AL-İ İMRAN SURƏSİNİN TƏBYİNİ

Mədinədə enən ilk surələrdən olub, enmə sırasına görə 89-cu surə olaraq qəbul edilir. Mövzusundan hərəkətlə Ənfal surəsindən sonra endiyi söylənə bilir. İçərisindəki müxtəlif mövzulara aid bir çox bölmənin, müxtəlif səbəblərlə müxtəlif zamanlarda endiyi anlaşılır.

Adını, 33-35-ci ayələrdən ibarət olan paraqrafda keçən “Al-i İmran” [İmran ailəsi] ifadəsindən alan bu surədə, Kitab əhli ilə, xüsusilə Xristiyanların inanclarının yanlışlığı barəsindəki münaqişələr, müşrik və münafiqlərlə edilən mübahisələr, onların iman və səmimiyyətə dəvəti, döyüşlər, xüsusilə də Uhud döyüşü işlənir, bununla yanaşı, xeyirli və digər cəmiyyətlərə şahid olacaq olan bu ümmətə dünyanı düzəltmələri üçün etməli olduqları vəzifələr bildirilir. Bu surə, mövzuları etibariylə Bəqərə surəsinin davamı və ondakı bəzi mövzuların da açılışı mahiyyətindədir.

Surənin yaxşı anlaşıla bilməsi üçün tarixi arxa planın bilinməsi lazımdır. Bu səbəblə əlaqədar bölmənin [121, 122, 140-144, 155, 157, 165-168-ci ayələr] girişinə Uhud döyüşünün səbəbləri və nəticələriylə əlaqədar ensiklopedik tərzdə bir açıqlama ilə yanaşı, surənin enməsinə səbəb olan Xristiyanlara yönəlik ölçüsü haqqında da mərhum Razinin tarixçi İbn İshaqdan nəql etdiyi məlumatı qoyuruq:

“Bu surənin başından, mübahilə ayəsinə [61-ci ayəyə] qədər olan hissə Xristiyanlar haqqındadır”. Bu Məhəmməd b. İshaqın görüşüdür. O belə demişdir: “Hz. Peyğəmbərə (s.ə.s) , Nəcrandan 70 nəfərlik süvari bir heyət gəldi. İçlərindən 14-ü onların əşrafından idi. Bu 14 nəfərin 3-ü qövmün öndə gedənlərindəndi. Bunlardan 1-i başçıları olub, adı da Abdul-Məsih idi. İkincisi, məsləhətçiləri və ən irəli görüşlü olanları idi. Ona “Seyyid” deyirdilər, adı isə əl-Eyhem idi. Üçüncüsü isə alimləri, yepiskopları və müəllimləri idi ki, adı Əbu Harisə ibn Alkame idi. O, Bəni Bəkr ibn Vail qəbiləsindən idi. Xristiyanlıqdakı təlim və təhsili, Xristiyanlığa etdiyi xidmətləri, çalışmaları səbəbi və elmi ilə məşhur olduğu üçün Rum hökmdarları tərəfindən izzət və ikramlara layiq görülərək ona bir çox mal verilmiş və idarəsinə bir çox kilsə bağlanmışdı. Nəcrandan gələrkən bir qatıra minmiş, onun yüyənini də qardaşı Kürz b. Alkame çəkmişdir. Əbu Harisənin qatırı yeriyərkən birdən səndələyər. Qardaşı Kürz, Hz. Peyğəmbəri (s.ə.s) qəsd edərək: “O uzaqdakı həlak olsun” – deyincə, Əbu Harisə: “Əksinə sənin anan həlak olsun” – dedi. Bundan sonra Kürz: “Nə üçün, ey qardaşım?” – deyincə, o cavabında: “Vallahi o bizim gözləməkdə olduğumuz Peyğəmbərdir” – deyir. Kürz də: “Bunu bildiyin halda, ona inanmağına mane olan nədir?” – deyir. Əbu Harisə: “Bu krallar bizə çox mal verib izzəti-ikramda oldular. Əgər biz Muhəmmədi təsdiq edəriksə, onlar bütün verdiklərini geri alarlar” –dedi. Bu cavab Kürzün qəlbində bir yara (düyün) oldu. Müsəlman oluncaya qədər bunu könlündə saxladı. Müsəlman olunca, bu hadisəni anlatdı.

Sonra öndə gedən bu üç rəisləri, yepiskopları və məsləhətçiləri Hz. Peyğəmbər (s.ə.s) ilə dinlərindəki ixtilaflar barəsində danışdılar. Onlar bəzən Hz. İsanın (ə.s) “Tanrı” olduğunu, bəzən “Allahın oğlu” olduğunu, bəzən də “üçün [Baba-Oğul-Ruhul Qüds] üçüncüsü” olduğunu söyləyirdilər. “O, Allahdır” demələrinə, “Çünki ölüləri dirildir, anadan doğma korları, alaca xəstəliyinə düçar olanları və digər xəstələri yaxşılaşdırır, qeybləri xəbər verir, palçıqdan quş şəklində bir şey edir, ona üfləyir, o da uçardı” – deyə dəlil gətirirdilər. Onun Allahın oğlu olduğu iddiasına da: “Çünki onun bilinən bir atası yoxdur” – deyə istidlal edirdilər. Onun, üçün üçüncüsü olduğu görüşlərinə də: “Çünki Allah: “Biz etdik”, “Biz qıldıq” – deyir. Əgər Allah bir olsaydı “Mən etdim” – deyərdi” – deyə istidlal etmişdilər. Buna qarşılıq Hz. Peyğəmbər (s.ə.s) onlara: “İslama girin” – deyincə, onlar: “Biz səndən daha əvvəl İslama girdik” – dedilər. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s): “Yalan söyləyirsiniz. Allaha bir oğul isnad edib dururkən, xaça sitayiş edərkən və donuz əti yeyib dururkən, sizin Müsəlmanlığınız necə doğru olur?!” – dedi. Onlar da: “Əgər O, Allahın oğlu deyil isə, onun atası kimdir?” – dedilər. Hz. Peyğəmbər (s.ə.s) susdu və bundan sonra Allah Təala, Al-i İmran surəsinin başından 80 qədər ayəni endirdi.

Daha sonra Hz. Peyğəmbər (s.ə.s) onlarla müzakirəyə başlayaraq, belə dedi: Bilmirsinizmi, Allah ölümsüz olan bir diridir? Hz. İsa isə, ölümlüdür. Bəli bilirik. Bilmirsinizmi ki, atasına bənzəməyən heç bir uşaq yoxdur? Bəli bilirik. Bilmirsinizmi ki, Rəbbimiz hər şeyə hakim və qəyyumdur? Onu qoruyur, nəzarət edir, mühafizə edir və ruziləndirir. Halbuki İsa, bunların hər hansı birini edə bilirmi? Xeyr. Bilmirsinizmi, yerdə və göydə olan heç bir şey Allaha gizli qalmaz. İsa isə, Allahın bildirdiyindən başqa hər hansı bir şeyi bilə bilirmi? Xeyr. Rəbbimiz İsanı anasının bətnində dilədiyi kimi şəkilləndirdi. Bunu bilmirsinizmi? Rəbbimizin isə yeməz-içməz və abdəst pozmaz olduğunu bilmirsinizmi? Bəli, bilirik. İsanı anası, bir qadının uşağını daşıdığı kimi daşımış, yenə bir qadının uşağını doğduğu kimi də doğmuşdur. O da, bir uşağın bəslənməsi kimi bəslənmiş, qidalanmışdı. Bəli.

Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) belə dedi: O halda İsa, sizin iddia etdiyiniz kimi necə bir tanrı ola bilər? Onlar da, bunu anladılar; amma sonra küfran-i nemətdə olaraq, inkarı sürdürdülər. Yenə onlar inadlarını sürdürərək dedilər ki: sən, İsanın, Allahın kəlməsi və Ondan bir ruh olduğunu zənn etmirsənmi? Hz. Peyğəmbər də belə qarşılıq verdi: Bəli, elə bilirəm. Onlar da belə dedilər: Eh, bu da bizə yetər.

Bundan sonra Allah Təala, qəlblərində etibarsızlıq/dayanıqsızlıq olan kəslər insanları dindən çıxarmaq, ortaq qoşmağa sürükləmək və onun mənalarından ən uyğununun təsbitinə cəhd etmək üçün dərhal ondan oxşar mənalı olanlarının ardınca düşərlər. Halbuki, onun mənalarından ən uyğun olanının təsbitini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi döndərmə! Bizə Öz nəzdindən mərhəmət lütf et! Şübhəsiz, Sən bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz, Sən insanları  özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah verdiyi sözdən dönməz” – deyən, elmli olanlar bilirlər. Və sadəcə, dərrakəsi/qavrama qabiliyyətləri olanlar öyüd alırlar (Al-i İmran/7) ayəsini endirdi.

Sonra onlar, bu ayəni qəbul etməyincə Allah Təala Hz. Muhəmmədə (s.ə.s) onlarla “mübahilə”ni [qarşılıqlı lənətləşməni] əmr etdi. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) onları “mübahilə”yə dəvət edincə, onlar dedilər ki: “Ey Əbul-Qasım! Bizi burax ki, bir düşünək. Sonra, etməyimizi istədiyin şeyi etmək üçün sənin yanına gələrik”. Sonra da çəkilib getdilər. Daha sonra bu üç nəfər öz aralarında bir-birlərindən soruşdular: Bu barədə nə deyirsiniz?

İçlərindən birisi belə dedi: “Ey Xristiyan cəmiyyəti! Allaha and içirəm ki, sizlər heç şübhəsiz Muhəmmədin peyğəmbər olduğunu bilirsiniz. And olsun ki, o sizə, Peyğəmbəriniz haqqındakı məsələni çox gözəl izah etdi. Yenə, and içirəm ki, bir Peyğəmbər ilə lənətləşməyə girmiş olan hər qövmün, böyüyünün-kiçiyinin öldüyünü; əgər siz də bunu edərsinizsə, bunun sizin kökünüzü qurudacağını bilirsinizmi? Madam ki, bu dində qalmaq istəyirsiniz, o halda o adamla bir anlaşma edin, sonra da ölkənizə dönün!”

Bundan sonra onlar Allahın Rəsulunun yanına gələrək belə dedilər: “Ey Əbul-Qasım! Biz səninlə lənətləşməməyə, səni öz dinində buraxmağa, özümüz də öz dinimiz üzərində qalmağa qərar verdik. O halda, malımız, mülkümüz xüsusunda anlaşmazlığa düşdüyümüzdə aramızda hökm edəcək əshabından birini bərabərimizdə yolla. Çünki siz bizim nəzərimizdə qəbul edilməyə layiq insanlarsınız.

Bundan sonra Hz. Peyğəmbər onlara belə dedi: “Günortadan sonra yanıma gəlin, çox qüvvətli və etibarlı bir hakimi sizinlə bərabər yollayım”.

Hz. Ömər isə içindən belə deyirmiş: “Mən heç bir zaman əmirlikdən xoşlanmadım. Lakin o gün, özümün təyin edilməyimi umurdum. Günorta namazını Allahın Rəsulu ilə qıldığımızda, o, salamdan sonra, sağa və sola baxmırdı. Mən də, məni görsün deyə irəli atılırdım. O isə daima göz gəzdirirdi. Nəhayət Əbu Ubeydə ibnul-Cərrahı gördü. Onu çağırdı və dedi ki: “Onlarla get, ixtilaf etdikləri xüsuslarda aralarında haqq ilə hökm ver”.

(Ömər belə davam etdi:) “Həyatımda ilk dəfə arzuladığım əmirliyi, idarəçiliyi də Əbu Ubeydə alıb götürdü”. [1]

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏDİNƏ DÖVRÜ

Nəcm: 477

1Əlif/1, Lam/30, Mim/40.

2Allah Özündən başqa tanrı deyə bir şey olmayandır. Hər zaman diridir, qəyyumdur [hər şeyin fəaliyyətini təmin edəndir, qoruyandır].

3,4Allah sənə, sadəcə içindəki mövzuları doğrulayan olaraq, bu kitabı haqq ilə endirdi. O, daha öncə insanlara doğru yol bələdçisi olaraq Tövratı və İncili də endirmişdi. Furqanı da, O endirdi. Şübhəsiz, kafirlər… Onlar üçün çətin bir əzab vardır. Allah  ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, günahkarları yaxalayıb cəzalandırmaqla, ədaləti təmin edəndir.

5Şübhəsiz ki, Allaha yer üzündə və göydə heç bir şey gizli qalmır.

6O, sizi bətnlərdə dilədiyi kimi şəkilləndirəndir. Özündən başqa tanrı deyə bir şey yoxdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

7–9Allah sənə bu kitabı endirəndir. Bu kitabdan bir qismi içərisində qayda olan ayədirlər ki, bunlar kitabın anasıdır. Digərləri də bir-birinə oxşar mənalıdır. Amma, belə olduqda qəlblərində etibarsızlıq/dayanıqsızlıq olan kəslər insanları dindən çıxarmaq, ortaq qoşmağa sürükləmək və onun mənalarından ən uyğununun təsbitinə cəhd etmək üçün dərhal ondan oxşar mənalı olanlarının ardınca düşərlər. Halbuki, onun mənalarından ən uyğun olanının təsbitini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi döndərmə! Bizə Öz nəzdindən mərhəmət lütf et! Şübhəsiz, Sən bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz, Sən insanları özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah verdiyi sözdən dönməz” – deyən, elmli olanlar bilirlər. Və sadəcə, dərrakəsi/qavrama qabiliyyətləri olanlar öyüd alırlar.

(89/3, Al-i İmran/1–9)

Nəcm: 478

10,11Şübhəsiz, kafirlər… Onların malları və övladları, eynilə Fironun yaxınlarının və onlardan öncəkilərinki kimi, Allahdan gələn heç bir şeyi sovuşdura bilməz. Və onlar atəşin yanacağıdırlar. Fironun yaxınları və onlardan öncəkilər ayələrimizi yalan saydılarsa da, Allah onları günahlarına görə yaxaladı. Və Allah cəzası/yaxalaması çox çətin olandır.

12Kafirlərə: “Siz, yaxında məğlubiyyətə uğrayacaq və cəhənnəmə toplanacaqsınız” – de. Və o, nə pis bir yataqdır!

(89/3, Al-i İmran/10–12)

Nəcm: 479

13Qarşılaşan iki dəstədə sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Dəstənin biri Allah yolunda döyüşürdü, digəri isə kafir idi, inan­mayandı. Onları baxır və özlərindən iki dəfə çox olduğunu düşünürdülər. Və Allah di­lə­di­yi­ni köməyi ilə gücləndirir. Şübhəsiz ki, bunda bəsirət sahibləri – sağlam düşün­cəli kimsələr üçün qətiliklə bir ibrət vardır.

(89/3, Al-i İmran/13)

Nəcm: 480

14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.

15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir.

(89/3, Al-i İmran/14–17)

Nəcm: 481

18Allah, təbiətdəki güclər/xəbərçi ayələr və haqqaniyyəti dik tutan bilik sahibləri, şübhəsiz, Allahdan başqa tanrı deyə bir şeyin olmadığına şahidlik etdilər. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandan, ən yaxşı qayda qoyandan başqa, Tanrı deyə bir şey yoxdur.

19Şübhəsiz ki, Allah nəzdində din, İslamdır. Özünə Kitab verilən kimsələr də ancaq, öz­lə­rinə o bilik gəldikdən sonra, aralarındakı qısqanclığa görə, ayrılığa düşdülər. Kim də Allahın ayələrini ört-basdır edərsə, artıq şübhəsiz, Allah hesabı tezləşdi­rən­dir.

20Buna baxmayaraq, əgər səninlə mübahisə edərlərsə, de ki: “Mən bütün mənliyimi Allah üçün İslamlaşdırdım/mən müsəlman oldum. Mənə uyanlar da müsəlman oldular”. Ki­tab verilənlərə və Ana şəhərlilərə: “Siz də sağlamlaşdırdınızmı/İslamı qəbul etdi­niz­mi?” – de. Əgər sağlamlaşdırar­lar­sa/İslama girərlərsə, artıq bələdçiləndikləri doğ­ru yo­la çatmışlar. Və əgər üz döndərərlərsə, sənin vəzifən ancaq ismarıcı çatdır­maq­dır. Və Allah qullarını ən yaxşı görəndir.

21Şübhəsiz ki, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan haqqaniyyəti əmr edən insanları öldürənlər – sən dərhal bunları acıqlı bir əzabla müjdələ!

22Bax budur, bunlar dünyada və axirətdə əməlləri boşa çıxanlardır. Onlar üçün köməkçilərdən də bir xeyir yoxdur.

23Özlərinə Kitabdan bir nəsib verilmiş olan bu kimsələri görmədinmi/heç düşün­mə­dinmi? Onlar aralarında hökm vermək üçün Allahın kitabına çağırılırlar, sonra onlardan bir qismi  aralanaraq uzaqlaşırlar.

24,25Bu, onların: “Atəş bizə sayı bəlli olan bir neçə gündən başqa, qətiyyən toxunmaya­caq­dır” – dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər də, dinlərində öz­lərini aldatmaqdadır. Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır?

(89/3, Al-i İmran/18–25)

Nəcm: 482

26,27De ki: “Ey hökmranlığın hökmranı Allahım! Sən hökmranlığı dilədiyinə verirsən, dilədiyindən də hökmranlığı çəkib alırsan, dilədiyini güclü edərsən, dilədiyini də alçaq, rüsvay edərsən. Xeyir, Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən! Sən gecəni gündüzün içinə, gündüzü gecənin içinə qatarsan. Sən ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən dilədiyinə də hesabsız ruzi verərsən”.

(89/3, Al-i İmran/26–27)

Nəcm: 483

28Möminlər, özlərindən səviyyəsiz, kafir olanları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul etmə­sin­lər/yön­ləndirici etməsinlər, həyatlarını onların əllərinə təslim etməsinlər. Artıq onu hər kim edərsə, Allahdan heç bir şeyi yoxdur. Ancaq onlardan mühafizə olunaraq qorunmağınız başqadır. Allah sizi Özündən çəkindırir. Və olmaq/var olmaq yalnız və yalnız Allahadır.

29De ki: “Qəlblərinizdəki şeyləri gizləsəniz də, açığa vursanız da Allah onu bilir. Və Allah göylərdə olan şeyləri və yerdə olan şeyləri bilir. Və Allah hər şeyə gücü yetəndir”.

30O gün hər insan xeyirdən işlədiyi şeyləri, pislikdən işlədiyi şeyləri hazırlanmış olaraq görər. Özü ilə etdiyi pisliklər arasında, şübhəsiz ki, çox uzaq bir məsafə olmasını istəyər. Allah, sizi Özündən çəkindirir. Şübhəsiz ki, Allah qullarına çox şəfqətlidir.

31De ki: “Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı sizə bağışlasın. Və Allah, qullarının günahlarını çox örtən, onla­rı cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir”.

32De ki: “Allaha və Elçiyə itaət edin!” Artıq üz çevirərlərsə, bilin ki, şübhəsiz, Allah kafirləri sevməz.

(89/3, Al-i İmran/28–32)

Nəcm: 484

33,34Şübhəsiz, Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini, bir-birinin soyundan olmaqla, aləmlər üzərində seçkin etdi. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

35Həmçinin bir zaman İmranın zövcəsi: “Rəbbim! Qətiliklə mən qarnımdakını tam səmimi olaraq sənin üçün nəzir etdim. Sən də məndən qəbul et, şübhəsiz ki, Sən ən yaxşı eşi­dən­sən, ən yaxşı bilənsən” – demişdi.

36Onu dünyaya gətirdikdə isə: “Rəbbim, şübhəsiz ki, mən onu qız doğdum. Halbuki, Allah onun doğduğu şeyi daha yaxşı bilir – oğlan qız kimi deyildir. Və şübhəsiz, ona Məryəm adını verdim. Və şübhəsiz, mən onu və soyunu şeytan-i racimdən – qovulmuş/qatil, əsilsiz söz və düşüncə törədən, qaranlığa daş atan şeytandan sənə sığındırıram” – dedi.

37Buna görə də Rəbbi Məryəmi gözəl bir qəbul ilə qəbul etdi. Və onu gözəl bir fidan kimi bitirdi və ona – Məryəmə, İsanı qeyri-qanuni şəkildə doğmayıb, Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyəni zamin etdi. Zəkəriyyə nə zaman onun yanına/özəl otağa girsə, onun yanında bir ruzi görürdü. Zəkəriyyə: “Ey Məryəm! Bu sənə haradandır?” – dedi. Məryəm də: “O, Allah qatındandır” – dedi. Şübhəsiz, Allah dilədiyini hesabsız ruziləndirir.

 38Orada Zəkəriyyə, Rəbbinə yalvardı: “Rəbbim! Mənə qatından təmiz bir nəsil ver. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən” – dedi.

39Sonra Zəkəriyyə, özəl kürsüdə durub salaat edərkən xə­bər­çi ayələr ona: “Şübhəsiz, Allah sənə, Allahdan bir kəlməni doğrulayan, ağa/bir başçı, iffətli bir peyğəmbər olaraq, salehlərdən Yəhyanı müjdələyir” – deyə səs­lən­­dilər.

40Zəkəriyyə: “Rəbbim! Mənə ixtiyarlıq gəlib çatmışkən, zövcəm də qısır ikən mənim üçün dəliqanlı/gənc  necə ola bilər?” – dedi. Allah: “Belədir, Allah dilədiyini edər” – dedi.

41Zəkəriyyə: “Rəbbim! Mənim üçün bir əlamət/nümunə göstər” – dedi. Allah: “Sənin əlamətin/nümunən, işarə ilə istisna olmaqla, insanlarla üç gün danışmamağındır. Və Rəbbini çox an, hər zaman nöqsan sifətlərdən münəzzəh qıl” – dedi.

42,43Və həmçinin xəbərçi ayələr: “Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tərtəmiz biri etdi və səni aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə hörmətli ol, Ona boyun əyib təslimiyyət göstər və Allahı birləyənlərlə bərabər, sən də Allahı birlə!” – demişdilər.

44Bax budur, bu dərk edə bilmədiyin, keçmişin əhəmiyyətli xəbərlərindən sənə vəhy etdiklərimizdir. Və Məryəmə hansı kəfil olacağına qələmlərini atarlarkən, sən yanlarında deyildin. Onlar mübahisə edərkən də, sən yanlarında deyildin.

45–46Həmçinin bir zaman xəbərçi ayələr: “Ey Məryəm! Allah səni Özündən bir kəlməylə müjdələyir. Onun adı, Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə hörmətlidir. Və O, yaxınlaşdırılanlardan və salehlərdəndir. Yüksək mövqedə və yetişkin biri olaraq da insanlarla danışacaqdır. 48Və Allah ona kitabı, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları və Tövrat ilə İncili öyrədəcək.

49–51Və onu İsrailoğullarına: “Bu bir həqiqətdir ki, mən sizə, Rəbbinizdən bir əlamət/nümunə gətirdim/nümunə ilə gəldim. Şübhəsiz ki, mən sizin üçün palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey – “buxurdan” (tüstülük) düzəldərəm. Sonra onun içinə üfləyərəm/aerozol əmələ gətirərəm və Allahın izni ilə xəstəlik törədən şeylər quş olar/uçar gedər. Mən koru və cüzamı sağaldar, sosial ölüləri Allahın izni ilə dirildərəm. Yediklərinizi və evlərinizdə yığıb sonraya saxlayacaqlarınızı sizə xəbər verərəm. Əgər inananlarsınızsa, bunda sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Tövratdan, sadəcə İncildə yer alanları doğru­la­yacağam. Sizə qadağan olunmış olanların bir qismini sərbəst edəcəyəm. Rəbbinizdən bir əla­mət/nümunə də gətirdim sizə. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Şübhəsiz ki, Allah mənim Rəbbimdir və sizin Rəbbinizdir. Onun üçün Ona qulluq edin! Bax budur, bu doğru yoldur” – deyə bir elçi edəcək” – demişdilər.

47Məryəm: “Rəbbim! Mənə bir bəşər toxunmamışkən, mənim necə uşağım olur?” – dedi. Allah: “Belədir! Allah dilədiyi şeyi əmələ gətirir. O, bir işə qərar verdiyi zaman onun üçün:  “Ol!” – deyər, o da dərhal olar” – dedi.

52,53Sonra İsa onlardan küfrü sezincə:  Allah yolunda mənim köməkçilərim kimlərdir?” – dedi. Həvarilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman etdik, bizim şübhəsiz ki, müslimlər olduğumuza şahid ol. Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə bərabər yaz” – dedilər.

54Və inanmayanlar pis plan qurdular, Allah da onların pis planlarını boşa çıxardı. Və Allah, pis planları boşa çıxaranların ən xeyirlisidir.

55–57Həmçinin Allah: “Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdıranam/öldürənəm, səni Özümə yüksəldəcəyəm və səni kafirlərdən təmizləyəcəyəm. Həmçinin sənə uyan insanları qiyamətə qədər kafirlərdən üstün tutacağam. Sonra dönüşünüz yalnız və yalnız Mənədır. Sonra da ayrılığa düşdüyünüz şeylərdə aranızda hökm edəcəyəm. Kafirlərə gəldikdə isə… Onlara dünyada və axirətdə şiddətli bir əzabla əzab edəcəyəm. Onlar üçün kömək edən də olmayacaqdır. İman edən və düzəltmək yönündə işlər edən insanlara gəldikdə isə… Allah onların mükafatlarını tamamilə ödəyəcəkdir. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz” – demişdi.

58Bax budur, bu! Biz bunu sənə ayələrdən və qanunlar ehtiva edən xatırlatmalardan/öyüdlərdən/Qurandan oxuyuruq.

59Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti, Adəmin/hər insanın vəziyyəti kimidir. O, onu torpaqdan əmələ gətirdi, sonra ona: “Ol!” – dedi, o da dərhal oldu.

60Bu haqq/həqiqət sənin Rəbbindəndir, belə isə şübhə edənlərdən olma. 61Sənə bilikdən gəl­dik­dən sonra, artıq kim bu mövzuda səninlə mübahisə edərsə, dərhal: “Gəlin, oğul­la­rı­mızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizi lənətləyək/kənarlaşdırıb gözdən salaq və Allahın lənətini/kənarlaşdırıb, gözdən salmasını yalançıların üzərinə istəyək” – de.

62Şübhəsiz, bu qətiliklə doğru əhvalatın məhz özüdür. Allahdan başqa heç bir tanrı da yoxdur. Və şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlam edənin məhz özüdür.

63Artıq üz çevirirlərsə, bilinsin ki, Allah, pozgunçuları ən yaxşı biləndir.

(89/3, Al-i İmran/33–46, 48–51, 47, 52–63)

 

Nəcm: 485

64De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə – “Allahdan başqasına qulluq etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın yaratdıqla­rın­dan birimiz digərimizi rəbblər qəbul etməyək” qaydasına gəlin. Buna baxmayaraq əgər Kitab Əhli üz çevirirlərsə, artıq:  “Şübhəsiz, bizim müslimlər olduğumuza şahid olun” – deyin.

65Ey Kitab Əhli! Tövrat və İncil ondan sonra endirildiyi halda, nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Hələ dərk etməyəcəksinizmi?

66Bax budur, siz bunlarsınız. Bir az biliyiniz olan şey haqqında mübahisə etdiniz, yaxşı, heç biliyiniz olmayan şey haqqında nə üçün mübahisə edirsiniz? Və Allah bilir, siz bilməzsiniz.

67İbrahim Yəhudi və Nasrani/Xristian deyildi. Amma o, haqqa dönmüş bir müslim idi/İslamlaşdıran adam idi. O, ortaq qoşanlardan da deyildi.

68Şübhəsiz ki, insanlardan İbrahimə ən yaxın olanlar, əlbəttə ona tabe olanlar, bu Peyğəmbər və bu iman edən insanlardır. Allah möminlərin kömək edən, yol göstərən, qoruyan yaxınıdır.

69Kitab Əhlindən bir tayfa sizi azdırmaq istədi. Halbuki, onlar, sadəcə özlərini azdırırlar, fərqində də deyillər.

70Ey Kitab Əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz? 

71Ey Kitab Əhli! Sizlər bütün bunları bildiyiniz halda, nə üçün haqqı batilə qarışdırır və doğruları gizlədirsiniz?

72–74Kitab Əhlindən bir qrup da, möminlərin dönmələri üçün: “Endirilənə günün başlanğıcında inanın, sonunda da bilərək rədd edin/inanmayın. Və sizə verilənin bənzərinin bir kimsəyə verildiyinə, yaxud Rəbbinizin nəzdində sizin əleyhi­nizə dəlillər gətirəcəkləri barəsində öz dininizə uyanlardan başqasına inanmayın” – dedilər. De ki: “Şübhəsiz ki, bələdçilik Allahın bələdçiliyidir”. De ki: “ Şübhəsiz, lütf Allahın əlindədir, onu dilədiyinə verir. Və Allah, biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. Mərhəmətini dilədiyinə bəxş edir. Və Allah, bö­yük lütf sahibidir”.

75Və Kitab Əhlindən eləsi vardır ki, əgər onlara yüklərlə əmanət təslim etsən, onu sə­nə geri ödəyər. Onlardan elələri də vardır ki, ona bir tək qızıl pul əmanət etsən, ba­şının üstünü kəsdirməsən onu sənə geri verməz. Bu onların: “Ümmilərin/Ana şə­hər­lilərin bizim əleyhimizə yol tapmaları mümkün deyildir” – dediklərinə görədir. Onlar, bilə-bilə Allah haqqında yalan da söylərlər.

76Xeyr, kim Onun əhdinə/Ona verdiyi sözə vəfalı olarsa və Allahın qoruması altına girərsə, bilsin ki, şübhəsiz, Allah Özünün qoruması altına girənləri sevər.

77Şübhəsiz ki, Allahın əhdini/Allaha verdikləri sözləri və andlarını ucuz bir qiymətə satan bu insanlar… Bax budur, onlara axirətdə heç bir pay olmayacaqdır. Və Allah qiyamət günü onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarma­ya­caqdır. Çox acıqlı əzab da onlar üçündür.

78Və Kitab Əhlindən bəzi söz və qaydaları, kitabdan olmamasına baxmayaraq, siz onu kitabdan sanasınız deyə, dillərini kitaba doğru əyib, bükən ağılsız, sərsəri bir qrup vardır. O, Allah qatından olmadığı halda: “Bu, Allah qatındandır” – deyərlər. Özləri bilə-bilə Allah haqqında yalan da söyləyərlər.

(89/3, Al-i İmran/64–78)

Nəcm: 486

79Allahın ölümlü insanlardan, özünə kitab, yaşayış/idarəetmə və peyğəmbərlik verdiyi heç kimsəyə, insanlara: “Allahın yaratdıqlarından olan mənə qul/kölə olun” – demək yaraşmaz. Lakin: “Öyrətdiyiniz və dərs aldığınız/oxuduğunuz kitaba uyğun olaraq, Rəbbə səmimi qullar olun” – demək yaraşar.

80Və Allah sizə, təbii gücləri/güc tətbiq edənləri, diktator idarəçiləri və peyğəmbərləri Rəblər qəbul etməyinizi əmr etməz. Siz, Müsəlman olduqdan sonra sizə küfrü əmr edərmi?!

(89/3, Al-i İmran/79–80)

Nəcm: 487

81Və həmçinin Allah peyğəmbərlərdən: “And olsun ki, sizə kitabdan və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalardan verdim, sonra yanınızda olanı doğrulayan bir elçi gəldiyində, ona qətiliklə inanacaq və ona kömək edəcəksiniz!” – sağlam sözünü almışdı. Allah: “Bunu etiraf edərək qəbul etdinizmi? Və bu barədə ağır əhdimi öhdənizə götürdünüzmü/verdiyiniz sözü qətiliklə yerinə yetirəcəksinizmi?” – dedi. Onlar: “Etitaf etdik” – dedilər. Allah: “Belə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – dedi.

82Artıq bundan sonra, hər kim dönərsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir.

(89/3, Al-i İmran/81–82)

Nəcm: 488

83Yaxşı, onlar Allahın dinindən başqasınımı axta­rır­lar? Göylərdə və yerdə olan hər kəs, istər-istəməz, Onun üçün İslamlaşmışkən və özləri də, sadəcə, Ona döndəriləcəklərkən…

84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inan­dıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslam­la­şanlarıq”.

85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır.

86İmanlarından və şübhəsiz, elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq də­lillər gəldikdən sonra, küfr edən bir cəmiyyətə Allah necə bələdçilik edər? Və Allah şərik qoşaraq, səhv/öz zərər­lə­ri­nə iş edənlər qövmünə bələdçilik etməz.

(89/3, Al-i İmran/83–86)

Nəcm: 489

87,88Bax budur, onların cəzaları Allahın, təbii güclərin/xəbərçi ayələrin, insanların ha­mısının kənarlaşdırıb, gözdən salması, həmişəlik içində qalmaq üçün şübhəsiz ki, on­ların üzərlərindədir. Onlardan bu əzab zəiflədilməz və onlara möhlət veril­məz.

89Ancaq bundan sonra dərk edərək xətalarından dönən və düzəldənlər başqa. Artıq, şübhəsiz, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

90Şübhəsiz, imanlarının ardından küfr edən, sonra da küfrü artırmış olan bu insanlar… Onların xətalardan dö­nmə­ləri qətiyyən qəbul olunmayacaqdır. Və bax budur, onlar azğınların məhz özləridir.

91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur.

(89/3, Al-i İmran/87–91)

Nəcm: 490

92Sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə, qətiyyən “yaxşı insanlıq” mərtəbəsinə çata bilməzsiniz. Və siz hər nəyi bağışlayarsınızsa, qətiliklə Allah onu ən yaxşı biləndir.

(89/3, Al-i İmran/92)

Nəcm: 491

93,94Tövrat endirilmədən öncə İsrailin/Yəqubun özünə haram etdiyindən başqa, qalan yeməklərin hamısı İsrailoğulları üçün halal idi. De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Tövratı gətirərək, onu oxuyun. Artıq kim bundan sonra Allah haqqında yalan uydurarsa, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir”.

95De ki: “Allah doğru söyləmişdir. Belə isə, ortaq qoşmaqdan, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən əl çəkən biri olaraq, İbrahimin dininə tabe olun. Və o, ortaq qoşanlardan deyildi”.

(89/3, Al-i İmran/93–95)

Nəcm: 492

96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir.                

(89/3, Al-i İmran/96–97)

Nəcm: 493

98De ki: “Ey Kitab Əhli! Allah etdiklərinizə şahid ikən, nə üçün Allahın ayələrini örtüb, durursunuz?”

99De ki: “Ey Kitab Əhli! Siz şahid olduğunuz halda, nə üçün Allahın yolunu əyri göstərməyə cəhd edərək inanan insanları Allahın yolundan döndərirsiniz? Allah etdiklərinizdən xəbərsiz/laqeyd deyildir”.

(89/3, Al-i İmran/98–99)

Nəcm: 494

100Ey iman edənlər! Özlərinə Kitab verilənlərdən hər hansı bir zümrəyə itaət edərsinizsə, imanınızdan sonra sizi, kafirlər olaraq döndərərlər.

101Sizə Allahın ayələri oxunurkən və Onun Elçisi də aranızda ikən, necə olur ki, küfr edirsiniz? Kim də Allaha daha çox bağlanırsa, qətiliklə o, dosdoğru yola bələdçilənmişdir.

102Ey iman edənlər! Allahın qoruması altına girənlər olmağınız üçün necə qoruma altına alınmağınız lazımdırsa, özünüzü beləcə, Allahın qoruması altına alın və ancaq müslimlər olaraq can verin.

103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur.

104Və içinizdən xeyirə çağıran, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağıl ilə pis/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyən bir başçılı cəmiy­yət olsun. Və bax budur, onlar qurtuluşa çatanların məhz özləridir.

105–107Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanan və ayrılığa düşən insanlar kimi də olmayın. Bax budur, bunlar bəzi üzlərin ağardığı, bəzi üzlərin də qa­ral­dı­ğı gündə özləri üçün böyük bir əzab olanlardır. Artıq üzləri qaralan insanlara: “Siz inandıqdan sonra, yenidən kafirmi oldunuz? Belə isə, küfr etdiyinizə görə dadın cəzanı!” Üzləri ağaran insanlar da bilin ki, Allahın mərhə­mə­ti içindədirlər. Onlar orada həmişəlik qalanlardır.

108Bunlar, Allahın ayələridir. Biz sənə doğru olaraq oxuyuruq. Allah aləmlərə heç bir haqsızlığı, səhv etməyi istəməz.

109Və göylərdə və yer üzündə olan şeylər Allahındır. Və  işlər yalnız və yalnız Allaha dön­də­rilir.

110Siz, insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edir, vəhy və ortaq ağıl ilə pisliyi/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyir və Allaha inanırsınız. Kitab Əhli də inansaydı, onlar üçün əlbəttə, daha xeyirli olar­dı. Onların bəziləri möminlər, lap çoxu da yoldan çıxmış insanlardır.

111Onlar sizə əziyyətdən başqa bir zərər verə bilməzlər. Əgər sizinlə döyüşərlərsə, sizdən üz döndərib, qaçarlar. Sonra onlara, kömək olunmaz.

112Onlar harada olurlarsa olsunlar üzərlərinə alçaqlıq damğası vurulmuşdur. Və Allahın sözləşməsinə və insanların sözləşməsinə bağlı qalanlar istisna olmaqla, onlar Allahın qəzəbinə uğradılar və üzərlərinə də acizlik vurulmuşdur. Bu, onların Allahın ayələrini ört-basdır etdikləri və haqsız yerə peyğəmbərləri öldürdüklərinə görədir. Bu, üsyan etmiş və həddi də aşmış olduqlarına görədir.

113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır.

115Və onlar xeyirdən nə işləyərlərsə, qətiyyən saxlanmayacaq/qarşılıqsız buraxılma­ya­caq­lar. Və Allah Özünün qoruması altına girənləri ən yaxşı biləndir.

116Kafirlərin malları və övladları Allahın qatında onlara qətiyyən bir fayda verməyəcəkdir. Və bax budur, onlar atəş əhlidirlər. Onlar orada həmişəlik qalanlardır.

117Onların bu bəsit dünya həyatında xərclədiklərinin vəziyyəti şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə isabət edərək, onları dəyişikliyə/dağıntıya uğradan, içində qovurucu soyuğu olan küləyin vəziyyəti kimidir. Və Allah onlara haqsızlıq etmədi. Lakin, onlar şərik qoşmaqla özlərinə haqsızlıq edirlər.

118Ey iman edənlər! Öz səviyyənizdə olmayanlardan sirdaş/yaxın yoldaş qəbul etməyin. Onlar, sizə pislik etməkdən geri qalmazlar. Onlar sıxıntıya düşməyi­nizi istədilər. Qətiliklə, kinləri ağızlarından bayıra vurmuşdur. Qəlblərində giz­lət­dik­ləri şeylər də daha böyükdür. Əgər siz ağlınızı istifadə edəcəksinizsə, Biz si­zin üçün ayələri/əlamətləri/nümunələri qətiliklə açıqlamışıq.

119Bax budur, siz belə insanlarsınız ki, onları sevərsiniz, halbuki onlar sizi sevməz­lər, siz kitabın hamısına inanırsınız, onlarsa sizinlə görüşdükləri zaman: “İnandıq” – de­yərlər, baş-başa qaldıqları zaman isə sizə olan kinlərinə görə barmaqlarının uclarını dişləyərlər. De ki: “Kininizlə ölün/gəbərin!” Şübhəsiz ki, Allah qəlblərin özü­nü/könülləri ən yaxşı biləndir.

120Sizə bir yaxşılıq toxunsa, narahat olarlar və əgər sizə bir pislik isabət etsə, ona sevinərlər. Və əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, onların hiylə­lə­ri sizə heç bir şəkildə zərər verməz. Şübhəsiz ki, Allah onları öz etdikləri şeylərlə bü­rü­müşdür.

(89/3, Al-i İmran/100–120)

Nəcm: 495

121Və həmçinin sən səhər erkəndən möminləri döyüş mövqelərinə yerləşdirmək üçün əhlindən ayrılmışdın. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. 122O za­man sizdən iki qrup, Allah onların köməkçi, yol göstərici, qoruyucu yaxını ol­ma­sına baxmayaraq, pozulmağa üz tutmuşdu. Artıq inananlar yalnız və yalnız Allaha işin nə­ti­cə­sini həvalə etsinlər!

123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” deyirdin. Əgər səbr edər və Allahın qoruması altına girərsiniz, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş b min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin.

128Bu işdən sənə heç bir şey yoxdur. Allah ya onların tövbəsini qəbul edər, yaxud onlara əzab edər. Artıq, şübhəsiz ki, onlar səhv/öz zərərlərinə iş edənlərdir.

129Göylərdə olan şeylər və yer üzündə olan şeylər Allahındır. O, dilədiyini bağışlayar, dilədiyinə əzab edər. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

(89/3, Al-i İmran/121–129)

Nəcm: 496

130Ey iman edənlər! Qat-qat artırılmış olaraq ribanı [əməksiz, xidmətsiz, risksiz qazancı] yeməyin. Qurtuluşa çatmağınız üçün Allahın qoruması altına girin. 131Kafirlər üçün hazırlanmış olan atəşdən də qorunun. 132Mərhəmət olunmağınız üçün Allaha və Elçiyə itaət edin.

133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir? – etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər.

136Bax budur bunların qarşılığı Rəbbindən bağışlanma və içində sonsuzadək qalacaqları, altından çaylar axan cənnətlərdir. Edib, işləyənlərin qarşılığı/mükafatı nə gözəldir!

137Qətiliklə, sizdən öncə, neçə-neçə tətbiqatlar gəlib keçdi. Haydı, yer üzündə gəzərək, yalan sayanların aqibətinin necə olduğunu bir görün.

138Bu əmrlər, insanlar üçün bir açıqlama və Allahın qoruması altına girənlər üçün bir yol göstərmə və bir öyüddür.

139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz.

140,141Əgər sizə bir yara dəymişsə, o cəmiyyətə də bənzər bir yara toxunmuşdur. Və bax budur, o günlər Biz onları Allahın sizdən iman edən insanları bildirməsi/işa­rə­ləyib göstərməsi və sizdən şahidlər qəbul etməsi, Allahın iman edən insanları arın­­dırması, kafirləri isə məhv et­mə­si üçün insanlar arasında döndərib dururuq. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.

142Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız?

143And olsun ki, siz ölümlə qarşılaşmazdan öncə, onu arzulayırdınız. Bax budur, ba­xarkən, onu həqiqətən gördünüz.

144Və Muhəmməd…  O, ancaq bir elçidir. Əlbəttə, ondan öncə elçilər gəlib, keçmişdir. İndi əgər o ölər və ya öldürülərsə, yenidən geriyəmi dönəcəksiniz? Kim də geri dö­nər­sə, bilsin ki, Allaha heç bir şəkildə zərər verə bilməz. Və Allah sahib olduğu ne­mət­lərin qarşılığını ödəyənləri qarşılıqlandıracaqdır.

145Və hər kəs, sadəcə, Allahın biliyi ilə vaxtlandırılmış bir yazı olaraq ölür. Və kim dün­ya qarşılığını diləyərsə, özünə ondan verərik. Kim də axirət qarşılığını istəyərsə, ona da, ondan verərik. Və Biz sahib olduğu nemətlərin qarşılığını ödəyənləri qarşılıqlan­dı­ra­cağıq.

146Necə peyğəmbərlər də vardı ki, özləri ilə bərabər, bir çox Allah igidləri döyüşdülər – Allah yolunda özlərinə isabət edən şeylərdən bədbinləşmədilər, zəif düşmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər.

147Onların sözləri isə, sadəcə: “Rəbbimiz! Bizim günahlarımızı və işlərimizdəki həd­di aşmaqlarımızı bağışla və ayaqlarımızı sabitlə, kafirlər qövmünə qarşı bizə kömək et!” – idi.

148Buna görə də, Allah onlara dünya qarşılığını və axirət qarşılığının gözəlliyini ver­di. Və Allah gözəlləşdirənləri/yaxşılaşdıranları sevər.

149Ey iman edənlər! Əgər siz kafirləri xəbərdar etsəniz, onlar sizi topuqlarınız üstündə yeni­dən geriyə döndərərlər və siz itirənlərdən olarsınız.

150Əslində Allah sizin köməkçi, yol göstərici, qoruyucu yaxınınızdır. Və O, kömək edənlərin ən xeyirlisidir.

151Biz Allahın haqqında heç bir dəlil endirmədiyi şeyləri Ona ortaq qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların çatacaqları yer atəşdir. Şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərin sığınacağı da, nə pisdir!

152Və siz, Allahın biliyi ilə düşmənlərinizi doğrayarkən, Allah sizə olan vədini doğru olaraq, gerçəkləşdirdi. Allah, sizə sevdiyiniz şeyləri göstərdikdən sonra zəif düşdü­nüz, o iş haqqında çəkişdiniz və üsyan etdiniz. Sizdən kiminiz dünyanı, ki­mi­niz də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan geri çevirdi və qə­tiliklə sizi bağışladı. Və Allah möminlərə qarşı çox ərməğan sahibidir.

153Və həmçinin siz yuxarı qaçırdınız, heç kimsəyə baxmırdınız. Elçi isə o biri tə­rə­fi­niz­dən sizi çağırırdı. Buna görə Allah əlinizdən gedənə və özünüzə isabət edə­nə üzülməyəsiniz deyə, sizə kədər üstünə kədərlə qarşılıq verdi. Allah etdiklə­ri­ni­zdən xəbərdardır.

154Sonra Allah o kədərin ardından üzərinizə bir arxayınlıq, sizdən bir qrupu örtüb, bü­rü­yən bir yuxu endirdi. Bir qrup da, nəfslərinin sevdasına düşdü – Allah haqqında hə­qi­qət­dən kənar, cahiliyyət zənni olaraq, zənn artırırdılar. Onlar: “Bu işdən bizə bir şey var­mı?” – deyirdilər. De ki: “iş Allaha aiddir. Onlar, sənə açıqlaya bilmədikləri şey­ləri içlərində saxlayırdılar. Onlar:  “Bizə bu işdən bir şey olsaydı, burada öldürül­məz­­dik” – deyirdilər. De ki: “Əgər siz, evlərinizdə olsaydınız belə, üzərlərinə öl­dü­rül­mə yazılmış olanlar, qətiliklə yan verib yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb ge­də­cəkdi”. Və o, Allahın qəlblərinizdəkini sınaması və qəlblərinizdəkini təmizləməsi üçündür. Və Allah qəlblərinizdəkini çox yaxşı biləndir.

155Şübhəsiz, iki qövmün qarşılaşdığı gün, sizdən üz çevirib gedən insanlar, şey­tan onların qazandıqları şeylərin acısıyla ayaqlarını sürüşdürmək istədi. Yenə də Allah onları qətiliklə əfv etdi. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox yumşaq dav­ra­nandır.

156Ey iman edənlər! Allahın tanrılığını, rəbbliyini tanımayan və yer üzündə dolaşan, yaxud qəzaya çıxan qardaşları üçün: “Yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər” – deyənlər kimi olmayın. Qətiliklə Allah bunu onların qəlb­lərində bir yara edəcəkdir. Və Allah həyat verir və öldürür. Və Allah etdik­lə­ri­nizi ən yaxşı görəndir.

157Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə də, Allahdan bir bağışlanma və mərhəmət, qətiliklə onların topladıqlarından daha xeyirlidir. 158And olsun ki, ölsəniz və ya öldürülsəniz də, qətiliklə, Allahın hüzuruna toplanacaqsınız.

159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər.

160Allah sizə kömək edərsə, sizi məğlub edəcək heç kimsə yoxdur. Əgər sizi kömək­siz qoyarsa, artıq ondan sonra sizə kim kömək edə bilər? Belə isə möminlər işin nəticəsini, sadəcə Allaha həvalə etsinlər.

161Və heç bir peyğəmbər üçün cəmiyyət malına/ictimai əmlaka xəyanət etmək olmaz. Və kim ictimai əmlaka xəyanət edərsə, qiyamət günü xainlik etdiyi ictimai əmlak ilə gələr. Sonra da hər kəsə qazandığının qarşılığı tamamilə ödənilər. Və on­lar haqsızlığa uğramazlar.

162Yaxşı, Allahın rızasına uyan kəslər, Allahın qəzəbinə uğrayan və çatacağı yer cəhənnəm olan kəslər kimidirmi? O, nə pis dönüş yeridir!

163Onlar Allah nəzdində dərəcə-dərəcədirlər. Allah onların etdiklərini ən yaxşı görəndir.

164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər.

165İki qatını isabət etdirdiyiniz bir müsibət, özünüzə isabət edincəmi: “Bu məğlubiyyət haradan!?” – dediniz. De ki: “Başınıza gələn bu məğlubiyyət, öz nəzdinizdəndir”. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı güc yetirəndir.

166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar  qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”.

169–171Allah yolunda öldürülənləri də qətiyyən ölü sanma. Tam əksinə, onlar diridirlər, Allahın ərməğanlarından verdiyi şeylərlə sevincli olaraq, Rəbbi qatında ruzilən­mək­­dədirlər. Arxalarından özlərinə hələ çatmayan kəslərə, özləri üçün heç bir qor­xu olmayacağını və üzülməyəcəklərini müjdələmək istəyərlər. Onlar Allahdan bir ne­məti, ərməğanı və Allahın şübhəsiz, möminlərin əcrini yox etməyəcəyini müjdə­lə­mək istəyərlər.

172,173Özlərinə yara toxunduqdan sonra Allah və Elçinin dəvətinə qatılan kəslər, insanlar özlərinə: “Şübhəsiz, insanlar sizə qarşı birlik oldular, onlardan ürpərin” – dediklərində, bunun  onların inancını artırdığı və: “Allah bizə yetər. O, nə gözəl – bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qo­ruyan, dəstəkləyərək həyata keçirəndir!” – deyən insanlar… Onlardan yaxşı­laş­dıran, gözəlləşdirən və Allahın qoruması altına girmiş kimsələrə böyük bir mükafat vardır.

174Sonra da onlar özlərinə heç bir pislik toxunmadan Allahın neməti və ərməğanı ilə geri döndülər və Allahın rızasına uydular. Və Allah çox böyük lütfun sahibidir.

175Şübhəsiz ki, o şeytan/pis niyyətli insan öz yaxınlarını qorxudur. Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun.

176Küfrdə yarışan bu insanlar isə səni kədərləndirməsin. Onlar Allaha heç bir şəkildə, qətiyyən zərər verə bilməzlər. Allah onlara axirətdə hər hansı bir pay verməməyi istəyir. Və onlar üçün çox böyük bir əzab vardır.

(89/3, Al-i İmran/130–176)

Nəcm: 497

 

177Şübhəsiz, iman müqabilində küfrü satın alan kəslər Allaha heç bir şəkildə, qətiyyən zərər verməzlər. Və onlar üçün çox acıqlı bir əzab vardır.

178Allahın tanrılığını, rəbbliyini tanımayan bu insanlar, şübhəsiz, Bizim onlara möhlət verməyimizin, onlar üçün xeyirli olduğunu sanmasınlar. Şübhəsiz, Biz onlara daha çox günaha girsinlər deyə, möhlət veririk. Və onlar üçün alçaldıcı bir əzab vardır.

179Allah murdar olanı təmiz olandan ayırd edənə qədər möminləri sizin tabe olduğunuz yolun üzərində buraxacaq deyildir. Allah sizləri görünməyən, eşidilməyən, seçilməyən, keçmiş, gələcək barəsində biliklənən biri edəcək də deyildir. Lakin Allah  elçilərindən dilədiyini seçər. Belə isə, Allaha və Elçisinə iman edin. Və əgər iman edər və Allahın qoruması altına girərsinizsə, bax budur o zaman sizin üçün çox böyük bir qarşılıq vardır.

180Və Allahın özlərinə lütfündən verdiyi nemətlərə qarşı xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Tam əksinə, o, onlar üçün zərərdir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası, yalnız və yalnız Allaha aiddir. Və Allah etdikləriniz barədə bilik sahibidir.

(89/3, Al-i İmran/177–180)

Nəcm: 498

181,182Allah: “Şübhəsiz ki, Allah yoxsuldur, biz zənginik” – deyən kəslərin sözünü, əlbəttə eşitdi. Onların söylədikləri şeyləri və peyğəmbərləri haqsız yerə öldürmə­lə­rini yazacağıq. Və Biz: “Dadın o yandıranın əzabını! Bu, öz əllərinizin öndən gön­dər­diklərinin qarşılığıdır” – deyəcəyik. Və şübhəsiz, Allah qullara qətiyyən haqsızlıq edən deyildir.

183“Allah yoxsul, biz zənginik” – deyənlər “Atəşin yeyəcəyi bir qurbanı bizə gətirmədikcə, heç bir elçiyə iman etməyəcəyimizə dair Allah bizə qətiliklə əhd etdi” – deyə axmaqlayan kəslərdir. De ki: “Qətiliklə, məndən öncə, sizə bəzi elçilər açıq dəlillərlə və sizin dediyiniz şeylə gəldilər və yaxşı, əgər doğru insanlarsınızsa, onları nə üçün öldürdünüz?”

184Əgər indi səni yalan saydılarsa, bil ki, səndən öncə açıq dəlillər, səhifələr və aydınladıcı kitab ilə gələn elçiləri də yalan saymışdılar.

(89/3, Al-i İmran/181–184)

Nəcm: 499

185Hər canlı/mənliyi olan varlıq, ölümü dadacaqdır. Və şübhəsiz ki, qiyamət günü mükafat­la­rı­nız sizə əskiksiz veriləcəkdir. Kim atəşdən uzaqlaşdırılıb, cənnətə girdirilirsə, bilsin ki, o, həqiqətən qurtuluşa çatmışdır. Və bəsit dünya həyatı aldadıcı bir yararlan­ma­dan başqa bir şey deyildir.

186Heç şübhəsiz ki, siz mallarınız və canlarınız barəsində sınanacaqsınız/imtahan oluna­caq­­sınız. Sizdən öncə özlərinə Kitab verilənlərdən və ortaq qoşan kimsələrdən bir çox əzab – cansıxıcı, əsəbiləşdirici şeylər də eşidəcəksiniz. Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, şübhəsiz, bax budur, bu əzm tələb edən iş­lər­dən­dir.

(89/3, Al-i İmran/185–186)

Nəcm: 500

187Və həmçinin Allah özlərinə Kitab verilənlərdən sağlam sözünü almışdı: “Kitabı, qətiliklə, insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcək­si­niz”. Onlar isə buna arxa çevirdilər və onu az bir bədəl müqabilində satdılar. Bax budur, onların bu alış-verişi necə də pisdir!

(89/3, Al-i İmran/187)

Nəcm: 501

188O etdikləri şeylərlə sevinən və etmədikləri şeylərlə də lovğalanmaq istəyənləri qətiyyən hesaba qatma! Onların əzabdan qurtaracaq bir yerdə olacaqlarını da sanma! Və onlar üçün çox acıqlı bir əzab vardır.

189Göylərin və yer üzünün idarəçiliyi Allahındır. Və Allah hər şeyə ən yaxşı qadirdir.

(89/3, Al-i İmran/188–189)

Nəcm: 502

190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır.

195Buna görə də, Rəbbi onlara qarşılıq verdi: “Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır”.

(89/3, Al-i İmran/190–195)

Nəcm: 503

196,197Kafirlərin diyar-diyar gəzib dolaşmaqları, çox az bir qazanc, qətiyyən səni aldatmasın. Sonra onların çatacaqları yer cəhənnəmdir və o, nə pis bir yataqdır!

198Amma Rəbbinin qoruması altına girənlərə gəlincə… Onlar üçün Allah qatından bir yolçu ikramı olaraq, altlarından çaylar axan, içində təməlli qalacaqları cənnətlər vardır. Və Allah qatındakı “yaxşı insanlar” üçün daha yaxşıdır.

199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah  hesabı tez görəndir.

200Ey iman edənlər! Xilas olmağınız, uğur qazanmağınız üçün səbr edin və bir-birinizin səbirli olmasını təmin edin, bir-birinizə bağlanın və Allahın qoruması altına girin.

(89/3, Al-i İmran/196–200)

TƏHLİL:

1Əlif/1, Lam/30, Mim/40.

“Huruf-ı Mukatta‘a” [Kəsik Hərflər] deyə adlandırılan bu hərflərin nəyi ifadə etdiyi qəti olaraq bilinmir. Bir xəbərdarlıq və ya gələcək ayələrə diqqət çəkmə simvolu ola biləcəkləri kimi, Quranın daxili quruluşuna aid əhəmiyyətli bir quruluş daşı da ola bilirlər. Həmçinin Quran endiyi dövrdə hələ rəqəmlərin icad edilməmiş olduğu və rəqəm yerinə Əbcəd hərflərinin işlədildiyi nəzərə alındığında, bu hərflərin müəyyən sayları ifadə etməsi də mümkündür. İrəliki dövrlərdə ediləcək araşdırmalar nəticəsində bu hərflərin işarə etdiyi mənaların doğru şəkildə təvil edilə biləcəyi qənaətindəyik. Əbcəd hesabına görə surənin başındakı hərflərin say dəyərləri belədir:

ا [əlif] 1

ل [lam] 30.

م [mim] 40

2Allah Özündən başqa tanrı deyə bir şey olmayandır. Hər zaman diridir, qəyyumdur [hər şeyin fəaliyyətini təmin edəndir, qoruyandır].

Bu ayədə, Allahın, “Özündən başqa tanrı olmayan hayy və qəyyum” olduğu vurğulanmışdır.

Bu ayədə yer alan xüsusiyyətlər Bəqərə/255-də [ayətəl-kürsi] daha geniş olaraq zikr edilmişdi. Burada qısaca yer almasının səbəbi, bu surənin ilk bölmələrinin Xristiyanlara yönəlik olduğuna görədir. Çünki Xristiyanlar, İsanı tanrılaşdıraraq küfrə düşmüşdülər. Burada Xristiyanların şirki rədd edilməkdə, onlara, İsanın bu vəsfləri daşımadığı, Tanrı olaraq qəbul edilə biləcək bir varlığın, “tək, hayy və qəyyum” olmalı olduğu bildirilərək, tövhid inancı öyrədilir.

Bu ayədə qısaca, Bəqərə/255-də isə geniş şəkildə zikr edilən ilahi xüsusiyyətlər haqqında bu açıqlamanı etmişdik:

  • 255Allah Özündən başqa tanrı olmayandır, hər zaman diridir, hər şeyin fəaliyyətini təmin edən, qoruyan, canlı və kainatın idarəsini birbaşa həyata keçirəndir. Özü mürgüləməz və yuxulamaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız və yalnız Onun üçündür. Özünün izni/biliyi olmadan yanında kim kömək, şəfaət edə bilər? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə Onun dilədiyindən başqa, biliyindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. Onların ikisinin də qorunması Ona çətin gəlməz. Və O, çox ucadır, ucaldandır, sonsuz uludur. (Bəqərə/255)

Müstəqil bir nəcm olan bu ayə əvvəlki ayələrə də sonrakı ayələrə də bağlana bilir. Amma müstəqil olub, Allahın sifətləri və varlıqlarla əlaqəsi cəhəti ön planda tutulmalıdır. Ayənin açıq olan ifadəsində Allahın bu vəsfləri vurğulanmışdır:

* Allah, Özündən başqa tanrı olmayandır.

* Hayydır [hər zaman diridir], qəyyumdur [hər şeyi ayaqda tutan, qoruyan və kainatın idarəsini həyata keçirən, Özünə heç bir şeyin gizli qalmadığı zatdır].

* Özünü mürgü və yuxu tutmaz.

* Göylərdə və yer üzündə olan şeylər yalnız və yalnız Onun mülküdür.

* Onun izni olmadan yanında kimsə şəfaət edə bilməz.

* Allah, varlıqların önlərində və arxalarında olan şeyləri bilir.

* Varlıqlar, Onun dilədiyindən başqa, Onun elmindən heç bir şeyi qavraya bilməzlər.

* Allahın kürsüsü göyləri və yer üzünü qucaqlamışdır.

* Göylərin və yer üzünün qorunması Allaha çətin gəlməz.

* O, Alidir, Əzimdir.

Allah Özünü bu ayələrdə də tam olaraq tanıdır:

  • 1De ki: “O Rəbb, bir tək olan Allahdır, 2Saməd olan Allahdır, 3doğmamış və doğulmamışdır. 4Və heç bir şey Ona tay olmamışdır”. (İxlas/1-4)
  • 22O Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. Görünməyəni və görünəni biləndir. O yaratdığı canlılara dünyada çox-çox mərhəmət edəndir, əngin mərhəmət sahibidir.
  • 23O Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. O kainatın hökmdarı, tərtəmiz, hər cür pislik və əskiklikdən uzaq, hər cür qüsurdan uzaq/sapsağlam, əmin-amanlıq verən, nəzarət edən, qoruyan, doğrulayan və etibar edilən, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, dilədiyini zorla etdirən, çatılmaz, əzəmətli, ehtiyacları aradan qaldıran, işləri düzəldən, dərman verən, böyüklük və ululuqda tək olan/hər şeydə və hər hadisədə böyüklüyünü göstərəndir. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir.
  • 24O, yaradan, qüsursuz yaradan, hər şeyə şəkil və surət verən Allahdır. Ən gözəl isimlər Onun üçündür. Göylərdə və yer üzündə olanlar Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Həşr/22-24)

Allahın qəyyum sifəti bu ayələrdə genişləndirilmişdir:

  • 33Yaxşı, o qazandıqları ilə birlikdə hər bir insanın üzərində dikilən/görüb nəzarət edən kimdir? Onlar isə Allaha ortaqlar qəbul etdilər… De ki: “Onları adlandı­rın! Yoxsa siz Ona yer üzündə bilmədiyi bir şeyimi, ya da sözdən açıq olanınımı xəbər verəcəksiniz? Əslində kafirlərə planları gözəl göstərildi və yoldan azdırıldılar. Allah kimi azdırırsa, artıq onun üçün yol göstərən kimsə yoxdur. (Rad/33)
  • 41Heç şübhəsiz, göyləri və yer üzünü yox etmələrindən Allah qoruyur. And olsun ki, əgər göylər və yer üzü yox edilərsə, onları Ondan sonra kimsə tuta bilməz. Həqiqətən O, çox yumşaq davranan, çox bağışlayandır. (Fatir/41)

Ayədəki O, onların önlərində və arxalarında olan şeyləri bilir ifadəsi, “onların dünya və axirətdəki mövqelərini, keçmiş və gələcəklərini bilir” deməkdir. Onlar isə Onun dilədiyindən başqa, biliyindən heç bir şeyi qavraya bilməzlər ifadəsi isə, insanların Allah qatındakı elmi ancaq Onun iradəsi ilə əldə edə biləcəyini ifadə edir.

3,4Allah sənə, sadəcə içindəki mövzuları doğrulayan olaraq, bu kitabı haqq ilə endirdi. O, daha öncə insanlara doğru yol bələdçisi olaraq Tövratı və İncili də endirmişdi. Furqanı da, O endirdi. Şübhəsiz, kafirlər… Onlar üçün çətin bir əzab vardır. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, günahkarları yaxalayıb cəzalandırmaqla, ədaləti təmin edəndir.

Bu ayələrdə, Əhl-i Kitabın, xüsusilə də Xristiyanların Son Peyğəmbər və Son Kitabı tanımasına yönəlik bir giriş edilir və Xristiyanlara: “Daha əvvəl Tövrat və İncili endirdiyi kimi Furqanı [Quranı] da endirmişdir. Bunda anormal bir hal yoxdur. Buna da inanmalısınız. Əks təqdirdə çox çətin bir əzab ilə əzablandırılacaqsınız. Allaha qarşı çıxa bilməzsiniz. Allah, günahkarları yaxalayar və cəzalandırar” – ismarıcı verilir.

Ayədəki Özünün iki əli arasındakılar ifadəsi ilə qəsd edilən “əvvəlki ilahi kitabların Quranda yer alan hissələri”dir. Bu o deməkdir ki, mövcud Kitab-i Müqəddəsin hamısı Allahın göndərdiyi vəhylərdən ibarət deyildir. Bir qismi Əhl-i Kitab bilikliləri tərəfindən əlavə edilmiş, bir qismi də təhrif edilmişdir. Geriyə qalanlar isə Quran tərəfindən doğrulanır.

Tövrat. Musa Peyğəmbərə verilən kitabın adı olan Tövratın, söz olaraq nə mənaya gəldiyi xüsusunda aşağıdakılar söylənə bilir:

التّورية [Tövrat] kəlməsi, çaxmaq daşının alovu göründüyü vaxt işlədilən “و ر ى“ [v r y] kəlməsindən törəyib, “aydınlıq və nur” deməkdir. [2]

Klassik qaynaqlarda Tövrat kəlməsinin, tevriyədən (Bir anlatma incəliyi əldə etmək üçün birdən çox mənası olan bir sözün yaxın mənasının deyil, uzaq mənasının işlədilməsi bədii sənəti) alındığı da söylənmişdir. [3] Bu isə, “bir şeyi tariz yolu ilə [üstü örtülü] açıqlayarkən, digər tərəfini gizləmək” deməkdir. “Sanki Tövratın çoxusu, lazımi bəyan və açıqlamadan kasad olub, bir sıra qapalı və dolaylı olaraq söylənən sözlərdən və işarələrdən meydana gəldiyindən, bu ad verilmiş kimidir” şəklində açıqlamalar da mövcuddur. Bu sözün, Süryanicə və ya İbranicə olması daha böyük bir ehtimal olmaqla yanaşı, ərəbcə olduğu fərz edildiyində “v r y”-dən törədiyi və “aydınlıq/nur” mənasına gəldiyi söylənə bilir.

Belə ki, Allah Tövratı belə xarakterizə etmişdir:

  • 48,49Və and olsun ki, Musa və Haruna Furqanı və görülməyən, eşidilməyən, seçil­mə­yən kimsəsiz yerdə Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan, qiyamətin qopmasından içləri titrəyən, Allahın qoruması altına girənlər üçün bir işıq və öyüd verdik.  (Ənbiya/48, 49)
  • 53Və bir zaman Musaya o kitabı və Furqanı verdik ki, bələdçiləndiyiniz doğru yolu tapasınız. (Bəqərə/53)
  • 44İçində doğru yol rəhbəri və işıq olan Tövratı, şübhəsiz ki, Biz endirdik. Müsəlman­laş­mış insanlar olan peyğəmbərlər, onunla yəhudilərə hökm edərlər. Özlərini Allaha həsr etmiş insanlar və hahamlar da, Allahın kitabından özlərindən qorumaları istənilən və özlərinin də üzərinə şahidlik etdikləri şeylərlə hökm edərlər. İnsanlara hörmət du­yub ürpərməyin, Mənə hörmət duyub ürpərin. Mənim ayələrimi də az bir paraya satmayın. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar kafirlərin məhz özləridir. (Maidə/44)

İncil. الإنجيل [İncil] sözünün də Süryanicə və ya İbranicə olduğu ümumi qəbul görməsinə rəğmən, ərəbcə olduğu fərz edilərək mənası üzərində durula bilir:

İncil kəlməsi “əsl” demək olan النجل [ən-nəcl] kəlməsindən “ifil” vəznində bir kəlmə olub, cəmi, اناجل [ənacil]dir. İnsanın əsli olduqlarına görə, ana və atası qəsd edilərək, “Allah onun iki nacilinə də lənət etsin” deyilir.

İncil bir çox elm və hikmətin əsli deməkdir.

İncil kəlməsinin “bir şeyi çıxartmaq, halını anlatmaq” üçün işlədilən, nəcəltüş-şeyə təbirindən gəldiyi də söylənmişdir. Buna görə, özü vasitəsiylə bir çox elm və hikmət əldə edildiyi üçün ona İncil adı verilmiş olur. Uşağa və əsil-kökə, ana-atasından çıxdığı üçün nəci deyilməsi buna görədir.

Nəcl, eyni zamanda “sızıntı halında çıxan su” deməkdir. Su bir yerdən sızıntı halında çıxdığı vaxt, استنجلت الأرض و بها نجال [istəncələtil arzu və biha nicalün] ifadəsi işlədilır. Budur, buna görə İncilə bu ad verilmişdir. Belə ki, Uca Allah onun vasitəsiylə, silinib izi itmiş haqqı ortaya çıxarmışdır.

İncil kəlməsinin “gözün genişliyi”ni ifadə etmək üçün işlədilən nəcəldən alınma olduğu da söylənmişdir. Geniş bir nizə yarasını ifadə etmək için, سنان منجل [sinanü mincəl] təbiri işlədilır. Bu məna nəzərə alınaraq, İncilə bu isim verilmişdir. Çünki İncil, onlar üçün çıxardılan, genişlədilən və onlar üçün həm nur, həm aydınlıq olan əsl bir qaynaqdır. [4]

Tövrat və İncillə əlaqədar mərhum Mevdudinin bir açıqlamasını nəql edirik:

Tövrat və İncil haqqında ümumi bir səhv vardır. Çünki çox adam Pentateuchu [Qədim Əhidin ilk beş kitabını] Tövrat, Gospeli [Yeni Əhdin ilk dörd kitabını] isə İncil olaraq qəbul edir. Bu yanlış anlama vəhyin özündə şübhələr oyandırır və belə bir sual ağla gələ bilir: “Bu kitablar həqiqətən Allahın kəlamıdırmı? Quran-ı Kərim həqiqətən bunların içindəkiləri təsdiqmi edir?”

Əslində Quranın təsdiq etdiyi Tövrat, Pentateuchun özü deyildir; lakin onun içinə səpilmişdir. Eyni şəkildə İncil də “Dörd Gospel” deyildir, lakin bu kitabların məzmunundadır.

Tövrat Hz. Musaya (ə.s) 40 il sürən Peyğəmbərliyi müddətində verilən əmr və öyüdlərdən ibarətdir. Daş tabletlərə qazılmış olan və Tur dağında Musaya verilən On əmr də bunların içindədir. Geri qalan əmr və öyüdləri isə Hz. Musa (ə.s) özü yazdırmışdır. Daha sonra 12 İsrail qəbiləsinin [sıbt] hər birinə, rəhbərlik etməsi üçün Tövratın bir kopyasını vermişdir. Bir kopyası da diqqətlə qorunması üçün Ləvilərə verilmiş və daş tabletlərlə birlikdə tabutda [On əmrin mühafizə edildiyi sandıqda] mühafizə edilmişdir. Bu Tövrat Qüdsün ilk yandırılıb dağıdılmasına qədər tam bir kitab olaraq qalmışdır. Lakin zamanla İsrailoğulları bu Kitaba qarşı o qədər laqeyd, anlayışsız və vecsiz bir hala gəldilər ki, Yoşiyanın krallığı zamanında Süleyman Məbədi təmir edilirkən, baş kahin Hilkiya onu təsadüfən tapdı; lakin onun Tövrat olduğunu anlaya bilmədi. Onun sadəcə bir qanun kitabı olduğunu düşündü və Kitabı antikvar kimi kral katibinə verdi. Bu sonrakı onu Kral Yoşiyaya çatdırdı. Kitab oxununca Yoşiya libaslarını yırtdı və Hilkiya ilə digərlərinə Kitabın içindəkilər haqqında Rəbbə danışmalarını əmr etdi. (II Krallar, 22:8–13). Nebukadanazorun Qüdsü yağmalayıb, Süleyman Məbədini dağıtdığı dövrdə İsrailoğullarının vəziyyəti budur, belə idi. Bu şəkildə uzun illərdən bəri bir guşədə unudulmuş Tövratın son nüsxələrini də əbədiyyən itirmiş oldular.

İsrailoğulları Babildəki sürgündən ölkələri Qüdsə geri dönüb məbədi təkrar təmir etdiklərində Ezra, Qədim Əhdi seçdi. Ezra, xalqının öndə gedən bəzi adamlarını topladı və onların yardımıyla indi Kitab-i Müqəddəsin ilk 17 kitabını təşkil edən İsrailoğullarının bütün tarixini yazdı. Bunlardan Çıxış, Levililər, Saylar, Təsniyə Hz. Musanın (ə.s) həyatını anladır. Ezra və yardımçılarının tapıb vəhyin xronoloji nizamını nəzərə alaraq uyğun yerlərə yerləşdirdikləri əsl Tövrat ayələrini də ehtiva edir. Əsl Tövrat Hz. Musanın (ə.s) həyat hekayəsi içinə yerləşdirilmiş olan ayələrdən ibarətdir və bu gün belə onları digərlərindən ayırıb, Musanın (ə.s) “Rəbbiniz Allah deyir ki” dediyi yerdə əsl Tövrat başlayır və həyat hekayəsi yenidən başladığında Tövratın o hissəsi bitər. Kitab-i Müqəddəsi yazan buralara açıqlama və şərh mahiyyətində bəzi şeylər əlavə etmişdir. Budur, adi oxucu bu şərhlərdən əsl Tövratı ayırd edərkən səhvə yol verər.

Bununla birlikdə İlahi Kitabların mahiyyətini yaxşı bilənlər bir həddə qədər bu şərhlə vəhy olunan ayələri ayırd edə bilirlər.

Qurana görə, sadəcə, Pentateuchun içinə yerləşdirilən bu hissələr əsl Tövratdır və Quran sadəcə bu hissələri təsdiq edir. Bu ayələri seçib, Quranla qarşılaşdıraraq yoxlaya bilərik. Orada və ya burada detallarda bəzi fərqliliklərlə qarşılaşıla bilir, lakin iki kitabın ana təlimlərində ən kiçik bir fərqlilik belə yoxdur. Bu gün belə bu iki Kitabın eyni qaynaqdan gəldiyi açıq-aşkar görülə bilir. Eyni şəkildə, İncil də Hz. İsanın (ə.s) həyatının son bir neçə ili boyunca sərf etdiyi, vəhy olunan sözlər və mövzulardan ibarətdir.

Bu sözlərin Hz. İsanın (ə.s) həyatı əsnasında seçilib qeyd edilməsindən əmin ola bilmərik. Moffat Kitab-i Müqəddəs tərcüməsinə yazdığı ön sözdə belə deyir: “İsa (ə.s) heç bir şey yazmadı və bir müddət üçün həvariləri də onunla əlaqədar heç bir qeyd tutma ehtiyacı duymadılar. O halda tarixdə İsa ilə əlaqədar bizə çatan məlumatlar Fələstinli ilk həvarilərin sözlərinə və çeçmələrinə əsaslanır. Bunların nə zaman yazıya keçirildiyini söyləyə bilmirik. Lakin ən azından onlardan bir dənəsi hər halda təxminən b.e. 50 illərində yazılı halda mövcud idi”. Hər nə isə, ölümündən illər sonra Hz. İsanın (ə.s) hekayələri 4 İncil [Gospel] şəklində seçilib yığıldığı zaman (Markos tərtib olunduğu zaman, ilki b.e. 65-67 illərində tərtib edilmişdir), onun bəzi yazılı və ya əzbərdə qalan sözləri, tarixi sıralamaya görə uyğun yerlərə qoyulmuşdur. Yəni ilk Dörd Gospelin İncil olmadığı, yəni Hz. İsanın (ə.s) söz və rəvayətlərindən ibarət olmadığı, lakin onları ehtiva etdiyi çox açıqdır. Yazıçıların əsərlərində Hz. İsanın (ə.s) sözlərini digərlərindən ayırmaq üçün tək bir imkanımız (vasitəmiz) var: Yazıçıların “İsa bunu söylədi və öyrətdi” dediyi yerlərdə İncil başlayır və hekayəyə geri döndüklərində İncil bitir. Qurana görə sadəcə bu hissələr İncildir və Quran sadəcə bu hissələri təsdiq edir. Əgər bu hissələr seçilər və Quranla qarşılaşdırılarsa, ikisi arasında ciddi bir fərq görülməz. Bəzi kiçik fərqlər görünsə, onları qərəzsiz düşüncə ilə aradan qaldırmaq olar. [5]

Burada Quranın haqq ilə endirildiyi ifadə edilir. Quranın haqq ilə endirilmiş olmasından məqsəd, içərisində keçmişə aid nəql edilən məlumatların doğruluğu, gələcəyə aid verilən sözlərin gerçəkliyi, əmr və qadağalarının insanlıq üçün vacib olduğu, insanın təliminə yönəlik təlimlərdə yaxşı-pisə, gözəl-çirkinə, haqq-batilə fərq qoyulduğu, sosial əlaqələrə yönəlik ədalət və haqqaniyyəti ehtiva etdiyi və özündə ziddiyyət, əsassızlıq, əyrilik olmamasıdır. Quranın bu xüsusiyyətləri müxtəlif ayələrdə yüzlərlə dəfə yer almışdı.

Buradakı bir başqa nöqtə də Quranın, “özündən öncəki kitabların doğru olan hissələrini təsdiq edən bir kitab” olmasıdır. Əgər Quran onları təsdiq etməsəydi, Quranın Allah tərəfindən endirildiyi xüsusunda şübhə olardı. Çünki Quran Allahdan endirilməsəydi, digər kitablara uyğun olmaya bilərdi. Belə ki, Peyğəmbər heç bir bilikli ilə görüşməmiş, heç kimsənin tələbəsi olmamış və heç kimsədən bir şey oxumamışdı. Allah bütün peyğəmbərləri Özünü tanımaq, Ona iman gətirmək, Özünə yaraşmayan şeylərdən ucaltmaq, qullarına faydalı olan prinsipləri bildirmək və tətbiq etmək üçün göndərmişdir.

Ona görə də Quran, bütün bu xüsuslarda öncəki kitabların təhrif edilməmiş hissələrini təsdiq edir və Peyğəmbərlər arasında fərq qoymur:

  • 285,286Elçi Rəbbindən özünə endirilənə iman etdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə/xəbərçi ayələrinə, kitablarına və elçilərinə iman etdilər: “Biz Allahın elçiləri arasında fərq qoymarıq”. Və: “Biz eşitdik və itaət etdik. Rəbbimiz! Bağış­lamağını dilərik, dönüş ancaq sənədir. Ey Rəbbimiz! Əgər tərk etdiksə, ya da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən öncəkilərə yüklədiyin kimi ağır məsuliyyət/sıxıntıya salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün yetməyəcəyi yükü də yükləmə! Və əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim kömək edən, yol göstərən, qoruyan yaxınımızsan. Həmçinin kafirlər qövmünə qarşı bizə kömək et” – dedilər.

Allah heç kimsəyə gücünün yetəcəyindən artıq/imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz faydasına və qazandırıldığı ziyanınadır.  (Bəqərə/285, 286)

Ayədəki Furqanı da O endirdi ifadəsindəki furqandan əsasən, Quran anlaşılır. Belə ki Quran, daha əvvəl Furqan olaraq xarakterizə edilmişdi.

Bu ayədə Quranın “furqan” özəlliyi ön plana çıxarılmışdır. Quranın isimlərindən biri olan الفرقان [furqan] sözü, “iki şeyi bir-birindən ayırmaq” mənasındakı فرق [fərq] kökündən törəmişdir və فارقة [fariqa] sözü ilə eyni mənaya gəlir. Geniş şəkildə işlədilməsinə baxıldığında, fərq sözünün törəmələri olan təfriq, firaq, firqat, fırqa, təfriqə, fəriq sözlərinin konkret şeylər [məxsusat] üçün; فارقات [fariqat], فاروق [faruq] və الفرقان [furqan] sözlərinin isə mücərrəd şeylər [makulat] üçün işlədildiyi görünür.

Bəqərə/53 və Ənbiya/48-də Musa Peyğəmbərə verilən Furqan, mücərrəd şeylər olan haqq ilə batili, iman ilə küfrü, gözəl ilə çirkini, yaxşı ilə pisi bir-birindən ayırdığı üçün Qurana da isim olaraq verilmişdir. Xəlifə Ömərə verilən “faruq” unvanı da, onun haqq ilə batili yaxşı ayırd etdiyinə görədir. [6]

Quranın, “Furqan” olaraq anıldığı bir çox ayə vardır:

  • 185Ramazan ayı ki, Quran bir bələdçi olaraq və Furqandan – yol göstərmədən açıq seçkin açıqlamalar olaraq, o ayda endirilmişdir. Buna görə də, sizdən hər kim bu aya şahid olarsa, dərhal onda oruc tutsun. Kim də xəstə və ya səfər – əkinçilik, ticarət, əsgərlik, təhsil, təlim kimi gediş-gəlişli, hərəkətli bir işlə məşğuldursa, digər günlərdən sayı qədərdir. Allah, sizə asanlıq diləyər, sizə çətinlik diləməz. Bu asanlıq Allahın qoruması altına girməyiniz və sayı tamamlamağınız, sizə yol göstərdiyinə görə, Allahın ululuğunu bilməyiniz və Allahın verdiyi nemətlərin qarşılığını ödəməyiniz üçündür. (Bəqərə/185)
  • 1Aləmlərə xəbərdar edən olsun deyə, quluna/qullarına Furqanı endirən nə səxavətlidir! Nə bol-bol nemət verəndir! (Furqan/1)

Əslində “Furqan” ilahi kitabların ümumi bir xüsusiyyətidir.

Ayənin son hissəsindəki, Şübhəsiz, kafirlər… Onlar üçün çətin bir əzab vardır.  Allah azizdir, intiqam sahibidir [günahkarları yaxalayıp cəzalandırmaq surətiylə adaləti sağlayandır] ifadəsiylə, gerçəyi bilə-bilə inkar edən və ağıllarını işlətməyənlər təhdid edilir.

5Şübhəsiz ki, Allaha yer üzündə və göydə heç bir şey gizli qalmır.

6O, sizi bətnlərdə dilədiyi kimi şəkilləndirəndir. Özündən başqa tanrı deyə bir şey yoxdur. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

Bu ayələrdə də Allah Özünü tanıdır və xüsusilə Xristiyanlara Allahın hər şeyi bildiyi, Ona heç bir şeyin gizli qalmadığı, Allahın bətnlərdə yaradılan çağanı dilədiyi kimi şəkilləndirdiyi, Ondan başqa tanrı olmadığı, yenilməzliyi və qanun qoyması vurğulanır. Tanrılaşdırılan İsanın bu xüsusiyyətlərə sahib olmadığına eyham edilərək İsanın necə tanrı və ya tanrının oğlu ola biləcəyini düşünməli olduqları ismarıcı verilir.

Allahın burada zikr edilən xüsusiyyətləri bir çox ayədə yer almışdı. Bunlardan bir neçəsini xatırladırıq:

  • 59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda olmasın. (Ənam/59)
  • 49Bax budur, Nuh ilə əlaqədar anladılanlar, sənə vəhy etdiyimiz görülməyənin, eşi­dil­məyənin, seçilməyənin xəbərlərindəndir. Bunları sən və qövmün bundan əv­vəl bilmirdiniz. Bu halda səbr et. Şübhəsiz ki, aqibət Allahın qoruması altına gir­ənlərindir. (Hud/49)
  • 22O Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. Görünməyəni və görünəni biləndir. O yaratdığı canlılara dünyada çox-çox mərhəmət edəndir, əngin mərhəmət sahibidir.
  • 23O Özündən başqa tanrı deyə bir şey olmayan Allahdır. O kainatın hökmdarı, tərtəmiz, hər cür pislik və əskiklikdən uzaq, hər cür qüsurdan uzaq/sapsağlam, əmin-amanlıq verən, nəzarət edən, qoruyan, doğrulayan və etibar edilən, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, dilədiyini zorla etdirən, çatılmaz, əzəmətli, ehtiyacları aradan qaldıran, işləri düzəldən, dərman verən, böyüklük və ululuqda tək olan/hər şeydə və hər hadisədə böyüklüyünü göstərəndir. Allah onların ortaq qoşduqları şeylərdən münəzzəhdir.
  • 24O, yaradan, qüsursuz yaradan, hər şeyə şəkil və surət verən Allahdır. Ən gözəl isimlər Onun üçündür. Göylərdə və yer üzündə olanlar Onu nöqsan sifətlərdən arındırırlar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Həşr/22-24)
  • 12–16Və and olsun ki, Biz insanı seçilmiş bir palçıqdan əmələ gətirdik. Sonra onu çox dayanıqlı bir qərargahda bir nütfə, sonra o nütfəni bir embrion etdik. Sonra o embrionu bir ət parçasına döndərdik. Sonra o bir ət parçasını sümüklərə çevirdik. Sonunda o sümüklərə də bir ət geyindirdik. Sonra onu bir başqa yaradılışda yenidən qurduq. Bax budur, yaradanların ən gözəli olan Allah nə səxavətlidir! Sonra şübhəsiz ki, sizlər bunların ardından mütləq öləcəksəniz. Sonra şübhəsiz ki, siz Qiyamət günündə dirildiləcəksiniz. (Möminlər/12-16)
  • 6–8Ey insan! Üstün kərəm sahibi olan, səni yaradan, sonra da sənə bir nizam içində forma verən, sonra da səni müvazinətdə saxlayan, dilədiyi surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir? (İnfitar/6-8)
  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər rnən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işdən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır. (Bəqərə/164)

Bu ayələrdə həmçinin, insanın yaradılışına kimsənin müdaxiləsinin olmadığı – ola bilməyəcyi və bütün yaradılış mərhələlərinin bir plan daxilində həyata keçdiyi, təsadüfə yer olmadığı bildirilir:

  • 13Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından əmələ gətirdik. Bir-birinizlə tanış olasınız deyə, sizi fərqli millətlər və qəbilələr etdik. Şübhəsiz ki, Allah qatında ən dəyərliniz ən çox Allahın qoruması altına girmiş olanınızdır. Həqiqətən Allah ən yaxşı biləndir, ən çox xəbər tutandır. (Hücurat/13)
  • 6O, sizi tək bir nəfsdən yaratdı, sonra ondan zövcəsini var etdi və sizin üçün heyvanlardan səkkiz cüt O sizi analarınızın qarınlarında üç qaranlıq içində, yaradılışdan sonra, bir məxluq olaraq meydana gətirir. Bax budur, bu, sahiblik, idarəçilik yalnız Özünün olan Rəbbiniz Allahdır. Ondan başqa tanrı deyə bir şey yoxdur. Belə isə, necə olur ki, döndərilirsiniz? (Zümər/6)
  • 49,50Göylərin və yer üzünün hökmranlığı yalnız Allahındır. O, dilədiyini yaradır, dilədiyinə ancaq qız, dilədiyinə də ancaq oğlan bəxş edər. Yaxud Allah onları oğlan və qız olaraq taylaşdırır. Dilədiyini də qısır edər. Şübhəsiz ki, O, ən yaxşı bilən, çox güclü olandır. (Şura/49, 50)

Buradakı, “dilədiyi şəkildə” ifadəsi, “erkəklik, dişilik, gözəllik, çirkinlik, qaralıq, ağlıq, uzunluq, qısalıq, əzaların sağlam olması, yaxud hər hansı bir nöqsanlıq və s.” olaraq anlaşıla bilir. Bu mövzuda geniş məlumat İnfitar surəsində verilmişdir. [7]

7–9Allah sənə bu kitabı endirəndir. Bu kitabdan bir qismi içərisində qayda olan ayədirlər ki, bunlar kitabın anasıdır. Digərləri də bir-birinə oxşar mənalıdır. Amma, belə olduqda qəlblərində etibarsızlıq/dayanıqsızlıq olan kəslər insanları dindən çıxarmaq, ortaq qoşmağa sürükləmək və onun mənalarından ən uyğununun təsbitinə cəhd etmək üçün dərhal ondan oxşar mənalı olanlarının ardınca düşərlər. Halbuki, onun mənalarından ən uyğun olanının təsbitini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi döndərmə! Bizə Öz nəzdindən mərhəmət lütf et! Şübhəsiz, Sən bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz, Sən insanları özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah verdiyi sözdən dönməz” – deyən, elmli olanlar bilirlər. Və sadəcə, dərrakəsi/qavrama qabiliyyətləri olanlar öyüd alırlar.

Allah bu ayə qrupunda, əvvəl Özünü tanıdır, sonra endirdiyi kitabla qullar arasındakı bağı açıqlayır. Buna görə:

  • Quranı Rəsulullaha endirən Allahdır.
  • Quran ayələrinin bir qismi möhkəmdir [qanun ehtiva edənlərdir] ki, bunlar kitabın anasıdır.
  • Quran ayələrinin digər qismi isə mütəşabihlərdir [oxşar mənalılardır].
  • Qəlblərində etibarsızlıq olan insanlar fitnə çıxarmaq və onun təvilinə cəhd etmək üçün mütəşabih ayələrin ardınca düşərlər.
  • Mütəşabih ayələrin təvilini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi çevirmə! Bizə Öz nəzdindən rəhmət lütf et! Şübhəsiz sən, bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz sən insanları özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah vədindən dönməz” – deyən, elmdə ustad olanlar bilirlər, cahil və dayaz insanlar bilməzlər.
  • Öyüdü də sadəcə qavrama qabiliyyəti olanlar alırlar.

Quranın mütəşabihliyindən Zümər surəsində də bəhs edilmişdir:

  • 23Allah sözün ən gözəlini, oxşar mənalı olaraq, ikili bir kitab halında endirmişdir. Ondan Rəbbinə hörməti olanların tükləri ürpərir. Sonra dəriləri və qəlbləri Allahın anılmasına qarşı yumşalır. Bax budur, bu, Allahın hidayətidir. Allah onunla dilədiyini bələdçiləyər. Hər kimi də Allah çaşdırarsa, artıq ona doğru yolu göstərən biri yoxdur. (Zümər/23)

Bilindiyi kimi, möhkəm, mütəşabih və təvil sözləri, qavramlaşdırılaraq anlaşılması çətin, məqbul və məqbul olmayan təriflər ortaya qoyulmuşdur. Bunlardan bir çox anlayışa da qaynaq təşkil edənlərini nümunə olaraq təqdim edirik:

Möhkəm və Mütəşabihə Dair Elm Adamlarının Görüşləri. Elm adamları möhkəm və mütəşabih ayələrlə əlaqədar müxtəlif görüşlər irəli sürürlər. Cabir b. Abdillah ki, bu eyni zamanda əş-Şabinin, Süfyan Sevrinin və digərlərinin görüşlərinin də vacib tərkib hissəsidir, deyir ki: “Quran-i Kərimin möhkəm ayələri, təvili bilinə bilən, mənası və təfsiri anlaşıla bilən buyuruqlardır. Mütəşabih ayələr isə Uca Allahın, elmini yalnız və yalnız Özünə saxladığı, yaratdıqlarına vermədiyi, hər hansı bir insanın bilmə imkanı olmayan buyuruqlardır”. Bəzi elm adamları deyir ki: “Bu qəbildən olanlara nümunə olaraq qiyamətin qopma vaxtı, Yəcuc-Məcucun çıxma vaxtı, Dəccalın çıxma vaxtı, Hz. İsanın enmə vaxtı və surə başlarında olan Mukattaa hərfləri kimi şeylərdir.

Bir digər görüşə görə də Mütəşabih, birdən çox mənaya gəlmə ehtimalı olmaqla birlikdə, bu müxtəlif mənalar tək bir mənaya həvalə edilərək geri qalanı ləğv ediləcək olarsa, Mütəşabih möhkəm olur. Buna görə möhkəm, hər zaman üçün ikinci dərəcəli xüsusların özünə həvalə edildiyi [o əsas alınaraq izah edildiyi] bir əsl prinsipdir. Mütəşabih isə onun ikinci dərəcəli xüsusları mənasındadır. [8]

Bu nümunədəki anlayışa görə, hər kəsin anlayacağı bir açıqlıqda olan Quran, anlaşılması çətin və ya imkansız bir kitab halına salınmaqdadır. Həm bu ayələrin, həm də Quranın digər ayələrinin yaxşı anlaşılması üçün çalışmamızın [Təbyinul-Quran] Təqdimat hissəsində mütəşabih, möhkəm və təvil ilə əlaqədar etdiyimiz açıqlamaları nəql edirik:

Zümər/23 və Al-i İmran/7 ayələri, Quranın محكم [möhkəm] və متشابه [mütəşabih] ayələrdən ibarət olduğunu açıq şəkildə qeyd edir. Məkkədə enən və enmə sırasına görə 59-cu sırada yer alan Zümər/23 ayəsi bir kələf ucu olaraq dəyərləndirildiyində, o ana qədər enmiş olan bütün ayələrin mütəşabih olduqları önə sürülə bilir. “Möhkəm” və “Mütəşabih” qavramlarının nə mənaya gəldiklərini açıqlama ehtiyacı duyan lüğət, ensiklopediya və termin kitablarının təxminən hamısında möhkəm sözünün “açıq, anlaşılan, sağlam”; Mütəşabih sözünün isə “qapalı və anlaşılmaz” mənalarına gəldiyi qeyd edilir. Bəhs edilən lüğət və ensiklopediyaların etdiyi ortaq səhv, bu iki sözün bir-birinin əks mənalısı olaraq göstərilməsidir.

Bu sətirlərin yazarı, bəhs edilən qavramların zidd mənalı iki söz olduğu şəklindəki oturuşmuş qənaəti paylaşmamaqdadır.

Təfərrüatları yeri gəldiyində veriləcək olmaqla birlikdə, Quran ayələri haqqında yanlış fərziyyəni düzəltmək üçün hər iki anlayışın mahiyyəti haqqında qısa məlumat verməyi faydalı hesab edirik:

محكم [Möhkəm] sözü “hökm ehtiva edən” deməkdir. Beləliklə, möhkəm ayələr “İçərisində, insanları qarışıqlıq və zülmə düşməkdən əngəlləyən prinsiplərin olduğu ayələr” mənasına gəlir. Bu ayələr açıqdır, konkretdir və tək bir məna ifadə edirlər. Bu ayələrdən ifadə etdikləri ilkin mənalardan başqa mənalar çıxarılmaz/çıxarıla bilməz.

Mütəşabih ayələr isə, “birdən çox, bir-birinə bənzər, bir-birindən gözəl mənalar ehtiva edən və hər bir mənası da açıq olaraq anlaşılan ayələr” deməkdir. Bu ayələr məcaz, kinayə və digər ədəbi sənətlərin də işlədildiyi, amma edilən bənzətmə və örnəkləmələrə görə kültür səviyyəsi ən alt səviyyədə olanların belə anlaya biləcəkləri ayələrdir. Onlar da eynilə möhkəm ayələr kimi açıq-aydın, anlaşılan ayələr olub, qətiyyən qapalı, müşkül və anlaşılmaz deyildirlər. Mütəşabih ayələr; qapalı, müşkül və anlaşılmaz ayələr olaraq qəbul edildiyi təqdirdə Zümər/23-də “sözün ən gözəli” olaraq xarakterizə edilən Quran, eyni zamanda qapalı, anlaşılmaz ayələr də ehtiva edən olacaqdır. Bu isə qapalı, anlaşılmaz ayələrin “sözün ən gözəli” olması mənasına gəlir ki, Quran ilə belə bir qəribəliyin uyğun olması mümkün deyildir.

İşin doğrusu, Mütəşabih ayələr “anlaşılan, birdən çox və bir-birindən gözəl mənalar ehtiva edən, kim hansını anlayarsa anlasın, bu mənaların hamısının da doğru olduğu ayələr”dir.

Al-i İmran/7-də bu ayələrin təvilinin mümkün olduğu bildirilir. Kimilərinin “təhrif etmə”, kimilərinin də “təfsir etmə” mənasında işlətdiyi تأويل [təvil] sözü də mənası təhrif edilmiş sözlərdən biridir. Əslində söz, الرّجوع [ər-rucu‘/geriyə dönüş] mənasındakı اول [əvl] sözünün təfil babından məsdəridir. Dilimizdəki “əvvəl, ilk” kəlmələri də bu sözdən gəlir. Təvil sözü “geriyə dönüş” şəklindəki kök mənasından dəyişilərək “tədbir” [ardıcıllaşdırma], yəni “birinci, ikinci, üçüncü şəklində ardıcıl dizmək, sıralamaq, öncəlik sırasına qoymaq” mənalarında işlədilir.

Bu mənalara görə Mütəşabih ayələrin təvili demək, “o ayələrin bir-birindən gözəl, bir-birinə bənzəyən açıq-aşkar mənalarının ardıcıl sıralanması, bu mənaların ierarxik bir sıraya tabe tutulması” deməkdir. Yoxsa, mənaları sadəcə Allah tərəfindən bilinən, qapalı və anlaşılmaz ayələrin ancaq “rasihun” deyilən mütəxəssis insanlar tərəfindən izah oluna bilməsi deyildir.

Zidd mənalı olduqları iddia edilən möhkəmmütəşabih ilə mütəşabih ayələrin təvili mövzularında daha geniş məlumata bu kəlmələrin keçdiyi ayələr təhlil edilərkən toxunulacaqdır. Yenə də unudulmamalıdır ki, ayədəki möhkəmmütəşabih kəlmələri bir termin olmayıb lüğəti mənalarında işlədilmiş sözlərdir.

Ayədəki Amma, belə olduqda qəlblərində etibarsızlıq/dayanıqsızlıq olan kəslər insanları dindən çıxarmaq, ortaq qoşmağa sürükləmək və onun mənalarından ən uyğununun təsbitinə cəhd etmək üçün dərhal ondan oxşar mənalı olanlarının ardınca düşərlər ifadəsiylə, Nəcran heyətinin və ya Yəhudi bir qrupun qəsd edildiyi irəli sürülsə də, bizcə bu bütün zamanlara yönəlikdir. Belə “öküz altında buzovu arayan” zavallılar hər zaman və hər yerdə olur. Necə ki, Məkki surələrdə bunun örnəklərini (İsra/60) görmüşdük.

Ayədəki fitnə çıxarmaq ifadəsi, “inanmış insanları dindən döndərmək” deməkdir. Bu mövzu haqqında Bəqərə surəsində açıqlama etmişdik.

Qısacası, mütəşabih ayələr bədii sənət möcüzəsi ehtiva edən, endiyi dövrdə insan dərrakəsinin çata bilməyəcyi mövzulara, biliklərə və qeybə dair ayələrdir. Bunlarla Quranın Allah kəlamı olduğu ortaya çıxar.

Möhkəm ayələr isə, insanın fərdi davranışları, ailə və sosial hüququ, beynəlxalq əlaqələri tənzimləyən prinsipləri ehtiva edən ayələrdir. Bu ayələr Kitabın anasıdır, yəni Quranın məqsədi möhkəm ayələrlə nizamı təmin etmək, insanlığı zülmdən, fəsaddan və qan tökməkdən çəkindirməkdir.

Diqqət edilirsə, ayədə Halbuki, onun mənalarından ən uyğun olanının təsbitini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi döndərmə! Bizə Öz nəzdindən mərhəmət lütf et! Şübhəsiz, Sən bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz, Sən insanları  özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah verdiyi sözdən dönməz” – deyən, elmli olanlar bilirlər buyurulur. Burada zikri keçən, “elmdə mütəxəssis olanlar”ın kimlər olduğuna gəlincə:

Rasih. Ərəbcədə رسوخ [rusux], “bir şeyin yaxşıca içində olmaq, bir şeydə səbat tapmaq (ağac və dağ kimi dərinləməsinə yerləşmək)” deməkdir. [9]

Elmdə rasih olmaq isə, “müəyyən bir elm sahəsində mütəxəssis olmaq” deməkdir. Klassik qəbula görə elmdə rasih olan, “yəqin və qəti dəlillərlə Allahın zat və sifətlərini; Quranın Allah kəlamı olduğunu bilən insan”dır. Halbuki mütəşabih ayələrin bir qismi, biologiya mənasında, bir qismi fizika mənasında, bir qismi kimya mənasında, bir qismi filologiya mənasında, bir qismi astronomi mənasında, bir qismi astrofizika mənasında … mütəşabihdir. Beləliklə də, bu mütəşabihlik hər elmin, hər bilik sahəsinin öz mütəxəssisi tərəfindən təvil edilməlidir.

Ayədəki Texniki Quruluş. Ayənin, وما يعلم تأويله [və ma yaləmu təviləhu] qismiylə əlaqədar texniki mənada iki aspektdən bəhs edilir: Birinci aspektə görə وما يعلم [və ma yaləmu] -dakı و [vav/və] bağlayıcı, الا الله [illallahu]dakı الله [Allah] sözünə bağlanır, ayənin mənası, “halbuki onun təvilini ancaq Allah və elmdə mütəxəssis olanlar bilirlər” şəklindədir. Biz də ayəni bu şəklə görə tərcümə etdik.

İkinci aspekt isə, وما يعلم [və ma yaləmu] ifadəsinin yeni bir cümlə başı olmasıdır ki, buna görə məna “Mütəşabihatın təvilini yalnız və yalnız Allah bilir, başqası bilə bilməz” şəklində olur. Bu halda, “Anlamayacağımız, anlayamayacağımız ayələri Allah niyə endirdi?” sualı meydana çıxır.

Bu mövzuya aid klassik qaynaqlarda yer alan məlumatlar isə aşağıdakı kimidir:

Elmdə dərinləşmiş olanlar. Uca Allahın, Elmdə dərinləşmiş olanlar buyuruğu ilə əlaqədar; bunun, öncəki buyuruqlarla əlaqəsi olmayan yeni bir söz başlangıcımı, yoxsa əvvəlki buyuruğa bağlanılmış və buradakı “vav”ın cəm üçünmü olduğu xüsusunda elm adamları müxtəlif görüşlərə sahibdirlər.

Çoxluğun qəbul etdiyi görüşə görə; özündən əvvəlki buyuruqlardan ayrı, yeni bir cümlə başıdır və ifadə daha əvvəl uca Allahın, onun təvilini ancaq Allah bilir buyuruğunda tamamlanmışdır. İbn Ömər, İbn Abbas, Aişə, Urvə b. ez-Zübeyr, Ömər b. Abdulaziz və başqalarının görüşü budur. Əl-Qısai, əl-Ahfeş, əl-Ferra, Əbu Ubeyd və başqaları da bu görüşdədir.

Əbu Nehik əl-Əsədi də deyir ki: “Sizlər bu ayə-i Kəriməni vasl ilə [pauza etmədən] oxuyursunuz. Lakin bu sözü kat’ ilə oxumaq lazımdır. Elmdə dərinlik sahibi olanların biliklərinin çatdığı son nöqtə isə onların Biz Ona iman etdik, hamısı Rəbbimizin qatındandır sözləridir”.

Elm adamlarının çoxluğunun görüşünə görə bu ayə-i Kərimədə tam əsasın Halbuki onun təvilini ancaq Allah bilir buyuruğu üzərində olduğu və bundan sonrakı buyuruqların isə yeni bir söz başlangıcı olduğu şəklindədir. Bundan sonrakı buyuruq isə, Elmdə dərinləşmiş olanlar “Biz ona iman etdik…” –deyirlər buyuruğudur.

Ancaq Mücahiddən “elmdə dərinləşmiş olanlar”ı, özündən əvvəlki əmrə bağladığı və elmdə dərinləşmiş olanların təvili bildiklərini iddia etdiyi də rəvayət edilmişdir. Bəzi dilçilər də bu fikrin lehinə dəlillər göstərərək, bunun “Bunu elmdə dərinləş olanlar da bilirlər və biz iman etdik… deyərək” şəklində olduğunu söyləyir və deyirlər kəlməsinin hal olaraq səviyyə halı olduğunu iddia edirlər. Ancaq dilçilərin böyük əksəriyyəti bu açıqlamanı rədd edir və uzaq bir ehtimal olaraq görürlər. Çünki ərəblər həm feli, həm də tamamlığı bir arada düşürməzlər. Halı isə fel açıq şəkildə söylənmədikcə düşünməzlər. Əgər fel açıq şəkildə  söylənməmişsə, haldan da bəhs edilməz. Əgər belə bir şey mümkün olsaydı, “Abdullah minərək gəldi” mənasında “Abdullah minərək” demək mümkün olardı. Belə bir şeyin mümkün olması isə, ancaq felin eyilməsiylə birlikdə olur; adamın: “Abdullah danışır və insanların arasını islah edir” – deməsi kimi. Burada “islah edir” ifadəsi Abdullahın halını bildirir.

Deyirəm ki, Hattabinin nəql etdiyi və Mücahiddən başqasının söyləmədiyini qeyd etdiyi söz ilə əlaqədar bunu əlavə edim: İbn Abbasdan rəvayət edildiyinə görə, Elmdə dərinləşmiş olanlar buyuruğu Əziz və Cəlil olan Allahın isminə bağlanmışdır və bunlar da Mütəşabihi bilənlər arasında yer alıb, onlar Mütəşabihi bilmələrinə rəğmən, Biz ona iman etdik deyirlər. Həmçinin ər-Rabi, Məhəmməd b. Cafer b. ez-Zübeyr, el-Kasım b. Məhəmməd və başqaları da bu görüşü qeyd etmişdilər. Bu təvilə görə, deyirlər kəlməsi dərinləşmiş olanların halı olmaqla, dərəcə/səviyyə halındadır.

İbn Furek elmdə dərinləşmiş olanların təvili biləcəyi görüşünə üstünlük verir və bu xüsusda uzun-uzun açıqlamalar edir. Hz. Peyğəmbərin İbn Abbasa: “Allahım! Onu dində fakih qıl və ona təvili öyrət” – şəklindəki sözündə bu xüsusa dair açıqlama vardır. Bu, “kitabının mənalarını ona öyrət” mənasındadır. Buna görə uca Allahın Elmdə dərinləşmiş olanlar buyuruğu üzərində vaqif etməklə əlaqədar olaraq hocamız Əbul-Abbas, Ahmed b. Ömər: “Doğrusu da budur” – demişdir. Çünki onların Elmdə dərinləşmiş olanlar deyə adlandırılmaları, ərəb dilini anlayan hər kəsin bildiyindən daha artığını bilmələrini tələb edir. Əgər onlar hər kəsin bildiyindən başqa bir şey bilmirlərsə, onların dərinlikləri harada qalır? Lakin Mütəşabih də müxtəlif cürdür. Kimisi heç bir şəkildə bilinəməz; ruhun vəziyyəti, Allah Təalanın qeybin bilgisini yalnızca Özünə ayırdığı, Saatın [Qiyamətin qopma] vaxtı kimi. Bu kimi şeylərin bilgisi İbn Abbasa da, başqasına da verilməmişdir. Budur öndə gedən elm adamları arasında, “Elmdə dərinləşmiş olanlar Mütəşabihi bilməz” deyənlərin bu sözdən qəsd etdikləri bu cür Mütəşabihdir. Dində bəzi şəkillərə və ərəb dilində bir sıra şərh etmə üslublarına görə izah olunması mümkün olan sözlərə gəlincə, bunlar təvil edilir və doğru təvili bilinə bilir. [10]

Abdurrezzak deyir ki: Bizə Mamer İbn Tavusdan, o da atasından rəvayət etdi ki, İbn Abbas bu ayəni belə oxuyurdu: və ma yaləmu təviləhu illallah. və yequlur-rasihune amenna bihi [Halbuki onun təvilini ancaq Allah bilir, elmdə dərinləşmiş olanlar: “Ona iman etdik” –deyirlər].

İbn Cerir, Ömər ibn Abdulaziz və Malik ibn Enesdən rəvayət edir ki: “Onlar ona iman edirlər və təvilini bilməzlər” – demişdir.

Yenə İbn Ceririn nəql etdiyinə görə, Abdullah ibn Məsud və Ubey ibn Kabın Rəsmi düzülüşlərində bu ayə belədir: İnne təviləhu illa ındallahi ver-rasihune fil-‘elmi yequlune amenna bihi [Onun təvili ancaq Allah qatındadır. Elmdə dərinləşmiş olanlar: “Biz ona inandıq” – deyirlər]. İbn Cerir də bu deyilişə üstünlük vermişdir.

Bəziləri də ayədəki ver-rasihune fil-‘ilm [elmdə dərinləşmiş olanlar] qismində dururlar ki, müfəssir və üsulçuların bir çoxu bu görüşə uyaraq, “Anlaşılmayan bir şeylə (Quranda) xitab olunması uzaqdır” demişdilər.

İbn Əbu Necihin Mücahiddən, onun da İbn Abbasdan rəvayətinə görə o belə deyirmiş: “Mən, onun təvilini bilən elmdə dərinləşmiş insanlardanam”.

Mücahiddən rəvayətlə İbn Ebi Necin belə deyir: “Elmdə dərinləşmiş olanlar; onun təvilini bilirlər və “Ona iman etdik” – deyirlər”. Rebi ibn Enes də belə demişdir. Məhəmməd ibn İshaq, Məhəmməd ibn Cafer ibn Zübeyrdən nəqlən belə dedi: “Arzu edilən təvili ancaq Allah və elmdə dərinləşənlər bilir. Elmdə dərinləşənlər də: “Ona inandıq” – deyirlər. Sonra da Mütəşabihin izahını, ancaq bir tək şəkildə edilə bilən möhkəmin izahı ilə müqayisə edirlər. Kitabla [Quranla] onların sözləri birləşir, biri digərini təsdiqləyir, hüccet, dəlil, keçərli olur, üzür ortaya çıxar, batil ortadan qalxar, küfr onunla rədd edilmiş olur”.

Hədisdə Rəsulullahın (s.ə.s) İbn Abbas haqqında: “Allahım! Onu dində fakih, bilikli qıl və ona Quranın izahını öyrət” – şəklində dua buyurduğu qeyd edilir.

Bu mövzuda bəzi alimlər fərqli fikir bəyan edərək deyirlər ki: Təvil kəlməsiylə Quranda iki məna qəsd edilir:

1) Təvil, “bir şeyin həqiqəti, doğrusu və əsli”dir. Quran-i Kərimdəki bu ayələrdə keçən təvil kəlməsi bu mənadadır:  anası ilə atasını yüksək bir taxt üzərinə yüksəltdi. Və hamısı boyun əyib, təslimiyyət göstərərək, Onun üçün yerə qapandılar. Və Yusuf: “Atacan! Bax budur, bu vəziyyət, o gördüyümün yozumudur. Həqiqətən, Rəbbim onu haqq qıldı (Yusuf/100)Onlar onun təvilindən başqasınımı gözləyirlər? Onun təvilinin gəldiyi {yəni, axirət həyatı ilə əlaqədar olaraq özlərinə xəbər verilənlərin həqiqəti gəldiyi}gün… (Əraf/53)

Bu halda ər-rasihunə fil-‘ilm mübtəda, yequlunə amenna bihi onun xəbəri olur. Təvil ilə digər məna (ki, Bizə bunun izahını bildir… (Yusuf/36) ayəsində olduğu kimi “bir şeyi təfsir, təbir edib, açıqlamaq, bəyan etmək”dir) qəsd edilirsə, bu halda, ər-rasihunə fil ‘ilm‘də durulur (pauza edilir). Bu anlayışa görə, elmdə dərinləşənlər əşyanın əsaslarını qavrayacaq dərəcədə biliyə malik olmasalar belə, onlara verilən xitabı anlaya bilərlər. Bu halda yequlune amenna bihi qismi, “elmdə dərinləşənlər”dən hal/status, səviyyə, dərəcə olur. Matufun (yönəldilmişin) əleyhdən deyil, sadəcə “yönəldilən”dən hal olması dildə caizdir. Necə ki, bu ayələr də belədir: Allahın  o şəhər xalqından Elçisinə verdiyi feylər [qənimətlər, döyüşmədən zəhmətsizcə əldə edilən gəlirlər], köç edən yoxsullara ki, onlar Allahın ərməğan və rızasını arayarkən, yurdlarından və mallarından çıxarılmışlardır… deyirlər ki: “Rəbbimiz! Bizi və iman ilə bizdən önə keçmiş qardaşlarımızı bağışla… (Həşr/8-10)Mələklər sıra-sıra düzülüb, Rəbbinin buyuruğu gəldiyində… (Fəcr/22) [11]

10,11Şübhəsiz, kafirlər… Onların malları və övladları, eynilə Fironun yaxınlarının və onlardan öncəkilərinki kimi, Allahdan gələn heç bir şeyi sovuşdura bilməz. Və onlar atəşin yanacağıdırlar. Fironun yaxınları və onlardan öncəkilər ayələrimizi yalan saydılarsa da, Allah onları günahlarına görə yaxaladı. Və Allah cəzası/yaxalaması çox çətin olandır.

Bu ayələrdə, Mədinədəki kafirlərə, döyüşə qatılmalarının qarşısını alan mallarının və uşaqlarının, eynilə Firon və onun yaxın ətrafında olduğu kimi, onlara fayda verməyəcəyi xəbərdarlığı edilir: Onların malları və övladları, Allah qatında onlara heç bir fayda verməyəcək, onlara gələcək Allahın əzabından heç bir şeyin qarşısını almayacaqdır.

Bu ayənin ismarıcı dünyəvi olması ilə yanaşı, ilk müxatibləri, surənin giriş hissəsində geniş şəkildə qeyd etdiyimiz kimi, Nəcran heyətidir. Bu heyətdəkilərdən Əbu Harisə ibn Alkamənin qardaşına: “Mən onun həqiqətən, Allahın Elçisi olduğunu qətiliklə bilirəm… amma o var ki, bunu açıqlayaramsa, Rum kralları mənə vermiş olduğu mal və məqamı geri alarlar” – dediyini də nəql etmişdik. Budur, bu ayədə qınananlar başda bunlardır. Bunlara mallarının, oğul-uşaqlarının dünya və axirətdə özlərinə fayda verməyəcəyi, onlardan əzabı uzaqlaşdıra bilməyəcəyi bildirilir.

Bu ayələrdə verilən ismarıc bir çox dəfə (Şüəra/87-91; Ənbiya/98; Məryəm/77-82; Kəhf/46; Nuh/25; Mömin/45, 46; Ənam/94; Təbbət/1-5; Al-i İmran/116, 117, 196, 197; Ənfal/52) keçmişdir.

12Kafirlərə: “Siz, yaxında məğlubiyyətə uğrayacaq və cəhənnəmə toplanacaqsınız” – de. Və o, nə pis bir yataqdır!

Bu ayədə yenə küfr edənlərə, aqibətləri açıqlanaraq, xəbərdarlıq edilir, dünyada məğlub edilib, rüsvay olacaqları, sonunda da ən pis döşək olan cəhənnəmi qazanacaqları bildirilərək, bir an əvvəl imana gəlmələri istənilir. Tarix də bu ayədə verilən ismarıcların eynilə həyata keçdiyinə, küfrün, şirkin və zülmün çox qısa ömürlü olduğuna, mütləq yox olub getdiyinə şahiddir.

Bu ayənin nüzul səbəbi haqqında qaynaqlardakı nəqllər belədir:

Burada qəsd Yəhudilərdir. Məhəmməd b. İshaq deyir ki: Rəsulullah (s.ə.s) Bədirdə Qüreyşi məğlub edib Mədinəyə döndükdən sonra Yəhudiləri toplayıb onlara bunu dedi: Ey Yəhudi cəmiyyəti! Bədir günü Qüreyşin başına gələnlərin bir bənzərini Allahın başınıza gətirməsindən çəkinin. Siz də bilirsiniz ki, mən göndərilmiş bir Peyğəmbərəm. Siz bunu Kitabınızda, Allahın sizə əhdində [buyuruğunda] görməkdəsiniz. Yəhudilər ona belə cavab verdilər: Ey Muhəmməd! Döyüşün nə olduğunu bilməyən qafil bir cəmiyyəti məğlub edərək, onlara qarşı əlinə bir fürsət keçdi deyə qürura qapılma! Allaha and içirik, bizimlə döyüşəcək olarsansa, əsl döyüşçülərin biz olduğumuzu görəcəksən.

Bundan sonra uca Allah, Kafirlərə de ki: “Siz mütləq məğlub ediləcəksiniz…” buyuruğunu inzal buyurdu. [12]

Əbu Salihin İbn Abbasdan rəvayətinə görə isə, Yəhudilərin, Uhud günü Müsəlmanların başına gələn musibətə sevinmələrinə görə bu ayə-i Kərimə nazil olmuşdur. [13]

Alimlər bu ayənin nüzul səbəbi haqqında bu iki rəvayəti nəql etmişdilər:

1) Hz. Peyğəmbər (s.ə.s) Bədirdə Qüreyşə qarşı döyüşüb Mədinəyə döndüyündə Yəhudiləri Bəni Kaynuka mövqeyində toplayaraq onlara belə deyir: Ey Yəhudilər! Qüreyşin başına gələn, sizin də başınıza gəlmədən əvvəl Müsəlman olun.

Onlar da belə qarşılıq verirlər: Ey Muhəmməd! Qüreyşdən, döyüşdən anlamayan bir qrupu öldürüb, məğlub etməyin səni aldatmasın. Əgər bizimlə döyüşsəydin, anlayardın.

Bundan sonra Allah Təala, bu ayəni endirdi. [14]

2) Mədinəli Yəhudilər, Bədirdə kafirlərin başına gələni öyrənincə: “Allaha and içirik ki, bu, Hz. Musanın Tövratda müjdələdiyi və vəsflərini sayıb, sancağının yerə düşməyəcəyini xəbər verdiyi ümmi Peyğəmbərdir” – dedilər. Daha sonra da bir-birlərinə: “Hələ tələsməyin” – dedilər. Uhud döyüşü olub, Hz. Peyğəmbərin əshabı geriləyincə, onlar: “Bu, o müjdələnən Peyğəmbər deyil” – dedilər və düşmənçilikləri daha üstün gəldiyi üçün Müsəlman olmadılar. Budur, bundan sonra Allah bu ayəni endirdi. [15]

Ayənin enmə səbəbi xüsusi olsa da, ismarıcı bütün zamanlaradır. Kafirlər hər zaman məğlub olacaqlar və cəhənnəmi qazanacaqlar.

Bu ayə, gələcəyə dair verdiyi xəbərlə bir möcüzə ortaya qoymaqdadır. Bunun bənzəri daha əvvəl də keçmişdi:

  • 9–11Yoxsa çox güclü və çox bağışlayan Rəbbinin mərhəmət xəzinələri onların yanındadırmı? Ya da bütün o göylərin, yerin və aralarında olanların mülkü onlarındırmı? Elə isə, burada, müxtəlif qruplardan əmələ gəlmiş, məğlubiyyətə uğramış bir ordu olan onlar, hər yolu sınaqdan keçirərək yüksəlsinlər, əllərindən gələn hər şeyi sınaqdan keçirsinlər! (Sad/9-11)

13Qarşılaşan iki dəstədə sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Dəstənin biri Allah yolunda döyüşürdü, digəri isə kafir idi, inan­mayandı. Onları baxır və özlərindən iki dəfə çox olduğunu düşünürdülər. Və Allah di­lə­di­yi­ni köməyi ilə gücləndirir. Şübhəsiz ki, bunda bəsirət sahibləri – sağlam düşün­cəli kimsələr üçün qətiliklə bir ibrət vardır.

Yuxarıda, kafirlərə mal və övladlarının fayda verməyəcəyi, onların cəhənnəm yanacağı olacaqları, məğlub ediləcəkləri və cəhənnəmi qazanacaqları bildirilmiş, bu ayədə isə, o günlərdə çox aktual bir mövzu olan Bədir döyüşünə toxunulmuş və möminlərə: Qarşılaşan iki dəstədə sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Dəstənin biri Allah yolunda döyüşürdü, digəri isə kafir idi, inan­mayandı. Onları baxır və özlərindən iki dəfə çox olduğunu düşünürdülər. Və Allah di­lə­di­yi­ni köməyi ilə gücləndirir. Şübhəsiz ki, bunda bəsirət sahibləri – sağlam düşün­cəli kimsələr üçün qətiliklə bir ibrət vardır – deyilərək, Allahın vədinin doğruluğu göstərilmişdir. Bədirdə kafirlərə mal və övladları fayda verməmiş, məğlub edilmişlər və kafir olaraq ölüb, cəhənnəmi qazanmışdılar.

Buradakı müxatiblərin möminlər olduğu, aşağıdakı ayələrin dəlaləti ilə də anlaşıla bilir:

  • 42Həmçinin siz vadinin yaxın bir yamacında, onlar isə uzaq yamacında idilər. Karvan isə sizdən daha aşağıda idi. Lakin siz onlarla sözləşmiş olsaydınız da, görüşmə yerində qətiliklə aranızda anlaşılmazlıq olardı. Lakin olmalı işi Allahın yerinə yetirməsi üçün; dəyişikliyə/dağıntıya uğrayan açıq–aşkar bir dəlil gördükdən sonra dağıntıya uğrasın, sağ qalanlar isə yenə açıq–aşkar bir dəlildən sonra yaşasın deyə… Şübhəsiz, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
  • 43Həmçinin o vaxtlar Allah sənə yuxunda onları az göstərirdi. Əgər Allah, onları sənə çox göstərsəydi, qətiliklə qorxmuşdunuz və döyüş barəsində anlaşılmazlığa düş­müşdünüz. Lakin, Allah təhlükəsizlik təmin etdi. Şübhəsiz ki, O, könüllərdə olanı ən yaxşı bi­ləndir. (Ənfal/42, 43)
  • 123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” deyirdi Əgər səbr edər və Allahın qoruması altına girərsiniz, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş b min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin. (Al-i İmran/123-127)

Tarix qaynaqlarında yer aldığına görə (ki, bunu Ənfal surəsində geniş şəkildə təqdim etmişdik) Bədir günündə müşriklər sayca möminlərin üç qatı (1.000-ə yaxın idilər), hərbi ləvazimat və təchizat baxımından isə möminlərin onlarla qatı idilər. Buna baxmayaraq Allahın izin və yardımıyla möminlər kafirləri məğlub etdi.

Allah möminlərə yardım edəcəyini, onları zəfərə çatdıracağını bir çox dəfə (Mömin/51; Muhəmməd/7; Mücadilə/21; Saffat/171-173; Al-i İmran/139) vurğulamışdır.

14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.

15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir.

Bu ayələrdə Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır deyilərək, xəbərdarlıq edilmiş, ardından da Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır. De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir  buyurularaq, mal, övlad və s. kimi şeylərin fayda verməyəcəyi, insanın bunlara bağlı olmaması, malını Allah yolunda xərcləməli olduğu vurğulanıb, insanlar, xüsusilə də surənin bu hissəsinin enməsinə səbəb olan Nəcran heyəti imana və salihatı işləməyə təşviq edilmişdir.

Burada bu xüsusa diqqət edilməlidir ki, ayədə dünya nemətlərindən uzaq durulması deyil, onlara qul-kölə olunmaması; axirət nemətlərinə üstünlük verilməsi, dünya nemətləri üçün əbədi həyatın məhv edilməməsi istənilir.

Bu ayənin Bədir döyüşünə toxunan ayələrlə eyni bölmə içində gəlməsinin bir səbəbi də, möminlərin döyüşdə qarət ardınca qaçmamaları gərəkdiyinə dair bir xəbərdarlıq ehtiva etməsidir. Belə ki, bəziləri müşrik ordusuyla döyüşmək əvəzinə qənimət əldə etmək üçün karvanın ardından getməyi istəmişdilər.

Ayədəki “tərtəmiz həmtaylar” Bəqərə surəsində də zikr edilmişdi. Buradakı “çox təmiz həmtaylar”ın, cənnətdə mömin kişilərə veriləcək olan heyz və nifasdan təmizlənmiş qadınlar olduğu qənaəti yayğındır. Əslində isə buradakı tərtəmiz həmtaylar Bəqərə/25-də də açıqladığımız kimi, Allahın cənnətdə mömin qullarına lutf edəcəyi yoldaşlar olub, tərtəmiz olmalarından qəsd, “kin, nifrət, qısqanclıq” kimi pis xüsusiyyətlərdən arınmış olmalarıdır. Belə ki, cənnətdə cinsiyyət yoxdur. Bu mövzunu daha əvvəl Vaqiə surəsində geniş şəkildə işləmişdik.

Dünyanın və dünyaya aid bütün qazancların dəyərsizliyi, axirətin daha xeyirli və qalıcı olduğu bir çox yerdə vurğulanmışdır. Məsələn: Qiyamət/20, 21; İnsan/27; Al-i İmran/196, 197; Nisa/77; Yunus/70; Rad/26; Qasas/60; Əla/16, 17.

Burada müttəqilərin xüsusiyyətləri və qovuşacaqları nemətlər xatırladılırkən səhər vaxtı istiğfar etdikləri, yəni Allahdan əfv və mühakimə tələbində olduqları bildirilmişdir. Qaranlığın aydınlığa dönüşmə zamanı olan səhər vaxtı, insanın ruh halında dərin duyğular meydana gətirir. Dincəlmiş bədən və zehin, həqiqəti daha şəffaf bir şəkildə dərk edir. Həmçinin bu vaxt, yuxunun ən dadlı zamanıdır. Ona görə də bu vaxtda yuxudan qalxıb, Allaha yönəlməyin dəyəri daha artıq olacaqdır.

Həmçinin buradakı səhər, insanın küfr və şirkdən xilası olaraq anlaşıla bilir ki, bu halda, səhərdə istiğfar, küfrdən xilas olmuş insanların Allaha yalvarmalarına işarə edir.

18Allah, təbiətdəki güclər/xəbərçi ayələr və haqqaniyyəti dik tutan bilik sahibləri, şübhəsiz, Allahdan başqa tanrı deyə bir şeyin olmadığına şahidlik etdilər. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandan, ən yaxşı qayda qoyandan başqa, Tanrı deyə bir şey yoxdur.

19Şübhəsiz ki, Allah nəzdində din, İslamdır. Özünə Kitab verilən kimsələr də ancaq, öz­lə­rinə o bilik gəldikdən sonra, aralarındakı qısqanclığa görə, ayrılığa düşdülər. Kim də Allahın ayələrini ört-basdır edərsə, artıq şübhəsiz, Allah hesabı tezləşdi­rən­dir.

Burada Allah Özünü tanıdır, xüsusilə də İsanı Rəbb qəbul edən Xristiyanları, müşrikləri və İslamdan başqa din qəbul edənləri xəbərdar edir:

  • Allah, mələklər və ədaləti qoruyan bilik sahibləri, Allahdan başqa tanrı olmadığına şahiddirlər.
  • Əziz, Hakim olan Allahdan başqa tanrı yoxdur.
  • Allah qatında din ancaq İslamdır.
  • Özünə kitab verilənlərin özlərinə o bilik gəldikdən sonra ayrılığa düşmələri, aralarındakı qısqanclığa görədir.
  • Kim Allahın ayələrini inkar edirsə, şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir.

Bu ayələrin enmə səbəbi ilə əlaqədar nəqllər belədir:

Rəsulullahın (s.ə.s) Mədinədə olması xəbəri yayılınca, onun hüzuruna Şam xalqı Yəhudilərindən iki alim gəldi. Mədinəni görüncə biri digərinə: “Bu şəhər axır zamanda çıxacaq Peyğəmbərin Mədinəsinin xüsusiyyətlərini nə qədər da andırır!” – dedi. Peyğəmbərin (s.ə.s) hüzuruna çatdıqlarında sifət və xüsusiyyətləriylə onu tanıdılar. Ondan soruşdular: Sən Muhəmmədmisən? O cavab verdi: Bəli. Yenə soruşdular: Əhmədmisən? Yenə eyni cavabı verdi: Bəli. Bu dəfə belə soruşdular: Biz səndən bir şəhadətə dair sual soruşacağıq. Əgər sən bunu bizə xəbər verərsənsə, sənə iman edər və səni təqdis edərik.

Rəsulullah (s.ə.s) belə cavab verdi: Soruşun. Belə dedilər: Bizə Allahın Kitabında yer alan ən böyük şahidlik haqqında xəbər ver.

Bundan sonra Uca Allah Peyğəmbərinə (s.ə.s) Allah, təbiətdəki güclər/xəbərçi ayələr və haqqaniyyəti dik tutan bilik sahibləri, şübhəsiz, Allahdan başqa tanrı deyə bir şeyin olmadığına şahidlik etdilər ayəsini endirdi. Hər iki elm adamı da İslama girdi və Rəsulullahı (s.ə.s) təsdiq etdi. [16]

Ayədə tövhidin birinci şahidinin bilavasitə Allah olduğu ifadə edilir. Çünki kainatı yaradıb Öz varlıq və birliyinə dəlil qılan, ayələrinin anlaşılması üçün ağıl, elm verən, həmçinin varlıq və birliyinin tanınması üçün elçi göndərən və kitab endirən Allahdır.

Mələklərin Şahidliyi. Buradakı mələklər, “xəbərçilər” mənasında qəbul edilərsə, Allahın endirdiyi kitabların ayələrinin möcüzəvi bir anlatma ilə Allahın birliyini xəbər verdikləri ifadə edilmiş olur.

Buradakı mələklər, “güclər” olaraq qəbul edilərsə, kainatdakı hər sistemin Allahın varlığına və birliyinə şahidlik etdiyi ifadə edilmiş olur. Necə ki, bu daha əvvəl belə ifadə edilmişdi:

  • 21Yoxsa onlar yer üzündən bəzi tanrılar qəbul etdilər və o tanrılar onları canlan­dı­ra­caq­larmı/dirildəcəklərmi?
  • 22Əgər yer ilə göydə Allahdan başqa tanrılar olsaydı, bunların ikisi də qətiliklə qarı­şıq­lıq içində olardı/nizamları pozulardı. O halda, ən böyük taxtın Rəbbi olan Allah onların isnad etdikləri şeylərdən münəzzəhdir.
  • 23Ərşin Rəbbi olan Allah etdiyindən məsuliyyət daşımaz, onlar isə məsuliyyət daşıyacaqlar.
  • 24Yoxsa onlar Onun yaratdıqlarından bəzi tanrılarmı qəbul etdilər? De ki: “Qəti dəlilinizi gətirin. Bax budur, bu, mənimlə bərabər olanların və məndən öncəkilərin öyüdüdür”. Tam əksinə, onların çoxu həqiqəti bilməzlər. Artıq onlar, üz döndərənlərdirlər.
  • 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq. (Ənbiya/21-25)

Tövhidin üçüncü şahidləri də ədaləti dik tutan bilik sahibləridir. Kainatdakı əşyanın həqiqətinə vaqif olan biliklilər [fizika, kimya, biologiya, astronomiya, riyaziyyat bilənlər] əgər bir təsir altında deyillərsə, elmlərinə uyğun olaraq Allahın birliyini hayqırmaq məcburiyyətində qalmaqdadırlar. Ona görə də Allah kainatda müşahidə və araşdırma edilməsini əmr edir. Al-i İmran 7-ci ayədə də Halbuki, onun mənalarından ən uyğun olanının təsbitini ancaq Allah və: “Biz buna inandıq, hamısı Rəbbimiz qatındandır. Rəbbimiz! Bizə bələdçilik etdikdən sonra qəlblərimizi döndərmə! Bizə Öz nəzdindən mərhəmət lütf et! Şübhəsiz, Sən bol-bol lütf edənin məhz özüsən. Rəbbimiz! Şübhəsiz, Sən insanları  özündə heç bir şübhə olmayan gün üçün toplayansan. Şübhəsiz, Allah verdiyi sözdən dönməz” – deyən, elmli olanlar bilirlər. Və sadəcə, dərrakəsi/qavrama qabiliyyətləri olanlar öyüd alırlar buyurularaq bilikli insanlar öyülmüşlər.

Həmçinin, yalnız və yalnız bilikli qulların Allaha xaşyət duyacağı, bilik olmadan ağlın işlədilə bilməyəcəyi dəfələrlə açıqlanmışdı:

  • 28İnsanlardan, digər canlı varlıqlardan və davarlardan da belə cürbəcür rəngdə olanlar vardır. Qulları arasında Allahdan ancaq biliklilər hörmətlə, sevgi ilə, biliklə ürpərirlər. Heç şübhəsiz, Allah çox güclüdür, çox bağışlayandır. (Fatir/28)
  • 7–9Ən böyük taxtı daşıyan, bir də ən böyük taxtın çöl kənarından olan insanlar Rəbbinin tərifi ilə birlikdə, Onu nöqsan sifətlərdən münəzzəh qılırlar və Ona inanırlar. İman edənlər üçün bağışlanma diləyərlər: “Rəbbimiz! Sən mərhəmət və biliklə hər şeyi əhatə etdin. Onun üçün tövbə edən və Sənin yoluna uyan insanları bağışla və onları cəhənnəmin əzabından qoru! Rəbbimiz! Onları və onların atalarından, zövcələrindən və soylarından saleh olan insanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə girdir. Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz özüsən. Onları pisliklərdən qoru. Və Sən hər kimi pisliklərdən qoruyursan, artıq o gün əlbəttə ki, ona mərhəmət etmisən. Bax budur, bu, böyük qurtuluşun məhz özüdür”. (Mömin/7-9)
  • 43Və Biz bu nümunələri insanlara veririk. Onları da biliklilərdən başqası qavraya bilmə (Ənkəbud/43)
  • 9Ya da gecə saatlarında qalxan, boyun əyib təslimiyyət göstərərək, dikələrək, Axirətdən çəkinərək, daima hörmətdə duran və Rəbbinin mərhəmətini uman o insan, belə etməyən kimidirmi? De ki: “Heç bilən insanlar və bilməyən insanlar eyni olurmu?” Qətiliklə, sadəcə təmiz ağıl/sağlam düşüncə sahibi olanlar, öyüd alırlar/lazım olduğu kimi düşünürlər. (Zümər/9)

Quranda bilik, biliyin əhəmiyyəti və dəyəri ilə əlaqədar yüzlərlə ayə mövcuddur.

19-cu ayədə Şübhəsiz Allah nəzdində din, İslamdır buyurulmuşdur. Daha əvvəl də ifadə etdiyimiz kimi din “istər haqq, istər batil olsun, istər Allah, istərsə də insanlar tərəfindən qurulmuş olsun, hər cür kütlə nizamı, yaşayış qaydalarının bütünü” deməkdir. Burada, Allah nəzdindəki dinin, sadəcə, “İslam” olduğu vurğulanmışdır.

Bir başqa ayədə isə, Allahın İslamdan başqa dini qəbul etməyəcəyi bildirilmişdir:

  • 85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır. (Al-i İmran/85)

“Islam” nə deməkdir?  الإسلام [islam] sözü,   س ل م [silm] kökündən törəmiş ifal qəlibində məsdər bir söz olub, isim və məsdər olaraq işlədilir. Silm sözü “bəraət/uzaq tutma; qorxudan, şübhədən, bəladan, narahatlıqdan, bədbəxtlikdən, davadan, döyüşdən, ağrıdan, sızıltıdan, maddi və mənəvi sıxıntılardan, zəiflikdən çürüklükdən… bütün mənfiliklərdən uzaq olmaq” deməkdir. [17] Bu söz səlim, salam, təslim, islam və s. sözlərinin də köküdür. Sözün islam qəlibi “sağlamlaşdırma” [dərddən, bəladan, qorxudan, bədbəxtlikdən, davadan, döyüşdən və bənzəri şeylərdən uzaqlaşdırma] deməkdir. Elə isə İslam dini də “insanları sağlamlaşdıran din” [dərd, bəla, döyüş, zəiflik, mənəvi xəstəlik, bədbəxtlik və bənzəri şeylərdən uzaqlaşdırıb sağlama, təhlükəsizliyə alan prinsiplər] deməkdir.

Əhl-i Kitabın özlərinə həqiqət gəldikdən sonra qısqanclıq və ehtiras səbəbiylə ixtilafa düşmələri, Quranı və Rəsulullahı tanımamaları, öz içlərində bir çox məzhəb və məşrəblərə ayrılmalarından daha əvvəl bir çox yerdə bəhs edilmişdir:

  • 20Özlərinə Kitab verdiyimiz bu insanlar, Peyğəmbəri, öz oğullarını tanıdıqları kimi tanıyırlar. Öz nəfslərini ziyana uğradan bu insanlar, bax budur, onlar iman etməzlər. (Ənam/20)
  • 146Özlərinə Kitab verdiyimiz bu insanlar Peyğəmbəri öz oğullarını tanıdıqları kimi tanıyırlar. Şübhəsiz, onlardan bir qismi də bildiklərinə baxmayaraq, qətiliklə haqqı gizlədirlər. (Bəqərə/146)
  • 89Onlara Allah qatından onlarla birlikdə olanı təsdiq edən bir kitab – Quran gəldikdə isə – ki, bunlar daha öncələri kafirlərə qarşı zəfər qazanmaq istəmişdilər və o tanıdıqları özlərinə gəlmişdi – onu özləri örtdülər. Artıq Allahın kənarlaşdırması/mərhəmətindən məhrum buraxması, Allahın tanrılığını və rəbbliyini örtənlərin üzərinədir.
  • 90Onların özlərini müqabilində satdıqları şey – Allahın qullarlından dilədiyinə Öz ərməğanlarından endirməsini qısqanaraq, Allahın endirdiklərini/Quranı bilərək rədd etməkləri necə də çirkindir! Budur, buna görə də, qəzəb üstünə qəzəbə uğradılar. Alçaldıcı əzab da yalnız və yalnız haqqı/doğruları bilərək rədd edənlər üçündür. (Bəqərə/89, 90)

20Buna baxmayaraq, əgər səninlə mübahisə edərlərsə, de ki: “Mən bütün mənliyimi Allah üçün İslamlaşdırdım/mən müsəlman oldum. Mənə uyanlar da müsəlman oldular”. Ki­tab verilənlərə və Ana şəhərlilərə: “Siz də sağlamlaşdırdınızmı/İslamı qəbul etdi­niz­mi?” – de. Əgər sağlamlaşdırar­lar­sa/İslama girərlərsə, artıq bələdçiləndikləri doğ­ru yo­la çatmışlar. Və əgər üz döndərərlərsə, sənin vəzifən ancaq ismarıcı çatdır­maq­dır. Və Allah qullarını ən yaxşı görəndir.

Yuxarıdakı açıqlamalardan sonra, “Mən üzümü [özümü] Allah üçün sağlamlaşdirdım [mən Müsəlman oldum]. Mənə uyanlar da (Müsəlman oldular)”. Kitab verilənlərə və Ümmilərə [Anaşəhərlilərə]:“Siz də sağlamlaşdırdınızmı [İslamı qəbul etdinizmi]?” – de. Əgər sağlamlaşdırarlarsa [İslama girərlərsə], artıq doğru yola çatmışlar. Və əgər üz çevirərlərsə, sənə düşən sadəcə təbliğ etməkdir [ismarıcı çatdırmaqdır]. Və Allah, qullarını ən yaxşı görəndir buyurularaq xəbərdarlıq edilir, hər kəsdən özünü sağlamlaşdırması, işini zəmanətə alması istənilir:

  • 108De ki: “Bax budur, bu, mənim yolumdur – ağlın, biliyin, sağlam düşüncə üçün vacib olaraq, Allaha dəvət edirəm. Mən və mənə uyanlar… Və Allah münəzzəhdir. Və mən ortaq qoşanlardan deyiləm”. (Yusuf/108)

Ayədəki ümmilər [anaşəhərlilər] ifadəsi onu göstərir  ki, Məkkəlilər də hələ müxatib alınırlar.

Ayədəki üz kəlməsi isə, “insanın özü”nü ifadə edir.

İslam [Sağlamlaşdırma]. İslam sözünü, İslam dinini açıqlayarkən, yuxarıda izah etmişdik. Burada  sağlamlaşdırma “insanın İslam dinini qəbul edərək özünü sağlama alması, təhlükəsizlikdə olması” deməkdir. Müsəlman da ki, əsli müslimdir, “sağlama alan, sağlamlaşdıran” deməkdir. “Müsəlman” dediyimizdə, bu məna nəzərə alınmalıdır.

Tarix boyunca Allah tərəfindən göndərilən hər Peyğəmbər, sadəcə İslamı [sağlamlaşdıran, barış, rahatlıq, etibar təmin edən sistemi] təbliğ etmiş; hər cəmiyyətə öz diliylə İslamı öyrətmişdir. Daha sonra hegemon güclərə sərf etmədiyi üçün onlar bu dini pozmuşlar, öz mənfəətlərinə uyğun olan uydurma dinlər qurmuşlar.

Bu ayədə dinin Allah tərəfindən ortaya qoyulduğu, Peyğəmbərin din təşkil etmədiyi, əksinə Peyğəmbərlərin Allahın dininə uyan və yaşayanların ilki olduğu vurğulanır ki, bu, başqa ayələrdə də ifadə edilir:

  • 14De ki: “Göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin Özü bəslənməyən Allahdan başqa kömək edən, qoruyan, yol göstərən bir yaxınmı qəbul edim?” De ki: “Mən İslam insanlarının ilki olmaqla əmr olundum”. Və sən, qətiyyən Allaha ortaq qoşanlardan olma! (Ənam/14)
  • 162,163De ki: “Mənim salaatım, qulluğum – hər cür ibadətim, həyatım və ölümüm sadəcə Özünün ortağı olmayan aləmlərin Rəbbi Allah üçündür. Və mən belə əmr olundum, mən müsəlmanların da ilkiyəm”. (Ənam/162, 163)
  • 11,12De ki: “Mən, qəti olaraq, dini yalnız və yalnız Ona xas qılaraq, Allaha qulluq etməklə əmr olundum. Və mənə Müsəlmanların ilki olmağım üçün əmr verildi”.
  • 13De ki: “Şübhəsiz, Rəbbimə qarşı gələrəmsə, böyük günün əzabından qorxaram. (Zümər/1113)

21Şübhəsiz ki, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan haqqaniyyəti əmr edən insanları öldürənlər – sən dərhal bunları acıqlı bir əzabla müjdələ!

22Bax budur, bunlar dünyada və axirətdə əməlləri boşa çıxanlardır. Onlar üçün köməkçilərdən də bir xeyir yoxdur.

Bu ayələrdə müxatib kafirlər keçmişdəki kafirlərin uğradıqları aqibət ilə xəbərdarlıq edilir. Burada zikr edilən kafirlər Əhl-i Kitabı inkar edənlərdir. Əslində bunlar bir Peyğəmbəri öldürmüş deyildilər. Amma Peyğəmbərləri öldürənlərin etdiklərinə razı olan və qədimdəkilərin yolunu izləyən insanlar idilər. O baxımdan Peyğəmbəri öldürənlər ilə bunların aralarında bir fərq olmur. Kitab-i Müqəddəsə görə İsrailoğullarının tarixi öldürmə və əziyyət hadisələri ilə doludur: II Tarixlər, 16:1-14, 24:20-21; I Krallar, 19:1-10, 22:26-27, Yeremya, 15:10, 18:20-23, 20:1-18, 20:36-40, Matta, 23:37, 27:22-26; Markos, 6:17-29. Yenə bunların Rəsulullahı və onunla bərabər olanları öldürməyə çalışdıqları – döyüş açdıqları, planlar qurduqları həm tarixi hadisələrlə, həm də Quranın verdiyi məlumatlarla sabitdir:

  • 30Və həmçinin bir zaman, bu kafirlər, səni tutub bağlamaq, öldürmək və ya sürgün etmək üçün sənə tələ qururdular. Və onlar tələ qurarkən, Allah da onları cəzalandırırdı. Və Allah, cəzalandıranların ən xeyirlisidir. (Ənfal/30)

Bu mövzu Bəqərə surəsində (87-91-ci ayələr) də yer almış və orada kafirlərin hansı Peyğəmbərləri öldürdüyü də geniş təqdim olunmuşdu.

Ayədəki haqqaniyyəti əmr edən insanları öldürənlər ifadəsindən anlaşıldığına görə bu mənfəətçi zümrə sadəcə, Peyğəmbərləri öldürməklə qalmamış, Allahın dinini anladan, cəmiyyəti aydınladan insanları da öldürmüşlər, ya da öldürməyə çalışmışdılar.

22-ci Ayədəki budur, bunlar dünyada və axirətdə əməlləri boşa çıxanlardır. Onlar üçün köməkçilərdən də bir xeyir yoxdur ifadəsiylə bu kafirlərin dünyadakı cəhdlərinin hamısının boşa çıxacağı, axirətlərinin də peşmançılıq olacağı açıqlanmışdır.

Tarix şahiddir ki, kafirlər Allahın nurunu söndürmək üçün nə qədər çalışırlarsa, çalışsınlar Allah öz nurunu həmişə tamamlamışdır:

  • 32Onlar Allahın nurunu ağızlarıyla söndürmək istəyirlər. Halbuki, kafirlərin xoşuna gəlməsə belə, Allah Öz nurunu tamamlamaq istər və buna qadirdir. (Tövbə/32)
  • 8Onlar ağızları ilə Allahın işığını/göndərdiyi dini söndürmək üçün iradə sərf edirlər. Halbuki, kafirlər xoş görməsə də, Allah işığını/dinini tamamlayandır. (Saff/8)
  • 80Sonunda nüfuzlu biliklilər gəlincə, Musa onlara: “Nə atacaqsınızsa, atın!” – dedi.
  • 81,82Onlar da ortaya atınca Musa: “Sizin gətirdiyiniz şey bir gözbağlıca/aldatmacadır. Şübhəsiz ki, Allah, onun boş və əsilsizliyini ortaya çıxaracaqdır. Şübhə yox ki, Allah qarışıqlıq salanların işini düzəltməz. Və Allah, günahkarların xoşuna getməsə də, haqqı, Öz sözləri ilə ortaya qoyub gerçəkləşdirir” – dedi. (Yunus/80-82)

Və Al-i İmran/181, 182; Nisa/153-158.

23Özlərinə Kitabdan bir nəsib verilmiş olan bu kimsələri görmədinmi/heç düşün­mə­dinmi? Onlar aralarında hökm vermək üçün Allahın kitabına çağırılırlar, sonra onlardan bir qismi  aralanaraq uzaqlaşırlar.

24,25Bu, onların: “Atəş bizə sayı bəlli olan bir neçə gündən başqa, qətiyyən toxunmaya­caq­dır” – dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər də, dinlərində öz­lərini aldatmaqdadır. Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır?

Yuxarıda ümumi olaraq bu küfr etmiş insanlar ifadəsi işlədilirkən, burada xüsusiləşdirmə edilərək, bunların Özlərinə Kitabdan bir nəsib verilmiş olan bu kimsələr ki, bunlar da, Əhl-i Kitab bilikliləridir, olduğu açıqlanıb, müxatiblər birbaşa xəbərdarlıq edilməkdədir.

Bu ayələrin enmə səbəbi haqqında klassik əsərlərdəki nəqllər belədir:

İbn Abbas deyir ki: Bu ayə-i Kərimə Rəsulullahın (s.ə.s) Yəhudilərdən bir cəmiyyətin yanına – Beytul-Midrasa gələrək, onları Allahın yoluna dəvət etməsi səbəbiylə nazil olmuşdur. Nuaym b. Amr ilə əl-Haris b. Zeyd ondan: “Ey Muhəmməd! sən hansı din üzərindəsən?” – deyə soruşdu. Peyğəmbər (s.ə.s): “Mən İbrahimin dini üzərindəyəm” – deyə cavab verincə, belə dedilər: “İbrahim Yəhudi idi”. Peyğəmbər (s.ə.s) də belə buyurdu: “Buyurun, Tövratı gətirin, o sizin və bizim aramızda hakim olsun”. Ancaq Tövratı gətirməyi qəbul etmədilər. Budur, bu ayə bundan sonra nazil oldu.

Ən-Nakkaşın nəql etdiyinə görə isə bu ayə-i Kərimənin eniş səbəbi budur: Yəhudilərdən bir cəmiyyət Muhəmmədin (s.ə.s) Peyğəmbərliyini inkar etdilər. Peyğəmbər (s.ə.s) onlara: “Buyurun, Tövratı gətirin, orada mənim sifətlərim yazılıdır” – dedi. Ancaq onlar bunu qəbul etmədilər. [18]

Bu ayənin nüzul səbəbi olaraq bir neçə rəvayət zikr edilmişdir:

1) İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, Yəhudilərdən bir qadın ilə bir kişi zina etdilər. Bunlar, əsalət sahibi ailələrdən idilər. Tövratda da zinanın cəzası olaraq rəcm [daşlanaraq öldürülmə] hökmü var idi. Əsil olduqları üçün onları rəcm etməyi istəmədilər və o ikisinin məsələsində, rəcmi tərk etməyə, daşqalaq etməkdən imtina etmək üçün icazənin olacağı ümidi ilə Hz. Peyğəmbərə (s.ə.s) müraciət etdilər. Hz. Peyğəmbər (s.ə.s) də daşqalaq edilmələrinə hökm edincə, bunu qəbul etmədilər. Bundan sonra Peyğəmbərimiz (s.ə.s): “Sizinlə mənim aramda Tövrat hakim olsun. Çünki onda rəcm hökmü vardır. Sizin ən bilikliniz kimdir?” – dedi. Onlar: “Abdullah b. Suriya əl-Fədəki” – dedilər. Onu çağırdılar, bir də Tövrat gətirdilər. Abdullah ibn Suriya Tövratdakı rəcm ayəsinə gəlincə, əlini onun üzərinə qoyub, gizləmək istədi. Bundan sonra Abdullah b. Səlam (r.a): “Ey Rəsulallah! Rəcm ayəsinin yeri keçdi” – deyə xəbər verdi. Bundan sonra o əlini qaldırdı və rəcm ayəsini tapdılar. Hz. Peyğəmbər (s.ə.s) də, o qadın ilə kişinin rəcm edilmələrini əmr etdi. Allahın lənəti üzərlərinə olası Yəhudilər buna görə son dərəcə qəzəbləndilər. Bundan sonra Cənab-i Allah bu ayəni endirdi.

2) Hz. Peyğəmbər (s.ə.s) Yəhudilərin midraslarına girmişdi. Orada Yəhudilərdən bir qrup var idi. Peyğəmbərimiz (s.ə.s) onları İslama dəvət etdi. Bundan sonra onlar: “Sən hansı din üzərindəsən?” – dedilər. Hz. Peyğəmbər (s.ə.s): “İbrahimin ümməti üzərindəyəm” – cavabını verdi. Onlar da: “İbrahim bir Yəhudi idi” – dedilər. Hz. Peyğəmbər (s.ə.s): “Elə isə Tövrata gəlin” – dedi. Onlar buna yanaşmayınca, Cənab-i Allah bu ayə-i Kəriməni endirdi.

3) Hz. Peyğəmbərin Peyğəmbərliyinin əlamətləri Tövratda zikr edilmiş, onun Peyğəmbərliyinin səhhətinə dəlalət edən dəlillər də, eyni zamanda orada olmaqdaydı. Budur, buna görə Hz. Peyğəmbər (s.ə.s) onları Tövrata və Tövratda Özünün Peyğəmbərliyinə dəlalət edən sözlərə dəvət etdi. Amma onlar bundan qaçındılar. Bundan sonra da Cənab-i Haqq bu ayə-i Kəriməni endirdi. Buna görə məna belə olur: “Onlar, kitabları olan Tövratın hökmünə icabət etməkdən qaçındıqları üçün, onların sənin kitabın Qurana müxalifət etmələrinə çaşma! Budur, bu səbəbə görə Cənab-i Haqq De ki: “Əgər doğru insanlarsınızsa, Tövratı gətirin və onu oxuyun!” (Al-i İmran/93) buyurmuşdur. Bu rəvayətə görə bu ayə Tövratda Hz. Muhəmmədin (s.ə.s) Peyğəmbərliyinin həqiqiliyinəinə və doğruluğuna dair dəlillərin olduğuna dəlalət edir. Çünki onlar Tövratda Hz. Muhəmmədin (s.ə.s) nübüvvətinin səhhətinə dəlalət edəcək dəlillərin olmadığını bilsəydilər, Tövratda olan şeyləri tələm-tələsik ortaya qoymağa yönələrdilər. Ancaq o var ki, onlar bunu gizləmişdilər. [19]

Burada bu qrupun sahib olduğu inanclar, onların: “Atəş bizə sayı bəlli olan bir neçə gündən başqa, qətiyyən toxunmaya­caq­dır” – dediklərinə görədir buyurularaq zikr edilmiş, ardından da Onların uydurmuş olduqları şeylər də, dinlərində öz­lərini aldatmaqdadır. Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır?  buyurularaq rədd edilmişdir.

Bunların inancları bir çox yerdə ifşa edilmiş və tənqid edilmişdir:

  • 18Və Yəhudilər, Xristianlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – dedi­lər. De ki: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?”. Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır. (Maidə/18)
  • 80Və onlar dedilər ki: “Sayılı bir neçə gündən başqa, atəş bizə qətiyyən toxunmaya­caq­dır”. De ki: “Allahdan zəmanət verən bir sözmü aldınız? Allah heç vaxt verdiyi sözə/vədinə xilaf çıxmaz. Yoxsa, siz Allah haqqında bilmədiyiniz şeylərimi söyləyirsiniz?”
  • 81Bəli, kim bir pislik qazandısa və xətası özünü əhatə etdisə, bax budur, bunlar atəş əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/80, 81)
  • 160,161Sonra da yəhudiləşən insanların haqsız davranışları… Bir çox insanları Allah yolundan ayırdıqlarına, qadağan olunduqları halda riba aldıqlarına [əmək­siz, xidmətsiz, risksiz qazanc əldə etdiklərinə] və insanların mallarını haqsız yerə yediklərinə görə onlara halal qılınmış təmiz şeyləri haram qıldıq. Və Yə­hu­di­ləşənlərdən kafirlərə can yandıran bir əzab hazırladıq.
  • 162Lakin, bu Yəhudiləşənlərdən dərin bilik sahibi olanlar və iman edənlər sənə endirilənə və səndən öncə endirilənlərə iman edərlər. Onlar salaatı iqamə edən, vergini ödəyən, Allaha və axirət gününə iman edənlərdir. Bax budur, onlar Bizim böyük bir mükafat verəcəyimiz insanlardır. (Nisa/160-162)

Təbii ki, Əhl-i Kitabın hamısı eyni deyildir. Qınananlar da bütün Əhl-i Kitab deyildir. İçlərində müxtəlif cür düşünənləri, inananları da vardır:

  • 113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır.
  • 115Və onlar xeyirdən nə işləyərlərsə, qətiyyən saxlanmayacaq/qarşılıqsız buraxılma­ya­caq­lar. Və Allah Özünün qoruması altına girənləri ən yaxşı biləndir. (Al-i İmran/113-115)
  • 199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir. (Al-i İmran/199)
  • 10De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah tərəfindəndirsə və siz onu bilərək rədd etmisinizsə, bununla birlikdə İsrailoğullarından bir şahid onun bir bənzəri üzərinə şahid olubsa inanmışsa, siz yekəxanalıq göstərdinizsə… Şübhəsiz ki, Allah şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlər qövmü bələdçilik etməz. (Əhqaf/10)
  • 114Və O, sizə Quranı ətraflı/haqqı batildən ayrılmış olaraq, endirdiyi halda, Allahdan baş­qa bir hakimmi axtarım?” Və özlərinə Kitab verdiyimiz bu insanlar Quranın, şüb­hə­siz ki, Rəbbindən haqq ilə endirilmiş olduğunu bilirlər. O halda sən on­la­rın bu ki­tabın Allah tərəfındən endirildiyini bildikləri barəsində qətiyyən şübhə edən­lər­dən ol­ma.(Ənam/114)
  • 52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.
  • 53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər. (Qasas/52, 53)

Burada ifadə hər nə qədər Əhl-i Kitabın din adamlarını qınamağa yönəlik olsa da, Allahın kitabına görə hərəkət etməyən bütün din adamları bu qınağa müxatibdirlər. Belə ki, din adamlarının ilahi kitaba zidd məlumat verməsi, xalqın din barəsində aldanmasına səbəb olur.

Həmçinin Allah ilahi kitaba zidd iddiada olmağı, dini oyun və əyləncə olaraq xarakterizə etmişdir:

  • 70Və dinlərini oyun və əyləncə etmiş/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı özlərini aldatmış olan insanları tərk et və Quran ilə xatırlat, öyüd ver: Bir insan, öz əlinin işləyib qazandığı ilə dəyişərək, dağıntıya düşərsə, onun üçün Allahın yaratdığı sərvətlərdən bir kömək edən, yol göstərən qoruyan bir yaxın və dəstəkçi, şəfaətverici barədə söz ola bilməz. Günahına qarşı hər cür əvəzi ödəməyi istəsə də ondan alınmaz. Bax budur, bunlar qazandıqları ilə dəyişikliyə/dağıntıya uğrayanlardır. Nankorluq etdiklərinə görə, onlar üçün qaynar sudan bir içki və can yandıran bir əzab vardır.  (Ənam/70)

Ayənin sonundakı, Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır? ifadəsiylə də, axirətin təməl xüsusiyyəti və varlığının zəruriliyi bildirilir:

  • 48Və heç bir kimsənin başqa bir kimsəyə hər hansı bir şey üçün qarşılıq ödəmədiyi, heç bir kimsədən köməyin, adam tapşırmağın qəbul edilmədiyi, kimsədən fidyə­nin alınmadığı və heç bir kimsəyə kömək olunmayan günə qarşı Allahın qoruması altına girin. (Bəqərə/48)
  • 254Ey iman edənlər! Özündə heç bir alış-verişin, heç bir dostluğun və heç bir köməyin, xahişin mümkün olmadığı bir gün gəlmədən öncə, sizə verdiyimiz ruzilərdən Allah yolunda xərcləyin/başda yaxınlarınız olmaqla başqalarının dolanışıqlarını təmin edin. Və kafirlər öz mənliklərinə haqsızlıq edənlərin məhz özləridir. (Bəqərə/254)
  • 18Və günahkar bir kimsə, başqasının günahını çəkməz. Əgər çox günahı olan – çox zəngin olan bir insan, günahını çəkdirmək üçün birini çağırsa da, ondan heç bir günah alınıb başqasına çəkdirilməz, bir əqrəbası olsa belə. Şübhəsiz ki, sən ancaq Rəbbinə qarşı heç kim olmayan yerlərdə belə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və salaatı iqamə edənləri xəbərdar edə bilərsən. Hər kim təmizlənirsə, ancaq özü üçün təmizlənir. Dönüş də yalnız və yalnız Allahadır. (Fatir/18)

26,27De ki: “Ey hökmranlığın hökmranı Allahım! Sən hökmranlığı dilədiyinə verirsən, dilədiyindən də hökmranlığı çəkib alırsan, dilədiyini güclü edərsən, dilədiyini də alçaq, rüsvay edərsən. Xeyir, Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən! Sən gecəni gündüzün içinə, gündüzü gecənin içinə qatarsan. Sən ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən dilədiyinə də hesabsız ruzi verərsən”.

Bu ayələrdə, adi bir ərəb ikən elçi-məlik seçilən Muhəmmədi qısqanclıqlarına görə qəbul etməyənlərə bir dərs verilir.

Bu ayələrin enmə səbəbiylə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

İbn Abbas və Enes b. Malik deyir ki: Rəsulullah (s.ə.s) Məkkəni fəth edincə ümmətinə İran və Bizans mülkünü vəd etdi. Münafiqlərlə Yəhudilər: “Heyhat, heyhat” – dedilər, “Muhəmməd harda, İranlılarla Bizanslıların mülkünü ələ keçirmək harda? Onlar bunu əldən verməyəcək qədər güclü və qüvvətlidirlər. Muhəmmədə Məkkə ilə Mədinə yetmirmi ki, İran və Bizanslıların mülkünə göz dikir?” Bundan sonra uca Allah, bu ayə-i Kəriməni endirdi. [20]

Belə də deyilmişdir: Bu ayə-i Kərimə Nəcran Xristiyanlarının “İsa Allahın özüdür” şəklindəki batil iddialarını təkzib etmək üçün nazil olmuşdur. Çünki İsanın sahib olduğu xüsusiyyətlər, fitrəti sağlam olan hər kəsə İsanın uluhiyyətə aid xüsusiyyətlərin heç birisinə sahib olmadığını açıq şəkildə ortaya qoyur. İbn İshaq deyir ki: Əziz və Cəlil olan Allah bu ayə-i Kərimə ilə onların inad və küfrlərini bildirdiyi kimi, Hz. İsanın da hər nə qədər uca Allah tərəfindən özünə Peyğəmbərliyinə dəlil olacaq şəkildə ölüləri diriltmək və buna bənzər möcüzələr verilmiş olsa da, bu xüsusiyyətlərə tək başına uca Allahın sahib olduğunu bildirir. Bu xüsusiyyətləri ifadə edən buyuruqlar isə uca Allahın Sən hökmranlığı dilədiyinə verirsən, dilədiyindən də hökmranlığı çəkib alırsan, dilədiyini güclü edərsən, dilədiyini də alçaq, rüsvay edərsən buyuruğu ilə Sən gecəni gündüzün içinə, gündüzü gecənin içinə qatarsan. Sən ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən dilədiyinə də hesabsız ruzi verərsən (Al-I İmran/27) buyuruqlarıdır. Əgər İsa bir tanrı olsaydı, bu xüsusiyyətlərin onda olması lazım idi. Budur bu buyuruqda həm ibrət alınacaq tərəf və həm də (Hz. İsanın tanrı olmadığına) açıq-aşkar bir sənəd vardır. [21]

Rəvayət olunduğuna görə, Hz. Peyğəmbər (s.ə.s) Məkkəni fəth etdiyində ümmətinə Bizans və Fars İmperatorluqlarını da bir gün ələ keçirəcəklərini müjdələdi. Bundan sonra münafiq və Yəhudilər: “Ola bilməz. Fars və Bizans krallıqları Muhəmmədin əlinə necə keçə bilir?! Onlar Muhəmməddən daha güclü və qüvvətlidir” – dedilər.

Yenə rəvayət edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) Xəndək döyüşündə qazılacaq xəndyin sərhədlərini cızıb, hər on nəfərlik qrupun 40 ziralıq bir yer qazmalarını söylədi. Müsəlmanlar xəndək qazarkən, bir yerdə qazmaların gücünün yetmədiyi təpə kimi bir qaya qarşılarına çıxdı. Bundan sonra Salmanı (r.a) Hz. Peyğəmbərin yanına (s.ə.s) göndərdilər, o da vəziyyəti xəbər verdi. Hz. Peyğəmbər (s.ə.s) Salmanın əlindən aləti alıb o daşa elə bir vuruş vurdu ki, daş yarıldı və daşdan qaranlıq gecənin ortasında qəndil kimi ətrafı aydınladan bir şimşək çıxdı. Bundan sonra həm Hz. Peyğəmbər, həm də Müsəlmanlar təkbir gətirdilər. Hz. Peyğəmbər (s.ə.s): “Sanki köpəklərin azı dişi kimi (sıra-sıra) Hirənin köşkləri mənə göründü” – dedi. İkinci vuruşunda: “Mənə Rum diyarının qırmızı sarayları göründü” – dedi; üçüncü vuruşda da: “Mənə, Sananın sarayları göründü” – dedi. Ardından da: “Cəbrail (ə.s) mənə ümmətimin bütün bu millətlərə qalib gələcəyini xəbər verdi, müjdələr olsun” – buyurdu.

Bundan sonra münafiqlər: “Peyğəmbərinizin əsilsız vədlərdə olmasına, Yəsribdən [Mədinədən] Hirənin köşklərini və Kisranın saraylarını sizə xəbər verməsinə və buraların əlinizə keçəcəyinə təəccüblənmirsinizmi? Halbuki siz bu anda, döyüşə çıxmağa belə qadir ola bilmirsiniz və qorxunuzdan xəndək qazırsınız” – dedilər. Bundan sonra budur, bu ayə-i Kərimə nazil oldu. [22]

Hasan əl-Bəsri də belə demişdir: “Haqq Təala Peyğəmbəri Hz. Muhəmmədə (s.ə.s) əmr etdi ki, Özündən Fars və Bizans Krallıqlarının mülkünü ona verməsini istəsin və ərəblərin üzərindəki zilləti Fars və Rumlar üzərinə keçirməsini dua etsin. Allahın bunu əmr etməsi, Hz. Peyğəmbərin duasını qəbul edəcəyinə bir dəlildir. Digər Peyğəmbərlərin vəziyyəti də eynidır. Onlar bir dua etməklə əmr olunduqları zaman, onların o duaları mütləq qəbul olunurdu. [23]

Bu ayədə bəhs edilən mülk “hökmdarlıq”dır. Uca Allah elçilərindən bir çoxunu, elçilik – nəbiliklə yanaşı hökmdarlıqla da şərəfləndirmişdir:

  • 54Yoxsa onlar insanları Allahın onlara ərməğan olaraq verdiyi şeyə görə qısqa­nır­larmı? Baxın, şübhəsiz ki, Biz İbrahim soyuna da kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar vermişdik. Həm də onlara böyük bir hökmranlıq verdik. (Nisa/54)
  • 164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər. (Al-i İmran/164)
  • 31Yenə onlar: “Bu Quran, bu iki şəhərdən bir böyük adama endirilməli deyildimi?” – dedilər.
  • 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/31, 32)
  • 124Və onlara bir ayə gəldiyi zaman: “Allahın elçilərinə verildiyi kimi, bizə də veril­mədikcə, qətiyyən inanmayacağıq” – dedilər. Allah elçilik vəzifəsini hara verəcəyini da­ha yaxşı bilir. Günah işləyənlərə, qurduqları hiylələrinə görə, Allah qatında bir alçaqlıq və çətin bir əzab toxunacaqdır. (Ənam/124)
  • 21Onların bir qismini başqa bir qismi üzərində üstün etdiyimizə bir bax! Əlbəttə, axirət dərəcələr və üstünlük baxımından da daha böyükdür. (İsra/21)

Ayədəki diriltmə-öldürmə, gecə-gündüz ifadələri daha əvvəl bir çox ayədə keçmişdi.

Bu ayədə Rəsulullaha Ey hökmranlığın hökmranı Allahım! Sən hökmranlığı dilədiyinə verirsən, dilədiyindən də hökmranlığı çəkib alırsan, dilədiyini güclü edərsən, dilədiyini də alçaq, rüsvay edərsən. Xeyir, Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən! Sən gecəni gündüzün içinə, gündüzü gecənin içinə qatarsan. Sən ölüdən diri çıxararsan, diridən ölü çıxararsan. Sən dilədiyinə də hesabsız ruzi verərsən deməsinin əmr edilməsinə səbəb bu olub-keçənlərin Allahın iradə və qüvvətiylə olduğunun, Allah Elçisinin mülk və iqtidar ardınca qaçan birisi olmadığının ortaya qoyulmasına yönəlikdir.

28Möminlər, özlərindən səviyyəsiz, kafir olanları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul etmə­sin­lər/yön­ləndirici etməsinlər, həyatlarını onların əllərinə təslim etməsinlər. Artıq onu hər kim edərsə, Allahdan heç bir şeyi yoxdur. Ancaq onlardan mühafizə olunaraq qorunmağınız başqadır. Allah sizi Özündən çəkindırir. Və olmaq/var olmaq yalnız və yalnız Allahadır.

29De ki: “Qəlblərinizdəki şeyləri gizləsəniz də, açığa vursanız da Allah onu bilir. Və Allah göylərdə olan şeyləri və yerdə olan şeyləri bilir. Və Allah hər şeyə gücü yetəndir”.

30O gün hər insan xeyirdən işlədiyi şeyləri, pislikdən işlədiyi şeyləri hazırlanmış olaraq görər. Özü ilə etdiyi pisliklər arasında, şübhəsiz ki, çox uzaq bir məsafə olmasını istəyər. Allah, sizi Özündən çəkindirir. Şübhəsiz ki, Allah qullarına çox şəfqətlidir.

Bu ayə qrupunda möminlərə, kafirlərlə necə bir münasibət quracaqları bildirilir, sosial və siyasi əlaqələrə, yəni dövlətlər arası əlaqələrə işıq tutulur.

Görünür Möminlərdən bəziləri kafirlərə sirr vermiş, dəstək olmuşlar ki, bu xəbərdarlıqlar edilmişdir:

  • 67Münafiq kişilər və münafiq qadınlar bir-birlərinin tayıdırlar – pisliyi əmr edər, yaxşılıqdan çəkindirərlər və əllərini bərk tutarlar/xəsislik edərlər. Allahı tərk edərlər, buna görə də Allah da onları tərk edər. Həqiqətən də münafiqlər haqq yoldan çıxmış insanların məhz özləridir. (Tövbə/67)
  • 51Ey iman edənlər! Yəhudiləri və Nəsraniləri/Xristianları köməkçi, yol göstə­ri­ci, qoruyucu yaxınlar etməyin. Onlar bir-birlərinin qoruyucu, yol göstərici yaxın­la­rı­dır. Sizdən kim onları mütəvəlli [qoruyucu, nəzarətçi, idarə edici] edərsə, artıq o, şübhəsiz ki, onlardandır. Şübhəsiz ki, Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər cəmiyyətini bələdçiləməz.
  • 52Bundan sonra qəlblərində xəstəlik olan/təfəkkürü pozulmuş kimsələrin: “Bizə bir fə­lakət gəlməsindən ürpəririk” – deyərək, onların içində çabaladıqlarını görəcəksən. Ar­tıq umulur ki, Allah bir fəth və ya qatından bir əmr gətirər və içlərində gizlət­dik­lə­rinə peşman olan kimsələr olarlar. (Maidə/51, 52)
  • 57Ey iman edənlər! Sizdən öncə özlərinə Kitab verilmiş olanlardan və kafirlərdən, dininizi lağ və əyləncə qəbul edən kimsələri köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Əgər möminlərsinizsə, Allahın qoruması altına girin.
  • 58Və siz onları salaata çağırdığınız zaman onlar onu lağ və əyləncə edirlər. Bu, onların dərrakəsiz bir cəmiyyət olduqlarındandır. (Maidə/57, 58)

Və Tövbə/23, 71; Mümtəhinə/1-3, 8, 9; Mücadilə/22; Maidə/80-82; Al-i İmran/28; Nisa/144, 89; Al-i İmran/118.

Ayədə Ancaq onlardan mühafizə olunaraq qorunmağınız başqadır istisnası edilmişdir ki, bu “təkiyyə” olaraq terminləşdirilmişdir. Bunun mahiyyəti budur: Bir mömin kafirlər arasında olaraq canına bir zərər gələcəyindən qorxarsa, qəlbi iman ilə mutmain olduğu halda, diliylə onları idarə edə bilər, yəni təkiyyə ancaq öldürülmə və ya bir əzanın kəsilməsi və ya böyük bir əziyyət və işgəncə və ya malların zay edilməsi qorxusuyla edilə bilər:

  • 106Hər kim imanından sonra küfr edər, qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla, həmçinin küfrə – inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Onlar üçün böyük bir əzab da vardır. (Nəhl/106)

28-ci ayənin enmə səbəbi ilə əlaqədar aşağıdakı məlumatlar verilir:

  1. a) Yəhudilərdən bir qrup, onları dinlərindən azdırmaq üçün bir Müsəlman qrupun yanına gəldilər. Bundan sonra Rifaa ibn əl-Münzir, Abdurrahman ibn Cübeyr və Said ibn Heysəmə bu Müsəlman kütləyə: “Yəhudilərdən qaçının və onların sizi dininizdən çıxarma cəhdlərinə qarşı oyaq olun” – dedilər. Bundan sonra bu ayə nazil oldu. [24]
  2. b) Mukatil belə demişdir: “Bu ayə Hatıb ibn Əbi Beltea (r.a) ilə bəzi Müsəlmanlar haqqında nazil olmuşdur. Bunlar Məkkə kafirlərinə sevgi duyurdular. Allah Təala onları bu sevgidən çəkindirdi.
  3. c) Bu münafiq Abdullah ibn Ubey və yoldaşları haqqında nazil olmuşdur. Çünki bunlar Yəhudi və müşrikləri dost qəbul edir, Müsəlmanların xəbərlərini onlara çatdırır və onların Hz. Peyğəmbərə qalib gəlməsini arzu edirdilər. Bundan sonra bu ayə nazil oldu.
  4. d) Bu ayə Ubade ibn Samit (r.a) haqqında nazil olmuşdur. Çünki onun Yəhudilərdən anlaşmalı olduğu insanlar vardı. Xəndək döyüşündə o: “Ey Rəsulallah! Mənimlə birlikdə 500-ə qədər Yəhudi var. Mənimlə bərabər hərbə çıxmalarını istəyirəm” – demişdi ki, bundan sonra bu ayə nazil oldu. [25]

30-cu ayədə O gün hər insan xeyirdən işlədiyi şeyləri, pislikdən işlədiyi şeyləri hazırlanmış olaraq görər. Özü ilə etdiyi pisliklər arasında, şübhəsiz ki, çox uzaq bir məsafə olmasını istəyər buyurulur.

  • 36,37Və hər kim Rəhmanın öyüdündən, anılmasından korlaşarsa, Biz ona bir şeytan musallat edərik və artıq o, onun üçün yaşıddır/yançıdır. Və şübhəsiz ki, yaşıdlar/yançılar korlaşanları yoldan çıxarırlar. Onlar da özlərinin bələdçiləndikləri doğru yolda olduqlarını sanırlar.
  • 38Sonunda, Bizə gəlincə: “Kaş ki, səninlə mənim aramda Şərq ilə Qərb arasındakı qədər bir uzaqlıq olsa idi”– deyər. Belə isə, bu nə pis bir yaşıddır/yançıdır!
  • 39Və bu gün peşmançılıq duymağınızın sizə heç bir faydası olmayacaq. Siz şərik qoşa­raq, səhv/öz zərərinizə iş etdiyiniz zaman qətiliklə əzabda ortaqlarsınız. (Zühruf/36-39)

Qulun əməlləriylə üzləşməsi və peşmançılığı xəbərdarlıq məqsədli olaraq bir çox ayədə yer almışdır: Casiyə/28, 29; Mücadilə/6; Kəhf/49; İnfitar/10-12; Zilzal/7, 8; Fussilət/20-22; Ya Sin/65; Haqqa/19, 20; Nisa/108; Kəhf/30; İnşiqaq/10, 11; Haqqa/25-29; Səcdə/12; Zümər/58; Mülk/8-10; Zühruf/37, 38.

31De ki: “Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun ki, Allah sizi sevsin və günahlarınızı sizə bağışlasın. Və Allah, qullarının günahlarını çox örtən, onla­rı cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir”.

32De ki: “Allaha və Elçiyə itaət edin!” Artıq üz çevirərlərsə, bilin ki, şübhəsiz, Allah kafirləri sevməz.

Bu ayələrdə, insanlara, xüsusilə də Nəcranlılara qulluğun, Allaha olan sevginin ölçü və yolları açıqlanır. Allahı sevən Elçiyə uymalıdır ki, Allah da onu sevsin və günahlarını bağışlasın. Həmçinin hər mömin Allaha və Elçiyə (artıq Elçi eyni zamanda hökmdardır) itaət etməklə məsuldur. Buna yanaşmayıb üz çevirənlər kafirlərdir, Allah isə kafirləri sevməz.

Bu ayələrin enmə səbəbi olaraq qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Ayə-i Kərimə Nəcrandan gələn heyət haqqında nazil olmuşdur. Çünki onlar Hz. İsa ilə əlaqədar olan iddialarının uca Allaha olan sevgilərinin ifadəsi olduğunu irəli sürmüşdülər. Bunu Məhəmməd b. Cafer b. əz-Zübeyr söyləmişdir. Əl-Həsən və İbn Cüreyə isə deyir ki: Bu ayə-i Kərimə “Biz Rəbbimizi sevən insanlarıq” – deyən Kitab əhlindən bir camaat haqqında nazil olmuşdur.

Rəvayət edildiyinə görə, Müsəlmanlar:  “Ey Allahın Rəsulu! Allaha and olsun ki, şübhəsiz biz Rəbbimizi sevirik” – dedilər. Bundan sonra uca Allah De ki: Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun…” buyuruğunu endirdi. [26]

Bil ki, Allah Təala Yəhudiləri, Özünə və Peyğəmbərlərinə imana, təhdid ilə dəvət edincə, onları bir başqa şəkildə də buna dəvət etmişdir ki, o da budur. Yəhudilər: “Biz Allahın oğullarıyıq və Onun dostlarıyıq” (Maidə/18) deyirdilər. Buna görə bu ayə nazil olmuşdur.

Yenə rəvayət olunduğuna görə, Hz. Peyğəmbər (s.ə.s) Qüreyş Məscid-i Haramda bütlərə sitayiş edərkən, yanlarında durub, belə dedi: “Ey Qüreyş cəmiyyəti! Vallahi siz İbrahimin dininə müxalifət edirsiniz”. Bundan sonra Qüreyşlilər: “Biz, Allahı sevdiyimiz üçün bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik (Zümər/3) dedilər. Budur buna görə, bu ayə nazil oldu.

Bir başqa rəvayətə görə Xristiyanlar: “Biz, Allahı sevdiyimizə görə Məsihə [İsaya] təzim edirik” – dedikləri üçün bu ayə nazil olmuşdur. [27]

Rəvayət olunduğuna görə, De ki: “Əgər siz Allahı sevirsinizsə, o zaman mənə tabe olun ki, Allah da sizi sevsin…” ayəsi nazil olduğu zaman münafiq Abdullah ibn Ubey: “Muhəmməd özünə itaəti Allaha itaət kimi sayır və Xristiyanların İsanı sevdikləri kimi, bizim də onu sevməyimizi əmr edir” – dedi. Bundan sonra bu ayə-i Kərimə nazil oldu. [28]

Bu ayədən anlaşıldığına görə, Allah sevgisinin işarəsi Elçiyə uymaqdır. Elçiyə uyulmadan “Allahı sevirəm” demək quru bir iddiadan başqa bir məna daşımaz və heç bir işə yaramaz.

Allaha və Elçiyə itaət Quranda əhəmiyyətli bir xüsus olub bir çox yerdə üzərində durulmuşdur:

  • 130Ey iman edənlər! Qat-qat artırılmış olaraq ribanı [əməksiz, xidmətsiz, risksiz qazancı] yeməyin. Qurtuluşa çatmağınız üçün Allahın qoruması altına girin. 131Kafirlər üçün hazırlanmış olan atəşdən də qorunun. 132Mərhəmət olunmağınız üçün Allaha və Elçiyə itaət edin. (Al-i İmran/130-132)
  • 59Ey iman edənlər! Allaha itaət edin. Elçiyə və sizdən olan əmr sahiblərinə/əsas idarəçilərə itaət edin. Sonra əgər hər hansı bir şeydə anlaşılmazlığa düşərsi­niz­sə, Allaha və axirət gününə inananlarsınızsa, onu Allah və Elçiyə həvalə edin. Bu, daha yaxşıdır və ən uyğun həlli tapmaq baxımından daha gözəldir. (Nisa/59)
  • 1Səndən döyüşün qənimətləri/artıq qazancları haqqında soruşurlar. De ki: “Ənfal/qə­­nimətlər/artıq qazanclar Allah və Elçisi/cəmiyyət üçündür. Ona görə də siz mö­min­lərsinizsə, Allahın qoruması altına girin, aranızdakı münasibətləri düzəldin, həm­çi­nin Allaha və Elçisinə itaət edin.  (Ənfal/1)
  • 20Ey iman edənlər! Allaha və Elçisinə itaət edin, eşitdiyiniz halda, ondan üz çevirməyin! 21Vəhyə qulaq asmadıqları halda: “Eşitdik/vəhyə qulaq verdik” – deyənlər kimi də olmayın! (Ənfal/20, 21)
  • 46Yenə Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə çəkişməyin. Sonra qorxuya qa­pılarsınız və gücünüz/canınız gedər. Və səbr edin. Şübhəsiz ki, Allah səbr edən­lər­lə birlikdədir. (Ənfal/46)

Həmçinin Nur/54, 56; Maidə/92; Muhəmməd/32; Mücadilə/13 və Təğabün/12, 16-ya da baxıla bilər.

Ayənin sonundakı Artıq üz çevirərlərsə, bilin ki, şübhəsiz, Allah kafirləri sevməz ifadəsiylə, Allaha və Peyğəmbərinə itaət etmə əmrinə riayət etməyən insanlar, kafir olaraq səciyyələndirilir və Allahın onları sevmədiyi bildirilir.

Bu ifadəni bir başqa surədə də görürük:

  • 80Kim Elçiyə itaət edərsə, artıq o, Allaha itaət etmiş olur. Kim də üz çevirərsə, artıq Biz səni o üz çevirənlərə qoruyucu/gözətçi olaraq göndərmədik.
  • 81Və onlar sənə: “Baş üstə!” – deyərlər. Lakin, sənin yanından çıxdıqlarında içlə­rin­dən bəzisi, gecə ikən, sənin dediyindən başqasını qurarlar. Amma Allah onların gecə ikən qurduqlarını yazır. Artıq sən onlardan uzaqlaş. Və işin nəticə­si­ni Allaha həvalə et. Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proq­ra­mı qoruyaraq, dəstəkləyərək həyata keçirən olaraq da Allah yetər. (Nisa/80, 81)

Allah Özünə və Elçisinə itaəti əmr edərkən, rəhmətinə uyğun olaraq, itaət edilməməli olanları da bildirmişdir: Ənam/121, 116; Kəhf/28; Əhzab/1, 48; Qələm/8, 10; İnsan/24; Loğman/15; Şüəra/151, 152.

33,34Şübhəsiz, Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmran ailəsini, bir-birinin soyundan olmaqla, aləmlər üzərində seçkin etdi. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

Bu ayələrdə elçilik müəssisəsi anladılarak Nəcran heyəti və Mədinə kafirləri xəbərdar edilir və onlardan, keçmiş peyğəmbərləri qəbul etdikləri kimi Son Elçini də qəbul etmələri istənir.

Bu ayələrdə, xüsusilə Xristiyan inancının [İsanı Allah, Allahın oğlu və üçün üçüncüsü olaraq qəbul etmələrinin] səhv olmasına vurğu edilir, Adəmin, Nuhun, İbrahim və İmran ailəsindən olan peyğəmbərlərin insan olduğu və heç birinin müqəddəsliyinin olmadığı, sadəcə Allahın onları elçi etdiyi bəyan edilir.

Buradakı İmran Musa və Harunun atası olan İmrandır. “İmran” Kitab-i Müqəddəsdə keçən “Amram” sözünün ərəbcələşmiş halıdır.

Bölmənin davamında Məryəm validədən bəhs edilərkən “İmranın zövcəsi” deyildiyinə görə bu ayədəki İmranın Məryəm validənin atası olan İmran olduğu düşünülə bilirsə də, onun soyundan sadəcə İsa peyğəmbərin gəlməsi, İsa peyğəmbər isə atasız doğulduğuna görə, buradakı İmranın Musa və Harunun atası olan İmran olması daha uyğundur.

Musayla Harunun Soy Kötüyü. İsraillilərin ailə öndərləri bunlardır: Yəqubun ilk oğlu Rubenin oğulları: Hanok, Pallu, Hesron, Karmi. Rubenin boyları bunlardır. Şimonun oğulları: Yemuel, Yamin, Ohat, yaxın, Sohar və Kənanlı bir qadının oğlu Şaul; Şimonun boyları bunlardır. Qeydlərinə görə Levioğullarının adları bunlardır: Gerşon, Kehat, Merari. Levi 137 il yaşadı. Gerşonun oğulları boylarına görə bunlardır: Livni, Şimi. Kehatın oğulları: Amram, Yishar, Hevron, Uzziel. Kehat 133 il yaşadı. Merarinin oğulları: Mahli, Muşi. Qeydlərinə görə Levi boyları bunlardır. Amram bibisi Yokevetlə evləndi. Yokevet ona Harunla Musanı doğdu. Amram 137 il yaşadı. [29]

35Həmçinin bir zaman İmranın zövcəsi: “Rəbbim! Qətiliklə mən qarnımdakını tam səmimi olaraq sənin üçün nəzir etdim. Sən  də məndən qəbul et, şübhəsiz ki, Sən ən yaxşı eşi­dən­sən, ən yaxşı bilənsən” demişdi.

36Onu dünyaya gətirdikdə isə: “Rəbbim, şübhəsiz ki, mən onu qız doğdum. Halbuki, Allah onun doğduğu şeyi daha yaxşı bilir – oğlan qız kimi deyildir. Və şübhəsiz, ona Məryəm adını verdim. Və şübhəsiz, mən onu və soyunu şeytan-i racimdən – qovulmuş/qatil, əsilsiz söz və düşüncə törədən, qaranlığa daş atan şeytandan sənə sığındırıram” – dedi.

37Buna görə də Rəbbi Məryəmi gözəl bir qəbul ilə qəbul etdi. Və onu gözəl bir fidan kimi bitirdi və ona – Məryəmə, İsanı qeyri-qanuni şəkildə doğmayıb, Allahın iradəsi çərçivəsində atasız doğmasına Zəkəriyyəni zamin etdi. Zəkəriyyə nə zaman onun yanına/özəl otağa girsə, onun yanında bir ruzi görürdü. Zəkəriyyə: “Ey Məryəm! Bu sənə haradandır?” – dedi. Məryəm də: “O, Allah qatındandır” – dedi. Şübhəsiz, Allah dilədiyini hesabsız ruziləndirir.

Bu ayələrdə bir yandan insanlara vəhy və elçilik xüsusunda məlumat verilir, bir yandan da Əhl-i Kitab xəbərdar edilir. Ayənin إذ [iz/hani] ədatıyla başlamasından anlaşılır ki, müxatib olan Xristiyanların [Nəcran heyətinin] mövzu haqqında məlumatları var.

Ayədəki tam hür olaraq ifadəsi “tamamilə azad, qatışıqsız, təsirlənmədən, kimsədən asılı olmayaraq, səmimi qəlbdən” deməkdir.

Məryəm surəsindən Mef‘al qəlibində olan مريم [Məryəm] sözünün “bir yerdən ayrılmaq” [30] mənasındakı رام [ramə] felindən törəmiş olması mümkündür. Ancaq bu ismin Kitab-i Müqəddəsdə iki yerdə Musa peyğəmbərin bacısının adı olaraq keçməsi, sözün İbranicədən gəldiyini göstərir. [31] Yeni Əhddə [İncildə] bu söz Marim, Maria və Mariamme tərzində 53 dəfə yer alır. Bu sözlərin mənası konkret olaraq bilinmir. Təfsirçilər tərəfindən, Məryəm sözü ilə əlaqədar “dəniz damlası”, “dəniz ulduzu”, “tanrıya bağlı”, “tanrını sevən”, “xanıməfəndi”, “işıq verən”, “şişman”, “şahzadə”, “məğrur”, “gözəl insan”, “kamil insan” kimi mənalar irəli sürülmüşdür. [32]

Məryəm sözü Quranda 34 dəfə isim şəklində, 1 dəfə də “o” əvəzliyi ilə işarə edilərək cəmisi 35 dəfə keçir. Məryəmin kimliyi və ailəsi haqqında yazılanların əksəriyyəti xəyal məhsulu olub, bu mövzuda Xristiyan qaynaqlarında da yetərli məlumat və sənəd yoxdur. Beləliklə, Məryəmin anasının adının “Hanna” olduğu, onun da Zəkəriyyə peyğəmbərin baldızı olduğu, Zəkəriyyə peyğəmbərin xanımının (yəni Məryəmin xalasının) adının “Elizabet” olduğu yönündəki nəqllər dəqiq deyil. Çünki Tabəri Tarihində də olduğu kimi, bu nəqllər qəti olmayan Xristiyan qaynaqlarına əsaslanır:

Xristiyanlar Məryəmin İsaya 13 yaşında hamilə qaldığını, İsa göyə qaldırılıncaya (!) qədər 32 il və bir neçə gün dünyada qaldığını, Məryəmin İsanın (ə.s) göyə qaldırılmasından sonra 6 il daha yaşadığını iddia edirlər. Buna görə Məryəm 50-yə yaxın yaşında vəfat etmiş deməkdir. [33]

Bu halda ediləcək şey, hər zaman olduğu kimi, Qurandakı məlumatlarla kifayətlənməkdir. Quranda Məryəmin ana-atası haqqında geniş məlumat verilməməklə birlikdə, Al-i İmran/35-dən anlaşıldığı qədəriylə, atasının adı İmrandır.

Məryəmin doğumu ilə ailəsindən ayrılmasına qədərki həyatına dair Quranda hər hansı bir məlumat verilməmişdir. Mövzumuz olan ayələrdə verilən məlumatlar, Məryəmin yetkinlik çağına aiddir.

Yuxarıdakı ayələrə görə Məryəm əhlindən [ailəsindən və yaxınlarından] ayrılıb, tək başına şərqdə bir bölgəyə getmişdir. O dövrdə Məryəmin neçə yaşında olduğuna və əhlindən hansı səbəblə ayrıldığına dair hər hansı bir məlumat yoxdur.

Mehrab. Ayədə keçən mehrab [34] sözü, “qərargah, ibadətxana” deməkdir. Burada mehrab ilə qəsd edilən “Məryəmin xüsusi otağı”dır.

Bu ayədəki vəhy sözü “işarə ilə anlatma”mənasında olub, bu sözlə əlaqədar geniş açıqlama Nəcm/10-un təhlilində verilmişdir. [35]

Mövzunun daha yaxşı anlaşılması üçün Məryəm surəsindəki hissəni nəql edirik:

  • 16Kitabda Məryəmi də an! O zaman ki o, ailəsindən/yaxınlarından ayrılaraq, Şərq tərəfdə bir yerə qaçıb getmişdi.
  • 17Sonra ailəsi ilə/yaxınları ilə özü arasına bir pərdə qoymuşdu və Biz ona ruhumuzu/ilahi ismarıcımızı göndərdik, sonra ruhumuzu/ismarıclarımızı gətirən elçi Məryəmə mükəmməl bir bəşəri örnək verdi.
  • 18Məryəm: “Mən səndən Rəhmana sığınıram. Əgər sən Allahın qoruması altına girmiş birisi/taqi/təqvalısansa…” – dedi.
  • 19Elçi/Zəkəriyyə: “Mən, sadəcə, sənə tərtəmiz bir oğlan uşağı bağışlamağım/bağışlamaq üçün Rəbbinin elçisiyəm” – dedi.
  • 20Məryəm: “Mənim necə oğlum ola bilər? Mənə heç bir bəşər toxunmayıbdır. Mən qanun-qayda tanımayan/iffətsiz biri də deyiləm” – dedi.
  • 21Elçi: “Elədir! Rəbbin buyurdu ki: Atasız uşaq vermək, Mənə çox asandır. Həmçinin Biz onu nəzdimizdən insanlara bir əlamət/nümunə və mərhəmət edəcəyik”. Və o gerçəkləşdirilildi.
  • 22Sonunda Məryəm oğlan uşağına hamilə qaldı. Sonra da onunla uzaq bir yerə qaçdı, getdi.
  • 23Sonra doğum sancısı onu bir xurma kötüyünə tutulub, dayanmağa məcbur etdi: “Kaş ki, bundan əvvəl öləydim və bütünlüklə unudulan biri olaydım!” – dedi.
  • 24–26Sonra ona/Məryəmə aşağı tərəfindəki adam/Zəkə­riyyə səsləndi: “Qətiyyən kədərlənmə, Rəbbin alt tərəfındə bir su arxı bəxş etdi. Xurma kötüyünü özünə doğru silkələ, üzərinə yetişmiş təzə xurmalar düşsün. Sonra ye-iç, gözün aydın olsun. Sonra əgər, bəşərdən birini görərsənsə: “Mən Rəhmana bir oruc nəzir etdim, ona görə də bu gün heç bir kimsə ilə danışmayacağam” – de”.
  • 27–28Sonra Məryəm körpəsini götürərək qövmünə gətirdi. Qövmü dedi ki: “Ey Məryəm! Doğrusu sən görünməmiş bir şey etdin. Ey Harunun bacısı! Sənin atan pis bir insan deyildi, anan da qayda-qanun tanımaz/iffətsiz bir qadın deyildi”.
  • 29Bundan sonra Məryəm ona – hamiləlik dövründən/hamiləliklə əlaqədar xəbəri olana/Zəkəriyyəyə işarə etdi, ondan hadisələri açıqlamasını istədi. Zəkəriyyə Məryəmin zina etmədən uşağı doğduğuna zamin olub uşağın məbəddə yetiştirilməsini istədi. Onlar: “Biz, Sabii – bizim dinimizi tərk etmiş birinə necə söz söyləyərik/Biz, yüksək mövqedə olan insanlar, Sabii – bizim dinimizi tərk etmiş birinə necə söz söyləyər?

34Budur, bu haqq sözə görə ixtilafda olduqları şey, 30“Şübhəsiz, mən Allahın quluyam. O mənə kitabı verdi və məni bir peyğəmbər etdi. 31Məni, harada oluramsa olum, mübarək etdi. Həyatda olduğum müddətcə mənə salaatı və zəkatı/vergini bir məsuliyyət olaraq çatdırdı. 32Və məni anama yaxşı davranan bir insan etdi. Və məni zalım, bədbəxt biri etmədi. 33Və doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən dirildiləcəyim gün “Salam“ mənim üzərimədir. 36Və şübhəsiz, Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona qulluq edin, Bax budur, bu dosdoğru yoldur” – 34deyən Məryəm oğlu İsadır. (Məryəm/16-33, 36, 34)

 

29-36-cı ayələrin “mühd” qiraətinə görə tərcüməsi:

  1. Bundan sonra Məryəm ona – doğum anında aşağı tərəfində olan adama – Zəkəriyyəyə işarə etdi, ondan nə olduğunu açıqlamasını istədi. Zəkəriyyə Məryəmin zina etmədən uşağı doğduğuna kəfil olub, uşağın məbəddə yetişdirilməsini istədi. Onlar: “Biz, yüksək mövqedə olan adamlar, hələ yetkinlik çağına gəlməmiş birinə necə söz söyləyərik/yüksək mövqedə olan adamlar hələ yetkinlik çağına gəlməmiş birinə necə söz söyləyər?” – dedilər.
  2. Budur bu haqq sözə görə, haqqında ixtilaf edib durduqları, “30. Şübhəsiz mən Allahın quluyam. O mənə kitabı verdi və məni bir peyğəmbər etdı. 31. Məni, mən harada oluramsa, olum mübarək qıldı. Həyatda olduğum müddətcə mənə salaatı [maddi yöndən və zehni mənada dəstək olmağı; cəmiyyəti aydınlatmağı] və zəkatı/vergini öhdəlik olaraq çatdırdı. 32. Və məni, anama yaxşı davranan bir insan etdi. Və məni bir kobud, bədbəxt biri etmədi. 33. Və doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən dirildiləcəyim gün “salam” mənim üzərimədir. 36. Və şübhəsiz, Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona qulluq edin, budur bu, dosdoğru yoldur” 34 deyən Məryəm oğlu İsadır. (Məryəm/29-36)

Zəkəriyyə. Zəkəriyyə ibn Ezen (?) ilə İmran ibn Masan eyni çağda yaşamışdılar. İmranın xanımı isə Hannan bt. Faküzdür. Hz. Zəkəriyyə Hz. Məryəmin bacısı olan İsanın xalası ilə evli idi. Yəhya (ə.s) isə xalasının oğlu idi. [36]

Ayədəki Onu dünyaya gətirdikdə isə: “Rəbbim, şübhəsiz ki, mən onu qız doğdum. Halbuki, Allah onun doğduğu şeyi daha yaxşı bilir – oğlan qız kimi deyildir” ifadəsindən anlaşıldığına görə, İmranın zövcəsi umduğunu tapa bilməmiş, uşağın qız olmasından elə də məmnun olmamışdır. Və ona görə də oğlan qız kimi deyildir demişdir. İmranın xanımının doğulacaq uşağını xidmət üçün Beytül-Maqdisə əhd etmə niyyəti və əzmi nəzərə alındığında, bunun səbəblərinin aşağıdakılar ola biləcəyi düşünülə bilir:

  • O günün şərtlərində qız uşaqları cəmiyyətdə xor görülür, dini xidmət vermələrinə və cəmiyyət içində oğlanlarla bərabər olmalarına izin verilmirdi.
  • Qız uşaqları fiziki yöndən oğlanlardan zəifdir. Hər xidməti edə bilməzlər.

Ayədəki Zəkəriyyə nə zaman onun üzərinə mehraba girsə, onun yanında bir ruzi görürdü. O [Zəkəriyyə]: “Ey Məryəm! Bu sənə haradan?” – dedi. O [Məryəm] də: “O, Allah qatındandır” – dedi ifadəsindəki ruzinin Allah qatından olması, Məryəmə möcüzə olaraq göydən yemək-içmək gəldiyini deyil, özünə Allah rızası üçün edilmiş yardımları ifadə edir. Sədəqə, infaq və yardım Allah rızası üçün edilir və faili gizlənir, təamülən də “Allahdandır” deyilib, keçilir. Ümumiyyətlə faili gizlənmək istənən işin faili “Allah” olaraq xarakterizə edilir.

Bunun başqa bir nümunəsi də Təhrim surəsindədir:

3Bir dəfə Peyğəmbər öz zövcələrindən bəzilərinə bir sözü/hadisəni sirr olaraq açmışdı. Sonra zövcələrindən biri bunu xəbər verincə və Allah Peyğəmbərə bunu bildirincə, Peyğəmbər hadisənin bir qismini bildirmiş, bir qismindən uzaqlaş­mış­dı/bildirmiməşdi. Sonunda o zövcəsinə, bunu özü xəbər verincə zövcəsi: “Bunu sənə kim xəbər verdi?” – dedi. Peyğəmbər: “Mənə yaxşı bilən, yaxşı xəbər alan xəbər verdi” – demişdi.  (Təhrim/3)

38Orada Zəkəriyyə, Rəbbinə yalvardı: “Rəbbim! Mənə qatından təmiz bir nəsil ver. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən” – dedi.

39Sonra Zəkəriyyə, özəl kürsüdə durub salaat edərkən xə­bər­çi ayələr ona: “Şübhəsiz, Allah sənə, Allahdan bir kəlməni doğrulayan, ağa/bir başçı, iffətli bir peyğəmbər olaraq, salehlərdən Yəhyanı müjdələyir” – deyə səs­lən­­dilər.

40Zəkəriyyə: “Rəbbim! Mənə ixtiyarlıq gəlib çatmışkən, zövcəm də qısır ikən mənim üçün dəliqanlı/gənc necə ola bilər?” dedi. Allah: “Belədir, Allah dilədiyini edər” dedi.

41Zəkəriyyə: “Rəbbim! Mənim üçün bir əlamət/nümunə göstər” – dedi. Allah: “Sənin əlamətin/nümunən, işarə ilə istisna olmaqla, insanlarla üç gün danışmamağındır. Və Rəbbini çox an, hər zaman nöqsan sifətlərdən münəzzəh qıl” – dedi.

Bu ayə qrupunda mötərizə açılıb Məryəm və Zəkəriyyə ilə əlaqədar qısa bir məlumat verilir. Xatırlanacağı kimi, Məryəm surəsində Zəkəriyyədən Məryəmə keçilmişdi; burada isə Məryəmdən Zəkəriyyəyə keçilir.

Bölmələrdən anlaşıldığına görə, Zəkəriyyə uşaq həsrəti çəkən bir kişi, zövcəsi də səhhəti doğmağa əlverişli olmayan bir qadındır. Zəkəriyyə: Rəbbim! Mənə qatından təmiz bir nəsil ver. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən – deyə yalvarır. Zəkəriyyə cəmiyyətə təlim verirkən ona: Şübhəsiz, Allah sənə, Allahdan bir kəlməni doğrulayan, ağa/bir başçı, iffətli bir peyğəmbər olaraq, salehlərdən Yəhyanı müjdələyir – deyə vəhy gəlir. Zəkəriyyə özünə vəhylə gələn bu vəhy qarşısında təəccüblənərək: Rəbbim! Mənə ixtiyarlıq gəlib çatmışkən, zövcəm də qısır ikən mənim üçün dəliqanlı/gənc  necə ola bilər? – deyə heyrətini dilə gətirir. Allah da: Belədir, Allah dilədiyini edər – cavabını verir. Bundan sonra Zəkəriyyə: Rəbbim! Mənim üçün bir əlamət/nümunə göstər – deyir. Allah da: Sənin əlamətin/nümunən, işarə ilə istisna olmaqla, insanlarla üç gün danışmamağındır. Və Rəbbini çox an, hər zaman nöqsan sifətlərdən münəzzəh qıl– deyə cavab verir.

Məryəm surəsindəki bu mövzu öyrənilmədən, Al-i İmran surəsindəki bu bölmə anlaşılmaz. Ona görə də bu bölməni anlamaq üçün, əvvəlcə bu mövzuya dair daha əvvəl enən ayələr oxunmalıdır.

Yəhyanı müjdələyən mələklər, xəbərçi vəhylərdir. Məryəm surəsində açıqlanmışdır.

Bu bölmədə nəql edilən Zəkəriyyə peyğəmbərin duası, bizim üçün, xüsusilə də övlad gözləyənlər üçün çox gözəl bir örnəkdir: Rəbbim! Mənə qatından təmiz bir nəsil ver. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən.

Bu mövzuya dair iki örnək dua daha:

  • 3Bir zamanlar o, Rəbbinə gizli olaraq səslənmişdi. 4–6De­mişdi ki: “Rəbbim! Şübhəsiz, mənim sümüyüm zəifləyib yumşaldı və başım ağarmış saçlarımla alov kimi tutuşdu. Sənə dua etməklə də Rəbbim, bədbəxt olmadım. Və həqiqətən mən, məndən sonra, yaxınlarımdan/əmioğullarımdan nigaranam. Zövcəm da qısırdır. Onun üçün qatından mənə, mənə də mirasçı olacaq, Yəqub ailəsinə də mirasçı olacaq bir vəli [köməkçi, qoruyucu yaxın birisi] bağışla. Rəbbim, onu sənin rizanı qazanan, hər kəsin məmnun olacağı biri et!” (Məryəm/3-6)
  • 74Və Rəhmanın qulları: “Rəbbimiz! Bizə həyat yoldaşlarımızdan və bizdən sonrakı nə­sillərimizdən göz aydınlığı olacaq insanlar bəxş et/bağışla. Və bizi Allahın qo­ru­ması altına girmiş insanlara başçı et!” – deyərlər. (Furqan/74)

42,43Və həmçinin xəbərçi ayələr: “Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tərtəmiz biri etdi və səni aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə hörmətli ol, Ona boyun əyib təslimiyyət göstər və Allahı birləyənlərlə bərabər, sən də Allahı birlə!” – demişdilər.

Burada, yenə Məryəmə dönülərək, bu məlumatlar verilmişdir: Məryəm surəsindən, Məryəmə elçi vasitəsi ilə ismarıclar göndərildiyini öyrənmişdik. Buradakı mələklər; “o vəhylər”, mələklərin dedikləri də “o vəhylərdəki ismarıclar”dır. Burada mövzu, intak [danışdırma/dilə gətirmə] sənəti ilə anladılır. Bu ismarıclarda Məryəmə: Ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni tərtəmiz biri etdi və səni aləmlərin qadınlarından üstün etdi. Ey Məryəm! Rəbbinə hörmətli ol, Ona boyun əyib təslimiyyət göstər və rüku edənlərlə [rüku edən oğlanlarla] bərabər rüku et – deyilir ki, bununla Məryəmin oğlanlara qarışması, kişi müəllimlərlə birlikdə müəllimlik etməsi istənilir.

Məryəm və Ənbiya surələrində Məryəmin cüt cinsiyyətli olduğunu açıqlamışdıq.

Ayədəki rüku ifadəsiylə “tövhid müəllimliyi etmək” qəsd edilmişdir.

Ayədəki səni tərtəmiz qıldı ifadəsi, iddia edildiyi kimi, onun heyzdən-nifasdan, kirdən-pasdan təmizləndiyini deyil, şirkdən təmizlənib, uzaq tutulduğunu ifadə edər. Sözün orijinalı olan tathir ilə əlaqədar Vaqiə surəsindəki açıqlamamıza baxıla bilir. [37]

44Bax budur, bu dərk edə bilmədiyin, keçmişin əhəmiyyətli xəbərlərindən sənə vəhy etdiklərimizdir. Və Məryəmə hansı kəfil olacağına ləmlərini atarlarkən, sən yanlarında deyildin. Onlar mübahisə edərkən də, sən yanlarında deyildin.

Bu ayələrdə, Rəsulullaha xitab edilərək, Əhl-i Kitab (xüsusilə də Nəcran heyəti) xəbərdar edilir. Çünki Rəsulullah bunları bilmirdi. Əhl-i Kitab biliklilərinin hər kəsdən gizlədikləri Zəkəriyyə, Yəhya və Məryəmə aid bu məlumatlar, Rəsulullaha Allah tərəfindən möcüzə olaraq bildirilərək, ifşa edilmişdir ki, bu, Muhəmmədin peyğəmbərliyinə açıq bir dəlildir. Belə ki, İmranın zövcəsinin hamilə qaldığını, qarnındakı uşağı məscidə əhd etdiyini, qız doğduğunu, adını Məryəm qoyduğunu, “Oğlan, qız kimi deyildir” dediyini, və onun kəfilinin kim olacağının müəyyən edilməsi üçün mübahisə edildiyini, püşk çəkildiyini, Zəkəriyyənin kəfil olduğunu, həmçinin Zəkəriyyə və Yəhya ilə əlaqədar məlumatları Məkkəli Muhəmməd əsrlər sonra haradan bilə bilərdi? Quranda bu məlumatların yer alması, bu məlumatları Əhl-i Kitaba oxuması, Muhəmmədin peyğəmbərliyinin və Quranın onun tərəfindən yazılmadığının açıq-aşkar göstəricisidir.

Bu tərz qeybi xəbərlərlə möcüzə göstərilməsi, bir çox mövzuda gerçəkləşmişdir:

  • 3Biz iman edəcək bir cəmiyyət üçün Musa və Fironun önəmli xəbərlərindən bir qismini sənə haqq ilə oxuyuruq, təqib etdirırik. (Qasas/3)
  • 46,47Və Biz səsləndiyimiz zaman, Turun yanında da deyildin. Əksinə, səndən əvvəl öz­lərinə xəbərdar edən/peyğəmbər gəlməyən bir qövmü xəbərdar etməyin üçün və öz əllərinin etdikləri ucbatından başlarına bir pis iş gəldiyində dərhal: “Rəb­bi­miz! Nə olardı, bizə bir peyğəmbər göndərsəydin, ayələrinə uysaydıq və mö­min­lər­dən olsaydıq” – deyə bilməsinlər, onlar öyüd alsınlar deyə, Rəbbindən bir mərhəmət ola­raq… orada olub-keçənləri sənə bildirdik, səni elçi olaraq, göndərdik.(Qasas/46, 47)
  • 102Bax budur, bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa onlar edəcəklərinə qərar verib pis plan qurarkən, sən onların yanında deyildin. (Yusuf/102)
  • 49Bax budur, Nuh ilə əlaqədar anladılanlar, sənə vəhy etdiyimiz görülməyənin, eşi­dil­məyənin, seçilməyənin xəbərlərindəndir. Bunları sən və qövmün bundan əv­vəl bilmirdiniz. Bu halda səbr et. Şübhəsiz ki, aqibət Allahın qoruması altına gir­ənlərindir. (Hud/49)

Ayədə diqqət çəkən başqa bir məqam da Qələmlərini atarlarkən ifadəsidir. Tarixi məlumatlara görə “qələm atmaq” bir püşk atma şəklidir. Püşkatmaya qatılacaq olanlar toplanıb qələmlərini [çöplərini] suya atarlar, suyun axıntısına qapılmayan çöpün sahibi püşkü qazanmış sayılırdı.

Anlaşılan odur ki, Məryəm onlar üçün bir problem təşkil etmiş və buna görə də püşk çəkmək məcburiyyətində qalmışlar, püşk nəticəsində Zəkəriyyə Məryəmin kəfili olmuşdur.

Püşk çəkilməsi və Zəkəriyyənin Məryəmə kəfil olması, Məryəmin cüt cinsiyyətli olduğuna görə məsciddə ortaya çıxacaq problemlərdən qaynaqlanmış olmalıdır.

45–46Həmçinin bir zaman xəbərçi ayələr: “Ey Məryəm! Allah səni Özündən bir kəlməylə müjdələyir. Onun adı, Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə hörmətlidir. Və O, yaxınlaşdırılanlardan və salehlərdəndir. Yüksək mövqedə və yetişkin biri olaraq da insanlarla danışacaqdır. 48Və Allah ona kitabı, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları və Tövrat ilə İncili öyrədəcək.

49–51Və onu İsrailoğullarına: “Bu bir həqiqətdir ki, mən sizə, Rəbbinizdən bir əlamət/nümunə gətirdim/nümunə ilə gəldim. Şübhəsiz ki, mən sizin üçün  palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey – “buxurdan” (tüstülük) düzəldərəm. Sonra onun içinə üfləyərəm/aerozol əmələ gətirərəm və Allahın izni ilə xəstəlik törədən şeylər quş olar/uçar gedər. Mən koru və cüzamı sağaldar, sosial ölüləri Allahın izni ilə dirildərəm. Yediklərinizi və evlərinizdə yığıb sonraya saxlayacaqlarınızı sizə xəbər verərəm. Əgər inananlarsınızsa, bunda sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Tövratdan, sadəcə İncildə yer alanları doğru­la­yacağam. Sizə qadağan olunmış olanların bir qismini sərbəst edəcəyəm. Rəbbinizdən bir əla­mət/nümunə də gətirdim sizə. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Şübhəsiz ki, Allah mənim Rəbbimdir və sizin Rəbbinizdir. Onun üçün Ona qulluq edin! Bax budur, bu doğru yoldur” – deyə bir elçi edəcək” – demişdilər.

Bu ayədə, yaratma şəkilləri və Allahın elçi yetişdirməsindən bəhs edilir, bununla yanaşı da Zəkəriyyə ilə Məryəmə çatdırılan ismarıcların məzmunu açıqlanır. Yuxarıda ismarıcın bir hissəsini görmüşdük.

Buradakı mələklər 42-43-cü ayələrdə olduğu kimi, “vəhylər”, mələklərin dedikləri isə “o vəhylərdəki ismarıclar”dır. Burada mövzu, intak [danışdırma/dilə gətirmə] bədii sənəti ilə anladılır. Əslində bu ismarıclar Zəkəriyyəyə vəhy edilmiş, Zəkəriyyə də Məryəmə çatdırmışdır. Əhzab/30-34-də də Rəsulullah vasitəsiylə onun qadınlarına xitab edildiyini görəcəyik.

Ayədə İsa peyğəmbər “məsih” olaraq xarakterizə edilir. Bu sözün İbranicə, əslinin də “məşih” olduğu qəbul edilir. Biz “məsih” sözünün ərəbcə olduğunu fərz edərək, qısaca təhlilini veririk:

مسيح [məsih] sözünün kökü olan مسح [məsh]-in mənası, “hər hansı bir şeyi əllə sıvazlayaraq təmizləmək”dir. [38] Məsih sözü, mübaliğə ism-i fail olduğundan, “irəli dərəcədə kirli şeylərin kirini sıvazlayıb təmizləyən, tozunu kirini aradan qaldıran” mənasına gəlir.

Sözün bu mənasına görə, İsa peyğəmbərə bu adın verilmə səbəbi olaraq bu görüşlər ortaya atılmışdır: “Yer üzünü məsh etdiyi, yəni bir çox yerdə dolaşıb təbliğlə məşğul olduğu üçün”, “xəstəyə əl sürtdüyündə xəstə yaxşılaşdığı üçün”, “yetimləri çox sevib yetimlərin başını oxşadığı üçün”, “günahları təmizlətdiyi üçün” İsaya Məsih deyilmişdir.

Bizə görə isə İsa Tövrata sürülən ləkələri təmizlədiyi, təmizləyəcəyi üçün Məsih olaraq xarakterizə edilmişdir.

46-cı ayədə İsa üçün Yüksək mövqedə və yetişkin biri olaraq da insanlarla danışacaqdır buyurulur. Bu məqamın yaxşı anlaşılması üçün aşağıdakı xüsuslara diqqət edilməlidir:

Rəsmi Düzülüş tərtib heyətinin Nəcmləri və dilçilik qaydalarını nəzərə almadıqlarını, Rəsmi Düzülüşü xronoloji olaraq tərtib etmədiklərini göstərmiş; bu vəziyyətin də, tərtib heyətinin dilçilikdə mütəxəssis olmamalarından, düzəltmələri sonra etmək üçün əvvəlcə bütünü qoruma yolunu tərcih etmələrindən qaynaqlanmış ola biləcəyini ifadə etmişdik.

Belə ki, bu heyətin və baş məsul olanın bu mənfiliklərə qarşı həssas olmaması, buna görə də bir çox hadisə və qətliamın zühuru, buna rəğmən tərtibin tədqiqinin qarşısının alınması, bizi, bunun ehtiyatsızlıq və qəflətdən deyil, xəyanətdən qaynaqlandığı qənaətinə sövq etdi.

Qurandakı [Məryəm, Zühruf, Nisa surələri] İsa peyğəmbərlə əlaqədar bölmələrdə bəzi ayələrin yer dəyişdirmiş olduğunu, bunların olduğu yerə texniki və semantik mənada uyğun düşmədiyini gördük və bunları da qeyd etdik.

Qurandakı bəzi ayələr, yerlərindən alınıb İsa ilə əlaqədar bölmənin içinə yerləşdirilmiş, bunun nəticəsi olaraq da Qurana aid olan xüsusiyyətlər, İsa peyğəmbərə sürüşdürülmüş, beləliklə də, yanlış inancların meydana çıxması təmin edilmişdir. Buna görə də, tərtibdə olduğu kimi, qiraətdə də bir dəxlin olub, olmadığını araşdırmağı bir iman borcu bildik və Məryəm surəsindəki İsa ilə əlaqədar bölməni yenidən ələ alıb, təhlil etdik və daha əvvəl əhəmiyyət vermədiyimiz çox əhəmiyyətli faktlara çatdıq. Bu ayələri yeni faktlar çərçivəsində tərcümə edirik.

Məryəm/29-cu ayənin, mövcud Rəsmi Düzülüşdəki ifadəsinə görə tərcüməsi belədir:

  • Bundan sonra o [Məryəm], ona [çağaya] işarə etdi. Onlar: “Biz beşikdə bir sabi olan kimsə ilə necə danışarıq?” – dedilər. (Məryəm/29)

Bu tərcüməyə görə Məryəm, elçinin öyüdünə uyaraq oruc tutmuş və qövmünün kəskin ittihamlarına rəğmən onlara cavab verməmişdir. Danışmadığı kimi, “Sizə o cavab verəcək” şəklində çağasına işarə etməsi də hər kəsi hövsələdən çıxarmış və qövmünün Biz beşikdə bir sabi olan kimsə ilə necə danışarıqsözlərinə müxatib olmuşdur.

Bu ifadələrə görə, İsa beşikdə danışmışdır. Bu məna Al-i İmran/46, Maidə/110-cu ayələrin mövcud qiraətləriylə də dəstəklənmiş və İsaya beşikdə danışma möcüzəsi verilmiş və İsa, mövcud ayə tərtibinə görə beşikdəykən, Şübhəsiz mənn Allahın quluyum. O mənə kitabı verdi və məni bir peyğəmbər qıldı [etdi]. Məni, mən harada oluramsa olum mübarək qıldı. Həyatda olduğum müddətdə mənə salaatı və zəkatı tövsiyə etdi. və məni, anama yaxşı davranan bir kimsə [qıldı]. Və məni bir kobud, bir bədbəxt qılmadı. Və doğulduğum gün, öləcəyim gün və diri olaraq baas olacağım [yenidən dirildiləcəyim] gün salam mənim üzərimədir. Və şübhəsiz Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona ibadət edin, budur bu, ən doğru yoldur deyə danışmışdır. (!)

Belə ki, qeyd etdiyimiz kimi, bu paraqrafın tərtibi də düzgün edilməmiş, İsanın sözlərindən olan 36-cı ayə [“Və şübhəsiz Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona ibadət edin, budur bu, ən doğru yoldur” ifadələri], 34-cü ayə olaraq tərtib edilərək, paraqraf qaydasızlaşdırılmış və mənasızlaşdırılmışdır.

Biz təhlilimizi əvvəlcə bu bölmədə və İsa ilə əlaqədar digər ayələrdə yer alan المَهد [əl-məhdu/beşik]sözü üzərində etdik. Digər sözlər kimi, ilk Rəsmi Düzülüşlərdə hərəkəsiz olaraq yazılmış olan bu sözün, المَهد [əl-məhdi], المُهد [əl-mudu]və المِهد [əl-mihdu] olaraq oxunması mümkündür. المَهد [əl-məhdu] oxunursa,“beşik”; المُهد [el-mühdi] oxunursa “yüksək mövqemənasına gəlir. [39]

Əlimizdəki Rəsmi Düzülüşdə bu sözün İsa ilə əlaqədar ilk keçdiyi yer Al-i İmran/38-39-cu ayələrdir. İlk Rəsmi Düzülüşlərdən İsam nüsxəsində bu ayələrin yer aldığı 385-ci vərəq itibdir. Bu səhifə, Davud b. Əli Keylani tərəfindən Məkkədə 1437/841 ilində yazılaraq, Rəsmi Düzülüşə yerləşdirilmişdir. [40] İtmiş olan səhifəni yazanlar ayədəki المهد [əl-mhd] sözünü hərəkələməmişlər; yəni sözü المَهد [əl-məhdu], المُهد [əl-muhdu] və المِهد [əl-mihdu] şəklində oxuna bilən etmişlər.

Məryəm/29-dakı əl-məhdu sözü المُهد [əl-muhdu] şəklində oxunursa, ayənin mənası “Bundan sonra o [Məryəm], ona [çağaya] işarə etdi. Onlar:  “Biz, yüksək mövqedəki insanlar, sabi ilə necə danışarıq?” –dedilər” şəklində olacaqdır.

Yenə bu ayənin orijinalındakı نكلّم [nukəllimu] deyə oxunan sözün, ilk Rəsmi Düzülüşlərdə hərəkəsiz olması və bu sözü təşkil edən hərflərin يكلّم [yukəllimu] şəklində də oxuna biləcəyi reallığından hərəkət edildiyində, ayənin mənası “Bundan sonra o [Məryəm], ona [çağaya] işarə etdi. Onlar, “Yüksək mövqedəki insanlar, sabi ilə necə danışar?” – dedilər şəklində olur.

Beləliklə, ayədəki sözlərin qiraətlərini və mənalarını açıqladıqdan sonra bölmədəki ayələrin tərtibi mövzusuna yenidən dönürük.

Əlimizdəki Rəsmi Düzülüşın 30-cu ayəsi قال [qalə/dedi ki] ifadəsiylə başlayır. Bu ayə 29-cu ayənin davamında tərtib edilərək, İsa, beşikdəki uşaq dedi ki: “…” mənası düzəldilmişdir. Bu sözlər, beşikdəki çağanın danışa bilməyəcəyini irəli sürənlərə bir göstəriş halında olsa idi, texniki olaraq cümlə “fa-i takibiyyə” ilə başlayaraq, ifadə فقال [fə qalə] şəklində olmalı idi. Necə ki, 29-cu ayədə Məryəmə edilən ittiham qarşısında Məryəmin özünü müdafiə etməsi,  فأشارت اليه [fə əşarət ileyhi/bundan sonra O, (yəni, Məryəm), Ona [çağaya] işarə etdi] şəklində “fa-i takıbiyyə” ilə gəlmişdir.

Qısacası 30-cu ayə də texniki yöndən olduğu yerə uyğun deyildir. 30-cu ayə texniki və məna etibariylə 34-cü ayənin davamıdır. Cümlə halında 31-33 və 36-cı ayələrlə birlikdə 34-cü ayədə yer alan “Məryəm oğlu İsa” ifadəsinin sifətidir. Bu qəbula görə, paraqrafın mənası belə olacaqdır:

  1. Bundan sonra Məryəm ona – doğum anında aşağı tərəfində olan adama – Zəkəriyyəyə işarə etdi, ondan nə olduğunu açıqlamasını istədi. Zəkəriyyə Məryəmin zina etmədən uşağı doğduğuna kəfil olub, uşağın məbəddə yetişdirilməsini istədi. Onlar: “Biz, yüksək mövqedə olan adamlar, hələ yetkinlik çağına gəlməmiş birinə necə söz söyləyərik/yüksək mövqedə olan adamlar hələ yetkinlik çağına gəlməmiş birinə necə söz söyləyər?” – dedilər.
  2. Budur bu haqq sözə görə, haqqında ixtilaf edib durduqları, “30. Şübhəsiz mən Allahın quluyam. O mənə kitabı verdi və məni bir peyğəmbər etdı. 31. Məni, mən harada oluramsa, olum mübarək qıldı. Həyatda olduğum müddətcə mənə salaatı [maddi yöndən və zehni mənada dəstək olmağı; cəmiyyəti aydınlatmağı] və zəkatı/vergini öhdəlik olaraq çatdırdı. 32. Və məni, anama yaxşı davranan bir insan etdi. Və məni bir kobud, bədbəxt biri etmədi. 33. Və doğulduğum gün, öləcəyim gün və diri olaraq yenidən dirildiləcəyim gün “salam” mənim üzərimədir. 36. Və şübhəsiz, Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda Ona qulluq edin, budur bu, dosdoğru yoldur” 34 deyən Məryəm oğlu İsadır. (Məryəm/29, 34, 30-33, 36, 34)

Bu paraqrafda açıq şəkildə İsanın peyğəmbərlik vəzifəsi və həyatı xülasə edilmişdir. Onun təbliğində də Sünnətullahdan başqa hər hansı bir qeyri-adilikdən bəhs edilmir. İsanın missiyası ilə əlaqədar burada verilən xülasə aşağıdakı ayələrdə də zikr edilmişdir:

  • 72And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi.
  • 73And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır. (Maidə/72, 73)
  • 63,64İsa açıq-aşkar dəlillərlə gəldiyi zaman dedi ki: “Mən sizə haqsızlıq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları gətirdim və haqqında ixtilafa düşdüyünüz şeylərin bir qismini sizə açıqlamaq üçün gəldim. O halda Allahın qoru­ması altına girin və mənə itaət edin. Şübhəsiz ki, Allah… O, mənim Rəbbimdir və sizin də Rəbbinizdir. Belə isə, Ona qulluq edin. Bax budur, bu doğru bir yoldur”. (Zühruf/63, 64)

Bu paraqrafdakı mətnə görə də “mühd”də [yüksək mövqedə] olan İsa deyil o günün öndə gedən məbəd vəzifəliləridir.

Məsələnin təməl ünsürü olan  المهد[əl-məhd] kəlməsi İsa peyğəmbərlə əlaqədar olan Al-i İmran/46 və Maidə/110-da da keçir. Söz المُهد [əl-muhd] şəklində oxunub, mənalandırıldığında bu ayələrin mənası belə olacaqdır:

  • 45–46Həmçinin bir zaman xəbərçi ayələr: “Ey Məryəm! Allah səni Özündən bir kəlməylə müjdələyir. Onun adı, Məryəm oğlu İsa Məsihdir. Dünya və axirətdə hörmətlidir. Və O, yaxınlaşdırılanlardan və salehlərdəndir. Yüksək mövqedə və yetişkin biri olaraq da insanlarla danışacaqdır. 48Və Allah ona kitabı, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları və Tövrat ilə İncili öyrədəcək. (Al-i İmran/45-48)
  • 110Həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənin üzərində və ananın üzərində olan nemətimi xatırla! Həmçinin Mən səni Allahın vəhyi ilə gücləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetişkin biri olaraq, insanlarla danışırdın. Həmçinin sənə Kitabı – haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları, Tövratı və İncili öyrətmişdim.
  • Həmçinin mənim iznim ilə/biliyim ilə palçıqdan/gildən (keramikadan) quş kimi bir şey (Buxurdan) düzəldirdin. Sonra da onun içinə üfləyirdin/aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan/aşılayan həşəratlar) mənim iznim ilə quş olurdu/tezliklə gedirdilər. Anadangəlmə kor olanı və cüzam xəstəliyinə yaxalanmış olanı iznim ilə/biliyim ilə yaxşılaşdırırdın. Yenə mənim iznim ilə/biliyim ilə sosial ölüləri çıxarırdın/canlandırırdın. Və həmçinin İsrailoğullarına açıq-aşkar dəlillərilə gələrək, onlardan Allahın tanrılığına və rəbbliyinə inanmayanların: “Bu, ancaq açıq-aşkar bir sehrdir” – dedikləri zaman səni onlardan qorumuşdum. (Maidə/110)

Bu ayələrdə, Məryəm/29-un əksinə yüksək mövqedə olan İsadır. Rabbimiz ona yüksək mövqelər ehsan etmişdir. Bu Nisa/158-də Onu qəti olaraq öldürmədilər. Əksinə, Allah onu özünə yüksəltdi [dərəcəsini artırdı] şəklində ifadə edilmişdir.

Belə yüksək mövqelərin İdris peyğəmbərə də ehsan edildiyi bildirilmişdir:

  • 56Və Kitabda İdrisi an/xatırlat. Şübhəsiz, o, özü-sözü doğru biri idi, bir peyğəmbər idi. 57Və Biz onu uca bir məkana yüksəltdik. (Məryəm/56, 57)

Bu açıqlamalardan anlaşıldığına görə, Rəsmi Düzülüşdəki İsa ilə əlaqədar bölmələrin ayələrinin yerləri və qiraətləri, İsaya xüsusi bir status verə bilmək üçün, şüurlu olaraq dəyişdirilmiş və beləliklə, İsa beşikdə ikən danışdırılmış, göyə/Allahın yanına uçurulmuş, insanlar təkrar gələcyinə inandırılmış, gəlişi qiyamət əlaməti sayılmış və ölmədən əvvəl hər kəsin ona iman edəcəyi inancı yayğınlaşdırılmışdır.

Yəhudi və Xristiyanlar İsa peyğəmbərin beşikdə danışdığını rədd edir və bu görüşləri irəli sürürlər:

Əgər bu hadisə həqiqətən meydana gəlsəydi, çox maraqlı və təsirləyici olduğuna görə folklor şəklində yayılar və heç unudulmazdı. Halbuki belə bir hadisə heç eşidilməmişdir və Xristiyanların ən fanatiklərində belə, bu cür bir inanc əmələ gətirməmişdir. Həmçinin Yəhudilərin o dövrdə İsaya düşmən olduqları tarixi bir reallıqdır. Belə ki, İsa elçiliyini elan etdikdə onu öldürməyə çalışmışdılar. Əgər İsa beşikdə danışmış və peyğəmbərliyini elan etmiş olsaydı, Yəhudilər onu elə o zaman ortadan qaldırardılar.

Biz bu görüşü daha əvvəl “İsa peyğəmbərin beşikdə danışma möcüzəsinə inanmayanların bu düşüncələri ilk baxışda məntiqli kimi görünsə də, o günün fanat Yəhudilərinin zina ilə günahlandırdıqları Məryəmi niyə rəcm etmədiklərinin cavabını açıqlamağa kifayət deyil. Bizə görə, Məryəmi İsrailoğullarının rəcm etmə təşəbbüsündən ancaq belə bir möcüzə qurtarmış ola bilir” məntiqiylə rədd etmişdik. Lakin daha sonrakı araşdırmalarımız nəticəsində belə bir hadisənin vaqe olmadığı qənaətinə çatmış və bunun dəlillərini də yuxarıda zikr etmiş oluruq.

الاكمه Əkməh. Quranda İsa peyğəmbərlə əlaqədar ayələrdə [41] keçən “ الاكمهƏkməh” sözü, ümumilikdə İsa peyğəmbərə möcüzə isnad edə bilmək üçün “anadangəlmə kor” mənasıyla məşhur olmuşdur. Belə olduqda da İsa peyğəmbərin “anadan; yaradılışdan kor” olanları sağaltdığı qəbulu yayğınlaşmışdır.

Qədim, mötəbər lüğətlərin [42] bəyanına görə isə sözün doğru mənası belədir:

  • “Lüğət əhli bu sözün həm “anadangəlmə kor”, həm də “sonradan kor” mənasında olduğunu söyləmişdir.
  • Süveyd və İbn-i Siydənin şeirlərində bu söz, “Hava tozlu olduğuna görə günəşin konkret olaraq görülə bilinməməsi” mənasında işlədilmişdir. (Şeirlərin orijinalları mövcuddur. Qəbul edilməli olan da bu mənadır)
  • Bu söz, ağlını sonradan itirənlər üçün də işlədilmişdir.
  • İbn-i Arabi bu sözün “gündüz görüb, gecə görməyən” mənasında olduğunu söyləmişdir.
  • Əbu-l Hesiym bu sözün “yaxşı görə bilməyib yolda səntirləyən; çaşan və tərəddüd edən” mənasında olduğunu söyləmişdir.

Belə olduqda “ الاكمهəkməh” sözü katarakt, traxoma və s. kimi sonradan meydana çıxan göz xəstəliklərinin adıdır. İsa peyğəmbər də bunların həkimliyini etmişdir.

 

 

البرص- الأبرص- الأبرض Bars-Əbras-Əbrad. Qədim lüğətlərə [43] görə “ برصBars” sözünün öz mənası “qarışıq rəng: bir nöqtə qırmızı, digər nöqtə qara və s.” deməkdir ki, atın rənglərinin içində ovuc içi qədər ağ nöqtənin varlığı”ndan gəlmədir.

Bu “ برصbars” sözü, bədən üzərində görülən ağ ləkələrdən ibarət olan xəstəliyə (abraş/alaca) də ad olmuşdur.

Quranda Abras-alaca mənası verilən “ برصBars” sözü keçməz. Quranda (Ənam/49 və Maidə/110) “الأبرص Əbras” sözü keçir. Ərəblər bu sözü “ سأمّ ابرصSammu Əbras” şəklində işlədir. İki kəlmədən ibarət olan bu ifadə, tək bir isim qəbul edilir; izafət və çəkimə tabe olduğu qəbul edilmir. Bu isim bəzən “ السامes-samm”, bəzən də “الأبرص Əbras” halında tək-tək də işlədilir.

Bu sözün mənası “kiçik başlı, uzun quyruqlu böyük kərtənkələ zəhəri, əqrəb zəhəri” deməkdir.

Quranda keçən budur, bu “ الأبرصəbras” sözü “kərtənkələ zəhəri, əqrəb zəhəri” mənasındadır.

Təəssüf ki, İsa peyğəmbərə möcüzə isnad edilə bilmək üçün “ برصBARS” mənası verilmişdir.

Qurandaki ifadələri bu mənaya alarıqsa, İsa peyğəmbərin “kərtənkələ və əqrəb zəhərlənmələrini müalicə etdiyi” mənası ortaya çıxar.

Bu söz, bilindiyi kimi ilk Rəsmi Düzülüşlərdə nöqtəsizdi. İndi “ صSad” hərfi olaraq oxuduğumuzu “ ض dad” hərfi olaraq da oxumaq mümkün idi. Biz, bir də bu “ الأبرصƏBRAS” sözünü ehtimal edilən məna olan “ الأبرضƏBRAD” olaraq da ələ alaq.

Qədim mötəbər lüğətlərə [44] görə “ الأبرضəl-Əbrad” sözünün mənası “azlıq”dan gəlir ki, ərəblər bağlarında bağçalarında əkdikləri toxumlardan öncə torpaqdan çıxan, tarlaya zərərli olacaq, alaq edilməli olan qamış, tikanlı ot və s. kimi alaq otlarına “ ألأبرضəbrad” deyirlər.

Sözü, ehtimal edilən bu qiraət üzərindən ələ alarıqsa, İsa peyğəmbərin “bağlarda, bağçalarda, tarlalarda əkib dikilən bitkilərə zərər verəcək bitkiləri uzaqlaşdırdığı, bunun elmini öyrənmiş olduğu anlaşılır.

Bu paraqrafda İsanın İsrailoğullarina: Ölüləri Allahın izniylə dirildərəm – deyəcəyi İsa doğulmadan əvvəl Məryəmə bildirilmişdir. Burada İsanın ölüləri diriltməsi, həqiqi mənada anlaşılaraq, bu mövzuda bir çox əfsanə ortaya atılmışdır. Bunlardan bəziləri belədir:

  • Ətrafdakılar bunu görüncə İsaya: “Sən, ölümünün üzərində çox zaman keçməmiş insanları dirildirsən. Bəlkə də bunlar ölməmişdilər, keçici bir pozuqluğa yaxalanmışdılar. O baxımdan sən bizə Hz. Nuhun oğlu Samı dirilt” – dedilər. İsa onlara:  “Mənə onun qəbrini göstərin” – dedi. Daha sonra Hz. İsa və onunla birlikdə bir dəstə camaat yola düzəldilər. Nəhayət onun qəbrinin yanına çatdılar. Hz. İsa Uca Allaha dua etdi, o da qəbrindən saçları ağarmış olaraq çıxdı. Hz. İsa ona: “Sizin dövrünüzdə saç ağarması deyə bir şey yox idi. Necə oldu ki, saçların ağardı?” – deyə soruşunca: “Ey Allahın ruhu!” – dedi, “Sən məni çağırınca, mən:  “Allahın ruhuna icabət et” – deyən bir səs eşitdim. Qiyamətin qopduğunu zənn etdim, budur, ola bilsin ki, bunun dəhşətindən saçlarım ağardı”. Hz. İsa ondan, ruhun necə təslim edildiyini soruşdu, bu cavabı verdi: “Ey Allahın ruhu! Ruhun təslim edilməsinin ağrısı qırtlağımdan getmiş deyildir”.

Əslində isə ölümünün üzərindən 4.000 ildən artıq bir zaman keçmişdi. Ətrafındakılara da:  “Onu təsdiq edin, bu bir peyğəmbərdir” – dedi. Bir qismi Hz. İsaya iman etdi, bir qismi də onu yalan sayaraq:  “Bu bir ovsundur” – dedi. [45]

Kelbi Hz. İsanın ölüləri: “Ta-Hayy, ya Kayyum!…” – deyərək diriltdiyini; dostu olan Azəri beləcə diriltdiyini, Sam ibn Nuhu qəbrindən çağırdığını, onun da diri olaraq qəbrindən çıxdığını, sonra bir yaşlı adamın, o anda ölmüş olan oğluna uğradığını, onun dərhal Allaha dua etdiyini, onun da diri olaraq tabutundan çıxıb, oğul-uşağının yanına döndüyünü söyləmişdir. [46]

Quranın bir çox ayəsində, “ölü” ifadəsi, birbaşa ölü mənasında deyil, “yaşayan ölü” [mənəvi mənada ölü] mənasında işlədilmişdir:

  • 80Şübhəsiz ki, sən ölülərə dinlədə bilməzsən və arxasını dönüb qaçdıqları zaman karlara da bu çağırışı eşitdirə bilməzsən. (Nəml/80)
  • 22Ölülərlə dirilər də eyni olmaz. Şübhəsiz ki, Allah hər dilədiyinə/diləyənə eşitdirir. Sən isə qəbirlərdəki insanlara eşitdirə bilməzsən. (Fatir/22)
  • 122Ölü ikən özünü diriltdiyimiz və insanlar içində yeriməsi üçün özünə bir nur verdiyimiz insanın vəziyyəti qaranlıqlarda qalıb, oradan bir çıxış yolu tapa bilməyənin vəziyyəti kimidirmi? Bax budur, kafirlərə etməkdə olduqları belə “bəzəkli və cəzbedici” göstərilmişdir. (Ənam/122)

Bu ayələrdəki “ölü” ifadəsi rahatlıqla anlaşıla biləcəyi kimi, mənəvi mənada ölü; şirkə və küfrə batmış, ağıl və vicdanını itirmiş insanlar üçün işlədilmişdir.

Yeri gəlmişkən, Quranın bu ölüləri diriltmək üçün göndərildiyi və ruh olduğu da xatırlanmalıdır:

  • 52,53Bax budur, beləcə, Biz sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan di­lə­diyimizi onunla bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də ən ­doğ­ru bir yola – göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçi­lik et­mək­dəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/52, 53)

Bu məlumatlardan sonra indi bu ayəyə diqqət edək:

  • 24Ey iman edənlər! Elçi sizi, sizə həyat verəcək şeylərə çağırdığı zaman Allaha və Elçiyə qarşılıq verin. Və bilin ki, Allah insan ilə onun qəlbi arasına girər. Və siz, tam qətiliklə, Onun hüzurunda toplanacaqsınız. (Ənfal/24)

Demək olur ki, İsa peyğəmbərin gətirdiyi, cəmiyyətə çatdırdığı vəhylər də mənəvi həyatın qaynağı olub, mənən ölü olan insanların dirilmələrini təmin etmişdir.

Quş Yaratma. Bölmədəki  “Bu bir həqiqətdir ki, mən sizə, Rəbbinizdən bir əlamət/nümunə gətirdim/nümunə ilə gəldim. Şübhəsiz ki, mən sizin üçün  palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey – “buxurdan” (tüstülük) düzəldərəm. Sonra onun içinə üfləyərəm/aerozol əmələ gətirərəm və Allahın izni ilə xəstəlik törədən şeylər quş olar/uçar gedər” ifadələriylə İsa peyğəmbərin İsrailoğullarına göndərilməsi və göndərilmə səbəbləri açıqlanır. Musa və Harun peyğəmbərlər həm İsrailoğullarına vəhyi, tövhidi öyrətmək, həm də İsrailoğullarını Misirdəki əsarətdən qurtarmaq üçün göndərilmişdilər. Buradakı bölmədə İsa peyğəmbərin vəhyi təbliğ etməsiylə birlikdə, İsrailoğullarını yoluxucu halda sarmış olan xəstəliklərdən qurtarmaq, onlara qarşı öncədən tədbir almaq və onlara rahat bir dolanışıq təmin etmək üçün,  qoruyucu həkimlik, göz həkimliyi, dəri-zöhrəvi həkimliyi və sağlam qida tükədilməsi və konserva, turşu, doşab, salamura tədarükü, arpa, buğda,  quru paxlakimilər saxlanması və bunların nəm və həşəratdan qorunmasının öyrədilməsi kimi vəzifələrlə göndərildiyi  xülasə olaraq açıqlanır.

Bizim “Şübhəsiz ki, mən sizin üçün  palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey – “buxurdan” (tüstülük) düzəldərəm” deyə tərcümə etdiyimiz ayədəki “düzəldərəm” felinin tamamlığı ayənin orijinalında yer almamış, bu paraqrafın söz axışı içində oxucunun təqdirinə buraxılmışdır. Ayədə “quş fiquru, quş maketi düzəldərəm” deyilməyib, “quş şəkli, quş fiquru, quş maketi kimi bir şey” düzəldərəm deyilir ki, burada İsanın quş şəklində gildən buxurdanlıq düzəldib, içərisinə qoyduğu ədviyyata  (…….) üfləyərək, çıxan tüstü və qoxu ilə milçək, ağcaqanad kimi göz xəstəliyi və s.yə səbəb olan böcəkləri ətrafdan uzaqlaşdırdığı açıqlanır. Bu gün mövcud olan keramik buxurdanların çoxunun quş şəklində olduğu (durna çırağı) aşkardır.

Yenə ayədə “fəyəkünü (olur)” felinin mübtədası (subyekti) də yer almamış, bu da söz axışından anlaşılmağa buraxılmışdır.

Ayələrin hərfi mənalarından anlaşılan bu həqiqətlər yaxın zamanda deşifrə edilən Essenilərə aid Kumran yazılarıyla da təsdiq edilir. [47]

Quş yaratmağın doğru anlaşıla bilməsi üçün “xalq” felinin mənası da doğru bir şəkildə təsbit edilməlidir:

خلق [xəlq]sözünün əsas mənası “təqdir”dir [nizamlama, ölçüləndirmə, şəkilləndirmədir]. Ərəb dilində “nümunəsiz olaraq, təqlid olmayaraq etmək”dir. Əbu Bəkr ibn əl-Ənbari: “Xalq sözü ərəb dilində “inşatəqdir mənalarında olmaqla iki aspektdə işlədilir” – deyir. [48]

Xalq feli Quranda (nümunə üçün Bəqərə/21, 29; Fəcr/8; Möminlər/14; Şüəra/137; Ənkəbud/17; Sad/7), “təqdir etmə, şəkilləndirmə, tənzimləmə, şəkil vermə, uydurma” mənalarında işlədilmişdir.

Bu iki ayə  خلَق [xəlq] felinin “təqdir” mənasında olduğunu qəbul etməyə imkan verir:

  • 110Həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənin üzərində və ananın üzərində olan nemətimi xatırla! Həmçinin Mən səni Allahın vəhyi ilə gücləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetişkin biri olaraq, insanlarla danışırdın. Həmçinin sənə Kitabı – haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları, Tövratı və İncili öyrətmişdim.
  • Həmçinin mənim iznim ilə/biliyim ilə palçıqdan/gildən (keramikadan) quş kimi bir şey (Buxurdan) düzəldirdin. Sonra da onun içinə üfləyirdin/aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan/aşılayan həşəratlar) mənim iznim ilə quş olurdu/tezliklə gedirdilər. Anadangəlmə kor olanı və cüzam xəstəliyinə yaxalanmış olanı iznim ilə/biliyim ilə yaxşılaşdırırdın. Yenə mənim iznim ilə/biliyim ilə sosial ölüləri çıxarırdın/canlandırırdın. Və həmçinin İsrailoğullarına açıq-aşkar dəlillərilə gələrək, onlardan Allahın tanrılığına və rəbbliyinə inanmayanların: “Bu, ancaq açıq-aşkar bir sehrdir” – dedikləri zaman səni onlardan qorumuşdum. (Maidə/110)
  • 6–13Ad qövmünə, sütunlar sahibi İrəmə ki, diyarlar içində belə bir mənzərə görünməmişdi, vadilərdə qayaları kəsən Səmud qövmünə, o payaların/dirəklərin sahibi, möhtəşəm orduları olan/görünməmiş işgəncələr edən Firona Rəbbinin nə etdiyini görmədinmi/düşünmədinmi? Onlar ki, o ölkələrdə yollarını azmışdılar. Beləliklə də, oralarda pozğunçuluğu çoxaltmışdılar. Ona görə də Rəbbin onların üzərlərinə əzab qamçısı yağdırdı. (Fəcr/6-13)

Bu açıqlamalardan sonra Ayədəki mən sizin üçün  palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey – “buxurdan” (tüstülük) düzəldərəm. Sonra onun içinə üfləyərəm/aerozol əmələ gətirərəm və Allahın izni ilə xəstəlik törədən şeylər quş olar/uçar gedər ifadəsini İsa peyğəmbərin torpaqdan bir şey düzəltdiyi, bunu da havanın təzyiqi ilə uçurduğu anlaşılır. Bu iş, o günə görə bir möcüzə idi.

İsanın “Allahın izniylə” deməsi, onun tanrı olması səhvini ortadan qaldırmaq üçündür.

İsanın şəfaçılığı və zahirəçiliyi (Qeybi bilməsi). Ayələr mətnə sədaqətlə tərcümə edildiyi zaman görüləcəkdir ki, burada İsa peyğəmbərin İsrail oğullarına göndərilişi və göndəriliş səbəbləri açıqlanır. Musa və Harun peyğəmbərlər, həm İsrail oğullarına vəhyi, tövhidi öyrətmək üçün, həm də onları Misirdəki əsarətdən qurtarmaq üçün göndərilmişdilər. Buradakı bölmədə İsa peyğəmbərin vəhyi təbliğ etməsiylə birlikdə İsrail oğullarını infeksiya halında bürümüş olan xəstəliklərdən qurtarmaq, onlara qarşı profilaktik tədbirlər almaq və onlara rahat bir dolanışıq təmin etmək üçün; qoruyucu həkimlik, göz həkimliyi cild həkimliyi və sağlam qida tükədilməsi və konserva, turşu, doşab, salamura tədarükü, arpa, buğda, quru paxlakimilər saxlanması və bunların nəm və həşəratdan qorunmasının öyrədilməsi kimi vəzifələrlə göndərildiyi xülasə olaraq açıqlanır.

Ayələrin hərfi mənalarından anlaşılan bu reallıqlar yaxın zamanda deşifrə edilən Essenilərə aid Kumran yazıları ilə də təsdiq edilir.

Ayədəki “Sizə qadağan olunmuş olanların bir qismini sərbəst edəcəyəm” ifadəsiylə də Yəhudilərin öz-özünə haramlaşdırdığı şeyləri ortadan qaldıracağını, işin doğrusunu ortaya qoyacağını ifadə edir.  Bunu iki mənada ələ ala bilərik:

  • Diqqət edilirsə, burada “Tövratda sizə qadağan olunmuş olanların bir qismini sərbəst edəcəyəm” deməmişdir. İfadədə “Tövratda” ifadəsi yoxdur. Bu o deməkdir ki, İsrail oğullarının haramlaşdırdıqları şeylər öz öndə gedənlərinin haramlaşdırdığı şeylərdir. Burada Tövratdan hökm qaldırma və s. kimi bir şeydən bəhs edilmir.
  • Normalda haram olmamasına rəğmən, İsrail oğullarına cəza olsun deyə qoyulmuş qadağaların varlığı da bir gerçəkdir. İsa peyğəmbər ilə bu cəzalar ortadan qalxır.
  • 160,161Sonra da yəhudiləşən insanların haqsız davranışları… Bir çox insanları Allah yolundan ayırdıqlarına, qadağan olunduqları halda riba aldıqlarına [əmək­siz, xidmətsiz, risksiz qazanc əldə etdiklərinə] və insanların mallarını haqsız yerə yediklərinə görə onlara halal qılınmış təmiz şeyləri haram qıldıq. Və Yə­hu­di­ləşənlərdən kafirlərə can yandıran bir əzab hazırladıq. (Nisa/160, 161)

Bu mövzu İsa peyğəmbərin həyatını anladan qaynaqlarda ifadə edildiyinə görə, İsa İncildə yer alan Tövrat hökmlərini təsdiq etmiş, gerisini boş şey hesab edib atmışdır:

Müqəddəs Qanunu, ya da peyğəmbərlərin sözlərini keçərsiz qılmaq üçün gəldiyimi sanmayın. Mən keçərsiz qılmağa deyil, tamamlamağa gəldim. [49]

Bundan sonra İsa xalqa və tələbələrinə belə səsləndi: “Din bilikliləri və Ferisilər Musanın kürsüsündə otururlar. Buna görə də sizə söylədiklərinin hamısını edin və yerinə yetirin, amma onların etdiklərini etməyin. Çünki söylədikləri şeyləri özləri etməzlər. Ağır və daşınması çətin yükləri bağlayıb, başqalarının çiyinlərinə qoyarlar ki, özləri bu yükləri daşımaq üçün barmaqlarını belə qıpırdatmaq istəməzlər. Etdiklərinin hamısını göstəriş üçün edərlər. Nümunə üçün, musqalarını böyük, geyimlərinin saçaqlarını uzun edərlər. Mərasimlərdə baş guşədə, sinaqoqlarda ən seçkin yerlərdə yerləşmək üçün ürəkləri gedər. Meydanlarda salamlanmaqdan və insanların özlərini “Rəbbi” deyə çağırmalarından zövq alarlar”. [50]

Allah Quran ilə də Yəhudilərin özlərinə haram qıldıqları və onlara qoyulmuş cəzaları qaldırmış, qədim hökmlərin bəzilərini ləğv etmişdir:

156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”.  (Əraf/156, 157)

47Məryəm: “Rəbbim! Mənə bir bəşər toxunmamışkən, mənim necə uşağım olur?” – dedi. Allah: “Belədir! Allah dilədiyi şeyi əmələ gətirir. O, bir işə qərar verdiyi zaman onun üçün:  “Ol!” – deyər, o da dərhal olar” – dedi.

Bu ayə, məna etibariylə buraya uyğun olduğundan burada tərtib etdik.

Məryəm Ey Məryəm! Allah səni, özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir ismarıcını alınca çaşmış, Rəbbim! Mənə bir bəşər toxunmamışkən mənim üçün uşaq necə olur? –deyə soruşmuş, Allah da: Elədir! Allah dilədiyi şeyi yaradır; O, bir işə qərar verdiyi zaman onun üçün ‘Ol!’ deyir, o da dərhal olur – cavabını vermişdir.

Bu hadisə Məryəm surəsində belə nəql edilmişdi:

  • 19Elçi/Zəkəriyyə: “Mən, sadəcə, sənə tərtəmiz bir oğlan uşağı bağışlamağım/bağışlamaq üçün Rəbbinin elçisiyəm” – dedi.
  • 20Məryəm: “Mənim necə oğlum ola bilər? Mənə heç bir bəşər toxunmayıbdır. Mən qanun-qayda tanımayan/iffətsiz biri də deyiləm” – dedi.
  • 21Elçi: “Elədir! Rəbbin buyurdu ki: Atasız uşaq vermək, Mənə çox asandır. Həmçinin Biz onu nəzdimizdən insanlara bir əlamət/nümunə və mərhəmət edəcəyik”. Və o gerçəkləşdirilildi.
  • 22Sonunda Məryəm oğlan uşağına hamilə qaldı. Sonra da onunla uzaq bir yerə qaçdı, getdi.(Məryəm/19-22)

52,53Sonra İsa onlardan küfrü sezincə:  Allah yolunda mənim köməkçilərim kimlərdir?” – dedi. Həvarilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman etdik, bizim şübhəsiz ki, müslimlər olduğumuza şahid ol. Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə bərabər yaz” – dedilər.

54Və inanmayanlar pis plan qurdular, Allah da onların pis planlarını boşa çıxardı. Və Allah, pis planları boşa çıxaranların ən xeyirlisidir.

55–57Həmçinin Allah: “Ey İsa! Şübhəsiz ki, Mən sənə keçmişdə etdiklərini və etməli olduğun halda etmədiklərini bir-bir xatırlatdıranam/öldürənəm, səni Özümə yüksəldəcəyəm və səni kafirlərdən təmizləyəcəyəm. Həmçinin sənə uyan insanları qiyamətə qədər kafirlərdən üstün tutacağam. Sonra dönüşünüz yalnız və yalnız Mənədır. Sonra da ayrılığa düşdüyünüz şeylərdə aranızda hökm edəcəyəm. Kafirlərə gəldikdə isə… Onlara dünyada və axirətdə şiddətli bir əzabla əzab edəcəyəm. Onlar üçün kömək edən də olmayacaqdır. İman edən və düzəltmək yönündə işlər edən insanlara gəldikdə isə… Allah onların mükafatlarını tamamilə ödəyəcəkdir. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz” – demişdi.

58Bax budur, bu! Biz bunu sənə ayələrdən və qanunlar ehtiva edən xatırlatmalardan/öyüdlərdən/Qurandan oxuyuruq.

Bu ayələrdə İsa peyğəmbərin həyatından bir fraqment nəql edilərək, Xristiyanların, xüsusilə də Nəcran heyətinin, İsanın tanrılığı ilə əlaqədar pozğun inancları rədd edilir. Həmçinin Rəsulullah ruhlandırılır. Ayədə verilən məlumatlar belə xülasə edilə bilər: İsa inkarçıların düşmənçiliyni hiss edər. Yaxın ətrafına: “Allah yolunda mənim köməkçilərim kimlərdir?” – deyə soruşar. Həvarilər: “Allahın köməkçiləri bizik. Biz Allaha iman etdik, bizim şübhəsiz müslimlər olduğumuza şahid ol” – deyə İsaya təminat verirlər və: “Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, Elçiyə də uyduq. Artıq bizi şahidlərlə bərabər yaz” – deyərək Allaha dua edirlər.

Bu mərhələ başqa bir ayədə belə nəql edilir:

  • 14Ey iman edənlər! Allahın köməkçiləri olun! – Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi. Həvarilər: “Allahın köməkçiləri bizik” – demişdilər. Sonra İsrailoğullarından bir zümrə inandı, bir zümrə inanmadı. Sonra da Biz inanmış insanları, düşmənlərinə qarşı gücləndirdik və onlar üstün gəldilər. (Saff/14)

Bu arada kinli Yəhudilər İsanı aradan qaldırmaq üçün plan qururlar, Allah da plan qurur [onların planını boşa çıxaracaq hadisələri yaradır]. Həmçinin İsaya: Ey İsa! Şübhəsiz ki, Mən səni vəfat etdiriciyəm, səni özümə yüksəldiciyəm və səni inkarçılardan təmizləyiciyəm. Və sənə uyan kimsələri, qiyamətə qədər o küfr etmiş olan insanların üstündə tutucuyam. Sonra dönüşünüz yalnız və yalnız Mənədir. Sonra da ayrılığa düşdüyünüz şeylərdə aranızda hökm edəcəyəm. Bu inkar edən kimsələrə gəlincə də, onlara dünyada və axirətdə şiddətli bir əzabla əzab edəcəyəm. Onlar üçün yardımçılardan bir şey də olmayacaqdır. İman edən və salihatı işləyən kimsələrə gəlincə də, O [Allah], onların mükafatlarını tamamilə ödəyəcəkdir. Və Allah zalımları sevməz deyə təminat verir. Yəni bu sırada İsa ölməyəcəkdir. Onun daha edəcəyi işlər vardır.

Keçmişə aid verilən bu məlumatlarla, Rəsulullaha da təminat verilir, ona sözsüz olaraq: “Sənin də edəcəyin işlər vardır” – deyilir.

54-cü ayədəki Allah da pis plan qurdu [onların pis planlarını boşa çıxardı]. Və Allah, plan quranların [pis planları boşa çıxaranların] ən xeyirlisidir ifadəsi Nisa surəsində açıqlanmışdır:

  • 154–158Və söz vermələri ilə birlikdə üstünlərini/ən dəyərlilərini/Musanı Tura yüksəltdik. Və onlara: “O qapıdan boyun əyib, təslimiyyət göstərərək girin” – dedik. Yenə onlara: “Təfəkkür/qulluq günündə hədləri aşmayın” – dedik. Sonra da onların öz sözlərini pozduqlarına, Allahın ayələrinə inanmadıqlarına, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz örtülüdür/sünnətsizdir” – deməklərinə… Əksinə Allah küfr etdiklərinə görə qəlblərinə damğa vurmuşdur. Onların azı xaric olmaqla inanmazlar və Allahın tanrılığına və rəbbliyinə inanmadıqlarına və Məryəmin əleyhində böyük böhtanlar söylədiklərinə… “Biz Allahın Rəsulu Məryəm oğlu Məsih İsanı həqiqətən öldürdük” – dediklərinə görə onlardan sağlam bir söz aldıq. Halbuki onu öldürmədilər və onu asmadılar. Amma onlar üçün İsa bənzədildi. Həqiqətən Onun haqqında anlaşılmazlığa düşənlərin kifayət qədər biliyi yoxdur. Onların zənnə uymaqdan başqa, bununla əlaqədar heç bir bilikləri yoxdur. Onu qətiyyən öldürmədilər. Əksinə, Allah onu, Özünə yüksəltdi/dərəcəsini artırdı. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nisa/154-158)

Ayədəki Əslində isə onu öldürmədilər və onu asmadılar. Amma onlara o, bənzdildi ifadəsindən anlaşıldığına görə, həvarilərdən biri İsa rolunu üstünə götürüb, Allah yolunda canını fəda etmişdir.

Kurtubinin nəqlinə görə bu mövzunu əd-Dahhak belə izah etmişdir: Əd-Dahhak deyir ki, hadisə belə olmuşdur: Hz. İsanı öldürmək istədiklərində, Həvarilər 12 nəfər olduqları halda bir otaqda toplandılar. Hz. İsa otağın havalandırma oyuğundan yanlarına gəldi. İblis də Yəhudi cəmiyyətlərini vəziyyətdən xəbərdar edincə, 4.000 nəfər miniklərinə mindilər və otağın qapısını tutdular. Hz. Məsih Həvarilərə: “Hansınız cənnətdə mənimlə birlikdə olmaq qarşılığında ölümü gözə ala bilər?” – dedi. Onlardan biri: “Mən, ey Allahın peyğəmbəri” – dedi. Bundan sonra Hz. İsa yundan edilmiş əbasını və yundan bir sarığı üzərinə atdı, dəyənəyini ona təslim etdi. Bu adam Hz. İsanın surətinə bənzədildi. Yəhudilərə qarşı çıxınca onu öldürdülər, daha sonra çarmıxa çəkdilər. [51]

Havarilər kimlərdir? Qaynaqlarda [52] həvari/həvariyyun sözüylə əlaqədar “Onlara bu ad libaslarının ağlığına görə verilmişdir”; “Bunlar ovçu insanlardı”; “Bunlar libas ağardıcıları idilər”; “Libasları ağartdıqlarına görə onlara bu ad verilmişdir”; “Bunlar libas təmizləyicisi, ağardıcısı və boyaqçısı idilər”; “Bunlar peyğəmbərlərin xas adamları olduqlarına görə bu adı aldılar” tərzində iddialar olsa da, ayələrdən anlaşıldığına görə, bunlar İsa peyğəmbərin ən yaxın yoldaşları və yardımçılarıdır.

Ayədəki Şübhəsiz ki, Mən səni vəfat etdirəcəyəm ifadəsi, İsanın da digər insanlar kimi öləcəyinin, canının alınacağının bəyanıdır. Ənam surəsinin sonunda, “Vəfat” başlığı altında geniş bir təhlildə [53] ifadə etdiyimiz kimi “vəfat”, ölüm deyil, “ölümdən əvvəlki, insanın bütün etdiklərini bütünlüklə, nöqsansızca xatırlaması”dır. Burada İsanın da hər qul kimi bu yoldan keçəcəyi vurğulanmışdır.

Ayədəki Səni özümə yüksəldəcəyəm ifadəsi İsanın Allah qatında dərəcəsinin yüksək olacağının bəyanıdır. Burada göyə çıxmaqdan, Allahın yanına çatmaqdan bəhs edilmir. Eyni ifadə Nisa surəsində də keçir:

  • 154–158Və söz vermələri ilə birlikdə üstünlərini/ən dəyərlilərini/Musanı Tura yüksəltdik. Və onlara: “O qapıdan boyun əyib, təslimiyyət göstərərək girin” – dedik. Yenə onlara: “Təfəkkür/qulluq günündə hədləri aşmayın” – dedik. Sonra da onların öz sözlərini pozduqlarına, Allahın ayələrinə inanmadıqlarına, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və: “Qəlblərimiz örtülüdür/sünnətsizdir” – deməklərinə… Əksinə Allah küfr etdiklərinə görə qəlblərinə damğa vurmuşdur. Onların azı xaric olmaqla inanmazlar və Allahın tanrılığına və rəbbliyinə inanmadıqlarına və Məryəmin əleyhində böyük böhtanlar söylədiklərinə… “Biz Allahın Rəsulu Məryəm oğlu Məsih İsanı həqiqətən öldürdük” – dediklərinə görə onlardan sağlam bir söz aldıq. Halbuki onu öldürmədilər və onu asmadılar. Amma onlar üçün İsa bənzədildi. Həqiqətən Onun haqqında anlaşılmazlığa düşənlərin kifayət qədər biliyi yoxdur. Onların zənnə uymaqdan başqa, bununla əlaqədar heç bir bilikləri yoxdur. Onu qətiyyən öldürmədilər. Əksinə, Allah onu, Özünə yüksəltdi/dərəcəsini artırdı. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Nisa/154-158)

Burada da İsanı öldürmədikləri, onun dərəcəsinin artırıldığı ifadə edilir. Buradakı “yüksəltmə”nin yaxşı anlaşıla bilməsi üçün aşağıdakı ayələrə diqqət edilməlidir:

  • 176Və əgər Biz diləsəydik, onu o ayələrlə ucaldardıq, amma o alçaqlığa qurşandı qaldı və nəfsinə uydu. Artıq onun vəziyyəti üstünə cumsan da, öz halına buraxsan da dilini çıxarıb tövşüyən köpəyin vəziyyətinə bənzəyir. Bax budur, bu, ayələrimizi yalan sayan qövmün vəziyyətidir. Ona görə də sən yaxşı-yaxşı düşünsünlər deyə, bu hekayəni yaxşı-yaxşı anlat. (Əraf/176)
  • 11Ey iman edənlər! Sizə: “Məclislərdə yer açın/başqalarına da qatılmağa şərait yaradın” – deyilincə, dərhal yer açın ki, Allah da sizə yer açsın/sizə genişlik versin. Və sizə: “Özünüzü olduğunuzdan daha böyük göstərin” – deyilincə də, özünüzü olduğunuzdan daha böyük göstərin. Beləcə, Allah sizdən inanmış olan insanları və özlərinə bilik verilənləri dərəcələrlə yüksəltsin. Və Allah etdikləriniz barədə yaxşı-yaxşı xəbəri olandır. (Mücadilə/11)
  • 56Və Kitabda İdrisi an/xatırlat. Şübhəsiz, o, özü-sözü doğru biri idi, bir peyğəmbər idi. 57Və Biz onu uca bir məkana yüksəltdik. (Məryəm/56, 57)

Bu ayələrdə bəhs edilən insanların yüksəldilməsi, maddi yüksəltmə deyil, dərəcə yüksəldilməsi, qiymətlərinin artırılmasıdır. Allahın bir sifəti də “rəfiiu’d-dərəcat”dır [dərəcələri yüksəldəndir]:

  • 15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir. O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/Öz işindən olan vəhyi qullarından dilədiyinə verir. (Mömin/15)

Həmçinin yuxarıda 46-cı ayədə keçən və “beşik” olaraq çevirilən əl-mehdi sözünün, “əl-mühdi” şəklində oxunmasıyla, ayənin mənasının belə olacağını bəyan etmişdik: və yüksək bir mövqedə olaraq, yetişkin biri olaraq insanlarla danışacaq və o salehlərdəndir. Həmçinin Bəqərə/253; Ənam/83, 165; Zuhruf/32; İnşirah/4; Yusuf/86-ya da baxıla bilər.

59Şübhəsiz ki, Allah qatında İsanın vəziyyəti, Adəmin/hər insanın vəziyyəti kimidir. O, onu torpaqdan əmələ gətirdi, sonra ona: “Ol!” – dedi, o da dərhal oldu.

60Bu haqq/həqiqət sənin Rəbbindəndir, belə isə şübhə edənlərdən olma. 61Sənə bilikdən gəl­dik­dən sonra, artıq kim bu mövzuda səninlə mübahisə edərsə, dərhal: “Gəlin, oğul­la­rı­mızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizi lənətləyək/kənarlaşdırıb gözdən salaq və Allahın lənətini/kənarlaşdırıb, gözdən salmasını yalançıların üzərinə istəyək” – de.

62Şübhəsiz, bu qətiliklə doğru əhvalatın məhz özüdür. Allahdan başqa heç bir tanrı da yoxdur. Və şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağlam edənin məhz özüdür.

63Artıq üz çevirirlərsə, bilinsin ki, Allah, pozgunçuları ən yaxşı biləndir.

Bu ayələrdə, Əhl-i Kitaba, xüsusilə də Nəcran heyətinə qarşı İsanın real mövqeyi haqqında son məqam qoyulur: Şübhəsiz Allah qatında İsanın vəziyyəti Adəmin vəziyyəti kimidir; O, onu torpaqdan yaratdı, sonra ona “ol!” dedi, o da dərhal oldu.

Bu açıqlamaların məqsədi Xristiyanların səhv inanclarını düzəltməkdir. Buradakı bənzətmə ilə İsanın da Adəm kimi maddədən yaradıldığı ifadə edilir, yaradılış nöqteyi nəzərindən İsanın digər insanlardan bir fərqinin olmadığı, beləliklə də tanrı, rəbb və Allahın oğlu olmadığı bildirilir, ardından da bu xüsusda inadlaşanlara meydan oxunur: gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da lənətləşərək Allahın lənətini yalançılar üzərinə qılaq.

Bu lənətləşmə haqqında qaynaqlarda aşağıdakı məlumatlar verilmişdir:

Rəvayət edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) Nəcran Xristiyanlarına dəlillər gətirib, onlar da cəhalət və inkarlarında israr edincə, Hz. Peyğəmbər (s.ə.s) onlara: “Əgər gətirdiyim dəlilləri qəbul etməzsinizsə, bunu bilin ki, Cənab-i Haqq mənə sizinlə lənətləşməyimi əmr etmişdir” – dedi. Bundan sonra onlar: “Ey Əbul-Qasım! Hələ bir dur da, yoldaşlarımızın yanına çatıb, bu xüsusu aramızda danışdıqdan sonra təkrar sənin yanına gələk” – dedilər. Gedib yoldaşlarıyla görüşdüklərində kraldan sonra gələn və içlərində söz sahibi olan adama: “Ey Abdul-Məsih! Söylə baxaq nə deyirsən?” – dedilər. Bundan sonra o: “Ey Xristiyan cəmiyyəti! Allaha and içirəm ki, siz Muhəmmədin göndərilmiş bir peyğəmbər olduğunu anladınız. Yenə onun sizin sahibiniz [Hz. İsa] haqqında haqq olan sözü və görüşü gətirdiyinə də and içirəm. Yenə Allaha and içirəm ki, hər hansı bir peyğəmbərlə lənətləşməyə girən topluluğun nə yaşlısı sağ qalır, nə uşaqları böyüyür [hamısı məhv olur. Yenə and içirəm ki, əgər siz bu işə girişərsinizsə, sizin soyunuz və nəsliniz quruyar və tükənər. Amma bundan qaçınar, dininiz üzərində yaşamağa davam edər və olduğunuz halı sürdürməyə davam edərsinizsə, o adamla [Hz. Muhəmməd] anlaşın və məmləkətlərinizə geri dönün!” – dedi.

Bu əsnada, Hz. Peyğəmbər (s.ə.s) də üzərində qara qıldan bir örtük, futa olduğu halda evindən bayıra çıxmışdı. Hz. Hüseyni qucağına almış, Hz. Həsənin də əlindən tutmuş, Hz. Fatimə Hz. Peyğəmbərin, Hz. Əli də Hz. Fatimənin ardındaydı… Hz. Peyğəmbər belə deyirdi: “Mən dua etdiyim zaman siz:  “amin!” – deyin”. Bundan sonra Nəcranın yepiskopu: “Ey Xristiyanlar! Mən qarşımda elə üzlər görürəm ki, onlar Allahdan bir dağı yerindən oynadıb, yox etməsini istəsələr, mutləqdir ki, Allah o dağı yerindən götürər. Buna görə də lənətləşməyin, əks halda həlak olar, yox olarsınız… və yer üzündə, qiyamətə qədər tək bir Xristiyan qalmaz” – dedi. Xristiyanlar: “Ey Əbul-Qasım! Biz səninlə lənətləşməməyə və dinin xüsusunda sənə müdaxilə etməməyə qərar verdik” – dedilər. Hz. Peyğəmbər (s.ə.s) də:  “Lənətləşmədiyinizə görə Müsəlman olun… Beləliklə də, Müsəlmanların lehinə olan sizin də lehinizə, əleyhlərinə olan sizin də əleyhinizə olar” – deyincə, onlar bunu qəbul etmədilər, dirəşdilər. Bundan sonra Hz. Peyğəmbər: “Ən qısa zamanda sizinlə döyüşüb, işinizi bitirəcəyəm” – deyincə, onlar: “Bizim, ərəblərlə savaşacaq gücümüz yoxdur. Lakin sənə mini Səfər, mini də Rəcəb ayında olmaqla, 2.000 dəst geyim ilə dəmirdən düzəldilmiş normal 30 zireh verərək bizimlə döyüşməməyin və bizi dinimizdə sərbəst buraxmağın barəsində səninlə anlaşma etmək istəyirik” – dedilər. Bundan sonra Hz. Peyğəmbər onlarla, bu şərtlər altında anlaşma etdi və belə dedi: “Canımı qüdrət əlində tutan Allaha and içirəm ki, həlak o Nəcranlılara elə yaxınlaşmışdı ki… Əgər onlar lənətləşməyə girmiş olsaydılar, meymunlar və donuzlar halına gətiriləcəklər, bu vadi atəş olub, onları yandıracaq və Allah Nəcran və xalqının kökünü qurudacaqdı. Ağacların təpələrində quşları belə… Bir ilə qalmayacaq bütün Xristiyanlar həlak olacaqdılar”. Yenə Hz. Peyğəmbərin (s.ə.s) qara futa içində evindən çıxıb Hz. Həsəni, Hz. Hüseyni, Hz. Fatima və Hz. Əlini (r.a) futanın içinə saldığı, sonra da, Ey Əhl-i beyt! Allah sizdən hər türlü kiri aradan qaldırmaq və sizi tərtəmiz etmək dilər (Əhzab/33) ayəsini oxuduğu rəvayət edilmişdir. Bil ki, bu rəvayət istər təfsir, istərsə də hədis alimləri arasında, səhhəti mövzusunda sanki üzərində ittifaq edilmiş kimidir. [54]

Paraqrafın sonunda da Şübhəsiz bu, qətiliklə həqiqi əhvalatın məhz özüdür. Allahdan başqa heç bir tanrı da yoxdur. Və şübhəsiz Allah Əzizin, Hakimin məhz özüdür. Artıq üz çevirərlərsə, bilinsin ki, Allah, pozğunçuları ən yaxşı biləndir buyurularaq, həqiqəti örtməyə çalışanlar ilə vaxt öldürülməməsi, onların Allaha həvalə edilməsi istənilir.

64De ki: “Ey Kitab Əhli! Sizinlə bizim aramızda ortaq olan bir sözə – “Allahdan başqasına qulluq etməyək, Ona heç bir şeyi tay tutmayaq və Allahın yaratdıqla­rın­dan birimiz digərimizi  rəbblər qəbul etməyək” qaydasına gəlin. Buna baxmayaraq əgər Kitab Əhli üz çevirirlərsə, artıq:  “Şübhəsiz, bizim müslimlər olduğumuza şahid olun” – deyin.

65Ey Kitab Əhli! Tövrat və İncil ondan sonra endirildiyi halda, nə üçün İbrahim haqqında mübahisə edirsiniz? Hələ dərk etməyəcəksinizmi?

66Bax budur, siz bunlarsınız. Bir az biliyiniz olan şey haqqında mübahisə etdiniz, yaxşı, heç biliyiniz olmayan şey haqqında nə üçün mübahisə edirsiniz? Və Allah bilir, siz bilməzsiniz.

67İbrahim Yəhudi və Nasrani/Xristian deyildi. Amma o, haqqa dönmüş bir müslim idi/İslamlaşdıran adam idi. O, ortaq qoşanlardan da deyildi.

68Şübhəsiz ki, insanlardan İbrahimə ən yaxın olanlar, əlbəttə ona tabe olanlar, bu Peyğəmbər və bu iman edən insanlardır. Allah möminlərin kömək edən, yol göstərən, qoruyan yaxınıdır.

69Kitab Əhlindən bir tayfa sizi azdırmaq istədi. Halbuki, onlar, sadəcə özlərini azdırırlar, fərqində də deyillər.

70Ey Kitab Əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz? 

71Ey Kitab Əhli! Sizlər bütün bunları bildiyiniz halda, nə üçün haqqı batilə qarışdırır və doğruları gizlədirsiniz?

72–74Kitab Əhlindən bir qrup da, möminlərin dönmələri üçün: “Endirilənə günün başlanğıcında inanın, sonunda da bilərək rədd edin/inanmayın. Və sizə verilənin bənzərinin bir kimsəyə verildiyinə, yaxud Rəbbinizin nəzdində sizin əleyhi­nizə dəlillər gətirəcəkləri barəsində öz dininizə uyanlardan başqasına inanmayın” – dedilər. De ki: “Şübhəsiz ki, bələdçilik Allahın bələdçiliyidir”. De ki: “ Şübhəsiz, lütf Allahın əlindədir, onu dilədiyinə verir. Və Allah, biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. Mərhəmətini dilədiyinə bəxş edir. Və Allah, bö­yük lütf sahibidir”.

Bu ayə qrupunda, Əhl-i Kitabdan, xüsusilə də Nəcran heyətindən bildiklərini gizləməmələri, sahib olduqları biliyə görə əməl etmələri istənilir. Bunlar Allahın keçmişdə kitab endirdiyinə, elçi göndərdiyinə və yenə edəcəyinə inanırdılar. Amma kin və qısqanclıqları ucbatından reallığı qəbul edə bilmirdilər. 72-74-cü ayələrlə onların gizli planları deşifrə edilmişdir.

Bu bölmədə yer alan təkliflər Rəsulullah tərəfindən o günün ətraf dövlətlərinə məktublar, elçilər göndərilərək çatdırılmışdır.

Bu bölmənin ağırlıq nöqtəsi tövhiddir. Belə ki, Əhl-i Kitab, peyğəmbərlərini, biliklilərini rəbbləşdirərək, şirkə bulaşmışdılar:

  • 31Onlar Allahın yaratdıqlarından biliklilərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəbblər qəbul etdilər. Halbuki, onlara, sadəcə, bir tək olan Allaha qulluq etmək əmr olunmuşdılar. Allahdan başqa Tanrı deyə bir şey yoxdur. O, ortaq qoşanların ortaq qoşduğu şeylərdən də münəzzəhdir.  (Tövbə/31)
  • 66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir! (Maidə/66)
  • 113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır. (Al-i İmran/113, 114)

Bu ayələrin enmə səbəbi haqqında qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Bu ayə-i kərimə həm Yəhudilərin, həm də Xristiyanların İbrahimin öz dinləri üzərində olduğunu iddia etdiklərinə görə nazil olmuşdur. Uca Allah onları Yəhudiliyin və Xristiyanlığın İbrahimdən sonra ortaya çıxdığını qeyd edərək təkzib edir. Budur Uca Allahın Halbuki Tövrat da, İncil də ancaq ondan sonra endirilmişdir buyuruğu bunu ifadə edir.

Bu ayə-i kərimə Muaz b. Cebel, Huzeyfə b. əl-Yeman və Ammar b. Yasiri, Nadiroğulları ilə Kurayza və Kaynukaoğullarına mənsub Yəhudilərin öz dinlərinə çağırdıqlarına görə nazil oldu. Bu ayə-i kərimə uca Allahın: 109Kitab Əhlindən bir çoxu, həqiqət onlar üçün ortaya qoyuduğu halda, nəfslərin­də­ki qısqanclıq ucbatından sizi imanınızdan sonra kafirlər olmağa çevirmək istəyərlər… (Bəqərə/109) ayəsinə bənzəyir. [55]

75Və Kitab Əhlindən eləsi vardır ki, əgər onlara yüklərlə əmanət təslim etsən, onu sə­nə geri ödəyər. Onlardan elələri də vardır ki, ona bir tək qızıl pul əmanət etsən, ba­şının üstünü kəsdirməsən onu sənə geri verməz. Bu onların: “Ümmilərin/Ana şə­hər­lilərin bizim əleyhimizə yol tapmaları mümkün deyildir” – dediklərinə görədir. Onlar, bilə-bilə Allah haqqında yalan da söylərlər.

76Xeyr, kim Onun əhdinə/Ona verdiyi sözə vəfalı olarsa və Allahın qoruması altına girərsə, bilsin ki, şübhəsiz, Allah Özünün qoruması altına girənləri sevər.

77Şübhəsiz ki, Allahın əhdini/Allaha verdikləri sözləri və andlarını ucuz bir qiymətə satan bu insanlar… Bax budur, onlara axirətdə heç bir pay olmayacaqdır. Və Allah qiyamət günü onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarma­ya­caqdır. Çox acıqlı əzab da onlar üçündür.

78Və Kitab Əhlindən bəzi söz və qaydaları, kitabdan olmamasına baxmayaraq, siz onu kitabdan sanasınız deyə, dillərini kitaba doğru əyib, bükən ağılsız, sərsəri bir qrup vardır. O, Allah qatından olmadığı halda: “Bu, Allah qatındandır” – deyərlər. Özləri bilə-bilə Allah haqqında yalan da söyləyərlər.

79Allahın ölümlü insanlardan, özünə kitab, yaşayış/idarəetmə və peyğəmbərlik verdiyi heç kimsəyə, insanlara: “Allahın yaratdıqlarından olan mənə qul/kölə olun” – demək yaraşmaz. Lakin: “Öyrətdiyiniz və dərs aldığınız/oxuduğunuz kitaba uyğun olaraq, Rəbbə səmimi qullar olun” – demək yaraşar.

80Və Allah sizə, təbii gücləri/güc tətbiq edənləri, diktator idarəçiləri və peyğəmbərləri Rəblər qəbul etməyinizi əmr etməz. Siz, Müsəlman olduqdan sonra sizə küfrü əmr edərmi?!

81Və həmçinin Allah peyğəmbərlərdən: “And olsun ki, sizə kitabdan və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalardan verdim, sonra yanınızda olanı doğrulayan bir elçi gəldiyində, ona qətiliklə inanacaq və ona kömək edəcəksiniz!” – sağlam sözünü almışdı. Allah: “Bunu etiraf edərək qəbul etdinizmi? Və bu barədə ağır əhdimi öhdənizə götürdünüzmü/verdiyiniz sözü qətiliklə yerinə yetirəcəksinizmi?” – dedi. Onlar: “Etitaf etdik” – dedilər. Allah: “Belə isə şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam” – dedi.

Bu ayə qrupunda da Əhl-i Kitab həqiqətə dəvət edilir; ancaq onların hamısının eyni olmadığı, yaxşılarının da olduğu bildirilir. Bu bölmədə Əhl-i Kitab siniflərə ayrılıb təhlil edilir, yanlış yolda olanlarına doğru yol göstərilir. Bu surənin 114-cü ayəsində də gələcəyi kimi və daha əvvəl bir çox yerdə keçdiyi kimi Əhl-i Kitabın hamısı eyni olmayıb içlərində az da olsa reallığı görən, haqq yolu qəbul edənlər vardır.

75-ci ayədə Əhl-i Kitabdan bir qrup xarakterizə edilirkən,  Onlardan elələri də vardır ki, ona bir tək qızıl pul əmanət etsən, ba­şının üstünü kəsdirməsən onu sənə geri verməz. Bu onların: “Ümmilərin/Ana şə­hər­lilərin bizim əleyhimizə yol tapmaları mümkün deyildir” – dediklərinə görədir. Onlar, bilə-bilə Allah haqqında yalan da söylərlər buyurulmuşdur ki, bununla Yəhudilərin möminləri istismar etmək üçün güddükləri siyasətə işarə edilmişdir. Onlar, digər insanların mallarını özlərinə halal görür və bu xüsusda hər cür qeyri-qanuni yöntəmi işlədirlər:

Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayacaqsınız. Borcları bağışlama işini belə edəcəksiniz: hər borc verən qonşusunun borcunu bağışlayacaq. Borcun ödənməsi üçün qonşusunu ya da qardaşını məcbur etməyəcək. Çünki Rəbbin borcları bağışlama ili elan edilmişdir. Əcnəbidən borcunu ala bilərsən. Amma İsrailli qardaşının borcunu bağışlayacaqsan. [56]

Əcnəbidən faiz ala bilərsiniz, amma qardaşınızdan almayacaqsınız. Belə edin ki, mülk əldə etmək üçün gedəcəyiniz ölkədə əl atdığınız hər işdə Tanrınız Rəbb sizi müqəddəs qılsın. [57]

İsrailli qardaşlarından birini qaçırıb, ona pis davranan, ya da onu satan adam yaxalanırsa ölməli. Aranızdakı pisliyi içinizdən atacaqsınız. [58]

Talmudda deyilir ki: “Əgər bir İsraillinin buğasını İsrailli olmayan bir insanın buğası yaralayarsa, İsrailliyə təzminat verməlidir. Əgər İsraillinin buğası İsrailli olmayanın buğasını yaralayarsa, İsrailli təzminat vermək məcburiyyətində deyildir. Bir insan itmiş bir şey taparsa və tapdığı şey İsraillilərin yaşayış sahəsindəysə, tapdığı şeyi sahibinə vermək üçün elan etsin. Əgər İsrailli olmayanların bölgəsində tapılmışsa, elan etməyə ehtiyac yoxdur. İsmailin Rəbbi deyir ki: Əgər bir Ümmi ilə bir İsrailli arasında anlaşılmazlıq çıxmışsa, məhkəmədəki hakim qardaşının lehinə bitməsi üçün çalışsın. Mümkün deyilsə, Ümmilərin qanunlarına görə, qardaşının lehinə bir nəticə almağa çalışsın. Və:  “Bu sizin qanununuza görədir” – desin. hər iki qanundan da yararlana bilmirsə, hansı yolla olursa olsun, İsrailli qardaşını qazandırsın. İsmailin Rəbbi:  “İsrailli olmayanların zəiflərindən yararlanın” – deyir”. (Talmudic Mıscelleny, Paul Isaac Hershum, 1880 London, s. 37, 210–221). [59]

Bu ayədə bəhs edilən hadisə ilə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar verilir:

Hədis imamları əl-Eşas b. Kaysdan belə dediyini rəvayət edirlər:  Mənimlə Yəhudilərdən bir nəfər arasında (ortaq) bir ərazi vardı. O, mənim o ərazidəki haqqımı inkar etdi. Mən də onu Peyğəmbərin (s.ə.s) hüzuruna götürdüm. Rəsulullah (s.ə.s) mənə: “Sənin hər hansı bir dəlilin varmı?” – deyə soruşdu. Mən: “Xeyr” – dedim. Bu dəfə Yəhudiyə: “(Ərazidə haqqım olmadığına dair) and iç!” dedi. Mən: “O vaxt and içər və malımı alıb götürər” – deyincə, uca Allah Allahın əhdini və andlarını az bir bahaya dəyişənlərin… buyuruğunu ayənin sonuna qədər endirdi. [60]

Ümmilər. الامّى [əl–ümmi] ifadəsinin “Anaşəhər” demək olduğunu, bununla da “Məkkə”nin qəsd edildiyini ifadə etmişdik. [61]

77-ci ayədəki Şübhəsiz ki, Allahın əhdini/Allaha verdikləri sözləri və andlarını ucuz bir qiymətə satan bu insanlar… Bax budur, onlara axirətdə heç bir pay olmayacaqdır. Və Allah qiyamət günü onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarma­ya­caqdır. Çox acıqlı əzab da onlar üçündür ifadəsindən Əhl-i Kitabın (onlardan bir qrupun) xarakteri anlaşıla bilir.

Bu ayənin enməsindən əvvəl bu hadisənin yaşandığı nəql edilir: Ayə-i kərimə, bir ərazi hissəsi haqqında Əşas ibn Kays ilə məhkəmə çəkişməsi edən bir insan haqqında nazil olmuşdur. Onlar davalaşmaq üçün Hz. Peyğəmbərin yanına gəldiklərində, Hz. Peyğəmbər adama: “Dəlilini gətir” – deyincə, adam: “Mənim bir dəlilim yoxdur” – deyir. Bundan sonra Eşasa: “Sənə də and içmək düşər” – deyincə, Eşas and içməyə niyyətlənir. Bundan sonra Allah Təala bu ayə-i kəriməni inzal buyurur. Beləliklə, Eşas and içməkdən əl çəkir, bəhs edilən ərazi parçasını rəqibinə buraxaraq reallığı etiraf edir. Bu, İbn Cüreycin görüşüdür.

Mücahid bunu söyləmişdir: “Bu ayə-i kərimə, malına rəğbəti artırmaq üçün yalan yerə and içmiş olan bir adam haqqında nazil olmuşdur”.

Bu ayə-i kərimə, Abdan ilə İmriul-Kays haqqında nazil olmuşdur. Onlar, bir ərazi xüsusunda məhkəmə çəkişməsi üçün Hz. Peyğəmbərin yanına gəlmişdilər. Bundan sonra, İmriul-Kaysın and içməsi lazım gəldikdə o: “Sabaha qədər mənə möhlət ver” – dedi. Sonra ertəsi gün gəldiyində ərazinin Abdana aid olduğunu qəbul etdi. [62]

78-ci ayədə Əhl-i Kitabdan təhrifçilər və din davamçılarından bəhs edilir. Onlar Allahı və Onun kitabını vasitə edərək cahil xalqı aldadır və istismar edirdilər. Bu qisim daha əvvəl bir çox ayədə (məsələn, Nəhl/116; Ənam/21, 144; Nisa/46; Maidə/13, 41; Bəqərə/75) elan edilmiş və lənətlənmişdir.

Əhl-i Kitab biliklilərinin yalançılıqları bəyan edildikdən sonra, onların xalqı istismar etmək üçün uydurduqları, İsaya qüdsiyyət verilməsi, insanların peyğəmbərlərə və din biliklilərinə qul-kölə olması səhvi düzəldilir: Allahın özünə kitab, hökm [yasama–yürütme] və peyğəmbərlik verdiyi heç bir bəşər üçün [insanlardan heç bir insan üçün] insanlara “Allahın yaratdıqlarından mənə qul/kölə olun” demək yaraşmaz. Lakin “Öyrətdiyiniz və dərs aldığınız [oxuduğunuz] kitaba uyğun olaraq Rəbbə səmimi qullar olun” (demək yaraşır). Və O [Allah] sizə, “Mələkləri və peyğəmbərləri Rəbblər qəbul etməyinizi əmr etməz. Siz müslim olduqdan sonra, sizə küfrü əmr edərmi?! Və hani Allah peyğəmbərlərin, “And olsun ki, sizə kitabdan və hikmətdən [zülm və fəsadı əngəlləmək üçün qoyulmuş qanun, düstur və prinsiplərdən] verdim, sonra yanınızda olanı doğrulayan bir elçi gəldiyində ona mütləq inanacaq və ona yardım edəcəksiniz!” andını almışdı. O [Allah]: “Bunu iqrar edərək qəbul etdinizmi? Və bu xüsusda ağır əhdimi üzərinizə aldınızmı?” – dedi. Onlar: “İqrar etdik” – dedilər. O [Allah]: “Elə isə şahid olun, mən də sizinlə bərabər şahid olanlardanam” – dedi.

İlahi dinlərdə köləliyin olmadığını Bələd surəsində geniş şəkildə açıqlamışdıq.

Bu ayə qrupunun enmə səbəbi haqqında qaynaqlardakı məlumatlar belədir:

Bu ayənin nüzul səbəbi haqqında bir neçə rəvayət vardır:

  1. a) İbn Abbas (r.a) bunu söyləmişdir: Yəhudilər: “Üzeyr Allahın oğludur”; Xristiyanlar da: “Məsih, Allahın oğludur” – dedikləri üçün bu ayə nazil olmuşdur.
  2. b) Deyildiyinə görə, Yəhudilərdən Əbu Rafi əl-Kurazi, və Xristiyanlardan da Nəcran heyətinin rəisi Hz. Peyğəmbərə (s.ə.s): “Sənə ibadət etməyimizi və səni bir rəbb olaraq qəbul etməyimizimi istıəyirsən?” –demişlər, Bundan sonra da Hz. Peyğəmbər (s.ə.s): “Allahdan başqasına sitayiş etməkdən və ya Allahdan başqasına ibadət etməyi əmr etməkdən Allaha sığınırıq. Allah Təala, məni belə bir iş üçün göndərmədi və mənə belə bir şeyi əmr etmədi” – demiş və bu ayə nazil olmuşdur. [63]

Yəhudilər özlərinin əldə etdiyi fazilət və məqamlara heç bir insanın çata bilməyəcəyini iddia edincə, Allah Təala onlara belə demişdir: “Əgər vəziyyət sizin dediyiniz kimi olsaydı, siz gərək insanları qul və nökər etməyə çalışmamalı, əksinə, insanlara Allaha itaət etməyi və Onun təkliflərinə boyun əyməyi əmr etməli idiniz. Bu halda da, insanları Hz. Məhəmmədin (s.ə.s) nübüvvətini təsdiq etməyə təşvik etməyiniz lazım gələrdi. Çünki Hz. Məhəmmədin əlində möcüzələrin görünməsi sizdən bunu tələb edir”.

Bu, ayənin ifadəsinin mümkün etdiyi bir izahdır. Çünki Cənab-i Haqqın Sonra digər insanlara: “Allahı buraxaraq mənə qul olun” – deməsi… ifadəsi, eynilə Onlar Allahın yaratdıqlarından biliklilərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəbblər qəbul etdilər (Tövbə/31) ayəsi kimidir. [64]

80-ci ayədə bəhs edilən mələklər təbiətdəki güclər ola biləcəyi kimi, cəmiyyətdəki güclü insanlar, despot iqtidarlar da ola bilir. Cəmiyyətlərin xalq düşüncəsindəki kimi hesab etdiyi mələkləri rəbb olaraq qəbul etmələri mümkün deyildir. Belə ki, onlardan hər hansı bir prinsip götürmələri mümkün deyil.

81-ci ayədə zikr edilən and ilə ilk peyğəmbərdən etibarən tövhid prinsipinin varlığı və elçilik müəssisəsinin davam etdiyi qəsd edilmişdir. Hər elçi tövhidi öyrətməklə vəzifələndirilmiş və özündən əvvəlki kitab və elçiləri təsdiq etmişdir.

  • 84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inan­dıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslam­la­şanlarıq”. (Al-i İmran/84)
  • 187Və həmçinin Allah özlərinə Kitab verilənlərdən sağlam sözünü almışdı: “Kitabı, qətiliklə, insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcək­si­niz”. Onlar isə buna arxa çevirdilər və onu az bir bədəl müqabilində satdılar. Bax budur, onların bu alış-verişi necə də pisdir! (Al-i İmran/187)
  • 6Və həmçinin Məryəm oğlu İsa: “Ey İsrailoğulları! Şübhəsiz ki, mən Tövratdan iki əli­min arasındakıları doğrulayan və məndən sonra gələcək, adı Əhməd/öyülməyə baş­qalarından daha çox layiq bir elçini müjdələyən, Allahın bir elçisiyəm” – demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəlincə – “Bu, açıq-aşkar bir ovsundur” – dedi­lər. (Saff/6)
  • 285,286Elçi Rəbbindən özünə endirilənə iman etdi, möminlər də. Hamısı Allaha, təbii güclərinə/xəbərçi ayələrinə, kitablarına və elçilərinə iman etdilər: “Biz Allahın elçiləri arasında fərq qoymarıq”. Və: “Biz eşitdik və itaət etdik. Rəbbimiz! Bağış­lamağını dilərik, dönüş ancaq sənədir. Ey Rəbbimiz! Əgər tərk etdiksə, ya da yanıldıqsa, bizi tutub sorğu-suala çəkmə! Ey Rəbbimiz! Bizə bizdən öncəkilərə yüklədiyin kimi ağır məsuliyyət/sıxıntıya salacaq şeylər yükləmə! Ey Rəbbimiz! Bizə gücümüzün yetməyəcəyi yükü də yükləmə! Və əfv et bizi, bağışla bizi, mərhəmət et bizə! Sən bizim kömək edən, yol göstərən, qoruyan yaxınımızsan. Həmçinin kafirlər qövmünə qarşı bizə kömək et” – dedilər.

Allah heç kimsəyə gücünün yetəcəyindən artıq/imkanı xaricində yük yükləməz. Hər kəsin qazandığı öz faydasına və qazandırıldığı ziyanınadır. (Bəqərə/285, 286)

82Artıq bundan sonra, hər kim dönərsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir.

83Yaxşı, onlar Allahın dinindən başqasınımı axta­rır­lar? Göylərdə və yerdə olan hər kəs, istər-istəməz, Onun üçün İslamlaşmışkən və özləri də, sadəcə, Ona döndəriləcəklərkən…

84De ki: “Biz Allaha, bizə endirilən Qurana, İbrahimə, İsmayıla, İshaqa, Yəquba və nəvələrinə endirilənə, Musaya, İsaya və peyğəmbərlərə Rəbbindən verilənlərə inan­dıq. Onlardan heç biri arasında fərq qoymarıq. Və biz yalnız Onun üçün İslam­la­şanlarıq”.

85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır.

86İmanlarından və şübhəsiz, elçinin haqq olduğuna şahid olduqdan və özlərinə açıq də­lillər gəldikdən sonra, küfr edən bir cəmiyyətə Allah necə bələdçilik edər? Və Allah şərik qoşaraq, səhv/öz zərər­lə­ri­nə iş edənlər qövmünə bələdçilik etməz.

87,88Bax budur, onların cəzaları Allahın, təbii güclərin/xəbərçi ayələrin, insanların ha­mısının kənarlaşdırıb, gözdən salması, həmişəlik içində qalmaq üçün şübhəsiz ki, on­ların üzərlərindədir. Onlardan bu əzab zəiflədilməz və onlara möhlət veril­məz.

89Ancaq bundan sonra dərk edərək xətalarından dönən və düzəldənlər başqa. Artıq, şübhəsiz, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

90Şübhəsiz, imanlarının ardından küfr edən, sonra da küfrü artırmış olan bu insanlar… Onların xətalardan dö­nmə­ləri qətiyyən qəbul olunmayacaqdır. Və bax budur, onlar azğınların məhz özləridir.

91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölənlərin heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, qətiyyən qəbul edilməyəcəkdir. Bax budur, onlar dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün köməkçilərdən də yoxdur.

Bu bölmədə yenə Əhl-i Kitab, xüsusilə də Nəcran heyəti təhdid edilir. Bəqərə surəsindən bu yana Əhl-i Kitabın keçmişdəki və o dövrdəki səhvləri sayılıb tökülmüş və haqqa dəvət edilmişdilər. Bu ayələrdə Allahın mərhəmət göstərdiyi, Elçinin lazımi təbliğləri etdiyi, bundan sonrasının isə Əhl-i Kitaba qaldığı bildirilir.

Ayələr tamamilə açıq və bəliğ olmaqla birlikdə, bir neçə məqam üzərində durmaq istəyirik:

90-cı ayədəki Şübhəsiz, imanlarının ardından küfr edən, sonra da küfrü artırmış olan bu insanlar… Onların xətalardan dö­nmə­ləri qətiyyən qəbul olunmayacaqdır. Və bax budur, onlar azğınların məhz özləridir ifadəsiylə, İncili və Quranı inkar edən Yəhudilər, İslamdan çıxıb, müşriklərə sığınan və ya münafiqlik edən insanlar qəsd edilmişdir.

92Sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə, qətiyyən “yaxşı insanlıq” mərtəbəsinə çata bilməzsiniz. Və siz hər nəyi bağışlayarsınızsa, qətiliklə Allah onu ən yaxşı biləndir.

Bütün cəmiyyətlər üçün başlı başına bir bəyannamə olan bu ayə, xüsusilə Əhl-i Kitaba bir xəbərdarlıqdır. Bu ayənin enmə səbəbiylə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar mövcuddur:

Əl-Kelbi deyir ki:  Kab b. əl-Əşrəf ilə yoldaşları Xristiyanlarla birlikdə, anlaşmazlıqları haqqında hökm vermək üçün Peyğəmbərin (s.ə.s) yanına gəldilər və belə dedilər: “Bizdən hansımız İbrahim dininə daha layiqdir?” Peyğəmbər (s.ə.s): “Hər iki qisminiz də onun dinindən uzaqdır” – deyincə, onlar: “Xeyr, biz sənin verdiyin bu hökmə razı olmuruq və sənin dinini də qəbul etmirik” – dedilər. Bundan sonra uca Allahın Yoxsa Allahın dinindən başqasınımı axtarırlar, yəni “istəyirlər” buyuruğu nazil oldu. [65]

Burada hədəf olaraq “birr” göstərilmişdir. “Birr” qavramı ilə əlaqədar daha əvvəl məlumat vermişdik. Burada “birr”in, “özüylə cənnətə girilə biləcək bir xüsusiyyət” olduğunu ifadə edərək, bir neçə ayədəki tərifi təqdim edirik:

  • 177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü-sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir. (Bəqərə/177)
  • 13Şübhəsiz ki, “özü, sözü doğru olanlar/yaxşı insanlar”, əlbəttə, bol nemət, xoşbəxtlik cənnətinin içindədirlər. (İnfitar/13)
  • 5–22Şübhəsiz ki, “yaxşı insanlar” kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları içərlər.
  • Buna görə də Allah onları o günün pisliyindən qoruyar, onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnəti və ipəkləri verəcək/orada taxtlara söykənmiş olaraq qalacaqlar/orada bir Günəş də, dondurucu bir soyuq da görməyəcəklər və bağçanın kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qab və büllur kasalar dolaşdırılacaq, özləri­nin nizamladığı büllurları gümüşdəndir. Və orada onlar qarışığı zəncəfil olan bir qabdan içirlər… orada Səlsəbil deyilən bir bulaqdan… Və aralarında böyüməz, yaş­lan­maz uşaqlar dolaşar – onları gördüyündə, saçılmış bir inci sanacaqsan! Oranı gördüyündə, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən. Əyinlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq, gümüş bilərziklərlə bəzənmiş olacaqlar. Rəbbi onlara tərtəmiz bir içki içirdəcək. Şübhəsiz ki, bu sizin üçün qarşılıqdır. Əməyiniz də qarşılığı ödənəcək xüsusiyyətdədir. nsan/5-22)
  • 18–21Qətiliklə, onların düşündüyü kimi deyil! “Əbrar”ın/yaxşı insanların qeydi, qətiliklə İlliyyundadır. İlliyyunun nə olduğunu sənə nə bildirdi? Yaxınlaşdırıl­mış­la­rın şahid olduğu rəqəmlənmiş/yazılmış bir qeyddir!
  • 22–28Şübhəsiz ki, “Əbrar/yaxşı insanlar”, əlbəttə, Nəimin içindədirlər, taxtlar üzərin­də gözləməkdədirlər. Üzlərində nemətin aydınlığını görərsən. Onlar möhürlü, saf bir içkidən içirlər ki, onun möhürü/nəticəsi müşkdür. Qarışımı Təsnimdəndir. Yaxınlaşdırılmışların içkiləri bir bulaqdandır. Artıq yarışanlar, bax budur, bunda yarışmalıdırlar. (Mutaffifin/18-28)

Burada insanlara, xüsusilə də özlərini Allahın sevgilisi, xas qulu görən Əhl-i Kitaba “Cənnətlik ola bilməyiniz üçün, sevdiklərinizi infaq etməyiniz lazımdır. Halbuki, siz infaq bir yana qalsın, mala-mülkə, paraya-pula sitayiş edirsiniz” ismarıcı verilir.

İnsanın sevdiyi şeyi infaq etməsi, axirət inancının sağlamlığından qaynaqlanır. Yəni axirətdə daha dəyərlisinin özünə veriləcəyinə inandığı üçün infaq edir. Buna inanmayanlar infaqı, sədəqəni, yardımı axmaqlıq olaraq görürlər.

  • 267Ey iman edənlər! Qazandıqlarınızdan, sizin üçün yerdən çıxardıqlarımızın təmizlərindən Allah yolunda xərcləyin. Özünüzün göz yummadan almaq istəmədiyiniz pis şeyləri verməyə çalışmayın. Və şübhəsiz ki, Allahın çox zəngin/heç bir şeyə möhtac olmayan, öyülən/öyülməyə layiq olan olduğunu bilin. (Bəqərə/267)
  • 111,112Şübhəsiz ki, Allah tövbə edən, qulluq edən, Allahı öyən, səyahət edən, Allahı bir­lə­yən, boyun əyib təslimiyyət göstərən, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, pis olan hər şeydən çəkindirən, Allahın həddlərini qoruyan inananlardan, can­larını və mallarını şübhəsiz, cənnəti onlara vermək müqabilində satın almışdır! Onlar Allah yo­lunda döyüşürlər – sonra öldürürlər və öldürülürlər. Bu, Allahın Tövrat, İncil və Qurandakı gerçək bir vədidir və Allahdan daha çox verdiyi vədə əməl edən kim vardır? Belə isə, etdiyiniz alış-verişlə sevinin. Və bax budur, bu, böyük qurtuluşun məhz özüdür. Və möminlərə müjdə ver! (Tövbə/111,112)
  • 10–13Ey iman edənlər! Sizə sizi can yaxıcı bir cəzadan qurtaracaq, qazanclı bir ticarət göstərimmi? Allaha və Onun Elçisinə inanın – Allah yolunda canlarınızla, mallarınızla çalışın. Bax budur, əgər bilirsinizsə, bu sizin üçün daha yaxşıdır. Sizin günahlarınızı bağışlayar və sizi altlarından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki xoş məskənlərə daxil edər. Bax budur, bu, böyük qurtuluşdur. Və sizin sevinəcəyiniz başqa bir şey daha! Allahdan kömək və yaxın bir fəth… Və inananlara müjdə ver. (Saff/10-13)

93,94Tövrat endirilmədən öncə İsrailin/Yəqubun özünə haram etdiyindən başqa, qalan yeməklərin hamısı İsrailoğulları üçün halal idi. De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Tövratı gətirərək, onu oxuyun. Artıq kim bundan sonra Allah haqqında yalan uydurarsa, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir”.

95De ki: “Allah doğru söyləmişdir. Belə isə, ortaq qoşmaqdan, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən əl çəkən biri olaraq, İbrahimin dininə tabe olun. Və o, ortaq qoşanlardan deyildi”.

Bu ayələr, ayrı bir bölmə olub, Yəhudilərə xəbərdarlıq etməyə və bütün Əhl-i Kitaba doğru məlumati verməyə yönəlikdir. Onlara Tövrat endirilmədən öncə İsrailin/Yəqubun özünə haram etdiyindən başqa, qalan yeməklərin hamısı İsrailoğulları üçün halal idi. De ki: “Əgər doğru insanlarsınızsa, dərhal Tövratı gətirərək, onu oxuyun. Artıq kim bundan sonra Allah haqqında yalan uydurarsa, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir”. De ki: “Allah doğru söyləmişdir. Belə isə hənif olaraq İbrahimin dininə tabe olun. Və o, müşriklərdən deyildi” – deyilərək ağıllarını başlarına almaları, olduqları pozğun yoldan dönərək, İbrahimin dininə – doğru dinə [İslama] gəlmələri istənir.

Allah bütün elçilərini və inananları Hənif İbrahim oxuna bağlamışdır:

  • 161De ki: “Şübhəsiz, Rəbbim məni doğru yola bələdçilədi. Dimdik duran bir dinə, şirkdən, Allahın tanrılığını və rəbbliyini bilərək rədd etməkdən dönmüş olan İbrahimin dininə və həyat tərzinə. İbrahim, ortaq qoşanlardan olmamışdı”. (Ənam/161)
  • 123Sonra sənə: “Küfrdən, ortaq qoşmaqdan dönmüş bir insan olan və ortaq qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol” – deyə vəhy etdik. (Nəhl/123)

Ayədə keçən İsrail, “Yəqub peyğəmbər”dir.

Yəqub Güləşir. Yəqub o gecə qalxdı; 2 zövcəsini, 2 cariyəsini, 11 oğlunu yanına alıb, Yabbuk Bulağının dayaz yerindən qarşıya keçdi. Onları qarşıya keçirdikdən sonra sahib olduğu hər şeyi də keçirdi. Beləliklə, Yəqub arxada yalnız qaldı. Bir nəfər gün ağarıncaya qədər onunla güləşdi. Yəqubu məğlub edə bilməyəcəyini anlayınca, onun bud sümüyünün başına çarpdı. Belə ki, güləşirkən Yəqubun bud sümüyü çıxdı. Adam: “Burax məni, gün ağarır” – dedi. Yəqub: “Məni təbrik etməsən/mənə xeyir-dua vermədikcə, səni buraxmaram” – deyə cavab verdi. Adam: “Adın nədir?” – deyə soruşdu. “Yəqub”. Adam: “Artıq sənə Yəqub deyil, İsrail [Tanrıyla döyüşən] deyiləcək” – dedi, “çünki Tanrıyla, insanlarla güləşib qalib gəldin”. Yəqub: “Lütfən, adını söyləyərsənmi?” – deyə soruşdu. Amma adam: “Niyə adımı soruşursan?” – dedi. Sonra Yəqubu təbrik etdi. Yəqub: “Tanrıyla üz-üzə görüşdüm, amma canım bağışlandı” – deyərək, oraya Peniel adını verdi. Yəqub Penieldən ayrılarkən, günəş doğuldu. Budundan ötürü asqırdı. Buna görə də İsraillilər bu gün belə bud sümüyünün üstündəki siniri yeməzlər. Çünki Yəqubun bud sümüyünün başındakı sinirə vurulmuşdu. [66]

Bu ayələrdən anlaşılır ki, İsrailoğullarının bir sıra qidaları haram elan etmələri əsassızdır, şəriət qaynağı olan əsl Tövratda belə bir şey yoxdur, bunlar Əhl-i Kitab tərəfindən uydurulmuşdur. Bunlar haqqında klassik qaynaqlar aşağıdakı məlumatları vermişdilər:

Alimlər İsrailin [Yəqubun] özünə nəyi haram qılmış olduğu xüsusunda ixtilaf etmiş və bunları söyləmişdilər:

  1. a) İbn Abbas (r.a), Hz. Peyğəmbərin (s.ə.s) belə dediyini rəvayət etmişdir: “Yəqub (ə.s) çox şiddətli bir xəstəliyə tutuldu. Buna görə də nəzir etdi ki, Allah ona iştah verərsə, ən sevdiyi yemək və içməkləri haram qılacaq. Ən sevdiyi yemək dəvə əti, ən sevdiyi içki isə dəvə südü idi”. Bu Əbul-Aliye, Ata və Mukatilin görüşüdür.
  2. b) Hz. Yəqubda (ə.s) sinir xəstəliyi var idi. Buna görə o, Allahın özünə şəfa verərsə, ətin damarlarını yeməməyi nəzir etdi.
  3. c) Bəzi rəvayətlərdə Yəqubun (ə.s) özünə haram qıldığı şeyin, heyvanın belindəki yağlardan başqa, iç yağı və böyrək yağı olduğu qeyd edilmişdir. Kaffal (r.a) Tövratın tərcüməsindən bunu nəql etmişdir: Yəqub (ə.s) Harrandan çıxıb Kənan diyarına gəlincə, Şair diyarında olan qardaşı İsuya bir xəbərçi göndərdi. Xəbərçi geri döndü və belə dedi: “İsu 400 nəfərlə səni qarşılayacaq”. Bundan sonra Yəqub (ə.s) qorxdu və çox narahat oldu; namaz qılıb dua etdi və qardaşına hədiyyələr təqdim etdi. Hadisənin, mələyin onu bir adam surətində qarşılamasına qədər olan qismini anlatdı… Bundan sonra adam surətindəki o mələk Yəquba yaxınlaşdı və barmağını sinir ağrısı olan yerə qoydu. Beləliklə, o xəstəlik yaxşılaşdı, sinir də qurudu. Budur buna görə İsrailoğulları, ətin damarlarını yemirlər. [67]

Bunlarla əlaqədar Kitab-i Müqəddəsdə (Levililər/3, 7 və 11-ci Bablarda) geniş məlumat vardır. Oraya müraciət etməyi məsləhət görürük.

Haram qılma səlahiyyəti Allaha aiddir. İnsan: “Bu haramdır, o haramdır” – deyə bilməz:

  • 31Ey Adəmoğulları! Hər məscidin yanında; cəmiyyət içində bəzəklərinizi geyinin, yeyin-için, lakin israfçılıq etməyin; tam əmin olun ki, Allah israfçıları sevməz.
  • 32De ki: “Allahın, qulları üçün çıxardığı zinətləri və tərtəmiz ruziləri kim haram etmiş?” De ki: “Bunlar, keçici dünya həyatında inananlar üçündür/qiyamət günündə yalnız onların olmaq üçün”. Bax budur, beləliklə, Biz ayələri bilən bir cəmiyyətə ətraflı olaraq açıqlayırıq. (Əraf/31, 32)
  • 1Ey Peyğəmbər! Arvadlarını razı salmaq üçün Allahın halal etdiyi şeyi nə üçün sən özünə haramlaşdırırsan? Və Allah çox bağışlayan, çox mərhəmət edəndir. (Təhrim/1)

Bir yemək ancaq Allah tərəfindən haram qılına biləcəyinə görə, Yəqubun bəzi şeyləri özünə haramlaşdırması [xəstəliyi ucbatından bir müddət bəzi şeylərə pəhriz etməsi] tibbi bir zərurətdən qaynaqlanmış olmalıdır. Anlaşılan odur ki, Yəqubun fərdi davranışları zaman içərisində dinləşdirilmişdir, eynilə zaman içərisində Müsəlmanların Peyğəmbərin, səhabənin, tabiinin, imamların, şeyxlərin… fərdi davranışlarını dinləşdirdikləri kimi. Dolayısıyla, belə insana xas zəruri tətbiqatlar ümumiləşdirilə bilməz, nəsillər boyu da davam etdirilə bilməz.

96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir.

95-ci ayədə Elə isə Hənif olaraq İbrahimin dininə tabe olun. Və o, müşriklərdən deyildi buyurulunca, Bəqərə surəsində göstərilən yeni strategiya burada təkrar gündəmə gətirilərək bütün inananların İbrahimləşməsi, İbrahimləşməsi üçün də Məkkədə İbrahimi təlim almaları istənilmişdir.

Bu ayələri açıqlaya bilmək üçün bəzi nəqllər edilmişdir:

Hz. Peyğəmbər (s.ə.s) qibləsini Kəbəyə çevirincə, Yəhudilər onun nübüvvəti xüsusunda artıq-əskik danışmış və belə demişdilər: “Beyt-i Maqdis Kəbədən daha fəzilətli və qiblə edilməyə daha layiqdir. Çünki ora Kəbədən öncə inşa edilmişdir, Məhşərin olacağı yerdir və bütün peyğəmbərlərin də qibləsidir. Vəziyyət belə olunca, qiblənin Beyt-i Maqdisdən Kəbəyə çevrilməsi batildir”. Budur Cənab-i Haqq Yəhudilərin bu iddiasına Şübhəsiz insanlar üçün qoyulan… ilk ev, əlbəttə Məkkədə olandır deyə cavab vermiş və Kəbənin Beyt-i Maqdisdən daha fəzilətli və şərəfli olduğunu bəyan etmişdir. [68]

Quranı, xüsusilə də Bəqərə surəsini (Qiblə və Həcc qavramlarını) yaxşı anlamış birinin bu nəqlləri qəbul etməsi barədə söhbət belə gedə bilməz.

Bu mövzunun anlaşılmasına köməyi olacağına görə Bəqərə surəsindəki Qiblə və Həcc ilə əlaqədar açıqlamalarımızın oxunmasını məsləhət görürük. [69] Burada qısa bir xatırlatma edirik:

Qiblə. Salaatın iqaməsi [məktəblərin açılması, sosial dəstək qurumlarının təşkil olunması və fəaliyyətinin təmin edilməsi], zəkat alınması, marufun əmr edilib, münkərdən uzaq durulması, hikmətlə [zülmün qarşısını alıb, ədaləti təmin edən prinsiplərlə] hərəkət edilməsi, lazım gəldiyində də döyüşülməsi, “İbrahimin Məscid-i Haramda etdiklərinin tətbiq edilməsi, təlim-təhsil istiqamətli bir quruluş ilə dövlət halına gəlinməsinin hədəf/strategiya edilməsi” deməkdir.

Həcc. Həcc “Kəbədə yüksək ilahiyyat təlim-təhsilini fikrinə qoyub oraya getmək, orada İbrahimi təlim-təhsillə İbrahimləşmək, bir tövhid igidi olmaq” deməkdir.

Ayədəki Şübhəsiz ki, insanlar üçün mübarək və aləmlərə yol göstərmə olaraq qoyulan ilk ev Bəkkədəkidir [Məkkədəkidir] ifadəsindən anlaşıldığına görə, Beyt-i Haramdan əvvəl hər hansı bir məktəb qurulmuş deyildir. Burada bəhs edilən ev, hər hansı biri üçün inşa edilən normal bir ev deyil, bütün insanlar üçün qurulan bir evdir:

  • 26–29Və həmçinin Biz bir zamanlar: “Qətiyyən Mənə heç bir şeyi ortaq qoşma – do­laş­an­lar, orada haqsızlığa baş qaldıranlar, Allahı birləyənlər, boyun əyib təslimiyyət gös­tə­rənlər üçün evimi tərtəmiz et! Özlərinə aid bəzi mənfəətlərə şahid olmaları və Allahın özlərinə ruzi olaraq verdiyi heyvanlar üzərində, bəlli günlərdə Onun adını an­maları üçün insanlar arasında ilahiyyat təhsil-təlimi veriləcəyini bildir. Ye­ri­yə­rək və ya yorğun düşmüş miniklər üstündə hər dərin vadini aşaraq sənin yanına gəlsinlər! Sonra kir­lərini aradan qaldırıb təmizlənsinlər, niyazlarını yerinə yetirsinlər. Keçmiş ev­də/müstəqil evdə/Kəbədə dolaşsınlar” – deyə, o evin/Kəbənin yerini İbrahim üçün hazır­la­mış­dıq. Siz də onlardan yeyin və çətinlik çəkən yoxsulu doyurun. (Həcc/26-29)

Bura bərəkətlidir: həm ziyarətçilərin gəliş-gedişi [turizm] yönündən, həm də orada öyrənilən və öyrədilən biliklərin çoxluğu və dəyərliliyi yönündən bərəkətlidir.

Orada yol göstərilir: Orada ilahi hidayə qaynağı olan Allahın vəhyləri öyrədilir, insanların rahatlığı və xoşbəxtliyi təmin olunur.

Orada İbrahimin məqamı vardır: Orada İbrahim yaşamış, küfrlə mübarizə üçün ayağa qalxmış, dik durmuşdur. Orada onun xatirələri, ayaq izləri vardır. Orada bunları xatırlayan və düşünən insanlar bundan zövq alar, bununla özlərini ruhlandırarlar.

Oraya gedən təhlükəsizlikdə olur: Həcc haram [toxunulmaz] aylarda edildiyi/ediləcəyi üçün oraya gedən, girən narahat edilməz.

Ayədə Məkkə yerinə Bəkkə ifadəsi keçir. Dilçilərə [70] görə hər ikisi də “izdiham” [zəhmət çəkmə, sıxıntıya düşmə] mənası daşıyır. Sözün əsli “Bəkkə” olmasına rəğmən, zaman içərisində “be” hərfi “mim” hərfinə dönərək “Məkkə” olmuşdur. Bəziləri də “Bəkə, Beytin yerinin adı, Məkkə isə şəhərin sair hissələrinin adıdır” demişdilər. Qədimlər bu şəhərə bu adın verilməsini “insanların oradakı izdihamlarına”, “orada haqqsızlıq, zülm və üsyana qalxışan diktatorların əzilməsinə [qanun tətbiq edilən bir şəhər olmasına]”, “suyunun azlığına görə sıxıntı verməsinə”, “oraya gəlmək istəyən insanın qarşı-qarşıya qaldığı çətinliklərə görə, sümükdən sanki iliyini çıxaracaq qədər sıxıntılarla qarşılaşmasına” bağlamışdılar.

Quranda Məkkəyə, “Ummul-Qura” [Anaşəhər] də deyilir:

  • 7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik.
  • Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir. (Şura/7)
  • 197Həcc/proqramlı ilahiyyat təhsili bilinən aylardır. Artıq hər kim o aylarda Həcci/proqramlı ilahiyyat təhsilini başlayıb, özünə fərz edərsə/”mütləq edəcəyəm” deyərsə, artıq Həcc/proqramlı ilahiyyat təhsili müddətində qadına yaxınlaşmaq, çirkin söz söyləmək, günah işləmək və dava etmək yoxdur. Siz nə xeyir işləyərsinizsə, Allah onu bilir. Və azuqə yığın, şübhəsiz ki, azuqələrin ən xeyirlisi Allahın qoruması altına girməkdir. Və ey qavrama qabiliyyətləri olanlar! Mənim qorumam altına girin! (Bəqərə/197)
  • 67Yoxsa ətraflarındakı insanların zorla yaxalanıb, götürülməsinə baxmayaraq, Məkkəni təhlükəsiz, toxunulmaz etdiyimizi də görmədilərmi? Hələ batiləmi inanırlar və Allahın nemətlərinə nankorluqmu eləyirlər? (Ənkəbud/67)
  • 97Allah Kəbəni – o Beyt-i Haramı, haram ayı, həcc edənlərə yemək olaraq heyvan hədiyyə etməyi və gərdənlikləri/həcc edənlərin yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələri insanlar üçün bir dikəlmə/ayağa qalxma – silkinmə, qurtuluş etdi. Bu, Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini və Allahın hər şeyi haqqı ilə bilən olduğunu sizin də bilməyiniz üçündür. (Maidə/97)
  • 1,2Qüreyşin təhlükəsizliyi və rifahı naminə, qış və yay, hər zamankı səfərlərində təhlükəsizlikləri və rifahları üçün… 3,4Elə isə onları aclıqdan xilas edərək, bəsləmiş olan və hər qorxudan onları təhlükəsizliyə qovuşdurmuş olan, bu Beytin Rəbbinə qulluq etsinlər. (Qüreyş/1-4)

98De ki: “Ey Kitab Əhli! Allah etdiklərinizə şahid ikən, nə üçün Allahın ayələrini örtüb, durursunuz?”

99De ki: “Ey Kitab Əhli! Siz şahid olduğunuz halda, nə üçün Allahın yolunu əyri göstərməyə cəhd edərək inanan insanları Allahın yolundan döndərirsiniz? Allah etdiklərinizdən xəbərsiz/laqeyd deyildir”.

Bu iki ayə, Əhl-i Kitaba, xüsusilə də bu ayələr endiyində hazır olan Nəcran heyətinə yönəlik olub “Ey Kitab Əhli! Allah etdiklərinizə şahid ikən, nə üçün Allahın ayələrini inkar edirsiniz?” “Ey Kitab Əhli! Siz şahid olduğunuz halda, nə üçün Allahın yolunu əyri göstərməyə cəhd edərək inanan insanları Allahın yolundan döndərirsiniz? deyilərək yaxından şahid olduqları reallığı qəbul etmələri, inkar etməmələri və haqq dini əngəlləmək üçün fəaliyyət göstərməmələri barədə xəbərdarlıq edilmiş, ardından Allah etdiklərinizdən xəbərsiz/laqeyd deyildir deyə təhdid edilmişdilər.

Bilindiyi kimi, Kitab Əhlindən bir çoxu bu gün də İslam dinini pərdələməyə çalışaraq biliksiz/şüursuz qismi Xristiyanlığa döndərmək üçün əllərindən gələni edir, Müsəlman ölkələrdə missionerlik fəaliyyətlərini davam edirlər. Budur, bu təhdid bunlara da aiddir. Eyni zamanda bu ayələr möminlərin də bu fəaliyyətlərə qarşı ayıq olmalarını təmin etməyə yönəlikdir.

100Ey iman edənlər! Özlərinə Kitab verilənlərdən hər hansı bir zümrəyə itaət edərsinizsə, imanınızdan sonra sizi, kafirlər olaraq döndərərlər.

101Sizə Allahın ayələri oxunurkən və Onun Elçisi də aranızda ikən, necə olur ki, küfr edirsiniz? Kim də Allaha daha çox bağlanırsa, qətiliklə o, dosdoğru yola bələdçilənmişdir.

102Ey iman edənlər! Allahın qoruması altına girənlər olmağınız üçün necə qoruma altına alınmağınız lazımdırsa, özünüzü beləcə, Allahın qoruması altına alın və ancaq müslimlər olaraq can verin.

103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur.

104Və içinizdən xeyirə çağıran, hər kəs tərəfindən müsbət qəbul edilən yaxşı şeyləri əmr edən, vəhy və ortaq ağıl ilə pis/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyən bir başçılı cəmiy­yət olsun. Və bax budur, onlar qurtuluşa çatanların məhz özləridir.

105–107Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanan və ayrılığa düşən insanlar kimi də olmayın. Bax budur, bunlar bəzi üzlərin ağardığı, bəzi üzlərin də qa­ral­dı­ğı gündə özləri üçün böyük bir əzab olanlardır. Artıq üzləri qaralan insanlara: “Siz inandıqdan sonra, yenidən kafirmi oldunuz? Belə isə, küfr etdiyinizə görə dadın cəzanı!” Üzləri ağaran insanlar da bilin ki, Allahın mərhə­mə­ti içindədirlər. Onlar orada həmişəlik qalanlardır.

108Bunlar, Allahın ayələridir. Biz sənə doğru olaraq oxuyuruq. Allah aləmlərə heç bir haqsızlığı, səhv etməyi istəməz.

109Və göylərdə və yer üzündə olan şeylər Allahındır. Və  işlər yalnız və yalnız Allaha dön­də­rilir.

110Siz, insanlar üçün çıxarılmış ən xeyirli ümmətsiniz. Hər kəs tərəfindən müsbət qəbul edilən şeyləri əmr edir, vəhy və ortaq ağıl ilə pisliyi/çirkin olduğu qəbul edilən şeyləri əngəlləyir və Allaha inanırsınız. Kitab Əhli də inansaydı, onlar üçün əlbəttə, daha xeyirli olar­dı. Onların bəziləri möminlər, lap çoxu da yoldan çıxmış insanlardır.

111Onlar sizə əziyyətdən başqa bir zərər verə bilməzlər. Əgər sizinlə döyüşərlərsə, sizdən üz döndərib, qaçarlar. Sonra onlara, kömək olunmaz.

112Onlar harada olurlarsa olsunlar üzərlərinə alçaqlıq damğası vurulmuşdur. Və Allahın sözləşməsinə və insanların sözləşməsinə bağlı qalanlar istisna olmaqla, onlar Allahın qəzəbinə uğradılar və üzərlərinə də acizlik vurulmuşdur. Bu, onların Allahın ayələrini ört-basdır etdikləri və haqsız yerə peyğəmbərləri öldürdüklərinə görədir. Bu, üsyan etmiş və həddi də aşmış olduqlarına görədir.

113, 114Hamısı bir deyildir. Kitab Əhli içində doğruluq üzrə olan bir başçılı camaat vardır ki, onlar gecənin saatlarında boyun əyib, təslimiyyət göstərərək Allahın ayə­lə­ri­ni oxuyurlar. Allaha və axirət gününə inanırlar, hər kəs tərəfindən müsbət qəbul edilən şey­lə­ri əmr edər, hər kəs tərəfindən mənfi qəbul edilən şeylərdən çəkindirməyə çalışarlar, xe­yir­ işlərdə də bir-birləri ilə yarışırlar. Və bax budur, onlar yaxşı insanlardır.

115Və onlar xeyirdən nə işləyərlərsə, qətiyyən saxlanmayacaq/qarşılıqsız buraxılma­ya­caq­lar. Və Allah Özünün qoruması altına girənləri ən yaxşı biləndir.

116Kafirlərin malları və övladları Allahın qatında onlara qətiyyən bir fayda verməyəcəkdir. Və bax budur, onlar atəş əhlidirlər. Onlar orada həmişəlik qalanlardır.

117Onların bu bəsit dünya həyatında xərclədiklərinin vəziyyəti şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə isabət edərək, onları dəyişikliyə/dağıntıya uğradan, içində qovurucu soyuğu olan küləyin vəziyyəti kimidir. Və Allah onlara haqsızlıq etmədi. Lakin, onlar şərik qoşmaqla özlərinə haqsızlıq edirlər.

Bu bölmədə, müxatib alınan möminlər ayıq olmağa dəvət edilmiş, xüsusilə də haqq dindən döndərməyə cəhd göstərən missionerlərə qarşı diqqətli olmağa çağırılmışdılar. Ayələrin ifadələri tamamilə açıq və konkret olub, hər hansı bir açıqlamaya ehtiyac yoxdur. Ona görə də bu bölmədəki bəzi ifadələrlə əlaqədar əl yeri təqdim edəcəyik.

Allah: hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın, özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanan və ayrılığa düşən insanlar kimi də olmayın – buyuraraq, bütün möminləri Allahın ipinə sarılaraq, təfriqəyə düşməmələri, dində ixtilaf, düşmənçilik yaratmamaları, qardaşlığı zədələməmələri xüsuslarında xəbərdar etmişdir ki, bu xəbərdarlıq bir çox yerdə edilmişdir:

  • 31,32De ki: “Sizi göydən və yer üzündən kim ruziləndirir? Ya da qulaqlara və gözlərə kim sahib olur, bunların sahibi kimdir? Və ölüdən dirini, diridən ölünü kim çıxarır? Və işləri kim düzənləyir?” Dərhal: “Allah” – deyəcəklər. O zaman de ki: “O halda, hələ də Allahın qoruması altına girməyəcəksinizmi? Elə isə bax budur, O, sizin gerçək Rəbbiniz Allahdır. Artıq, həqiqətdən sonra pozğunluqdan başqa nə ola bilər! O halda necə də çevrilirsiniz?” (Yunus/31, 32)
  • 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)
  • 31,32De ki: “Sizi göydən və yer üzündən kim ruziləndirir? Ya da qulaqlara və gözlərə kim sahib olur, bunların sahibi kimdir? Və ölüdən dirini, diridən ölünü kim çıxarır? Və işləri kim düzənləyir?” Dərhal: “Allah” – deyəcəklər. O zaman de ki: “O halda, hələ də Allahın qoruması altına girməyəcəksinizmi? Elə isə bax budur, O, sizin gerçək Rəbbiniz Allahdır. Artıq, həqiqətdən sonra pozğunluqdan başqa nə ola bilər! O halda necə də çevrilirsiniz?” (Rum/31, 32)

Və Ənam/63, 153, 159; Nisa/150, 151.

Allah təfriqəyə düşənləri “budur, bunlar bəzi üzlərin ağardığı, bəzi üzlərin də qa­ral­dı­ğı gündə özləri üçün böyük bir əzab olanlardır. Artıq üzləri qaralan insanlara: “Siz inandıqdan sonra, yenidən kafirmi oldunuz? Belə isə, küfr etdiyinizə görə dadın cəzanı!” Üzləri ağaran insanlar da bilin ki, Allahın mərhə­mə­ti içindədirlər. Onlar orada həmişəlik qalanlardır ifadələriylə təhdid edir. Təfriqəyə düşənlər [Allahın dinindən/kitabından uzaqlaşanlar], dünyadakı acınacaq vəziyyətlərinin üstünə bir də axirətdə acınacaq vəziyyətdə olacaqlar. Ayədə zikr edilən “üz qaralığı” əzabı haqq edənlərin bir nümunəsidir.

Bu xüsusiyyət bir çox yerdə dilə gətirilmişdir:

  • 60Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki, sizə qarşılıq verim. Şübhəsiz, Mənə qulluq etməkdən yekəxanalıq edən insanlar yaxında xor görülmüş olaraq, cəhənnəmə girəcəkdirlər” – dedi. (Zümər/60)
  • 26Gözəllik edənlər üçün daha gözəli və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlıq, alçalma da. Bax budur bunlar, cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalıcıdırlar.  (Yunus/26)

Və Əbəsə/38-41; Qiyamət/22-25; Mutaffifin/22-28; Rəhman/41.

Möminlər xəbərdarlıq edilirlərkən 111-ci ayədə “Onlar sizə əziyyətdən başqa bir zərər verə bilməzlər. Əgər sizinlə döyüşərlərsə, sizdən üz döndərib, qaçarlar. Sonra onlara, kömək olunmaz” xəbəri verilmişdir. 100-cü ayədə də Özlərinə Kitab verilənlərdən hər hansı bir zümrəyə itaət edərsinizsə, imanınızdan sonra sizi, kafirlər olaraq döndərərlər”  xəbərdarlığı edilmişdi. Burada isə deyilir ki: “Əgər onları nəzərə almazsınızsa, onlar sizə bir az əziyyət, sıxıntı verə bilər, amma sizi dininizdən döndərə bilməzlər, axirətinizi məhv edə bilməzlər. Sonra da onlar rüsvay olub gedərlər. Kimsə də onlara yardımçı olmaz”. Bu ifadələri aşağıda təkrar görəcəyik:

  • 166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”.  (Al-i İmran/166-168)

112-ci ayədə Onlar harada olurlarsa olsunlar üzərlərinə alçaqlıq damğası vurulmuşdur. Və Allahın sözləşməsinə və insanların sözləşməsinə bağlı qalanlar istisna olmaqla, onlar Allahın qəzəbinə uğradılar və üzərlərinə də acizlik vurulmuşdur. Bu, onların Allahın ayələrini ört-basdır etdikləri və haqsız yerə peyğəmbərləri öldürdüklərinə görədir. Bu, üsyan etmiş və həddi də aşmış olduqlarına görədir – buyurularaq, onların öldürülmələri, əsir edilmələri, mallarının qənimət olaraq alınması və torpaqlarına əl qoyulması kimi səbəblərlə daima acınacaq vəziyyətdə olacaqları vurğulanmışdır.

113-114-cü ayələrdə Əhl-i Kitabın hamısınin eyni olmadığı, onlar içində də Allahın ayələrinə sayğılı olanların, vicdanının səsini dinləyənlərin olduğu ifadə edilir. Bu ayənin enmə səbəbiylə əlaqədar qaynaqlarda belə bir nəql vardır:

İbn İshaq İbn Abbasdan belə dediyini nəql edər: Abdullah b. Selam, Salebe b. Saye, Esid b. Saye, Esid b. Ubeyd və Yəhudilərdən İslama girən digərlərinin qəlblərində İslam yerləşincə, Yəhudilərin alimləri və küfrə azanları belə demişdilər: “Muhəmmədə iman edib, tabe olanlar, ancaq bizim pislərimizdir. Əgər bunlar bizim xeyirlilərimiz olsaydılar, atalarının dinini tərk edib, bir başqasına getməzdilər”. Bundan sonra şanı uca Allah: Hamısı bir deyildir. Kitab Əhlindən səcdəyə vararaq gecələri Allahın ayələrini oxuyan bir camaat vardır… budur onlar salehlərdəndir – buyuruqlarını endirdi. [71]

İmansız Əməl Fayda Verməz. 116-117-ci ayədəki Bu inkar edən insanların malları və övladları Allahın qatında onlara qətiyyən bir fayda verməyəcəkdir. Və bax budur, onlar atəş əhlidirlər. Onlar orada həmişəlik qalanlardır. Onların bu bəsit dünya həyatında xərclədiklərinin vəziyyəti şərik qoşmaqla özlərinə haqsızlıq edən bir qövmün əkinlərinə isabət edərək, onları dəyişikliyə/dağıntıya uğradan, içində qovurucu soyuğu olan küləyin vəziyyəti kimidir. Və Allah onlara haqsızlıq etmədi. Lakin, onlar, özlərinə zülm edirlər ifadəsiylə, imansızca edilən işlərin faydasının olmayacağı bildirilmişdir. Bunu bir çox dəfə geniş şəkildə açıqlamışdıq. [72]

118Ey iman edənlər! Öz səviyyənizdə olmayanlardan sirdaş/yaxın yoldaş qəbul etməyin. Onlar, sizə pislik etməkdən geri qalmazlar. Onlar sıxıntıya düşməyi­nizi istədilər. Qətiliklə, kinləri ağızlarından bayıra vurmuşdur. Qəlblərində giz­lət­dik­ləri şeylər də daha böyükdür. Əgər siz ağlınızı istifadə edəcəksinizsə, Biz si­zin üçün ayələri/əlamətləri/nümunələri qətiliklə açıqlamışıq.

119Bax budur, siz belə insanlarsınız ki, onları sevərsiniz, halbuki onlar sizi sevməz­lər, siz kitabın hamısına inanırsınız, onlarsa sizinlə görüşdükləri zaman: “İnandıq” – de­yərlər, baş-başa qaldıqları zaman isə sizə olan kinlərinə görə barmaqlarının uclarını dişləyərlər. De ki: “Kininizlə ölün/gəbərin!” Şübhəsiz ki, Allah qəlblərin özü­nü/könülləri ən yaxşı biləndir.

120Sizə bir yaxşılıq toxunsa, narahat olarlar və əgər sizə bir pislik isabət etsə, ona sevinərlər. Və əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, onların hiylə­lə­ri sizə heç bir şəkildə zərər verməz. Şübhəsiz ki, Allah onları öz etdikləri şeylərlə bü­rü­müşdür.

100-cü ayədə “Ey iman edənlər! Özlərinə Kitab verilənlərdən hər hansı bir zümrəyə itaət edərsinizsə, imanınızdan sonra sizi, kafirlər olaraq döndərərlər” deyilmişdi. Burada isə möminlərə həyatlarında tabe olmalı olduqları təməl prinsiplərdən bir neçəsi açıqlanır. Burada iman etməmiş insanların [Yəhudi, Xristiyan, müşrik, münafiqlərin] möminləri israf edə biləcəkləri, onları arxadan vura biləcəkləri, heç bir mövzuda onlara etibar etməmələri, sirr verməmələri, onların yaxşı görünmələrinə aldanmamaları əmr edilir. Buna səbəb olaraq da Onlar sıxıntıya düşməyi­nizi istədilər buyurularaq, onların möminlərin yaxşılığını əsla istəmədikləri bəyan edilmişdir:

  • 21Şübhəsiz ki, Allahın ayələrini ört-basdır edən, haqsız yerə peyğəmbərləri öldürən və insanlardan haqqaniyyəti əmr edən insanları öldürənlər – sən dərhal bunları acıqlı bir əzabla müjdələ! (Al-i İmran/21)
  • 1Ey iman edənlər! Əgər mənim yolumda cəfa çəkmək və mənim rızamı qazanmaq üçün çıxdınızsa, sizə haqqdan gələn şeyləri bilərək rədd etdikləri/inan­ma­dıq­ları halda, onlara sevgi çatdıraraq/onlara sevgini gizlədərək Mənə düşmən olan­ları və özünüzün düşmənini mütəvəlli/köməkçi, yol göstərici, qoruyucu yaxınlar etmə­yin/on­la­rı idarəçi etməyin. Onlar Rəbbiniz olan Allaha inandığınıza görə, Elçini və sizi yur­du­nuzdan çıxarırlar. Halbuki Mən, sizin gizlətdiyiniz şeyləri və açıqladığınız şeyləri ən yaxşı bilənəm. Və sizdən kim bunu edərsə, artıq o, qətiliklə yolun tam ortasından azmışdır.
  • 2Əgər onlar sizi ələ keçirərlərsə, sizin üçün düşmən olacaqlar, əllərini və dillərini pisliklə sizə uzadacaqlar. Və onlar: “Kaş ki, küfr edəsiniz/inanmayasınız” – deyə arzu edirlər.
  • 3Qiyamət günü əqrəbalarınızın və uşaqlarınızın sizə qətiyyən yararı olmaz. Allah aranızı ayırar. Və Allah etdiklərinizi ən yaxşı görəndir. (Mümtəhinə/1-3)

120-ci ayədəki “Və əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, onların hiylə­lə­ri sizə heç bir şəkildə zərər verməz. Şübhəsiz ki, Allah onları öz etdikləri şeylərlə bü­rü­müşdür ifadəsiylə də, onlardan xilas olma yolları göstərilmişdir.

121Və həmçinin sən səhər erkəndən möminləri döyüş mövqelərinə yerləşdirmək üçün əhlindən ayrılmışdın. Və Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir. 122O za­man sizdən iki qrup, Allah onların köməkçi, yol göstərici, qoruyucu yaxını ol­ma­sına baxmayaraq, pozulmağa üz tutmuşdu. Artıq inananlar yalnız və yalnız Allaha işin nə­ti­cə­sini həvalə etsinlər!

123–127Və and olsun ki, sizlər gücsüz ikən Allah sizə verilən nemətlərin qarşılığını ödərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara: “Rəbbinizin endirilən/hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” deyirdin. Əgər səbr edər və Allahın qoruması altına girərsiniz, bəli sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/göndərilmiş b min mələklə kömək edər. Və Allah bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsin deyə, etdi. Və bu kömək sırf Allah kafirlərdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və itirənlər ola­raq, dönüb getsinlər deyə ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­­yən/sağlamlaşdıran Allah qatındandır. Belə isə Allahın qoruması altına girin.

128Bu işdən sənə heç bir şey yoxdur. Allah ya onların tövbəsini qəbul edər, yaxud onlara əzab edər. Artıq, şübhəsiz ki, onlar səhv/öz zərərlərinə iş edənlərdir.

129Göylərdə olan şeylər və yer üzündə olan şeylər Allahındır. O, dilədiyini bağışlayar, dilədiyinə əzab edər. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

120-ci ayədə möminlərə: Və əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, onların hiylə­lə­ri sizə heç bir şəkildə zərər verməz. Şübhəsiz ki, Allah onları öz etdikləri şeylərlə bü­rü­müşdür – buyurulunca, bunun belə olduğu göstərilmək üçün Uhud döyüşünə və Uhud döyüşündə cərəyan edən hadisələrə, bu hadisələr içərisində də 123-127-ci ayələrlə Bədirdə yaşananlara diqqət çəkilmişdir. Bədir və Uhudda bu vəd-i ilahi gerçəkləşmişdir.

Burada öncə Ənfal surəsində yer alan Bədir zəfəri ayələrini xatırlayaq:

  • 5,6Və onlar doğru açığa çıxdıqdan sonra, sanki göz görə-görə, Rəbbinin səni, doğru ilə evindən çıxardığı kimi ki, şübhəsiz, möminlərdən bir qismi də qətiliklə xoş­lanmırdılar, özləri ölümə sürüklənirlərmiş kimi, doğru haqqında səninlə mü­ba­hisə edirdilər.
  • 7,8Və həmçinin Allah sizə iki dəstədən birinin qətiliklə sizin olacağını vəd edirdi. Siz isə şanı və şərəfi olmayan/talandan əldə olunmuş şeylərin özünüzün olmasını istəyirdiniz. Allah da kəlmələri ilə haqqı yerinə oturtmaq və günahkarların xoşuna getməsə də, doğrunu or­taya çıxarmaq və batili yox etmək üçün kafirlərin kökünü kəsmək, haqq dini bərqərar etdirmək istəyirdi.
  • 9Həmçinin siz Rəbbinizdən kömək diləyirdiniz və Rəbbiniz: “Şübhəsiz, Mən, bax budur, xəbərçi ayələrdən minlərlə ard-arda göndərərək, kömək edirəm” – deyə qarşılıq vermişdi.
  • 10Bunu da Allah sırf sizə bir müjdə olsun və bununla qəlbləriniz aram tapsın deyə et­mişdi. Və kömək ancaq Allah qatındandır. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şə­rəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qo­yan, pozulmağı yaxşı əngəlləyən/sağ­lam­laşdırandır.
  • 11Həmçinin Rəbbiniz yenə Öz qatından bir zəmanət olaraq, sizi yüngül bir yuxuya daldırırdı. Sizi özü ilə təmizləmək, pis niyyətli insanın pisliyini/zərərini sizdən qaldırmaq, ürək­lə­ri­ni­zə qüvvət vermək və ayaqlarınızı sabitləşdirmək/ayaqlarınızın yerə sağlam bas­ması üçün göydən üzərinizə bir su endirirdi.
  • 12Və həmçinin Rəbbin təbii gücləri tənzimləyirdi: “Şübhəsiz, Mən sizinlə birlikdə­yəm. Haydı, inanmış insanlara səbat verin. Mən kafirlərin ürəyinə qorxu salacağam, dərhal boyunların üstünə vurun, onlardan bütün barmaq uclarına/oynaqlara da”
  • 13Bax budur, kafirlərin bu cəzalandırılması Allaha və Elçisinə qarşı çıxdıqlarına görədir. Və kim Allaha və Elçisinə qarşı gələrsə, bilsin ki, Allah əzabı çox çətin olandır. (Ənfal/5-13)

İndi də ensiklopedik qaydada Uhud döyüşünə baxaq:

Uhud Döyüşü (Hicri 3/Miladi 625). Uhud döyüşü Hicrətin üçüncü ilində Uhud dağı ətrafında müşriklərlə edilmiş bir döyüş olub, Müsəlmanların tarixində çox əhəmiyyətli bir yeri vardır.

Döyüşün Səbəbləri: Kin Və Qisas Alma. Bədir məğlubiyyəti nəticəsində Qüreyş müşriklərinin öfkəsi şiddətlənmiş, kin və intiqam duyğuları artmışdı. Bədirdə yaxınlarını itirən Məkkənin idarəçisi Əbu Süfyanın zövcəsi Utbe qızı Hind: “Muhəmmədlə yoldaşlarından qisas almadıqca içim rahatlamayacaq, Muhəmmədlə döyüş etmədikcə ətir sürtmək mənə haram olsun. Sevdiklərimin intiqamının alındığını gözümlə görmədikcə mənə sevinmək yox!” – deyirdi. Əbu Süfyan və yandaşları da eyni şəkildə düşünürdülər. Əbu Süfyanın idarəsində Müsəlmanlardan qurtulan karvanın, Darun-Nədvədə duran mallarıyla güclü bir ordu qurma imkanlarına sahib idilər. Bədirdə ölənlər yaxınlarının intiqamını almalıydılar. Ona görə də Bədirdə yaxınları öldürülənlər qaralar geyinmiş vəziyyətdə qəbilələr arasında dolaşır, şairlər mərsiyələr söyləyərək, müşrikləri döyüşə təşviq edirdilər.

Müşriklərin öndə gedənləri, hər kəsə qatılma payını verdikdən sonra, geri qalan kar ilə güclü bir ordu hazırlanmasına qərar verdilər.

Tarixi qeydlərə görə müşrik Qüreyşlilər Məkkədən kənardakı ərəb qəbilələrinin də qatılmasıyla təşkil etdikləri 3.000 nəfərlik orduda, 700 zirehli, 200 süvari, 3.000 dəvə vardı. Aralarında, başda Əbu Süfyanın zövcəsi Hind olmaqla 14 nəfər də qadın vardı.

Vəziyyəti öyrəndikdən (Məkkədəki əmisi Abbasın məktubla məlumat verdiyi nəql edilir) sonra Rəsulullah, kəşfiyyatçılar göndərdi. Kəşfiyyatçıların gətirdiyi xəbərlər, ona çatan məlumatlara eynilə uyğun gəlirdi. Düşmən büyük bir ordu hazırlamış və Mədinəyə doğru irəliləyirdi.

Bundan sonra Rəsulullah bir döyüş məclisi quraraq, məsələni təfərrüatı ilə əshabıyla məsləhətləşdi. Rəsulullah düşməni şəhərdən kənarda qarşılamayıb, şəhəri içəridən müdafiə etmək görüşündəydi. Lakin, xüsusilə Bədir Ddöyüşünə qatılan qazilər haqqında nazil olan öyücü ayələrin təsirində qalan gənclər, düşmənin bayırda qarşılanmasının tərəfdarı idilər. Düşmənlə bir meydan döyüşü etmək istəyirdilər.

Rəsulullah əshabın istəklərini qırmayaraq, düşməni qarşılamaq üçün qılıncını qurşandı, zirehini geyindi. Sözdə inanmış görünənlərin rəisi Abdullah b. Ubey b. Selül, şəhərin içində qalınıb, müdafiə edilmədiyini bəhanə edərək, 300 nəfərlik qüvvəsini geri çəkdi. Müsəlmanları düşmən qarşısında gücsüz buraxmaq istəyirdi. Beləliklə, Müsəlman ordusunun mövcud canlı qüvvəsi 1.000-dən 700-ə düşmüşdü.

Müşrik Qüreyş ordusu, Mədinənin yeganə açıq sahəsi olan hissədən içəriyə sızaraq qərargahını Uhud dağının Mədinəyə baxan ətəklərində qurmuşdu. Rəsulullah 700 Müsəlmanla şənbə günü səhər Uhud dağına çatdı. Kürəyini dağa verərək, qarşıdakı quraqlıq ərazidə yer tutan düşmənə qarşı səf tutdu. Düşmənin düşüncəsi Müsəlman ordusunu məğlub etdikdən sonra şəhəri yağmalamaq idi. Buna görə də döyüş sahəsi üçün Mədinənin yaxınındakı Uhud qarşısı seçilmişdi.

Rəsulullah Bədirdə olduğu kimi bu döyüşdə də İslam ordusunu döyüş nizamına görə yerli yerinə yerləşdirdi, düşmənin sıza biləcəyi, mühasirəyə ala biləcəyi keçidləri və boşluqları da oxçularla qorudu və xüsusilə ordunun sol tərəfindəki dağın vadisini gözləmək üçün Abdullah b. Cübeyr komandası altında 50 nəfərlik oxçu birliyi qoydu və: “Düşmən məğlub etsə də, məğlub edilsə də qətiyyən yerlərinizdən ayrılmayın” – deyə təmbih etdi.

Döyüş Başlayır. 11 Şəvval 3 [27 Mart 625] şənbə günü döyüş təkbətək vuruşmalarla başladı: Əli, Həmzə və o biri İslam döyüşçüləri rəqiblərini öldürdülər. Sonra döyüş qızışdı. Başda Rəsulullahın əmisi Həmzə olmaqla, döyüşən bütün möminlər, kükrəmiş aslan kimi düşmənə qılınc çalaraq irəliləyir, rəqiblərini qırıb, keçirirdi. Düşmənlər də mümkün olan qeyrətləriylə qılınca sarılmalarına rəğmən məğlubiyyətə uğramaqdan özlərini qurtara bilmədilər. Dəf çalaraq, müşrik əsgərlərə əhvali ruhiyyə verən düşmən qadınları belə qorxu içində dağ yamacına dırmanmağa, qaçmağa başladı.

Rəsulullahın almış olduğu hərbi tədbirlər və tətbiq etmiş olduğu planlar sayəsində ilk mərhələdə Müsəlmanlar qalib gəldilər.

Vəziyyət Dəyişir. Bununla bərabər hələ qəti nəticə alınmış deyildi. Düşmən sürətli bir şəkildə təqib edilməli və dönməyəcəyi bir məqama qədər qovulmalı idi.

Halbuki bu incəliyi və hərb üsulunun bu yönünü bir an unudaraq, qəflətə düşən və dünya malına meyl edən Müsəlmanlar, qılınclarını buraxıb, qənimət toplamağa başlamışdılar. Ordunun gerisindəki vadini gözləyən 50 oxçu da komandanlarının israrlarına rəğmən, Rəsulullahın qəti əmrini nəzərə almayaraq, “Qardaşlarımız üstün gəldi, biz niyə gözləyək?” – deyərək, yerlərindən ayrıldılar, qənimət toplamağa girişdilər.

Budur, bu sırada belə bir anı müşahidə edən 200 nəfərlik düşmən süvari birliyi komandiri Halid b. Vəlid az saydakı İslam oxçusunun qaldığı keçidi rahatlıqla ələ keçirərək, İslam ordusunu arxasından vurmağa başladı. Bunu görən müşriklər də geri döndülər və yenidən sürətli bir hücuma girişdilər. Beləliklə, Müsəlmanlar iki atəş arasında qaldılar, üstünlüyü təmin etmişkən dünya malına dalmaları və Peyğəmbərin əmrini heçə saymaları üzündən çətin vəziyyətlərə düşdülər.

Döyüşdən Bəzi Səhnələr: Həmzə Allah Yolunda Ölür. Budur bu mərhələdə Həmzə, Əbu Süfyanın zövcəsi Hindin köləsi Vəhşi tərəfindən nizə ilə vurularaq, Allah yolunda can verdi. Rəsulullahın hicrətdən əvvəl Mədinəyə təyin etdiyi ilk müəllim Musab b. Umeyr də bu əsnada Allah yolunda canını verənlər arasındaydı. Musab sima etibariylə Rəsulullaha bənzədiyindən, öldüyündə, onu öldürən insan Rəsulullahı öldürdüyünü hayqırırdu. Bu vəziyyət Müsəlmanların daha da dağılmasına səbb oldu.

Qüreyşli müşriklər bu döyüşdə o qədər vəhşicəsinə şeylər etmişdilər ki, tarixdə bənzərinə az rastlanır. Müsəlmanlar bu döyüşdə Allah yolunda 70 ölü vermişdilər. Düşmənlər, xüsusilə də müşrik qadınlar Allah yolunda ölən Müsəlmanların burunlarını və qulaqlarını kəsirdilər. Əbu Süfyanın zövcəsi Hind və digər bəzi müşrik qadınlar, Müsəlman ölülərin orqanlarından etdikləri gərdənlikləri boyunlarına taxmışdılar. Həmçinin Hind, Həmzənin ciyərini çıxardaraq, çeynəmək iyrəncliyini göstərmişdi.

Vəziyyət Dəyişir: Möminlər Toplanır. Qısa zaman sonra Rəsulullahın sağ olduğu anlaşıldı. Uhud dağının lap ətəklərində olan Rəsulullahın ətrafı böyük vuruşmalara səhnə oldu. Müsəlmanlar onun ətrafında dönürlər, lazım gəldiyində qollarını, ayaqlarını qalxan yerinə işlədirdilər. Talha bu yolda qolunu itirmişdi. Sad b. Əbu Vakkasa isə Rəsulullah ox verir və: “Anam-atam fəda olsun, at ey Sad” – deyir, oxlarının isabət etməsi üçün Allaha dua edirdi.

Müşriklər Rəsulullahı öldürmək üçün hücum etdikcə, Müsəlmanlar Onun ətrafında çoxalmış və ciddi bir müdafiə xətti qurmuşdular. Düşmən bu xətti yara bilməyəcəyini anlayınca, geriyə çəkilmək məcburiyyətində qaldı və beləliklə, döyüş üçüncü mərhələdə heç-heçə bir hala gəldi. Əbu Süfyan qarşı dağa, Rəsulullah da Uhuda doğru dırmandı. Rəsulullahın dişi qırılmış, yanağı yarılmışdı. Qızı Fatimə onu müalicə etdi.

Müşriklərin Planına Qarşı Plan. Uhuddan ayrılan Əbu Süfyan bir müddət sonra geri dönərək, Mədinəyə hücum etmək və başladıqları işi tamamlamaq istəyinə qapılmışdı. Əsasən belə bir vəziyyət Rəsulullahı təmin etmiş, 70 ölü və yaralıya rəğmən, döyüşün dərhal ertəsi Bazar günü düşməni təqib etməyə qərar vermişdi. Rəsulullah 70 nəfərlik süvari birliyi ilə 8 km. qədər müşrikləri təqib etdi. Sonra qonaqlayaraq üç gün gözlədi. Gecələri atəş yandıraraq, düşmənə döyüşdən bezmədikləri ismarıcını verirdi. Müsəlman olmadığı halda Müsəlmanların dostlarından olan Huzaa qəbiləsindən Mabəd-i Huzai, Rəsulullahı gördükdən sonra Əbu Süfyanın yanına gedərək, onun yoldaşlarıyla birlikdə döyüş üçün gəldiklərini söyləmiş, Əbu Süfyan da yeni bir vuruşmanı gözə ala bilməyərək Məkkəyə getmiş və Mədinəyə hücum etmək fikrindən daşınmışdı.

Uhud Döyüşünün Nəticəsi. Müsəlmanlar, bu döyüşdə birinci mərhələdə üstünlük əldə etmişlər, qəflət və diqqətsizlik nəticəsində ikinci mərhələdə ilahi bir imtahana uğradılaraq özlərinə məğlubiyyət acısı daddırılmış, lakin üçüncü mərhələdə vəziyyət bərabərləşmişkən Rəsulullahın cəsarətlə təqibi nəticəsində düşmən qorxudulmuş və üstünlük təkrar Müsəlmanlara keçmişdir.

122-ci ayədə, O zaman sizdən iki qrup, Allah onların vəlisi olmasına baxmayaraq, pozulmağa üz tutmuşdu ifadəsində zikr edilən iki qrup, tarixi qeydlərdən anlaşıldığına görə Hazrecdən Bəni Sələmə və Evsdən Bəni Harisədir. Münafiq Abdullah ibn Ubey ordudan ayrılınca, bu iki qrup da İbn Ubeyə tabe olmağı könüllərindən keçirmişdilər. Amma Cənab-i Haqq onları qorudu və beləliklə, onlar Rəsulullahın yanında qaldılar.

130Ey iman edənlər! Qat-qat artırılmış olaraq ribanı [əməksiz, xidmətsiz, risksiz qazancı] yeməyin. Qurtuluşa çatmağınız üçün Allahın qoruması altına girin. 131Kafirlər üçün hazırlanmış olan atəşdən də qorunun. 132Mərhəmət olunmağınız üçün Allaha və Elçiyə itaət edin.

133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir?– etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər.

136Bax budur bunların qarşılığı Rəbbindən bağışlanma və içində sonsuzadək qalacaqları, altından çaylar axan cənnətlərdir. Edib, işləyənlərin qarşılığı/mükafatı nə gözəldir!

137Qətiliklə, sizdən öncə, neçə-neçə tətbiqatlar gəlib keçdi. Haydı, yer üzündə gəzərək, yalan sayanların aqibətinin necə olduğunu bir görün.

138Bu əmrlər, insanlar üçün bir açıqlama və Allahın qoruması altına girənlər üçün bir yol göstərmə və bir öyüddür.

139Və ruhdan düşməyin, kədərlənməyin! Və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz.

Bu ayələrdə, Uhud döyüşü şəraitində möminlər bir sıra ilahi prinsiplərlə yönləndirilir, sonra da özlərinə bir sıra müjdələr verilirdir:

  • Qat-qat artırılmış olaraq ribanı yeməyin.
  • Zəfər tapmağınız üçün Allaha təqvalı davranın.
  • Kafirlər üçün hazırlanmış olan atəşdən çəkinin.
  • Mərhəmət olunmağınız üçün Allaha ve Elçiyə itaət edin.
  • Rəbbinizdən bağışlanmağa, eni göylərlə yer qədər olan, bolluqda və darlıqda infaq edən, öfkələrini udan, insanları əfv edən, çirkin bir həyasızlıq işlədikləri, ya da nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb dərhal günahlarına görə bağışlanma istəyən (Allahdan başqa günahları bağışlayan kimdir?), etdikləri (pis şeylərdə) bilə-bilə israr etməyən müttəqilər üçün hazırlanmış olan cənnətə qaçışın.
  • Rahatlamayın, üzülməyin! Əgər inananlarsınızsa, ən üstün olan sizsiniz.

Ayədə ilk olaraq faizin yer alması, insanları mənfəətçilikdən uzaq tutmaq üçündür. Belə ki, Uhuddakı məğlubiyyətin ən mühüm səbəbi, Müsəlmanların sərvət və qarət dalınca düşmələri olmuşdu. Qazandıqları zəfər mənfəətçilik düşüncəsi nəticəsində məhv edilmişdi. Bir başqa səbəb də faizin cəmiyyətdə acgözlülük, tamahkarlıq, xəsislik, eqoistlik, nifrət, qızğınlıq, düşmənçilik və qısqanclıq duyğuları əmələ gətirdiyinə görə birliyin təmin olunmasının qarşısını almasıdır.

Faizin insanları kölələşdirdiyi, ölkələri istismar etdiyi Bəqərə/275-281-də geniş şəkildə işlənmişdi.

Ayədə cənnət “eni göylərlə yer qədər” olaraq xarakterizə edilmişdir. Bu ifadə cənnətin sərhəddini deyil, insan ağlının ala bilməyəcəyi qədər geniş olduğunu ifadə etmək üçün işlədilmişdir. Necə ki, bir çox mübaliğədə insanlar üçün də “dəniz kimi, dağ kimi” təbirləri işlədilir.

Ayədə müttəqilər bolluqda və darlıqda infaq edən, öfkələrini udan, insanları əfv edən, çirkin bir həyasızlıq işlədikləri ya da nəfslərinə zülm etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma istəyən, etdikləri (pis şeylərdə) bilə-bilə israr etməyən insanlar olaraq tanıdılmışdır. Müttəqilərin burada zikr edilən xüsusiyyətləri, bundan əvvəlki ayələrdə də dəfələrlə zikr edilmişdi.

139-cu ayədəki və əgər inananlarsınızsa, ən üstün olan sizsiniz ifadəsiylə möminlərə cəsarət verilirdi. Bu ilahi vəd bir çox yerdə (məsələn, Saffat/171-173; Mücadilə/21; Fəth/7; Mömin/51; Ənbiya/105) bəhs edilmiş, biz də əlaqədar yerlərdə geniş şəkildə açıqlamışdıq.

140,141Əgər sizə bir yara dəymişsə, o cəmiyyətə də bənzər bir yara toxunmuşdur. Və bax budur, o günlər Biz onları Allahın sizdən iman edən insanları bildirməsi/işa­rə­ləyib göstərməsi və sizdən şahidlər qəbul etməsi, Allahın iman edən insanları arın­­dırması, kafirləri isə məhv et­mə­si üçün insanlar arasında döndərib dururuq. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.

142Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız?

143And olsun ki, siz ölümlə qarşılaşmazdan öncə, onu arzulayırdınız. Bax budur, ba­xarkən, onu həqiqətən gördünüz.

144Və Muhəmməd…  O, ancaq bir elçidir. Əlbəttə, ondan öncə elçilər gəlib, keçmişdir. İndi əgər o ölər və ya öldürülərsə, yenidən geriyəmi dönəcəksiniz? Kim də geri dö­nər­sə, bilsin ki, Allaha heç bir şəkildə zərər verə bilməz. Və Allah sahib olduğu ne­mət­lərin qarşılığını ödəyənləri qarşılıqlandıracaqdır.

145Və hər kəs, sadəcə, Allahın biliyi ilə vaxtlandırılmış bir yazı olaraq ölür. Və kim dün­ya qarşılığını diləyərsə, özünə ondan verərik. Kim də axirət qarşılığını istəyərsə, ona da, ondan verərik. Və Biz sahib olduğu nemətlərin qarşılığını ödəyənləri qarşılıqlan­dı­ra­cağıq.

146Necə peyğəmbərlər də vardı ki, özləri ilə bərabər, bir çox Allah igidləri döyüşdülər – Allah yolunda özlərinə isabət edən şeylərdən bədbinləşmədilər, zəif düşmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər.

147Onların sözləri isə, sadəcə: “Rəbbimiz! Bizim günahlarımızı və işlərimizdəki həd­di aşmaqlarımızı bağışla və ayaqlarımızı sabitlə, kafirlər qövmünə qarşı bizə kömək et!” – idi.

148Buna görə də, Allah onlara dünya qarşılığını və axirət qarşılığının gözəlliyini ver­di. Və Allah gözəlləşdirənləri/yaxşılaşdıranları sevər.

Bu ayə qrupunda da Allah Uhud günü həlak olanlara və yaralananlara görə müsəlmanlara başsağlığı verir, təsəlli verir; onları düşmənləri ilə vuruşmağa sövq edir və onların acizlik etməmələrini, güc və mənəviyyatlarını itirməmələrini istəyir. Sanki “Bədir məğlubiyyəti müşrikləri ruhdan salmadı, baxın hələ mübarizə edirlər, buna görə də ruhdan düşməyin” deyərək, möminləri hərbi, siyasi, inzibati işlərə yönəldir və əmrlər verir.

140 və 142-ci ayədəki “ya’ləmə” ifadəsinin təhlili ilə əlaqədar geniş məlumat Səba/21-ci ayənin təhlilində verilmişdir. [73]

144-cü ayədəki Və Muhəmməd…  O, ancaq bir elçidir. Əlbəttə, ondan öncə elçilər gəlib, keçmişdir ifadəsiylə, peyğəmbərlərin qövmləri arasında əbədi olaraq qalmayacaqlarını, bununla birlikdə əgər Peyğəmbər ölər və ya öldürülərsə, peyğəmbərlərin gətirdiklərinə sımsıxı sarılmaq lazım olduğunu anladır.

142-ci ayədəki Yoxsa Allah içinizdən çalışanları bildirmədən/işarələyib göstərmədən, səbr edənləri də bildirmədən/işarələyib göstərmədən cənnətə girəcəyinizimi sandınız? ifadəsiylə isə cənnətin ucuz olmadığı vurğulanmışdır ki, bu xüsus daha əvvəl də bir çox ayədə yer almışdı. Məsələn, Ənkəbud/2-3; Tövbə/16; Bəqərə/214; Al-i İmran/139, 179; Muhəmməd/31.

Rəbbimizin insanları sınaması öyrətmək üçün deyil, dünya və axirətə şahid etmək üçündür ki, kimsə haqqındakı qərara etiraz edə bilməsin. Eynilə məktəblərdəki müəllimlərin tələbələrini imtahan etmə məqsədinin, tələbələrdən öyrənmək olmayıb, imtahana girən tələbələrin vəziyyətinin müəyyən edilməsi, şahid edilməsində olduğu kimi.

Qiyamət günündə insanlar üçün öz nəfsi, yaxınları, cəmiyyəti, elçilər və vəhylər şahidlik edəcəkdir.

Bu mövzu ilə əlaqədar bu ayələrə də baxıla bilər: Bəqərə/143; Həcc 78; Fəcr/21-23; Nisa/ 41, 159; Nəhl/84, 89; Qaf/21; Mömin/51;  Hud/18, 19; Qasas/75; Fussilət/20-22; Nur/24; Ya Sin/65; Furqan/30; Maidə/116-118.

149Ey iman edənlər! Əgər siz kafirləri xəbərdar etsəniz, onlar sizi topuqlarınız üstündə yeni­dən geriyə döndərərlər və siz itirənlərdən olarsınız.

150Əslində Allah sizin köməkçi, yol göstərici, qoruyucu yaxınınızdır. Və O, kömək edənlərin ən xeyirlisidir.

Bu ayələrdə də möminlər xəbərdar edilir: Ey iman edənlər! Əgər siz kafirləri xəbərdar etsəniz, onlar sizi topuqlarınız üstündə yeni­dən geriyə döndərərlər və siz itirənlərdən olarsınız. Əslində Allah sizin mövlanızdır. Və O, kömək edənlərin ən xeyirlisidir.

Klassik qaynaqlarda bu ayənin eniş səbəbiylə əlaqədar aşağıdakı məlumatlar verilmişdir:

Bu ifadədəki kafirlər/inkar edənlər ibarəsiylə “Əbu Süfyan”ın qəsd edildiyi söylənmişdir. Çünki Əbu Süfyan (r.a) o gün kafirlərin böyüyü və rəisi idi. Süddi də bu ifadədən məqsədin Əbu Süfyan olduğunu, çünki onun o zaman da fitnə ağacı olduğunu söyləmişdir. Başqa alimlər isə, buradakı “kafirlər/inkar edənlər” təbirindən məqsədin Abdullah ibn Ubey və onun münafiq yoldaşları olduğunu, bunların zəif inanclı insanların qəlblərinə şübhə salan və “Əgər Muhəmməd Allahın Peyğəmbəri olsaydı, başına belə bir şey gəlməzdi. O, digər insanlar kimi bir insandır. Bəzi günlər lehinə, bəzi günlər əleyhinə olur. Buna görə də, daha əvvəlki dininizə dönün” deyənlər olduğunu söyləmişdilər. Alimlərin bir qismi də bundan muradın Yəhudilər olduğunu, çünki Mədinədə bir qrup Yəhudinin var olduğunu və bunların, xüsusilə Uhud hadisəsindən sonra Müsəlmanların qəlblərinə şübhə atdıqlarını söyləmişdilər. Doğruya ən yaxın olan, bu ifadənin bütün kafirlərə şamil olmasıdır. Çünki ayənin ifadəsi ümumidir, səbəbin [nüzul səbəbinin] xüsusi olması, ayənin umumi mənaya gəlməsinə mane deyildir. [74]

150-ci ayədəki Əslində Allah sizin mövlanızdır. Və O, kömək edənlərin ən xeyirlisidir ifadəsi ilə möminlərə qullardan xeyir olmadığı, hər cür yardımın Allahdan olduğu vurğusu edilir.

151Biz Allahın haqqında heç bir dəlil endirmədiyi şeyləri Ona ortaq qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların çatacaqları yer atəşdir. Şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlərin sığınacağı da, nə pisdir!

152Və siz, Allahın biliyi ilə düşmənlərinizi doğrayarkən, Allah sizə olan vədini doğru olaraq, gerçəkləşdirdi. Allah, sizə sevdiyiniz şeyləri göstərdikdən sonra zəif düşdü­nüz, o iş haqqında çəkişdiniz və üsyan etdiniz. Sizdən kiminiz dünyanı, ki­mi­niz də axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün onlardan geri çevirdi və qə­tiliklə sizi bağışladı. Və Allah möminlərə qarşı çox ərməğan sahibidir.

153Və həmçinin siz yuxarı qaçırdınız, heç kimsəyə baxmırdınız. Elçi isə o biri tə­rə­fi­niz­dən sizi çağırırdı. Buna görə Allah əlinizdən gedənə və özünüzə isabət edə­nə üzülməyəsiniz deyə, sizə kədər üstünə kədərlə qarşılıq verdi. Allah etdiklə­ri­ni­zdən xəbərdardır.

154Sonra Allah o kədərin ardından üzərinizə bir arxayınlıq, sizdən bir qrupu örtüb, bü­rü­yən bir yuxu endirdi. Bir qrup da, nəfslərinin sevdasına düşdü – Allah haqqında hə­qi­qət­dən kənar, cahiliyyət zənni olaraq, zənn artırırdılar. Onlar: “Bu işdən bizə bir şey var­mı?” – deyirdilər. De ki: “iş Allaha aiddir. Onlar, sənə açıqlaya bilmədikləri şey­ləri içlərində saxlayırdılar. Onlar:  “Bizə bu işdən bir şey olsaydı, burada öldürül­məz­­dik” – deyirdilər. De ki: “Əgər siz, evlərinizdə olsaydınız belə, üzərlərinə öl­dü­rül­mə yazılmış olanlar, qətiliklə yan verib yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb ge­də­cəkdi”. Və o, Allahın qəlblərinizdəkini sınaması və qəlblərinizdəkini təmizləməsi üçündür. Və Allah qəlblərinizdəkini çox yaxşı biləndir.

155Şübhəsiz, iki qövmün qarşılaşdığı gün, sizdən üz çevirib gedən insanlar, şey­tan onların qazandıqları şeylərin acısıyla ayaqlarını sürüşdürmək istədi. Yenə də Allah onları qətiliklə əfv etdi. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox yumşaq dav­ra­nandır.

Bu ayələrdə əvvəl müşrikləri gözləyən aqibət bildirilir, sonra da Uhudda olan hadisələrin nəqliylə möminlərə xəbərdarlıq etməyə davam edilir. Rəbbimiz əvvəl: Biz Allahın haqqında heç bir dəlil endirmədiyi şeyləri Ona ortaq qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq – buyuraraq, möminlərin hər zaman kafirlərə qarşı müzəffər olacaqları müjdəsini vermişdir ki, Uhud döyüşü və beynəlxalq əlaqələrdə bu ilahi vəd reallaşmış və reallaşır.

Uhudda Əbu Süfyan, özü müzəffər bir mövqedə, Rəsulullah və yaxın yoldaşları da gizlənmiş ikən: “İbn Ebi Kebşe [Peyğəmbər] harada! İbn Ebi Kuhafe [Əbu Bəkr] harada? İbnul-Hattab harada?” – deyə bağırmışdı. Ömər də ona qarşılıq vermiş və aralarında bir sıra sözlər keçmişdi. Əbu Süfyan Rəsulullahın yerini öyrənməsinə baxmayaraq, dağdan enib, onların yanına getməyə cəsarət edə bilməmişdi.

Yenə kafirlər Məkkəyə dönərkən, yolun yarısında: “Biz, heç bir şey etmədik. Onların bir çoxunu öldürdük və sonra tam qalibkən onları buraxdıq. Haydı, dönüb onların kökünü tamamilə qazıyaq” – dedilər.

Onlar tam bunu qərarlaşdırarkən, Allah qəlblərinə bir qorxu saldı. Bu vəziyyəti başqa surələrdə də görəcəyik:

  • 26,27Həm də Allah Kitab Əhlindən kafirlərlə əlbir olanları qalalarından endirdi. Və qəlblərinə qorxu saldı! Siz onların bir qismini qətl edir, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına, mallarına və hələ ayaq basmadı­ğı­nız bir yerə sizi son sahib etdi. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir. (Əhzab/26, 27)
  • 2Allah, Kitab Əhlindən Allahın tanrılığına və rəbbliyinə inanmayan kimsələri toplan­manın ilki üçün yurdlarından çıxarandır. Siz onların çıxacaqlarını sanmamışdınız. Onlar da, şübhəsiz ki, qalalarının onları Allahdan qoruyacağına qətiliklə inanırdılarsa da, Allahın əzabı onlara nəzərə almadıqları yerdən gəldi. Və Allah onların ürəklə­ri­nə öz evlərinin öz əlləri ilə və möminlərin əlləri ilə həlak ediləcəyi qorxusunu düşür­dü. Ey sağlam düşüncə sahibləri! Artıq ibrət alın! (Həşr/2)

152-155-ci ayələrdə isə Uhudda yaşanan məğlubiyyət və məğlubiyyətin səbəbləri anladılır. Vəzifə yerini tərk edənlərə məzəmmət edilir. Bu paraqrafda məğlubiyyətin səbəbi zəifləmək, əmrə zidd davranmaq və dünya malı ardınca qaçmaq olaraq təsbit edilir.

Bu ayələrin enmə səbəbiylə əlaqədar aşağıdakı məlumatlar verilmişdir:

Məhəmməd b. əl-Kab əl-Kurazi deyir ki, Müsəlmanlar Uhudda musibətə uğramışlar olaraq Rəsulullah (s.ə.s) ilə bərabər Mədinəyə döndüyündə, bir-birlərinə belə dedilər:  “Allah bizə zəfəri vəd etmişkən, bu bizə haradan gəldi?” Bundan sonra bu ayə-i kərimə endi. Çünki onlar müşriklərin yeddi sancaqdarını öldürmüşdülər. Əvvəllər zəfər Müsəlmanlarda idi. Ancaq daha sonra qənimət toplamaqla məşğul oldular və bəzi oxçular da qənimət əldə etmək istəyi ilə yerlərini tərk etdilər. Budur bu xüsus məğlubiyyətə səbəb olmuşdu.

Buxari əl-Bera b. Azibdən belə dediyini rəvayət edər: Uhud günündə müşriklərlə qarşılaşdığımız sırada, Rəsulullah (s.ə.s) oxçulardan bəzilərini (təpəyə) oturtdu və onlara Abdullah b. Cübeyri komandir təyin edərək belə dedi: “Əsla yerinizdən ayrılmayın; bizim onlara qarşı müzəffər olduğumuzu görsəniz belə ayrılmayın, onların bizə qarşı müzəffər olduqlarını görsəniz belə, bizə yardım etmək üçün yerinizi tərk etməyin”. İki tərəf bir-birləriylə qarşılaşıb, Müsəlmanlar onları pozğuna uğratdılar. O qədər ki, qadınların dağa doğru sürətlə qaçdıqlarını gördük. Qaçmaları əsnasında geyimlərini yuxarı doğru toplamışdılar və ayaq biləklərindəki xalxalları belə görünürdü.

Bu dəfə (Abdullah b. Cübeyrin bərabərindəki oxçular): “Qənimətə qaçaq, qənimətə qaçaq!” – deməyə başladılar. Ancaq Abdullah onlara: “Durun! Rəsulullah (s.ə.s) sizə yerinizdən ayrılmamağınızı əmr etmədimi?” – dedi. Ancaq onlar yerlərindən ayrıldılar. Oxçular (yerlərini tərk edib) onların yanlarına gedincə, Allah da onları çaşdırtdı (nə edəcəklərini bilməz hala gəldilər) və Müsəlmanlardan 70 nəfər öldürüldü. Daha sonra Əbu Süfyan b. Harb, yüksək bir yerdən bizə doğru görünərək, belə dedi: “Həyatda qalanlar arasında Muhəmməd varmı?” Rəsulullah (s.ə.s): “Ona cavab verməyin” – buyurdu. Nəhayət Əbu Süfyan eyni şeyi üç dəfə təkrarladı, sonra:  “Həyatda qalanlar arasında Əbu Kuhafənin oğlu [Əbu Bəkr] varmı?” – deyə üç dəfə soruşdu. Yenə Peyğəmbər (s.ə.s): “Ona cavab verməyin” – buyurdu. Bu dəfə: “Yaxşı, həyatda qalanlar arasında Ömər b. əl-Hattab varmı?” – deyə üç dəfə soruşdu, yenə Peyğəmbər (s.ə.s): “Ona cavab verməyin” – buyurdu. Daha sonra yoldaşlarına dönərək: “Bunlar öldürüldü deməkdir” – deyincə, Ömər (r.a): “Ey Allahın düşməni! Yalan söylədin, Allah səni rəzil edəcək insanları sənin üçün saxlamışdır” – deməkdən özünü saxlaya bilmədi.

Bu dəfə (Əbu Süfyan): “Ucal, ey Hubel!” – deyə iki dəfə səsləndi. Peyğəmbər (s.ə.s): “Ona cavab verin” – buyurunca, əshab: “Nə deyək, Ey Allahın Rəsulu?” – deyə soruşdular. Hz. Peyğəmbər: “Allah daha üstün, daha ucadır” – deyin” – buyurdu. Əbu Süfyan dedi ki: “Bizim Uzzamız var, sizin isə Uzzanız yoxdur” Rəsulullah (s.ə.s): “Ona cavab verin” – buyurunca, “Nə deyək, Ey Allahın Rəsulu?” – deyə soruşdular. Hz. Peyğəmbər: “Allah bizim mövlamızdır, sizin isə mövlanız yox” – deyin” – buyurdu. Bu dəfə Əbu Süfyan belə dedi: “Bu gün Bədirə qarşılıq olsun. Döyüş(də zəfər) növbə ilədir. Digər tərəfdən siz öldürülənlər arasında müslə [öldürülənlərin bəzi orqanlarının kəsilmiş olduğunu] görəcəksiniz. Mən belə edilməsini əmr etmədim”. [75]

Hz. Peyğəmbər və əshabı, Uhudda başlarına gələn musibətlə Mədinəyə dönüncə, əshabdan bəziləri: “Bu, bizim başımıza haradan gəldi? Halbuki Allah bizə yardım edəcəyini vəd etmişdi…” – dedilər. Budur, bundan sonra Allah Təala bu ayəni inzal etdi. [76]

153-cü ayədə möminlərə “kədər üstünə kədər” daddırıldığı ifadə edilmişdir. Ayələrin ümumi ifadəsi ilə tarixi qeydlər nəzərə alındığında, bununla aşağıdakıların qəsd edildiyi anlaşıla bilir:

  • əvvəl malların əldən getməsi, qənimətdən olmaları, sonra da bir çox ölü vermələri, canlarından olmaları surətiylə yaşadıqları kədər;
  • öz sıxıntılarının üzərinə, Rəsulullahın öldürüldüyü dedi-qodusunun əlavə edildiyi kədər;
  • əvvəl rahatlamalarından, sonra da məğlubiyyətdən doğan kədər və iztirab;
  • öz məğlubiyyətlərinin üzərinə, bir də şəhərdəki ailələrinə gələcək zərərin kədəri.

156Ey iman edənlər! Allahın tanrılığını, rəbbliyini tanımayan və yer üzündə dolaşan, yaxud qəzaya çıxan qardaşları üçün: “Yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər” – deyənlər kimi olmayın. Qətiliklə Allah bunu onların qəlb­lərində bir yara edəcəkdir. Və Allah həyat verir və öldürür. Və Allah etdik­lə­ri­nizi ən yaxşı görəndir.

157Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə də, Allahdan bir bağışlanma və mərhəmət, qətiliklə onların topladıqlarından daha xeyirlidir. 158And olsun ki, ölsəniz və ya öldürülsəniz də, qətiliklə, Allahın hüzuruna toplanacaqsınız.

Bu ayələrdə də xəbərdarlıq davam edir: Ey iman edənlər! İnkar etmiş və yer üzündə dolaşan, yaxud qəzaya çıxan qardaşları üçün: “Yanımızda olsaydılar, ölməzdilər, öldürülməzdilər” – deyənlər kimi olmayın. Qətiliklə Allah bunu onların qəlb­lərində bir yara edəcəkdir. Və Allah həyat verir və öldürür. Və Allah etdik­lə­ri­nizi ən yaxşı görəndir. Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə də, Allahdan bir bağışlanma və mərhəmət, qətiliklə onların topladıqlarından daha xeyirlidir. And olsun ki, ölsəniz və ya öldürülsəniz də, qətiliklə, Allahın hüzuruna toplanacaqsınız.

Klassik əsərlərdə bunların, Rəsulullahın “Bir-i Maunə”yə göndərdiyi qrupun nəsəb etibariylə qardaşları və ya münafiqlikdə qardaşları olanlar olduğu nəql edilmişdir. Onlar kimliyindən asılı olmayaraq, hər an mövcud ola bilərlər. Bunlara, “əcəlin müqəddər olduğu, öldürən və dirildənin Allah olduğu vurğulanaraq, döyüşdən qaçmağın mənasızlığı və məntiqsizliyi xəbərdarlıq edilirdi. Yəni madam ki, öldürən də, dirildən də Allahdır, o zaman həyatda qalmasını təqdir etdiyi insanlar döyüşdə də ölməz; ölümünü təqdir etdiyi insanlar isə döyüşə getməsələr də ölür. Necə ki, yuxarıda 154-cü ayədə Əgər siz evlərinizdə olsaydınız belə, üzərlərinə öldürülmə yazılmış olanlar mütləq yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb gedəcəkdi buyurulmuşdur.

  • 43Heç şübhəsiz, güldürən də Odur, ağladan da… 44Heç şübhəsiz, öldürən də Odur, dirildən də… (Nəcm/43, 44)

159Bax budur, sən sırf Allahın mərhəmətinə görə onlara qarşı yumşaq davrandın. Əgər qaba, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb, gedərdilər. Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müşavirə et – işin ən gözəlini or­taq­laşaraq tapıb ortaya çıxar, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz ki, Allah işin nəticəsini Özünə həvalə edənləri sevər.

160Allah sizə kömək edərsə, sizi məğlub edəcək heç kimsə yoxdur. Əgər sizi kömək­siz qoyarsa, artıq ondan sonra sizə kim kömək edə bilər? Belə isə möminlər işin nəticəsini, sadəcə Allaha həvalə etsinlər.

161Və heç bir peyğəmbər üçün cəmiyyət malına/ictimai əmlaka xəyanət etmək olmaz. Və kim ictimai əmlaka xəyanət edərsə, qiyamət günü xainlik etdiyi ictimai əmlak ilə gələr. Sonra da hər kəsə qazandığının qarşılığı tamamilə ödənilər. Və on­lar haqsızlığa uğramazlar.

162Yaxşı, Allahın rızasına uyan kəslər, Allahın qəzəbinə uğrayan və çatacağı yer cəhənnəm olan kəslər kimidirmi? O, nə pis dönüş yeridir!

163Onlar Allah nəzdində dərəcə-dərəcədirlər. Allah onların etdiklərini ən yaxşı görəndir.

Bu ayələrdə əvvəl Rəsulullahın döyüşdə itaətsizlik edənlərə qarşı davranışına toxunulmuş və Rəsulullaha möminlərlə məsləhətləşməsi, qəti qərar alındığında onu tətbiq etməsi əmr edilmiş, sonra da möminlər arasında meydana çıxmış bəzi tərəddüdlər aradan qaldırılmış, gələcəklə əlaqədar motivasiya edilmiş və inkarçılar təhdid edilmişdir.

Ayədə: Sən, sırf Allahın rəhməti səbəbiylə onlara qarşı yumşaq davrandın – buyurularaq, Rəsulullahın günahkarlara qarşı davranışı ilahi rəhmət və tərbiyəyə bağlanmışdır. Rəsulullahın davranışlarını şəkilləndirən ayələrdən bir neçəsi:

  • 214Və ən yaxın qəbiləni xəbərdar et. 215Və möminlərdən sənə uyan insanlara qanadını gər. (Şüəra/214, 215)
  • 199Sən əfvi/malın artıq qalanının al, “örf” [ənənə, Quran ayələri qrupu] ilə əmr et və cahillərdən də aralı dur. (Əraf/199)
  • 128And olsun, içinizdən sizə sizin əziyyətə düşməyiniz ona çox ağır gələn, sizə çox dəyər verən, sadəcə inananlara çox şəfqətli, asanlıq təmin edən, çox mərhəmətli bir elçi gəlmişdir. (Tövbə/128)

Və Bəqərə/109; Yusuf/89-93; Fussilət/33, 34.

Ayədəki Rəsulullaha yönəlik olan İşlərdə onlarla da məsləhətləş ifadəsi, təbii ki haqqında ilahi əmr və açıqlama olmayan mövzulara aiddir. Məsləhət möminlərin vazkeçilməz davranışıdır:

  • 36–39Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir. Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün Rəbbinin çağırışına cavab verən, salaatı iqamə edən, işləri də öz aralarında Şura – “işin ən yaxşı səmtini ortaqlaşaraq tapıb, ortaya çı­xar­maq” olan, özlərini ruziləndirdiyimiz şeylərdən Allah yolunda xərcləyən/baş­da ya­xınları olmaqla, başqalarının dolanışıqlarını təmin edənlər üçün və özlə­ri­nə bir haqsızlıq və hücum isabət etdiyi zaman, bir-birləri ilə köməkləşən/intiqam alan insanlar üçün daha xeyirli və daha qalıcıdır. (Şura/36-39)

Bu ayələrdə başda idarəçilər olmaqla hər kəsə, bilmədikləri xüsuslarda və içindən çıxa bilmədikləri mövzularda; istər dini, istər siyasi, istər iqtisadi, istər hərbi olsun mütəxəssislərlə istişarə edilməsi əmri verilir. Həmçinin bu ifadə ilə müşavirənin əhəmiyyəti ortaya qoyulmuş, möminlərin bu prinsipdən uzaqlaşmamaları istənilmişdir.

Daha sonra, bir dəfə də əzm etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et buyurularaq, aldığı qərarı tərəddüdsüz tətbiq edib, nəticəni Allaha tapşırması istənilmişdir.

Əzm etmək düşünmədən, önünə gələn görüşü tətbiq etmək, nəticələri nəzərə almadan kefinin istədiyini etmək, nəticəni nə olursa, olsun bir işi etmək demək deyil, “bir şey üzərində uzun-uzun araşdırma etmək və qəti, vazkeçilməz bir nəticəyə varmaq”dır:

  • 73Ey Peyğəmbər! İnkarçılar və münafiqlərə qarşı cəhd et. Və onlara qarşı sərt ol. On­ların sığınma yerləri də cəhənnəmdir. Və o, nə pis bir son yer – son dayana­caq­dır!  (Tövbə/73)
  • 2Zina edən qadın və zina edən kişi, dərhal hər birini yüz qamçı ilə qamçılayın, Allaha və axirət gününə inanırsınızsa, Allah dinində/qanununda sizin onlara ürəyiniz yanmasın/yazığınız gəlməsin! Və möminlərdən bir qrup onların cəzalandırılmasına şahid olsun. (Nur/2)
  • 54Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında mö­minlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət gətirər ki, Allah onları sevər, on­lar da Onu sevərlər. Onlar Allah yolunda çalışar və heç bir qınayanın qınama­sın­dan qorxmazlar. Bu, Allahın dilədiyinə verdiyi bir ərməğandır. Allah biliyi və mər­hə­məti geniş və hədsiz olandır, çox yaxşı biləndir. (Maidə/54)

161-ci ayədəki Və heç bir peyğəmbər üçün cəmiyyət malına/ictimai əmlaka xəyanət etmək olmaz. Və kim ictimai əmlaka xəyanət edərsə, qiyamət günü xainlik etdiyi ictimai əmlak ilə gələr. Sonra da hər kəsə qazandığının qarşılığı tamamilə ödənilər. Və on­lar zülmə də uğramazlar ifadəsi möminləri tərbiyəyə yönəlikdir.

Bu ayənin enməsi ilə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar nəql edilir:

Hz. Peyğəmbər (s.ə.s) döyüşlərin birində bir sıra qənimətlər əldə etmiş, sonra da əldə etdiyi bu qənimətləri bir yerə toplamış, amma bəzi səbəblərə görə qənimətlərin bölgüsü gecikmişdi. Bundan sonra bir camaat onun yanına gələrək: “Qənimətlərimizi təqsim etmirsənmi?” – deyincə, Hz. Peyğəmbər (s.ə.s): “Əgər sizin Uhud dağı qədər qızılınız olsa, ondan tək bir dirhəmini belə saxlamaram. Siz, qənimətlərinizə xəyanət etdiyimimi sanırsınız?” – buyurmuş və bundan sonra Haqq Təala bu ayəni endirmişdir.

İkrimə və Said ibn Cübeyr bunu rəvayət etmişdilər: “Ayə Bədir günü (qənimət içindən) yox olan qırmızı bir məxmər örtük haqqında nazil olmuşdur. Bu məxmər örtüyə görə bəzi cahillər: “Bəlkə də onu Peyğəmbər aldı” – demişdilər. Bu ayə budur, buna görə nazil olmuşdur.”

İbn Abbasdan (r.a), bir başqa yolla bu rəvayət edilmişdir: “Əshabın öndə gedənləri Hz. Peyğəmbərə (s.ə.s) qənimət mallarından əlavə bir şey verməyi istəmişdilər ki, buna görə bu ayə nazil olmuşdur.”

Rəvayət olunduğuna görə, Hz. Peyğəmbər (s.ə.s), qabaqcıl birliklər göndərmiş və onlar bəzi qənimətlər əldə etmişdilər. Hz. Peyğəmbər (s.ə.s) bu qənimətləri dağıtmış, lakin qabaqcıllara pay ayırmamışdı. Bundan sonra bu ayə nazil oldu.

Kelbi və Mukatil belə demişdilər: “Bu ayə-i kərimə Uhud günü o oxçular, qənimət əldə etmək arzusu ilə mövqelərini tərk edərək: “Biz Allah Rəsulunun: “Kim bir şey alırsa, o, onundur” – deməsindən və Bədir günündə etdiyi kimi, burada da qənimətləri təqsim etməməsindən qorxuruq” – dedikləri, bundan sonra da Hz. Peyğəmbərin (s.ə.s): “Siz, bizim xainlik edib, sizə qənimətdən pay verməyəcəyimizimi sandınız” –dediyinə görə nazil olmuşdur. [77]

Burada Elçi ilə əlaqədar xəyanəti, özünə verilən vəhyi gizləməsi, təbliğ etməməsi olaraq da anlamaq mümkündür. Belə ki, Məkkədə və Mədinədə Allahın ismarıclarını çatdırmaması üçün Rəsulullaha bir çox təzyiq edilirdi.

Buna görə heç bir elçi, özünə vəhy edilən ismarıcı gizləyə bilməz, Allaha xəyanət edə bilməz:

  • 67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz. (Maidə/67)
  • 24O kimsənin görmədiyi, eşitmədiyi, seçmədiyi, özünə verilən vəhylər barəsində xəsislik edən də deyildir. (Təkvir/24)
  • 44–47Əgər Elçi/Muhəmməd bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə, ondan bütün gücünü alardıq. Sonra ondan can damarını, qətiliklə, kəsərdik. Artıq sizdən heç biriniz də ona sipər ola bilməzdiniz. (Haqqa/44-47)

Bu ayələrdə bütün insanlığa açıq bir bəyanat vardır: “Əgər Muhəmməd Qurana nəyi isə əlavə etməyə və ya çıxmağa və ya onu dyişdirməyə və ya gizləməyə cəhd edərsə, Allah adından söz uydurarsa, faciəli şəkildə cəzalandırılar.

Bu təhdid Rəsulullaha olduğu qədər, hər zamandakı insanlara da yönəlikdir. Heç kimsə Allah adından söz törətməməli, din adından veriləcək hökmlər mütləq Qurandan alınmalıdır:

  • 15Və ayələrimiz onlara açıq şəkildə oxunduğunda, Bizə qovuşmağı ummayanlar: “Bundan başqa bir Quran gətir, yaxud bunu dəyişdir!” – dedilər. De ki: “Onu özümün məsləhətimlə dəyişdirmərəm/mənə bu barədə heç söz ola bilməz. Mən sadəcə, mənə vəhy olunana uyuram. Rəbbimə üsyan edərəmsə, tam yəqin bilin ki, böyük günün əzabından qorxaram”.  (Yunus/15)
  • 73Az qalmışdı ki, onlar səni, sənə vəhy etdiyimizdən uzaqlaşdırsınlar və Ondan başqasını bizə isnad edərək söyləyəsən deyə, səni səhvə sürükləyərək atəşdə yandırsınlar. Bax budur, o təqdirdə səni xəlil/ iz qoyan bir lider edərdilər.
  • 74Və əgər Biz səni möhkəmlətməsəydik, sən onlara bir az da olsa, meyl edərdin.
  • 75O halda sənə həyatın iki qatını və ölümün iki qatını daddırardıq. Sonra Bizə qarşı özünə heç bir yardımçı da tapa bilməzdin. (İsra/73-75)
  • 15,10Bax budur, bunun üçün sən dəvət et və sənə əmr edildiyi kimi, dosdoğru ol. Onların boş, dünyəvi arzularına uyma və de ki: “Mən, Allahın kitabdan endirdiyinə inandım və mənə aranızda ədaləti həyata keçirmək vəzifəsi əmr olundu. Allah bizim Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim etdiklərimiz yalnız və yalnız bizə, sizin etdikləriniz də yalnız və yalnız sizə aiddir. Sizinlə bizim aramızda heç bir dəlilə yer yoxdur. Allah bizi bir araya toplayacaqdır. Dönüş də yalnız Onadır. Və haqqında ixtilafa düşdüyünüz hər hansı bir şey… artıq onun hökmü Allaha aiddir. Bax budur, bu, mənim Rəbbim Allahdır. Mən yalnız Ona işin nəticəsini həvalə etdim və mən yalnız, Ona yönəlirəm”.  (Şura/15, 10)
  • 18Bax budur, anası, atası ilə inanc mübahisəsi olan, Axirətə inanmayan uşaqlar! Onlar özlərindən öncə gəlib keçmiş, bilinən-bilinməyən bütün səviyyədən başçılı cəmiyyətlər içərisində əleyhlərində Söz haqq olmuş insanlardır. Şübhəsiz ki, onlar həqiqətən itkiyə/zərərə uğrayıb acı çəkən insanlar idilər. (Casiyə/18)
  • 5–8Artıq, yaxında haqq dindən çıxaraq, özünü atəşə atmış olanın hansınız olduğunu görəcəksiniz, onlar da görəcəklər. Şübhəsiz, Rəbbindir, yolundan azanı ən yaxşı bilən. Yenə Odur bələdçilənərək doğru yolu tapmış olanları ən yaxşı bilən. O halda, axirət gününü yalan sayan o adamlara itaət etmə!
  • 9–16Onlar arzu etdilər ki, sən onların işinə rəvac verəsən, onlar da dərhal sənin işinə rəvac versinlər. Çox and içən, alçaq, lağ edən, qanmaz, arxadan danışan, ara vuran, qovmaq üçün fürsət axtaran, mal və oğulları var deyə, xeyirə mane olan, hücum edən, günaha batmış, qaba/kobud, sonra da pisliklə damğalı bu müftəxorların heç birinə itaət etmə. Axirəti yalan sayan o adam, ayələrimiz özünə oxunduğu zaman: “Daha öncəkilərin hekayələridir” – dedi. Yaxında Biz onun burnunu ovacağıq. (m/5-16)

164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər.

Möminləri qürurlandırmaq üçün bu ayədə And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və hikməti [zülm və fəsadı əngəlləmək üçün qoyulmuş qanun, düstur və prinsipləri] öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər buyurulur. Bunda iki xüsusdan bəhs edilir: A) Elçinin içlərindən biri olması, B) Onların dünya və axirətdə xoşbəxtliklərini təmin edəcək prinsiplərin göndərilmiş olması.

Allah Rəsulullahı sadəcə möminlər üçün deyil, bütün insanlığın yaxşılığı üçün göndərmişdir:

  • 28Və Biz səni, ancaq insanlara müjdələyici və xəbərdaredici olaraq göndərdik, lakin insanların çoxu bilmirlər. (Səba/28)
  • 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/158)
  • 19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”. (Ənam/19)
  • 1Aləmlərə xəbərdar edən olsun deyə, quluna/qullarına Furqanı endirən nə səxavətlidir! Nə bol-bol nemət verəndir! (Furqan/1)
  • 7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik.
  • Bir qrup cənnətdədir, bir qrup da cəhənnəmdədir. (Şura/7)
  • 2,3O, Anaşəhərlilər/Məkkəlilər içində özlərindən olan və Anaşəhərlilərə və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Cümə/2-3)

Burada, möminlərə… deyilməsi, ondan istifadə edənin möminlər olduğuna görədir. Necə ki, Allah belə buyurur:

  • 45Sən ancaq qiyamətin qopma zamanına hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan insanların xəbərdar edənisən. (Nəziət/45)

Eyni ifadə, Quran üçün də işlədilmişdir, yəni Quran da bütün insanların rəhbəri olmasına baxmayaraq, Qurandan müttəqilər istifadə etdiklərinə görə Müttəqilər üçün rəhbərdir (Bəqərə/185) deyilmişdir.

165İki qatını isabət etdirdiyiniz bir müsibət, özünüzə isabət edincəmi: “Bu məğlubiyyət haradan!?” – dediniz. De ki: “Başınıza gələn bu məğlubiyyət, öz nəzdinizdəndir”. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı güc yetirəndir.

166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar  qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”.

165-ci ayədə işarə edildiyi kimi, Müsəlmanlar kafirləri Bədir günündə məğlubiyyətə uğratmışdılar. Uhud döyüşünün başlanğıcında da məğlubiyyətə uğratmışdılar. Amma sonra üsyan edib, əmrə riayət etməyincə, məğlubiyyətə uğramışlar. Uhud döyüşündə 70 ölü vermişdilər. Əslində isə Bədir döyüşündə müşriklərdən 70-i öldürülmüş, 70-i də əsir alınmışdı. Beləliklə, Müsəlmanlar müşrikləri iki dəfə, müşriklər də Müsəlmanları bir dəfə məğlubiyyətə uğratmış oldu. Ayədəki Bu [başınıza gələn məğlubiyyət], öz nəzdinizdəndir ifadəsindən də anlaşılacağı kimi, Uhud məğlubiyyəti döyüşçülərin özlərindən, yəni itaətsizliklərindən və mal hərisliklərindən qaynaqlanmışdır.

166-168-ci ayələrdə Abdullah b. Ubey ilə onunla birlikdə geri dönərək, Rəsulullahı köməksiz buraxan yoldaşlarına işarə edilir. Bu hadisə belə nəql edilir:

300 nəfər idilər. Cabir b. Abdullahın atası, Abdullah b. Amr b. Haram əl-Ənsari arxalarından gedərək: “Allahdan qorxun, Peyğəmbərinizi buraxmayın, Allah yolunda mübarizə edin, yaxud müdafiə edin” – dedi və buna bənzər sözlər söylədi. İbn Ubey özünə: “Döyüş olacağı görüşündə deyiləm. Əgər biz döyüş olacağını bilsək, əlbəttə sizinlə birlikdə olarıq” – dedi. Abdullah onlardan ümidini üzüncə: “Haydı, gedin Allahın düşmənləri! Allah Rəsulunu sizə möhtac buraxmayacaqdır” – dedi. Bu sözləri söylədikdən sonra Peyğəmbərlə (s.ə.s) birlikdə yola davam etdi və şəhid düşdü. Uca Allahın rəhməti üzərinə olsun. [78]

Paraqrafın davamında da münafiqlərin ölümə baxışları ortaya qoyulmuşdur. Onlara görə, döyüşdə öldürülən adam döyüşə getməmiş olsaydı, ölməz, ya da öldürülməzdi. Bunlara Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın” deyilərək, onların qənaət və iddialarının səhv olduğu dilə gətirilmişdir.

169–171Allah yolunda öldürülənləri də qətiyyən ölü sanma. Tam əksinə, onlar diridirlər, Allahın ərməğanlarından verdiyi şeylərlə sevincli olaraq, Rəbbi qatında ruzilən­mək­­dədirlər. Arxalarından özlərinə hələ çatmayan kəslərə, özləri üçün heç bir qor­xu olmayacağını və üzülməyəcəklərini müjdələmək istəyərlər. Onlar Allahdan bir ne­məti, ərməğanı və Allahın şübhəsiz, möminlərin əcrini yox etməyəcəyini müjdə­lə­mək istəyərlər.

Bu ayələrdə mövzunun döyüş [ölmək, öldürmək və ölüm qorxusu ilə döyüşdən qaçmaq] olduğuna görə, Rəsulullahın şəxsində insanlara çox mühüm məlumatlar verilir:

Allah yolunda öldürülənləri də qətiyyən ölü sanma. Tam əksinə, onlar diridirlər, Allahın ərməğanlarından verdiyi şeylərlə sevincli olaraq, Rəbbi qatında ruzilən­mək­­dədirlər. Arxalarından özlərinə hələ çatmayan kəslərə, özləri üçün heç bir qor­xu olmayacağını və üzülməyəcəklərini müjdələmək istəyərlər. Onlar Allahdan bir ne­məti, lütfü və Allahın şübhəsiz, möminlərin əcrini yox etməyəcəyini müjdə­lə­mək istəyərlər.

Bu ayə əvvəl Bədir və Uhudda Allah yolunda ölənlərlə əlaqələndirilməli, sonra da ümumiləşməlidir. Belə ki, qədim ümmətlərdəki Allah yolunda ölənləri saymazsaq, bu ayələr endiyində Bədir və Uhuddan başqa Allah yolunda ölən hələ yox idi.

Bu ayənin yaxşı anlaşılması üçün, Bəqərə və Nisa surələrində yer alan aşağıdakı ayələri nəzərə almaq lazımdır:

  • 154Və Allah yolunda öldürülənlərə “Ölülər” deməyin. Əslində onlar diridirlər. Lakin, sizin şüurunuz onu qavraya bilmir. (Bəqərə/154)
  • 85Kim xeyir və yaxşılıqlara vasitəçi olmaqla kömək edərsə, bundan özünə bir pay vardır. Kim də pisliyə dəlil olmaq və kömək etməklə və ya pislik cığırını açmaqla kömək edirsə, ondan özünə bir günah payı vardır. Allah hər şeyə qadirdir. (Nisa/85)

Bu ayələrdən yola çıxarsaq, Allah yolunda ölənlərin ölməyib ruziləndiyi, örnək olaraq başqalarını da Allah yolunda ölməyə təşviq etdiklərinə görə, unudulmayıb şan və şərəflə anılmaları və əməl dəftərlərinin qapanmaması, onları örnək alan insanların əcri qədər onlara da əcir yazılması olaraq anlaşıla bilir.

172,173Özlərinə yara toxunduqdan sonra Allah və Elçinin dəvətinə qatılan kəslər, insanlar özlərinə: “Şübhəsiz, insanlar sizə qarşı birlik oldular, onlardan ürpərin” – dediklərində, bunun  onların inancını artırdığı və: “Allah bizə yetər. O, nə gözəl – bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qo­ruyan, dəstəkləyərək həyata keçirəndir!” – deyən insanlar… Onlardan yaxşı­laş­dıran, gözəlləşdirən və Allahın qoruması altına girmiş kimsələrə böyük bir mükafat vardır.

174Sonra da onlar özlərinə heç bir pislik toxunmadan Allahın neməti və ərməğanı ilə geri döndülər və Allahın rızasına uydular. Və Allah çox böyük lütfun sahibidir.

Burada döyüşün çətin şərtlərində mətanətli davranan, Allaha təvəkkül edən möminlər öyülür.

Təvəkkül “insanın əzmdən [hər cür tədbiri aldıqdan] sonra, işin nəticəsini Vəkilə [varlığı dik/canlı tutan, davam etdirən, qoruyan və ruzi verən Allaha] buraxması” deməkdir.

Bu ayələrin enmə səbəbiylə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar yer almışdır:

Bu ayə Uhud günündə nazil olmuşdur. Əshab məğlubiyyətə uğradıqdan sonra Hz. Peyğəmbərin yanına dönüncə, Hz. Peyğəmbər müşrikləri təqib barəsində Müsəlmanları təşviq etdi. Əslində elə Hz. Həmzənin (r.a) mübarək nəşinə müslə [işgəncə] edilmiş olduğunu gördükdən sonra onlar da müslə etməyə niyyətli idilər, amma Hz. Peyğəmbər onları bundan çəkindirmişdi. Sonra Allah Təala müşriklərin qəlbinə qorxu salmış, beləliklə, dağılıb getmişdilər. Hz. Peyğəmbər Uhudda şəhid olanların cənazə namazını qılmış və onları qanlarıyla dəfn etmişdi. Alimlərin rəvayət etdiyinə görə Safiyyə qardaşı Həmzənın vəziyyətini görmək üçün gəldiyində Hz. Peyğəmbər (s.ə.s) Zübeyrə: “Onu buraxma ki, qardaşına edilmiş olan müsləyə görə fəryadü fəğan etməsin” – demiş, bundan sonra Safiyyə: “Ona nə edildiyinə dair xəbər mənə gəldi. Bu, Allaha itaət etməyin yanında əhəmiyyətsiz bir şeydir” – deyincə, Hz. Peyğəmbər Zübeyrə: “Ona müsaidə et ki, qardaşına baxsın” – demişdir. Safiyyə isə: “Xeyr!” – demiş və Hz. Həmzə üçün Allahdan mağfirət tələbində olmuşdur. Yenə əri, atası, qardaşı və oğlu öldürülmüş bir qadın gəlib və Hz. Peyğəmbərin həyatda olduğunu görüncə: “Artıq bundan sonra heç bir müsibətin əhəmiyyəti yoxdur!” – dedi. Ayənin nüzul səbəbi haqqında söylənənlər budur, bunlardır. [79]

Ən doğru olan bu rəvayətə görə, Əbu Süfyan və yoldaşları Uhuddan dönüb, Revha deyilən yerə çatdıqları zaman peşman olaraq belə demişdilər:  “Biz onların bir çoxunu öldürdük. Onlardan geriyə bir az insan qaldı. O halda biz niyə onların yaxasını buraxdıq? Əksinə, bizim etməli olduğumuz, geriyə dönüb, onların kökünü qazımaqdır.” Beləliklə, onlar geri dönməyə niyyətləndilər. Bu xəbər Hz. Peyğəmbərə (s.ə.s) çatınca, kafirləri qorxutmaq və onlara istər özünün, istərsə də əshabının son dərəcə güclü olduğunu göstərmək istədi. Bundan sonra o, əshabını Əbu Süfyanı təqibə çıxmağa təşviq etdi və belə dedi: “Mən bu anda ancaq döyüşdə mənimlə bərabər olanlarla təqibə çıxmağı istəyirəm…” Beləliklə, Hz. Rəsul (s.ə.s) əshabından bir camaatla, Qüreyşi təqibə çıxdı. Rəvayətə görə, bu camaatın sayı 70 nəfərə yaxındı. Müsəlmanlar Mədinəyə üç mil məsafədə olan Hamraul-Əsəd mövqeyinə çatınca, Allah Təala müşriklərin qəlbinə bir qorxu saldı və beləliklə, müşriklər dağılışdılar. Rəvayət edildiyinə görə, əshabın içində bir-birlərini bir saat müddətə çiyinlərində daşıyan insanlar var idi. Bütün bunlar yaralarının çox və ağır olmasındandı. Yenə onların içində, bir saat müddətinə bir-birlərinə söykənərək yeriyən insanlar da vardı. [80]

Müşriklər Uhuddan ayrılıb Peyğəmbər (s.ə.s) və əshabına isabət edənlər isabət etdikdən sonra, (müşriklərin) geri dönəcəklərindən qorxdular. Bundan sonra Peyğəmbər belə buyurdu: “Bizim gücümüzün yerində olduğunu bilmələri üçün onların arxasından getməyə kim gəlir?” Əbu Bəkr və əz-Zübeyr 70 nəfər ilə birlikdə gedənlər arasında idilər və (Qüreyşlilərin) arxasından yola çıxdılar. Onların gəldiklərini xəbər alınca da Allahdan bir nemət və bir lütf ilə geri döndülər.

Aişə (r.a.) Hamraul-Əsəd döyüşündə meydana gələn hadisələrə işarə edir. Hamraul-Əsəd Mədinədən təxminən 8 millik uzaqlıqdadır. Belə olmuşdu: Uhudun ertəsi günü olan Bazar günü Rəsulullah (s.ə.s) müşriklərin arxasından getmək üçün insanlar arasında elan edib belə dedi: “Bizimlə birlikdə ancaq dünən orada olan insanlar çıxsın. Onunla bərabər 200 mömin yola çıxdı. Buxaridə də belə deyilir: (Peyğəmbər) buyurdu ki: “Onların arxasından kim gedər?” Onlardan 70 nəfər ortaya çıxdı. Aralarında, öncədən də keçdiyi kimi, Əbu Bəkr və əz-Zübeyr də vardı. Hamraul-Əsədə çatıncaya qədər yollarına davam etdilər. Beləliklə, düşməni qorxutmuş olurdu. Aralarında ağır yaralı olub, yeriyə bilməyən və miniyi də olmayan insanlar vardı. Hətta başqalarının boyunları üzərində daşınanlar belə vardı. Bütün bunlar isə Rəsulullahın (s.ə.s) əmrini yerinə yetirmək və cihada rəğbət üçün edilmişdi.

Ayə-i kərimənin olduqca ağır yaralı, biri digərinə söykənən, bununla birlikdə Peyğəmbər (s.ə.s) ilə bərabər yola düzələn Abduleşhel oğullarından iki nəfər haqqında endiyi də söylənmişdir. (Hz. Peyğəmbər və bərabərindəkilər) Hamraul-Əsədə çatdıqlarında Nuaym b. Məsud ilə qarşılaşdılar. O onlara Əbu Süfyan b. Harbın və bərabərindəki Qüreyşlilərin yığılıp toplandıqlarını və Mədinəyə gedib oranın xalqını hamılıqla məhv etməyi qərarlaşdırdıqlarını söylədi. Bundan sonra onlar (Uca Allahın söylədiklərini xəbər verdiyi) Allah bizə kafidir, O nə gözəl vəkildir dedilər. [81]

Bu ayələrdə Uhuddan sonra Rəsulullahın çağırışına icabət edən möminlər öyülür. Tarix, hər şey bitdi sanıldığında səbr və mətanətin zəfər gətirdiyinə şahiddir.

175Şübhəsiz ki, o şeytan/pis niyyətli insan öz yaxınlarını qorxudur. Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun.

176Küfrdə yarışan bu insanlar isə səni kədərləndirməsin. Onlar Allaha heç bir şəkildə, qətiyyən zərər verə bilməzlər. Allah onlara axirətdə hər hansı bir pay verməməyi istəyir. Və onlar üçün çox böyük bir əzab vardır.

177Şübhəsiz, iman müqabilində küfrü satın alan kəslər Allaha heç bir şəkildə, qətiyyən zərər verməzlər. Və onlar üçün çox acıqlı bir əzab vardır.

178Allahın tanrılığını, rəbbliyini tanımayan bu insanlar, şübhəsiz, Bizim onlara möhlət verməyimizin, onlar üçün xeyirli olduğunu sanmasınlar. Şübhəsiz, Biz onlara daha çox günaha girsinlər deyə, möhlət veririk. Və onlar üçün alçaldıcı bir əzab vardır.

179Allah murdar olanı təmiz olandan ayırd edənə qədər möminləri sizin tabe olduğunuz yolun üzərində buraxacaq deyildir. Allah sizləri görünməyən, eşidilməyən, seçilməyən, keçmiş, gələcək barəsində biliklənən biri edəcək də deyildir. Lakin Allah  elçilərindən dilədiyini seçər. Belə isə, Allaha və Elçisinə iman edin. Və əgər iman edər və Allahın qoruması altına girərsinizsə, bax budur o zaman sizin üçün çox böyük bir qarşılıq vardır.

180Və Allahın özlərinə lütfündən verdiyi nemətlərə qarşı xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Tam əksinə, o, onlar üçün zərərdir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası, yalnız və yalnız Allaha aiddir. Və Allah etdikləriniz barədə bilik sahibidir.

Bu ayə qrupunda müxatib alınan möminlər, haralardan və necə zərər gələcəyi bildirilərək, sayıq olmağa dəvət edilir:

  • Şübhəsiz ki, o şeytan öz yaxınlarını qorxudur.
  • Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun.
  • Küfürdə yarışanlar səni narahat etməsin.
  • Onlar Allaha heç bir şeydə əsla zərər verə bilməzlər. Allah onlara axirətdə bir pay qılmamaq istəyir.
  • Onlar üçün çox böyük bir əzab vardır.
  • İman qarşılığında inkarı satın alan insanlar Allaha heç bir şeydə əsla zərər verə bilməzlər.
  • Onlar üçün çox acıqlı bir əzab vardır.
  • Bu küfr etmiş insanlar Bizim özlərinə möhlət verməyimizin onlar üçün xeyirli olduğunu sanmasınlar.
  • Biz onlara günahlarını artırsınlar deyə, möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
  • Allah murdar olanı, təmiz olandan ayırd edənə qədər möminləri sizin üzərində olduğunuz şey üzərində buraxacaq deyildir.
  • Allah, sizləri qeybdən xəbərdar qılacaq da deyildir. Və lakin Allah elçilərindən dilədiyini seçər. Elə isə Allaha və Elçisinə iman edin.
  • Əgər iman edər və təqvalı davranarsınızsa, sizin üçün çox böyük bir qarşılıq vardır.
  • Allahın özlərinə artıqlıqla verdiyi nemətlərə qarşı xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar.
  • Əksinə o, özləri üçün şərrdir. Xəsislik etdikləri şey, qiyamət günündə boyunlarına dolanacaqdır.
  • Göylərin və yerin mirası yalnız və yalnız Allaha aiddir.
  • Və Allah etdikləriniz haqqında məlumat sahibidir.

Göründüyü kimi, ayələr tamamilə konkret və açıqdır. 175-ci ayədəki Şübhəsiz ki, o şeytan/pis niyyətli insan öz yaxınlarını qorxudur. Onlardan qorxmayın, əgər möminsinizsə, Məndən qorxun ifadəsi, Mədinədə baş verən gizli-qapalı işlərə işarə edir. Belə ki, Uhud döyüşündə umduğunu əldə edə bilməyən Əbu Süfyan Müsəlmanları Bədir döyüşünün ilk ildönümündə təkrar döyüşə dəvət etmişdi. Lakin Məkkədə yaşanan iqtisadi problemlərə görə belə bir döyüşü gözə ala bilmədi. Amma psixoloji olaraq vəziyyəti qurtarmaq üçün bir çox hiyləyə əl atdı. Casusları vasitəsi ilə, möminlərə, onları yox edəcək dünyanın ən güclü ordusunu qurduğu xəbərini yaydı. Bu yalan xəbər təsirli oldu. Rəsulullahın ətrafındakı Müsəlmanlar Bədirə gedib döyüşməyə isti baxmadılar. Bundan sonra Rəsulullah: “Mənimlə heç insan gəlməsə də, söz verilən döyüşə tək başıma gedəcəyəm” – deyərək qərarlılığını ortaya qoydu. Bundan sonra 1.500-ə yaxın könüllü Rəsulullahla birlikdə Bədirə getdi. Əbu Süfyan da 2.000 nəfərlik bir ordu ilə Məkkədən Bədirə doğru yola çıxdı. İki gün yol aldıqdan sonra döyüş qərarından əl çəkib, növbəti il döyüşmələrinin daha uyğun olacağını söylədi. Daha sonra ordusuyla birlikdə Məkkəyə döndü. Rəsulullah isə, Əbu Süfyan liderliyindəki müşrik ordusunu Bədirdə səkkiz gün gözlədi. Müşriklərin Məkkəyə döndükləri öyrənilincə, Rəsulullah da möminlərlə Mədinəyə döndü.

Qaynaqlarda bu ayə qrupunun enmə səbəbi haqqında aşağıdakı məlumatlar yer alır:

Uca Allahın Küfrdə yarışanlar səni narahat etməsin buyuruğunda bəhs edilən insanlar öncə İslama girən, sonra da müşriklərdən qorxaraq İslamdan çıxan insanlardır. Peyğəmbər (s.ə.s) buna görə kədərlənincə Uca Allah da Küfrdə yarışanlar səni narahat etməsin  ayə-i kəriməsini endirdi. Əl-Kelbi deyir ki: “Bununla Uca Allah münafiqləri və Yəhudilərin dəstə başçılarını qəsd edir. Bunlar Peyğəmbərin (s.ə.s) kitabdakı xüsusiyyətlərini gizlədilər. Bundan sonra bu ayə-i kərimə nazil oldu.” [82]

Burada şeytan dedikdə (Əbu Süfyanla rastlaşan) “o camaat” nəzərdə tutulur. Bunun Nuaym ibn Məsud olduğu da söylənmişdir. Nuaym kafirlikdə irəli gedib azdığı üçün “şeytan” olaraq zikr edilmişdir. [83]

Alimlər ayənin nüzul səbəbi haqqında ixtilaf edib, bu görüşləri bəyan etmişdilər:

1) Bu ayə Qüreyş kafirləri haqqında nazil olmuşdur. Allah, Peyğəmbəri Hz. Muhəmmədi onların şərrindən əmin qılmışdır. Buna görə məna “səninlə döyüşmək üçün ordular toplayaraq küfürdə yarışanlar səni məhzun etməsin. Çünkü onlar, bu hərəkətləriylə Allaha deyil, sadəcə özlərinə zərər verirlər” şəklindədir. Bunu, onların Peyğəmbərə və əshabına heç bir şəkildə zərər verə bilməyəcəkləri mənasında anlamaq lazımdır. İfadə bu şəkildə anlaşıldığında, mütləq bəlli bir zərərə həml edilməlidir. Çünki bundan sonra onların Hz. Peyğəmbərə (s.ə.s) bir sıra zərərlər verdikləri məşhurdur. Əsas olan, bunun “Kafirlərin ordular toplamaqdan məqsədləri, bu dini yox etmək və bu şəriati silməkdir. Onların bu məqsədləri heç bir zaman reallaşmayacaq, əksinə öz işləri pozulacaq, gücləri gedəcək, sənin işin ucalıb ismin duyulacaq” mənasına həml edilməlidir.

2) Bu ayə münafiqlər haqqında nazil olmuşdur. Onların küfürdə yarışmaları möminləri Uhud hadisəsi ilə qorxutmaları və ilahi yardıma nail olacaqları barədə ümidsiz buraxmağa cəhd etmələridir. Və yaxud da onların: “Muhəmməd mülk ardınca qaçır. Buna görə vəziyyət bəzən lehinə, bəzən əleyhinə olur. Əgər o, Allahın göndərdiyi bir Peyğəmbər olsaydı, heç məğlub olmazdı” – demələridir. Bu da, Müsəlmanları (az qala) İslama qarşı soyudurdu və Hz. Peyğəmbər (s.ə.s) buna görə kədərlənirdi.

3) Bəzi alimlər də belə demişdilər: “Bir qisim kafirlər Müsəlman olmuşlar, lakin Qüreyşdən çəkindikləri üçün irtidad etmiş [İslamdan çıxmışdılar]. Budur, buna görə, Hz. Peyğəmbərin (s.ə.s) könlünə bir narahatlıq düşmüşdü. Çünki o, onların bu irtidadları ilə özünə bir zərər verə biləcəklərini sanırdı. Budur, buna görə, Cənab-i Allah onların mürtəd olmalarının, ona bir zərər verməyəcəyini bəyan buyurmuşdur”. [84]

Ayədəki Bu, küfrdə yarışan insanlar da səni narahat etməsin xəbərdarlığı Rəsulullaha bir çox dəfə edilmişdir. Rəsulullah qövmünün küfrünə görə hədsiz dərəcədə narahat olurdu:

  • 7Kafirlər… Onlar üçün şiddətli bir əzab vardır. İman etmiş və quruculuq yolunda fəaliyyət göstərənlər – onlar üçün bir bağışlanma və böyük bir mükafat vardır. 8Onun üçün, pis əməli özünə bəzəkli göstərilən, sonra da onu gözəl görən insanmı? Şübhə yox ki, Allah dilədiyini/diləyəni çaşdırar, dilədiyinə/diləyənə də bələdçilik edər. Onun üçün canın onlara qarşı həsrətlərlə/kədərlərlə sıxılmasın. Şübhəsiz ki, Allah onların etməkdə olduqlarını çox yaxşı bilir. (Fatir/7, 8)
  • 3Onlar Hicr/91Quranı sehir, şeir, əsatir (mifoloji deyimlər), uydurulmuş söz kimi bir sıra parçalar, pis sözlər qəbul edən insanlar, 3iman edənlər olmurlar deyə, sən özünü məhv edəcəksən! (Şüəra/3)
  • 6Sonra da onlar bu Qurana inanmazlarsa, onların etdiklərinə görə sən az qala kədərdən özünü həlak edəcəksən! (Kəhf/6)

181,182Allah: “Şübhəsiz ki, Allah yoxsuldur, biz zənginik” – deyən kəslərin sözünü, əlbəttə eşitdi. Onların söylədikləri şeyləri və peyğəmbərləri haqsız yerə öldürmə­lə­rini yazacağıq. Və Biz: “Dadın o yandıranın əzabını! Bu, öz əllərinizin öndən gön­dər­diklərinin qarşılığıdır” – deyəcəyik. Və şübhəsiz, Allah qullara qətiyyən haqsızlıq edən deyildir.

183“Allah yoxsul, biz zənginik” – deyənlər “Atəşin yeyəcəyi bir qurbanı bizə gətirmədikcə, heç bir elçiyə iman etməyəcəyimizə dair Allah bizə qətiliklə əhd etdi” – deyə axmaqlayan kəslərdir. De ki: “Qətiliklə, məndən öncə, sizə bəzi elçilər açıq dəlillərlə və sizin dediyiniz şeylə gəldilər və yaxşı, əgər doğru insanlarsınızsa, onları nə üçün öldürdünüz?”

184Əgər indi səni yalan saydılarsa, bil ki, səndən öncə açıq dəlillər, səhifələr və aydınladıcı kitab ilə gələn elçiləri də yalan saymışdılar.

Bu ayələrdə Yəhudilər haqqında məlumatlar verilir ki, onlar, uydurduqları inanclar, söylədikləri çirkin sözlər və həddi aşdıqlarına görə cəzalandırılacaqlardır.

Bu ayə qrupunun eniş səbəbiylə əlaqədar qaynaqlarda bu məlumatlar verilmişdir:

Muhəmməd (s.ə.s) onlardan mallarını Allah yolunda xərcləmələrini istəyincə: “Sən Peyğəmbər olsan, bu məqsədlə mal istəməzdin. Çünki Allah Təala kasıb deyildir ki, dinini islah xüsusunda bizə möhtac olsun. Əgər sən Peyğəmbər olsaydın, bizim mallarımızı, göydən bir atəşin enib, onu yandırması üçün istəyərsən. Bunu belə etmədiyinə görə, sənin Peyğəmbər olmadığını anladıq” – demişdilər. [85]

Təfsir alimləri deyirlər ki: Uca Allah, Allaha gözəl bir borc verəcək olan kimdir? (Bəqərə/245) buyuruğunu endirincə, Yəhudilərdən bir camaat (əl-Həsənin görüşünə görə, Huyey b. Ahtab bunlardandır. İkrimə və başqaları isə, bu sözləri söyləyənin Finhas b. Azura olduğunu söyləmişdilər): “Əlbəttə ki, Allah yoxsuldur, biz isə zənginik ki, O bizdən borc istəyir” – dedilər. Onlar bu sözlərini aralarından zəif [kəm ağıllı, zəif inanclı] insanlara qarşı ağıllarını bulandırmaq üçün söyləmişdilər. Yoxsa belə bir inanca sahib olduqlarından deyil. Çünki onlar Kitab Əhli insanlardı. Lakin bu sözü söyləməklə də kafir oldular. Çünki onlar aralarından zəif olan insanlarla möminlərdən zəif olan insanları şübhəyə salmaq və ya Peyğəmbəri (s.ə.s) təkzib etmək iştəmişdilər. Yəni onlar bunu söyləmək istəyirdilər: Allah Muhəmmədin (s.ə.s) söylədiyi bu sözə görə, yoxsuldur, çünki bizdən borc istəyir.

Əl-Kelbi və başqaları deyir ki: Bu ayə-i kərimə Kab. əl-Əşrəf, Malik b. əs-Sayf, Vehb b. Yahuda, Finhas b. Azura və bir qrup insan haqqında nazil olmuşdur. Bunlar Peyğəmbərin (s.ə.s) yanına gəlib, ona belə demişdilər: “Sən Allahın səni bizə Peyğəmbər olaraq göndərdiyinimi edirsən? Halbuki Allah bizə endirmiş olduğu bir kitabında, Allah tərəfindən Peyğəmbər olaraq göndərildiyini iddia edən birinə, bizə atəşin yeyəcəyi bir qurban gətirmədikcə iman etməməyimizi əmr etmişdir. Əgər sən, bizə belə bir şeyi gətirərsənsə, biz də sənin doğru olduğunu qəbul edərik”. Bundan sonra Uca Allah, bu ayə-i kəriməni endirdi. [86]

Allah bunlara: Qətiliklə, məndən öncə, sizə bəzi elçilər açıq dəlillərlə və sizin dediyiniz şeylə gəldilər və yaxşı, əgər doğru insanlarsınızsa, onları nə üçün öldürdünüz? – buyuraraq cavab vermişdir. Bu ayədə, “atəşin yeyəcəyi bir qurban gətirmə, əks halda inanmama” iddiası rədd edilmişdir. Həmçinin açıq sübut göstərən Peyğəmbərləri [Zəkəriyyə, Yəhya və Şuya] də öldürmüşdülər. Onların Peyğəmbərləri öldürdükləri öz qaynaqlarında geniş şəkildə anladılır.

Burada bəhs edilən, “atəşin yeyəcəyi bir qurban gətirmə, əks halda inanmama” məsələsi Yəhudilər tərəfindən Allaha yönəldilən bir iftira və yalandır. Kitab-i Müqəddəsdə yandırılmış qurbanlardan bəhs edilməsinə baxmayaraq, bunlar Peyğəmbərliyin işarəsi olaraq hesab edilməz. Ayədəki rəddən anlaşılır ki, bunlar Kitab-i Müqəddəsə sonradan soxulmuşdur. Vəziyyəti öyrənmək üçün Kitab-i Müqəddəsə baxaq:

Harun günah, yandırmalıq, salamatlıq nəzirlərini təqdim etdikdən sonra əllərini xalqa doğru uzadaraq onları təbrik etdi/xeyir-dua verdi və aşağıya endi. Musayla Harun Görüşmə Çadırına girdilər. Çölə çıxınca xalqı təbrik etdilər/xeyir-dua verdilər. O zaman Rəbbin Ucalığı xalqa göründü. Rəbb bir atəş göndərdi. Atəş qurbanlığın üzərindəki yandırmalıq nəziri, yağları yandırıb külə çevirdi. Bunu görən xalqın hamısı sevinclə hayqıraraq üz üstə yerə qapandı. [87]

Tanrının mələyi: “Əti və mayasız pideləri al, bu qayanın üzərinə qoy. Ət suyunu isə tök” – dedi. Gidyon söylənəni etdi. Rəbbin mələyi əlindəki dəyənəyin ucuyla ətə və mayasız pidelərə toxununca, qayadan atəş fışqırdı. Atəş əti və mayasız pideləri yandırıb kül etdi. Sonra Rəbbin mələyi gözdən yox oldu. [88]

Manoah bir oğlaqla taxıl nəzirini aldı, bir qayanın üzərində Rəbbə təqdim etdi. O anda Manoahla zövcəsinin gözü önündə təəccüblü şeylər oldu: Rəbbin mələyi qurbanlıqdan yüksələn alovla birlikdə göyə doğru yüksəlməyə başladı. Bunu görən Manoahla zövcəsi üz üstə yerə qapandılar. [89]

Axşam nəzirinin təqdim olunacağı saatda, Peyğəmbər İlyas qurbanlığa yaxınlaşıb belə dua etdi: “Ey İbrahimin, İshaqın və İsrailin Tanrısı olan Rəbb! Bu gün bilinsin ki, sən İsrailin Tanrısısan, mən də Sənin qulunam və bütün bunları Sənin buyuruqlarınla etdim. Ya Rəbb! Mənə cavab ver! Cavab ver ki, bu xalq Sənin Tanrı olduğunu anlasın. Onların yenə Sənə dönmələrini təmin et”. O anda göydən Rəbbin atəşi düşdü. Düşən atəş yandırmalıq nəziri, odunları, daşları və torpağı yandırıb, xəndəkdəki suyu qurutdu. Xalq olanları görüncə, üz üstə yerə qapandı: “Rəbb Tanrıdır, Rəbb Tanrıdır!” – dedilər. İlyas:  “Baalın Peyğəmbərlərini yaxalayın, heç birini qaçırmayın” – deyə onlara buyuruq verdi. Peyğəmbərlər yaxalandı, İlyas onları Kişon Vadisinə götürüb, orada öldürdü. [90]

Quraqlığın Sonu. Sonra İlyas Ahava: “Get, yeməyinə, içməyinə bax. Çünki güclü bir yağış səsi var” –dedi. Ahav yeyib-içmək üçün oradan ayrılınca, İlyas Karmel Dağının təpəsinə çıxdı. Yerə qapanaraq başını dizlərinin arasına qoydu. Sonra uşağına: “Haydı get, dənizə doğru bax!” – dedi. Uşağı gedib dənizə baxdı və: “Heç bir şey görmədim” – deyə cavab verdi. İlyas uşağına yeddi dəfə:  “Get, bax” dedi. Yeddinci dəfə gedib baxan uşaq: “Dənizdən ovuc qədər kiçik bir bulud çıxır” – dedi. İlyas belə dedi: “Get Ahavın yanına: “Yağışa yaxalanmadan, arabanı al və geri dön de”. Tam o sırada göy üzü buludlarla qaraldı, külək əsdi, şiddətli bir yağış başladı. Ahav dərhal arabasına minib, Yizreelə getdi. Üzərinə Rəbbin gücü enən İlyas kəmərini qurşanıb, Yizreelə qədər Ahavın önündə qaçdı. [91]

Həmçinin, II Tarixlər, Bab: 7-yə də baxıla bilər.

185Hər canlı/mənliyi olan varlıq, ölümü dadacaqdır. Və şübhəsiz ki, qiyamət günü mükafat­la­rı­nız sizə əskiksiz veriləcəkdir. Kim atəşdən uzaqlaşdırılıb, cənnətə girdirilirsə, bilsin ki, o, həqiqətən qurtuluşa çatmışdır. Və bəsit dünya həyatı aldadıcı bir yararlan­ma­dan başqa bir şey deyildir.

186Heç şübhəsiz ki, siz mallarınız və canlarınız barəsində sınanacaqsınız/imtahan oluna­caq­­sınız. Sizdən öncə özlərinə Kitab verilənlərdən və ortaq qoşan kimsələrdən bir çox əzab – cansıxıcı, əsəbiləşdirici şeylər də eşidəcəksiniz. Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, şübhəsiz, bax budur, bu əzm tələb edən iş­lər­dən­dir.

Bu ayələr möminlərə ümumi bir bəyannamə xüsusiyyətindədir. Hər kəs öləcək və etdiyini tapacaqdır. Ona görə də, adi həyata aldanaraq, əbədi həyat məhv edilməməlidir. 185-ci ayədə hər kəsin mütləq öləcəyi bildirilmişdir ki, bu, möminləri Allah yolunda döyüşməyə təşviq edərkən, kafirlərin qaçma təlaşlarının da mənasızlığını ortaya qoyur.

Bu xüsus başqa ayələrdə belə bəyan edilmişdir:

  • 35Hər canı olan varlıq ölümü dadacaq. Və əridib, saflaşdırmaq üçün Biz sizi xeyir və şər ilə sınayarıq. Və siz, yalnız Bizə döndəriləcəksiniz. (Ənbiya/35)
  • 57Hər bir fərd/varlıq ölümü dadacaqdır. Sonra da ancaq Bizə döndəriləcəksiniz. (Ənkəbud/57)
  • 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini ve­rin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə ya­zıl­dı­ğın­da, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti ki­mi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti du­yur­lar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər tə­xi­rə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Al­la­hın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çə­yir­də­­yindəki, çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər ha­ra­da olar­­sınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qu­rulmuş qa­la­lar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – de­yərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Ha­mı­sı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anla­ma­ya­caqlar? (Nisa/77, 78)

Hər kəsin öləcəyi və etdiyini tapacağı bəyan edildikdən sonra, Allah yolunda mübarizə edənlərin, mübarizələri əsnasında canları, malları, övladları nöqteyi nəzərindən bir sıra sıxıntılara məruz qalacaqları, bunu nağdı qəbul etməli olduğu bildirilir:

  • Şübhəsiz siz, mallarınız və canlarınız xüsusunda imtahan olunacaqsınız.
  • Sizdən öncə özlərinə kitab verilən insanlardan və ortaq qoşan insanlardan bir çox əza eşidəcəksiniz.
  • Səbr etməyiniz və Allaha təqvalı davranmağınız üçün əzmli olmalısınız.

Ayədəki son cümlə ilə, bunları aradan qaldırmağın yolu da bildirilmişdir ki, bu da Allaha təqvalı davranmaq və səbr etməkdir.

İnsanların bir sıra yollarla bəlalandırılacağı, səbr edənlərin xilas olacaqları Bəqərə surəsində belə dilə gətirilmişdi:

  • 155,156Həmçinin qətiliklə Biz qorxudan, aclıqdan bir şeylərlə və mallardan, canlar­dan və məhsullardan əskiklik ilə sizi zəif düşürəcəyik/imtahan edəcəyik. Özlərinə bir müsibət gəldiyi zaman: “Biz şübhəsiz, Allaha aidik və yalnız Ona dönəcəyik” – deyən bu səbr edənləri isə müjdələ!
  • 157Bax budur, onlar Rəbbindən, bəzi dəstəklər və mərhəmət özlərinə olandır. Bax budur, onlar bələdçilən­dik­ləri doğru yolu tapanların da məhz özüdür. (Bəqərə/155-157)

187Və həmçinin Allah özlərinə Kitab verilənlərdən sağlam sözünü almışdı: “Kitabı, qətiliklə, insanların önünə açıq-aşkar qoyacaqsınız, onu gizlətməyəcək­si­niz”. Onlar isə buna arxa çevirdilər və onu az bir bədəl müqabilində satdılar. Bax budur, onların bu alış-verişi necə də pisdir!

188O etdikləri şeylərlə sevinən və etmədikləri şeylərlə də lovğalanmaq istəyənləri qətiyyən hesaba qatma! Onların əzabdan qurtaracaq bir yerdə olacaqlarını da sanma! Və onlar üçün çox acıqlı bir əzab vardır.

189Göylərin və yer üzünün idarəçiliyi Allahındır. Və Allah hər şeyə ən yaxşı qadirdir.

Burada yenə Yəhudilərin xainliyi gündəmə gətirilərək, həm onlar təhdid edilir, həm də möminlər onlara qarşı xəbərdar edilir. Bir çox dəfə ifadə edilmişdi ki, onlar özlərinə göndərilən kitabları təhrif etmiş və kitabı xalqdan gizləmişdilər. Kitab meydanda olmadığı üçün də rahat və bol yalan uydurmuş, insan onları təkzib edə bilməmiş və onlar da doğrunu öyrənə bilməmişdilər.

Əslində Yəhudilərdən çoxu bir-birinin eyni olan, yüzlərlə əhd alınmışdı. Bunların bir çoxu Bəqərə surəsində keçmiş, bir qismi də Maidə surəsində gələcəkdir. Burada bəhs edilən əhd isə, əllərindəki kitabın bir çox yerində yer alır:

Sizə verdiyim buyuruqlara heç bir şey əlavə etməyin, heç bir şey çıxarmayın. Amma sizə bildirdiyim Tanrınız Rəbbin buyuruqlarına uyun. [92]

Qulaq ver, ey İsrail! Yahvə Tanrımızdır, O təkdir. Tanrınız Yahvəni bütün ürəyinizlə, bütün canınızla, bütün gücünüzlə sevəcəksiniz. Bu gün sizə verdiyim bu buyuruqları ağlınızda tutun. Onları uşaqlarınıza mənimsədin. Evinizdə otururkən, yolda yeriyərkən, yatarkən, qalxarkən onlardan bəhs edin. Bir müəyyənlik olaraq, onları əllərinizə bağlayın, alnınıza taxın. Evlərinizin qapı-bacalarına, şəhərlərinizin qapılarına yazın. [93]

Şeria bulağından Tanrınız Rəbbin sizə verəcəyi ölkəyə keçincə, böyük daşlar dikəldib, betonlayacaqsınız. Atalarınızın Tanrısı Rəbbin sizə vəd etdiyi kimi, Onun sizə verəcəyi ölkəyə, süd və bal axan ölkəyə girincə, bu qanunun bütün sözlərini daşlara yazacaqsınız. Şeria bulağından keçincə, bu gün sizə buyurduğum kimi, bu daşları Eval dağına dikəldib betonlayacaqsınız. [94]

Əldəki qeydlərə görə, İsrailoğulları Tövratı itirib, əsrlər sonra təkrar tapmışdılar. Tövrat adında bir kitabın varlığını belə bilməyənləri vardı. Bu xüsusu Kitab-i Müqəddəsdən görək:

Baş kahin Hilkiya Yazman Şafana:  “Rəbbin Məbədində Qanun Kitabinı tapdım” – deyərək, kitabı ona verdi. Şafan kitabı oxudu. Sonra kralın yanına gedərək: “Vəzifəlilərin məbəddəki pulları alıb, Rəbbin Məbədindəki işlərin başında olan adamlara verdilər” – deyə vəziyyəti bildirdi. Ardından: “Kahin Hilkiya mənə bir kitab verdi” – deyərək kitabı krala oxudu. Kral, Müqəddəs Qanundakı sözləri eşidincə üstünü başını yırtdı. Kahin Hilkiyaya, Şafan oğlu Ahikama, Mikaya oğlu Akbora, Yazman Şafana və öz xüsusi vəzifəlisi Asayaya belə buyurdu: “Gedin, olan bu kitabın sözləri haqqında mənim üçün də, bütün Yahuda xalqı üçün də Rəbbə danışın. Rəbbin bizə qarşı alovlanan öfkəsi böyükdür. Çünki atalarımız bu kitabın sözlərinə qulaq asmadılar, bizlər üçün yazılan bu sözlərə uymadılar”. [95]

190–194Göylərin və yer üzünün yaradılışında, gecənin və gündüzün bir-birinin ardınca gəlməsində, əlbəttə, ayaq üstündə ikən, oturarkən və yanları üzərində yatarkən, Allahı anan – göylərin və yerin yaradılışı haqqında: “Rəbbimiz! Sən, bunu boş yerə yaratmadın, Sən bütün nöqsanlıqlardan münəzzəhsən. Artıq bizi, atəşin əzabından qoru! Rəbbimiz! Şübhəsiz, Sən kimi o atəşə girdirərsənsə, artıq onu qətiliklə rüsvay etmisən. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən də heç kimsə yoxdur. Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən” – deyə yaxşı-yaxşı düşünən, qavrama qabiliyyətləri olanlar üçün necə əlamətlər/nümunələr vardır.

Bu ayələr, necə təfəkkür edilməli olması barəsində gözəl bir örnəkdir ki, belə təfəkkür edənlər “ulül-elbab” olaraq xarakterizə edilir.

Göylərin və yer üzünün yaradılışı və bunun ağıl sahibi insanlar üçün ayə olmasından daha əvvəl də bəhs edilmişdi:

  • 164Şübhəsiz ki, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-biri ardınca gəlməsində, insanlara yarayan şeylərlə dənizdə axıb gedən gəmilərdə, Allahın səmadan bir su endirərək, onunla yer üzünü ölümündən sonra diriltməsində, yer üzündə hər rnən canlılardan yaymasında, küləkləri səmtlərə çevirməsində, göy ilə yer üzü arasında əmrə hazır olan buludda, şübhəsiz ki, ağıllarını işdən bir cəmiyyət üçün əlbəttə, əlamətlər/nümunələr vardır. (Bəqərə/164)

Bu ayələrdən başqa da afaqdakı ayələrə yönəlik Quranda yüzlərlə ayə vardır.

Allah afaq və enfüsdəki ayələrin düşünülüb, təhlil edilməsini istəyir ki, bunlar düşünülüb, təhlil edildiyində, Allahdan başqa kimsənin bunları edə bilməyəcəyi, zərrədən kürrəyə heç bir varlığın batil olaraq [məqsədsiz olaraq, oyun olsun deyə] yaradılmadığı anlaşılır:

  • 38Və Biz göyləri, yer üzünü və ikisi arasındakıları oyun-oyuncaq olaraq yarat­ma­dıq.
  • 39Biz o ikisini sadəcə, haqq/doğru ilə yaratdıq. Lakin, onların çoxu bilmirlər. (Duhan/38, 39)
  • 27Və Biz göy üzünü, yer üzünü və aralarında olanları boşuna yaratmadıq. Bu, kafirlərin zənnidir. Cəhənnəm atəşinə görə bu kafirlərin vay halına! (Sad/27)
  • 115Yaxşı, siz Bizim sizi, sadəcə, boş yerə yaratdığımızı və şübhəsiz, sizin yalnız və yalnız Bizə döndərilməyəcəyinizimi sandınız? (Möminlər/115)

Bunları müşahidə edib araşdıraraq Allaha iman etmək, imanın təqliddən uzaq və məqbul olmasına vəsilə olur. Ona görə də: Təfəkkür edən, qavrama qabiliyyətləri olanlar üçün necə ayələr vardır buyurulmuşdur.

Təfəkkür. التّفكر [ət-təfəkkur] Quranda üzərində həssaslıqla durulan və tövsiyə edilən bir fəaliyyətdir. Buna görə də “təfəkkür” qavramı yaxşı mənimsənilməlidir.

تفكر [təfəkkur] məsdəri [təfəkkərə feli] üç hərfli olan  ف ك ر [fkr] kökündən [fəkərə felindən] törəmişdir. Fikr isə, “i‘malul-hatarı fiş-şey’i” [bir şey haqqında xam düşüncə törədilməsi] deməkdir. [96]

Fikr [xam düşüncə] sözü Quranda sadəcə Müddəssir/18-də (təfil babı qəlibiylə) yer almış və bəhs edilən insan təfəkkür etmədiyi, fikri [xam düşüncəsi] ilə hərəkət edib kafir olduğu üçün qınanmışdır:

  • 18–25Şübhəsiz, o, düşündü və qərar verdi. Artıq o məhv oldu. Necə bir bir qərar verdi! Yenə o məhv oldu. Necə bir qərar verdi! Sonra baxdı və üzünü turşudub qaşlarını çatdı. Sonra, üzünü döndərdi və təkəbbürlə dedi: “Bu söz-söhbət halında gələn bir cadudan başqa bir şey deyil. Bu bəşər sözündən başqa bir şey deyil” – dedi. (Müddəssir/18-25)

“Xam düşüncə törətmək” mənasındaki fikr sözündən törəmiş olan təfəkkur sözü isə Lisanul-Arabda, “təəmmul” olaraq, təəmmul sözü isə “təsəbbut” olaraq tərif edilmişdir. [97] Təfəkkür sözü qəlibi etibariylə “bir şey üzərində müddətli düşünmək, düşüncə zənciri əmələ gətirmək” deməkdir. Bu sözlərin dilimizdə qarşılıqlarına görə təfəkkür, “hər hansı bir məsələ haqqında yaxşı-yaxşı, ətraflı olaraq düşünmək, zehni yormaq, işin şüuruna çatmaq, yəni üzərində düşünülən mövzuya aid məlumatları və başqa fikirləri müqayisə etmək, aralarındakı bağlantıları təhlil edərək, bir qərara və hökmə çatmaq” mənasına gəlir. Göründüyü kimi təfəkkür xam düşüncə olmadığı kimi, sadəcə düşünmə qabiliyyətinin məhsulu da deyildir; düşünmə qabiliyyəti ilə birlikdə, ağıl, mühakimə, hafizə, diqqət kimi digər mələkələrin ortaqlaşaraq törətdikləri bir mühakimədir.

Belə olmasına baxmayaraq, bu qavram dilimizdə yayğın olaraq sadəcə “düşünmə” sözü istiqamətində anlaşılır və ifadə edilir.

Təfəkkürü daha doğru bir şəkildə anlaya bilmək üçün “düşünmə” ilə arasındakı fərqi müəyyən etmək, bunun üçün də xüsusilə “düşünmə”nin nə olduğunu bilmək lazımdır. “Düşünmə” başlığı altında psixologiyada dərs kitablarında və Ana Britannica Ensiklopediyasında aşağıdakı məlumatlar verilir:

Düşünmə beynin dolayısıyla [indirect] etdiyi bir reaksiyadır. (…) Beynimizin fəaliyyət göstərməsi yalnız xarici təsirlərin varlığına tabe deyildir. Bir xarici təsir olmadan da beynimizin “düşünmək” şəklində fəaliyyətinə davam etdiyini görürük. O qədər ki, özümüzü ən sakit hiss etdiyimiz və hər şeyə marağımızı itirdiyimiz vaxtda belə beynin fəaliyyətini müşahidə etmək mümkün olur: Yorğun insan heç bir şey haqqında düşünə bilməsə belə, başından bir sürü xəyal yığınları keçir. Məsələn, yuxusunda röyalar görər. Beləliklə, zehin, sanki boş durmaqdan xoşlanmırmış kimi görünür. Burada beyin, özünə bir dürtmə, hərəktləndirmə vəzifəsini görən maddi oyandırıcılara qarşı deyil, bəlkə də bu maddi oyandırıcılıq/stimullaşdırıcılıq edənin beyində buraxdığı bir “iz”ə və ya onun “simvol”una qarşı təsir göstərir deyilə bilir. (…) Aradan bir xeyli zaman keçməsinə baxmayaraq, beyini eyni hadisə və ya təsirə dəvət edən səbəb, artıq maddi bir oyandırıcı/stimullaşdırıcı deyil, o hadisənin qəbul edilməsindən meydana gələn, “hadisə”nin xəyalları, təsəvvürləridir. Yəni, beyin o anda hadisədən gələn maddi oyandırıcılarla deyil, o hadisədən geriyə qalmış olan “simvol”larla fəaliyyət halındadır. [98]

Düşünmək fərdin zehni təsirləri ilə kənardan oyandıranlar/stimullaşdıranlar arasında qurduğu bağlantıdır. (…) Keçmişdə düşünmə şüurlu bir fəaliyyət olaraq tərif edilirdi. Ancaq, oyandırıcı/stimullaşdırıcı hallarla bunlara verilən cavab reaksiyaları arasındakı bütün proseslər şüurlu deyildir. Psixoanalizə görə “ilkin düşüncə prosesi, şüurdan kənar və sözdən öncəki bir prosesdir, yəni sözlərlə simvollaşmamışdır. Məsələn, bir istəyin insanı təzyiq altında buraxması sözlərə ifadə edilə bilməz. Bu düşüncə növündə əksliklər bir arada ola bilir; belə düşüncə məntiq qaydalarına uymaz, zaman və yer tanımaz, səbəb-nəticə əlaqələndirməsi daşımaz və bütünüylə həzz prinsipi istiqamətində, gerçəkliklə əlaqəsi olmayan bir şəkildə inkişaf edə bilir. Əslində isə “ikinci düşüncə prosesi” reallıq prinsipinə bağlı olaraq xarici şeylərin reallığını müşahidə edir, sözə tökülür, dil və məntiq qaydalarına uyğunluq göstərir. Daxili və xarici təsirlərin intensivliyindən asılı olaraq düşüncə, məntiqi [yönləndirilmiş və strukturlaşdırılmış] və ya xəyali [xəyali və fantastik] ola bilər. Məntiqi təfəkkür, yaşanmış təcrübələrin nəticələri arasında əlaqə yaratmaq üçün düşünmənin istiqamətləndirilmiş və strukturlaşdırılmış formasıdır.

Bu xüsusiyyətdə olan düşüncə obyektiv, zahirə yönəlik və doğruçu (realistik) olaraq xarakterizə olunur. Bunun əksi subyektiv, emosional olan “daxilə yönəlmiş” [autistik] düşüncədir. (…) Realistik düşüncə, bir məqsəd istiqamətində birləşdirilməsi və tənzimlənməsinə yönəlmiş məntiqi düşüncədir: obyektlər, qavramlar və ya məlumat qaynaqları arasında əlaqə qurma, dəyərləndirmə, mühakimə etmə, problem həll etmə və yeni həllər tapma, qayda çıxarma, tama çatma və tamdan gəlmə kimi müxtəlif formalarda ola bilər..

“Daxilə yönəlik/autistik düşüncə” təməldə düşünənin istək və fantaziyaları istiqamətində, xarici şərtlər, ya da yer-zaman-səbəb bağlantıları nəzərə alınmadan inkişaf edən düşüncədir. Bu tip təfəkkürün tipik nümunəsi, stimullara heç bir nəzarət tətbiq edilmədən fikirlərin kortəbii olaraq xatırlandığı sərbəst assosiasiyadır. [99]

Yuxarıdakı açıqlamalardan “düşünmə” haqqında aşağıdakı təsbitləri etmək mümkündür:

  • Düşünmək, qarşılaşılan hər bir obyekt və hadisəyə beynin verdiyi dolayı reaksiyadır. Ancaq bu reaksiya hər zaman təsirlə eyni zamanlı olaraq baş verməyə bilər.
  • Düşünmə dolaylı bir təsir olduğundan, bu təsiri doğuracaq bir təsirin olmaması halında beynin düşüncə qabiliyyəti hərəkətə keçməz. Məsələn, hiss orqanlarının qəbul edə bilmədiyi bir şəraitdə [kosmosda, vakuumda] beynin düşünmə fəaliyyətində olmasından bəhs edilə bilməz.
  • Düşünmə qabiliyyəti, beyinin nəzarət ediləməyən, yəni insana boyun əyməyən, onun iradəsindən asılı olmayan hər cür şəraitdə fəaliyyət göstərən bir funksiyasıdır.
  • Düşünmək, beyinin şüurlu prosesində əmələ gələ biləcəyi kimi [ikinci düşüncə prosesi], şüursiz prosesində də əmələ gələ bilir [ilkin düşüncə prosesi].
  • Düşünmək, onu təşkil edən daxili və xarici təsirlərin intensivliklərinə görə, “daxilə yönəlik” və ya “realistik” olaraq xarakterizə edilə bilir.

“Təfəkkür”ü daha doğru bir şəkildə anlamaq məqsədiylə gəlinən bu nöqtədən sonra yazımızın başında açıqlamalarını verdiyimiz “fikir” və “təfəkkür” qavramlarının, yuxarıdakı elmi açıqlamaların harasında yer aldığına və elmi açıqlamalardakı təriflərlə Lisanul-Arab qaynaqlı təriflər arasında bir fərq olub, olmadığına baxmaq lazımdır. Ancaq bu baxışın sağlam düşüncəli ola bilməsi, Quranın mərkəzə alınmasına bağlıdır. Çünki cavabını axtardığımız şey, Qurandakı “fikir” və “təfəkkür”dür.

Mövzuya Quran pəncərəsindən baxıldığında aydın olur ki, Quran “fikir” və “təfəkkür” qavramlarını beyinin şüurli müddətinə aid fəaliyyətlər olaraq görür. Çünki Quranın müxatibi “şüurlu insan”dır. Yəni, Quranın “fikir” etdiyini söylədiyi və “təfəkkür” etməsini istədiyi insan; Quranın müxatibi olan “şüurlu insan”dır. Bu təsbit yuxarıdakı elmi açıqlamalar nəzərə alınaraq ifadə edilərsə, deyilə bilir ki, “fikir” də, “təfəkkür” də, “ikinci düşüncə prosesi” əhatəsindədir.

Bu nöqtədə, “fikir” və “təfəkkür”ün elmi açıqlamalarda “ikinci düşüncə prosesi” olaraq adlandırılan düşüncəni təşkil edən “içə dönük düşüncə”yə və “realistik düşüncə”yə qarşılıq gəldikləri söylənə bilir. Çünki elmi açıqlamalarda beyinin şüurlu prosesinin məhsulları olaraq “içə dönük düşüncə” və “realist düşüncə”dən başqa bir düşüncədən bəhs edilmir. Dolayısıyla, “fikir” və “təfəkkür”ü, “içə dönük düşüncə” və “realist düşüncə” ilə eyniləşdirmək mümkündür.

Həqiqətən də “fikir” deyilən xam düşüncələrin bir çoxu vəsvəsədən ibarət olub, əsassız və mənasızdır, bəziləri isə, Quranın bildirdiyi kimi, insanı həlak edəcək səviyyədədir. Bu halda, insanın istəklərini/arzularını ön planda tutduğu və bu istəklərin/arzuların dərəcəsinə görə: “içə dönük, xəyali, fantastik, yuxuvari” olaraq adlandırılan düşüncə ilə “fikir” eyni şey sayıla bilir. “Fikir” ilə “içə dönük düşüncə” eyni şey olaraq qəbul edildiyində isə, “təfəkkür” ilə “realist düşüncə”nin də eyni şey olduğunu qəbul etmək lazımdır. Əslində isə, “təfəkkür” sözünü izah edən “qərar vermək” və “hökmə varmaq” kimi davranışlarla “realist düşüncəni” izah edən “qiymətləndirmə”, “mühakimə”, “problem həll etmə”, “qayda çıxarma” kimi davranışlar mənalarına görə eyni istiqamətdədirlər.

Ancaq, bizə görə bu yaxınlaşma nöqsandır və bu yaxınlaşma ilə doğru nəticəyə çatmaq mümkün deyildir. Quran, yazımızın sonunda bir çox məsələni verəcəyimiz kimi, “təfəkkür” sayəsində insanın yanlışdan uzaqlaşaraq, doğrunu tapacağını, əsl uğura çatacağını söyləyir. Yəni “təfəkkür” nəticəsində mükafatı cənnət olan əsl uğurdan bəhs edilir. Halbuki “gerçəkçi düşüncə”nin tərifində, açıqlamalarında, belə bir uğura çatdırma xüsusiyyətindən bəhs edilməmişdir. Başqa bir ifadə ilə, hər mərhələsi elmi gerçəklərə əsaslandırılaraq, məntiqli bir məqsədə görə hazırlanmış bir plan təsəvvürü, “realist düşüncə” olaraq xarakterizə etdirilə bilir, amma əsl uğura çatmağa xidmət etmirsə, “təfəkkür” olaraq xarakterizə edilə bilməz. Nümunə olaraq, nüvə enerjisini bir məhvetmə silahı olaraq inkişaf etdirən düşüncə, “realist düşüncə”dir, amma əsla “təfəkkür” deyildir. Bu halda, elmi açıqlamalarda yer alan “realist düşüncə” tərifi “təfəkkür”ün açıqlamasında yetərli ola bilmir, nöqsan qalır.

Digər tərəfdən Quran, Müddəssir/18-də “fikir” edən insanın ölçü qoyduğunu söyləyir. Ölçü qoymaq isə, məna olaraq dəyərləndirmə etməyi və hökm verməyi də ehtiva edir. Yəni ayədə bəhs edilən insan, elmi açıqlamalarda “realist düşüncə” olaraq tərif edilmiş davranışlarda olmaqla ölçü qoymuş, amma nəticədə “fikir” etdiyi [xam düşüncə törətdiyi] üçün qınanmışdır. Bu halda Qurandakı “fikir” hərəkəti elmi açıqlamalardakı istəyin/arzunun ön plana çıxdığı “içə dönük düşüncə”ni təmsil etdiyi kimi, “realist düşüncə”ni də təmsil edir.

Bu məlumatlar işığı altında, Qurandaki “fikir” və “təfəkkür” qavramları haqqında aşağıdakı təsbitləri etmək mümkündür:

  • Quran şüurlu insanları müxatib aldığı üçün, Qurandakı “fikir” və “təfəkkür” şüurlu beyinin məhsullarıdır.
  • Qurandaki “fikir”, düşüncələrin birdən-birə kortəbii olaraq xatırlandığı, şüurlu beyin tərəfindən istehsal olunan impulslardan başlayaraq, dəyərləndirmə, mühakimə etmə, prinsip qoyma, problem həll etmə kimi formaları özündə ehtiva edən düşüncə növlərinin, o cümlədən “realist düşüncə”nin ümumi adıdır.
  • Qurandakı “təfəkkür”, yanlışdan çəkindirib doğrunu tapdırmaqla, həqiqi uğuru təmin edən “fikir”dir.

Bu son təsbitin bəzi yanlış anlaşılmalara yol açmaması üçün, bir xüsusun qeyd edilməsində yarar vardır: Gerçək uğurunn əldə edilməsi, insanın oturduğu yerdə təfəkkür etməsi ilə deyil, təfəkkür ilə əldə etdiyi doğruları həyatına keçirməsi, o doğrulara uyğun davranması ilə mümkündür. Necə ki, qüvvədən felə çevrilməyən yanlış düşüncələr səbəbiylə bir kimsənin hesaba çəkilib cəzalandırılmasından bəhs edilməzsə, eləcə də qüvvədən felə çevrilməyən doğru düşüncələr də insana mükafat gətirməz.

İstər “fikir”, istərsə də “təfəkkür” beyinin düşünmə funksiyasının məhsulları olduğu üçün, ancaq qəbul edilə bilən varlıqlar və hadisələr haqqında edilə bilir. Buna görə “fikir” və “təfəkkür” Allahın yaratdığı və qəbul edə bildiyimiz varlıqlar üçün bəhs edilir, amma surət olaraq vəsfləndirilə bilinməyən və şəkil olaraq xəyal edilə bilinməyən Allah haqqında mümkün deyildir. Belə ki, Quranda nümunə göstərərək, simvollarla anladılan cənnət, cəhənnəm və digər detaylardan ibarət olan axirət həyatı haqqında da, bizim olduğumuz ölçüdən fərqli bir ölçüdə olduğu (Rad/35; İsra/60; Muhəmməd/15; İnsan/16), dolayısıyla da bizim dərk edə bilmədiyimiz bir aləm olduğu üçün “fikir” və “təfəkkür” edilə bilməz. Bundan başqa “fikir” və “təfəkkür”, insan beyninin məhsulları olduğundan Allah üçün işlədilə bilməz. Yəni Allahın fikir sahibi olması və ya təfəkkür etməsi məntiqsizdir, bəhs edilə bilinməz.

Quran, “təfəkkür”dən başqa, insanlara əsl uğurun yolunu göstərən iki hərəkətin daha olduğunu bildirmişdir. Bu hərəkətlərdən biri “ağıl etmək”, digəri isə “vəhyə qulaq vermək”dir:

  • 10Və onlar deyərlər ki: “Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla hərəkət etmiş olsaydıq, bu çılğın atəşin əhli içində olmazdıq”. (Mülk/10)
  • 44Yoxsa sən, onların çoxunun həqiqətən vəhyə qulaq asacağını, yaxud ağılla hərəkət edəcəklərinimi sanırsan? Onlar heyvanlar kimidir. Əslində yol baxımından daha pozğundurlar/çaşqındırlar/aşağıdırlar. (Furqan/44)

“Təfəkkür”ün alt pilləsi mahiyyətində olan “ağıl etmək”, Quranda məcazən “təfəkkür” mənasında işlədilmişdir (Bəqərə/44, 73, 76, 164, 170, 171, 242; Al-i İmran/65, 118; Maidə/58, 103; Ənam/32, 151; Əraf/169; Ənfal/22; Yunus/16, 42, 100; Hud/51; Yusuf/2, 109; Rad/4; Nəhl/12, 67; Ənbiya/10, 67; Möminun/80; Həcc/46; Nur/61; Şüəra/28; Ənkəbud/35, 63; Rum/24, 28; Qasas/60; Ya-Sin/62, 68; Saffat/138; Mömin/67; Zümər/43; Zühruf/3; Hadid/17; Casiyə/5; Hücurat/4 və Həşr/14).

Ancaq “dərk etmək” [ağlı işlətmək, ağıl yürütmək] və bu yolla “təfəkkür”ə çatmaq hər kəsin edə biləcəyi bir şey olmayıb, biliklilərə xas bir bacarıqdır. Yəni biliksizlər “təfəkkür” edə bilməzlər:

  • 43Və Biz bu nümunələri insanlara veririk. Onları da biliklilərdən başqası qavraya bilmə (Ənkəbud/43)

Vəhyə qulaq vermək isə, “vəhyi qəbul etmək və onunla əməl etmək”dir. Vəhydəki xəbərlər Müxbir-i Sadiq [Doğru Xəbərçi] olan Allah tərəfından bildirildiyi üçün mütləq doğrudur. İnsanoğlu vəhydəki xəbər və xəbərdarlıqların hamısına elmi məlumat olaraq hələ çata bilməmiş, onların doğruluğunu elmlə təsbit edə bilməmişdir. Amma vəhyin xəbər və xəbərdarlıqlarını qəbul edənlər, yəni vəhyə qulaq verənlər, bu doğru xəbər və məlumatlar sayəsində özlərini qurtarırlar. Yenə vəhyə qulaq verənlər, zehinlərində meydana çıxan xam düşüncə və vəsvəsələri Quran tərəzisində ölçüb-biçərlərsə, yəni Şeytan-i Racimdən Allaha sığınarlarsa, zehinlərindəki səhv görmək şansını əldə edərlər.

Vəhyə qulaq vermək də eynilə “ağıl etmək” kimi Quranda “təfəkkür” mənası ilə işlədilmişdir (Əraf/100; Yunus/67; Nəhl/65-69; Rum/21-24; Səcdə/26; Ənfal/21-22; Kəhf/101; Qaf/37).

Nəticə olaraq, İslamın çox əhəmiyyət verdiyi “təfəkkür”ün düşünmə qabiliyyəti başda olmaqla insan beyninin bir çox mələkəsinin eyni anda və ən mükəmməl şəkildə işlədilməsi olduğu söylənə bilir. Təfəkkür üçün ağıl edə bilmək, ağıl edə bilmək üçün də bilikli olmaq lazımdır. Yəni təfəkkür insanın məlumatını artırır, insanı təqlidçilikdən qurtarır. Məlumat sayəsində isə insan, yaxşı ilə pisin ayrımını edər, daima qazanclı çıxar və doğru davranışları ilə başqalarına da yol göstərər.

Təfəkkürdən bəhs edən və təfəkkür örnəyi ehtiva edən ayələr bunlardır: Bəqərə/219, 266; Ənam/50; Əraf/176, 184; Rum/8, 21; Yunus/24; Rad/3; Nəhl/10, 11 44, 69; Zümər/42; Casiyə/13 və Həşr/21.

Allah, yerlər və göylər üzərində biliklənərək təfəkkür edən və tövhidə çatanlara İbrahim Peyğəmbəri nümunə vermişdir:

  • 75Və Biz beləliklə, sübut əldə etməsi və qəti inananlardan olması üçün, İbrahimə göylərin və yerin mülkiyyəti və idarəçiliyini göstərirdik.
  • 76Buna görə də İbrahim, üzərinə gecə çöküncə bir ulduz gördü: “Bu, mənim Rəbbimdir” – dedi. Sonra ulduz batınca: “Mən batanları sevmərəm” – dedi.
  • 77Sonra ayı doğarkən görüncə də: “Bu, mənim Rəbbimdir” dedi. O da batınca: “And ol­sun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, tam yəqinliklə bilin ki, mən az­ğın­lar qövmündən olardım” – dedi.
  • 78,79Sonra günəşi doğarkən görüncə də: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – de­di. Sonra o da batınca: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin ortaq qoşduğunuz şey­lərdən uzağam. Tam yəqinliklə bilin ki, mən Hənif/batil inanclardan dönərək üzümü, göyləri və yeri yoxdan var edənə/yox edəcək olana çevirdim və mən ortaq qoşanlardan deyiləm” – dedi. (Ənam/75-79)

Zikir. Rəbbimiz burada Özünün anılmasından bəhs edir. Allahın zikri [anılması] ilə əlaqədar Əraf surəsinin sonunda etdiyimiz açıqlamanın [100] nəticə hissəsini təqdim edirik:

Ayələrdən açıq və konkret olaraq anlaşıldığı kimi, Uca Allah Özünü, atalarımızı andığımız kimi, hətta daha qüvvətlə/şiddətlə anmağımızı əmr edir. Bu halda xüsusilə atalarımızı necə andığımızı düşünməyimiz lazımdır. Bir insanın hər hansı bir sayğacla gecə-gündüz “Ata, ata…” deyə diliylə atasını anmasından bəhs ediləməyəcəyinə görə, burada düyünü çözəcək olan kələf ucu, atamızı anmağımızın, onu düşünməyimizin necə olmalı olmasındadır.

Övladlarına, “Oğlum/qızım, məni unutma!” deyə təmbih edən ataların bu sözlə övladlarının özlərini sayıqlamalarını qəsd etmədikləri qətidir. O halda atalarımızı anmağımız, onları düşünməyimiz, onları ağlımızdan çıxarmamağımız, üzərimizdəki haqqlarını düşünüb, onlara olan maddi və mənəvi məsuliyyətlərimizi xatırlamağımız, sevgidə və sayğıda özlərinə qüsur etməməyimiz deməkdir.

“Zikrullah”ı, müəyyən saydakı ifadə qəlibləriylə etməyi doğru hesab edən təfəkkürün, Allahın Bəqərə/152-də verdiyi, Məni anın ki, Mən də sizi anım ismarıcı haqqında həmçinin baş sındırmaları və Allahı, “Allah, Allah…” deyə anan insanların, Allahdan da özlərini “qulum, qulum…” deyə anmasını gözləyib-gözləmədiklərini düşünmələri lazımdır.

Şübhəsizdir ki, bu dini ən yaxşı anlayan və ən yaxşı tətbiq edənlər Peyğəmbərimizlə onun çağdaşı olan və dini təlimlərini birbaşa ondan alan səhabə idi. O seçkin Müsəlmanlar bu ayələri bu günkü təriqət, təkkə və tasavvuf anlayışıyla anlayıb tətbiq etməmişdilər. Onların müəyyən saylarla “Allah, Allah…” deyə zikr etdiklərini insan eşitməmiş, heç bir kitab yazmamışdır. Onlar insanın aynasının “iş” olduğunun, sözünə baxılmayacağının şüurunda idilər. Buna görə də ömürlərini həmişə öyrənərək-öyrədərək, Allah üçün mübarizə [cihad] edərək keçirmişdilər.

Zikrullah/Allahın anılması xalq arasında tətbiq edildiyi şəkliylə əldə təsbeh, dil ilə “Allah, Allah” demək deyildir. Zikrullah/Allahın anılması Allahın biz qulları üzərindəki haqqlarını və bizə verdiyi nemətləri düşünmək, Ona qarşı məsuliyyətlərimizi yerinə yetirib-yetirmədiyimizi tez-tez yoxlamaq/nəzarət etmək, verdiyi vəzifələri əskiksiz yerinə yetirmək, nemətlərinə qarşı şükür edib, nankorluq etməmək və daima bu şüur içərisində olmaqdır. Allahın bizdən istədiyi də budur. [101]

Ayədəki Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq  ifadəsindəki “nidaçı” “insanları Allaha dəvət edən elçi və Allahın endirdiyi kitab”dır:

  • 125Rəbbinin yoluna haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalarla, həmçinin gözəl öyüdlə çağır! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz ki, Rəbbin Öz yolundan azanları ən yaxşı biləndir və O, bələdçiləndikləri doğru yolda olanları da ən yaxşı biləndir. (Nəhl/125)
  • 45–48Ey Peyğəmbər! Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Öz izni ilə/biliyi ilə Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərdik/elçi etdik. Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğu­nu müjdələ. Kafirlərə və mü­nafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha həvalə et. Və “bütün varlıqları müəyyən bir proqrama görə ni­zam­­layan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah ye­tər. (Əhzab/45-48)
  • 1–2De ki: Mənə vəhy edildi ki, şübhəsiz, xaricilərdən ibarət olan bir qrup Quranı dinləyəndən sonra: “Şübhəsiz ki, biz kamala yetməyə bələdçilik edən, heyrətləndirici bir Quran dinlədik. Buna görə də, biz ona iman etdik və Rəbbimizə heç bir şeyi qətiyyən şərik qoşmayacağıq” – dedilər. (Cinn/1, 2)

195Buna görə də, Rəbbi onlara qarşılıq verdi: “Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır”.

Bu ayə, təfəkkür edib: Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. Rəbbimiz! Və bizə elçilərin üzərinə vəd etdiyin şeyləri ver, qiyamət günü bizi rüsvay da etmə. Şübhəsiz, Sən verdiyin sözdən dönməzsən – deyən qavrama qabiliyyətinə sahib insanlara verilən cavabdır. Xülasə etsək: Şübhəsiz ki, Mən sizdən kişi olsun, qadın olsun ki, hamınız bərabərsiniz, çalışanın əməlini yox etmərəm. Ona görə də köç edənlər, yurdlarından çıxarılanlar, mənim yolumda əziyyət çəkənlər, döyüşənlər və öldürülənlər – əlbəttə, onların pisliklərini örtəcəyəm və Allah qatından bir savab olaraq, onları altından çaylar axan cənnətlərə qoyacağam. Və Allah savabın gözəli Öz qatında olandır – ismarıcı verilmişdir..

Ayədəki Sizdən kişi olsun, qadın olsun ki, bəziniz bəzinizdəndir [hamınız eynisiniz] vurğusu, Allah nəzdində qulun qadın-kişi deyə bir fərqinin olmamasının ifadəsidir. Bir başqa ayədə də belə buyurulur:

  • 123Bu iş sizin sayıqlamalarınızla və Kitab Əhlinin sayıqlamaları ilə deyildir. Kim pislik edərsə, onunla cəzalandırılır. Və o, özü üçün Allahın yaratdıqlarından bir yol göstərən, qoruyan yaxın və yaxşı bir köməkçi tapa bilməz. (Nisa/123)

196,197Kafirlərin diyar-diyar gəzib dolaşmaqları, çox az bir qazanc, qətiyyən səni aldatmasın. Sonra onların çatacaqları yer cəhənnəmdir və o, nə pis bir yataqdır!

198Amma Rəbbinin qoruması altına girənlərə gəlincə… Onlar üçün Allah qatından bir yolçu ikramı olaraq, altlarından çaylar axan, içində təməlli qalacaqları cənnətlər vardır. Və Allah qatındakı “yaxşı insanlar” üçün daha yaxşıdır.

Bu ayələrdə, 195-ci ayənin ifadələri bir az daha detaylandırılmışdır. Ayənin başındakı Küfr etmiş olan bu insanların diyar-diyar gəzib dolaşmaları; çox az bir qazanc, qətiyyən səni aldatmasın ifadəsiylə, Allah yolunda çalışanların, mal-mülk ardınca qaçanlara görə iqtisadi nöqteyi nəzərdən bəlkə zəif olacaqları, lakin onlara baxıb aldanılmamalı olmalarına işarə edilmişdir:

  • 14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.
  • 15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir. (Al-i İmran/14-17)

Dünya mal və zinətinin keçiciliyi, aldadıcılığı bir çox dəfə (məsələn, Al-i İmran/178; Əraf/182-183; Möminlər/55; Nəhl/112; Hicr/88; Ta-Ha/131) dilə gətirilmişdir. Bu mövzuda Qasas surəsindəki (76-83-cü ayələr) Qarun hekayəsi, Kəhf surəsindəki (32-44-cü ayələr) “iki adam” hekayəsi və Səba surəsindəki (15-21-ci ayələr) Səba xalqının hekayəsi də oxunmalıdır.

199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah  hesabı tez görəndir.

Yuxarıda, o günün Yəhudilərinin neqativ düşüncə və münasibətləri bildirildikdən və onlar təhdid edildikdən sonra bu ayədə Şübhəsiz ki, Kitab Əhlindən Allaha inananlar, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır ifadələri ilə istisna edilir. Burada istisna edilənlərin kimlikləri xüsusunda qaynaqlarda aşağıdakı məlumatlar verilmişdir:

Alimlər bu ayənin nüzul səbəbi haqqında ixtilaf etmişdilər. Məsələn, İbn Abbas, Cabir və Katade belə demişdir:  “Bu ayə Həbəş Nəcaşisi haqqında nazil olmuşdur. O ölüb, Hz. Peyğəmbər (s.ə.s) (qıyabi olaraq) cənazə namazını qıldığı zaman, münafiqlər:  “Muhəmməd heç görmədiyi bir Xristiyan üçün cənazə namazı qılir” – demişdilər.

İbn Cüreyc və İbn Zeyd isə, bu ayənin Abdullah ibn Selam (r.a) və yoldaşları haqqında nazil olduğunu söyləmişdilər. Ayənin Nəcranlılardan 40, Həbəşlilərdən 32 və Rumlardan [Bizanslılardan] Xristiyankən Müsəlman olan 8 nəfər haqqında nazil olduğu da söylənmişdir. Mücahid bu ayə-i kərimənin bütün Əhl-i Kitab haqqında nazil olduğunu söyləmişdir ki, ən uyğun görüş budur. Belə ki, Cənab-i Haqq kafirlərin çatacaqları yerin cəhənnəm olduğunu bildirincə, Əhl-i Kitabdan iman edənlərin çatacaqları yerin cənnət olduğunu bəyan buyurmuşdur. [102]

Bu surənin 114-cü ayəsində, Əhl-i Kitabın hamısının eyni olmadığı bildirilmişdi. Bunlardan başqa bir çox ayədə (məsələn, Bəqərə/62; İsra/107-109; Maidə/82-83; Əhqaf/10; Ənam/114; Qasas/52-53) bu vəziyyət açıqlanmışdır.

200Ey iman edənlər! Xilas olmağınız, uğur qazanmağınız üçün səbr edin və bir-birinizin səbirli olmasını təmin edin, bir-birinizə bağlanın və Allahın qoruması altına girin.

Yuxarıda, Yəhudilərin ziyanvericiliyi, içlərində əhl-i insaf sahiblərinin olduğu, kafirlərə cəza, möminlərə də mükafat veriləcəyi bəyan buyurulmuşdu. Bu ayədə isə, davalarında bacarıqlı ola bilmələri üçün Müsəlmanlara etməli olduqları bildirilir: Fəlah tapmağınız (xilas olmağınız, uğur qazanmağınız) üçün səbr edin və bir-birinizin səbirli olmasını təmin edin, bir-birinizə bağlanın və Allahın qoruması altına girin.

İnsanların müvəffəq olması və zəfər qazanmaları, budur bu üç maddəyə – səbrə, səbrləşməyə və kilidlənməyə [birlik təşkil etməyə] bağlıdır.

Səbr. Quranın 70-dən artıq ayəsində keçən صبر [sabr] kəlməsi xalq arasında “acıya, sıxıntı və çətinliklərə qatlanma” olaraq qəbul edilir. Ancaq Allahın Quranda səbrli insanları öyməsi və onları hesabsızca mükafatlandıracağını bildirməsi, bu kəlmənin daha dərin təhlil edilməsi məcburiyyətini doğurur. Buna görə də qavramı daha geniş bir şəkildə açıqlamağa çalışacağıq. Səbir “ağlın və dinin göstərdiyi yolda səbat etmək, qərarlı olmaq”dır. İnsan psixologiyası çətinliyə deyil, asanlığa, ağrıya deyil həzzə, əl çəkməyə deyil eqoistliyə meyllidir. Buna görə də bəzi ibadətlər və əxlaqi davranışlar insana çətin gələ bilir. Məsələn, insan, cibindəki pul ilə bir yoxsula yardım etməkdənsə, onu özünə xərcləməyi, işləyib yorulmaqdansa, əylənməyi, gəzib dolanmağı daha çox istəyə bilir. İnsanın uzun yay günlərində bezmədən oruc tutmasını, xeyirinə olmasa da yaxşı və doğru davranışlarda olmasını təmin edən güc, səbrdir.

Səbir “ağlın və dinin göstərdiyi yolda, nəfsin həddən artıq istək və arzuları qarşısında dirənmək”dir. Ağıl, din və cəmiyyət qaydaları doğru hesab etməsə də, insanlar çox zaman nəfslərinə xoş gələn arzularını təmin etmək istəyərlər. Səbir, insan psixologiyasının bu qüvvətli cəzbetmə gücünə baxmayaraq, insanın heç tərəddüd etmədən, ərdəmli davranışları seçməsini təmin edən gücdür.

Səbir “insanın əlində olmadan başına gələn və ona böyük kədərlər verən müsibətlərə müqavimət göstərmək, onların öhdəsindən gəlmək”dir. Bəzi sıxıntıların insanın iradə gücünü aşdığı bir reallıqdır. Təbii fəlakətlər, döyüşlər, döyüş şəraiti içində qarşılaşıla biləcək ölüm qorxusu, yoxluqlar və işgəncələr, özünün və ya yaxınlarının başına gələn fəlakətlər, insanın istəsə də qarşısını ala bilməyəcəyi bədbəxtlik və ağrı duyma səbəbləridir. Bunlar, insan psixologiyasının xoşlanmadığı və daima qaçınmaq istədiyi hallardır. Bu hallar insanda maddi dağıntılar qədər mənəvi dağıntılara da yol açarlar. Budur, bu kimi vəziyyətlərdə insanın mətanətini və həyata bağlılığını itirməsinin qarşısını alan, çəkdiyi acılara baxmayaraq, Allaha üsyan etmədən mübarizəsinə davam edə bilməsini və dik qala bilməsini təmin edən güc, səbirdir.

Səbir bütün Peyğəmbərlərin ortaq əxlaqi xüsusiyyətidir. Peyğəmbərlərin tövhid mübarizələrini dilə gətirən Quran ayələri, onların səbir və səbatlarını örnək olaraq göstərir. Çünki Allahın dinini təbliğ edərkən müxtəlif çətinliklərə məruz qalmışlar, əziyyət çəkmişlər, yurdlarından çıxarılmışlar, zindanlara atılmışlar, lakin daima səbr etmişdilər. Dolayısıyla hər Müsəlman Allahın elçilərini örnək almalı, xilas olmağın səbrdə olduğunu düşünərək səbrli olmalı və bu mövzuda Allahdan yardım diləməlidir.

Ancaq səbrin nə olduğu ilə yanaşı, nə olmadığını da müəyyən etmək lazımdır. Yaxşı bilinməlidir ki, haqqsız yerə məhkumiyyətə boyun əymək, acizliyə, uyuşmağa, xor görülməyə və alçaldılmağa razı olmaq, zillətə, haqqsız təcavüzlərə, insan qüruruna kölgə düşürəcək hücumlara qatlanmaq, bunlara qarşı səssiz və passiv qalmaq səbr deyildir. Çünki qanuni olmayan şeylərə qarşı səssiz qalmaq, o davranışa ortaq olmaq deməkdir. Əksinə səbr, bu tərz pisliklərlə mübarizə etmək, bunlara qarşı çıxmaq, bir haqqı müdafiə etmək və qorumaq üçün cəhd etmək, bu müddətdə qərarlı olmaqdır.

İnsanın gücü və iradəsiylə öhdəsindən gələ biləcəyi pisliklərə qatlanması, ya da ehtiyaclarını təmin xüsusunda rahatlıq göstərməsi səbr deyil, acizlikdir, təmbəllikdir, qorxaqlıqdır.

Səbr hər tərəfli olaraq aşağıdakı ayədə xülasə edilmişdir:

  • 146Necə peyğəmbərlər də vardı ki, özləri ilə bərabər, bir çox Allah igidləri döyüşdülər – Allah yolunda özlərinə isabət edən şeylərdən bədbinləşmədilər, zəif düşmədilər və boyun əymədilər. Və Allah səbr edənləri sevər. (Al-i İmran/146)

Səbr, budur: sıxıntı anında rahatlamamaq, zəifləməmək və boyun əyməmək.

Bu ayədə zikr edilən prinsiplər, parça-parça bir çox ayədə keçir, Əsr surəsində isə mahiyyət olaraq bildirilir: (Əsr/1-3)

103Və hamınız birlikdə, Allahın ipinə daha sıx sarılın/Allahın ipi ilə qorunun, ayrılmayın və Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin siz bir-birinizə düşmən idiniz və Allah qəlbləriniz arasında ülfət əmələ gətirdi. Sonra da siz, Onun neməti sayəsində, qardaş olmuşdunuz. Siz, bir atəş çuxurunun tam kənarında idiniz və oradan sizi O qurtarmışdı. Bax budur, Allah bələdçiləndiyiniz doğru yolu tapasınız deyə, əlamətlərini/nümunələrini sizin üçün belə ortaya qoyur.  (Al-i İmran/103)

4Şübhəsiz ki, Allah Öz yolunda sıxlaşmış bir divar kimi, səf-səf döyüşən insanları sevər.  (Saff/4)

 

Allah doğrusunu ən yaxşı biləndir.

 

[1] Razi, Mefatihul-Ğayb.

[2] Lisân; 9/285-287, “Vry” mad.

[3] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[4] Lisân; 469-471, “Ncl” mad.

[5] Mevdûdî, Tefhîmü’l-Kur’ân.

[6] Tebyînu’l-Kur’ân, c. 7, s. 470-471; Lisânu’l-Arab, c.7, s. 82-85; Tâcu’l-Arûs, “Frq” mad.

[7] Tebyînu’l-Kur’ân; c. 8 , s. 226-231

[8] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[9] Lisânu’l-Arab; c. 4, s. 137.

[10] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[11] İbn Kesîr.

[12] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[13] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[14] Râzî, Mefâtihu’l-Ğayb.

[15] Râzî, Mefâtihu’l-Ğayb.

[16] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[17] Lisânu’l-Arab; c. 4, s. 660.

[18] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[19] Râzî, Mefâtihu’l-Ğayb.

[20] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[21] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[22] Râzî, Mefâtihu’l-Ğayb.

[23] Râzî, Mefâtihu’l-Ğayb; Mukâtil.

[24] Râzî, Mefâtihu’l-Ğayb.

[25] Râzî, Mefâtihu’l-Ğayb.

[26] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[27] Râzî, Mefâtihu’l-Ğayb

[28] Râzî, Mefâtihu’l-Ğayb

[29] Kitab-ı Mukaddes, Çıkış, 6:14-20.

[30] Lisânu’l-Arab; c. 4, s. 325, “Rym” mad.

[31] Çıkış, 15:20 ve Sayılar, 26:59.

[32] Prof. C. Tümer, Hz. Meryem, T.D.V. Yayınları;

T.D.V. İslâm Ansiklopedisi, “Meryem” mad.

[33] Kurtubî.

[34] Mihrab sözcüğü, Sâd/21’de de geçmişti.

[35] Tebyînu’l-Kur’ân; c. 1, s. 407-408.

[36] Râzî, Mefâtihu’l-Ğayb.

[37] Tebyînu’l-Kur’ân; c. 3, s. 681.

[38] Lisânu’l-Arab; c. 8, s. 276-277.

[39] Lisânu’l-Arab; Tâcu’l-Arûs, “Mhd” mad.

[40] Mushaf-ı Şerif, İSAM Yayınları.

[41] Al-i Imran/49, Maide/110

[42] Lisan, Tac, Kamus.

[43] Tac , Lisan, Kamus, es Sıhah

[44] Tac , Lisan, Kamus, es Sıhah

[45] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[46] Râzî, Mefâtihu’l-Ğayb.

[47] Kumran Yazıtlarının konuya ait bölümleri incelenebilir.

[48] Lisânu’l-Arab; c. 3, s. 195-196, “Hlq” mad.

[49] Matta, 5:17.

[50] Matta, 23:1-7.

[51] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[52] Râzî, Mefâtihu’l-Ğayb; Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân; Lisânu’l-Arab.

[53] Tebyînu’l-Kur’ân; c. 5, s. 476.

[54] Râzî, Mefâtihu’l-Ğayb.

[55] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[56] Kitab-ı Mukaddes, Tesniye, 15:1-3.

[57] Tesniye, 23:20.

[58] Tesniye, 24:7.

[59] Mevdûdî, Tefhîmu’l-Kur’ân.

[60] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[61]Tebyînu’l-Kur’ân; c. 3, s. 55-61.

[62] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[63] Râzî, Mefâtihu’l-Ğayb.

[64] Râzî, Mefâtihu’l-Ğayb.

[65] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[66] Tekvin, 32:22-32.

[67] Râzî, Mefâtihu’l-Ğayb.

[68] Râzî, Mefâtihu’l-Ğayb.

[69] Tebyînu’l-Kur’ân; c. 9, s. 250-254, 269-282.

[70] Bkz. Lisânu’l-Arab, Tâcu’l-Arûs

[71] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[72] Tebyînu’l-Kur’ân; c.?????

[73] Tebyînu’l-Kur’ân; c.?????

[74] Râzî, Mefâtihu’l-Ğayb.

[75] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[76] Râzî, Mefâtihu’l-Ğayb.

[77] Râzî, Mefâtihu’l-Ğayb.

[78] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[79] Râzî, Mefâtihu’l-Ğayb.

[80] Râzî, Mefâtihu’l-Ğayb.

[81] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[82] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[83] Râzî, Mefâtihu’l-Ğayb.

[84] Râzî, Mefâtihu’l-Ğayb.

[85] Râzî, Mefâtihu’l-Ğayb.

[86] Kurtubî, el-Câmiu li Ahkâmi’l-Kur’ân.

[87] Levililer, 9:22-24.

[88] Hakimler, 6:20-21.

[89] Hakimler, 13:19-20.

[90] I. Krallar, 18:36-40.

[91] I. Krallar, 18:41-46.

[92] Tesniye, 4:2.

[93] Tesniye, 6:4-9.

[94] Tesniye, 27:2-4.

[95] II. Krallar, 22:8-13.

[96] Lisânu’l-Arab; c. 7, s. 146.

[97] Lisânu’l-Arab; c. 7, s. 146.

[98] Genel Psikoloji, Lütfi Öztabağ, Remzi Kitabevi, 7. Baskı, s. 118-119.

[99] Ana Britannica; c. 11, s. 20.

[100] Tebyînu’l-Kur’ân; c. ?????

[101] Tebyînu’l-Kur’ân; c. ?????

[102] Râzî, Mefâtihu’l-Ğayb.