BEYYİNƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 604

1–3Kitab Əhlindən və ortaq qoşanlardan küfr etmiş kimsələr, özlərinə açıq dəlil/içində tərtəmiz/sapsağlam ya­zılar olan, tərtəmiz səhifələri oxuyan, Allah tərəfindən göndərilmiş bir elçi gəlin­cə­yə qədər boş buraxılmadılar, gözdən çıxarılmadılar.

4Və o Kitab verilənlər ancaq özlərinə açıq dəlil gəldikdən sonra ayrılığa düşdülər.

5Halbuki onlara, sadəcə, dini yalnız Allah üçün münəzzəh qılanlar halında, sadəcə, Allaha qulluq etmələri, salaatı iqamə etmələri, zəkatı/vergini vermələri əmr edilmişdi. Və bax budur, bu doğru/əskik­siz/aşın­maz dindir.

6Şübhəsiz ki, Kitab Əhlindən və müşriklərdən küfr etmiş olanlar, içində hə­mi­şəlik qalanlar olaraq, cəhənnəmin atəşi içindədirlər. Bax budur, onlar yaradılanların ən şərlilərinin məhz özləridir.

7Şübhəsiz ki, inanan və saleh əməl edən kimsələr yaradılanların ən xeyirlilərinin məhz özləridir. 8Onların Rəbbi qatındakı mükafatları içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan Ədn cənnətləridir. Allah  onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu mükafat Rəbbinə biliklə, sevgiylə, hörmətlə ürpərti duyan kimsələr üçündür.

(100/98, Beyyinə/1–8)