MƏARİC SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 363

1–3İstəyənin biri “yüksəlmə zamanları”nın sahibi Allahdan onu qoruyacaq kimsənin olmadığı, qarşısı alınmaz, kafirlərə məxsus olan “haqq olan əzab”ı istədi.

4Xəbərçi ayələr və vəhy, miqdarı əlli min il olan bir gün içində Ona yüksələr/yer üzündən çəkilər.

5O halda sən gözəl bir səbr ilə səbr et.

6,7Şübhəsiz ki, Biz olacaq əzabı çox yaxın görərkən, onlar onu çox uzaq görürlər.

8–10O gün göy ərimiş bir mədən kimi olar. Dağlar da didilmiş rəngli yun kimi olar. Və bir isti/yaxın dost özünün bir isti/yaxın dostundan əhvalını soruşmaz.

11–14Bir-birlərinə göstərilmiş olduqları halda, günahkar oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq verən bütün ailəsini və yer üzündə olanların hamısını qurtarmaq üçün fidyə verib, sonra da özünü qurtara bilmək istər.

15–18Qətiyyən o günahkarın düşündüyü kimi deyil! O, arxasını dönən və üz döndərəni, toplayaraq sandıqlarda yığanı çağıran, qovurub soyan, alovlanan bir atəşdir.

(79/70, Məaric/1–18)

Nəcm: 364

19–21Şübhəsiz, insan zəif və qərarsız yaradılmışdır; özünə pislik toxundumu sızıldayır. Özünə xeyir toxunduqda/özü imkanlı olduğunda isə kiçik bir köməyi belə əsirgəyər.

22Ancaq “salaatçılar” bundan istisnadır.

23O salaatçılar ki, salaatlarını davam etdirənlərdir.

24,25Və salaatçılar öz mallarında istəyən və istəməyə utanan yoxsullar üçün bəlli bir haqq olan insanlardır.

26Və salaatçılar cəza gününü təsdiq edərlər.

27Və salaatçılar Rəbbinin əzabından qorxanlardır.

28Şübhəsiz ki, Rəbbinin əzabından amanda/arxayın olmaq olmaz.

29–31Və salaatçılar namuslarını qoruyanlardır. Ancaq həyat yoldaşları və ya sözləşmələrinin sahib olduqları[1] istisnadır. Çünki onlara yaxınlaşdıqlarında qınanmazlar. Artıq ondan artığını istəyənlər… Bax budur, onlar həddi aşanların məhz özləridir.

32Və salaatçılar əmanətlərinə və əhdlərinə riayət edərlər.

33Və salaatçılar şahidliklərini yerinə yetirərlər.

34Və salaatçılar, salaatlarını qoruyanlardır.

35Bax budur, bu salaatçılar cənnətlərdə xoş qarşılanırlar.

(79/70, Məaric/19–35)

Nəcm: 365

36,37İndi kafirlərə nə olur ki, hər yandan qrup-qrup boyunlarını uzadaraq sənə doğru qaçırlar?

38Onlardan hər biri bir nemət cənnətinə girdirilə biləcəyinimi umur?

39Qətiyyən onların düşündüyü kimi deyil! Biz onları bildikləri şeydən əmələ gətirdik.

40,41Artıq xeyr! Şərqlərin və Qərblərin Rəbbinə and içirəm ki, Biz onların yerinə özlərindən daha xeyirli olanları gətirməyə, əlbəttə, qadirik. Və Biz qarşısı alınanlar deyilik.

42Sən onları dərhal tərk et ki, vəd edilən günlərinə qovuşanadək boşa çalışıb çabalasınlar və oynayıb-əylənsinlər.

43O gün onlar qəbirlərindən sıçrayaraq çıxarlar. Sanki, dikəldilmiş bir şeyə qaçırmışlar kimi.

44Gözləri dilxorluqdan aşağı dikilmiş və özləri isə alçaqlığa bürünmüş bir halda. Bax budur, bu, onların təhdid edildikləri gündür!

(79/70, Məaric/36–44)

 

[1]Ayələrdə keçən “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ifadəsi, başlıca olaraq “cariyələr” olaraq anlaşılaraq bu günümüzədək gəlmişdir. Cariyələrlə əlaqədar say həddi olmadığı kimi, onlarla nikah da lazım gəlmədiyi anlayışı hakim olmuşdur. O halda ma mələket eymanühüm [sözləşmələrinin sahib olduqları] ifadəsiylə kimlərin qəsd  edildiyinin təhlil edilməsi vacibdir. İslam gəldiyində, dünyanın hər tərəfində olduğu kimi, Ərəbistan coğrafyasında da köləlik müəssisəsi mövcud olub, satın alma, miras qalma, qaçırma, hərb əsirlərinin kölələşdirilməsi kimi yollarla davam edirdi. İslam, qaynar döyüşdən başqa yollarla əsir almağı və döyüşdə alınan əsirlərin kölələşdirilməsini qadağan etdi (Ənfal/62 və Muhəmməd/4) və beləliklə də, köləlik müəssisəsini tədricən, tamamilə qadağan etdi. XIX yüzildə İngiltərə başda olmaqla digər dövlətlər də köləliyi qadağan edərək bu müəssisəni ortadan qaldırdılar. Təəssüf ki, sözdə bir İslam dövləti olan Osmanlı Dövləti, zənci kölə ticarətini 1857–də, ağ kölə ticarətini isə ancaq 1909–da qadağan etmişdir. Geniş açıqlama üçün Bxn. Təbyinül–Quran; c. 2, s. 167.

Köləlik müəssisəsinin davam etdiyi müddətdə, yerli və beynəlxalq adətlərə uyğun olaraq, qadın və kişi kölələr müəyyən edilmiş şərtlər, sözləşmələr çərçivəsində qoruyucu ailələrin himayələrinə verilirdilər. Bu hami ailələr onların iş-gücündən yararlanır və onları himayə edərdilər. Kölələr din və vicdan müstəqilliyinə sahib olmalarına baxmayaraq, iqtisadi və siyasi baxımdan müstəqil deyildilər. Miras və qəsb yoluyla kölə etmə halı ortadan qalxdıqdan sonra hərb əsirlərindən dəyişməyə tabe tutulmayan, fidyə verilməyən və ailəsindən himayə edəcək kimsəsi tapılmayan xanımlar yenə müəyən edilmiş qaydalar daxilində, birilərinin himayəsinə verilirdi. Bəzən də köləliyin qalxmadığı qonşu bir ölkəyə hədiyyə olaraq, kölələr göndərilirdi.

Bölmədəki “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ilə, “bu şərtlər çərçivəsində himayə altında olan qadınlar” qəsd  edilmişdir. Bunlarla cinsi əlaqəyə girə bilmək üçün mütləq yaxınlarından izin alınması və adətə görə, mehirlərini verməklə  nikahlanmaları şərtdır (Nisa/24). İslam, nikahsız cinsi əlaqəni təşviq etməz, nikahsız könüllü əlaqəni zina, nikahsız və könülsüz əlaqəni isə təcavüz sayar.

Ayədə bu qadınlar ona görə “və ya” ifadəsiylə ikinci bir qrup sayılır ki, onların keçmişlərində yşadıqları həyatları bilinmir. Onlar, o günün adətində olan mehir nöqteyi-nəzərindən əsl həmşəhəriləriylə bərabər deyillər. Nikahın təməli eyni olmasına rəğmən, incəliklərdə fərqlilıkdən söhbət gedir. Bu cür xanımlara konkret nümunə olaraq bu adlar verilə bilir: Peyğəmbərimizin arvadlarından “Safiyə” bir döyüş əsiridir, Mariyə də ona hədiyyədir. Peyğəmbərimiz hər ikisi ilə də nikahlanmışdır. Həmçinin, bu iki qadın Quranda [Təhrim və Əhzab surələrində] Rəsulullahın “xanımları” olaraq xarakterizə edilmişdir.

Bu gün köləlik müəssisəsi qaldırılmış, adətlərin yerini yerli və beynəlxalq hüquq tutmuşdur. Bu gün bu qavramın, toplama kamplarındakı, sığınma evlərindəki və əsirgəmə qurumlarındakı qadınlar olaraq ələ alınması uyğundur.