CİNN SURƏSİNİN TƏBYİNİ

Cin Surəsinə “ قل اوحى  Qul uhıyə” surəsi də deyilir. Surənin Məkkədə enən 40–cı surə olduğu qəbul edilir. Adını 1–ci ayədə keçən “ الجنّ əl–Cinn” sözündən almışdır.

Surənin ilk bölməsində məlumat verilir ki, Məkkəyə kənardan gələn bir qrup əcnəbi Quranı dinləmiş, dinlədikləri Qurandan təsirlənmiş və öz yurdlarına inanmış olaraq dönmüşlər. Döndükdən sonra da Qurandan öyrəndikləri həqiqətləri və qədim inanclarının çürüklüyünü öz xalqlarına anlatmışlar. Surədə həmçinin, qeybin biliyinin sadəcə Allaha aid olduğu, tövhid qaydası və Quranın xüsusiyyətləri də yer alır.

Cin Surəsinin enməsi ilə aydın olmuşdur ki, Məkkədən kənarda da inanmış adamlar var və bu adamlar da qərara almışlar ki, inananları dəstəkləsinlər. Bu məlumat, başda peyğəmbərimiz olmaqla, bütün inananlara mənəvi bir güc qaynağı olmuşdur. Cin Surəsi, bələdçisi sadəcə Quran olan o günki inananlara faydalı təsir etmişdi. Buna baxmayaraq, “cin” sözü Quranda işlədilən mənasından başqa mənalarda dəyərləndirildiyinə görə, ümumiyyətlə, səhv başa düşülmüşdür. Bu səhv başa düşməyin səbəblərindən biri də “cin” sözünün xalq arasında Qurandan əvvəlki dövrlərə əsaslanan məşhur mənasının önə keçirilməsidir. Surənin doğru anlaşılması “Cin Qavramı və Quranda Cin”in yaxşı bilinməsinə və həmçinin, tarixi “Aqaba  beyyətləri”nin bilinməsinə bağlıdır. Biz, Cin və Qurandakı Cin ilə əlaqədar Nas Surəsində geniş məlumat vermişdik.

Aqaba  beyyətləri Hz. Peyğəmbər(s.ə.s.)in Mədinədən gəlib ilk müsəlman olanlarla 621–622–ci illərdə Məkkənin Aqaba adı verilən mövqeyində etdiyi iki razılaşma və əhdləşmədir.

Məkkədən 3 km–ə yaxın məsafədə yerləşən Mina ilə Məkkə arasındakı bir mövqeyə verilən “Aqaba” adına bölgənin başqa yerlərində də rast gəlinir. Eyni adı daşıyan bir çox yer olmasına baxmayaraq, Aqaba  deyilən kimi, ilk əvvəl bu məşhur əhdləşmə və razılaşmaların edildiyi mövqe yada düşür.

İslamı müxtəlif qəbilə və qruplara izah etməyə çalışan Rəsulullah (s.ə.s.), xüsusilə də Həcc mövsümündə Məkkəyə gələn qəbilələr arasında gəzib dolaşır və onlara bu yeni ismarıcı çatdırmağa çalışırdı. Hz. Peyğəmbər, Peyğəmbərliyinin 11–ci ilində, həcc mövsümlərinin birində Yəsribdən (indiki Mədinədən) gələn və bu şəhərdə yaşayan iki Ərəb qəbiləsindən biri olan Hazreç qəbiləsinə mənsub bəzi adamlarla qarşılaşır və onları İslama dəvət edir. Onun bu dəvətini Hazreç qəbiləsindən altı nəfər qəbul edir və böyük bir səmimiyyətlə bu yeni dinə sarılırlar.

Çünki, illər boyu Yəsribdəki digər Ərəb qəbiləsiylə aralarında davam edən Buas döyüşlərindən bezmişdilər və ümid edirdilər ki, bu yeni din onların aralarında bir sülh şəraiti meydana gətirəcək. Yəsribə geri döndüklərində bu hadisədən və yeni dinlərindən qardaş qəbilə olan Evsə bəhs edəcəklərinə, onları da İslama dəvət edəcəklərinə və gələn il yenə Həcc mövsümündə, eyni yerdə, Rəsulullahla görüşəcəklərinə dair söz verib ayrıldılar.

Mədinədə yaşayan bu iki qəbilədən başqa, həmçinin üç Yəhudi qəbiləsi yenə var idi. Bunlar müşrik Ərəbləri dinlərinə və bütpərəstlik anlayışlarına görə həmişə xor görürdülər. Yəhudilər əllərindəki Tövrata, həmçinin alimlərindən və atalarından eşitdiklərinə əsaslanaraq söyləyirdilər ki, bu yaxınlarda bu bölgədə peyğəmbər zühur edəcək. Onlar həmin peyğəmbərə iman edəcəklərini və bu peyğəmbərin köməyi ilə bütpərəstliyə son verərək, Ərəbləri ortadan qaldıracaqlarını düşünürdülər. Yəhudilərin bu sözləri Yəsribli Evs və Hazreç qəbilələrinin zehnində yer etmişdi. Hz. Peyğəmbər (s.ə.s.) ilə Aqabada görüşdükdə, Yəhudilərdən cəld tərpənib, bu peyğəmbərin yanında yer almaqda heç tərəddüd etmədilər.

Bu ilk Müsəlman Yəsriblilər Rəsulullaha iman edərək, belə dedilər: “Qövmümüz çox çətin günlər yaşayır, heç yaxşı bir vəziyyətdə deyilik. İllərdir davam edən qarşıdurmalar aramızda sonu görünməyən bir anlaşılmazlığa səbəb oldu. Bu yeni dinin bizi bir razılığa gətirəcəyinə və bizi barışdırıb qaynaşdıracağına inanırıq.” Həqiqətən Yəsriblilər Buas döyüşlərinin artıq sona çatmasını istəyirdilər. Hz. Peyğəmbərə iman edən Hazreçlilər bu adamlardan ibarət idi: Əsəd b. Zurarə, Avf b. Haris, Rafi b. Malik, Ukbə b. Amir, Kutba b. Amir və Cabir b. Abdullah b. Riab. Bunlardan ilk ikisi Nəccaroğullarına mənsub idi. [1]

İslama könül verən bu ilk Mədinəli Müsəlmanlar məmləkətlərinə geri dönərək var gücləriylə bu yeni dini tanıtmağa və əqrəbalarının da iman etmələrini təmin etməyə çalışdılar. Bu kiçik qrupun Yəsriblilər üzərində böyük təsirləri oldu. Evs və Hazreçdən bir çox adam bunların vasitəsiylə İslama girdi. Xüsusilə Rəsulullahın dayılarından olan Nəccaroğullarına mənsub Əsəd b. Zurarə ilə Avf b. Haris müsəlman olduqlarını əsla gizlətmədən, böyük bir qeyrətlə insanları İslama dəvət etdilər.

Həqiqətən İslam əqidəsi Yəsribdə illərlə davam edən döyüşlərin sona çatmasında böyük bir faktor oldu. Düşmənçiliklər sona çatdı və insanlar, Allahın rəhməti sayəsində, qısa zamanda qardaşlar oldular. Növbəti il, yəni peyğəmbərliyin 12–ci ilində yenə Həcc mövsümündə Məkkəyə gələn Yəsribli on iki nəfər Aqaba mövqeyində Rəsulullah (s.ə.s.) ilə gecə vaxtı gizlincə görüşdülər. Bunlardan altısı bir il əvvəl Müsəlman olanlar idi. Birinci Aqaba  beyyəti adı verilən bu beyyətdə olan səhabələrdən Ubade b. əs–Samit hadisəni belə anladır: “Rifahda olduğu qədər sıxıntıda, sevincdə olduğu qədər kədərdə də onu dəstəkləyəcək və hər barədə əmrlərinə itaət edəcəyimizə, Rəsulullahı öz nəfslərimizdən əziz tutub, vəziyyət necə olursa olsun, ona müxalifət etməyəcəyimizə, Allah yolunda heç bir qınayanın qınamasından qorxmayacağımıza, Allaha əsla şərik qoşmayacağımıza, oğurluq və zina etməyəcəyimizə, uşaqlarımızı qətl etməyəcəyimizə, özümüzdən uyduracağımız yalan və fırıldaqlarla heç kimə iftira etməyəcəyimizə, heç bir xeyirli işdə Rəsulüllaha müxalifət etməyəcəyimizə dair beyyət –razılıq əldə etdik.

Həmçinin bizdən birimizin verdiyi sözündə durmasına qarşılıq, onun əcir və mükafatının Allaha aid olduğuna və ona Cənnət nemətinin veriləcəyinə inandıq. İnandıq ki, kim insanlıq halıyla bunlardan birini işləyərək, onun cavabında dünyada cəzaya uğrayarsa, bunun ona kəffarət olacağına, kim də yenə bunlardan birini edər və etdiyi o günahı Allah üzə vurmazsa, onun işinin Allaha qalacağına, Allahın diləyərsə onu bağışlayıb, diləyərsə əzaba uğradacağına dair Rəsulullahın bizə bildirdiyi xüsuslara sadiq qalacağımıza da söz verdik”. Bu birinci Aqaba beyyətinə qatılan on iki nəfərdən altısı bir il əvvəl iman edənlər idi. Digər altısı isə Muaz b. Haris, Zəqvan b. Kays, Ubade b. Əs–Samit, Yezid b. Saləbə, Abbas b. Ubadə və Əbul–Heysəm Malik b. Teyyihan idilər. Bəzi qaynaqlarda bir il əvvəl Rəsulullah ilə tanış olan altı nəfərdən biri olan Cabir b. Abdullah yerinə Uveym b. Saidənin birinci Aqaba  beyyətində olduğu bildirilir. Mədinəlilər, həccdən geri dönərkən, yanlarında, İslamı öyrətmək məqsədilə Rəsulullah tərəfindən təyin edilən Musab b. Umeyri götürdülər. Qısa müddətdə Mədinə–i Münəvvərədə İslamiyyət sürətlə yayıldı.

Musab b. Umeyr, Rəsulullahı Mədinədəki hər hadisədən xəbərdar edirdi. Qısa zamanda Evs və Hazreç qəbiləsinin bütün evləri İslamın nuruyla aydınlanmağa başladı. Artıq Mədinə, bir İslam dövlətinin doğulmasına hazır vəziyyətə gəlmişdi. Musab b. Umeyrin qeyrət və təsiriylə Yəsribin öndə gedənlərindən Sad b. Muaz və Useyd b. Hudayr müsəlman oldular. Bu iki böyük rəisin İslama girməsiylə İslam, Mədinədə bir xeyli üstünlük qazandı. Buna görə də Mədinəlilər Hz. Peyğəmbəri şəhərlərinə dəvət etməyə qərar verdilər.

Birinci Aqaba  beyyətindən bir il sonra Mədinəlilər yenidən həcc üçün Məkkəyə gəldilər. İçlərində, ikisi qadın olmaqla, yetmiş beş Müsəlman vardı. Allah Rəsulunun bu dəfə onlarla əlaqə qurması təkcə İslamın təbliğindən ibarət deyildi. Çox vacib qərarlar ərəfəsindəydilər. Görüşmə yeri yenə Aqaba mövqeyi oldu. Görüşmə gizli ediləcək və heç kimə xəbər sızdırılmayacaqdı. Gecə yarısına doğru, Mədinəlilər, xeyli tədbirli hərəkət edərək, qərarlaşdırılan yerdə toplandılar.

Rəsul–i Əkrəm Aqabaya bu dəfə əmisi Abbas ilə birlikdə gəldi. Abbas hələ ya Müsəlman olmamışdı, yaxud Müsəlmanlığını gizləyir, ancaq qardaşı oğlunu himayə edirdi. Belə bir toplantıda olmağı bir ailə borcu hesab etmişdi. Toplantıda ilk sözü Hz. Abbas aldı:

“Ey Hazreçlilər, Məhəmməd(s.ə.s.)in aramızdakı mövqeyi bildiyiniz kimidir. Biz, onu düşmənlərindən qoruduq və qoruyacağıq. Özü burada, ailəsinin yanında, nəzdimizdə izzət və ikram içindədir. Lakin sizinlə bir razılaşma etmək və sizə qatılmaq istəyir. Ona verdiyiniz sözü tutmaq, özünə müxalifət edənlərə qarşı çıxmaq barəsində əzminiz qüvvətli və sağlamdırsa, buna deyəcək bir sözümüz yoxdur. Lakin onu ələ verəcək, yanınıza gəldikdən sonra tək başına buraxacaqsınızsa, bunu indidən bildirin və onu öz halına buraxın, onu tərk edin.”

Mədinəli Müsəlmanların cavabı belə oldu:

“Dediklərinizi dinlədik. Ey Allahın Rəsulu, siz söyləyin! Özünüz adından, Allah adından istədiyiniz andı bizdən alın. Biz hazırıq.”

Rəsulullah Hz. Məhəmməd (s.ə.s.) Quran–i Kərimdən bəzi ayələr oxuduqdan sonra belə buyurdular:

“Qadınlarınızı və övladlarınızı necə qoruyursunuzsa, məni də eləcə qorumaq üçün sizə əlimi verirəm.”

Əlini ilk uzadan Bera b. Marur oldu. O, belə dedi:

“Beyyət etdik, ey Rəsulullah, səni Haqq dinlə göndərən Allaha and içirik ki, özümüzü, övlad və xanımlarımızı qoruduğumuz kimi səni də qoruyacaq və müdafiə edəcəyik. Biz, onsuz da hərb içində yoğrulmuş adamlarıq. Zirehə öyrəşmişik. Bu, bizə atalarımızdan mirasdır.”

Beradan sonra söz alan Əbul Heysəm də:

“Ey Rəsulullah! – dedi. Bizim Yəhudilərlə bir sıra əlaqələrimiz vardır. Bu əlaqələri kəsəcəyik. Biz bunu etdikdən sonra, siz də, Allahın inayətiylə müvəffəq olandan sonra, bizi buraxıb, öz qövmünüzün yanına dönərsinizmi?”

Rəsulullah (s.ə.s.) gülümsədilər və dedilər ki:

“Qanım sizin qanınızdır. Siz məndənsiniz, mən də sizdənəm. Kiminlə döyüşərsinizsə, mən sizin yanınızdayam. Kiminlə barışarsınızsa, mən də onunla barışaram.”

Rəsulullah (s.ə.s.)in bu sözlərini eşidən hər kəs, beyyət  etmək məqsədiylə əlini uzadırdı. Bu zaman Abbas b. Ubade ortaya çıxaraq bunu söylədi:

“Hazreçlilər! Bu zata nə üçün beyyət etdiyinizi bilirsinizmi? Ona beyyət etməklə insanların qırmızısına və qarasına, yəni Ərəb və Ərəb olmayana qarşı döyüşə hazır olmağı qəbul etmiş olursunuz. Bir fəlakətə uğradığınız və böyüklərinizin öldürüldüyünü gördüyünüz zaman onu tək başına buraxacaqsınızsa, indidən buraxın. Bu, daha doğru olar. Yoxsa dünyada və axirətdə rüsvay olarsınız. Lakin ona verdiyiniz sözü tutacaq, malca fəlakətə uğramağı, böyüklərinizin ölümüylə qarşılaşmağı gözə alacaqsınızsa, bunu edin. Çünki dünya və axirət xeyiri bundadır.”

Hamısı qəbul etdilər və soruşdular:

“Ey Allahın Rəsulu, buna qarşılıq bizə nə vəd edirsiniz?”

Rəsulullah: – “Cənnət!” dedi.

Beyyət qısa zamanda tamamlandı. Hamısı da darlıqda və genişlikdə hər şəraitdə, hər vəziyyətdə itaətə, sözün ancaq doğrusunu söyləməyə və Allah yolunda heç bir qınayanın qınamasından qorxmamağa söz verdilər.

Beyyətdən sonra Rəsulullah (s.ə.s.), Hazreçdən doqquz, Evsdən üç nəfər olmaqla, on iki nayib seçdilər. Əsəd b. Zurarə də hamısının başçısı və əmiri seçildi. Bunlardan hər biri bir qəbilənin rəisi idilər. Bunun mənası, on iki qəbilənin İslamiyyəti qəbul etməsi idi.

Beyyət gecə qaranlığında, tənha bir yerdə və gizlin olaraq edilmişdı. Lakin beyyətin sonunda bir qışqırıq qaranlığın pərdəsini yırtdı:

“Ey Qüreyş, Məhəmməd ilə atalarının dinindən çıxanlar, sizinlə döyüşmək üçün razılaşma etdilər!”

Lakin müsəlmanlar artıq heç kimdən çəkinmirdilər. Bu səsi eşidər – eşitməz Abbas b. Ubade belə dedi:

“Ey Rəsulullah! Səni haqq ilə göndərən Allaha and içirəm ki, istəsən səhər açılan kimi qılınclarımızı qınından sıyırar və üzərlərinə hücum edərik.”

Rəsulullah (s.ə.s.) isə belə buyurdular:

“Xeyr… Bizə döyüş icazəsi hələ verilməmişdir. Hələlik hamınız yerlərinizə dönün.”

İslama təslim olub, Rəsulullaha tam mənasıyla beyyət edən bu ilk müsəlman kütlə üçün əmrə itaət etmək mütləq idi. Aqabadakı bu toplantı dağıldı və hər kəs yerinə döndü. Səhər olduqda Qüreyşli müşriklər bu beyyətdən xəbərdar olmuşdular. Müşriklər bu razılaşmanın mahiyyətini araşdırmağa başladılar. Lakin hələ müsəlman olmamış olan Yəsriblilərin Hz. Peyğəmbərlə razılaşmalarına heç cür məna verə bilmirdilər. Məkkəli müşriklər bu gizli razılaşma haqqında bir məlumat ala bilmədən Yəsribli müsəlmanlar şəhəri tərk etmişdilər.

İslam Dövlətinin qurulmasında əhəmiyyətli bir dönüş nöqtəsı olan ikinci Aqaba beyyətinə, Rəsulullahın döyüş və barışda qorunacağına dair prinsiplərin təsbit edildiyi və qərarların alındığı bir beyyət olduğuna görə, “beyyət ül–Hərb” adı verilir. İkinci Aqaba beyyətinin həyata keçməsiylə İslam tarixində yeni bir dövr başlayır və o gün İslam Dövlətinin təməli atılmış olurdu. [2]

TƏRCÜMƏ

Bölmə 89

  • 1–3,15De ki: Mənə vəhy edildi ki, şübhəsiz, əcnəbilərdən bir qrup Quranı dinləyəndən sonra: –“Şübhəsiz biz, kamala yetməyə bələdçilik edən, heyrət verən bir Quran dinlədik. Buna görə də biz, ona iman etdik və Rəbbimizə heç bir şeyi əsla ortaq qoşmaya­ca­ğıq” dedilər. 3Gerçək budur ki, Rəbbimizin şanı çox ucadı O, özünə nə bir dişi yoldaş və nə də bir övlad götürməmişdir.
  • 4Və heç şübhəsiz “bizim kəmıl”, Allah haqqında yalan, uydurma şeylər söyləyirmiş. 5Doğrusu biz, bildiyimiz–bilmədiyimiz hər adamın Allaha qarşı əsla yalan söyləməyəcəyinə inanırdıq.
  • 6Həqiqətən də insdən–çox yaxşı tanıdıqlarımızdan bəziləri, cindən–tanımadığımız yadlardan bəzi adamlara sığınırdılar. Beləlıklə də, o yadlar, onların azğınlıqlarını, axmaqlıqlarını artırırdılar.
  • 7Həqiqətən də onlar sizin inandığınız kimi, Allahın əsla heç kimi peyğəmbər göndər­mə­yəcəyinə– diriltməyəcəyinə inanmışdılar.
  • 8Və həqiqətən biz göyə toxunduq və onu qüvvətli gözətçilər və parlaq alovlarla dol­durulmuş olduğunu gördük. 9Və heç şübhəsiz ki, biz göydən bir şey eşitmək üçün oturulan yerlərə otururduq. Yaxşı, indi hər kim bir şey eşitmək üçün çalışsa, özü­nə, gözləyən parlaq bir alov tapar. 10Biz də, yer üzündəkilərə pislikmi istənildi, yoxsa Rəbləri onlara bir doğruluqmu dilədi bilmirik.
  • 11Şübhəsiz bizlər–bizlərdən bir qismi salehlərdəndir, bizdən bəzilərı də bunun aşağısındandır. Biz, fərqli– fərqli yollarda idik.
  • 12Və tam yəqinliklə bilin ki, Allahı yer üzündə əsla aciz buraxa bilməyəcəyimizi, qaçmaqla da Onu əsla aciz buraxa bilməyəcəyimizi yaxşıca anladıq. 13Və biz o bələdçini– Quranı dinlədiyimizdə ona iman etdik. Onun üçün kim Rəbbinə inanırsa, o haqqının əksik verilməsindən və haqsızlığa uğramaqdan– axmaq yerinə qoyul­maq­dan, özünə gücü çatandan artıq yük yüklənilməsindən qorxmaz.
  • 14Və həqiqətən bizim vəziyyətimiz isə–müsəlmanlar bizdəndir, səhv–öz zərərlərinə iş edənlər də bizdəndir. Amma kimlər müsəlman oldusa, bax budur, onlar doğruya, gö­zələ, yaxşıya, gerçəyə getməyi axtaranlardır. 15Amma inanc barəsində səhv–öz zərərlərinə iş edənlərə gəldikdə, onlar da cəhənnəm üçün odun olanlardır” de­miş­dirlər.

                                                                                                                         (40/72, Cin/1–15)

 

 

 

Bölmə 90

  • 16,17Və əgər onlar həqiqətən o yol üzrə dosdoğru getsəydilər, əlbəttə onlara, özlərini saf hala gətirmək üçün bol bir su verərdik. Kim Rəbbinin xatırlanmasından– Rəbbinin öyüdündən–Qurandan üz çevirirsə, O da onu getdikcə yüksələn bir əzaba düçar edər.
  • 18Və Şübhəsiz ki, məscidlər şübhəsiz Allah üçündür. Ona görə də Allah ilə birlıkdə hər hansı kimsəyə yalvarmayın.
  • 19Və bu bir gerçəkdir ki, Allahın qulu – Peyğəmbər Ona çağıraraq ayağa qalxdığı– hərəkətə keçdiyi zaman o əcnəbilərdən bir qrup Onun çevrəsində az qala bir–birinə keçəcəydilər.
  • 20De ki: “Mən, tam yəqinliklə bilin ki, Rəbbimə dua edərəm və heç bir şeyi də Ona ortaq qoşmaram.”
  • 21De ki: “Şübhəsiz Mən, sizi bir zərərə və yaxşılığa, pisliyə, gözəlliyə, doğruya götürməyə güc yetirə bilmərəm.”
  • 22,23De ki: “Gerçək bu ki, Allahdan məni, Allahdan təbliğlər və Onun elçiliyi vəzi­fə­lə­rindən başqa, heç bir kimsə heç bir zaman qurtara bilməz. Mən Onun yaratdığı sərvətlərdən bir sığınacaq da heç bir zaman tapa bilmərəm. Artıq kim Allaha və Onun Elçisinə qarşı çıxarsa, onun üçün cəhənnəm atəşi vardır. Onlar orada sonsuz olaraq qalıcıdırlar.
  • 24Sonunda təhdid edildikləri şeyi gördükləri zaman, kimin yardımçı sarıdan ən zəif və sayca da daha az olduğunu dərhal biləcəkdirlər.
  • 25–28De ki: “Mən bilmirəm ki, o təhdid olunduğunuz şey yaxındırmı, yoxsa Rəbbim onun üçün uzun bir müddət tanıyacaq. Rəbbim, bütün görünməyəni, eşidilməyəni, se­çil­məyəni, keçmişi, gələcəyi biləndir. Həm də elçilərdən seçib məmnun olduğu adam istisna olmaqla, göstərmədiyinə, eşitdirmədiyinə, seçdirmədiyinə, keçmişə, gələcəyə dair heç kimə məlumat verməz. Çünki O, Rəbblərinin göndərdiklərini lazım olduğu kimi təbliğ etdiklərini bilmək üçün, onun hər tərəfındən nəzarətçilər sa­lar. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də sayı ilə say­mışdır.”

                                                                                                            (40/72, Cin/16–28)

TƏHLİL

1–3,15De ki: Mənə vəhy edildi ki, şübhəsiz, əcnəbilərdən bir qrup Quranı dinləyəndən sonra: “Şübhəsiz biz, kamala yetməyə bələdçilik edən heyrət verən bir Quran dinlədik. Buna görə də biz, ona iman etdik və Rəbbimizə heç bir şeyi əsla ortaq qoşmaya­ca­ğıq” dedilər.

Cinlərdən [əcnəbilərdən] bir qrup, ayədə “نفر nəfər” sözü ilə ifadə edilmişdir. Dilimizə səhv olaraq, “bir adam” mənasında keçmiş olan “nəfər” sözü, “sayları 3 ilə 10 arasında adamlardan ibarət olan bir qrup” deməkdir. [3]

Buna görə Quran dinləyən bu Cinlərin [əcnəbilərin] sayı 3 ilə 10 arasında olan adamlardan ibarətdir.

Məkkəli olmayıb, Məkkəyə kənardan gələn və beləliklə də, Məkkəlilərin tanımadıqları əcnəbilər olduqları üçün “Cin” deyilən bu adamlardan Əhqaf Surəsində də bəhs edilmişdir:

  • 29O zaman Biz, gizli casuslardan/xəfiyyələrdən Quranı dinləmək istəyən bir qrupu sənə yönəltmişdik. Onlar, Qurana hazır olduqları zaman, “Susun!” dedilər. Sonra Quranı dinlədikdə də bir–bir, xəbərdar edən olaraq, cəmiyyətlərinə döndülər.
  • 30–32Onlar: “Ey cəmiyyətimiz! Şübhəsiz biz, Musadan sonra endirilən və sadəcə içində olan mövzuları təsdiq edən, haqqa və dosdoğru yola bələdçi olan bir kitab dinlədik. Ey cəmiyyətimiz! Allahın dəvətçisinə qarşılıq verin və Ona iman edin ki, Allah günahlarınızı bağışlasın və sizi acı bir əzabdan qurtarsın. Hər kim Allahın dəvətçisinə qarşılıq verməzsə, bilsin ki, yer üzündə Allahı aciz buraxacaq deyildir. Onun üçün Allahın yaratdıqlarından köməkçi, yol göstərən, qoruyan yaxın kim­sələr də yoxdur. Bax budur, onlar, açıq–aşkar bir pozğunluq içərisindədirlər” dedi­lər.

                                                                                                                         (Əhqaf/29–32)

Bu Surədəki “cin”lərlə Əhqaf Surəsindəki “cin”lərin eyni “cin”lər olması məsələsi, klassik əsərlərin və bu barədəki rəvayətlərin hamısında yer alır. Belə ki, mövzuyla əlaqədar olaraq, rəvayət təfsirlərində anladılan təfərrüatlar, uydurmaçılığın hansı səviyyəyə çatdığını göstərir.

Bunlardan bir neçəsini ibrət–i aləm üçün, qısaldaraq, təqdim edirik:

Bu hadisənin necə olduğu xüsusunda iki görüş vardır: Birincisi, Said b. Cübeyr demişdir ki, cinlər göy qapılarını dinləyərdilər. Daşlanıb, qovulduqları zaman düşündülər ki, göydə olan bu hadisə hər halda yerdə bir şeyə görə olmalıdır. Ona görə də bunun səbəbini axtarmağa getdilər. O zamanlarda Hz. Peyğəmbər (s.ə.s) Məkkə xalqının özünə tabe olmalarından ümidini üzərək, İslama dəvət üçün Taifə çıxmışdı. Bu dövr Məkkəyə dönməyə hazırlaşdığı zamana təsadüf edirdi. Batnı Nahil deyilən vadidə sübh namazında Quran oxuyurdu. Budur oraya Nusaybin cinlərinin öndə gedənlərindən bir dəstə cin gəlmişdi. Çünki İblis onları göndərmişdi ki, göyün daşlamalarla qorunmasına bais olan səbəbi öyrənsin. Quranı eşitdilər və səbəbin də o olduğunu anladılar.

İkinci görüş: Allah Təala peyğəmbərə cinləri də xəbərdar edib dəvət etmək və onlara Quran oxumaq vəzifəsini də vermişdi. Onun üçün Allah Təala ona Quran dinləmək və qövmlərini xəbərdar etmək üçün bir dəstə cin göndərmişdi.

Əbu Hayyan da Bahirdə deyir ki, Cin əhvalatı iki dəfə olmuşdu. Birincisi Taifdən dönəndə. Siyerçilərin anlatdıqları əhvalata görə onlardan köməkçi axtarmağa çıxmışdı. Nahlə vadisində namaz qılarkən dinlədilər. O bilmirdi, sonra Allah Taala onların dinlədiklərini xəbər verdi. Digər bir dəfəsində də Allah Təala, Peyğəmbərə cinləri xəbərdar edib, onlara Quran oxumasını əmr etmişdi. Buna görə də “Mənə, cinlərə Quran oxumağım əmr edildi, arxamca kim gələcək” dedi, bunu üç dəfə söylədi, Abdullah b. Məsuddan başqası səs çıxarmamış, önlərinə baxmışdılar.

Abdullah b. Məsud (r.a) demişdir ki, Cin gecəsi məndən başqa kimsə hazır olmadı, getdik. Həccundakı dağ yoluna çatdığımızda mənə bir xətt cızdı, mən gələnə qədər bundan çıxma dedi, sonra Quran oxumağa başladı. Mən şiddətli bir gurultu eşitdim.

Mən, hətta Rəsulullaha bir şey olmasından qorxdum, onu bir çox qaraltılar bürüdü, onunla mənim aramda əngəl oldu, hətta səsini belə eşitməz oldum. Sonra bulud parçalanan kimi parçalandılar, sonra mənə “Bir şey gördünmü?” dedi. “Bəli, ağ geyimlərə bürünmüş qara adamlar gördüm”, dedim, “Budur onlar, Nusaybin cinləridir” deyə buyurdu.

Tabəri təfsirində deyir ki, “Allah Təala “Yadındamı, biz cinlərdən bir neçəsini sənə yönəltmişdik?” buyurduğu cin qrupunun neçə ədəd olduğu haqqında təfsirçilər ixtilaf etmişdilər. Bəzisi “yeddi adam idi” dedi. Buna uyğun olaraq, İkrimə İbn Abbasdan rəvayət edərək demişdir ki, “Nusaybin xalqından yeddi adam idilər”. Rəsulullah onları qövmlərinə elçi etdi. Digər bəziləri də “Doqquz adam idi”, dedilər. Bunlardan Zirr b. Hubeyş demişdir ki, Hz. Peyğəmbər (s.ə.s) Nahlə vadisində ikən “onun hüzuruna çatdıqları zaman” ayəsi endirildi. Doqquz idilər, birisi Zevbaa idi. صرفنا sərəfna sözü, yəni “Allahın Rəsuluna yönəltdiyi cin qrupları peyğəmbərin hüzuruna çatdıqlarında” deməkdir.

Alusi də bunları qeyd etmişdir. İbnü Əbu Hatimin Mücahiddən rəvayət etdiyinə görə yeddi adam idilər. Üçü Harrandan, dördü Nüsaybindən, adları da Hasa, Mesa, Şasır, Masır, Ələrdəvanyan, Sərmə, əl–Əhkam yaxud əl–Əhkab idi.

Təbərani Evsatta və İbnü Mərduyyə cinin Rəsulullaha iki dəfə göndərildiyini nəql etmişdilər. Hafacinin Şihabində Kadi haşiyəsində Cin Surəsinin təfsirində deyilmişdir ki, hədislər cinin göndərilməsinin altı dəfə olduğunu göstərir. Rəvayətlərdə istər adət və istərsə də digər xüsusda görülən ixtilaf da bununla bağlanmışdır. Belə ki, Əbu Nuaym rəvayət etmişdir ki, Nüsaybin xalqından doqquz adam Nahlə vadisindən getdilər, bunlardan filan və filan və filan vəl–Ərdəvanyan əl–Əhkab qövmlərinə xəbərdar edən olaraq çatdılar, sonra da çıxdılar. Rəsulullaha heyət halında səlahiyyətli nümayəndə olaraq gəldilər, üç yüz adam idilər. Həccuna qədər gəldilər. Əl–Əhkab gəldi. Rəsulullaha (s.ə.s) salam verdi və “Qövmümüz səninlə görüşmək üçün Həccunda hazır gözləyirlər” dedi. Rəsulullah da Həccunda gecədən bir saata söz verdi. İbnü Əbu Hatim də İkrimədən bu ayədə onların Musul cəzirəsindən on iki min olduqlarını rəvayət etmişdir.

Bu ədədi Kəşşafta da nəql edir. Rəsulullahın onlara oxuduğu surə Ələq Surəsi idi. Bununla bərabər Bahirdə İbnü Ömər və Cabir b. Abdullah (r.a) dan nəql edilmişdir ki, Rəsulullah (s.ə.s) onlara Rəhman surəsini oxudu. “Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?” dedikcə, “Xeyr Rəbbimizin ayələrindən heç bir şey yalan saymarıq “Ey Rəbbimiz sənə həmd olsun” deyirdilər. Bir də Əbu Nuaym Dəaildə Rəsulullaha cinlərin gəlməsinin, peyğəmbərliyin on birinci ilində olduğunu rəvayət etmişdir. Bu əhvalatın hicrətdən üç il əvvəlki olduğunun bilinməsi də bu mənadadır.” [4]

Bu barədəkı əsilsiz, istinadsız rəvayətlərə təəssüf ki, peyğəmbərimizin xanımı Ayşədən başlayıb saf din uğrunda Abdullah b. Mübarək ilə birlikdə mübarizə etmiş olan hörmətli adamlardan Ömər b. Abdüləzizə qədər bir çox adam material edilmişdır. Məsələn, bu adamlara istinad etdirilən rəvayət  səbəb olmuşdur ki, bəzi saf insanlar, ilanların “cin” olduğuna inansın.  Bir də bu rəvayətdə, bir çox ilanın bu “cin”lərdən biri olduqlarına görə, kəfənlənib namaz qılaraq dəfn edildiyindən bəhs edilir. Təəssüf ki, bu rəvayət minlərlə “ilan–cin” tarixçəsinin uydurulmasına da qaynaq təşkil etmişdir.

Rəvayətlərdə həmçinin, bu “cin”lərin ancaq 12 yaşındakı bir uşaq qədər ağıllı olduqları, insan tullantılarıyla bəsləndikləri, içlərində Habilin Qabili öldürdüyünü görənlərin də olduğu kimi maraqlı məqamlar da yer alır. Bəzi rəvayətlərdə isə bunların haralı və kim olduqları haqqında məlumat verilir. Məsələn, Katadenin “Bu cinlər Ninova xalqından idilər” deməsinə baxmayaraq, bunların əslində Diyarbəkir tərəfindən Nusaybin cinləri olduğunu, amma onlara Ninovalı da deyildiyini irəli sürən rəvayətlər də vardır. İkriməyə görə Mosul yarımadasından olan bu cinlər, İbn–i Abbasa görə Nasibin cinlərindən olub 7 nəfər idilər və peyğəmbərimiz tərəfindən öz qövmlərinə elçi təyin edilmişdilər. İbn–i Düreydin bunların adlarını Şasir, Masir, Menşi, Maşi və Əhkab olaraq verməsinə baxmayaraq, Mücahidə görə bunlar Harran xalqından idilər və adları da Hişi, Misi, Minşi, Masır, Ərd, Ənyan və Əhkamdır. [5] Bir–biriylə ziddiyyət təşkil edən və bir yığın mənasız ssenariya ehtiva edən bu hekayələrin bir qisminin əsassızlığı başqa nəqllər tərəfindən də təsdiq edilmişdir. Məsələn, Darukutninin təsbitlərinə görə İbn–i Məsud cin gecəsində olmamışdır.

Çünki Alkame b. Kays və Əbu Ubeydə b. Abdullahın nəql etdiklərinə görə İbn–i Məsud “Mən cin gecəsində iştirak etmədim” demişdir. Həmçinin nəql edildiyinə görə Amr b. Murrə də Abdullah b. Məsudun cin gecəsində hazır olub olmadığını Əbu Ubeydəyə soruşmuş və “xeyr” cavabı almışdır. [6]

Bu uydurma rəvayətlərin bir qismi tarixi həqiqətlərlə də ziddiyyət təşkil edir. Məsələn, bəhs edilən hadisə İbn–i Abbasın doğulduğu ildə reallaşmış olmasına baxmayaraq, hədisdə İbn–i Abbasın şahidliyiylə anladılan bir çox rəvayət vardır. Həmçinin, peyğəmbərimizin o tarixdə hələ enməmiş olan Rəhman, Nəbə və Ənam Surələrini oxuduğunun rəvayət edilməsi də çox maraqlıdır. Hətta İbn–i Məsudun rəvayətindəki abdəst alma səhnəsi, abdəst ayəsinin Mədinədə son dövrdə endiyi nəzərə alındığında, tam bir qəribəliyi əks etdirir.

Əslində təfərrüatları bir tərəfə qoyub, bu barədəkı rəvayətlər “Giriş” bölməsində verdiyimiz “Aqaba  beyyətləri” sitatı ilə qarşılaşdırıldığında, rəvayətlərin bu sitatda anladılanlara tamamilə tərs olduğu görünür.

Çünki rəvayətlərin əksinə “Aqaba  beyyətləri” sitatı, bu cinlərin Yəsribli insanlar olduqlarını bildirir. Yəsrib heyətindəkilərin “cin” olaraq xarakterizə edilmələri, yuxarıda da qeyd edildiyi kimi, həm Məkkəyə və peyğəmbərimizə yad olmaları, həm də Məkkəli müşriklərin çox ehtimal ki, hücumlarına məruz qalmamaları üçün təhlükəsizlikləri üçündür. Haqqında bəhs edilən “cin”lərin xəyali yaradılışlar olduğu iddiasında olanların bu məsələyə gətirdikləri şərh və yanaşmalar uyğun deyildir.

“Cin”lərin başqa ölçüdən varlıqlar olaraq düşünülməsi Qurana da uymur. Çünki onlarla ayədə vurğulandığı kimi, peyğəmbərimiz bir bəşərdir, bəşərə elçi olmuşdur və “sizdən, içinizdən biri” olaraq xarakterizə edilmişdir. Yəni O, bizdən biridir və başqa sistemdəki varlıqlara deyil, bizə elçi göndərilmişdir.

Əgər bu “Cin”lər başqa ölçü sistemindən varlıqlar olsa idilər, əslində elə sünnətullaha uyğun olaraq, onlara göndərilən elçinin də öz cinslərindən olması lazımdır:

  • 95De ki, “Əgər yer üzündə rahatlıq içində yeriyib duran mələklər olsaydı, əlbəttə Biz onlara göydən, elçi olaraq, bir mələk endirərdik.”                                        (İsra/95)

Heyrətləndirən Quran

Ayədə keçən “ عجباً əcabən” sözü, qəlib olaraq mübaliğə mənası ifadə edir. Beləliklə, buradakı “Cin”lərin “Biz heyrət verən bir Quran dinlədik” ifadəsi, “Biz elə bir Quran dinlədik ki, dil və mövzu etibariylə fövqəladə, tayı–bərabəri olmayan, qeyri-adi, digər kitablardan çox fərqli” mənasına gəlir. Belə ki, dinləyənlər Quranın ilahi bir ismarıc olduğunu dərhal anlamışlar, bələdçiliyini qəbul etmişlər və dərhal iman etmişdilər.

Quran, Rüşdə Bələdçilik Edir

Quranı dinləyən “Cin”lərin [əcnəbilərin] öz cəmiyyətlərinin insanlarına anlatdıqları bələdçi elə bir şeydir ki, “Cin”lər ondan dərhal təsirlənib, imana gəlmişlər və artıq Rəbblərinə ortaq qoşmamağa qərar vermişdilər. Buradan, bu “Cin”lərin daha əvvəldən şirk içində olduqları və Qurandakı xəbərdarlıqlar sayəsində ağıllarını başlarına alıb, şirkdən qurtulduqları anlaşılır. Qurandan bu şəkildə təsirlənmələri üçün onların Quranın özəlliklərinə yaxşı bələd olmaları lazımdır. Quranı peyğəmbərimizdən Ərəbcə dinləyib, başa düşmələri isə bu “Cin”lərin Ərəb dilinə çox yaxşı vaqif olduqlarını göstərir.

Burada diqqət edilməsi gərəkən bir xüsus da bələdçi olaraq elçinin deyil, Quranın göstərilməsidir. Həqiqətən də Quran yaxşı tədqiq edildiyində, həqiqətlərə bələdçilik edənlərin elçilər deyil, “vəhy”lər olduğu görünür. Bələdçiliyin rüşdə yönəlik olması isə həmçinin, üzərində durulması gərəkən bir xüsusdur.

Rüşd      رشد

Bəqərə/186, 256, Əraf/146, Nisa/6, Kəhf/10, 17, 24, 66, Ənbiya/51, Cin/10, 14, 21, Mömin/29, 38, Hücurat/7, Hud/78, 87, 97 və bu ayədə olmaqla fərqli törəmələriylə Quranda 19 dəfə yer alan “rüşd” sözü, “doğru və əyrini ayırd etmə şüuru, zehni yetkinlik, doğru yolu tapıb ona girmək, yaxşı və doğru olan şeyləri edə bilmək yetkinliyinə çatmaq” mənalarına gəlir. [7] “Rəşid olmaq”, “rüşdünə çatmaq”, “irşad etmək”, “mürşid” kimi törəmələri dilimizdə də işlədilən “rüşd” sözünün Quran ayələrindəki mənasını da qısaca “İslamın məsləhət gördüyü yetkinliyə çatmaq və yaşamaq” deyə tərif etmək mümkündür. Buna görə “rüşdə bələdçilik edən Quran” ifadəsi, “Quranın insanları, ağıllarını işlədərək şüurlandırdığı, yetkinliyə çatdırdığı, bir başqa ifadə ilə desək, heç kimi ovsunlamadığı, heç kimin beynini yumadığı” mənasına gəlir.

3Doğru budur ki, Rəbbimizin şanı çox ucadır. O, özünə nə bir dişi yoldaş və nə də bir övlad götürməmişdir.

Qurandan öyrəndiklərini öz cəmiyyətinə təqdim etməyə davam edən Cin [əcnəbi], bu ayədə çox əhəmiyyətli iki xüsusu, Allahın şanının ucalığını və Onun həyat yoldaşı və övlad qəbul etməmiş olduğunu dilə gətirmişdir.

Həyat yoldaşı və övlad, yaradılış özəlliklərinə uyğun olaraq, insanların adi həyatda duyduqları bir sıra ehtiyaclarına cavab verir. Fiziki impulslar insanı bir həyat yoldaşına, nəslini davam etdirib, gələcəkdə tənha qalmamaq, daha güclü və daha etibarlı olmaq nigarançılığı isə övlad sahibi olmağa yönəldir. Ancaq Uca Allah, hər cür nöqsanlıqlardan arınmış olduğu üçün, adi həyatın bu zəifliklərindən münəzzəhdir.

Əslində elə Allahın özünə bir dişi yoldaş və övlad götürmədiyini bildirən ifadə də, Rəbbimizin özünə həyat yoldaşı və övlad götürmədiyi yolunda edilən yaraşdırmaların və batil inancların qətiliklə rədd edilməsinin lazım olduğunu bildirən bir ifadədir. Buradan da, haqqında bəhs edilən “Cin”lərin [əcnəbilərin] Yəhudi və Xristiyanların bu barədəkı azğın inanclarını bildikləri, dinlədikləri Quran sayəsində də həqiqətləri öyrəndikləri anlaşılır.

4Və heç şübhəsiz “bizim kəmağıl”, Allah haqqında yalan, uydurma şeylər söyləyirmiş. 5Doğrusu biz, bilinən–bilinyən hər adamın Allaha qarşı əsla yalan söyləməyəcəyinə inanırdıq.

Klassik anlayış sahibləri, bu ayədəki “bizim kəmağıl” ifadəsindən İblisi anlamış və bütün günahları İblisə yükləmişdilər. Əslində elə biz, “bizim kəmağıl” ifadəsi ilə qəsd edilən adamın “Cin”lərin [əcnəbilərin] öz başçıları, kütlə rəhbərləri olduğu qənaətindəyik.

Anlaşıldığına görə, o cəmiyyətdə dəyər verilən, hörmət edilən bu lider, cəmiyyətini Allah haqqında yalan, səhv bir sıra uydurmalarla aldatmışdır. Çünki, gözünü maddi və mənəvi hirslər bürüyən inancsızların Allah haqqında yalan uydurmaları tez–tez qarşılaşılan bir haldır.

Buna görə də Rəbbimiz Quranda “sizi aldadan Allah ilə aldatmasın” deyə xəbərdarlıq edir:

  • 34Ey iman edənlər! Şübhəsiz, hahamlardan/biliklilərdən, rahiblərdən bir çoxu qətiliklə insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığaraq, onları Allah yolunda xərcləməyənlər/başda öz yaxınları olmaqla başqalarının dolanışıqlarını təmin etməyənlər, dərhal onlara acıqlı bir əzabı müjdələ!        (Tövbə/34)
  • 5Ey insanlar! Heç şübhəsiz, Allahın etmək üçün verdiyi söz gerçəkdir. Onun üçün bu adi dünya həyatı sizi aldatmasın. Və əsla o aldadan, sizi, Allah ilə aldatmasın. 6Şübhəsiz o şeytan, sizin üçün düşməndir. Ona görə də, siz də onu düşmən qəbul edin. Şübhəsiz şeytan, öz tərəfdarlarını alovlu atəşin əshabından olmaları üçün çağırır.  (Fatir/5)

Eyni xəbərdarlıqlar Loğman/33 və Hədid/14–də də vardır.

Ayədə keçən “Cin və ins” tərkibi, təfərrüatını “Giriş” bölməsindəki “Cin Qavramı və Qurandakı Cin” başlıqlı təhlilimizdə açıqladığımız kimi, “tanıdığımız, tanımadığımız hər kəs” mənasına gəlir.

شططاً   Şatatan

“Mənasız şeylər” olaraq geniş bir məna ilə tərcümə etdiyimiz “ شطط şatat” sözü “ekstremizm (siyasətdə ifrat tədbirlər və baxışlara meyl), kafirlikdə ekstremistlik etmək, hədsiz yalan, mənasız şey, haqdan uzaq olmaq” [8] deməkdir. Ayədəki “Mənasız şeylər” ifadəsiylə qəsd edilənlər, Allaha, özünə həyat yoldaşı, övlad götürməyi yaraşdırmaq, mələklərin Allahın qızları olduğunu iddia etmək, Yəhudilərin Allahın seçkin qulları olduğunu zənn etmək kimi davranışlardır.

6Həqiqətən də insdən–çox yaxşı tanıdığımız adamlardan bəziləri, cindəntanımadığımız yadlardan bəzi adamlara sığınırdılar. Beləlıklə də, o yadlar, onların azğınlıqlarını, axmaqlıqlarını artırırdılar.

Diqqət edilirsə “ins” və cin” sözləri bu ayədə “ins–cin” qəlibində işlədilməmişdir. Buna görə hər iki söz də öz xüsusi mənalarıyla, yəni “ins” sözü “çox yaxşı tanıdığımız adamlar” və “cin” sözü də “tanımadığımız əcnəbi adamlar” olaraq tərcümə edilmişdır.

Burada diqqət edilməsi gərəkən bir xüsus da, surənin qəhrəmanı olan “Cin”lərin [əcnəbilərin] özlərini “ins” olaraq, tanımadıqları və şəhərlərində casus olaraq dolanan əcnəbiləri də “Cin” olaraq xarakterizə etmələridir. Anlaşıldığına görə, Surənin qəhrəmanı olan “Cin” [əcnəbi] qrupunun tanıyıb, bildiyi insdən bəzi adamlar, bu qrupun tanımadığı [Cindən] bəzi adamlara sığınır və onlardan kömək gözləyir, məsləhət alırlar.

Rical

رجال Rical” lügətdə “adamlar, kimsələr” deməkdir. Bəziləri buradakı “rical” sözünü özəlləşdirib, bu sözlə “vadinin sahibi Cinlər”in qəsd edildiyini iddia etmişdilər. Belə ki, bu ayələrlə əlaqədar olaraq, klassik qaynaqlardakı izahların başında, İbn–i Abbasa aid edilən xeyli məntiqsiz bir məlumat verilir və “Cinə sığınma” hərəkəti bu məntiqsiz məlumatla əlaqələndirilir. Verilən məlumat, Cahiliyyə dövründə Ərəblərin tənha və qorxulu yerlərdən keçərkən və ya belə yerlərdə səfər əsnasında müvəqqəti dayanarkən “Bu vadinin sahibi olan Cinə sığınırıq” dedikləri [9] və bu sayədə başlarına gələ biləcək pisliklərdən qorunduqlarına inandıqlarına görədir.

Bizə görə cahil Ərəblərin bu inanc və davranışlarının mövzumuzla bir əlaqəsi yoxdur. Çünki ayədə, özünə sığınılan Cinin bu sığınanları təsirləyib azğınlıqlarını artdırdığından bəhs edilir. Belə ki, 7–ci ayədə də görünəcəyi kimi, Cin özünə tabe olanların inanclarını pozaraq, Allahın heç kimi peyğəmbər göndərməyəcəyinə və ya heç kimi ölümündən sonra diriltməyəcəyinə inandırmaq yoluyla onların azğınlıqlarını artdırır. Beləliklə, ayədə bəhs edilən “azğınlıq artdıran Cin” ilə cahil Ərəblərin qorxu ilə sığındıqları “tərk edilmiş xarabaların var olmayan Cini” arasında hər hansı bir əlaqə qurmaq düzgün deyil.

Biz, ayədə bildirilən bu “inanc pozan Cin”in, Əbucəhil, Vəlid b. Müğirə kimi Məkkənin öndə gedənləri tərəfindən peyğəmbərimizi təsirsiz edə bilmək üçün ətrafdakı şəhərlərə, cəmiyyətlərə göndərilən casuslar ola biləcəyini düşünürük.

7Həqiqətən də onlar sizin inandığınız kimi, Allahın əsla heç kimi peyğəmbər göndər­mə­yəcəyinə– diriltməyəcəyinə inanmışdılar.

Bu ayədəki “ ظنّ zənn” sözü, Ərəb dilinin klassik qaydasına uyğun olaraq, “yəqin [qəti məlumat]” mənasındadır. [10] Ayədə, insanı rüşdə bələdçiləyən Quranı dinləyərək həqiqəti qavramış olan Cinlər [əcnəbilər], özlərinə əcnəbi olan, amma içlərində fəaliyyət göstərən qaranlıq adamların nələr etdiklərini, daima boş, mənasız şeylər ortaya ataraq, xalqı necə səhv yola yönəltdiklərini bildirirlər.

Ayədə keçən يبعث أحداً yəbəsu əhadən” ifadəsini iki fərqli mənada dəyərləndirmək mümkündür. Çünki “ بعث bə’asə” sözü “öldükdən sonra diriltmə” mənasına gəldiyi kimi, “ölmüş cəmiyyəti peyğəmbər göndərərək canlandırma” mənasında da işlədilir.

Buna görə ifadənin:

* “Allahın əsla heç kimi peyğəmbər göndərməyəcəyinə inanmışdılar” və ya

* “Allahın əsla heç kimi diriltməyəcəyinə inanmışdılar” şəklində tərcümə edilməsi və anlaşılması səhv olmaz. Ancaq, Quranda cəmi 68 yerdə keçən “beas” sözü çox yerdə “elçi göndərmək” mənasına gəlir.

  • 213İnsanlar tək bir başçılı cəmiyyət idi və Allah müjdəçilər və xəbərdar edənlər olmaq üçün peyğəmbərlər göndərdi və razılığa gələ bilmədikləri mövzularda insanlar arasında hökm etsinlər deyə, onlarla bərabər haqq ilə kitab endirdi. Və sırf o Kitab verilənlər, özlərinə bu qədər dəlillər gəldikdən sonra, aralarındakı azğınlıq üzün­dən anlaşılmazlığa düşdülər. Buna görə də Allah, Öz biliyi daxilində, iman edənlərə, on­la­rın haqqında anlaşılmazlığa düşdükləri haqqa bələdçi oldu. Və Allah, dilədiyi hər kəsi/diləyən hər kəsi dosdoğru yola bələdçilər. (Bəqərə/213)
  • 103Sonra o elçilərin–o cəmiyyətlərin arxasından Musanı əlamətlərimizlə/nümunələrimizlə Firona və irəli gələnlərinə göndərdik və onlar, əlamətlərə/nümunələrə haqsızlıq etdilər. Hələ bir bax, o pozğunçuların aqibətləri necə oldu!                                                               (Əraf/103)
  • 75Karvan əhli dedilər ki, – “Onun cəzası, kimin yükündə çıxarsa, bax bu, özü, onun cəzasıdır–o, alınır, saxlanır əvəzini özü ödəyir. Biz səhv–öz zərərlərinə iş edənlərə bax budur, belə cəza verərik.”                                                  (Yusif/75)
  • 94Və insanlara yol göstərən–Quran gəldikdə, özlərinin iman etmələrinə, sadəcə “Allah bir bəşərimi elçi göndərdi?” demələri mane olur.                                          (İsra/94)

8Və həqiqətən biz, göyə toxunduq və onu qüvvətli gözətçilər və parlaq alovlarla dol­durulmuş olduğunu gördük. 9Və heç şübhəsiz ki, biz göydən bir şey eşitmək üçün oturulan yerlərə otururduq. Yaxşı, indi hər kim bir şey eşitmək üçün çalışsa, özü­nə, gözləyən parlaq bir alov tapar. 10Biz də, yer üzündəkilərə pislikmi istənildi, yoxsa Rəbləri onlara bir doğruluqmu dilədi bilmirik.

Bu ayələrdəki ifadədən başa düşülür ki, Quranı dinləyərək həqiqətləri görmüş və imana gəlmiş olan əcnəbilər, özlərini tənqid edərək, Quranla tanış olmadan əvvəlki hallarını dilə gətirirlər. Çünki danışan Cin, daha əvvəl münəccimlik etdiklərini, ümidlərini ulduzlardan alacaqları məlumatlara bağladıqlarını, bu məqsədlə daima rəsədxanalarda oturub gözlədiklərini, amma göylərin ulduzlarla və meteorlarla dolu olduğunu, bunlara baxaraq istədikləri məlumatları əldə edə bilmədiklərini, nəticə olaraq da, heç kim üçün sabahın nə gətirəcəyini öyrənə bilmədiklərini sadalayır.

İşin əslinin bu olmasına baxmayaraq, bu ayə qrupu haqqında məntiqə uymayan izahlar edilmişdir:

Süheylinin nəql etdiyinə görə, Şeytan daha əvvəl yeddi qat səmaya girib çıxırdı. İsa doğulduğu üçün ona üç qatı qadağan olundu. Məhəmməd doğulduqda isə yeddisinin hamısı qadağan olundu.

Başqa rəvayətlərə görə də Məhəmməd elçi olduqda, böyük bir meteor yağışı meydana gəldi. Bu, Taif sakinlərini qorxutdu. Amma onların qəbilə rəislərindən biri dedi ki, “Əgər bunlar, gecənin qaranlığında yolumuzu müəyyən etmək üçün baxdığımız ulduzlardırsa, bu dünyanın sonu deməkdir. Əks halda qorxmalı olduğumuz, başqa bəzi şeylər olar və Allah bir şey iradə etmişdir.” [11]

Razi də bunları qeyd edir:

Cinlərin Göyü Yoxlamaları

Yeddinci Növ: Cənab–i Haqqın, “Biz ciddi bir şəkildə göyə çatmaq istədik, lakin onu sərt gözətçilərlə və şihablarla doldurulmuş olaraq gördük” (Cin/8) ayəsinin bəyan etdiyi xüsusdur.

لمس (ləms), məss mənasında olub “təcəssüs etdi, araşdırdı, yoxladı” mənasında istiarə yoluyla işlədilmişdir. Çünki toxunan adam, axtaran və tanımaq istəyən adamdır. Belə ki, ərəb dilində “Toxundu, toxundu, araşdırdı…” deyilir ki, bunun bir bənzəri də “cəss” köküdür. Belə ki, ərəb dilində “Onu gözləriylə təqib etdilər; onun haqqında təcəssüsdə oldular” deyilir. Buna görə ayənin mənası, “Biz, səmaya çıxaraq, oradakıların sözlərini dinləmək istədik” şəklində olur. Hərəs (حرس), eynilə xədəm (خدم) kəlməsinin “xidmətçilər” mənasına gəldiyi kimi, mühafizə mənasında tək halda olan bir isimdir. Elə buna görə də, tək halda olan “ شديدا şədidən” kəlməsiylə xarakterizə edilmişdir. Əgər bunun mənası “müşahidə edilmiş” olsaydı, o zaman “ شدادا  şidadən” deyilərdi.

Göydən Qovulmaları

Səkkizinci Növ: Cənab–i Haqqın, “Halbuki, həqiqətən biz, dinləmək üçün, göyün bəzi hissələridə oturmağa yerlər tapıb, otururduq. Lakin indi, kim dinləyərsə, özünü ona nəzarət edən bir şihabın qarşısında görər” (Cin/9) ayəsinin bəyan etdiyi xüsusdur. Bu ifadə, “Biz dinləyirdik, amma indi nə vaxt dinləmək istəsək, şihablarla qovulur və daşlanırıq” deməkdir.

Şihab

Ayədəki “  شهابا رصدا şihabən rasadən” təbiri xüsusunda bu izahlar edilə bilər:

a– Mukatil, “Şihabların daşlaması, mələklərin də nəzarəti ilə qarşılaşırıq” mənasını vermışdır.

b– Mənanın belə olması halında kəlamın təqdirinin “ شهابا رصدا şihamən rasadən” şəklində olması lazım gəlir. Çünki “ nəzarətdə saxlayan” شهابا şihabən başqa bir şey olub راصد rasıd [nəzarətdə saxlayan]” kəlməsinin cəmidir.

c– Fərra da “Özünü daşlamaq üçün, nəzarətdə saxlayan bir şihab” mənasını vermişdir ki, buna görə “ رصدا rasadən” kəlməsi “ شهابا şihabən” kəlməsinin sifəti olub, tamamlıq mənasında bir məsdərdir.

d– “ رصدا rasadən” kəlməsinin ism–i fail mənasında “راصدا rasıd” olması da mümkündür. Çünki o cinlər üçün hazırlanmış olduqda, sanki onları nəzarətdə saxlayan və gözləyən kimi olmuş olur. Qeyd edək ki, biz, bu məsələni Mülk/5–ci ayəsinin təfsirində təfsilatı ilə izah etmişdik.

Şihablar peyğəmbərlikdən əvvəl yox idimi?

Buna görə əgər, “Şuhublar, Hz. Peyğəmbər(s.ə.s)in peyğəmbər olaraq göndərilməsindən əvvəl də vardı. Sübutu isə bunlardır:

1– Qədim fəlsəfəçilərin hamısı, şuhublann axmasının səbəbləri xüsusunda bir çox şey söyləmişdilər. Bu, bunların Hz. Peyğəmbər(s.ə.s)in nübüvvətindən əvvəl də mövcud olduğunu göstərir.

2– Mülk Surəsinin 5–ci ayəsi. Çünki, Cənab–i Haqq bu surədə ulduzların yaradılması xüsusunda iki hədəfdən, yəni bəzəkdən və şeytanların daşlanmasından bəhs etmişdir.

3– Bu axma–batma işi cahiliyyə şerində də yer almışdır. Belə ki, Evs b. Hicr “Deyərkən, ardından, yağışı sicim–sicim eləyən bir yığıntısı gələn bir inci kimi sürüşdü, axdı” deyərkən, Avf b. əl–Hır o da, “Karvan bizə, sevgilisiz gəlir. Ya da, özünü qanın izlədiyi bir inci kimi bürcün (batımı)” beytində yenə şihabdan bəhs etmişdir.

Zühri də, Əli İbn Hüseyinin İbn Abbasdan bunu rəvayət etdiyini söyləyir: “Bir gün Allahın Rəsulu, Ənsardan olan bir camaat içində otururdu. Deyərkən, bir ulduz axdı və ətrafı işıqlandırdı. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s), “Sizlər bu kimi şeylər haqqında cahiliyyə dövründə nə deyərdiniz?” deyə soruşduqda, onlar da, “Bizlər, (hər halda bu anda), “Böyük bir zat doğdu və ya öldü” deyərdik” dedilər. Biz bu hədisi, Cənab–i Haqqın Mülk/5–ci ayəsinin təfsirində axıra qədər yazıb, araşdırmışdıq.

Bunlar sözlərinə belə davam edirlər:–”Bütün bu səbəblərlə, “şühubun Hz. Peyğəmbər (s.ə.s) peyğəmbər olaraq göndərilməmişdən əvvəl də mövcud olduğu sabit olmuşdur. Beləliklə, “bu hadisənin Hz. Məhəmməd(s.ə.s)in peyğəmbər olaraq göndərilməsinə aid edilməsinin mənası və hikməti nədir?” deyilərsə, buna bu iki müqəddimə ilə cavab verə bilərik:

Birinci Müqəddimə: Bu şihablar Hz. Peyğəmbər(s.ə.s)in peyğəmbər olaraq göndərilməsindən əvvəl mövcud deyildi. Bu, İbn Abbas (r.a) ilə Ubeyy İbn Kabın görüşüdür. İbn Abbasın belə dediyi rəvayət edilmişdır: “Cinlər göyə çıxır və vəhyi dinləyirdilər. Lakin onlar (göydən) bir kəlmə duyduqlarında, ona doqquz dənə də əlavə edirdilər. O tək kəlmə doğru və haqq idi. Amma əlavələr, batil [yalan] idi. Hz. Peyğəmbər (s.ə.s) peyğəmbər olaraq göndərildikdə, o şeytanlar [cinlər] göydə oturub vəhy dinlədikləri o yerlərdən qovuldular. Bundan əvvəl isə, o ulduz (sürüşmələri) görünmürdü. Bundan sonra İblis, onlara, “Bu ancaq yer üzündə meydana gələn (mühüm) bir hadisəyə görə olmuşdur” dedi və əsgərlərini, araşdırmaq üçün dörd bir tərəfə göndərdi. Deyərkən onlar, Rəsulullah (s.ə.s), ayaq üstdə namaz qıldığı zaman tapdılar gördülər…”

Ubeyy b. Kab (r.a) da belə demişdir: “Hz. İsa (ə.s) göyə qaldırıldığından bəri, heç ulduzla daşlamaq olmadı. Hz. Məhəmməd (s.ə.s) peyğəmbər olaraq göndərildikdə, ulduzları daşlamaq başladı. Beləliklə Qüreyş, əvvəllər heç görmədiyi bir hadisəni görməyə başladı.

Beləliklə də, “Artıq dünyanın sonudur” zənniylə, heyvanlarını buraxmağa, kölələrini azad etməyə başladı. Bu vəziyyət, onların böyüklərindən birinə çatdı və o, “Bunu nə üçün etdiniz?” dedikdə, onlar da, “Ulduzlar atıldı [sürüşdü] və onları göydə bir–biriylə vuruşan olaraq gördük” dedilər. Bundan sonra o, “Səbr edin. Əgər bu bilinən bir ulduzdursa, zaman insanların yox ediləcəyi zamandır. Yox, əgər bilinməyən bir ulduzdursa, ortada yeni meydana gələn bir hadisə vardır” dedi. Onlar da araşdırmağa başladılar və (qoyan–çarpan) o ulduzın, tanınmayan bir ulduz olduğunu anladılar. Vəziyyəti o adama xəbər verdilər. Bundan sonra o, “Hökm verməkdə tələsməyin. Belə bir şey, yeni bir peyğəmbər gəldiyində ola biləcək bir şeydir” dedi. Aradan çox keçmədən, Əbu Süfyan, mallarının başında olaraq gəldi və o kütləyə xəbər verdi ki, Məhəmməd b. Abdullah(ə.s) ortaya çıxıb və özünün peyğəmbər olaraq göndərildiyini [vəzifələndirildiyini] iddia edir.”

Bəlkə də bu adamlar, əvvəlki səmavi kitabların təhrif edildiyini söyləmişlər: şeytanları ulduzlarla daşlama möcüzəsini, sonrakıların bu kitablara qatdıqlarını iddia etmişdilər. Həmçinin cahiliyyə dövrünə aid nəql edilən şeylərin isə uydurma olduqlarını irəli sürmüşdülər.

Şihabların Artırılması

İkinci Müqəddimə: Doğruya ən yaxın baxışa görə, bu şihablar, Hz. Peyğəmbər (s.ə.s)dən əvvəl də mövcud idi. Lakin o, peyğəmbər olaraq göndərildikdən sonra xeyli artırılmış və ən mükəmməl, ən güclü hala gəlmişdir. Budur bu, ayənin mənasının özünə dəlalət etdiyi görüşdür. Çünki ayədə, “Lakin onu, sərt gözətçilərlə və şihablarla doldurulmuş olaraq tapdılar, gördülər” buyurulmuşdur ki, bu, sonradan meydana gələn xüsusun doldurma və çoxaltma olduğunu göstərir. Ayədəki, “Halbuki həqiqətən biz, dinləmək üçün onun bəzi yerlərində oturmağa yerlər tapıb, otururduq” cümləsi də eyni mənanı ifadə edərək, “Biz orada, bəzi oturma yerlərini, gözətçilərdən və şihablardan boş görürdük. Amma bu anda bütün oturma yerləri doldu” deməkdir. Buna görə, cinləri bölgə–bölgə dolaşıb bu hadisənin səbəbini araşdırmağa sövq edən şey, şihablarla püskürtməyin xeyli artması və özlərinin qulaq oğurluğundan tamamilə uzaqlaşdırılmasıdır.

Doqquzuncu Növ (çeşid): Haqq Təalanın bu ayəsinin bəyan etdiyi şeydir:

“Doğrusu biz, yerdəkilər üçün bir şərmi murad edilir, yoxsa Rəbləri onlar üçün bir xeyirmi murad edir, bilmirik” (Cin, 10). [12]

Ləms. “ لمس Ləms” sözü “toxunmaq, əllə yoxlamaq” [13] deməkdir. Toxunmaq hərəkəti ümumiyyətlə məlumat almaq, bir əşyanın sərtlik, yumşaqlıq, istilik, soyuqluq yönündən xüsusiyyətini öyrənmək məqsədiylə edildiyi üçün, söz burada məcazən “məlumat almaq məqsədiylə göydəki ulduzlarla qurulan təmas”ı, yəni ulduzların təhlil edilməyə alınmasını ifadə edir.

Əlan (indi). Bu söz göy üzü üçün deyil, “Cin”lər [əcnəbilər] üçün işlədilməyib, onların iman etmiş hallarını ifadə edir. Yəni, qədimdən, həqiqi imana gəlmədən, Allahı tanımadan, tövhidi öyrənmədən əvvəl, ulduzlara baxaraq bir sıra hesablarla qeybə aid məlumatları öyrəndiklərini iddia edən kahinlər tərəfindən aldadilan bu qrup, indi, dinlədikləri Quran sayəsində həm Allahı tanımışlar, həm də kahinlərin ulduzlardan bir şey öyrənəmədiklərini və onların sadəcə yalan söylədiklərini başa düşmüşdülər.

Çünki, kahinlərin (indiyə qədər) hər kəsi, Allahın göydə mələkləri ilə söhbət etdiyi, sabahın [gələcəyin] kimin üçün yaxşı, kimin üçün pis olacağını danışdığı, onlarla bərabər plan–proqram qurduğu məsəlləriylə aldatdıqları və göydə edilən bu planların əmrləri altındakı Cinlər tərəfindən qulaq oğurluğu edilərək, yəni heç kimə bildirmədən dinlənərək özlərinə verildiyi cəfəngiyyatıyla istismar etdikləri, Quran sayəsində ortaya çıxmışdır. İndi artıq Quran dinləyənlər bilirlər ki, qeybin biliyi sadəcə Allaha məxsusdur və bu biliyin, Allahın icazəsi olmadan öyrənilməsi, əsla mümkün deyildir.

Gizlincə dinləmək yolu ilə qeybdən xəbər alınması yalanıyla edilən saxtakarlıq haqqında Hicr Surəsinin 16–18–ci və Saffat Surəsinin 6–10–cu ayələrində də bəhs edilmişdir. Hərçənd Hicr və Saffat Surələrindəki qulaq oğruları, Quranda “Şeytan–i Racim [İblis] və “şeytan–i marid” olaraq xarakterizə edilmişdir, amma mövzunu sui–istismar edənlər bunları da eşitmək üçün oturulan yerlərə oturan Cinlərlə eyni olaraq dərk etmişdilər. Bu mövzu Hicr Surəsinin 16–18–ci ayələrində geniş olaraq ələ alınacaqdır.

11Şübhəsiz bizlər–bizlərdən bir qismi salehlərdəndir, bizdən bəziləri də bunun aşağısındandır. Biz, fərqli–fərqli yollarda idik.

Quranı dinləmiş və inanmış olan Cin [əcnəbi] qrupunun özünütənqidi bu ayədə də davam edir. Cəmiyyətdə “düzgün” xüsusiyyətdə olanların da, bu xüsusiyyətdən məhrum olanların da var olduğu bildirilərək, kütlənin öz içində bir sıra yollara, məzhəblərə, məşrəblərə ayrılmış olduğu, aralarında birlik, bərabərlik olmadığı etiraf edilir.

Cəmiyyətdə hər zaman pislərin arasında düzgün adamların də olacağı, Əraf Surəsində də bildirilmişdi:

  • 168Və onları yer üzündə bir çox başçılı cəmiyyətlərə ayırdıq. Onlardan bir qismi düzgün adamlardır, bir qismi də bundan aşağı idi. Və Biz, onları dönsünlər deyə, yaxşılıqlarla və pisliklərlə sınadıq.                                                                                            (Əraf/168)

Qıdəd. “ قدداً Qıdəd” sözünün əsas mənası “göndən düzəldilən ip, sicim” [14] deməkdir. Bu sözlə ayədə “bir–birinə qarışmayan, bulaşmayan, bir–biriylə uzlaşmayan firqələr, qruplar, dəstələr, bölmələr” nəzərdə tutulmuşdur.

12Və tam yəqinliklə bilin ki, Allahı yer üzündə əsla aciz buraxa bilməyəcəyimizi, qaçmaqla da Onu əsla aciz buraxa bilməyəcəyimizi yaxşı–yaxşı anladıq. 13Və biz o bələdçini/Quranı dinlədiyimizdə ona iman etdik. Onun üçün kim Rəbbinə inanırsa, o haqqının əksik verilməsindən və haqsızlığa uğramaqdan/axmaq yerinə qoyul­maq­dan, özünə gücü çatandan artıq yük yüklənilməsindən qorxmaz.

Buradakı “zənn” sözü də eynilə 7–ci ayədəki kimi, ərəb dilinin klassik qaydasına uyğun olaraq, “yəqin [qəti məlumat]” mənasındadır.

Bu ayələrdən, Quranı dinləmiş olan əcnəbi qrupun Quranı yaxşı–yaxşı mənimsədiyi, Allahdan qaçmağın imkansızlığını və mütləq Ona dönüləcəyini qavradığı, Allaha təslim olanın mütləq bəxtiyar olacağına və haqsızlığa uğradılmayacağına əminliklə inandığı başa düşülür.

Düzgün olan adamların haqsızlığa uğradılmaması “Sünnətüllah”a uyğun olandır. Bu vəziyyət Quranda müxtəlif səbəblərlə ifadə edilmiş, Ta Ha Surəsində də sərbəst bir ayə olaraq bildirilmişdir:

  • 112Və hər kim, iman edən biri olaraq, düzəltmək yolunda işlərdən edərsə, artıq o, bir haqsızlıqdan və haqqının azaldılacağından qorxmaz.               (Ta Ha/112)

Yuxarıdakı ayələrin mahiyyətindən anlaşılır ki, haqqında bəhs edilən Cin [əcnəbilər] qrupunun peyğəmbərimizdən dinlədiyi ayələr, rəvayətçilərin irəli sürdükləri kimi, sadəcə namaz qıldırarkən oxuduğu Fatihə Surəsindən ibarət deyildir. “Anladıq, inandıq” demələri, onların o günə qədər enmiş ayələrin hamısını, ya da bir çoxunu dinlədiklərini göstərir. Əks halda bu dərəcədə bir şüura çatmaları mümkün deyildir.

14Və həqiqətən bizim vəziyyətimiz isə–müsəlmanlar bizdəndir, səhvz zərərlərinə iş edənlər də bizdəndir. Amma kimlər müsəlman oldusa, bax budur, onlar doğruya, gö­zələ, yaxşıya, gerçəyə getməyi axtarandırlar. 15Amma inanc mövzusunda səhvz zərərlərinə iş edənlərə gəldikdə, onlar da cəhənnəm üçün odun olanlardırde­miş­dirlər.

Qıst. 14–cü və 15–ci ayələrdə “zalımlar” olaraq tərcümə etdiyimiz “ القاسطون əlqasitun” sözü ədalət və zülm üçün də işlədilə bilən bir sözdür. Zidd mənalara gələ bilən bu cür sözlərə Ərəb dilində “əzdad” deyilir.

Bu xüsusiyyətinə görə “qasitun” sözünün “adil olanlar” mənasında tərcümə edilməsi də mümkündür.

Bu sözün hansı yerdə hansı mənada olduğu, içində keçdiyi mövzudan anlaşılır. Sözün burada “zalımlar” olaraq tərcümə edilməsi, 14–cü ayədə “Müsəlmanlar” sözünün antonimi olaraq yer aldığına görədir. Sözün bu xüsusiyyətinə nümunə olması baxımından, klassik əsərlərdə yer alan bir mətni, Razinin sözüylə diqqətlərinizə təqdim edirik:

Said b. Cübeyr İlə Həccac:

Said b. Cübeyrdən rəvayət edildiyinə görə, Həccac, öldürmək istədiyi zaman ona, “Mənim haqqımda nə deyirsən?” demişdir. Said də, “Sən qasid və adilsən” demişdir. Bundan sonra oradakılar, Said b. Cübeyrin onu adil və insaflı olaraq xarakterizə etdiyini sanaraq “Nə gözəl söylədi!” dedikdə, Həccac, “Ey cahillər, o məni zalım və müşrik deyə tövsif etdi” demiş. Zalım olmaqla əlaqədar olaraq da Haqq Təalanın müşrik olmaqla əlaqədar olaraq “Həm sonra o kafirlər rəblərindən udul edərlər, dönərlər” (Ənam, 1) ayəsini oxumuşdur. [15]

Həmçinin “udl” sözünün də “qıst” sözü kimi “əzdad”dan olduğunu qeyd etmək lazımdır. Ədalət və qıst sözləri ilə əlaqədar məqam, Yunis Surəsinin 4–cü ayəsinin təhlilində verilmişdir.

14–cü və 15–ci ayələrdə, haqqında bəhs edilən əcnəbi qrupun öz ölkələrindəki yoldaşlarına etdikləri söhbətin son bölməsi anladılır. Bu dialoq diqqətlə təhlil edildiyində, Quranın rüşdə–yaxşıya, doğruya, gözələ nə ölçüdə bələdçilik etdiyi tamamilə aydın olur.

Bu dialoqda gözdən qaçırılmamalı olan bir xüsus da dialoqu edənlərin peyğəmbərdən heç bəhs etməmələridir. Bu dialoqun yer aldığı bölmə tamamilə Quran mərkəzlidir və dialoqu edənlər də, Qurandan başqa bələdçi olmadığını, ola bilməyəcəyini öyrənmişlər və Xudaya, həqiqi bələdçiyə yönəlmişdilər. Dialoqun sonunda keçən “zalımlar” sözü ilə xüsusilə şirk qoşanlar qəsd edilir. Çünki, zülm bir çox ayədə “şirk qoşmaq” olaraq izah edilmişdir.

Cənnəmə odun olmaq

Bu ifadədən, müşriklərin cəhənnəmdə, bilavasitə yanmaqla qalmayıb, başqalarını yandıracaq istinin də qaynağı olacaqları başa düşülür.

  • 24Sonra, əgər bunu etmədinizsə və əsla edə bilməyəcəksiniz, belə isə kafirlər–Allahın ilahlığını, rəbbliyini bilərək rədd edənlər üçün hazırlanmış, yanacağı insanlar və daşlar olan atəşdən qorunun.      (Bəqərə/24)
  • 6,7Ey iman edənlər! Özünüzü və yaxınlarınızı, yanacağı insanlar və daşlar olacaq bir atəşdən qoruyun. Atəşin üzərində, Allaha qarşı gəlməyən, özlərinə əmr edilənləri edən, çətin və qabakobud vəzifəli güclər vardır. Ey kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlər! Bu gün üzr istəməyin. Siz ancaq işlədiklərinizin cəzasını çəkəcəksiniz! (Təhrim/6,7)

Klassik əsərlərdə “Cin onsuz da atəşdən yaradılmışdı, atəş atəşi yandırarmı?” sualına cavab axtarılmış və bir xeyli məcburi izahlara yer verilmişdir. Ancaq bizə görə surədə bəhs edilən “Cin”, Məkkəlilərə əcnəbi olan insanlar olub, atəşdən yaradılmış olan “cann” deyildir. Buna görə də, haqqında bəhs edilən məcburi izahların nəqlini məntiqsiz hesab edirik.

16,17Və əgər onlar həqiqətən o yol üzrə dosdoğru getsəydilər, əlbəttə onlara, özlərini saf hala gətirmək üçün bol bir su verərdik. Kim Rəbbinin xatırlanmasından/Rəbbinin öyüdündən/Qurandan üz çevirərsə, O da onu getdikcə yüksələn bir əzaba düçar edər.

Quran dinləyən “Cin” qrupunun etdiyi söhbət, yuxarıda da bildirdiyimiz kimi, 15–ci ayə ilə sona çatmışdır. Ancaq 16–cı ayənin başındakı “ و vav” bağlayıcısı, 1–ci ayədəki “ انّه استمع ənnəhüstəməa…” üzərinə bağlanmaqla qəbul edilmişdır ki, bu ayələr də ilk on beş ayəlik bölmənin davamıdır. Ancaq biz, bu görüşə qatılmırıq. Diqqət edilirsə, 16–cı ayədə “əgər onlar” deyə üçüncü şəxs əvəzliyi işlədilmiş, açıq adlar verilməmişdir. O halda xüsusilə “onlar” zamiri ilə qəsd edilənlərin kim olduqlarını tapmaq lazımdır. Bizim qənaətimiz belədir ki, “onlar”, Surənin 1–15–ci ayələrindəki dialoqda iştirak edən “Cin” qrupu deyildir. Çünki, haqqında bəhs edilən “Cin” qrupu Quran dinləyərək imana gəlmiş və doğru yolu tapmış adamlardır. Lakin bu ayələrdə bəhs edilən “onlar”, hələ doğru yolu tapmamışdılar. Fikrimizcə bu ayələr, Cin surəsindən əvvəlki surə olan Əraf surəsindəki 179–188–ci ayələrdən ibarət olan paraqrafın davamıdır.

16–cı ayədəki “Əgər onlar həqiqətən o yol üzrə dosdoğru getsəydilər, əlbəttə onlara, özlərini saf hala gətirmək üçün bol bir su verərdik” ifadəsindən, əslində insanların cənnətə girmələrinin istənildiyi və doğru yola girdikləri təqdirdə, özlərinə böyük fürsətlər verilərək, kömək ediləcəyi başa düşülür.

Quranda bu tərzdə şirnikləndirmə ismarıcları verən bir çox ayə vardır:

  • 65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə, onların pisliklərini örtər və qətiliklə, neməti bol olan cənnətlərə qoyardıq.
  • 66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbblərindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutanbəzisinə inanıb bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir!

                                                                                                                  (Maidə/65, 66)

  • 2,3Artıq müddətlərinin sonuna çatdıqlarında onları adət–ənənəyə uyğun/hər kəs tərəfindən qə­bul edilən bir şəkildə tutun, yaxud adət–ənənəyə uyğun/hər kəs tərəfindən qə­bul edilən bir şə­kildə onlardan ayrılın. Və sizdən, ədalət sahibi iki nəfəri, şahid tutun. Şahidliyi də Allah üçün dik tutun. Bax budur, bu, Allaha və son günə inananlara verilən nəsihətlərdir. Və kim Allahın qoruması altına girərsə, Allah ona bir çıxış yolu təmin edər və onu heç gözləmədiyi bir yöndən ruziləndirər. Kim də Allaha işin nəticəsini həvalə edərsə, O ona bəs edər. Şübhəsiz Allah, Öz əmrini yerinə yetirib, reallaşdırandır. Allah, qətiliklə hər şey üçün bir ölçü qoymuşdur, ölçü müəyyən etmişdir.                                                                                                           (Talaq/2, 3)
  • 5–12Nuh dedi ki,Rəbbim! Şübhəsiz mən, cəmiyyətimi gecə–gündüz/daima olaraq dəvət etdim. Lakin, mənim çağırmağım, onların sadəcə qaçmaqlarını artırdı. Və şübhəsiz mən, onları, Sənin onları bağışlamağın üçün hər dəvət etdiyimdə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr etdilər, təkəbbürləndikcə də təkəbbürləndilər. Sonra şübhəsiz, mən onları yüksək səslə çağırdım. Sonra şübhəsiz, onlar üçün elan etdim. Onlar üçün gizligizli də söylədim. Sonra dedim ki, Rəbbinizin sizi bağışlamasını istəyin. Qətiliklə O, çox bağışlayandır. Üzərinizə göydən bol yağış yağdırsın. Sizə mallar və oğullar ilə kömək etsin, sizin üçün bağçalar etsin, çaylar etsin.                                                                            (Nuh/5–12)
  • 96Və əgər o şəhərlərin xalqı inansaydılar və Allahın qoruması altına girsəydilər, əlbəttə üzərlərinə göydən və yerdən olan bolluqları açardıq. Və lakin onlar yalan saydılar. Biz də onları etməkdə olduqlarına qarşılıq yaxaladıq.                                                               raf/96)

Ayədəki “bol bir su verərdik” ifadəsi “bolluq, bərəkət verərdik” mənasındadır. Torpağın yetişdirdiyi bütün məhsullar üçün su hər şeydən vacib olduğundan, “dünya malı, dünya neməti” “bol–bol su” ifadəsi ilə izah edilmişdır. Çünki, Ərəbistan kimi isti yerlərdə, insanların dolanışıqları əsasən, əkinçilik və heyvandarlığa əsaslanır və belə coğrafyaların insanı üçün “su”, nemətlərin ən əhəmiyyətlisidir. “Bol–bol su” ifadəsi həmçinin, cənnət bulaqlarından da kinayədir.

Ayədə “özlərini saf hala gətirmək üçün” deyə tərcümə etdiyimiz ifadənin orijinali “ليفتنهم liyəftinəhüm [onları fitnələndirək deyə]” şəklindədir. “Fitnə” sözünün “qiymətli bir mədəni butada əritmək yoluyla cürufundan ayırıb saf hala gətirmək” demək olduğuna görə, ifadə bu şəkildə tərcümə edilmişdir.

Burada “bol su” şəklində ifadə edilən dünya nemətlərinin insanlar üçün bir fitnə– arınma, saf hala gəlmə vasitəsi olduğu, Ənfal/28, Təğabün/15, Ta Ha/131, Bəqərə/155, 156 və Al–i İmran 186–da da dilə gətirilmişdir.

Rəbbimizin peyğəmbərlər də daxil olmaqla, bütün insanları nə üçün fitnələndirdiyi isə bu ayələrdə açıqlanmışdır:

  • 2,3İnsanlar, sınanmadan, “İman etdikdemələri ilə buraxılacaqlarınımı sandılar? Və and olsun ki, Biz, onlardan əvvəlkiləri də saflaşdırılmaları üçün atəşlərə/sıxıntılara sal­mışdıq. Artıq əlbəttə, Allah, doğru adamları bildirəcəkdirişarələyib göstərə­cək­dir və əlbəttə, yalançıları da qətiliklə bildirəcəkdirişarələyib göstərəcəkdir. (Ənkəbud/2, 3)
  • 20Biz, səndən əvvəl də sadəcə, tam yəqinliklə bil ki, yemək yeyən, bazarlarda yeriyən elçilərdən göndərdik. Və Biz, sizin bir qisminizi bir qisminiz üçün saflaşdurmaq məqsədilə sıxıntı vasitəsi etdik. Səbr edərsinizmi! Və sənin Rəbbin çox yaxşı görəndir.      (Furqan/20)
  • 53Və Biz, “Allah, aramızdan bunlaramı yaxşılıq etdi?!” desinlər deyə, onlardan bəzisini bəzisi ilə belə atəşlərə sürüklədik, imtahan etdik. Allah, özlərinə verilən nemətlərin qarşılığını ödəyənləri daha yaxşı bilən deyildirmi?                                                                 (Ənam/53)
  • 31Və qətiliklə Biz, içinizdən çalışaraq cəhd edənləri və səbr edənləri bildirməyimizişarələyib göstərməyimiz üçün sizi əziyyətlərə salacağıq/sınağa tabe edəcəyik. Xəbərlərinizi də əziyyətlərə salacağıq/sınağa tabe edəcəyik.                                    (Məhəmməd/31)
  • 164,165De ki: “Allah hər şeyin Rəbbi ikən, Mən Allahdan başqa Rəbbmi axtarım?” Hər adamın qazandığı yalnız özünə aiddir. Yükünü daşıyan kimsə, bir başqasının yü­­­künü daşımaz. Sonra sadəcə Rəbbinizədir dönüşünüz. Beləlıklə Allah, ayrılığa düş­­düyünüz şeyi sizə xəbər verəcəkdir. Və O, sizi yer üzündə gedənlərin yerinə gə­ti­rilənlər edən, verdikləri ilə sizi sınamaq üçün, kiminizi kiminizin üzərinə də­rə­cə­lərlə yüksəldəndir. Şübhəsiz Rəbbin, qovuşdurması tez olandır və şübhəsiz, O, çox ba­ğışlayandır, çox mərhəmət edəndir. (Ənam/164, 165)
  • 7Şübhəsiz Biz, yer üzündəki, ona bəzək olan şeyləri insanların hansının daha gözəl əməl edəcəyini sınamağımız üçün etdik.                                                (Kəhf/7)
  • 2O, hansınızın əməl sarıdan daha yaxşı, daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı əmələ gətirdi. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bolbol bağışlayandır. (Mülk/2)

16–cı ayədə keçən “ الطّريقة ət–tariqatə [o yol]” sözü marifə [müəyyən] olduğundan bu sözü “Haqq yol, doğru yol” olaraq dəyərləndirmək lazımdır.

Ayədə keçən “ صعود saud” sözü “yavaş–yavaş artan şiddət, çətinlik” [16] deməkdir. Bu söz, Allahın zikrindən uzaq olanların sıxıntılarının davamlı, yavaş–yavaş artırılacağını bildirir. Burada bəhs edilən sıxıntıları sadəcə axirət sıxıntısı olaraq deyil, dünyadakı sıxıntılar olaraq da görmək lazımdır.

Belə ki, eyni ismarıcı verən başqa ayələrdən də bu sıxıntıların dünya sıxıntılarını da əhatə etdiyi anlaşılır:

  • 40Ayələrimizi yalan sayan və onlara qarşı bu, yekəxanalıq edənlərə. Bax budur, on­la­ra göyün qapıları açılmayacaq və dəvə/kəndir iynənin dəliyindən keçmədikcə on­lar cən­nətə girməyəcəklər. Biz günahkarları bax budur, belə cəzalandırarıq. 41On­lar üçün cəhənnəmdən yataqlar, üstlərindən də örtüklər vardır. Və Biz, zalımları Bax bu­dur, belə cəzalandırarıq.     (Əraf/40, 41)
  • 124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaqlaşarsa, heç şübhəsiz onun üçün çətin, sıxıcı bir dolanışıq/həyat vardır. Qiyamət günü də onu kor olaraq qi­yamət günü toplantı yerinə toplayarıq. O deyər ki, “Rəbbim, Mən görən biri olduğum hal­da, məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki, Bu belədir, ayə­lərimiz sənə gəldisə də, sən onları tərk etmişdin, bu gün də eyni şəkildə sən tərk edi­lir­sən/cəzalandırılırsan.”                     (Ta Ha/124–126)
  • 165,166O zaman ki, onlar özlərinə xatırladılan şeyləri nəzərə/diqqətə almadılar, Biz o pislikdən çəkindirənləri qurtardıq, o zalımları da haqq yoldan çıxdıqlarına görə şiddətliimkansız edən bir əzabla yaxaladıq. O zaman ki, onlar özlərinə qadağan olunduqları şeylər barəsində böyükböyük danışdılar, Biz də onlara, “aşağılıq meymunlar olun!” dedik. (Əraf/165, 166)

18Və şübhəsiz ki, məscidlər, şübhəsiz, Allah üçündür. Ona görə də Allah ilə birlikdə hər hansı birinə yalvarmayın.

Bu ayə də, Surənin başındakı (اوحى uhiyə) məchul felinin naib–i failidir [sözdə subyektidir]. Buna görə cümlə belə təqdir edilməlidir:

De ki, “Mənə vəhy olundu ki, şübhəsiz ki, məscidlər Allah üçündür. Ona görə də Allah ilə birlikdə hər hansı birinə yalvarmayın.”

Burada Rəbbimiz, insanlar tövhid qaydasından azmasınlar deyə, məscidlərdə necə şirkə bata biləcəklərinə işarə edir və hər kəsi bu hərəkətdən çəkindirir.

Məscidlər

“المساجد əl-məsacid [məscidlər]” sözü “səcdə etmə yeri” mənasındakı “məscid” sözünün cəmidir. Söz burada sadəcə Müsəlman cami və məscidlərini deyil, Xristiyan kilsələri və Yəhudi havraları da daxil olmaqla, Allaha ibadət edilən bütün ibadət yerlərini, Allahı tanıdan bütün təlim, öyrətmə təşkilatlarını əhatə edir.

Əslində, kainat tamamilə səcdə yeri qılındığı üçün, bu sözlə bütün kainatın nəzərdə tutulduğunu düşünmək daha düzgündür. Çünki, Rəbbimiz heç bir yerdə şirk qoşulmamasını, edilən təlim, təhsil və digər qulluq vəzifələrində şirkdən uzaq durulmasını istəyir. Müsəlmanlar, səhv olaraq da olsa, səcdəgah etdikləri cami və məscidlərdə Rəbbimizin bizləri çəkindirdiyi şirk mövzusuna daha da diqqət etməlidirlər.

Məscidlər Allah üçündür

Məscidlərin Allah üçün olması, oralarda sadəcə tövhid təliminin edilməsi gərəkdiyi, Həcc Surəsində fərqli bir ifadə ilə bildirilmişdir:

  • 26–29Və həmçinin Biz bir zamanlar, “Əsla Mənə heç bir şeyi ortaq qoşmado­laş­an­lar, orada haqsızlığa baş qaldıranlar, Allahı birləyənlər, boyun əyib təslimiyyət gös­tə­rənlər üçün evimi tərtəmiz et. Özlərinə aid bəzi mənfəətlərə şahid olmaları və Allahın özlərinə ruzi olaraq verdiyi heyvanlar üzərində, müəyyən günlərdə Onun adını an­maları üçün insanlar arasında ilahiyyat təhsiltəlimi veriləcəyini bildir. Ye­ri­yə­rək və ya yorğun düşmüş miniklər üstündə hər dərin vadini aşaraq sənə gəlsinlər! Sonra kir­lərini aradan qaldırıb təmizlənsinlər. Niyazlarını yerinə yetirsinlər. Keçmiş ev­də/azad evdə/Kəbədə dolaşsınlardeyə, o evin/Kəbənin yerini, İbrahim üçün hazır­la­mış­dıq. Siz də onlardan yeyin və çətinlik çəkən imkansızı doyurun. (Həcc/26– 29)

Allah ilə birlikdə hər hansı birinə yalvarmayın!

Ayənin açıq və konkret hökmünə uyğun olaraq, məscidlərdə sadəcə Allaha dua etmək, sadəcə Allahdan yardım diləmək, yönəlmək belə bir yana dursun, bir başqasının adının belə qətiliklə anılmaması lazımdır.

Ənənəyə əsaslananların çoxu bu ayənin Yəhudi və Xristiyanların Allah ilə birlikdə Musaya, İsaya, Məryəmə də dua etmələrinə aid olduğunu söyləmişlər və ayədəki ismarıcı özlərinə qətiyyən aid etməmişdilər. Lakin, başda peyğəmbərimizin türbələşmiş qəbrinin Mədinədə, dünyanın ikinci böyüklükdəki məscidinin içində olmaqla, bir çox adamın türbələşmiş məzarlarının məscidlərdə olduğunu nəzərə almırlar. Unudurlar ki, saf adamlar bu adamların camilərdə dəfn edilmiş olmalarından təsirlənirlər və bu adamların məzar daşlarına üz sürtüb, onlardan mədəd umurlar. Həmçinin bu adamlar camilərin içində, həm də Qiblə istiqamətində asılı olan Məhəmməd (əs), Əbubəkir, Ömər, Əli, Osman yazılmış tabloların nəyə lazım olduğuna da heç baxmamışlar. Biz, yayılmış bir hərəkət halına gəlməsinə baxmayaraq, Rəbbimizin “Allah ilə birlikdə hər hansı birinə yalvarmayın!” təlimatına uyğun olmadığını düşündüyümüz iki məsələ barədə burada qeyd etməyi vacib hesab edirik. Bu iki məsələ, tahiyyat və türbə mövzularıdır.

Təşəhhüd /Tahiyyat

“ تشهّد Təşəhhüd” sözünün lüğəti mənası “şəhadət gətirmək” deməkdir. Şəhadət gətirməkdən məqsəd, “kəlimə–i şəhadət” deyilən “Əşhədü ən la ilahə illallah və əşhədü ənnə muhammədən abdühü və rasülühü” cümləsinin deyilməsidir.

Termin olaraq “təşəhhüd”, namaz qılarkən “kade” deyilən oturma anlarında, içərisində “kəlimə–i şəhadət” cümləsinin də olduğu “Əttəhıyyatü lillahi vəssalavatü vəttayyibatü …” cümlələrinin oxunmasıdır.

Üzərində durulması gərəkən mövzu, “Əttahiyyatü lillahi və–s salavatü …” deyə başlayıb davam edən və içərisində “kəlimə–i şahadət” yerləşən bu cümlələrin nə mənaya gəlməsidir.

“Tahiyyat” deyilən mətnin mənası budur:

“Tahiyyat [Dil ilə edilən qulluqlar] və salavat [bədən ilə edilən qulluqlar] və tayyibat [mal ilə edilən qulluqlar] Allah üçündür. Ey peyğəmbər! Salam, Allahın rəhməti və bərəkətləri sənin üzərinə olsun! Salam, bizim və Allahın saleh qulları üzərinə olsun. Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. Yenə şəhadət edirəm ki, Məhəmməd Allahın Rəsuludur.”

Bu nöqtədə bir də “namaz”ın nə olduğunu xatırlamaq lazımdır: Namaz, yalnız və yalnız Allaha yönələrək edilən, sadəcə Ona niyaz edilən, bu niyaz da könüldən və bədənlə şüurlu şəkildə ifadə edilən bir ibadətdir. Beləliklə, namaz və niyazda Allahın yanında başqa heç bir şeyə dua edilməz. Allahdan başqa heç bir şey və heç bir kimsə müxatib alınmaz. Təkbirdən salama qədər, namaz içində müxatib sadəcə Allahdır. Peyğəmbər də olsa belə, namaz içində heç kim müxatib alına bilməz, ona səslənilə bilməz. Bütün bunlar, namazın yerinə yetirilməsi üçün məcburi olan məsələlərdəndir. Əslində elə Rəbbimiz də mövzumuz olan 18–ci ayədəki “Allah ilə birlikdə bir başqasına yalvarmayın!” təlimatı ilə çox açıq və konkret olaraq bunları əmr etmişdir.

İşin əslinin və olması lazım gələnin bu olmasına baxmayaraq, namazlarında yuxarıdakı “tahiyyat” mətnini oxuyan Müsəlmanlar, النّبىّ عليك أيّها السّلام Əs–səlamu əleykə əyyühənnəbiyyü [Sənə salam olsun, ey Peyğəmbər!] deməklə namazlarının içində Peyğəmbərimizi müxatib alırlar, sanki, Peyğəmbərimiz qarşılarındaymış kimi ona salam verirlər. Allah hər yerdə və hər zaman hazır və nazir olduğu üçün, hər yerdə və hər zaman Onu anmağımız normaldır. Amma bəs Peyğəmbər? Həmçinin Allah ilə sanki üz–üzə imiş kimi edilən bir dialoqda peyğəmbərin nə işi var?

Hər Müsəlmanın Allaha ən yaxın olduğu bir anda, namazda ikən ən çox diqqət etməsi gərəkən şey, ağzından çıxan sözlərə qarşı diqqətli olmasıdır, nə dediyini, nə oxuduğunu bilməsidir. Bu qayda Ərəb dilində bilən üçün keçərli olduğu kimi, bilməyən üçün də keçərlidir.

Bu günkü kitablarda yer alan “tahiyyat” mətni, hədis kitablarına İbn–i Məsud kanalıyla keçən mətndir. Bu mətn, bəzi əlavələr və dəyişmələrlə birlikdə daha bir çox rəvayətdə yer almışdır. Amma təəssüf ki, hamısında da “Əssəlamü əleykə (Salam sənə ey Peyğəmbər!)” ibarəsi vardır. Bu ibarə, bu rəvayətləri nəql edən ravilərin heç birinin mövzuya tövhid və namazın mənası nöqteyi nəzərindən yaxınlaşmadıqlarını və mövzuya dair istinad təhlili etmədiklərini göstərir.

Bəzi yerlərdə (məsələn, Sünən–i Əbu Davudda) bu ifadə söz fərqlilikləriylə Əs–səlamü alennəbiyyi [Peyğəmbərə salam olsun!] şəklində, Peyğəmbərimizin müxatib olaraq deyil, üçüncü şəxs olaraq anıldığı bir ibarəylə təqdim edilmişdır. Hədis kitablarını şərh edənlər, İbn–i Məsudun rəvayətindəki xitabın peyğəmbər öldükdən sonra dəyişdirildiyini, artıq “Salam sənə” deyərək peyğəmbərə yönəlmədiyini, “Allah Peyğəmbərə səlamət versin” deyildiyini yazmışdılar. Belə ki, bu da “üzrü qəbahətindən böyük” deyilə biləcək bir izahdır. Çünki, namazda “tahiyyat” deyilən ibarənin, kiçik dəyişikliklərlə də olsa, mütləq oxunduğu ifadə edilərkən, əslində hər kəsə namazı öyrədən peyğəmbərimizin də belə namaz qıldığı iddia edilmiş olur.

Bu görüş sahiblərinin fikrincə, namaz özünə fərz olan və ən doğru namazı qıldığından heç kimin şübhə etmədiyi peyğəmbərimiz də namazlarında “peyğəmbərə salam olsun” və ya “Allah peyğəmbərə səlamət versin” deyirmiş. Və bu görüş sahibləri istəyirlər ki, bu məntiqsizliyi hər kəs qəbul etsin. Əslində isə bu hədis kitablarının hamısında “Rəsulullah təşəhhüdü gizli oxuyurdu” deyə yazılır. Bu da o deməkdir ki, heç kimsə peyğəmbərimizin namazda təşəhhüdü necə oxuduğunu eşitməmişdir. Amma bu qaynaqlar bu qeyri–müəyyənliyi bir başqa rəvayətlə müəyyən etməyə çalışmışdılar. Bu qaynaqlara görə, mövzumuz olan təşəhhüd o adamlara güya peyğəmbərimiz tərəfindən, namazdan kənarda öyrədilmişdir.

Bəziləri də “Əttəhiyyatü” mətninə bir başqa rəvayətlə müqəddəslik verməyə çalışmışdılar. Bu uydurma rəvayətə görə “Mirac” hadisəsində Allah ilə peyğəmbərimiz arasında aşağıdakı dialoq keçmişdir:

Peyğəmbərimiz, Allahın hüzuruna çatdıqda salam verir:

– Əttəhiyyatü lillahi vəssalavatü vəttəyyibatü

Allah da peyğəmbərimizə:

– Əssəlamü əleykə eyyühənnəbiyyü və rəhmətüllahi və bərəkatühü

Peyğəmbərimiz sadəcə özünün səlamətlikdə olmasına çox da  razı olmaz:

– Əssəlamü əleyna və əla ibadillahissalihin

Bu mənzərəni izləyən Cəbrayıl və Mələklər də:

– Əşhədü ən la ilahə illallah və əşhədü ənnə Muhammədən abdühü və rasülühü, deyərlər. [17]

Müsəlmanların bu xətası sadəcə namazdakı tahiyyatda qalmamışdır. Cümə günləri  günorta vaxtı, qəndil gecələrində və cənazə elanlarında oxunan “salaa”da da eyni xətalar təkrarlanır.

Hər salaada “Əssalatü vəssəlamü əleykə ya Rəsulillah [Salat və salam sənin üzərinə olsun, ey Allahın Elçisi!]” deməklə, əsrlərlə əvvəl bu dünyadan köçüb getmiş olan peyğəmbərimizə sanki sağ və yanımızda hazırmış kimi səslənilir. Belə etməklə peyğəmbərimizə bəsər olmasından daha üstün bir sifət yaraşdırılıb, yaraşdırılmadığı, bu vəziyyətin insanı şirkə sürükləyib, sürükləmədiyi çox yaxşı düşünülməlidir.

Nəticə olaraq, bu günkü kitablarda yer aldığı kimi təşəhhüd/tahiyyat oxumaq səhvdır və günahdır. Əgər bu sözlər mütləq oxunacaqsa, “əssəlamü əleykə eyyühənnəbiyyü” bölməsi “əssəlamü alennəbiyyi” şəklində dəyişdirilərək oxunmalıdır. Bu barədə bütün Müsəlmanlar, təəssüf ki, xəta içində olan atalarının arxasına sığınmaqdan vaz keçərək, bir–birlərini ağızlarından çıxanları qulaqlarının eşitməsi barəsində xəbərdar etməli və bu şüura dəvət etməlidirlər.

Türbələr

İnsanın bu dünyadakı əsas varlığı ölümü ilə bitər və geriyə sadəcə toz–torpaq olacaq cəsədi qalar. Torpaq olacaq cəsədinin və çürüyərək torpağa qarışacaq vücud maddələrinin heç bir dəyəri yoxdur. Əslində elə insan bədəni də yer üzündəki qiyməti olmayan müxtəlif maddələrin birləşməsindən əmələ gəlmişdir. Ölüm ilə bədəndəki can sona çatdıqda, geriyə qalan cəsəd də çirkinləşir. Belə ki, Maidə Surəsinin 31–ci ayəsində cansız bədən [cəsəd] üçün “səvat [çirkinlik]” sözü işlədilmişdir. Beləliklə, bu çirkinliyin, qoxuyub ətrafa zərər verməməsi üçün, onun ortadan qaldırılması lazımdır. Budur, cəsədin dəfn edilməsi buna görədir. Ölümdən sonra geridə qalan cəsədin maddi və mənəvi hər hansı bir dəyəri olmadığı üçün, təbii olaraq cəsədin içinə qoyulduğu qəbrin də hər hansı bir dəyərinin və ya müqəddəsliyinin olması barədə söhbət belə gedə bilməz.

Çünki İslam dini diriləri xəbərdar etmək üçün vardır, Quran diriləri xəbərdar etmək üçün enmişdir:

  • 69,70Biz Ona şer öyrətmədik. Bu ona heç yaraşmaz da. O, sadəcə diri olanları xəbərdar etmək və kafirlər/Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlər üzərinə Sözün haqq olması üçün bir öyüd və açıq–aşkar bir Qurandır. (Ya Sin/69, 70)

İslamda, işin əsli bu ikən, təəssüf ki, Müsəlmanlar eynilə İslamdan əvvəlki cahil, müşrik kütlələr kimi bəzi şəxslərin qəbirlərinə müqəddəslik vermişlər, bu qəbirləri məbədlərin içində, bitişiyində və ya başqa yerlərdə türbələşdirmişlər.

Müsəlmanların belə bir hərəkət etmələrinin səbəbi, yuxarıda da sözünü etdiyimiz kimi, hədis kitablarında yer alan və peyğəmbərimizin tətbiq etdikləri olduğu iddia edilən bəzi rəvayətlərdir. Əslində isə, eyni hədis kitablarında, peyğəmbərimizin qəbir ziyarətlərini əvvəl qadağan etdiyi və bu qadağanı ancaq cəmiyyətdə tövhid şüurunun inkişaf etdiyini gördüyü zaman, insanların dünyaya olan bağlılığını qıracağı və onlara ölüm sonrasını xatırladacağı düşüncəsiylə qaldırdığı da yazılmışdır.

Bu halda, bəzəkli qəbir maraqlısı olan və bu meyllərini peyğəmbərimizə isnad edilən rəvayətlərdən aldıqlarını söyləyənlərin, peyğəmbərimizin qoyduğu qəbir ziyarəti qadağasını hansı səbəblə qaldırdığını anladan rəvayətlərdən xəbəri olmadığı ortaya çıxır. Çünki, bu rəvayətlərdə, qəbir ziyarəti qadağasının qalxması, bu ziyarətlərin insanlara ibrət olub, dərs verməsi xüsusiyyətinə dayandırılmışdır. Buna görə, bütün məzarların qadağanın qalxma səbəbinə uyğun olaraq ibrət verən bir quruluşda olmaları lazımdır. Qəbirlərin bu məqsədə xidmət edə bilməsi ancaq sadə və bəzəkdüzəksiz görünmələri ilə mümkündür. Beton və mərmərdən düzəldilmiş təntənəli qəbirlər insanlara dərs və ibrət duyğusu vermədiklərindən, müəllifə görə, məkruh sayılmalıdırlar.

Qurana uymayan bir mövzuda tövhid qaydasına zidd davranışları peyğəmbərimizə isnad edilən rəvayətlərlə izah edən, buna qarşılıq yuxarıda bəhs etdiyimiz qəbir qadağası və bu qadağanın qaldırılmasına dair rəvayətlərdə isə özlərini görməməzliyə qoyan bəziləri, bu səhvi zaman içində həddi aşmaq səviyyəsinə çatdırmışdılar.

Ölkəmizdə olduğu kimi, digər ölkələrdə də yüzlərlə nümunəsi olan bu zehniyyət, minlərlə il əvvəl yaşamış şəxslərə qəbirlər təsis etmiş, bu qəbirlərin yanına məscidlər/camilər inşa etməklə, bu adamları və məzarlarını müqəddəsləşdirmiş, hətta bəzi qəbirləri qızılla örtmüşdür. Bəzi adamlar isə məscidin/caminin içinə və ya kənarına dəfn edilərək “övliya” deyə vəsfləndirilmişdir. Təəssüf ki, cahil kütlələr bu məzarlarda yatdığı qəbul edilən adamları Allah ilə aralarında şəfaətçi etməklə, o məzarlara üz sürtür, orada yatanlardan mədəd umur, beləliklə imanlarını kirlədirlər. Belə hərəkət edənlər və bu hərəkətləri təqdir edənlər özlərinə, istinad olaraq, yenə uydurulmuş hədisləri göstərirlər. Bu hədislər arasında yer alan və peyğəmbərimizin qəbirləri özlərinə məscid qəbul edən Yəhudi və Xristiyanlara lənət etdiyinə dair olan bir hədisi [18] isə heç nəzərə almırlar. Nəzərə alanlar isə hədisi əsas mövzusunda deyil, başqa mövzuda nəzərə almışlar. Peyğəmbərimiz xəstə olduqda, üzərindəki yorğanı üzünə açıb–örtdüyünə görə, “yorğan örtməyin bir problem olmayacağı”na istinad olaraq ələ almışdılar.

Bizə görə, dinlə heç əlaqəsi olmayan tətbiqatlara din örtüyü geydirənlərin nəzərə almaları gərəkən bir digər hədisə [19] görə peyğəmbərimiz, Həbəşistanda, içində təsvirlər yerləşən bir kilsə ilə əlaqədar olaraq belə demişdir: “Budur onlar qiyamət günündə Allah qatında xalqın ən şərliləridir.” Amma mənzərəyə baxdıqda, Allahın göndərdiyi bələdçi əvəzinə, hədis adıyla uydurulmuş rəvayətlərə sarılanların, sərf eləmədiyi zaman bu rəvayətlərə də qulaq asmadıqları görünür.

Biz, məscid/cami içlərində və ya kənarlarında yerləşən qəbir və türbələrin tövhidi zədələyən hərəkətlərə səbəb olduğunu düşünürük. İstər peyğəmbərimizin qəbrini, istərsə xalq arasında “övliya” olaraq şöhrət tapmış adamların məzarlarını ziyarət edərək, Allahdan bu adamlar hörmətinə kömək istəmək, bu adamların şəfaətini ummaq, İslama görə şirk olan hərəkətlərdir. Buna görə də, məscidlərin qəbirlərdən uzaqlaşdırılması, ya da qəbirlərin məscid kənarlarından uzaqlara köçürülməsi lazımdır.

Hər barədə olduğu kimi qəbirlər və ölülər mövzusunda da bizi fəlakətdən [şirkdən] qurtaracaq məlumatlar Rəbbimiz tərəfindən Quranda verilmişdir:

  • 20,21Və onların Allahın yaratdıqlarından yalvardıqları şeylər hər hansı bir şey əmələ gətirə bilməzlər, özləri əmələ gətirilmişlərdir, ölülərdir, diri deyildirlər. Nə zaman diriləcəklərini də bilə bilməzlər. (Nəhl/20, 21)
  • 13,14Allah, gecəni gündüzə qatır, gündüzü də gecəyə qatır. Günəşi və ayı insanlığın faydalanacağı quruluş və fəaliyyət halında yaratmışdır. Hamısı müəyyən olunmuş bir müddət üçün axıb gedir. Bax budur, bu mülk Özünün olan sizin Rəbbiniz Allahdır. Onun yaratdığı sərvətlərdən yalvardıqlarınız bir xurma çəyirdəyinin pərdə­si­nə belə sahib ola bilməzlər. Onları çağırarsanız, onlar çağırışınızı eşitməzlər, eşit­sə­lər belə, sizə cavab verə bilməzlər, qiyamət günü də ortaq qoşduğunuzu qəbul et­məzlər. Sənə hər şeydən xəbərdar olan Allah kimi heç kimsə xəbər verə bilməz. (Fatir/13, 14)
  • 22 Ölülərlə dirilər də eyni olmaz. Şübhəsiz Allah, hər dilədiyinə/diləyənə eşitdirir. Sən isə qəbirlərdəkinə eşitdirə bilməzsən. 23Sən sadəcə bir xəbərdar edənsən. (Fatir/22, 23)

19Və bu bir gerçəkdir ki, Allahın qulu–Peyğəmbər Ona çağıraraq ayağa qalxdığı/hərəkətə keçdiyi zaman o əcnəbilərdən bir qrup Onun çevrəsində az qala bir–birinə keçəcəydilər.

Bir əvvəlki ayə kimi bu ayə də surənin başındakı “uhıyə” felinin naib–i failidir. Cümlə belə təqdir edilməlidir:

De ki, “Mənə vəhy olundu ki, bu bir həqiqətdir ki, Allahın qulu [Peyğəmbər] Ona çağıraraq fəaliyyətə başladığı/hərəkətə keçdiyi zaman onlar [Cinlərdən bir qrup] onun ətrafında az qala bir keçə kimi olacaqdılar.”

Bu ayəni doğru anlamaq, “ كاد يكونون kadə yəkununə [az qala olacaqdılar]” ifadəsi ilə bildirilən hərəkəti kimin etdiyini doğru təsbit etməyə bağlıdır. Bizə görə bu felin gizli mübtədası, surənin başında zikr edilmiş olan “Cinlərdən bir qrup”dur. Bu halda ayədən peyğəmbərimizə bu məlumatın vəhy edildiyi anlaşılır: Quranı dinləmiş, anlamış və iman etmiş olaraq ölkələrinə dönən “Cin” [əcnəbilər] qrupu, bu vəhyi özlərinə təbliğ edən peyğəmbərimizin Allaha dəvət edərək hərəkətə keçməsi halında onun ətrafında keçə kimi keçələşəcəklər və ona kömək edəcəklər. Belə ki, ayədə bildirilənlər eynilə reallaşmış və bu bir ovuc əcnəbi, daha sonra Ənsar deyə anılan hörmətli səhabələr olmuşdular.

Ayədə keçən və mübtədası peyğəmbərimiz olan “ قام qamə” feli “qalxmaq” deməkdir. Amma bu qalxmaq “oturarkən ayağa qalxmaq” və ya “namazda ayaq üstdə durmaq” mənasında olmayıb, “qiyam etmək, haqsızlığa baş qaldırmaq” mənasındadır. Həqiqətdə də peyğəmbərimiz ayədəki “qamə” sözünün “qiyam” mənasına uyğun bir şəkildə haqsızlığa baş qaldırmış və Kəbəni haqsızlığa baş qaldırma mərkəzi etmişdir.

Bu “baş qaldırmaq” ifadəsi “Əshab–i Kəhf” üçün də işlədilmişdir:

  • 14,15Və Biz onlar qalxaraq: “Bizim Rəbbimiz, göylərin və yerin Rəbbidir. Biz, Onun yaratdıqlarına ilah olaraq yalvarmarıq, yoxsa qətiliklə axmaq–axmaq danışmış olarıq. Bunlar, Allahın yaratdıqlarından ilahlar qəbul edən bizim cəmiyyətimizdir. Qəbul etdikləri ilahlara dair açıq bir dəlil gətirsəydilər də! Allaha qarşı yalan uydurandan daha səhv davranan, öz zərərlərinə iş edən kim ola bilər?” dediklərində onların qəlblərini sağlamlaşdırdıq. (Kəhf/14,15)

20De ki: “Mən, tam yəqinliklə bilin ki, Rəbbimə dua edərəm və heç bir şeyi də Ona ortaq qoşmaram.”

21De ki: “Şübhəsiz Mən, sizi bir zərərə və yaxşılığa, pisliyə, gözəlliyə, doğruya aparmağa güc yetirə bilmərəm.”

Bu ayələrlə insanlara bir tövhid dərsi verilir. Belə ki, Peyğəmbərimizin kimsəyə bir zərər verməyə və ya haqq yolda hərəkət etdirməyə gücü çatmayacağı, yəni adamların zərərə uğramalarında, yaxud yaxşılığa rast olmalarında peyğəmbərimizin bir rolunun olmadığı, bilavasitə peyğəmbərimizin dilindən deyilir. Göründüyü kimi, insanları doğruya bələdçiləmək elçiyə aid olan bir öhdəlik deyildir. Bu öhdəlik elçinin gətirdiyi ismarıca aiddir.

22,23De ki, “Doğrusu budur ki, məni Allahdan, Allahdan olan təbliğlər və Onun elçiliyi vəzi­fə­lə­rindən başqa, heç bir kimsə heç bir zaman qurtara bilməz. Mən Onun yaratdığı sərvətlərdən bir sığınacaq da heç bir zaman tapa bilmərəm. Artıq kim Allaha və Onun Elçisinə qarşı çıxarsa, onun üçün cəhənnəm atəşi vardır. Onlar orada sonsuz olaraq qalacaqlar.

Klassik qaynaqların hamısı da Məkkəli imkanlıların tövhid çağırışı edən peyğəmbərimizin yanına gəldikləri və ona “Sən böyük və riskli bir işə başladın, beləliklə hər kəsin düşmənçiliyini qazandın. Gəl bu işdən əl çək! Biz sənə həm kömək edərik, həm də səni qoruyarıq” dediklərini qeyd etmişdilər. Yuxarıdakı ayələr Məkkə müşriklərinin bu təkliflərindən sonra enmişdir.

Peyğəmbərimizin elçilik [təbliğ və təbyin] vəzifələrini yerinə yetirməkdən başqa bir rolunun olmadığı və ancaq bu vəzifəni icra etdiyi təqdirdə, özünü qurtara biləcəyi yönündəki ifadə, peyğəmbərimizin kimsəyə zərər və haqq yolunda fəaliyyət göstərməyə gücü çatmayacağını bildirən 21–ci ayədəki ifadənin qüvvətləndirilməsi mahiyyətindədir.

23–cü ayədə Allahın yaratdıqlarından bir sığınacaq tapa bilməyəcəyi bildirilərək, tövhid qaydası vurğulandıqdan sonra, Allah və elçisinə qarşı çıxanların əbədi olaraq qalmaq üçün cəhənnəmə göndəriləcəkləri bildirilmişdır.

“Allahın və elçisinin əleyhinə çıxmaq” ifadəsindən “ لممləməm” deyilən bəsit xətalar və bilmədən işlənmiş günahlar başa düşülməməlidir. Bu ifadə ilə nəzərdə tutulan, “Allaha və elçisinə döyüş açmaq”dır. Əslində elə Allaha və elçisinə qarşı çıxmağa uyğun görülən cəza da, əfv edilməməyi bildirilən şirk və küfr günahlarına veriləcək cəza ilə eynidır. Bu cəza “cəhənnəm atəşi” və “cəhənnəmdə əbədi olaraq qalmaq”dır.

24Sonunda təhdid edildikləri şeyi gördükləri zaman, kimin köməkçi sarıdan ən zəif və sayca da daha az olduğunu dərhal biləcəklər.

Bu ayə, Allahın elçisinə “Gəl bu davadan əl çək!” şəklində üstü qapalı təhdidlər yağdıran Məkkə imkanlılarına bir xəbərdarlıq ismarıcıdır. Təhdid edildikləri şeyi gördükləri zaman, köməkçi yönündən kimin ən zəif və sayca daha az olduğunu dərhal biləcəklər, amma iş işdən keçmiş olacaqdır. Mallarının, əsgərlərinin və ətraflarının heç bir faydası olmayacaqdır.

Burada, müşriklərin sadəcə axirətdəki cəza ilə təhdid edildiklərini düşünmək, bizə görə ismarıcın əskik anlaşılması deməkdir. Onların bu dünyada qarşılaşacaqları məğlubiyyətlər, rüsvayçılıqlar da bu təhdid əhatəsindədır. Belə ki, bu inkarçılar Bədir döyüşündə sayları və imkanları etibariylə özlərindən qat–qat az olan Müsəlmanlar qarşısında məğlub olmuşdular.

25–28De ki, “Mən bilmirəm ki, o təhdid olunduğunuz şey yaxındırmı, yoxsa Rəbbim onu uzun bir müddət təxirə salacaq. Rəbbim, bütün görünməyəni, eşidilməyəni, se­çil­məyəni, keçmişi, gələcəyi biləndir. Həm də elçilərdən seçib, məmnun olduqları istisna olmaqla, göstərmədiyinə, eşitdirmədiyinə, seçdirmədiyinə, keçmişə, gələcəyə heç kəsi bilik sahibi etməz. Çünki O, Rəbblərinin göndərdiklərini lazım olduğu kimi təbliğ etdiklərini bilmək üçün, onun hər tərəfındən nəzarətçilər sa­lar. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də sayı ilə say­mışdır.”

Bu ayə qrupunda tövhid qaydaları ön planda olmaqla, Allah–elçi–vəhy əlaqəsindən söz açılmış, həmçinin qeybə aid məlumatların Allah qatında olduğu, Allahın bu məlumatlardan bəzilərini ancaq özü seçdiyi və məmnun olduğu elçilərinə vəhy edərək öyrətdiyi izah edilir. Həmçinin izah edilir ki, bundan başqa heç kim qeybə dair heç bir şey bilə bilməyəcək və Allah həm vəhyini, həm də elçilərini qoruyur.

Ayrı bir nəcm olan bu ayə qrupu, “De ki” ifadəsiylə başladığı üçün, o tarixdə yaşanmış bir hadisəyə cavab xüsusiyyətindədir. Klassik qaynaqlarda yer aldığına görə, haqqında bəhs edilən hadisə, 22–ci və 23–cü ayələrin təbliğindən sonra Məkkə irəli gələnlərindən Nadr b. Əl–Harisin peyğəmbərimizin yanına gələrək tərbiyəsizcə:– “Bu, bizi təhdid etdiyin şey nə zaman gələcək?” deyə soruşmasıdır. Nadr, yönəltdiyi sualla bu təhdidlərə inanmadığını və inanmayacağını bildirərək bir baxıma vəhyə meydan oxumağa cəhd etmişdir. Bu ayə qrupunun “O təhdid olunduğunuz …” deyə başlamasının səbəbi, klassik qaynaqlarda bu hadisə ilə izah edilmişdir.

Bu ayənin bir bənzəri də Ənbiya Surəsində yer almışdır:

  • 109–111Buna baxmayaraq, əgər üz çevirərlərsə: “Sizə dosdoğru/eyni/bitərəf olaraq açıqladım və təhdid olunduğunuz şey yaxınmı, uzaqmı bilmirəm. Şübhəsiz Allah, sözdən açığa çıxarılanı bilir, gizlətdiyiniz şeyləri də bilir. Və “Bəlkə, bu gecikmə sizi sınamaq və bir müddətə qədər faydalandırmaq üçündür”, “Mən bilmirəm” de.                (Ənbiya/109–111)

Allahın razı olduğu peyğəmbərlərə “qeyb”i bildirməsi:

Rəbbimizin bəzi qeyb xəbərlərini, seçdiyi və özlərindən razı olduğu elçilərə bildirəcəyi bu ayələrdən başqa ayələrdə də bildirilmişdir:

  • 179Allah, murdar olanı təmiz olandan ayırd edənə qədər möminləri, sizin üzərində olduğunuz şey üzərində buraxan deyildir. Allah sizləri görünməyən, eşidilməyən, seçilməyən, keçmiş, gələcək barəsində biliklənən biri edən də deyildir. Lakin Allah, elçilərindən dilədiyini seçər. Belə isə, Allaha və Elçisinə iman edin. Və əgər iman edər və Allahın qoruması altına girərsinizsə, bax budur, o zaman sizin üçün çox böyük bir qarşılıq vardır. (Al–i İmran/179)
  • 86,87Yaqub dedi ki: “Mən, içimi doldurub daşan həsrətimi, kədərimi Allaha şikayət edirəm. Və mən Allah tərəfındən sizin bilmədiyiniz şeyləri bilirəm. Ey oğullarım! Gedin və Yusifi və qardaşını axtarın. Allahın verəcəyi fərəhdən ümid kəsməyin, tam yəqinliklə bilin ki, kafirlər/Allahın ilahlığını və rəbbli­yi­ni bilərək rədd edənlər cəmiyyətindən başqası Allahın verəcəyi fərəhdən ümid kəsməz.” (Yusif/86, 87)

Uca Allah Mədinədə baş verən söhbətləri necə bu surədə peyğəmbərimizə vəhy edərək bildirmişdisə, dilədiyi bəzi qeyb xəbərlərini də elçilərinə o şəkildə vəhy edərək bildirmişdir. Rəbbimizin bildirdiyi bu xəbərlər, elçilərin daha əvvəl bilmədiyi xəbərlərdir. Elçilər də vəzifələrinə uyğun olaraq, özlərinə vəhy edilən xəbərləri Allahın ismarıcı olaraq insanlığa çatdırırlar.

Quranda bunun belə olduğunu göstərən daha bir çox ayə vardır:

  • 44Bax budur, bu, dərk etmək imkanının olmadığı, keçmişin mühüm xəbərlərindən sənə vəhy etdiklərimizdir. Və Məryəmə hansı kəfil olacağına ləmlərini atarlarkən, sən yanlarında deyildin. Onlar mübahisə edərkən də sən yanlarında deyildin. (Al–i İmran/44)
  • 49Bax budur, Nuh ilə əlaqədar anladılanlar, sənə vəhy etdiyimiz görünməyənin, eşi­dil­məyənin, seçilməyənin xəbərlərindəndir. Bunları sən və cəmiyyətin bundan əv­vəl bilmirdiniz. Bu halda səbr et. Şübhəsiz, aqibət, Allahın qoruması altına gir­ənlərindir. (Hud/49)
  • 102Bax budur, bu, sənə vəhy etdiyimiz görmədiyinin, eşitmədiyinin, bilmədiyinin xəbərlərindəndir. Yoxsa onlar, edəcəklərinə qərar verib, pis plan qurarkən, sən onların yanında deyildin. (Yusif/102)
  • 44Və Musaya o əmri gerçəkləşdirdiyimiz zaman sən qərb tərəfdə deyildin. Hazır olan­lardan, görənlərdən də deyildin.
  • 45Amma Biz necə nəsillər var etdik ki, onların ömürləri uzandıqca uzandı. Sən on­la­ra ayələrimizi oxuyaraq, Mədyən xalqı arasında olanlardan da deyildin/Lakin Biz elçi göndərənlərik.
  • 46,47Və Biz, səsləndiyimiz zaman, Turun yanında da deyildin. Əksinə, səndən əvvəl öz­lərinə xəbərdar edən/peyğəmbər gəlməyən bir cəmiyyəti xəbərdar etməyin üçün və öz əllərinin etdikləri ucbatından başlarına bir şər gəldikdə, dərhal, “Rəb­bi­miz! Nə olardı bizə bir peyğəmbər göndərsəydin, ayələrinə tabe olsaq və Mö­min­lər­dən olsaqdeyə bilməsinlər, onlar öyüd alsınlar deyə, Rəbbindən bir mərhəmət ola­raqorada olubkeçənləri sənə bildirdik, səni elçi olaraq göndərdik.                                    (Qasas/44–47)
  • 49–51Və Onu İsrailoğullarına –“Bu bir reallıqdır ki, Mən sizə Rəbbinizdən bir əlamət /nümunə gətirdim/nümunə ilə gəldim. Şübhəsiz mən, sizin üçün, palçıqdan/gildən/keramikadan quş şəkli kimi bir şey–“buhurdan (tüstülük”) düzəldərəm. Sonra onun içinə üflərəmaerozol əmələ gətirərəm və Allahın izni ilə xəstəlik törədən şeylər quş olar/uçar gedər. Mən, koru və alaca xəstəliyi olanı yaxşılaşdırır, sosial ölüləri Allahın izni ilə dirildərəm. Yeməklərinizi və evlərinizdə çölə atacaqlarınızı–yığıb sonra yeyəcək­lərinizi sizə xəbər verərəm. Əgər inananlarsanızsa, bunda sizin üçün qətiliklə bir əlamət/nümunə vardır. Tövratdan sadəcə İncildə yer alanları doğru­la­yanam. Sizə qadağa olunmış olanların bir qismini sərbəst edəcəyəm. Rəbbinizdən bir əla­mət/nümunə də gətirdim sizə. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Şübhəsiz Allah, mənim Rəbbimdir və sizin Rəbbinizdir. Onun üçün Ona qulluq edin! Bax budur, bu, doğru yoldur deyə bir elçi edəcəkdemişdilər.      (Al–i İmran/49–51)

Allahın, razı olduğu elçilərinə gələcəkdəki hadisələrin görüntülərini görmək və bu görüntüləri təvil etmək, fərqliliyi verməklə də qeybi bildirdiyinə dair nümunələr də vardır. Məsələn, Uca Allah Yusif peyğəmbərə “Əhadisin təvilini” öyrətmiş, Yusif peyğəmbər də bu sayədə zindan yoldaşlarının gördükləri görüntüləri və hökmdarın gördüyü görüntünü doğru açıqlamışdır. Başqa bir ifadə ilə Yusif peyğəmbər, Allahın özünə öyrətdikləri ilə gələcəyə aid görüntüləri təvil etmiş və o görüntülərin nələri ifadə etdiyini bilmişdir. Bu hadisələrin təfərrüatları Yusif Surəsinin 36–49–cu ayələrindədir.

Allahın gələcəyə aid görüntüləri göstərməklə qeybdən məlumat verməsinin bir nümunəsi də peyğəmbərimizlə əlaqədardır. Fəth Surəsinin 27–ci ayəsindən aydın olur ki, Rəbbimiz, Məkkəni fəth edəcəyinin görüntülərini peyğəmbərimizə əvvəldən göstərmişdir.

Beləliklə peyğəmbərimiz, qeyb xəbəri mahiyyətində olan bu görüntülər sayəsində fəthi əvvəldən bilmişdir:

  • 27And olsun ki, Allah, Elçisinə o görüntünü –“Siz, Allah dilərsə qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış olaraq, qorxmadan Məscid–i Harama girəcəksiniz” görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah, sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı. (Fəth/27)

Allahın Qurandakı bu izahlarına baxmayaraq, bəzi qafillər peyğəmbərimizin “qeyb”i bildiyinə dair kitablar yazmışlar, bəziləri də yazılan kitablardan seçmələr etmişdilər. Amma yuxarıdakı ayələrlə də sabitdir ki, Quranda bildirilənlərdən başqa peyğəmbərimizə şamil edilən “qeyb”i bilmə xəbərlərinin hamısı yalan və uydurmadır.

Allahın ismarıcında yer alan bu qədər ayəyə baxmayaraq, hələ peyğəmbərimizin qeybi bildiyini iddia edən və bu əsilsiz iddiaya inanan insanlar, fikrimizcə ya Quran oxumamışdılar və ya oxuduqları halda, yuxarıdakı ayələrə etibar etmirlər. Bu insanlar Allahın bəhs etdiyi və insan olma fərqliliyinin yeganə göstəricişi olan ağıllarını bir az işlətsələr, Allahın cəhənnəm vədinə müxatib olmaqdan asanlıqla qurtula bilərlər.

Peyğəmbərimizin qeybi bilmədiyinə dair geniş izah və nümunələr ehtiva edən bir təhlilimiz, Əraf Surəsinin sonunda “Qeybə Dair” başlığıyla əlavə olaraq verilmişdir. Bu yazının təkrar oxunması faydalı olar.

25–28–ci ayələr qrupundakı “Çünki O, Rəblərinin göndərdiklərini lazımi kimi təbliğ etdiklərini bilsin deyə, onun hər tərəfindən nəzarət edənlər salar. O, onların yanında olan hər şeyi əhatə etmişdir, hər şeyi də sayı ilə saymışdır” ifadəsiylə, Allahın əmr və vəhyləri əhatə etdiyi, Onun elmindən kənarda heç bir şeyin olmadığı açıqlanmışdır.

Bu xüsus Ənam Surəsində daha geniş olaraq verilmişdır:

  • 59Görünməyənin, eşidilməyənin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kim onları bilməz. Quruda və dənizdə olanları da bilir O. O bil­mədən bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıqaşkar bir kitabda olmasın. (Ənam/59)

Allahın vəhyini və elçisini qoruması məsələsi də müxtəlif zamanlarda müxtəlif ifadələrlə təkrarlanmışdır:

  • 9Heç şübhəsiz, Biz, o Öyüdü– Quranı Biz endirdik, Biz. Və tam yəqinliklə bilin ki, Biz, onu qoruyanlarıq.                         (Hicr/9)
  • 67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz Allah, kafirlərzünün ilahlığını və rəbbliyini bilərək rədd edənlər cəmiyyətinə bələdçilik etməz.                                                            (Maidə/67)
  • 44–47Əgər Elçi/Məhəmməd, bəzi sözləri Bizim sözlərimiz olaraq irəli sürsəydi, qətiliklə Ondan bütün gücünü alardıq. Sonra ondan can damarını qətiliklə kəsərdik. Artıq sizdən heç biriniz ona sipər də ola bilməzdiniz.                        (Haqqah/44–47)
  • 52–54Və Biz, səndən əvvəl heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman, şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah, şeytanınblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah, şeytanın buraxdığını, qəlblərində xəstəlik olan/zehnyyəti pozulmuş və qəlbləri çox qatı olanları dindən çıxarmaq üçün, şübhəsiz şərik qoşaraq səhvz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər, özlərinə bilik verilmiş olanlar, Quranın, şübhəsiz, Rəbbindən gələn bir həqiqət olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah, çox yaxşı biləndir, ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz Allah, iman edənləri dosdoğru yola bələdçiləyəndir.               (Həcc/52– 54)

 

İstifadə olunmuş ədəbiyyat:

[1] İbn Hişâm, Sîre, II, 70 vd.; İbn Sa’d, Tabakât, I, 217 vd.

[2] İslam Ansiklopedisi, Akabe Bey’atleri Mad.

[3] Lisanü’l Arab; c.8, s.645. nfr mad.

[4] RAZİ ve diğerleri.

[5] Kurtubi, Ahkaf; 29. ayet açıklamaları

[6] Müslim, Tirmizi ve Ebu Davud; Cinn gecesi hadisleri)..[7] Lisanü’l Arab; c.4, s.148-149. rşd mad.

[8] Lisanü’l Arab; c.5,s.113. ştt Mad.

[9] Razi; Mefatihu’l Gayb, Kurtubi; el Camiu li Ahkami’l Kur’an.

[10] “Zann” konusu için Bkz: İşte Kur’an; ??????

[11] M. Hamidullah; Aziz Kur’an, Cinn Suresi, 9. ayetin dipnotundan.

[12] Razi; Mefatihu’l-Gayb.

[13] Lisanü’l Arab; c.8, s.125 lms mad.

[14] Lisanü’l Arab; c.7, s.259 kdd mad.

[15] Razi; Mefatihu’l-Gayb.

[16] Lisanü’l-Arab; c: 5, s:331-333.

[17] İlk dönemde hiçbir kaynakta ciddi bir nakil olmamasına rağmen daha sonraları, -başta tarikatlar tarafından olmak üzere- malumat adı altında dilden dile dolaşan yakıştırmalar üretilmiş, bu yakıştırmalar son dönemdeki belirli eserlerde de yer almıştır. Örneğin: Said Nursi, Şualar, 6. Şua; Muhammed Hamidullah, İslam Peygamberi, Miraç ile ilgili ayrıntılar, 253. paragraf; İsmail Hakkı Bursevi, Ruhu’l_Beyan, c:5, s:121.

[18] Buhari/Kitabü’l-Libas, 19. Bab, 33 numaralı; Kitabü’l-Cenaiz, 61. Bab 86 numaralı ve 96. Bab 144 numaralı hadis.

[19] Sahih-i Buhari, Kitabü-s Salat, 48. Bab’ta yer alan 74 numaralı hadis.