8, s. 282- 284. mss mad.

[10] Lisanü’l-Arab; c.5, s. 652-654. thr mad.

[11] Müfrədat; Darü’l-Marife/Beyrut; s:307-308.