FUSSİLƏT SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 241

1Ha/8, Mim/40.[1]

2–4Ərəbcə bir Quran! Müjdələyici və xəbərdaredici olaraq, bilən bir cəmiyyət üçün ayələri izahlı olaraq açıqlanmış/bölmə-bölmə ayrılmış, yaratdığı canlılara dünyada çox-çox mərhəmət edən, əngin mərhəmət sahibi Allahdan endirilmiş bir kitab! Buna baxmayaraq, onların çoxu üz çevirmişlər. Artıq onlar, qulaq asmazlar.

5Və onlar: “Sənin bizi dəvət etdiyinə qarşı bizim qəlblərimiz bir örtük/zireh içindədir, qulaqları­mız­da bir ağırlıq, bizimlə sənin aranda da bir pərdə vardır. Artıq sən, edə biləcəyini et, biz də gerçəkdən edirik” – dedilər.

6,7De ki: “Mən sadəcə sizin kimi bir bəşərəm. Mənə: “Sizin ilahınızın bir tək tanrı olduğu” vəhy edilir. Ona görə də, Ona dosdoğru yönəlin və Ondan bağışlanma dilə­yin”. Və zəkatı/vergini verməyən və Axirəti bilərək rədd edən o insanların/inan­ma­yan­­ların məhz özləri olan ortaq qoşanların vay halına!

8Şübhəsiz ki, iman edən və düzəltmək yönündə işlər edənlər… Onlar üçün bitməz tükənməz/başa qaxılmaz mükafat vardır.

(61/41, Fussilət/1–8)

Nəcm: 242

9De ki: “Siz yer üzünü iki mərhələdə yaradanı doğrudanmı örtəcəksiniz/inan­ma­­ya­caq­sınız? Bir də Ona şəriklər qoşursunuz! O, aləmlərin Rəbbidir!”

10Və O, yer üzünün içində sabit dağlar yerləşdirdi. Orada bərəkətlər meydana gətir­di. Orada araşdırıb istəyənlər üçün eyni olaraq/ayırmadan ruzilərı dörd mərhə­lədə ni­zam­ladı.

11Sonra duman halında olan göyə yerləşdi/hegemonluq qurdu[2], ona və yer üzünə: “İstəyərək və ya istəməyərək gəlin!” – dedi. İkisi də: “Biz istəyərək gəldik” – dedilər.

12Beləcə, Allah onları iki mərhələdə – yeddi göy təbəqəsi olmaqla, gerçəkləşdirdi və hər göy təbəqəsinin öz işini içərisinə yüklədi. Biz ən yaxın göyü qəndillərlə və qoruma ilə bəzədik. Bax budur, bu, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, çox yaxşı bilənin nizamlamasıdır.

(61/41, Fussilət/9–12)

Nəcm: 243

13Buna baxmayaraq, onlar yenə üz çevirirlərsə, dərhal de ki: “Mən sizi Ad və Səmudun ildırımına bənzər bir ildırıma qarşı xəbərdar etdim”.

14Həmçinin onlara: “Allahdan başqasına qulluq etməyin!” – deyə önlərindən/arxalarından [hər yanlarından] elçilər gəlmişdi. Onlar: “Əgər Rəbbimiz istəsəydi, qətiliklə mə­lək­lər endirərdi. Buna görə də, biz özü ilə göndərilmiş olduğunuzu qəti­liklə, bi­lə­rək rədd edənlərik/inanmayan­la­rıq” – dedilər.

15Ada gəlincə də onlar  yer üzündə haqsız yerə yekəxanalıq etdilər və: “Güc baxı­mın­dan bizdən daha güclü kim vardır?” – dedilər. Onlar şübhəsiz ki, özlərini yaradan Allahın güc olaraq özlərindən daha güclü olduğunu görmədilərmi? Və onlar Bizim ayə­lərimizi bilə-bilə inkar edirdilər.

16Buna görə də Biz onlara bu ən adi dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə dondurucu bir qasırga göndərdik. Axirət əzabı isə əlbəttə, daha çox rüsvay edəndir. Onlara kömək də edilməz.

17Səmuda gəlincə, bax budur, Biz onlara doğru yolu göstərdik. Lakin, onlar korluğu doğru yoldan çox sevib, üstün tutdular. Buna görə də qazandıqları şeylərə görə alçaldıcı əzabın ildırımı onları yaxaladı.

18Və Biz iman edənləri və Allahın qoruması altına girmiş olan insanları qurtardıq.

(61/41, Fussilət/13–18)

Nəcm: 244

19Və Allahın düşmənlərinin bir araya gətirilib, toplandıqları gün, artıq onlar, atəşə dağıdılırlar.

20Sonunda oraya gəldiklərində, onların eşitmə, görmə duyğuları və dəriləri etdikləri şeylərlə əlaqədar öz əleyhlərində şahidlik edərlər.

21–23Və onlar öz dərilərinə: “Niyə əleyhimizə şahidlik etdiniz?” – dedilər. Şahidlik edənlər də dedilər ki: “Hər şeyi danışdıran Allah, bizi danışdırdı və sizi ilk dəfə O yaratdı və Ona döndərilməkdəsiniz. Siz, eşitmə, görmə duyğularınız və dəriləriniz sizin əleyhi­nizə şahidlik edər deyə gizlənmirdiniz. Lakin etməkdə olduqlarınızdan bir çoxunu Allahın bilməyəcəyinə inandınız. Bax budur, sizin bu inancınız – Rəbbiniz haqqında bəslədiyiniz inancınız sizi bir dağıntıya uğratdı, beləliklə zərərə, itkiyə uğrayıb acı çəkənlərdən oldunuz”.

24İndi əgər onlar  dirənərək, ortaq qoşma inancını, yalan saymağı davam etdirirlərsə, artıq onlar üçün ziyafət yeri atəşdir. Və əgər üzr istəməyə çalışsalar, onlar üzrü qəbul ediləcək insanlar deyildirlər.

25Və Biz onlara bəzi yaşıdlarını/iblislərini qabıq kimi üzərlərinə bürüdük, onlar da, önlərində və arxalarında [bütün ətraflarında] olanları özlərinə bəzəkli göstər­dilər. Gəlmiş-keçmiş hər kəsdən, özlərindən öncə gəlib-keçmiş ümmətlərdə qüvvədə olan “Söz”[3] onların üzərinə də haqq oldu. Şübhəsiz ki, onlar zərərə/itkiyə uğrayıb, acı çəkən insanlar idilər.

(61/41, Fussilət/19–25)

Nəcm: 245

26Və kafirlər: “Üstün gəlməyiniz üçün bu Quranı dinləməyin, onun üçün də mənasız şeylər edin/anlaşılmasını hər cür yollarla əngəlləyin” – dedilər.[4]

27Artıq Biz qətiliklə, kafirlərə şiddətli bir əzab daddıracağıq. Və qətiliklə onlara etdikləri əməllərin ən pisini qarşılıq olaraq verəcəyik.

28Bax budur, bu, Allahın düşmənlərinin cəzasıdır/atəşdir. Ayələrimizi bilə-bilə inkar edənlər olduqlarına görə, cəza olaraq, onlar üçün orada sonsuzluq yurdu vardır.

29Və o kafirlər: “Rəbbimiz! Bildiyimiz/bilmədiyimiz hər kəsdən, bizi doğru yoldan azdıranları bizə göstər. Onlar ən aşağıdakılardan olsunlar deyə, biz onları ayaqlarımızın altına alaq” – dedilər.

(61/41, Fussilət/26–29)

Nəcm: 246

30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib, sonra ən doğru olanlar… onların üzərinə xə­bərçi ayələr həmişəlik enər: “Qorxmayın, kədərlənməyin, sizə vəd edilən cənnətlə se­vi­nin. Biz dünya həyatında və Axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qo­ruyanlarınızıq. Cənnətdə qullarının günahlarını çox örtən, onları cəzalandır­ma­yan və lütfü bol olan, əngin mərhəmət sahibindən bir ikram olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür”.

33,34Və Allahı çağırıb/yalvarıb saleh əməl edən və: “Mən müsəlmanlardanam” – deyəndən daha gözəl sözlü kim vardır? Və gözəlliklə çirkinlik/yaxşılıqla pislik bir olmaz. Pisliyi ən gözəl şəkildə dəf et. O zaman səninlə arasında düşmənçilik olan insan, sanki, isti bir yaxınındır.

35Bu yetkin davranışa, ancaq səbr edənlər qovuşdurulur, buna ancaq böyük bir pay sahibi olanlar qovuşdurulur.

36Və əgər şeytandan gələn pis bir düşüncə, səni dümsükləyərsə, dərhal Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidənin və ən çox bilənin məhz özüdür.

(61/41, Fussilət/30–36)

Nəcm: 247

37Və gecə, gündüz, Günəş və Ay Onun əlamətlərindən/nümunələrindəndir. Günəşə və aya boyun əyib təslimiyyət göstərməyin. Və əgər, sadəcə, Allaha qulluq edirsi­niz­sə, onları yaratmış olan Allaha boyun əyib təslimiyyət göstərin.

38Buna baxmayaraq, əgər onlar yekəxanalıq edərlərsə, bilsinlər ki, Rəbbini yaxşı tanıyanlar, hər zaman, Onun üçün Allahı nöqsan sifətlərdən münəzzəh qılırlar və onlar bundan heç bezməzlər.

39Şübhəsiz ki, sənin yer üzünü boynubükük görərək, Bizim onun üzərinə suyu endirdi­yi­miz zaman, onun titrəşməsi və qabarması da Onun əlamətlərindən/nümunələ­rin­dən­dir. Şübhəsiz ki, ona həyat verən, qətiliklə ölüləri də dirildər. Şübhəsiz ki, O, hər şe­yə gücü yetəndir.

40Şübhəsiz, əlamətlərimiz/nümunələrimiz haqqında doğruluqdan ayrılıb, inkara sapla­nan insanlar Bizə gizli qalmazlar. O halda atəşə atılacaq olan insanmı daha xeyirlidir, yoxsa Qiyamət günü əminlik içində gələcək insanmı? İstədiyinizi edin. Şübhəsiz ki, Allah etdiyiniz şeyləri ən yaxşı görəndir.

(61/41, Fussilət/37–40)

Nəcm: 248

41,42Şübhəsiz ki, Öyüd/Quran özlərinə gəldiyində, onu bilə-bilə rədd edən insanlar… Və şübhəsiz ki, O – Öyüd/Kitab ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edən, öyülən, öyülməyə layiq olan tərəfindən endiriləndir. Önündən və ardından/heç bir tərəfindən özünə batilin gəlmədiyi çox şərəfli bir kitabdır.

43Sənə də səndən öncəki elçilərə söylənəndən başqa bir şey söylənmir. Şübhəsiz ki, sənin Rəbbin qətiliklə bağışlama sahibidir və acı verən bir əzabın sahibidir.

44Və əgər Biz o öyüdü/Quranı əcnəbi dildə oxunacaq etsəydik, əlbəttə, onlar: “Ayələri izahlı olaraq verilməli deyildimi? Əcnəbi dilmi, Ərəbcəmi!” – deyəcəkdilər. De ki: “O, iman edənlər üçün bir bələdçi və bir şəfadır”. İnanmayanlara gəlincə, onların qulaqlarında bir ağırlıq vardır. Və o Öyüd/Quran onlar üzərinə bir korluqdur. Onlara çox uzaq bir məkandan səslənilməkdədir.

45Və and olsun ki, Biz Musaya Kitabı vermişdiksə də, onda anlaşmazlığa düşüldü. Əgər Rəbbin tərəfindən keçmiş Söz[5] olmasaydı, qətiliklə aralarında gerçəkləşdiril­miş­di. Və şübhəsiz ki, onlar bundan [Qurandan] qətiliklə şübhə və yetərsiz bir bilik için­dədirlər.

(61/41, Fussilət/41–45)

Nəcm: 249

46Hər kim saleh əməl edərsə, artıq özü üçün etmiş olur. Kim də bir pislik edərsə, bu artıq öz əleyhinədir. Və sənin Rəbbin qullara heç vaxt haqsızlıq edən biri deyildir.

47O saatın biliyi, sadəcə, Allaha məxsusdur. Onun biliyi xaricində heç bir meyvə qa­bı­ğın­dan çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz, balasını salmaz. Və Allah onlara: “Mənim ortaqlarım haradadır?” – deyə səsləndiyi gün, onlar: “Bizdən heç bir şahid olmadığını sənə ərz edərik” – deyərlər.

48Öncədən sitayiş etdikləri şeylər də özlərindən uzaqlaşıb, yox oldu. Onlar özləri üçün qaçacaq bir yer olmadığını da yaxşı-yaxşı anladılar.

49İnsan xeyir istəməkdən usanmaz, özünə bir pislik toxunduqda isə dərhal məyus  və ümidsiz olar.

50Və əgər özünə toxunan sıxıntıdan sonra, özünə tərəfimizdən bir mərhəmət daddırsaq, heç şübhəsiz: “Bu mənim haqqımdır. Və Qiyamətin qopma anının gələcəyini sanmı­ram. Və əgər Rəbbimə döndərilərəmsə, Onun qatında heç şübhəsiz, mənim üçün ən gö­zəli vardır” – deyər. Buna görə də kafirlərə, etdiklərini mütləq bildirəcəyik və onlara qətiliklə sərt bir cəzadan daddıracağıq.

51Və Biz insana nemət verdiyimiz zaman, o üz çevirər, kənara çəkilər. Özünə bir pislik toxunduğu zaman isə, geniş-geniş dua sahibidir – yalvarar, ha yalvarar.

52De ki: “Heç düşündünüzmü? Əgər Quran Allah qatındandırsa, sonra siz bu gerçəyi ört-basdır etmisinizsə… Özü uzaq bir ayrılığın içində olan insandan daha axmaq kim ola bilər?”

53Onun haqq olduğu ortaya çıxana qədər həm kənar dünyada/xarici aləmdə, həm öz bü­növ­rə­lə­rin­də[6] əlamətlərimizi/nümunələrimizi onlara göstərəcəyik. Rəbbinin, şübhəsiz, hər şe­yə şahid olmuş olması da yetmədimi?

54Gözünüzü açın! Şübhəsiz ki, onlar Rəbbinə qovuşmaqdan bir şübhə içindədirlər. Gözünüzü açın! Şübhəsiz ki, Allah hər şeyi əhatə edəndir.

(61/41, Fussilət/46–54)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Ayənin orijinalında keçən istiva ifadəsi, məcazən, “hegemonluq qurdu, nəzarəti altına aldı” deməkdir. Ayələrdən görünəcəyi kimi, “Ərşə istiva etdi” ifadələri, “ən böyük, ən uca məqamda hegemonuq qurdu, nəzarəti əlinə aldı” –mənasındadır. Mütəşabih olan bu anlayış, ayədə məcazi olaraq istifadə edilmişdir. İstiva sözü, Rəsmi Düzülüşün Yunus/3, Rad/2, Furqan/59, Səcdə/4, Ta–Ha/5, Əraf/54, Bəqərə/29–cu ayələrində də yer alır. Ayədəki istiva edən ifadəsi ilə qəsd edilən də, “Allah”dır. Çünki “istiva”, Allahın sifətlərindəndir, mələk və ya qulların sifəti deyildir.

[3]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.

[4]Burada Məkkə müşriklərinin etmək istədikləri, insanların diqqətinin Qurandan başqa tərəflərə yayındırılması, dinləyənlərin diqqətinin dağıdılması, fərq etdirdilməyərək, içərisinin anlaşılmasının əngəllənməsidir.

Bu plan, Quranın, tərcümədəki tərtilinin pozulması, rəvayətlərlə gerçək mənasının azdırılması, mötərizələrlə insani görüşlərə material edilməsi, anlamadan oxuyub, bunun savab sayılması, hər kəs tərəfindən anlaşılamayacağı iddiası, abdəstsiz oxunulmayacağı fitvası, sosial və siyasi mahiyyətinin gizlədilməsi, dinin tək qaynağı olduğunun qəbul edilməməsi kimi anlayışlarla bu günə qədər gəlməkdədir.

[5]Rəbbimizdən Keçən Söz: Ayədə bəhs edilən söz, Rəbbimizin cəzaları, “adı qoyulmuş vaxta qədər ertələmə” qaydasıdır. Uca Allah, bu qaydasından və bu qaydanı pozmayacağından Rəsmi Düzülüş: Şura/14, Hud/110, Fatir/45, Fussilət/45 və Ta–Ha/129–da da bəhs etmişdir.

[6]Günümüz etibariylə, Quranda ortaya qoyulan canlı və obyektiv möcüzələrdən bir qismi bunlardır: Canlı möcüzələr: hər insanda qoruyucu hüceyrələrin varlığı, cütlər halında yaradılma, spermanın bir qarışıq olduğu, cinsiyyətin müəyyən edilməsi, bətnin divarında asılı olmaq, bir çeynəmlik ət parçası olmaq, sümüklərin əmələ gəlməsi və ətlə örtülməsi, üç qaranlıqda yaradılma… Afaqi (obyektiv) möcüzələr: Kainatın daima genişlənməsi, yoxluqdan yaradılma, kainatın qaz mərhələsi, kainatdakı mükəmməl orbitlər, günəşin axıb, getməsi, günəş və ayın fərqi, ayın orbiti, göyün və yerin təbəqələrı, göyün qorunmuşluğu, göyün geri çevirdikləri, göyün dirəksiz yüksəlişi, dünyanın geoitik [Yer kürəsinin geometrik olmayan real forması, dəvəquşu yumurtasına bənzəyən, tam kürə olmayan, qütblərdən basıq, kürəvari] şəkli, dünyanın və kosmosun ölçüləri, döndükcə qütblərin basıqlaşması, dünyanın dönməsi, aşındırıcı küləklər, yağışdakı ölçü, suyun dövr etməsi, okeanın dibində şirin su çayının varlığı, dirək şəklindəki dağlar, neftin əmələ gəlməsi, tənəffüs sistemi (bütün canlıların oksigeni alıb, karbonu verməsi) və fotosintez, göyə yüksəlməyin çətinliyi, bitkilərdəki erkəkcik və dişicik… Saydığımız bu bioloji, fiziki və varlıqla əlaqədar faktlar, Quranın endiyi dövrdə bilinməyən şeylər idi. Buna görə də, elmin yeni kəşf etdiyi sistemlərin Quranda yer alması, Quranın Allahdan gəldiyinə açıq və qəti bir dəlildir.