Adını 9-cu ayədəki الجمعة [əl-cumua] sözündən alan surənin, Mədinədə 110-cu sırada endiyi qəbul edilir. Ayələrdə göndərmə edilən mövzulara görə ilk 8 ayənin, hicri 7-ci ildə ayənin ehtimal ki, Heybər fəthində, yaxud bir az sonra nazil olduğu, son 3 ayənin də hicrətdən qısa bir zaman sonra nazil olduğu söylənə bilər.
Bu surə ilk öncə Allahın sübhan olması; kainatdakı hər varlığın, Allahın əskikliklərdən münəzzəh olduğunu bildirdiklərinin bəyanıyla başlayır, ardından peyğəmbərlərin sonuncusu Muhəmmədin peyğəmbər olaraq göndərilməsi, Yəhudilərin tutarsızlıkları və aşağılıq mövqeləri açıqlanır, sonra da haqq dinin olmazsa olmazı olan salaat və salaatın iqaməsindən bəhs edilir.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
TƏRCÜMƏ:
MƏDİNƏ DÖVRÜ
Nəcm: 662
1Göylərdə və yer üzündə olanlar kainatın hökmdarı, tərtəmiz, hər cür pislik və əskiklikdən uzaq olan, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahı nöqsan sifətlərdən arındırırlar.
2,3O, Anaşəhərlilər/Məkkəlilər içində özlərindən olan və Anaşəhərlilərə və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
4Elçi göndərmək Allahın dilədiyi insanlara verdiyi ərməğanıdır. Və Allah böyük ərməğan sahibidir.
(110/62, Cumuə/1–4)
Nəcm: 663
5Özlərinə Tövrat yüklədilib və sonra onu daşımayan insanların vəziyyəti, kitablar daşıyan eşşəyin vəziyyəti kimidir. Allahın ayələrini yalan sayan qövmün örnəyi nə pisdir! Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmünə doğru yolu göstərməz.
6De ki: “Ey yəhudiləşmiş insanlar! Əgər insanlar arasında yalnız özünüzün Allahın yaxınları/köməkçiləri olduğuna inanırsınızsa, əgər doğru insanlarınızsa, dərhal ölümü istəyin”.
7Halbuki, onlar əllərinin öndən göndərdiyi şeylər/etdikləri günahlar üzündən, ölümü qətiyyən istəməzlər. Və Allah səhv/öz zərərlərinə iş edənləri çox yaxşı biləndir.
8De ki: “Şübhəsiz, sizin özündən qaçdığınız ölüm, qətiliklə sizə qovuşacaqdır. Sonra görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və qəbul edilə bilən hər şeyi bilənə döndəriləcəksiniz. O, sizə etmiş olduğunuz şeyləri xəbər verəcəkdir”.
(110/62, Cumuə/5–8)
Nəcm: 664
9Ey iman edənlər! Toplantı günü salaat üçün səslənildiyi zaman Allahın anılmasına dərhal qaçın, alış-verişi buraxın. Əgər bilirsinizsə, bax budur, bu sizin üçün daha xeyirlidir.
10Sonra da salaat həyata keçirildiyində, dərhal yer üzünə dağılın və Allahın ərməğanlarından arayın. Və zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı çox anın.
(110/62, Cumuə/9–10)
Nəcm: 665
11Və onlar bir ticarət və əyləncə gördükləri zaman ona getdilər və səni ayaq üstdə qoydular. De ki: “Allahın yanında olan şeylər əyləncədən və ticarətdən xeyirlidir. Və Allah ruzi verənlərin ən xeyirlisidir”.
(110/62, Cumuə/11)
TƏHLİL:
1Göylərdə və yer üzündə olanlar kainatın hökmdarı, tərtəmiz, hər cür pislik və əskiklikdən uzaq olan, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdıran Allahı nöqsan sifətlərdən arındırırlar.
2,3O, Anaşəhərlilər/Məkkəlilər içində özlərindən olan və Anaşəhərlilərə və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.
4Elçi göndərmək Allahın dilədiyi insanlara verdiyi ərməğanıdır. Və Allah böyük ərməğan sahibidir.
Surənin girişini təşkil edən “Göylərdə və yer üzündə olan şeylər məlik, kuddus, əziz və hakim Allahı təsbih edirlər. O, Ümmilər [Anaşəhərlilər] içində özlərindən olan, onlara [Anaşəhərlilərə] və hələ onlara qatılmamış olan başqalarına Allahın ayələrini oxuyan, onları arındıran, onlara kitabı və hikməti öyrədən bir elçi göndərəndir. Onlar öncədən açıq-aşkar bir pozğunluq içində olsalar da! Və O, əzizdir, hakimdir. Bu [elçi göndərilməsi] Allahın dilədiyi adama verdiyi lütfüdür. Və Allah böyük lütf sahibidir” paraqrafıyla Allah Özünü və Elçisini tanıtdırır.
Buradakı Ümmilər ifadəsi “Anaşəhərlilər” demək olub, bununla “Məkkəlilər” qəsd edilir. Məkkəyə “əl-Ümm” (əsli, ümmül-kuradır) deyilməsiylə əlaqədar geniş açıqlama etmişdik. [1]
Ayədəki “və hələ onlara qatılmamış olan başqalarına” ifadəsiylə də Rəsulullahdan sonrakı insanlar qəsd edilir. Çünki Rəsulullahın elçiliyi, müəyyən bir zaman, məkan/coğrafiya və insanlarla məhdud olmayıb, dünyəvidir:
- 156,157Allah dedi ki: “Mənim əzabım var; onu dilədiyimə toxunduraram, mərhəmətim də var; o isə hər şeyi əhatə etmişdir. Onu da xüsusilə Allahın qoruması altına girənlərə, zəkatını/vergisini verənlərə və ayələrimizə inananlara; onlara yaxşılığı əmr edən və onları pisliklərdən çəkindirən, təmiz və xoş şeyləri onlara sərbəstləşdirən, kirli, naqis və pis şeyləri də onlara qadağan edən, bellərindən ağır yükləri, üzərlərindəki bağları və zəncirləri endirən, yanlarındakı Tövrat və İncildə yazılmış olduğunu görəcəkləri Ana şəhərli/Məkkəli Peyğəmbər, o Elçiyə uyanlara yazacağam. O halda, ona iman edən, ona qətiyyətlə hörmət göstərən, ona köməkçi olan və onunla birlikdə endirilən nuru izləyən kəslər var ha, bax budur, məhz onlar qurtuluşa çatanlardır”.
- 158De ki: “Ey insanlar! Şübhəsiz ki, mən göylərin və yerin mülkü Özünün olan, Özündən başqa heç bir tanrı olmayan, həm dirildən, həm də öldürən Allahın, sizə – hamınıza göndərdiyi elçiyəm. O halda bələdçiləndiyiniz doğru yolu tapmağınız üçün Allaha və Onun sözlərinə iman edən, Ümmi/Ana şəhərli/Məkkəli Peyğəmbər olan Elçisinə iman edin və ona itaət edin”. (Əraf/156-158)
- 19De ki: “Şahidlik baxımından hansı daha böyükdür?” De ki: “Mənimlə sizin aranızda Allah şahiddir. Və sizi və çatan hər kəsi özü ilə xəbərdar etməyim üçün mənə bu Quran vəhy olundu. Doğrudanmı sən şəhadət verirsən ki, Allahla yanaşı başqa tanrılar da vardır?” De ki: “Mən etmərəm”. De ki: “O, ancaq və ancaq bir tək Tanrıdır və tam yəqin bilin ki, mən, sizin ortaq tutduğunuz şeylərdən uzağam”. (Ənam/19)
- 107Biz səni də ancaq aləmlər üçün bir mərhəmət olaraq/mərhəmət olmaq üçün göndərdik. (Ənbiya/107)
- 1Aləmlərə xəbərdar edən olsun deyə, quluna/qullarına Furqanı endirən nə səxavətlidir! Nə bol-bol nemət verəndir!
- 2Furqanı endirən, göylərin və yerin hökmranlığı Özünün olan, özünə heç bir övlad götürməyən, hökmranlıqda şəriki olmayan və hər şeyi yaradıb, sonra da onları bir ölçüyə görə nizamlayandır. (Furqan/1, 2)
- 28Və Biz səni, ancaq insanlara müjdələyici və xəbərdaredici olaraq göndərdik, lakin insanların çoxu bilmirlər. (Səba/28)
4-cu ayədə isə, elçiliyin Allahın bir lütfu olduğu, kimsənin özünü və ya bir başqasını elçi təyin etməsinin mümkün olmadığı vurğulanır. Bunun bir bənzəri daha əvvəl də keçmişdi:
- 31Yenə onlar: “Bu Quran, bu iki şəhərdən bir böyük adama endirilməli deyildimi?” – dedilər.
- 32Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar? Bu bəsit dünya həyatında, onların dolanışıqlarını aralarında Biz paylaşdırdıq, Biz! Bir-birlərinə işlərini gördürsünlər deyə, Biz onların bir qismini digər bir qisminin üzərinə dərəcələrlə yüksəltdik. Və Rəbbinin mərhəməti onların yığıb saxladıqları şeylərdən daha xeyirlidir. (Zühruf/31, 32)
5Özlərinə Tövrat yüklədilib və sonra onu daşımayan insanların vəziyyəti, kitablar daşıyan eşşəyin vəziyyəti kimidir. Allahın ayələrini yalan sayan qövmün örnəyi nə pisdir! Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər qövmünə doğru yolu göstərməz.
6De ki: “Ey yəhudiləşmiş insanlar! Əgər insanlar arasında yalnız özünüzün Allahın yaxınları/köməkçiləri olduğuna inanırsınızsa, əgər doğru insanlarınızsa, dərhal ölümü istəyin”.
7Halbuki, onlar əllərinin öndən göndərdiyi şeylər/etdikləri günahlar üzündən, ölümü qətiyyən istəməzlər. Və Allah səhv/öz zərərlərinə iş edənləri çox yaxşı biləndir.
8De ki: “Şübhəsiz, sizin özündən qaçdığınız ölüm, qətiliklə sizə qovuşacaqdır. Sonra görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və qəbul edilə bilən hər şeyi bilənə döndəriləcəksiniz. O, sizə etmiş olduğunuz şeyləri xəbər verəcəkdir”.
Bu ayələrdə elçilərin göndərilməsinin Allahın bir lütfü olduğu vurğulanır və bu mövzuda öz istəkləri istiqamətində gözləntiləri olan Yəhudilər qınanırdırlar: Özlərinə Tövrat yüklədilərək, sonra onu daşımayan kimsələrin vəziyyəti, kitablar daşıyan eşşəyin vəziyyəti kimidir. Allahın ayələrini yalan sayan cəmiyyətin misalı nə pisdir! Və Allah, zalımlər cəmiyyətinə hidayət etməz.
Ayələrdən anlaşılacağı kimi Allah Yəhudilərə Tövratı endirmiş və onun içindəki prinsipləri tətbiq etmələrini əmr etmişdir. Onlar isə Tövratı tətbiq etməmiş, beləliklə də, içində nə olduğunu bilmədən kitab daşıyan eşşək vəziyyətinə düşmüşdülər.
Bundan sonra da onlara: “Ey yəhudiləşmiş insanlar! Əgər insanlar arasında yalnız özünüzün Allahın yaxınları/köməkçiləri olduğuna inanırsınızsa, əgər doğru insanlarınızsa, dərhal ölümü istəyin” – deyə meydan oxunmuş, onların, əllərinin öndən göndərdiyi şeylər üzündən ölümü əsla istəməyəcəkləri bəyan edilmişdir. Sonra yenə onlara: “Şübhəsiz, sizin özündən qaçdığınız ölüm, qətiliklə sizə qovuşacaqdır. Sonra görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi və qəbul edilə bilən hər şeyi bilənə döndəriləcəksiniz. O, sizə etmiş olduğunuz şeyləri xəbər verəcəkdir” – deyə xəbərdarlıq edilmişdir.
Yəhudilərin əsassız iddialarından müxtəlif surələrdə zikr edilmişdir: Bəqərə/111, 80, Al-i İmran/24-25, Maidə/18.
Onların vəziyyəti eşşəklərin vəziyyətindən daha pisdir. Çünki eşşəyin əql etmə və təfəkkür etmə gücü yoxdur. Bunlara isə Allah ağıl, fikir, zəka və anlayış lütf etmiş, lakin onlar bu nemətləri işlətməmişdilər:
- 179Və and olsun ki, tanıdıqlarınızdan/tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törədib çoxaltdıq; onların qəlbləri vardır, onlarla anlamazlar. Gözləri vardır, onlarla görməzlər. Qulaqları vardır, onlarla eşitməzlər. Bax budur, onlar dördayaqlı heyvanlar kimidirlər. Hətta, daha da pozğunlaşırlar. Bax budur, onlar laqeydlərin məhz özləridir. (Əraf/179)
Bu ayələrdəki Yəhudi xarakteri Bəqərə/84-101, Əhzab/25 və Al-i İmran/119 surələrində deşifrə edilmiş və Rəsulullahın bu cəmiyyətin əsl üzünü tanıması təmin edilmişdir.
Bu reallıqlar qarşısında dirənənlərə müxtəlif ayələrdə meydan oxunmuşdur:
- 60Bu haqq/həqiqət sənin Rəbbindəndir, belə isə şübhə edənlərdən olma. 61Sənə bilikdən gəldikdən sonra, artıq kim bu mövzuda səninlə mübahisə edərsə, dərhal: “Gəlin, oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizi lənətləyək/kənarlaşdırıb gözdən salaq və Allahın lənətini/kənarlaşdırıb, gözdən salmasını yalançıların üzərinə istəyək” – de. (Al-i İmran/60, 61)
- 75De ki: “Kim pozğunluq içində olarsa, Rəhman ona uzatdıqca uzadar/müddət verər. Sonunda özlərinə vəd ediləni [əzabı və ya qiyamətin qopmasını] gördükləri vaxt artıq onlar kimin məqamca/mövqecə/rütbəcə daha pis və əsgər sarıdan [dəstək, quvvə sarıdan] daha zəif olduğunu biləcəkdir. (Məryəm/75)
- 77,78Özlərinə: “Əlinizi çəkin, salaatı iqamə edin, zəkatı/vergini verin” – deyilənləri görmədinmi/heç düşünmədinmi? Sonra döyüş üzərlərinə yazıldığında, onlardan bir qrup Allaha duyduqları hörmətlə, sevgi ilə, biliklə ürpərti kimi və yaxud daha şiddətli olaraq insanlara hörmətlə, sevgi ilə, biliklə ürpərti duyurlar. Və: “Rəbbimiz, niyə döyüşü üzərimizə yazdın, bizi yaxın bir zamana qədər təxirə salmalı deyildinmi?” – dedilər. De ki: “Dünyanın qazancı çox azdır. Axirət isə Allahın qoruması altına girənlər üçün daha xeyirlidir və siz “bir xurma çəyirdəyindəki çox incə bir tel qədər” belə haqsızlığa uğradılmayacaqsınız. Hər harada olarsınızsa olun, ölüm sizə yetişər, kirəclə/betonla son dərəcə sağlam qurulmuş qalalar içində olarsınızsa, belə”. Və onlara bir yaxşılıq isabət edərsə: “Bu Allahdandır” – deyərlər, bir pisliyə uğrayarlarsa: “Bu səndəndir” – deyərlər. De ki: “Hamısı Allahdandır”. Bunlara baxmayaraq, bu cəmiyyətə nə olur ki, az qala heç söz anlamayacaqlar? (Nisa/77, 78)
9Ey iman edənlər! Toplantı günü salaat üçün səslənildiyi zaman Allahın anılmasına dərhal qaçın, alış-verişi buraxın. Əgər bilirsinizsə, bax budur, bu sizin üçün daha xeyirlidir.
10Sonra da salaat həyata keçirildiyində, dərhal yer üzünə dağılın və Allahın ərməğanlarından arayın. Və zəfər qazanmağınız, vəziyyətinizi qorumağınız üçün Allahı çox anın.
Bu ayələrdə Müsəlmanlara varlıqlarını sürdürməyin yolu göstərilir: Möminlər özlərinə bir toplantı günü müəyyən etməli; “toplantı günü” salaat üçün səslənildiyi zaman da dərhal Allahın anılmasına qaçmalı, alış-verişi buraxmalıdırlar. Bu, Möminlər üçün ən yararlı şeydir.
Burada alış-veriş ilə, “bütün işlər” qəsd edilmişdir. Alış-verişin zikr edilməsi, insanların alış-verişi ən vacib iş saydıqlarına görədir.
Salaat ilahi dinlərin olmazsa olmazıdır. İlk peyğəmbərdən son Peyğəmbərə qədər bütün peyğəmbərlər salaatı təbliğ etmişdir. Ona görə də salaata əsla laqeydlik etmək olmaz:
- 36–38Allahın yüksəldilməsinə, içərisində Öz isminin anılmasına izin verdiyi evlərdə, həmişəlik olaraq, Özünü münəzzəh qılan elə ürəkli/igid/ər insanlar vardır ki, ticarət və alış-veriş onları Allahı anmaqdan, salaatı iqamə etməkdən və zəkatı/vergilərini verməkdən ayırmaz. Onlar Allah özlərinə işlədikləri əməllərin ən gözəli ilə qarşılıq versin və özlərinə ərməğanlarından artırsın deyə, qəlblərin və gözlərin tərs döndüyü bir gündən qorxarlar. Və Allah dilədiyi insanları hesabsız ruziləndirər. (Nur/36-38)
- 9Ey iman edənlər! Mallarınız və uşaqlarınız sizi Allahı anmaqdan yayındırmasın. Belə bir şeyi kim edərsə, artıq bax budur, onlar zərərə, itkiyə uğrayıb acı çəkənlərin məhz özləridir. (Münafiqlər/9)
Ən Xeyirli Salaat. [Əs-Salaatul-Vusta]. Cümə:
- 238, 239Salaatları və ən xeyirli salaatı [ən yararlı olanı – həftəlik toplantı günü salaatını] hamılıqla qoruyun. Və Allah üçün daima hörmətlə duraraq, qalxın/işə başlayın – təhsil, təlim və sosial kömək qurumunu işlədin. Amma əgər qorxulu bir şəraitdə olarsınızsa, o zaman piyada və ya minikli olaraq gedərkən/hərəkət halında qoruyun, yerinə yetirin. Sonra da təhlükəsizliyə çatdığınızda bilmədiyiniz şeyləri sizə öyrətdiyi kimi, Allahı dərhal anın. (Bəqərə/238, 239)
Bu ayədə keçən الصّلوة الوسطى [əs-salaatul-vusta] ifadəsi Müsəlmanlar arasında çox mübahisə edilməsinə baxmayaraq bu günə qədər konkret bir şəkildə açıqlığa qovuşdurulamamışdır. Bu ifadənin “orta namaz” olaraq anlaşılmasında bir anlaşma olmasına qarşılıq, “orta namaz” ilə hansı namazın qəsd edildiyi xüsusunda 40-a yaxın rəvayət və 19 fərqli görüş ortaya çıxmışdır. الصّلوة الوسطى [əs-salaatul-vusta] kiminə görə “sübh namazı”, kiminə görə “öylə namazı”, kiminə görə də “ikindi namazı”dır. Nəticə olaraq, əs-salaatul-vusta xüsusunda, nə salaatı “namaz” olaraq dəyərləndirən klassik anlayışla, nə də sorğulayıcı təfəkkürün məntiqi yaxınlaşmalarıyla, hər kəsin qəbul edə biləcəyi bir nəticəyə və həqiqətə çatılamamışdır.
Biz də, dərin bir araşdırma etmədiyimiz bu mövzuda, mövcud görüşlərdən ən sağlamını doğru olaraq qəbul etmək məcburiyyətində qalmışdıq. Ancaq, Quran və dil yönündən etdiyimiz çalışmalar, məsələni daha yaxşı anlamağımıza səbəb oldu və əldə etdiyimiz nəticəni burada paylaşırıq.
Bunu dərhal qeyd edək ki, biz, Peyğəmbərimizin və ilk Müsəlmanların salaatul-vustanın nə olduğunu tamamilə yaxşı bildikləri qənaətindəyik. Çünki salaatul-vusta haqqında Peyğəmbərimiz və səhabə dövründə nə Peyğəmbərimizə bir sual yönəldilmiş, nə də bir mübahisə meydana gəlmişdir.
Mövzunun təhlilinə başlayarkən, əsasən ayələrdəki ifadələrlə əlaqədar iki xüsusun nəzərə alınması lazımdır:
1) Ayədəki الصّلوة الوسطى [əs-salaatul-vusta], muarraf [müəyyən] bir sifət tamamlığıdır. Bir başqa ifadə ilə sifət və mevsuf lam-ı tarifli olub, nəkrə [qeyri müəyyən] deyildir. Yəni, müəyyən bir ifadə olan salaatul-vusta xüsusi isim mövqeyində olub, hər kəsin bildiyi bir salaatdır.
2) Ayədəki Salaatları və salaatul-vustanı qoruyun ifadəsində, iki mef‘ul [tamamlayıcı; müəyyən obyekt] olduğundan salaatul-vustanın bildiyimiz salaatlardan başqa bir salaat olduğu anlaşılır. Buna görə də, salaatul-vustanı gündəlik salaatlardan biri olaraq qəbul etmək bir xətadır.
Salaatul-vusta nədir? Şübhə yoxdur ki, bir mövzunu doğru anlamaq üçün vacib olan ilk şərt, bəhs edilən mövzu və ibarənin orijinal dilini yaxşı bilməkdir. Beləliklə, məsələni çözmək üçün ediləcək ilk iş الوسطى [əl-vusta] sözünün ərəb dilindəki doğru mənasını tapmaqdır. Ancaq, sözün doğru mənasını tapmaq da məsələni həll etmək üçün kifayət deyil, həmçinin sözün Quranda da bu mənada işlədildiyini, yenə Quran ilə təyin etmək lazımdır.
Belə olan halda təhlilə الوسطى [əl-vusta] sözünün törədiyi وسط [v-s-t] sözündən başlamaq lazımdır. Ərəb dilinin mübahisəsız ən mötəbər iki qaynağı olan Lisanul-Arab və Tacul-Arus bu mövzuda aşağıdakı açıqlamaları vermişdir:
وسط [v-s-t] kök sözü vəsat və vest şəkillərində oxunur. Vəsat şəklində oxunduqda isim, vest şəklində oxunduqda zərf olaraq işlədilir.
Bu söz “bir şeyin iki ucu arasındakı özünə aid qismi” mənasına gəlir. (Biz bunu, bir şeyin öz ortası olaraq anlaya bilərik.) “İpi ortasından qatladım”, “Oxu ortasından qırdım” şəklində işlədilir.
Ərəb ənənəsində bir şeyin ortası, o şeyin ən xeyirli, ən yararlı hissəsi deməkdir. At və ya dəvəsinə minəcək bədəvi üçün at və ya dəvəsinin ən xeyirli yeri, at və dəvənin boynu və dalı olmayıb, belinin ortasıdır. Yenə dəvəsi üçün quracağı ağıl üçün ən xeyirli yer, otlağın ortasıdır. Gərdənliyin, inci və ya almaz taxılacaq ən xeyirli [gözəl və uyğun] yeri gərdənliyin ortasıdır. Həmçinin hər gözəl və yararlı davranış, öz cinsindən olan davranışların ortada olanıdır. Məsələn, cömərdlik – xəsislik və bədxərcliyin ortasında bir davranışdır. Cəsarət – qorxaqlıq və təcavüzkarlıq arasında bir davranışdır.
Budur buna görə də وسط [vast] sözü – “xeyirli, yararlı, üstün” mənasına ümumiləşmişdir. Ərəblər: “O, qövmünün evsatındadır” – dediklərində, “O, qövmünün xeyirli, yararlı, şərəfli olanıdır” – demək istəyirlər. Və ya: “Bu vesit adama bir baxın” – dediklərində, “Bu xeyirli, şərəfli adama bir baxın” – demək istəyirlər.
Və Rəbbimizin: “Və bax budur belə! Biz, siz insanlar üzərində şahidlər olasınız, Elçi də sizin üzərinizdə şahid olsun deyə, sizi xeyirli bir başçılı cəmiyyət etdik” (Bəqərə/143) ifadəsi, “Və budur belə, sizi xeyirli, yararlı və şərəfli bir ümmət qıldıq” deməkdir.
Bəqərə/238-də yer alan əs-salaatul-vusta ilə əlaqədar 40-a yaxın rəvayət olub, bunlar 19 fərqli görüşü ehtiva edir. Bunlardan ən qüvvətli görüş salaat-u vustanın “ikindi salaatı”, “sabah salaatı” və “Cumə salaatı” olduğu görüşləridir.
Əbul-Həsən: “əs-Salaatul-vusta Cümə salaatıdır. Salaatların ən xeyirlisi Cümə salaatıdır. Kim buna müxalifət edirsə, xəta edir” – demişdir.
Ayrca İbn Sidə əl-Muhkem kitabında yer aldığına görə, “Kim salaat-ı vustaya Cümədən başqa bir şey deyərsə xəta edir” – demişdir. [2]
Bu açıqlamalardan anlaşıldığına görə “orta” demək olan “vəsat” sözü ərəblər arasında – “xeyirli, yararlı” mənasında işlədilirdi. O halda, وسط [v-s-t] sözünün ism-i tafdili və müənnəs [qadın cinsi] qəlibi olan الوسطى [əl-vusta] ilə müzəkkər [kişi cinsi] qəlib olan “əvsat” sözləri də “ən xeyirli, ən yararlı” mənasına gəlir; eyni, əkbər və kübra; hasen və hüsna sözlərində olduğu kimi.
الوسطى [əl-vusta] sözünün törəmələri, ikisi kişi cinsi (Qələm/28 və Maidə/89) olmaqla, Quranda 5 yerdə keçir: Qələm/28, Maidə/89, Adiyat/5. Söz Quranda, Bəqərə/143 və Bəqərə/238-də də keçir.
“Vusta” sözünün, “ən dəyərli, ən yararlı” demək olduğu Quran ayələri ilə də təsbit və təsdiq edildiyinə görə, artıq Bəqərə/238-də keçən, الوسطى [əl-vusta] ilə الصلوة [əs-salaat] sözünün birləşməsindən meydana gələn الصّلوة الوسطى [əs-salaatul-vusta] tamamlığını “ən yararlı, ən xeyirli salaat” olaraq anlamaq lazımdır.
Quran “Ən Yararlı, Ən Xeyirli Salaat”ı Bildirmişdir.
Quranda müəyyən olaraq zikr edilmiş bir ifadə anlaşılamayacaq olsaydı, bu, Quran üçün bir nöqsan (ki, mübin və müfəssəl olan Quran bundan münəzzəhdir), həmçinin də Möminlər üçün də bir əskiklik təşkil edərdi. Qənaətimizə görə, Peyğəmbərimiz və səhabə tərəfindən anlaşılan bu ifadə, zaman içində rəvayətlərlə meydana çıxan xaosda anlaşılamaz hala gəlmişdir. Qurandan anlaşıldığına görə, salaatul-vusta [ən xeyirli salaat, toplantı günü salaatı] Salaatları və ən xeyirli salaatı [ən yararlı olanı – həftəlik toplantı günü salaatını] hamılıqla qoruyun. [əl birliyi ilə qoruyun] (Bəqərə/238) əmriylə fərz qılınmışdır. Daha sonra da Cümə surəsində buna göndərmə edilmişdir:
- 9Ey iman edənlər! Toplantı günü salaat üçün səslənildiyi zaman Allahın anılmasına dərhal qaçın, alış-verişi buraxın. Əgər bilirsinizsə, bax budur, bu sizin üçün daha xeyirlidir. (Cümə/9)
Bu ayə ilə Bəqərə/238-də الصّلوة الوسطى [əs-salaatul-vusta] olaraq zikr edilən salaatın “Cümə salaatı/toplantı günü edilən salaat” olduğu müəyyənləşmişdir.
Budur, əs-salaatul-vusta ifadəsinin Qurana görə mənası budur!
Qurandakı bu dəlildən sonra, artıq salaatul-vustanın hansı salaat olduğuna dair başqa dəlil və rəvayət axtarmaq mənasızdır!
Cümə [Regional Gündəm Toplantısı, Konqres, Konferans, Mitinq]. “Cümə” sözü “toplanma” mənasındakı ج م ع [c-m-a] kökündən gəlir. Dilçilərdən Ameş الجمْعة [cum‘a], Asım və Hicazlı dilçilər الجُمُعة [cumu‘a] deyə oxuyurlar. Cümə deyə oxumaq Ukayloğulları ləhcəsinə görədir.
يوم الجمعة [Yəvmul-Cuma]. Yəvm [gün] və cəm [toplanma] sözlərindən ibarət olan yevmul-cümə tamamlığı “toplanma günü, toplantı günü” deməkdir. Ərəblərin həftənin günlərindən “əl-Arubə” dedikləri gün sonradan يوم الجمعة [yəvmul-cumu‘a/toplantı günü] olaraq dəyişdirilmişdir.
“Arubə” adını “Cumu‘a”ya çevirən adamın kimliyi haqqında bir konkretlik yoxdur. Bəziləri bunu Darun-Nədvədə toplantı üçün Qüreyşin, bəziləri də Rəsulullahın babalarından Ka‘b b. Lüeyin dəyişdirdiyini irəli sürmüşdülər. Doğruya ən yaxın olanı isə bunun Mədinədə Müsəlmanlar tərəfindən dəyişdirildiyidir.
Klassik qaynaqlarda hadisə belə yer alır:
İbn Sirin belə dedi: Mədinəlilər Peyğəmbər (s.ə.s) Mədinəyə gəlmədən və cümə (fərzi) enmədən əvvəl cümə üçün toplandılar. Bu günə cümə adını verənlər də onlardır. Belə ki: Onlar dedilər ki: “Yəhudilərin yeddi gündə bir birlikdə yığışıb toplandıqları bir günləri vardır: Cümə ertəsi günü; Xristiyanların da belə bir günləri vardır: Bazar günü. Gəlin biz də özümüz üçün bir araya gəlib toplanacağımız, Allahı anıb, namaz qılacağımız və bir sıra xatırlatmalar edəcəyimiz bir gün qərarlaşdıraq”, ya da buna bənzər sözlər söylədilər. Yenə dedilər ki: “Cümə ertəsi Yəhudilərin, Bazar Xristiyanların günüdür; siz də bu günü Arubə günü olaraq təsbit edin. Bundan sonra (Əbu Umamə künyəli) Esad b. Zurarənin (r.a) ətrafında toplandılar. O da o gün onlara 2 rükət namaz qıldırdı, onlara öyüd verdi. Birlikdə yığılıb toplandıqları vaxt bu günə “cümə” adını verdilər. Esad onlara bir qoyun kəsdi, sayca az olduqları üçün öylən və axşam onu yedilər. Budur, İslam tarixindəki ilk cümə budur.
Deyirəm ki: İrəlidə də gələcəyi kimi, rəvayət edildiyinə görə, o vaxt 12 nəfər idilər. Yenə bu rəvayətdə bildirildiyinə görə onları bir araya toplayıb, onlara namaz qıldıran adam Esad b. Zurarədir. Abdur-Rəhman b. Ka‘b b. Malikin atası Kabdan rəvayət etdiyi hədisdə də gələcəyi kimi, belədir.
Əl-Beyhaki də belə deyir: Bizə Musa b. Ukbədən, o İbn Şibab əz-Zühridən rəvayət etdiyinə görə, Musab b. Umeyr Rəsulullah (s.ə.s) Mədinəyə gəlmədən əvvəl Mədinədə Müsəlmanları Cümə namazı üçün toplayan ilk adamdır.
Əl-Beyhaki dedi ki: Musabın Cümə namazı üçün Müsəlmanları Esad b. Zurarənin yardımıyla toplamış olması və buna görə də Kabın bu işi ona [Musaba] izafə etmiş olması da mümkündür.
Hicrətdən öncə Mədinədəki Müsəlmanlara İslamı öyrətmək üçün göndərilmiş olan Musab ibn Umeyrə məktup yazaraq: “Yəhudilərin açıqdan Zəbur oxuduqları günə bax, siz də qadınlarınızı və oğullarınızı toplayın ki, zaval vaxtından sonra Allaha 2 rükət (namaz) ilə takarrub edin”. Bu əmrdən sonra Musab, Mədinədə ilk Cümə qıldıran adam olmuşdur. Bu vəzifəni Peyğəmbər Mədinəyə gələnə qədər etmişdir”. Musabın (r.a) Cümə namazı qıldırdığı ilk camaatın sayı 12 idi.
Peyğəmbərimiz hələ hicrət etmədən Yəsribli (Mədinənin o zamankı adı) Müsəlmanlar Esad ibn Zurarə ilə birlikdə toplanıb istişarə edirdilər. “Yəhudilər və Xristiyanlar həftədə bir gün toplanırlar, biz də həftədə bir toplanaq” deyə qərara alıb, toplanmağa başladılar. Və toplantı gününün həftənin altıncı günü (bizə görə beşinci gün) olmasına qərar verdilər. Çünki o gün Yəsribdə bazar qurulur; ətrafdan, yaxın məsafələrdən xalq bazara gəlirdi. Beləliklə, toplantıya qatılanlar daha çox olacaqdı. Budur, beləliklə, “yevmul-arubə”, “yevmul-cumu‘a/toplantı günü” oldu. Sonradan köhnə adı deyil, yeni adı söylənilməyə başladı.
Tarixi sənədlərə görə Rəsulullah, ilk Cüməni Ranuna deyilən yerdə Salim ibn Avf məscidində icra etmişdir. Rəsulullah Mədinəyə hicrət etdiyində, ilk olaraq Kubada Amr ibn Avfoğullarına qonaq oldu. Orada bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri qalıb, Kuba məscidinin təməlini atdı; sonra Cümə günü Mədinəyə getmək üçün yola çıxdı. Bəni Salim yurduna gəlincə orada xütbə oxuyub, ilk dəfə Cümə günü salaatı icra etdi. Bu, Rəsulullahın ilk Cümə salaatı tətbiqatıdır.
يوم الجمعة [yəvmul-Cum‘a] tərkibini “Cümə günü” şəklində çevirmək, ərəbcə iki kəlmənin birini türkcələşdirib, digərini ərəbcə olaraq buraxmaqdır ki, bu, həm yanlışdır, həm də mənanın qapalı qalmasına səbəb olur. Bu da, bərabərində bir çox yanlış inanc və əməli gətirir. Ona görə də yevmul-Cümə tərkibinə “toplantı günü” mənasının verilməsi lazımdır.
Toplantı gününün hansı gün, hansı saat olacağı və bu toplantıda salaatın necə icra ediləcəyi, qatılma şərtləri və s. kimi detal Quranda verilməmişdir. Quranda öncəliklə toplantı günü tətbiq ediləcək salaatın, salaatların ən xeyirlisi olduğu və bu salaatın qətiliklə qorunmalı olması bildirilmişdir:
- 238, 239Salaatları və ən xeyirli salaatı [ən yararlı olanı – həftəlik toplantı günü salaatını] hamılıqla qoruyun. Və Allah üçün daima hörmətlə duraraq, qalxın/işə başlayın – təhsil, təlim və sosial kömək qurumunu işlədin. Amma əgər qorxulu bir şəraitdə olarsınızsa, o zaman piyada və ya minikli olaraq gedərkən/hərəkət halında qoruyun, yerinə yetirin. Sonra da təhlükəsizliyə çatdığınızda bilmədiyiniz şeyləri sizə öyrətdiyi kimi, Allahı dərhal anın. (Bəqərə/238, 239)
Cum‘anı fərz qılan ayə, bax budur, Cum‘a/9 ayəsi deyildir.
Sonra da toplantı günü salaat üçün çağırılınca, “Allahın anılmasına dərhal qoşulması” istənilmişdir:
- 9Ey iman edənlər! Toplantı günü salaat üçün səslənildiyi zaman Allahın anılmasına dərhal qaçın, alış-verişi buraxın. Əgər bilirsinizsə, bax budur, bu sizin üçün daha xeyirlidir. (Cümə/9)
Demək olar ki, toplantı günü, tətbiq ediləcək olan salaatda “Allahın anılması” təmin ediləcəkdir. Möminlər bunun ən yaxşı şərtlərdə reallaşması, ən yaxşı bəhərin alına bilməsi üçün lazımi tədbirləri görəcəkdilər. Toplantı günü edilən salaat üçün fıkıhçılar “vücubunun şərtləri” və “ədasının şərtləri” adı altında bir sıra şərtlər müəyyən etmişdilər ki, bunların detalı fıkıh kitablarında vardır.
Bu şərtlərin irəli sürülməsinin səbəbi Cümənin [toplantının; konqresin, konfrans və ya mitinqin] ən sağlam, ən səmərəli şəkildə realaşmasını təmin edə bilməkdir.
Fıkıh kitablarında Cümənin vücubunun şərtləri [məcburi öhdəlik olmasının şərtləri] belə sıralanır:
- Kişi olmaq,
- Azad olmaq,
- Şəhərdə oturmaq,
- Səhhətli olmaq,
- Təhlükəsizlikdə olmaq.
Həmçinin bu şərtlər üçün də bir sıra əqli səbəblər, Rəsulullah, səhabə və ilk dövr İslam tarixindən bir sıra tətbiq etmələr dəlil göstərilir.
Biz bu maddələr üzərində qısaca açıqlamalar edəcəyik:
Hürriyyət/Azadlıq. Bu şərt yerindədir. Çünki salaatın icra ediləcəyi musallalar və məscidlər [toplantı yerləri], Allah evidir. Orada kral-kölə ayrılışı yoxdur; hər kəs azad və bərabər statusda olub, azad şəkildə fikrini bəyan edir, kimsənin düşüncəsi məhdudlana bilməz və fikirlərinə görə kimsə təqib edilə bilməz. Azad olmayan, bağlı olduğu əfəndinin – adam, ya da quruluşun görüşünə zidd bir görüş irəli sürdüyündə buna görə zərər görür. Ona görə də, azad olmayan ya əfəndisinin fikri paralelində fikir bəyan edir, ya da çəkinib qalır. Buna görə də hüquqən, siyasətən və fikrən azad olmayıb, nəzarət altında olanların belə ciddi toplantılarda yer almalarına ehtiyac yoxdur.
Şəhərdə İqamət. Toplantı diyarın yerli nüfuzu üçün, qadın-kişi fərqi olmadan məcburi bir vəzifədir. Qonaq və yolçular üçün isə məcburi bir vəzifə deyildir. Çünki kənardan keçici olaraq gələnlər o diyarın problemlərini bilməzlər, toplantıya qatılanları tanımazlar. Onun üçün toplantıya qatılmasalar da olar. Qatılmaları halında isə, dinləyici sifətiylə olub, məlumatlanırlar.
Sağlam və təhlükəsizlik içində olmaq; kor, çolaq və xəstə olmamaq şərtlərini açıqlamağa ehtiyac yoxdur. Bunlar, hər işdə əhəmiyyət verilən xüsuslardır. Bizim üzərində duracağımız xüsus “kişi olmaq” şərtidir.
Klassik əsərlərdə bu mövzu ilə əlaqədar belə yazılır:
- Allaha və axirət gününə inananlara Cümə namazı fərzdir. Ancaq yolçu, kölə, uşaq, qadın və xəstələr bundan istisnadır.
- Cümə namazı qadınlara fərz deyildir. Ancaq namazı camaatla qılarlarsa, bu yetərli olub, günorta namazını qılmaları vacib deyil.
Allah Təala bütün əmr və qadağalarını milliyyət, irq və cinsiyyət fərqi qoymadan ümumi və mütləq olaraq bildirmişdir. İslam fitrət dini olub dünyəvidir; hər irqi, hər cəmiyyəti, hər cinsi və hər ölkəni əhatə edir. Qulluq və vəzifə yönündən qadını kişidən ayırmamışdır. Qadını əsla ikinci təbəqə insan, əqli və dini nöqsan Müsəlman saymamışdır. (Bu tərz qəbullar, özünü bilməzlər tərəfindən İslama şamil edilmiş, qafillər tərəfindən də qəbul görmüşdür. Bu tip inanc və qəbullar böyük bir qəflətdir.) Quranda qadının, toplantı günü tətbiq edilən salaata qatılmasının fərz olmadığını bildirən bir ayə yoxdur.
Sünən və İslam Tarixi kitablarında Rəsulullahın qadınların məscidlərə getmələrini və ərlərinin bu hala mane olmamalarını istədiyi, Əməvilər dövrünə qədər də qadınların Cümə/Toplantılarda iştirak etdiyi görünür. Amma siyasi nüfuz təmin edə bilmək üçün yazdırılmış bəzi kitablarda hədis olaraq nəql edilən bir rəvayət, bu xüsusda vasitə olaraq işlədilmişdir: Bu hədisdə güya Peyğəmbər əfəndimiz belə buyurmuşdur:
Cümə salaatı camaat içində olan hər Müsəlman üçün Allah Təalanın bir haqqı olub, fərzdir. Ancaq kölələr, qadınlar, uşaqlar və xəstələr bundan müstəsnadır.
Hədis alimləri, bu hədisin ravisi olan Tarık b. Şihabın Rəsulullahı gördüyü, amma ondan bir şey eşitmədiyini ifadə edirlər.
İşin əsli budur: O günkü siyasi nüfuz haqqsız iqtidarlarını davam edə bilmək üçün, cəmiyyətdəki dirənci qırmağı düşünür – cəmiyyətin yarısını təşkil edən qadınları, fitnəyə səbəb ola biləcəkləri bəhanələriylə Cumadan/toplantıdan uzaqlaşdırıb evlərinə qapadırlar. O gün-bu gün belə davam edib gedir.
Yenə fıkıh kitabları bir sıra tarixi hadisələri dəlil qəbul edərək, toplantı günü salaatının ədasının şərtləri olaraq bunları müəyyən etmişdilər:
- Vəliyyul-əmr,
- İzn-i amm,
- Vaxt,
- Camaat,
- Xütbə.
Bunları qısaca açaq:
1) Vəliyyul-əmr: Rəsmi nüfuzun başı, dövlət başçısı, ya da naibi.
2) İzn-i amm: Toplantının ediləcəyi yerin hər kəsə açıq olması və mülki əmirin izin verdiyi yerdə (mitinq izni kimi) tətbiq edilməsi.
Bu ikisi bu günkü siyasi quruluşa uyğun olaraq, tətbiq etmə imkanı olmayan şərtlərdir. Əsasan belə şərtlər İslamda onsuz da yoxdur. Müsəlmanlar harada olsa toplanır, (ilk Müsəlmanlar qoyun ağılında toplanmışdılar) Cümə/toplantı başçısını [konqres divan başçısını] aralarından seçər; “Allahın anılması” işini icra edir, ardından da Allahın nemətlərini axtarmaq üçün yer üzünə dağılırlar. İslam Allahın qoyduğu sərhədlərdə yaşanır; onun-bunun əməyi və izni ölçüsündə deyil. Bu iki şərti, rəsmi nüfuz sahiblərinə və mülki idarəyə bağlayanlar, layiq sistemdə işin içindən çıxa bilməmişdilər. İnanclarına uyğun olaraq: “Bu şərtlərdə Cümə salaatı iqamə edilməz/Cümə namazı qılınmaz” – deyə bilmədikləri kimi, qıldıqları Cümənın qəbul olmama nigarançılığını da içlərindən ata bilməmişdilər. Onun üçün iki rükət namaz və xütbədən ibarət olan Cümə/toplantı namazını, 16 rükətə çıxarmışdılar. 16 rükətə necə niyət ediləcəyi sualına isə bir cür inandırıcı bir cavab tapa bilməmişdilər.
Bu şərtlər Müsəlmanları nəzarət altında tutmağa çalışan sonrakı siyasətçilər tərəfindən İslama daxil edilmişdir. Beləliklə, arı-duru olan İslam – Ərəb, Əcəm, Səlçuqlu, Osmanlı Müsəlmanlığı olaraq degenerasiya edilmişdir. Hər Müsəlman bu toplantının təbii üzvüdür. Heç bir Müsəlmana qatılmaqda məhdudiyyət qoyula bilinməz. Hər hansı bir səbəbə görə qatılması məhdudlanmış adama, qatılmadığı üçün məsuliyyət yoxdur.
3) Vaxt: Bu günkü tətbiq etmədə həftənin beşinci günü Yevmul-Cümədir [Toplantı Günüdür].
Cümə gününü Allah təsbit etməmişdir. İlk Cüməni tətbiq edən Mədinəli Müsəlmanlar, içərisində olduqları sosial və iqtisadi şərtləri nəzərə alaraq, həftənın 6-cı gününü (bizə görə 5-ci günüdür; çünki ərəblər həftəni Bazardan başladırlar) Yevmul-Cümə/Toplantı Günü olaraq qərarlaşdırmışlar; o gündən bu günə eyni tətbiq etmə davam edib gəlir. Hər hansı bir bölgədəki Müsəlmanlar, içində olduqları şərtlərə uyğun olaraq Yevmul-Cüməni/Toplantı Gününü həftənin başqa bir günündə və ya günün müxtəlif saatlarında tətbiq etməyi uyğun görürlərsə, buna da sayğı duymaq lazımdır.
Rəbbimiz belə buyurmuşdur:
- 9Ey iman edənlər! Toplantı günü salaat üçün səslənildiyi zaman Allahın anılmasına dərhal qaçın, alış-verişi buraxın. Əgər bilirsinizsə, bax budur, bu sizin üçün daha xeyirlidir. (Cümə/9)
Bu ayədə günün bütününə işarə edildiyinə görə, günün hər hansı bir vaxtında Cümə/Toplantı edilə bilir. Bunu da yenə bölgə Müsəlmanları sosial və iqtisadi şərtlərinə görə nizamlaya bilirlər. Bu günə qədərki gün və saat tətbiqatları bir öyrəşilmiş tətbiqatdır. Allah tərəfindən təsbit edilib, məcburi tutulmamışdır.
Fıkıh kitabları bu vaxtı Cümə/Toplantı gününün günorta vaxtı olaraq müəyyən etsələr də, Rəsulullahın (s.ə.s) günortadan əvvəl, günortadan sonra tətbiq etdiyi səhih hədislərdə bildirilir. Həmçinin, ayədə “yevmul-Cümə/toplantı günü” ifadəsi yer aldığına görə, “günün hər hansı bir saatının ola biləcəyinə ilahi bir icazə var” deməkdir.
4) Camaat: Bu şərt alimlər arasında mübahisə edilmiş – əllərindəki rəvayətlərə görə kimi 3 nəfər, kimi 7 nəfər, kimi 40 nəfər olmalı olduğunu söyləmişdir. Bunlardan, Cümənın 3 nəfərlə də, 7 nəfərlə də, 40-nəfərlə də tətbiq edildiyini anlayırıq. Amma işin özü, ərəbcədəki cəm ifadə edən saydır ki, o da 3-dür. Ayədə cəm olaraq Allahın zikrinə qaçın buyurulduğuna, cəmin də ən azı 3 olduğuna görə, toplantı üçün 3 müsəlmanın olması yetərlidir; bunların qadın, ya da kişi olması, və ya qadın-kişi qarışıq olması vəziyyəti dəyişdirməz.
Burada Müsəlmanların yuxarıda açıqladığımız salaata qatılma şərtlərini nəzərə almaları – cünub və sərxoş olmamaları, həmçinin su (su tapamayanların isə təmiz torpaq) ilə təmizlənmələri, kirli, pis qoxulu olaraq toplantıya gəlməmələri, zinətlərini taxaraq gəlmələri lazımdır.
Tarix və Sünən kitablarından öyrəndiyimizə görə Cümə üçün Rəsulullah boy abdəsti alır, ağ və təmiz libasını geyinir, gözəl qoxular sürtür və bunları hər kəsə də tövsiyə edirdi.
5) Mısr/Yerləşmə vahidi: hər yerləşmə vahidində tək bir yerdə Cümə/Toplantı icra edilir. Bu günkü kimi hər 100 metrədə bir Cümə/Toplantı etmək yanlışdır. Bir bölgənin hər camisində ayrı-ayrı Cümə/Toplantı etmək, Cümənin/Toplantının məqsədinə uyğun deyildir. Belə tətbiq etmələrdən nəticə əldə edilməz. Onun üçündür ki: “Bir bölgədə birdən artıq Cümə/Toplantı icra ediləcək olursa, ilk Cüməyə başlayan camaatın Cüməsı olur; digərlərininki olmaz” – deyilmişdir. İmam Əzəm Əbu Hanifə: “bir bölgədə müxtəlif yerlərdə birdən artıq camaat yığılıb, Cümə icra edilməz” – dediyi halda, Hənəfi məzhəbindən olduqlarını iddia edənlərin, digər məzhəb mənsublarından daha artıq bu xətanı etmələri diqqət çəkicidir.
6) Xütbə: Xütbə Cümə/9-da keçən “zikrullah/Allahın anılması”dır.
Bu şərt məzhəblər və məzhəb içi imamlar arasında müxtəlif şəkillərdə izah edilmişdir. Bunların ən gözəli, İmam Əzəm Əbu Hanifəyə aiddir. O: “Xütbə zikrullahdır/Allahı anmaqdır” – demişdir ki, ayənin açıq bəyanı da bunu təsdiq edir. Amma Əbu Hənifənin bu sözünü, “İmam minbərə çıxıb, “Allah” deyərsə, xütbə tamam olur” – deyə anlamışlar.
Xütbə müəyyən bir gündəmlə icra edilir. Xütbəni oxuyan, bir növü konqresdəki divan başçısı vəzifəsini icra edir. Hər kəsin söz haqqı vardır; həm də senzurasız. Orada müzakirə edilən hər mövzu Zikrullaha yönəlik və “Haqsızlıq qarşısında susan dilsiz şeytandır” anlayışı çərçivəsində olduğundan, heç bir Müsəlman görüş və tənqidindən ötrü təqib edilməz, ayıblana bilməz. Tam bir toxunulmazlıq haqqına sahibdir.
“Məsciddə dünya kəlamı danışılmaz”, “Xütbə əsnasında danışılmaz” və b. sözlər ilmihallərdə yer alsa da, bunlar tənqidə dözümü olmayan güclər tərəfindən ortaya sürdürülmüş şeylərdir. Beləliklə, toplantı ərazisində danışmaq qadağan olunmuş, iştirakçıların dilinə kilid vurulmuşdur. Buxaridə yer aldığına görə, iştirakçılardan birinin yoldaşına “sus” deməsi belə, günah sayılmışdır.
İslamın əsli ilə əlaqəsi olmayan bu kimi şeylər; aktiv, hiperaktiv və ayıq olmaları lazım gələn Müsəlmanları qoyun sürüsü halına gətirmək üçün biriləri tərəfindən icad edilmiş, bunda da müvəffəq olmuşdular: Məscidlərdə bu gün şüurlu camaat yoxdur; imamın söylədikləri yalan-yanlış da olsa səs çıxarılmaz. Xəlifə Ömər xütbə oxuyarkən: “Susun və məni dinləyin” – dediyində, “Üzərindəki geyimi hardan tapdığını, necə ona sahib olduğunu bizə açıqlayıb, bizi inandırmadan, sənə itaət etmərik” – deyən insanlardan ibarət olan camaat da: “Allahın hədd qoymadığı mehirdə sən necə məhdudlama qoya bilərsən?” – deyə etiraz edən qadınlardan ibarət olan camaat da oldu.
Yuxarıda toplantının məqsədinin zikrullah olduğunu ifadə etmişdik. Zikrullah haqqında Əraf surəsinin sonundakı xüsusi yazımıza baxıla bilər. Qısacası, zikrullah/Allahın anılması, bir təsbih götürərək, dil ilə “Allah, Allah, Allah…” demək deyil, “Allahın üzərimizdəki haqqlarını, bizə verdiyi nemətləri düşünmək, qul olaraq Ona qarşı məsuliyyətlərimizi yerinə yetirib-yetirmədiyimizin hesabatını etmək və verdiyi vəzifələri əskiksiz yerinə yetirmək, nemətlərinə qarşı şükr edib, nankorluq etməmək – daima bu şüur içərisində olmaq”dır.
Belə bir tətbiqatla heç şübhəsiz, Müsəlmanların bir növü həftəlik baxımları edilir; inanc və əməlləri təftiş edilir; qarşıdakı həftə üçün işləri proqramlanır; aralarındakı ixtilaflar, həyatlarındakı çatışmazlıqlar, edilməli olan işlər, dərdlər, qəmlər, tənqidlər, orada heç kimsəyə alət olmadan, hər Müsəlmanın iştirakı ilə azad şəkildə və tam bir toxunulmazlıqla istişarə edilib, qərara bağlanır. Həmçinin, bu toplantı vəsiləsi ilə Müsəlmanlar tanış olub, söhbət edirlər, dostluq təzələyir; bilikləri, şüurları artır; birlik içində olur; güc birliyi edir və bunu da dosta-düşmənə göstərirlər. Sürü kimi camiyə doluşaraq, yuxlayıb-yuxlayıb dağılmırlar. Budur onun üçündür ki, Toplantı Günü Salaatı, əs-Salaatul-Vustadır [ən xeyirli salaatdır]. Sonra da, bu dinamizmlə, Allahın nemətlərini axtarmaq üçün yer üzünə yayılırlar. Nə qədər gözəl və mənalı.
Səhih sünnətə və tarixi sənədlərə baxılarsa, Peyğəmbərimizin məscidi, hər cür ictimai xidməti və sosial aktivlik üçün işlətdiyi görünür. Bu gün də məscidlər/camilər konqres, konfrans, sərgi salonu, kitabxana, təhsil-təlim kimi bütün sosial və mədəni aktivitələrə açıq olmalıdır. Məscidlər/camilər uyuma və uyutma məkanları, məhəlləri və mərkəzləri olmaqdan çıxarılmalı, İslamdakı orijinal kimliyinə qovuşdurulmalıdır. Yəni məscidlər/camilər salaat məhəlli; biliklənmə, şüurlanma və ziyalanma yerləri olmalıdır.
Bu İslamın cümə günüdür, müsəlmanların yerli gündəm toplantısı belə olmalıdır!
11Və onlar bir ticarət və əyləncə gördükləri zaman ona getdilər və səni ayaq üstdə qoydular. De ki: “Allahın yanında olan şeylər əyləncədən və ticarətdən xeyirlidir. Və Allah ruzi verənlərin ən xeyirlisidir”.
Bu ayədə Müsəlmanların etdiyi xətalı bir davranışa diqqət çəkilib, doğru davranış şəkli göstərilir. Ayədən anlaşıldığına görə bir qrup, Rəsulullahı danışdığı sırada onu buraxıb, ticarət və əyləncə ardınca düşmüşlər və buna görə də onlar, “Allahın yanında olan şeylər, əyləncədən və ticarətdən xeyirlidır. Və Allah, ruzi verənlərin ən xeyirlisidir” ifadəsiylə xəbərdarlıq edilmişlər:
- 14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.
- 15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir. (Al-i İmran/14-17)
Qaynaqlar bu ayənin enmə səbəbi ilə əlaqədar aşağıdakı məlumatları təqdim edirlər:
“Onlar bir ticarət və ya bir əyləncə gördükləri zaman… ona doğru yönəldilər” buyuruğu haqqında Müslimin Səhihində Cabir b. Abdullahdan gələn rəvayət belədir: “Peyğəmbər (s.ə.s) Cümə günü ayaq üstə xütbə irad edirdi. Bir gün Şamdan bir karvan gəldi. İnsanlar ona doğru getdilər. Geriyə sadəcə 12 nəfər qaldı. (Bir rəvayətdə “Onlardan biri də mən idim” ibarəsi də vardır). Budur Cümə surəsindəki “Onlar bir ticarət və ya bir əyləncə gördükləri zaman səni ayaq üstə buraxıb ona yönəldilər” ayəsi bundan sonra endirildi.
Əl-Kəlbi və başqalarının zikr etdiklərinə görə bu karvanı gətirən adam Dıhyə b. Halifə əl-Kəlbidir. Bu karvan, insanların aclıq çəkdikləri və qiymətlərin olduqca bahalandığı bir sırada Şamdan gəlmişdi. Onunla birlikdə insanların ehtiyac duyduqları buğda, un və daha başqa şeylər vardı. Karvanı (Mədinə çarşılarından) Ahcaruz-Zeyt deyilən yerdə qonaqladı. İnsanların gəldiyini xəbər almaları üçün davul çalındı. 12 nəfər müstəsna, (məsciddə) olanlar çıxıb getdi. Qalanların 11 nəfər olduğu da söylənmişdir.
Əl-Kelbi dedi ki: “O sırada Cümə namazı xütbəsini dinləyirdilər. Xütbəni buraxıb karvana qaçdılar. Rəsulullahla (s.ə.s) birlikdə 8 nəfər qaldı”. Bunu əs-Salebi İbn Abbasdan nəql etmişdir. [3]
Aralarında Əbul-Aliyə, Hasan, Zeyd ibn Esləm və Katadenin də olduğu tabiindən birdən çox adam belə demişdilər. Muqatil ibn Hayyanın iddiasına görə, bu karvan Müsəlman olmazdan öncə Dıhyə ibn Həlifənin karvanıydı. O, davul çalaraq xalqı toplayardı. Müsəlmanlardan çox azı müstəsna olmaqla, camaat Rəsulullahı minbərdə ayaq üstə dikili olaraq buraxıb, ticarət karvanına getmişdilər. Bu mövzudakı xəbər səhihdir. Belə ki, İmam Əhməd ibn Hanbəl deyir ki: Bizə İbn İdris… Cabirin belə dediyini bildirdi: “Mədinəyə bir karvan gəlmişdi, Rəsulullah (s.ə.s) da o əsnada xütbə oxuyurdu. Xalq çıxıb karvana getdi və məsciddə 12 nəfər qaldı. Bundan sonra “Onlar bir ticarət və ya oyun gördükləri zaman; səni ayaq üstə buraxaraq oraya yönəldilər” ayəsi nazil oldu”. [4]
Dıhye b. Halifə əl-Kəlbi (r.a) Müsəlman olmazdan öncə, bərabərində müxtəlif ticarət malları olduğu halda, Şamdan alış-veriş etmiş olaraq çıxıb gəldi. Mədinəlilər onu davul və alqışlarla qarşıladılar və bu iş Cümə günü oldu. Tam o sırada, Hz. Peyğəmbər (s.ə.s) minbərdə ayaq üstə xütbə oxuyurdu. Müsəlmanlar bunun üçün çıxdılar. Hz. Peyğəmbərin (s.ə.s) yanından ayrıldılar. Camidə fərqli rəvayətlərə görə sadəcə 12 və ya 8, yaxud da 40-a qədər adam qaldı. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s): “Əgər bu qalanlar da olmasaydı, təpələrinə daş yağdırılardı” – dedi və bu ayə nazil oldu. [5]
Ən düzünü Allah bilir!
İstifadə olunmuş ədəbiyyat:
[1] Quranın Təbyini, III cild, səh. 4; Əraf surəsi.
[2] Lisanul-Arab, c. 9, s. 297-301; Tacul-Arus, c. 10, s. 442-448.
[3] Kurtubi, el-Camiu li Ahkamil-Quran.
[4] İbn Kesir.
[5] Razi, Mefatihul-Ğayb; Muqatil.