BƏLƏD SURƏSİNİN TƏBYİNİ

Adını 1–ci ayədəki البلد [əl–Bələd] sözündən alan surənin istər 1–4–cü  ayələrində Peyğəmbərimizə verilən ismarıc, istərsə də 13–16–cı ayələrində bütün insanlığa verilən ismarıclar göstərir ki, surənin endiyi dövr, Müsəlmanların mühasirəyə alındıqları sıxıntılı bir dövrdür.

Digər Məkki surələr kimi bu surənin mövzusu da “hesab və cəza gününə inananlar” ilə “inanmayanlar”ı, göstərdikləri fərdi xüsusiyyətləri ilə bir–birlərindən ayırmaq və inananların inanclarını qüvvətləndirməkdir. Həmçinin, “sıxıntılara sinə gərmək” mövzusu da Peyğəmbərimizə yönəlik fərqli bir üslubla işlənmişdir.

Kitablar dolusu izahlarla ifadə edilə biləcək məsələlər, Bələd surəsində lakonik cümlələrlə və təsirli bir şəkildə ifadə edilmişdir. Bu yönüylə surə, “icaz” sənətinin möhtəşəm örnəkləridən biridir.

 

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

Bölmə 57

  • 1–4Düşündüyünüz kimi deyilbu şəhərdə yaşayan insanların hamısını, həmçinin ilk insandan bu yana törəyərək gəlmiş insanların hamısını da sübut göstərirəm ki, Biz, insanı həqiqətən bir sıxıntı içində yaratdıq. Sən də bu insanlardan birisənsən də sıxıntı içində olacaqsan.

                                                                                                                        (35/90, Bələd/1–4)

Bölmə 58

  • 5O, özünə qarşı kimsənin əsla gücü yetə bilməzmi sanır;
  • 6Mən, yığınyığın mal hədər etdimdeyir! 7O, kimsənin özünü əsla görmədiyinimi sanır?
  • 8,9Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?
  • 10Və Biz ona diqqətə çarpan iki yolu göstərdik.
  • 11Lakin o, o dik yoxuşa hücum etmədi/qalxmadı.
  • 12Və o dik yoxuşun nə olduğunu sənə nə bildirdi?
  • 13Köləni azad etməkdir 14,15Və ya yayğın bir qıtlıq günündə yaxında olan bir yetimə 16Və ya yerlərə düşmüş–sürünən yoxsula, işsizə yemək yedirtməkdir. 17Sonra da iman edərək səbri tövsiyə edənlərdən və mərhəməti tövsiyə edənlərdən olmaqdır.
  • 18Bax budur, bunlar, xoşbəxtlik, yüksək mərtəbə sahibləridir.
  • 19Ayələrimizi ört–basdır edənlər də uğursuzluq–elə sarsıdıcı güclərin tam özləridir.

 20Üzərlərində qapıları sımsıxı bağlanmış bir atəş vardır.                  

                                                                                                             (35/90, Bələd/5–20)

 

TƏHLİL:

1–4Düşündüyünüz kimi deyil–bu şəhərdə yaşayan insanların hamısını, həmçinin ilk insandan bu yana törəyərək gəlmiş insanların hamısını da sübut göstərirəm ki, Biz, insanı həqiqətən bir sıxıntı  içində yaratdıq. Sən də bu insanlardan birisən–sən də sıxıntı  içində olacaqsan.

1–4–cü ayələrin hərfi mənası, “Xeyr! Bu diyara, –ki sən də bu diyara girirsən– ataya və doğulana and içirəm ki, Biz insanı gerçəkdən bir sıxıntı içində yaratdıq” şəklindədir, biz tərcümə olaraq məcazi mənaları təqdim etdik.

Xeyr!  Surənin لا [la=Xeyr] ədatı ilə başlamasından aydın olur ki, ortada müzakirə edilən bir məsələ və bu məsələni müzakirə edən şəxslər vardır. Qiyamət surəsinin təhlilində də söylədiyimiz kimi, cümlənin başındaki la [Xeyr] ədatı, müzakirə edilən mövzuda irəli sürülən yanlış düşüncənin rəddinə yönəlir. Müzakirə edilən mövzunun nə olduğu, surənin ikinci bölümü olan 5–20–ci ayələrdən anlaşılır.

Buna görə, sahib olduqları artıqlıqlar, mal–mülk, övlad və bənzəri səbəblərlə dünyaya həddindən artıq bağlanan insanlar, kimsənin özlərinə güc yetirə bilməyəcəyinə və özlərini hesaba çəkə bilməyəcəyinə inanır və inananlarla bu mövzuları müzakirə edirlər. Budur, buna görə surə də inancsızların bu fikirlərini rədd edən la [Xeyr] ədatı ilə başlamışdır.

Bu diyara, ataya və doğulana and içirəm ki,

Ayədəki sözlərin hərfi mənaları ilə and cümləsinin mənası belədir: Xeyr! Bu diyara and içirəm ki, ki sən də bu bölgəyə girirsən, və ataya və doğana (and içirəm) ki, Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq (Bələd/1–4). Biz Tərcümədə, sözlərin məcaz mənasını verdik.

Bu and cümləsinin and bölümünü təşkil edən diyar, atadoğulan, and cümləsinin cavab bölümündə irəli sürülən, Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq tezisinə sübut göstərilmişdir.

Düşünürük ki, and cümləsinin ilk maddəsi olan bu cümlə haqqında, “Məkkənin və ya bəzi şəxslərin fəzilətinə diqqət çəkilmişdir” deyib, keçmək əvəzinə, and cümləsinin əsas özəlliyi nəzərə alınaraq cümlənin daha yaxşı təhlil edilməsi lazımdır.

Bələd: بلد [bələd] sözü Ərəb dilində “məmləkət, şəhər, böyük kənd [içində toplanılan, yaşanılan bölgə], köks, iki qaşın arasındakı tüksüz yer, ərazi, qəbir” kimi mənalarda işlədilir. Sözün bu cümlədə, “yaşayış sahəsi” mənasında işlədildiyi mübahisəsizdir. [1]

Klassik qaynaqların çoxunda cümlənin and cümləsi olduğu diqqətə alınmadan, əl–bələd sözünün başındakı ال [əl] ədatı “əhd” mənasında qəbul edilmiş və haqqında söhbət gedən diyarın, “Məkkə” şəhəri olduğu irəli sürülmüşdür. Təəssüf ki, sonradan and cümləsinin bütün maddələri ilə and cümləsinin ismarıcı diqqətə alındığında, bu görüşün yanlış olduğu anlaşılır.

Fikrimizcə, cümlədəki əl ədatının istiğrak üçün olduğunun qəbul edilməsi və البلد [əl–bələd] sözünün dünyadakı bütün yaşayış yerlərini simvolizə etdiyinin anlaşılması ən doğru olanıdır. Çünki anda cavab bölməsində irəli sürülən tezis yəni Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq tezisi, sadəcə Məkkədə deyil, dünyanın hər yerində keçərlidir. Beləliklə də, insanların sıxıntı içində yaradılması sadəcə Məkkə şəhərinə xas deyildir. İnsanların sıxıntı içində olduqları o diyar, dünyanın hər tərəfindəki diyarlardır, yəni diyarların hamısıdır.

Ata və doğulan [övlad]: Ayədə keçən atadoğulan sözləri, Klassik əsərlərdə yenə and cümləsinin əsas özəlliyinə zidd olaraq açıqlanmışdır:

Ata, “Adəm”, doğulan da “onun zürriyəti”dir. (Allah bunlara, yer üzündə yaratdığı ən maraqlı varlıqlar olduqlarına görə and içmişdir.)

Ata, “İbrahim və İsmayıl”, doğulan da “Peyğəmbər”dir. (Çünkü Cənab–i Haqq, burada Məkkəyə and içmişdir. Məkkənin banisi İbrahim, (ən şərəfli) sakinləri isə İsmayıl və Hz. Məhəmməddir.)

Ata “Hz. İbrahim”, övlad [doğulan] isə “Hz. İbrahimin bütün nəsli”dir. (Çünki onun nəsli, Ərəbi də, Əcəmi də ehtiva edir. Çünki İbrahimin bütün zürriyyəti, Şam, Misir, Beyt–i Maqdis [Qüds] və Ərəb torpaqlarının fəzilətli diyarlarında oturmuşdular. Rumlar da bunlardandır. Çünki Rumlar, İsa b. İshakın övladlarıdır.)[2]

İbn–i Abbas kimi bəzi Quran mütəxəssisləri isə ayənin orijinalındakı ma ədatını “nefy” üçün qəbul etmişlər və ifadəni “doğuran və doğurmayan” şəklində anlamışdılar.

Bizə görə, bu ifadə ilə “bütün atalar və bütün övladlar” nəzərdə tutulmuşdur. Çünki and və andın cavabı olan tezis nəzərə alındığında, sıxıntı içində olan, istisnasız hər kəsdir, bütün atalar, doğulanlar və doğanlardır.

Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq.

Heç bir insanın tamamilə güvən və səadət içində olmadığı, insanın davamlı zəhmət, məşəqqət, təhlükə dolu çətin mərhələlərdən keçdiyi bəllidir, belə ki, insanın məşəqqət içində yaradıldığı mənasına gələn bu ifadə, andın təməl ismarıcıdır. Ancaq ayədəki ismarıcın yaxşı anlaşılması, كبد [kəbəd] sözünün yaxşı anlaşılmasına bağlıdır.

كبد [kəbəd]: Bu söz, ilk olaraq bir adamın başqa bir adamın ciyərinə vurmasını anladan كبده [kəbədəhu] ifadəsiylə və bir adamın ciyərinin ağrımasını, ya da şişib genişlənməsini anlatmaq için işlədilən  كبدا فهو كابد كبد الرّجل [kəbədə‘r–raculu, kəbdən fə huvə kabidun] fel şəkilləriylə işlədilmişdir. Ancaq daha sonra hər cür sıxıntı və yorğunluğu ifadə etmək üçün işlədilməyə başlamışdır. Belə ki, Ərəbcədəki مكابدة [mukabədə=zəhmət, sıxıntı] sözü də buradan törəmişdir.

Məcaz və istiarə yöluyla bir çox mənalarda işlədilsə də كبد [kəbəd] sözü əsasən, “bir şeyin dəhşəti, şiddət və qüvvəti” mənasında işlədilir.[3] Hətta südün qatılaşıb, sərtləşməsi [qatıq olması] mənasına gələn تكبّد اللّبن [təkəbbədəlləbənu] ifadəsində də كبد [kəbəd] sözü işlədilmişdir.

Sözün eyni zamanda “istiva, istiqamət, dümdüz olmaq, çətin və güclü yaradılışlı” mənalarına gəldiyini söyləyənlər də vardır. [4] Ancaq bu mənalar sözün törədildiyi kök mənasından deyil, çox ehtimal ki, regional işlədildiyindən ortaya çıxmış ola bilirlər. Əslində elə and cümləsinin ifadə etdiyi məna ilə tam bir ziddiyyət əmələ gətirəcəyindən, bu mənaların bu ayə üçün uyğun görülməsi mümkün deyildir.

كبد [kəbəd] sözü ilə ifadə edilən sıxıntının nə olması barəsində aşağıdakı cür görüşlər irəli sürülmüşdür:

* Yaxşı şeylərə qarşı şükr etmək, pis şeylərə qarşı da səbr etmək sıxıntısı ilə, ibadətləri yerinə yetirməkdəki sıxıntılara köks gərmə kimi dini sıxıntılar və çətin öhdəliklərdir.

* Ölüm, bir qaranlığı, ölümdən sonra diriliş, Allaha ərz olunma və cənnətə və ya cəhənnəmə gedənə qədər keçirilən sıxıntılar kimi axirətdəki sıxıntılardır. [5]

Belə ki, bu görüşlərin qəbul edilməsi mümkün deyildir, çünki bu görüşlərdə irəli sürülən sıxıntılar, İnsan sıxıntı içində yaradılmışdır tezisinə sübut təşkil edə bilməzlər, istinad göstərilə bilməzlər.

Yaxşı düşünülürsə, ana bətninə düşdüyü andan etibarən məşəqqət, sıxıntı və risk içində olan insanın əziyyətsiz anı yoxdur, o əziyyət çəkərək böyüyür və yaşayır. İnsanın doğulması, doğması, oxuması, oxutması, sosial əlaqələri, həyat mücadiləsi, bioloji, fizioloji və zehni problemləri hamısı əziyyətdir. Zəngin insan da dərdlidir, fəqir insan da… Kral da dərdlidir, kölə də… Ata da dərdlidir, övlad da… Xəstə də dərdlidir, istidən və ya soyuqdan şikayət edən sağlam insan da… Bu zəncir belə uzanaraq gedər.

Madam ki, dünya məşəqqət və sıxıntıdır, heç olmazsa axirət həyatı bu sıxıntılardan uzaq olmalı, insan orada rahat və xoşbəxt olmalıdır. Əslində elə dünyada məşəqqət və sıxıntı içində yaşayanların, yuxarıdakı örnəklərdə olduğu kimi, bir də axirətdə eyni məşəqqət, sıxıntı, əziyyət və əzabla qarşılaşacaqlarını düşünməmələri ağıllıca bir davranış hesab olunmamalıdır. Digər tərəfdən, dünyada çəkilən sıxıntı və əziyyətlər nəticəsində, qismən də olsa bəzi rahatlamalar barədə söhbət gedə bilər.

Məsələn, gəncliyində çalışan və müxtəlif sıxıntılarla üzləşən insan, müəyyən bir yaşa çatdığında təqaüdə çıxar və artıq yaşlılığında eyni sıxıntılara qatlanmaq məcburiyyətində qalmaz. Belədirsə, insanın ancaq bir sıra sıxıntı və məşəqqətlərdən keçərək məqsədlərinə çata bilməsi, yaradıcının, Biz insanı həqiqətən bir sıxıntı içində yaratdıq sözləriylə qeyd etdiyi ilahi bir qaydadır və qurduğu nizamın dəyişməz bir vəsfidir.

Bu ilahi qayda eyni zamanda insanın öldükdən sonra mütləq dirildiləcəyi mənasına da gəlir. Çünki Allahın insanı sadəcə sıxıntılar içində yaşaması və əziyyət çəkməsi üçün yaradıb proqramlamış olması, Onun rəhmətinə uyğun gəlməz. Bu halda məşəqqət və sıxıntı yurdu olan bu dünyadan sonra, başqa bir dünyanın yenə olması gərəkir. Heç şübhəsiz, bu ikinci dünya axirətdir.

ki, sən də bu diyara girirsən

And bölməsinin içində bir mötərizə içi cümlə [cümlə–i mötərizə] olaraq yer alan bu ifadənin yaxşı anlaşıla bilməsi üçün əvvəlcə حلّ [hıll] sözünün yaxşı anlaşılması lazımdır. Hıll sözünün cürbəcür mənalarına görə bu ifadənin nə mənaya gəldiyi aşağıdakı şəkillərdə sıralana bilər:

1) حلّ [hıll] sözünün “hülul etmək, girmə” mənasına görə ifadə, “Sən bu diyardasan, oraya girmiş [hülul etmiş] və orada qonaq olmusan” deməkdir.

2) Hıll sözünün حلال [həlal] mənasına görə ifadə:

  1. Kafirlərin bu diyara sayğı duyub, orada hər hansı bir sayğısız hərəkət etməmələrinə baxmayaraq, Allahın Peyğəmbərlik görəvi verərək, ikram etdiyi Peyğəmbərimizə əziyyət etməyi halal saymaları, başqalarına göstərdikləri hörməti ona göstərməmələri və hətta imkan tapsalar onu öldürməyi belə düşündükləri üçün “Sən onlara halalsan” deməkdir.
  2. Peyğəmbərimiz yönündən, “Sən bu diyarda, Beytullaha olan hörmətinə görə, edilməsi haram olan şeyləri heç etmədin” deməkdir.

Qatade isə ayəyə bu mənanı vermiş və məsələni belə açıqlamışdır:

Sən günahkar deyilsən, Məkkədə dilədiyin kimsələri öldürməyin sənə halaldir”: Çünki Allah Təala, Məkkənin qapılarını Hz. Məhəmməd (s.s)ə açmış və Məkkəni ona halal qılmışdır. Belə bir fəth, ondan öncə heç kimsəyə nəsib olmamışdır. Beləliklə istədiyini halal, dilədiyini haram qılmış və istədiyi kimi hərəkət etmişdir. Beləliklə, Kəbənin örtüyünə yapışan Abdullah b. Hatel ilə Makis b. Sababe və digərlərini öldürdərkən, Əbu Süfyanın evinə girənləri öldürməyi haram saymışdır.[6]

Fikrimizcə, bu ayə üçün yuxarıdakı mənalardan tərcih edilməsi gərəkəni, sən bu diyardasan, oraya girmiş [hülul etmiş] və orada qonaq olmusan mənasıdır ki, bu halda verilən ismarıc belə olur: “Sən də bu şəraitdə yaşayan atasan, oğulsan. Sən də sıxıntılar içində yaradıldın, bu barədə sənin də bir fərqin yoxdur, yəni bu sıxıntıları sən də çəkəcəksən.”

Bu təqdirə görə, sıxıntı və məşəqqətə dayanmağın insanlığın yaradılışından gələn bir özəllik olduğu, Peyğəmbərlik məqamında belə olsa, hər insanın bu qaydaya tabe olduğu bildirilmiş olur.

Göründüyü kimi, bu ayə ilə Rəbbimiz cahillər və pis niyətlilər tərəfindən Peyğəmbərimizə yüklənə biləcək “fövqəladə xüsusiyyətlərə sahib olan insan” anlayışının önünə sanki sədd çəkmişdir. Belə ki, ayənin bu ismarıcı tam tərs yöndəki yorumlarla məcrasından çıxarılmış və Peyğəmbərimiz, az qala fövqəladə xüsusiyyətlərlə təmin edilmiş ikinci bir ilah vəziyyətinə gətirilmişdir.

5O, özünə qarşı kimsənin əsla gücü yetə bilməzmi sanır;

Peyğəmbərimizə müraciətlə deyilmiş and cümləsindən sonra, bu ayə ilə bərabər, axirət mövzusunu işləyən yeni bir bölmə başlamışdır. Ələq surəsindən bəri adı verilmədən xarakterizə edilən yalan sayan insan tipi yenə qarşımızdadır.

İnancsızlara xəbərdarlıq, möminlərə də müjdə ehtiva edən ismarıclar davam edir. Bu mövzunun bu qədər çox təkrarlanmasından, məsələnin nə qədər önəmli olduğu anlaşılır. Bu bölmənin, keçmiş surələrdəki eyni mahiyyətli bölmələrlə birlikdə oxunması, surənin daha yaxşı anlaşılmasına kömək edəcəkdir.

İnkarçının özünə nə mənada qarşı gəlinə bilinməyəcəyinə inandığı ayədə açıqlanmamışdır. Bəs inkarçı,

  1. “Özünün bütün işlərin öhdəsindən gəldiyini və etmək istədiyi bir şey barəsində heç kimsənin özünə qarşı gələ bilməyəcəyini düşünüb, heç kimsənin özünün vəziyyətini dəyişdirə bilməyəcəyinimi sanır?”
  2. “Yoxsa öldükdən sonra onu diriltməyə və etdiklərinə qarşılıq verməyə heç kimsənin qadir ola bilməyəcəyinimi sanır?”

Hər iki mənaya görə də ayənin başındakı sual, “istifham–i inkari” deyilən “cavabı gözlənməyən sorğu” kateqoriyasına girir. Bu halda cümlənin mənası belə təqdir edilə bilər: “Qətiyyən elə hesab etməsin! Allah onu diriltməyə, etdiklərinin hesabını soruşmağa və dünyada da onu rəzil etməyə güc yetirəndir. Ona görə də özünün üstündə başqa bir güc olmadığına inansın!”

Ayədə o deyə bəhs edilən kəs, inancsız insandır. Hər nə qədər o əvəzliyi, bütün insan cinsi üçün işlədilirsə də, mövzu axışı nəzərə alındığında, bu əvəzliklə başqa ayələrdə də davamlı xarakterizə edilmiş olan məğrur və təkəbbürlü bəzi insanların qəsd edildiyi anlaşılır.

Cürbəcür qaynaqlar bu ayələrin enmə səbəbi olaraq Əbu’l–Əşədd, Üseyd b. Kələdətə’l–Cümahi, Amr b. Abdivedd, Vəlid b. Müğirə, Əbu Cəhl b. Hişam, Haris b. Amir b. Nevfel b. Abdimənaf kimi müxtəlif adamları göstərmişdir. Qaynaqlara görə adları dəyişən bu adamların dəyişməyən ortaq özəllikləri “təkəbbürlü” olmaqlarıdır.

6“Mən, yığın–yığın mal hədər etdim” deyir!

 لبد [lübəd]: لبد [lübəd] sözü, “üst–üstə yığılmış, istif edilmiş, keçə kimi bir–birinə keçmiş” deməkdir. Belə ki, Ərəblər, çox olduğu üçün tükənməsindən qorxulmayan mala, لبد مال [malün libədün] deyirlər.[7] Biz də bu səbəblə ayədəki لبدا مالا [malən lübədən] ifadəsini “yığın–yığın mal” olaraq tərcümə edirik.

Cahiliyyə dövründəki Ərəblər, öz anlayışlarına görə hörmət əlaməti və tərifə layiq hesab etdikləri mövzularda çox mal xərcləməkdən çəkinməzdilər. Məsələn, şairlərə böyük ödüllər vermək, evlənmə və ölüm törənlərində minlərcə adama yemək yedirtmək, qumarda qazanılan pul və ya malı dəvələr kəsərək, bayram etmək kimi göstərişə yönəlik xərcləmələr ilə festival tərzində əyləncələr, yarışmalar və bənzər mərasimlər üçün edilən xərcləmələr də bunlardandı. Bu cür xərcləmələr o dövrün cömərdlik əlaməti və böyüklük işarəti sayılır, şairlər də belə xərcləmələr edənlərə bir–birləriylə yarışaraq qəsidələr yazardılar.

Bu xüsuslar nəzərə alınaraq ayə, “Bu kafir, mal varlığı ilə təkəbbürlənərək yığın–yığın mal sərf etməyimə rəğmən mənim üçün fərq etməz, çünki çox malım vardır” şəklində və ya “Peyğəmbərə düşmənçilik üçün çox mal xərclədiyini söyləyir” şəklində anlaşıla bilir. Bu ayənin, din yolunda sərf edilən malların boşuna bir xərcləmə olduğunu iddia edən və Peyğəmbərə (dolayısıyla da dinə) itaət edilməməsini təmin etmək üçün qeyrət edən Haris b. Nevfelin bir sözünə qarşılıq olaraq endiyi haqqında bir görüş daha vardır.

Muqatil b. Süleyman, sırf Peyğəmbərimizə əziyyət vermək üçün bilinən və tarixi qaynaqlarda bu ayənin enmə səbəbi olaraq göstərilən Haris b. Nevfelə aid bu sözləri belə nəql edir:

Haris b. Nevfəl bir günah işlədiyi zaman Rəsulullahdan fətva istərdi. Hz. Peyğəmbər (s.ə.v.) də ona kəffarət verməsini əmr edərdi. Haris, “Məhəmmədə itaət etdiyimdən bəri kəffarət və ona uyma yolunda çox mal tələf etdimdemişdi. [8]

7O, kimsənin özünü əsla görmədiyinimi sanır?

Yəni, yekəxanalıq edənlər, Allahın onlara nəzarət etdiyini başa düşmürlər. Halbuki Allah onların bu sərvəti necə əldə etdikləri, nə üçün işlətdiklərini, hansı niyətlə, nə məqsədlə və nə miqdarda xərclədiklərini ən incə ayrıntısına qədər görür.

Bu ayə, 6–cı ayənin təhlilində qeyd etdiyimiz kimi, istər mallarını Peyğəmbərə düşmənçilik yolunda xərcləyənlərə, istər öz anlayışlarına görə bir sayğınlıq əldə etmək üçün xərcləyənlərə və istərsə də sərf etmədiyi halda “Bir çox mal hədər etdim” deyə yalandan öyünənlərə, əslində Allahın onları gördüyünü və bu hərəkətlərinin cəzasını verəcəyini xəbər verən bir təhdiddir.

Böyük İslam alimlərindən Kelbi isə bu ayə ilə əlaqədar olaraq belə demişdir:

Bu adam, əslində heç bir şey xərcləməmiş bir yalançı idi. Buna görə də Haqq Təala, “Bu adam, nə etdiyini və nə etmədiyini, nəyi xərclədiyini və nəyi xərcləmədiyini Allah Təalanın görmədiyinimi sanır? Xeyr, əksinə, Allah onu görür və onun etdiyi işin, söylədiyinin əksi olduğunu bilirdeməklə yalanlarını ifşa etmişdir. [9]

8,9Biz ona iki göz, bir dil və iki dodaq vermədikmi?

10Və Biz ona nəzərə çarpan iki yolu göstərdik.

Bu ayələrdə Uca Allah, sıxıntı içində yaratdığı insana –özəlliklə də qüvvəti və malı ilə iftixar edən o məğrur insana– lütf etdiyi nemətlərdən bəzilərini xatırladıb, yaradılış qayəsini göstərir və onun hər halını bilən olaraq, etdiklərinin qarşılığını verməyə gücünün olduğuna işarət edir.

İki göz, bir dil və iki dodaq: Burada sayılan orqanlar məcazidir. Eyni orqanlar heyvanlarda da olmasına rəğmən, onlar Allahı tanıyama bilməzlər, axirəti idrak edib, inana bilməzlər, yəni məsuliyyət şüurunda deyillər.

İnsan isə gözlərini açıb, ətrafına baxdığında, gerçəyin işarətlərini görə bilir və yanlışla doğru arasındakı fərqi anlaya bilir. Dili və dodaqlarıyla mənliyini ortaya qoya bilir, hiss etdiyini açıqlaya bilir. Çünki bu orqanların arxasında düşünmə və anlama qabiliyyəti vardır. Dolayısıyla bu orqanlardan əsl məqsəd, “ağıl və bilik qaynağı”dır.

Nəcdeyn [iki müəyyən yol]: نجد [nəcd] sözü, “dağın təpəsi, açıq və işlək yol, yüksək yer, döşək, döşəmə kimi oturacaq yerlər, ağacsız məkan, təcrübəli usta bələdçi, igidlik, çox tərləmək, məmə” kimi mənalarda işlədilir. [10] Burada isə bölmənin ümumi mənası etibariylə sözün, “açıq və işlək yol [müəyyən yol]” mənasını qəbul etmək məcburiyyəti vardır. Belə ki, İbn–i Abbasdan başqa heç bir alim, bu ayə ilə əlaqədar olaraq, sözün “məmə”dən başqa digər mənalarını nəzərə alaraq bir izah etməmişdir.

Ayədə keçən نجدين [nəcdeyn] sözü, “iki müəyyən yol” mənasına gəlir. Bu yollar, xeyir şər, iman və küfr, haqq və batil olaraq adlandırıla bilən və bir–birlərinin ziddi olan iki yoldur. Rəbbimizin iki yolu ifadə edən bir çox söz içindən nəcdeyn sözünü seçməsi, bu yolların adi iki yol olmayıb, dağın zirvəsi kimi çox uzaqdan da görünə bilən, çox müəyyən olan iki yol olduğunu qeyd etmək üçündür.

Bu izahlardan sonra ayənin təqdiri bu şəkildə edilə bilər:

Biz insana sadəcə ağıl və düşünmə qabiliyyəti verərək onu özözünə yol tapsın deyə buraxmadıq, eyni zamanda ona yol da göstərdik.

Ona önündə mövcud olan yaxşılıqpislik, doğruluq və aınlıq kimi bir–birindən müəyyən şəkildə ayrıla bilən iki yolu açıqladıq ki, düşünərək və iradəsi ilə dilədiyini seçsin.” Bu iki yol Quranda bir çox yerdə müxtəlif ifadələrlə dilə gətirilmişdir:

  • 1–10Quranı və onun yaydığı sosial aydınlığı, Quranı izləyən Elçi və möminləri, Qu­ran işığı ilə aydınlanan cəmiyyətləri, Quran işığından yoxsul qalan cəmiyyətləri, bi­li­kliləri və bilikliləri ucaldan bilikləri, qara cahilləri və qara cahilləri bu hala gə­ti­rən qa­nun və anlayışları, Mənliyini tapmış kimsələri və Mənliklərini göstərən fak­tor­la­rı ki, O, ona daşqınlıq etmək/özündən çıxmaq və özünü qorumaq istəklərini–gü­nah işləmə və “Allahın qoruması altında olma qabiliyyətlərini ilham etdi– sübut gös­tərirəm ki, nəfsini təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, tam yəqinliklə bilin ki, zərərə uğramışdır.                                                (Şəms/110)
  • 29Və de ki: “O gerçək, Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın.” Şübhəsiz Biz, şərik qoşaraq yanlış, öz zərərlərinə iş edən­lər üçün divarları, vrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzləri qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da nə qədər pisdir!                                                                            (Kəhf/29)
  • 256Dində zorlamaq/diksindirmək yoxdur–iman, Allahın ilahlığını və rəbbliyini bilərək rədd etməkdən–yaxşı pisdən, gözəl çirkindən, doğruluq pozğunluqdan qətiliklə yaxşıca ayrılmışdır. O halda kim tağuta küfr edər–onu tanımaz, Allaha inanarsa, qopmaq bilməyən sapsağlam bir dəstəyə yapışmışdır. Allah, ən yaxşı eşidəndir, ən yaxşı biləndir.  (Bəqərə/256)
  • 28–31Nuh, “Ey Cəmiyyətim! Heç düşündünüzmü, Mən Rəbbimdən açıq–aşkar bir də­lil üzrəyəmsə və O, Mənə Öz tərəfındən bir mərhəmət bəxş etmiş və bu da sizdən giz­lin tutulmuşsa?! –Biz, siz ondan xoşlanmadığınız halda sizi ona məcbur edərik­mi?”          (Hud/28)

Və  Kafirun/6, Yunis/99,108, Təğabün/2, Zümər/7,15, Füssılət/40, İnsan/2–3, Nəhl/9, 36, 93, Səcdə/13, Maidə/48, İsra/15, Şura/20, Hud/15,16, İsra/18–ci ayələr.

11lakin o, o dik yoxuşa hücum etmədi/qalxmadı.

 Aqabe: عقب [‘aqabe] sözü, “qəfil ortaya çıxan, sərt və çıxılması çətin olan yoxuş, təhlükəli keçid” deməkdir.[11]

İqtiham: اقتحام [iqtiham] sözü, “özü üçün çətin və məşəqqətli bir işə yönəlmək, çətin bir isə girişmək” deməkdir.[12] Belə ki, Ərəbcədə işlədilə  قحم، يقحم، قحوما، اقتحم، اقتحاما، تقحّم، تقحم  [qahamə, yeqhumu, quhumən, iqtəhamə, iqtihamən, təqəhhəmə, təqahhumən] sözlərinin hamısı da, adamın böyük işlərə girişdiyini, mürəkkəb öhdəliklərə təşəbbüs etdiyini, çətinliklərə sinə gərdiyini ifadə edir.

Bölmənin söz axışından, Rəbbimizin 10–cu ayədə insana göstərdiyini söylədiyi  “iki müəyyən yoldan birinin  “aqabe” [mürəkkəb olan, çətin yol], digərinin də “asan yol”  olduğu anlaşılır. Bu halda ayə, “o adam mürəkkəb işə təşəbbüs etmədi, asan yolu tərcih etdi” mənasına gəlir.

İki müəyyən yol” un birincisi olan  “aqabe”, “yüksəklərə gedən, lakin mürəkkəb keçidləri olan məşəqqətli bir yol”dur. İnsanın bu yolu aşıb, yüksəklərə çıxa bilməsi üçün nəfsinə, həvəslərinə və şeytanın vəsvəsələrinə qarşı davamlı bir mücadilə etməsi lazımdır. İkinci yol isə asandır. İnsanın bu yola düşməsi üçün sıxıntıya girməsi gərəkmir, özünü sərbəst buraxıb, nəfsinin bağlarını boşaltması yetərlidir. Beləliklə, dəlalətə düsən insan, özünə göstərilən iki yoldan asanını seçmiş olur və özünü uçuruma götürənə qədər bu yolu gedər.

Bu ayə bir tərəfdən inancsızların passivliyini, bəsitliyini vurğulayarkən, digər tərəfdən də möminlərə cənnətin yolunu göstərir. Belə ki, göstərilən bu yolun çətin və mürəkkəb mərhələlərdən keçdiyini, cənnətin ucuz və ya bədəlsiz olmadığını da xatırladır. Cənnətə yetə bilmək üçün adam ilə cənnət arasındakı o sərt yoxuşun mütləq aşılması gərəkir. Bu da o deməkdir ki, insan cənnətə çatmaq istəyirsə, pul, mal və ya əməyini o sərt yoxuşu aşmaq üçün xərcləməli, nəfsə asan gələn, amma insanı pis və zərərli bir aqibətə götürən yollarda xərcləməməlidir.

Klassik əsərlərdə  “aqabe”nin, “axirətdəki yollar”, “cənnətlə cəhənnəm arasında bir yol”, “cəhənnəmin üstünə qoyulan bir yol” olduğu şəklində bəzi rəvayətlərə də yer verilmişdir.[13] Bizə görə, aşağıdakı ayələrdən də asanca anlaşılacağı kimi,  “aqabe” [sərt yoxuş], Quranda bildirilmiş olan “Allah düşmənləriylə [həva, ins və cinndən şeytanlar ilə] mücadilə yolu”dur.

12Və o dik yoxuşun nə olduğunu sənə nə bildirdi?

Bu ayədə hazf edilmiş [gizlənmiş] olan اقتحام [iqtiham] sözü ilə birlikdə ayənin təqdiri belədir: ادراك ما اقتحم العقبة وما [və ma edrakə ma iqtəhamə’l–’aqabe=‘Aqabe’yə hücum etməyin nə olduğunu sənə nə bildirdi]?

Bu ifadə tərzi, “aqabe”yə hücum etməyin kimsə tərəfindən bilinə bilməyəcəyini deyil, “aqabe”yə hücum etməyin vacibliyini vurğulayır. Bu öhdəlik, mürəkkəb və zəhmətlidir, amma sonu, həm fərdi, həm də kütləvi olaraq, səadətdir. Yəni, zəhmətdən rəhmət meydana gələcəkdir. Beləliklə, başda Peyğəmbərimiz olmaqla bütün insanlıq “aqabe”yə hücum etməyə, mürəkkəb və zəhmətli bir öhdəliyə yönləndirilir.

13Köləni azad etməkdir 14,15Və ya yayğın bir qıtlıq günündə yaxında olan bir yetimə 16Və ya yerlərə düşmüş–sürünən yoxsula, işsizə yemək yedirtməkdir.

Fəkkü rakabe [kölə azad etmək]: فكّ [fəkk] sözü, “bağı açmaq, qandalı çıxarmaq” demək olub, sərbəstliyi məhdudlaşdıran əngəli ortadan qaldırmaq mənasına gəlir.[14] Məsələn, girov bağını çözmək, girovu qurtarmaq da فكّ الرّهن [fəkkü’r–rəhn] deyimi ilə ifadə edilir. Yəni, sərbəst buraxılan hər şey əslində fəkk edilmişdir. فكّ الحطاب [fəkkü’l–hıtab=nəzarətsiz söz, sözün buraxılması] deyimi də bu kökdən gəlir.

Qədimdən əsirlərin boyunlarından və əllərindən bağlanması Ərəblər arasında adət olduğundan, bu bağların açılması da فكّ [fəkk] sözü ilə ifadə edilirdi. Daha sonra əsirlərin bu şəkildə bağlanması adətinin aradan qalxmasına baxayaraq, fəkk sözü, əsirlərin buraxılması üçün işlədilməyə davam etmiş və əsirlərin buraxılması işi فكاك [fəkak=açma] sözü ilə ifadə edilmişdir.[15]

رقبة فكّ [raqabe] sözü isə, “boyun” deməkdir. Bu söz zaman içində “bir parçanı söyləyib, bütününü qəsd etmək” yoluyla, məcaz olaraq “zat, adam, şəxs” mənasında, özəlliklə də hürriyyətini qeyb etmiş insan, əsir və ya kölə üçün işlədilmişdir.[16]

 [fəkkü raqabe] deyimi, “əsirlik bağıyla bağlanmış bir boynu, yəni bir kimsəni, bir insanı əsarətdən qurtarıb hürriyyətinə qovuşdurmaq, köləliyini sona çatdırmaq” mənasına gəlir. Bu da çox təbii olaraq insanın öncə öz hürriyyətinə malik olmasını, öz boynunu hər cür təhəqqümdən qurtarmalı olmasını vacib edir. Belə ki, fəkkü raqabe deyiminin bir başqa mənası da, “hər kəsin özünü boyunduruqdan qurtarması”dır.

Ancaq diqqət edilməlidir ki, bu mənadakı boyunduruq, hər kəsin öz çalışması və öz qazandıqları ilə altında olduğu məsuliyyət öhdəliyi olub, Rəbbimiz tərəfındən qoyulmuşdur:

  • 38,39Hər mənliyini tapmış kimsə –sağ tərəf gücləri xaric–qazancının qarşılığında bir girovdur.                                      (Müddəssir/38, 39)
  • 21Və iman edən, soyları da iman ilə özlərinə uyan kimsələr–bax budur, Biz, onların soylarını da özlərinə qatdıq. Özlərinin əməllərindən bir şey əksiltmədik. Hər kəs öz qazandığıyla girovdur.                                                                    (Tur/21)

Köləlik, başlanğıcı insanlıq tarixinin çox qədim dövrlərinə, tarixin “sivilizasiya” olaraq qəbul etdiyi Qədim Yunan və Romaya dayanan və insani dəyərlər baxımından üz qarası olan bir qurumdur. Bu qurum ancaq XX əsrdə beynəlxalq müqavilə və qadağalarla hüquqa zidd elan edilmişdir. Allahın azad yaratdığı insanın, bir başqa insanın mülkiyyətinə alınması demək olan, bu utanc verici qurum, 14 əsr öncə Rəbbimiz tərəfindən “kölə azad etmə”yin insanı cənnətə götürən davranışlar arasında sayılmasını bildirərək, qadağan olunmuşdu. Çünki, yuxarıda da açıqlandığı kimi, kölələri azad etdirmə fəaliyyəti, hücum edilməsi və aşılması gərəkən “aqabe” üzərindəki işlərdən sayılır.

Tək bir fərdin hürriyyətinə qovuşdurulması belə, insanı cənnətə götürəcək ərdəmli və qəhrəmanca davranışlardan biri olaraq, qəbul edildiyinə görə, köləliyin bütünlüklə ortadan qaldırılması yolundakı mücadiləyə Allah nəzdində nə dəyər veriləcəyi, hər Müsəlmanın üzərində yaxşı düşünməsi gərəkən bir xüsusdur.

Rəbbimiz, “aqabe”yə hücum etmək mənasına gələn bir digər işin də, yayılmış bir qıtlıq günündə, əqrəbalığı olan [yaxında yerləşən] bir yetimə və ya torpaqlara düşmüş [sürünən] miskinə [yoxsula, işsizə] yemək yedirtmək olduğunu bildirmişdir. Bu ərdəmli iş, kölələri özgürləşdirilməsi yönündəki ilahi təşviqdən dərhal sonra gəlir.

مسغبة [məsğabə] sözü, سغاب [səğab] sözündən mimli məsdər olub “aclıq” (özəlliklə “sıxıntı və yorğunluq içində aclıq”] deməkdir. Əbu Hayyan isə sözün, “ümumi mənada aclıq” demək olduğunu, ancaq “susuzluq” üçün də işlədildiyinı qeyd edir.

Yeməyin nadir və tapılmaz olduğu aclıq anları, imanın iç üzünü ortaya qoyan bir məhək daşı kimidir. Belə ümumi bir aclıq dövründə insanın özü də aclıqla qarşı qarşıya ikən, ehtiyac içində olan bir başqasına yemək yedirə bilmək, bir baxıma o adamın canını qurtarmaq deməkdir. Buna görə də, belə bir anda acı doyurmaq, kölə azad etmək kimi “aqabe”yə hücum dairəsində sayılmışdır.

Bununla bərabər, yemək yedirilməyə ən haqq sahibi olanlar ayədə belə sıralanmışdır:

əqrəbalığı olan [yaxında yerləşən] bir yetim

Yaxınlıqdan qəsdin, nəsəb yaxınlığı olduğu aydındır. Bununla bərabər, din yaxınlığının da bu əhatədə olduğu şübhəsizdir. Hətta qonşu yaxınlığını da bu əhatədə düşünmək, bizcə yanlış olmaz.

İnkarçı və azğın cahiliyyə cəmiyyətində yetimlər, əqrəba belə olsalar, hər zaman haqsızlığa və zülmə uğramaqda idilər. Bu üzdən yetimlərə yaxşı davranılması yönündəki əmrləri ard–arda təkrarlayan Quran, sanki bu cür əmrlərlə dolub daşmışdır.

Hətta illər sonra Mədinədə enmiş olan surələrdə miras, vəsiyyət və evlənmə ilə əlaqədar mövzularda İslam qanunlarının fəaliyyətə qoyulması sırasında belə, yenə yetimlərə yaxşı davranılması əmr edilmişdir (Bəqarə/220, Nisa/1–10, Ənfal/41). Bu vəziyyət, yetimləri əzən bu çevrənin nə qədər daş qəlbli bir kütlə olduğunu göstərir.

torpaqlara düşmüş miskin

متربة [mətrabə] sözü də, “torpaq” demək olan تراب [turab] sözündən mimli məsdərdir və “torpaqlanmaq” mənasına gəlir. Ayədə keçən za mətrabə deyimi, dilimizdə “toprağa dösənib, daşa söykənən” təbiriylə ifadə edilən, fəqirlik və şiddətli ehtiyacdan kinayədir. Yəni, fəqirliyi və möhtaclığı ucbatından, üzərində özünü örtəcək, altında da yerə sərəcək bir şeyi olmadan torpağa yapışmış, hədsiz yoxsul, miskin deməkdir. Bu cür yoxsullar üçün dilimizdə “sürünür” təbiri işlədilir. Ümumi aclıq zamanlarında belə, şiddətli ehtiyac və yoxsulluq içində qalmış kimsələrin olması sıx–sıx görünə bilir. Bu vəziyyətdəki çarəsiz kimsələrə əqrəbalıq və yaxınlıq aramadan yemək yedirtmək, sanki aşılması böyük qəlb, qüvvət və qeyrət tələb edən sərt bir yoxuşa dırmanmaq kimidir və elə dəyəri də bu mürəkkəbliyi aşma barəsində göstərilən sadiqlikdən qaynaqlanır.

Həqiqətən də qıtlıq və zərurət dövründə qarşılıqsız yardım etmək, nəfsə ağır gələn ən mürəkkəb şeylərdən biridir və bu yönüylə də normal dövrlərdəkinə görə daha artıq qarşılıq və mükafatı haqq edir.

Bunu edə bilənlər, sərt yoxuşu aşan igidlərdir:

  • 177Üzlərinizi şərqə və ya qərbə çevirməyinizyaxşı adam olmaqdeyildir. Ammayaxşı adamlar”, Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inananmalını əqrəbalara, yetimlərə, miskinlərə, yolçuya və dilənənlərə və azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına rəğmən verən və salaatı iqamə edən, zəkatı/vergini verən kimsələrdir. Həmçinin sözləşdiklərində, sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlık və döyüş zamanlarında səbr edən kəslərdir. Bax budur, onlar, özü–sözü doğru olanlardır. Və bax budur, onlar, Allahın qoruması altına girmiş adamların tam özləridir. (Bəqərə/177)
  • 5–8Şübhəsiz, “yaxşı adamlar”, kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan, verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirikbəli, biz sifəti turşumuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıqdeyərək Allah sevgisi üçün/sevməsinə rəğmən yeməyi yoxsula və yetimə və həbsdə olana verən Allahın qulları içərlər. (İnsan/5–8)
  • 92Sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə, əslayaxşı adamlıqmərtəbəsinə çata bilməzsiniz. Və siz, hər nəyi bağışlarsınızsa, qətiliklə Allah, onu ən yaxşı biləndir.

                                                                                                                        (Al–i İmran/92)

Bu cür xərcləmələr, insana şəhvani dadlar verməz. Tam tərsinə fədakarlıq üçün nəfslərin məcbur edilməsi lazımdır. Kölə azad etmək, bir kimsəyə maddi yardım etmək, bir borclunun borcunu ödəmək, yük altında və borc içində olan çarəsizə yardım etmək, ac bir kimsəni doyurmaq, əqrəba və ya qonşu olan yetimə dəstək olmaq, iflas və fəqirlik dolayısıyla möhtac duruma düsənə yardımçı olmaq kimi davranışlar, insana zövq üçün edilən xərcləmələrin gətirdiyi şöhrəti və etibarı qazandırmaz, amma sahiblərini “aqabe” deyilən o sərt keçiddən keçmiş olma uğurunun mənəvi həzz və axirət qazancına çatdırır.

Bələd surəsi endiyi sıralarda Müsəlmanlar Məkkədə müşriklərin blokadası altında idi. Möminlər o dövrdə kürəklərini dayayacaqları hər hansı bir sosial dəstək qurumundan da məhrum idilər. Köləlik həm Ərəb Yarımadasında həm də yarımadanı əhatə edən bölgədə yayılmış bir halda idi. Kölələrə çox sərt və mərhəmətsiz davranılırdı. Bu kölələrdən Yasir və ailəsi kimi, Rebah oğlu Bilal kimi, Suheyb və bənzərləri kimi –Allah hamısındən razı olsun– bəzi adamlar Müsəlman olunca, zalım olan əfəndilərinin çox acı, dayanılmaz işgəncələri ilə qarşılaşdılar. Bu zaman anlaşıldı ki, bu kölələr ancaq qaba əfəndilərinin əlindən satın alınmaq yolu ilə qurtarıla bilərlər. Adəti üzrə bu çağırışa da ilk qaçan, əmrə tərəddüdsüz, könül hüzuru içində və dosdoğru olaraq sarılan və yerinə yetirən yenə Əbu Bəkr olmuşdur.

Tarixçi İbn–i İshak belə nəql edir:

Hz. Əbu Bəkrin azad etdiyi Hz. Bilal, Cumhoğullarının yanında böyüyənlərdən biriydi. İslama könüldən bağlı, qəlbi tərtəmiz biriydi. Ümeyyə b. Halef, günorta istisi başlayınca onu çıxarır, Məkkə qumluqlarına kürəyi üstə yatırır, sonra böyük bir qaya gətirilməsini əmr edər və o qaya Hz. Bilalin köksü üzərinə qoyulurdu.

Sonra ona, “Ölüncəyə qədər belə qalacaqsan. Ya da Məhəmmədi inkar edər, Lat və Uzzaya tapınarsan” deyirdi, bu əziyyətlər altında belə Hz. Bilal, “Allah bir, Allah bir!” deyirdi.

Nəhayət bir gün Hz. Bilala eyni işkəncələri edərkən Hz. Əbu Bəkr rast gəlir. Çünki Hz. Əbu Bəkrin evi Cumhoğullarının yaxınlarında idi. Ümeyyə b. Halefə deyir ki: “Allahdan qorxmursanmı ki, bu zavallıya belə davranırsan? nə zamana qədər buna davam edəcəksən?” Ümeyyə, “Sənsən onu pozan. Gördüyün vəziyyətdən qurtar onu!” deyər. Əbu Bəkr də “Yaxşı, edərəm. Mənim ondan daha güclü və dayanıqlı zənci bir köləm var. O da sənin dinindəndir. Bunun qarşılığında onu sənə verim” deyincə Ümeyyə, ‘”Qəbul edirəm” deyir. Bunun üzərinə Hz. Əbu Bəkr, “Elə isə yaxşı… O sənindir” der, köləsini Ümeyyəyə verir və Hz. Bilalı alaraq, azad edir.

Hz. Əbu Bəkr, Mədinəyə hicrət etməkdən öncə, altı kölə daha azad etmişdi. Bilal isə yeddinci olurdu. Bunlar, Amir b. Füheyrə (ki, Bədir döyüşünə qatılmış, Maunə quyusu döyüşündə şəhid düşmüşdü), Ümmü Abis və Zənirədir.

Hz. Əbu Bəkr onu azad edincə gözləri kor olmuşdu. Bundan sonra Qureyşlilər, “Onun gözlərini kor edən Lat və Uzzadan başqası deyildir” deyincə, Zənirə, “Yalan söyləmişlər. Allahın Beyti haqqı üçün, Lat və Uzza nə zərər verə bilir, nə də bir yarar” deyər. Bundan sonra Uca Allah, gözlərinə təkrar görmə gücü bəxş edər. Hz. Əbu Bəkr Nəhdiyə və qızını da azad etmişdi. Bunlar Abduddar oğullarından bir qadının köləsi idilər. Qadın onlarla özünə aid un göndərmişdi. Onlara, “Vallahi sizi əsla azad edəməyəcəyəm” deyirdi. Hz. Əbu Bəkr, “Ey filancanın anası, poz andını” deyər. O da, “Tamam pozum. Sən pozdun onları, sən azad et” deyər. Hz. Əbu Bəkr, “Neçəyə verirsən onları?” deyincə, qadın, ‘”Bu qədərə” deyir. Hz. Əbu Bəkr, “Tamam, aldım onları, ikisi də azaddır” qarşılığını verir və qadınlara dönərək, “Onun ununu özünə geri verin!” deyir. Onlar da, “Bir azını boşaldıb eləmi geri verək?” deyincə, “İstərsəniz…” deyir. Hz. Əbu Bəkr, Müəmmil oğullarından ki, bu qəbilə Adiyyoğullarındandır, bir cariyəyə rast gəlir. Bu cariyə Müsəlmandır. Hz. Ömər o zamanlar hələ müşrikdir. İslamı buraxsın deyə bu cariyəyə işgəncə edər, vurar döyər, döyməkdən yorulunca ona, “İncimə! Yazığım gəldiyi üçün buraxmıram səni, bezdiyim üçün buraxıram” deyər.

Cariyə də, “Allah da sənə belə etsin!” deyər. Budur Hz. Əbu Bəkr bu cariyəni satın alar və azad edər.

İbn–i İshak deyir ki: “Məhəmməd b. Abdullah b. Əbu Atiq bizə Amir b. Abdullah b. Zübeyrdən nəql etdi. Amir də öz ailəsindən birisindən eşidibmiş. Atası Hz. Əbu Bəkrə der ki: “Yavrum! Görürəm ki, elə həmişə gücsüz kölələri azad edirsən. Əslində elə güclü–qüvvətli adamları azad edərsən, səni qoruyarlar, sənə dəstək olarlar.” Hz. Əbu Bəkr, “Atacığım!” deyir, “Mən etmək istədiklərimi sırf Allah üçün edirəm.”[17]

Yuxarıdakı nəqlə görə Əbu Bəkr, əziyyət çəkən kölələri sırf Allah rızası üçün əfəndilərindən satın alıb, azad edərək, o sərt yoxuşa hücum etmiş və onu aşmağa çalışmışdır. Çünki Ərəb Yarımadasındakı o günkü şərtlərdə, Allah, yolunda sərt yoxuşu aşmaq üçün edilməsi gərəkən işlərin başında kölə azad edilməsini gərəkli qılmışdı.

17Sonra da iman edərək səbri tövsiyə edənlərdən və mərhəməti tövsiyə edənlərdən olmaqdır.

Bu ayə, yuxarıda sayılan özəlliklərlə yanaşı, “aqabeni aşaraq cənnətə çatmaq üçün adamın, eyni zamanda, mömin olmalı olduğunu bildirir. Quranın bir çox yerində, edilən gözəl şeylərin, ancaq iman ilə birlikdə olduğu zaman, bir qiymətinin olacağı və edəni ancaq bu təqdirdə qurtuluşa götürəcəyi açıqlanmış, hər harada salihatı işləyənlərə ödənişlərin ödənəcəyi zikr edilmişsə, orada mütləq iman etməyin də şərt olduğu bildirilmişdir:

  • 124Və erkəkdən və ya qadından, kim mömin olaraq düzəltmək yönündə işlər görərsə, artıq bax budur, onlar, cənnətə girərlər. Və xurma çəyirdəyinin üstündəki, çuxur qədər haqsızlığa uğradıl­maz­lar.                                    (Nisa/124)
  • 97Erkək–dişi, mömin olaraq kim yaxşı əməl işlərsə qətiliklə onu gözəl bir həyat ilə yaşadarıq. Və qətiliklə onların ödənişlərini, etmiş olduqları əməllərin daha gözəli ilə mükafatlandıracağıq.               (Nəhl/97)
  • 38–44Yenə iman etmiş olan o kimsə:Ey cəmiyyətim! Mənə uyun ki, sizə ağıllı olma\ın yoluna bələdçilik edim. Ey cəmiyyətim! Bu bayağı həyat ancaq keçici bir qazancdır. Axirət isə qətiliklə durulacaq yurdun tam özüdür. Hər kim bir pislik edərsə, ona ancaq etdiyinın bir misli ilə cəza verilir. Və erkək və ya qadın, hər kim mömin olaraq düzəltmək yönündə iş edələrsə, artıq onlar, orada hesabsızca ruzilən­mək üzrə cənnətə girərlər.” Yenə:Ey cəmiyyətim! Mənə nə olur ki, siz məni atəşə dəvət edərkən mən sizi qurtuluşa dəvət edirəm! Siz, məni, Allaha inanmamağa və mənim haqqında heç məlumatım olmayan şeyləri Ona ortaq qoşmağa dəvət edirsiniz. Mən isə sizi o çox güclü və çox bağışlayıcı olan Allaha dəvət edirəm. Heç inkar edilə bilinməz ki, gerçəkdən sizin məni özünə dəvət etdiyiniz şey, dünya və axirətdə özünə bir çağırış olmayan şeydir. Və şübhəsiz, dönüşümüz Allahadır. Və şübhəsiz həddi aşanlar, cəhənnəm əshabının tam özləridir. Artıq siz mənim, sizin üçün söylədiklərimi yaxında xatırlayacaqsınız. Və Mən işimi Allaha həvalə edirəm. Şübhəsiz Allah, qullarını ən yaxşı görəndir” dedi.  (Mömin/38– 44)

Rəbbimiz, iman etməyənləri etdikləri yaxşı işlər qarşılığında onlara hər hansı bir mükafat vəd etmədiyi kimi, imansız edilən yaxşı işləri var saymayacağını, qəbul etməyəcəyini də açıqca bildirmişdir:

  • 105Bax budur, onlar, Rəbblərinin ayələrini və Ona çatmağı bilərək rədd etmiş/inanmamış kimsələrdir və buna görə də, etdikləri əməlləri boşa getdi. Artıq qiya­mət günü onlar üçün heç bir ölçü tutdurmarıq/heç bir dəyər vermərik.                                    (Kəhf/105)
  • 85Və kim İslamdan başqa bir din ararsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə zərər edənlərdən ola­caq­dır.

                                                                                                                        (Al–i İmran/85)

  • 91Şübhəsiz ki, küfr etmiş və bu vəziyyətdə olduqları halda da ölən bu adamların heç birindən, yer üzü dolusu qızıl, onu fidyə/qurtarmaq üçün əvəz versələr belə, əsla qəbul edilməyəcəkdir. Bax budur, onlar, dayanılmaz əzab özləri üçün olanlardır. Onlar üçün yardımçılardan da yoxdur. (Al–i İmran/91)
  • 16Bax budur, onlar, özləri üçün, axirətdə atəşdən başqa bir şey olmayanlardır. Et­dik­ləri də orada boşa getmişdir. Etdikləri şeylər də qeyb olub getməyə məhkum­dur. (Hud/16)

Burada gözdən qaçırılmaması gərəkən bir məqam da, səbri tövsiyələşməkmərhəməti tövsiyələşmək fellərinin ayədə iman ilə birlikdə zikr edilmiş olmasıdır. Bu da o deməkdir ki, “aqabeni aşmaq üçün sadəcə mömin olmaq yetərli deyil, möminlərin eyni zamanda aralarında səbri və mərhəməti tövsiyələşmələri də gərəkir. Beləliklə kütlə, aralarında səbri və mərhəməti tövsiyələşən möminlərdən meydana gəlmiş bir kütlə olacaqdır. Belə bir kütlədə pis işlər ortadan qaldırılacaq, fərdi və kütləvi ölçüdə sadəcə saleh işlər [düzəltməyə yönəlik işlər] ediləcəkdir. Rəbbimizin insanlardan əmələ gətirmələrini istədiyi cəmiyyət belə bir cəmiyyətdir. Rəbbimiz belə bir cəmiyyət istəyini, “səbri tövsiyələşməyi” və “mərhəməti tövsiyələşməyi” mömin cəmiyyətin iki özəlliyi olaraq qeyd etməklə qoymuşdur. Daha öncə bir neçə dəfə geniş açıqlamalarla üzərində durduğumuz və passivliklə, bədbinliklə heç əlaqəsi olmadığını, əksinə tam bir hərəkətlilik və mücadilə ifadə etdiyini söylədiyimiz səbr mövzusu, Quranda bir çox yerdə işlənmişdir.

Çünki səbr, həyatı boyunca möminin daima sahib olması gərəkən bir özəllikdir. İman yolunun başlanğıcından etibarən səbr imtahanı da başlayır. Allahın əmrlərinə uymaq, Ona itaət edərək qulluq öhdəliklərini yerinə yetirmək, pis əxlaqı buraxaraq Allahın haramlarından və insanı günaha təşviq edən şeylərdən çəkinmək, təmiz əxlaqa uymaq daima səbr istər. Bu dünyaya aid bir çox fayda və ləzzət imansızlıq yolunda gözlərkən, insanın Allahın qanunlarına uyması və bu yolda qarşılaşdığı məhrumiyyət və müsibətlərlə başa çıxması, ancaq səbrlə mümkün olar. İman yolunda əlinin tərsi ilə rədd etdiyi mənfəətlər ilə əlaqədar olaraq, başda öz nəfsi və həvası olmaqla, ailəsi, cəmiyyəti, kütləsi, hətta dünyadakı insanların çoxu ona qarşı çıxarkən, insanın Allah yolunda mücadiləyə davam etməsi, bu mücadilə içindəykən əziyyətlər görməsi, aşağılanması, hətta bu uğurda hicrət etməsi, səbrin tam özüdür. İnsanın bu mürəkkəb sınaqlarda uğur qazana bilməməsi bəzilərində və ya hamısında məğlubiyyətə uğraması heç də uzaq bir ehtimal deyildir.

Amma əgər insanın içində yaşadığı kütlə, həm səbrli, həm də səbri tövsiyə edən fərdlərdən meydana gəlmiş bir kütlə isə, qarşılıqlı yardımlaşma ilə bu mürəkkəb imtahanın bacarılması asanlaşır və kütləcə uğur qazanılır. Belə bir kütlə, insanlığı yaxşılığa götürmək yolunda böyük bir güc, məğlub edilməsi mürəkkəb bir ordudur.

Rəbbimizin mömin kütlədə olmasını istədiyi digər bir özəllik, fərdlərin bir–birlərinə mərhəməti tövsiyə edən adamlar olmasıdır. Möminlər qatı qəlbli, mərhəmətsiz, zalım adamlar olmayıb, tam tərsinə, bir–birlərinə dərd ortağı ola bilən mərhəmətli, şəfqətli adamlar olmalıdırlar. Bu özəllikləri bir–birlərinə tövsiyə edib, onlara sahib olma barəsində bir–birləriylə yarışdıqları üçün, “mərhəmət” mömin kütlənin təməl bir vəsfi halına gəlir. Bu vəsf, mömin kütləni digərlərindən fərqli qılan çox önəmli bir təsisatdır.

Bütün bunlardan anlaşılır ki, Rəbbimiz möminlərdən “aqabeni aşacaq gözəl şeylər edən, bir–birlərinə səbri və mərhəməti tövsiyə edən adamlardan olmalarını və belə insanlardan ibarət olan bir kütlə meydana gətirmələrini istəyir.

Sərt yoxuşun [“aqabenin] aşılması üçün sahib olunması gərəkən özəllikləri [imanın, səbri və mərhəməti tövsiyələşməyin] dərhal öncəsində zikr edilən sümmə [sonra] sözü, bu özəllikləri, 13–16–cı ayələrdə qeyd edilən edilməsi gərəkən digər özəlliklərə görə daha əhatəli, daha geniş çərçivəli və daha üstün olduğunu vurğulayır. Yəni, buradakı sümmə [sonra] sözünün zamana yönəlik bir mənası yoxdur. Çünki “iman” deyilən təsisat bir insanda kölə azad etməkdən və yoxsulu doyurmaqdan zaman etibariylə sonra deyil, öncə var olması gərəkli bir özəllikdir. İman olmadan kölə azad etməyin də, yoxsulu doyurmağın da bir mənası yoxdur.

Rəbbimizin “aqabeyə hücum edib, onu aşmaq barəsindəki ismarıcından bunları anlamaq mümkündür: Sərt yoxuşu [“aqabeni] keçmək üçün atılması gərəkən addımlar: kölə azad etmək, aclıq günündə yaxınlığı olan bir yetimi və ya torpağa bulanmış, yerdə sürünən bir yoxsulu doyurmaq və bir də bunların üzərində və bunlara ekvivalent olaraq, iman edən, səbri və mərhəməti tövsiyə edən adamlardan olmaqdır.

Səbr, ümumi olaraq iman üçün, özəl olaraq da sərt yoxuşu aşmaq üçün gərəkli olan bir özəllikdir. Möminlərin bir–birlərinə səbri tövsiyə etməkləri isə, özlərinin səbrli adamlar olmasından ziyadə, başqa bir dərəcəni ifadə edər. Çünki qarşılıqlı duyğu alış–verişində olan Müsəlmanlar bir–birləri ilə səbri tövsiyələsərək, fərdi məsuliyyətləri ilə yanaşı “yer üzündə iman sistemini gerçəkləşdirmək” yolundakı mücadilənin ağır yükünü də bir–birlərinə dəstək olaraq, paylaşaraq daşıyacaqlar və beləliklə kütlə olaraq hər fərdin səbrli olması ilə tək başına əldə edilə biləcək qazancdan çox daha artığını bu tövsiyələşmə sayəsində təmin edə biləcəklər. Bu vəziyyət, mahiyyətdə şəxsi səbrə dayalı olsa belə, bütün kütlənin belə adamlardan ibarət olması başqa bir məsələdir.

Beləliklə, 17 –ci ayə, İslam cəmiyyətində yaşayan bir möminin ən önəmli öhdəliklərindən birini müəyyən edir. Bu öhdəlik budur: Mömin, cəmiyyətin zəiflədici bir üzvü deyil, əksinə, onun gücləndirici bir elementi olmalıdır. O, məğlubiyyət çığıranı deyil, cəmiyyətin sıçrayışının və dinamizminin güclü səsi olmalıdır. Səbrsizliyi körükləyəni deyil, xoşbəxtliyin qaynağı olmalıdır.

18Bax budur, bunlar, xoşbəxtlik, yüksək mərtəbə sahibləridir.

13–17–ci ayələrdə möminləri dünyada ikən sahib olmaları gərəkən özəlliklər sayılmış, bu ayədə də bu özəlliklərə sahib olanlara əshabulmeymənə rütbəsi verilmişdir. Bu rütbəyə layiq görülənlər, ‘aqabe’yə hücum edərək kölə azad edən, əsir qurtaran, aclıq günündə yaxınlığı olan bir yetimi və ya sürünən yoxsul çarəsizi doyuran, bunlara gücü olmasa belə iman edib səbrı və mərhəməti tövsiyələşən, özlərinə və başqalarına yararlı olan, bunlara görə də axirətdə Kitabları sağ tərəflərindən veriləcək olanlardır.

ƏshabülMeymənə: Lüğətlərdə ميمنة [meymənə] sözü üçün يمين  [and] və ya يمن  [yumn] sözlərindən törəmiş olduğuna görə “sağ əl” və ya “uğurlu/bərəkətli” qarşılıqları verilmişdir.

Kəlmənin يمن [yumn] sözündən törədiyi qəbul edilərsə, əshabulmeymənə deyimi, “bəxti yaxşı olan, bərəkətli, xoşbəxtlik sahibi” mənasına gəlir. Əgər and sözündən törədiyi qəbul edilərsə, bu təqdirdə də “sağ əl” mənasına gəlir və ayədə “yüksək mərtəbə” mənasında işlədildiyi aydın olur.

Çünki Ərəblər üçün “sağ əl”, qüvvət və şərəfin simvoludur. Belə ki, hörmət edilən kəslər məclislərdə sağ tərəfə oturdulur və bir kimsəyə verilən dəyər باليمين فلان منّى [fulanun minni bilyəmin – o mənim sağ qolumdur] ifadəsi ilə qeyd edilirdi. [18] Bu ifadə günümüzdə də eynilə işlədilir (sağ əl).

19Ayələrimizi ört–basdır edənlər də uğursuzluq–elə bədlik güclərinin tam özləridir.

Əshabülməşəmə: مشئمة [məş’əmə] sözü, شئم [şum] kəlməsindən törəyib, “uğursuzluq, talesizlik” deməkdir. Ərəblər, şuma [uğursuzluq] sözü ilə شمال [şimal=sol əl] sözünü eyni mənada işlətdiklərindən, lüğətlərdə şuma sözünün mənası, “sol əl” olaraq qeyd edilmişdir. Səfərə çıxan bir kimsənin sol tərəfindən bir quşun uçmasını uğursuzluq sayan Ərəblərdə “sol əl”, zəifliyin və zillətin işarətidir. Belə ki, önəmsiz və aşağı mövqedə görülənlər məclislərdə sol tərəfə oturdulur və bir kimsənin dəyərsiz olduğu  فلان مني بالشمال [fulanun minni bi‘ş–şimal=o mənim sol qolumdur] ifadəsi ilə qeyd edilirdi.[19] Xülasə, المشئمة أصحاب [əshabü’l–məş’əmə], Allahın aşağıladığı bədbəxt kimsələrdir və Onun hüzurunda sol tərəfdə olacaqlardır. Rəbbimiz bu iki qrup insandan Vaqeə/27 və 41də də bəhs etmişdir.

Surənin 19–cu ayəsində Uca Allah, “sol əhli” olan zümrə üçün ayələrimizi inkar edənlər xüsusiyyətindən başqa hər hansı bir xüsusiyyət qeyd etməmişdir. Bunun səbəbi, kafirliyin bütün pislikləri əhatə etməsi və hətta pisliklərin hamısından üstün çıxmasıdır. Yəni, kafirliklə birlikdə heç bir yaxşı əməl düşünülə bilməz, kafirlər yaxşı davranışlar etsələr belə, bu yaxşılıqların özlərinə heç bir yararı olmaz. Çünki küfr hər şeyi silər, bitirər. Dolayısıyla kafirlərin kölə azad etmədiklərini, yoxsulu doyurmadıqlarını ayrıca qeyd etməyə gərək yoxdur. Onlar uğursuz, pis, dəftərləri sol tərəfdən veriləcək olan “məş’əmə” əhlidirlər. Onlar sərt yoxuşun arxasında qalanlar və onu aşmaq üçün o yoxuşa hücum etməyənlərdir.

20Üzərlərində qapıları sıx–sıx bağlanmış bir atəş vardır.

المؤصدة [əl–mu’sadətü] deyimi, “qapılar” haqqında işlədilir.[20] Buna görə ayənin təqdiri bu şəkildə edilə bilər: نار مؤصدة الابواب عليهم [‘əleyhim narun mu’sadətü’l–əbvab=onların üzərinə qapıları qapadılmış bir atəş buraxılır]. Onlar belə bir atəş içindədirlər, atəşin qapıları üzərlərinə qapadıldığı üçün, oradan qətiyyən çıxa bilməzlər. Bu o deməkdir ki, cəhənnəm qapıları üzərlərinə yaxşıca qapanacaq, içəridəkilərin çıxa biləcəyi heç bir qapı açıq buraxılmayacaq.

İnkarçıların çıxış yollarının qapadılacağına dair ismarıc, Kəhf surəsində də bu ifadələrlə yer alır:

  • 29Və de ki: “O gerçək, Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın.” Şübhəsiz Biz, şərik qoşaraq yanlış, öz zərərlərinə iş edən­lər üçün divarları, vrələmə onları içinə almış bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, ərimiş mədən kimi üzləri qaynadan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da nə qədər pisdir!                                                                                                       (Kəhf/29)

İstifadə olunmuş ədəbiyyat:

[1] Lisanü’l Ərəb, “b l d” mad.

[2] Razi; el Mefatihu’l Gayb.

[3] Razi; el Mefatihu’l Gayb.

[4] Razi; el Mefatihu’l Gayb.

[5] Razi; el Mefatihu’l Gayb.

[6] Razi; el Mefatihu’l Gayb.

[7] Lisanü’l Ərəb, “” mad.

[8] Muqatil.

[9] Qurtubi; el Camiu li Ahkami’l Quran.

[10] Lisanü’l Ərəb, “n c d” mad.

[11] Lisanü’l Ərəb, “akb” mad.

[12] Lisanü’l Ərəb, “ghm” mad.

[13] Qurtubi; el Camiu li Ahkami’l Quran.

[14] Lisanü’l Ərəb, “fkk” mad.

[15] Razi; el Mefatihu’l Gayb.

[16] El İsfehani; el Müfrədat.

[17] İbn–i İshak, Siyer.

[18] Mevdudi, tefhim vakıa surəsi açıqlamaları.

[19] Mevdudi, tefhim vakıa surəsi açıqlamaları.

[20] Lisanü’l Ərəb, “e s d” mad.

Read more at http://www.istekuran.com/beled.html#upA4S2Zrwv5soqtS.99