MƏKKƏ DÖVRÜ
Nəcm: 57
1–4Düşündüyünüz kimi deyil! Bu şəhərdə yaşayan insanların hamısını, həmçinin ilk insandan bu yana törəyərək gəlmiş insanların hamısını da sübut göstərirəm ki, Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq. Sən də bu insanlardan birisən/sən də sıxıntı içində olacaqsan[1].
(35/90, Bələd/1–4)
Nəcm: 58
5O, ona kimsənin qətiyyən gücü çata bilməyəcəyinimi sanır?
6“Mən, yığın-yığın mal hədər etdim” – deyir!
7O, kimsənin onu qətiyyən görmədiyinimi sanır?
8,9Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?
10Və Biz ona müəyyən/aydın görünən iki yolu göstərdik.
11Lakin o, o dik yoxuşa hücum etmədi/qalxmadı.
12Və o dik yoxuşun nə olduğunu sənə nə bildirdi?
13Köləni azad etməkdir. 14,15Və ya ağır bir qıtlıq günündə yaxınında olan bir yetimə 16və ya torpaqlara düşmüş/sürünən yoxsula, işsizə yemək yedirtməkdir.
17Sonra da iman edərək, səbri tövsiyə edənlərdən və mərhəməti tövsiyə edənlərdən olmaqdır.
18Bax budur, bunlar xoşbəxtlik, yüksək mərtəbə sahibləridir.
19Ayələrimizi ört-basdır edənlər də elə uğursuzluq/bədlik güclərinin məhz özləridir. 20Üzərlərində qapıları bərk-bərk bağlanmış bir atəş vardır.
(35/90, Bələd/5–20)
[1]Ayədəki sözlərin “doğru” mənaları ilə and cümləsinin mənası belədir: Xeyr! Bu bölgəyə and içirəm ki, sən də bu bölgəyə girməkdəsən… Və ataya və doğana (and içirəm) ki, Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq (Bələd/1–4). Biz tərcümədə, sözlərin məcazi mənasını verdik.