MƏKKƏ DÖVRÜ
Nəcm: 32
1De ki: “Ey kafirlər – Allahın tanrılığını, Rəbbliyini qəbul etməyən insanlar! 2Mən sizin sitayiş etdiklərinizə sitayiş etmərəm/mən sizin etdiyiniz qulluğu etmərəm. 3Siz də mənim sitayiş etdiyimə sitayiş edən deyilsiniz/siz də mənim etdiyim qulluğu[1] etməzsiniz. 4Və mən qətiyyən sizin sitayiş etdiklərinizə sitayiş edəcək deyiləm/mən qətiyyən sizin etdiyiniz qulluğu edən deyiləm. 5Siz də mənim sitayiş etdiyimə sitayiş edəcək deyilsiniz/siz də mənim etdiyim qulluğu edən deyilsiniz. 6Sizin dininiz/inanc və həyat tərzləriniz ancaq sizin üçün, mənim dinim/inanc və həyat tərzlərim də ancaq mənim üçündür”.
(18/109, Kafirun/1–6)
[1]İbadət sözü dilimizə fonetik olaraq, ərəbcə orijinalı ilə girməsinə rəğmən, kök mənası olan “qulluq, köləlik etmək” mövzusundakı insanın tərz və halı ilə əlaqədar əsl mənasını, xeyli dərəcədə itirmiş və sadəcə bir sıra ritual, ayin və davranışlar üçün istifadə edilən bir anlayış halına dönmüşdür. Kökü a–be–de olan felin məsdəri, “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edir. Dini termin olaraq ibadət isə, “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz, şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Hər şeyin yaradıcısı olan Allah, qulları üçün müəyyən etdiyi davranış və yaşayış tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq, bütün bu bildirişləri Quranda toplamışdır. Bu doğrular işığında ibadət, Allah tərəfindən bir təlimatnamə [Quran] ilə qullara bildirilən vəzifələrin, qullar tərəfindən qeydsiz, şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir. Elə isə ibadət, xalq arasında yayğınlaşdığı kimi, sadəcə üç-beş əməli etməkdən ibarət deyildir. İbadət, “Allahın qulluq təlimatnaməsində vermiş olduğu vəzifələrin bütününü etmək, hamısını həyata keçirmək”dir.