İnşirah surəsi olaraq adlandırılan ayələr, Duha surəsinin davamıdır. Quran elmləri mövzusunda tanınmış mütəxəssislərdən olan Tavus və Ömər b. Abdüləziz, Duha və İnşirah surələrini tək surə olaraq qəbul etmişlər. [1] Biz də bu surələrin tək Nəcm olduğunu düşünürük.
Duha surəsində peyğəmbərimizin keçmişdəki həyatı və ona verilən nemətlər xatırladılmış, həmçinin bundan sonra ondan gözlənilən davranışların bir qismi açıqlanmışdı. Bu surədə də peyğəmbərimizə verilmiş olan nemətlərin xatırladılması və ondan gözlənilən davranışların açıqlanması davam edilir.
Surənin təhlilinə başlamazdan əvvəl, Müsəlmanlar arasına daxil edilmiş bir xürafat olan “الصّدر شرح Şərh–i Sadr [Köksün Yarılması]” möcüzəsindən bəhs etmək istəyirik. Çünki bu cür əsassız izahların bu günə qədər müsəlmanlara necə baha başa gəldiyi hər kəsə məlumdur.
Peyğəmbərimizin qəlbinin əməliyyatla açılaraq içindəki maddi və mənəvi pisliklərin çıxarıldığını və bunların yerinə yüksək fəzilətlərin qoyulduğunu dilə gətirən uydurma rəvayətlərin, hadisənin fərqli zamanlarda və fərqli yerlərdə baş verdiyini bildirən dörd müxtəlif versiyası vardır.
Belə məntiqsiz nəticələrlə qarşılaşmaq istəməyən bir Müsəlmanın etməli olduğu tək şey, ağlını işlətməkdir.
Əslində hər bir ağıllı müsəlman, qəlbin əməliyyat edilərkən, yuyularaq pisliklərdən arındırılması və boşalan yerə ağlın və idrakın məhsulu olan ərdəmin və imanın doldurulması kimi məntiqsız bir yalanı dərhal anlayaraq rədd edə bilər. Ağlını işlətməyib bu yalanlara inananlar isə bilməlidirlər ki,
- “Allah, pisliyi ağlını işlətməyənlərin üzərinə qılacaqdır [yağdıracaqdır, buraxacaqdır].”
(Yunis 100)
Tərcümə:
Rəhman, Rəhim Allah adından
- İnşirah 1–4Biz, sənin üçün, sənin köksünü açmadıqmı? Səndən ağır yükünü endirmədikmi? –Ki o, sənin belini bükmüşdü. Sənin şanını da sənin üçün ucaltmadıqmı?
- 5,6Deməli, çətinliyin yanında tam yəqinliklə bilin ki, bir asanlıq da vardır. Çətinliyin yanında bir asanlıq, tam yəqinliklə bilin ki, vardır.
- 7O halda boş qalar – qalmaz dərhal yeni bir işə başla.
- 8Və istəklərini yalnızca Rəbbinə yönəlt.
(11/93, İnşirah/1–8)
Təhlil
1–4Biz, sənin üçün, sənin köksünü açmadıqmı? Səndən ağır yükünü endirmədikmi? –Ki o, sənin belini bükmüşdü. Sənin şanını da sənin üçün ucaltmadıqmı?
[الصّدر شرح] Şərh–ı Sadr
İfadəni meydana gətirən sözlərdən biri olan “شرح şərh” sözü əslən ət və buna bənzər şeyləri açmaq, yaymaq, açıb yayaraq genişlətmək mənasındadır. İfadənin ikinci sözü “صدر sadr” isə, hər şeyin ön və baş tərəfi, insan vücudunun qəlb və ciyərləri də içinə alan baş ilə bel arasındakı hissəsinin ön tərəfi, yəni sinə, köks, bağır deyilən hissəsidir. Həmçinin “sadr” sözü, kinayə olaraq “ قلب qəlb” və “نفس nəfs” sözləri üçün də işlədilir.
Yuxarıda açıqladığımız “şərh” və “sadr” sözlərindən əmələ gələn “شرح الصّدر şərh–ı sadr” tamamlığının hərfi mənası “Köksün açılması” deməkdir. Deyim olaraq isə “köks və qəlb fərəhliyi” deməkdir. Bu deyim eyni zamanda ruhən sevinc, şövq, bilik və qatlanmaq genişliyi mənalarına da gəlir. Belə ki, ərəb dilinin və Quran qavramlarının böyük bilicilərindən olan Raqib “Müfrədat” adlı əsərində “şərh–ı sadr” deyimi üçün “ilahi nurla köksün genişlənməsi, Allah tərəfindən bir dinclik və rahatlatmadır” izahını vermişdir.[3]
Bu deyimin antonim mənalısı olaraq “ضيق الصّدر diğ–i sadr [köks darlığı]” deyimi işlədilir. Dilimizə “təzyiq [sıxışdırmaq]” olaraq keçən “ضيق diğ” sözü, çox sıxışdırmaq, sanki preslə sıxışdırmaq deməkdir. Köksün sıxılması səbəbiylə meydana çıxan sıxıntıdan dolayı deyim “köks darlığı” mənasını qazanır.
Buna görə də “ ضيق الصّدر Diğ–ı sadr” deyimi, mənəvi mənada daxili sıxıntı, ümidsizlik, pessimizm, mənən çökmə mənalarında işlədilir. Belə ki, Hicr surəsinin 97–ci ayəsindəki “Və heç şübhəsiz, həqiqətdə onların söylədikləri ucbatından könlünün sıxıldığını bilirik” ifadəsi də peyğəmbərimizin çəkdiyi belə bir mənəvi sıxıntını dilə gətirir.
“شرح الصّدر Şərh–ı sadr” ifadəsi, Quranda bundan başqa dörd yerdə yenə verilir:
- 125Və sonra, Allah, kimi doğru yola yönəltmək istərsə, İslam üçün onun köksünü açar. Kimi də azdırmaq istərsə köksünü elə sıxar ki, o, göyə çıxırmış kimi olar. Bax budur, belə, Allah, pisliyi [zərəri, əzab verən şeyləri] iman etməyənlərin üzərinə qoyar–atar. ( Ənam/125)
- 22Yaxşı, Allah kimin köksünü İslama açarsa, o zaman o, Rəbbindən bir işıq üzərində olmazmı? Belə isə Allahı anmağa qarşı qəlbləri qatılaşmış olanlara ar olsun! Bax budur, onlar, açıq–aşkar bir pozğunluq içindədirlər. (Zümər/22)
- 106Hər kim imanından sonra küfr edər, Allahın ilahlığını və rəbbliyini bilərək rədd edər, –qəlbi iman ilə sakitləşmiş halda ikən, şiddətlə məcbur edilən istisna olmaqla– həmçinin küfrə–inanmamağa köksünü açarsa, artıq onların üzərinə Allahdan bir qəzəb vardır. Bunlar üçün böyük bir əzab da vardır. (Nəhl/106)
- 25Musa: “Rəbbim! 33Səni bütün nöqsanlıqlardan münəzzəh qılmağımız 34və Səni çox–çox anmamız üçün 25köksümü aç, 26işimi mənə asanlaşdır. 27dilimdən də düyünü aç 28ki, sözümü yaxşı anlasınlar. 29Və əhlimdən–30qardaşım Harunu 29mənim üçün bir vəzir təyin et, 31Onunla arxamı qüvvətləndir. 32İşimdə Onu mənə ortaq et. 35Şübhə yox ki, Sən bizi görürsən” 20 (Ta Ha/25–35)
Göründüyü kimi, bu deyim ayələrin hamısında “fərəhlik, rahatlıq, mətanət” kimi mənalarda işlədilmiş, dolayısı ilə də olsa qətiyyən qəlb əməliyyatı mənasında işlədilməmişdir.
Tərcüməçilərin çoxu ayəni “Biz sənin köksünü açmadıqmı?” şəklində tərcümə etmişlər və ayədə verilən “لك ləkə [sənin için]” sözünü nəzərə almamışlar. Əslində isə tərcümədə bu sözün də işlədilərək ayənin “Biz sənin üçün, sənin köksünü açıb genişlətmədikmi?” şəklində tərcümə edilməsi lazımdır.
Buradakı “لك ləkə [sənin üçün]” sözü, peyğəmbərimizə edilən xüsusi bir iltifatı simvolizə etmək mənasında, bir incəlik ehtiva edir. Bu incəlik, Allahın peyğəmbərimizin ürəyini, Ta Ha surəsinin 25–ci ayəsində qeyd etdiyi kimi, Musa peyğəmbərin yalvardığı kimi yalvarmasına ehtiyac qalmadan, fərəhləndirməsidir. Bu fərəhləndirməyin peyğəmbərimizə edilən bir iltifat olduğu “لك ləkə [sənin için]” sözü işlədilməklə vurğulanmışdır.
Beli bükən ağır yük
Yuxarıda bəhs etdiyimiz “شرح الصّدر şərh–ı sadr” deyimi üçün cərrahi əməliyyat ssenariləri yazanlar, yaxşı ki, bu ayədə verilən “belindəki yük” və “belini bükmə” deyimləri üçün peyğəmbərimizin ağır yüklər altında sümükləri bükülən bir hambal olduğu haqqında hekayələr uydurmamışlar.
Lakin təfsirçilər “belə ağır gələn yük”ün nə olduğu haqqında aşağıdakı kimi müxtəlif izahlar vermişlər:
- Bu yük, böyük günah mənasındadır. Peyğəmbərimizin də keçmişində günahları varmış;
- Bu yük ümmətinin günahlarıdır ki, ümmətinə şəfaat səlahiyyəti alaraq, bu yükdən azad olmuşdur;
- Bu yük, getdiyi bir toyda seyr etdiyi pis şeylərin günahıydı. Amma Allah onu orada yuxlatdı və daha çox günaha batmağına mane oldu;
- Bu yük Cəbrayıl qorxusuydu, ona alışdırıldı;
- Bu yük kütlənin təzyiqi idi, möhkəmləndirilərək alışdırıldı;
- Bu yük tam hidayət üzərində olmadığı, peyğəmbərlik həyatından əvvəlki bütün həyatı idi;
- Əbu Talib və Xədicə xanım vəfat etdikdə, ağır yük altına girmiş oldu;
- Bu yük kütlənin təzyiqi idi, sabit qılınaraq alışdırıldı;
Biz, bu ağır yükün peyğəmbərimizin peyğəmbər olmadan əvvəlcə ətrafındakı məzlumların vəziyyətini düşünərək, çıxış yolu axtarmağı idi. Quranda bu çətinliklərdən çıxış yolunu göstərməklə, Allah, peyğəmbərimizi bu ağır və müşkül düşüncələrdən qurtardı.
Həqiqətən də bu vəzifə çox ağır idi və tək başına öhdəsindən gəlmək çətin idi. Peyğəmbərimiz, aldığı vəzifəyə uyğun olaraq, həm təbliğinə davam edəcək, həm də Qələm surəsinin 48–ci ayəsindəki “Elə isə Rəbbinin qərarına qarşı səbr et, balıq yoldaşı kimi olma” və Müddəssir surəsinin 7–ci ayəsindəki “Və yalnız Rəbbin üçün səbr et” təlimatlarına uyaraq, təzyiqlər qarşısında əsla geri çəkilməyəcək, qarşılaşdığı çətinliklərlə, azğınlıqlarla, qaranlıqlarla tək başına mübarizə aparacaqdı. Peyğəmbərimizə “صبر səbr” sözü ilə verilmiş olan mübarizə vəzifəsi, bundan sonrakı Əsr surəsində görəcəyimiz kimi, bütün Müsəlmanlara da verilmişdir.
Peyğəmbərimizin vəzifəsi həqiqətən çox ağır idi, amma ayədə bu yükün yüngülləşdirildiyindən bəhs edilir. Bu ifadədən aydın olur ki, ilk təbliğdən etibarən peyğəmbərimizin təbliğinə inananlar çoxalmağa başlamış və bu yeni möminlər ortaya qoyduqları maddi–mənəvi dəstəkləriylə peyğəmbərimizin yükünü qismən də olsa yüngülləşdirmişlər.
Rəsulullahın şanının onun üçün ucaldılması
Bu ayə haqqında da bir çox bənzətmələr edilmiş və “zikrin ucaldılmasi”ndan məqsədin, peyğəmbərimizin adının “Ərş–i əla”ya yazılması olduğu söylənilmiş və bununla da peyğəmbərimizin adı kəlime–i şəhadətdə və tahiyyatda Allah ilə bərabər anılmağa, əzanlarda, xütbələrdə, vəzlərdə, kitablarda “Hamdələ” və “Salvələ” ilə yer almağa başlamışdır. Ancaq peyğəmbərimizə verilən bu sifət və rütbələrin hamısı ona insanlar tərəfindən verilmiş sifət və rütbələrdir. Belə ki, ayədə bilavasitə Rəbbimiz tərəfindən verilən rütbələrdən bəhs edilir. Bu halda Allahın peyğəmbərimizə verdiyi rütbələrin nə olduğunu və dərəcəsini yüksəltmək dedikdə nələrin nəzərdə tutulduğunu öyrənmək üçün sadəcə Qurana baxmaq lazımdır. Beləliklə də “zikrin ucaldılması”nın nə olduğunu başa düşmək olar.
Qurana baxdıqda görürük ki, Ələq və İsra surələrinin 1–ci ayələrində hamı kimi bir qul olaraq zikr edilən peyğəmbərimiz:
- Fəth surəsinin 29 və Əhzab surəsinin 40–cı ayələrində “اللّه رسول Allahın elçisi”,
- Əraf surəsinin 157–ci ayəsində “الامّى النّبىّ Ənnəbiyy–il Ummiy [Paytaxtlı peyğəmbər]”,
- Ənfal surəsinin 64, 65, 70, Əhzab surəsinin 1, 28, 45, 50, 59, Mümtəhinə surəsinin 12, Talaq və Təhrim surələrinin də 1–ci ayələrində “النّبىّ Nəbiyy [peyğəmbər]”,
- Əhzab surəsinin 40–cı ayəsində də “النّبىّ خاتم Xatəmu’n–Nəbiyyin [Peyğəmbərlərin möhürü, sonuncusu, zirvəsi]” rütbələriylə zikr edilərək dərəcəsi artırılmışdır.
“ذكر Zikr” sözünün ilkin mənası xatırlama və xatırlatma, ikinci mənası isə xatırladan şey deməkdir. Bu mənasıyla zikr, adamı xatırladan adı, şanı, rütbəsi deməkdir. Söz məcazi olaraq da etibar, şərəf mənasına gəlir. Buna görə də ayənin mənası “Sənin adını, şanını, rütbəni, etibarını, şərəfini, səni məmnun etmək üçün, ucaltmadıqmı? Sən adi, hamı kimi bir qul ikən sənə “Allahın elçisi”, “peyğəmbər”, “Hatəmun–Nəbiyyin” rütbələrini vermədikmi? Beləcə səni cəmiyyətdə yüksək rütbəli, yüksək etibarlı, çox şərəfli bir vəziyyətə gətirmədikmi?” olur.
Birinci ayədə verilən “لك ləkə [sənin üçün]” sözü bu ayədə də işlədilərək, “zikrin ucaldılmasi” yolu ilə yenə peyğəmbərimizə məxsus bir iltifat edildiyi vurğulanmışdır.
4–cü ayənin keçmiş zaman qəlibiylə ifadə edilmiş olması, yenə reallaşmasının qətiliyinə görədir. Belə ki, ayə endiyində yuxarıda qeyd edilən rütbələr hələ peyğəmbərimizə verilməmişdi.
5,6Deməli, çətinliyin yanında tam yəqinliklə bilin ki, bir asanlıq vardır.
“Çətinlik” və “asanlıq” kimi iki zidd təzahürün bir yerdə olamayacağını düşünərək, bu iki ayədəki “مع maa [bərabər]” ədatına ümumiyyətlə “بعد badə [sonra]” mənası verilmişdir. Buna görə də TƏləq surəsinin “Allah bir çətinlikdən sonra bir asalıq qılacaqdır” mənasındakı 7–ci ayəsinin də dəlalətiylə, ayələr “hər çətinlikdən sonra mütləq bir asanlığın gələcəyi” şəklində başa düşülmüşdür.
Halbuki, fikrimizcə, bu ayələr, Bəqərə surəsinin 179–cu ayəsindəki “… qisasda [ölümə ölüm, gözə göz, dişə diş…] sizin üçün həyat vardır…” və yenə Bəqərə surəsinin 216–cı ayəsindəki “… ola bilər ki, xoşunuza gəlməyən bir şey sizin üçün xeyirdir və ola bilər ki, sevdiyiniz şey də sizin üçün şərdir…” ifadələrində olduğu kimi, zidd mənalı anlayışların bir yerdə ola biləcəyi nəzərə alınaraq izah olunmalıdır. Bu nöqteyi nəzərdən, hər iki ayə də Leyl surəsinin 5–7–ci ayələrindəki “Bu səbəbdən kim malını/qazancını verər, təqvalı davranar və ən gözəli doğru sayarsa, Biz ona ən asan olanı asanlaşdıracağıq” sözləriylə vəd edilənlərin həyata keçməsinə işarə edir. Peyğəmbərlərin və saleh əməl sahibi möminlərin həyatlarına baxıldığında, qarşılaşdıqları çətin kimi görünən hər vəziyyətdə Allahın onlara mütləq bir asanlıq yaratmış olduğu görünür. Çünki Allah, “فتّاح Fəttah” sifəti ilə hər cür çətinliyi açır, asanlaşdırır. Beləlikə, bu ayələrlə Allah, dünya həyatında insanları sınayarkən, sonsuz rəhmətinin bir nəticəsi olaraq hər çətinliklə bərabər, mütləq bir asanlıq yaradacağını müjdələmişdir.
Belə ki, Allah bu vədini peyğəmbərimiz dövründə yaşayan möminlər üzərində açıqca göstərmiş və bunu da Quranda qeyd etmişdir:
- 100Kim də Allah yolunda yurdundan köç edərsə, yer üzündə sığınacaq çox yer və genişlik tapar. Kim Allaha və Elçisinə qoşulmaq üçün evindən çıxar, sonra özünə ölüm gələrsə, o adamın əcri/mükafatı şübhəsiz Allaha düşmüşdür. Allah çox bağışlayıcıdır, çox mərhəmət edəndir. (Nisa/100)
- 26Və xatırlayın ki, bir zaman siz yer üzündə az idiniz, zəif sayılırdınız, insanların sizi ələ keçirməsindən qorxurdunuz. Allah sizə sığınacaq verdi, sizə köməklik göstərib müdafiə etdi və təmiz ruzi verdi ki, bəlkə, şükür edəsiniz! (Ənfal/26)
Allahın eyni vədinin, peyğəmbərimizlə əlaqədar olaraq yerinə yetirdiyini göstərən bir başqa nümunə də Tövbə surəsinin 40–cı ayəsində verilmişdir.
Bu ayədə, müşriklər tərəfindən təqib edilən peyğəmbərimizin bir yoldaşı ilə birlikdə bir mağaraya sığınması və o çətin vəziyyətdən Allahın yardımıyla qurtarması anladılır:
- 40Əgər siz, Elçiyə yardım etməzsinizsə, bilin ki, Allah Ona qətiliklə yardım etmişdir. Həmçinin, o kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlər, Onu ikinin ikincisi olaraq çıxartmışdılar. Həmçinin ikisi mağarada idilər. Həmçinin O, yoldaşına “Üzülmə, şübhəsiz Allah bizimlə birlikdədir” deyirdi. Buna görə də Allah, Onun içinə qəlbi təskin edən inam və sakitləşmə duyğularını/əhval–ruhiyyələrini qoymuş, Onu sizin görmədiyiniz əsgərlərlə gücləndirmiş və kafirlərin–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərin sözünü ən alçaq etmişdi. Allahın kəlməsi də ən ucanın tam özüdür. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlubedilməz olan /mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlamlaşdırandır. (Tövbə/ 40)
Allahın möminləri təmin etdiyi asanlıqlara dair digər peyğəmbərlərin Quranda anladılan həyatlarından da nümunələr verilə bilər:
Məsələn, Yusif peyğəmbər, onu qısqanan qardaşları tərəfindən quyuya atılmış, amma quyunun yanından keçən bir karvan tərəfindən quyudan çıxarılmışdır. Daha sonra qul olaraq satılmış və bir iftiraya məruz qalaraq həbs olunmuş, bunun qarşısında, gözəl əxlaqı və Rəbbinə olan inamı və etibarı sayəsində, Allah onu həm bu çətinliklərdən qurtarmış, həm də ailəsinə qovuşdurmaqla yanaşı, mühüm bir idarəçi etməklə mükafatlandırmışdır.
Həmçinin Musa peyğəmbər də, tarixin ən azğın insanlarından biri olan Firon ilə olan mübarizəsindən Allahın ona etdiyi möcüzəvi yardımlar sayəsində qalib çıxmışdır. Belə ki, Rəbbinin lütfü və ehsanıyla Fironun son dərəcə biliklilərini məğlub etmiş, əsası–əlindəki Tövrat və təcrübələri ilə qövmünü Misir diyarından qurtarmışdır.
Nəticə olaraq Allah, ayəsində də bildirdiyi kimi, qoyduğu hökmlərə səmimiyyətlə bağlı olanlar üçün mutləq bir asanlıq yaratmaqdadır. Baxmağı bilən hər insan, Allahın onun üçün yaratdıqlarını, asanlıqları görə bilir və heç bir zaman çətinliklər qarşısında zəiflik göstərməz. Belə ki, bu həqiqəti görə bilmək, ancaq Allaha xaşyət duymaqla, Allaha inanıb sığınmaqla, tək dost və vəlinin sadəcə Allah olduğuna iman etməklə mümkündür.
Uca Allah, bu xüsusiyyətdəki qullarını ummadıqları yerlərdən ruziləndirəcəyini və onların işlərini asanlaşdıracağını bu ayələrlə elan etmişdir:
- 2,3Artıq müddətlərinin sonuna çatdıqlarında onları adət–ənənəyə uyğun/hər kəscə qəbul görən bir şəkildə tutun, yaxud adət–ənənəyə uyğun/hər kəscə qəbul görən bir şəkildə onlardan ayrılın. Və sizdən ədalət sahibi iki adamı şahid tutun. Şahidliyi də Allah üçün dik tutun. Bax budur, bu, Allaha və son günə inanan kimsəyə öyüdlənəndir. Və kim Allahın qoruması altına girərsə, Allah ona bir çıxış yolu təmin edər və onu ummadığı bir yerdən ruziləndirər. Kim də Allaha işin nəticəsini həvalə edərsə, O ona yetər. Şübhəsiz Allah, Öz əmrini yerinə yetirib həqiqətləşdirəndir. Allah, qətiliklə hər şey üçün bir ölçü qoymuşdur, müəyyən etmişdir. (Talaq/ 2–3)
- 7Geniş imkanları olanlar, geniş imkanlarına görə xərcləsinlər/dolanışıqlarını təmin etsinlər. Ruzisi az olan da, artıq Allahın ona verdiyindən versin. Allah, heç bir adama ona verdiyindən başqası ilə öhdəlik qoymaz. Allah, bir çətinliyin ardından bir asanlıq təmin edəcəkdir. (Talaq/7)
7O halda boş qalar–qalmaz dərhal yeni bir işə başla.
Bu ayə peyğəmbərə bildirir ki, ona vəzifəsini icra edərkən, məzuniyyətə çıxmaq və ya fasilə vermək səlahiyyəti verilməyib, təbliğə fasiləsiz davam etməsi lazımdır.
Ancaq buradakı ismarıc təkcə peyğəmbərin əsas vəzifəsi olan təbliğ ilə məhdud deyildir. Əksinə, bu ismarıc peyğəmbərlik müddətiylə əlaqədar hər hadisəni ümumi şəkildə ehtiva edir. Həmçinin, ona işarə edir ki, peyğəmbərlik etmək hər cür hadisədə qarşılaşılan problemlərdən çəkinməyərək, ya da problemlərdən qaçmaq əvəzinə, problemlərdən bezmədən, cürətlə, qorxu bilmədən və fasilə vermədən mübarizə etməyin vacib olduğuna işarə edir. Gördüyümüz kimi, ayədə “boş qalar–qalmaz ” deyə tərcümə etdiyimiz ifadə, bir tələskənlik və ardıcıllıq ehtiva edir. Bu tələsməyin səbəbi, bundan sonrakı Əsr surəsində izah ediləcəyi kimi, zamanın azalmasıdır.
8Və istəklərini yalnızca Rəbbinə yönəlt
Çünki, Allahdan başqa yol göstərəcək və kömək edəcək birisi yoxdur.
Rəğbət, bir şeyin dərdini çox çəkərək, istəmək deməkdir.[4]
Nə istəyirsən, nəyin dərdini çəkirsən bunları sadəcə Rəbbinə yönəlt, onları sadəcə Rəbbindən istə!
Ayədəki “فارغب fərğab” sözü “فرغّب fərağğıb” olaraq da oxunmuşdur.[5]
Buna görə ayənin mənası “və başqalarını da dərdlərini çəkdikləri məsələlərdə yalnızca Rəbbinə yönləndir” kimi olur.
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] RAZİ
[2] Mevahibü’l–Ledünniyye kitabı”
[3] el İsfehani; el Müfredat)
[4] Lisanü’l Arab, “r ğ b” mad.
[5] Razi; el Mefatihu’l Gayb)