MÜCADİLƏ SURƏSİ

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 641

1Əri haqqında səninlə mübahisə edən və Allaha şikayəti olan qadının sözünü Allah qəti olaraq, eşitmişdir. Allah ikinizin danışdıqlarını da eşidir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

2Sizdən qadınlarınıza zıhar[1] edən insanlar… Zıhar edilən qadınlar, onların anaları deyildir. Onların anaları, ancaq özlərini doğan qadınlardır. Və şübhəsiz ki, onlar sözdən çirkin olanı və yalanı söyləyirlər. Və şübhəsiz ki, Allah çox əfv edən, çox bağışlayandır.

3Və qadınlarına zıhar isnad edib, sonra da söylədiklərindən dönənlər, bir-biri ilə təmasdan/əlaqədən əvvəl bir köləni azadlığa qovuşdurmalıdır. Bax budur, siz bununla öyüdlənirsiniz. Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.

4Artıq kim ki, bu imkanı tapa bilməzsə, cinsi əlaqə etmələrindən öncə, dərhal fasiləsiz olaraq, iki ay oruc tutmalıdır. Artıq kimin ki, gücü çatmadı, altmış yoxsulu do­yurmalıdır. Bu, Allaha və Elçisinə inanmağınız üçündür. Və bunlar, Allahın həd­lə­ridir. Kafirlər üçün isə çox acıqlı bir əzab vardır.

(105/58, Mücadilə/1–4)

Nəcm: 642

5Şübhəsiz ki, Allaha və Elçisinə həddi aşmağa/üsyan etməyə qalxan insanlar özlərindən öncəkilərin al­çaldıldığı kimi alçaldılmışlar. Halbuki, Biz qətiliklə açıq-aşkar ayələr endir­mi­şik. Və kafirlər üçün alçaldıcı bir əzab vardır.

6Artıq hamısını dirildəcəyi gün etdikləri şeyləri özlərinə xəbər verə­cək­dir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Və Allah hər şeyə ən yaxşı şahiddir.

(105/58, Mücadilə/5–6)

Nəcm: 643

7Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç nəfərin gizli danışdığı yerdə O, qətiliklə dördüncüdür. Beşdə də O, qətiliklə altıncıdır. Bunlardan az və ya çox olsunlar və harada olurlarsa, ol­sun­lar, O, qətiliklə onlarla birlikdədir. Sonra qiyamət günü onlara etdikləri şeyləri xə­bər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

8Pıçıldaşmaq qadağan olunduqdan sonra, yenə o qadağan olunanı etməyə cəhd edənləri və günah, düşmənçilik və Elçinin əleyhinə çıxmaq barədə pıçıldaşanları gö­r­mə­­dinmi? Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamlamadığı ilə salamlayırlar. Öz içlərindən də: “Bu söylədiklərimizə görə Allah bizə əzab etməli deyil­di­mi?” – deyərlər. Cəhənnəm onlara yetər. Oraya söykənəcəklər. Nə pis dönüş ye­ri­dir!

9Ey iman edənlər! Pıçıldaşdığınız zaman günahı, düşmənçiliyi və Peyğəmbərə üsyankarlığı pıçıldaşmayın. Yaxşı insan olmağı və Allahın qoruması altına girməyi pıçıldaşın. Özünə toplanacağınız Allahın qoruması altına girin.

10Şübhəsiz ki, bu pıçıldaşmalar iman edən insanları narahat etmək üçün şeytandandır. Hal­bu­ki, şeytan, Allahın izni/biliyi olmadıqca, möminlərə heç bir zərər verə bilməz. Və be­lə isə möminlər işin nəticəsini yalnız və yalnız Allaha həvalə etsinlər.

11Ey iman edənlər! Sizə: “Məclislərdə yer açın/başqalarına da qatılmağa şərait yaradın” – deyilincə, dərhal yer açın ki, Allah da sizə yer açsın/sizə genişlik versin. Və sizə: “Özünüzü olduğunuzdan daha böyük göstərin” – deyilincə də, özünüzü olduğunuzdan daha böyük göstərin.[2] Beləcə, Allah sizdən inanmış olan insanları və özlərinə bilik verilənləri dərəcələrlə yüksəltsin. Və Allah etdikləriniz barədə yaxşı-yaxşı xəbəri olandır.

12Ey iman edənlər! Elçi ilə pıçıldaşacağınız [baş-başa danışacağınız, özəl xid­mət alacağınız] zaman bu pıçıldaşmanızdan öncə dərhal bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Belə olmasına baxmayaraq, əgər bir şey tapa bil­məz­sinizsə, artıq şübhəsiz ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

13Baş-başa danışmağınızdan öncə sədəqələr verməkdən qorxdunuzmu? Bax budur, et­mə­diniz. Və Allah sizin şüurlu şəkildə xətadan dönüşünüzü qəbul etdi. Artıq sala­a­tı iqa­mə edin, zəkatı/verginizi verin, Allaha və Elçisinə itaət edin. Və Allah etdiklərinizdən ən çox xəbəri olandır.

(105/58, Mücadilə/7–13)

Nəcm: 644

14Allahın özlərinə qəzəb etdiyi bir camaatı köməkçi, qoruyucu/yönləndirici edənləri görmədinmi/heç düşünmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Və onlar bilə-bilə, yalandan and içirlər.

15Allah onlara çox çətin bir əzab hazırlamışdır. Şübhəsiz ki, onlar etdikləri çox pis olanlardır!

16Andlarını qalxan etdilər və Allahın yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı bir əzab vardır.

17Onların malları və övladlarının özlərinə və Allahın əleyhinə heç bir şəkildə, qətiyyən faydası olmaz. Onlar atəşin əhlidirlər. Onlar orada həmişəlik qalanlardır.

18Artıq Allah onların hamısını təkrar diriltdiyi gün sizə and içdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şey üzərində olduqlarını sanacaqlar. Gözünüzü açın! Şübhəsiz ki, onlar yalançıların məhz özləridir.

19Şeytan onları istila etmiş və onlara Allahı anmağı tərk etdirmişdi. Onlar şeytanın qrupudur. Gözünüzü açın! Şeytanın qrupu qətiliklə itirənlərin məhz özüdür.

(105/58, Mücadilə/14–19)

Nəcm: 645

20Allaha və Elçisinə qarşı həddlərini aşmağa çalışanlar – onlar, ən alçaq insanlar arasındadırlar.

21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.

(105/58, Mücadilə/20–21)

Nəcm: 646

22Allaha və axirət gününə inanan bir camaatı Allaha və Elçisinə üsyan etməyə çalışanlarla qarşılıqlı sevgi bağı qurmuş halda görə bilməzsən. Bunlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istərsə də əqrəbaları olsun. Onlar Allahın qəlblərinə imanı yazdığı və özlərini Özündən olan vəhy ilə dəstəklədiyi insanlardır. Və Allah onları həmişəlik olaraq, altlarından çaylar axan cən­nət­lərə qoyacaqdır. Allah onlardan məmnun olmuşdur, onlar da Ondan məmnun ol­muşlar. Bax budur, bunlar Allahın tərəfdarlarıdır. Gözünüzü açın! Allahın tərəf­dar­ları uğur qazananların məhz özləridir.

(105/58, Mücadilə/22)

 

[1]Bu ayələrlə, ərəb cahiliyyə adətlərindəki bir tətbiqat [zıhar] ortadan qaldırılır. Ərəb ənənəsinə görə bir kişi, arvadının hər hansı bir davranışına hirsləndiyi zaman, ona: – “Sən mənə anamın arxası kimisən” – deyərdi. Buna görə aralarındakı ailə bağları qopmasa belə, halal qəbul edilməzdi. Ancaq tam mənasıyla boşanmış da sayılmadığı üçün qadın, başqa bir yol seçə bilməz, çilə çəkməyə məhkum olardı. Bu barədə Mücadilə/1–4–də (641–ci nəcm) deyilmişdir.

[2]Buradakı, “özlərini olduqlarından daha böyük göstərmələrinin” istənilməsi, döyüş və s. kimi normal həyatdan kənar vəziyyətlərdə rəqiblərə qorxu verə bilmək üçün, tətbiq ediləcək bir strategiyadır. Yoxsa olduqları yerdən qalxıb, getmək deyildir.