HƏDİD SURƏSİNİN TƏBYİNİ

Mədinədə enən Hədid surəsinin, 94-cü sırada endiyi qəbul edilir. Mövzusundan anlaşıldığına görə, bu surə Uhud döyüşü ilə Hudeybiyə andlaşması arasındakı bir dövrdə nazil olmuşdur.

Adını 25-ci ayədəki الحديد [əl-hədid] sözündən alan və müxtəlif bölmələrdən ibarət olan surədə, imanın tələbi və ictimai varlığın davamlılığının təminatı olan infaq/xərcləmələr üzərində durulur, təkəbbürlü xəsislər qınanır, səxavətli möminlər təriflənir. Həmçinin, elçilik müəssisəsi, elçinin göndərilmə səbəbi və öhdəlikləri, inanaraq inanclarının tələbini edənlərin dünya və axirətdə mükafatlandırılacağı, inanmayanların cəzalandırılacağı, Kitab Əhlinin səhv inanc və davranışları bəyan edilir, Allaha təvəkkül edərək xeyirdə yarışa təşviq edilir. Qısacası, surə başdan sonadək xəbərdarlıq və təşviq ehtiva edir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏDİNƏ DÖVRÜ

Nəcm: 573

1Göylərdə və yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldılar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

2Göylərin və yer üzünün idarəçiliyi, sadəcə, Onundur. O, dirildir və öldürür. O, hər şeyə ən yaxşı güc yetirəndir.

3O, İlkdir, Sondur, Açıqdadır, İçdədir və O, hər şeyi ən yaxşı biləndir.

4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

5Göylərin və yer üzünün idarəçiliyi yalnız və yalnız Onundur. Və işlər yalnız və yalnız Allaha döndərilir.

6O, gecəni gündüzün, gündüzü də gecənin içinə qatır. O, qəlblərin özünü ən yaxşı biləndir.

(94/57, Hədid/1–6)

Nəcm: 574

7Allaha və Elçisinə inanın. Sizi özünə sonradan sahib etdiyi şeylərdən Allah yolunda xərcləyin/başda öz yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Artıq sizlərdən  inanan və xərcləyən kimsələr… Onlara çox böyük qarşılıq vardır.

8Sizə nə oldu ki, Elçi sizi Rəbbinizə inanmağa dəvət etdiyi halda, Allaha inanmırsınız? Halbuki, O, əgər siz inananlarsınızsa, sizdən inanacağınıza dair “qəti söz” almışdı.

9Allah, sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri endirəndir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir.

(94/57, Hədid/7–9)

Nəcm: 575

10Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır.

11O, Allaha gözəl bir borc verəcək olan kimdir ki, Allah da onun üçün qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da vardır.

(94/57, Hədid/10–11)

Nəcm: 576

12O gün inanan kişiləri və inanan qadınları əllərinin arasında və sağlarında işıqları olduğu halda, qaçan görəcəksən. Bu gün müjdəniz altlarından çaylar axan, içlərində sonsuzadək qalacağınız cənnətlərdir. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür!

13O gün münafiq kişilər və münafiq qadınlar o iman edən insanlara: “Bizə baxın ki, sizin işığınızdan alaq?” – deyərlər. Deyildi ki: “Arxanıza dönün və işıq arayın!” Sonra da aralarına içində mərhəmət, kənarında isə öz tərəfindən əzab olan qapılı bir divar çəkilir.

14,15Onlara: “Biz sizinlə bərabər deyildikmi?” – deyə səslənirlər. Möminlər: “Bəli, amma siz öz canlarınızı atəşə atdınız, gözlədiniz, şübhəyə düşdünüz və sayıqlamalar si­zi aldatdı. Sonunda Allahın əmri gəlib çatdı. O, çox aldadan isə sizi Allah ilə al­dat­dı. Bu gün artıq sizdən qurtarmaq üçün fidyə alınmaz, kafirlərdən də. Sizin çatacağınız yer atəşdir. O, sizə ya­ra­şan­dır. O, nə pis bir dönüş yeridir!”

(94/57, Hədid/12–15)

Nəcm: 577

16İnananlar üçün hələ vaxtı gəlmədimi ki, qəlbləri Allahı anmaq və haqqdan gələn üçün ürpərsin və daha öncə özlərinə Kitab verilmiş, sonra üzərlərindən uzun zaman keçmiş, beləliklə də qəlbləri qatılaşmış insanlar kimi olmasınlar. Onların çoxu yoldan çıxmışdır.

17Yer üzünü ölümündən sonra Allahın diriltdiyini bilin! Bəlkə ağlınızı işlədərsiniz deyə, Biz sizin üçün ayələri açıq şəkildə ortaya qoyduq.

18Şübhəsiz, sədəqə verən kişilərin, sədəqə verən qadınların və Allaha gözəl bir borc verənlərin haqqı qat-qat artırılacaqdır. Onlar üçün çox şərəfli bir mükafat da vardır.

19Allaha və Elçisinə inanan kimsələr… Bax budur, onlar Rəbbi nəzdində ən doğru kimsələrin və şəhidlərin məhz özləridir. Onlar üçün etdiklərinin qarşılıqları və işıqları vardır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə… Onlar cəhənnəmin əhlidirlər.

20Bilin ki, keçici dünya həyatı, ancaq bir oyun, ehtiraslı bir əyləndirmə, bir bəzək, öz aranızda bir öyünmə vasitəsi, mal və uşaqlar barəsində bir çoxaltma yarışıdır. Bir yağış örnəyi kimi  – onun bitirdiyi əkin əkinçilərin xoşuna gedər, sonra quruyar, bir də baxarsan ki, sapsarı kəsilmiş, sonra o, bir çör-çöp olmuşdur. Axirətdə isə şiddətli bir əzab və Allahdan bir bağışlama və bir məmnunluq vardır. Dünyadakı dünya həyatı aldanış vasitəsindən və vəsaitindən başqa bir şey deyildir.

21Rəbbinizdən bir bağışlanma, Allaha və elçilərinə inananlar üçün hazırlanmış genişliyi göylə yerin genişliyi kimi olan cənnət uğrunda yarışın. Bax budur, bu, Allahın dilədiyinə verdiyi ərməğandır. Onu dilədiyinə verir. Və Allah, böyük ərməğan sahibidir.

22–24Yer üzündə və özlərinin içində müsibətdən isabət edən şeylər –  əlinizdən çıxana kədərlənməyəsiniz və Allahın sizə verdiyi şeylərlə öyünməyəsiniz deyə, Bizim onu yarat­ma­ğımızdan öncə, qətiliklə bir kitabdadır. Şübhəsiz ki, bu, Allaha görə çox asandır. Və Allah xəsislik edən və insanlara da xəsisliyi əmr edən, özünü bəyənib, təkəb­bür­lə­nən insanları sevməz. Kim üz çevirərsə də, bilin ki, şübhəsiz, Allah çox zəngin, heç bir şeyə möhtac olmayanın, öyülən, öyülməyə layiq olanın məhz özüdür.

(94/57, Hədid/16–24)

Nəcm: 578

25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniy­yət­li fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üs­tündür.

26Və and olsun Nuhu və İbrahimi elçi göndərdik, peyğəmbərliyi və kitabı bu ikisinin soyları içində davam etdirdik. Sonra da onlardan bir qismi doğru yolu tapan, onlardan bir çoxu da haqq yoldan çıxmış kimsələr oldular.

27Sonra bunların izindən ard-arda elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da ardından göndərdik, özünə İncili verdik və ona tabe olan insanların qəlblərinə bir şəfqət və mərhəmət qoyduq. Uydurduqları ruhbanlıq… Onu onların üzərinə Biz yazmadıq. Sadəcə Allah rızasını qazanmaq üçün ortaya çıxardılar. Sonra da buna lazım olduğu kimi, riayət etmədilər. Sonra da Biz onlardan iman edən insanlara qarşılıqlarını verdik. Onlardan bir çoxu da haqq yoldan çıxmış olanlardır.

(94/57, Hədid/25–27)

Nəcm: 579

28,29Ey iman edənlər! Allahın qoruması altına girin, Onun Elçisinə inanın ki, Kitab Əhli, Allahın ərməğanlarından heç bir şey əldə edə bilməyəcəklərini və şübhəsiz, ərməğanların Allahın əlində olduğunu, onu dilədiyinə verdiyini bilsinlər deyə, Allah sizə mərhəmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir işıq etsin və sizi bağışlasın. Allah çox bağışlayan, çox mərhəmət edəndir. Və Allah böyük ərməğan sahibidir.

(94/57, Hədid/28–29)

TƏHLİL:

1Göylərdə və yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldılar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

2Göylərin və yer üzünün idarəçiliyi, sadəcə, Onundur. O, dirildir və öldürür. O, hər şeyə ən yaxşı güc yetirəndir.

3O, İlkdir, Sondur, Açıqdadır, İçdədir və O, hər şeyi ən yaxşı biləndir.

4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

5Göylərin və yer üzünün idarəçiliyi yalnız və yalnız Onundur. Və işlər yalnız və yalnız Allaha döndərilir.

6O, gecəni gündüzün, gündüzü də gecənin içinə qatır. O, qəlblərin özünü ən yaxşı biləndir.

Bu ayələrdə, kainatdakı bütün varlıqların Allaha aid olduğu və Onu təsbih etdiyi, kainatın idarəçiliyinin də Allaha aid olduğu bildirilərək aləmlərin Rəbbi tanıdılır:

Buna görə:

  • Göylərdə və yer üzündə var olan şeylər, Allahı təsbih edirlər;
  • Göylərin və yer üzünün idarəçiliyi sadəcə, Allahındır;
  • O, dirildir və öldürür;
  • O, hər şeyə ən yaxşı güc yetirəndir, ən yaxşı hökm qoyandır;
  • O, əvvəldir [ilkdir], axırdır [sondur], zahirdir [açıqdadır], batindir [gizlidir] və O, hər şeyi ən yaxşı biləndir;
  • O, göyləri və yeri altı gündə yaradan, sonra ərş üzərinə istiva edən, yer kürəsinə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir;
  • Harada olunursa olunsun varlıqlarla birlikdə olan və edilənləri ən yaxşı görəndir;
  • Bütün işlər, yalnızca Allaha döndərilir;
  • O, gecəni gündüzün içinə soxar, gündüzü də gecənin içinə soxar;
  • O, kökslərin özünü ən yaxşı biləndir.

Ayələrin mənası tamamilə açıq olmaqla yanaşı, bir neçə nöqtəyə diqqət çəkmək istəyirik. Paraqraf, göylərdə və yerdə var olan hər şeyin Allahı təsbih etdiyinin bəyanı ilə başlamışdır ki, təsbih, “Allahı, Ona yaraşmayan şeylərdən tənzih etmək/uzaq tutmaq, yəni Allahı ucaltmaq, Onun hər cür kamal sifətlərlə təchiz edilmiş olduğunu qavramaq və bunu hər vəsilə ilə yüksək səslə söyləmək” deməkdir. Yer üzündəki varlıqların təsbihi haqqında İsra surəsində etdiyimiz açıqlamaya baxıla bilər. [1] Burada sadəcə ayəni xatırlatmaqla kifayətlənirik:

  • 44Bütün göylər/kosmos, yer üzü və bunların içində olanlar, Allahı nöqsan sifət­lər­dən münəzzəh qılırlar. Onun tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl­ma­yan heç bir şey yoxdur. Lakin siz, onların Allahı nöqsan sifətlərdən münəzzəh qıl­ma­­larını yaxşı qavramırsınız. Şübhəsiz ki, O, yumşaq davranandır, çox ba­ğış­la­yan­dır.sra/44)

Başqa ayələrdə mühakimə obyektini-subyekti müəyyən edən anlayış təsbih edər şəklində geniş zaman qəlibiylə gəlmişkən, bəhs etdiyimiz ayədə mühakimə obyektini-subyekti müəyyən edən anlayış , təsbih etdi şəklində keçmiş zaman qəlibiylə gəlmiş və beləliklə, təsbihin hər hansı bir vaxta məxsus olmayıb, davamlı olduğuna və bunun real olduğuna işarət edilmişdir.

Daha sonra Allah zatını, zaman və məkan sarıdan tanıtmışdır. Belə ki:

  • O, əvvəldir [ilkdir]:Heç bir şey yox ikən Allah vardı, yəni Ondan öncə olan heç bir şey yoxdur;
  • O, axırdır [sondur]:Ondan sonra qalacaq olan heç bir şey yoxdur;
  • O, zahirdir [açıqdadır]:Sifətlərinin təcəllisi olaraq meydandadır. Kainatda dərk edilən hər şey, Onu göstərir, Onun imzasını daşıyır;
  • O, batindir [gizlidir]:Onun zatının hiss üzvləri ilə bilinməsi və görünməsi imkansızdır.

Burada, Allahı hiss üzvləri ilə qavramağın mümkün olmadığı, Ona əlamətlər, ayələr vasitəsi ilə inanılmalı olduğunu bildirilir.

Ayədəki göylərin və yer üzünün idarəçiliyi sadəcə Allahındır ifadəsi, bir çox surədə geniş şəkildə təhlil edilmişdi.

Ayədəki O, dirildir və öldürür ifadəsiylə Allah, ilk ölümü yaradıb, sonra ölülərdən diriləri yaratdığını, sonra onları öldürüb yenidən dirildəcəyini, Özünün bunları edən, daima edə biləcək bir gücə sahib olduğunu bildirir. Buradakı öldürür, dirildir ifadəsindən həm kainatdakı, həm də insanın quruluşundakı dəyişilmə və çevrilmələr anlaşıla bilir.

Burada bəhs edilən xüsusiyyətlər bu ayələrdə də zikr edilir: Əraf/54; Mülk/1-4; Al-i İmran/26-27; Səba/1-2.

Ayədəki və harada olunursa olunsun varlıqlarla birlikdə olan və edilənləri ən yaxşı görəndir ifadəsindəki bərabərlik, məkan və cəhət nöqteyi-nəzərindən olmayıb, elm və əhatə nöqteyi-nəzərindəndir. Bu xüsus, Qaf surəsində [16-18-ci ayələr] belə açıqlanmışdı:

Allahın Yaxınlığı: Quranın buraya qədərki bölməsində, özünü tanıtdığı ifadələrdən öyrəndiyimizə görə Allahın zatının qullarına məsafə etibariylə yaxınlığı barədə söz getmir. Ayədə keçən Allahın yaxınlığı, məcazi bir ifadədir. Bu ifadə ilə qəsd edilən məna, “insan üzərində qüdrət yürüdüb, bir təsir meydana gətirmə barəsində ona özündən daha yaxın, daha malik, daha çox təsərrüf sahibiyik, onun nəfsindəki vəsvəsəni də ondan daha yaxşı bilirik” deməkdir.

Allahın yaxınlığı mövzusu, klassik qaynaqların bəzilərində aşağıdakı kimi dəyərləndirilmişdir:

Allah Təalanın elminin kamalının, genişliyinin bəyandır. Allah elmi ilə ona damarındakı qandan daha yaxındır. Çünki damara bir əngəl vardır. O, ona gizli qala bilir. Lakin Allah Təalanın elminə əngəl mümkün deyildir. Buna, bu məna da verilə bilər: Qüdrətimizin tayı-bərabəri olmaması etibariylə Biz, ona “habl-i vərid”dən daha yaxınıq. Əmrimiz onda, damarlarındakı qanın axması kimi cərəyan edər.

Biz, ona daha yaxınıq ifadəsi məcazdır. Bundan məqsəd, Allahın ona elmən yaxınlığıdır. Allah, hər yerdədir ifadəsiylə də Onun elminin hər yeri əhatə etmiş olması qəsd edilir. Belə ki, yaxınlıq məkan və məsafə etibariylədir, Allah isə məkandan münəzzəhdir.

Yəni “Biz, onun halını, ona “habl-i vərid”dən daha yaxın olandan daha yaxşı bilirik” deməkdir. Zatın yaxınlığı ilə elmin yaxınlığına məcaz edilmişdir. Çünki o, onun səbəbidir. [2]

7Allaha və Elçisinə inanın. Sizi özünə sonradan sahib etdiyi şeylərdən Allah yolunda xərcləyin/başda öz yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Artıq sizlərdən inanan və xərcləyən kimsələr… Onlara çox böyük qarşılıq vardır.

8Sizə nə oldu ki, Elçi sizi Rəbbinizə inanmağa dəvət etdiyi halda, Allaha inanmırsınız? Halbuki, O, əgər siz inananlarsınızsa, sizdən inanacağınıza dair “qəti söz” almışdı.

9Allah, sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri endirəndir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir.

10Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır.

11O, Allaha gözəl bir borc verəcək olan kimdir ki, Allah da onun üçün qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da vardır.

Bu paraqrafda xüsusiyyətləri ilə özünü tanıtdıqdan sonra Allah, qullarından istədiklərini zikr etmişdir.

Bu ayələrdə öncə insanlara Allaha və Elçisinə inanın. Sizi özünə sonradan sahib etdiyi şeylərdən Allah yolunda xərcləyin. Artıq sizlərdən inanan və xərcləyən kimsələr… Onlara çox böyük qarşılıq vardır deyə xitab edilərək onların axirətə hazırlanmaları istənilmiş, sonra da Sizə nə oldu ki, Elçi sizi Rəbbinizə inanmağa dəvət etdiyi halda, Allaha inanmırsınız? Halbuki, O, əgər siz inananlarsınızsa, sizdən inanacağınıza dair “qəti söz” almışdı. Allah, sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri endirəndir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir. Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır deyə xəbərdarlıqlar edilmiş, paraqrafın sonunda da O, Allaha gözəl bir borc verəcək olan kimdir ki, Allah da onun üçün qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da vardır deyilərək qullar infaqa təşviq edilmişdir.

Ayədəki Sizi, özünə sonradan sahib qıldığı şeylərdən xərcəyin ifadəsiylə, mülkün Allaha aid olduğu, bunu qullarına həyatlarını yaşamaları üçün verdiyi vurğulanmış və əslində Allaha aid olan şeyləri Allah üçün xərcləməkdən qaçınanlar məzəmmət edilərək qınanmışdır.

Ayədəki (Allah) sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna apaçıq ayələri endirəndir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir ifadəsiylə də, inanıb Elçiyə dəstək vermələrinin və infaq etmələrinin səbəbi açıqlanmışdır. Bütün bunlar, insanların cəhalət, şirk, küfr, bədbəxtlik, zülm və fəsad kimi qaranlıqlardan aydınlığa çıxarılması üçündür:

  • 257Allah inananların kömək edən, yol göstərən, qoruyan yaxınıdır. Onları qaran­lıqlardan aydınlığa çıxarır. Kafirlərə gəlincə, onların kömək edən, yol göstərən, qoruyan yaxınları tağutdur ki, özlərini aydınlıqdan qaranlıqlara çıxarır. Bunlar, cəhənnəm əhlidir. Onlar orada həmişəlik qalanlardır. (Bəqərə/257)
  • 15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçilə Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçilər. (Maidə/15, 16)

Və İbrahim/1-3, Əhzab/43-44, Talaq/10-11.

7-ci və 11-ci ayələrdə Allaha və Elçisinə inanın. Sizi özünə sonradan sahib etdiyi şeylərdən Allah yolunda xərcləyin/başda öz yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Artıq sizlərdən inanan və xərcləyən kimsələr… Onlara çox böyük qarşılıq vardır. O, Allaha gözəl bir borc verəcək olan kimdir ki, Allah da onun üçün qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da vardır buyurularaq, əhəmiyyətinə diqqət çəkilərək, infaq təşviq edilmişdir.

10-cu ayədəki “ Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz?” ifadəsiylə, yer üzünün son sahibinin Allah olduğu, onun hər kəsin əlindən çıxacağı xəbərdarlığı edilir ki, bu xüsus dəfələrlə xatırladılmışdır:

  • 40Şübhəsiz, Biz yer üzünə və onun üzərindəki insanlara varis olacağıq/onlar gedəcək, biz qalacağıq. Və onlar yalnız və yalnız Bizə döndəriləcəklər. (Məryəm/40)
  • 180Və Allahın özlərinə lütfündən verdiyi nemətlərə qarşı xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Tam əksinə, o, onlar üçün zərərdir. Xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası, yalnız və yalnız Allaha aiddir. Və Allah etdikləriniz barədə bilik sahibidir. (Al-i İmran/180)
  • 23Və əlbəttə, yalnız və yalnız Biz dirildirik və Biz öldürürük! Və Biz son sahib olanlarıq. (Hicr/23)

Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır. O, Allaha gözəl bir borc verəcək olan kimdir ki, Allah da onun üçün qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da vardır ifadəsi, bu ayələrin Məkkənin fəthi üçün edilən hazırlıq mərhələsində endiyini göstərir və infaqın ən məqbulunun, ən çətin zamanlarda/qara gündə edilən olduğuna diqqət çəkir ki, bu qara gün dostları Allahın məmnunluğu ilə müjdələnmişlərdir:

  • 100Muhacir və Ənsardan ilk öncə önə keçənlər və yaxşılaşdırmaq/gözəlləşdirməklə on­ları izləyən insanlar… Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün içlərində təməlli qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ha­zır­ladı. Bax budur, bu, böyük bir qurtuluşdur. (Tövbə/100)

İnfaqın əhəmiyyəti və şəkli ilə əlaqədar bir çox (Bəqərə/195, 245, 264, 267-271; Maidə/12; Təğabün/17-18; Müzzəmmil/20; Leyl/17-20; Al-i İmran/92) ayə mövcuddur.

Bu bölmənin enmə səbəbi haqqında aşağıdakı məlumatlar nəql edilmişdir:

Alimlər bir Yəhudinin bu ayə nazil olduğunda: “Muhəmmədin tanrısı yoxsullaşmış olacaq ki, borc istəyir” – deyə məsxərə etdiyini, buna görə də üzərinə Hz. Əbu Bəkrin (r.a) onu şillələdiyini, sonra Yəhudinin bunu Hz. Peyğəmbərə (s.ə.s) şikayət etdiyini, Hz. Peygambərin (s.ə.s), Hz. Əbu Bəkrə (r.a): “Belə etməklə nə qəsd etdin?” – dediyini, Hz. Əbu Bəkrin (r.a) də, özünə hakim ola bilməyib, onu şillələdiyini söylədiyini, dolayısıyla Haqq Təalanın, “Sizdən öncə özlərinə kitab verilmiş olanlardan və müşriklərdən, necə əziyyətlər duyub görəcəksiniz” (Al-i İmran/186) ayəsinin nazil olduğunu söyləmişdilər. Əlbəttə, alimlər belə demişdilər: “Yəhudi bu sözü, Tanrının yoxsul ola biləcəyinə inandığından ötrü deyil, (Müsəlmanlara) istehza etmək üçün söyləmişdir. Onların: Allah fəqir, biz isə zənginik (Al-i İmran/181) şəklindəki sözləri də eyni mahiyyətdədir. [3]

12O gün inanan kişiləri və inanan qadınları əllərinin arasında və sağlarında işıqları olduğu halda, qaçan görəcəksən. Bu gün müjdəniz altlarından çaylar axan, içlərində sonsuzadək qalacağınız cənnətlərdir. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür!

13O gün münafiq kişilər və münafiq qadınlar o iman edən insanlara: “Bizə baxın ki, sizin işığınızdan alaq?” – deyərlər. Deyildi ki: “Arxanıza dönün və işıq arayın!” Sonra da aralarına içində mərhəmət, kənarında isə öz tərəfindən əzab olan qapılı bir divar çəkilir.

14,15Onlara: “Biz sizinlə bərabər deyildikmi?” – deyə səslənirlər. Möminlər: “Bəli, amma siz öz canlarınızı atəşə atdınız, gözlədiniz, şübhəyə düşdünüz və sayıqlamalar si­zi aldatdı. Sonunda Allahın əmri gəlib çatdı. O, çox aldadan isə sizi Allah ilə al­dat­dı. Bu gün artıq sizdən qurtarmaq üçün fidyə alınmaz, kafirlərdən də. Sizin çatacağınız yer atəşdir. O, sizə ya­ra­şan­dır. O, nə pis bir dönüş yeridir!”

Bu ayələrdə, xəbərdarlıq məqsədli olaraq möminlər və münafiqlərə aid axirət mənzərələri sərgilənir;

  • O gün inanan kişi və qadınların nurları əllərinin arasında və sağlarında qaçışan görünəcəkdir;
  • O günün müjdəsi altlarından bulaqlar axan, içlərində əbədi qalınacaq cənnətlərdir;
  • Budur bu, çox böyük qurtuluşun məhz özüdür;
  • O gün münafiq kişi və qadınlar iman edənlərə: “Bizə baxın ki, nurunuzdan alaq?” – deyə yalvaracaqlardır;
  • Münafiq kişi və qadınlara: “Arxanıza dönərək nur axtarın!” – deyiləcəkdir;
  • Sonra da aralarına, içində rəhmət, çölündə də əzab olan qapılı bir divar çəkiləcəkdir;
  • Münafiq kişi və qadınlar: “Biz sizinlə bərabər deyildikmi?” – deyəcəklər;
  • Möminlər də: “Bəli, amma, siz öz canlarınızı atəşə atdınız, gözlədiniz, şübhəyə düşdünüz və şübhələr sizi aldatdı. Nəhayət Allahın əmri gəlib çatdı. O çox aldadan da sizi Allah ilə aldatdı. Bu gün artıq sizdən fidyə alınmaz, kafirlərdən də. Sizin çatacağınız yer atəşdir. O, sizə yaraşandır. O, nə pis bir dönüş yeridir!” – deyə cavab verəcəklər.

Burada sərgilənən mənzərələr məhşərdə ayırma edildikdən sonrakı hadisələrin canlandırılmasıdır. Kafirlər qaranlıqlar içində sövq edilərkən, möminlər aydınlıq içində sövq edilir. O gün hər kəs işıq gözləntisi içində olacaqdır:

  • 8Ey iman edənlər! Saf, qatışıqsız/səmimi bir xətadan dönüş ilə Allaha dönün. Umulur ki, Rəbbiniz Peyğəmbəri və onunla birlikdə iman edənləri utan­dır­ma­yacağı, işıqlarının önlərində və sağlarında qaçacağı: “Rəbbimiz! İşığımızı ta­mam­la, bizi bağışla, çünki Sən hər şeyə güc yetirənsən” – deyəcəkləri gündə, sizin pisliklərinizi örtər və sizi içlərindən çaylar axan cənnət­lərə daxil edər. (Təhrim/8)

12-ci ayədəki “Bu gün müjdəniz altlarından bulaqlar axan, içlərində əbədi qalacağınız cənnətlərdir. Budur bu, çox böyük qurtuluşun məhz özüdür” ifadəsiylə möminlər Allah yolunda səmimi və həssas olmağa çağırılır.

Möminlərin müjdələnməsinə dair bir çox ayə mövcuddur. Bunlardan ikisini xatırladırıq:

  • 25İnanmış və düzəltmək yönündə işlər edən insanlara isə “Şübhəsiz ki, özləri üçün altlarından çaylar axan cənnətlərin olduğunu” müjdələ. Onlar oradakı hər hansı bir meyvədən hər dəfə ruziləndirildikdə: “Bu, bizim daha öncə ruziləndiyimiz şeydir” – deyərlər. Və onlara onun bənzərləri verildi. Orada çox təmiz yoldaşlar ancaq onlarındır. Və onlar orada həmişəlik qalanlardır. (Bəqərə/25)
  • 19–24Yaxşı, şübhəsiz ki, Rəbbindən sənə endirilənin gerçək olduğunu bilən kimsə, kor olan kimsə ilə eynidirmi? Şübhəsiz ki, ancaq qavrama qabiliyyətləri olanlar… Allaha verdiyi sözləri yerinə yetirən və andlaşmanı pozmayan, Allahın birləşdirilməsini istədiyi şeyi – iman və əməli birləşdirən, Rəbbinə hörmətlə, sevgi ilə, biliklə ürpərti duyan və hesabın pisliyindən qorxanlar Rəbbinin rizasını qazanmaq arzusu ilə səbr etmiş, salaatı iqamə etmiş, özlərinə verdiyimiz ruzilərdən gizli və açıq Allah yolunda xərcləmiş və çirkinlikləri gözəlliklərlə ortadan qaldıranlar öyüd alıb düşünərlər. Bax budur, onlar bu yurdun aqibəti – Ədn cənnətləri özlərinin olanlardır. Onlar, həmçinin atalarından, həyat yoldaşlarından və soylarından saleh olanlar Ədn cənnətlərinə girəcəklər. Vəzifəli güclər/xəbərçi ayələr də hər qapıdan yanlarına girərlər: “Səbr etmiş olduğunuz şeylərə qarşılıq sizə salam olsun! Bu yurdun sonu nə gözəldir!” (Rad/19-24)

13-cü ayədəki “Sonra da aralarına içində rəhmət, çölündə də öz yönündən əzab olan qapılı bir divar vurulur [çəkilir]” ifadəsiylə keçiməyin-qaçmağın imkansızlığı vurğulanır.

Hüməzə surəsində də O, onların üzərinə kilidlənmişdir/qapadılmışdır, uzadılmış dirəklər içində şəklində təsvir edilmişdi:

  • 4Qətiyyən onun düşündüyü kimi deyil! Tam əmin olun ki, o, Hütəməyə fırladılıb atılacaqdır.
  • 5Hütəmənin nə olduğunu sənə nə bildirdi?
  • 6,7O, Allahın, qəlblərin üstünə dırmanıb çıxan, alovlandırılmış bir atəşidir.
  • 8,9O, dikəldilmiş dirəklər/bitməyən sıxıntılar/kürəyində heç sağalmayacaq yaralar içində, onların üzərinə kilidlənmişdir/qapadılmışdır. (Hüməzə/4-9)

Bu təsvir, Əhl-i Kitaba yad olmayan bir təsvirdir: O zaman Göylərin hegemonluğu, qəndillərini alıb, kürəkəni qarşılamağa çıxmış olan on qıza bənzəyəcək. Bunların beşi ağılsız, beşi də ağıllıymış. Ağılsızlar qəndillərini almışlarsa da, yanlarına yağ almamışlar. Ağıllılar isə, qəndilləriylə birlikdə qablar içində yağ da almışlar. Kürəkən gecikdikdə hamısını yuxu tutmuş və yatmışlar. Gecə yarısı bir səs gəlmiş: “Budur kürəkən gəlir, onu qarşılamağa çıxın!” Bundan sonra qızların hamısı qalxıb qəndillərini təzələmişlər. Ağılsızlar ağıllılara: “Qəndillərimiz sönür, bizə yağınızdan verin!” – demişlər. Ağıllılar: “Olmaz! Həm bizə, həm sizə yetməyə bilər. Ən yaxşısı yağ satanlara gedin, özünüzə yağ alın” – demişlər. Belə ki, onlar yağ satın almağa gedərkən kürəkən gəlmiş. Hazırlıqlı olan qızlar onunla birlikdə toy çadırına girmişlər və qapı bağlanmış. Daha sonra gələn o biri qızlar: “Əfəndimiz, əfəndimiz! Aç qapını bizə!” – demişlər. Kürəkən isə: “Sizə doğrusunu söyləyim, sizi tanımıram” – demiş. Buna görə də ayıq olun. Çünki o günü və o saatı bilə bilməzsiniz. [4]         

Ayələrdəki önlərindəki və yanlarındakı işıqların müşayiəti ilə cənnətə girməkdə olan möminlərin, qaranlıqlar içində yalvaran ikiüzlülərə: “Bəli, amma siz öz canlarınızı atəşə atdınız, gözlədiniz, şübhəyə düşdünüz və sayıqlamalar si­zi aldatdı. Sonunda Allahın əmri gəlib çatdı. O, çox aldadan isə sizi Allah ilə al­dat­dı. Bu gün artıq sizdən qurtarmaq üçün fidyə alınmaz, kafirlərdən də. Sizin çatacağınız yer atəşdir. O, sizə ya­ra­şan­dır. O, nə pis bir dönüş yeridir! şəklində verdikləri cavabda, münafiqlərin o hala düşməsinin səbəbləri sadalanmışdır. Belə ki:

  • Münafiqlər özləri özlərini bu hala düşürmüşdülər;
  • Kimsə onlara zülm etməmişdir;
  • Həmişə: “Görək də irəlidə nə edərik” deyə reallıqla üzləşməkdən çəkinmişdilər;
  • Quran, Elçi və Axirət haqqında şübhəyə düşmüşdülər;
  • Aldadan da Allah ilə/Allahın adından istifadə edərək, Allahın adından yalan uyduraraq, “Allah, necə olsa, bağışlayacaq” və s. deyərək aldatmışdır.

Ayədəki “Bu gün artıq sizdən fidyə alınmaz, kafirlərdən də” ifadəsiylə, fidyə verərək oradan xilas olmağın imkansızlığına diqqət çəkilmişdir. Çünki bu ayələrin müxatibləri, pullarıyla hər işi gördürən, hər qapını açdıran varlı münafiqlərdir.

Müşriklərə, münafiq və kafirlərə axirətdə fidyə qəbul edilməyəcəyi onlarla (Bəqərə/47-48, 123; Al-i İmran/91; Yunus/54; Rad/18) dəfə bildirilmişdir.

16İnananlar üçün hələ vaxtı gəlmədimi ki, qəlbləri Allahı anmaq və haqqdan gələn üçün ürpərsin və daha öncə özlərinə Kitab verilmiş, sonra üzərlərindən uzun zaman keçmiş, beləliklə də qəlbləri qatılaşmış insanlar kimi olmasınlar. Onların çoxu yoldan çıxmışdır.

17Yer üzünü ölümündən sonra Allahın diriltdiyini bilin! Bəlkə ağlınızı işlədərsiniz deyə, Biz sizin üçün ayələri açıq şəkildə ortaya qoyduq.

18Şübhəsiz, sədəqə verən kişilərin, sədəqə verən qadınların və Allaha gözəl bir borc verənlərin haqqı qat-qat artırılacaqdır. Onlar üçün çox şərəfli bir mükafat da vardır.

19Allaha və Elçisinə inanan kimsələr… Bax budur, onlar Rəbbi nəzdində ən doğru kimsələrin və şəhidlərin məhz özləridir. Onlar üçün etdiklərinin qarşılıqları və işıqları vardır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə… Onlar cəhənnəmin əhlidirlər.

20Bilin ki, keçici dünya həyatı, ancaq bir oyun, ehtiraslı bir əyləndirmə, bir bəzək, öz aranızda bir öyünmə vasitəsi, mal və uşaqlar barəsində bir çoxaltma yarışıdır. Bir yağış örnəyi kimi – onun bitirdiyi əkin əkinçilərin xoşuna gedər, sonra quruyar, bir də baxarsan ki, sapsarı kəsilmiş, sonra o, bir çör-çöp olmuşdur. Axirətdə isə şiddətli bir əzab və Allahdan bir bağışlama və bir məmnunluq vardır. Dünyadakı dünya həyatı aldanış vasitəsindən və vəsaitindən başqa bir şey deyildir.

21Rəbbinizdən bir bağışlanma, Allaha və elçilərinə inananlar üçün hazırlanmış genişliyi göylə yerin genişliyi kimi olan cənnət uğrunda yarışın. Bax budur, bu, Allahın dilədiyinə verdiyi ərməğandır. Onu dilədiyinə verir. Və Allah, böyük ərməğan sahibidir.

Bu ayələr Allahın rəhmət təcəllilərini ifadə etməsi ilə yanaşı, insanları da qurtuluşa çata bilmələri üçün ağıllarını işlətməyə dəvət edən bəyannamə xüsusiyyətindədir.

16-cı ayədəki “qəlbləri Allahı anmaq və haqqdan gələn üçün ürpərsin və daha öncə özlərinə Kitab verilmiş, sonra üzərlərindən uzun zaman keçmiş, beləliklə də qəlbləri qatılaşmış insanlar kimi olmasınlar. Onların çoxu yoldan çıxmışdır ifadələriylə işarə edilir ki, inananlar qətiyyən Yəhudiləşməməlidirlər.

Bu bölmənin enmə səbəbinə dair aşağıdakı məlumatlar verilmişdir:

Bu ayənin hicrətdən bir il sonra münafiqlər haqqında endiyi də söylənmişdir. Belə ki: Onlar Salmandan Tövratdakı heyrətamiz xüsuslardan özlərinə bəhs etməsini istədilər. Bundan sonra “Əlif/1, Lam/30, Ra/200. Bax budur, bu, o açıq-aşkar/açıqlayıcı kitabın ayələridir. Biz sənə bu Quranı vəhy etməklə sənə hekayətlərin ən gözəlini anladacağıq (Yusuf/1-3) buyuruqları endi. Beləliklə, onlara oxunan Quranın başqa kitablardan daha gözəl və onlar üçün daha faydalı olduğunu bildirdi. Onlar da Salmandan belə bir şey istəməkdən əl çəkdilər. Daha sonra yenə birincisinin bənzəri bir istəkdə olunca bu dəfə də Uca Allahın, “İman edənlərin qəlblərinin Allahın zikrinə və enən haqqa qarşı yumşalaraq sayğı ilə boyun əyəcəkləri zaman… gəlmədimi” buyuruğu endi. [5]

Ayənin möminlər haqqında endiyi də söylənmişdir. Sad dedi ki: “Ey Allahın Rəsulu! Bizə hekayə anlatsan” – deyincə, “Biz sənə ən gözəl hekayəni anladırıq (Yunus/3) buyuruğu nazil oldu. Aradan bir müddət keçdikdən sonra bu dəfə, “Bizə bir şeylərdən söz etsən” deyildi, bu dəfə də, “Allah sözün ən gözəliniendirmişdir (Zümər/23) buyuruğu nazil oldu. Aradan bir müddət keçdikdən sonar: “Kaş ki, bizə xatırlatsan, öyüd versən” – dedilər. Bundan sonra da, “İman edənlərin qəlblərinin Allahın zikrinə və enən haqqa qarşı yumşaldaraq, sayğı ilə boyun əyəcəkləri zamangəlmədimi?” buyuruğu endi. [6]

18-ci ayədə mövzu, sosial varlığın suverenliyini təmin edəcək olan infaq faktoruna gətirilərək, “Şübhəsiz, sədəqə verən kişilərin, sədəqə verən qadınların və Allaha gözəl bir borc verənlərin haqqı qat-qat artırılacaqdır. Onlar üçün çox şərəfli bir mükafat da vardırbuyurulmuşdur. Bu mövzu 10-11-ci ayələrdə açıqlanmışdı.

19-cu ayədə “Allaha və Elçisinə inanan kimsələr… Bax budur, onlar Rəbbi nəzdində ən doğru kimsələrin və şəhidlərin məhz özləridir. Onlar üçün etdiklərinin qarşılıqları və işıqları vardır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə… Onlar cəhənnəmin əhlidirlər” buyurularaq verilən müjdə, Nisa surəsində də keçmiş və orada “siddiq” və “şəhid” sözləri ilə əlaqədar məqamı vermişdik:

  • 69Kim də Allaha və Elçiyə itaət edərsə, artıq onlar Allahın nemət verdiyi insanlarla – peyğəmbərlər, dosdoğru insanlar, şəhidlər və salehlərlə birlikdədirlər. Və bunlar yoldaş olaraq nə gözəldirlər! 70Bu Allahdan bir ərməğandır. Ən yaxşı bilən olaraq Allah yetər. (Nisa/69, 70)

20-ci ayədə, “Bilin ki, keçici dünya həyatı, ancaq bir oyun, ehtiraslı bir əyləndirmə, bir bəzək, öz aranızda bir öyünmə vasitəsi, mal və uşaqlar barəsində bir çoxaltma yarışıdır buyurularaq, dünya həyatının keçiciliyinə və dəyərsizliyinə diqqət çəkilmişdir:

  • 32Və fani dünya həyatı, sadəcə əyləncə və oyundur. Son yurdAxirət yurdu isə Allahın qoruması altına girənlər üçün, tam yəqinliklə bilin ki, daha xeyirlidir. Hələ də ağılla hərəkət etməzsinizmi? (Ənam/32)
  • 64Və bu keçici dünya həyatı, sadəcə, bir əyləncə və oyundur. Şübhəsiz, son yurd isə qətiliklə həyatın məhz özüdür. Kaş ki, onlar bilmiş olsaydılar. (Ənkəbud/64)
  • 26Bu onların Allahın endirdiyini bəyənməyən kimsələrə: “Bəzi işlərdə biz sizə itaət edəcəyik” – dediklərinə görədir. Halbuki Allah onların gizlətdiklərini bilir. (Muhəmməd/26)
  • 14Qadınlara, oğullara, qızıl-gümüş yığınlarına, seçmə gözəl atlara, ətindən və südündən yararlanılan heyvanlara və əkinlərə duyulan ehtiraslı, həddindən artıq istək, insanlara bəzəkli/cəlbedici göstərildi. Bunlar, adi fani dünya həyatının qazancıdır. Və Allah… çatılacaq ən gözəl yer Onun qatında olandır.
  • 15–17De ki: “Sizə bundan daha xeyirli olanı bildirimmi? Allahın qoruması altına girərək: “Rəbbimiz! Şübhəsiz, biz inandıq, artıq bizim günahlarımızı bağışla və bizi atəşin əzabından qoru!” – deyən, səbr edən/dirənən, doğru olan, həmişəlik hörmətli duran, Allah yolunda xərcləyən və səhərlər də bağışlanma diləyənlər üçün Rəbbinin qatında, içində təməlli qalacaqları, altından çaylar axan cənnətlər, tərtəmiz həmtaylar və Allahdan məmnunluq vardır. Və Allah qulları ən yaxşı görəndir. (Al-i İmran/14-17)

Və Yunus/24-25; İbrahim/18; Kəhf/45-46; Nur/39.

21-ci ayədəki “Rəbbinizdən bir bağışlanma, Allaha və elçilərinə inananlar üçün hazırlanmış genişliyi göylə yerin genişliyi kimi olan cənnət uğrunda yarışın ifadəsiylə dünyanın dəyərsiz qazancları üçün deyil, axirətin sonsuz nemətləri üçün yarışılmasə tövsiyə edilmişdir.

Ayədə cənnətin genişliyinin, “Göylə yerin genişliyi kimi” olduğu ifadə edilmişdir ki, bu, cənnətin sərhədlərini deyil, insan ağlının dərk edə bilmədiyi qədər bir genişliyi, sonsuzluğu ifadə edir:

  • 133–135Və Rəbbinizdən bağışlanmağa, bolluqda və darlıqda Allah yolunda xərcləyən, qəzəblərini udan, insanları əfv edən, çirkin bir həyasızlıq etdikləri, ya da öz-özlərinə haqsızlıq etdikləri zaman, Allahı xatırlayıb, dərhal günahlarına görə bağışlanma diləyən, – Allahdan başqa günahları bağışlayan kimdir?– etdikləri pis şeylərdə bilə-bilə israr etməyən, Allahın qoruması altına girənlər üçün hazırlanmış, eni göy­lər­lə yer qədər olan cənnətə tələsin. Və Allah yaxşılıq, gözəllik edənləri sevər. (Al-i İmran/133-135)

22–24Yer üzündə və özlərinin içində müsibətdən isabət edən şeylər – əlinizdən çıxana kədərlənməyəsiniz və Allahın sizə verdiyi şeylərlə öyünməyəsiniz deyə, Bizim onu yarat­ma­ğımızdan öncə, qətiliklə bir kitabdadır. Şübhəsiz ki, bu, Allaha görə çox asandır. Və Allah xəsislik edən və insanlara da xəsisliyi əmr edən, özünü bəyənib, təkəb­bür­lə­nən insanları sevməz. Kim üz çevirərsə də, bilin ki, şübhəsiz, Allah çox zəngin, heç bir şeyə möhtac olmayanın, öyülən, öyülməyə layiq olanın məhz özüdür.

Bu ayələrdə ekoloji pozulmalar, zəlzələ, yanğın, qıtlıq, quraqlıq, epidemiya, xəstəlik, iqtisadi iflas, ağrı və xəstəliklər, mal və can nöqsanlığı, qəza-bəla, həbs, sürgün, məğlubiyyət kimi yer üzündə və insan bünövrəsində vaqe olan bütün mənfilik və müsibətlərin Allahın kitabında olduğu bəyan edilir.

Ayədən açıq şəkildə anlaşıldığına görə, qulların başına gələcək hər şeyin nə üçün isabət edəcəyi, qullar sonradan kədərlənməsin və korlanmasın deyə öncədən bildirilmişdir:

  • 11İsabət edən hər müsibət, sadəcə Allahın biliyi çərçivəsində isabət edər. Kim Allaha inanırsa, Allah onun qəlbini bələdçiləyər. Və Allah hər şeyi ən yaxşı biləndir. (Təğabün/11)
  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı.  (Rum/41)
  • 72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, ta­nınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuz­lu­ğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorx­dular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xə­ya­nət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahil­dir. (Əhzab/72)

Və Nisa/77-79; Al-i İmran/152; Şura/30, 48; Nəhl/33-34; Zümər/48; Zümər/51; Rum/36; Qasas/46-47.

Burada ifadə edilmək istənən budur: Hər kəsin başına gələcək şeylər daha əvvəl bir kitabla bildirilmiş, hər kəs xəbərdar edilmişdir, yəni atəşin yandırdığı, suyun boğduğu… öyrədilmişdir. Kim əlini yandırarsa, özü yandırmışdir; “Özüm etdim, özüm cəzasını çəkdim” deyər, təsəlli olar, narahat olmaz.

İradəsinin ziddinə olaraq atəşə atılıb yandırılan kimsə də, Allahın özünü sınadığını qəbul edərək səbr edər, yenə narahat olmaz:

  • 155,156Həmçinin qətiliklə Biz qorxudan, aclıqdan bir şeylərlə və mallardan, canlar­dan və məhsullardan əskiklik ilə sizi zəif düşürəcəyik/imtahan edəcəyik. Özlərinə bir müsibət gəldiyi zaman: “Biz şübhəsiz, Allaha aidik və yalnız Ona dönəcəyik” – deyən bu səbr edənləri isə müjdələ!
  • 157Bax budur, onlar Rəbbindən, bəzi dəstəklər və mərhəmət özlərinə olandır. Bax budur, onlar bələdçilən­dik­ləri doğru yolu tapanların da məhz özüdür. (Bəqərə/155-157)

25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniy­yət­li fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üs­tündür.

26Və and olsun Nuhu və İbrahimi elçi göndərdik, peyğəmbərliyi və kitabı bu ikisinin soyları içində davam etdirdik. Sonra da onlardan bir qismi doğru yolu tapan, onlardan bir çoxu da haqq yoldan çıxmış kimsələr oldular.

27Sonra bunların izindən ard-arda elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da ardından göndərdik, özünə İncili verdik və ona tabe olan insanların qəlblərinə bir şəfqət və mərhəmət qoyduq. Uydurduqları ruhbanlıq… Onu onların üzərinə Biz yazmadıq. Sadəcə Allah rızasını qazanmaq üçün ortaya çıxardılar. Sonra da buna lazım olduğu kimi, riayət etmədilər. Sonra da Biz onlardan iman edən insanlara qarşılıqlarını verdik. Onlardan bir çoxu da haqq yoldan çıxmış olanlardır.

Bu ayələrdə Allahın, rəhmətinə uyğun olaraq, insanlar üçün etdiklərinin bir qismi; yuxarıda bəhs edilən, müsibətlərin kitabda yer alması bəyan edilir. Buna görə Allah, insanların dünya və axirətdə özlərini müsibətlərdən qoruya bilmələri üçün onlara yaxşını-doğrunu, faydalını-zərərlini öyrədəcək açıq-aşkar kitabı, kitabın içində də insanları dünya və axirətdə bütün müsibətlərdən qurtaracaq prinsipləri endirdiyini və elçi göndərdiyini bildirir. Burada elçiliyin missiyası da öz əksini tapıb.

Ayədən açıq şəkildə anlaşıldığına görə, elçilərin vəzifəsi sadəcə təbliğ edib kənara çəkilmək deyil; ilahi prinsipləri həyata keçirmək üçün təşkilatlanmaq, Allahdan gələn prinsipləri tətbiq edərək insanları zülmdən, qarışıqlıqdan, qan tökməkdən qurtarmaq, xoşbəxt və rahat yaşamalarını təmin etməkdir.

25-ci ayədəki “Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçünifadəsiylə inananların Allahın dininin yayılmasında yer almalı olduqlarına işarə edilmişdir.

Belə isə hər mömin, Allahın dininin yayılması üçün yardımçı olmalıdır və beləliklə, Allah da onlara yardım edər:

  • 7Ey iman edənlər! Əgər siz Allaha kömək edərsinizsə, O da sizə kömək edər və ayaqlarınızı sabit tutar. 8İnkar edənlər isə, artıq onlara yıxılma vardır! Və Allah, onların işlərini azdırmışdır. 9Bu, şübhəsiz ki, onların Allahın endirdiklərini bəyənmədiklərinə görədir. Artıq Allah da onların əməllərini boşa çıxarmışdır. (Muhəmməd/7-9)
  • 52,53Sonra İsa onlardan küfrü sezincə: Allah yolunda mənim köməkçilərim kimlərdir?” – dedi. Həvarilər: “Allahın köməkçiləri bizik, biz Allaha iman etdik, bizim şübhəsiz ki, müslimlər olduğumuza şahid ol. Rəbbimiz! Biz sənin endirdiyinə iman etdik, elçiyə də tabe olduq. Artıq bizi şahidlərlə bərabər yaz” – dedilər. (Al-i İmran/52, 53)
  • 14Ey iman edənlər! Allahın köməkçiləri olun! – Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demişdi. Həvarilər: “Allahın köməkçiləri bizik” – demişdilər. Sonra İsrailoğullarından bir zümrə inandı, bir zümrə inanmadı. Sonra da Biz inanmış insanları, düşmənlərinə qarşı gücləndirdik və onlar üstün gəldilər. (Saff/14)

İyirmi beşinci ayədəki “ya’ləmə” ifadəsinin təhlili ilə əlaqədar geniş məlumat Səba/21-ci ayənin təhlilində verilmişdir. [7]

Dəmir. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik” buyuruğunda zikri keçən dəmirin endirilməsi üç şəkildə anlaşıla bilir:

1) Dəmirin endirilməsi Zümər/6-dakı kimi “dəmirin yaradılması” mənasına alına bilir:

  • 6O, sizi tək bir nəfsdən yaratdı, sonra ondan zövcəsini var etdi və sizin üçün heyvanlardan səkkiz cüt O sizi analarınızın qarınlarında üç qaranlıq içində, yaradılışdan sonra, bir məxluq olaraq meydana gətirir. Bax budur, bu, sahiblik, idarəçilik yalnız Özünün olan Rəbbiniz Allahdır. Ondan başqa tanrı deyə bir şey yoxdur. Belə isə, necə olur ki, döndərilirsiniz? (Zümər/6)

2) Dəmirin endirilməsi “dəmirin doğrudan da endirilməsi” mənasına alına bilir.

Çünki dünyadakı mövcud dəmirin yer kürəsinə sonradan, kosmosdakı digər Göy cisimlərindən endirildiyi bilinir. Bu halda Quranın kainatla əlaqədar bir möcüzəsi daha ortaya qoyulmuş olur.

Quranda keçən inzal feli ümumiyyətlə, dünyaya kənardan endirilən və gələnləri ifadə edir. İnzal feli dünyadakı bir yaradılışın dünyadan kənardakı yaradılışlar sayəsində meydana gəldiyini anladır. Dünyanın ilk temperaturu dəmirin əmələ gəlməsinə uyğun deyildi. Hətta günəş kimi orta böyüklükdə ulduzlar belə dəmirin istehsalı üçün kifayət qədər temperatura sahib deyildir. Buna görə də dəmir, sırf dünyaya deyil, günəş sisteminə belə endirilmişdir [inzal edilmişdir]. Hal-hazırda dünyada var olan dəmir, günəş sisteminə yüksək temperaturlu ulduzlardan gəlmişdir. Quranın dəmirin əmələ gəlməsini anladarkən inzal feliylə “endirilmə” hadisəsinə diqqət çəkməsi möcüzəvi xüsusiyyətdədir. [8]

Dəmir dünya üzərindəki üçüncü ən yayılmış elementdir və yer qabığının 5 faizini əmələ gətirir. Dəmir elementi, dünyada bu qədər artıq miqdarda olması qarşısında, dəmirin əmələ gəlməsi dünyadan başqa yerdə reallaşmır. Müasir astronomik kəşflər dünyadakı dəmir mədəninin kosmosdakı nəhəng ulduzlardan gəldiyini ortaya çıxarmışdır. [9]

Ayədə dəmir “özündə böyük bir qüvvət və insanlar üçün faydalar olan” deyə xarakterizə edilmişdir. Həqiqətən dəmir, insanın iynədən avtomobilə, ondan nəhəng quruluşlara qədər hər cür fərdi, sənətkarlıq, sənaye, əkinçilik, hərbi ehtiyacların təməl maddəsidir. Kükürd və oksigen kimi metallarla asanlıqla birləşir. Hər hansı digər metaldan daha böyük miqdarda ərintilərdə istifadə olunur. Ən yararlı və ucuz metallardan biri olan polad da dəmirə kiçik bir miqdar karbon qatılması vasitəsilə əldə edilir. Bütün bitkilərin, heyvanların və insanların yaşamaq üçün dəmirə ehtiyacları vardır. İnsanlarda ən böyük dəmir faizi qırmızı qan hüceyrələrində olur. Hemoqlobinin əsas hissələrindən birini təşkil edir. Əzələlərdə və toxumalarda, kiçik miqdarlar halında olur. Dəmirin tibbdəki ən mühüm istifadəsi hipoxronik qansızlıqların müalicəsindədir. Dəmir əskikliyi halı hemoqlobin əmələ gəlməsini əngəlləyir və qırmızı qan hüceyrələrinin o biri fəaliyyətlərini yerinə yetirməsini də çətinləşdirir. Çoxsaylı dəmir birləşmələrindən hər hansı biri müalicədə işlədilə bilər. Dünyada qızılın yoxluğu, kimsəyə bir problem yaratmaz, amma dəmirin yoxluğu insanın belini bükər.

3) Hədid.  “Hdd” kökündən törəmiş “mübaliğə ismi fail” qəlibində bir sözdür. Sözün həqiqi mənasını təsbit edə bilmək üçün, əvvəlcə kök mənası bilinməlidir. Təməl lüğətlərə görə:

“Hədd” “birisi digərinə qarışmasın, ya da biri o birinə toxunmasın deyə, iki şey arasındakı ara” deməkdir;

“Hədd” “hər hansı bir şeyin son nöqtəsi” deməkdir;

“Hədd” “dəf etmək, sovmaq, mane olmaq” deməkdir;

“Hədd” “günahkarı ədəbləndirmək” deməkdir;

“Hədd” “insana bulaşan öfkə, yüngüllük [hiddət]” deməkdir;

“Hədd” “bir şeyi başqa bir şeydən ayıra bilmək” deməkdir;

“Hədid” bilinən “dəmir cövhəri” deməkdir;

“Həddad” “dəmirçi, qapıçı, “həbsxana nəzarətçisi” deməkdir. [10]

Göründüyü kimi, sözün bir çox mənası vardır.  Dəmir cövhərinə “Hədid” deyilməsi də onun sərtliyindən, bir şeylərə mane olmasındandır.

Biz burada sözü “bir şeyi başqa bir şeydən ayırmaq” mənasıyla ələ alacağıq. Bu halda sözün ayədəki mənası “bir şeyi digərindən yaxşı-yaxşı ayıra bilən; kəskin görüşlü, incə zəkalı” demək olur.  Belə ki, daha əvvəl Qaf surəsində də bu mənasıyla verilmişdi.

  • 22tam əmin olun ki, sən bundan xəbərsiz idin, məlumatın yox idi. İndi səndən pərdəni qaldırdıq. Artıq bu gün gözün itidir; Quran sayəsində qərarlı biri oldun. (Qaf/22)

Mizan. Ayədə keçən mizan “ədalət prinsipləri”dir. Bu xüsusa aşağıdakı ayədə işarə edilmişdir:

  • 17Allah bu kitabı və tərəzini/ölçünü haqqla endirən Zatdır. Və sənə nə bildirir ki, bəlkə də o Qiyamətin qopma zamanı çox yaxındır! (Şura/17)

Bu paraqrafda “Uydurduqları ruhbanlıq… Onu onların üzərinə Biz yazmadıq. Sadəcə Allah rızasını qazanmaq üçün (ortaya çıxardılar) ifadələriylə diqqət çəkilən ruhbanlıq (ruhanilik) üzərində bir az durmaq istəyirik.

 

Ruhbanlıq.

الرّهبان Təəssüf ki, lüğətlərdə və  dini kitablarda ciddi araşdırılmadan “ رهبrəhb” sözü “qorxmaq”, “إرهاب irhab”  sözü isə “qorxutmaq” olaraq yer almışdır. Bu söz, bəzi ayələrdə mənasız düşdüyündən bunun “الرهبانية  rəhbaniyyət” qəlibi də nəzərə alınaraq “ibadət etmə” mənası da yüklənilməyə çalışılmışdır.

“رهب Rəhb” sözünü qədim, mötəbər lüğətlərdən araşdırdığımızda öz mənasıyla əlaqədar aşağıdakı dörd maddəni görürük:

  1. الرهبRəhb, “oxun ucundakı incə, sivri  dəmir” deməkdir;
  2. الرهب Rəhb, “Çuxanın, kaftanın yeni (qolunun ucu)” deməkdir (Himyer lüğətinə görə);
  3. الرهب Rəhb, رهبىrəhba “uzun səfərə zəifləmiş, incəlmiş dəvə” deməkdir;
  4. Bu sözün “ الرهبانيةrəhbaniyyət” qəlibi dünyanı (malı-mülkü, həyat yoldaşını, övladı) tərk edib zahid bir həyat yaşamaq” deməkdir. Belə yaşayanlara “ راهبrahib” deyilir.  Cəm halda “ رهبانruhbandır.  راهبRahib sözü kilsələrdə bu tip həyat yaşayan qismin adı olaraq işlədilir. [11]

Bədəvi ərəbin dilində sözün öz mənası budur, belədir. Göründüyü kimi sözün öz mənasında “qorxu” mənası qəti olaraq yer almır.

Bu sözün, ictimai həyatdakı mənası, “kobud əşyaların yonulmuş, incəldilmiş, yararlı hala gəlmiş, zərifləşmiş halı” deməkdir. Bu sözü insana tətbiq etdiyimizdə “kor-kobud; dinsiz-imansız, əxlaqsız, vicdansız insanların incəlmiş, yonulmuş – adam olmuş halı” demək olur.

Sözün Quranda da yer alan  إفعالifâl babından “ إرهابirhâb” qəlibi “incəltmək, zərifləşdirmək, yararlı hala gətirmək; insan üzərindəki dindən kənar xüsusiyyətləri aradan qaldırmaq, qısacası “insanı adam etmək” deməkdir.

Qavram Olaraq Ruhbanlıq. Ruhbanlıq “daha artıq ibadət, daha artıq zahidlik həyatını seçmək” deməkdir. Ümumi mənada, “dünyadan əl-ətək çəkmək, ibadət ilə məşgul olmaq”dır. Ruhbanlar bu anlayışla evlənməyi xoş görməz və dünya işlərinə əhəmiyyət verməzlər, ağıllarınca ruhu yüksəltməyi ön planda tutarlar.

Quran-i Kərim dində ruhbanlığı, yəni dini daha yaxşı yaşamaq üçün bir tərəfə çəkilməyi, nəfsi ən təbii ehtiyaclardan belə məhrum etməyi icad edənləri və bunu davam edənləri tənqid edir:

  • 27Sonra bunların izindən ard-arda elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da ardından göndərdik, özünə İncili verdik və ona tabe olan insanların qəlblərinə bir şəfqət və mərhəmət qoyduq. Uydurduqları ruhbanlıq… Onu onların üzərinə Biz yazmadıq. Sadəcə Allah rızasını qazanmaq üçün ortaya çıxardılar. Sonra da buna lazım olduğu kimi, riayət etmədilər. Sonra da Biz onlardan iman edən insanlara qarşılıqlarını verdik. Onlardan bir çoxu da haqq yoldan çıxmış olanlardır. (Hədid/27)
  • 34Ey iman edənlər! Şübhəsiz, hahamlardan/biliklilərdən, rahiblərdən bir çoxu qətiliklə insanların mallarını haqsız yerə yeyirlər və Allah yolundan azdırırlar. Və qızıl və gümüşü yığaraq, onları Allah yolunda xərcləməyən/başda öz yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin etməyən insanlar dərhal onları acıqlı bir əzabla müjdələ!       (Tövbə/34)

Ruhbanlıq tarixi axım içərisində Xristiyan din adamlarının daha yaxşı təşkilatlanmalarını və daha təsirli işləmələrini təmin edən bir qurum halına gəlmişdir. Xristiyan ənənəsində xüsusi bir sinif olan, din mövzusunda xüsusi səlahiyyətləri olan Ruhbanlar dini təmsil edər və din adından qərar verirlər. Quranın ifadəsiylə, onlar özlərini tanrılıq və Rəbblik məqamına çıxaran kimsələrdir. Özlərinə “Ruhanilər” də deyilən bu kimsələr, Allah ilə qullar arasında vasitəçi vəziyyətindədirlər.

Cahil zümrələr ruhbanlara haqq etmədikləri xüsusiyyətləri yaraşdırdılar və onların din adından söylədiklərini etirazsız qəbul etdilər. Quran bu xüsusa belə işarə edir:

  • 31Onlar Allahın yaratdıqlarından biliklilərini, rahiblərini və Məryəm oğlu İsanı özlərinə rəbblər qəbul etdilər. Halbuki, onlara, sadəcə, bir tək olan Allaha qulluq etmək əmr olunmuşdılar. Allahdan başqa Tanrı deyə bir şey yoxdur. O, ortaq qoşanların ortaq qoşduğu şeylərdən də münəzzəhdir. (Tövbə/31)

Ruhbanlar xalqa bir şeyi əmr etdikləri, haram, ya da halal qıldıqları zaman, insanlar bunu qəbul edər və Allahın o mövzudakı hökmünü düşünməzlər. Bu kimi insanlar Allahın dininə və hökmlərinə deyil, insanlara tabe olurlar; Allaha baxmayaraq, onların ardınca düşərlər. Bu isə İslamın şirk saydığı batil bir inancdır.

İslamın ilk illərində Müsəlmanlara qarşı yaxşı davranan rahiblər Quranda öyülmüşdür:

  • 82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir. (Maidə/82)

İslamda ruhbanlıq və ruhbanlığa ehtiyac yoxdur. Müsəlmanlar daha yaxşı ibadət edə bilmək üçün bir guşəyə çəkilmək məcburiyyətində olmadıqları kimi, mübah olan şeyləri özlərinə haram da qıla bilməzlər. Əksinə, dinlərini həyatın axışı içərisində cəmiyyətlə bərabər təbii bir şəkildə yaşayarlar.

İslamda ruhban sinfi də yoxdur. Bütün Müsəlmanlar din önündə bərabərdir. Heç kimsənin din adından bir fərqi olmadığı kimi, heç kimsənin başqalarını İslama qəbul etmək, İslamdan çıxarmaq və ya günahını bağışlamaq səlahiyyəti də yoxdur.

Bəzi Müsəlmanların müəllimini, üstadını, şeyxini və ya liderini dinin təmsilçisi sayması, onların hər dediyini dini bir əmr kimi qəbul etməsi və onların məsum və məsuliyyətsiz olduqlarına inanması isə, Xristiyanlardakı pozuqluğun Müsəlmanlardakı inikasıdır.

Təqva İslami ölçülər içərisində yaşanmalıdır. İfrat və təfrit, təlafisi mümkün olmayan zərərlər gətirir, insanı şirkə bulaşdırır.

Ayədəki “Uydurduqları ruhbanlıq… onu onların üzərinə Biz yazmadıq” ifadəsiylə, öz-özünə din uyduranlar qınanır. Rəbbimiz din adından hər nə prinsip qoydusa, hamısı insan fitrəti çərçivəsindədir; həddin aşılması ilahi prinsip olmaqdan uzaqdır:

  • 171Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Və Allah haqqında doğrudan başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə “ilka” etdiyi/çatdırdığı kəlməsi və Özündən bir ruhdur, vəhy vasitəçiliyi ilə doğulmuş biridir. Ar­tıq Allaha və elçilərinə inanın. Və: “Üçdür” – deməyin! Son verin! Belə sizin üçün da­ha yaxşı olar. Allah ancaq bir tək ilahdır. O, Özü üçün bir övlad olmasından arın­mışdır. Göylərdə və yer üzündə olan hər şey yalnız və yalnız Onundur. “Bütün var­lıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəs­tək­ləyərək həyata keçirən” olaraq Allah yetər. (Nisa/171)
  • 77De ki: “Ey Kitab Əhli! Dininizdə haqqdan çıxıb, ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış və haqq yolun ortasından azmış bir qövmün nəfslərinə də uymayın”. (Maidə/77)

28,29Ey iman edənlər! Allahın qoruması altına girin, Onun Elçisinə inanın ki, Kitab Əhli, Allahın ərməğanlarından heç bir şey əldə edə bilməyəcəklərini və şübhəsiz, ərməğanların Allahın əlində olduğunu, onu dilədiyinə verdiyini bilsinlər deyə, Allah sizə mərhəmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir işıq etsin və sizi bağışlasın. Allah çox bağışlayan, çox mərhəmət edəndir. Və Allah böyük ərməğan sahibidir.

Bu ayələrdə müxatib alınan möminlərə Allaha və Elçisinə etibar edərək səbrlə vəzifələrini davam etdikləri təqdirdə cüt mükafata sahib olacaqları müjdələnir ki, səbirlilərə cüt mükafat veriləcəyi daha əvvəl də ifadə edilmişdi:

  • 52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.
  • 53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər.
  • 54Bax budur, onlara, səbr etdikləri üçün, mükafatları iki dəfə veriləcəkdir. Və on­­lar pisliyi yaxşılıqla sovar və özlərini ruziləndirdiyimiz şeylərdən Allah yo­lun­da xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edər­lər. (Qasas/52-54)

Bu ayələrdə həqiqətin bütün açıqlığı ilə ortada olmasına baxmayaraq, Rəsulullaha və Qurana iman etməyən Kitab Əhlinə ismarıc verilir. Tarixi qeydlərə görə, Yəhudilər bir peyğəmbərin gəlməsini gözləyirdilər. Ancaq bu Peyğəmbər ərəblər arasından çıxınca, onu inkar etdilər. Onun üçün burada “Kitab Əhli, Allahın ərməğanlarından heç bir şey əldə edə bilməyəcəklərini və şübhəsiz, ərməğanların Allahın əlində olduğunu, onu dilədiyinə verdiyini bilsinlər deyə” buyurularaq Kitab Əhlinə göndərmə edilmişdir.

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə olunmuş ədəbiyyat:

[1] Quranın Təbyini, IV cild, səh. 314.

[2] Quranın Təbyini, II cild, səh. 269.

[3] Razi, Mefatihu’l-Ğayb.

[4] Matta, 25:1-13.

[5] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[6] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[7] Quranın Təbyini, V cild, Səba surəsi.

[8] Kuran Araştırmaları Grubu, Kuran Hiç Tükenmeyen Mucize.

[9] Ansiklopedilər.

[10] Lisanü’l-Arab, c: 2, s: 353-356; Tacu’l-Arus, c: 4, s: 410-413, hdd mad.

[11] Tac, Lisan, Kamus, Sıhah.