MƏKKƏ DÖVRÜ
Nəcm: 34
1–5“Yaratdığı şeylərin şərindən, çökdüyü zaman qaranlığın şərindən, düyünlərə tüpürüb üfləyənlərin/sözləşmələrə əməl etməyənlərin şərindən və qısqandığı zaman qısqananın şərindən çatlamaların Rəbbinə[1] – bütün çətinlikləri ortadan qaldıran Allaha sığınıram” – de!
(20/113, Fələq/1–5)
[1]Rəbb, “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq, bir sıra hədəflərə götürən, inkişafı proqramlayaraq, idarə edən” deməkdir. Bu söz, mütləq mənada, sadəcə Allah üçün istifadə edilir. İnsanlar üçün, “evin rəbbi”, “iş yerinin rəbbi” şəklində istifadə edilir. Bu ifadəyə ən yaxın mənalı söz, Fransızcadan Türk dilinə keçmiş olan “patron” sözüdür. Bu söz, hər nə qədər yaxın məna ifadə etsə də, sadəcə ticarətə məxsus bir ifadə olduğuna görə, rəbb kəlməsinin birmənalı mənası sayılmaz. Buna görə də, “rəbb” kəlməsini bir-iki sözlə ifadə etmək mümkün olmadığından, tərcüməmimizdə sözü ərəbcə saxlamaq məcburiyyətində qaldıq. Ona görə də oxucularımız, yuxarıdakı anlayışı yaddaşlarında yaxşı saxlamalıdırlar.