MÜCADİLƏ SURƏSİNİN TƏBYİNİ

Adını 1-ci ayədəki تجادلك [tucadilukə/səninlə mübahisə edən qadın] ifadəsinin تجادل [tucadilu/mübahisə edən] felindən alan surənin Mədinədə 105-ci sırada endiyi qəbul edilir. Söz qadına şamil edilərək surəyə مجادِلة [Mücadilə/Mübahisə edən Qadın] də deyilir. Surədə, bir qadının şikayətinə görə, cahiliyyə ərəblərində yayılmış olan zıhar adətindən bəhs edilərək buna aid hökm müəyyən edilir və cahiliyyə dövrü tətbiqatları ləğv edilir. Həmçinin, ziyarət və məclislərdəki nəzakət qaydaları öyrədilir – Allahın və Rəsulunun əleyhinə çıxmağa çalışanların, möminlərin sirlərini Yəhudilərə daşıyan münafiqlərin faciəvi aqibətləri bildirilərək xəbərdarlıq edilir.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ:

MƏDİNƏ DÖVRÜ

 

Nəcm: 641

1Əri haqqında səninlə mübahisə edən və Allaha şikayəti olan qadının sözünü Allah qəti olaraq, eşitmişdir. Allah ikinizin danışdıqlarını da eşidir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

2Sizdən qadınlarınıza zıhar edən insanlar… Zıhar edilən qadınlar, onların anaları deyildir. Onların anaları, ancaq özlərini doğan qadınlardır. Və şübhəsiz ki, onlar sözdən çirkin olanı və yalanı söyləyirlər. Və şübhəsiz ki, Allah çox əfv edən, çox bağışlayandır.

3Və qadınlarına zıhar isnad edib, sonra da söylədiklərindən dönənlər, bir-biri ilə təmasdan/əlaqədən əvvəl bir köləni azadlığa qovuşdurmalıdır. Bax budur, siz bununla öyüdlənirsiniz. Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.

4Artıq kim ki, bu imkanı tapa bilməzsə, cinsi əlaqə etmələrindən öncə, dərhal fasiləsiz olaraq, iki ay oruc tutmalıdır. Artıq kimin ki, gücü çatmadı, altmış yoxsulu do­yurmalıdır. Bu, Allaha və Elçisinə inanmağınız üçündür. Və bunlar, Allahın həd­lə­ridir. Kafirlər üçün isə çox acıqlı bir əzab vardır.

(105/58, Mücadilə/1–4)

Nəcm: 642

5Şübhəsiz ki, Allaha və Elçisinə həddi aşmağa/üsysn etməyə qalxan insanlar özlərindən öncəkilərin al­çaldıldığı kimi alçaldılmışlar. Halbuki, Biz qətiliklə açıq-aşkar ayələr endir­mi­şik. Və kafirlər üçün alçaldıcı bir əzab vardır.

6Artıq hamısını dirildəcəyi gün etdikləri şeyləri özlərinə xəbər verə­cək­dir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Və Allah hər şeyə ən yaxşı şahiddir.

(105/58, Mücadilə/5–6)

Nəcm: 643

7Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç nəfərin gizli danışdığı yerdə O, qətiliklə dördüncüdür. Beşdə də O, qətiliklə altıncıdır. Bunlardan az və ya çox olsunlar və harada olurlarsa, ol­sun­lar, O, qətiliklə onlarla birlikdədir. Sonra qiyamət günü onlara etdikləri şeyləri xə­bər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

8Pıçıldaşmaq qadağan olunduqdan sonra, yenə o qadağan olunanı etməyə cəhd edənləri və günah, düşmənçilik və Elçinin əleyhinə çıxmaq barədə pıçıldaşanları gö­r­mə­­dinmi? Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamlamadığı ilə salamlayırlar. Öz içlərindən də: “Bu söylədiklərimizə görə Allah bizə əzab etməli deyil­di­mi?” – deyərlər. Cəhənnəm onlara yetər. Oraya söykənəcəklər. Nə pis dönüş ye­ri­dir!

9Ey iman edənlər! Pıçıldaşdığınız zaman günahı, düşmənçiliyi və Peyğəmbərə üsyankarlığı pıçıldaşmayın. Yaxşı insan olmağı və Allahın qoruması altına girməyi pıçıldaşın. Özünə toplanacağınız Allahın qoruması altına girin.

10Şübhəsiz ki, bu pıçıldaşmalar iman edən insanları narahat etmək üçün şeytandandır. Hal­bu­ki, şeytan, Allahın izni/biliyi olmadıqca, möminlərə heç bir zərər verə bilməz. Və be­lə isə möminlər işin nəticəsini yalnız və yalnız Allaha həvalə etsinlər.

11Ey iman edənlər! Sizə: “Məclislərdə yer açın/başqalarına da qatılmağa şərait yaradın” – deyilincə, dərhal yer açın ki, Allah da sizə yer açsın/sizə genişlik versin. Və sizə: “Özünüzü olduğunuzdan daha böyük göstərin” – deyilincə də, özünüzü olduğunuzdan daha böyük göstərin. Beləcə, Allah sizdən inanmış olan insanları və özlərinə bilik verilənləri dərəcələrlə yüksəltsin. Və Allah etdikləriniz barədə yaxşı-yaxşı xəbəri olandır.

12Ey iman edənlər! Elçi ilə pıçıldaşacağınız [baş-başa danışacağınız, özəl xid­mət alacağınız] zaman bu pıçıldaşmanızdan öncə dərhal bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Belə olmasına baxmayaraq, əgər bir şey tapa bil­məz­sinizsə, artıq şübhəsiz ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

13Baş-başa danışmağınızdan öncə sədəqələr verməkdən qorxdunuzmu? Bax budur, et­mə­diniz. Və Allah sizin şüurlu şəkildə xətadan dönüşünüzü qəbul etdi. Artıq sala­a­tı iqa­mə edin, zəkatı/verginizi verin, Allaha və Elçisinə itaət edin. Və Allah etdiklərinizdən ən çox xəbəri olandır.

(105/58, Mücadilə/7–13)

Nəcm: 644

14Allahın özlərinə qəzəb etdiyi bir camaatı köməkçi, qoruyucu/yönləndirici edənləri görmədinmi/heç düşünmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Və onlar bilə-bilə, yalandan and içirlər.

15Allah onlara çox çətin bir əzab hazırlamışdır. Şübhəsiz ki, onlar etdikləri çox pis olanlardır!

16Andlarını qalxan etdilər və Allahın yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı bir əzab vardır.

17Onların malları və övladlarının özlərinə və Allahın əleyhinə heç bir şəkildə, qətiyyən faydası olmaz. Onlar atəşin əhlidirlər. Onlar orada həmişəlik qalanlardır.

18Artıq Allah onların hamısını təkrar diriltdiyi gün sizə and içdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şey üzərində olduqlarını sanacaqlar. Gözünüzü açın! Şübhəsiz ki, onlar yalançıların məhz özləridir.

19Şeytan onları istila etmiş və onlara Allahı anmağı tərk etdirmişdi. Onlar şeytanın qrupudur. Gözünüzü açın! Şeytanın qrupu qətiliklə itirənlərin məhz özüdür.

(105/58, Mücadilə/14–19)

Nəcm: 645

20Allaha və Elçisinə qarşı həddlərini aşmağa çalışanlar – onlar, ən alçaq insanlar arasındadırlar.

21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah  hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.

(105/58, Mücadilə/20–21)

Nəcm: 646

22Allaha və axirət gününə inanan bir camaatı Allaha və Elçisinə üsyan etməyə çalışanlarla qarşılıqlı sevgi bağı qurmuş halda görə bilməzsən. Bunlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istərsə də əqrəbaları olsun. Onlar Allahın qəlblərinə imanı yazdığı və özlərini Özündən olan vəhy ilə dəstəklədiyi insanlardır. Və Allah onları həmişəlik olaraq, altlarından çaylar axan cən­nət­lərə qoyacaqdır. Allah onlardan məmnun olmuşdur, onlar da Ondan məmnun ol­muşlar. Bax budur, bunlar Allahın tərəfdarlarıdır. Gözünüzü açın! Allahın tərəf­dar­ları uğur qazananların məhz özləridir.

(105/58, Mücadilə/22)

TƏHLİL:

1Əri haqqında səninlə mübahisə edən və Allaha şikayəti olan qadının sözünü Allah qəti olaraq, eşitmişdir. Allah ikinizin danışdıqlarını da eşidir. Şübhəsiz ki, Allah ən yaxşı eşidəndir, ən yaxşı biləndir.

2Sizdən qadınlarınıza zıhar edən insanlar… Zıhar edilən qadınlar, onların anaları deyildir. Onların anaları, ancaq özlərini doğan qadınlardır. Və şübhəsiz ki, onlar sözdən çirkin olanı və yalanı söyləyirlər. Və şübhəsiz ki, Allah çox əfv edən, çox bağışlayandır.

3Və qadınlarına zıhar isnad edib, sonra da söylədiklərindən dönənlər, bir-biri ilə təmasdan/əlaqədən əvvəl bir köləni azadlığa qovuşdurmalıdır. Bax budur, siz bununla öyüdlənirsiniz. Allah etdiklərinizdən çox yaxşı xəbəri olandır.

4Artıq kim ki, bu imkanı tapa bilməzsə, cinsi əlaqə etmələrindən öncə, dərhal fasiləsiz olaraq, iki ay oruc tutmalıdır. Artıq kimin ki, gücü çatmadı, altmış yoxsulu do­yurmalıdır. Bu, Allaha və Elçisinə inanmağınız üçündür. Və bunlar, Allahın həd­lə­ridir. Kafirlər üçün isə çox acıqlı bir əzab vardır.

Bu ayə qrupunda, Əhzab/4-də, “Və özlərini analarınıza bənzədərək and mövzusu etdiyiniz [zıharda olduğunuz] xanımlarınızı da sizin analarınız qılmadı” ifadələriylə verilmiş olan – cahiliyyə adətlərindən zıhar mövzusu, mömin bir qadının şikayəti səbəbiylə hökmə bağlanmışdır:

  • Zıhar edilən qadınlar zıhar edənlərin anaları deyildir. Onların anaları, ancaq onları doğan qadınlardır. Və şübhəsiz, onlar çirkin bir söz və yalan söyləyirlər.
  • Qadınlarına zıhar edib, sonra da söylədiklərindən dönənlər, bir-biriylə təmasdan [əlaqədən] əvvəl bir köləni azadlığa qovuşdurmalıdırlar.
  • Azadlığa qovuşduracaq bir kölə tapa bilməyən kimsə, təmaslaşmalarından öncə, fasiləsiz olaraq iki ay oruc tutmalı; buna gücü çatmayan da altmış kasıbı doyuzdurmalıdır.

Bu ayələrdə həm ərəblərin cahiliyyə dövründəki tətbiqatları ortadan qaldırılır, həm də zıhar edənlərin zıharın zərərini tam anlaya bilmələri üçün təlim keçmələri məsləhət görülür.

Zihar. ظهار [zıhar] “bir arxanın digər bir arxaya bənzədilməsi”dir. Termin olaraq isə, “halal olan bir arxanı, haram olan bir arxaya bənzətmək”dir. Məsələn, bir kimsənin xanımına: “Sən mənim üçün anamın arxası kimisən” – deməsi bir zıhar olub xanımı ərinə haram qılar. Kişinin xanımına: “Sən mənim üçün qızımın, bacımın, xalamın, bibimin… arxası kimisən” – deməsi, hətta arxadan başqa üzvlər ilə bir bənzətmə etməsi də zıhar sayılır.

Orucun əmr edilməsi insanları təqvaya çatdırmaq üçündür. Çünki Quranın məsləhət gördüyü oruc, səbri və təfəkkürü cəlb edər. Çünki təfəkkürə ən böyük maneçilik toxluq və danışmaqdır. İnsan tox ikən və danışarkən düşünə bilməz. Səbr və təfəkkür, dinin yaxşı anlaşılmasını və yaşanmasını təmin edər. Oruc sayəsində inkişaf edən səbr və qərarlılıq həyatın hər sahəsində uğur gətirir. Oruc haqqında Bəqərə surəsində məlumat vermişdik. [1]

Ayədə bəhs edilən, lakin adı zikr edilməyən qadının Saləbə (və ya) Huveylə (və ya Havlə bt. Hakim) olduğu, ərinin də Evs b. Samit olduğu qaynaqlarda yer alır. Razinin mövzu ilə əlaqədar nəqli belədir:

Rəvayət olunduğuna görə, Ubadə ibn əs-Samitin qardaşı olan Evs ibn Samit, xanımı Havlə bt. Saləbəni, namaz qılarkən gördü. O, son dərəcə gözəl idi. Adamda isə bir az qəribəlik var idi. Qadın salam verincə, o qadından kam almaq istədi, amma qadın üz vermədi. Bundan sonra Evs əsəbləşdi… Evsdə bir az tələskənlik vardı; buna görə də dərhal zıhar etdi. Bundan sonra, Havlə Hz. Peyğəmbərin (s.ə.s) yanına gəldi və: “Mən gənc və arzu edilən ikən Evs mənimlə evləndi. Yaşım artıb uşaqlarımın çoxaldığı bir zamanda, məni anası kimi rədd etdi. Mənim kiçik uşaqlarım var. Əgər onları onun ailəsinə buraxsam, zay olarlar, baxa bilməzlər. Onları yanıma alsam, ac qalarlar” – dedi.

Bu mövzuda iki rəvayət vardır: Rəvayət olunduğuna görə, Hz. Peyğəmbər (s.ə.s) ona: “Sənin vəziyyətinlə əlaqədar, bu anda söyləyə biləcəyim bir şey yox” – dedi. Yenə digər bir rəvayətə görə, Hz. Peyğəmbər (s.ə.s) ona: “Sən, ərinə haram oldun…” – demişdir. Bundan sonra Havlə: “Ey Rəsulallah! O talaq və boşanmadan bəhs etmədi. O, uşaqlarımın atasıdır və ən çox sevdiyim insandır” – dedi. Yenə, Hz. Peyğəmbər (s.ə.s) ona: “Sən ona haram oldun!” – dedi. Bundan sonra qadın: “Ehtiyacım və içimdən keçənləri Allaha ərz edirəm” – dedi. Hz. Peyğəmbər (s.ə.s) hər dəfəsində: “Sən ona haram oldun” – dedikcə, o heyfsilənir və Allaha ərz edirdi. Budur o, bu vəziyyətdə ikən, Hz. Peyğəmbərin (s.ə.s) üzü birdən dəyişdi və bu ayə-ti kərimə nazil oldu.

Sonra Hz. Peyğəmbər (s.ə.s) Havlənin (r.a) ərinə xəbər göndərərək belə dedi: “Səni bunu etməyə sövq edən şey nədir?” O: “Şeytan” – dedi və əlavə elədi: “Bu barəda bir asanlıq, çıxış yolu varmı?” Hz. Peyğəmbər (s.ə.s) də: “Bəli” – buyurub, ona bu dörd ayəni oxudu və: “Kölə azad etməyə gücün çatarmı?” – deyə soruşdu. O: “Yox vallahi” – dedi. Hz. Peyğəmbər (s.ə.s): “Oruc tutmağa gücün çatarmı?” – dedi, o: “Yox, vallahi. Əgər mən, gündə bir və ya iki dəfə yemək yeməzsəm, gözümün qüvvəti itir, sanki ölürəm zənn edirəm” – dedi. Hz. Peyğəmbər (s.ə.s) ona: “Altmış kasıbı doydurmağa gücün çatarmı?” – dedi, o: “Yox vallahi, ya Rəsulallah” – dedi, ardından da: “amma, sən sədəqə ilə kömək edərsənsə, o zaman olar” – dedi. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) ona, 15 ölçək kömək etdi; Evs də, əlində olan maldan bu qədər miqdarı ortaya qoydu və bunları altmış kasıba tasadduk etdi. [2]

5Şübhəsiz ki, Allaha və Elçisinə həddi aşmağa/üsysn etməyə qalxan insanlar özlərindən öncəkilərin al­çaldıldığı kimi alçaldılmışlar. Halbuki, Biz qətiliklə açıq-aşkar ayələr endir­mi­şik. Və kafirlər üçün alçaldıcı bir əzab vardır.

6Artıq hamısını dirildəcəyi gün etdikləri şeyləri özlərinə xəbər verə­cək­dir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Və Allah hər şeyə ən yaxşı şahiddir.

Bu ayələrdə, Allah və Rəsulu ilə yarışmağa çalışan təkəbbürlülər həm qınanır, həm də onlara özlərindən əvvəlkilərin düşdüyü pis vəziyyətə onların da düşəcəyi bildirilərək xəbərdarlıq edilir.

7Göylərdə olan şeyləri və yer üzündə olan şeyləri Allahın bildiyini görmədinmi/heç düşünmədinmi? Üç nəfərin gizli danışdığı yerdə O, qətiliklə dördüncüdür. Beşdə də O, qətiliklə altıncıdır. Bunlardan az və ya çox olsunlar və harada olurlarsa, ol­sun­lar, O, qətiliklə onlarla birlikdədir. Sonra qiyamət günü onlara etdikləri şeyləri xə­bər verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyi ən yaxşı biləndir.

8Pıçıldaşmaq qadağan olunduqdan sonra, yenə o qadağan olunanı etməyə cəhd edənləri və günah, düşmənçilik və Elçinin əleyhinə çıxmaq barədə pıçıldaşanları gö­r­mə­­dinmi? Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamlamadığı ilə salamlayırlar. Öz içlərindən də: “Bu söylədiklərimizə görə Allah bizə əzab etməli deyil­di­mi?” – deyərlər. Cəhənnəm onlara yetər. Oraya söykənəcəklər. Nə pis dönüş ye­ri­dir!

9Ey iman edənlər! Pıçıldaşdığınız zaman günahı, düşmənçiliyi və Peyğəmbərə üsyankarlığı pıçıldaşmayın. Yaxşı insan olmağı və Allahın qoruması altına girməyi pıçıldaşın. Özünə toplanacağınız Allahın qoruması altına girin.

10Şübhəsiz ki, bu pıçıldaşmalar iman edən insanları narahat etmək üçün şeytandandır. Hal­bu­ki, şeytan, Allahın izni/biliyi olmadıqca, möminlərə heç bir zərər verə bilməz. Və be­lə isə möminlər işin nəticəsini yalnız və yalnız Allaha həvalə etsinlər.

Bu ayələrdə də ilk əvvəl heç bir şeyin Allahdan gizli qala bilməyəcəyinin, Allahın hər şeyi hər an nəzarət etdiyinin unudulmamalı olması bəyan edilir ki, bu Quranda üzərində ən çox durulan bir mövzudur:

  • 75Və onlardan bəziləri: “Əgər Allah ərməğanlarından bizə verərsə, qətiliklə biz də sə­dəqə verəcəyik və qətiliklə yaxşılardan olacağıq” deyə Allaha söz verən kəslərdir.
  • 76Sonra nə zaman ki, Allah onlara ərməğanlarından verir, onda xəsislik edirlər və üz döndərərək geri çəkilirlə
  • 77Sonunda Allaha vəd etdikləri şeylərdə sözlərini tutmadılar və yalan söylədilər. Onun üçün Allah da Özüylə qarşılaşacaqları günə qədər qəlblərində sürüb gedəcək bir müna­fiq­lik yerləşdirərək, onları cəzalandırdı.
  • 78,79Şübhəsiz ki, onlar… Sədəqələrdən özləri könüllü olaraq bağışlayan və gücləri yetdiyindən artığını tapa bilməyən möminlərə dil uzadan, sonra da onlara lağ edən kimsələr… Allahın onların sirlərini və pıçıltılarını bildiyini və şübhəsiz ki, Allahın bilinməyənlərin çox yaxşı biləni olduğunu bilmədilərmi? Allah onları məs­­xərə­yə çevirmişdir. Və onlar üçün çox acıqlı bir əzab vardır. (Tövbə/75-79)
  • 80Yoxsa onlar, şübhəsiz, Bizim onların sirlərini və pıçıltılarını eşitmədiyimizimi sanırlar? Bəli, eşidirik! Yanlarında olan elçilərimiz isə yazırlar. (Zühruf/80)

Ayədəki Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamlamadığı ilə salamlayırlar. Öz içlərindən də: “Bu söylədiklərimizə görə Allah bizə əzab etməli deyil­di­mi?” – deyərlər xəbərdarlığıyla münafiqlərin, nəfsi oxşayacaq sözlər söyləyərək hiyləgərcəsinə planlarını reallaşdırmaq istədikləri bildirilir. Bu nifaq siyasəti Rəsulullahın axirətə getməsindən sonra da davam etmiş, Allah Muhəmmədi “Rəsulullah” [Allahın Elçisi], “Nəbiy-yi Ümmi” [Ana şəhərli Peyğəmbər], “Nəbi” [Peyğəmbər], “Hatəmun-Nəbiyyin” [Peyğəmbərlərin möhürü/sonuncusu/zirvəsi] olaraq xarakterizə eləmişkən, bunlarla kifayətlənməyərək Peyğəmbərimiz üçün (güya bir növü, sayğı ifadəsi olaraq) “sallallahu ələyhi” (“əleyhissalam” deyilməsində problem yoxdur, deyilməsi də lazımdır), “həzrət”, “əşrəf-i məxluqat” [yaradılmışların ən şərəflisi], “fəxr-i kainat” [kainatın öyüncü], “sırr-ı ləvlakə ləvlak” [kainatın özü hörmətinə yaradıldığı], “sahibü’l-hülləti vet-tac”, “rakibu’l-burak fi ləylətil-mirac” [mirac gecəsində Buraka minən, hüllə və tac geyən], “ilklərin və sonların əfəndisi” kimi bir sıra isim və rütbələr işlədilmişdir.

Ayədə Peyğəmbəri Allahın salamlamadığı bir şəkildə salamlamaq ikiüzlülük göstəricisi olaraq dəyərləndirilir. İfrat ölçüsündə bir azma olan bu davranışı sərgiləyənlərin, əslində Peyğəmbərimizin əxlaq və sünnəti [Qurana uyması və Quranı yaşaması] ilə bir əlaqələrinin olmadığı, sadəcə fayda təmin etmək məqsədi daşıdığı anlaşılır.

Bu xəbərdarlıqlardan sonra da Rəsulullaha olduğu şəraitlə əlaqədar bir sıra sirrlər verilir:

  • Qadağan olunmuş şeyləri etməyə cəhd edən; günah, düşmənçilik və Elçinin əleyhinə gəlmək xüsusunda pıçıldaşan biriləri vardır;
  • Onlar Elçinin yanına gəldikləri zaman onu Allahın salamlamadığı bir tərzdə salamlayırlar;
  • Etdikləri bu məsxərəliyə görə də öz-özlərinə: “Bu söylədiklərimiz üzündən Allah bizə əzab etməli deyilmi?” – deyirlər. (Cəhənnəm onlara yeter. Oraya söykənəcəklər. Nə pis dönüş yeridir!)

Sonra da möminlər müxatib alınaraq bir sıra nəzakət qaydaları bildirilir:

  • Gizli danışdığınız zaman günah və Elçinin əleyhinə çıxmaq xüsusunda danışmayın, birr və təqva xüsusunda danışın;
  • Günah, düşmənçilik və Elçiyə üsyan etmək xüsusundaki gizli danışmalar, şeytani işlərdən olub, iman edənləri narahat etmək üçündür. (əslində isə o [şeytan], Allahın izni olmadıqca, onlara [möminlərə] heç bir zərər verə bilməz. Və belə isə möminlər yalnız və yalnız Allaha təvəkkül etsinlər.)

Bölmədən anlaşıldığına görə pıçıldaşan, gizli-gizli qurğu quranlar Yəhudilər və münafiqlərdir.

Bu ayə qrupunun enmə səbəbi olaraq aşağıdakı məlumatlar verilmişdir.

İbn Abbas dedi ki: “Bu öz aralarında pıçıldaşaraq, gizlicə danışan və bu arada möminlərə baxan və bir-birlərinə göz vuran Yəhudilərlə münafiqlər haqqında enmişdir”.

Möminlər də belə deyirdilər: “Bunlara qardaşlarımız və yaxın əqrəbalarımız olan Mühacir və Ənsardan bəzilərinin öldürüldüklərinə, yaxud başlarına gələn bir musibət və ya məğlubiyyətlərinə dair bir xəbər çatmış olmalıdır”. Bu da onların xoşuna getmir, onları narahat edirdi. Bunun nəticəsində Peyğəmbər (s.ə.s) şikayətləri çoxaldı. Uca Allah da onların pıçıldaşmalarını qadağan etdi. Lakin bu işdən əl çəkməyincə ayə-ti kərimə nazil oldu. [3]

Mukatil dedi ki: “Peyğəmbər (s.ə.s) ilə Yəhudilər arasında bir andlaşma var idi. Möminlərdən bir kimsə onların yanına gedən kimi öz aralarında (o mömin adamla pis bir sıra zənnlərə qapılıncaya qədər) gizlicə danışırdılar. O da yoluna getməkdən vaz keçir, geri dönürdü. Rəsulullah (s.ə.s) onlara belə etməmələrini söylədisə də, onlar vaz keçməyincə bu ayə-ti kərimə nazil oldu”. [4]

  • 2Ey iman edənlər! Allahın əlamətlərinə, haram aya, hədyə/həcc edənlərə ye­mək yollamağa, hədiyyə etməyə, gərdənliklərinə [həcc edənlərin/yüksək ila­hiy­yat təhsili almaq üçün orada olanların yeməsi üçün göndərilən heyvanlara qoyu­lan işarə­lə­ri­nə] və Rəbbindən lütf və rıza gözləyərək Beytül-Harama/həcc vəzi­fəsini icra etmək istə­yən­lərə hörmətsizlik etməyin. Toxunulmazlığınız qalxdığın­da/həcc vəzifəniz bit­di­yin­­də isə ov edin. Sizi Məscid-i Haramdan döndərdiklərinə görə, bir qövmə qar­­şı olan kininiz sizi hücum etməyə da sövq etməsin. Və “yaxşı insan” olmaq və Alla­hın qoruması altına girmək naminə birləşin, günah və düş­mənçilik naminə birləşməyin. Və Allahın qoruması altına girin. Heç şübhəsiz, Allah əza­bı/qovuşdur­ma­sı çox çətin olandır. (Maidə/2)

11Ey iman edənlər! Sizə: “Məclislərdə yer açın/başqalarına da qatılmağa şərait yaradın” – deyilincə, dərhal yer açın ki, Allah da sizə yer açsın/sizə genişlik versin. Və sizə: “Özünüzü olduğunuzdan daha böyük göstərin” – deyilincə də, özünüzü olduğunuzdan daha böyük göstərin. Beləcə, Allah sizdən inanmış olan insanları və özlərinə bilik verilənləri dərəcələrlə yüksəltsin. Və Allah etdikləriniz barədə yaxşı-yaxşı xəbəri olandır.

Bu ayədə də nəzakət qaydalarına dair möminlərə bəzi əmrlər verilir:

  • Möminlərə: “Məclislərdə yer açın” – deyilincə, dərhal yer açmalıdırlar. (Bu əmrə itaət edənlərə Allah mükafat verəcəkdir);
  • Möminlərə: “Özünüzü böyük göstərin” – deyilincə özlərini olduqlarından daha üstün göstərməlidirlər. (Bu münasibət, ümumiyyətlə döyüş dövrlərində Müsəlmanların düşmənlərin gözünü qorxutmaq üçün müraciət edəcəkləri bir taktikadır. Bunu tətbiq edənlərə Allah dərəcələrlə mükafat, nemət verir. Və Allah, edilən hər şeyi ən yaxşı şəkildə bilir.)

Bu ayə qrupunun enmə səbəbiylə əlaqədar qaynaqlarda aşağıdakı məlumatlar yer alır:

Ayənin nüzul səbəbi ilə əlaqədar bir neçə yol zikr edilmişdir:

  1. a) Mukatil ibn Hayyan belə demişdir: “Hz. Peyğəmbər Cümə günü Suffada olurdu. Ora da xeyli dar idi. Rəsulullah (s.ə.s) Mühacir və Ənsardan Bədir döyüşünə qatılmış olanlara daha bir öncəlik verirdi. Buna görə də Bədir əhlindən bir camaat gəldi və məclisin ən ön səfinə keçdilər. Sonra Hz. Peyğəmbərin (s.ə.s) tam qarşısına keçib, onun özlərinə yer açdırmasını gözlədilər. Hz. Peyğəmbər onları belə tam qarşısına dikilməyə sövq edən şeyi anladı ki, bu ona ağır gəldi. Ətrafında olan və Bədirə qatılmamış olanlara: “Ey filankəs, qalx; ey filankəs qalx…” – dedi və önündə ayaq üstə dikilib duranların sayı qədər adam qaldırdı. Bu, məclisdən qaldırılanların xətrinə dəydi; bunun onların xoşuna getmədiyi üzlərindən oxunurdu. Münafiqlər də bunu dillərinə doladılar və: “Allaha and olsun ki, Peyğəmbər bunlara adil davranmadı. Çünki bir qrup öncədən gəlib, yerlərini aldılar və Peyğəmbərə yaxın olmaq istədilər. O da onları oradan qaldırıb, onların yerinə uzaqda qalmış olanları oturtdu” – dedilər. Bundan sonra, Cümə günü bu ayə nazil oldu.
  2. b) İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, o belə demişdir: “Bu ayə-ti kərimə Sabit b. Kays b. əş-Şəmmas haqqında nazil oldu. Belə ki, O, daha öncə hər kəs məclisdəki yerlərini almış ikən, məscidə girdi. Qulaqlarındakı ağırlıqdan ötürü Hz. Peyğəmbərə (s.ə.s) yaxın oturmaq istəyirdi. Buna görə də, yaxşıca yaxınlaşana qədər, ona yer açdılar. Sonra biri onu sıxışdırınca, onunla o adam arasında, bir söz alış-verişi oldu. O da sözünü eşidə bilmək üçün, Hz. Peyğəmbərə (s.ə.s) yaxın olmaq istədiyini və lakin filankəsin özünə yer açmadığını Peyğəmbərə söylədi. Bundan sonra bu ayə nazil oldu. Hz. Peyğəmbər (s.ə.s) də camaata, olduqları yerdə (bir az sıxlaşaraq) yer açmalarını, heç kimsənin, heç kimsə üçün yerindən qalxmamasını əmr etdi”. [5]

12Ey iman edənlər! Elçi ilə pıçıldaşacağınız [baş-başa danışacağınız, özəl xid­mət alacağınız] zaman bu pıçıldaşmanızdan öncə dərhal bir sədəqə verin. Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Belə olmasına baxmayaraq, əgər bir şey tapa bil­məz­sinizsə, artıq şübhəsiz ki, Allah çox bağışlayan və çox mərhəmət edəndir.

13Baş-başa danışmağınızdan öncə sədəqələr verməkdən qorxdunuzmu? Bax budur, et­mə­diniz. Və Allah sizin şüurlu şəkildə xətadan dönüşünüzü qəbul etdi. Artıq sala­a­tı iqa­mə edin, zəkatı/verginizi verin, Allaha və Elçisinə itaət edin. Və Allah etdiklərinizdən ən çox xəbəri olandır.

Bu ayələrdə, ictimai vəzifəlilərlə əlaqələr barəsində müəyyən prinsiplər məsləhət görülür. Ayənin ehtiva etdiyi sözlər nəzərə alındığında, bu iki ayənin ard-arda enməyib, aralarında müəyyən bir zaman keçdiyi anlaşılır. Ayələrin enmə dövrü nəzərə alındığında bu reallıqlarla qarşılaşılır:

12-ci ayə:

  • Ayə Müsəlmanların təşkilatlanması [İslam dövləti qurmaları] müddətinin ilk dövrlərində enmişdir;
  • Peyğəmbər, eyni zamanda ictimai vəzifəlidir [idarəçidir];
  • İctimaiyyətdən xüsusi bir tələbi olanlar sədəqə verməlidirlər (indiki dövlət dairələrindəki xidmət qarşısında alınan xərc kimi). Beləliklə, şəxsi məsələlərinin həll edilməsi ilə birlikdə ehtiyac sahiblərinə verilmək və umumi məsləhətlər üçün işlədilə bilən gəlir təmin ediləcəkdir;
  • Sədəqə, sədəqə ayələrində görünəcəyi kimi, ictimai xidmətlər üçün xərclənən eyni və nağd dəyərlərdir. Burada bəhs edilən Rəsulullahın şəxsinə veriləcək bir yardım deyildir. Çünki bütün Peyğəmbərlər kimi Peyğəmbərimizin də ödəniş, sədəqə alması qadağan olunmuşdur;
  • Ayənin son bölməsindəki: “Bu, sizin üçün daha xeyirli və daha təmizdir. Əgər tapa bilməsəniz, artıq şübhəsiz Allah, ğafurdur, rəhimdir” –ifadəsindən, sədəqə verməyin bir məcburiyyət olmayıb, hələ həzm etmə müddətindəki Müsəlmanların alışdırılmasına, təlimlənməsinə yönəlik bir tövsiyə olduğu anlaşılır.

13-cü ayə:

  • Bu müddətdə Müsəlmanlar (hamısı olmasa da, çoxu; əqli istisna), bu tətbiqata kifayət qədər həssaslıq göstərməmiş, ictimai büdcəyə qatqıda olmaq xoşlarına getməmişdir; (Onların bir çoxunun oturaq həyatın qaydalarına uymayan bədəvi ərəblərdən ibarət olduqları yaddan çıxarılmamalıdır.)
  • Dövlətin saxlanması və yaşaması üçün ictimaiyyətə maliyyə dəstəyi şərtdir;
  • Budur, bu ayədə bu həqiqi möminlərin başlarına daş kimi enir:Baş-başa danışmağınızdan öncə sədəqələr verməkdən qorxdunuzmu? Bax budur, et­mə­diniz. Və Allah sizin şüurlu şəkildə xətadan dönüşünüzü qəbul etdi. Artıq sala­a­tı iqa­mə edin, zəkatı/verginizi verin, Allaha və Elçisinə itaət edin. Və Allah etdiklərinizdən ən çox xəbəri olandır.

İfadəni bir az açarıqsa, Allah daha əvvəlki həssas olmamağınızı bağışlamışdır. Amma bundan sonrası üçün salaatı [sosial dəstəyi] iqamə edin [dikin, fəaliyyətini təmin edin] və zəkatı [məcburi vergini verin], Allaha və Rəsuluna (ki, o, eyni zamanda idarəçidir) itaət edin [bir daha itaətsizlik etməyin].

Görünür ki, 12-ci ayədəki sədəqə əmri, 13-cü ayə ilə genişləndirilmişdir. 12-ci ayədə ümumi olan “sədəqə” ifadəsi, 13-cü ayədə “salaat və zəkat” ifadələriylə təsis edilmişdir. Üstəlik möminlərin bundan qaçmamaları, mütləq şəkildə itaət etmələri istənilmişdir.

İki ayə arasındakı dövrdə möminlər təşkilatlanmanın şərtlərindən birinin də “maliyyə təşkilatı” olduğunu öyrənmiş olmalıdırlar.

14Allahın özlərinə qəzəb etdiyi bir camaatı köməkçi, qoruyucu/yönləndirici edənləri görmədinmi/heç düşünmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Və onlar bilə-bilə, yalandan and içirlər.

15Allah onlara çox çətin bir əzab hazırlamışdır. Şübhəsiz ki, onlar etdikləri çox pis olanlardır!

16Andlarını qalxan etdilər və Allahın yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı bir əzab vardır.

17Onların malları və övladlarının özlərinə və Allahın əleyhinə heç bir şəkildə, qətiyyən faydası olmaz. Onlar atəşin əhlidirlər. Onlar orada həmişəlik qalanlardır.

18Artıq Allah onların hamısını təkrar diriltdiyi gün sizə and içdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şey üzərində olduqlarını sanacaqlar. Gözünüzü açın! Şübhəsiz ki, onlar yalançıların məhz özləridir.

19Şeytan onları istila etmiş və onlara Allahı anmağı tərk etdirmişdi. Onlar şeytanın qrupudur. Gözünüzü açın! Şeytanın qrupu qətiliklə itirənlərin məhz özüdür.

20Allaha və Elçisinə qarşı həddlərini aşmağa çalışanlar – onlar, ən alçaq insanlar arasındadırlar.

21Allah: “Əlbəttə, Mən və elçilərim qalib gələcəyik” – deyə yazmışdır. Şübhəsiz ki, Allah hər şeyə gücü yetəndir, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır.

Sərbəst bir nəcm olan bu ayələrdə münafiqlərin Yəhudiləri vəli qəbul etmələrinə, onlarla işbirliyi etmələrinə və bu yolla möminlərə zərər vermələrinə toxunulur:

  • Ətrafınızda, Allahın özlərinə qəzəb etdiyi bir cəmiyyəti vəliləşdirənlər [yardımçı, qoruyucu; idarəedici edənlər] vardır. Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar, bilərək yalan yerə and içirlər;
  • Allah onlara çox çətin bir əzab hazırlamışdır. Şübhəsiz, onlar etmiş olduqları çox pis olanlardır!
  • Onlar, andlarını qalxan edənlərdir və Allahın yolundan döndərdilər. Artıq onlar üçün alçaldıcı bir əzab vardır;
  • Onların malları və övladları onlara Allaha qarşı əsla fayda verməz. Onlar atəsin əshabıdır və orada daima qalacaqlar;
  • Allah onları təkrar diriltdiyi gün, sizə and içdirdikləri kimi, Ona da and içəcəklər və özlərinin bir şey üzərində olduqlarını sanacaqlar. Gözünüzü açın! Şübhəsiz onlar, yalançıların məhz özləridir;
  • Şeytan onları istila etmiş və onlara Allahı anmağı tərk etdirmişdir. Onlar şeytanın hizbidir [qrupudur]. Şeytanın hizbi isə qətiliklə itirənlərdir;
  • Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlar ən alçaq adamlar arasındadırlar;
  • Allah: “Əlbəttə Mən və elçilərim qalib gələcəyik” – yazmışdır. Şübhəsiz, Allah qavidir, Əzizdir.

Göründüyü kimi ayələr tamamilə açıqdır. Anlaşıldığı kimi, münafiqlərin möminlər və Yəhudilərlə olan əlaqələri səmimi deyil, mənfəətə əsaslanır. And içmək və yalanla vəziyyəti idarə etməyə və möminlərə iftira ataraq, iman edəcək kimsələri, şübhəyə düşürüb, imana gəlmələrinə mane olmağa çalışırdılar.

Bu ayə qrupunun enmə səbəbinə dair qaynaqlarda aşağıdakı məlumatlar nəql edilmişdir:

Əs-Süddi və Mukatil belə demişdir: Ayə-ti kərimə münafiq olan Abdullah b. Ubey ilə Abdullah b. Nebtel haqqında enmişdir. Bunlardan birisi Peyğəmbər (s.ə.s) ilə oturur, sonra da onun sözlərini Yəhudilərə daşıyırdı. Peyğəmbər (s.ə.s) otaqlarından birində olduğu bir sırada belə buyurdu: Bu anda sizin yanınıza qəlbi bir despotun qəlbi kimi olan və şeytanın iki gözüylə baxan bir adam girəcəkdir.

Bu sırada Abdullah b. Nebtel girdi. (Abdullah bənövşəyiyə çalan, tünd, qısa boylu və zəif saqqallı birisi idi.) Peyğəmbər (s.ə.s) belə buyurdu: Sən və yoldaşların niyə mənə ağır sözlər söyləyirsiniz?

Abdullah belə bir şey etmədiyinə dair Allaha and içdi. Peyğəmbər (s.ə.s) ona: “Etdin” – dedi. Bundan sonra Abdullah gedib yoldaşlarını gətirdi. Onlar da Peyğəmbər əfəndimizə dil uzatmadıqlarını söylədilər. Bundan sonra bu ayə-ti kərimə endi. [6]

21-ci ayədə də Allah: “Əlbəttə Mən və elçilərim qalib gələcəyik” – yazmışdır. Şübhəsiz Allah Qavidir, Əzizdir buyurulmuşdur. Allahın dediyinin olacağı, dininin və Elçisinin önündə kimsənin duramayacağı bir çox ayədə vurğulanmışdır:

  • 21Və onu satın alan Misirli adam zövcəsinə: “Bunun yerini şərəfli tut. Bizə faydalı ola bilər, ya da onu övlad edərik” – dedi. Və Biz Yusufu beləliklə, yer üzündə yerləşdirdik … və özünə hadisələrin/sözlərin ilk mənalarının nə olduğuna dair bilikləri öyrətmək üçün… və Allah, əmrində qalibdir. Lakin insanların çoxu bilməzlər. (Yusuf/21)
  • 171–173Və and olsun ki, göndərilən qullarımız/elçilərimiz haqqında bizim sözümüz keçmişdir: “Şübhəsiz, onlar, tam yəqinliklə bilin ki, qalib olanların məhz özüdürlər. Şübhəsiz, bizim ordularımız, tam yəqinliklə bilin ki, qalib gələnlərin məhz özüdürlər”. (Saffat/171-173)
  • 51Şübhəsiz, Biz elçilərimizə və iman edənlərə bu bəsit dünya həyatında və şahidlərin qalxdığı/şahidlik edəcəkləri gündə qətiliklə kömək edərik.
  • 52O gün şərik qoşaraq səhv, öz zərərlərinə iş edənlərə üzr istəməkləri yararlı ola bilməz. Və onlara kənarlaşdırılaraq məhrum buraxılma vardır, yurdun ən pisi də onlar üçündür. (Mömin/51, 52)

22Allaha və axirət gününə inanan bir camaatı Allaha və Elçisinə üsyan etməyə çalışanlarla qarşılıqlı sevgi bağı qurmuş halda görə bilməzsən. Bunlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istərsə də əqrəbaları olsun. Onlar Allahın qəlblərinə imanı yazdığı və özlərini Özündən olan vəhy ilə dəstəklədiyi insanlardır. Və Allah onları həmişəlik olaraq, altlarından çaylar axan cən­nət­lərə qoyacaqdır. Allah onlardan məmnun olmuşdur, onlar da Ondan məmnun ol­muşlar. Bax budur, bunlar Allahın tərəfdarlarıdır. Gözünüzü açın! Allahın tərəf­dar­ları uğur qazananların məhz özləridir.

Vəlayə mövzusunun ələ alındığı bu ayədə möminlərin kimlərlə sevgi bağı qurmasının mümkün olduğu və kimlərlə sevgi bağı qurmasının mümkün olmadığı bəyan edilir. Möminlərin müşrik, kafir, Yəhudi və Nəsranilərdən vəliləşdirməməli olduqlarını bildirən bir çox ayə (Maidə/57, 51; Al-i İmran/28; Tövbə/23; Mümtəhinə/1, 2, 8, 9; Nisa/144, 89) keçmişdi.

QEYD: Bu ayələrdə yer alan vəli, övliya sözləri, ümumiyyətlə “dost”, “dostlar” şəklində tərcümə edilərək ayələrin məsləhəti əxlaqi bir davranışa endirilir. Halbuki buradakı vəlayə – idari, siyasi və hüquqi vəlayədir [qorunma, nəzarət edilmə və idarə edilmədir].

22-ci ayənin enmə səbəbi haqqında belə nəql edilmişdir:

İstərsə bunlar ataları… olsalar belə” buyuruğu haqqında əs-Süddi dedi ki: Bu Abdullah b. Ubeyin oğlu Abdullah haqqında enmişdir. Bir gün yanında otururkən su içən Peyğəmbər: “Allah eşqinə, ey Allahın Rəsulu, bu içdiyin sudan bir miqdar artır, onu gedib atama içirim. Bəlkə onunla Allah qəlbini təmizləyər” – dedi. Bundan sonra Peyğəmbər ona bir az artdırdı. Abdullah da bu artanı atasına götürdü. Atası özünə: “Bu da nə?” – deyə soruşunca, oğlu: “Peyğəmbərin (s.ə.s) içdiyi sudan bir artıqdır. Sən içəsən deyə bunu sənin yanına gətirdim, bəlkə bununla Allah sənin qəlbini arındırar” – dedi. Atası ona: “Bunun yerinə niyə mənə ananın sidiyini gətirmədin? O bundan daha təmizdir” – dedi. Oğlu bu sözə əsəbləşdi və Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Ey Allahın Rəsulu!” – dedi, “Atamı öldürməyə mənə izin verməzsənmi?” Peyğəmbər (s.ə.s): “Xeyr, ona yumşaq davran və ona yaxşılıq et” – dedi. [7]

Allah, doğrusunu ən yaxşı biləndir.

 

İstifadə edilmiş ədəbiyyat:

 

[1] Quranın Təbyini, VII cild, Bəqərə surəsi;

[2] Razi, Məfatihu’l-Ğayb.

[3] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[4] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[5] Razi, Məfatihu’l-Ğayb; Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[6] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.

[7] Kurtubi, el-Camiu li Ahkamil-Kuran.