MAİDƏ SURƏSİNİN TƏBYİNİ

Adını 112-ci ayədəki مائدة [Maidə/süfrə] sözündən alan surənin Mədinədə 112-ci sırada endiyi qəbul edilir. Məzmunundan anlaşıldığına görə, Hudeybiyyə Andlaşmasından sonra, hicrətin 6-cı ilinidə və ya 7-ci ilin əvvəllərində vəhy olunmuşdur.

Bəqərə, Al-i İmran və Nisa surələrində olduğu kimi, fərdi, ictimai, siyasi və əxlaqi bir çox prinsipdən bəhs edilən bu surədə də təşkilatlanmış, öz dövlətlərini qurmuş, qurumlarını əmələ gətirmiş olan müsəlmanlara keçmiş cəmiyyətlərin düşdüyü xətalara düşməmələri üçün xəbərdarlıqlar edilir, nümunələr verilir, Yəhudilərin yanıldıqları bildirilir. Həmçinin Yəhudilər haqq dinə dəvət edilir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

MƏDİNƏ DÖVRÜ

Nəcm: 672

1Ey iman edənlər! Sözləşmələri yerinə yetirin. Siz toxunulmaz ikən [həcc/yüksək ilahiyyat təhsilini davam edərkən] ov etməyi halal etməyərək, qeyd edilənlər istisna olmaqla, dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsursuzları/gərdənliksizləri sizə halal qılındı. Şübhəsiz ki, Allah dilədiyini hökm edər, dilədiyi qanunu qoyar.

2Ey iman edənlər! Allahın əlamətlərinə, haram aya, hədyə/həcc edənlərə yemək yollamağa, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin/yüksək ilahiyyat təhsili almaq üçün orada olanların yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələrinə] və Rəbbindən lütf və rıza gözləyərək Beytül-Harama/həcc vəzifəsini icra etmək istəyənlərə hörmətsizlik etməyin. Toxunulmazlığınız qalxdığında/həcc vəzifəniz bitdiyində isə ov edin. Sizi Məscid-i Haramdan döndərdiklərinə görə, bir qövmə qarşı olan kininiz sizi hücum etməyə da sövq etməsin. Və “yaxşı insan” olmaq və Allahın qoruması altına girmək naminə birləşin, günah və düşmənçilik naminə birləşməyin. Və Allahın qoruması altına girin. Heç şübhəsiz, Allah əzabı/qovuşdurması çox çətin olandır.

3Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı anılaraq kəsilən, boğulmuş, vu­rul­muş, yuxarıdan düşmüş, buynuzlanmış, yırtıcı heyvanların yeyərək buraxdığı və can­lı ikən kəsmədikləriniz, dikili daşlar üzərində boğazlananlar və fal oxları ilə qis­mət axtarmağınız haram qılındı. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün bu kafirlər, si­zin dininizdən ümidsizliyə düşmüşlər. Belə isə, onlara hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyun. Bu gün di­ni­ni­­zi sizin üçün kamala çatdırdım, sizə nemətimi tamamladım. Sizə din olaraq isə, İs­la­ma razı oldum. Artıq kim günaha istəyərək yönəlmədən, son dərəcə aclıq içində, dar­da qalarsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalan­dır­mayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.

(112/5, Maidə/1–3)

Nəcm: 673

4Səndən özlərinə nəyin halal qılındığını soruşurlar. De ki: “Sizə yaxşı və təmiz şeylər və Allahın sizə öyrətdiyindən təlim verərək, yetişdirdiyiniz ovçu heyvanların ovladıqları halal qılındı”. Artıq onların sizin üçün etdiklərindən yeyin və üzərində Allahın adını anın və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

5Bu gün sizə yaxşı və təmiz şeylər halal qılındı. Kitab verilənlərin yeməyi sizə, si­­zin də yeməyiniz onlara halaldır. Möminlərdən azad qadınları və həmçinin siz­dən öncə öz­lə­rinə Kitab verilənlərdən olan azad qadınları nikahlayaraq qoruma al­tı­na almaq, zina etməmək və gizlicə dostlar etməmək şərti ilə, özlərinə me­hirlərini ödədiyiniz hallarda sizə halal qılındı. Kim imanı tanımayıb küfr edərsə, artıq qətiliklə onun etdiyi boşa getmişdir və o, axirətdə itkiyə/zərərə uğrayıb, acı çəkənlərdəndir.

(112/5, Maidə/4,5)

Nəcm: 674

6Ey iman edənlər! Salaata doğru qalxdığınız/cəmiyyət içinə çıxdığınız za­man dərhal üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başlarınızı və iki topuğa qə­dər ayaqlarınızı əl ilə silin. Və əgər cünub/həddindən artıq şəhvət səbəbindən ağ­lı­nız başınızda olmayacaq vəziyyətdəsinizsə təmizlik üstünə təmizlik edin [cinsi ehtiyacınızı təmin edin və yuyunın]. Və əgər xəstəsinizsə, yaxud yolçusunuzsa, yaxud sizlərdən biriniz tualetdən gəlmişsə, yaxud qadınlarla təmaslaşmışsa/cinsi əlaqəyə girmişsə, sonra da su tapmamışsa, dərhal təmiz bir torpağa yönəlsin. Sonra da təmiz torpaqdan üzünüzü və əllərinizi əl ilə silin. Allah sizə hər hansı bir çətinlik çıxarmaq istəməz, lakin, sizi təmizləmək və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün üzərinizdəki nemətini tamamlamaq istəyər.

7Və Allahın üzərinizdəki nemətini və: “Eşitdik, itaət etdik” – dediyinizdə sizdən al­dı­ğı, Özü ilə sözləşdiyiniz, “qəti sözləşmə”ni xatırlayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah qəlblərin içindəkini çox yaxşı biləndir.

8Ey iman edənlər! Allah üçün haqqaniyyəti dik tutan şahidlər olun. Və bir qövmə olan kininiz, sizi ədalətsizlik etməyə sürükləməsin. Ədalətli olun, ədalətli olmaq, Allahın qoruması altına girməyə daha yaxındır. Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır.

9Allah iman edən və düzəltmək yönündə işlər edən kimsələrə vəd etmişdir: “Bağışlanma və böyük mükafat yalnız və yalnız onlaradır.

10İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə, bax budur, onlar cəhənnəmin əhlidir.

11Ey iman edənlər! Allahın sizin üzərinizdə olan nemətini xatırlayın. Həmçinin bir tayfa sizə əl uzatmağa çalışmışdı və Allah onların əllərini sizdən çəkmişdi. Və Allahın qoruması altına girin. Artıq möminlər də işin sonunu yalnız və yalnız Allaha həvalə etsinlər.

(112/5, Maidə/6–11)

Nəcm: 675

12Və and olsun ki, Allah İsrailoğullarının sağlam sözünü almışdı. Və Biz özlərindən on iki müfəttiş/başçı göndərmişdik. Və Allah demişdi ki: “Mən qətiliklə, sizinlə birlikdəyəm. Salaatı iqamə edər, zəkatı/verginizi verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir borc verərsinizsə, and olsun ki, sizdən pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə girdirəcəyəm. Bax budur, sizdən hər kim bundan sonra küfr edərsə, artıq qətiliklə doğru yolu itirmiş olar”.

13Sonra da sözlərini pozduqlarına görə, onları kənarlaşdırdıq və qəlblərinə qatılıq qoyduq. Onlar kəlməni/sözü yerlərindən/öz mənalarından dəyişdirdilər. Öyüd­lən­dik­lərinin əhəmiyyətli bir qismini də tərk etdilər. İçlərindən çox azı istisna olmaqla, onlardan daima bir xainlik görərsən. Yenə də sən onları əfv et və ürəyinə salma. Şübhəsiz ki, Allah, yaxşılıq/gözəllik edənləri sevər.

14Biz Nəsraniyik/Xristianıq” deyənlərdən də sağlam sözlərini almışdıq. Onlar da özlərinə xatırladılan şeylərin çoxunu tərk etdilər. Biz də onların arasına qiyamətə qədər kin və düşmənçilik yerləşdirdik. Allah yaxında edib, törətmiş olduqlarını onlara xəbər verəcəkdir.

(112/5, Maidə/12–14)

Nəcm: 676

 

15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçilər. Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçilər.

17And olsun ki: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihin məhz özüdür” – deyən insanlar ka­fir olmuşlar. De ki: “Yax­şı, Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündəki insanları dəyişikliyə/dağıntıya uğratmaq istəsə, Ona qarşı kim bir şey edə bilər. Göylərin, yer üzünün və iki­si arasındakıların mülkiyyəti də sadəcə Allaha aiddir. O, dilədiyini yaradandır. Və Allah hər şeyə qadirdir”.

18Və Yəhudilər, Xristianlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – dedi­lər. De ki: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?” Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır.

19Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir.

20,21Və həmçinin Musa qövmünə: “Ey qövmüm! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin Allah içinizdən peyğəmbərlər göndərdi. Sizi də hökmdarlar etdi. Və aləmlərdən heç bir kimsəyə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizə yazdığı təmizlənmiş torpağa girin, geriyə dönməyin, yoxsa itkiyə uğrayanlar olaraq dönərsiniz” – dedi.

22Onlar: “Ey Musa! Şübhəsiz ki, orada diktator bir cəmiyyət var. Onlar oradan çıxma­dıq­ca da, biz oraya qətiyyən girmərik. Lakin onlar oradan çıxarlarsa, şübhəsiz ki, biz də artıq girərik” – dedilər.

23Qorxanlardan və Allahın özlərinə nemət verdiyi iki nəfər dedi ki: “Onların üzərlərinə qapıdan girin. Bax budur, oradan girərsinizsə, şübhəsiz ki, siz qalib olanlarsınız. Əgər inanırsınızsa da, artıq yalnız və yalnız Allaha işin nəticəsini həvalə edin”.

24Musanın qövmü: “Ey Musa! Şübhəsiz ki, biz… Onlar orada olduğu müddətcə, biz oraya qətiyyən girmərik. Artıq sən və Rəbbin gedin və döyüşün. Şübhəsiz ki, biz burada oturanlarıq” – dedilər.

25Musa: “Rəbbim! Mən özümlə qardaşımdan başqasına söz keçirə bilmirəm. Artıq bizimlə bu haqq yoldan çıxmışlar qövmünün arasını ayır” – dedi.

26Allah dedi ki: “Artıq təmizlənmiş torpaqlar onlara qırx il haram qılınmışdır. Yer üzündə çaşqın-çaşqın dolaşacaqlar. Ona görə də sən haqq yoldan çıxmış o cəmiyyət üçün kədərlənmə!”

(112/5, Maidə/15–26)

Nəcm: 677

 

27–29Onlara iki Adəmoğlunun xəbərini haqqıyla oxu. Həmçinin hər ikisi, Allahın rızasını qazanmaq üçün bir vasitə etmişdilər və birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. O: “Səni qəti olaraq öldürəcəyəm” dedi. Digəri: “Allah yalnız Özünün qoruması altına girənlərdən qəbul edər. Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi səni öldürmək üçün uzadacaq deyiləm [mən əlimi səni təsirsiz etmək üçün uzadaram]. Şübhəsiz ki, mən aləmlərin Rəbbi Allahdan qorxaram. Şübhəsiz, mən istəyirəm ki, sən, məni öldürdüyünə görə olacaq günahı və öz günahını yüklərək, atəşin əhlindən olasan! Şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlərin də cəzası budur!” dedi.

30Buna görə də qurbanı qəbul edilməyənin təkəbbürü özünə qardaşını öldürməyi asan göstərdi, sonra da onu öldürdü. Özü isə zərərə uğrayanlardan oldu.

31Sonra Allah dərhal ona qardaşının cəsədini necə basdırdığını göstərmək üçün, torpağı eşələyən bir qarğa göndərdi. O: Vay mənim halıma, mən, bu qarğa kimi olmağımla acizmi oldum ki, qardaşımın cəsədini basdırıram” – dedi. Sonra da peşman olanlardan oldu.

32Bax budur, bunun üçün Biz İsrailoğullarına: “Şübhəsiz ki, hər kim bir kimsəni və ya yer üzündə pozğunçuluq qarşılığı olmadan bir kimsəni öldürərsə, artıq insanları öldürmüş kimi olur. Kim də bir kimsənin yaşamasına səbəb olarsa, insanları yaşatmış kimi olur” – şəklində fərz qıldıq. Və qətiliklə, onlara elçilərimiz açıq dəlillər ilə gəldilər. Sonra da şübhəsiz ki, onların bir çoxu, qətiliklə yer üzündə davranışında hədlərini aşan kimsələrdir.

(112/5, Maidə/27–32)

Nəcm: 678

33,34Allaha və Elçisinə qarşı döyüşən/pozğunçuluq etməyə təşəbbüs etmiş olan və yer üzündə qarışıqlıq çıxarmağa çalışanların, siz onlardan güclü olma­dan/onları yaxalayıb sınaq altına almadan əvvəl xətalarından dönənlər istisna olmaqla, qarşılığı, ancaq öldürülməkləri və ya asılmaqları, yaxud ayaq və əllərinin çapraz­la­ma/ard-arda kəsilməsi, ya da olduqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir alçaqlıqdır. Axirətdə də onlar üçün böyük bir əzab vardır. Artıq yaxşı bilin ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

(112/5, Maidə/33–34)

Nəcm: 679

35Ey iman edənlər! Xilas olmağınız, zəfər qazanmağınız üçün Allahın qoruması altına girin, Ona yaxınlaşdıracaq/çatdıracaq şeyləri arayın və Onun yolunda səy göstərin.

36Şübhəsiz, kafirlər… Bütün yer üzündəkilər və onunla birlikdə bir o qədəri də qiyamət gününün əza­bın­dan qurtarmaq üçün/fidyə vermək üçün onların olsa belə, onlardan qəbul edilməz. Və onlar üçün can yandıran bir əzab vardır.

37Onlar atəşdən çıxmaq istəyərlər. Amma oradan çıxanlar deyildirlər. Və onlar üçün həmişəlik bir əzab vardır.

(112/5, Maidə/35–37)

Nəcm: 680

38Oğru kişi və oğru qadın… Bunların etdiklərinə qarşılıq, Allahdan bir əngəlləyici tətbiqat olaraq, dərhal ikisinin də gücünü/güclərini kəsin. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

39Sonra kim etdiyi haqsızlıqdan sonra tövbə edər və düzəldərsə, bilsin ki, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. 40Göylərin və yerin sahibliyinin, idarəçiliyinin Allaha aid olduğunu bilmədinmi? O, dilədiyinə əzab edər, dilədiyini də bağışlayar? Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

(112/5, Maidə/38–40)

Nəcm: 681

41Ey Elçi! Qəlbləri iman etmədiyi halda ağızlarıyla “inandıq” deyən kimsələr və yə­hu­diləşmişlərdən durmadan yalana qulaq asan və sənə gəlməyən kimsələr üçün din­ləyən/casusluq edən, küfr için­də ça­balayan bu kimsələr səni narahat etməsin. Onlar kəlməni yerlərindən oynadıb, də­yiş­di­rir­lər. “Əgər sizə bu verilərsə, dərhal alın, o verilməzsə, çəkinin!” – deyərlər. Allah bir kim­səni dindən çıxma atəşinə düşürmək istəyərsə, sən Allaha qarşı, o kimsənin le­hinə, heç bir şey edə bilməzsən. Onlar Allahın qəlblərini təmizləmək istəmədiyi kimsələrdir. On­lar üçün dünyada rüsvayçılıq vardır və axirətdə onlara çox böyük bir əzab vardır.

42Yalana çox qulaq asanlar, haramı çox yeyənlər… Artıq əgər onlar sənin yanına gələrlərsə,  ara­larında hökm et, ya da onlardan uzaqlaş. Və əgər onlardan uzaqlaşarsansa, ar­tıq sənə heç bir zaman zərər verə bilməzlər. Və əgər hökm edərsənsə, o zaman ara­la­rın­da haqqaniyyətlə hökm et. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər.

43İçində Allahın hökmü olan Tövrat yanlarında ikən, səni necə hakim sanırlar və ondan sonra da geri dururlar? Onlar inanan insanlar deyillər.

44İçində doğru yol rəhbəri və işıq olan Tövratı, şübhəsiz ki, Biz endirdik. Müsəlman­laş­mış insanlar olan peyğəmbərlər, onunla yəhudilərə hökm edərlər. Özlərini Allaha həsr etmiş insanlar və hahamlar da, Allahın kitabından özlərindən qorumaları istənilən və özlərinin də üzərinə şahidlik etdikləri şeylərlə hökm edərlər. İnsanlara hörmət du­yub ürpərməyin, Mənə hörmət duyub ürpərin. Mənim ayələrimi də az bir paraya satmayın. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar kafirlərin məhz özləridir.

45Və Biz Tövratda onlara zata zat, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas vardır. Bununla bərabər kim qisas haqqını bağışlayarsa, bu özü üçün kəffarət olur. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

46Və Biz o peyğəmbərlərin ardınca yanlarındakı Tövratdan içində bəhs edilənləri doğrulayan olaraq, Məryəm oğlu İsanın gəlməsini təmin etdik. Və Ona Töv­rat­dan içində bəhs edilənləri doğrulamaq, Allahın qoruması altına girənlərə yol göstərmək və öyüd olmaq üçün də yol göstərən olan İncili verdik.

47İncil Əhli də Allahın onda endirdikləri ilə hökm etsinlər. Kim, Allahın endirdiyi ilə hökm etməzsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir.

48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir.

49Sən yenə aralarında Allahın endirdiyi ilə hökm et, onların həvəslərinə uyma. Bu mübarizəndə Alla­hın sənə endirdiyinin bir qismindən səni çəkindirərək, atəşə atmala­rın­dan qorx. Artıq üz döndərərlərsə, bil ki, şübhəsiz, Allah bir qisim günahlarına görə/gü­nahlarının acısı ilə onları müsibətə uğratmaq istəyir. Və şübhəsiz ki, insanlardan bir çoxu qətiliklə haqq yoldan çıxanlardır.

50Yoxsa cahiliyyə hökmünümü arayırlar? Qətiliklə bilən bir cəmiyyət üçün hökm yönündən Allahdan daha gözəl kim ola bilər?

(112/5, Maidə/41–50)

Nəcm: 682

51Ey iman edənlər! Yəhudiləri və Nəsraniləri/Xristianları köməkçi, yol göstə­ri­ci, qoruyucu yaxınlar etməyin. Onlar bir-birlərinin qoruyucu, yol göstərici yaxın­la­rı­dır. Sizdən kim onları mütəvəlli [qoruyucu, nəzarətçi, idarə edici] edərsə, artıq o, şübhəsiz ki, onlardandır. Şübhəsiz ki, Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər cəmiyyətini bələdçiləməz.

(112/5, Maidə/51)

Nəcm: 683

52Bundan sonra qəlblərində xəstəlik olan/təfəkkürü pozulmuş kimsələrin: “Bizə bir fə­lakət gəlməsindən ürpəririk” – deyərək, onların içində çabaladıqlarını görəcəksən. Ar­tıq umulur ki, Allah bir fəth və ya qatından bir əmr gətirər və içlərində gizlət­dik­lə­rinə peşman olan kimsələr olarlar.

53Və iman edənlər: “Qətiliklə, sizinlə bərabər olduqlarına dair Allaha var gücləri ilə and içənlər bunlardırmı?” – deyərlər. Onların əməlləri boşa getmişdir və onlar itirənlər olmuşlar.

(112/5, Maidə/52–53)

Nəcm: 684

54Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında mö­minlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət gətirər ki, Allah onları sevər, on­lar da Onu sevərlər. Onlar Allah yolunda çalışar və heç bir qınayanın qınama­sın­dan qorxmazlar. Bu, Allahın dilədiyinə verdiyi bir ərməğandır. Allah biliyi və mər­hə­məti geniş və hədsiz olandır, çox yaxşı biləndir.

55Sizin köməkçi, yol göstərici, qoruyucu yaxınınız, sadəcə Allahdır, Onun Elçisidir, bir də Allahı birləyərək salaatı iqamə edən, zə­ka­tı/vergini verən, iman edənlərdir.

56Allahı, Onun Elçisini və iman edənləri özünə köməkçi, yol göstərici, qoruyucu yaxın qəbul edənlər bilsinlər ki, qətiliklə, Allahın tərəfdarları qalib olanların məhz özləridir.

(112/5, Maidə/54–56)

Nəcm: 685

57Ey iman edənlər! Sizdən öncə özlərinə Kitab verilmiş olanlardan və kafirlərdən, dininizi lağ və əyləncə qəbul edən kimsələri köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Əgər möminlərsinizsə, Allahın qoruması altına girin.

58Və siz onları salaata çağırdığınız zaman onlar onu lağ və əyləncə edirlər. Bu, onların dərrakəsiz bir cəmiyyət olduqlarındandır.

59De ki: “Ey Kitab Əhli! Bizim, sadəcə, Allaha, bizə endirilənə və daha öncə endiri­lənə inanmağımız və şübhəsiz ki, sizin çoxunuzun haqq yoldan çıxanlar olduğunuza görəmi bizdən xoşlanmırsınız?”

60De ki: “Allah qatında cəzaya çarpdırılma baxımından, bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimləri kənarlaşdırmış və qəzəbinə uğratmışsa/kimlərdən meymunlar, donuzlar və şeytana sitayiş edənlər etmişsə, bax budur, bunlar mövqecə pisdirlər və doğru yoldan daha çox azmışlardır”.

61Onlar sizə gəldikləri zaman da: “İman etdik” – dedilər. Halbuki, küfr etməklə girdilər və onlar qətiliklə küfrlə çıxmışlar. Və Allah onların gizlətmiş olduqlarını ən yaxşı biləndir.

62Onlardan bir çoxunun günah işlətməkdə, düşmənçilikdə və haram yeməkdə yarışdıqlarını görərsən. Bu etdikləri şeylər nə qədər də pisdir!

63Özlərini Allaha həsr etmiş kimsələr və din bilikliləri onları günahı söyləməkdən və haram yeməkdən uzaqlaşdırmalı deyildilərmi? Edib törətdikləri şeylər nə pisdir!

64Və Yəhudilər: “Allahın əli bərkdir” – dedilər. Söylədikləri şeylərə görə öz əl­lə­ri bağlandı və onlar kənarlandı. Tam əksinə, Allahın iki əli açıqdır – dilədiyi ki­mi sərf edər. Və and olsun ki, Rəbbindən sənə endirilən onların çoxunda azğınlıq və küfrü artırar. Və Biz o Yə­hu­di­lə­rin aralarına qiyamətə qədər düşmənçilik və kin saldıq. Nə zaman döyüş/pozuculuq et­mək üçün bir atəş yandırmışlarsa, Allah onu söndürmüşdür. Və onlar yer üzündə poz­ğunçuluğa qaçarlar. Halbuki, Allah pozğunçuları sevməz.

65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə onları neməti bol olan cənnətlərə qoyardıq.

66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir!

(112/5, Maidə/57–66)

Nəcm: 686

67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz.

68De ki: “Ey Kitab Əhli! Tövratı, İncili və Rəbbinizdən sizə endirilən qaydaları həyata keçirmədikcə, heç bir şey üzərində deyilsiniz”. Şübhəsiz ki, Rəbbindən sənə endirilənlər, onların çoxunda azğınlığı və küfrü artırır. Belə isə, kafirlər qövmü üçün kədərlənmə!

(112/5, Maidə/67–68)

Nəcm: 687

69Şübhəsiz ki, bu iman edənlər, Yəhudiləşmiş insanlar, Sabiilər/təbii dindarlar və Nasranilər – kim Allaha və axirət gününə iman edər və saleh əməl işləyərsə, artıq onlar üçün heç bir qorxu yoxdur, onlar qəmgin də olmayacaqlar.

(112/5, Maidə/69)

Nəcm: 688

70,71And olsun ki, Biz İsrailoğullarının sözləşməsini aldıq və özlərinə elçilər gön­dər­dik… O zaman ki, onlara elçi, nəfslərinin xoşlamadığı bir şeyi gətirdi, bir qismini yalan saydılar, bir qismini də öldürdülər.

Və onlar bir sosial yanğın olmayacağını sandılar. Buna görə də korlaşdılar və karlaşdılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu korlaşdı, karlaşdı. Və Allah onların etdikləri şeyləri ən yaxşı görəndir.

(112/5, Maidə/70–71)

Nəcm: 689

72And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi.

73And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır.

74Hələ də onlar xətalarından Allaha dönməz və Ondan əfv diləməzlərmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

75Məryəmin oğlu Məsih, sadəcə, bir elçidir. Ondan öncə də elçilər gəlib keçmişdir. Anası da çox doğru bir qadındır. Hər ikisi də yemək yeyirdilər. Bax, onlara ayələri necə açığa qoyuruq. Sonra yenə bax, onlar necə döndərilirlər!

76De ki: “Allahın yaratdıqlarından sizin üçün zərər verməyə və faydalı olmağa güc­lə­ri yetməyən şeylərəmi qulluq edirsiniz? Halbuki, Allah çox yaxşı eşidəndir, çox yax­şı biləndir”.

77De ki: “Ey Kitab Əhli! Dininizdə haqqdan çıxıb, ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış və haqq yolun ortasından azmış bir qövmün nəfslərinə də uymayın”.

78İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndi/kənarlaşdırıldı. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. 

79Onlar etdikləri pisliklərdə bir-birlərinə mane olmurdular. Əlbəttə, etməkdə israr etdikləri şey nə pis idi!

80Onlardan bir çoxunun kafirləri tərəfkeşlik edən, qoruyan, yönləndirən qəbul etdiklərini görərsən. Təkəbbürlə­ri­nin özlərinin önünə gətirdiyi şey… Allahın onlara qəzəb etməsi, nə qədər pisdir! Onlar əzab içində də həmişəlik qalandırlar.

81Və əgər onlar Allaha, Peyğəmbərə və ona endirilənə inanmış olsaydılar, onları qoruyan, yol göstərən yaxınlar etməzdilər. Lakin onlardan bir çoxu yoldan çıxmış kimsələrdir.

82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.

83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər.

85,86Allah da onların belə dediklərinə görə, onları içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ilə mükafatlandırmışdır. Və bax budur, bu, yaxşılıq/gözəllik edənlərin qarşılığıdır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr… Bax budur, onlar cəhənnəmin əhlidir.

(112/5, Maidə/72–86)

Nəcm: 690

87Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram say­mayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz.

88Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allahın qoruması altına girin.

89Allah sizi qəsdən etmədiyiniz/ağız alışqanlığı ilə etdiyiniz andlarınız barədə sorğu-suala tutmaz. Lakin, qəsdlə etdiyiniz/sözləşdiyiniz andlarınız barədə sizi sorğu-suala tutar – onun da kəffarəsi, əhlinizə yedirtdiyinizin ən xeyirlisindən/ən yaxşı­sın­dan on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da, bir köləni azad et­mək­dir. Verəcək bir şey tapa bilməyən insan üçün isə üç gün oruc tutmaqdır. Bu, poz­duğunuz zaman andlarınızın kəffarəsidir. Və andlarınızı qoruyun. Bax budur, Allah qarşılığını ödəyərsiniz deyə, ayələrini sizin üçün belə açıqlayar.

90Ey iman edənlər! Hamr [içki/hər hansı bir yolla ağlı örtmək], qumar – hər cür asan qazanc məqsədli şans oyunu, qulluq edilən şeyləri, insanları təmsil edən işarələr – simvollar və fal oxları – bütün kəhanət vasitə və materialları ancaq şeytan işindəndir, zərər verən şeylərdir. Belə isə vəziyyətinizi qorumağınız, xilas olmağınız üçün bu şeytan işindən qaçın.

91Həqiqətən şeytan hamr və qumarla sizin aranıza düşmənçilik və kin salmaq və sizi  Allahın anılmasından, öyüdündən və salaatdan ayırmaq istər. Belə isə sonu çatmış insanlar/əl çəkmiş insanlarsınızmı?

92Və Allaha itaət edin, Elçiyə itaət edin və çəkinib tədbirli olun. Artıq əgər uzaq durarsınızsa, bilin ki, Elçimizə düşən sadəcə açıq-aşkar təbliğdir.

93İnanan və düzəltmək yönündə işlər edən insanlara Allahın qoruması altına girdikləri, inandıqları, düzəltmək yönündə işlər etdikləri, sonra Allahın qoruması altına girdikləri, inandıqları və sonra Allahın qoruması altına girdikləri və yaxşılıq/gözəllik etdikləri zaman dadmış olduqlarına görə bir məsuliyyət yoxdur. Və Allah yaxşılıq/gözəllik edənləri sevər.

94Ey iman edənlər! Qətiliklə Allah kimsəsiz yerlərdə kimin Ondan qorx­du­ğunu bildirmək üçün, sizi bir şeylə – əllərinizin və nizələrinizin çatacağı bir ov­la sınayar. Belə isə, kim bundan sonra həddi aşarsa, artıq acıqlı əzab onun üçün­dür.

95Ey iman edənlər! Siz toxunulmaz ikən/həcc vəzifəsini yerinə yetirərkən ov heyvanı öldürməyin. İçinizdən kim qəsdən onu öldürərsə, etdiyi işin vəbalını dadması üçün Kəbəyə çatacaq bir hədy/yemək olaraq hədiyyə edilən heyvan ol­maq­la, öldürdüyü heyvanın bənzəri ona cəza olacaq, buna içinizdən iki ədalətli adam hökm edər, yaxud kəffarə olaraq, acizləri doyurmaq, yaxud onun əvəzinə oruc tutmaqdır. Allah keçmişi əfv etmişdir. Lakin, kim də təkrarlayarsa, Allah yaxa­la­yıb, cəzalandıraraq, ədaləti təmin edər. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğ­lub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəza­lan­dı­ra­­raq ədaləti təmin edəndir.

96Su ovu və onun yeyilməsi, sizə və yolçulara yararlı olduğuna görə, sizə halal qılındı. Quru ovu isə, siz həcc vəzifəsi yerinə yetirdiyiniz müddətcə sizə haram edilmişdir. Və Özünə toplanacağınız Allahın qoruması altına girin.

97Allah Kəbəni – o Beyt-i Haramı, haram ayı, həcc edənlərə yemək olaraq heyvan hədiyyə etməyi və gərdənlikləri/həcc edənlərin yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələri insanlar üçün bir dikəlmə/ayağa qalxma – silkinmə, qurtuluş etdi. Bu, Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini və Allahın hər şeyi haqqı ilə bilən olduğunu sizin də bilməyiniz üçündür.

98Şübhəsiz ki, Allahın cəzasının çox şiddətli olduğunu və şübhəsiz ki, Allahın çox bağışlayan, çox mərhəmətli olduğunu bilin.

99Elçiyə düşən sadəcə təbliğdir. Və Allah açıqladığınız şeyləri və gizlətdiyiniz şeyləri bilir.

100De ki: “Hər nə qədər pisliyin [pisin, pisliyin, pis şeylərin] çoxluğu xoşunuza getsə də pis olan şeylə təmiz olan şey bir olmaz”. Belə isə, ey qavrama qabiliy­yət­lə­ri olanlar! Qurtarmağınız üçün Allahın qoruması altına girin.

101Ey iman edənlər! Açıqlandığı zaman xoşunuza gəlməyəcək olan şeylər haqqında soruşmayın/istəməyin. Əgər onlardan Quran endirilərkən soruşarsınızsa/istəyərsinizsə sizə açıqlanar. Allah onlardan keçmişdir, onları bağışlamışdır. Və Allah çox bağışlayan və çox yumşaq davranandır.

102Şübhəsiz, sizdən öncə gələn bir camaat bunları soruşmuşdu/istəmişdi, sonra da onlar Allahın tanrılığını və rəbbliyini qəbul etməyənlər oldular.

(112/5, Maidə/87–102)

Nəcm: 691

103Allah bahirədən, saibədən, vasilədən və hamdan heç birini məsləhət görməmişdir. Ancaq kafirlər, Allah haqqında yalan düzüb, uydururlar. Və onların bir çoxunun ağlı çatmaz.

104Və onlara: “Allahın endirdiyinə və Elçiyə gəlin” – deyildiyi zaman: “Atalarımızı üzə­rində gördüyümüz şey bizə yetər” – dedilər. Ataları bir şey bilməyən və bələdçi­lə­nən doğru yolu tapmayan insanlar olsadamı?

(112/5, Maidə/103–104)

Nəcm: 692

105Ey iman edən kimsələr! Hər kəs özünə cavabdehdir. Siz, bələdçiləndiyiniz doğru yola girdiyiniz zaman azan insanlar sizə zərər verə bilməzlər. Hamınızın dönüşü Allahadır. Sonra da O, etmiş olduğunuz şeyləri sizə xəbər verəcəkdir.

(112/5, Maidə/105)

Nəcm: 693

106Ey iman edənlər! İçinizdən birinə ölüm hazır olduğu zaman, vəsiyyət əsna­sın­da aranızda öz içinizdən olan ədalət sahibi iki nəfər şahidlik etsin. Yaxud yer üzündə yolçuluğa çıxmısınızsa, sonra da ölümün müsibəti sizə gəlib çatıbsa, sizdən ol­ma­yan iki nəfərdir. Əgər şübhəyə düşərsinizsə, salaatdan sonra onları gözlədər­si­niz. Son­ra da onlara: “Əqrəba belə olsa, andı bir mənfəət müqabilində satmayacağıq, Allahın şa­hid­liyini gizlətməyəcəyik. Əks halda günahkarlardan olarıq” – deyə Allaha and iç­di­rər­siniz.

107Sonra da əgər o iki şahidin bir günah işlədikləri anlaşılarsa, ölənə daha yaxın olan haqq sahiblərindən digər iki nəfər onların yerinə keçər və: “Bizim şahidliyimiz, o öncəki iki nəfərin şahidliyindən daha doğrudur və biz kimsənin haqqına təcavüz etmədik. Əks halda biz səhv davrananlardan/öz zərərlərinə iş edənlərdən olarıq” – deyə Allaha and içərlər.

108Bax budur, belə bir and şahidliklərini üsuluna uyğun etməkləri, yaxud andlarından sonra andlarının qəbul edilməməsindən qorxmaqları üçün ən yaxın/ən yaxşı yoldur. Allahın qoruması altına girin və qulaq asın. Və Allah haqq yoldan çıxanlar qövmünə bələdçilik etməz.

(112/5, Maidə/106–108)

Nəcm: 694

109Allah elçiləri toplayacağı gün belə deyəcək: “Sizə verilən cavab nədir?” Onlar: “Bizim heç bir biliyimiz yoxdur. Şübhəsiz ki, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən” – dedilər.

110Həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənin üzərində və ananın üzərində olan nemətimi xatırla! Həmçinin Mən səni Allahın vəhyi ilə gücləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetişkin biri olaraq, insanlarla danışırdın. Həmçinin sənə Kitabı – haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları, Tövratı və İncili öyrətmişdim.

Həmçinin mənim iznim ilə/biliyim ilə palçıqdan/gildən (keramikadan) quş kimi bir şey (Buxurdan) düzəldirdin. Sonra da onun içinə üfləyirdin/aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan/aşılayan həşəratlar) mənim iznim ilə quş olurdu/tezliklə gedirdilər. Anadangəlmə kor olanı və cüzam xəstəliyinə yaxalanmış olanı iznim ilə/biliyim ilə yaxşılaşdırırdın. Yenə mənim iznim ilə/biliyim ilə sosial ölüləri çıxarırdın/canlandırırdın. Və həmçinin İsrailoğullarına açıq-aşkar dəlillərilə gələrək, onlardan Allahın tanrılığına və rəbbliyinə inanmayanların: “Bu, ancaq açıq-aşkar bir sehrdir” – dedikləri zaman səni onlardan qorumuşdum.

111Və həmçinin həvarilərə: “Mənə və Elçimə inanın” – deyə vəhy etmişdim. Onlar: “İnandıq!” və “Bizim həqiqətən müsəlmanlar olduğumuza şahid ol” – demişdilər.

112Həmçinin həvarilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?”– demişdilər. İsa: “Əgər iman edənlərsinizsə, Allahın qoruması altına girin” – demişdi.

113Həvarilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz yaxşıca sakitləşsin, sənin bizə doğru söylədiyini bilək və biz də buna şahidlərdən olaq” – dedilər.

114Məryəm oğlu İsa: “Allahım, Rəbbimiz! Bizim üzərimizə, bizim üçün, bizdən əvvəlkilərimiz və sonrakılarımız üçün bir bayram və Səndən bir əlamət/nümunə olaraq, göydən bir süfrə endir. Və bizi ruziləndir. Və Sən, ruzi verənlərin ən xeyirlisisən!” – dedi.

115Allah dedi ki: “Şübhəsiz, Mən onu sizə endirənəm. Artıq bundan sonra sizdən kim inanmazsa, Mən onu aləmlərdən heç kimsəyə etməyəcəyim bir əzabla əzablandıracağam”.

116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi.

119Allah dedi ki: “Bu, doğru insanlara doğruluqlarının faydalı olduğu gündür. Onlar üçün, içində sonsuz qalanlar olaraq, altlarından çaylar axan cənnətlər vardır”. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu, ən böyük qurtuluşdur.

120Göylərin, yer üzünün və bunların içində olan hər şeyin sahibliyi, idarəçiliyi yalnız və yalnız Allahındır. Və O, hər şeyə qadirdir.

(112/5, Maidə/109–120)

TƏHLİL:

1Ey iman edənlər! Sözləşmələri yerinə yetirin. Siz toxunulmaz ikən [həcc/yüksək ilahiyyat təhsilini davam edərkən] ov etməyi halal etməyərək, qeyd edilənlər istisna olmaqla, dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların qüsursuzları/gərdənliksizləri sizə halal qılındı. Şübhəsiz ki, Allah dilədiyini hökm edər, dilədiyi qanunu qoyar.

2Ey iman edənlər! Allahın əlamətlərinə, haram aya, hədyə/həcc edənlərə yemək yollamağa, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin/yüksək ilahiyyat təhsili almaq üçün orada olanların yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələrinə] və Rəbbindən lütf və rıza gözləyərək Beytül-Harama/həcc vəzifəsini icra etmək istəyənlərə hörmətsizlik etməyin. Toxunulmazlığınız qalxdığında/həcc vəzifəniz bitdiyində isə ov edin. Sizi Məscid-i Haramdan döndərdiklərinə görə, bir qövmə qarşı olan kininiz sizi hücum etməyə da sövq etməsin. Və “yaxşı insan” olmaq və Allahın qoruması altına girmək naminə birləşin, günah və düşmənçilik naminə birləşməyin. Və Allahın qoruması altına girin. Heç şübhəsiz, Allah əzabı/qovuşdurması çox çətin olandır.

Tamamilə açıq olan bu ayələrdə bir sıra əmrlər verilir, prinsiplər müəyyən edilir və Möminlərə bunlara dəqiqliklə əməl etmələri əmr edilir. Əksinə davrananların isə cəzalandırılacağı təhdidkar ifadələrlə bəyan edilir. Burada ortaya qoyulan prinsiplər belə sıralana bilər:

  • Möminlər sözləşmələri yerinə yetirməlidirlər;
  • Möminlər Həcc əsnasında ov etməməlidirlər; (Həcci icra etdikdən sonra ov edə bilərlər.)
  • Quranda qadağan olunanlardan başqa, Ənamın [dörd ayaqlı, iki dırnaqlı, gövşəyən və ot yeyən heyvanların] qüsursuzları/gərdənliksizləri Möminlərə halaldır, onlardan yeyə bilərlər;
  • Möminlər Allahın əlamətlərinə, haram aya, hedylərə, gərdənliklərinə və Rəbblərindən lütf və rıza gözləyərək Beytul-Haramı [Kəbəni] qəsd edənlərə [Həcc öhdəliyi etmək istəyənlərə] sayğısızlıq etməməlidirlər;
  • Möminlər özlərini Məscid-i Haramdan çevirənlərə duyduqları kinə görə təcavüzkarlıq etməməlidirlər;
  • Möminlər yaxşılıq və təqva barəsində yardımlaşmalı, günah və düşmənçilik barəsində yardımlaşmamalıdırlar;
  • Möminlər Allaha təqvalı davranmalıdırlar.

Göründüyü kimi, bu prinsiplərin ilki sözləşmələrin yerinə yetirilməsidir. Quran, bunun üzərində həssasiyyətlə durmuş (Bəqərə/40, 177; Maidə/89; Nəhl/91; Möminun/8; Fələq/1-5) və bunu təkrar-təkrar vurğulamışdır.

“Şəairillah” kəlməsi, xüsusi mənasıyla “böyük baş heyvanlar”ı, ümumi mənasıyla isə “yer üzündəki bütün varlıqlar”ı əhatə edər. Beləliklə, Allah insanlardan, böyük baş heyvanlara qayğı göstərmələrini və canlısı-cansızı ilə təbiətə zərər verməmələrini istəmişdir. Həmçinin, böyükbaş heyvanların şəair olduğu xüsusunda Həcc/36-ya baxıla bilər.

Ayədə “Sizə Ənam halal qılındı” deyilməyib, بهيمة [bəhimə] sözü ilə izafət edilərək “Sizə bəhimətil-Ənam halal qılındı” deyilmişdir. Bu tərkibdə, ümumiyyətlə özlərini görməməzliyə qoyaraq, ifadəni “Sizə Ənam halal qılındı” deyə çevirərək bu günümüzə qədər gətirib çıxarmışlar. Ənam sözü haqqında daha əvvəl (Ənam/141-145; Nəhl/5-8 və Ya Sin/71, 72) açıqlama etmişdik.

Bəziləri, bəhimə kəlməsinə “ceyran, vəhşi sığır”, “Ənamın qarnındakı balaları” kimi mənalar yükləmişlər. Bu tərkibin doğru anlaşıla bilməsi üçün sözün mənası yaxşı bilinməlidir:

Bəhimə. بهيم [bəhim] “tək rəng olub, içinə ağ, qara və s. kimi başqa rəng qarışmamış olan” deməkdir. Ayın heç doğulmadığı üç gecəyə بُهَم [bühəm] deyilir. Əbu Ubeyd belə demişdir: “بُهم [bühm] korluq, çaşlıq, axsaqlıq, qaşınma kimi xəstəliyi olmayan” deməkdir [1] ki, bu da “qüsursuz, ləkəsiz, damğasız” deməkdir. Buradan gələn mübhəm sözü də “üzərinə heç bir işarə qoyulmamış, ləkə sürtülməmiş, damğa vurulmamış, ona görə də anlaşılmayan, içindən çıxılmayan, kimə aid olduğu bilinməyən” deməkdir.

Buradan hərəkətlə bəhimətil-Ənamı iki şəkildə anlamaq mümkündür:

  1. A) Bəhimətil-Ənam “damğasız, gərdənliksiz olan [Həcc üçün hədiyyə edilməmiş, təsis edilməmiş, işarə qoyulmamış] heyvanlar”.

Bu halda, məna belə olur: Həcc öhdəliyini yerinə yetirənlər gərdənliklilərdən yemək məcburiyyətində deyillər, işarəsiz olanlardan da yeyə bilərlər.

  1. B) Burada söhbət Ənamın/heyvanın bəhimliyindən gedir [ləkəsizlik və damğasızlığından], yəni “sağlam olmasından, kor, topal, qaşınma və s. olmaması”ndan. Buradan da Həcc əsnasında yoluxucu xəstəliyə məruz qalmamaq, sağlığı qorumaq üçün bu heyvanların ən sağlamlarının yeyilməsinin məsləhət görüldüyü anlaşılır. Həcc şəraiti sıxlıq olduğuna görə, insan və ətraf mühitin sağlamlığı sarıdan bu məna tərcihə daha uyğundur.

3Sizə leş, qan, donuzun əti, Allahdan başqasının adı anılaraq kəsilən, boğulmuş, vu­rul­muş, yuxarıdan düşmüş, buynuzlanmış, yırtıcı heyvanların yeyərək buraxdığı və can­lı ikən kəsmədikləriniz, dikili daşlar üzərində boğazlananlar və fal oxları ilə qis­mət axtarmağınız haram qılındı. Bunların hamısı doğru yoldan çıxmaqdır. Bu gün bu kafirlər, si­zin dininizdən ümidsizliyə düşmüşlər. Belə isə, onlara hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyun. Bu gün di­ni­ni­­zi sizin üçün kamala çatdırdım, sizə nemətimi tamamladım. Sizə din olaraq isə, İs­la­ma razı oldum. Artıq kim günaha istəyərək yönəlmədən, son dərəcə aclıq içində, dar­da qalarsa, bilsin ki, şübhəsiz, Allah qullarının günahlarını çox örtən, onları cəzalan­dır­mayan və bol-bol bağışlayan, əngin mərhəmət sahibidir.

Bu ayədə ilk öncə yeyilməsi haram olanlar bildirilir. Bunlar leş [qanı axıdılmadan ölmüş heyvanlar], qan, donuz əti, Allahdan başqasının adı anılaraq kəsilənlər [davar, sığır və dəvə], boğulmuş, vurulmuş, yuxarıdan düşmüş, buynuzlanmış, yırtıcılar tərəfindən yeyilərək, canlı ikən kəsilməmiş, dikili daşlar üzərində boğazlanmış və fal oxlarıyla qazanılmış heyvanlardır. Ancaq məcburiyyət [ölüm və orqanın zay olması] hallarında problemi aradan qaldıracaq ölçüdə bunlardan yeyilməsində problem yoxdur.

Yeyilməsi haram olanlarla əlaqədar hökm Ənam, Bəqərə, Həcc və Nəhl surələrində də yer almışdı. Bu mövzu Ənam surəsində geniş təqdim edilmişdir:

  • 145De ki: “Mənə vəhy olunanda, onları yeyənlər üçün leş və ya axıdılmış qan, yaxud do­nuzun əti ki, şübhəsiz, donuzun əti kirlidir, narahatlıq verəndir, yaxud Allahdan baş­qası üçün kəsilmiş bir haqq yoldan çıxma nümunəsi olanlardan başqa, haram edil­miş bir şey tapa bilmirəm. Artıq kim, çarəsiz qalarsa, azğınlıq etməmək və zəru­rət həddini aşmamaq şərtilə, bunlardan yeyə bilər”. Bax budur, şübhəsiz ki, sənin Rəb­bin çox bağışlayandır, çox mərhəmət edəndir. (Ənam/145)

Ayədəki İstisna اِلَّا مَا ذَكَّيْتُمْ. Mövzumuz olan Maidə/3-cü ayəsində yer alan “illâ mâ zəkkəytum اِلَّا مَا ذَكَّيْتُمْ” istisnası ümumiyyətlə, “yırtıcı heyvanların yediklərindən” əldə edilən, yırtıcı heyvanların yeyərək hələ ölməmiş heyvanların qalan hissəsi” olaraq ələ alındı. Bu mövzuda “boğulmuş” sözündən “Yırtıcı heyvanların parçalamış olduğu” sözünə qədər keçən ifadələrin tamamından istisnadır”; “sadəcə yırtıcı heyvanların parçaladığı sözünə aiddir”; “Lakin bu sayılanlardan başqa kəsdiklərinizə gəlincə, onların ətləri halaldır”; “Yuxarıda sayılanlar sizə haram qılınmışdır. Ancaq, sizin kəsməyiniz haram deyildir. Belə ki, bu sizə halaldır” tərzində görüşlər də irəli sürüldü. [2]

Rəbbimiz yeyilməsini qadağan etdiyi qidaların ricsliyi – insanlara zərərli olmaları ya da fisq; şirk, günah, nifaq olmaduqlarına görə haram etmişdir. Bu mövzudan daha əvvəl bir çox yerdə bəhs edilmişdir.

ذكا Zəka – تذكية Təzkiyə.  (ذ Zel hərfiylə bu söz, Quranda sadəcə bu ayədə (Maidə/3) tək bir dəfə yer alır.)

Maidə/3-cü ayədə yer alan “ذكيتم zəkkəytum” sözünün kökü “ذ z ك k و v”dir.    ذ Z  ك K  و V” sözünün əsl mənası “hər hansı bir şeyin tamamlanması” deməkdir ki, bu istiqamətdən hərəkətlə “Sönmək üzrə olan atəşin canlandırılması” mənasında işlədilmişdir. Ərəblər küləyin artmasıyla gözəl qoxu yaymasını, insanın çaşqınlıqdan, sadəlövhlükdən xilas olmasını da bu sözlə ifadə edərlər. Həmçinin “Torpağın zəkatı quru olanıdır” deyərlər. Yaş, rütubətli torpağın təmiz olmaya biləcyini qəbul edərlər.

Bu sözün “ذُكوة zükvə” qəlibi “alovu parıldayan qor parçası” deməkdir.

Bu sözün “ذكا zəkâ” və “ذكىّ zəkiy” qəlibləri “qıvraq anlayışı; tez və asan qavramağı” ifadə edər.

“كل ذبح ذكوة Kullu Zəbhın zəkâtün (hər kəsilən heyvan təmiz və işə yararlıdır” deyilir. (Lisan, TAC; ذ z ك k و v mad)

Bu sözün “ذكّا zəkkâ (ذكّو zəkkəvə)” qəlibi (تفعيل təf’ıyl babı), ümumi qaydaya uyğun olaraq “canlandırmaq, yaxşı-yaxşı təmiz, yararlı hala gətirmək” mənasındadır.

Belə olmasına baxmayaraq sözün “ذبح zbh (kəsmə)” mənasında ələ alınması yanlışdır. Belə ki, bu sözün “kəsmə” mənasında işlənildiyinə vəsait edilən “Cəninin zəkatı anasının zəkatıdır” deyimidir. Buna “Hamilə heyvan (məsələn, qoyun) kəsildiyi zaman anasının qarnından çıxan bala da kəsilmiş olur” mənası verilmişdir ki, bu, çox səhvdir. Halbuki burada ifadə edilmək istənilən, “anası işə yararlı; yeyiləcək təmizlikdəd, qarnından çıxan bala da işə yararlı; yeyiləcək təmizlikdə olur” mənasıdır.

Ragıbın Müfrədatdakı “Təzkiyə”yə “ŞƏR’İ dildə “həyata müəyyən bir şəkildə son verməyə təsis edilmişdir” bəyanı (Müfrədat ذ z ك k و v mad.) bilərəkdən işlənmiş bir cinayətdir. Bu sözün mənasını dilçilərin deyil, hər kimsələrdirlərsə, din adamlarının pozduğunun da etirafıdır. Bu söz dində “kəsmə” mənasında işlədiləcəksə, bu Allah tərəfindən edilmiş olmalı və Quranda açıqlanmış və başqa nümunələrlə də göstərilmiş olmalı idi. Bir başqa nöqtə də yuxarıda nümunəsini verdiyimiz “Küllü zebhın zəkatün” ümumi qaydasında “ذبح zebh” və “ذكوة zəkât” ayrı-ayrı yer almış olmasıdır. Əgər iki söz də eyni mənada olsaydı, belə bir cümlə qətiyyən qurula bilməzdi; qurulması isə mənasız və məntiqsiz olardı.

Xülasə, ayədəki “ذكّيتم zəkkəytum” ifadəsi, kök mənası istiqamətində “təmizləyə bildikləriniz, zərərinin qarşısını ala bildikləriniz, işə yararlı hala gətirə bildikleəriniz” deməkdir.

Ayədəki “Allahdan başqası üçün təsis edilmiş olan”ın təmizlənməsi; işə yararlı hala gətirilməsi, yeyilməsinin halal olması, o heyvanın kəsilməzdən əvvəl təsisdən vaz keçilməsiylə həyata keçir.

Bizim qənaətimizə görə isə buradakı istisna “Hurrimə” felindən edilməkdə və ayədə haramlığı sayılan rics; insanlara zərərli maddələrin hamısını əhatə edir. Qısacası, illət ortadan qalxınca hər şeydə olduğu kimi, burada da hökm dəyişməkdədir, yəni ayədə “Sizə leş, qan, donuzun əti, Allahdan başqası üçün təsis edilmiş olan, boğulmuş, vurulmuş, yuxarıdan düşmüş, buynuzlanmış, yırtıcı heyvanların yedikləri, (bunlardan (donuzun əti də daxil) təmizləyə bildikləriniz, zərərinin qarşısını ala bildikləriniz xaric) dikili daşlar üzərində boğazlananlar və fal oxlarıyla qismət aramağınız haram qılındı” deyilir.

Ayədə dikili daşlar üzərində boğazlananlar və fal oxlarıyla qismət aramağınız haram qılındı buyurularaq yeyilməsi qadağan olunan iki qazanca toxunulur. Bunlar, o günün ərəblərinin qazanc vasitələridir. Bu xüsusda qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Dikili daşlar dikinə qoyulub, özünə ibadət olunan və kəsilən heyvanların qanlarının üzərinə boşaldıldığı bir daşdır.

Mücahid deyir ki: “Dikili daşlar Məkkə ətrafında üzərlərində heyvan kəsdikləri daşlardı. İbn Cüreyc deyir ki: Ərəblər Məkkədə davarlarını kəsər və qanlarını evin ön tərəfinə doğru səpərdilər. Əti parçlayar və bu daşlar üzərinə buraxırdılar. İslam gəlincə müsəlmanlar Peyğəmbərə (s.ə.s) belə dedilər: “Bu cür davranışlarla Beyti təzim etməyə biz daha layiqik”. Peyğəmbər (s.ə.s) bunu sanki məkruh görmədi. Bundan sonra uca Allah da onların [qurbanların] ətləri və qanları Allaha çatmaz(Həcc/37) buyuruğunu endirdiyi kimi, Dikili daşlar üzərində boğazlananlar… buyuruğu da nazil oldu. [3]

Fal Oxları [Ezlam]. Ərəblərin ezlamı üç cür idi:

  1. A) Hər kəsin öz adından etdiyi 3 ox idi. Bunlardan birincisinin üzərində “et”, ikincisinin üzərində “etmə” yazılı idi. Üçüncüsündə isə heç bir yazı yox idi. Adam bu oxlarını üstündə daşıdığı bir torbaya qoyardı, hər hansı bir işi etmək istədikdə, əlini torbaya salardı ki, oxlar bir-birinə bənzəyərdilər, çıxan oxa görə o işi edər və ya etməzdi. Əgər üzərində heç bir yazı olmayan oxu çəkəcək olursa, təkrar ox çəkərdi. Budur Peyğəmbər (s.ə.s) ilə Hz. Əbu Bəkr hicrət etdikləri sırada onları təqib edən Suraka b. Malik b. Cuşumun çəkdiyi fal oxları bunlardır.
  2. B) Kəbənin içində Hubelin yanında olan 7 dənə ox idi. Bunların üzərində insanlar arasında meydana gələn müxtəlif hadisələr yazılı idi.

Bu oxun hər birisi üzərində bir yazı var idi. Bunlardan birisi üzərində diyet ilə əlaqədar xüsuslarda “diyet” yazılı idi. Bir digərində “sizdəndir”, bir başqasında “sizdən başqalarındandır”, bir digərində isə “sizin aranızda nə nəsəbi vardır, nə də andlaşması vardır” mənasında “mulsaq” ifadəsi yazılı idi. Digərlərində isə sulara dair hökmlər və başqa şeylər yazılı olurdu. Budur, Abdulmuttalibin uşaqları arasında çəkdiyi püşk bu qəbildəndi. O, on uşağı olduğu təqdirdə birisini boğazlamağı qurban demişdi. Buna dair məşhur xəbəri İbn İshak zikr etmişdir. Yenə bu yeddi ox, eyni şəkildə Kəbədə Hubelin yanında olduğu şəkildə hər bir ərəb kahini və hakimi yanında da olurdu.

  1. C) Sayları 10 dənə olan qumar oxlarıydı. Bunlardan yeddisinin üzərində cizgilər olurdu. Üç dənəsi isə boşdu. Bu oxları qumar oynamaq, oyalanmaq və oyun olsun deyə çəkərdilər. Aralarında ağlı başında olanlar, qışda soyuqların artdığı və iş görüb, məslək icra etmək imkanı olmadığı zamanlarda yoxsul və heç bir şey tapa bilməyənlərə (bu yolla) yemək yedirtmək məqsədini güdərdilər. [4]

Onlardan birisi səfərə çıxmaq və ya döyüşmək, yaxud ticarət etmək, ya da evlənmək və yaxud da əhəmiyyətli hər hansı bir iş etmək istədiyində qismət və fal oxu çəkərdi. Onlar bu oxların bir qisminə “Mənə Rəbbim əmr etdi”, bəzisinə “Məni Rəbbim rədd etdi” deyə yazmışlar, bir qismini də boş buraxmışdılar. Əmr yazılan ox çıxarsa, o adam o işi edər; rədd yazılan ox çıxardısa etməzdi… Əgər boş ox çıxardısa, yenidən ox çəkilərdi… Fal oxları çəkərək qismət tələb etməyin mənası isə, o oxları çəkərək, o işin xeyirmi, şərmi olduğunu öyrənmək üçün idi. [5]

Yeyilməsi qadağan olunan qidaların açıqlanmasından sonra Allah İslamı Müsəlmanlara din olaraq seçdiyini və onların üzərinə nemətini tamamladığını və dinlərini kamala çatdırdığını və Bu gün bu kafirlər, si­zin dininizdən ümidsizliyə düşmüşlər. Belə isə, onlara hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayın. Mənə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyun ifadəsiylə də artıq kafirlərin dini yox etməkdən ümidlərini kəsdiklərini bildirir.

Burada tamamlandığı ifadə edilən nemət iqtisadi və ictimai nemətlər deyil, “hidayə neməti”dir.

4Səndən özlərinə nəyin halal qılındığını soruşurlar. De ki: “Sizə yaxşı və təmiz şeylər və Allahın sizə öyrətdiyindən təlim verərək, yetişdirdiyiniz ovçu heyvanların ovladıqları halal qılındı”. Artıq onların sizin üçün etdiklərindən yeyin və üzərində Allahın adını anın və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir.

5Bu gün sizə yaxşı və təmiz şeylər halal qılındı. Kitab verilənlərin yeməyi sizə, si­­zin də yeməyiniz onlara halaldır. Möminlərdən azad qadınları və həmçinin siz­dən öncə öz­lə­rinə Kitab verilənlərdən olan azad qadınları nikahlayaraq qoruma al­tı­na almaq, zina etməmək və gizlicə dostlar etməmək şərti ilə, özlərinə me­hirlərini ödədiyiniz hallarda sizə halal qılındı. Kim imanı tanımayıb küfr edərsə, artıq qətiliklə onun etdiyi boşa getmişdir və o, axirətdə itkiyə/zərərə uğrayıb, acı çəkənlərdəndir.

Bu ayə qrupunda da öncə yeməli qidalar haqqında soruşulan bir suala cavab verilərək müəyyən prinsiplər bəyan edilir:

  • Sizə tayyibat [yaxşı və təmiz şeylər] və Allahın sizə öyrətdiyindən öyrədərək yetişdirdiyiniz ovçu heyvanların ovları halal qılındı. Artıq onların sizin üçün tutduqlarından yeyin və üzərinə Allahın adını anın və Allaha təqvalı davranın. Şübhəsiz, Allah hesabı lap tez görəndir.
  • Özlərinə kitab verilənlərin yeməyi möminlərə, möminlərin də yeməyi kitab verilənlərə halaldır. Möminlərdən muhsan [azad, müstəqil] qadınlar ilə özlərinə kitab verilənlərdən muhsan [azad] qadınlar da, nikahlayaraq muhsanlaşdırmaq, zina etməmək və gizli dost tutmamaq şərtilə, ödənişlərini [mehirlərini] ödədikləri təqdirdə möminlərə halaldir.
  • İmanı tanımayıb küfrə azanın etdiyi boşa getmişdir və o axirətdə hüsrana uğrayanlardandır.

5-ci ayədəki Kim imanı tanımayıb küfr edərsə, artıq qətiliklə onun etdiyi boşa getmişdir və o, axirətdə itkiyə/zərərə uğrayıb, acı çəkənlərdəndir ifadəsi, Əhl-i Kitab bir qadınla evlənən müsəlman kişinin, xanımının təsiriylə inancından dönə biləcəyi təhlükəsinə qarşı möminlərə bir xəbərdarlıqdır.

6Ey iman edənlər! Salaata doğru qalxdığınız/cəmiyyət içinə çıxdığınız za­man dərhal üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun. Başlarınızı və iki topuğa qə­dər ayaqlarınızı əl ilə silin. Və əgər cünub/həddindən artıq şəhvət səbəbindən ağ­lı­nız başınızda olmayacaq vəziyyətdəsinizsə təmizlik üstünə təmizlik edin [cinsi ehtiyacınızı təmin edin və yuyunın]. Və əgər xəstəsinizsə, yaxud yolçusunuzsa, yaxud sizlərdən biriniz tualetdən gəlmişsə, yaxud qadınlarla təmaslaşmışsa/cinsi əlaqəyə girmişsə, sonra da su tapmamışsa, dərhal təmiz bir torpağa yönəlsin. Sonra da təmiz torpaqdan üzünüzü və əllərinizi əl ilə silin. Allah sizə hər hansı bir çətinlik çıxarmaq istəməz, lakin, sizi təmizləmək və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün üzərinizdəki nemətini tamamlamaq istəyər.

7Və Allahın üzərinizdəki nemətini və: “Eşitdik, itaət etdik” – dediyinizdə sizdən al­dı­ğı, Özü ilə sözləşdiyiniz, “qəti sözləşmə”ni xatırlayın. Və Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah qəlblərin içindəkini çox yaxşı biləndir.

Bu ayədə İslam dininin təməl prinsiplərindən olan salaata qatılmanın şərtləri və salaatın icrasının hədəfi açıqlanır. Buna görə:

  • Möminlər salaat [təlim-təhsil, sosial yardım çalışması] üçün qalxdıqları zaman üzlərini və dirsəklərə qədər əllərini yumalı, kirli, tozlu olmamalıdırlar;
  • Başlarını və iki topuğa qədər ayaqlarını da əlləriylə silərək toz-torpaqdan arındırmalıdırlar.

Bunu müasirləşdirsək, saçlarını daramalı, ayaqqabılarını boyamalı, varsa başlarındakı sarığı düzgün sarmalı, çirkin və dağınıq bir halda buraxmamalıdırlar.

  • Möminlər salaata şəhvəti qabarıq olaraq qatılmamalı, şəhvəti qabarıq olanlar öncə şəhvətlərini təmin etməli, sonra da yuyunaraq təmizlənmiş halda salaata qatılmalıdırlar;
  • Xəstə, yaxud səfər vaxtı [olduğu yerdə qərib] olan, yaxud tualetdən gələn, yaxud cinsi əlaqəyə girən və su tapa bilməyən möminlər təmiz bir torpağa yönəlməli və onunla [təmiz torpaqla] üzlərini və əllərini ovalayıb silməlidirlər;
  • Möminlər salaat məhəllində Allahın üzərlərindəki nemətini və “Eşitdik, itaət etdik” demələrinin nə mənaya gəldiyini; imanın vacibi olaraq nə etməli olduqlarını xatırlamalı və Allaha təqvalı davranmalıdırlar.

Burada bəhs edilən salaat namaz deyil, “maddi və zehni yöndən cəmiyyətə dəstək olmaq, cəmiyyəti aydınlatmaq, cəmiyyətin problemlərini öhdəyə götürmək/həllinə cəhd etmək və aradan qaldırmaq”dır. Bu mövzuya dair Ənkəbud surəsində etdiyimiz açıqlamaya baxmaq olar. [6]

Salaata qatılma şərtləri, Nisa surəsində də zikr edilmişdi:

  • 43Ey iman edənlər! Sərxoş ikən, nə söylədiyinizi bilincəyə qədər, cünub ikən də, yolçu olanlar istisnadır, yuyunub təmizlənincəyə qədər, salaata yaxınlaşmayın/cəmiyyət içinə çıxmayın. Əgər xəstəsinizsə və ya yolçusunuzsa, yaxud biriniz tualetdən gəldinizsə və ya qadınlarla təmaslaşdınızsa, su da tapa bilməmisinizsə, o zaman, dərhal tərtəmiz bir torpağa yönəlin. Sonra da üzlərinizi və əllərinizi əl ilə silin. Şübhəsiz ki, Allah çox əfv edəndir, çox bağışlayandır. (Nisa/43)

Cünubluq və məsh ilə əlaqədar detal üçün Nisa/43-ün təhlilinə baxıla bilər. [7]

6-cı ayədəki و ارجلكم [və ərculəkum] ifadəsi əllərinizi və ayaqlarınızı yuyun bölməsinə aid edilərək, mənsub şəkildə ərculəkum şəklində oxunduğu kimi, başlarınızı məsh edin ifadəsinə aid edilərək ərculikum şəklində də oxunmuşdur. Birinci şəklə görə ayaqların yuyulması, ikinci şəklə görə məsh edilməsi anlaşılır. Məsələyə dilçilik qaydaları sarıdan baxıldığında, ayaqların məsh edilməsi tərcih edilməlidir.

7-ci ayədə isə, salaatda nələrin ediləcəyi ifadə edilir.

  • 200–203Sonra da Allaha dair vəzifələrinizi yerinə yetirdiyinizdə tamamilə, atalarını­zı andığınız kimi, hətta daha qüvvətli bir anmaqla, Allahı anın. Və Allahı sayı bəlli olan günlər­də anın. Artıq kim iki gün içində təcili edərsə, ona günah yoxdur. Kim də təxirə salarsa, ona da günah yoxdur. Bu, Allahın qoruması altına girmiş insanlar üçündür. Allahın qoruması altına girin və şübhəsiz, özünüzün Ona toplanacağınızı bilin. 199Sonra da insanların axıb gəldiyi yerdən, siz də axıb gəlin və Allahdan bağışlanma istəyin. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. Bax budur, insanlardan bəziləri: “Ey Rəbbimiz! Bizə dünyada ver!” – deyən insanlardır. Onun üçün də onlara axirətdə haqq etdikləri bir pay yoxdur. (Bəqərə/200-202, 199)

8Ey iman edənlər! Allah üçün haqqaniyyəti dik tutan şahidlər olun. Və bir qövmə olan kininiz, sizi ədalətsizlik etməyə sürükləməsin. Ədalətli olun, ədalətli olmaq, Allahın qoruması altına girməyə daha yaxındır. Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır.

9Allah iman edən və düzəltmək yönündə işlər edən kimsələrə vəd etmişdir: “Bağışlanma və böyük mükafat yalnız və yalnız onlaradır.

10İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə, bax budur, onlar cəhənnəmin əhlidir.

11Ey iman edənlər! Allahın sizin üzərinizdə olan nemətini xatırlayın. Həmçinin bir tayfa sizə əl uzatmağa çalışmışdı və Allah onların əllərini sizdən çəkmişdi. Və Allahın qoruması altına girin. Artıq möminlər də işin sonunu yalnız və yalnız Allaha həvalə etsinlər.

İnananlara xitab edən bu ayələrdə bəzi prinsiplər bildirilmiş, ardından da iman və əməl sahiblərinin mükafatlandırılacağı, küfr və günah sahiblərinin cəzalandırılacağı xəbərdarlığı edilmişdir:

  • Möminlər Allah üçün haqqaniyyəti fəaliyyətdə tutan şahidlər olmalıdır.
  • Bir cəmiyyətə duyduqları kin Möminləri ədalətsizliyə sürükləməməlidir.

Bu xüsus, surənin 2-ci ayəsində də Sizi Məscid-i Haramdan döndərdiklərinə görə, bir qövmə qarşı olan kininiz sizi hücum etməyə da sövq etməsin. Və “yaxşı insan” olmaq və Allahın qoruması altına girmək naminə birləşin, günah və düşmənçilik naminə birləşməyin. Və Allahın qoruması altına girin. Heç şübhəsiz, Allah əzabı/qovuşdurması çox çətin olandır deyilərək vurğulanmışdı.

  • Möminlər ədalətli olmalıdır, ədalətli olmaq təqvaya daha yaxındır;
  • Möminlər Allaha təqvalı davranmalıdır;
  • Allah edilənlərdən xəbərdardır, iman edən və salihatı işləyənlərə mağfirət və böyük mükafat vəd etmişdir. İnkar edən və Allahın ayələrini yalanlayanlar isə cahimin əshabıdır;
  • Möminlər Allahın üzərlərindəki nemətini heç ağıllarından çıxarmamalı, xüsusilə də, özlərinə əl uzatmağa cəhd edən bir topluluğun əllərini özlərindən çəkməsini və özlərini qorumasını heç unutmamalıdırlar. İşarə edilən hadisə Hudeybiyədə cərəyan edən və Fəth surəsində bəhs edilən hadisədir:
  • 20,21Və Allah sizə alacağınız bir çox qənimətləri və sizin gücünüzün yetmədiyi, amma Allahın sizin üçün ehtiva etdiyi başqa şeyləri, siz yararlanasınız və möminlərə bir əlamət olsun, Allah sizi ən doğru yola bələdçiləsin deyə, vəd etmişdir. Bax budur, Allah bunu sizə dərhal vermiş və insanların əllərini sizdən çəkmişdir. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.
  • 22,23Və əgər kafirlər sizinlə döyüşsəydilər, qətiliklə, Allahın əvvəldən bəri gələn qanunu/tətbiqatı olaraq arxaya dönüb qaçardılar. Allahın qanununda qətiyyən bir dəyişiklik tapa bilməzsən. Sonra bir yol göstərən, qoruyan yaxın və köməkçi də tapa bilməzdilər.
  • 24,25Və Allah sizi onlara qarşı müzəffər etdikdən sonra Məkkənin vadisində – Hüdeybiyyədə Allahın dilədiyini mərhəmətinə nəsib etməsi üçün onların əl­lə­ri­ni sizdən, sizin əllərinizi də onlardan çəkəndir. Və Allah etdiklərinizi ən yaxşı gö­rən­dir. Onlar, Allahın tanrılığını və rəbbliyini qəbul etməyən və sizi Məscid-i Ha­ram­dan və nəzərdə tutulmuş hədylərin/həcc edənlərə göndərilən yeməklərin yer­lə­rinə çatmasını əngəlləyənlərdir. Əgər özlərini hələ tanımadığınız, bilmə­yərək əz­məklə özlərindən məsuliyyət daşıyacağınız mömin kişilər, mömin qadınlar ol­ma­say­dı, əgər onlar, bir-birindən ayrılmış olsaydılar, qətiliklə, onlardan Allahın ilah­lı­ğı­na və rəbbliyinə inanmayanları acıqlı bir əzabla əzablandırardıq. (Fəth/20-25)
    • Möminlər Allaha təqvalı davranmalı və yalnız və yalnız Allaha təvəkkül etməlidirlər.

12Və and olsun ki, Allah İsrailoğullarının sağlam sözünü almışdı. Və Biz özlərindən on iki müfəttiş/başçı göndərmişdik. Və Allah demişdi ki: “Mən qətiliklə, sizinlə birlikdəyəm. Salaatı iqamə edər, zəkatı/verginizi verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir borc verərsinizsə, and olsun ki, sizdən pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə girdirəcəyəm. Bax budur, sizdən hər kim bundan sonra küfr edərsə, artıq qətiliklə doğru yolu itirmiş olar”.

13Sonra da sözlərini pozduqlarına görə, onları kənarlaşdırdıq və qəlblərinə qatılıq qoyduq. Onlar kəlməni/sözü yerlərindən/öz mənalarından dəyişdirdilər. Öyüd­lən­dik­lərinin əhəmiyyətli bir qismini də tərk etdilər. İçlərindən çox azı istisna olmaqla, onlardan daima bir xainlik görərsən. Yenə də sən onları əfv et və ürəyinə salma. Şübhəsiz ki, Allah, yaxşılıq/gözəllik edənləri sevər.

14Biz Nəsraniyik/Xristianıq” deyənlərdən də sağlam sözlərini almışdıq. Onlar da özlərinə xatırladılan şeylərin çoxunu tərk etdilər. Biz də onların arasına qiyamətə qədər kin və düşmənçilik yerləşdirdik. Allah yaxında edib, törətmiş olduqlarını onlara xəbər verəcəkdir.

15,16Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçilər. Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçilər.

Bu ayələrdə, İsrailoğulları nümunə verilərək, iman edənlər xəbərdar edilirlər. Allah ilahi prinsiplərə uyacaqlarına dair İsrailoğullarından söz almış olmasına baxmayaraq, onlar sözlərində durmayıb xəyanət etmişdilər. Ayədə hadisələr belə sıralanmışdır:

  • Allah, İsrailoğullarının söz almış və onlardan on iki nakip [müfəttiş/başçı] göndərmişdi.
  • Və onlara: “Mən qətiliklə, sizinlə birlikdəyəm. Salaatı iqamə edər, zəkatı/verginizi verər, elçilərimə iman edər, onları dəstəkləyər və Allaha gözəl bir borc verərsinizsə, and olsun ki, sizdən pisliklərinizi örtəcəyəm və sizi altından çaylar axan cənnətlərə girdirəcəyəm. Bax budur, sizdən hər kim bundan sonra küfr edərsə, artıq qətiliklə doğru yolu itirmiş olar” demişdi.
  • Amma onlar imanlarının vacib şərti olan bu öhdəlikləri yerinə yetirəcəklərinə dair sözlərini pozdular. Buna görə də lənətləndilər və qəlblərinə qatılıq qoyuldu.

İsrailoğullarından alınan misakların bir çoxu barədə Bəqərə/63, 83, 84, 93; Al-i İmran/187; Maidə/80; Nisa/154, 155-ci ayələrdə bəhs edilir.

  • Onlar kəlməni/sözü yerlərindən/öz mənalarından dəyişdirirlər;
  • Onlar öyüdləndiklərinin əhəmiyyətli bir bölməsini tərk etdilər;
  • İçlərindən bir azı xaric, onlardan daima bir xainlik görülür;
  • Buna baxmayaraq, onlar əfv edilməli, onlar ciddiyə alınmamalıdır;
  • Allah “Biz Nasarayıq [Xristiyanıq]” deyənlərdən də andlarını almışdı. Onlar da özlərinə xatırladılan şeylərin çoxunu tərk etdilər;
  • Buna görə də Allah onların arasına qiyamətə qədər sürəcək kin və düşmənçilik yerləşdirdi. Allah yaxında edib törətmiş olduqlarını onlara xəbər verəcəkdir.

Keçmişə aid bu məlumatlardan sonra Əhl-i Kitab haqq yola dəvət edilir: Ey Kitab Əhli! Qətiliklə, Kitabdan gizlətmiş olduğunuz şeylərin çoxunu açıqlayan, çoxundan da səthi keçən Bizim Elçimiz sizə gəldi. Qətiliklə sizə Allahdan bir işıq və açıq-aşkar bir Kitab gəldi. Allah, o Kitabla öz rızasına uyanları salamatlıq yollarına bələdçilər. Onları Öz biliyi ilə, qaranlıqlardan aydınlığa çıxarar və dosdoğru yola bələdçilər.

Buradakı “çoxundan da əl çəkən” ifadəsiylə Tövratın tamamının Quranda təkrarlanmadığı bildirilir.

Burda “əl çəkilən bölmə” ilə qəsd edilən “Tövratda yer alan, İsrailoğullarını birbaşa hədəf alan dünyəvi olmayan xəbərdarlıqlar, o zaman ki, etdikləri işlər və bunlara edilən xəbərdarlıqlar, onlara nəql edilən hekayələr və s. cinsindən şeylər”dir. Bəzi hökmlər ləğv edilmiş kimi, hökmlər asanlaşdırılmışdır. Orucdakı asanlıq kimi.

Belə bir dəvət Al-i İmran surəsində də edilmişdi:

  • 164And olsun ki, Allah möminlərə öz içlərindən, onlara Öz ayələrini oxuyan, onları arın­dıran və onlara kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları öyrədən bir peyğəmbər göndərməklə böyük bir yaxşılıq etmişdir. Halbuki onlar daha öncə, açıq-aşkar bir pozğunluq içində idilər. (Al-i İmran/164)

Əhl-i Kitabdan bir çoxunun bu dəvətə icabət etdiyini Qurandan öyrənirik:

  • 52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.
  • 53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər. (Qasas/52, 53)
  • 82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.
  • 83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər. (Maidə/82-84)
  • 101Və nə zaman Allah tərəfindən onlara yanlarındakı kitabı təsdiq edən bir elçi gəldi, daha öncə özlərinə Kitab verilənlərdən bir qrup sanki, bilmirlərmiş kimi Allahın Kitabını arxaya atdılar/ Allahın Kitabından üz çevirdilər. (Bəqərə/101)
  • 69Kitab Əhlindən bir tayfa sizi azdırmaq istədi. Halbuki, onlar, sadəcə özlərini azdırırlar, fərqində də deyillər.
  • 70Ey Kitab Əhli! Allahın ayələrinə şahid olduğunuz halda nə üçün inkar edirsiniz?
  • 71Ey Kitab Əhli! Sizlər bütün bunları bildiyiniz halda, nə üçün haqqı batilə qarışdırır və doğruları gizlədirsiniz? (Al-i İmran/69-71)
  • 46Yəhudiləşmişlərdən bir qismi kəlmələrin yerlərini/əsas mənalarını dəyişdirirlər, dillərini əyərək/bükərək və dinə hücum edərək, Peyğəmbərə qarşı: “Eşitdik və qarşı çıxdıq/yaxşıca sarıldıq”, “Dinlə, dinləməz olası”, “raina” [bir-birimizi güdək, bizim çobanımız] – deyərlər. Əgər onlar: “Eşitdik, itaət etdik, dinlə və bizə nəzarət et” – desəydilər, şübhəsiz ki, özləri üçün daha xeyirli və daha sağlam/doğru olacaqdı, lakin, bilə-bilə doğrunu qəbul etmədiklərinə görə, Allah onları lənətləmişdir/kənarlaşdırıb, gözdən çıxarmışdır. Artıq, çox az inanarlar. (Nisa/46)

12-ci ayədəki və Biz, özlərindən on iki nakip [müfəttiş/başçı] göndərmişdik ifadəsi, Kitab-i Müqəddəsin Saylar bölməsində geniş şəkildə yer alır:

İsraildə Edilən İlk Siyahıyaalma. İsraillilərin Misirdən çıxışının ikinci ili, ikinci ayın birinci günü Rəbb Sina Çölündə, Görüşmə Çadırında Musaya belə səsləndi: “Sən və Harun İsrail cəmiyyətinin bütün boylarıyla ailələrinin sayını təşkil edin. Bütün kişiləri bir-bir sayıb adlarını yazın. İsraillilərdən döyüşə biləcək vəziyyətdə iyirmi və daha yuxarı yaşdakı bütün kişiləri sayıb bölmələrə ayırın. Sizə yardım etmək üçün yanınızda hər oymaqdan bir nəfər olsun; bu adamlar ailə başçısı olmalıdır. Sizə yardımçı olacaq adamların adları bunlardır: Ruben oymağından Şedeur oğlu Elisur, Şimon oymağından Surişadday oğlu Şelumiel, Yahuda oymağından Amminadav oğlu Nahşon, İssakar oymağından Suar oğlu Netanel, Zevulun oymağından Helon oğlu Eliav, Yusufoğullarından Efrayim oymağından Ammihut oğlu Elişama, Manaşşe oymağından Pedahsur oğlu Gamliel, Benyamin oymağından Gidoni oğlu Avidan, Dan oymağından Ammişadday oğlu Ahiezer, Aşer oymağından oxran oğlu Pagiel, Gad oymağından Deuel oğlu Elyasaf, Naftali oymağından Enan oğlu Ahira”. Bunlar İsrail cəmiyyətindən seçilmiş adamlardı; atalarının soyundan gələn oymaq öndərləri İsrailin boy başçılarıydı. [8]

17And olsun ki: “Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihin məhz özüdür” – deyən insanlar ka­fir olmuşlar. De ki: “Yax­şı, Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündəki insanları dəyişikliyə/dağıntıya uğratmaq istəsə, Ona qarşı kim bir şey edə bilər. Göylərin, yer üzünün və iki­si arasındakıların mülkiyyəti də sadəcə Allaha aiddir. O, dilədiyini yaradandır. Və Allah hər şeyə qadirdir”.

18Və Yəhudilər, Xristianlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – dedi­lər. De ki: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?” Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır.

19Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir.

Bu ayələrdə Əhl-i Kitaba xəbərdarlıq edilir və tövhidə dəvət edilir:

  • “Allah Məryəm oğlu Məsihin məhz özüdür” – deyənlər kafir olmuşdular;
  • Bu kafirlərə: “Allah Məryəm oğlu Məsihi, anasını və bütün yer üzündəkiləri həlak etmək istəsə, Ona qarşı kim bir şey edə bilər? Göylərin, yer üzünün və ikisi arasındakıların mülkiyyəti sadəcə Allaha aiddir. O, dilədiyini yaradır. Və Allah, hər şeyə ən yaxşı güc yetirəndir” – deyilməli, beləliklə, onlar İsada hər hansı bir tanrılıq xüsusiyyəti olmadığını öyrənməlidirlər;
  • Yəhudi və Xristiyanlar: “Biz Allahın oğullarıyıq və Onun sevgililəriyik” – deyirlər;

Onlara: “Əgər belədirsə, nə üçün günahlarınıza görə, Allah sizə əzab edir?” Tam əksinə, siz Onun yaratdıqlarından bir bəşərsiniz. O dilədiyi kimsəni bağış­la­yar, dilədiyinə əzab verər. Göylərin, yerin və ikisi arasında olan hər şeyin sahib­li­yi, idarəçiliyi də Allahındır. Dönüş də, yalnız və yalnız, Onadır” – deyilməli, beləliklə, düşünüb, ağıllarını başlarına almalarına kömək edilməlidir.

Bəqərə, Al-i İmran və Cümə surəsində də Yəhudilərin özlərinin digər insanlardan üstün olduqlarını, Allahın dostları, sevgililəri olduqlarını, axirət yurdunun sadəcə onlara aid olduğunu və atəşin sayılı günlərdən başqa, onlara toxunmayacağını irəli sürdükləri bildirilmişdi.

Bu xəbərdarlıqlardan sonra Kitab Əhli: “Ey Kitab Əhli! Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi. Bax budur, qətiliklə müjdələyən və xəbərdar edən sizə gəldi. Allah hər şeyə ən çox gücü yetəndir” – deyilərək haqq dinə dəvət edilirlər.

19-cu ayədə Elçilərin arasının kəsildiyi bir sırada: “Bizə bir müjdələyici və xəbərdaredici gəlmədi” – deməyəsiniz deyə, sizə təbyin edən/açıq şəkildə ortaya qoyan Elçimiz gəldi ifadəsiylə Yəhudilərə: “Rəbbimiz! Sən bizə Peyğəmbər yollamadın ki, doğru yolu tapa bilək” – deyə bir bəhanə fürsəti verilmədiyi bəyan edilir. Məlumdur ki, Peyğəmbərimizin gəlişindən öncəki şəriətlər təhrif edilmiş, buna görə də, haqq batilə, doğru yanlışa qarışmışdı. Bu da insanların haqqı tapa bilməmələri xüsusunda bir bəhanə təşkil etmişdi.

Yəhudi və Xristiyanların inancları da belə açıqlanır:

  • 30Və Yəhudilər: “Uzeyr Allahın oğludur” – dedilər. Xristianlar da: “Məsih Allahın oğludur” – dedilər. Bu, onların ağızları ilə gəvələdikləri sözlər olub, guya bununla daha öncə yaşayan kafirlərin sözlərini təqlid edirlər. Allah onlarla vuruşmuşdur. Necə də döndərilirlər! (Tövbə/30)

Sonra Firona de ki: “Rəbb belə deyir”: “İsrail Mənim ilk oğlumdur. Sənə: “Burax oğlum getsin, Mənə sitayiş etsin” – dedim. Amma sən, onu buraxmağı rədd etdin. Buna görə də sənin ilk oğlunu öldürəcəyəm”. [9]

Ağlaya-ağlaya gələcəklər, Məndən yardım diləyənləri geri gətirəcəyəm. Axar sular boyunca döyəcləməyəcəkləri düz bir yolda yeridəcəyəm onları. Çünki mən İsrailin atasıyam, Efrayim da ilk oğlumdur. [10]

Bu cür ifadələr İncillərdə bir çox yerdə keçir. Quran bu yanlışları düzəldir:

  • 72And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi.
  • 73And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır.
  • 74Hələ də onlar xətalarından Allaha dönməz və Ondan əfv diləməzlərmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir.
  • 75Məryəmin oğlu Məsih, sadəcə, bir elçidir. Ondan öncə də elçilər gəlib keçmişdir. Anası da çox doğru bir qadındır. Hər ikisi də yemək yeyirdilər. Bax, onlara ayələri necə açığa qoyuruq. Sonra yenə bax, onlar necə döndərilirlər! (Maidə/72-75)

20,21Və həmçinin Musa qövmünə: “Ey qövmüm! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin Allah içinizdən peyğəmbərlər göndərdi. Sizi də hökmdarlar etdi. Və aləmlərdən heç bir kimsəyə vermədiyini sizə verdi. Ey qövmüm! Allahın sizə yazdığı təmizlənmiş torpağa girin, geriyə dönməyin, yoxsa itkiyə uğrayanlar olaraq dönərsiniz” – dedi.

22Onlar: “Ey Musa! Şübhəsiz ki, orada diktator bir cəmiyyət var. Onlar oradan çıxma­dıq­ca da, biz oraya qətiyyən girmərik. Lakin onlar oradan çıxarlarsa, şübhəsiz ki, biz də artıq girərik” – dedilər.

23Qorxanlardan və Allahın özlərinə nemət verdiyi iki nəfər dedi ki: “Onların üzərlərinə qapıdan girin. Bax budur, oradan girərsinizsə, şübhəsiz ki, siz qalib olanlarsınız. Əgər inanırsınızsa da, artıq yalnız və yalnız Allaha işin nəticəsini həvalə edin”.

24Musanın qövmü: “Ey Musa! Şübhəsiz ki, biz… Onlar orada olduğu müddətcə, biz oraya qətiyyən girmərik. Artıq sən və Rəbbin gedin və döyüşün. Şübhəsiz ki, biz burada oturanlarıq” – dedilər.

25Musa: “Rəbbim! Mən özümlə qardaşımdan başqasına söz keçirə bilmirəm. Artıq bizimlə bu haqq yoldan çıxmışlar qövmünün arasını ayır” – dedi.

26Allah dedi ki: “Artıq təmizlənmiş torpaqlar onlara qırx il haram qılınmışdır. Yer üzündə çaşqın-çaşqın dolaşacaqlar. Ona görə də sən haqq yoldan çıxmış o cəmiyyət üçün kədərlənmə!”

Bu ayə qrupunda İsrailoğullarının Allahın özlərinə göndərdiyi elçiyə qarşı yaraşmayan münasibətləri nəql edilir. İnananlar Allah Elçisinə qarşı yanlış münasibət almamaları xüsusunda xəbərdarlıqlar edilir və eyni səhnələrin yenə yaşana biləcəyinə işarə edilir.

Musanın: “Rəbbim! Mən özümlə qardaşımdan başqasına malik deyiləm [söz keçirə bilmirəm]. Artıq bizimlə bu fasiqlər cəmiyyətinin arasını ayır” – şəklindəki niyazına qarşı Allah: “Artıq o [müqəddəs ərz] onlara qırx il haram qılınmışdır. Yer üzündə çaşqın-çaşqın dolaşacaqlar. Ona görə də sən, o fasiq cəmiyyət üçün narahat olma!” – deyə Musanı təsəlli edir:

  • 61Və həmçinin bir zamanlar siz: “Ey Musa! Biz tək yeməyə qətiyyən dayana bilmərik, ar­tıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” – demişdiniz. Musa da sizə: “O, üstün olanı daha aşağı olanlarla dəyişdirməkmi istəyirsiniz? Bir qə­sə­bəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaqdır” – demişdi. Və üzərlə­rinə alçaqlıq və acizlik damğalandı və sonunda Allahın qəzəbinə uğradılar. Bax budur, bu, küfr etmiş və peyğəm­bər­ləri haqsız yerə öldürmüş olduqlarına görədir. Bax budur, bu, üsyan etdikləri və həddi aşdıqlarına görədir. (Bəqərə/61)

Burada işarə edilən hadisələrin detalları Kitab-i Müqəddəsdə Saylar/13 və 14-cü Bablarda yer alır. Oradan geniş şəkildə oxumaq mümkündür.

20-ci ayədəki “Və aləmlərdən heç bir kimsəyə vermədiyini Sizə verdi” ifadəsiylə, o dövrdə yaşayan heç bir cəmiyyətə verilməyən nemətlərin İsrailoğullarına verilməsi qəsd edilmişdir. Bu nemətlər isə aşağıdakı ayələrdə bəyan edilmişdir:

  • 5Biz isə istəyirik ki, yer üzündə gücsüzləşdirilmişlərə ərmağan verək, onları başçı­lar və mirasçılar edək. 6Və onları yer üzündə sağlam şəkildə yerləşdirək. Firon, Haman və hər ikisinin əsgərlərinə, onlardan çəkinməkdə olduqları şeyləri gös­tərək.(Qasas/5, 6)
  • 77Və and olsun Musaya: “Sizə yetişəcəklərindən qorxmayaraq və hörmətlə, sevgi ilə ürpərmədən/Firona minnət duymadan qullarımı gecə vaxtı özünlə götür və onlar üçün bol suda/çayda quru bir yol aç!” – deyə vəhy etdik. (Ta Ha/77)
  • 80Ey İsrailoğulları! Sizləri düşməninizdən qurtardıq və dağın sağ tərəfində sizə söz ver­dik/dağın sağ tərəfini sizə görüşmə yeri olaraq müəyyən etdik. Üzərinizə də qüd­rət halvası və bildirçin/bal endirdik. 81Sizi ruziləndirdiyimiz şeylərin tə­miz­lərindən ye­yin və bunda həddinizi aşmayın, sonra üzərinizə qəzəbim enər. Kimin üzərinə də qə­zəbim enərsə, tam yəqinliklə bilin ki, o, enər [düşər, məhv olar]. 82Və şübhə yox ki, Mən tövbə edən, iman edib saleh əməl işləyən, sonra da bələdçiləndiyi doğru yo­lu tapanlar üçün çox bağışlayıcıyam. (Ta Ha/80)
  • 5Və and olsun ki, Musanı: “Qövmünü qaranlıqlardan aydınlığa çıxar, onlara Allahın günləri ilə öyüd ver” – deyə ayələrimizlə elçi göndərdik. Şübhə yoxdur ki, bunda çox səbr edən və özünə verilən nemətlərin qarşılığını çox-çox ödəyən hər kəs üçün necə əlamətlər/nümunələr vardır. (İbrahim/5)

27–29Onlara iki Adəmoğlunun xəbərini haqqıyla oxu. Həmçinin hər ikisi, Allahın rızasını qazanmaq üçün bir vasitə etmişdilər və birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdi. O: “Səni qəti olaraq öldürəcəyəm” dedi. Digəri: “Allah yalnız Özünün qoruması altına girənlərdən qəbul edər. Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi səni öldürmək üçün uzadacaq deyiləm [mən əlimi səni təsirsiz etmək üçün uzadaram]. Şübhəsiz ki, mən aləmlərin Rəbbi Allahdan qorxaram. Şübhəsiz, mən istəyirəm ki, sən, məni öldürdüyünə görə olacaq günahı və öz günahını yüklərək, atəşin əhlindən olasan! Şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlərin də cəzası budur!” dedi.

30Buna görə də qurbanı qəbul edilməyənin təkəbbürü özünə qardaşını öldürməyi asan göstərdi, sonra da onu öldürdü. Özü isə zərərə uğrayanlardan oldu.

31Sonra Allah dərhal ona qardaşının cəsədini necə basdırdığını göstərmək üçün, torpağı eşələyən bir qarğa göndərdi. O: Vay mənim halıma, mən, bu qarğa kimi olmağımla acizmi oldum ki, qardaşımın cəsədini basdırıram” – dedi. Sonra da peşman olanlardan oldu.

32Bax budur, bunun üçün Biz İsrailoğullarına: “Şübhəsiz ki, hər kim bir kimsəni və ya yer üzündə pozğunçuluq qarşılığı olmadan bir kimsəni öldürərsə, artıq insanları öldürmüş kimi olur. Kim də bir kimsənin yaşamasına səbəb olarsa, insanları yaşatmış kimi olur” – şəklində fərz qıldıq. Və qətiliklə, onlara elçilərimiz açıq dəlillər ilə gəldilər. Sonra da şübhəsiz ki, onların bir çoxu, qətiliklə yer üzündə davranışında hədlərini aşan kimsələrdir.

Bu ayələrdə, keçmişdən nümunələr göstərilərək Rəsulullahın müxatibi olan Kitab Əhlinə və onların şəxsində də insanlığa xəbərdarlıq edilir.

Bu ayələr Kitab-i Müqəddəsdəki aşağıdakı hekayəyə istinad edilərək yanlış anlaşılmışdır:

Adəm xanımı Həvva ilə yatdı. Həvva hamilə qaldı və Kayini doğdu. “Rəbbin yardımıyla bir oğul dünyaya gətirdim” – dedi. Daha sonra Kayinin qardaşı Habili doğdu. Habil çoban oldu, Kayin isə əkinçi. Günlər keçdi. Bir gün Kayin torpağın məhsullarından Rəbbə qurban gətirdi. Habil də sürüsündə ilk doğulan heyvanlardan bəzilərini, xüsusilə də yağlarını gətirdi. Rəbb Habili və qurbanını qəbul etdi. Kayini və qurbanını isə rədd etdi. Kayin çox əsəbləşdi, üzünü turşutdu. Rəbb Kayindən: “Nə üçün əsəbləşdin?” – deyə soruşdu, “Nə üçün üzünü turşutdun? Doğru olanı etsən, səni qəbul etməzdimmi? Ancaq doğru olanı etməzsənsə, günah qapıda gizlənmiş, səni gözləyir. Ona hegemon olmalısan”. Kayin qardaşı Habilə: “Haydı, tarlaya gedək” – dedi. Tarlada birlikdə ikən Kayin qardaşına hücum edib, onu öldürdü. Rəbb Kayinə: “Qardaşin Habil harada?” – deyə soruşdu. Kayin: “Bilmirəm, qardaşımın gözətçisimiyəm mən?” – deyə cavab verdi. Rəbb: “Nə etdin?” – dedi, “Qardaşının qanı torpaqdan Mənə səslənir. Artıq tökdüyün qardaş qanını içmək üçün ağzını açan torpağın lənəti altındasan. İşlədiyin torpaq bundan belə sənə məhsul verməyəcək. Yer üzündə boş-boş dolaşacaqsan”. Kayin: “Cəzam qaldıra bilməyəcəyim qədər ağır” – deyə cavab verdi, “Bu gün məni bu torpaqlardan qovdun. Artıq hüzurundan uzaq qalacağam. Yer üzündə boş-boş dolaşacağam. Məni kim tapsa, öldürəcək”. Bundan sonra Rəbb: “Kim səni öldürərsə, ondan yeddi dəfə intiqam alınacaqdır” – dedi. Kimsə Kayini tapıb, öldürməsin deyə, onun üzərinə bir nişan qoydu. Kayin Rəbbin hüzurundan ayrıldı. Ədn bağçasının qərbində, Nod torpaqlarına yerləşdi. [11]

Uca Allahın, Sonra Allah ona… yeri eşələyən bir qarğa göndərdi” buyuruğu ilə əlaqədar Mücahid belə demişdir: “Allah iki qarğa göndərdi. Bunlar birbirləriylə dava etdilər. Sonunda biri digərini öldürdü, sonra da yeri eşələyərək bir çuxur qazıb, onu gömdü. Hz. Adəmin bu oğlu, ilk öldürülən adam olmuşdu”.

Yenə belə deyilmişdir: “Qarğa yeri, yeyəcəyini ehtiyac duyacağı zamana qədər gizləmək üçün eşələmişdi. Çünki belə etmək qarğaların adətlərindəndir. Qabil də bunu görüncə qardaşını necə gizləyib göməcəyini anlamış oldu”.

Rəvayət olunduğuna görə Qabil Habili öldürdükdən sonra onu bir çuvala qoymuş və çiynində yüz il ərzində durmadan daşıyıb, yol almışdır. Bunu Mücahid söyləmişdır. İbnul-Kasım isə Malikdən bir il daşıdığını rəvayət edir. İbn Abbas da belə demişdir. Onun qardaşının cəsədini qoxuncaya qədər daşıdığı da söylənmişdir. O, öncədən də keçdiyi kimi, bu xüsusda qarğaya uyuncaya qədər ona nə edəcəyini bilmirdi. [12]

Maidə/27-nin yaxşı anlaşıla bilməsi üçün Maidə/32-34 bir bütünlük içərisində ələ alınmalıdır. Mövzunun tamamı ələ alınmadan, mövzu içindəki bir ayədən hökm çıxarılmağa çalışılması müsbət nəticə verməz. Təəssüf ki, ümumiyyətlə belə edilmişdir. Mövzunu cəm halda ələ aldıqdan sonra, indi 27-ci ayənin təhlilini edək: Onlara iki Adəmoğlunun xəbərini də haqqıyla oxu

Ayədə keçen ibney Adəmə tamamlığı, demək olar ki, bütün tərcümə və təfsirlərdə “Adəmin iki oğlu” (müəyyən isim tamamlığı) şəklində anlaşılmışdır. Halbuki, 12-ci ayədən 34-cü ayəyə qədər İsrailoğullarından bəhs edildiyinə və 15-ci ayədə İsrailoğullarının ilahi vəhylər haqqındakı neqativ münasibətlərinə diqqət çəkilib, sonra: “Onlara həqiqəti oxu” – deyilərək, İsrailoğulları müxatib alındığına görə, bu iki adamın Adəmin iki oğlu deyil, İsrailoğullarının tanıyıb bildikləri, amma gizlədikləri iki nəfər olmalıdır. Bu halda, ibney Adəmə tamamlığı qeyri müəyyən isim tamamlığı olaraq “hər hansı iki Adəmoğlu” şəklində anlaşılmalıdır. Ayədə, bilikli və təqva sahibi olan bir nəfər ilə cahil, zalım və qısqanc bir nəfərin xarakterləri ortaya qoyulduğuna və kimlikləri nəzərə alınmadığına görə, bu məna daha uyğundur.

Quranda 7 yerdə [Əraf/26, 27, 31, 35, 272, İsra/70 və Ya-Sin/60] keçən bəni Adəm [Adəmoğulları] ifadəsinin “Adəmin oğulları, Adəmin üç oğlu, dörd oğlu…” mənasında olmayıb, “insanlar, insan soyu” mənasında olduğu kimi, ibney Adəmə tamamlığı da “iki Adəm oğlu” mənasındadır.

Qurban isə, Allaha yaxınlaşmaq məqsədiylə edilən səcdə, salaat, salaatı iqamə, cihad, yetimin ikramı, salihatı işləmə, işsizə iş vermə və s. kimi hər cür gözəl davranışın adı olmasına baxmayaraq, mənası daraldılaraq, sadəcə “Allaha yaxınlaşa bilmək üçün kəsilən heyvan olaraq” anlaşılmışdır. Qurban, sadəcə heyvan kəsmək demək olmayıb, Allaha yaxınlaşmaq üçün edilən hər cür davranış olduğuna görə, bu iki insanın [iki Adəmoğlunun], haqlılıq, ya da haqsızlıqlarının Allah tərəfindən bildirilməsi istəyiylə nə etdiklərini, istəklərinə cavab alıb, almadıqlarını araşdıraq:

  • 60Bu haqq/həqiqət sənin Rəbbindəndir, belə isə şübhə edənlərdən olma. 61Sənə bilikdən gəl­dik­dən sonra, artıq kim bu mövzuda səninlə mübahisə edərsə, dərhal: “Gəlin, oğul­la­rı­mızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra da bir-birimizi lənətləyək/kənarlaşdırıb gözdən salaq və Allahın lənətini/kənarlaşdırıb, gözdən salmasını yalançıların üzərinə istəyək” – de. (Ali İmran/60, 61)
  • 185Ramazan ayı ki, Quran bir bələdçi olaraq və Furqandan – yol göstərmədən açıq seçkin açıqlamalar olaraq, o ayda endirilmişdir. Buna görə də, sizdən hər kim bu aya şahid olarsa, dərhal onda oruc tutsun. Kim də xəstə və ya səfər – əkinçilik, ticarət, əsgərlik, təhsil, təlim kimi gediş-gəlişli, hərəkətli bir işlə məşğuldursa, digər günlərdən sayı qədərdir. Allah, sizə asanlıq diləyər, sizə çətinlik diləməz. Bu asanlıq Allahın qoruması altına girməyiniz və sayı tamamlamağınız, sizə yol göstərdiyinə görə, Allahın ululuğunu bilməyiniz və Allahın verdiyi nemətlərin qarşılığını ödəməyiniz üçündür. (Bəqərə/186)
  • 60Və sizin Rəbbiniz: “Mənə yalvarın, dua edin ki, sizə qarşılıq verim. Şübhəsiz, Mənə qulluq etməkdən yekəxanalıq edən insanlar yaxında xor görülmüş olaraq, cəhənnəmə girəcəkdirlər” – dedi. (Mömin/60)
  • 65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə onları neməti bol olan cənnətlərə qoyardıq.
  • 66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir! (Maidə/65, 66)

Bu ayələrdən anlaşıldığına görə yaxşılıq, ya da pislik üçün Allaha müraciət edildiyində, müsbət-mənfi qarşılıq alınır.

Necə ki, Quranımızda peyğəmbərlər və bəzi qulların etdikləri yaxınlaşdırıcı – Allahın rızasını qazanmağa yönəlik yalvarışların (Dua, Nəzir və İnfaq kimi) qəbul edildiyini də görürük. Sad/35; Al-i İmran/35, 37, 38; Məryəm/1-7, 53; İbrahim/40; Yunus/98; Ənbiya/90; Ənkebut27; Tövbə/52- 54.

Bu mövzunun bir başqa nöqteyi nəzərdən izahı: Tövbə/52-54-dəki ifadələrə görə, Rəsulullah münafiqlərin infaqını qəbul etməmişdir. Bu iki nəfərdən birinin də təqva sahibi olmadığını nəzərə alarıqsa, o adamın etdiyi infaq o günkü idarıçi tərəfindən uyğun görülməmiş və rədd edilmişdir. Ona görə də qısqanclığı qabarmış və digər yoldaşını öldürməyə cürət etmişdir. Fələq surəsindəki vəmin şərri hasidin iza hasət kimi. (Razi Kurtubi)

  • 52De ki: “Siz, bizə iki gözəlliyin birindən başqasınımı gözləyirsiniz? Biz isə sizə Allahın Öz qatından və ya bizim əlimizlə bir əzab endirməsini gözləyirik. Haydı, siz gözləyin durun, şübhəsiz ki, biz də sizinlə birlikdə gözləyənlərik”.
  • 53De ki: “İstəyərək və ya istəməyərək Allah yolunda xərcləyin – sizdən heç bir zaman qəbul edilməyəcəkdir. Şübhəsiz ki, siz haqq yoldan çıxanlar qövmü oldunuz”.
  • 54Və onların xərclədiklərinin özlərindən qəbul olunmasına, sadəcə, onların küfr etməsi, Onun Elçisinin həqiqi elçi olmasını bilərək rədd etmələri və salaata tənbəl-tənbəl getmələri, həmçinin Allah yolunda xərcləmələrini könülsüz etmələri əngəl oldu. (Tövbə/52-54)

Bəhs edilən ayət-i kərimə Ced bin Kays adlı bir münafiq haqqında nazil olmuşdur. Bu münafiq döyüşə qatılmamaq üçün Hz. Peyğəmbərdən (s.ə.s) izin istəyib, ona “Mən sənə malımı verəcəyəm, özüm gəlməyəcəyəm” – deyincə Allah Təala onun əleyhinə olaraq bu ayəni nazil etmişdir, yəni “Ey Muhəmməd! Bu münafiqə və bənzərlərinə de ki: “İs­tər könüllü, istər könülsüz malınızı xərcləyin. Bu xərclədiyiniz malın heç biri sizdən qəbul edilməyəcək. Çünki bu xərcləmə Allah üçün edilməmişdir”.

İkinci Məsələ. İbn Abbas (r.a) bu ayənin Ced b. Kaysin Hz. Peyğəmbər (s.ə.s): “Mənə icazə ver, döyüşə qatılmayım. Sənə bu malımla yardım edərəm” – dediyi zaman, onun haqqında nazil olduğunu söyləmişdir. Bil ki, ayənin nüzul səbəbi xüsusidirsə də, hökmü umumidir.

Cənab-i Haqq daha sonra: “Sizdən heç bir şey qəbul olunmayacaq” – buyurmuşdur. Bu ifadə ilə Hz. Peyğəmbərin (s.ə.s) onlardan infaq edəcəkləri mallan qəbul etməməsi qəsd edilmiş ola biləcəyi kimi, infaq edilən o malların Allah qatında məqbul olmayacaqları mənası da qəsd edilmiş ola bilər.

Budur, bu iki insanın etdikləri də bundan ibarətdir. Bu niyyətlə edə biləcəkləri şey isə, hər cür ixlaslı və təqvalı əməl ola bilir, sadəcə heyvan kəsmiş olmaları vacib deyil.

Bu ayələri “Adəmin iki oğlu [Habil ilə Qabil] qız üzündən dava etdilər. Bundan sonra qurban kəsdilər, qurbanı qəbul olan qızı alacaqdı və s.” kimi Yəhudi nağıllarıyla açıqlamaq və qurbanın Adəm şəriətindən bəri var olduğuna bu ayələri dəlil göstərmək çox yanlışdır.

Ayədəki Allah yalnız təqvalı davrananlardan qəbul edər ifadəsiylə, zərərçəkmiş adamın digərini ilahi prinsiplər istiqamətində xəbərdar etdiyi görünür. Qısaca qısqanc olana: “Sənin qurbanının qəbul edilməməsi mənim günahım deyildir; təqva sahibi olmadığından qurbanın qəbul edilmir. Buna görə də məni öldürməyə çalışmaq yerinə, təqvalı olmağa çalış” – deyir.

Yenə ayədəki Sən məni öldürmək üçün əlini mənə uzatsan da, mən əlimi səni öldürmək üçün uzadan deyiləm ifadəsindən də bu adamın, qardaşı canına qəsd etsə də, özünün onu öldürməyi düşünmədiyi, qarşı çıxarsa da nəfsini qorumağa, onun zərərinin qarşısını almağa yönəlik hərəkət edəcəyi bildirilir. Dueldə öldürən qədər öldürülən də günahkardır; belə ki, o, öldürülməsəydi, o birini öldürəcəkdi.

Ayədəki Şübhəsiz, mən istəyirəm ki, sən, məni öldürdüyünə görə olacaq günahı və öz günahını yüklərək, atəşin əhlindən olasan! Zalımların da cəzası budur ifadəsindəki mənim günahımı… yüklənərək … ifadəsiylə, öldürülənin günahlarının, öldürən tərəfindən yükləniləcəyi qəsd edilməmişdır. Belə ki, kimsənin başqasının günahını yüklənməyəcəyi onlarla ayədə bildirilmişdir. Bu ifadə “əvvəlki günahlarınla bərabər məni öldürmə günahını da yüklənərək …” mənasındadır.

Bu ayədəki “Sonra Allah dərhal ona qardaşının cəsədini necə basdırdığını göstərmək üçün, torpağı eşələyən bir qarğa göndərdi. O: Vay mənim halıma, mən, bu qarğa kimi olmağımla acizmi oldum ki, qardaşımın cəsədini basdırıram” – dedi. Sonra da peşman olanlardan oldu”. İfadələrdən açıq şəkildə Rəbbimizin bu günahı işləyən adamın ancaq qarğa qədər ağlının olduğu; yəni bu qatil adamın, zavallının, beyinsizin təki olduğu özünə etiraf etdirdiyi və heç bir zaman günah ünsürlərinin qapadılamayacağı reallığı anlaşılır.

32-ci ayədə Şübhəsiz ki, hər kim bir kimsəni və ya yer üzündə pozğunçuluq qarşılığı olmadan bir kimsəni öldürərsə, artıq insanları öldürmüş kimi olur. Kim də bir kimsənin yaşamasına səbəb olarsa, insanları yaşatmış kimi olur ifadəsiylə də Allahın insan həyatına verdiyi dəyər ortaya qoyulur və anlaşılır ki, insan həyatının qorunması üçün hər kəs, başqasının həyatının müqəddəsliyini qəbul edib, onun qorunmasına yardım etməlidir.

Haqsız yerə birini öldürən insan, bütün insanları öldürə biləcəyi görünüşünü verən bir canavar hökmündədir.

Buna qarşılıq, bir tək insanın həyatının qorunmasına yardım edən insan bütün insanlığı yaşatmış kimidir.

33,34Allaha və Elçisinə qarşı döyüşən/pozğunçuluq etməyə təşəbbüs etmiş olan və yer üzündə qarışıqlıq çıxarmağa çalışanların, siz onlardan güclü olma­dan/onları yaxalayıb sınaq altına almadan əvvəl xətalarından dönənlər istisna olmaqla, qarşılığı, ancaq öldürülməkləri və ya asılmaqları, yaxud ayaq və əllərinin çapraz­la­ma/ard-arda kəsilməsi, ya da olduqları yerdən sürgün edilmələridir. Bu, onlar üçün dünyada bir alçaqlıqdır. Axirətdə də onlar üçün böyük bir əzab vardır. Artıq yaxşı bilin ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

Bu ayə, 32-ci ayənin təfsiri xüsusiyyətində olub, insanları dinindən döndərməyə çalışmağın zərərlərinin ölçüləri açıqlanır. Allah və Rəsuluna döyüş açmaq və insanları şirkə-küfrə yönəltmək, imandan döndərmə fəaliyətləridir. Bir insanın dindən döndərilməsi, öldürülməsindən daha betərdir. Bəqərə/191-də Və fitnə [dindən döndərmə], öldürmədən daha şiddətlidir buyurulur.

Bu ayələrdə Allaha döyüş açan, nəzarət altına alınmadan öncə Tövbə edənləri istisna olmaqla, bu axmaqların, öldürülməsi və ya asılması yaxud sözləşmələrdən, təəhhüdlərdən əlaqələrinin kəsilməsi, ya da olduqları yerdən sürgün edilməli olduğu bildirilir.

Ayədəki “Hılaf” sözü ilə əlaqədar açıqlama Əraf/124-126-cı ayələrin açıqlamasında verilmişdir.

“Salb” sözü ilə əlaqədar geniş açıqlama Ta Ha/71-də edilmişdir.

Hakim ictihadını işlədərək günahın xüsusiyyətinə və ölçülərinə görə bu cəzalardan birini verə bilər.

Bu ayə qrupunun səbəb-i nüzulu ilə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar verilmişdir:

İnsanlar, bu ayə-i kərimənin nüzul səbəbi xüsusunda müxtəlif görüşlərə sahibdir. Cumhurun qəbul etdiyi görüş isə, bu ayə-i kərimənin Uranilər haqqında nazil olmasıdır.

Söz Əbu Davuda aid olmaqla, hədis imamları Enes b. Malikdən belə dediyini rəvayət edirlər: Ukldən və ya Ureynəlilərdən demişdir, bir cəmiyyət, Rəsulullahın (s.ə.s) hüzuruna gəldi. Mədinənin havası onları narahat etdi. Bundan sonra Rəsulullah (s.ə.s) onlar üçün süd verən bir neçə dəvələri təsis etdi. O dəvələrin sidiklərindən və südlərindən içmələrini əmr etdi. Bundan sonra onlar da qalxıb getdilər. Sağlıqlarına qovuşduqları vaxt Peyğəmbərin (s.ə.s) çobanını öldürdülər. Davarları önlərinə qatıb götürdülər. Sabah erkən vaxtda onların bu etdikləri Peyğəmbərə (s.ə.s) çatınca, o da ardlarına təqibçi göndərdi. Gün yüksəldiyi sırada yaxalanıb, yetirildilər. Hz. Peyğəmbərin verdiyi əmrə görə əl və ayaqları kəsildi, gözləri çıxarıldı. Mədinənin qara daşlığına buraxıldılar. Su istəyirdilər, onlara su verilmirdi. Əbu Kılabə (hədisi Enes b. Malikdən rəvayət edəndir) dedi ki: “Budur, bunlar oğurluq etdilər, adam öldürdülər, iman etdikdən sonra kafir oldular, Allaha və Rəsuluna qarşı döyüş açdılar”.

Bir rəvayətdə də belə deyilir: (Hz. Peyğəmbər) əmr verərək, mismarlar kqızdırılıb gözlərinə mil çəkildi. əllərini və ayaqlarını kəsdirdi və (kəsdirdiyi yerlərindən axan qanın kəsilməsi üçün) onları dağlamadı.

Yenə bir Rəvayətdə belə deyilir: Rəsulullah (s.ə.s) onları təqib edib, yaxalamaq üçün iz sürməyi bilən bir qisim insanlar göndərdi və onlar yaxalanıb, gətirildilər. Budur, bundan sonra uca Allah Allaha və Rəsuluna qarşı döyüşənlərin və yer üzündə fəsad çıxarmağa çalışanların cəzası, ancaq… ayəsi nazil oldu. [13]

Ayədəki yer üzündə fəsad çıxarmağa çalışanlar ifadəsindən, sosial sarıdan hər cür qarışıqlıq çıxaranlar anlaşılacağı kimi, təbii tarazlığı ğozacaq hərəkətlərdə olanlar da anlaşıla bilir. Belə ki, Allahın elçi göndərməsinin bir səbəbi də təbiəti qorumaqdır. Hər Mömin, Allahın şəairi olan yaratdıqları qoruyub, mühafizə etməklə də öhdəliklidirlidir.

  • 2Ey iman edənlər! Allahın əlamətlərinə, haram aya, hədyə/həcc edənlərə yemək yollamağa, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin/yüksək ilahiyyat təhsili almaq üçün orada olanların yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələrinə] və Rəbbindən lütf və rıza gözləyərək Beytül-Harama/həcc vəzifəsini icra etmək istəyənlərə hörmətsizlik etməyin. Toxunulmazlığınız qalxdığında/həcc vəzifəniz bitdiyində isə ov edin. Sizi Məscid-i Haramdan döndərdiklərinə görə, bir qövmə qarşı olan kininiz sizi hücum etməyə da sövq etməsin. Və “yaxşı insan” olmaq və Allahın qoruması altına girmək naminə birləşin, günah və düşmənçilik naminə birləşməyin. Və Allahın qoruması altına girin. Heç şübhəsiz, Allah əzabı/qovuşdurması çox çətin olandır. (Maidə/2)
  • 32,33Bax budur, belə! Hər kim Allahın varlığına əlamət olan şeylərə hörmət göstərərsə… ki, şübhəsiz, bu hörmət göstərmək, qəlblərin Allahın qoruması altına girməsindən­dir, sizin üçün onlarda bəlli bir müddətə qədər bəzi yararlar vardır. Sonra bunların çatacağı yer – Beyt-i Ətiq/köhnə evə/müstəqil evə/Kəbəyədir. (Həcc/32, 33)
  • 41İnsanlar dönərlər deyə, özlərinin əlləri ilə qazandıqları şeylərə görə, etdiklərinin bir qismini onlara daddırmaq üçün quruda və dənizdə qarışıqlıq ortaya çıxdı. (Rum/41)
  • 72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, ta­nınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuz­lu­ğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorx­dular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xə­ya­nət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahil­dir. (Əhzab/72)

Bu ayədəki “öldürülmələri” ifadəsini Bəqərə/54-cü ayədəki mənasıyla ələ alarıqsa, burada Allaha və elçisinə qarşı döyüşənlərin təlimləndirilərək, öyrədilərək tövbə etmələri; düşüncə və hərəkətlərini dəyişdirmələrinin təmin edilməsi mənası da çıxarıla bilir.

Bəqərə/54-dəki açıqlamalarımız:

  • 54Həmçinin bir zamanlar Musa qövmünə: “Ey qövmüm! Şübhəsiz, siz qızıla sitayiş etməklə öz-özünüzə haqsızlıq etdiniz. Gəlin dərhal, Yaradanınıza tövbə edin və mənliklərinizi/nəfsinizi dəyişdirin. Beləsi, Yaradanınızın nəzərində sizin üçün xeyirlidir” – demişdi. Sonra da Yaradanınız tövbənizi qəbul etdi. Şübhəsiz, Yaradanınız tövbələri çox qəbul edən, çox tövbə fürsəti verənin, əngin mərhəmət sahibinin məhz özüdür.

Bu ayədə Mədinəli Yəhudilərə ataları İsrailoğullarının yaşadığı əhəmiyyətli hadisələr xatırladılaraq, atalarının başlarına gələnlərin öz başlarına da gəlməməsi üçün xəbərdarlıq edilir.

Ayədə yer alan  فاقتلوا انفسكم[faqtulû ənfusəkum] ifadəsi, ümumiyyətlə “özünüzü öldürün” və ya “bir-birinizi öldürün” şəklində anlaşılmışdır.

Katade Nəfslərinizi öldürün buyuruğunu “nəfslərinizi geri çevirin, vəziyyətini dəyişdirin” mənasına gələcək şəkildə oxumuşdur. Yəni öldürmək surətiylə bu döyəcləməsindən nəfslərinizi qurtarın deməkdir. [14]

Ayənin orijinalındakı ifadə فاقتلوا  فتوبوا الى بارئكم[fətûbû ilâ bâri’ikum faqtulû] şəklində olub, nəfslərin öldürülməsinin tövbə ilə həyata keçəcəyini bildirməkdədir. Nəfs tövbə ilə necə öldürülür?

قتل [Qətl]. Qətl sözü həqiqi mənasıyla “öldürmək” deməkdir. Burada “tövbə ilə qətl”dən bəhs edildiyinə görə,  قتل[qətl] sözünün həqiqi mənasına alınması mümkün deyildir. Ona görə də qətl kəliməsi, məcazi mənaya gətirilməlidir.

قتل[qətl] sözü, məcazən “təhəvvül” [dəyişiklik, haldan hala keçmə] deməkdir. Şəraba su qatan kimsəyə  قتل الشّراب [qətələ’ş-şərâbə/şərabı qətl etdi] deyilir. Çünki şəraba su qataraq, onun sərtliyini və sərxoşedici xüsusiyyətini dəyişdirmişdir. Aşiq olaraq eşqin sərsəriləşdirdiyi kimsəyə və işlərdə təcrübə qazanmış, naşılığı üzərindən atmış adama da  رجل مقتّلة[raculun muqattəln] deyilir. [15]

Ayədən anlaşılan odur ki, burada İsrail oğullarından istənilən, tövbə edərək Allahın istədiyi kimi yetkin qul olmalarıdır.

35Ey iman edənlər! Xilas olmağınız, zəfər qazanmağınız üçün Allahın qoruması altına girin, Ona yaxınlaşdıracaq/çatdıracaq şeyləri arayın və Onun yolunda səy göstərin.

36Şübhəsiz, kafirlər… Bütün yer üzündəkilər və onunla birlikdə bir o qədəri də qiyamət gününün əza­bın­dan qurtarmaq üçün/fidyə vermək üçün onların olsa belə, onlardan qəbul edilməz. Və onlar üçün can yandıran bir əzab vardır.

37Onlar atəşdən çıxmaq istəyərlər. Amma oradan çıxanlar deyildirlər. Və onlar üçün həmişəlik bir əzab vardır.

Bu ayələrdə də xəbərdarlıqlar davam edir:

  • Möminlər, fəlaha çatmaq [qurtulmaq, zəfər qazanmaq, vəziyyətlərini qoruya bilmək] üçün, Allaha təqvalı davranmalıdır.
  • Allaha yaxınlaşdıracaq şeyləri aramalı, Onun rızasını qazandıracaq hər cür vasitənin ardından qaçmalı və Onun yolunda qeyrət göstərməlidirlər.
  • Yer üzündəkilərin hamısı və onunla birlikdə bir o qədəri daha küfr edənlərin olsa və qiyamət gününün əzabından xilas olmaq üçün fidyə olaraq versələr, onlardan qəbul edilməz və onlar üçün can yandıran bir əzab vardır.
  • Onlar atəşdən çıxmaq istəyərlər. Amma oradan çıxanlar deyildilər. Və onlar üçün daimi bir əzab vardır.

وسيلة [vəsilə] “özüylə bir başqasına çatılan, yaxınlaşılan şey” deməkdir. [16]

Burada, Möminlərdən onları Allaha yaxınlaşdıracaq əməllər etmələri istənilir. Adamı Allaha yaxınlaşdıracaq əməlləri də aşağıdakı ayələrdən öyrənə bilirik:

  • 19Xeyr! Xeyr! Qətiyyən sənin düşündüyün kimi deyil! Sən salaat edənə mane olan o adama itaət etmə. Sən Rəbbinə boyun əyib, təslim ol və yaxınlaşdırıl – Rəbbin səni Özünə yaxınlaşdırsın. (Ələq/19)
  • 37Və sizi hüzurumuza yaxınlaşdıracaq olan mallarınız və övladlarınız deyildir. Ancaq kim iman edər və düzəltmək yönündə işlər edərsə, bax budur, onlar özləri üçün etdiklərinə qarşı qat-qat qarşılıq olanlardır. Və onlar yüksək köşklərində əminlik içindədirlər. (Səba/37)
  • 99Yenə bədəvi ərəblərdən kimisi də vardır ki, onlar Allaha və axirət gününə inanır və xərc­lədiyini Allah qatında yaxınlıqlar və Elçinin dəstəkləri sayar. Gözünüzü açın! Şübhəsiz ki, bu, onlar üçün bir yaxınlıqdır. Allah onlara yaxında mərhəmətindən lütf edə­cək­dir. Şübhəsiz ki, Allah qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır, əngin mərhəmət sahibidir. (Tövbə/99)
  • 57–61Şübhəsiz, Rəbbinə duyduqları dərin heyranlıq və hörmətin nəticəsi olaraq, Ondan uzaqlaşma qorxusundan tir-tir titrəyən bu kəslər, Rəbbinin ayələrinə inanan kəslər, Rəbbinə ortaq tanımayan kəslər, şübhəsiz, özləri Rəbbinə dönəcəklər deyə verdiklərini qəlbləri ürpərərək verən kəslər – bax budur, onlar yaxşılıqlarda yarışanlardır və yaxşılıqlar üçün öndə gedənlərdir. (Möminlər/57-61)
  • 100Muhacir və Ənsardan ilk öncə önə keçənlər və yaxşılaşdırmaq/gözəlləşdirməklə on­ları izləyən insanlar… Allah onlardan razı oldu, onlar da Ondan razı oldular. Və Allah onlar üçün içlərində təməlli qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ha­zır­ladı. Bax budur, bu, böyük bir qurtuluşdur. (Tövbə/100)
  • 10Önə keçənlər də önə keçənlərdir.
  • 11Bax budur, önə keçənlər yaxınlaşdırılanlardır. (Vaqiə/10, 11)
  • 26Və and olsun ki, Biz sizi güclü etmədiyimiz şeylərdə, onları güclü etmişdik. Sizə vermədiyimiz imkanları, onlara vermişdik. Onlara da qulaqlar, gözlər və duyğular vermişdik. Buna baxmayaraq qulaqları, gözləri və duyğularının onlara heç bir faydası ola bilmədi/özlərindən heç bir şeyi uzaqlaşdıra bilmədi. Çünki onlar Allahın ayələrini bilə-bilə inkar edirdilər. Lağ etməkdə olduqları şey də onları sarıb, bürüdü. (Əhqaf/26)
  • 18–21Qətiliklə, onların düşündüyü kimi deyil! “Əbrar”ın/yaxşı insanların qeydi, qətiliklə İlliyyundadır. İlliyyunun nə olduğunu sənə nə bildirdi? Yaxınlaşdırıl­mış­la­rın şahid olduğu rəqəmlənmiş/yazılmış bir qeyddir!
  • 22–28Şübhəsiz ki, “Əbrar/yaxşı insanlar”, əlbəttə, Nəimin içindədirlər, taxtlar üzərin­də gözləməkdədirlər. Üzlərində nemətin aydınlığını görərsən. Onlar möhürlü, saf bir içkidən içirlər ki, onun möhürü/nəticəsi müşkdür. Qarışımı Təsnimdəndir. Yaxınlaşdırılmışların içkiləri bir bulaqdandır. Artıq yarışanlar, bax budur, bunda yarışmalıdırlar. (Mutaffifin/18-28)

Bəziləri buradakı vəsilə sözünə “Allaha götürəcək, Allah ilə qul arasında vasitəçi olacaq mürşid” mənası verirlər ki, bu, tövhid ilə uzlaşmayan, şirk ehtiva edən bir anlayışdır:

  • 3Diqqətli olun, xalis din sadəcə, Allaha aiddir. Onun yaratdıqlarından bəzi köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edənlər dedilər: “Allahın yaratdıqlarından qəbul etdiyimiz köməkçi, yol göstərici, qoruyucu yaxınlar, bizi Allaha daha artıq yaxınlaşdırsın deyə, biz onlara sitayiş edirik”. Şübhəsiz ki, onların ayrılığa/anlaşmazlığa düşdükləri şeylərdə, onların arasında Allah hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və çox nankorun məhz özü olan insanlara bələdçilik etməz. (Zümər/3)

Ölünü və ya dirini, Peyğəmbəri və ya saleh qulu Allaha araçı etməyə cəhd etmək şirkdir.

Bu da unudulmamalıdır ki, Allaha vəsilə axtarmaq məsuliyyəti, sadəcə, Müsəlmanlar üçün deyil, Peyğəmbər üçün də keçərlidir. Belə ki, Peyğəmbər də bu ayənin müxatibidır. Adamlər vəsilə olursa, bəs onda Peyğəmbərlər kimi vəsilə edəcəklər?

38Oğru kişi və oğru qadın… Bunların etdiklərinə qarşılıq, Allahdan bir əngəlləyici tətbiqat olaraq, dərhal ikisinin də gücünü/güclərini kəsin. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

39Sonra kim etdiyi haqsızlıqdan sonra tövbə edər və düzəldərsə, bilsin ki, şübhəsiz, Allah onun tövbəsini qəbul edər. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. 40Göylərin və yerin sahibliyinin, idarəçiliyinin Allaha aid olduğunu bilmədinmi? O, dilədiyinə əzab edər, dilədiyini də bağışlayar? Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

Bu ayələrdə cəmiyyətdə vaqe ola biləcək olan oğurluq hadisəsinə qarşı tədbirlər məsləhət görülür. 33-cü ayədə, yer üzündə fəsad çıxaranların cəzalandırılmasından bəhs edilmişdi. Burada isə, yer üzündə fəsad çıxarma əhatəsindəki oğurluqdan bəhs edilir və oğurluğun qarşısının alınması üçün tədbirlər görülməsi və oğrulara tətbiq edilməli olan hərəkətlər bildirilir.

Ayədə keçən أيد əyd] sözü يَد [yəd] sözünün cəmi ola biləcəyi kimi, أيَدَ [əyədə] felindən tək halda məsdər və isim də ola bilər (bkz. Sad/17; Zəriyət/47; Sad/45). Tək halda olduğu və əyədə felindən gəldiyi qəbul edilərsə, söz “qüvvət, güc” mənasına gəlir. Yed sözünün cəmi olduğu qəbul edilərsə, söz “əllər” [üç və daha çox əl] mənasını ifadə edər. Oğrunun ikidən artıq əli olmadığına görə, buradakı “əllər” sözü, məcazi olaraq anlaşılmalıdır. Bu söz, yedullah [Allahın əli] şəklində də bir çox ayədə keçir. Allahın əli olmadığından, buralarda da söz məcazi mənasıyla qəbul edilməlidir.

Yəd sözü məcazən, “qüvvət, zənginlik, iqtidar, səltənət, nemət, yay, əllə edilən işlərin hamısı” mənasında işlədilir.

Belə məcaza bir nümunə də Təhrim/4-dəki “ فقد صغت قُلوُبُكُمَاfaqad sağat qulubükuma (ikinizin qəlbləri sürüşmüşdür)” ifadəsidir. Burada “ قلوبqulüb (qəlblər)” cəm olaraq, təsniyə (ikil) “ كماküma (ikiniz)” əvəzliyi ilə tamamlıq halında gəlmişdir. İnsanda qəlb bir dənə olub, üç və ya daha artıq olmadığından və köksdəki qəlblər sürüşüb, yer dəyişdirmədiyindən buradakı qəlblər sözü də məcaz olaraq – iman, izan, inanc, anlayış, vicdan kimi qəlbi xislətlər mənasında gəlmişdir.

Anlaşılan odur ki, Maidə/38-dəki O ikisinin əllərini kəsin ifadəsi “onların oğurluq etmə güclərini, səbəblərini aradan qaldırın” mənasındadır. Burada kəsmə işini (Yusuf/31-in dəlalətiylə) əlində bir iz buraxaraq kəsmək şəklində izah etməyə ehtiyac olmadığı kimi, ayənin mətni də buna izin verməz.

Oğurluq “özünə aid olmayan bir şeyi gizlincə almaq”dır. İnsanlıq tarixi qədər qədim olan oğurluğun şəkli və xüsusiyyəti zəmanəyə görə dəyişə bilir. Bir bağçadan gizlincə meyvə qoparmaq, məktəbdə bir qələm-silgi aparmaq oğurluq olduğu kimi, bank soymaq, qanundan kənar yollarla pul mənimsəmək, vergi qaçırmaq və s. kimi davranışlar da oğurluqdur. Həyati təhlükə halında, ehtiyac miqdarı qədər yemək oğurlamaq, oğurluq sayılmaz.

Buradakı əllərini/güclərini kəsin ifadəsi ən geniş mənasıyla “öncə onları oğrulığa sövq edən aclıq və möhtaclıq kimi səbəbləri ortadan qaldırın, malı-mülkü nəzarət altına alın, göz önünə sərərək, reklam edərək kimsənin iştahını qabartmayın, qapınızı-pəncərənizi açıq buraxmayın, təlim, reabilitasiya mərkəzləri qurun; keyf olaraq/psixi xəstəlik olaraq oğurluq edənlərə qarşı da müalicə, həbs, sürgün və s. kimi bu əməldən uzaqlaşdırıcı cəzalar təyin edin, böyük soyğun və vurğunlara qarşı hüquqi boşluqları doldurun” şəklində anlaşıla bilir.

Bu açıqlamalardan sonra bir də bu mövzunu Quranın bütünlüyü mövzusu çərçivəsində təhlil edək:

  • 19Şübhəsiz ki, Allah nəzdində din, İslamdır. Özünə Kitab verilən kimsələr də ancaq, öz­lə­rinə o bilik gəldikdən sonra, aralarındakı qısqanclığa görə, ayrılığa düşdülər. Kim də Allahın ayələrini ört-basdır edərsə, artıq şübhəsiz, Allah hesabı tezləşdi­rən­dir. (Al-i İmran/19)
  • 85Və kim İslamdan başqa bir din arayarsa, o təqdirdə heç bir zaman ondan qəbul edil­mə­yəcəkdir. Və İslamdan başqa din arayan kimsə, axirətdə ziyana urayanlardan ola­caq­dır. (Al-i İmran/85)
  • 13Allah, dindən Nuha öhdəlik olaraq çatdırdığı şeyi, sənə vəhy etdiyimizi İbrahimə, Musaya və İsaya öhdəlik olaraq çatdırdığımız şeyi həyat yolu etdi: “Dini həyata keçirin, uca tutun və onda ayrılığa düşməyin”. Sənin özlərini dəvət etdiyin şey, ortaq qoşan insanlara ağır gəldi. Allah, dilədiyini özünə seçər və qəlbdən yönələni də, o dəvət edilənə bələdçiləyər. (Şura/13)
  • 163–165Şübhəsiz ki, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. İbrahimə, İsmayıla, İshaqa, Yəquba, nəvələrinə, İsaya, Eyyuba, Yu­nusa, Haruna və Süleymana, daha öncə özlərini sənə anlatdığımız və anlatmadığımız elçilərə… Elçilərdən sonra insanların Allahın əleyhinə bir də­lil­ləri ol­masın deyə, Biz onlara müjdəçilər və xəbərdar edənlər olaraq vəhy etmişdik. Davu­da da Zə­bu­ru verdik. Və Allah, Musaya söz söylədikcə söylədi/onu yaraladıqca yaraladı, çox sıxıntı çəkdirdi. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi müm­kün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəl­lə­yən/sağ­lamlaşdırandır. (Nisa/163-165)
  • 136Deyin ki: “Biz Allaha, bizə endirilənə, İbrahimə, İsmayıla, İshaqa və Yəquba və nəvələrinə endirilənə, Musaya və İsaya verilənə, peyğəmbərlərə Rəbbindən ve­rilənə iman etdik. Onlardan heç birini digərindən ayırmarıq və biz ancaq Onun üçün islamlaşdıran/sağlamlaşdıran/salamatlıq/xoşbəxtlik qazandıranlarıq”.  (Bəqərə/136)
  • 123Sonra sənə: “Küfrdən, ortaq qoşmaqdan dönmüş bir insan olan və ortaq qoşanlardan olmayan İbrahimin dininə/həyat tərzinə tabe ol” – deyə vəhy etdik. (Nəhl/ 123)
  • 14–17Arınan, Rəbbinin adını anaraq salaat edən qətiliklə özünü qurtarmışdır. Lakin, siz bu adi dünya həyatını üstün tutursunuz. Halbuki, axirət daha xeyirli və əbədidir.
  • 18,19Şübhəsiz ki, bu qurtuluşun çarəsi, ilk səhifələrdə – İbrahim və Musanın səhifələrində də var idi. la/14-19)
  • 33Yaxşı, o üz çevirən adamı gördünmü/heç düşündünmü? 34O, azacıq verdi və inadla qalanını bərk-bərk tutdu. 35Keçmişin, gələcəyin biliyi onun yanındadırmı və o da onu görürmü? 36Ya da biliklənmədimi Musanın səhifələrındəkiləri ilə? 37Həmçinin o çox vəfalı İbrahimin səhifələrindəkiləri ilə? 38“Doğrusu budur ki, heç bir günahkar bir başqa günahkarın günahını çəkməz, daşımaz. 39Doğrusu budur ki, insan üçün çalışıb əldə etdiyindən başqa bir şey yoxdur. (Nəcm/33-39)

Bu ayələr bildirir ki, Qurandakı prinsiplər digər Peyğəmbərlərin təbliğ etdiyi vəhylərdə – qədimdən göndərilmiş kitablarda da var imiş. Bu onu göstərir ki, Rəbbimizin qoyduğu prinsiplər elçiyə görə dəyişməmişdir. Elə isə oğurluq günahının cəzasının qədim Peyğəmbərlərdə də var olacağını düşünməliyik.

  • 69Və Yusufun yanına girdikləri vaxt, Yusuf qardaşını yanına aldı: “Şübhəsiz, mən sənin qardaşının məhz özüyəm! Bax budur, buna görə də onların etmiş olduqlarına narahat olma!”
  • 70Sonra Yusuf onlara vacib əşyalarını, lazım olan şeylərini hazırlayınca, su qabı­nı qardaşının yükünün içinə qoydu. Sonra bir müəzzin/səsləyici səsləndi: “Hey kar­van! Şübhəsiz, siz tam yəqin bilin ki, oğrusunuz!”
  • 71Karvan əhli onlara dönərək: “Nə itirdiniz?” – dedilər.
  • 72Vəzifəlilər dedilər ki: “Hökmdarın su qabını itirdik və onu gətirənə bir yük taxıl var. Mən də buna zəmanət verirəm”.
  • 73Karvan əhli: “Allaha and içirik ki, qəti surətdə, siz də bilirsiniz ki, biz yer üzündə/burada qarışıqlıq çıxarmaq üçün gəlmədik. Biz oğrular da deyilik” – dedilər.
  • 74Vəzifəlilər: “Əgər yalançılarsınızsa, oğurluq edənin cəzası nədir?” – dedilər.
  • 75Karvan əhli dedilər ki: “Onun cəzası, kimin yükündə çıxarsa, bax bu, özü onun cəzasıdır. O, alınır, saxlanır əvəzini özü ödəyir. Biz səhv/öz zərərlərinə iş edənlərə bax budur, belə cəza verərik”.
  • 76Buna görə də Yusuf qardaşının qabından əvvəl onların qablarını axtarmağa başladı. Sonra su qabını qardaşının qabının içindən çıxartdı. Bax budur, Yusufa, Biz belə bir oyun öyrətdik. Məlikin dinində, ölkənin qanunlarında qardaşını yanında sax­lamasına imkan yoxdu. Ancaq Allah diləyərsə, o başqa. Biz dilədiyimiz insanları dərə­cələrlə yüksəldərik. Və hər bilik sahibinin üstündə bir daha yaxşı bilən vardır. (Yusuf/ 69-76)
  • Bu bölmədə keçən “Əgər yalançılarsınızsa, oğurluq edənin cəzası nədir?” – dedilər. Karvan əhli dedilər ki: “Onun cəzası, kimin yükündə çıxarsa, bax bu, özü onun cəzasıdır. O, alınır, saxlanır əvəzini özü ödəyir. Biz səhv/öz zərərlərinə iş edənlərə bax budur, belə cəza verərik” və “Buna görə də Yusuf qardaşının qabından əvvəl onların qablarını axtarmağa başladı. Sonra su qabını qardaşının qabının içindən çıxartdı. Bax budur, Yusufa, Biz belə bir oyun öyrətdik. Məlikin dinində, ölkənin qanunlarında qardaşını yanında sax­lamasına imkan yoxdu” ifadələri nəzərə alındığında anlaşılır ki, Yəqubun dinində oğruluğun cəzasının “oğrunun nəzarət altına alınması” imiş.

Qurandakı bu anlatma oğruya veriləcək cəzanın da açıq şəkildə göstərilməsidir; eyni zamanda yanlış anlaşılmalara qarşı qoyulan bir əngəldir.

Bizim dinimiz də Yəqubun diniylə eyni olduğundan, Qurandakı “güclərin kəsilməsi”, əl kəsmək deyil, oğrunun nəzarət altına alınması və oğruluğa səbəb olan çatışmazlıqların cəmiyyətdən yox edilməsidir.

Həmçinin Uca Allah, dünyaya aid cəzalandırmalarda “Qisas, misliylə cəza (Adil qarşılıq)” prinsipini qoymuş və bunu aşağıdakı ayələr ilə də izah etmişdir:

  • 160Kim yaxşılıq edərsə, artıq ona etdiyinin on misli vardır. Kim də pislik edərsə, artıq o, sadəcə onun misli ilə cəzalandırılar və onlar haqsızlığa uğradıl­maz­lar. (Ənam/160)
  • 40Və bir pisliyin cəzası, onun kimi bir pislikdir. Amma kim əfv edər və düzəldərsə, artıq onun ödənişi Allaha aiddir. Şübhəsiz ki, O, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz. (Şura/40)
  • 27Pislik qazanmış olan insanlar üçün də pisliyin cəzası bir bənzəri ilədir. Və onları bir alçaqlıq bürüyər. Onları Allahdan qoruyan heç bir qoruyucu yoxdur. Sanki onların üzləri, qaranlıq gecələrdən bir parçaya bürünmüş kimidir. Bax budur, onlar atəşin əhlidirlər. Onlar orada sonsuzadək qalacaqlar. (Yunus/27)
  • 126Və əgər cəza verəcək olarsınızsa da, sizin cəzalandırıldığınızın misli ilə cəza verin. Və əgər səbr edərsinizsə, əlbəttə, o, səbr edənlər üçün daha xeyirlidir. (Nəhl/126)

Demək olur ki, Maidə/38-dəki “əllərini/güclərini kəsin” ifadəsi, ən geniş mənasıyla, “öncə onları oğrulığa sövq edən aclıq və möhtaclıq kimi səbəbləri ortadan qaldırın, malı-mülkü nəzarət altına alın, reklam edərək kimsənin iştahını qabartmayın, qapınızı-pəncərənizi açıq buraxmayın, təlim, reabilitasiya mərkəzləri qurun; keyf olaraq/psixi xəstəlik olaraq oğurluq edənlərə qarşı da müalicə, həbs, sürgün və s. kimi bu əməldən uzaqlaşdırıcı cəzalar təyin edin, böyük soyğun və vurğunlara qarşı hüquqi boşluqları doldurun” şəklində anlaşıla bilir.

Bu halda oğurluq edən insanın əlinin kəsilməsi, bu ayələrin verdiyi ismarıca uymayacaq, zülmə, haqsızlığa, bir qarşı günaha dönəcəkdir.

İslam, cahiliyə Ərəblərinin oğurluq üçün tətbiq etdikləri əl kəsmə cəzasını fərqli bir ölçüyə çəkmiş,  oğurluğa qarşı tədbirlər alınmasını əmr etmiş və oğruya veriləcək cəzanın şəklini cəmiyyətlərin öhdəsinə buraxmışdır.

41Ey Elçi! Qəlbləri iman etmədiyi halda ağızlarıyla “inandıq” deyən kimsələr və yə­hu­diləşmişlərdən durmadan yalana qulaq asan və sənə gəlməyən kimsələr üçün din­ləyən/casusluq edən, küfr için­də ça­balayan bu kimsələr səni narahat etməsin. Onlar kəlməni yerlərindən oynadıb, də­yiş­di­rir­lər. “Əgər sizə bu verilərsə, dərhal alın, o verilməzsə, çəkinin!” – deyərlər. Allah bir kim­səni dindən çıxma atəşinə düşürmək istəyərsə, sən Allaha qarşı, o kimsənin le­hinə, heç bir şey edə bilməzsən. Onlar Allahın qəlblərini təmizləmək istəmədiyi kimsələrdir. On­lar üçün dünyada rüsvayçılıq vardır və axirətdə onlara çox böyük bir əzab vardır.

42Yalana çox qulaq asanlar, haramı çox yeyənlər… Artıq əgər onlar sənin yanına gələrlərsə, aralarında hökm et, ya da onlardan uzaqlaş. Və əgər onlardan uzaqlaşarsansa, ar­tıq sənə heç bir zaman zərər verə bilməzlər. Və əgər hökm edərsənsə, o zaman ara­la­rın­da haqqaniyyətlə hökm et. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər.

43İçində Allahın hökmü olan Tövrat yanlarında ikən, səni necə hakim sanırlar və ondan sonra da geri dururlar? Onlar inanan insanlar deyillər.

44İçində doğru yol rəhbəri və işıq olan Tövratı, şübhəsiz ki, Biz endirdik. Müsəlman­laş­mış insanlar olan peyğəmbərlər, onunla yəhudilərə hökm edərlər. Özlərini Allaha həsr etmiş insanlar və hahamlar da, Allahın kitabından özlərindən qorumaları istənilən və özlərinin də üzərinə şahidlik etdikləri şeylərlə hökm edərlər. İnsanlara hörmət du­yub ürpərməyin, Mənə hörmət duyub ürpərin. Mənim ayələrimi də az bir paraya satmayın. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar kafirlərin məhz özləridir.

45Və Biz Tövratda onlara zata zat, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş yazdıq. Yaralara qisas vardır. Bununla bərabər kim qisas haqqını bağışlayarsa, bu özü üçün kəffarət olur. Və kim Allahın endirdiyi ilə hökm etməzsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

Tamamilə açıq olan bu ayələrdə, Allahın qoyduğu prinsiplərin əhəmiyyətinə diqqət çəkilib, Allahın ayələrini nəzərə almayanlarla əlaqədar məlumatlar verilir və onların davranışları üzündən Rəsulullahın narahat olmaması istənilir.

Rəsulullahın Mədinəlilərlə etdiyi sözləşməyə görə, Yəhudilər daxili işlərində sərbəst olub, aralarında öz qanunlarına görə işlərini idarə edəcəkdilər. Bölmədən anlaşıldığına görə, Yəhudilər öz qanunlarındakı hökm sərf etmədiyi zaman, lehlərinə bir hökm verilməsi ümidiylə Rəsulullaha müraciət edirdilər.

42-ci ayədəki Yalana çox qulaq asanlar, haramı çox yeyənlər… Artıq əgər onlar sənin yanına gələrlərsə, aralarında hökm et, ya da onlardan uzaqlaş. Və əgər onlardan uzaqlaşarsansa, ar­tıq sənə heç bir zaman zərər verə bilməzlər. Və əgər hökm edərsənsə, o zaman ara­la­rın­da haqqaniyyətlə hökm et. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər ifadələriylə Rəsulullaha onların davasına baxıb-baxmamaqda sərbəstlik verilmişdir.

Qaynaqlarda bu ayələrin enmə səbəbinə dair aşağıdakı məlumatlar yer almışdır:

Bu ayə zina edən iki Yəhudi haqqında nazil olmuşdur. Yəhudilər öz əlləriylə Allahın kitabını dəyişdirmişlər və evli insanların rəcm edilməsi əmrini təvil və təhrif edərək, yüz dəyənək və üzü qaraya boyayıb, uzunqulağa tərs mindirmə şəklinə çevirmişdilər. Hz. Peyğəmbərin Mədinəyə hicrətindən sonra belə bir hadisə baş verincə qaraya boyama hökmü verərsə, onu alaq. Və Allah ilə öz aramızda dəlil hesab edək. Beləliklə, Allahın Peyğəmbərlərindən bir Peyğəmbər bizim aramızda hökm vermiş olur. Əgər rəcm qərarı verərsə, ona uymayaq”.

Malik də, Nafi kanalıyla Abdullah ibn Ömərin belə dediyini nəql etmişdir: Yəhudilər Hz. Peyğəmbərin yanına gəldilər və özlərindən bir qadınla bir kişinin zina etdiyini söylədilər. Rəsulullah (s.ə.s) onlardan: “Tövratda rəcm mövzusunda nə görürsünüz?” – deyə soruşdu. Onlar: “Biz zina edənləri dəyənəklə döyərik” – dedilər. Abdullah ibn Səlam dedi ki: “Yalan söyləyirsiniz, Tövratda rəcm vardır”. Tövratı gətirdilər, ortaya yaydılar. Birisi əlini rəcm bölməsinin üzərinə qoydu. Bölmənin öncəsini və sonrasını oxudu. Abdullah ibn Səlam dedi ki: “Əlini qaldır”. O əlini qaldırınca, bu qisimdə rəcmlə əlaqədar bölmə olduğu göründü. Yəhudilər: “Muhəmməd doğru söyləyir. Tövratda rəcm bölməsi vardır” – dedilər. Rəsulullah (s.ə.s) onlara əmr etdi və zina edən kişini rəcm etdirdi. Mən, adamın qadının üzərinə əyilib, atılan daşlardan onu qorumağa çalışdığını gördüm. Bu hədisi Buxari və Müslim ortaya çıxarmışdılar, ancaq söz Buxarinindir.

Buxarinin bir başqa ifadəsində isə mətn belədir: Hz. Peyğəmbər Yəhudilərdən: “Zina edənlərə nə edərsiniz?” – deyə soruşdu. Onlar: “Üzlərini qaraya boyayar və rüsvay edərik” – dedilər. Rəsulullah (s.ə.s): “Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin ki, sizə oxuyum” – dedi. Onlar Tövratı gətirdilər. Və gözləri çəp görən, bəyəndikləri bir adama: “Oxu” – dedilər. Adam Tövratı oxudu. Nəhayət bir nöqtəyə gəlincə, əlini üzərinə qoydu. Rəsulullah: “Əlini qaldır” – dedi. Adam qaldırdı və göründü ki, burada rəcm əmri vardır. Adam dedi ki: “Ey Muhəmməd! Burada rəcm bölməsi olur. Ancaq biz onu öz aramızda gizlədirik”. Rəsulullah əmr etdi və zina edənlərin hər ikisi də rəcm edildi.

Müslimin ifadəsi isə belədir: “Rəsulullahın yanına (s.ə.s) zina edən kişi və qadın iki Yəhudi gətirildi. Hz. Peyğəmbər Yəhudilərin yanına gələrək dedi ki: Sizin Tövratda zina edən haqqında nə görürsünüz? Onlar belə cavab verdilər: İkisinin də üzlərini qaralar, uzunqulağın üzərinə tərs mindirir və gəzdiririk. Hz. Peyğəmbər belə buyurdu: Əgər doğru söyləyirsinizsə, gətirin Tövratı, onu sizə oxuyum. Tövrat gətirildi və oxundu. Rəcm bölməsinə gəlincə, Tövratı oxuyan dəliqanlı əlini rəcmlə əlaqədar qismin üzərinə qoydu və bu bolmənin əvvəlini və sonunu oxudu. Bu sırada Hz. Peyğəmbərlə bərabər olan Abdullah ibn Səlam dedi ki: “Ya Rəsulullah! Əmr et ki, əlini qaldırsın”. Dəliqanlı əlini qaldırınca, göründü ki, altında rəcm bölməsi var. Rəsulullah (s.ə.s) əmr verdi və hər iki Yəhudi də rəcm edildi. Abdullah ibn Ömər deyir ki: “Mən, o iki Yəhudini rəcm edənlər arasında idim. Özünü daşdan qoruduğunu görmüşdüm”. [17]

Müfəssirlər belə deyirlər: “Heybər əhalisinin soylularından bir kişi və bir qadın zina etmişdilər. Tövratda zina həddi isə rəcm idi. Bundan sonra Yəhudilər onları rəcm etməyi uyğun hesab etmədilər və evli olduqları halda, zina edənlərin hökmünün nə olduğunu soruşmaq üçün bəzi insanları Allahın Rəsulunun yanına göndərdilər və onlara belə təmbih etdilər: “Əgər Muhəmməd bunların cəzasının dəyənək olduğunu söyləyərsə, bunu qəbul edin. Yox əgər, sizə onları rəcm etməyi əmr edərsə, qətiyyən bunu qəbul etməyin!…” Onlar bu məsələni Allahın Rəsulundan soruşduqları sırada Cəbrail onların rəcm ediləcəyi hökmünü endirdi. Amma onlar bunu qəbul etmək istəmədilər. Bundan sonra Cəbrail (a.s) Hz. Rəsula: “Səninlə onlar arasında İbn Suriyayı (hakim) et” dedi. Bundan sonra da Hz. Peyğəmbər (s.ə.s): “Tüksüz, ağ tənli, çaş, Fədəkdə oturan və özünə İbn Suriya deyilən bir gənc var, onu tanıyırsınızmı?” – deyincə, onlar: “Bəli, o yer üzündəki Yəhudilərin ən alimidir” – dedilər və onun hökmünə razı olacaqlarını bildirdilər. Bundan sonra Allahın Rəsulu İbn Suriyaya: “Özündən başqa tanrı olmayan, Hz. Musanın keçməsi üçün dənizi yaran, üzərinizə Tur dağını qaldıran, sizi Firon və xanədanından qurtarıb, Firon və xanədanını suya qərq edən, sizə kitabını, halal və haram hökmlərini endirən o Allah eşqinə söylə: “Evli insanlar zina etdikdə, onların rəcm ediləcəklərinə dair kitabınız Tövratda bir hökm vardırmı? Belə bir hökm bilirsənmi?” – dedi. İbn Suriya: “Bəli, var!” – deyincə, Yəhudilərin söz haqqı olanları İbn Suriyanın üzərinə atıldılar. Bundan sonra da İbn Suriya: “Əgər Ona yalan söyləsəydim, üzərimizə ilahi əzabın enəcəyindən narahat oldum…” – deyib, ardınca Allahın Rəsulundan, bildiyi əlamətlərdən bəzilərini soruşdu. Bundan sonra İbn Suriya: “Allahdan başqa tanrı olmadığına, sənin Allahın Rəsulu və daha öncəki Peyğəmbərlərin müjdələdiyi ərəb soyuna mənsub ümmi Peyğəmbər olduğuna şəhadət edirəm…” – dedi. Daha sonra Allahın Rəsulu zina edənlərin rəcm edilməsi hökmünü verdi. Onlar da Məscid-i Nəbəvinin qapısının önündə rəcm olundular. [18]

“Ey Peyğəmbər! Səni kədərləndirməsin” ayəsinin nüzul səbəbiylə əlaqədar üç görüş vardır:

Deyildiyinə görə, bu ayə-ti kərimə Kurayza və Nadiroğulları haqqında enmişdir. Kurayzalı birisi Nadiroğullarından birisini öldürdü. Nadiroğulları Kurayzalılardan birisini öldürdükləri vaxt qisas tətbiqatına imkan verməzdilər. İrəlidə açıqlanacağı kimi, onlara [Kurayzalılara] sadəcə diyet verməklə kifayətlənirdilər. Bundan sonra Peyğəmbərin (s.ə.s) hakimliyinə müraciət etdilər. Hz. Peyğəmbər Kurayzalı ilə Nadiroğullarına mənsub iki nəfər arasında bərabərlik təmin olunmalı olduğu hökmünü verdi. Bu isə, Nadiroğullarının xoşuna getmədi və qəbul etmədilər.

Bir digər görüşə görə, bu ayə-ti kərimə Peyğəmbərin (s.ə.s) Əbu Lubabeni Kurayzaoğullarına göndərib, özlərinə tətbiq ediləcək cəzanın boğazlarının kəsilməsi olduğuna işarə etməsi, beləliklə, Əbu Lubabe haqqında enmişdir.

Bir digər görüşə görə bu ayə-ti kərimə, Yəhudi kişi və qadının zinası ilə rəcm hadisəsi haqqında nazil olmuşdur. Bu, mövzu ilə əlaqədar görüşlərin ən səhih olanıdır. Bunu hədis imamları Malik, Buhari, Müslim, Tirmizi və Əbu Davud rəvayət etmişdilər.

Əbu Davudun Cabir b. Abdullahdan rəvayətinə görə, Peyğəmbər (s.ə.s) onlara [Yəhudilərə]: “Aranızdan ən bilikli iki nəfəri yanıma gətirin” – demiş, Bundan sonra onlar da Suriya adındakı birinin iki oğlunu gətirmişdilər. Hz. Peyğəmbər onlara uca Allahın adına and içdirərək soruşdu:  Bu iki nəfərin vəziyyətini Tövratda necə görürsünüz? Belə cavab verdilər:  Bizim Tövratda gördüyümüz budur: Dörd kişi kişinin orqanını qadının fercində sürmədanlıqdakı mil kimi görəcək olarlarsa, ikisi də rəcm olunurlar. Hz. Peyğəmbər soruşdu:  Peki, sizi bunları rəcm etməkdən çəkindirən nədir? Belə cavab verdilər:  Nüfuzumuz əldən getdi, ona görə də biz öldürməkdən xoşlanmadıq. Peyğəmbər (s.ə.s) şahidləri çağırdı. Şahidlər gəlib kişinin orqanının qadının fercində sürmədanlıqdaki mil kimi gördüklərinə dair şahidlik etdilər. Peyğəmbər (s.ə.s) ikisinin də rəcm edilməsi əmrini verdi.

Buxari ilə Müslimin başqa əsərlərində də əş-Şabidən, Cabir b. Abdullahdan nəql edilərək, Cabirin belə dediyi qeyd edilir: Fədəklilərdən bir kişi zina etdi. Bundan sonra Fədəklilər, Mədinədə olan bəzi Yəhudilərdən, Muhəmməddən bu xüsusu soruşmalarını; cəldə vurmağı əmr edərsə, qəbul etmələrini, rəcm edilmələrini əmr edərsə, qəbul etməmələrini istədilər. Vəziyyəti Hz. Peyğəmbərdən soruşdular, o da İbn Suriyayı çağırdı. Aralarında ən bilikli adam o idi. Bir gözü də görmürdu. Rəsulullah (s.ə.s) ondan belə soruşdu: “Sənə Allah adına and verdirirəm. Kitabınızda zina edənin cəzasını nə şəkildə görürsünüz?” İbn Suriya ona belə dedi: “Allah adına mənə and verdirdiyinə görə, bunu söyləyim: Biz Tövratda baxmağın bir zina, qucaqlaşmağın bir zina, öpməyin bir zina olduğunu görüruk. Əgər dörd kişi kişinin orqanını qadının fercində sürmədanlıqdakı mil kimi gördüklərinə dair şahidlik edərlərsə, o təqdirdə (kişini) rəcm etmək lazımdır. Bundan sonra Peyğəmbər (s.ə.s): “Budur bu belədir” – buyurdu.

Müslimin Səhihində də əl-Bera b. Azibdən belə dediyi nəql edilir: Peyğəmbərin (s.ə.s) yanına üzü kömürlə qaraldılmış bir Yəhudi gətirildi. Hz. Peyğəmbər Yəhudiləri çağırıb belə dedi: “Sizlər Kitabınızda zina edənin cəzasının belə olduğunumu görürsunuz?” Onlar: “Bəli” – deyincə, Hz. Peyğəmbər elm adamlarından birisini çağırdı və belə buyurdu: “Tövratı Musaya endirən Allah adından mənə söylə, Kitabınızda zina edənin həddini beləmi görürsünüz?” Kişi: “Xeyr” – dedi, “əgər bu şəkildə mənə and verdirməsəydin, sənə bildirməyəcəkdim. Biz, cəzanın rəcm olduğunu görüruk. Lakin zina soylularımız arasında çoxaldı. Ona görə də soylu bir insanı yaxaladıqda, onu buraxırdıq. Zəif birisini yaxaladıqda, ona had tətbiq edərdik. Bu dəfə belə dedik: “Gəlin ortaqlaşa bir cəza təsbit edək və bunu, soylu olana da, olmayana da tətbiq edək”. Sonunda rəcm yerinə üzü kömürlə qaraltmağı və dəyənək vurmağı təsbit etdik”. Bundan sonra Rəsulullah (s.ə.s) belə buyurdu: “Allahım! Özlərinin öldürdükləri bir zamanda Sənin əmrini ihya edən ilk kişi mən oluram” – dedi və rəcm edilməsini əmr etdi. Bundan sonra uca Allah da: “Ey Peyğəmbər! Küfr içində qaçışanlar səni kədərləndirməsin” – buyuruğunu, “Əgər sizə bu verilirsə, onu alın” (yəni deyirlər ki: “Muhəmmədin yanına gedin. Əgər o sizə üzə kömür çalmağı və dəyənək vurmağı əmr edərsə, onu qəbul edin. Əgər sizə rəcm cəzası tətbiq edilməsi fitvasını verərsə, ondan çəkinin”) buyuruğuna qədər endirdi. Bundan sonra şanı uca Allah: Kim Allahın endirdiyi ilə hökm etməzsə, budur, onlar, kafirlərin məhz özləridir (Maidə/44); Kim Allahın endirdiyi ilə hökm etməzsə, budur, onlar zalımların məhz özləridir (Maidə/45); Kim Allahın endirdiyi ilə hökm etməzsə, budur, onlar fasiqlərin məhz özləridir (Maidə/47) ayələrini endirdi. [19]

Kitab-i Müqəddəsdəki hökmlər isə belədir:

Bir adam bir qadın alır, yatdıqdan sonra ondan xoşlanmazsa, ona günah yükləyər, adını pisə çıxarar: “Bu qadınla evləndim, amma onunla yatınca, bakirə olmadığını gördüm” – deyərsə, qadının anasıyla atası qızlarının bakirə olduğu ilə əlaqədar sübutu alıb, qapıda vəzifəli şəhərin öndə gedənlərinə gətirəcəklər. Qadının atası öndə gedənlərə: “Qızımı bu adamla evləndirdim, amma o qızımdan xoşlanmır” – deyəcək, “indi qızımı günahlandırır, onun bakirə olmadığını söyləyir. Budur qızımın bakirə olduğunun sübutu!” Sonra ana-ata qızlarının bakirə olduğunu sübut edən yataq örtüyünü öndə gedənlərin önünə sərib, göstərəcəklər. Şəhərin öndə gedənləri də adamı cəzalandıracaqlar. Cəza olaraq, ondan 100 gümüş alıb, qadının atasına verəcəklər. Çünki adam İsrailli bir bakirə qızın adını pisləmişdır. Qadın adamın xanımı qalacaq və adam həyatı boyunca onu boşaya bilməyəcəkdir. Ancaq bu iddia doğrudursa, qızın bakirə olduğuna dair bir sübut olmazsa, qızı ata evinin qapısına çıxaracaqlar. Şəhər xalqı daşlayaraq qızı öldürəcək. Atasının evindəykən fühuş etməklə İsraildə iyrənclik etmişdir. Aranızdakı pisliyi içinizdən atacaqsınız. Əgər bir adam başqa birinin xanımıyla yatarkən yaxalanırsa, həm qadınla yatan adam, həm qadın, ikisi də öldürüləcək. İsraildən pisliyi atacaqsınız. Əgər bir adam şəhərdə başqa biriylə nişanlı bakirə bir qızla qarşılaşar və onunla yatarsa, ikisini də şəhərin qapısına götürəcək, daşlayaraq öldürəcəksiniz. Çünki qız şəhərdə olduğu halda yardım istəmək üçün bağırmadı, adam da qonşusunun xanımıyla əlaqə qurdu. Aranızdakı pisliyi içinizdən atacaqsınız. Əgər bir adam sahədə nişanlı bir qızla qarşılaşar, onu yaxalayıb təcavüz edərsə, yalnız təcavüz edən adam öldürüləcək. Qıza heç bir şey etməyəcəksiniz. Çünki qızın ölümü haqq edəcək bir günahı yoxdur. Bu, qonşusuna təcavüz edib, onu öldürən adamın davasına bənzəyər. Adam qızı sahədə gördüyündə nişanlı qız bağırmışsa da, onu qurtaran olmamışdır. Əgər bir adam nişanlı olmayan bakirə bir qızla qarşılaşar, tutub onunla yatarsa və bu ortaya çıxarsa, qızla yatan adam qızın atasına 50 gümüş verəcək. Qıza təcavüz etdiyi üçün onu arvadı olaraq alacaq və həyatı boyunca onu boşaya bilməyəcəkdir. Kimsə atasının xanımını almayacaq, atasının evlilik yatağına ləkə sürməyəcəkdir. [20]

Kim birini vurub öldürərsə, özü də qəti olaraq öldürüləcəkdir. Amma hadisədə qəsd yoxsa, ona mən izin vermişəmsə, sizə adamın qaçacağı yeri bildirəcəyəm. Əgər bir adam qonşusuna plan qurar, qəsdən hücum edib onu öldürərsə, məbədimə belə qaçmış olsa, onu çıxarıb öldürəcəksiniz. Kim anasını, ya da atasını döyərsə, qəti olaraq öldürüləcəkdir. Kim adam qaçırarsa, onu istər satmış olsun, istər əlində tutsun, qəti olaraq öldürüləcəkdir. Anasına, ya da atasına lənət edən qəti olaraq öldürüləcəkdir. Dava çıxar, bir adam qonşusuna daşla ya da yumruqla vurar, vurulan adam ölməyib yatağa düşər, sonra qalxıb, dəyənəklə bayırda gəzə bilirsə, vuran adam günahsuz sayılacaqdır. Yalnız yaralının itirdiyi zamanın qarşılığını ödəyəcək və tamamilə yaxşılaşmasını təmin edəcəkdir. Bir adam kişi ya da qadın köləsini dəyənəklə döyərkən öldürərsə, qəti olaraq cəzalandırılacaqdır. Amma kölə dərhal ölməz, bir iki gün sonra ölərsə, kölə sahibi cəza görməyəcəkdir. Çünki kölə onun malı sayılır. İki kişi dava edərkən, hamilə bir qadına çarpar, qadın erkən doğum edər, amma başqa bir zərər görməzsə, təcavüzkar, qadının ərinin istədiyi və hakimlərin təsdiq etdiyi miqdarda para cəzasına çarpdırılacaqdır. Amma başqa bir zərər varsa, cana qarşılıq can, gözə qarşılıq göz, dişə qarşılıq diş, ələ qarşılıq əl, ayağa qarşılıq ayaq, yanığa qarşılıq yanıq, yaraya qarşılıq yara, başlığa qarşılıq başlıq ödənəcəkdir. Bir adam kişi, ya da qadın köləsini gözünə vuraraq kor edərsə, gözünə qarşılıq onu azad buraxacaqdır. Əgər kişi, ya da qadın köləsinin dişini qırarsa, dişinə qarşılıq onu azad buraxacaqdır. [21]

46Və Biz o peyğəmbərlərin ardınca yanlarındakı Tövratdan içində bəhs edilənləri doğrulayan olaraq, Məryəm oğlu İsanın gəlməsini təmin etdik. Və Ona Töv­rat­dan içində bəhs edilənləri doğrulamaq, Allahın qoruması altına girənlərə yol göstərmək və öyüd olmaq üçün də yol göstərən olan İncili verdik.

47İncil Əhli də Allahın onda endirdikləri ilə hökm etsinlər. Kim, Allahın endirdiyi ilə hökm etməzsə, artıq bax budur, onlar haqq yoldan çıxanların məhz özləridir.

48Sənə də Tövratın bir qismindən, özünün içində nəql olunanları doğrulayan və on­ları qoruyub saxlayan olaraq haqq ilə Kitabı/Quranı endirdik. Belə isə onların ara­larında Allahın endirdiyi ilə hökm et. Sənə gələn haqqdan azaraq, onların arzu və hə­vəslərinə uyma. Və Biz sizdən hamınız üçün bir yol xəritəsi/ictimai yaşayış qay­daları və geniş, aydınlıq bir yol müəyyən etdik. Və əgər Allah diləsəydi, sizi tək bir başçılı cəmiyyət edərdi, lakin sizə verdiklərində sizə əziyyət etmək/sınamaq üçün be­lə etmədi. Belə isə yaxşılıqlarda yarışın. Hamınızın dönüşü yalnız və yalnız Allaha­dır. Son­ra O, özü haqqında anlaşılmazlığa düşdüyünüz şeyləri sizə xəbər verəcəkdir.

49Sən yenə aralarında Allahın endirdiyi ilə hökm et, onların həvəslərinə uyma. Bu mübarizəndə Alla­hın sənə endirdiyinin bir qismindən səni çəkindirərək, atəşə atmala­rın­dan qorx. Artıq üz döndərərlərsə, bil ki, şübhəsiz, Allah bir qisim günahlarına görə/gü­nahlarının acısı ilə onları müsibətə uğratmaq istəyir. Və şübhəsiz ki, insanlardan bir çoxu qətiliklə haqq yoldan çıxanlardır.

50Yoxsa cahiliyyə hökmünümü arayırlar? Qətiliklə bilən bir cəmiyyət üçün hökm yönündən Allahdan daha gözəl kim ola bilər?

Bu paraqrafda, Musadan sonra İsrailoğullarında baş verən inkişaflar, Xristiyanların ilahi prinsiplərə qarşı göstərdikləri münasibətlər nəql edilərək Möminlərə xəbərdarlıq edilir:

  • Allah o peyğəmbərlərin izləri ilə Tövratın təhrif olunmuş hissələrini aşkara çıxarmaq, onun təhrif edilməmiş hissələrini də həyata keçirmək üçün Məryəm oğlu İsanı peyğəmbər olaraq göndərdi və ona Tövratdan iki əli arasındakıları təsdiq etmək, müttəqilərə yol göstərmək və öyüd olmaq üçün içində yol göstərən olan İncili vermişdir.
  • İncil Əhli də Allahın onda endirdikləriylə hökm etməlidirlər. Kim Allahın endirdiyi ilə hökm etməzsə, artıq budur, onlar fasiqlərin məhz özləridir.
  • Bunlardan sonra da Muhəmmədə, Tövratın təhrif edilən qisimlərini ortaya qoymaq, təhrif edilməmiş bölmələrini də həyata keçirmək üçün Quran endirilmişdir. Elə isə Rəsul onların aralarında Allahın endirdiyi ilə hökm etməli, haqqdan azaraq, onların arzu və istəklərinə uymamalıdır:
  • 76Heç şübhəsiz ki, bu Quran İsrailoğullarına haqqında ayrılığa düşdükləri şeylərin bir çoxunu bildirib anlatmaqdadır.
  • 77Və heç şübhəsiz, həqiqətən Quran, əmin olun ki, möminlər üçün bir bə­ləd­çi və bir mərhəmətdir. (Nəml/76, 77)
    • Allah, bütün cəmiyyətlər üçün bir şəriət və yol qılmışdır. Əgər Allah diləsəydi, insanları tək bir ümmət edərdi, lakin sizi sınamaq üçün belə etmədi.
    • İnananlar yaxşılıqlarda yarışmalıdır. Hər kəs Allaha dönəcək, O da haqqında ixtilafa düşülən şeyləri onlara xəbər verəcəkdir.
    • Elçi onların aralarında Allahın endirdiyi ilə hökm etməlidir, onların istəklərinə uymamalıdır. Allahın Elçiyə endirdiyinin bir qisminə məsuliyyətsiz yanaşmaqdan onları çəkindirməli, tədbirli olmalıdır.
    • Bunlara baxmayaraq üz çevirərlərsə, artıq Allahın, bir qisim günahlarına görə onları müsibətə uğratması qaçınılmazdır. Şübhəsiz ki, insanlardan bir çoxu qəti olaraq fasiq insanlardır.
    • Yoxsa cahiliyyə hökmünümü arayırlar? Qəti bilən bir cəmiyyət üçün, hökm yönündən Allahdan daha gözəl kim ola bilər?

Bu ayə qrupunun enmə səbəbinə dair aşağıdakı hadisə nəql edilmişdir:

Mukatil belə demişdir: Allah Hz. Muhəmmədi (s.ə.s) peyğəmbər olaraq göndərmədən əvvəl Bəni Kurayza ilə Bəni Nadir arasında bir qan davası var idi. Cənab-i Haqq Hz. Muhəmmədi Peyğəmbər olaraq göndərincə, bunlar Hz. Muhəmmədin hakimliyinə müraciət etdilər. Kurayzaoğulları belə demişdi: “Nadiroğulları bizim qardaşlarımızdır. Atamız, dinimiz və kitabımız birdir. Nəticə etibarilə, əgər Nadiroğulları bizdən birisini öldürərsə, bizə 70 vesak [ölçü] xurma verirlər. Əgər biz onlardan birisini öldürəriksə, onlar bizdən, 140 vesak xurma alırlar. Bizi yaraladıqları zaman verəcəkləri diyet [erş] onların yaralanmalarına muqabil veriləcək olan diyetin yarısıdır. Nəticə etibarilə, sən bizimlə onlar arasında hökm et”. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s): “Mən Kurayzalı olan birisinin qanının Nadirli olan birisinin qanına, Nadirli birisinin qanının, Kurayzalı birisinin qanına bərabər və müsəvi olduğuna hökm edirəm… Bunlardan birisinin digərinə nə qan, nə diyet, nə də “erş” [yaralama diyeti] xüsusunda bir üstünlüyü yoxdur” – dedi. Bundan sonra Nadiroğulları əsəbləşərək: “Biz sənin hökmünə razı olmuruq, çünki sən bizim düşmənimizsən…” – dedilər. Bundan sonra də Cənab-i Haqq: Onlar hələ də, cahiliyə hökmünümü (yəni cahiliyyədəki ilk hökmlərinimi) arayırlar? – ayəsini endirdi. [22]

51Ey iman edənlər! Yəhudiləri və Nəsraniləri/Xristianları köməkçi, yol göstə­ri­ci, qoruyucu yaxınlar etməyin. Onlar bir-birlərinin qoruyucu, yol göstərici yaxın­la­rı­dır. Sizdən kim onları mütəvəlli [qoruyucu, nəzarətçi, idarə edici] edərsə, artıq o, şübhəsiz ki, onlardandır. Şübhəsiz ki, Allah şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər cəmiyyətini bələdçiləməz.

52Bundan sonra qəlblərində xəstəlik olan/təfəkkürü pozulmuş kimsələrin: “Bizə bir fə­lakət gəlməsindən ürpəririk” – deyərək, onların içində çabaladıqlarını görəcəksən. Ar­tıq umulur ki, Allah bir fəth və ya qatından bir əmr gətirər və içlərində gizlət­dik­lə­rinə peşman olan kimsələr olarlar.

53Və iman edənlər: “Qətiliklə, sizinlə bərabər olduqlarına dair Allaha var gücləri ilə and içənlər bunlardırmı?” – deyərlər. Onların əməlləri boşa getmişdir və onlar itirənlər olmuşlar.

Bu paraqrafda Möminlərə Yəhudi və Xristiyanlara qarşı tətbiq etməli olduqları prinsiplər bildirilmişdir. Ayələrin ifadələri tamamilə açıqdır:

  • İman edənlər Yəhudi və Xristiyanları vəlilər etməməlidir. Onlar bir-birlərinin vəlisidirlər. Möminlərdən kim onları mütəvəlli [qoruyan, nəzarət edən, idarə edən] edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalımlar cəmiyyətinə bələdçilik etməz;
  • Qəlblərində xəstəlik olan insanların: “Bizə bir fəlakət gəlməsindən ürpəririk” – deyərək, onların içində qaçışdıqları görünəcəkdir. Umulur ki, Allah bir Fəth və ya öz qatından bir əmr yetirər və içlərində gizlədiklərinə peşman olarlar;
  • İman edənlər onlarla əlaqədar: “Qəti olaraq, sizinlə bərabər olduqlarına dair Allaha bütün gücləriylə and içənlər bunlardırmı?” – deyirlər. Onların əməlləri boşa getmiş və onlar itirmişdilər.

Bu bölmənin enmə səbəbinə dair aşağıdakılar verilmişdir:

Muhəmməd ibn İshak deyir ki: Yəhudilərdən Rəsulullahla olan anlaşmalarını ilk pozan qəbilə Kaynuka oğullarıdır. Asım ibn Ömər ibn Katadenin mənə nəql etdiyinə görə, Rəsulullah (s.ə.s) onları əhatə etmişdi ki, ən sonunda onlar Rəsulullahın əmrinə boyun əymişdilər. Hz. Peyğəmbər onları məğlub edincə, Abdullah ibn Ubey ibn Selul qalxaraq: “Ya Muhəmməd! Mənim dostlarıma yaxşı davran” – dedi. Çünki Kaynuka oğulları Hazreclilərin müttəfiqləri idilər. Rəsulullah (s.ə.s) ona doğru əyildi. O: “Ey Muhəmməd! Mənim dostlarıma yaxşı davran” – dedi. Hakim deyir ki, Rəsulullah (s.ə.s) ondan üzünü döndərdi. Abdullah İbn Ubey əlini Rəsulullahın (s.ə.s) zirehinin cibinə soxdu. Rəsulullah (s.ə.s): “Burax məni” – dedi və əsəbləşdi. Elə ki, üzündə kölgələr bilindi. Sonra: “Vay sənin halına, burax məni” – dedi. Abdullah ibn Ubey: “Xeyr, Allaha and olsun ki, mənim dostlarıma yaxşı davranıncaya qədər, səni buraxmaram” – dedi, “400 zirehsiz, 300 zirehli məni qaraya və qırmızıya qarşı qorudular. Sən onları bir sabahda bitirib, tükədəcəkmiydin? Mən, olacaqlardan qorxuram” – dedi. Bundan sonra Rəsulullah (s.ə.s): “Onlar sənin olsun” – dedi.

Muhəmməd ibn İshak deyir ki: Əbu İshak ibn Yessar Ubade ibn Samitin oğlu Vəlidin oğlu, Ubadedən nəql etdi ki, Ubade ibn Samit belə demişdir: Rəsulullah (s.ə.s) Kaynuka oğullarıyla döyüşə başlayınca, Abdullah ibn Ubey onlarla maraqlandı və önlərində durdu. Ubade ibn Samit, Rəsulullahın (s.ə.s) yanına doğru yeridi. Avf ibn Hazrec oğulları Abdullah ibn Ubey kimi Kaynuka oğullarının müttəfiqləri idilər. Ubade ibn Samit Rəsulullahın hüzurunda onların ittifaqını rədd edərək, Allah və Rəsuluna vəziyyətlərini bildirdi və dedi ki: “Ey Allahın Rəsulu! Onların ittifaqından Allah və Rəsuluna etibar edirəm və Allah və Rəsulu ilə Möminlərin dostluğunu qəbul edir, kafirlərin dostluq və ittifaqlarından uzaqlaşıram”. Budur bu ayə-i kərimə, Ubade ibn Samit ilə Abdullah ibn Ubey haqqında nazil olmuşdur. [23]

Ayənin Əbu Lubabe haqqında nazil olduğu da İkrimədən bir görüş olaraq nəql edilmişdir. Əs-Süddi deyir ki: “Ayə-ti kərimə Müsəlmanların Uhud günü qorxuya qapılaraq, sonunda aralarından bəzilərinin Yəhudi və Xristiyanları vəli etməyi qəlblərindən keçirmələri şəklində meydana gələn hadisə haqqında nazil olmuşdur”. Yenə bu ayə-ti kərimənin Ubade b. əs-Samit ilə Abdullah b. Ubey b. Selul haqqında nazil olduğu da söylənmişdir. Ubade (r.a) bundan sonra Yəhudiləri vəli etməkdən əl çəkmiş, buna qarşılıq İbn Ubey onlarlq dostluq etməyə davam edərək: “Mən, zamanla bir sıra musibətlərin ortaya çıxmasından qorxuram” – demişdi. [24]

Möminlər qeyri müslimləri vəli, mütəvəlli etməmələri xüsusunda onlarla dəfə xəbərdarlıq edilmişdir. Burada bir neçəsini xatırladırıq:

  • 113Və Allahın ortağı olduğunu qəbul edərək səhv/öz zərərlərinə iş edənlərə meyl etməyin, sonra sizə atəş toxunar. Və sizin üçün Allahın yaratdığı sərvətlərdən kömək edən, yol göstərən, qoruyan yaxınlar yoxdur. Sonra kömək görə bilməzsiniz. (Hud/113)
  • 28Möminlər, özlərindən səviyyəsiz, kafir olanları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul etmə­sin­lər/yön­ləndirici etməsinlər, həyatlarını onların əllərinə təslim etməsinlər. Artıq onu hər kim edərsə, Allahdan heç bir şeyi yoxdur. Ancaq onlardan mühafizə olunaraq qorunmağınız başqadır. Allah sizi Özündən çəkindırir. Və olmaq/var olmaq yalnız və yalnız Allahadır. (Ali İmran/28)
  • 118Ey iman edənlər! Öz səviyyənizdə olmayanlardan sirdaş/yaxın yoldaş qəbul etməyin. Onlar, sizə pislik etməkdən geri qalmazlar. Onlar sıxıntıya düşməyi­nizi istədilər. Qətiliklə, kinləri ağızlarından bayıra vurmuşdur. Qəlblərində giz­lət­dik­ləri şeylər də daha böyükdür. Əgər siz ağlınızı istifadə edəcəksinizsə, Biz si­zin üçün ayələrilamətləri/nümunələri qətiliklə açıqlamışıq. (Ali İmran/118)

54Ey iman edənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah yaxında mö­minlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət gətirər ki, Allah onları sevər, on­lar da Onu sevərlər. Onlar Allah yolunda çalışar və heç bir qınayanın qınama­sın­dan qorxmazlar. Bu, Allahın dilədiyinə verdiyi bir ərməğandır. Allah biliyi və mər­hə­məti geniş və hədsiz olandır, çox yaxşı biləndir.

55Sizin köməkçi, yol göstərici, qoruyucu yaxınınız, sadəcə Allahdır, Onun Elçisidir, bir də Allahı birləyərək salaatı iqamə edən, zə­ka­tı/vergini verən, iman edənlərdir.

56Allahı, Onun Elçisini və iman edənləri özünə köməkçi, yol göstərici, qoruyucu yaxın qəbul edənlər bilsinlər ki, qətiliklə, Allahın tərəfdarları qalib olanların məhz özləridir.

57Ey iman edənlər! Sizdən öncə özlərinə Kitab verilmiş olanlardan və kafirlərdən, dininizi lağ və əyləncə qəbul edən kimsələri köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Əgər möminlərsinizsə, Allahın qoruması altına girin.

58Və siz onları salaata çağırdığınız zaman onlar onu lağ və əyləncə edirlər. Bu, onların dərrakəsiz bir cəmiyyət olduqlarındandır.

Bu ayə qrupunda, dindən dönənlər və İslam düşmənləri haqqında qaydalar qoyulur:

  • Dinlərindən dönərlərsə ki, bunun özlərindən başqa kimsəyə zərəri olmaz, Möminlər bilməlidirlər ki, Allah yaxında Möminlərə qarşı yumşaq, kafirlərə qarşı da qürurlu və şiddətli bir cəmiyyət yetirər. Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar Allah yolunda cəhd edərlər, çalışarlar və heç bir qınayanın qınağından qorxmazlar.
  • Bu, Allahın dilədiyinə verdiyi bir lütfüdür. Allah vasidir, çox yaxşı biləndir.
  • Möminin vəlisi Allah, Onun Elçisi və rüku edər bir halda salaatı iqamə edən, zəkatı verən insanlardır.
  • Allahı, Elçisıni və iman edənləri vəli edənlər bilsinlər ki, Allahın tərəfdarları qəti olaraq qalib olacaqlar.
  • Möminlər özlərinə kitab verilmiş olanlardan və kafirlərdən, dinlərini oyun və əyləncə edənləri vəlilər etməməli və Allaha təqvalı davranmalıdırlar.
  • Möminlər tərəfindən salaata çağırılanlar, ağıllarını işlətməyən bir cəmiyyət olduqlarına görə, onu oyun və əyləncə edirlər. Ağıllı bir cəmiyyət olsalar, bunu etməzlər.

55-ci ayədəki “rüku halında zəkat vermək” ifadəsi, rüku sözü yanlış anlaşıldığına görə, təhrif edilərək bir sıra məsəllər törədilmişdir. İbrət-i aləm üçün bunları izah edirik:

Dilənçinin biri Peyğəmbərin (s.ə.s) Məscidində bir şeylər diləndiyi halda kimsə ona bir şey verməmişdi. O sırada Hz. Əli namazda və rüku halında idi. Sağ əlində də bir üzük vardı. Dilənçiyə əliylə işarə etdi və nəhayət dilənçi də o üzüyü aldı. Əl-Kiya ət-Tabəri deyir ki: “Budur bu, az əməlin namazı ləğv etmədiyinə dəlalət edir. Çünki rüku halında ikən üzüyünü sədəqə olaraq vermək, namazda edilən bir iş olub, buna görə də namazını ləğv etmədi”. Uca Allahın: və rüku halında ikən zəkatını verən Möminlər buyuruğu isə, nafilə sədəqəyə də zəkat adının veriləcəyinə dəlalət edir. Çünki Hz. Əli rüku halında ikən üzüyünü sədəqə olaraq vermişdi. Bu da uca Allahın bu buyuruğunu andırır: Lakin, özü ilə Allahın rızasını istəmək qəsdiylə verdiyiniz zəkat isə, budur onlar qat-qat artırılanlardır (Rum/39). Budur, burada fərz və nafilə də zəkatın əhatəsinə girir. Buna görə zəkat adı, həm fərzi, həm də nafilə sədəqəni əhatə edən bir isim olur. Eynilə, sədəqə və salaat isimlərinin hər ikisini də [fərz olanı da, nafilə olanı da] əhatə etdiyi kimi.

Deyirəm ki: Buna görə, burada zəkatdan qəsd, üzüyünü sədəqə olaraq verməkdir. Zəkat sözünün üzüyü sədəqə olaraq vermək şəklində izah olunması isə uzaq bir ehtimaldir. Çünki zəkat ancaq özü üçün xas olan sözü ilə işlədilir. Bu da, daha öncə Bəqərə surəsinin əvvəllərində keçdiyi kimi, fərz olan zəkatdır, eyni şəkildə bundan öncə keçən, Namazını qılan ifadəsinin mənası da belədir. Namazın iqamə edilməsinin mənası isə, namazı vaxtlarında və bütün hüququna riayət edərək qılmaqdır. Bundan qəsd də fərz olan namazdır. Daha sonra uca Allah: və rüku halında ikən – buyurur. Bundan məqsəd isə, nafilə namazdır. Belə də deyilmişdir: Rükunun təkbaşına zikr edilməsi, onun şərəfinə diqqət çəkmək üçündir. Yenə deyildiyinə görə, Möminlər bu ayənin nüzulu əsnasında kimiləri namazını tamamlamış, kimiləri isə rüku halında olurdu.

İbn Huveyziməndad deyir ki: Uca Allahın: və rüku halında ikən zəkatını verən Möminlər – buyuruğu namaz əsnasında əməl-i yəsir deyə bilinən az miqdardakı əməlin caiz olduğu hökmünü ehtiva edir. Çünki burada bu ifadə tərif yerindədir. Tərif ilə əlaqədar minimum hökm isə, öyülən şeyin mübah olmasıdır. Əli b. Əbi Talibin (r.a) dilənçiyə özü namazda ikən bir şeylər verdiyi rəvayət edilir. Bunun, nafilə namazda ikən edilmiş olması da mümkündür. Belə ki, fərz namazda belə bir şey etmək məkruh görülmüşdür. Öygünün, hər iki halın bir arada olmasına yönəlik olma ehtimalı da vardır. Adətən namaz və zəkatın vücubuna inanan insanı xarakterizə edərək, namazdan rüku deyə söz etmiş, bunların fərz olduğuna inanmağı da bunların felən edilməsi deyə ifadə etmişdir. Necə ki, “Müsəlmanlar namaz qılanlardır” deyərkən, onların bu halda ikən namaz qılan insanlar olduqlarını qəsd etmədiyin kimi, yalnız və yalnız namaz halında ikən onlar öyülmüş olmur. Bu ifadə ilə, bu davranışı edib, onun fərz olduğuna inanan insanlar qəsd edilir. [25]

Daha əvvəl də ifadə etdiyimiz kimi rüku “şirk qoşmadan qulluq etmək”dir. Burada isə, “tam, mükəmməl bir imana sahib olaraq, zəkatını verənlər” demək olub, münafiqlərin əksinə olaraq, gerçək Möminlər öyülür.

59De ki: “Ey Kitab Əhli! Bizim, sadəcə, Allaha, bizə endirilənə və daha öncə endiri­lənə inanmağımız və şübhəsiz ki, sizin çoxunuzun haqq yoldan çıxanlar olduğunuza görəmi bizdən xoşlanmırsınız?”

60De ki: “Allah qatında cəzaya çarpdırılma baxımından, bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimləri kənarlaşdırmış və qəzəbinə uğratmışsa/kimlərdən meymunlar, donuzlar və şeytana sitayiş edənlər etmişsə, bax budur, bunlar mövqecə pisdirlər və doğru yoldan daha çox azmışlardır”.

61Onlar sizə gəldikləri zaman da: “İman etdik” – dedilər. Halbuki, küfr etməklə girdilər və onlar qətiliklə küfrlə çıxmışlar. Və Allah onların gizlətmiş olduqlarını ən yaxşı biləndir.

62Onlardan bir çoxunun günah işlətməkdə, düşmənçilikdə və haram yeməkdə yarışdıqlarını görərsən. Bu etdikləri şeylər nə qədər də pisdir!

63Özlərini Allaha həsr etmiş kimsələr və din bilikliləri onları günahı söyləməkdən və haram yeməkdən uzaqlaşdırmalı deyildilərmi? Edib törətdikləri şeylər nə pisdir!

64Və Yəhudilər: “Allahın əli bərkdir” – dedilər. Söylədikləri şeylərə görə öz əl­lə­ri bağlandı və onlar kənarlandı. Tam əksinə, Allahın iki əli açıqdır – dilədiyi ki­mi sərf edər. Və and olsun ki, Rəbbindən sənə endirilən onların çoxunda azğınlıq və küfrü artırar. Və Biz o Yə­hu­di­lə­rin aralarına qiyamətə qədər düşmənçilik və kin saldıq. Nə zaman döyüş/pozuculuq et­mək üçün bir atəş yandırmışlarsa, Allah onu söndürmüşdür. Və onlar yer üzündə poz­ğunçuluğa qaçarlar. Halbuki, Allah pozğunçuları sevməz.

65Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə onları neməti bol olan cənnətlərə qoyardıq.

66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir!

Bu ayə qrupunda Əhl-i Kitaba onları küncə sıxışdıran suallar yönəldilir, həmçinin onların Möminlərə kin duymalarının səbəbi açıqlanır, onların vəziyyəti ortaya qoyularaq, etməli olduqları, onlardan gözlənənlər bildirilir:

  • Ey Kitab Əhli! Bizim, sadəcə Allaha, bizə endirilənə və daha öncə endirilənə inanmağımız və şübhəsiz, sizin çoxunuzun fasiq olduğundandırmı ki, bizdən xoşlanmırsınız?
  • Allah qatında cəzaya çarpdırılma baxımından bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimlərə lənət etmiş və kimləri qəzəbinə uğratmışsa, kimlərdən meymunlar, donuzlar və şeytana sitayiş edənlər etmişsə, budur bunlar məkanca pisdir və yolun doğrusundan daha çox azmışlardır.

Bu xitablardan sonra onların vəziyyətləri açıqlanır:

  • Onlar Müsəlmanlara: “İman etdik” – deyirlər. Halbuki küfrlə girib küfrlə çıxmışdılar. Allah onların gizlədiklərini ən yaxşı biləndir.
  • Onlardan bir çoxu günah işləməkdə, düşmənçilikdə və haram yeməkdə yarışır. Bu etdikləri şeylər nə pisdir!

Bu açıqlamalardan sonra onlara: “Özlərini Allaha həsr etmiş kimsələr və din bilikliləri onları günahı söyləməkdən və haram yeməkdən uzaqlaşdırmalı deyildilərmi? Edib törətdikləri şeylər nə pisdir! –buyurularaq, onların sözdə bilikliləri, cəmiyyətlərinə xəbərdarlıq etmədikləri üçün, qınanmışlar; ardından da Yəhudilərlə əlaqədar çarpıcı açıqlamalar edilmişdir: Və Yəhudilər: “Allahın əli bərkdir” – dedilər. Söylədikləri şeylərə görə öz əl­lə­ri bağlandı və onlar kənarlandı. Tam əksinə, Allahın iki əli açıqdır – dilədiyi ki­mi sərf edər. Quran, onların çoxunda azğınlıq və küfrü artırar. Və Biz o Yə­hu­di­lə­rin aralarına qiyamətə qədər düşmənçilik və kin saldıq. Nə zaman döyüş/pozuculuq et­mək üçün bir atəş yandırmışlarsa, Allah onu söndürmüşdür. Və onlar yer üzündə poz­ğunçuluğa qaçarlar. Halbuki, Allah pozğunçuları sevməz. Və əgər Kitab Əhli iman etmiş və Allahın qoruması altına girmiş olsaydılar, qətiliklə onların pisliklərini örtər və qətiliklə onları neməti bol olan cənnətlərə qoyardıq. Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir!

60-cı və 66-cı ayələrdə Musanın daha əvvəl İsrailoğullarına verdiyi öyüdlərə işarə edilir. Mövzu Kitab-i Müqəddəsin Levililər/26 və Təsniyə/28-ci bölmələrində təfərrüatlı olaraq yer alır.

64-cü ayədə Yəhudilərin: “Allahın əli bərkdir” sözləriylə əlaqədar bu məlumat verilmişdir:

Muhəmməd ibn İshak deyir ki: Bizə Muhəmməd ibn Əbu Muhəmməd, Səid və ya İkrimə kanalıyla Abdullah ibn Abbasın belə dediyini nəql etdi: Şeys ibn Kays adlı bir Yəhudi dedi ki: “Sənin Rəbbın xəsisdir, xərcləməz”. Bundan sonra Allah Təala bu ayə-ti kəriməni endirdi. [26]

Allah onların ittihamlarını rədd etmiş, qeyr-i insani xarakterlərini Söylədikləri şeylərə görə öz əl­lə­ri bağlandı və onlar kənarlandı. Tam əksinə, Allahın iki əli açıqdır – dilədiyi ki­mi sərf edər. Və and olsun ki, Rəbbindən sənə endirilən onların çoxunda azğınlıq və küfrü artırar. Və Biz o Yə­hu­di­lə­rin aralarına qiyamətə qədər düşmənçilik və kin saldıq. Nə zaman döyüş/pozuculuq et­mək üçün bir atəş yandırmışlarsa, Allah onu söndürmüşdür. Və onlar yer üzündə poz­ğunçuluğa qaçarlar. Halbuki, Allah pozğunçuları sevməz ifadələriylə ifşa etmişdir.

Yəhudilərin bu ayədə bəhs edilən xarakterlərinə daha əvvəl də toxunulmuşdur:

  • 52Bax budur, onlar Allahın kənarlaşdırdığı insanlardır. Allah kimi kənarlaşdırıb gözdən çıxarırsa, artıq ona qətiyyən bir köməkçi tapa bilməzsən.
  • 53Yoxsa onlar üçün dünya idarəçiliyindən bir paymı vardır? Əgər belə olsa idi, insanlara bir xurma çəyirdəyinin oyuğunu belə verməzdilər.
  • 54Yoxsa onlar insanları Allahın onlara ərməğan olaraq verdiyi şeyə görə qısqa­nır­larmı? Baxın, şübhəsiz ki, Biz İbrahim soyuna da kitab və haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar vermişdik. Həm də onlara böyük bir hökmranlıq verdik. (Nisa/52-54)
  • 61Və həmçinin bir zamanlar siz: “Ey Musa! Biz tək yeməyə qətiyyən dayana bilmərik, ar­tıq bizim üçün Rəbbinə dua et ki, bizə yerin yetişdirdiyi şeylərdən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından çıxarsın” – demişdiniz. Musa da sizə: “O, üstün olanı daha aşağı olanlarla dəyişdirməkmi istəyirsiniz? Bir qə­sə­bəyə/Misirə enin, o vaxt istədiyiniz şeylər sizin olacaqdır” – demişdi. Və üzərlə­rinə alçaqlıq və acizlik damğalandı və sonunda Allahın qəzəbinə uğradılar. Bax budur, bu, küfr etmiş və peyğəm­bər­ləri haqsız yerə öldürmüş olduqlarına görədir. Bax budur, bu, üsyan etdikləri və həddi aşdıqlarına görədir. (Bəqərə/61)

Rəbbimizin ehsanı isə həqiqətən sayılamayacaq ölçüdədir:

  • 32–34Allah göyləri və yeri yaradan, göydən su endirib, onunla sizə ruzi olaraq müxtəlif meyvələr çıxarandır. Və Allah əmrinə uyğun olaraq, dənizdə üzüb getmələri üçün gəmiləri xidmətinizə verdi/sizin yararlanacağınız xüsusiyyətlərdə yaratdı, çayları da xidmətinizə verdi. Daima fırlanma halında olan Günəşi və Ayı da xidmətinizə verdi/onları da faydalanacağınız xüsusiyyətlərdə yaratdı. Gecəni və gündüzü də sizin xidmətinizə verdi. Və O, Özündən istədiyiniz hər şeydən sizə verdi. Allahın nemətini saymaq istəsəniz də, saya bilməzsiniz! Şübhəsiz ki, insan qətiliklə çox səhv/öz zərərinə iş edən, çox nankor biridir. (İbrahim/32-34)

67Ey Rəsul! Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz.

Tamamilə konkret və anlaşılan bir ifadəyə sahib olan ayədə Kitab Əhlinin münasibətləri nəql edildikdən sonra Rəbbimiz Elçisinə: Rəbbindən sənə endiriləni təbliğ et. Və əgər bunu etməzsən, o zaman Onun verdiyi elçilik vəzifəsini yerinə yetirməmiş olarsan. Allah da səni insanlardan qoruyacaqdır. Şübhəsiz ki, Allah kafirlər qövmünə bələdçilik etməz buyuraraq onun öhdəliyini edib, gerisinə qarışmamasını istəyir. Bu tərz ifadələr bir çox ayədə [Əraf/62, 79, 93, 68; Hud/57; Əhqaf/23; Cinn/28] keçmişdi. Elçilər hər cür şərt altında təbliğ öhdəliklərini yerinə yetirməklə məsuldur, ismarıcları gizləyə bilməzlər, öhdələrində tutamazlar, ismarıca əlavə edə bilməzlər. Öz əleyhinə belə olsa, ismarıcı təbliğ etmək məcburiyyətindədirlər.

Ayədəki Allah da səni insanlardan qoruyacaqdır ifadəsiylə Elçinin həm şəxsinin, həm də elçiliyinin qorunacağı zəmanəti verilmiş və beləliklə, Rəsulullahın təbliğ etdiyi vəhylər və şəxsən özü hər cür təcavüzlərə baxmayaraq, qorunmuşdur:

  • 9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq. (Hicr/9)
  • 52–54Və Biz səndən öncə heç bir elçi və heç bir peyğəmbər göndərmədik ki, o bir şey arzuladığı zaman şeytan onun arzusuna bir şeylər qatmış olmasın. Buna görə də Allah şeytanın/İblisin qatdığı şeyləri aradan qaldırır. Sonra da Allah şeytanın buraxdığını, qəlblərində xəstəlik olan, təfəkkürü pozulmuş və qəlbləri qas-qatı olan insanlar üçün, onları dindən çıxarmaq üçün… Şübhəsiz, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər də qətiliklə uzaq bir ayrılıq içindədirlər… Özlərinə bilik verilmiş olan insanlar Quranın şübhəsiz, Rəbbindən gələn bir gerçək olduğunu bilsinlər və ona iman etsinlər, sonra da qəlbləri ona hörmət duysun deyə, ayələrini gücləndirir, qoruyur. Və Allah Alimdir – çox yaxşı biləndir, Hakimdir – ən yaxşı qanunlar qoyan, gücləndirəndir. Və şübhəsiz ki, Allah iman edən insanları ən doğru yola bələdçiləyəndir. (Həcc/52-54)
  • 39,40Ona görə də, sən onların söylədikləri qarşısında səbr et. Və günəşin doğulmasından əvvəl və batmasından əvvəl və gecədən bir bölmədə/hər fürsətdə Rəbbinin tərifi ilə birlikdə nöqsanlardan münəzzəh qıl. Və boyun əyib təslim olanların/bütün suallarına cavab alıb, razı qalanların ardından/yalan sayana iman etdirdikdən sonra da Onu arındır. (Qaf/39, 40)

68De ki: “Ey Kitab Əhli! Tövratı, İncili və Rəbbinizdən sizə endirilən qaydaları həyata keçirmədikcə, heç bir şey üzərində deyilsiniz”. Şübhəsiz ki, Rəbbindən sənə endirilənlər, onların çoxunda azğınlığı və küfrü artırır. Belə isə, kafirlər qövmü üçün kədərlənmə!

69Şübhəsiz ki, bu iman edənlər, Yəhudiləşmiş insanlar, Sabiilər/təbii dindarlar və Nasranilər – kim Allaha və axirət gününə iman edər və saleh əməl işləyərsə, artıq onlar üçün heç bir qorxu yoxdur, onlar qəmgin də olmayacaqlar.

70,71And olsun ki, Biz İsrailoğullarının sözləşməsini aldıq və özlərinə elçilər gön­dər­dik… O zaman ki, onlara elçi, nəfslərinin xoşlamadığı bir şeyi gətirdi, bir qismini yalan saydılar, bir qismini də öldürdülər.

Və onlar bir sosial yanğın olmayacağını sandılar. Buna görə də korlaşdılar və karlaşdılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu korlaşdı, karlaşdı. Və Allah onların etdikləri şeyləri ən yaxşı görəndir.

72And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi.

73And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır.

74Hələ də onlar xətalarından Allaha dönməz və Ondan əfv diləməzlərmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

75Məryəmin oğlu Məsih, sadəcə, bir elçidir. Ondan öncə də elçilər gəlib keçmişdir. Anası da çox doğru bir qadındır. Hər ikisi də yemək yeyirdilər. Bax, onlara ayələri necə açığa qoyuruq. Sonra yenə bax, onlar necə döndərilirlər!

76De ki: “Allahın yaratdıqlarından sizin üçün zərər verməyə və faydalı olmağa güc­lə­ri yetməyən şeylərəmi qulluq edirsiniz? Halbuki, Allah çox yaxşı eşidəndir, çox yax­şı biləndir”.

77De ki: “Ey Kitab Əhli! Dininizdə haqqdan çıxıb, ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış və haqq yolun ortasından azmış bir qövmün nəfslərinə də uymayın”.

78İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndi/kənarlaşdırıldı. Bu onların üsyan etmələrinə və həddi aşmalarına görə idi. 

79Onlar etdikləri pisliklərdə bir-birlərinə mane olmurdular. Əlbəttə, etməkdə israr etdikləri şey nə pis idi!

Bu ayələrdə də mövzunun mərkəzində olan Əhl-i Kitabın yanlışları sayılır, doğru yola gəlmələri istənilir. Onlara öncə: Ey Kitab Əhli! Tövratı, İncili və Rəbbinizdən sizə endirilən qaydaları həyata keçirmədikcə, heç bir şey üzərində deyilsiniz” – çağırışı edilərək, Tövrat və İncildə yer alan prinsipləri həyata keçirmədikcə, bir dəyərlərinin olmayacağı açıqlanmışdır.

Bu ismarıc Cümə surəsində belə yer almışdı:

  • 5Və o zaman Musa qövmünə: “Ey qövmüm! Şübhəsiz ki, mənim sizin üçün Allahdan göndərilmiş bir elçi olduğumu bildiyiniz halda, nə üçün mənə əziyyət edirsiniz?” – demişdi. Nə zaman ki, onlar yolundan əyilib, azdılar. Allah da onların qəlblərini əyib, azdırdı. Və Allah haqq yoldan çıxmış bir cəmiyyətə bələdçilik etməz. (Cümə/5)

Bu çağırışın ismarıcı daha əvvəl geniş şəkildə özlərinə çatdırılmışdı:

  • 109Kitab Əhlindən bir çoxu, həqiqət onlar üçün ortaya qoyuduğu halda, nəfslərin­də­ki qısqanclıq ucbatından sizi imanınızdan sonra kafirlər olmağa çevirmək istəyərlər. Buna baxmayaraq siz, Allahın əmri gəlincəyə qədər əfv ilə, xoşluqla davranın. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı güc yetirəndir.
  • 110Və siz salaatı iqamə edin və zəkatı/vergini verin! Özünüz üçün öncədən hər nə yaxşılıq edərsinizsə, Allah qatında onu taparsınız. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir.
  • 111Bir də inananları Yəhudiləşdirmək, Xristiyanlaşdırmaq istəyənlər: “Yəhudi və Xristianlardan başqası qətiyyən cənnətə girə bilməyəcək” – dedilər. Bu, onların öz əsassız və boş düşüncələridir. De ki: “Əgər doğru insanlarsınızsa, dəlilinizi gətirin”.
  • 112Xeyr, əksinə kim yaxşılaşdıran/gözəlləşdirən biri olaraq özünü Allah üçün islam­laş­dırır­sa, bax budur, onun Rəbbi qatında mükafatı vardır. Onlara heç bir qorxu da yoxdur və onlar kədərlənməzlər də.
  • 113Və Yəhudilər: “Xristianlar bir şey üzərində deyillər/onların dəyərli bir tərəfləri yoxdur” – dedilər. Xristianlar da: “Yəhudilər, bir şey üzərində deyillər/ onların dəyərli bir tərəfləri yoxdur” – dedilər. Halbuki, onlar kitabı oxuyurlar. Bilməyən insanlar da onların dediyi kimi dedilər. Artıq içində anlaşılmazlığa düşdükləri şeylərdə, Qiyamət Günü aralarında Allah hökm verəcəkdir. (Bəqərə/109-113)

Bu çağırışdan sonra Rəsulullah: Şübhəsiz ki, Rəbbindən sənə endirilənlər, onların çoxunda azğınlığı və küfrü artırır. Belə isə, kafirlər qövmü üçün kədərlənmə! deyilərək təsəlli edilmiş, sonra da onların keçmişinə və aqibətlərinə dair bir sıra məlumatlar verilmışdır: Şübhəsiz ki, bu iman edənlər, Yəhudiləşmiş insanlar, Sabiilər/təbii dindarlar və Nasranilər – kim Allaha və axirət gününə iman edər və saleh əməl işləyərsə, artıq onlar üçün heç bir qorxu yoxdur, onlar qəmgin də olmayacaqlar. And olsun ki, Biz İsrailoğullarının sözləşməsini aldıq və özlərinə elçilər gön­dər­dik… O zaman ki, onlara elçi, nəfslərinin xoşlamadığı bir şeyi gətirdi, bir qismini yalan saydılar, bir qismini də öldürdülər.Və onlar bir sosial yanğın olmayacağını sandılar. Buna görə də korlaşdılar və karlaşdılar. Sonra Allah onların tövbəsini qəbul etdi. Sonra yenə onlardan çoxu korlaşdı, karlaşdı. Və Allah onların etdikləri şeyləri ən yaxşı görəndir. And olsun: “Allah, Məryəm oğlu Məsihin özüdür” – deyən kimsələr qətiliklə kafir olmuşlar. Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi. And olsun: “Allah üçün üçüncüsüdür” – deyən insanlar qətiliklə, kafirlər olmuşlar. Halbuki, tək Tanrıdan başqa Tanrı yoxdur. Əgər söylədiklərindən əl çəkməzlərsə, qətiliklə onlardan kafirlərə ağrı verən bir əzab to­xunacaqdır. Bu açıqlamalardan sonra giley dolu ifadələrlə: “Hələ də onlar xətalarından Allaha dönməz və Ondan əfv diləməzlərmi? Allah çox bağışlayandır, çox mərhəmət edəndir. Məryəmin oğlu Məsih, sadəcə, bir elçidir. Ondan öncə də elçilər gəlib keçmişdir. Anası da çox doğru bir qadındır. Hər ikisi də yemək yeyirdilər. Bax, onlara ayələri necə açığa qoyuruq. Sonra yenə bax, onlar necə döndərilirlər!” – buyurularaq qınanmışlar, ardından da: “Allahın yaratdıqlarından sizin üçün zərər verməyə və faydalı olmağa güc­lə­ri yetməyən şeylərəmi qulluq edirsiniz? Halbuki, Allah çox yaxşı eşidəndir, çox yax­şı biləndir”. Ey Kitab Əhli! Dininizdə haqqdan çıxıb, ifrata varmayın. Daha əvvəl azmış, bir çoxlarını azdırmış və haqq yolun ortasından azmış bir qövmün nəfslərinə də uymayın” – deyilərək haqqa dəvət edilmişlər. Sonra da həm Əhl-i Kitaba, həm də başqalarına ibrət olaraq, İsrailoğullarından küfr edən insanların üsyan etmələri, həddi aşmaları, etdikləri pisliklərdən bir-birlərini çəkindirməmələri səbəbiylə Davud və Məryəmin oğlu İsa diliylə lənətləndiyi bildirilmiş, ən sonunda da üsyanları, həddi aşmaları və “nəyimə lazım”çılıqları: Əlbəttə, etməkdə israr etdikləri şey nə pis idi! ifadələriylə qınanmışdır.

72-ci ayədəki Halbuki, Mə­sih: “Ey İsrailoğulları! Mənim Rəbbim və sizin Rəbbiniz Allaha qulluq edin. Şüb­hə­siz, kim Allaha ortaq qoşarsa, qətiliklə Allah ona cənnəti haram edər, onun sığına­ca­ğı da atəşdir. Və şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edənlər üçün köməkçilərdən kimsə yoxdur” – demişdi ifadəsiylə, əllərindəki İncil nüsxələrinə də işarə edilmişdir:

İsa İblisə bu cavabı verdi: “”Tanrın olan Rəbbi sınama” – deyə də yazılmışdır”. İblis eyni şəkildə İsanı çox yüksək bir dağa çıxarıb, ona bütün görkəmləriylə dünyanın bütün ölkələrini göstərdi. “Yerə qapanıb, mənə sitayiş edərsənsə, bütün bunları sənə verəcəyəm” – dedi. İsa ona belə cavab verdi: “Çəkil get, Şeytan! “Tanrın olan Rəbbə sitayiş et, yalnız Ona qulluq et” – deyə yazılmışdır”. Bundan sonra İblis İsanı buraxıb getdi. Mələklər də gəlib İsaya xidmət etdilər. [27]

Həmçinin bu surənin 116-118-ci ayələrində də belə ifadə buyurulmuşdur:

  • 116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi. (Maidə/116-118)

Burada Xristiyanların inanclarına dair Mərhum Mevdudinin açıqlamalarını eynilə təqdim edirik:

Bu ayə Hz. İsanı (ə.s) tanrı qəbul edən Xristiyan doktrinini açıq şəkildə rədd edir. Əgər bir adam onun nə olduğunu səmimiyyətlə bilmək istəyərsə, burada verilən işarələrin yardımıyla asanlıqla insandan başqa bir şey olmadığı mühakiməsinə varacaqdır. İncil də onun bir insan və normal insanların istək və ehtiyaclarına tabe olduğuna şahidlik edir: “Bir qadından [Məryəm] doğulmuşdur o. Digər insanlar kimi onun da bir soy kötüyü vardır. Başqa insan bədənləri kimi eyni xüsusiyyət və hədləri daşıyan bir bədəni vardı. Yatır, yeyir, soyuğu və istini hiss edərdi. Şeytanın qızışdırmasına belə məruz qaldı”. Bütün bunlar onun tanrı və Allaha tanrılığında ortaq ola bilməyəcəyini açıq şəkildə göstərir. Xristiyanların öz İncilləri onu sadəcə bir insan olaraq xarakterizə edərkən, tanrılığı Hz. İsaya (ə.s) verməkdə israr etmələri təfəkkür pozuqluğunun qəribə bir mərifətidir. Bu, onların İncillərə deyil, özlərinin icad edib, tanrılığa yüksəltdikləri xəyali bir Hz. İsaya (ə.s) inandıqlarının açıq bir dəlilidir.

Burada, Xristiyanların özlərindən pozğun etiqad və yollar uydurmuş olduqları yanlış yoldakı diyarlara təlqin olunur. Təlqin fantaziyaları xüsusilə Xristiyanları başlanğıcda özlərinə göstərilmiş olan Doğru Yoldan azdıran Yunan filosoflarındandır. Məsihin ilk izləyicilərinin inancları böyük ölçüdə, şahid olduqları reallığa və Peyğəmbərlərinin özlərinə öyrətdiyinə uyğun gəlirdi. Lakin daha sonra Xristiyanlar Məsihə sayğı və bağlılıq göstərməkdə hədləri elə bir aşdılar və inanclarının fəlsəfi izahlarından və fantaziyalarından elə bir təsirləndilər ki, Məsihin əsil, doğru təlimləriylə heç bir ortaq yanı olmayan yeni bir din icad etdilər.

Bu bağlamda, Charles Anderson Scottun Jesus Chrısttindən sitat gətirilən bu sətirlər (Encyclopadia Britannica, 14-cü nəşr, s. 677-678) oxunmağa dəyər: “Matta, Markos və Lukanın (bu nöqtədə daşıdığı gerçək məna və əhəmiyyət şübhəlidir) başlanğıcındakı doğulma hekayələrindən fərqli olaraq, bu üç İncildə yazarlarının İsanı insandan xüsusilə, Allahın ruhuyla təchiz edilmiş və Allahla özündən “Allahın oğlu” olaraq bəhs edilən varlığını haqqlı sayan, qopmaz əlaqə içində olan bir insandan başqa bir şey olaraq düşündüklərini göstərən heç bir şey yoxdur.

Matta belə ona, bir dülgərin oğlu olaraq toxunur və Petrusun Onu Məsih olaraq təsdiq etməsindən sonra, “özünü alıb, sərt sözlər sərf etməyə başladığını anladır (Matda, XVI:22) və Lukada iki mürid Emmaus yolunda ondan hələ də “Allah və bütün insanlar önündə əməldə və sözdə sağlam bir Peyğəmbər olaraq” bəhs edirlər (Luka, XXIV:19). Oldukça ilginçtir ki, Markos yazılmadan önce “Rabb”in Hristiyanlar arasında yaygın biçimde Îsâ’yı tanımlamak için kullanılmakta olduğu gerçeğine rağmen ikinci İncîl’de hiçbir zaman bu isimle anılmaz. (Kelime Allah için serbestçe kullanılırken, Îsâ hakkında birinci İncîl’de de görülmez.) Üçü de taşıdığı büyük önemi vurgulayarak ve bütünüyle Îsâ’nın çektiği işkenceyi ve ölümünü anlatır, fakat ‘kefaret’ bölümü (Markos, X:45) ve Son Yemek’teki bazı sözler dışında, bu kelimeye sonradan eklenen anlamla ilgili hiçbir işaret yoktur. Îsâ’nın ölümünden günah veya afla herhangi bir ilgisinin bulunduğu bile ima edilmez. Pavlos ‘kefaret’ sözünü etmeseydi, yalnızlığı ve muğlaklığı içinde yaptığını da yapmayacaktı.”

Olduqca maraqlıdır ki, Markos yazılmadan əvvəl “Rəbb”in Xristiyanlar arasında yayğın şəkildə İsanı tanıtmaq üçün işlədilən olduğu reallığına baxmayaraq, ikinci İncildə heç bir zaman bu adla anılmaz. (Kəlmə Allah üçün sərbəst şəkildə işlədilirkən, İsa haqqında birinci İncildə də görünməz.) Üçü də daşıdığı böyük əhəmiyyəti vurğulayaraq və bütünüylə İsanın çəkdiyi işkəncəni və ölümünü anladır, lakin “kəfarət bölməsi (Markos, X:45) və Son Yeməkdəki bəzi sözlər istisna olmaqla, bu kəlməyə sonradan əlavə edilən məna ilə əlaqədar heç bir işarə yoxdur. İsanın ölümündən günah və ya əfvlə hər hansı bir əlaqəsinin olduğu belə ima edilməz. Pavlos “kəfarət sözünü etməsəydi, yalnızlığı və qeyri-müəyyənliyi içində etdiyini də etməyəcəkdi”.

 

Eyni yazar yenə belə deyir: “Onun özünü bir Peyğəmbər olaraq gördüyü, “Bu gün, sabah və ya sabahdan sonra yoluma getməliyəm, çünki bir Peyğəmbərin Qüdsdən yox olub getməsi olmaz” kimi bir neçə sözündə bəlli olur” (Luka, 13:39). O tez-tez özünə “insanoğlu” deyir. Hətta göyə çıxışından sonra bu çıxış hadisəsinə görə İsanın “Allahın oğlu edilib, tam bir güclə təchiz edildiyini açıqlayanın əziz Pavlos olduğunu söyləyir. “İsa heç bir zaman özünə: “Allahın oğlu deməz” – deyir, o və bu adın özünə başqaları tərəfindən verildiyi zaman, bununla hər halda ancaq onun məsih olduğunun etiraf edildiyini bildirir. “Lakin İsa özünü hər zaman mütləq mənada “oğul” olaraq tərif edər… Bundan da o yana, Allahla olan əlaqəsini tərif etmək üçün yenə mütləq olaraq “Ata” kəlməsini işlədir. Onun bu əlaqənin unikallığını hər zaman fərq etmədiyi düşünülə bilər; elə ki, həyatının ilk dövründə ilk fərqliliyini başqa insanlarla paylaşdığı bir fərqlilik sanırdı; lakin qazandığı həyat təcrübəsi və insan təbiəti haqqındakı dərin biliyi, onu özünü bu fərqlilikdə yalnız olduğunu görməyə məcbur etdi. Petrusun Pentrikosda söylənmiş “Allahdan razı olmuş kişi sözləri, çağdaşlarının İsanı necə tanıyıb, qəbul etdiklərini göstərir… İncillər bu sözlərin qəbul edilməli olması haqqında heç bir şübhəyə yer buraxmaz. Onlardan öyrəndiyimizə görə, İsa fiziki, zehni və təbii inkişaf mərhələlərindən keçmiş, acmış, susamış, yorulmuş və yatmışdı; çaşa bilir və məlumat istəyə bilirdi; ağrıyardı və ölürdü. Heç bir zaman sonsuz bilik iddiasında da olmadı.

“Belə bir iddia, şübhəsiz yalnız və yalnız İncillərin yaratdığı təəssürata tərs düşməklə qalmayacaq, eyni zamanda, başlıca günaha təşviq, ‘Gethsemane və Çarmıxa Çəkilmə təcrübələriylə də uzlaşdırılamayacaqdı. Bu cür təcrübələr tamamilə reallıqdan kənar görünmədikcə, İsa bunları yaşamış və insani bilikdəki Peyğəmbəri bəsirətə və mərifətə dayalı bir sıra dəyişikliklərə tabe insan biliyinin hədləri içərisində bu təcrübələrdən keçmiş olmalıdır. İsanı hər şeyə gücü yetər görmək üçün də elə bir səbəb yoxdur. Onun Allahdan müstəqil və ya müstəqil bir tanrı olaraq davrandığına dair heç bir göstəriş yoxdur. Həqiqətdə, ibadət alışqanlığının və beləsi ancaq ibadətlə gedir kimi sözlərinin də ortaya qoyduğu kimi, Allaha olan asılılığını özü etiraf edir. O hətta özünə, mütləq mənada yalnız və yalnız Allaha aid olan yaxşılığı və xeyri də yaraşdırmamışdır. Son şəkilləriylə Xristiyan Kilsəsi doğulmuş İsanı ilahi varlıq nizamına çıxarıncaya qədər yazıya keçirilməmiş olmalarına baxmayaraq, bir yanda qeydlərin İsanın gerçək insanlığıyla əlaqədar bütün dəlilləri mühafizə etməsi, o biri yandan heç bir yerdə onun özünü Allah olaraq gördüyünə dair hər hansı bir şeyin olmaması İncillərin gerçək tarixi xarakterləri mövzusunda diqqət çəkici bir şəhadətdir…

“Allahın oğlu adına, İsa ilə əlaqədar işlədildiyi şəkliylə ilk olaraq bütün dini bir mahiyyət verənin, ilk Xristiyan cəmiyyətimi, yoxsa bilavasitə Pavlosun özümü olduğunu müəyyən etmək mümkün olmaya bilir. Hər halda birincisi, yəni cəmiyyətin özü olmalıdır. Lakin həvari Pavlos, şübhəsiz, bu adı bütün mənasıyla mənimsəmiş və ‘Oğul İsa/Kriste Əhd-i Ətiqdə xüsusilə Rəbb Yehovaya verilən bir çox fikir və deyim verilərək, mənanı açıqlığa qovuşdurmaq üçün çox şeylər etmişdir. Hər ismin üstündə bu ismi, “Rəbb ismini vermişdir ona. Eyni zamanda Kristi Allahın hikməti və Allahın şanı ilə eyniləşdirib, ona mütləq mənada oğulluq da verməklə, Pavlos İsa [Krist] üçün Allahla miras yoluyla gələn tayı-bərabəri olmayan, əxlaqi fərdi və sonsuz bir əlaqə iddia etmiş olurdu. Digər tərəfdən, Pavlos bir çox forma və yollarla İsanı Allahla eyniləşdirmişsə də, özü ondan Allah olaraq bəhs etməkdən qaçınmışdır…” (s. 22-25, Enc. c. 13, 1946).

“(Üçləmə) düşüncə formaları Yunan filosoflarına aid olub, onlardan Yəhudi təlimlərinə girmişdir. Beləliklə, tipik bir tərkiblə qarşılaşırıq. İsanın şəxsiyyətində yetkinləşən Kitab-i Müqəddəsin dini doktrinləri yad bir fəlsəfənin içindən keçir…

“Üçləmə Doktrinində Yəhudi qaynağı Ata, Oğul və Ruh terminlərini təzhiz etdi. İsa son termini nadir hallarda işlətdiyi kimi, Pavlosun onu işlətməsi də o qədər açıq deyildir. Yəhudi ədəbiyyatında isə bu bütünlüklə şəxsləşdirilmişdir. Göründüyü kimi, Yunan təsiriylə dəyişikliyə uğramışsa da, material Yəhudiyə aiddir; lakin problem Yunanındır və öncəlik əxlaqi hətta dini belə deyil, metafizikidir. Nədir bu üç amil arasındakı ontoloji əlaqə? Kilsənin cavabı İznik formulundadır və Yunan xarakteri daşıyır…” (Enc. Britanicca, c: 5, s. 633 son sətir, “Christianity” maddəsi.) [28]

Bölmənin son ayələrində “İsrailoğullarından bu küfr edən insanlar, Davud və Məryəmin oğlu İsa diliylə lənətlənmişdilər. Bu, onların üsyan etmələri və həddlərini aşdıqlarına görədir. Onlar, etdikləri pisliklərdən bir-birlərini çəkindirmirdilər. Əlbəttə, edib durduqları şey nə pis idi!” buyurularaq İsrailoğullarının üsyan, həddini aşma və “nəyimə lazım”çılıqları üzündən Davud və İsa Peyğəmbər tərəfindən lənətləndikləri də açıqlanmışdır. Bu lənətlənmə hadisəsini Kitab-i Müqəddəsdə (Məzmur/10, 50, Matta/23) görə bilirik.

Onların azmalarından Quranda bir çox yerdə bəhs edilmişdir:

  • 60De ki: “Allah qatında cəzaya çarpdırılma baxımından, bunlardan daha pisini sizə xəbər verimmi? Allah kimləri kənarlaşdırmış və qəzəbinə uğratmışsa/kimlərdən meymunlar, donuzlar və şeytana sitayiş edənlər etmişsə, bax budur, bunlar mövqecə pisdirlər və doğru yoldan daha çox azmışlardır”. (Maidə/60)
  • 44Özlərinə Kitabdan bir nəsib verilmiş olan insanları görmürsənmi? Onlar, azğınlığı satın alırlar və sizin haqq yoldan azmağınızı istəyirlər.
  • 45Və Allah sizin düşmənlərinizi daha yaxşı bilir. Və yol göstərici, qoruyucu yaxın olaraq, Allah yetər. Köməkçi olaraq da Allah yetər. (Nisa/44, 45)

80Onlardan bir çoxunun kafirləri tərəfkeşlik edən, qoruyan, yönləndirən qəbul etdiklərini görərsən. Təkəbbürlə­ri­nin özlərinin önünə gətirdiyi şey… Allahın onlara qəzəb etməsi, nə qədər pisdir! Onlar əzab içində də həmişəlik qalandırlar.

81Və əgər onlar Allaha, Peyğəmbərə və ona endirilənə inanmış olsaydılar, onları qoruyan, yol göstərən yaxınlar etməzdilər. Lakin onlardan bir çoxu yoldan çıxmış kimsələrdir.

Əhl-i Kitabın ümumi vəziyyətiylə əlaqədar məlumatlardan sonra Rəsulullaha o dövrdəki Yəhudilərlə əlaqədar açıqlamalar edilir, məlumatlar verilir:

  • Onlardan bir çoxunun, küfr edənləri mütəvəlli [qoruyucu, nəzarət edici, idarə edici] etdikləri, döyüşlərdə Möminlərə qarşı müşriklərin yanında yer aldıqları görünür. Bu hərəkətləri Allahın onlara qəzəb etməsinə səbəb olmuşdur. Onlar əzab içində daima qalandırlar.
  • Onlar Allaha, Peyğəmbərə və ona endirilənə inanmış olsaydılar, onları vəlilər etməzdilər. Allaha inanan insan kafiri vəli etməz. Ancaq yoldan çıxmış insanlar bunu edər.

82Sən qətiliklə iman edənlərə qarşı düşmənçilik yönündən insanların ən imansızları olaraq, o Yəhudiləri və o ortaq qoşan kimsələri görərsən. Və qətiliklə iman edən kimsələrə sevgi baxımından ən yaxın olaraq da: “Şübhəsiz, biz Nasra­ni­yik/Xris­tianlarıq” – deyən kimsələri görərsən. Bu, öz içlərində keşişlər və rahiblər olduğuna, onların isə yekəxanalıq etmədiklərinə görədir.

83,84Və onlar Elçiyə endirilən Quranı dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə, gözlərinin yaşla dolduğunu görərsən. Onlar: “Rəbbimiz! Biz iman etdik, bizi şahidlər ilə birlikdə yaz!” və “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyərlər.

85,86Allah da onların belə dediklərinə görə, onları içində həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlər ilə mükafatlandırmışdır. Və bax budur, bu, yaxşılıq/gözəllik edənlərin qarşılığıdır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr… Bax budur, onlar cəhənnəmin əhlidir.

Bu ayələrdə də Əhl-i Kitabla əlaqədar məlumatlar verilir:

  • İman edənlərə qarşı düşmənçilik yönündən insanların ən şiddətliləri Yəhudilər və ortaq qoşan insanlardır.
  • İman edənlərə sevgi baxımından ən yaxın olanlar isə: “Şübhəsiz ki, biz Nasraniyik [Xristiyanlarıq]” deyənlərdir. Bu isə, içlərində keşişlər və rahiblər olduğuna və onların yekəxanalıq etdiklərinə görədir. Onlar Elçiyə endiriləni [Quranı] dinlədikləri zaman, onun haqq olduğunu öyrəndiklərinə görə gözləri yaşla dolar və “Rəbbimiz! Biz iman etdik, bizi şahidlərlə birlikdə yaz!” və: “Biz Rəbbimizin bizi salehlər qövmü ilə birlikdə daxil etməsini umarkən, Allaha və haqqdan bizə gələn şeylərə niyə inanmayaq!” – deyirlər. Allah da, belə dediklərinə görə onları içində daima qalanlar olaraq, altlarından bulaqlar axan cənnətlər ilə mükafatlandırmışdır. Budur bu, muhsinlərin [yaxşılıq-gözəllik törədənlərin] qarşılığıdır. İnkar edən və Allahın ayələrini yalanlayanlar isə, cəhənnəmin əshabıdır.

Quranın müxtəlif ayələrində Əhl-i Kitabın hamısının eyni olmadığı, içlərində Əhl-i insaf insanların olduğu da vurğulanmışdır:

  • 199Əlbəttə, Kitab Əhlindən elələri də vardır ki, onlar Allaha, sizə endirilənə və özlərinə endirilənə Allaha səmimiyyətlə hörmət duyanlar olaraq inanırlar. Onlar Allahın ayələrini az bir dəyərə dəyişməzlər. Bax budur, onlar ödənişləri Rəbbi qatında olanlardır. Şübhəsiz ki, Allah hesabı tez görəndir. (Al-i İmran/199)
  • 52Sözdən [vəhydən/Qurandan] əvvəl özlərinə Kitab verdiyimiz insanlar… Onlar Sözə [vəhyə/Qurana] də inanırlar.
  • 53Və onlara o Söz [vəhy/Quran] oxunduğu zaman onlar: “Biz ona inandıq. Şübhəsiz ki, o, Rəbbimizdən gələn gerçəkdir. Tam yəqinliklə bilin ki, biz ondan əvvəl mü­səl­man olanlar idik”– dedilər.
  • 54Bax budur, onlara, səbr etdikləri üçün, mükafatları iki dəfə veriləcəkdir. Və on­­lar pisliyi yaxşılıqla sovar və özlərini ruziləndirdiyimiz şeylərdən Allah yo­lun­da xərcləyərlər/başda yaxınları olmaqla, başqalarının dolanışıqlarını təmin edər­lər.
  • 55Və onlar, boş söz eşitdikləri zaman ondan üz çevirərlər və “Bizim işlərimiz yalnız və yalnız bizim üçün, sizin işləriniz də yalnız və yalnız sizin üçündür. Sizə salam olsun! Biz ca­hil­ləri axtarmırıq” – deyərlər. (Qasas/52-55)
  • 107,108De ki: “Siz Qurana istər inanın, istər inanmayın, bu, daha əvvəl özlərinə bilik verilənlər/Quran onlara oxunduğu zaman onlar boyun əyib, təslimiyyət göstə­rə­rək çənələri üstə yerə qapanarlar. Və: “Rəbbimiz hər cür nöqsandan münəz­zəh­dir. Rəb­bimizin vədi mütləq yerinə yetəcəkdir” – deyərlər”.
  • 109Və onlar ağlayaraq, çənələri üstə qapanarlar. Quran onların hörmət və təvazökarlığını artırar. (İsra/107-109)

Həmçinin Al-i İmran/114; Bəqərə/62; Əhqaf/10; Ənam/114 ayələrində də açıqlama edilmişdir.

Bu ayə qrupunun enməsi ilə əlaqədar aşağıdakı nəqllər mövcuddur:

İbn İshakın Sirədində və digərlərində məşhur olduğuna görə bu ayə-i kərimə, müşriklərdən və onların işgəncələrindən qorxaraq Müsəlmanların “I Həbəşistan Hicrəti” deyə bilinən hicrətləri əsnasında Nəcaşınin və yoldaşlarının yanına getdikləri vaxt onlar haqqında nazil olmuşdur. Sayca az deyildilər. Daha sonra Rəsulullah (s.ə.s) Mədinəyə hicrət etdi, lakin özləri Hz. Peyğəmbərə çata bilmədilər. Çünki Rəsulullah (s.ə.s) ilə özləri arasına (yəni, yanına getmələrinə) ortadakı döyüş halı mane olmuşdu.

Bədir vaqiəsində Allahın təqdiri ilə kafirlərin öndə gedənləri öldürülüncə, Qüreyş kafirləri belə dedilər: “Siz, intiqamınızı Həbəşistan torpaqlarında ala bilərsiniz. Nəcaşiyə bir sıra hədiyyələr ilə aranızdakı görüş sahibi insanlardan iki nəfər göndərin. Bəlkə yanında olanları sizə verər və siz də Bədirdə sizdən öldürülənlərə qarşılıq onları öldürürsünüz”. Bundan sonra Qüreyş kafirləri Amr b. əl-As ilə Abdullah b. Əbu Rəbianı bir sıra hədiyyələrlə göndərdilər. Peyğəmbər (s.ə.s) də bunu eşidincə, Amr b. Umeyyə əd-Damriyi (Həbəşistana) göndərdi və onunla birlikdə Nəcaşiyə verilmək üçün bir məktub verdi. Amr b. Umeyyə Nəcaşinin yanına çatdı. Ona Rəsulullahın (s.ə.s) məktubunu oxudu. Daha sonra da Cəfər b. Əbu Talib ilə Muhacirləri çağırdı. Həmçinin, rahiblərə və keşişlərə də xəbər göndərərək, onları bir araya topladı. Ardından Cəfərə, bunlara Quran-i Kərim oxumasını əmr etdi. O da Məryəm surəsıni oxudu. Yerlərindən gözləri yaşla dola-dola qalxdılar. Budur, uca Allah İman edənlərə sevgi bəsləmələri baxımından ən yaxınlarını da: “Biz Xristiyanlarıq” deyənləri görəcəksən ayəsini bunlar haqqında endirdi. Bunu Artıq bizi şahid olanlarla bərabər yaz(Maidə/83) buyuruğuna qədər oxudu. [29]

87Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram say­mayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz.

88Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allahın qoruması altına girin.

Bu ayələrdə Möminlərə: Ey iman edənlər! Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram say­mayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz. Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allaha təqvalı davranınbuyurularaq, Allahın halal qıldığı şeyləri Möminlərin özlərinə haram qılmaları və həddi aşmaları qadağan edilir. Möminlər, Allahın özlərinə ruzi olaraq verdiyi halal və gözəl şeylərdən, bədxərclik etmədən, yeyib içməli və Allaha təqvalı davranmalıdırlar.

Bu ismarıc da Quranda tez-tez vurğulanır: Furqan/67; Əraf/31, 32; Təhrim/1; Ənam/93; Nəhl/116.

Bu ayələrin enmə səbəbi haqqında qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Tabərınin İbn Abbasa qədər çatan bir sənədlə nəql etdiyinə görə, ayə-i kərimə Peyğəmbərin yanına (s.ə.s) gəlib, belə deyən bir nəfər haqqında nazil olmuşdur: “Ey Allahın Rəsulu! Mən ət yedimmi, cinsi istəyim hərəkətə keçər və şəhvətim mənə qalib gəlir. O baxımdan ət yemeyi haram qıldım”. Bundan sonra bu ayə-i kərimə nazil oldu.

Yenə deyildiyinə görə, bu ayə-ti kərimə, aralarında Əbu Bəkr, Əli, İbn Məsud, Abdullah b. Ömər, Əbu Zər əl-Ğıfari, Əbu Huzeyfənin azad edilmiş köləsi Salim, əl-Mikdad b. əl-Əsvəd, Salman-i Farisi və Makil b. Mukarrinin (Allah hamısından razı olsun) də olduğu, Rəsulullah əshabından bir camaat haqqında nazil olmuşdur. Bunlar Osman b. Mazunun evində bir araya gəldilər və gündüz oruc tutub, gecə namaz qılmaq, döşək üzərində yatmamaq, ət və yağlı şeylər yeməmək, qadınlara yaxınlaşmamaq, qoxu sürtməmək; buna qarşılıq qıldan libaslar geyib, dünyanı rədd etmək, yer üzündə dolaşmaq, rahibliyə yönəlmək və kişilik orqanlarını da kəsmək barədə ittifaq etdilər, Bundan sonra uca Allah bu ayə-ti kəriməni endirdi. [30]

89Allah sizi qəsdən etmədiyiniz/ağız alışqanlığı ilə etdiyiniz andlarınız barədə sorğu-suala tutmaz. Lakin, qəsdlə etdiyiniz/sözləşdiyiniz andlarınız barədə sizi sorğu-suala tutar – onun da kəffarəsi, əhlinizə yedirtdiyinizin ən xeyirlisindən/ən yaxşı­sın­dan on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da, bir köləni azad et­mək­dir. Verəcək bir şey tapa bilməyən insan üçün isə üç gün oruc tutmaqdır. Bu, poz­duğunuz zaman andlarınızın kəffarəsidir. Və andlarınızı qoruyun. Bax budur, Allah qarşılığını ödəyərsiniz deyə, ayələrini sizin üçün belə açıqlayar.

Bu ayədə edilən andlarla əlaqədar prinsiplər qoyulmuşdur:

  • Allah insanları qəsdən olmayan/ağız alışqanlığı ilə etdikləri andlardan məsul tutmaz;
  • Lakin qəsdlə edilən, sözləşmələr təşkil edən andlardan məsul tutar;
  • Andın kəfarəti, ailəyə yedirilənlərin ən xeyirlisindən/yaxşısından on acizi yedirtmək və ya geyindirməkdir. Və yaxud da bir köləni azad etməkdir;
  • Verəcək bir şey tapa bilməyən insan üçün də üç gün oruc tutmaqdır.
  • 224Və yaxşılardan olmağınıza, Allahın qoruması altına girməyinizə, insanların arasını düzəltməyinizə, Allahı andlarınız üçün əngəl etməyin: “Edərdim, amma Allaha and içdim, artıq andımı poza bilmərəm” – deməyin. Və Allah ən yaxşı eşidən, ən yaxşı biləndir. (Bəqərə/224)

90Ey iman edənlər! Hamr [içki/hər hansı bir yolla ağlı örtmək], qumar – hər cür asan qazanc məqsədli şans oyunu, qulluq edilən şeyləri, insanları təmsil edən işarələr – simvollar və fal oxları – bütün kəhanət vasitə və materialları ancaq şeytan işindəndir, zərər verən şeylərdir. Belə isə vəziyyətinizi qorumağınız, xilas olmağınız üçün bu şeytan işindən qaçın.

91Həqiqətən şeytan hamr və qumarla sizin aranıza düşmənçilik və kin salmaq və sizi  Allahın anılmasından, öyüdündən və salaatdan ayırmaq istər. Belə isə sonu çatmış insanlar/əl çəkmiş insanlarsınızmı?

92Və Allaha itaət edin, Elçiyə itaət edin və çəkinib tədbirli olun. Artıq əgər uzaq durarsınızsa, bilin ki, Elçimizə düşən sadəcə açıq-aşkar təbliğdir.

93İnanan və düzəltmək yönündə işlər edən insanlara Allahın qoruması altına girdikləri, inandıqları, düzəltmək yönündə işlər etdikləri, sonra Allahın qoruması altına girdikləri, inandıqları və sonra Allahın qoruması altına girdikləri və yaxşılıq/gözəllik etdikləri zaman dadmış olduqlarına görə bir məsuliyyət yoxdur. Və Allah yaxşılıq/gözəllik edənləri sevər.

Bu ayədə narkotika, içki, qumar və falçılıq kimi insanın kimyasını pozaraq insanı zərərli işlərə yönəldən davranışlardan qaçınılması üçün prinsiplər qoyulur. Ayələrin ifadələri tamamilə açıq və konkretdir:

  • خمر [xamr/içki, narkotika ilə ağlı örtmək], qumar, dikili daşlar və fal oxları şeytan işlərindən ricsdirlər [zərər verən şeylərdir]. Buna görə də, Möminlər fəlaha ermələri – zərər görməmələri üçün bunlardan çəkinməlidirlər;
  • Şeytan içki, narkotika ilə ağlı örtmək və qumarda insanlar arasında düşmənçilik və kin salmaq və insanları Allahın zikrindən və salaatdan [təlimdən, təhsildən və sosial dəstəkdən] ayırmaq istəyər. Ona görə də bunu edənlər bu işə son verməlidirlər;
  • Möminlər Allaha itaət etməli, elçiyə itaət etməli və təqvalı davranmalıdırlar. İnsanlar Allahdan və elçidən uzaq durarlarsa, bu özlərinin biləcəyi bir şeydir. Elçiyə düşən sadəcə apaçıq təbliğdir.
  • İnanan və salihatı işləyənlərə təqvalı davrandıqları, inandıqları, salihatı işlədikləri, sonra təqvalı davrandıqları, inandıqları və sonra təqvalı davrandıqları və yaxşılıq/gözəllik törətdikləri zaman, dadmış olduqlarına görə bir məsuliyyət yoxdur. Və Allah muhsinləri [yaxşılıq/gözəllik törədənləri] sevər.

90-cı ayədəki خمر [xamr] sözü, “ağlı örtən şeylərin ortaq adı” olub خَمَرَ [xamərə] felinin də məsdəridir və mənası “örtmək”dir. Bu bölmədə tərcih edilməli olan məna isə, 90-cı ayədəki “şeytan işləri” və 93-cü ayədəki “dadmış olduqlarına görə bir məsuliyyət yoxdur” ifadəsindən hərəkətlə, sözün məsdər mənasıdır.

Bəqərə/219-da hamr/içki, narkotika və qumardan bəhs edilmişdi:

Səndən xamr [ağlı qarışdıran/örtən şeylərdən/ağlı örtməkdən] və şans oyunları haqqında soruşurlar.

  • 219, 220Səndən ağlı qarışdıran, örtən şeylər/ağlı gizlədən şeylər və şans oyunları haqqında soruşurlar. De ki: “Bu ikisində böyük bir günah, bir də insanlar üçün bəzi mənfəətlər vardır. Lakin, dünya və Axirətdə günahları mənfəətlərindən daha böyük­dür”. Yenə səndən nəyi Allah yolunda xərcləyəcəklərini soruşurlar. De ki: “Ehtiyac­dan artığını xərcləyin”. Allah, yaxşı-yaxşı düşünəsiniz deyə, ayələrini bax budur, belə sizin üçün ortaya qoyur. Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün “yaxşılaşdırma” ən yaxşısıdır”. Əgər onlara qarışırsınızsa, artıq onlar sizin qardaşlarınızdır. Allah pozğunçu ilə yaxşılaşdıranı bir-birindən ayırd edər. Əgər Allah diləsəydi, sizi çətinliyə salardı. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır. (Bəqərə/219, 220)

Ayədəki ifadələr bu şeytan işlərini – içki, qumar, ənsab [Allahdan başqalarına sitayiş etmək üçün qurban edilmiş və içlərində Allahdan başqa şeylərin adlarına qurbanlar və hədiyyələr qoyulan yerlər] və kəhanət vasitələrini qəti olaraq qadağan edir. Çünki bunlar pisdir, pislikdir, zərərlidir. Belə ki, içki və narkotika qəbul edən, qumarda həyəcanlanan insanın kimyası pozulur, ağıl, diqqət, hafızə və s. kimi mələkələri işləmir; meydan şeytana, İblisə qalır. Beləliklə, təfəkkürsüz və nəzarətsiz sözlər sərf edilir, işlər edilir. Bunun nəticəsi olaraq da düşmənçiliklər və cinayət kimi pis nəticələr meydana gəlir.

87-88-ci ayələrdə Allahın sizə halal etdiyi təmiz, nəfis və gözəl şeyləri haram say­mayın. Və həddinizi aşmayın. Şübhəsiz ki, Allah həddini aşanları sevməz. Və Allahın sizə verdiyi ruzilərdən halal və təmiz olaraq yeyin və siz inandığınız Allaha təqvalı davranın buyurulmuşdu. Budur, içki, qumar qazancı, büt nəziri, kəhanət gəlirləri tayyibatdan olmadığı üçün qadağan edilmişdir.

Bu ayələrin enmə səbəbinə dair aşağıdakı məlumatlar nəql edilmişdir:

Uca Allah Həqiqətən şeytan hamr və qumarla sizin aranıza düşmənçilik və kin salmaq … istər ayəsi ilə qullarına, şeytanın düşmənçilik və kini, aramıza içki və başqa şeylərlə düşürmək istədiyini bildirir. O baxımdan, bizi bunlardan çəkindirdi və bunları bizə qadağan etdi.

Rəvayətə görə, Ənsardan iki Qəbilə şərab içdilər və sərxoş oldular. Biri o birinə xoş olmayan şeylər etdi. Ayıldıqlarında onlardan birisi üzündə özünə edilənlərin təsirlərini gördü. Bunlar isə qardaş kimiydilər. Qəlblərində kin namına bir şey yox idi. Onlardan birisi: “Əgər qardaşım mənə şəfqətli olsaydı, bunu mənə etməzdi” – dedi. Beləliklə, aralarında kin baş göstərdi. Bundan sonra uca Allah da, Həqiqətən şeytan hamr və qumarla sizin aranıza düşmənçilik və kin salmaq … istər ayəsini endirdi. [31]

İbn Abbas, əl-Bera b. Azib və Enes b. Malik deyir ki: İçkini haram qılan buyuruq nazil olunca, əshabdan bəziləri: “İçki içib, qumar parasını yediyi halda, aramızdan ölənlərin vəziyyəti necə olacaq?” – kimi bəzi sözlər söylədilər. Bundan sonra bu ayə-i kərimə nazil oldu.

Buxari, Enes b. Malikdən belə dediyini rəvayət edər: Əbu Talhanın evində içki içənlərə içki verirdim. Bundan sonra içkinin haram qılındığına dair buyuruq nazil oldu. Peyğəmbər də bir carçıya bunu yüksək səslə elan etməsini əmr edincə, Əbu Talha belə dedi: “Çölə çıx ki, bu səsin nə olduğuna bir bax”. Çölə çıxdım, (gəlib) belə dedim: “Bu: “Xəbəriniz olsun, əlbəttə içki artıq haram qılındı” – deyə elan edən bir carçıdır”. Bu dəfə Əbu Talha belə dedi: “Get və o şərabı tök”. O şərab, əl-Fadihdən [yarılmış təzə xurmadan edilərək atəşdə bişirilməyən bir şərab] edilmişdi. (Enes davam edərək) deyir ki: Şərab Mədinə küçələrində axıb getdi. Kimisi belə dedi: “Qarınlarında (şərab) olduğu halda, bir cəmiyyət öldürüldü”. Bundan sonra uca Allah İnanan və düzəltmək yönündə işlər edən insanlara dadmış olduqlarına görə bir məsuliyyət yoxdur ayəsini endirdi. [32]

93-cü ayədəki İnanan və düzəltmək yönündə işlər edən insanlara Allahın qoruması altına girdikləri, inandıqları, düzəltmək yönündə işlər etdikləri, sonra Allahın qoruması altına girdikləri, inandıqları və sonra Allahın qoruması altına girdikləri və yaxşılıq/gözəllik etdikləri zaman dadmış olduqlarına görə bir məsuliyyət yoxdur. Və Allah yaxşılıq/gözəllik edənləri sevər ifadəsi, bir sıra əsassız nəqllərdən hərəkətlə “öncədən daddıqlarından məsul tutulmayacaqlar” – deyə çevrilir. Bəziləri də buradan “halal olan yeyəcək və içəcəklərin yeyilib, içilməsində problem yoxdur” mənası çıxarmağa çalışmışlar, bunu təsdiq üçün də aşağıdakı nəqlləri zikr etmişdilər:

Rəvayət edildiyinə görə, içkini haram qılan ayə nazil olunca səhabə: “Bizim qardaşlarımız Uhud günündə içki içdilər, sonra da öldürüldülər [şəhid düşdülər]. Nəticə etibarilə, onların vəziyyətləri necə olacaq?” – dedi. Budur, bundan sonra bu ayə-i kərimə nazil oldu ki, bunun mənası, “Bu xüsusda onlara bir günah yoxdur. Çünki onlar içkiyi, halal olduğu bir sırada içmişdilər” şəklindədir. [33]

İçkinin haramlığını ifadə edən ayə nazil olduğu zaman Hz. Əbu Bəkr (r.a): “Ey Rəsulallah! Daha öncə içki içdiyi və qumar oynadığı halda ölmüş olan qardaşlarımızın [Möminlərin] vəziyyəti nə olacaq və yenə bu anda bizdən uzaq bölgələrdə olub, Allahın içkini haram qıldığını bilməyən və içkini dadmağa davam edənlərin vəziyyəti nə olacaq?” – demişdi ki, budur bu ayələr nazil olmuşdu. [34]

Əşyada əsl olan ibaha olduğuna görə belə bir hökmün verilməsinin bir məntiqi olmamalıdır.

Ayədə açıq şəkildə, ağlı örtən yeyəcək və içəcəklərin ağlı örtməyəcək, salaatdan və Allahın zikrindən geri qalmayacaq ölçüdə yeyilib içilməsində bir problem olmadığı bildirilir. Haram olan istər yemək, istər içki, istər nəfəslə alınacaq bir şey olsun, ağlın fəaliyyətdən çıxacağı ölçüdə yeyib-içməkdir.

94Ey iman edənlər! Qətiliklə Allah kimsəsiz yerlərdə kimin Ondan qorx­du­ğunu bildirmək üçün, sizi bir şeylə – əllərinizin və nizələrinizin çatacağı bir ov­la sınayar. Belə isə, kim bundan sonra həddi aşarsa, artıq acıqlı əzab onun üçün­dür.

95Ey iman edənlər! Siz toxunulmaz ikən/həcc vəzifəsini yerinə yetirərkən ov heyvanı öldürməyin. İçinizdən kim qəsdən onu öldürərsə, etdiyi işin vəbalını dadması üçün Kəbəyə çatacaq bir hədy/yemək olaraq hədiyyə edilən heyvan ol­maq­la, öldürdüyü heyvanın bənzəri ona cəza olacaq, buna içinizdən iki ədalətli adam hökm edər, yaxud kəffarə olaraq, acizləri doyurmaq, yaxud onun əvəzinə oruc tutmaqdır. Allah keçmişi əfv etmişdir. Lakin, kim də təkrarlayarsa, Allah yaxa­la­yıb, cəzalandıraraq, ədaləti təmin edər. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğ­lub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəza­lan­dı­ra­­raq ədaləti təmin edəndir.

96Su ovu və onun yeyilməsi, sizə və yolçulara yararlı olduğuna görə, sizə halal qılındı. Quru ovu isə, siz həcc vəzifəsi yerinə yetirdiyiniz müddətcə sizə haram edilmişdir. Və Özünə toplanacağınız Allahın qoruması altına girin.

Bu ayələrdə normal zamanlarda və Həcc öhdəliyi ifa edilərkən ov etmə prinsipləri bildirilir:

  • Allah Möminləri tənha yerlərdə, kimin özündən qorxduğunu bildirmək üçün əllərinin və nizələrinin çatacağı bir ovla sınamaqdadır. Möminlər bu barədə diqqətli olub, həddi aşmamalıdır. Həddi aşanlar acıqlı əzab ilə əzablandırılarlar;
  • Möminlər Həcc əsnasında ov heyvanı öldürməməlidir. Kim qəsdən ov heyvanı öldürərsə, etdiyinin vəbalını dadması üçün Kəbəyə çatacaq bir hədy olmaqla, öldürdüyü heyvanın bənzəri ona cəza olacaq, heyvanın xüsusiyyəti, Möminlər arasından iki ədalətli adam tərəfindən müəyyən ediləcəkdir, yaxud kəfarət olaraq acizləri doyuracaqdır, yaxud ona ekvivalent olan oruc tutacaqdır. Allah keçmişi əfv etmişdir. Lakin kim də təkrarlayarsa, Allah onu yaxalayıb cəzalandıraraq ədaləti təmin edər;
  • Dəniz [su] ovu və onun yeyilməsi, sizə və səfərlərə yararlı olduğuna görə, halaldır;
  • Quru ovu isə, Həcc əsnasında haramdır. Möminlər bu qaydaya uymalı və özünə toplanılacaq olan Allaha təqvalı davranmalıdır.

97Allah Kəbəni – o Beyt-i Haramı, haram ayı, həcc edənlərə yemək olaraq heyvan hədiyyə etməyi və gərdənlikləri/həcc edənlərin yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələri insanlar üçün bir dikəlmə/ayağa qalxma – silkinmə, qurtuluş etdi. Bu, Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini və Allahın hər şeyi haqqı ilə bilən olduğunu sizin də bilməyiniz üçündür.

Bu ayədə Kəbənin funksiyası bildirilir. Məsələni yaxşı anlaya bilmək üçün daha əvvəl enmiş olan bu ayələrə də diqqət edilməlidir.

  • 125Və Biz bir zaman bu Beyti/ilk düzələn məktəbi insanlar üçün bir savab qazanma/dönüş yeri və bir etibar yeri etmişdik. Siz də, İbrahimin vəzifə daşıdığı yerdən bir salaat yeri edin. Və Biz İbrahim ilə İsmayıla: “Beytimi dolaşanlar, ibadətə qapananlar və boyun əyib təslimiyyət göstərənlər – Allahı birləyənlər üçün tərtəmiz tutun” – deyə əhd almışdıq. (Bəqərə/125)
  • 96, 97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərmək üçün qurulan ilk ev Məkkədəkidir. Onda açıq-aşkar əlamətlər/nümunələr – İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib, ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə, təhlükəsizlikdə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört-basdır edərsə, bilsin ki, şübhəsiz, Allah aləmlərdən zəngindir. (Al-i İmran/96, 97)

Yuxarıdakı üç ayədə yer alan vurğular nəzərə alındığında “Məscid-i Haram”ın xüsusiyyətləri haqqında aşağıdakı təsbitlər edilə bilir:

  • Məscid-i Haram və ya Beytullah və ya Kəbə (üçü də eyni şeyi ifadə edir), insanlar üçün (bir tək insan üçün deyil) yer üzündə hazırlanan evdir [məktəbdir];
  • Orada İbrahim Peyğəmbərin məqamı [ayaqlandığı, zalımlara qarşı qiyam etdiyi, mübarizə etdiyi yer] vardır (Kəbəni təmir edərkən ayağını basdığı daş deyil);
  • Orada hər kəs təhlükəsizlikdə, toxunulmaz, azad olmalı, təzyiq və zülm olmamalıdır;
  • Orada hikmətlər [zülm və fəsadın qarşısını almaq üçün qoyulmuş qanun, düstur və prinsiplər] fəaliyyətə qoyulmalı, hər kəs bilmədiyini öyrənməlidir;
  • Ora orada dolaşanlar, akiflər, kaimlər, rüku və səcdə edənlər üçün tərtəmiz tutulmalıdır;
  • Müsəlmanlar İbrahimin məqamından bir musalla [salaatın iqamə edildiyi yer, sahə] etməlidir;
  • Gedib gəlməyə imkan tapanlar da oraya gedib gəlməlidir.

“Məscid-i Haram”ın Quranda bildirilən xüsusiyyətləri yuxarıdakı kimi təsbit edildiyində görünür ki, edilən vurğular Məscid-i Haramın, Beytullahın və ya Kəbənin fiziki quruluşu ilə əlaqədar olmayıb, fəaliyyətləriylə əlaqədardır və İbrahim Peyğəmbərin Kəbəni inşa etməsi də tövhid məktəbini açması və bu məktəbin fəaliyyətini təmin etməsidir. Beləliklə, “Məscid-i Haram tərəfı” ifadəsindən nə anlaşılmalı olduğu və “Məscid-i Haram tərəfinə yönəlmək” üçün nələrin edilməli olduğu öz-özünə ortaya çıxar:

  • Muxtar ilahiyyat məktəbləri (“təbiət elmlər”inin hamısı təbii olaraq ilahiyyat məktəbidir) açılmalı və bu məktəblərdə ilahiyyat və tövhidi öyrədən müəllimlər [rüku edənlər] ilə tələbələr [ilahiyyat təlimi alaraq qəti əmin olanlar] qorunmalıdır;
  • Salaatın iqaməsi üçün sosial dəstək qurumları qurulmalıdır;
  • Lazımi hərbi güc və təşkilati iş qurularaq düşmənlərdən üstün olunmalıdır. Bu sahədə də yaxşı təlimçilər və məmurlar yetişdırılməlidir.

Bu təsbitlərə görə, Kəbənin bir “yüksək ilahiyyat məktəbi” olduğundan hərəkətlə, Həcc sözünün isim olaraq mənası “Kəbədə yüksək ilahiyat təhsil və təlimini nəzərdə tutub oraya getmək, orada İbrahimi təlim və təhsillə İbrahimləşmək, bir tövhid kadrı olmaq”dır.

Bunlar cəmiyyətlərin ayağa qalxmasını və dik durmasını təmin edəcəkdir. Belə ki, Həccdə cəmiyyətləri aydınladacaq təlimçi və müəllimlər, hərbi, siyasi və idari sahələrdə mütəxəssislər yetişəcəkdir. Həmçinin Müsəlmanlar arasında ticari, sənaye alış-verişləri və mədəni sahədə mübadilələr təmin ediləcəkdir.

98Şübhəsiz ki, Allahın cəzasının çox şiddətli olduğunu və şübhəsiz ki, Allahın çox bağışlayan, çox mərhəmətli olduğunu bilin.

99Elçiyə düşən sadəcə təbliğdir. Və Allah açıqladığınız şeyləri və gizlətdiyiniz şeyləri bilir.

100De ki: “Hər nə qədər pisliyin [pisin, pisliyin, pis şeylərin] çoxluğu xoşunuza getsə də pis olan şeylə təmiz olan şey bir olmaz”. Belə isə, ey qavrama qabiliy­yət­lə­ri olanlar! Qurtarmağınız üçün Allahın qoruması altına girin.

İnsanlıq üçün qısa bir bəyannamə xüsusiyyətində olan bu ayələrdə Allahın cəzasının çox şiddətli olduğunu və şübhəsiz ki, Allahın çox bağışlayan, çox mərhəmətli olduğunu bilin. Elçiyə düşən sadəcə təbliğdir. Və Allah açıqladığınız şeyləri və gizlətdiyiniz şeyləri bildiyi, sonar da, hər nə qədər pisliyin [pisin, pisliyin, pis şeylərin] çoxluğu xoşunuza getsə də pis olan şeylə təmiz olan şey bir olmaz. Belə isə, ey qavrama qabiliy­yət­lə­ri olanlar! Qurtarmağınız üçün Allaha təqvalı davranın – deyilərək, ağıllı olmaları yönündə ismarıc çatdırılmışdır.

100-cü ayədə Allahın qadağan etdiyi şeylərin (ki, bunlar pis və zərərli şeylərdir) tayyibata görə daha çox olduğu və bunların da insanın xoşuna gedəcəyi ifadə edilmişdir. Çünki şeytan bütün pis şeyləri bəzəyəcəkdir:

  • 39,40İblis dedi ki: “Rəbbim! Sən məni insanları azdırmağım üçün yaratdığına görə, tam yəqinliklə bil ki, mən də yer üzündə, hər şeyi onlara bəzəyəcəyəm və arıdılmış qulların istisna olmaqla, onların hamısını tam əmin ol ki, azdıracağam!” (Hicr/39, 40)

Burada insanlar ağıllı olmağa dəvət edilir. Heç bir zaman – kəmiyət/çoxluq, keyfiyyətin/xüsusiyyətin yerini tutmaz. Kiçik bir almaz tonlarla kömürdən, az bir miqdar halal qazanc, yığın-yığın haram qazancdan daha xeyirlidir.

101Ey iman edənlər! Açıqlandığı zaman xoşunuza gəlməyəcək olan şeylər haqqında soruşmayın/istəməyin. Əgər onlardan Quran endirilərkən soruşarsınızsa/istəyərsinizsə sizə açıqlanar. Allah onlardan keçmişdir, onları bağışlamışdır. Və Allah çox bağışlayan və çox yumşaq davranandır.

102Şübhəsiz, sizdən öncə gələn bir camaat bunları soruşmuşdu/istəmişdi, sonra da onlar Allahın tanrılığını və rəbbliyini qəbul etməyənlər oldular.

103Allah bahirədən, saibədən, vasilədən və hamdan heç birini məsləhət görməmişdir. Ancaq kafirlər, Allah haqqında yalan düzüb, uydururlar. Və onların bir çoxunun ağlı çatmaz.

104Və onlara: “Allahın endirdiyinə və Elçiyə gəlin” – deyildiyi zaman: “Atalarımızı üzə­rində gördüyümüz şey bizə yetər” – dedilər. Ataları bir şey bilməyən və bələdçi­lə­nən doğru yolu tapmayan insanlar olsadamı?

Bu paraqrafda Möminlər xəbərdarlıq edilir, müşrik və münafiqlərin yanlış münasibətləri tənqid edilir, sonra Möminlərin qurtuluşlarını birinci planda tutmaları öyüdlənir. Buradan anlaşıldığına görə, cahiliyə ərəbləri Allahın dini üzərində olduqları qənaətinə sahib idilər. Ona görə də atalar dininə və ənənələrinə sahib çıxırdılar.

Möminlər açıqlandığı zaman xoşlarına getməyəcək olan şeylərdən soruşmamalıdır/istəməməlidir. Belə ki, gələn cavabın sərtliyi və ağırlığı nəticəsində narahat ola bilərlər. Daha öncə bir cəmiyyət bunları soruşmuşdu/istəmişdi, istəkləri açıqlanınca inkar etmişdilər.

Tirmizi və Daraqutni də Əlidən (r.a) belə dediyini rəvayət edirlər: Ona yol tapa bilənlərin, o evi Həcc etmələri Allahın insanlar üzərindəki bir haqqıdır (Al-i İmran/97) ayəsi nazil olunca: “Ey Allahın Rəsulu! Hər ilmi?” – deyə soruşdular. Hz. Peyğəmbər susdu. Yenə: “Hər ilmi?” – deyə soruşdular. Hz. Peyğəmbər bu dəfə: “Xeyr, amma “bəli” demiş olsaydım, əlbəttə (hər il) fərz olacaqdı” – dedi. Bundan sonra uca Allahın Ey iman edənlər! Sizə açıqlanınca narahat ola biləcəyiniz bir sıra şeyləri soruşmayın… ayəsi sonuna qədər nazil oldu. [35]

Quranda keçmiş ümmətlərin mənasız istəklərindən bəziləri zikr edilmişdir:

Kitab Əhli Musadan Allahı açıq-aşkar göstərməsini istədilər:

  • 153Kitab Əhli səndən göydən onlara bir kitab endirməyini istəyirlər. Və əlbəttə, onlar Musadan bundan daha böyüyünü istəmişdilər və: “Allahı bizə açıqca göstər” – demişdilər. Sonra da haqsızlıq etdiklərinə görə, onları ildırım vurdu. Sonra da özlərinə açıq dəlillər gəldiyi halda, qızılı tanrı qəbul etmişdilər. Sonra Biz onları bundan dolayı da əfv etdik. Və Biz Musaya açıq-aşkar bir dəlil verdik.  (Nisa/153)

Peyğəmbərlərindən bir hökmdar göndərilməsini istədilər:

  • 246İsrailoğullarının Musadan sonra öndə gedənlərini görmədinmi/heç düşünmədinmi? Həmçinin onlar öz peyğəmbərlərindən birinə: “Bizə bir hökmdar göndər ki, Allah yolunda döyüşək” – demişdilər. Peyğəmbər: “Sizə döyüş fərz qılınarsa, görəsən iştirak etməkdən çəkinərsinizmi?” – dedi. İsrailoğullarının öndə gedənləri: “Bizə nə oldu ki, yurdlarımızdan və uşaqlarımızdan ayrılmışkən Allah yolunda döyüşməyək?” – dedilər. Sonra da döyüş özlərinə vəzifə olaraq verilincə, onlardan çox azı istisna olmaqla, üz çevirdilər. Və Allah o öz nəfslərinə/mənliklərinə haqsızlıq edənləri ən yaxşı biləndir. (Bəqərə/246)

Hökmdar göndərilincə özlərinin ondan daha səriştəli olduqlarını söyləyərək ona nifrət etdilər:

  • 247Peyğəmbərləri də onlara: “Şübhəsiz ki, Allah sizə hökmdar olaraq Talutu göndərdi” – demişdi. İsrailoğulları: “O, bizim üzərimizdə necə hökmdar olar? Hökmdar olmağa biz ondan daha çox haqq sahibiyik, ona maldan bir bərəkət, bolluq da verilməmişdir” – dedilər. Peyğəmbərləri: “Onu sizin başınıza Allah seçmiş, onu bilik və vücud baxımından üstün qılmışdır” – dedi. Allah da mülkünü dilədiyi kimsəyə verir. Və Allah biliyi və mərhəməti geniş və hədsiz olandır, çox yaxşı biləndir. (Bəqərə/247)

103-cü ayədəki: Allah bahirədən, saibədən, vasilədən və hamdan heç birini məsləhət görməmişdir. Ancaq kafirlər, Allah haqqında yalan düzüb, uydururlar. Və onların bir çoxunun ağlı çatmaz ifadəsiylə də cahiliyyə ərəblərinin bəzi dini inancları rədd edilir. Cahiliyə ərəblərinin heyvanlarla əlaqədar bir çox batil inancları olurdu. Belə ki, bahirə, saibə, vasilə və ham da onların batil inanclarından idi.

Bahirə. Ərəblər dişi dəvə beş dəfə doğduğu zaman ona minməyi və belinə yük yükləməyi haram sayardılar. Yunlarını da kəsməzdilər. Beşinci balası erkək olarsa, qurban edərlər, dişi olarsa, qulaqlarını yarardılar. Bu onun nəzir edildiyini göstərirdi.

Saibə. İçlərindən biri xəstələndiyində, ya da bir şeyi itdiyində və ya acı bir vəziyyət baş verdiyində bir dəvəni boş buraxacaqlarını nəzir edərdilər. Xəstə yaxşılaşdığında və ya itən şey tapıldığında, yaxud ağır vəziyyətdən qurtulduqlarında dəvəni azad edər – ona yük vurmaz, belinə minməz və onu kəsməzdilər. Onu sərbəst buraxardılar.

Vasilə. Qoyun biri erkək, biri dişi olmaqla ekiz doğduğunda erkəyini boğazlamazlar, “Bacısı ona çatdı” deyərdilər. Bu cür qoyunlara da vasilə deyərdilər.

Ham. Bir erkək dəvənin sulbündən on dənə dəvə dünyaya gəldiyində, ya da bu dəvə balasının balasını gördüyündə (yəni baba olduğunda), ona yük vurmaz və onun belinə minməz, “Özünü qorudu [himayə etdi]” deyərdilər.

Bu xüsusda müxtəlif izahlar da vardır:

İbn İshak deyir ki: Bahirə, Saibə deyə bilinən dişi dəvənin dişi balasıdır. Saibə isə, arada erkək balalamadan ardıcıl olaraq on dişi balalayan dəvədir. Belə bir dəvənin belinə minilməz, yunu kəsilməz və südü, qonaq istisna olmaqla, içilməzdi. Budur, bundan sonra yenə dişi balası olarsa, o balanın da qulağı yarılır, anası ilə birlikdə sərbəst buraxılır, belinə minilməz, tükü alınmaz, qonaq istisna olmaqla, kimsə onun südünü içməzdi. Anasına edilən ona da edilərdi. Buna görə də Bahirə, Saibə deyə bilinən dəvənin balasıdır.

İbn Uzeyz deyir ki: Vasilə qoyundan olurdu. Yenə İbn Uzeyz deyir ki: qoyun yeddi dəfə balaladımı, balalarına baxardılar. Əgər yeddincisi erkək idisə, kəsilər və kişilərlə qadınlar hər birisi ondan yeyərdilər. Əgər dişi idisə, digər qoyunlar arasına qatılırdı. Əgər yeddinci doğumu erkək və dişi birlikdə [ekiz] idisə: “Bu dişi bala erkək qardaşına yetişdi” – deyər və bu vəziyyətinə görə onu kəsməzdilər. Ancaq bu dişi balanın əti qadınlara haram olduğu kimi, yenə o dişi balanın südü də qadınlara haram olurdu. Bu iki baladan birisi ölərdicə, o balanı kişilər və qadınlar hər biri yeyərdilər. Ham isə, balasının balasının belinə miniləcək hala gələn erkək dəvədir. [36]

Bütün bu tətbiqatlar din adından edilirdi. Bunu etməklə Allaha şükr etdiklərini, Ona yaxınlaşdıqlarını düşünürdülər.

Allahın endirdiyinə və Elçinin yanına çağırıldıqlarında: “Atalarımızı üzərində gördüyümüz şey bizə yetər” – deyən insanlara: Ataları bir şey bilməyən və doğru yolu tapmayan insanlar olsadamı? – deyilərək atalarının yanlış yolda olduqları vurğulanır və onların doğru yola gəlmələri istənilir.

Atalar dininin tərki mövzusunda bir çox dəfə xəbərdarlıq edilmişdir:

  • 21Və onlara: “Allahın endirdiyinə tabe olun!” – deyildiyi zaman: “Əksinə, biz ata­la­rı­mızdan gördüyümüz şeyə uyarıq” – dedilər. Bəs şeytan onları cəhənnəmin əzabına ça­ğırırdısa! (Loğman/21)
  • 170Və onlara: “Allahın endirdiyinə uyun” – deyildiyi vaxt: “Əksinə, biz atalarımızı nəyin üzərində gördüksə, ona uyarıq” – dedilər. Atalarının bir şeyə ağlı çatmamışdısa və bələdçiləndikləri doğru yolu tapmamışdılarsadamı? (Bəqərə/170)
  • 23Və bax budur, belə! Biz səndən öncə də, hansı şəhərə bir xəbərdaredici göndər­mi­şiksə, qətiliklə oranın öyünən, imkanlı insanları: “Şübhəsiz, biz atalarımızı bir başçılı cəmiyyət olaraq gördük. Biz də qətiliklə onların izlərinə uyanlarıq” – demişdilər.
  • 24Göndərilən xəbərdaredici: “Əgər sizə atalarınızı üzərində gördüyünüz şeydən da­ha doğrusunu gətirmiş olsamdamı?” – dedi. Onlar: “Şübhəsiz, biz sizin özü ilə gön­də­ril­­diyiniz şeyi bilərək rədd edənlərik/inanmayanlarıq” – dedilər. (Zühruf/23, 24)

Müşriklərin ağılsız davranışları açıqlandıqdan sonra 105-ci ayə ilə Möminlərə öyüd verilir:

105Ey iman edən kimsələr! Hər kəs özünə cavabdehdir. Siz, bələdçiləndiyiniz doğru yola girdiyiniz zaman azan insanlar sizə zərər verə bilməzlər. Hamınızın dönüşü Allahadır. Sonra da O, etmiş olduğunuz şeyləri sizə xəbər verəcəkdir.

106Ey iman edənlər! İçinizdən birinə ölüm hazır olduğu zaman, vəsiyyət əsna­sın­da aranızda öz içinizdən olan ədalət sahibi iki nəfər şahidlik etsin. Yaxud yer üzündə yolçuluğa çıxmısınızsa, sonra da ölümün müsibəti sizə gəlib çatıbsa, sizdən ol­ma­yan iki nəfərdir. Əgər şübhəyə düşərsinizsə, salaatdan sonra onları gözlədər­si­niz. Son­ra da onlara: “Əqrəba belə olsa, andı bir mənfəət müqabilində satmayacağıq, Allahın şa­hid­liyini gizlətməyəcəyik. Əks halda günahkarlardan olarıq” – deyə Allaha and iç­di­rər­siniz.

107Sonra da əgər o iki şahidin bir günah işlədikləri anlaşılarsa, ölənə daha yaxın olan haqq sahiblərindən digər iki nəfər onların yerinə keçər və: “Bizim şahidliyimiz, o öncəki iki nəfərin şahidliyindən daha doğrudur və biz kimsənin haqqına təcavüz etmədik. Əks halda biz səhv davrananlardan/öz zərərlərinə iş edənlərdən olarıq” – deyə Allaha and içərlər.

108Bax budur, belə bir and şahidliklərini üsuluna uyğun etməkləri, yaxud andlarından sonra andlarının qəbul edilməməsindən qorxmaqları üçün ən yaxın/ən yaxşı yoldur. Allahın qoruması altına girin və qulaq asın. Və Allah haqq yoldan çıxanlar qövmünə bələdçilik etməz.

Bu ayələrdə Bəqərə surəsində bəhs edilən vəsiyyətin edilmə şəklinə dair bəzi prinsiplər bildirilir. Vəsiyyət haqqında keçən ayələr:

  • 180Sizdən birinizə ölüm hazır olduğu vaxt əgər özündən sonra bir xeyir/mal buraxdısa, Allahın qoruması altına girənlər üzərində bir haqq olaraq, atası-anası və ən yaxın əqrəbası üçün adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə vəsiyyət etmək məcburi vəzifə qılındı.
  • 181Artıq hər kim bunu eşitdikdən sonra, onu dəyişdirərsə, onun günahı ancaq onu dəyişdirənlərin üzərinədir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.
  • 182Artıq hər kim vəsiyyət edənin bir xəta etməsindən və ya bir günaha girmə­sin­dən qorxaraq, onların arasını düzəldərsə, ona heç bir günah yoxdur. Şübhəsiz ki, Allah çox bağışlayandır, çox mərhəmət edəndir. (Bəqərə/180-182)

Mövzumuz olan ayələr ilə daha əvvəl bəhs edilmiş olan vəsiyyətin necə ediləcəyi açıqlanır:

  • Möminlərdən birinə ölüm hazır olduğu zaman, vəsiyyət sırasında özlərindən dindar, müttəqi, etibarlı iki şahid təşkil etməlidirlər.
  • Vəsiyyət edəcək insan qürbətdədirsə, yaxını olmayan iki şahid tapacaqdır.
  • Şübhəyə düşərlərsə, salaatdan sonra musallada onları ayırıb: “Əqrəba belə olsa, andımızı bir mənfəət qarşılığında satmayacağıq, Allahın şahidliyini gizləməyəcəyik. Əks halda günahkarlardan olarıq” – deyə Allaha and içdirməlidirlər.
  • Bu şahidlərin yalan və ya yanlış söylədiyi anlaşılarsa, ölənə daha yaxın olan haqq sahiblərindən iki nəfər onların yerinə keçərlər və: “Bizim şahidliyimiz o ikisinin şahidliyindən daha doğrudur və biz kimsənin haqqına təcavüz etmədik. Əks halda biz zalımlardan olardıq” – deyə Allaha and içərlər. Budur bu, şahidliklərini üsuluna görə etmələri, yaxud andlarından sonra andlarının qəbul edilməməsindən qorxmaları üçün ən yaxşı yoldur.
  • Sağlam bir vəsiyyət ilə miras bölgüsündən doğa biləcək haqqsızlıqlar ortadan qalxacaqdır.

109Allah elçiləri toplayacağı gün belə deyəcək: “Sizə verilən cavab nədir?” Onlar: “Bizim heç bir biliyimiz yoxdur. Şübhəsiz ki, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən” – dedilər.

Bu ayədə işin aqibətinə diqqət çəkilir. Elçi ilə, elçinin göndərildiyi insanlar arasındakı əlaqəyə keçmiş surələrdə, xüsusilə də bu surədə tez-tez toxunulmuşdur. Burada buna təkrar diqqət çəkilib axirətdə elçilərin şahidliyi, elçinin təbligatına qarşı həssas olmayanların aldadılmasından bəhs edilir.

Elçilərin şahidliyi bu ayələrdə də zikr edilir: Əraf/6; Qasas/63-66; Nisa/41; Mürsəlat/11-13.

Axirətdə elçilərin şahidliyi Quranda konkret olaraq səhnələnmişdir. Allah elçisi Muhəmmədin şahidliyi:

  • 26Bax budur, o gün əsl hökmranlıq Rəhmana aiddir. Kafirlər üçün isə o, çox çətin bir gün olmuşdur.
  • 27–29Və o gün, şərik qoşaraq, səhv/öz zərərinə iş edən o insan əllərini dişləyərək: “Eyvah, kaş ki, elçi ilə bərabər bir yol tutsaydım! Eyvah, kaş ki, flankəsi başçı edib, izi ilə getməsəydim. Heç şübhəsiz, mənə gəldikdən sonra məni öyüddən/Kitabdan o azdırdı. Və şeytan… O insanı rüsvay edən imiş!” – deyər.
  • 30Elçi də: “Ey Rəbbim! Heç şübhəsiz, mənim qövmüm bu Quranı məhcur/tərk edilmiş bir şey etdilər” – dedi. (Furqan/26-30)

İsanın şahidliyi də aşağıdakı ayələrdə səhnələnmişdir:

110Həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənin üzərində və ananın üzərində olan nemətimi xatırla! Həmçinin Mən səni Allahın vəhyi ilə gücləndirmişdim. Yüksək mövqedə olan biri olaraq və yetişkin biri olaraq, insanlarla danışırdın. Həmçinin sənə Kitabı – haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları, Tövratı və İncili öyrətmişdim.

Həmçinin mənim iznim ilə/biliyim ilə palçıqdan/gildən (keramikadan) quş kimi bir şey (Buxurdan) düzəldirdin. Sonra da onun içinə üfləyirdin/aerozol əmələ gətirirdin, onlar da (xəstəlik yayan/aşılayan həşəratlar) mənim iznim ilə quş olurdu/tezliklə gedirdilər. Anadangəlmə kor olanı və cüzam xəstəliyinə yaxalanmış olanı iznim ilə/biliyim ilə yaxşılaşdırırdın. Yenə mənim iznim ilə/biliyim ilə sosial ölüləri çıxarırdın/canlandırırdın. Və həmçinin İsrailoğullarına açıq-aşkar dəlillərilə gələrək, onlardan Allahın tanrılığına və rəbbliyinə inanmayanların: “Bu, ancaq açıq-aşkar bir sehrdir” – dedikləri zaman səni onlardan qorumuşdum.

111Və həmçinin həvarilərə: “Mənə və Elçimə inanın” – deyə vəhy etmişdim. Onlar: “İnandıq!” və “Bizim həqiqətən müsəlmanlar olduğumuza şahid ol” – demişdilər.

112Həmçinin həvarilər: “Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi?” – demişdilər. İsa: “Əgər iman edənlərsinizsə, Allahın qoruması altına girin” – demişdi.

113Həvarilər: “Biz istəyirik ki, ondan yeyək, qəlblərimiz yaxşıca sakitləşsin, sənin bizə doğru söylədiyini bilək və biz də buna şahidlərdən olaq” – dedilər.

114Məryəm oğlu İsa: “Allahım, Rəbbimiz! Bizim üzərimizə, bizim üçün, bizdən əvvəlkilərimiz və sonrakılarımız üçün bir bayram və Səndən bir əlamət/nümunə olaraq, göydən bir süfrə endir. Və bizi ruziləndir. Və Sən, ruzi verənlərin ən xeyirlisisən!” – dedi.

115Allah dedi ki: “Şübhəsiz, Mən onu sizə endirənəm. Artıq bundan sonra sizdən kim inanmazsa, Mən onu aləmlərdən heç kimsəyə etməyəcəyim bir əzabla əzablandıracağam”.

116–118Və həmçinin Allah demişdi ki: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Məni və anamı, Allahın yaratdıqlarından iki tanrı qəbul edin” – dedin?” İsa: “Sən münəzzəhsən, mənim üçün doğru olmayan bir şeyi söyləməyim mənə yaraşmaz. Əgər mən onu demiş olsaydım, Sən bunu qətiliklə bilərdin. Sən mənim içimdə/özümdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz, Sən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənin məhz özüsən! Mən onlara sadəcə, Sənin mənə əmr etdiklərini – “Mənim və sizin Rəbbiniz olan Allaha qulluq edin” – dedim. Və mən içlərində olduğum müddətcə, onlar üzərində şahidəm. O zaman ki, Sən məni vəfat etdirdin – keçmişdə etdiklərimi və etməli olduğum halda etmədiklərimi bir-bir xatırlatdırdın/məni öldürdün, Sən onlara nəzarət edənin məhz özü oldun. Və şübhəsiz ki, Sən, hər şeyə ən yaxşı şahid olansan. Əgər onlara əzab edərsən, şübhəsiz ki, onlar sənin qullarındır və əgər onları bağışlayarsan, şübhəsiz, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlam edənin məhz, özüsən” – dedi.

119Allah dedi ki: “Bu, doğru insanlara doğruluqlarının faydalı olduğu gündür. Onlar üçün, içində sonsuz qalanlar olaraq, altlarından çaylar axan cənnətlər vardır”. Allah onlardan razı olmuş, onlar da Ondan razı olmuşlar. Bax budur, bu, ən böyük qurtuluşdur.

120Göylərin, yer üzünün və bunların içində olan hər şeyin sahibliyi, idarəçiliyi yalnız və yalnız Allahındır. Və O, hər şeyə qadirdir.

Bu ayə qrupunda elçilərin dünyadakı öhdəliyi, insanlarla əlaqələri və onlara şahidliyi, dünya və axirət səhnələri ilə İsa peyğəmbər nümunə göstərilərək, konkret olaraq anladılır. Həmçinin İsa peyğəmbərin İsrailoğullarına göndərilişi və göndəriliş səbəbləri açıqlanır. Musa və Harun peyğəmbərlər həm İsrailoğullarına vəhyi, tövhidi öyrətmək, həm də İsrailoğullarını Misirdəki əsarətdən qurtarmaq üçün göndərilmişdilər. Buradakı bölmədə İsa peyğəmbərin vəhyi təbliğ etməsiylə birlikdə İsrailoğullarını yoluxucu xəstəliklərdən qurtarmaq, onlara qarşı öncədən tədbir almaq və onlara rahat bir dolanışıq təmin etmək üçün; qoruyucu həkimlik, göz həkimliyi, dəri həkimliyi və sağlam qida istehlakı və konservləşdirmə, turşu, doşab, duza qoyma, arpa, buğda, quru paxlagillər saxlanılması və bunların nəm və həşəratdan qorunmasının öyrədilməsi kimi öhdəliklərlə göndərildiyi xüsusi olaraq açıqlanır.

Bizim “şübhəsiz mən, sizin üçün, palçıqdan/gildən, keramikadan quş şəkli kimi bir şey – “buxurdan (tüstülük”) düzəldərəm” deyə tərcümə etdiyimiz ayədəki “düzəldərəm” felinin tamamlayıcısı ayənin orijinalında yer almamışdır. Bu paraqrafın söz axışı içində oxucunun təqdirinə buraxılmışdır. Ayədə “quş fiquru” “quş maketi” edərəm deyilməyib, “quş şəkli, quş fiquru, quş maketi kimi bir şey” edərəm deyilir ki, burada İsanın quş şəklində gildən buxurdanlıq edib, içərisinə qoyduğu baharata (…….) üfləyərək, çıxan duman və qoxu ilə ağcaqanad, milçək kimi göz xəstəliyi və sairəyə səbəb olan böcəkləri ətrafdan qovduğu açıqlanır. Bu gün mövcud olan keramik buxurdanların çoxunun quş şəklində olduğu aşkardır (durna çırağı-S.D.).

Yenə ayədə “fəyəkünü (olur)” felinin mübtədası da yer almamışdır ki, bu da söz axışından anlaşılmağa buraxılmışdır.

Ayələrin hərfi mənalarından anlaşılan bu gerçəklər yaxın zamanda deşifrə edilən Essenilərə aid Kumran yazılarıyla da təsdiq edilir. [37] 

112-ci ayədə zikri keçən “süfrə” yemək süfrəsi deyil, ruhların qidası olan vəhydir, yəni o günə görə İncil ayələridir.  Belə bir kitaba sahib olmaq Bayram etməkdir. Qədr gecəsi yaşamaqdır. Bu ifadə Qədr surəsində “Salam!” deyə bəhs edilmişdi.

Amma rəvayət mexanizmi burada da dövrəyə girər və istehsalına davam edər: “Süfrə endi. Süfrədə pulsuz və qılçıqsız bir balıq var idi. Yanında da duz, tərəvəz, sirkə, üzəri yağlı çörək, bal, pendir, zeytun və basdırma vardı”, “Süfrədə yeddi çörək və yeddi balıq vardı”, “Süfrə, dünyadakı bütün qidaların ləzzətini verən bir balıq idi”, “Süfrə, cənnət nemətlərindəndi”, “Süfrə, çörək, düyü plovu və tərəvəzdən ibarət idi”, “Həvarilər həmişə bu süfrədən bəslənirdilər. Sonra birisi oğurluq etdi, süfrə ondan sonra enməz oldu” və s. kimi daha bir çox əsilsiz və əsassız sözlər ortaya atılmışdır.

114-cü ayədəki “öncəkilərimiz və sonrakılarımız üün bir bayram olsun” ifadəsindəki “öncəkilər”, İsrailoğullarından İsa peyğəmbər gəlməzdən öncəki dini davam etdirib gələn Yəhudilərdir ki, bunlar da İsa peyğəmbərə gələn vəhydən yararlanaraq doğru yolu tapacaqlar; Müsəlman olacaqlar və bayram edəcəkdilər. “Sonrakılarımız” ilə də qəsd edilən İsa peyğəmbəri izləyəcək Müsəlmanlardır.

Burada diqqət çəkən ikinci nöqtə isə İsanın insanlara, özünü və anasını müqəddəsləşdirmələri yönündə bir təlqininin olmadığıdır. Xristiyanlıqda İsa və Məryəmin müqəddəsləşdirilməsi, özünü din bilikliləri kimi qələmə verənlər tərəfindən sonradan ortaya atılmışdır. Bu mövzu 68-79-cu ayənin təhlili əhatəsində təfərrüatlı şəkildə təqdim edilmişdi.

 

Ən düzünü Allah bilir!

 

İstifadə olunmuş ədəbiyyat:

 

[1] Lisanul-Arab, “Bhm” mad.

[2] Razi; mefatihulgayb

[3] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[4] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[5] Razi, Mefatihul-Ğayb.

[6] Təbyinul-Quran; c. 8, s. 379-537.

[7] Təbyinul-Quran; c. 10, s. ??????????????

Saylar, 1:1-16.

[8] Çıxış, 4:22-23.

[9] Yeremya, 31:9.

[10] Tekvin, 4:1-16.

[11] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[12] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[13] Lisanul-Arab, “Vsl” mad.

[14] İbn Kəsir.

[15] Razi, Mefatihul-Ğayb.

[16] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[17] Tesniyə, 22:13-30.

[18] Kitab-i Müqəddəs, Çıxış, 21:12-27.

[19] Razi, Mefatihul-Ğayb.

[20] İbn Kəsir.

[21] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[22] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[23] İbn Kəsir.

[24] Matda, 4:7-11.

[25] Mevdudi, Tefhimul-Quran.

[26] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[27] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[28] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[29] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[30] Razi, Mefatihul-Ğayb.

[31] Razi, Mefatihul-Ğayb.

[32] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[33] Kurtubi, el-Camiu li Ahkamil-Quran.

[34] KUMRAN YAZITLARInın mövzuya aid bölmələri incəlenebilir.