SƏCDƏ SURƏSİNİN TƏBYİNİ

Səcdə surəsi enən Məkkədə 75-ci surədir. Adını 15-ci ayənin “Allahın ayələrinə canı könüldən inanıb yerə qapanmağı, yekəxanalıq etməməyi və Allahı həmd ilə təsbih etməyi” məsləhət görən ismarıcından almışdır. Klassik qaynaqlarda 16-20-ci ayələrin Mədəni olduğuna dair nəqllər də mövcuddur. [1]

Surə, Qurana diqqət çəkərək başlayır. Üzərində durulan ana mövzu, Məkkədə enən digər surələr kimi, insanların tövhid, axirət və elçiliklə əlaqədar şübhələrini aradan qaldırmaq və onları haqqa dəvət etməklə əlaqədardır.

Kafirlərin və möminlərin müqayisə edildiyi surədə həmçinin Rəsulullah təsəlli edilir, axirətdən ibrət verən bir səhnə sərgilənir.

Keçmişlə əlaqədar xatırlatmalar bağlamında Musa [əs] və İsrailoğulları əlaqəsinə qısa bir göndərmə edilir, səbirləri qarşılığında nemətlərə nail olduqları ifadə edilərək bu vəziyyətdən ibrət alınması istənir.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 347

1Əlif/1, Lam/30, Mim/40.

2Özündə şübhə olmayan bu kitab aləmlərin Rəbbi tərəfindən endirilmişdir.

3Yoxsa onlar: “Onu özü uydurdu”mu? – deyirlər. Tam əksinə, Quran bələdçiləndikləri doğru yola çatalar deyə, səndən əvvəl özlərinə bir xəbərdaredici gəlməmiş olan qövmü xəbərdar edəsən deyə, Rəbbindən gələn gerçəkdir.

(75/32, Səcdə/1–3)

Nəcm: 348

4Allah  göyləri, yeri və ikisi arasındakıları altı mərhələdə yaradan, həmçinin ən böyük taxt üzərində hegemonluq qurandır. Onun yaratdıqlarından sizə bir köməkçi, yol göstərən, qoruyan yaxın və bir dəstəkçi, minnətçi yoxdur. Hələ düşünüb ibrət almayacaqsınızmı?

5Allah göydən yerə, sistemləri nizamlayar, sonra da sistemlər ölçüsü sizin saydıqlarınızdan min il olan bir gündə Allaha yüksələr/geri dönər, sistem çökər,  pozular.

6Bax budur, Allah qavranıla bilənləri və qavranıla bilinməyənləri, keçmişi, gələcəyi biləndir/ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, əngin mərhəmət sahibidir.

7Ki, O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan  başlayandır. 8Sonra onun nəslini bir mahiyyətdən, adi bir sudan etmişdir. 9Daha sonra onu düzəldib bir formaya saldı və onu bilikləndirdi. Sizin üçün qulaq, gözlər və könüllər var etdi. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?

(75/32, Səcdə/4–9)

Nəcm: 349

10Və onlar: “Biz yer üzünün içində yox olduğumuzdamı, doğrudanmı biz yeni bir ya­radılışda olacağıq?” – dedilər. Əslində onlar Rəbbinə qovuşmağı, Onun rahatlı­ğı­na çatmağı bilərək rədd edən/inanmayan insanlardır.

11De ki: “Ölümlə vəzifələndirilmiş güc, sizi vəfat etdirəcək, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda, etmədiklərinizi bir-bir xatırlatdıracaq, sonra Rəbbinizə döndəriləcəksiniz”.

12Günahkarları Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” –  deyərlərkən bir görsən!

13Və əgər Biz diləsəydik hər insana doğru yolu verərdik. Lakin Məndən: “Bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” – sözü haqq olmuşdur.

14Belə isə, bu gününüzlə qarşılaşmağı unutduğunuza/tərk etdiyinizə görə dadın əzabı! Heç şübhəsiz, sizi Biz cəzalandırdıq. Və etmiş olduğunuza qarşılıq, sonsuzluq əzabını dadın!”

(75/32, Səcdə/10–14)

Nəcm: 350

15Həqiqətən Bizim ayələrimizə, ancaq özlərinə öyüd verildiyi zaman boyun əyib təslimiyyət göstərərək, yerlərə qapanan və Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılan və yekəxanalıq etməyən insanlar inanırlar.

16Onların yanları, yanı üstə yatdıqları yerlərdən uzaqlaşır. Onlar kef etməzlər, onlar qorxu və ümid içində Rəbbinə dua edərlər və özlərinə verdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edərlər.

(75/32, Səcdə/15–16)

Nəcm: 351

17Bax budur, insan özü üçün etdiklərinə qarşılıq gözləri aydın olacaq şeylərdən gizlənmiş olanları bilmir!

18Yaxşı, inanmış insan yoldan çıxmış insan kimidirmi? Onlar, eyni ola bilməzlər.

19İman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq etdiklərinə qarşılıq, bir ağırlanma olaraq, sığınacaq bağçaları yalnız və yalnız onlar üçündür.

20,21Və yoldan çıxanlara gəlincə, onların gedəcəyi/çatacağı yer də atəşdir. Hər çıxmaq istədiklərində ora yenidən çevriləcəklər və onlara: “Yalan sayıb durdu­ğu­nuz atəşin əzabını dadın” – deyiləcəkdir. Heç şübhəsiz ki, dönərlər deyə, onlara böyük cəzanın bir az zəifindən, ən yaxın cəzadan da daddıracağıq.

22Və özü Rəbbinin ayələri ilə öyüdləndirilən, sonra onlardan üz çevirəndən daha səhv/öz zərərinə iş edən kimdir? Şübhəsiz ki, Biz günahkarları yaxalayıb cəzalandıraraq, ədaləti qoruyanlarıq.

(75/32, Səcdə/17–22)

Nəcm: 352

23Və and olsun ki, Biz vaxtilə Musaya o kitabı verdik. İndi sən ona qovuşmaqdan şübhə içində olma. Və Biz onu İsrailoğulları üçün bir bələdçi etdik.

24Və onlardan səbr etdikləri zaman, Bizim əmrimizlə bələdçilik edən başçılar etdik. Və onlar Bizim ayələrimizə/əlamətlərimizə/nümunələrimizə qəti bir şəkildə inanırdılar.

25Şübhəsiz ki, sənin Rəbbin – Allah onların anlaşılmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında hökm edəcəkdir.

(75/32, Səcdə/23–25)

Nəcm: 353

26Yurdlarında gəzib dolaşdıqları, özlərindən öncəki necə nəsilləri dəyişikliyə/dağıntıya uğratmış olmağımız da, onlara bələdçi olmadımı? Şübhəsiz ki, bunda necə əlamətlər/nümunələr vardır. Hələ qulaq verməyəcəklərmi?

27Ya da, Bizim quraqlıq bir yerə suyu səpərək, onunla heyvanlarının və özlərinin yediyi bir əkini çıxarmağımızıdamı görmədilər? Hələ də görməzlər?

28Bir də onlar: “Nə zaman o məhkəmə, əgər doğru kimsələrsinizsə?” – deyərlər.

29De ki: “Kafirlərə, o məhkəmə günü iman etmələri fayda verməz və onlara müddət tanınmaz”.

30Artıq sən onlardan uzaqlaş və gözlə. Şübhəsiz ki, onlar gözləyənlərdir.

                                                                                                                                                (75/32, Səcdə/26–30)

TƏHLİL

1Əlif/1, Lam/30, Mim/40.

Bir çox dəfə ifadə etdiyimiz kimi, “الحروف المقطعة əl-Huruf-ul-Mukattaa [Kəsik Hərflər]” deyə adlandırılan bu hərflərin nəyi ifadə etdiyi hələ konkret olaraq bilinmir. Xəbərdarlıq və ya gələcək ayələrə diqqət çəkmə siqnalı ola biləcəkləri kimi, Quranın daxili quruluşuna aid əhəmiyyətli bir quruluş daşı da ola bilirlər. Həmçinin Quran endiyi dövrdə hələ rəqəmlərin icad edilməmiş olduğu və rəqəm yerinə “  ا ب ج د [EBCD]” hərflərinin işlədildiyi nəzərə alındığında, bu hərflərin müəyyən sayları ifadə etməsi də mümkündür. Belə olduğu təqdirdə, bəhs edilən sayların riyazi olaraq nəyi ifadə etdikləri də hələ bilinmir. İrəlidəki dövrlərdə ediləcək çalışmalar nəticəsində bu hərflərin işarə etdiyi mənaların doğru şəkildə təvil edilə biləcəyi qənaətindəyik.

Əbcəd hesabına görə surənin başındakı hərflərin say dəyərləri, 1-ci ayənin tərcüməsində verilən rəqəmlərdır.

2Özündə şübhə olmayan bu kitab aləmlərin Rəbbi tərəfindən endirilmişdir.

3Yoxsa onlar: “Onu özü uydurdu”mu? – deyirlər. Tam əksinə, Quran bələdçiləndikləri doğru yola çatalar deyə, səndən əvvəl özlərinə bir xəbərdaredici gəlməmiş olan qövmü xəbərdar edəsən deyə, Rəbbindən gələn gerçəkdir.

Xəbərdarlıq ədatlarıyla diqqət çəkildikdən sonra surənin bu ilk iki ayəsində Qurana bir dəfə daha vurğu edilərək bildirilir ki, içində şübhə, ziddiyyət və əsassızlıq olmayan bu kitabı aləmlərin Rəbbi Allah endirmişdir. Rəsulullahdan əvvəl özlərinə bir xəbərdarlıqçı gəlməmiş olan və “Onu özü uydurdu” deyən müşriklərə isə açıqlanır ki, Quran Rəsulullaha Uca Rəbbdən gələn haqqdır və insanları doğruya çatmaları üçün xəbərdar etmək məqsədi daşıyır. Beləliklə, Qurana “ovsundur”, “şeirdir”, “kahin sözüdür”, “əvvəlkilərin əfsanələridir” deyənlərin iddiaları rədd edilir.

Ayədəki “səndən əvvəl özlərinə bir xəbərdarlıqçı gəlməmiş olan cəmiyyəti xəbərdar edəsən” ifadəsiylə o dövrdəki Qüreyşlilər qəsd edilir. Qüreyşlilər ümmi bir cəmiyyət idilər. Peyğəmbərimiz xəbərdarlıqçı elçi olaraq gəlməzdən əvvəl özlərini Allahın əzabı ilə xəbərdar edən heç bir kimsə gəl­məmişdi. Ancaq bununla qəsd edilən Məkkəli ərəblərə heç xəbərdarlıqçı elçinin gəlmədiyi deyil, Rəsulullahdan əvvəlki dövrdə bir xəbərdarlıqçının gəlməməsidir. Çox uzun zaman əvvəl onlara da Peyğəmbər gəldiyi halda, zamanla o xəbərdarlıqçının gətirdiyi ismarıcın təsiri azalmış, yox olmuşdu.

Bu ayədə verilən məlumatın bir bənzərini Ya Sin surəsində görmüşdük:

  • 2–6Ataları xəbərdar edilməmiş, buna görə də özləri laqeyd olan bir qövmü onunla xəbərdar edəsən deyə, içərisində ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin endirdiyi qanunlar olan, pozulması əngəllənmiş Quran sübutdur ki, sən, o elçilərdənsən, heç şübhəsiz ki, sən ən doğru bir yoldasan. (Ya Sin/2-6)

Ya Sin surəsindəki bu ayə də Məkkə və ətrafındakı ərəb cəmiyyətinin, ataları [yaxın zamanda] xəbərdarlıq almadığı üçün xeyli qəflətə dalmış; dini, imanı, Allahı, axirəti vecinə almaz hala gəlmiş bir cəmiyyət olduğunu göstərir. Bu nöqtədə ağla “Allahın elçisi Muhəmməd (əs) sadəcə Ərəb cəmiyyətini xəbərdar etməkləmi vəzifələndirildi?” sualının gəlməsi mümkündür.

Ancaq orijinal mətndə belə bir məhdudiyyət gətirən ifadə mövcud deyil. Bilindiyi kimi, Rəbbimizin bu mövzudakı buyuruqları belədir:

  • 214Və ən yaxın qəbiləni xəbərdar et. (Şüəra/214)
  • 4Və Biz onlara açıq-aşkar ortaya qoysun deyə, hər peyğəmbəri yalnız öz qövmünün di­li ilə göndərdik. Artıq Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni də doğ­ru yola yönləndirər. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı ən­gəl­lə­yən/sağlamlaşdırandır. (İbrahim/4)

Təbii olaraq, bir xəbərdarlıqçı [elçi], özünə əmanət edilən vəzifəyə əvvəl öz ailəsindən, yaxınlarından, xalqından başlamalıdır. Yəni, xəbərdarlıq halqası xəbərdarlıqçının öz bölgəsindən başlayar, daha sonra genişlənər. Belə ki, Peyğəmbərimizə xəbərdarlığa öz oymağından başlamasını bildirən Rəbbimiz, bununla bərabər onun bütün insanlığa göndərildiyinə dair də bir çox ayə (Maidə/15, Səba/28, Əraf/158, Ənam/19, Ənbiya/107) göndərmişdir.

Surənin 2-ci ayəsindəki “Özündə şübhə olmayan bu kitabın endirilməsi, aləmlərin Rəbbindəndir” ifadəsi, Aləmlərin Rəbbi tərəfindən göndərilmiş olduğuna görə Quranda heç bir şübhə, ziddiyyət və əsassızlıq olmadığı ismarıcını ehtiva edir.

Quranda heç bir ziddiyyət və əsassızlığın olmadığı Rəbbimiz tərəfindən bir çox dəfə vurğulanmışdır:

  • 1Əlif/1, Lam/30, Mim/40.
  • 2Bax budur, bu kitab – özündə heç şübhə yoxdur (Bəqərə/1-2)
  • 1–4Bütün təriflər, qatından şiddətli əzaba qarşı xəbərdar etmək, düzəltmək yönündə işlər edən möminlərə, şübhəsiz ki, onlar üçün, içində həmişəlik qalanlar olaraq gözəl bir mükafat olduğunu müjdələmək və “Allah uşaq qəbul etdi” – deyənləri xəbərdar etmək üçün quluna, qoruyucu olaraq, özü ilə heç bir ziddiyyət təşkil etməyən Kitabı endirən Allah üçündür, başqası öyülə bilməz.  (Kəhf/1-4)
  • 27,28Və and olsun ki, Biz, düşünüb öyüd alsınlar deyə, səlis ərəbcə bir oxuma olaraq, Allahın qoruması altına girsinlər deyə, bu Quranda insanlar üçün hər cür nümunə verdik. (Zümər/27, 28)
  • 82Onlar hələ Quranı lazım olduğu qədər düşünməzlərmi? Əgər ki, o, Allahdan baş­qa­sı tərəfindən olsaydı, qətiliklə onun içində bir çox qarışıqlıqlar/ziddiyyətlər tapardılar. (Nisa/82)

Bilindiyi kimi, Məkkəli inkarçılar o “Kitab”ı Muhəmmədin (əs) özünün uydurduğunu irəli sürürdülər. Bu iddiaları bir çox ayədə (Yunus/35-38, Ənbiya/5, Furqan/4, Əhqaf/8) nəql edilmişdi.

Burada ağla belə bir soru gələ bilər: Rəsulullahdan əvvəl uzun bir müddət Ərəb cəmiyyətinə hər hansı bir xəbərdarlıqçı gəlmədiyinə görə, o müddət ərzində yaşamış insanların aqibətləri necə olacaqdır? Bu müddət içində yaşamış olan kimsələr nələrdən məsuldurlar?

Ərəblərin cahiliyyə dövrində və ya hər hansı bir dövrdə yaşayaraq, özlərinə vəhy/ilahi ismarıc çatdırılmamış kimsələr, Allahın varlığını və birliyini tanımaqdan məsul olacaqlar. Çünki Allahın varlığını və birliyini dərk etmək üçün xəbərdarlıqçıya, hər hansı bir müəllimə ehtiyac yoxdur. Ağlın varlığı bu məsuliyyət üçün kifayətdir. Quranda Allahın varlığını və birliyini tanımağa yönəlik ayələrin hamısı da ağlı işlətməyi əmr edir. Qısacası, ağlını işlədən hər kəs Allahı və Onun birliyini tanıyır. Belə ki, Rəsulullahın elçi göndərildiyi dövrdə Məkkədə özlərinə “hənif” deyilən Kuss b. Saidetü’l-İyadi, Ümeyye b. Ebi es-Salt, Suveyd b. Amr el-Mustaliki, Vaki’ b. Selame b. Züheyr el-İyadi, Amr b. Cündüb el-Cüheni, Ebu Kays Serme b. Ebi Enes, Zeyd b. Amr b. Nüfeyl, Varaq b. Nevfel, Osman b. el-Huvaris, Ubeyde b. Cahş, Amir b. ez-Zerb el-Advani, Allaf b. Şehab et-Temimi, El-Mütelemmis b. Ümeyye el-Kinəni, Züheyr b. Ebu Selma, Halid b. Sinən b. Gays el-Absi, Abdullah b. Kudai kimi Allahı tanıyan, birliyinə inanan kimsələr var idi.

4Allah  göyləri, yeri və ikisi arasındakıları altı mərhələdə yaradan, həmçinin ən böyük taxt üzərində hegemonluq qurandır. Onun yaratdıqlarından sizə bir köməkçi, yol göstərən, qoruyan yaxın və bir dəstəkçi, minnətçi yoxdur. Hələ düşünüb ibrət almayacaqsınızmı?

5Allah göydən yerə, sistemləri nizamlayar, sonra da sistemlər ölçüsü sizin saydıqlarınızdan min il olan bir gündə Allaha yüksələr/geri dönər, sistem çökər,  pozular.

6Bax budur, Allah qavranıla bilənləri və qavranıla bilinməyənləri, keçmişi, gələcəyi biləndir/ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, əngin mərhəmət sahibidir.

Bu ayələrdə Rəbbimiz öz xüsusiyyətlərindən bir qismini yenə tanıdaraq, bir çox həqiqətə işıq tutur:

  • Allah göyləri, yeri və ikisi arasındakıları altı gündə yaradandır.
  • Allah ərş üzərində hegemonluq qurandır.
  • Allah göydən yerə işləri nizamlayandır.
  • Allahın yaratdıqlarından insanlar üçün bir yaxın və bir şəfaətçi yoxdur.
  • İşlər, çox uzun illər sonra Allaha yüksələcəkdir [yəni kainatın sistemi yox olub, qiyamət qopacaqdır].

Daha əvvəl Əraf surəsində “yaratma”nın və “idarə etmə”nin [kainatın fəaliyyət planlarının və qanunlarının] Allaha aid olduğunu görmüşdük:

  • 54Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üzərində hegemonluq quran, gündüzü durmadan qovalayan gecə ilə bürüyən, günəş, ay və ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, yaratmaq və sistemlər qurub idarə etmək ancaq Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də səxavətlidir! (Əraf/54)

Göylərin və Yer üzünün yaradılması: Ayədə keçən  الخلق [xəlq] sözü, “yoxdan var etmə” mənasında olmayıb, “təqdir etmək, şəkil vermək, nizama salmaq” mənasındadır. Beləliklə, Rəbbimizin göyləri və yer üzünü yaratmasından onlara şəkil verdiyi, onları nizama saldığı anlaşılmalıdır. Əlbəttə ki, her şeyi yoxdan var edən də Uca Allahdır. Ancaq Rəbbimizin bu ifadədə “xəlq [yaratma]” sözünü işlətməsi, bizə görə, göylərin və yer üzünün araşdırılaraq təhlil edilməsini, əldə ediləcək kəşflərdən yola çıxılaraq “əsərdən müəssirə çatma” yöntəmiylə, kainata nizam verən proqramlayıcının da özü olduğunun bilinməsini istədiyinə görədir. Bizim, Quran çalışmalarımızda göylər və yer üzüylə əlaqədar təsbit edilə bilmiş möcüzələrə yer verərək, bu məlumatları təqdim etməyə cəhd etməyimiz də qullara yüklənən bu vəzifəyə görədir.

Rəbbimiz bir çox ayədə insanların andla diqqətlərini çəkərək, özünə dəlalət edəcək sübutları sadəcə göylərdə və yer üzündə deyil, enfüsdə [öz içquruluşmuzda] da axtarmağımızı istəmişdir. Quranda Rəbbimizi tanımağımıza vəsilə olacaq dəlillər arasından xüsusilə “göylər” üzərində artıq durulmuş və göylərin xəlq edilməsinin [nizama salınmasının] insanın xəlq edilməsinə görə daha böyük bir iş olduğu bildirilmişdir:

  • 3,4O, yeddi qat göyü bir-biri üzərində uyğun şəkildə yaradandır. Rəhmanın yaratmasında bir çatlaq/uyğunsuzluq görməzsən. Buyur, gözünü döndər, bir pozuqluq görürsənmi? Sonra gözünü iki dəfə daha döndər. Gözün aciz və çox yorğun olaraq, sənə dönəcəkdir. (Mülk/3-4)
  • 190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır. (Al-i İmran/190-194)
  • 57Əlbəttə, göylərin və yerin yaradılması insanların yaradılmasından daha mürəkkəbdir. Amma insanların çoxu bilmirlər. (Mömin/57)

İşlər Allaha yüksəlir:

5-ci ayədə keçən “İşlərin Allaha yüksəlməsi” ifadəsi Allahın yer üzündə cari qıldığı qaydaların, nizam və intizamın ortadan qalxması deməkdir. Burada bəhs edilən “min il” də bu qalxma zamanının çox uzun müddət sonra olacağından kinəyədir.

  • 4Xəbərçi ayələr və vəhy, miqdarı əlli min il olan bir gün içində Ona yüksələr/yer üzündən çəkilər.
  • 5O halda sən gözəl bir səbr ilə səbr et.
  • 6,7Şübhəsiz ki, Biz olacaq əzabı çox yaxın görərkən, onlar onu çox uzaq görürlər. (Məaric/4-7)
  • 47Və səndən əzabı tezləşdirməyini istəyirlər. Halbuki, Allah qətiyyən sözündən dönmə­yə­­cəkdir. Və şübhəsiz ki, Rəbbinin dərgahında bir gün sizin saya bildiklərinizdən min il ki­mi­dir. (Həcc/47)

İşlərin tədbiri və Allaha yüksəlməsindən bəhs edilən ayələrdən anlaşıldığına görə, Rəbbimiz kainatın nizamını makrodan mikroya doğru qurmuşdur; kainatın qiyamətini də mikrodan makroya doğru əmələ gətirəcəkdir.

Allah, göyləri və yeri altı gündə yaratmışdır:

“اليوم  Yevm” sözü dilimizə “gün” olaraq çevrilə bildiyi kimi “dövr” olaraq da çevrilə bilir. Çünki ərəbcədə “yevm” sözü həm gündüz və gecədən ibarət olan 24 saatlıq bir “dövr [gün]” mənasına, həm də ümumiyyətlə “dövr” mənasına gəlir.

“Yevm” sözünün buradakı mənasının “dövr” olaraq qəbulu, bizlərə Quranın bir möcüzəsini daha görmək imkanı verir. Bilindiyi kimi günümüz etibariylə əldə edilmiş kosmoloji kəşflər, kainatın [beləliklə, dünyanın da] bir sıra mərhələlərdən keçərək bu günkü vəziyyətinə gəldiyini göstərir. Quran, kainatın və dünyanın 6 “yevm”də [dövrdə] yaradıldığını bildirərək, bu günkü elmi kəşflərlə varılan nəticəni, yəni yaradılışın mərhələlər, dövrlər halında həyata keçdiyini 14 əsr əvvəldən elan etmiş və bir möcüzəsini daha gözlər önünə sərmişdir.

Qaf/38-in təhlilində geniş şəkildə açıqladığımız kimi, “altı gün”, “altı mərhələ” ifadəsi ilə kainatın və ona bağlı olaraq dünyanın əmələ gəlməsi və mövcud nizama girməsindəki mərhələlər qəsd edilmişdir. Quranda bir çox yerdə keçən “altı gün” ifadəsi, bizə görə Quranın möcüzələrindəndir və elm hələ bu mərhələləri araşdırmağla məşğuldur.

Allah göyləri, yeri və ikisi arasındakıları altı gündə yaradan və də ərş üzərinə hegemonluq qurandır” ifadəsində yer alan “ ثمّ sümmə [sonra]” ədatı zamanda tərtibi/sıralamağı deyil, kəlamda tərtibi/sıralamağı ifadə edir. Bu ədata görə, ifadənin ikinci bölməsi “və də ərş üzərinə hegemonluq qurandır” deyə çevrilmişdir.

  • 3Şübhəsiz ki, sizin Rəbbiniz göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, işləri idarə edən Allahdır. Dünyada kömək edəcək, dəstək olacaq insan ancaq Onun iznindən/biliyindən sonra kömək edə bilər. Bax budur, bu Rəbbiniz Allahdır. O halda, Ona qulluq edin! Hələ də düşünüb ibrət almazsınızmı? (Yunus/3)

Bu mövzu daha əvvəl Qaf surəsində geniş şəkildə açıqlandığı üçün bu qədərlə kifayətlənir, daha artıq məlumat əldə etmək istəyənlərin əlaqədar bölməni yenidən oxumalarını məsləhət görürük.

Allah, ərş üzərində istiva edəndir:

“العرش   Ərş” sözü, iqtidar əlaməti olan “kral taxtı, taxt” deməkdir. “Ərşın sahibi” ifadəsi isə yer üzünün, göy üzünün, içindəki varlıqlarıyla bütün kainatın tək sahibi, tək idarəedicisi, tək hökmranı mənasına gəlir. Hər şeyin və hər kəsin sahibi olan bu uca varlıq, kimsənin və heç bir şeyin özündən qaçamayacağı Allahdır.

Mütəşabih bir qavram olan “استوى istəva” sözü isə ayədə məcaz olaraq işlədilmişdir. Bu söz hərfi mənada “ərşin üstünə qurulmaq”, məcazi mənada isə “ən böyük məqama sahib olmaq, ən böyük gücü əlində tutmaq” mənasına gəlir. Allahın məkandan münəzzəh olduğu bir çox ayə ilə bildirildiyinə və əqlən də belə olduğu sabit olduğuna görə, bu ifadədə sözlərin “həqiqi” mənalarının murad edilmiş olması mümkün deyildir. Beləliklə, “Allahın ərşə istiva etməsi”, Allahın ən böyük məqama sahib olduğunu və ən böyük gücü əlində tutduğunu ifadə edir.

  • 5Rəhman ən böyük taxt üzərində hegemonluq qurmuşdur.
  • 6Göylərdə olan şeylər, yer üzündə olan şeylər, bu ikisinin arasında olan şeylər və nəmli torpağın altında olan şeylər yalnız və yalnız Rəhmanındır. (Ta Ha/5, 6)
  • 54Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üzərində hegemonluq quran, gündüzü durmadan qovalayan gecə ilə bürüyən, günəş, ay və ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, yaratmaq və sistemlər qurub idarə etmək ancaq Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də səxavətlidir! (Əraf/54)
  • 29O, yer üzündə nə varsa hamısını sizin üçün əmələ gətirəndir. Sonra da O, səmada hökmranlıq qurdu, onları vəhy edilən göy olaraq nizamladı. O, hər şeyi ən yaxşı biləndir. (Bəqərə/29)

“İstiva” sözü yuxarıdakı ayələrdən başqa, Yunus/3, Rad/2, Furqan/59 və Səcdə/4-də də bu şəkildə keçir.

Göründüyü kimi, ayələrdəki “استوى istəva” sözü, mütəşabih bir anlatma ilə Allahın gücünü və qüvvətini ifadə edir. Bundan başqa, “Göydə olan”, “Taxtda oturan”, “Taxtını səkkiz mələyin çəkdiyi kral” kimi Quran ifadələri də mütəşabih olub, Allahın gücünü və qüvvətini anlatmaq üçün işlədilmişdir. Bu mütəşabih ifadələrin çoxu, o günkü ərəblər arasında işlədilən ifadə şəkilləridir. Buna görə də Uca Allah da öz muradını ərəblərin o günkü danışma və anlamalarına uyğun olan belə deyim və qəliblərlə ifadə etmişdir.

Quranda mütəşabih ayələrin varlığını bildirən Al-i İmran/7-ci və Zümər/23-cü ayələri nəzərdən qaçırılıb, mütəşabih ayələrdəki hər ifadə zahiri, hərfi və həqiqi mənalarıyla nəzərə alınarsa, bu, Quranın ruhuna zidd bir davranış olar. Məsələn, Allahın gəlməsi, enməsi, yaxınlaşması, Ərş üzərinə istiva etməsi, göydə olması, əli olması, yüksək-açıq üfüqdə olması, Adəm və İblis ilə qarşılıqlı dialoq qurması, görməsi, eşitməsi mütəşabih ifadələrdir. Bunlar, mütəxəssislər tərəfindən təvil edilirlər.

Mütəşabih ifadələrin anlaşılmasını zamana və əhlinə buraxmaq daha doğru bir davranışdır. Zaman içində mütləq hər elmdə üstün bilikli olanlar çıxar və bu təchizatlı mütəxəssislər o ayələri lazımi şəkildə təvil edərlər.

“İşi idarə edən” Allahdır:

Ayədə keçən “تدبير tədbir” sözü, “bir işin yaxşı bir nəticəyə çatması üçün ardını və aqibətini, önünü və sonunu bilərək, hesab edərək müşahidə etmək, təqdir və idarə etmək” deməkdir. Bu ifadə işlədilərək, Allahın yaratdıqdan sonra kainatla əlaqəsini kəsmədiyi, əksinə kainatın idarəçiliyini daima nəzarəti altında saxladığı vurğulanır.

  • 4Hamınızın dönüşü sadəcə, Onadır. Allah bunu haqq olaraq vəd etmişdir. Şübhəsiz ki, O, xalqı ilk başdan yaradır, sonra iman edən və düzəltmək yönündə işlər edən insanları nəsibləri/haqları olan payları ilə qarşılıq vermək üçün geri döndərir. Bu kafirlər, küfrlərinə görə, özləri üçün qaynar sudan bir içki və acıqlı əzab olanlardır.  (Yunus/4)

Allahın yaratdıqlarından insanlar üçün bir yaxın və bir şəfaətçi yoxdur. Bu ifadə, şəfaətin Allahın izninə bağlı olması mənasına gəlir. Ancaq bu, Allahın bu mövzuda hər hansı bir insana və ya zümrəyə şəfaət etmə izni verdiyi və ya verəcəyi şəklində izah oluna bilməz. Çünki Rəbbimizin bu mənada bir bildirişi yoxdur. Şəfaət mövzusu ilə əlaqədar daha artıq təfərrüat Nəcm, Məryəm və Ta Ha surələrində verilmişdir.

Ayədəki “شفيع şəfi’” sözünü “cüt, ikinci, yəni ikinci olan, yaradılan, yaradılışlar” mənasında alaraq “Şəfaətçi ancaq Allahın iznindən sonradır” ifadəsinin “hər var olanın, hər meydana gələnin ancaq Allahın izni ilə var olub meydana gələcəyi” mənasına gəldiyini söyləmək də mümkündür. Çünki Fəcr surəsində qeyd etdiyimiz kimi, “cüt sayı” qavramı, eyni cürdən birdən artıq ünsürün varlığına işarə edər; başqa bir ifadəylə, əksi və ya əksləri olan və buna görə də başqa şeylərlə əlaqə içində olan hər şeyi əhatə edər.

Ayənin son bölməsində yer alan “Budur Bu, Rəbbiniz Allahdır. O halda Ona qulluq edin! Hələ də düşünüb, ibrət almazsınızmı?” ifadəsiylə müşriklərə belə deyilir: “İbadəti tək və ortağı olmayan Allaha təsis edin, ey müşriklər! Vəziyyətiniz haqqında öyüd dinləməzsinizmi ki, Allah ilə bərabər, Onun yeganə yaradıcı olduğunu bildiyiniz halda, bir başqasına da ibadət edirsiniz?”

Mövzumuz olan ayə, Zühruf və Möminun surələrində geniş izah olunmuşdur:

  • 82,83Onlar: “Biz ölüb bir torpaq və sümüklər olduqdamı qətiliklə, dirildiləcəyik? And olsun ki, biz və atalarımız bundan öncə bununla qorxudulmuşduq. Bu, əvvəlkilərin məsəllərindən başqa bir şey deyildir!” – dedilər.
  • 84De ki: “Əgər bilirsinizsə, bu yer üzü və onun içindəki kimsələr kimə aiddir?”
  • 85Onlar: “Allaha aiddir” – deyəcəklər. “Belə isə, siz düşünüb daşınmazsınızmı?” – de.
  • 86De ki: “Vəhy edilən göylərin Rəbbi və çox böyük taxtın Rəbbi kimdir?”
  • 87Onlar: “Allahındır/Allahdır” – deyəcəklər. Sən: “Belə isə, Allahın qoruması altına gir­mə­yəcəksinizmi?” – de.
  • 88De ki: “Əgər bilirsinizsə, hər şeyin mülkiyyəti və idarəçiliyi Özünün əlində olan və Özü hər şeyi qoruyub müdafiə edən, lakin Özü qorunmayan kimdir?”
  • 89Onlar: “Allahındır/Allahdır” – deyəcəklər. Sən: “Belə isə necə ovsunlanırsınız?” – de. (Möminlər/82-89)

7Ki, O, yaratdığı hər şeyi ən gözəl edən və insanı yaratmağa bir palçıqdan  başlayandır. 8Sonra onun nəslini bir mahiyyətdən, adi bir sudan etmişdir. 9Daha sonra onu düzəldib bir formaya saldı və onu bilikləndirdi. Sizin üçün qulaq, gözlər və könüllər var etdi. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?

Bu ayə qrupunda Rəbbimiz özünü və yaratdıqlarındakı təcəllisini anladaraq insanlığı düşünməyə və sahib olduqları nemətlərin bədəllərini ödəməyə dəvət edir.

7-ci ayədəki “O, yaratdığı hər şeyi ən gözəl edəndir” ifadəsi, Allahın hər şeyi həm quruluş olaraq ən gözəl bir şəkildə yaratdığını, həm də yaratdığı hər şeyin fitrətinə kodladığı yaradılma məqsədinin gözəlliyini ifadə edir. Ən kiçiyindən [mikro] ən böyüyünə [makro] qədər, canlı-cansız hər varlıq öz varlığı çərçivəsində ən gözəl bir biçimdədir.

Heç biri çirkin və pozulmuş quruluşda deyildir. Nə insan heyvanat kimidir, nə də heyvanlar insan kimidir. Heç bir varlıq biri digəri kimi deyildir. Bu vəziyyət Rəbbimiz tərəfindən bir çox ayədə açıq şəkildə ifadə edilmişdir:

  • 64Allah sizin üçün yer üzünü bir qərargah, göyü də bir bina edən, sizə şəkil verən ki, şəkillərinizi necə də gözəl vermişdir və sizi təmiz şeylərdən ruziləndirəndir. Bax budur, O – Rəbbiniz Allahdır. Bax budur, aləmlərin Rəbbi olan Allah nə səxavətlidir!      (Mömin/64)
  • 3Allah göyləri və yeri haqq ilə əmələ gətirdi və sizi formalaşdırdı. Quruluşunuzu da nə gözəl etdi! Və dönüş yalnız və yalnız Onadır. (Təğabun/3)
  • 4–6həqiqətən Biz insanı ən gözəl biçimdə yaratdıq, sonra inanan və eyni zamanda quruculuq yolunda fəaliyyət göstərənlərdən başqa, çünki onlar üçün kəsilməz bir mükafat vardır, onu alçaqların ən alçağına döndərdik. (Tin/4-6)
  • 71,72O zaman ki, Rəbbin bir zaman kainatdakı güclərə: “Şübhəsiz, Mən palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Onu düzgünləşdirib bilikli hala gətirdiyim zaman dərhal ona boyun əyib, təslim olun” – demişdi. (Sad/71-72)

Mövzumuz olan bölmədə insanın yaradılmasına palçıqdan başlandığı qeyd edilərək yaradılışın digər mərhələlərinə da qısaca işarə edilir. Bu yaradılış mərhələləri, insanın məsul bir varlıq olaraq yer üzündə xəlifə qılınması müddətinə işarə edir. Bu mövzu Sad surəsinin təhlilində geniş şəkildə ələ alındığından, mövzuyla əlaqədar qısa bir xülasə ilə kifayətlənir və detalın oradan oxunmasını məsləhət görürük.

Dərhal qeyd etmək lazımdır ki, insanoğlunun yer üzündəki məsulluq imtahanının necə başladığı ilə əlaqədar həqiqətlər, mövzunun yer aldığı surələrdə təmsili olaraq anladılmışdır. Hadisənin bir teatr səhnəsi kimi canlandırılaraq anladılması kainatın, dünyanın və canlıların var olma mərhələləri haqqında məlumat sahibi olmayanların mövzunu yaxşı anlamalarını təmin edir.

“Palçıqdan Yaradılış”, “təsviyə”, “ruhun üfürülməsi” və “mələklərin səcdəsi” bir anda baş vermiş hadisələr deyildir. Quranda verilən məlumatlara görə, bu hadisələr milyardlarla illik bir müddətdə reallaşmışdır.  Bu mövzu Sad surəsində geniş şəkildə verilmişdir.

10Və onlar: “Biz yer üzünün içində yox olduğumuzdamı, doğrudanmı biz yeni bir ya­radılışda olacağıq?” – dedilər. Əslində onlar Rəbbinə qovuşmağı, Onun rahatlı­ğı­na çatmağı bilərək rədd edən/inanmayan insanlardır.

11De ki: “Ölümlə vəzifələndirilmiş güc, sizi vəfat etdirəcək, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda, etmədiklərinizi bir-bir xatırlatdıracaq, sonra Rəbbinizə döndəriləcəksiniz”.

Bu ayələrdə, “Biz yer üzünün içində yox olduğumuzdamı, doğrudanmı biz yeni bir ya­radılışda olacağıq?” deyən axirət inkarçılarına dərs verilir. Bu mövzu Quranda bir çox dəfə yer almışdır. İnsanın ölümü onun yox olması deyil, Allaha döndərilməsidir. Yəni insanın axirət yurduna addım atması, orada toplanması, mühakimə olunması, bunun nəticəsində isə iman və əməllərinin qarşılığını almasıdır.

Demək olar ki, bədən parçalanıb torpağa qarışsa da yenə varlığını sürdürür, bir yerə yığılmağı gözləyir.

“Ölüm” Quranda “Allaha dönmə, Allaha qovuşma” olaraq xarakterizə edilmişdir. Bu ifadələr bir növü “həsrətdən, qürbətdən qurtulub vüsala qovuşma”ğı xatırladır. Bu ifadəylə insanın sevdiklərinə sayğın olaraq qovuşmalı olduğuna işarə edilir.

11-ci ayədəki “Ölümlə vəzifələndirilmiş güc, sizi vəfat etdirəcək, sizə keçmişdə etdiklərinizi və etməli olduğunuz halda, etmədiklərinizi bir-bir xatırlatdıracaq, sonra Rəbbinizə döndəriləcəksiniz” ifadələrindən, əvvəl vəfatın olacağı, sonra da Allaha dönməyin gerçəkləşəcəyi anlaşılır.

Vəfat.  “ وفاة Vəfat” sözünün kökü “ وفى vfy [vəfa]” sözüdür. “Vfy” sözü; “غدر ğadr” sözünün ziddi olub, “tamamilə vermək, azaltmadan yerinə yetirmək” deməkdir. Bu sözdən törəmiş olan “vəfat” sözü isə “ölüm” deməkdir. Ölümə “vəfat” deyilməsi, Allahın insana verdiyi ömrü ili, ayı, günü, saatı, dəqiqəsi və saniyəsiylə əskiksiz yaşatmasındandır. [2]

Bu məlumatlər istiqamətində Qurana baxıldığında, “vfy” sözünün istər sülasi [üçlü] istərsə də məzidatı [əlavəli qəlibləri] daxil, Quranda cəmi 66 dəfə yer aldığı görünür.

Ancaq söz Quranın hər yerində eyni mənada işlədilməmişdir. Sırf “vəfat” sözünün keçdiyi ayələrə baxıldığında, sözün “ölüm” mənasına gəlmədiyi, “ölüm” ilə “vəfat”ın bir-birindən fərqli iki ayrı məfhum olduğu görünür:

  • 60Və O, sizi gecə vaxtı vəfat etdirən/keçmişdə etdiklərinizi, etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıran, gündüzlər əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddət sonunun gerçəkləşməsi üçün sizi qaldırandır. Sonra dönüşünüz yalnız və yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcəkdir.
  • 61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq-əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. (Ənam/60, 61)
  • 42Allah o nəfsləri, öldükləri zaman, onlara keçmişdə etdiklərini və etməli olduqları halda etmədiklərini birbir xatırlatdırır. Ölməyənləri yatdıqlarında… Artıq haq­larında ölüm gerçəkləşdirdiklərini alar, digərlərini adı qoyulmuş bir müddət so­nuna qədər qaytarar. Şübhəsiz, bunda düşünən bir cəmiyyət üçün necə əlamət­lər/nü­munələr vardır. (Zümər/42)

Diqqət edilirsə, ayələrdəki “ölüm gəldiyi vaxt elçilərimiz … vəfat etdirirlər”“ölmələri sırasında vəfat etdirir” ifadələrində “vəfat” sözünün “Allahın insana verdiyi ömrü iliylə, ayıyla, günüylə, saatıyla, dəqiqəsiylə və saniyəsiylə əskiksiz yaşatması” mənasına qarşılıq olmadığı; “vəfat”ın ölüm anından dərhal əvvəl yaşanan bir müddət olduğu anlaşılır. Belə ki, Rəbbimiz “vəfat”ın ölümdən başqa bir müddət olduğunu və müxtəlif şəkillərdə təzahür etdiyini bu ayələrdə bəyan etmişdir:  Səcdə/11, Nisa/97, Nəhl/28, Ənfal/50, 51, Muhəmməd/27, Nəhl/32, Qiyamət/ 22-30.

Yuxarıdakı ayələrdə göründüyü kimi, “vəfat” iki şəkildə reallaşır. Bu müddəti təqva sahibləri xoşbəxtlik və rahatlıq içində keçirərkən, günahkarlar isə bədbəxtlik və işgəncə içində keçirirlər.

Demək olar ki, “vəfat” Allahın insanlara öləcəkləri andan dərhal əvvəl yaşadacağı, hər kəsə etdiklərinin və etməli olduğu halda etmədiklərinin hamısını əskiksiz, artıqsız göstərəcəyi, xəbər verəcəyi bir müddətdir. Başqa bir ifadə ilə “vəfat”, Rəbbimizin, insanın həyatındakı bütün qeydlərı ən incə təfərrüatı ilə eynilə bir qara qutunun “Z raportu” kimi, ölüm anından qısa bir müddət əvvəl heç əskiksiz-artıqsız ortaya qoymasıdır. Bu “ortaya qoyma”, insana yaradılışda yerləşdirilmiş olan “qoruyucular, yaddaşlar, elçilər [hafizə hüceyrələri]” ilə təmin edilir.

Xülasə etsək, “vəfat” ölüm deyil, “ölüm anında həyat boyu yaşananların Allah tərəfindən xatırladılmasıdır” – deməkdir.

İnkarçıların Bəhanələri. İnkarçıların axirəti inkar edə bilmək üçün irəli sürdükləri bəhanələr Quranda bir çox dəfə (Səba/7, Səba/19, Vaqiə/47, Möminlər/82, Saffat/16) nəql edilmişdir.

Bu mövzu İsra surəsində (İsra/49-52) də geniş şəkildə verilmişdir.

Yenidən dirildilmə mövzusunda da daha əvvəl Yunus (4-cü ayə) surəsində geniş şəkildə açıqlamalarımız olmuşdu.

12Günahkarları Rəbbinin hüzurunda başları önə əyilmiş olaraq: “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” –  deyərlərkən bir görsən!

11-ci ayədə insanların mütləq Allaha döndəriləcəkləri vurğulanmışdı. Bu ayədə isə günahkarların o günkü acınacaqlı vəziyyətlərı təsvir edilir: Rəblərinin hüzurunda başları önə əyilmiş olaraq “Ey Rəbbimiz! Gördük və dinlədik, indi bizi geri göndər ki, saleh bir əməl işləyək, biz artıq qəti bir şəkildə inanırıq” – deyə yalvaracaqlar. İnkarçıların təəccüb ediləcək səviyyədəki pərişan hallarına diqqət çəkilən bu Axirət səhnəsi, bütün insanlığa bir xəbərdarlıq tablosu olsun deyə nəql edilmişdir.

Belə ki, bu qədər acınacaqlı bir vəziyyətə düşən inkarçılar, zillət içində yalvarıb yaxarmalarına baxmayaraq, bu yalvarışlarında səmimi deyildilər. Bu vəziyyət daha əvvəl Ənam surəsində açıqlanmışdı:

  • 27Və onların atəşin üzərində durdurulduqları zaman: “Ah, nə olardı, dünyaya dön­dərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və möminlərdən olsay­dıq!” – dediklərini bir görsəydin!
  • 28Əksinə, işin əslində, daha əvvəl gizlədikləri aşkar oldu. Geri döndərilsəydilər, yenə qadağan olunduqları şeyə tam əmin olun ki, dönərdilər. Bəli onlar həqiqətən yalançılardır.  (Ənam/27, 28)

Ayədəki “ المجرمون mücrimlər [günahkarlar]” ifadəsi ilə inkarçılar qəsd edilir. “Mücrimlər [günahkarlar]” sözü Quranda bir çox ayədə yer almışdır. Bu ayələrin hamısında da mücrimlər “şükür etməyənlər, iman edənlərə gülənlər, Qurandan şübhə edənlər, Firona kömək edənlər, haqqı işləməyənlər, Allaha qarşı yalan uyduranlar, Allahın ayələrini yalan sayanlar, insanları yoldan çıxaranlar, Allahın ayələrinə qarşı yekəxanalıq edənlər, imandan sonra küfrə dönənlər, elçinin xəbərdar etməsinə baxmayaraq, cinsi azğınlıqdan əl çəkməyənlər, cəmiyyətdə pozğunçuluq edənlər” olaraq xarakterizə edilmişdilər. Bu xüsusiyyətlərindən, mücrimlərin daima inkarçı, yalanlayıcı bir kütlə olduğu; bu günahları inancsızlıqları ucbatından işlədikləri anlaşılır.

13Və əgər Biz diləsəydik hər insana doğru yolu verərdik. Lakin Məndən: “Bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” – sözü haqq olmuşdur.

14Belə isə, bu gününüzlə qarşılaşmağı unutduğunuza/tərk etdiyinizə görə dadın əzabı! Heç şübhəsiz, sizi Biz cəzalandırdıq. Və etmiş olduğunuza qarşılıq, sonsuzluq əzabını dadın!”

Bu ayələrdə, günahkarların məhşərdəki rüsvayçılıqlarının səbəbinin bilavasitə özləri olduğu, Allahın məcbur etməsiylə o hala gəlmədikləri, buna görə də etdiklərinin qarşılığını çəkəcəkləri açıqlanır. Quranın ismarıcı tam olaraq nəzərə alındığında, Allahın kimsəni doğru yola məcbur etmədiyi; insana həm yaxşını, doğrunu, gözəl olanı seçəcək bir “ağıl” verib, həm də yaxşını, doğrunu və gözəl olanı açıqlayan bir “Kitab” göndərib, qalanını insanların özünə buraxdığı anlaşılır.

  • 1–10Quran və onun ictimai maariflənməsini, Qurana tabe olan Rəsul və möminləri, Quranın nuru ilə nurlanan cəmiyyətləri, Quran nurundan məhrum olan cəmiyyətləri, bilikliləri və bilikliləri ucaldan bilikləri, qatı cahilləri və onları bu hala salan qayda və anlayışları, mənliyini tapmış insanları və mənliklərini tapmağa vadar edən amilləri ki, Allah ona qəzəblənmək və özünümüdafiə instinktlərini/günah etmək və “Allahın himayəsi altında olmaq” qabiliyyətlərini ilham etdi, sübut göstərirəm ki, nəfsini pak edən/təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, əmin olun ki, zərərə uğramışdır”. (Şəms/1-10)
  • 29Və de ki: “O gerçək Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın”. Şübhəsiz ki, Biz şərik qoşaraq səhv/öz zərərlərinə iş edən­lər üçün divarları, dövrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzlərini qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da, nə qədər pisdir! (Kəhf/29)
  • 2,3Şübhəsiz ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Onu əziyyətlərə salacağıq/öhdəliklər verəcəyik. Buna görə də onu çox yaxşı eşidən, çox yaxşı görən etdik/yaxşını pisi ayıracaq bilikləri göndərərək, bilikləndirdik. Şübhəsiz ki, Biz ona yolu göstərdik, istər özünə verilən nemətlərin qarşılığını ödəyən olsun, istərsə də nankor. (İnsan/2, 3)

Və İnsan/29, Təkvir/26-2,8, Yunus/99-100, Leyl/1-11.

Ğaşiyə surəsində də Rəsulullahın vəzifəsinin sadəcə öyüd verib, xatırlatmaq olduğu açıqlanmışdı:

  • 21,22Haydı, öyüd ver/xatırlat! Şübhəsiz ki, sən, sadəcə bir öyüd verənsən/xatırladansan. Sən, onların üzərində bir məcbur edən deyilsən. (Ğaşiyə/21, 22)

Həmçinin dində məcbur etməyin olmayacağı, hər kəsin inanıb-inanmamaqda sərbəst olduğu bir çox ayədə açıq şəkildə qeyd edilmişdir:

  • 256Dində məcbur etmək/diksindirmək yoxdur! İman Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən – yaxşı pisdən, gözəl çirkindən, doğruluq pozğunluqdan qəti olaraq, yaxşı-yaxşı ayrılmışdır. O halda kim tağuta küfr edər – onu tanımaz, Allaha inanarsa, qopmaq bilməyən ən sağlam bir dəstəyə yapışmışdır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir. (Bəqərə/256)
  • 45Biz onların söylədiklərini daha yaxşı bilirik. Və sən onların üzərində məcbur edən birisi deyilsən. O halda sən Mənim təhdidimdən qorxanlara Quran ilə öyüd ver. (Qaf/45)
  • 99Halbuki, Rəbbin diləsəydi, əlbəttə yer üzündəkilərin hamısı birlikdə inanardı. Artıq inananlar olmaları üçün insanları sənmi məcbur edəcəksən? (Yunus/99)

Bunlardan başqa Zümər/7, 15, Fussilət/40, İnsan/2, 3, Hud/15, 28, Səcdə/13, Maidə/48, Nəhl/9, 36, 93, Yunus/108, İsra/15, 18, Şura/20, 48, Ənam/35, Rad/31, Şüəra/3, 4-ə də baxıla bilər.

13-cü ayədəki Məndən: “Bilinən, bilinməyən, keçmişdən, gələcəkdən hər kəsdən cəhənnəmi əlbəttə, tamamilə dolduracağam” – sözü haqq olmuşdur. ifadəsində keçən “söz”, daha əvvəl Sad surəsində nəql edilən təmsili səhnədəki “ilahi qərar”dır:

  • 71,72O zaman ki, Rəbbin bir zaman kainatdakı güclərə: “Şübhəsiz, Mən palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Onu düzgünləşdirib bilikli hala gətirdiyim zaman dərhal ona boyun əyib, təslim olun” – demişdi.
  • 73,74Buna görə də İblisdən/düşüncə qabiliyyətindən başqa, kainatdakı güclərin hamısı birlikdə boyun əyib, təslimiyyət göstərdilər, İblis yekəxanalıq etdi və o, özünü görməməzliyə qoyanlardan idi.
  • 75Allah: “Ey İblis! O, Mənim iki əlimlə/qüdrətimlə yaratdığıma boyun əyib, təslim olmağına nə mane oldu? Yekəxanalıqmı etdin? Yoxsa yüksək dərəcələrdə məqam tutanlardanmı oldun?” – dedi.
  • 76İblis dedi ki: “Mən ondan xeyirliyəm. Məni enerjidən, onu isə maddədən yaratdın”.
  • 77,78Allah: “Dərhal çıx oradan, artıq sən, tam bil ki, qovulmusan. Çünki qatilin, əsilsiz söz və düşüncə törədənin, qaranlığa daş atanın təkisən. Əlbəttə, xeyirdən uzaq tutmağım da, qarşılaşma gününə qədər sənin üzərindədir” – dedi.
  • 79İblis: “Rəbbim! O halda təkrar dirildiləcəkləri günə qədər mənə möhlət ver” – dedi.
  • 80,81Allah: “Haydı, sən müəyyən olunmuş bir vaxta qədər möhlət verilənlərdənsən” – dedi.
  • 82,83İblis: “Elə isə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olmağına and içirəm ki, mən onların hamısını, içlərindən arıdılmış qulların istisna olmaqla, mütləq azdıracağam” – dedi.
  • 84Allah dedi ki: “Doğru budur. Mən də bu doğrunu söyləyirəm: “85And olsun, cəhənnəmi, tam əmin ol ki, səninlə və sənə uyanların hamısı ilə – hamınızla dolduracağam”.
  • 86De ki: “Mən Quranın əvəzinə sizdən bir qarşılıq istəmirəm. Mən uydurub deyənlərdən/özbaşına bir şeylər uyduranlardan, sıxıntı gətirənlərdən, başa iş açanlardan da deyiləm. 87Quran, bütün aləmlər üçün bir öyüddür ancaq. 88Və bir zaman sonra onun müdhiş xəbərini mütləq biləcəksiniz”. (Sad/71-88)

14-cü ayədəki “Belə isə, bu gününüzlə qarşılaşmağı unutduğunuza/tərk etdiyinizə görə dadın əzabı! Heç şübhəsiz, sizi Biz cəzalandırdıq. Və etmiş olduğunuza qarşılıq, sonsuzluq əzabını dadın! ifadələrindən anlaşıldığına görə, inkarçılar üçün bütün ümid qapıları qapadılır.

Allahı vecə almamağın cəzası Quranda müxtəlif yerlərdə gündəmə gətirilərək lazımi xəbərdarlıqlar edilmişdir:

  • 124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaq durarsa, heç şübhəsiz, onun üçün çətin, sıxıcı bir dolanışıq/yaşayış vardır. Qiyamət günü də onu kor olaraq qi­yamət gününün toplantı yerinə toplayarıq. O deyər ki: “Rəbbim, mən görən biri olduğum hal­da məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki: “Bu belədir, ayə­lərimiz sənə gəldisə də, sən onları tərk etmişdin – bu gün də eyni şəkildə sən tərk edi­lir­sən/cəzalandırılırsan”. (Ta Ha/124-126)
  • 36,37Və hər kim Rəhmanın öyüdündən, anılmasından korlaşarsa, Biz ona bir şeytan musallat edərik və artıq o, onun üçün yaşıddır/yançıdır. Və şübhəsiz ki, yaşıdlar/yançılar korlaşanları yoldan çıxarırlar. Onlar da özlərinin bələdçiləndikləri doğru yolda olduqlarını sanırlar.
  • 38Sonunda, Bizə gəlincə: “Kaş ki, səninlə mənim aramda Şərq ilə Qərb arasındakı qədər bir uzaqlıq olsa idi”– deyər. Belə isə, bu nə pis bir yaşıddır/yançıdır!
  • 39Və bu gün peşmançılıq duymağınızın sizə heç bir faydası olmayacaq. Siz şərik qoşa­raq, səhv/öz zərərinizə iş etdiyiniz zaman qətiliklə əzabda ortaqlarsınız. (Zühruf/36-39)
  • 50,51Və atəşin əhli, cənnətin əhlinə: “Bir az su və ya Allahın sizə ruzi olaraq verdiyi şeylərdən bizə də verin” – deyə səsləndilər. Onlar da: “Allah, dinlərini lağa qoyan və əyləncəyə çevirən, adi, keçici dünya həyatına aldanan kafirlərə ikisini də, həqiqətən qadağan etmişdir!” – dedilər. Bu günlə qarşılaşacaqlarını nəzərə almadıqları, ayələrimizi/əlamətlərimizi/nümunələrimizi bilə-bilə inkar etdikləri kimi, Biz də bu gün onları nəzərə almayacağıq/cəzalandıracağıq. (Əraf/50, 51)
  • 34,35Və deyilmişdir ki: “Bu gün Biz sizi, sizin bu gününüzə qovuşmağı unutduğunuz kimi, unudarıq/tərk edərik/cəzalandırarıq. Yeriniz də atəşdir. Sizin üçün köməkçi­lər­dən hər hansı biri də yoxdur. Bax budur, bunlar sizin Allahın ayələrini lağa qoy­duğunuz və fani dünya həyatının sizi aldatdığına görədir”. Artıq bu gün onlar atəş­dən çıxarılmaz və üzr diləmələri də qəbul edilməz/Allahı razı etmələri də is­tə­nil­məz. (Casiyə/34, 35)

15Həqiqətən Bizim ayələrimizə, ancaq özlərinə öyüd verildiyi zaman boyun əyib təslimiyyət göstərərək, yerlərə qapanan və Rəbbini öyməklə birlikdə, nöqsan sifətlərdən münəzzəh qılan və yekəxanalıq etməyən insanlar inanırlar.

16Onların yanları, yanı üstə yatdıqları yerlərdən uzaqlaşır. Onlar kef etməzlər, onlar qorxu və ümid içində Rəbbinə dua edərlər və özlərinə verdiyimiz ruzilərdən Allah yolunda xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edərlər.

Etdiklərinin qarşılığını mütləq dadacaq olan inkarçılara qarşılıq, bu ayələrdə də Allahın ayələrinə inananların xüsusiyyətləri sayılır.  Onlar:

  • Özlərinə öyüd verildiyi zaman səcdə edərək yerlərə qapanırlar;
  • Rəblərinə həmd ilə təsbih edərlər;
  • Yekəxanalıq etməzlər;
  • Yataqlarında artıq yatmazlar;
  • Qorxu və ümid içində Rəblərinə dua edərlər;
  • Allahın özlərinə verdiyi ruzilərdən bağışlayarlar.

Gerçək möminlərin hansı xüsusiyyətlərə sahib olduğu başqa ayələrdə də dilə gətirilmişdir:

  • 15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir. (Al-i İmran/15-17)
  • 9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər. (Zümər/9)

Möminlər, sıxıntı qarşısında Allaha yönələn, nemətə çatdıqda isə korlanıb azan istiqrarsız tiplər deyil, bu psixoloji zəifliklərini bilən, bildiyi üçün də o tələyə düşməkdən qaçınan, sıxıntılı zamanlarda olduğu kimi yaxşı günlərdə də Rəbbinə bağlı qalmağı bacaran, imanlı, məsul, məmnun olmuş kimsələrdir. Bunlar kainat kitabını yaxşı oxuyub anlamışlardır. İnkarçılar isə təməl həqiqət olan “varlığın Allah ilə olan bağı”nı qavraya bilməmiş, cahil kimsələrdir.

Möminlər gecə vaxtı yataqlarından qalxar, istiğfar edərlər. Yorğun olsalar belə gecələrini zövq və səfa ilə deyil, Rəbblərinə ibadət ilə keçirməyə çalışarlar:

  • 15–21Şübhəsiz ki, Allahın qoruması altına girənlər Rəbbinin özlərinə verdiyi şeyləri almış olaraq, bağçalarda və bulaqlardadırlar. Şübhəsiz, onlar bundan öncə yaxşılıq/gözəllik edənlər idilər. Onlar gecə ikən çox az yatırdılar. Onlar səhərlər də bağışlanma diləyirdilər və onların mallarında istəyən və istəyə bilməyən üçün bir haqq və heç tərəddüdsüz, qəti inananlar üçün yer üzündə və öz içinizdə necə əlamət­lər/­nümunələr vardı.   (Zəriyət/15-21)
  • 20Heç şübhən olmasın, Rəbbin sənin gecənin üçdə ikisindən daha azını, yarısını, üçdə birini ayaq üstdə geçirməkdə olduğunu bilir. Səninlə bərabər olanlardan bir qrup da elədir. Allah gecəni də, gündüzü də ölçü ilə tutar/hərəkət etdirər. Sizin bu işi asanlıqla icra edə bilməyəcəyinizi bildi və ona görə də, sizin üçün bu işi yüngülləşdirdi. O halda Qurandan asan gələni öyrənin – öyrədin! Sizin aranızda xəstələr olacağını bildi. Bir qisminin yer üzündə dolaşaraq, Allahın lütfündən bir şeylər istəyəcəklərini, digər bir qisminin də Allah yolunda mübarizə aparacaqlarını bildi. O halda ondan asan gələni öyrənin – öyrədin! Salaatı qurun/fəaliyyətini təmin edin, zəkatı verin! Gözəl bir borcla Allaha borc verin! Öz mənlikləriniz üçün öndən göndərdiyiniz yaxşılıqların, Allah qatında xeyirinin daha çox, mükafatının daha böyük olduğunu görəcəksiniz. Allahdan əfv diləyin! Heç şübhəsiz, Allah çox əfv edən, çox mərhəmət edəndir. (Müzzəmmil/20)

17Bax budur, insan özü üçün etdiklərinə qarşılıq gözləri aydın olacaq şeylərdən gizlənmiş olanları bilmir!

Mömin və mücrim kimsələrin vəziyyətləri sərgiləndikdən sonra, bu ayədə də insanın adi həyata qapılıb yaxşı haqq-hesab etmədiyinə diqqət çəkilir. Elə ki, yaxşı haqq-hesab etmədiyi üçün gözləri aydınladacaq, başqa şeyləri unutduracaq, qəlbləri hüzura çatdıracaq ən əhəmiyyətli qazancı – “əbədi həyat”ı fəda edir. Bu, qınanacaq bir davranışdır.

Ayədəki “etdiklərinə qarşılıq gözləri aydın olacaq şeylərdən gizlənmiş olanları bilmir” ifadəsiylə qəsd edilən nemətlər, kimsənin düşünə bilmədiyi, düşünə bilməyəcəyi ölçüdə dəyərli nemətlərdir. Bu, böyük bir müjdədir. Möminlər bu müjdə ilə Al­lahın rızasını qazanmaq üçün maddi və mənəvi olaraq daha çox cəhd etməyə təhrik edilir.

18Yaxşı, inanmış insan yoldan çıxmış insan kimidirmi? Onlar, eyni ola bilməzlər.

19İman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq etdiklərinə qarşılıq, bir ağırlanma olaraq, sığınacaq bağçaları yalnız və yalnız onlar üçündür.

20,21Və yoldan çıxanlara gəlincə, onların gedəcəyi/çatacağı yer də atəşdir. Hər çıxmaq istədiklərində ora yenidən çevriləcəklər və onlara: “Yalan sayıb durdu­ğu­nuz atəşin əzabını dadın” – deyiləcəkdir. Heç şübhəsiz ki, dönərlər deyə, onlara böyük cəzanın bir az zəifindən, ən yaxın cəzadan da daddıracağıq.

Günahkarlar və inanclılar ilə əlaqədar açıqlamalarından sonra Rəbbimiz bu bölmənin ilk ayəsində hər iki qrupu simvolizə edən insan tiplərinin bir-birinə bərabər olmadığını vurğulayacaq şəkildə “Yaxşı, inanmış insan yoldan çıxmış insan kimidirmi?” deyə soruşaraq, sonra da bu suala özü cavab verir: “Onlar, eyni ola bilməzlər.

Bu “istifham-i inkar” və ona verdiyi cavabdan sonra Rəbbimiz bu iki insan tipi arasındakı fərqi müəyyən edən açıqlamalar edir:

İman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq etdiklərinə qarşılıq, bir ağırlanma olaraq, sığınacaq bağçaları yalnız və yalnız onlar üçündür.” Yoldan çıxmış olanlar isə atəşdədirlər. Hər çıxmaq istədiklərində oraya yenidən çevriləcəklər. Onlara “yalan sayıb durduğunuz atəşin əzabını dadın” deyiləcəkdir. Axirətdəki halları belə olacağı kimi, ağıllarını başlarına alıb dönərlər deyə, dünyada da aclıq, qıtlıq, xəstəlik, əsarət kimi bir sıra cəzalar ilə cəzalandırılacaqlar.

  • 47Bəli, şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə, bundan aşağı bir əzab var, amma onların çoxu bilmir. (Tur/47)
  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)
  • 19–22Bu ikisi – mömin ilə kafir, Rəbbi haqqında mübahisə etməyə girişmiş iki rəqibdir. Artıq kafirlər… Onlar üçün atəşdən libaslar biçilmişdir. Başlarının üstündən qaynar su tökülür. Bununla qarınlarındakı şey­lər və dəriləri əridilir. Və onlar üçün dəmirdən toppuzlar vardır. Dərəcəsinə görə oradan nə zaman çıxmaq istəsələr, oraya geri çevrilərlər və: “Yandırıcı əza­bı dadın!”
  • 23Şübhəsiz ki, Allah iman edən və düzəltməyə yönəlik işlər edənləri, altından çaylar axan cənnətlərə daxil edəcək. Onlar orada qızıl bilərziklər və incilərlə bəzənərlər. Oradakı libasları da ipəkdir. 24Və onlar sözdən, gözəl/xoş olana bələdçilənmiş­lərdir. Həm də öyülməyə layiq olan Allahın yoluna bələdçilənmişlərdir. (Həcc/19-24)

22Və özü Rəbbinin ayələri ilə öyüdləndirilən, sonra onlardan üz çevirəndən daha səhv/öz zərərinə iş edən kimdir? Şübhəsiz ki, Biz günahkarları yaxalayıb cəzalandıraraq, ədaləti qoruyanlarıq.

Allahın ayələrinə qarşı biganə, laqeyd qalan, yetərli məlumat və sübut ilə öyüdləndirilməsinə baxmayaraq, onlardan üz çevirən bu cür kimsələr Rəbbimizin “zalım” xarakterizə etməsinə də layiq olurlar. Ayədə soruşulan “onlardan [Rəbbinin ayələrindən] üz çevirən kimsədən daha zalım kimdir?” şəklindəki cavabı bəlli olan sual ilə həm belə kimsələrin nankorluq mövzusundakı dərəcələrinin ən üst səviyyədə olduğuna işarə edilir, həm də belə bir insana bilavasitə özünün verdiyi zülmdən daha artıq heç kimsənin zülm edə bilməyəcəyi ismarıcı verilir.

Burada bəhs edilən “ayələr” ilə Rəbbimizin bütün ayələri qəsd edilir. Bunlar: Yer və göylərdəki [kainatın fəaliyyət nizamındakı] ayələr; insanın bioloji və fizioloji sistemlərinə yerləşdirilən ayələr; insanın zehni funksiyalarındakı ayələr;  Rəbbimizin öz elçilərinə vəhy olaraq endirdiyi ayələrdir.

Müasir dövrümüzdəki elmi inkişaflar etibariylə, Quranda ortaya qoyulan enfüsi və afaqi möcüzələrdən bir qismi bunlardır:

Enfüsi Möcüzələr: Hər insanda qoruyucu hüceyrələrin varlığı, cütlər halında yaradılma, məninin bir qarışıq olduğu, cinsiyyətin müəyyən edilməsi, bətnin divarında asılı olmaq, bir çeynəmlik ət parçası olmaq, sümüklərin əmələ gəlməsi və ətlə örtülməsi, üç qaranlıqda yaradılma…

Afaqi Möcüzələr: Kainatın daima genişlənməsi, yoxluqdan yaradılma, kainatın qaz mərhələsi, kainatdakı mükəmməl orbitlər, Günəşin axıb getməsi, Günəş və Ayın fərqi, ayın orbiti, göy üzünün təbəqələri, yer üzünün təbəqələri, göy üzünün qorunmuşluğu, göyün geri çevirdikləri, göy üzünün dirəksiz yüksəlməsi, yerin geoid [Dəvəquşu yumurtasına bənzəyən, tam kürə olmayan, qütblərdən basıq, kürəvi] forması, dünyanın və kosmosun ölçüləri, döndükcə qütblərin basıqlaşması, dünyanın dönməsi, aşılayıcı küləklər, yağışdakı ölçü, suyun dövranı, dirək şəklindəki dağlar, neftin əmələ gəlməsi, tənəffüs və fotosintez, göy üzünə yüksəlməyin çətinliyi, bitkilərdəki erkəklik və dişilik…

Rəbbimiz mövzumuz olan 22-ci ayənin sonunda “Şübhəsiz Biz, günahkarlardan intiqam alanlarıq” buyurmuşdur. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi, intiqam bizim dilimizdə işlədildiyi mənasıyla “qisas almaq, əvəz çıxmaq” deyil, “günahkarı yaxalayıb cəzalandıraraq ədaləti təmin etmək” deməkdir. Ayədə verilən ismarıc, Rəbbimizin inkarçıları yaxalayıb qəti şəkildə cəzalandıracağı və beləliklə, ədaləti tam olaraq təmin edəcəyidir.

23Və and olsun ki, Biz vaxtilə Musaya o kitabı verdik. İndi sən ona qovuşmaqdan şübhə içində olma. Və Biz onu İsrailoğulları üçün bir bələdçi etdik.

24Və onlardan səbr etdikləri zaman, Bizim əmrimizlə bələdçilik edən başçılar etdik. Və onlar Bizim ayələrimizə/əlamətlərimizə/nümunələrimizə qəti bir şəkildə inanırdılar.

Bu ayələrdə, Quranın ismarıclarına dirənən müşriklərin vəziyyətinə görə Peyğəmbərimiz təsəlli edilib vəzifəsini səbir və səbatla davam etməsi istənir. Bu təsəlli, aydınladıcı, doğru yolu göstərici bir kitabın daha əvvəl Musaya (əs) da verildiyi xatırladılaraq edilir. İsrailoğulları Musaya (əs) uyaraq, səbr edərək, Allahın ayələrinə konkret inanaraq bir çox nemətlərə nail olmuş, ətraflarına bələdçilik edən liderlər halına gətirilmişdilər. Beləliklə, eyni müddəti izlədikləri təqdirdə Rəsulullaha uyanların da tərifə layiq insanlar olacaqları ismarıcı verilir.

Qurandan öyrəndiyimizə görə, Peyğəmbərlərə verilən vəhylər, o cəmiyyətlər üçün doğru yolu göstərən bir rəhbər funksiyası görmüşdür. Buna görə də “rəhbərlik” bütün ilahi Kitabların ortaq xüsusiyyətidir.

25Şübhəsiz ki, sənin Rəbbin – Allah onların anlaşılmazlığa düşdükləri şeylər haqqında Qiyamət günü aralarında hökm edəcəkdir.

Bu ayədə, Allahın inkarçıların ixtilafa düşdükləri şeylər haqqında, yəni möminlərlə kafırlar arasında hökm verəcəyi və hər kəsin haqq etdiyi qarşılığı alacağı açıqlanır.

Ayədəki “onların ixtilafa düşdükləri şeylər” ifadəsi ilə qəsd edilən dindəki təfriqələrdır. Tarixə və günümüzə baxıldığında Yəhudilərin, Xristiyanların və Müsəlmanların bir çox qrupa ayrılmış olduqları; hər qrupun digərini küfrlə, üsyanla ittiham edib, öz qrupu ilə öyündüyü görünür. Halbuki ilahi ismarıclar ixtilafı və təfriqəni deyil, birliyi və bərabərliyi əmr edir.

  • 159Şübhəsiz ki, dinlərini parça-parça edib, qrup-qrup olan bu insanlar – sən heç bir forma və davranışça onlardan biri deyilsən. Şübhəsiz ki, onların işi Allahadır. Sonra Allah onlara etməkdə olduqları şeyləri xəbər verəcəkdir. (Ənam/159)
  • 93Halbuki, ortaq qoşanlar işlərini aralarında parça-parça etdilər. Hamısı yalnız və yalnız Bizə dönənlərdir. (Ənbiya/93)
  • 53Sonra insanlar öz aralarındakı işləri hissə-hissə böldülər. Hər qrup özündə olanla sevinib təkəbbürlənməkdədir. (Möminlər/53)

Günümüzdə Yəhudilərin, Xristiyanların və Müsəlmanların öz içlərində müxtəlif məzhəblərə ayrılmaları; bu məzhəblərin bir-birlərinə çox yanlış yerdə olduqlarını söyləyib, bir-birlərini dindən çıxmaqla ittiham etmələri vəhyin təməl amacını zədələyir.

İstər Yəhudiliyin və Xristiyanlığın əsli, istərsə də İslam dini “tövhid inancı”nı yerləşdirmək və onun təlimini vermək üçün gəlmişdir. Vəhyin izləyiciləri tərəfindən ortaya qoyulan bölücü və parçalayıcı münasibətlər axirətə intiqal edəcək və Uca Allah tərəfindən mühakimə ediləcəkdir. Allahın əmri daima birlik və bərabərlik üçündür.

  • 103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur. (Al-i İmran/103)
  • 64De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə – “Allahdan başqasına qulluq etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın yaratdıqla­rın­dan birimiz digərimizi rəbblər qəbul etməyək” qaydasına gəlin. Buna baxmayaraq əgər Kitab Əhli üz çevirirlərsə, artıq:  “Şübhəsiz, bizim müslimlər olduğumuza şahid olun” – deyin. (Al-i İmran/64)

26Yurdlarında gəzib dolaşdıqları, özlərindən öncəki necə nəsilləri dəyişikliyə/dağıntıya uğratmış olmağımız da, onlara bələdçi olmadımı? Şübhəsiz ki, bunda necə əlamətlər/nümunələr vardır. Hələ qulaq verməyəcəklərmi?

27Ya da, Bizim quraqlıq bir yerə suyu səpərək, onunla heyvanlarının və özlərinin yediyi bir əkini çıxarmağımızıdamı görmədilər? Hələ də görməzlər?

Bu ayələrdə Rəbbimiz müşrikləri keçmişdən ibrət almağa və ətraflarındakı ayələri təhlil etməyə dəvət edir.

27-ci ayədə yenidən canlanmağa konkret bir nümunə verilir. Quraq, bitkisiz bir sahəyə göydən su endirilərək [yağış yağdırılaraq] bitkilər necə canlandırılırsa, Uca Allah ölüləri də belə canlandıracaqdır. İnsanlar gözlərinin önündə daima cərəyan edən bu hadisədən dərs almalıdır.

Bu nümunə Quranda bir çox dəfə (Qaf/11, Əraf/57, Fatir/9, Zümər/21, Fussilət/39) təkrarlanmışdır.

28Bir də onlar: “Nə zaman o məhkəmə, əgər doğru kimsələrsinizsə?” – deyərlər.

29De ki: “Kafirlərə, o məhkəmə günü iman etmələri fayda verməz və onlara müddət tanınmaz”.

Müşriklər “Nə zaman o məhkəmə, əgər doğru kimsələrsinizsə?” deyərək sözsüz olaraq axirəti inkar etdiklərini ortaya qoyurlar. Rəbbimiz isə inkarçıların əsl niyyətlərinə baxaraq onlara “Kafirlərə, o məhkəmə günü iman etmələri fayda verməz və onlara müddət tanınmaz” deyə qarşılıq verir. Bu cavabdan alınmalı olan ismarıc budur: Bu sualı verən inkarçılara lazım olan əsas məlumat mühakimə gününün vaxtı deyil, o günün iman etmək üçün çox gec olacağı və iman etməyənlərə təkrar möhlət verilməyəcəyidir. Əgər ağıllı kimsələrdirlərsə, o gün gəlməzdən əvvəl haqqı görüb iman etməlidirlər.

Ayədə bəhs edilən “fəth günü” ilə Məkkənin fəthi gününün qəsd edildiyini irəli sürənlər olmuşsa da, bu doğru deyildir. Çünki istər fəth günündə və istərsə də daha sonrakı günlərdə inanan və bu inancı özünə fayda vermiş bir çox kimsə vardır. Bölmədən də anlaşıldığəna görə, sözü edilən fəth günü “mühakimə günü”dür. Hesab günündə iman etmək isə daha əvvəl bir çox dəfə bildirildiyi kimi, yararsız bir inanmaqdır. Bu mövzu daha əvvəl “İman-i Yes və İman-i Bes  [Məcburi İman] adıyla bir neçə dəfə  ələ alındığından, oradan oxunmasını məsləhət görürük.

الفتح əl-Fəth. “ الفتح Fəth” sözü qapalı olan şeyi açmaq deməkdir. Yəmənlilərin dilində isə “mühakimə” deməkdir. Onlar hakimə “fəttah [mühakimə edən] deyirlər. “Fəttah” Allahın isimlərindən biridir. Bununla Allahın qullarına rəhmət və ruzi qapılarını açdığı qəsd edildiyi kimi, qulları arasında hökm verməsi də qəsd edilir. [3]

Söz, “qapalı olanı açmaq” mənası istiqamətində su, suvarma məqsədiylə toprağa su vermək, çay, müharibə ölkəsini açmaq; fəth etmək, zəfər qazanmaq, zəbt etmək, yardım etmək kimi mənalarda işlədilir.

Mövzumuz olan 27-ci və 28-ci ayələrdəki ifadələr nəzərə alındığında isə sözün ərəbcənin Yəmən bölgəsindəki “hökm və “hökm günü” mənası ön plana çıxır.

Belə ki, daha əvvəl Əraf və Səba surələrində də bu mənası ilə keçmişdi:

  • 88,89Qövmündən yekəxanalıq edib öndə gedənlər dedilər ki: “Ey Şüeyb! Ya səni və səninlə bərabər inananları şəhərimizdən qəti olaraq çıxararıq, ya da bizim dinimizə/həyat tərzimizə dönərsiniz!” Şüeyb, dedi ki: “İstəməsəkdəmi?! Allah bizi ondan qurtardıqdan sonra təkrar sizin dininizə/həyat tərzinizə dönəriksə, əmin olun ki, Allah haqqında yalan uydurmuş olarıq. Rəbbimiz Allahın diləməsi istisna olmaqla, ondan geri dönməyimiz bizim üçün olacaq şey deyildir. Rəbbimiz öz elmi ilə hər şeyi əhatə etmişdir. Biz ancaq Allaha güvənib dayandıq”: Ey Rəbbimiz! Bizimlə qövmümüz arasında haqq ilə hökm et. Çünki Sən hökm edənlərin ən xeyirlisisən! (Əraf/88, 89)
  • 26De ki: “Rəbbimiz aramızı yaxınlaşdıracaq, sonra da haqq hökmü ilə ayıracaqdır. Və xeyir qapılarını açan da, hökm verən də, çox yaxşı bilən də Allahdır. (Səba/26)

30Artıq sən onlardan uzaqlaş və gözlə. Şübhəsiz ki, onlar gözləyənlərdir.

Surənin bu son ayəsində Peyğəmbərimizə müxatiblərinə qarşı göstərməli olduğu münasibət bildirilir. Buna görə, Rəsulullah inkarçı əleyhdarlarının üzərinə getməməli, bu arada baş verəcək irəliləyişləri gözləməlidir. Bu ismarıc daha əvvəl Zümər surəsində belə təqdim edilmişdi:

  • 38Və sən, gerçəkdən onlara: “O göyləri və yeri kim yaratdı?” – deyə soruşsan, qə­­tiliklə: “Allah!” – deyəcəklər. De ki: “Belə isə, Allahın yaratdıqlarından çağır­dıq­la­­rınızı heç düşündünüzmü? Əgər Allah mənə bir zərər vermək istəsə, onlar Onun zə­rə­rinin qarşısını ala bilən kimsələrdirlərmi? Yaxud mənə bir mərhəmət diləyərsə, onlar Onun mərhəmətinə mane ola bilən kimsələrdirlərmi? De ki: “Allah, mənə yetər. Nə­ti­cə­sini həvalə edənlər, yalnız və yalnız Ona nəticəsini həvalə etsinlər”.
  • 39,40De ki: “Ey qövmüm! Siz olduğunuz yer üzrə çalışın. Şübhəsiz, mən də çalışan biriyəm. Artıq özünü rüsvay edəcək əzabın kimə gələcəyini və qalıcı bir əzabın kimin üzərinə enəcəyini yaxında biləcəksiniz”. (Zümər/38-40)

Allah, doğrusunu ən yaxşı biləndir.

[1] Mukatil, Süyuti; el-İtkan.

[2] Lisanü’l-Arab; c: 9, s: 362-364.

[3] Lisanü’l-Arab; c: 7, s: 10-12. fth mad.