Duha surəsi, Məkkədə nazil olmuşdur. Enmə sırasına görə 11–ci surədir.
Bu surədə Peyğəmbərimizin və vəhyin Allahın təminatı altında olduğu elan edilir.
Həmçinin, Fəcr surəsində haqqında söhbət açılan “ərməğan, yetim, nankorluq” kimi anlayışlar, bu surədə Peyğəmbərimizin həyatından nümunələr verilərək gücləndirilir və geniş izah edilir.
Klassik mənbələrdə Fəcr surəsinin enməsindən sonra uzun bir “فترة fitrət” dövrünün yaşandığı və daha sonra Duha surəsinin enməsi ilə bu dövrün sona çatdığı iddia edilmişdir. Başqa bir ifadəylə, Allahın Fəcr surəsindən sonra uzun bir müddət peyğəmbərinə vəhyi kəsdiyi iddia edilir.
Fitrətin səbəbləri haqqındakı rəvayətlərdən bəzilərini Ələq surəsinin təhlilində təqdim etmiş, Qurandan və tarixi məlumatlardan istifadə edərək, bu rəvayətlərin uydurma olduqlarını ortaya qoymuşduq.
Xülasə olaraq, vəhyin enməsi sırasında bir fitrət dövrünün yaşandığına dair irəli sürülən iddialar tamamilə əsassızdır. Furqan surəsinin 32–ci və 33–cü ayələrində Quranın bir dəfəyə hamısı deyil, parça–parça, az–az, yeri gəldiyi zaman endiriləcəyi açıq şəkildə bildirilir. Beləliklə də, iki Vəhy arasındakı boşluq dövrünü fitrət olaraq dəyərləndirmək Qurana tərs düşür.
Tərcümə:
Rəhman, Rəhim Allah adından
- 1–3 Bu şəfəq vaxtı və qaranlığı bütünlüklə basdırdığı zaman gecə sübutdur ki, Rəbbin səni tərk etməyəcək və səndən inciməyəcək.
- 4,5Sonrası sənin üçün əvvəlindən, əlbəttə daha xeyirli olacaq. Və Rəbbin sənə verəcək, sən də məmnun olacaqsan.
- 6–8O səni yetim olaraq tapıb sığınacağa qovuşdurmadımı? Səni dos–doğru yoldan kənardakı biri olaraq tapıb, dos–doğru yola bələdçilik etmədimi? Səni ailənin dolanışıq çətinliyi içində tapıb zəngin etmədimi?
- 9,10O halda yetimi pərişan etmə– daha da pisləşdirmə! İstəyəni– sual verəni danlama.
- 11Və Rəbbinin nemətini sözlərin və hərəkətlərinlə ortaya qoy!
(11/93, Duha/1–11+12/94)
Ayənin orijinalındakı sözlər, “bu şəfəq vaxtı və qaranlığı bütünlüklə basdığı zaman gecə” mənasındadır. Məcazi mənası olaraq:
- 1–3 Aydınlanmağın başlanması və Allahın ilahlığını, Rəbbliyini bilə–bilə rədd etməyin, Allaha ortaq qəbul etməyin, cəhalətin cəmiyyəti bürüməsi sübutdır ki, Rəbbin səni tərk etməyəcək və səndən inciməyəcək.
mənasını verir
Təhlil
Ayənin orijinalındakı “Bu şəfəq vaxtı ” ifadəsi
Quşluq vaxtı, günün ilk aydınlıq saatlarıdır. Burada, artıq qaranlıq dövrlərin bitdiyinə, Fəcrdən/şəfəqdən sonra aydınlığın başladığına diqqət çəkilir. Artıq ruhi bədbinliklər bitmiş, işlər yoluna qoyulmuş, insanlar möminləşməyə başlamışdır. Qarşıda daha yaxşı günlər də gələcəkdir.
qaranlığı bütünlüklə basdığı zamankı gecə
Burada, küfr, şirk və ruhi bədbinliyi simvolizə edən qaranlığın tam çökdüyü məqamlara diqqət çəkilir. Bir tərəfdə çox qaranlıq bütün ağırlığıyla özünü göstərərkən, digər tərəfdə də şəfəq vaxtının yaşanması sübutdur ki,
Rəbbin səni tərk etməyəcək və səndən inciməyəcək.
Ələq surəsinin təhlilində də qeyd etdiyimiz kimi, ayənin hərfi mənası “Rəbbin səndən incimədi və səni tərk etmədi də” şəklindədir. Belə ki, bu ifadə tərzi Quranda bir hadisənin, bir vəziyyətin qarşıda mütləq olacağının qəti şəkildə olduğunu vurğulamaq üçün işlədilir. Ləhəb surəsinin ilk ayəsində olduğu kimi, Quranda yüzlərlə nümunəsi mövcud olan bu ifadə texniki cəhətdən nəzərə alındığında, ayə “Rəbbin səndən inciməyəcək və səni tərk etməyəcək də” mənasına gəlir. Bu ayələrlə Peyğəmbərimizə, tərk edilməyəcəyi və vəhylərin davam edəcyi nöqteyi–nəzərindən, arxayınlıq verilmişdir.
4,5Sonrası sənin üçün əvvəlindən, əlbəttə daha xeyirli olacaq. Və Rəbbin sənə verəcək, sən də məmnun olacaqsan.
Yəni, “Bundan sonrakı həyatın, keçmiş həyatından daha yaxşı olacaq. Rəbbin sənə çox şeylər verəcək, sən də çox məmnun olacaqsan.”
Belə ki, Peyğəmbərimizin elçilik vəzifəsi aldıqdan sonrakı həyatı, vəzifəni almadan əvvəlki həyatına görə hər nöqteyi–nəzərdən qat–qat üstünlüklərlə dolu keçmişdir.
Bu iki ayəni elə şərh ediblər ki, guya Peyğəmbərimizə axirətdə şəfaət səlahiyyəti veriləcək və o məmnun ediləcək. Beləliklə də, onun axirət həyatı dünya həyatından daha yaxşı olacaq. Belə şərh, axirətdə şəfaətin sadəcə Allaha aid olduğunu bildirən onlarca ayəyə zidd olur. Peyğəmbəri tərifləmək istəyərkən, Müsəlmanları ətalətə və səbəbsiz yerə gözləməyə təhrik edən bu cür şərhlərin heç bir ciddi əsası yoxdur. Şəfaət mövzusu, irəlidə Nəcm surəsində geniş şəkildə təhlil ediləcəkdir.
6–8O səni yetim olaraq tapıb sığınacağa qovuşdurmadımı? Səni dos–doğru yoldan kənar biri olaraq tapıb dos–doğru yola bələdçilik etmədimi? Səni ailənin dolanışıq çətinliyi içində tapıb zəngin etmədimi?
Bu ayələr Peyğəmbərimizin keçmişini xatırladılır. Həqiqətən də Peyğəmbərimiz yetim olaraq dünyaya gəlmiş, əvvəlcə babası Abdülmüttəlibin, onun ölümündən sonra da əmisi Əbu Talibin himayəsi altında yaşamışdır.
Ayədə verilən “dallən (dosdoğru yol xaricində biri)” sözü Peyğəmbərimiz üçün işlədildiyindən, bir çox tərcümə və təfsirdə yumşaldılmış mənalarla yer almışdır. Guya Peyğəmbərimizin gecə evinə gedərkən yolunu azıbmış, Cəbrayıl da ona yolunu göstəribmiş. Buna bənzər məcburi izah uydurulan tam 22 ədəd mənaların verilməsi barədə də məlumatlar var.
Əslində isə ayədə “dəlalət” sözünün, ona zidd mənalı “هداي hidayət” sözü ilə birlikdə işlədildiyi nəzərdən qaçırılmamalıdır. Bu səbəbdən də, “dəlalət” sözünün mənasının yumşaldılması, ayənin ruhuna zidd olur. Çünki Fatiha və Leyl surələrində də deyildiyi kimi, “hidayət” sözü “Allahın yolunu göstərmək” deməkdir. Evin yolunu, ya da kəndin yolunu göstərmək mənasında deyildir və belə işlədilə bilməz. Beləliklə də, ayədəki “dəlalət” sözü tam olaraq “hidayət xaricində olmaq, Allahın yolunun xaricində olmaq” mənasına gəlir.
“Dallən” sözünün həqiqi mənasını Peyğəmbərimizə yaraşdıra bilməyənlər, bu sözü məcburi şərhlərlə əsl mənasından uzaq mda işlətmişlər. Sözün əsl ində nə olduğu, Nəcm surəsinin 2–ci ayəsində verilən “yoldaşınız çaşmadı və azmadı” ifadəsindən də anlaşılır. Peyğəmbərimizin vəhy aldığı dövrdəki halının qeyd edildiyi bu ayədə onun hidayət üzərində olduğu, Allahın yolunun xaricinə çıxmadığı qeyd edilir.
Mövzumuz olan Duha 7–ci ayədə isə Peyğəmbərimizin də hər kəs kimi bir insan olduğuna, onun da səhv edə biləcəyinə işarə vardır. Mövzuyla əlaqədar olaraq aşağıdakı ayələr də tədqiq edilməlidir:
- 52,53Bax budur, beləcə Biz, sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən, kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan dilədiyimizi özü ilə bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz, sən də dosdoğru bir yola, göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçilik etməkdəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönəvvələr. (Şura/52, 53)
- 3Sənə bu Quranı vəhy etməklə Biz, sənə hekayətlərin ən gözəlini anladırıq. Halbuki sən, bundan əvvəl, tam yəqinliklə bilin ki, bu mövzu haqqında eşitməmişdin– biliksizlərdən idin. (Yusif/3)
- 65,66Və and olsun ki, sənə və səndən əvvəlkilərə belə vəhy edildi: “And olsun ki, əgər ortaq qoşarsansa, əməlin qətiliklə boşa gedəcək və qətiliklə itirənlərdən olacaqsan. Onun üçün, tam əksinə, yalnız Allaha qulluq et və sahib olduğu nemətlərin qarşılığını ödəyənlərdən ol.” (Zümər/65)
- 19Belə isə, şübhəsiz Allahdan başqa ilah deyə bir varlığın olmadığını bil! Öz günahın üçün, mömin erkəklər və mömin qadınlar üçün bağışlanma dilə. Və Allah, sizin gəzib dolaşdığınız yeri və durduğunuz yeri bilir. (Məhəmməd/ 19)
- 50De ki: “Əgər mən azmışamsa, artıq təkcə öz zərərimə azaram. Və əgər bələdçiləndiyim doğru yolu tapmışamsa, bilinməlidir ki, Rəbbimin mənə vəhy verməsi ilədir. Şübhəsiz O, ən yaxşı eşidəndir, çox yaxın olandır.” (Səba/50)
- 48Elə isə Rəbbinin qərarı üçün səbr et, bədbinliyə düçar olmuş adam kimi olma. O zaman ki, o, bir dəfə hədsiz bədbinliyə düçar olduğunda Rəbbinə səslənmişdi. 49Əgər Rəbbindən Ona bir yaxşılıq yetməsəydi, qınanmış bir halda, boş bir yerə atılacaqdı. 50Ancaq, Rəbbi onu seçdi, sonra da yaxşılardan biri etdi. (Qələm/48– 50)
Xülasə olaraq qeyd edək ki, bu ayədə anladılır ki, Məkkədə məkkəlilər kimi yaşamış olan, xalqın adət–ənənəsinə həmişə əməl etmiş, uca əxlaq sahibi Məhəmməd (əs)a Allahın hidayəti ilə İslamın yolu göstərilmiş və o, bu dünyada nemətlərin ən böyüyü ilə nemətləndirilmişdir.
Və yeri gəlmişkən qeyd edək ki, xalqın qurduğu əxlaq sistemi heç də həmişə Allahın əmr etdiyi şəkildə olmur, bu sadəcə xalqın əməl etdiyi adət–ənənədir. Ona görə də, “əxlaq” və “tərbiyə” sözlərinin fərqli mənalarda olduğu nəzərə alınmalıdır.
Bu paraqrafda bəhs edilən “Səni ailə dolandırmaq çətinliyi içində taparaq zəngin etmədi mi?” ifadəsini, iki fərqli şəkildə izah etmək mümkündür:
- Sözlərin həqiqi mənalarına görə:
– Yetim doğulan Məhəmməd (əs)ın, öz babasının və əmisinin himayəsində, sıxıntı çəkmədən, amma bir ailə dolandırmağa da gücü olmadan, “عائل Ail [ehtiyac sahibi]” olaraq yaşadığı bir zamanda, Xədicə ilə evlənərək zəngin bir ailə rəisi səviyyəsinə yüksəlməsi;
– Ya da Peyğəmbərimizin, elçilik vəzifəsini aldıqdan sonra, Əbu Bəkir, Osman və digər zənginlərin var–dövlətlərinin əmrinə vermələri nəticəsində zənginləşməsi.
- Sözlərin məcazi mənalarına görə isə:
– Məkkəli Məhəmməd (əs)ın vəhy sayəsində biliklənməsi və sübut sahibi olması;
– Ya da sadə, adi biri ikən, bir rəhbər halına gəlməsi nəzərdə tutulmuş ola bilər.
9,10O halda yetimi incitmə – daha da pisləşdirmə! İstəyəni – sualşanı incitmə.
O halda yetimi qəhr etmə! Yəni, “Yetimi hədər etmə, yetimi əzmə!”
“قهر Qəhr”, bir şeyi normal vəziyyətindən daha pis bir vəziyyətə salmaqdır. Bir insanı olması gərəkən vəziyyətdən daha aşağı bir hala salmaq, o insanı qəhr etməkdir. Qəhr, “ikram”ın, yəni üstün qılmanın, hörmətli hala gətirməyin ziddidir. Nümunə olaraq ərəblər ətin tavada pörtməsinə, ölüşgəməsinə “قهر qəhr” deyirlər.[1]
Yetimin üstün vəziyyətə gətirilməsinin vacib olduğu, bundan əvvəlki Fəcr surəsində də bildirilmişdi. Bu surədə isə mövzu, zidd mənası ilə vurğulanaraq, mənası daha da gücləndirilmişdir. Yetimlik Quranın təkidlə üzərində durduğu bir mövzudur. Belə ki, yetimi qoruyub, himayə etmək, dinimizin təməl qaydalarından biridir.
Mövzu sadəcə bu iki surədə işlənməklə qalmamış, Bəqərə surəsinin 220–ci ayəsində və Nisa surəsinin ilk on ayəsindəki aşağıdakı hökmlərlə daha da geniş izah edilmişdir:
- Yetimlər, qohumlar arasına alınaraq, ögey övlad mövqeyinə gətirilməlidir;
- Bir yerdə yaşayan yetimlərə qardaş kimi davranılmalıdır;
- Yetimlərin malları özlərinə verilməlidir;
- Yetimlərin malları qorunmalı və onların idarə edilməsində haqsızlıq edlməməlidir;
- Yetimlər işgüzar hala gətirilməlidir, sənəd–savad sahibi edilməlidir;
- Miras bölünəndə, yetimlər üçün də pay ayrılmalıdır.
Bəzi tərcümələrdə verilmiş “yetimə qəhr etmə” şəklindəki tərcümə, ayənin həqiqi ismarcını əks etdirmir. Çünki dilimizdə “yetimə qəhr etmə” ifadəsi ilə “yetimi qəhr etmə” ifadəsi eyni mənaya gəlmir. Tərcümələrin çoxunda işlədilmiş olan “yetimə qəhr etmə” ifadəsi, “yetimə hirslənmə, yetimi qovma” kimi bir mənaya gəlir. Əslində isə ayə, yetimin qəhr olmasının, məhv olmasının qarşısını almağın vacib olduğunu anladır. Beləliklə də, buradakı tərcümənin “yetimi qəhr etmə” şəklində olması lazımdır. Bu da bizə ayənin bu ismarcını çatdırır:
–Yetimlər ac–yalavac, evsiz–eşiksiz, təhsilsiz–təlimsiz, işsiz–gücsüz qoyularaq hədər edilməməli, lazım olan hər qayğı göstərilərək, analı–atalı kimi büyüdülmələri təmin edilməli, onlara ən yaxşı təlim və təhsil verilməli, hörmətli və dəyərli şəxslər olaraq cəmiyyətə qazandırılmalıdır.
Quranın yetimlər üçün verdiyi əmrlər həm fərdi, həm də kütləvi mahiyyət daşıyan əmrlərdir. Onlar üçün edilməsi əmr olunan işlərin fərdlər tərəfindən edilməsi mümkün olanları fərdlər tərəfindən, kütləvi edilməsi mümkün olanları isə kütlə adından və bu da ictimai səlahiyyəti istifadə edənlər tərəfindən yerinə yetirilməlidir. Bir iman cəmiyyəti, yerinə yetirilməsi vacib olan maddi və mənəvi yüklər barəsində ən azından, fərdləri qədər məsuliyyət daşıyır. Belə ki, Fəcr surəsinin 17–20–ci ayələrində yetimin kərimləşdirilməsi və yoxsulun qidalanması məsələsinə təşviq edilməsi vəzifələri bilavasitə kütləyə – cəmiyyətə verilmişdir.
Onuncu ayədəki “İstəyəni danlamaq” ifadəsi
“سائل səil” sözü “istəyən” deməkdir, ancaq “soruşan” mənasına da gəlir. Çünki sualşmaq, bilik istəmək deməkdir. Ayədə tamamlayıcıya yer verilməmiş və istəyənin nə istədiyi qeyd edilməmişdir. Bu hal, “istəyən” sözünün məna sahəsini genişləndirir. Beləliklə, “istəyən” sözü üçün “yemək–içmək kimi maddi ehtiyacları istəyən”, ya da “mənəvi və elmi ehtiyaclarını aradan qaldıracaq bilik istəyən, sualşan” kimi mənaların verilməsi mümkündür.
11Və Rəbbinin nemətini sözlərin və hərəkətlərinlə ortaya qoy!
Surədə açıqlanan mövzular nəzərə alındığında, “Rəbbinin neməti” ifadəsindən Peyğəmbərimizə verilən hər cür nemət başa düşülsə də, ona verilən əsl nemət “İslam Dini”dir. Çünki, başda Maidə surəsinin 3–cü ayəsi olmaqla, Quranda bəhs edilən “nemət” İslam dinidir. Peyğəmbərimizdən istənilən də, bu neməti [İslam Dinini] həm yaşaması, həm də təbliğ etməsidir.
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Lisanü’l Arab, “g h r” mad.