FƏTH SURƏSİ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 666

1–3Şübhəsiz ki, Biz, Allah sənin keçmişdə olmuş və gələcəkdə ola bilən günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni ən doğru yola bələdçiləsin və Allah sənə çox güclü bir zəfərlə kömək etsin deyə, sənə açıq-aşkar bir fəthi açdıq.[1]

4O, öz imanları ilə birlikdə imanları artsın deyə, möminlərin qəlblərinə qəlbi təskin edən arxayınlıq və sakitləşmə duyğusu/əhvali-ruhiyyə endirəndir. Göylərin və yerin orduları da yalnız və yalnız Allahındır. Və Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

(111/48, Fəth/1–4)

Nəcm: 667

7Göylərin və yer üzünün orduları da Allahındır. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

8,9,5,6Şübhəsiz, Biz Allaha və Elçisinə iman etməyiniz, Ona kömək etməyiniz, Ona hörmət göstərməyiniz və hər zaman Onu hər cür nöqsanlıqdan münəzzəh qılmağınız üçün… Mömin kişiləri və mömin qadınları, içində həmişəlik qalanlar olaraq, alt­la­rın­dan çaylar axan cənnətlərə qoyması və onların pisliklərini örtməsi üçün… Bax bu­dur, bu, Allah qatında böyük bir qurtuluşdur… Və Allah haqqında pis zənndə olan o münafiq kişilər və münafiq qadınları, Allaha ortaq qoşan kişiləri və ortaq qo­şan qadınları əzablandırması üçün… Pislik onların üzərinə olmuşdur. Allah onlara qə­zəb etmiş, onları kənarlaşdırmış/mərhəmətindən məhrum buraxmış və özləri üçün cə­­hən­nəmi hazırlamışdır. Ora nə pis bir yerdir! Səni şahid, müjdələyən və xəbər­dar edən olaraq, elçi etdik.[2]

(111/48, Fəth/7–9, 5–6)

Nəcm: 668

10Şübhəsiz, sənə bağlılıq andı edən bu insanlar, əslində Allaha bağlılıq andı et­mək­dədir­lər. Allahın gücü – nemətləri, köməkləri onların güclərindən – köməklərindən, xid­mətlərindən üstündür. Ona görə də kim sözündən dönərsə, artıq sadəcə öz əley­hinə olaraq dönmüşdür. Kim də Allaha verdiyi sözə vəfa göstərərsə, Allah ona dərhal böyük bir mükafat verəcəkdir.

11Bədəvi ərəblərdən geridə buraxılmış, sizinlə gəlməyənlər sənə yaxında: “Mallarımız və ailələrimiz bizi məşğul etdi/geri qoydu. Haydı, Allahdan bizim bağış­lanmağımızı dilə” – deyəcəklər. Onlar qəlblərində olmayanı dilləri ilə söylə­yir­lər. De ki: “Allah sizə bir zərər diləyərsə və ya bir yarar diləyərsə, Ona qarşı ki­min bir şeyə gücü yetə bilər? Tam əksinə, Allah etdiklərinizdən xəbərdardır”.

12Əslində siz sanmışdınız ki, Elçi və möminlər ailələrinə/yaxınlarına sonsuzadək geri dönməyə­cək­­lər. Bu sizin könüllərinizə də gözəl görünmüşdü. Və siz pis zənndə oldunuz və dəyişikliyə/dağıntıya uğramış bir cəmiyyət oldunuz.

13Və kim Allaha və Elçisinə iman etməzsə, bilsin ki, şübhəsiz, Biz kafirlər üçün çılğın bir atəşi hazırlamışıq.

14Və göylərin və yer üzünün hökmranlığı Allahındır. O, dilədiyini bağışlayar, dilədiyini əzablandırar. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

15Siz qənimətləri almaq üçün getdiyinizdə o geri qalanlar: “Buraxın bizi də sizi izləyək” – deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki: “Siz, qətiyyən bizimlə gələ bilməyəcəksiniz. Allah daha öncə belə buyurmuşdur”. Sonra onlar: “Tam əksinə, siz bizi qısqanırsınız” – deyəcəklər. Tam əksinə, onlar çox az şey xaricində, anlamazlar.

16Bədəvi ərəblərdən geri buraxılmış olanlara de ki: “Siz yaxında çox qüvvətli bir cəmiyyətə qarşı çağırılacaqsınız, onlarla döyüşərsiniz və ya onlar Müsəlman olarlar. Artıq əgər itaət edərsinizsə, Allah sizə gözəl bir mükafat verər. Amma öncədən aradan çıxdığınız kimi, yenə aradan çıxacaq olarsınızsa, sizi acıqlı bir əzab ilə əzablandırar”.

17Kor üçün bir vəbal yoxdur, topal üçün də bir vəbal yoxdur, xəstə üçün də bir vəbal yoxdur. Bununla yanaşı, kim Allaha və Elçisinə itaət edərsə, Allah onu altından çaylar axan cənnətlərə girdirər. Kim də yaxasını kənara çəkərsə, onu acıqlı bir əzab ilə əzablandırır.

(111/48, Fəth/10–17)

Nəcm: 669

18,19And olsun ki, o ağacın altında sənə bağlılıq andı içərlərkən, Allah möminlərdən razı olmuşdur. Bax budur, qəlblərində olanı bilmiş, onlara qəlbi təskin edən, arxayınlıq və yüngülləşmə duyğusu/əhvali-ruhiyyə endirmiş və onları çox yaxın bir fəth və alacaqları bir çox qənimətlərlə mükafatlandırmışdır. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam­laş­dı­ran­dır.

20,21Və Allah sizə  alacağınız bir çox qənimətləri və sizin gücünüzün yetmədiyi, amma Allahın sizin üçün ehtiva etdiyi başqa şeyləri, siz yararlanasınız və möminlərə bir əlamət olsun, Allah sizi ən doğru yola bələdçiləsin deyə, vəd etmişdir. Bax budur, Allah bunu sizə dərhal vermiş və insanların əllərini sizdən çəkmişdir. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

22,23Və əgər kafirlər sizinlə döyüşsəydilər, qətiliklə, Allahın əvvəldən bəri gələn qanunu/tətbiqatı olaraq arxaya dönüb qaçardılar. Allahın qanununda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sonra bir yol göstərən, qoruyan yaxın və köməkçi də tapa bilməzdilər.

24,25Və Allah sizi onlara qarşı müzəffər etdikdən sonra Məkkənin vadisində – Hüdeybiyyədə Allahın dilədiyini mərhəmətinə nəsib etməsi üçün onların əl­lə­ri­ni sizdən, sizin əllərinizi də onlardan çəkəndir. Və Allah etdiklərinizi ən yaxşı gö­rən­dir. Onlar, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və sizi Məscid-i Ha­ram­dan və nəzərdə tutulmuş hədylərin/həcc edənlərə göndərilən yeməklərin yer­lə­rinə çatmasını əngəlləyənlərdir. Əgər özlərini hələ tanımadığınız, bilmə­yərək əz­məklə özlərindən məsuliyyət daşıyacağınız mömin kişilər, mömin qadınlar ol­ma­say­dı, əgər onlar, bir-birindən ayrılmış olsaydılar, qətiliklə, onlardan Allahın ilah­lı­ğı­na və rəbbliyinə inanmayanları acıqlı bir əzabla əzablandırardıq.

26Həmçinin kafirlər cahiliyyə qalığı olan qürur və soy şərafətini, tutuculuğu öz qəlblərində alovlandırıb, qızışdırdıqları zaman dərhal Allah Elçisinin və möminlərin üzərinə qəlbi təskinləşdirən arxayınlıq və yüngülləşmə duyğusunu/əhvali-ruhiyyəni endirmiş və o, möminlərin “təqva/Allahın qoruması altına girmə” sözünə ilzam/müsbət təsir etmişdi/sadiq qalmalarını təmin etmişdi. Onsuz da onlar buna layiq və meylli idilər. Allah hər şeyi ən yaxşı biləndir.

(111/48, Fəth/18–26)

Nəcm: 670

27And olsun ki, Allah Elçisinə o görüntünü “Siz Allah diləyərsə, qətiliklə, arxayınlıqla başlarınızı taraş etmiş və qısaltmış insanlar olaraq, qorxmadan Məscid-i Harama girəcəksiniz” – görüntüsünü haqq ilə doğru çıxardı. Belə isə Allah sizin bilmədiyinizi bilir. Sonra da sizə bundan alt/yaxın bir fəth qıldı.

28Allah haqq dini dinlərə üstün qılmaq üçün Elçisini doğru yol bələdçisi – Quran və haqq din ilə göndərəndir. Şahid olaraq Allah yetər.

(111/48, Fəth/27–28)

Nəcm: 671

29Muhəmməd Allahın elçisidir! Allahın elçisi Muhəmməd və onunla bərabər olan kimsələr isə kafirlərə qarşı sərt, öz aralarında mərhə­mət­­lidirlər ki, Allah bununla düşmənləri qəzəbləndirsin. Sən onları Allahın lütfündən və bir məmnunluq istəyərək, Allahın bir­li­yi­ni öyrədənlər, boyun əyib təslimiyyət göstərənlər olaraq görərsən. Onların Allaha təs­limiyyətlərindən bütün varlıqlarında/hər cəhətlərində nişanları/əlamətləri/xüsusiyyətləri bəlli olur. Bu, onların Tövratdakı nişanələridir. Onların İncildəki nümunələri isə filizini yarıb çı­xar­mış, sonra onu qüvvətləndirərək qalınlaşmış, sonra da gövdəsi üzərində bitmiş bir əkin kimidir. Bu, əkinçilərin də xoşuna gedər. Allah onlardan iman edən və dü­zəlt­mək yönündə işlər edən insanlara bağışlama və böyük bir mükafat söz ver­mişdir.

(111/48, Fəth/29)

 

[1]Burada Hudeybiyyə Sülh Andlaşması və Rıdvan Bidətindən bəhs edilir. Hicrətin üzərindən 6 il keçmiş və bu müddət içərisində kimsə öz yurdu və əqrabaları ilə təmas qura bilməmişdi. Muhacirlərdə həsrət və qürbət duyğuları qabarmış, Ənsarda da Kəbəyə qarşı nostalgiya yaranmışdı. Buna görə də Rəsulullah, Məkkəyə getmək istəyənlərin hazırlanmasını istədi. Zilqədənin ilk Bazar ertəsi günü [13 Mart 628] 1400 nəfərlə Məkkəyə doğru hərəkət edildi. Məqsədin barış olduğunu göstərmək üçün yanlarına, yolcu qılıncı deyilən qılıncdan başqa silah almadılar. Vəziyyəti öyrənən Məkkəli müşriklər, nə bahasına olursa, olsun Rəsulullahı Məkkəyə buraxmamağı qərara aldılar və Onun Məkkəyə daha artlq yaxınlaşmasına mane olmaq üçün də Xalıd b. Vəlidin başçılığı ilə 200 atlıdan ibarət olan bir birlik göndərdilər. Bu arada Rəsulullah ilə möminlər Məkkə yaxınlarındakı Hudeybiyə mövqeyinə gəlmişdilər. Rəsulullah, məqsədlərini bildirmək, Məkkə müşriklərinin münasibətini öyrənmək üçün, Məkkəyə, döyüşmək niyətində olmayıb, yalnız və yalnız Kəbəni ziyarət üçün gəldiklərini və umrə edib dönəcəklərini bildirən bir elçi göndərdi. Buna rəğmən, müşriklər dəvəsinə vurub, elçini yerə düşürərək, öldürmək istədilər. Məkkəli olmayan bəzi insanlar araya girib, elçini qurtardılar. Elçi geri dönərək, vəziyyəti Rəsulullaha anlatdı. Məkkəli müşriklər, Müsəlmanların Məkkəyə girməsini özləri üçün böyük qürursuzluq sayır və ərəblərin gözündən düşəcəklərini düşünürdülər. Məkkədə hələ xatiri sayılan və təsirli bir çox əqrabası olan Osmanın elçi olaraq, göndərilməsi üçün Rəsulullah Osmanı Qureyşə göndərdi. Osman, öncə Rəsulullahın ismarıcını çatdırdı və: “Biz muharəbəyə gəlmədik, yalnız və yalnız umrə etmək üçün gəldik” – dedi. Qüreyşlilər Osmana: “İstəyirsən  Kəbəni təvaf et, ancaq hamınızın Məkkəyə girməsinə və Kəbəni təvaf etməsinə izin verə bilmərik” – dedilər. Rədd etdikdən sonra da Osmanı Məkkədə saxlayıb, göz həbsində tutdular. Müsəlmanlar arasında, Osmanın öldürüldüyü şaiəsinin çıxandan sonra, Rəsulullah, möminləri biətə dəvət etdi. Bütün möminlər, ölüm bahasına da olsa, döyüşdən qaçmamaqla, Ona biət etdilər. Bu mövzu, surənin 10, 18 və 19–cu ayələrində yer alır. Bu ayələrdən hərəkətlə bu biətə, “Biatur – Rıdvan” [razılıq biəti] və biət əsnasında altında durulan ağaca da “Şəcərətür – Rıdvan” [razılıq ağacı] adı verilmişdir. Sonra Osman ilə əlaqədar ölüm xəbərinin əsilsiz olduğu anlaşıldı. Bu arada, qarşılıqlı elçilər gedib-gəlir, bir uzlaşma yolu aranırdı. Müşriklər müsəlmanları Məkkəyə qoymamağa qərarlı görünürdülər. Rəsulullah isə: “Biz döyüşmək üçün gəlmədik. Məqsədimiz Kəbəni ziyarətdir, umrə etməkdir. Qüreyşlilər döyüşlərdə zəif düşmüşdülər. Diləyərlərsə, onlarla bir anlaşma etmək istərəm. Qəbul edərlərsə, nə əla, əks təqdirdə, ölüncəyə qədər onlarla döyüşərəm” – deyərək barışmağa üstünlük verirdi. Məkkəli müşriklər, Allah Rəsulunun qərarlılığına görə, döyüşü gözə almayaraq, Osmanı və Məkkədəki bir qisim Müsəlmanı sərbəst buraxdılar. Ardından, Suheyl b. Amrin başçılığında bir heyəti anlaşma əldə etmək üçün Rəsulullahın yanına göndərdilər. Burada “Hudeybiyyə Andlaşması” həyata keçirildi. Buna görə: 1) Müsəlmanlarla müşriklər 10 il döyüşməyəcəklər. 2) Müsəlmanlar bu il Kəbəni ziyarətdən əl çəkərək, geri dönəcəklər, ancaq gələn il umrə edəcəklər, müşriklərin boşaldacağı Məkkədə üç gün qalacaqlar və yanlarında yolçu ehtiyaclarından başqa silah daşımayacaqlar. 3) Məkkədən birisi, müsəlman olaraq, Mədinəyə sığındığı zaman geri veriləcək, lakin Mədinədən Məkkəyə sığınanlar geri verilməyəcək. 4) Ərəb qəbilələri istədikləri tərəflə anlaşma etməkdə sərbəst olacaqlar.

Şərtlərinin, görünüşdə, müsəlmanların əleyhinə olduğuna görə, müsəlmanlar böyük bir xəyal qırıqlığına uğradılar və Rəsulullaha: “Sən Allahın Rəsulu deyilsənmi? Davamız haqq dava deyilmi? Bu zilləti niyə qəbul edirik?” – deyə məzəmmət də etdilər. Hudeybiyyədə 19 gün qalındıqdan sonra, Mədinəyə doğru yola çıxıldı. Yolda bu surə endi.

[2]Bu bölməni, texniki səbəblər və məna uyğunluğuna görə, Rəsmi Tərcümədən fərqli tərtib etdik. Ətraflı açıqlamalar üçün Bxn. Təbyin.