ADİYAT SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 28

1–5Nəfəs-nəfəsə qaçanlar, sonra atəş saçanlar, sonra səhər tezdən basqın edənlər, bu zaman orada tozu dumana qatanlar, sonra bir cəmiyyətin ən dəyərli qaynaqlarına, varlıqlarına qədər dalanlar sübutdur ki, 6tam əmin olun ki, insan, Rəbbinə qarşı çox nankordur, 7özü də buna, tam əmin olun ki, şahiddir. 8Şübhəsiz, o, mal sevgisinə görə də, tam əmin olun ki, çox hərisdir.

9–11Məgər o mənfəətpərəstlər bilmirlərmi ki, qəbirlərdə olanların dirildilib çölə atılacağı, qəlblərdə olanların yığılıb toplanacağı gün, heç şübhəsiz, o gün, Rəbbi onlara gerçəkdən xəbər verəcəkdir?

(14/100, Adiyat/1–11)