İNSAN SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 598

1İnsan üzərindən, hələ özü xatırlana biləcək bir şey deyilkən dəhrdən/əbədi zamandan/milyardlarla ildən bir müddət keçdimi? Əlbəttə ki, keçdi!

2,3Şübhəsiz ki, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Onu əziyyətlərə salacağıq/öhdəliklər verəcəyik. Buna görə də onu çox yaxşı eşidən, çox yaxşı görən etdik/yaxşını pisi ayıracaq bilikləri göndərərək, bilikləndirdik. Şübhəsiz ki, Biz ona yolu göstərdik, istər özünə verilən nemətlərin qarşılığını ödəyən olsun, istərsə də nankor.

4Şübhəsiz ki, Biz kafirlər üçün zəncirlər, xaltalar və alovlu bir atəş hazırladıq.

5–22Şübhəsiz ki, “yaxşı insanlar” kafur qatılmış bir qabdan içərlər, fışqırdıldıqca fışqırdılacaq bir bulaqdan ki, ondan verdikləri sözləri yerinə yetirən, pisliyi yayılan bir gündən qorxan və: “Biz sizi, ancaq Allah rızası üçün doyururuq və sizdən bir qarşılıq və təşəkkür gözləmirik. Bəli, biz sifəti turşudulmuş və qaşları çatılmış bir gündə Rəbbimizdən qorxarıq” – deyərək Allah sevgisi üçün/sevməsinə baxmayaraq, yeməyi yoxsula, yetimə və darda/sıxıntıda olana verən Allahın qulları içərlər.

Buna görə də Allah onları o günün pisliyindən qoruyar, onlara aydınlıq və sevinc rast olacaq, səbr etmələrinə qarşılıq onlara cənnəti və ipəkləri verəcək/orada taxtlara söykənmiş olaraq qalacaqlar/orada bir Günəş də, dondurucu bir soyuq da görməyəcəklər və bağçanın kölgələri onların üzərlərinə düşəcək və alçaldıldıqca alçaldılacaq. Və aralarında gümüş bir qab və büllur kasalar dolaşdırılacaq, özləri­nin nizamladığı büllurları gümüşdəndir. Və orada onlar qarışığı zəncəfil olan bir qabdan içirlər… orada Səlsəbil deyilən bir bulaqdan… Və aralarında böyüməz, yaş­lan­maz uşaqlar dolaşar – onları gördüyündə, saçılmış bir inci sanacaqsan! Oranı gördüyündə, xoşbəxtlik və böyük bir mülk və idarəçilik görəcəksən. Əyinlərində incə, yaşıl ipəkli, parlaq atlasdan geyimlər olacaq, gümüş bilərziklərlə bəzənmiş olacaqlar. Rəbbi onlara tərtəmiz bir içki içirdəcək. Şübhəsiz ki, bu sizin üçün qarşılıqdır. Əməyiniz də qarşılığı ödənəcək xüsusiyyətdədir.

(98/76, İnsan/1–22)

Nəcm: 599

23Şübhəsiz ki, Biz, bəli Biz Quranı sənə endirdikcə endirdik.

24–26O halda Rəbbinin hökmü üçün səbr et. Onlardan bir sıra günahkarlara yaxud bir sıra hədsiz nankorlara itaət etmə və daima/hər zaman Rəbbinin ismini an. Gecənin bir qismində də Ona boyun əyib təslimiyyət göstər. Və Onu uzun gecədə hər cür nöqsanlıqdan münəzzəh qıl.

27“Sən elçi deyilsən” – deyənlər, tələm-tələsik keçən dünyanı sevirlər və ağır bir günü arxalarına atırlar.

28Biz! Onları Biz yaratdıq! Bədənlərini Biz sağlam etdik! Dilədiyimizdə də bənzərləri ilə dəyişdirdikcə dəyişdirərik.

29Şübhəsiz ki, bu bir öyüddür. Artıq diləyən Rəbbinə doğru yol alar.

30,31Və siz Allah diləmədikcə diləyə bilməzsiniz. Şübhəsiz ki, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır, dilədiyini mərhəmətinə qovuşdurar. Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə isə acıqlı bir əzab hazırlamışdır.