FATİHƏ SURƏSİNİN TƏBYİNİ

Fatihə surəsi olaraq adlandırılan bu yeddi ayə ilə əlaqədar, məşhur təfsirçilərimizdən İmam–i Razi 250, İbn–i Kəsir 114, Elmalılı Hamdi Yazar isə 104 səhifə izah yazmışdır. Bu izahlarda:

– Surənin harada endiyi və bir dəfəyəmi, yoxsa iki dəfəmi endirildiyi,

– Başındakı “Bismillah”ın ayə olub, olmadığı və “Bismillah”ın əhəmiyyəti,

– Qiraət [oxunuş] fərqlilikləri,

– Oxunuşunda “istiazə”nin lazım olub, olmadığı,

– Namaz ilə əlaqəsi, olarsa olmazları və olmazsa olmazları,

– Oxunmasının fəzilət və savabı,

– Digər adları,

– İsm–i Əzamin [Allahın ən Böyük adının] nələr ola biləcəyi, ya da nələr ola bilməyəcəyi kimi mövzularda min bir rəvayətə əsaslanan izahlar etmişlər.  Nəticədə Quranı anlamaq və anlatmaq üçün yazılmalı olan bu əsərlərdə, Fatihə surəsinin Quran və İslamdakı əsl yeri və təməl ismarıcı yuxarıdakı mövzular arasında itib getmişdir. Beləliklə də, bu əsərlər, insanların Quranı dərk etmələri baxımından sanki bir maneə halına gəlmişlər. Halbuki, Quranı anlamaq istəyən hər kəsin ilk Müsəlmanlar kimi, birbaşa Quranı oxuması və anlaması lazımdır. Çünki, Quranı ən yaxşı təfsir edənin yenə Quran olduğu yaddan çıxarılmamalıdır.

Fatihə Surəsinə Verilmiş Olan Adlar

Daşıdığı xüsusiyyətlər nəzərə alınaraq, surəyə aşağıdakı adlar verilmişdir:

– Rəsmi düzülüşlər və namazdakı oxuma bu surə ilə başladığından, “الكتاب فاتحة Fatihatu’l–Kitab” surəsi, ya da qısaca “الفاتحة  Əl Fatihə” surəsi. Fatihənın lüğəti mənası açmaq, başlamaq deməkdir.

– Yeddi ayəli olduğundan və həm Məkkədə, həm də Mədinədə endiyi rəvayət edildiyindən, “المثانى السّبع  əs–Səb’u’l–Məsani” surəsi.

– Başında “الحمد  Həmd” sözü olduğu üçün “Həmd” surəsi.

– Namazda oxunarkən digər surələr kimi bölünmədiyindən, “الوافية  əl–Vafiyə” [Tam olan] surəsi.

– Başqa surələrin yerini tutduğu, amma digər surələrin onun yerini tuta bilmədiyini səbəb göstərməklə, “الكافية  əl Kafiyə” [kifayət edən] surəsi.

– İslam inancının təməlini əmələ gətirən qaydalardan bəhs etdiyindən, “əl–Əsas [Təməl]” surəsi.

– Şükür mənası ehtiva etdiyindən, “الشّكر  Şükür” surəsi.

–İstər içində istəklər mövcud olduğundan və istərsə də Müslim və Tirmizidə keçən “Allah belə buyurdu: Məni zikr etməsi məndən bir şey istəməsinə mane olana, istəyənlərə verdiyimin ən yaxşısını verərəm” rəvayətinə (Müslim, Salaat 38; Tirmizi, Təfsir 2) uyğun düşdüyündən, “السّئال  əs–Süaal” [İstək] surəsi.

– Bir qismi dua mahiyyətində olduğundan, “الدّعاء  Dua” surəsi.

– Ən sağlam hədis seçib toplayan olduğu qəbul edilən Buxarinin Səhihində belə yer alan: oxunduğunda ilan və əqrəb sancması nəticəsində meydana gələn zəhərlənmələrə şəfa olduğu və huşunu itirənlərə oxunduğunda ayıltdığına dair rəvayətlərə əsaslanaraq, “الشّفاء  Şəfa” və ya “الرّقية  Ruqyə [Dua(pitik)]” surəsi.

– Namazın Fatihəsiz ola bilməyəcəyinə və aşağıda qeyd edilən Əbu Hüreyrə rəvayətinə əsaslanaraq, “الصّلاة əs–Salaat” [Namaz] surəsi.

– Quranın, bir bütün olaraq, içində yer alan iman, əməl [fərdi işlər], müəməlaat [kütləvi işlər], əxlaq, peyğəmbər əhvalatları, inzar/xəbərdarlıq və təbşir/müjdələmə kimi mövzuları əsas olaraq ehtiva etdiyindən, “امّ القرأن  Ümmü’l–Quran” [Quranın Anası] surəsi.

Çox təəssüf ki, yuxarıdaki adlara əlavə olaraq, bu gün haradasa “Ölü” surəsi, “Məzarlıq” surəsi, “Türbə” surəsi deyiləcək qədər Fatihəyə səhv fəaliyyətlər yüklənmişdir.

Fatihə Surəsini Başa düşmək üçün Məsləhət Gördüyümüz Yol

Surənin peyğəmbərimiz, peyğəmbərimizin yoldaşları və hətta Məkkə müşrikləri tərəfindən anlaşıldığı kimi anlaşıla bilməsi üçün surəni Quran ilə başa düşmək qaydasına müraciət edək.

Klassik anlayışa görə bu ayələr Məkkədə, beşinci surə olaraq nazil olmuşdur. Bu ayələr endiyi sırada Quran və İslam naminə iman ediləcək Ələq, Qələm, Müzzəmmil və Müddəssir olmaqla sadəcə dörd surə mövcud idi.

Daha əvvəl Rəbbimizin Ələq surəsiylə Muhamməd b. Abdullahı müxatib seçdiyi, onu peyğəmbər təyin etdiyi və ona Rəbbi adından oxumasını əmr etdiyi, Qələm və Müzzəmmil surələriylə onu təlimləndirdiyi və xidmətə hazırladığı, Müddəssir surəsiylə də ona üniformasını geyindirib təchiz etdiyi və onu “Qalx, dərhal, Rəhman, Rəhim Allah adından… deyə xəbərdar et və Rəbbinin ən böyük olduğunu elan et!” deyərək vəzifəyə çağırdığı aydın olur.

Rəbbimizin bu dörd surədə sadəcə peyğəmbərimizi müxatib aldığı və Peyğəmbərimizin də özünə verilən təlimatları hələ təbliğ məqsədiylə heç kimə söyləmədiyi xüsusilə nəzərə alınmalıdır.

Ancaq, Ələq, Qələm, Müzzəmmil və Müddəssir surələrinin giriş ayələrindən sonrakı bölmələrdə müşriklər ilə mübahisələrin olduğu müşahidə edilir. Bu vəziyyət, haqqında söhbət açılan ayələrin girişdəki ilk ayələrdən daha sonra endiyini göstərir. Bu da, adı keçən surələrin bir bütün halında enmədiyinin bir nümunəsidir. Təəssüf ki, ayələrin çoxunun xronoloji sırası bilinmir.

Fatihə surəsi deyə adlandırılan bu yeddi ayənin texniki və semantik baxımdan sərbəst bir surə olması mümkün deyildir. Fatihə surəsi olaraq bilinən 7 ayə, əslində Müddəssir surəsinin 2–ci ayəsinin tamamlayıcısıdır. Bu ayələrin sərbəst bir surə edilməsi və Rəsmi düzülüşün başına yerləşdirilməsi, adının da “Fatihə” [açış, giriş, ön söz] edilməsi, Quranın Peyğəmbər tərəfindən seçildiyi və ya bu ayələrin vəhy olmayıb Peyğəmbər tərəfindən edilən bir xəbərdarlıq olduğu və bu bildirişin də Qurana ön söz olaraq qoyulduğu qənaətini doğurur.

Biz bu ayələri Müddəssir surəsinin ikinci ayəsinə bağlamaqla, tərtibdən qaynaqlanan qüsurları aradan qaldırmış oluruq.

Peyğəmbərimiz bu xəbərdarlıq mətnini (Rəhman, Rəhim Allah adından… deyə xəbərdar et), almış, Rəbbi adına insanları xəbərdar etmişdir.

Ümumi prinsip olaraq bu çalışmada sadəcə Quran ayələri ilə kifayətlənlməyə və hansının doğru, hansının qurma olduğu qəti olaraq bilinməyən rəvayətlərdən uzaq durmağa diqqət göstərilmiştir. Ancaq tövhid inancı baxımından hər hansı bir problem olmayan, ya da ələ alınan mövzunun daha yaxşı anlaşılmasına dəyər qatacağı düşünülən tarixi dəlil xüsusiyyətindəki rəvayətlərdən də istifadə edilmişdir. Bu ümumi prinsipə bağlı olaraq Fatihə surəsiylə əlaqədar aşağıdakı rəvayətin təqdim edilməsində fayda görülmüşdür:

Rəvayətə görə; “Qalx, dərhal, Rəhman, Rəhim Allah adından xəbərdar et! və Rəbbinin ən Böyük olduğunu elan et!” əmrini alan peyğəmbərimiz Səfa təpəsinə çıxmış və insanlara “Ya sabahah! Ya sabahah!” deyə səslənmişdir. Bu ifadə, o günkü kütlədə “Diqqət! Diqqət! Məni dinləyin!” mənasına gələn bir növ anons olub, döyüş kimi vacib xəbərlər ediləcəyi zaman işlədilirdi. Peyğəmbərimiz, bu çağırışa tabe olub, oraya gələnlərə “Ey Abdülmuttalib Oğulları! Ey Fihr Oğulları! Ey Lüeyy Oğulları! Bu dağın arxasında sizə hücum etmək istəyən bir süvari birliyi var desəm, mənə inanarsınızmı?” deyə sualşdu. Gələnlərdən “Hə!” cavabı alaraq özünə duyulan etibarı təsdiqlədikdən sonra kütləyə bu ismarıcı çatdırdı:

Ey insanlar!

Fatihə 1–7“Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli Allah adından xəbərdar edirəm: “Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, hər kəsin yaxşı, ya da pis etdiyı bütün fel və hərəkətlərinin qarşılığını görəcəyi Axirət gününün sahibi, yönləndiricisi Allahadır–Allahdan başqa kimsə tərifə layiq deyildir. Yalnız sənə qulluq edirik və yalnız Səndən yardım istəyirik. Bizə, üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa düşmüşlərin yolunu yox, özlərinə nemət verdiklərinin yolu olan dos–doğru yolu göstər, bildir!”

Beləliklə peyğəmbərimiz Rəbbi adından xəbərdarlıq etmiş, Rəbbinin ən böyük olduğunu elan etmiş və insanları xəbərdar edərək ilk vəzifəsini tamamlamışdır. Surənin Qurandakı yeri və dinimizdəki əhəmiyyəti belə anlaşılmalıdır. Əks halda Fatihə surəsinin nə ismarıcı, nə də əhəmiyyəti doğru anlaşılmaz.

Tərcümə:

Rəhman, Rəhim Allah adından

  • 1–7Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli Allah adından: “Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, hər kəsin yaxşı, ya da pis etdiyı bütün fel və hərəkətlərinin qarşılığını görəcəyi Axirət gününün sahibi, yönləndiricisi Allahadır–Allahdan başqa kimsə tərifə layiq deyildir. Yalnız sənə qulluq edərik və yalnız Səndən yardım dilərik. Bizə, üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa düşmüşlərin yolunu yox, özlərinə nemət verdiklərinin yolu olan dos–doğru yolu göstər, bildir!

(1/5, Fatihə 1–7)

Təhlil

1Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli Allah adından (Xəbərdar et)

Ələq surəsinin 1–ci ayəsi ilə peyğəmbərimizdən Allah adından oxuması istənmişdi. Müddəssir surəsində də Allah adından xəbərdar etməsi istənir. Bu təlimatla şəxsi həyatının bitdiyi, artıq edəcəyi işlərin Allah adından olacağı ismarıcı verilmişdi. Həmçinin bu işdən maddi və mənəvi mənfəət təmin etməsi barədə də söz gedə bilməzdi. Keçmişdəki bütün peyğəmbərlər də eyni vəzifə şüuruyla təchiz edilmiş, təbliğlərini və dəvətlərini Allah adından etməklə əmr olunmuşdular. Məsələn, günəşə sitayiş edən Səba xalqını bu azğınlıqdan qurtarmaq istəyən Süleyman peyğəmbər də kraliçaya yazdığı məktubuna “Rəhman, Rəhim Allah adından” deyə başlamış və istəklərini bildirərkən Allah adından hərəkət etdiyi şüuruyla davranmışdır. (Nəml/30).

2–4Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, hər kəsin yaxşı, ya da pis etdiyı bütün fel və hərəkətlərinin qarşılığını görəcəyi Axirət gününün sahibi, yönləndiricisi Allahadır–Allahdan başqa kimsə tərifə layiq deyildir.

Həmd. “الحمد Həmd”, bir nemətin və gözəlliyin qaynağı və sahibi olan gücü, tərif və ucaltma sözləriylə anmaqdır. Bu mənasıyla “həmd”, verilən bir nemətdən faydalanma və ya edilən bir köməklə fərəhlənməyə qarşılıq olmaqdan çox, o neməti verənin və ya o köməyi edənin, yəni Yaradanın sonsuz güc və qüvvətinə, yaratdığı nemətlərin çoxluğuna, Onun Rəbbliyinə duyulan heyranlıq səbəbiylə dilə gətirilən bir tərifdir.

Bu tərifə görə həmd şükürdən fərqlidir: Şükür bir nemətin əvəzinə qarşılıq olaraq və bir əməllə edilir, həmd bir nemətdən faydalanmadan da, sadəcə söz ilə də edilir. Həmd, ilk baxışda “mədh etmək” olaraq da anlaşıla bilirsə də, hər mədhiyyə [tərif] həmd deyildir. Çünki mədhiyyə riyakarlıq, yaltaqlıq mənası da daşıya bilər, həmd isə tam bir səmimiyət tələb edir. Beləliklə həmd, nemətləri, bəxşişləri və yaxşılıqları sonsuz olan Uca Rəbbimizdən başqa heç kimsəyə edilməz.

Quranda keçən bütün “Əlhəmdü lillah” və ya “Ləhul həmd” ifadələri, xəbər cümləsi olub, inşa cümləsi deyildir. Bunun mənası budur: Rəbbimizin, qullardan, daim “əlhəmdülillah” deyin” deyə bir istəyi yoxdur. Rəbbimizin istəyi, “Bütün təriflərin sadəcə Özü üçün olduğunun bilinməsi və özündən başqasına təriflər qoşulmaması”dir. Allahdan başqa birilərinə qoşulan təriflər, tərəflər– tərifi edən və tərif edilən arasında ifrata vararaq, insanların şirk bataqlığına düşmələrinə səbəb olur. İnsanlığa edilən ilk xəbərdarlıq da elə budur.

Həmd və həmdin mahiyyəti barəsində bu ayələrə baxıla bilər: Ənam/1, Əraf/43, Yunis/10, Ta Ha/130, Qasas/70, Zümər/74–cü

Aləmlərin Rəbbi: ər–Rəbb

Qurandakı “مولى  Məvla” kəlməsi ilə eyni mənada olan الرّب  ər–Rəbb, bu xüsusiyyətləri daşıyır:

  1. Rəbb–əmri və qüdrəti altındakı varlıqların yeganə sahibi və yönləndiricisi olub onlar üzərində öz istək və elminə uyğun təsərrüflərdə olunandır.
  2. Rəbb–itaət edilərək özünə boyun əyiləcək, əmrlərinə tabe olub, qadağalarından uzaq durulacaq yeganə ağadır, sahibdir.
  3. Rəbb–hər şeyi düzəldən, itilikləri hamarlayan, varlıqları haldan hala keçirərək düzənləyən, arıdıb saflaşdıran, yetişdirib yetkinləşirən, islah və tərbiyə edəndir.

Yuxarıda bəhs edilən üç xüsusiyyətdən də asanlıqla anlaşıla biləcəyi kimi, Rəbb kəlməsi sadəcə və sadəcə Uca Allah üçün işlədilə bilər. Lakin ərəb dilində isim tamamlığının bir elementi olaraq insanlar üçün də işlədilmişdir. Məsələn, “Rəbbu’l–beyt [evin sahibi]” kimi.

Xülasə olaraq, Rəbb – “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq bir sıra hədəflərə çatdıran, təkamülü programlaşdırıb idarə edən” deməkdir.

ər–Rəhman, ər–Rəhim. “الرّحمن ər–Rəhman” və “الرّحيم  ər–Rəhim” adları Allahın “Ən Gözəl Adları”ndəndir. [Əsmau’l–Hüsna]

İbrani kökündən olduğu da irəli sürülən Rəhman kəlməsi; riqqət [şəfqətli olmaq], qarşılıqsız kömək və yaxşılıq, bağışlama, mərhəmət edib himayə etmək mənalarına gələn “رحمة  rəhmət” kəlməsindən törədilmişdir. Rəhman kəlməsi, ərəb dilində sözün mənasını failin tam olaraq yetkin olduğunu vurğulamaq üçün işlədilən “mübaliğə” qəlibində bir kəlmədir və “rəhmətin ən uca dərəcəsinə sahib varlıq” mənasına gəlir. Bu mənasıyla Rəhman, ruziləri, ehtiyacları və hər cür yaxşılıqları bağışlamaq mənasında, rəhmətini yaratdığı varlıqlardan heç əsirgəməyən deməkdir.

Quranda insanlar üçün heç işlədilməyən ər–Rəhman adı, əlli yeddi yerdə Allah üçün işlədilmişdir. Həmçinin Qurandakı bir surə də ər–Rəhman adını daşıyır. Bu surədə Uca Allah, rəhmətinin bir nəticəsi olaraq görünən, görünməyən, bilinən bilinməyən varlıqlar üçün yaratdığı nemətləri sadalayaraq, insan və digər məsuliyyətli varlıqların bu nemətlərin qiymətini bilib, nankorluq etməməli olduqlarını təkrar–təkrar vurğulayır.

Rəhim kəlməsi, “رحمة  rəhmət, مرحمة  mərhəmət və “  رحم  ruhm” məsdərindən həm təsirli, həm də təsirsiz mənada, “çox mərhəmətli”, “mərhəmət olunan” mənasında bir sifətdır. Kök olaraq mənası yazığı gəlmək, mərhəmət etmək və bağışlamaq deməkdir. Rəhimin cəm halı “رحماء ruhəmə”dir. Mərhəmət, yaxşılıq və nemət mənasına da gəlir. Quranda, 114–ü Allah, bir dənəsi də peyğəmbərimiz üçün (Tövbə 128) olmaqla cəmisi 115 dəfə işlədilib. Rəhim sifəti Quranda əsasən “çox bağışlayıcı” mənasına gələn “غفور Ğafuur” sifətı ilə birlikdə işlədilmişdir. Bu hal, Allahın nə qədər bağışlayıcı və mərhəmətli olduğuna bir dəlil təşkil edir. Bu sifət, Quranın dörd ayəsində də “ارحم الرّاحمين  Ərhəmur–rahimiin [Mərhəmətlilərin ən mərhəmətlisi] şəklində işlədilmişdir.

Allahın Rəhman və Rəhim sifətlərinin hər ikisi də “رحمة  rəhmət” məsdərindən törəmiş olmasına baxmayaraq, aralarında məna fərqlilikləri vardır.

Rəhman sifəti əzəl ilə, Rəhim sifətı isə daha çox ebet ilə əlaqədardır. Buna görə də Allah üçün “dünyanın Rəhmanı, lakin axirətin Rəhimidir” deyilmişdir. Çünki Allahın bütün varlıqları yaratması və yaşatması, insanlar arasında mömin–kafir, adil–zalım, çalışqan–təmbəl fərqi qoymadan hamısına ruzilərini verməsi, inkarçıları çalışdıqları və səy etdiklərinə görə dünyada məhrum buraxmaması, zülmə və pisliklərə müdaxilə etmədən, insanların öz seçimlərini ortaya qoymalaraına fürsət verməsi ancaq Rəhman sifətinin nəticəsidir.

Rəhim sifətinin nəticələri isə daha çox axirətdə görünəcəkdir. Quranın bir çox ayəsində Allahın möminləri Rəhim sifəti ilə bağışlayacağı qeyd edilmişdir.

Fatihə surəsində verilən Allaha aid ad və sifətlər, daha əvvəlki surələrdə öyrədilməyə başlanan Allah anlayışının bir davamı kimidir. Əsasən də, Fatihədə verilən sistematik ifadələrlə Məkkə və Ərəb cəmiyyətindəki İslama zidd Allah anlayışı alt–üst edilmişdir. Belə ki, bu ayələr endiyində insanlıq müxtəlif fikir axımları, vəhmlər, əfsanələr və fəlsəfî görüşlər üzərinə oturmuş səhv tanrı anlayışlarına sahib idilər. İnsanların bir qismi Aristotelin “Şübhəsiz Allah kainatı yaratdı. Ondan sonra onu öz halına buraxdı. Çünki, Allah, daha aşağı olan bu aləmlə məşğul olmaqdan münəzzəhdir. O ancaq öz zatını düşünür” şəklindəki görüşünü mənimsəmişdi. Başqa bir qismi də qullarına qarşı qəzəbli, onlara daima hiylələr hazırlayan və onlardan intiqam almaq üçün fürsət axtaran bir tanrıya inanırdılar və bu tanrının öfkəsindən qurtara bilmək üçün özlərinə Yunan mifologiyasındakı Olimp tanrıları kimi, vasitəçi və şəfaətçi ilahlar təsis edirdilər. Alt təbəqə isə, Darün–Nədvə [Xalq Məclisi] üzvlərindən kənarda bir Rəbb tanıya bilməmişdi.

Nəticə olaraq, insanlar ancaq Quran ilə gerçək ilah və Rəbbi, Rəhman və Rəhim olan Allahı layiq olduğu kimi tanıya bilmişdir.

Din Gününün Sahibi. “Maliki Yevmi’d–Din” ifadəsi, Ələq, Qələm, Müzzəmmil və Müddəssir surələrində də  bəhs edilən Din Gününü yalan sayanlara bir xəbərdarlıqdır. “ الدّين  يوم Din Günü”, “Qarşılıq Günü” deməkdir. Bu sözlə “hər kəsin yaxşı, ya da pis, etdiyi bütün hərəkət və əməllərin qarşılığını görəcəyi axirət günü” nəzərdə tutulur. İfadənin əsl izahı bilavasitə Rəbbimiz tərəfindən İnfitar surəsinin 15–19–cu ayələrində edilmişdır.

5Yalnız Sənə qulluq edirik və yalnız Səndən kömək istəyirik.

İbadət (qulluq). “ عبادة  İbadət” sözü, dilimizə fonetik olaraq Ərəb dilində orijinalı ilə girməsinə baxmayaraq kök mənası olan “qulluq, köləlik etmək” barəsindəki insanın tərz və hərəkətləri ilə əlaqədar əsl mənasını böyük xeyli itirmiş və sadəcə bir sıra ritual, ayin və hərəkətlər üçün işlədilən bir qavram halına dönmüşdür.

“A–be–de” kök felinin məsdəri olan “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz–şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edər.

“İbadət”in dini termin olaraq mənası isə “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz–şərtsiz qəbul edib yerinə yetirməsi” deməkdir.

Hər şeyin yaradıcısı olan Allah, yaratdığı qulları üçün müəyyən etdiyi davranış və həyat tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq bütün bu bildirilənləri Quranda toplamışdır.

Bu həqiqətlər ışığı altında “İbadət”, Allah tərəfindən bir təlimat [Quran] ilə qullara bildirilən vəzifələrin qullar tərəfindən qeydsiz–şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir.

Belə isə “İbadət”, xalq arasında yayıldığı kimi sadəcə üç–beş əməli etməkdən ibarət deyildir. İbadət, Allahın qulluq təlimatında verdiyi vəzifələrin hamısını etməkdir, hamısını həyata keçirməkdir. Bu halda qulların ilk vəzifələri arasında oxumaq, yazmaq, təmiz olmaq, ətrafdakıları xəbərdar etmək, yetimləri himayə etmək, yetimlərin mallarını yeməmək, daima halal qazanıb–yemək, xeyri əmr edib, şərdən çəkinmək [kütlədə aktiv olub, yaxşı və gözəli əmr etmək, pisliklərə də mane olmaq], doğru, dürüst və etibarlı olmaq, ölçü və çəkidə hiylə etməmək, rüşvət almamaq–verməmək, zina və fühuşdan uzaq durmaq kimi vəzifələr sayıla bilər.

Vəziyyət belə olduqda, Allahın verdiyi vəzifələrin yüzlərləsini arxa plana atıb, xalq arasında şüara çevrilmiş “İslamın şərti beşdir” kimi fikirlərə sarılmaq doğru bir İslam şüuru deyil. Çünki, qulluq təlimatı olan Qurandakı hər əmr və qadağa, hər öyüd və məsləhət birinci dərəcədə vacib və bir–birləriylə ekvivalent dəyərdə olan vəzifələrdir. İslam dinində şüara çevrilmiş hər hansı bir şərt və qəbul yoxdur, İslamın tək şərti Allaha təslim olmaqdır. Allaha təslim olmaq isə, Onun göndərdiyi qulluq təlimatındakı vəzifələrin hamısını, əmrlərini, qadağalarını, məsləhətlərini eynilə qəbul edib, həyata keçirməkdir.

İbadət [qulluq] etməyin məqsədi sosial bir varlıq olan insanı yetkinləşdirmək, beləliklə bilikləndirilmiş, təlimləndirilmiş, yetkinləşmiş və həddi aşmaqdan çəkindirilmiş insanlarla kütlədə dincliyi və sülhü təmin etməkdir. İnsan deyilən varlıq, “zalım, cahil, nankor, zəif, xəsis, aciz, qəzəbli, pis xasiyyətli, şəhvət və mal düşkünü, eqoist, təmbəl, vəhşi, sadist” kimi fitri özəlliklərə sahib olaraq yaradılmışdır (İbrahim/34, Hud/9, 10, İsra/67, 100, Nəhl/4, Rum/54, Fussilət/49, Məaric/19, Adiyat/6, Al–i İmran/14). Bu fitri xüsusiyyətləri onun başqalarının haqq və hüququna təcavüz etməyinə, kütlədə zulmün, fəsadın, davanın meydana çıxmasına, beləliklə də sülhün pozulmasına səbəb olur. Uca Allah insanın bu mənfi xüsusiyyətlərini ortadan qaldırıb, onun “alim, adil, vəfalı, güclü, səxavətli, insaflı, iffətli, paylaşan, sülhsevər” biri olmasını təmin etmək və onu özünə, ailəsinə və kütləyə faydalı bir fərd halına gətirmək üçün ona İbadət/qulluq vəzifəsi vermişdir. Bu vəzifələrin Allaha hər hansı bir fayda və ya zərəri yoxdur. Onun insanların edəcəyi bu qulluğa ehtiyacı da yoxdur. Verilmiş bu vəzifələr insanların öz xeyirlərinə və xoşbəxtliklərinə dairdir.

İbadət/qulluq vəzifəsinin özü bu olmasına baxmayaraq, tətbiq edəndə çox yoldan azmalar olmuş, Uca Allah da İbadətin özü haqqındakı bu ağmaları Quranda müəyyən edərək insanların diqqətini çəkmişdir. İbadət haqqındakı azmalar mələklərin, peyğəmbərlərin, cinlərin, övliyaların və ya Allahdan başqa hər hansı bir varlığın saxta ilahlar qəbul edib, Allaha ortaq qoşulması şəklində ortaya çıxdığı kimi, həvəs, pul, qadın, məqam, mövqe, ideologiya kimi tağutların fərqində olaraq, ya da olmayaraq ehtiyat ilah qəbul etməsi şəklində də ortaya çıxmışdır. Keçmişdə belə olduğu kimi, bu gün də belədir.

Bu bir həqiqətdir ki, fərdi və kütləvi həyatın sağlam şəkildə sürdürülməsi üçün ortada müəyyən qaydalar və prinsiplər olmalıdır. Əks halda qarışıqlıq meydana gəlir. Bu qaydalar və prinsiplər insanlar tərəfindən qoyularsa, insanın yuxarıda bəhs edilən neqativ xüsusiyyətləri və zəif cəhətləri səbəbiylə qüsursuz bir ana qayda, mükəmməl bir sistem qoyula bilməz. Bu da kütləyə sağlam, qüsursuz bir həyat tərzi müəyyən edilə bilinməyəcəyi mənasına gəlir. İnsan deyilən varlıq səlahiyyətini daima öz mənfəətı istiqamətində işlədərək başqalarını əzmək, zulm etmək, istismar etmək kimi kütləvi sülhü pozan hərəkətlər edir. Amma Allah, əzəldən əbədiyə hər şeyi ən yaxşı bilən və ən yaxşı görən olduğuna görə, qulları arasında heç bir fərq qoymayacığına və şərait yaratmayacayına, qullarından hər hansı bir mənfəət təmin etməyəcəyinə görə, hər cür nöqsanlıqdan münəzzəh olduğuna görə, Onun qoyacağı qaydalar və prinsiplər həm mükəmməl, həm də dünyəvi olur. Ona görə də, qullarının edəcəyi vəzifələri/İbadətləri bilavsitə özü müəyyən etmiş və peyğəmbərləri vasitəsilə insanlara bildirmişdir.

İnsanların müəyyən adamlara, qüvvələrə, ideologiyalara, avtoritetlərə göstərdikləri mütləq itaət və təslimiyyət bu əhatəyə daxildir. Möminlər surəsinin 45–47–ci ayələrində anladılan Firon ilə İsrail oğulları arasındakı əlaqə də bu mənanı müəyyən edən xüsusiyyətdədir.

Qısacası İbadət, qulun sahibinə/yaradanına itaət etməsi, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz–şərtsiz qəbul edib, yerinə yetirməsi deməkdir. Allah Quran adındakı təlimatnamə ilə qullarına bir sıra vəzifələr bildirmiş və bu vəzifələrin qeydsiz–şərtsiz bir itaət və təslimiyyət içində yerinə yetirilməsini istəmişdir. Seçdiyi peyğəmbər, bir usta, bir müəllim kimi verilən vəzifələri əvvəlcə özü tətbiq etmiş, sonra digər insanlara öyrədərək necə tətbiq edəcəyini bilavasitə göstərmişdir.

İbadətin sadəcə Allaha edilməli olmasını Quranda təkrar–təkrar vurğulanmış, peyğəmbər belə olsa, Allahdan başqasına ediləcək ibadətin şirk olacağı bildirilmişdir.

Şirk. “الشّرك  əş–Şirk”, lüğəti mənası mülk və səltənətdə ortaqlıq deməkdir. Dini nöqteyi nəzərdən isə Allahın səlahiyyət və imtiyazlarından, zatı və sübut olunmağa ehtiyacı olmayan sifətlərindən, ən gözəl ad və sifətləri arasında yer alan sifət və tükənməyən xüsusiyyətlərindən birinin, ya da bir neçəsinin Allahdan başqa, konkret, ya da mücərrəd hər hansı bir varlığa yaraşdırılması, verilməsi, ya da tətbiq edilməsidir. Bu sifətlərlə əlaqədar geniş izahat İxlas surəsinin təhlilində veriləcəkdir.

Bu inanc və əməldə olana “مشرك  müşrik” deyilir. Müşrik sadəcə “tanrı ikidir”, “üçdür” deyən deyildir. Allaha inanan, lakin bu inancla birlikdə köməkçi və vasitəçi bir sıra ilahlar qəbul edənlər də müşrikdir.

Tövhid. “التّوحيد  ət–Təvhid”in lüğəti mənası “birləmək”dir. Dini mənası isə “Kəlimeyi Tövhid”də ifadə edildiyi şəkildə, əvvəlcə bütün ilahları rədd etmək, sonra da ilah olaraq sadəcə Allahı qəbul etməkdir. Təbii ki, bu qəbul ancaq sözdə qalmamalı, bütün düşüncə və əməllərdə də özünü göstərməlidir.

Kəlimeyi Tövhidin söz düzülüşünə diqqət etsək, əvvəlcə bütün ilahların rədd edildiyi görünür. Bütün ilahları rədd edə bilmək üçün insan əvvəlcə saxta ilahları və ya ilah yerinə qoyulanları yaxşı tanımalıdır. Onları yaxşı tanıyıb, rədd etdikdən sonra, növbə həqiqi və tək olan ilahı qəbul etməyə gəlir. Tək və həqiqi ilah Allahdır, Ondan başqa ilah/tanrı yoxdur. Allahın tək ilah olaraq qəbul edilməsi, Onu lazım olduğu kimi tanımadan, sadəcə “qəbul etdim” deməklə mümkün olmaz. Allahı lazım olduğu kimi tanıya bilmək isə Quranla mümkündür. Allahın mahiyyətinin, sübuti sifətlərinin və gözəl isimlərinin Qurandan öyrənilməsi və bunlara inanılması lazımdır.

Əks təqdirdə, nə saxta ilahlar tanınmazsa, rədd edilmələri mümkün olar, nə də Allah lazım olduğu kimi tanınmazsa, tövhid/tək ilah inancı qəlblərə yerləşə bilər.

Tövhid kəlməsi Quranda birbaşa istifadə edilən bir anlayış deyildir. Buna uyğun olaraq “Bir və tək olan Allaha iman” şəklində ifadə edilən tövhid inancı bir çox ayədə təkrar–təkrar dilə gətirilir. Əsasən də Məkkədə enən surələr, tövhid inancını inşa etmək istiqamətində bu mahiyyətdəki ayələrlə doludur. Müxtəlif məsəllər və əqli məsləhətlərlə insanı inandırmağa istiqamətlənən bu ayələr, tövhid inancını Allahın zatı, sifətlərı, kainat və insanla olan əlaqələri bağlamında ələ alır və tövhid xüsusiyyətli olmayan hər cür inanc və davranışın boşa çıxacağını müxtəlif yollarla ortaya çıxarır.

6–7Bizə, üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa düşmüşlərin yolunu yox, özlərinə nemət verdiklərinin yolu olan dos–doğru yolu göstər, bildir!

Hidayə

Hidayə sözünün bütün mənalarının burada sıralana bilməsi mümkün deyildir. Mahiyyət olaraq hidayənin yaxşıya, gözələ rəhbərlik etmək, haqq və batili ayırd etməyə xidmət edən bilik və sübutlar vermək, yol göstərmək, peyğəmbər göndərmək və kitab endirmək kimi mənalar daşıdığını söyləmək olar. Dərhal qeyd etmək lazımdır ki, pisliyə yol göstərmək hidayə mənasına gəlməz.

Hidayə Allaha aiddir. Peyğəmbərlər də daxil olmaqla, heç bir insanın hidayə etmə gücü və səlahiyyəti yoxdur. Quranda bunun belə olduğunu bildirən 304 ədəd ayə vardır.

Sırat–ı Müstaqim

Bu tamamlıq Quran ayələri işığında dəyərləndirilərsə, mənasının “Allahın yolu”, “Haqq yol”, “Allahın kitabı”, “İslam dini”, “İslam milləti” olduğu görünür. “Dosdoğru Yol”un ən gözəl tanıdılması da bu surədə edilmişdir: “Üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa batmışların yolunun xaricindəki, özlərinə nemət verdiklərinin yolu olan dosdoğru gedən yol”

Sırat–ı Müstakım ilə əlaqədar bu ayələrə baxmaq olar Al–i İmran/51, Ənam/126, 153, Hicr/41, Nəhl/76, Məryəm/36, Ya Sin/61 və Zühruf/64.

Ayədə bəhs edilən “özlərinə nemət verilmiş olanlar” qarşıda, Nisa/69–da izah edilir.

  • 69Kim də Allaha və Elçiyə itaət edərsə artıq onlar, Allahın, peyğəmbərlərdən, dosdoğru kimsələrdən, şəhidlərdən və salehlərdən özlərinə nemət verdiyi adamlarla birlikdədirlər. Və bunlar yoldaş olaraq nə gözəldir! 70Bu, Allahdan bir ərməğandır. ən yaxşı bilən olaraq Allah yetər.                                                                                               (Nisa/69,70)
  • 41Kitabda İbrahimi də an–xatırlat. Şübhəsiz ki, o, özü–sözü doğru biri idi, pey­ğəm­bərdi.
  • 42–45Bir zaman o, atasına: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fay­da­sı olmayan şeylərə nə üçün qulluq edirsən? Atacan! Şübhəsiz sənə gəlməyən bir bilik Mənə gəldi. O halda Mənə uy ki, sənə dosdoğru bir yolu göstərim. Atacan! Şeytana qulluq etmə. Şübhəsiz şeytan Rəhmana [yaratdığı bütün canlılara dün­yada çoxca mərhəmət edən Allaha] asi oldu. Atacan! Şübhəsiz Mən, sənə Rəhman­dan [yaratdığı bütün canlılara dünyada çoxca mərhəmət edən Allahdan] bir əzab to­xunur və şeytan üçün bir yol göstərən, qoruyan, yardım edən bir yaxın olarsan de­yə qorxuram” demişdi.
  • 46Atası: “Ey İbrahim! Sən Mənim ilahlarımdan üzmü çevirirsən? Əgər vaz keçməzsən, and olsun səni daşlayaraq öldürərəm. Haydı, uzun bir müddət Mənə uzaq ol–rədd ol!” dedi.
  • 47,48İbrahim: “Salam sənə olsun, sənin üçün Rəbbimdən bağışlanma diləyəcəyəm. Şübhəsiz O, Mənə çox ərməğan verəndir. Və Mən, Sizdən və Allahın yaratdığı sərvətlərdən qulluq etdiyiniz şeylərdən çəkilib ayrılıram. Və Rəbbimə dua edəcəyəm. Rəbbimə yalvarışımda bədbəxt olmayacağımı umuram” dedi.
  • 49Sonra İbrahim, cəmiyyətindən və onların Allahın yaratdığı sərvətlərdən qulluq etdikləri şeylərdən uzaqlaşınca, Biz Ona İshaqı və Yaqubu ehsan etdik. Hamısını da peyğəmbər etdik.
  • 50Və Biz onlara mərhəmətimizdən ərməğanlar/hədiyyələr etdik. Və onlar üçün uca bir düzgünlük dili etdik.
  • 51Və Kitabda Musanı da an–xatırlat. Şübhəsiz o arıdılaraq saflaşdırılmış idi. Və bir elçi, bir peyğəmbər idi.
  • 52Biz Ona ən uğurlu Turun yan tərəfındən səsləndik və Onu özəl bir danışmaqda olmaq üçün yaxınlaşdırdıq. 53Və mərhəmətimizdən Ona, qardaşı Harunu bir peyğəmbər olaraq ehsan elədik.
  • 54Və Kitabda İsmayılı an–xatırlat. Şübhəsiz o, vədinə sadiq idi, bir elçiydi, bir peyğəmbərdi. 55Və o ailəsinə–ətrafına salaatı və zəkatı–vergini əmr edərdi. Və o Rəbbinin qatında məmnuniyyətə çatmışdı.
  • 56Və Kitabda İdrisi an–xatırlat. Şübhəsiz O, özü–sözü doğru biriydi, bir peyğəmbərdi. 57Və Biz Onu uca bir məkana yüksəltdik.
  • 58Bax budur, bunlar, Adəmin soyundan, Nuh ilə bərabər daşıdıqlarımızdan, İbrahim və İsrailin soyundan, bələdçilik etdiyimiz və seçdiyimiz peyğəmbərlərdən Allahın özlərinə nemətlər verdikləridir. Onlar özlərinə Rəhmanın [yaratdığı bütün canlılara dünyada çoxca mərhəmət edən Allahın] ayələri oxunduğu zaman ağlayaraq və boyun əyib təslimiyyət göstərərək yerə qapanırdılar. (Məryəm/41–58)

Allahın qəzəbinə uğrayanları da bu ayələrdən təsbit edə bilərik:

  • 93Və kim bir mömini qəsdən [bilə–bilə, istəyərək] öldürərsə, bax budur, onun cəzası, içində həmişəlik qalmaq üçün cəhənnəmdir. Və Allah, ona qəzəb etmiş, onu kənarlaşdırmış, mərhəmətindən məhrum buraxmış və onun üçün çox böyük bir əzab hazırlamışdır. (Nisa/93)
  • 8,9,5,6Şübhəsiz Biz, Allaha Elçisinə iman etməyiniz, Ona yardım etməyiniz, Ona rmət stərməyiniz r zaman Onu r r qsanlıqdan zzəh lmağız üçün; min erkəklər min qadınları, ində mişəlik qalanlar olaraq, alt­la­dan çaylar axan nnətləgirdirməsi onların pisliklərini örtməsi üçün –bax bu­dur, bu, Allah qatında k bir qurtuluşdur–; Allah haqqında pis nndə olan o nafiq erkəklər nafiq qadınları, Allaha ortaq qoşan erkəkləri ortaq qo­şan qadınları əzablandırması üçün –pislik onların ürinə olmuşdur. Allah onlara qə­b etmiş, onları narlaşrmış–rhətindən hrum buraxmış və özləri üçün cə­­mi hazırlamışr. Ora pis bir yerdir! – ni şahid, jdəyici dar edici olmaq üçün elçi etdik. (Fəth/ 6)
  • 14Allahın özlərinə qəzəb etdiyi bir topluluğu yardımçı, qoruyucu–yönləndirici edənlərı görmədinmi/heç düşünmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Və onlar bilərək yalan yerə and içirlər.                                                                                               (Mücadilə/14)
  • 13Ey iman edənlər! Allahın qəzəb etdiyi cəmiyyəti vəliləşdirməyin [idarəçi, qoruyucu etməyin]. Kafirlərin–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərin məzarlıq xalqından ümid kəsdiyi kimi, qətiliklə onlar, axirətdən ümid kəsmişdirlər.                                     (Mümtəhinə/13)
  • 61Və həmçinin bir zamanlar siz, “Ey Musa! Biz, tək yeməyə əsla dayana bilmərik, ar­tıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən–tərəvəzindən, acu­rundan, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” demişdiniz. Musa da sizə, “O, üstün olanı daha aşağı olanla dəyişdirməkmi istəyirsiniz? Bir qə­sə­bəyə/ Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaqdır” demişdi. Və üzərlə­rinə aşağılıq və miskinlik damğalandı və sonunda Allahdan bir qəzəbə uğradılar. Bax budur, bu, küfr etmiş–Allahın ayələrini bilərək rədd etmiş olmaları və peyğəm­bər­ləri haqsız yerə öldürmüş olmaları səbəbindəndir. Bax budur, bu, üsyan etdikləri və həddi aşdıqlarına görədir.                                                                        (Bəqərə/61)
  • 71Hud dedi ki: “Artıq sizə Rəbbinizdən bir əzab və bir qisas enmışdır. Haqlarında Allahın heç bir dəlil endirmədiyi, sadəcə sizin və atalarınızın taxdığı isimlər haqqındamı Mənimlə mübahisə edirsiniz? Gözləyin elə isə, şübhəsiz Mən də sizinlə birlıkdə gözləyənlərdənəm!”             (Əraf/71)
  • 152Şübhəsiz o qızıla tapınanlara Rəblərindən bir qəzəb, dünya həyatında bir “aşağılıq” çatacaqdır. Bax budur, Biz, uydurmaçıları belə cəzalandırırıq!                                     (Əraf/152)
  • 106Hər kim imanından sonra küfr edər; Allahın ilahlığını və rəbbliyini bilərək rədd edər, –qəlbi iman ilə yatışmış halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla– həmçinin küfrə–inanmamağa köksünü açarsa, artıq özlərinin üzərinə Allahdan bir qəzəb vardır. Bunlar üçün böyük bir əzab da vardır.                                                (Nəhl/106)
  • 16Və özünə qarşılıq verildikdən sonra Allah haqqında mübahisə edənlər. Onların dəlilləri Rəbbləri qatında ləğv edilmişdir. Və onların üzərində bir qəzəb vardır, çətin əzab da onlar üçündür.                         (Şura/16)

 

Fatihə Surəsindəki Ədəbi Sənətlər

Surədə bir çox ədəbi sənət mövcuddur. Əbu Hayan, əl–Bahrül–Muhit adlı əsərində Fatihədə on ədəbi sənətin mükəmməl şəkildə tətbiq edildiyini ifadə edir. Bu sənətlər: “Bəraat–i İstihlal [Gözəl Başlangıc]”, “İstiğrak Lamı”, “Xitab Şəklini Zənginləşdirmə”, “Lam–ı Təhsis”, “Hazf”, “Kasr”, “Ləff–ü Nəşr”, “İltifat”, “Səci” və “Var Olan Bir Şeyi Yoxmuş kimi Qəbul Edərək Davamını İstəmək” sənətləridir.

Bu sənətlərdən üçü surənin başa düşülməsi baxımından çox əhəmiyyətli və diqqət çəkəndir:

  1. Xitab Şəklini Zənginləşdirmə:Bu sənətdə xəbər cümləsi, cümlədəki sözlərin mənasından çıxıb arzu formasında cümlə halını alır. Surədə “Əlhəmdü lillahi Rəbbil–Aləmin” cümləsi ilə inkarçı müxatiblərə sanki inkar etmirmişlər kimi xitab edilərək inkar etməyənlərdən olmaları təmənna edilmişdir.
  2. İltifat: Bu söz sənəti, qeybdən müxatibə [üçüncü şəxsdən ikinci şəxsə], müxatibdən qeybə [ikinci şəxsdən üçüncü şəxsə], qeybdən mütəkəllimə [üçüncü şəxsdən birinci şəxsə] və mütəkəllimdən müxatibə [birinci şəxsdən ikinci şəxsə] keçməklə edilir. Surədə xəbər cümləsi “Həmd, aləmlərin Rəbbi, Rəhman, Rəhim, Din Gününün sahibi Allahadır” deyə qeybə [üçüncü şəxsə] müraciətlə başlasa da, buradan sonra söz axışı “Yalnız sənə ibadət edirik və yalnız səndən kömək istəyirik” deyə müxatibə [ikinci şəxsə] yönəlir. Bu tərz bir anlatma dilimizdə məna pozulması kimi qəbul edilməsinə baxmayaraq, ərəb dilində ədəbi bir ifadə şəklidir.
  3. Kəsr:Özgələşdirmək deməkdir. Surədəki “İyyakə nəbudü və iyyakə nəstəin” cümləsində, tamamlıq və fel arasında təqdim etmək önə almaqla və geriyə atmaqla özgələşdirmə sənəti edilmişdir. Bu sənətin tətbiq edilməsinin səbəbi, izah edilən fikrin daha asan qəbul edilməsini, dinləyənin reaksyasını azaltmaq, dinləmə gücünü təzələmək, sözün daha zövqlə dinlənilməsini təmin etməkdir.

Bu ədəbi sənətlər nəzərə alınmazsa, surənin lazım olduğu kimi başa düşülməsi çətinləşər.

Surəni daha yaxşı başa düşmək üçün Əbu Hüreyrədən belə bir rəvayət nəql edilir:

“Uca Allah buyurdu ki: Namaz [Fatihə] surəsini mənimlə qul arasında ikiyə ayırdım. Yarısı mənim üçün, yarısı qul üçündür. Qulumun istədiyi özünə veriləcəkdir. Qul “Əlhəmdu lillahi Rəbbil–aləmin” dediyi zaman Allah “Qulum mənə həmd etdi” deyər. Qul “Ər– Rəhmanir–rahim” dediyi zaman Allah “Qulum mənim şərəfimi andı” deyər. Qul “Maliki yəvmid–din” dediyi zaman Allah “Qulum işimi mənə həvalə etdi” deyər. Qul “İyyakə nəəbudu və iyyakə nəstəiin” dediyi zaman Allah “Bu, mənimlə qulum arasında bir sirdir, qulumun istədiyi ona veriləcəkdir” deyər. Qul “İhdinəs–sıratəl–mustaqiim” dediyi zaman Allah “Qulumun dilədiyi veriləcəkdir” deyər.” (Əbu Davud, Salat 132, Tirmizi, Təfsir: Nəsai. İftitah 23; İbn–i Mace, Edep 52)

Bu rəvayətlə surənin daha yaxşı başa düşüləcəyi qənaətinə varılsa belə, bilavasitə rəvayətin özü problemlidir. Hər şeydən əvvəl, birbaşa Allaha şamil edilən belə bir izahın harada olduğunun ciddi araşdırılması və təhlil edilməsi lazımdır. Həmçinin, Əbu Hüreyrənin Fatihə surəsinin enməsindən iyirmi bir il sonra ortaya çıxmış bir səhabə olduğu da ən az bunun qədər vacib bir incəlikdir.

Adət–ənənəyə uyğun yaxınlaşma, surəni bu rəvayət istiqamətində başa düşülməsinə və dilimizin qaydalarına görə məna pozulması sayılan söz axışını nəzərə alınmamasına səbəb olur. Əslində isə içindəki sənətsal izahlar nəzərə alınaraq oxunduğunda, surədə bu mənalar ortaya çıxır:

“Ey insanlar! Rəhman, Rəhim Allah adından xəbərdarlıq edirəm.

Bütün həmdlər/təriflər, aləmlərin Rəbbi, Rəhman, Rəhim, Din Gününün sahibi olan Allaha məxsusdur. Əsla, Ondan başqasına həmd etməyin! Ondan başqasını tərifləməyin!

İbadət yalnızca Ona edilir və kömək sadəcə Ondan istənir. Əsla, Ondan başqasına ibadət etməyin, qul–kölə olmayın!

O bizi üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa batmışların yolunun xaricindəki, özlərinə nemət verdiklərinin yolu olan dosdoğru gedən yola yönəltsin! Çünki hidayə edən sadəcə Odur.”

İsmarıc bu cür verilsəydi, daha artıq təsir edə bilərdi. Ədəbi sənətlərin köməyi ilə ismarıc yumşaq bir tərzdə çatdırıldı.

Beləliklə, peyğəmbərimiz, Fatihə surəsi deyə adlandırılan yeddi ayə ilə edilən ilk xəbərdarlığı insanlığa təbliğ edərək, kütlə qarşısında ilk vəzifəsini yerinə yetirmiş oldu. Fatihə surəsiylə verilən ismarıcın cəmiyyətdə yol açdığı nəticələr altıncı surə olan Təbbət surəsində təhlil ediləcəkdir.

Bu xəbərdarlıq mətnində diqqət edilməsi gərəkən bir xüsus da Quranın icazıdır [mahiyyətinin qısa və lakonik anladılmasıdır]. Bu qısa xəbərdarlıq mətni, imanıyla, əməliylə və hekayəsiylə bütün Quranı təmsil edən mahiyyətdədir.

 

Ən düzünü bilən Allahdır.