İBRAHİM SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 318

1–3Əlif/1, Lam/30, Ra/200.[1] Bu, Bizim insanları Rəbbinin izni/biliyi ilə qaranlıqlardan aydınlığa – ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, öyülən, öyülməyə layiq olanın, göylərdə və yer üzündə olan şeylər Özünün olan Allahın yoluna çıxarmağın üçün sənə endirdiyimiz bir kitabdır. Və dünya həyatını Axirətdən üstün tutan, Allahın yolundan döndərən və onun əyriliyini istəyən kafirlərin, şiddətli bir əzaba görə vay halına! Bax budur, bunlar çox uzaq bir pozğunluq içindədirlər.

4Və Biz onlara açıq-aşkar ortaya qoysun deyə, hər peyğəmbəri yalnız öz qövmünün di­li ilə göndərdik. Artıq Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni də doğ­ru yola yönləndirər. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı ən­gəl­lə­yən/sağlamlaşdırandır.

5Və and olsun ki, Musanı: “Qövmünü qaranlıqlardan aydınlığa çıxar, onlara Allahın günləri ilə öyüd ver” – deyə ayələrimizlə elçi göndərdik. Şübhə yoxdur ki, bunda çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən hər kəs üçün necə əlamətlər/nümunələr vardır.

6,7Və həmçinin Musa qövmünə demişdi ki: “Allahın üzərinizdəki nemətini xatırlayın, həmçinin O, sizi işgəncənin pisini edən, oğullarınızı boğazlayan – təhsilsiz, təlimsiz buraxıb bacarıqsız bir kütlə əmələ gətirməklə gücsüzləşdirən və qadınlarınızı sağ buraxan Firon ailəsindən qurtardı. Və bax budur, bunda Rəbbinizdən sizə çox ciddi əziyyət çəkərək/yorularaq bir sınanmaq vardır. Və həmçinin, Rəbbiniz elan etmişdi: “And olsun ki, sahib olduğunuz nemətlərin qarşılığını ödəyərsinizsə, əlbəttə, sizə onu artdıra­ram və əgər nankorluq edərsinizsə, heç şübhəsiz, əzabım çox çətindir”.

8Yenə Musa dedi ki: “Əgər siz və yer üzündəki, insanlar, hamınız birlikdə küfr edər­si­nizsə, nankorluq edərsinizsə, yaxşı bilin ki, Allah həqiqətən çox zəngin, heç bir şeyə möhtac ol­ma­yandır, öyülən, öyülməyə layiq olandır”.

9Sizdən öncəkilərin – Nuh qövmünün, Ad, Səmud və onlardan sonra gələnlərin xəbərləri sizə gəlmədimi? Onları Allahdan başqası bilməz. Elçiləri onlara açıq-aşkar dəlillərilə gəldi və onlar əllərini, elçilərin ağızlarına tıxadılar. Və: “Biz sizin özü ilə göndərildiyiniz şeyi bilərək rədd etdik/inanmadıq və şübhəsiz ki, biz, bizi çağırdığınız şey haqqında kifayət qədər bilmirik və narahatlıq içindəyik” – dedilər.

10Elçiləri dedilər ki: “Göyləri və yeri yoxdan yaradan, sizi günahlarınızı bağışlamaq üçün çağıran və müəyyən edilmiş bir müddət sonuna qədər sizi ertələyən Allah haq­qında kifayət qədər bilmirsinizmi?” Onlar: “Siz, sadəcə, bizim kimi bir bəşərsiniz, bizi ata­ları­mızın sitayiş etdiklərindən ayırmaq istəyirsiniz. O halda bizə açıq-aşkar bir dəlil gəti­rin!” – dedilər.

11,12Elçiləri onlara dedilər ki: “Biz ancaq sizin kimi bir bəşərik. Lakin Allah qullarından dilədiyini nemətləndirir. Və Allahın izni/biliyi olmadıqca, bizim sizin üçün bir dəlil gətirməyimiz mümkün deyildir. Onun üçün də inananlar işin nəticəsini sadəcə, Allaha həvalə etsinlər. Və bizə, yollarımızı göstərmişkən, niyə biz Allaha nəticəsini həvalə etməyək! Və əlbəttə, biz bizə etdiyinız əziyyətlərə səbr edəcəyik. Nəticəsini həvalə edənlər də, yalnız Allaha nəticəsini həvalə etsinlər”.

13,14Və kafirlər elçilərinə: “Ya sizi qətiliklə, yurdumuzdan çıxaracağıq, ya da qətiliklə bizim dinimizə/həyat tərzimizə dönəcəksiniz!” – dedilər. Rəbbi də elçilərinə: “Biz şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri qətiliklə dəyişikliyə/dağıntıya uğradacağıq və onlardan sonra sizi, qətiliklə o yerə yerləşdirəcəyik. Bu, məqamımdan və təhdidim­dən qorxan üçündür” – deyə vəhy etdi.

15–17Elçilər fəth istədilər. Bütün inadçı tiranlar da itkiyə, zərərə uğrayıb, acı çəkdi. Ardından cəhənnəm vardır. Və ona irinli sudan içirdiləcəkdir. İrinli suyu qurtum-qurtum içəcək, uda bilməyəcək. Və hər yandan özünə ölüm gələcək, lakin o heç ölməyəcək. Ardından da çox sərt bir əzab gələcəkdir.

18Kafirlərin/Rəbbini bilə-bilə rədd edənlərin/inanmayanların vəziyyəti… Onların etdikləri tamamilə, fırtınalı bir gündə küləyin şiddətlə sovurduğu bir kül kimidir. Qazandıqlarından heç bir şeyi əldə saxlaya bilməzlər. Bax budur, bu, uzaq azğınlığın məhz özüdür.

19,20Göyləri və yer üzünü Allahın haqq olaraq yaratdığını görmədinmi/heç düşünmədinmi? O diləyərsə, sizi aradan qaldırar və yepyeni bir xalq/yaradılış gətirər. Bu, Allaha görə çətin deyildir.

(72/14, İbrahim/1–20)

Nəcm: 319

21Onlar hamılıqla Allah üçün ortaya çıxdılar. Sonra da zəif olan insanlar, yekəxanalıq edən insanlara: “Şübhəsiz ki, bizlər, sizlərə uyan insanlar idik. Yaxşı, indi siz, Allahın əzabından bir şeyi bizdən uzaqlaşdırarsınızmı?” – dedilər. O yekəxanalıq edənlər: “Allah, bizə bələdçi olsaydı, biz qətiliklə sizə bələdçi olardıq. Bizlər ağlayıb-sızlasaq da, səbr etsək də bizim üçün fərqi yoxdur. Bizim üçün qaçacaq hər hansı bir yer də yoxdur” – dedilər.

22Və iş bitincə şeytan [iblis/düşüncə qabiliyyəti] onlara: “Şübhəsiz ki, Allah sizə doğrunu vəd etmişdi, mən də sizə vəd etdim, dərhal da aradan çıxdım. Onsuz da, mənim sizə qarşı məcburedici bir gücüm yoxdur. Ancaq mən sizi çağırdım, siz də mənə qarşılıq verdiniz. Ona görə də məni qınamayın, öz özünüzü qınayın! Mən sizi qurtara bilmərəm, siz də mənim qurtarıcım deyilsiniz! Şübhəsiz ki, mən, əvvəldən məni Allaha ortaq qoşmağınızı da qəbul etməmişdim” – dedi. Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər, özləri üçün acı bir əzab olanlardır! 23İman edən və düzəltmək yönündə işlər edənlər də, Rəbbinin izni ilə/biliyi ilə içində həmişəlik qalmaq üçün altından çaylar axan cənnətlərə girdirilirlər. Onların oradakı günaydınlıq verməsi: “Salam”– dır.

(72/14, İbrahim/21–23)

Nəcm: 320

24,25Görmədinmi/heç düşünmədinmi Allah necə bir nümunə verdi? Gözəl bir söz kökü yerdə sabit, qol-budağı göydə olan, Rəbbinin izni ilə/biliyi ilə hər an məhsul verən gözəl bir ağac kimidir. Və onlar öyüd alsınlar deyə, Allah insanlara belə nümunələr verir.

26Pis bir söz isə yerdən qopardılmış, sabit qala bilməyən pis bir ağaca bənzəyər.

27Allah iman edənləri, adi dünya həyatında və Axirətdə sabit bir sözə/imana bənd edər. Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri də azdırar. Və Allah dilədiyi şeyi edər.

28,29Allahın nemətlərini nankorluğa dəyişdirən və cəmiyyətlərini dəyişikliyə/dağıntıya uğrama yurduna/cəhənnəmə çevirənləri görmədinmi? Onlar, cəhənnəmə girəcəklər. O, nə pis bir qərargahdır!

30Və nankorlar… Onun yolundan azdırmaq üçün Allaha zövcələr isnad etdilər. De ki:  “Yararlanın, artıq şübhəsiz ki, dönüşünüz atəşədir”.

(72/14, İbrahim/24–30)

Nəcm: 321

 

31İman edən qullarıma söylə, Salaatı iqamə etsinlər və alış-verişin, dostluğun olmadığı bir günün gəlməsindən öncə özlərini ruziləndirdiyimiz şeylərdən açıq və gizlin olaraq, Allah yolunda xərcləməkdə olsunlar/yaxınlarının dolanışıqlarını təmin etsinlər”.

32–34Allah göyləri və yeri yaradan, göydən su endirib, onunla sizə ruzi olaraq müxtəlif meyvələr çıxarandır. Və Allah əmrinə uyğun olaraq, dənizdə üzüb getmələri üçün gəmiləri xidmətinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı, çayları da xidmətinizə verdi. Daima fırlanma halında olan Günəşi və Ayı da xidmətinizə verdi/onları da faydalanacağınız xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin xidmətinizə verdi. Və O, Özündən istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz! Şübhəsiz ki, insan qətiliklə çox səhv/öz zərərinə iş edən, çox nankor biridir.

35–41Və həmçinin bir zaman İbrahim: “Rəbbim! Bu şəhəri təhlükəsiz et! Məni və oğullarımı bütlərə sitayiş etməkdən uzaq tut! Rəbbim! Şübhəsiz ki, bütlər insanlardan bir çoxunu azdırdılar. İndi kim mənə uyarsa, artıq o, şübhəsiz, məndəndir. Kim mənə qarşı çıxarsa… Artıq Sən, şübhəsiz ki, çox bağışlayan və çox mərhəmət edənsən. Rəbbimiz! Şübhəsiz, mən  uşaqlarımdan bir qismini salaatı iqamə etmələri üçün Sənin toxunulmaz qılınmış Evinin yanında, əkinsiz bir vadidə yerləşdirdim. Rəbbimiz! Verdiyin nemətlərin qarşılığını ödəmələri üçün artıq Sən də insanlardan bir qisminin könüllərini onlara meylləndir. Və onları bəzi meyvələrdən ruziləndir. Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiyimiz şeyləri və açığa vurduğumuz şeyləri bilirsən. Həmçinin yerdə və göydə, heç bir şey Allahdan gizlin qalmaz. Bütün təriflər, ixtiyarlıq halımda mənə İsmayılı və İshaqı lütf edən Allahadır, başqası öyülə bilməz. Şübhəsiz ki, Rəbbim duamı çox yaxşı eşidəndir. Rəbbim! Məni salaatı iqamə edən biri et! Soyumdan da… Rəbbimiz! Duamı da qəbul et! Rəbbimiz! Hesabın qurulduğu gündə mənim üçün, anam-atam üçün və möminlər üçün bağışlayan ol!” – demişdi.

(72/14, İbrahim/31– 41)

Nəcm: 322

 

42,43Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin etdiklərindən Allahın xəbərsiz/məlumatsız olduğunu qətiyyən sanma! Ancaq O, onları başlarını didərək qaçacaqları, gözlərin hədəqəsindən çıxacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur.

44,45Və sən insanları əzabın gələcəyi gün ilə xəbərdar et. Artıq şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Ey Rəbbimiz! Bizə yaxın bir müddətə qədər möhlət ver ki, sənin dəvətinə əməl edək və elçilərə tabe olaq” – deyərlər. Daha əvvəl siz sizin üçün bitməyin/tükənməyin/yox olmağın olmadığına dair and içməmişdinizmi? Həm də siz şərik qoşaraq, özlərinə haqsızlıq edənlərin yurdlarında otururdunuz. Onlara qarşı necə davrandığımız sizə açıq-aşkar bəlli olmuşdu. Və sizə nümunələr də vermişdik.

46Və həqiqətən onlar tələlərini qurdular. Onların tələləri Allah qatındadır. Qurduqları tələləri dağları yerindən oynadacaq olsa belə…

47O halda, qətiyyən Allahın elçilərinə olan vədindən dönəcəyini sanma! Şübhəsiz, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərpa edəndir.

48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

(72/14, İbrahim/42–51)

Nəcm: 323

52Bax budur, sənə endirilən bu Kitab, özü ilə xəbərdar edilsinlər, Allahın ancaq bir tək tanrı olduğunu bilsinlər və sağlam düşüncəli/qavrama qabiliyyəti olanlar öyüd alsınlar deyə, insanlara bir xəbərdarlıqdır.

(72/14, İbrahim/52)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.