FİL SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 33

1,2Rəbbinin, filli orduya/axmaqlar, ağılsızlar dəstəsinə nə etdiyini görmədinmi/heç düşünmədinmi?[1] Onların pis planlarını puça çıxarmadımı?

3–5Və onların üzərlərinə, onlara bişmiş daşlarla birlikdə iri dənəli yağış yağdıran topa-topa buludlar/boran göndərdi və onları həşəratların yeyib xarab etdiyi bir bitki yarpağı kimi etdi.

(19/105, Fil/1–5)

 

[1]Fil Əshabı, Qurana görə, pis planlarına görə, Allah tərəfindən həlak edilmiş bir cəmiyyətdir. Ərəb və İslam qaynaqlarına görə “Əshab–i Fil”, Həbəşistanın Yəmən valisi Əbrəhənin başçılıq etdiyi, heybətini artırmaq üçün, önündə Həbəşistandan gətirilmiş bir filin yeridildiyi orduya verilən addır.

Tarixi qaynaqlara görə VI yüzilin ortalarında Həbəşistanın Yəmən valisi olan Əbrəhə, Ərəblərın Kəbəyə olan hörmətlərini görmüş, dini, siyasi və iqtisadi məqsədlərlə Sana şəhərində “əl-Kulleys” adında göstərişli bir kilsə tikdirmiş və yaydığı bir bildirişlə ərəbləri bu kilsəni ziyarətə çağırmışdır. Bu dəvət ərəblər tərəfindən qəbul edilmədiyi kimi, Əbrəhənin kilsəsi də, bir ərəb tərəfindən həqarət məqsədi ilə, kirlədilmişdir. Buna çox qəzəblənən Əbrəhə, Kəbəni yıxmaq məqsədi ilə, ordusu ilə birlikdə Məkkə üzərinə yerimişdir. Ordunun başında yeriyən filə görə, bu hadisəyə “Fil Hadisəsi”, hadisənin baş verdiyi ilə də “Fil ili” deyimişdir. Sözün lüğəti mənasına görə də, “Əshab-i fil”, “Axmaqlar, dayaz ağıllılar güruhu” deməkdir. Burada Tevriyə edilmişdir.