Fələq surəsi, Məkkədə nazil olan 20–ci surədir. Surənin Mədəni olduğunu irəli sürənlər də vardır. Ancaq surənin Məkkədə enən digər surələrlə eyni üslubda olduğu açıqca görünür. 20–ci sırada nazil olan Fələq surəsi ilə 21–ci sırada nazil olan Nas surələrinə, daşıdığı mahiyyətlərinə görə “معوّذتين muavvizəteyn [iki sığındırıcı] surələr” adı verilir. Bu söz qətiyyən “qoruyucu” mənasına gəlməz. Bu iki surənin [...]
Fil surəsi Məkkədə nazil olan 19–cu surədir. Surənin təxminən b.e. 615–ci ilində endiyi düşünülür və bu surənin, ondan əvvəl enən Kafirun surəsi ilə arasında çox uzun bir vaxt keçmədiyi də bilinir. O dövrdə Müsəlmanların sayı hələ 40–a belə çatmamışdı. Bu dövr, Müsəlmanlarla kafirlər arasındakı nisbətin kafirlərin lehinə olduğu, kafirlərin varlı, güclü və üstün olduqları bir dövr idi.[...]
Kafirun surəsi Məkkədə nazil olan 18–ci surədir. Surə adını ilk ayəsindən almışdır. İlk ayə “الكافرون ايّها يا قل Qul yə əyyühəl kafiruun” olmasına baxmayaraq, bu cümlə uzun olduğu üçün surəyə, qısaca olaraq, “Kafirun” surəsi deyilmişdir. Həmçinin “İbadət” və “İxlas surəsi” olaraq da adlandırılmışdır. Bu surə ilə iman–küfr, haqq–batil arasındakı sərhəd müəyyən edilir, bu sərhəddən qətiyyətlə geri addım atılmayacağı[...]