KAFİRUN SURƏSİNİN TƏBYİNİ

Kafirun surəsi Məkkədə nazil olan 18–ci surədir.

Surə adını ilk ayəsindən almışdır. İlk ayə “الكافرون ايّها يا قل Qul yə əyyühəl kafiruun” olmasına baxmayaraq, bu cümlə uzun olduğu üçün surəyə, qısaca olaraq, “Kafirun” surəsi deyilmişdir. Həmçinin “İbadət” və “İxlas surəsi” olaraq da adlandırılmışdır.

Bu surə ilə iman–küfr, haqq–batil arasındakı sərhəd müəyyən edilir, bu sərhəddən qətiyyətlə geri addım atılmayacağı və bu sərhəddin ayırdığı iki sahə arasında, heç bir vəchlə, sintez edilməsinin mümkün olmayacağı elan edilir. Beləliklə, möminlər ilə kafirlərin, dəvət edənlər ilə dəvət edilənlərin, dəvətə qoşulanlar ilə dəvətə qoşulmayanların səfləri qəti bir ayrılmaqla dəqiqləşdirilir. Çünki, diqqətli olunmadığı təqdirdə, doğru inanca bağlananların imanı ilə cahiliyyə nizamında qalanların azğın düşüncələri arasında bir təsir etmə, diffuziya ola bilər. Möminlərin inancına zərər verə biləcək belə bir təsirlərin meydana gəlməməsi üçün iki inanc və iki qrup arasında bir aydınlanma vacib şərtdir. Buna görə də, cahiliyyə sisteminin insanları ilə müsəlmanların bir–birlərindən qəti, sərt cizgilərlə ayrılması məcburidir.

Qəti olaraq daha əvvəlki surələrdə “öz hallarına [Allaha] buraxılması və onlardan nəzakətlə uzaqlaşılması” istənilənlər, Maun surəsində “Bax odur!” ifadəsi ilə peyğəmbərimizə hədəf göstərilmişdi. Bu surədə isə ilk dəfə onlara birbaşa, “Ey kafirlər!” deyə səslənilməsi əmr edilmişdir. Edilən ayrılmanın surədəki ən sərt bəyanı isə “Sizin dininiz sadəcə sizə, mənim dinim də sadəcə mənədir” deyən son ayəsi olmuşdur.

Surənin En Səbəbi

Peyğəmbərimizə ilk vəhyin gəlmə tarixi ilə bu surənin enmə tarixi arasında təxminən beş–altı il vaxt keçmişdir. Başlangıcda peyğəmbərimizi zəif hesab edən, onu şair, sehrbaz, məcnun kimi ifadələrlə incidib, öhdəsində gələ biləcəklərini zənn edən Məkkə öndə gedənləri [Dar–ün Nədvə üzvləri], keçən bu beş–altı ilin sonunda Müsəlmanların çoxalıb İslamın inkişaf etməsi qarşısında strategiyalarını dəyişdirmişlər, çarəsizlikdən peyğəmbərimizlə ortaq dil tapmağa çalışmışlar. Onlar düşünürdülər ki, Peyğəmbərimizin ibadət etdiyi Allahı onların da ilah olaraq qəbul etmələrini ortaq nöqtə hesab edərək, lazım gələrsə ölkəni ikiyə bölmək, ya da ona bəzi şəxsi imtiyazlar vermək yollarını da sınamaqla, bir razılıq əldə etmək mümkündür.

Bu düşüncələrlə, peyğəmbərimizdən tələb edirdilər ki, o, öz ilahlarını və onlara ibadət edilməsini qınamaqdan əl çəksin və imkan versin ki, onlar öz ilahlarına səcdə etsinlər. Bunun qarşılığında peyğəmbərimizə istədiyi qədər mal, mülk, məqam və mövqeləri verə biləcəklərini, hətta onu istədiyi qadınla evləndirə biləcəklərini də vəd etmişdilər. Bu vədlərlə kifayətlənməyən müşriklər, ikinci bir təklif olaraq da peyğəmbərimizin Lat və Üzzaya bir il boyunca ibadət etməsini istəmişlər. Bunun qarşılığında da onlar özləri də, eyni müddət qədər, Allaha ibadət edəcəklərinə söz verəcəklərini söyləmişdilər.

Məkkə müşrikləri tərəfindən peyğəmbərimizə edilən bu təklifləri müəyyən edən İbn–i Cərir, İbn–i Əbu Hatim və İbn–i Ənbari kimi tarixçilər qeyd edirlər ki, peyğəmbərimiz “Bir əlimə Günəşi, bir əlimə də Ayı versəniz, yenə də davamdan əl çəkmərəm” deyərək edilən bütün təklifləri rədd etmişdir. Müşriklərin bu təkliflərinin qəbul edilə bilməz quruluşu, Kafirun surəsində bütün konkretliyi ilə gözlər önünə sərilir.

Tərcümə:

Rəhman, Rəhim Allah adından

  • 1De ki: “Ey kafirlər–Allahın ilahlığını, Rəbbliyini qəbul etməyənlər!
  • 2Mən si­zin sitayiş etdiklərinizə sitayiş etmərəm–Mən sizin etdiyiniz qulluğu etmərəm.
  • 3Siz də Mə­nim sitayiş etdiyimə sitayiş edən de­yilsiniz–siz də Mənim etdiyım qulluğu etməzsiniz.
  • 4Və Mən əsla sizin sitayiş etdiklərinizə sitayiş edəcək deyiləm–Mən əsla sizin etdiyiniz qul­luğu edən deyiləm.
  • 5Siz də Mənim sitayiş etdiyimə sitayiş edəcək deyilsiniz–siz də Mə­nim etdiyim qulluğu edən deyilsiniz.
  • 6Sizin dininiz–inanc və hə­yat tərz­lə­ri­niz sadəcə sizin üçün, Mənim dinim–inanc və həyat tərzim də sadəcə Mə­nim üçündür.”          (18/109, Kafirun/1–6)

Təhlil

1De ki: “Ey kafirlər–Allahın ilahlığını, Rəbbliyini qəbul etməyən adamlar!

Surənin nə səbəbə “قل  Qul [De ki]” əmriylə başlaması haqqında başda Razi olmaqla, təfsirçilərin hamısı da gözəl və mümkün görünən bir çox səbəb və hikmət irəli sürmüşlər. Bizə görə tək səbəb, peyğəmbərimizin ancaq Allahdan aldığı əmr istiqamətində danışa biləcəyini, etdiyini Allah adından etdiyini, söyləyəcəklərinin öz sözü olmadığını bildirmək üçündür. Qısacası, əmr böyük yerdən gəlir və sözlərin içərisindəki sərtliyə cavabdeh olan da sadəcə, Allahdır.

Kafirun surəsi Haqqı təbliğ mahiyyətində deyil, müxatibi möminlər olan və kafirlərə qarşı hansı çərçivə daxilində davranmaları barəsində onları təlimatlandıran bir surədir. Bu mənasıyla da kafirlərin statuslarını müəyyən edən bir mahiyyət daşıyır.

Çünki, Rəbbimiz Haqqı təbliğ müddətində belə bir sərtlik etməyi tapşırmır:

  • 125Rəbbinin yoluna, haqsızlıq, pozğunçuluq və qarışıqlığa mane olmaq üçün qoyulmuş qanun, düstur və qaydalarla və gözəl öyüdlə çağır! Və onlarla ən gözəl şəkildə mübarizə et. Şübhəsiz Rəbbin Öz yolundan azanları ən yaxşı biləndir və O, bələdçiləndikləri doğru yolda olanları da ən yaxşı biləndir.                                                                                   (Nəhl/125)
  • 43Hər ikiniz gedin Firona. Şübhəsiz o düz yoldan azdı. 44Sonra ona öyüd alması və hörmətlə, sevgi ilə, biliklə ürpərməsi üçün yumşaq söz söyləyin.”                                 (Ta Ha/43–44)
  • 159Bax budur, sən, sırf Allahın mərhəməti səbəbi ilə onlara qarşı yumşaq davrandın. Əgər kobud, qatı ürəkli olsaydın, onlar sənin ətrafından dağılıb gedərdilər.  Artıq on­la­rı bağışla, onlar üçün bağışlanma dilə. İşlərdə onlarla müzakirə et–işin ən gözəlini or­taq­ şəkildə tapıb, ortaya çıxar, bir dəfə də cəhd etdinmi, artıq Allaha işin nəticəsini hə­valə et. Şübhəsiz Allah, işin nəticəsini Ona həvalə edənləri sevər.                                                                                        (Al–i İmran/159)

Ayədə verilən “كافر  kafər” sözünün, Quranın açar anlayışlarından biri olduğu üçün, xüsusilə geniş izah edilməsi lazımdır. İstər “كافر  kafər” və istərsə də eyni kökdən törəyən “كفر  kufr” sözlərinin lüğəti və termin mənaları aşağıdakı kimidir:

“ كفر  Kufr” sözünün lüğətdəki birinci mənası “örtmək” deməkdir. Qaranlığı ilə hər şeyi örtdüyü üçün gecəyə “كافر  kafər [örtən]” deyildiyi kimi verilən nemətlərə təşəkkür etməyərək, edilən nankorluğa da “küfr” deyilir.[1]

“كفر  Kufr” sözünün termin mənası isə, Allahın varlığını, Rəbbliyini və birliyini, peyğəmbərlik qurumunu və peyğəmbərləri, din gününü və axirəti inkar etməkdir. Bu mənasıyla imanın ziddi olan inancsızlığı ifadə edir.

“كافر  Kafər” sözü, “كفر  Kəfərə” felinin ism–i faili olub, lüğəti mənası olaraq “neməti örtən, inkar edən; nemətə nankorluq edən, uzaq qalan; nemətdən çəkinən şəxs” deməkdir.

“Kafir” sözünün termin olaraq mənası isə “imanı olmayan, inkar edən şəxs” deməkdir

Beləliklə, “كافر  kafir” “kufr” deyilən zehni fəaliyyətin faili/edəni/işləyənidir. Bu halda əsli araşdırılaraq, izah olunması lazım olan söz “ كفر  kufr”dür.

Quranda “كفر  kufr” sözü və törəmələri bir çox ayədə verilir. Ancaq dərhal müəyyən etmək lazımdır ki, İslamda iman mövzuları bir tamlıq təşkil etdiyindən, küfrü işləyib, kafir olmaq üçün Quranda verilən nümunələrdən hər hansı birinə bənzəyərək, iman mövzularından birini belə inkar etmək yetərlidir:

  • 150,151Allaha və elçilərinə inanmayaraq küfr edən–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən, “Biz, bir qisminə inanırıq, bir qisminə inanmırıq” deyərək Allah və Elçisinin arasını ayırmağı istəyən və beləliklə də imanla küfr–Allahın ilahlığını və rəbbliyini bilərək rədd etmə arasında bir yol tutmağa çalışan kimsələr–bax budur, onlar, kafirlərin– haqq olan Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərin məhz özləridir. Və Biz, kafirlərə–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələrə alçaldıcı bir əzab hazırlamışıq.                     (Nisa/ 150, 151)
  • 84,85Və həmçinin Biz, sizin qəti sözünüzü almışdıq: “Qanlarınızı tökməyəcəksiniz, onları yurdlarınızdan çıxarmayacaqsınız.” Sonra siz, şahidlık edərək təsdiq etdiniz. Sonra, siz, bax budur, o kimsələrsiniz–öz özünüzü öldürürsünüz və sizdən bir qrupu yurdlarından çıxarırsınız. Onların əleyhində günah və düşmənçilikdə kö­mək­lə­şir­siniz. Əgər onlar sizə əsir olaraq gələrlərsə də, onlar üçün fidyə/qurtarmaq üçün fidyə al­mağa çalışırsınız. Halbuki, o–onların çıxarılmaları, sizə haram­laş­dırılmışdır. Yaxşı, siz Kitabın bir bölməsinə inanaraq, bir bölməsinə inan­mır­sı­nızmı? bu halda içi­nizdən belə edənlərın alacağı qarşılıq dünya həyatında bir rüs­vay­çılıqdan başqa nə­dir? Qiyamət günü də əzabın ən şiddətlisinə məruz qalarlar. Allah, et­diklərinizdən xəbərsiz, laqeyd deyildir.                                                                                                                                     (Bəqərə/ 84, 85)

Adamı dinin sərhədlərindən uzaqlaşdıran küfrlərin ən pisi, mübahisəsiz olaraq Allah haqqındakı küfrlərdir:

Allahı ucalığına uyğun olmayan bir şəkildə xarakterizə etmək, isim, sifət və əmrlərinin birinə belə əhəmiyyət verməmək, Allaha nöqsanlıq şamil etmək şəklindəki küfrlərdən ən böyük olanı və bağışlanmayacağı bildiriləni, Allaha ortaq qoşmaqdır:

  • 55Onlar da Allahın yaratdığı sərvətlərdən özünə fayda və zərər verməyən şeylərə tapınırlar. Və o kafir–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o adam, Rəbbinin əleyhinə arxa çıxandır–qullarını azdırmaq üçün çalışandır.                                                         (Furqan/55)
  • 17And olsun ki, “Şübhəsiz Allah, Məryəm oğlu Məsihin məhz özüdür” deyən kimsələr ka­fir–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən kimsələr olmuşlar. De ki: “Yax­şı, Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündəki kimsələri dəyişikliyə/yı­xıma uğratmaq istəsə, Ona qarşı kim bir şey edə bilər. Göylərin, yer üzünün və iki­si arasındakıların mülkiyyəti də sadəcə Allaha aiddir. O, dilədiyini əmələ gətirən­dir. Və Allah, hər şeyə ən yaxşı güc yetirəndir.”      (Maidə/ 17)
  • 72And olsun, “Allah, Məryəm oğlu Məsihin özüdür” deyən kəslər qətiliklə kafir–Alla­hın ilahlığını və rəbbliyini bilərək rədd edənlər olmuşdular. Halbuki, Mə­sih, “Ey İsrailoğulları! mənim Rəbbim və sizin Rəbbiniz olan Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək yanlış–öz zərərlərinə iş görənlər üçün köməkçilərdən kimsə yoxdur” demişdi. (Maidə/ 72)
  • 73And olsun, “Allah üçün üçüncüsüdür” deyən kimsələr qətiliklə kafir–Allahın ilah­lı­­ğını və rəbbliyini bilərək rədd edən biriləri olmuşdular. Halbuki, tək ilahdan başqa ilah yoxdur. Əgər söylədiklərindən imtina etməzlərsə, qətiliklə onlardan kafirlərə–Alla­hın ilahlığını və rəbbliyini bilərək rədd etmiş olan kimsələrə ağrı–acı verən bir əzab to­xunacaqdır.               (Maidə/73)   
  • 30Və Yəhudilər–“Uzeyr Allahın oğludur” dedilər. Xristianlar da, “Məsih Allahın oğludur” dedilər. Bu, onların dilləri ilə dedikləri sözlər olub, guya bununla, daha əvvəlcə yaşayan kafirlərin–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərin sözlərini təqlid edirlər. Allah, onlarla mübarizə etmişdir\döyüşmüşdür. Necə də döndərilirlər!                                       (Tövbə/30) 
  • 48Şübhəsiz Allah, Özünə ortaq qəbul edilməsini əsla bağışlamaz. Bundan savayı günahları dilədiyi kimsələr üçün bağışlar. Kim Allaha ortaq qoşarsa, şübhəsiz çox böyük bir günah etmiş olar.                                                                                                                                   (Nisa/48) 

Dərhal  qeyd edək ki, şirki tərk edərək tövbə edən və əfv diləyənlər artıq mömin sifəti qazanacaqlar. Ona görə də Rəbbimiz, bu gedişlərini pozmamaları üçün, onları keçmişdəki şirk qoşmalarını əfv edəcəyini bildirmişdir:

  • 3,4Və “ən böyük həcc” günü, ortaq qoşanlardan andlaşma etdiyinız, sizə heç bir əskiklik etməmiş və sizin əleyhinizə heç kimsə ilə köməkləşməmiş kəslər istisna olmaqla, şübhəsiz Allahın və Onun Elçisinin ortaq qoşan kimsələrdən əlaqəsiz olduğuna dair Allahdan və Elçisindən insanlara bir bildiriş: “Artıq əgər xətadan dönərsinizsə, bu sizin üçün xeyirlidir. Və əgər üz çevirərsinizsə, o zaman şübhəsiz özünüzün, Allahı acizləşdirən olmadığını bilin.” Kafirlərə–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən bu adamlara da ağrı–acılı bir əzabı müjdələ! Artıq siz də müddətlərinə qədər onlara verdiyiniz sözlərinizi tamamlayın. Şübhəsiz Allah, Onun qoruması altına girmiş adamları sevər.                                                              (Tövbə/3, 4)

Qeyd: Ən böyük həcc, Peyğəmbərin də iştirak edib, şəxsən özünün idarə etdiyi həccdir.

Bir başqa küfr də peyğəmbərlik müəssisəsini qəbul etməmək və ya hər hansı bir peyğəmbərin peyğəmbərliyini [elçiliyini] inkar etməkdir:

  • 136Deyin ki: “Biz Allaha, bizə endirilənə, İbrahimə, İsmayıla, İshaqa, Yaquba və nəvələrinə endirilənə, Musaya və İsaya verilənə və peyğəmbərlərə Rəbblərindən ve­rilənə iman etdik–onlardan heç birini diğərindən ayırmarıq və biz ancaq Onun üçün islamlaşdıranlarıq [sağlamlaşdıran/salamatlıq–xoşbəxtlik qazandıranlarıq].”             (Bəqərə/136)

Küfr və kafir anlayışlarının nümunələrini daha da çoxaltmaq mümkündür. Ancaq daha artıq təfərrüata girmək bizi mətləbdən uzaqlaşdıra bilər. Ona görə də hələlik bu məlumatla kifayətlənirik.

2Mən si­zin sitayiş etdiklərinizə sitayiş etmərəm–Mən sizin etdiyiniz qulluğu etmərəm. 3Siz də Mə­nim sitayiş etdiyimə sitayiş edən de­yilsiniz–siz də Mənim etdiyım qulluğu etməzsiniz. 4Və Mən əsla sizin sitayiş etdiklərinizə sitayiş edəcək deyiləm–Mən əsla sizin etmiş ol­du­ğu­nuz qul­luğu edən deyiləm. 5Siz də Mənim sitayiş etdiyimə sitayiş edəcək deyilsiniz–siz də Mə­nim etməkdə olduğum qulluğu edən deyilsiniz.

Bildiyimiz kimi, cahiliyyə dövrü ərəbləri Allahı inkar etmirdilər, ancaq Onu “احد  Bir” və “صد  Saməd” olaraq tanımırdılar. Onlar Allah ilə bərabər bütlərə, keçmişdəki mühüm insanlara, heykəllərə ibadət edir və bunların Allah yolunda sadəcə bir vəsilə olduğunu iddia edirdilər. “Biz onlara sırf bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik” (Zümər 3) deyirdilər.

Quran, göyləri və yeri yaradıb, günəşi və ayı öz əmri altına alanın “əlbəttə Allah” olduğunu söyləyən bu müşriklərə bildirmişdir ki, Allahdan başqa ibadət etdikləri şeylər onları Allaha yaxınlaşdıra bilməyəcək:

  • 16,17İbrahimi də elçi göndərdik/qurtardıq. O zaman ki, o, cəmiyyətinə: “Allaha qulluq edin və Onun qoruması altına girin. Əgər bilirsinizsə bu sizin üçün daha xeyirlidir. Şübhəsiz siz Allahın yaratdıqlarından bəzi bütlərə sitayiş edirsiniz və yalan uydu­rursunuz. Xəbəriniz olsun ki, sizin Allahın yaratdıqlarından məbud deyə o sitayiş etdikləriniz, sizin üçün bir ruzi verməyə güc yetirə bilməzlər. Ona görə də ruzini, Allah yanında axtarın və Ona qulluq edin və Ona sahib olduğunuz nemətlərin qarşılı­ğı­nı ödəyin. Yalnızca Ona döndəriləcəksiniz” demişdi. (Ənkəbud/16, 17)

Bu ifadə, kafirlərin ibadət etdiyi və hələ də ibadət etməkdə olduqları bütün müqəddəsləri ehtiva edir. Bunlar mələklər, cinlər, nəbilər, vəlilər, ölmüş insanların ruhları, günəş, ay, ulduzlar, heyvanlar, ağaclar, xəyali tanrılar, tanriçalar, bütlər, türbələr də ola bilər. İlahlara kütləvi ibadətə Allaha ibadət də daxildirsə belə, bu həqiqi mənada Allaha ibadət deyildir. Çünki, Quranda açıq–aydın bildirilmişdir ki, Allaha ibadət Onunla birlikdə bir başqa şeyə ibadət etməmək deməkdir və sadəcə Allaha ixlasla yönəlmək əmr edilmişdir: “Əslində isə onlara dini yalnız Allaha xas olaraq, Allahı birlənlər olaraq, Ona qulluq etməri əmr edilmişdi.”                         (Beyyinə 5)

Ayələrdə VerilənMa

Bu ayələrdə verilən “ما  ma”ların, bu günki ərəbcədəki ism–i mevsülmü, məsdəriyyə “ma”sımı, yoxsa sifət bildirən “ma”mı olduqları barəsində müxtəlif fikirlər vardır.

Ayələrin cümlə quruluşuna baxsaq, 2 və 3–cü ayələr bir cümlə, 4 və 5–ci ayələr də bir cümlə olmaqla, 2–5–ci ayələrin iki cümlədən ibarət olduğu görünir. Bu iki cümlə də eyni cür cümlələrdən olub, 2–ci və 4–cü ayələr cümlələrin birinci bölmələrini, 3–cü və 5 –ci ayələr də cümlələrin ikinci bölmələrini təşkil edir.

Ayələrdəki “ma”lar ilə əlaqədar məlumat Leyl surəsində verilmişdir.

“Ma”nın ağıllı varlıqların sifəti üçün işlədildiyini nəzərə alarsaq, 2 və 3–cü ayələrdəki birinci cümlə “Sizin sitayiş etdiyiniz şeylərə/sizin Rəbblərinizə mən sitayiş etmərəm, mənim sitayiş etdiyim Rəbbimə də siz sitayiş etməzsiniz” mənasına gəlir.

“Ma”lar məsdəriyyə olaraq qəbul edildiyində, ayələrin mənası: “Mən sizin indi etdiyiniz ibadəti etmərəm. Siz də mənim etdiyim ibadəti etməzsiniz. Mən sizin keçmişdə etdiyiniz ibadəti edən deyiləm. Siz də mənim indi etməkdə olduğum ibadəti edən deyilsiniz” olur.

“Ma”lar sifət olaraq qəbul edildiyində isə, ayələrin mənası: “Artıq mən sizin etdiyiniz ibadət kimi ibadət etmərəm, siz də mənim etməkdə olduğum ibadət kimi ibadət etməzsiniz. Nə mən sizin qədimdən etmiş olduğunuz ibadəti edərəm, nə də siz mənim indi etməkdə olduğum ibadət kimi ibadət edərsiniz” olur.

Bu ayələrdə Allaha ediləcək ibadət ilə müşriklərin etdikləri ibadətlərin qarşılaşdırılması aparılır və İslamda ibadət ediləcək olanın sadəcə Allah olduğu anladılır. Bu nöqtədə, bəzi yanlış fikir və tətbiqatları müəyyən etmək məqsədiylə “عبادة  ibadət” anlayışı barəsində Fatihə surəsində verilmiş məlumatları təkrar nəzərdən keçirmək yerinə düşər.

6Sizin dininiz–inanc və hə­yat tərz­lə­ri­niz sadəcə sizin üçün, Mənim dinim–inanc və həyat tərzim də sadəcə Mə­nim üçündür.”

Bu ayədə “دين  din” sözü, Maun surəsində gördüyümüz “cəza/qarşılıq” mənasından ayrı bir mənada, “cəmiyyət nizamı, yaşam qaydalarının bütünü, yəni şəriət” mənasında işlədilmişdir. Ancaq bu söz ilə nəzərdə tutulan şərait, sadəcə Allahın qoyduğu prinsipi əhatə edən Haqq Düzəndən ibarət olmayıb, insanlar tərəfindən qurulan bəsəri sistemləri də əhatə edir. Bu mənada din, istər Haqq, istər batil olsun, istər Allah, istər insanlar tərəfindən qurulmuş olsun, hər cür cəmiyyət nizamı, yaşayış qaydalarının bütövü deməkdir.

İnsanların qurduqları quruluşlara da din deyilməsinin Qurandakı digər nümunələri bunlardır: Al–i İmran/73, Ənam/70, Əraf/51, Yusif/76, Mömin/26.

Bu halda istər Məkkəlilərin və Misirlilərin qurduqları nizamlar, istərsə də bu günki cəmiyyətlərdə meydana gəlmiş olan kapitalizm, sosializm, liberalizm, kommunizm kimi iqtisadi nizamlar da bir din sayılmalıdır.

Qaydalarını Allahın qoyduğu Haqq Din isə Quranda “Allaha aid din”, “Əd–Dinül–Hanif”, “Əd–Dinül–Qəyyim”, “Muhlisinə lehüd–Din”, “Əd–Dinül–Halis” və “İslam” adlarıyla yer almışdır. Dinlə əlaqədar bu təriflərin işlədildiyi ayələr aşağıdakı cədvəldə verilmişdir:

 

Bəqərə 132, 193, 217, 256 Yusif 40 Zümər 2, 3, 11, 14
Al–i İmran  19, 83 Nəhl 52  Şura 13, 21
Nisa 46, 146 Maun 1 Fəth 28
Maidə 3, 54, 57 Kafirun 6 Mümtəhinə 8, 9
Ənam 161 Nəsr 2 Beyyinə 5
Əraf 29 Ənkəbud 65 Həcc 78
Ənfal 39, 49, 72 Rum 30, 43 Nur 2
Tövbə 11, 12, 29, 33, 36, 122 Yusif 40 Loğman 32
Yunus 22, 104, 105 Əhzab 5 Mömin 14, 65
Saff 9    

Bu ayələrə əsaslanaraq Kəlam alimləri “Haqq Din”i belə tərif etmişlər: “Haqq Din, Uca Allahın qullarını Haqqa çatdırmaq üçün peyğəmbərləri vasitəsi ilə ağıl sahibi insanlara təbliğ etdiyi, onları dünya və axirət səadətinə qovuşduran sistem, Allahın qoyduğu hökmlərdir.”

Haqq Din ilə digər dinlər arasındakı bu çox mühüm fərqə mütləq diqqət edilməlidir: Haqq Dindən başqa digər dinlərdə qaydalara inanmadan əməl etmək və ya qaydalar qarşısında passiv/fəaliyyətsiz qalmaq mümkündür. Lakin Haqq Din, qoyulmuş qaydalara həm səmimiyətlə inanmağı, həm də bu qaydaları bütün qəlbiylə tətbiq etməyi əmr edir. Bu cür iman olmadan edilən bütün əməllər Haqq Dində “təqlid” və “boşa çıxmış” olaraq xarakterizə edilib qınanır, əmələ çevrilməmiş iman isə  “… inandıq deyincə buraxılacaqlarınımı sandılar?” sözləriylə əməl olmadan dəyərləndirməyə layiq görülmür. Beləliklə, Haqq Dində iman ilə əməlin bir–birini tamamlayan maddələr olduğu unudulmamalı və bu ayələrin köməyi ilə, bu mövzu tez–tez xatırlanmalıdır:

Möminlər/1–11, Ənfal/2–4, Tövbə/16, 111, Saff/10, 11, İbrahim/23–25, Furqan/63–77, Bəqərə/103, 214, Al–i İmran/142, Yunis/62, 63, Əraf/156, Maidə/93, Ənkəbud/1–7, Hücurat/14–16, Əhzab/35, 36.

Haqq Din ilə digər dinlər arasındakı bir digər fərq də budur ki, digər dinlərdə insan qoyulan hökmlərə tabe olmağa məcbur olur, Haqq Dində isə tamamilə sərbəst buraxılır:

  • 29Və de ki: “O həqiqət, Rəbbinizdəndir. Ona görə də diləyən iman etsin, diləyən bilə­rək rədd etsin/inanmasın.” Şübhəsiz Biz, şərik qoşaraq yanlış, öz zərərlərinə iş edən­lər üçün divarları boyunca onları əhatə edən bir atəş hazırladıq. Və əgər yağış yağmasını istəsələr, əridilmiş mədən kimi üzləri qaynarlayan bir su yağdırılar. O, nə pis bir içkidir! Dayanma/sığınma yeri olaraq da nə qədər pisdir!                                                                                                                         (Kəhf/ 29)

Ancaq, Haqq Dində sərbəst buraxılan insanların, azaldaraq və ya artıraraq Haqq Dinin bütünlüyünü pozmaq, ya da tamamilə dəyişdirmək kimi bir səlahiyyətləri yoxdur. Digər dinlərdə isə istədikləri kimi dəyişiklik etmələri mümkündür. Haqq Dində dinin bir hissəsinə inanıb, bir hissəsinə inanmamaq və ya başqa dinlərlə sintez etmək yoluyla Haqq Dini pozmaq, Haqq Dinin hüdudlarından kənara çıxmaq deməkdir. Bu halda, Haqq Din onu pozmaq istəyənlərlə döyüşməyi əmr etmişdir (/193, Maidə/33, Ənfal/39).

Haqq Din ilə digər bəşəri dinlər, həyat tərzi və fəaliyyəti nöqteyi nəzərindən bir–birlərindən fərqlidirlər, müxtəlifdirlər, birləşə bilməzlər, kəsişə bilməzlər. Əslində elə birləşməməli və kəsişməməlidirlər.

Haqq Dinin Allah tərəfindən müəyyən edilmiş, siyasi, iqtisadi, hüquqi təməl qaydaları vardır. Təbii olaraq, bəsəri dinlərin də bu mövzularda qaydaları vardır. Bu nöqtədə Müsəlman öz dinini, Müsəlman olmayan da öz dinini/nizamını yaşamalıdır. Kimsə biri digərininkinə qarışmamalıdır.  Fitnə olmadığı müddətcə Müsəlman olan, Müsəlman olmayana güc tətbiq etməməlidir. Müsəlman da İslamın qaydalarının tamamını qəbul etməli, saf dininə qondarma dinlərin qaydalarından qarışdırmamalıdır. Haqq Dindəki hər hansı bir qaydanın yerinə qondarma dinlərdən bir qayda mənimsənilməsi, Rəbbimizin Bəqərə surəsinin 85–ci ayəsində bəyan etdiyi kimi, kafirlikdir. Hər kəsin mərdi mərdanə, nəticələrini nəzərə alaraq mömin və ya kafir olmaq azadlığı vardır.

Bu surədə şəxsi xüsusiyyətlərin konkretləşməsi, fərqləndirilməsi, üst–üstə vurğulanaraq əmr edilir.

Quranın din anlayışıyla əlaqədar bir çox tədqiqatlar edilmişdir. Bu mövzuda daha geniş məlumat almaq üçün bu cür əsərlərə baxmaq olar.

Bizə Verilən İsmarıc

Kafirun surəsi, son ayəsindəki “Sizin dininiz sadəcə sizin üçün, mənim dinim də sadəcə mənim üçündür” ifadəsiylə möminlərlə kafirlərin yollarının ayrıldığını qəti bir şəkildə ortaya qoyur. Bu ifadə, eyni zamanda, kafirlərin din barədə Allaha iman edən Müsəlmanlar ilə heç bir zaman uzlaşa bilməyəcəklərini, buna görə də bu mövzudan ümid kəsmək lazım olduğu da qeyd edilir. Bu tövr Quranda bir çox yerdə zikr edilmişdir (Yunis/104, Şüara/216, ba/25–26, r/14,15, mtəhinə/4).

Beləliklə Mömin və Müsəlman qətiyyən tövhidə inanmaq sarıdan və həyat tərzi olaraq düz yoldan çıxmalara yol verməməli, dininin heç bir batil dinlə sintezə girməsinə imkan verməməlidir. Bu iki şeyi etmədiyi kimi, İslamın bənzəri olaraq irəli sürülən fikirlərə də etibar etməməlidir. Bütün sistemlər daima oxşarları ilə pozulmuşdur. Bunu unutmaq olmaz. Allahın dini ana südü kimi təmiz olmalıdır. Müsəlmanlar, hər cür şərtlər altında bu saf və təmiz dini yaşamalıdırlar.

Bu surələri daha yaxşı başa düşmək üçün tarix və siyər kitablarından peyğəmbərimizin Məkkə dövründəki təbliğ mərhələsi ilə əlaqədar bölmələrə baxmaq olar.

 

Ən düzünü bilən Allahdır.

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Lisanü’l Arab, “kfr” mad.