HÜMƏZƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 54

1Arxadan çəkişdirənlərin, qaş-göz hərəkətləri ilə lağ edənlərin hamısının vay halına!

2,3O ki, malı toplayan və malının həqiqətən özünü ölümsüzləşdirəcəyini sanaraq, onu çoxaldan/təkrar-təkrar sayandır.

4Qətiyyən onun düşündüyü kimi deyil! Tam əmin olun ki, o, Hütəməyə fırladılıb atılacaqdır.

5Hütəmənin nə olduğunu sənə nə bildirdi?

6,7O, Allahın, qəlblərin üstünə dırmanıb çıxan, alovlandırılmış bir atəşidir.

8,9O, dikəldilmiş dirəklər/bitməyən sıxıntılar/kürəyində heç sağalmayacaq yaralar içində, onların üzərinə kilidlənmişdir/qapadılmışdır.

(32/104, Hüməzə/1–9)