MÜDDƏSSİR və FATİHƏ SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 14

1,2Ey vəzifəyə hazır adam[1]! Qalx! Dərhal, Fatihə/1–7“Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan Allah adından: “Bütün təriflər, aləmlərin[2] Rəbbi[3], yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, hər kəsin yaxşı, ya da pis etdiyi bütün fel və hərəkətlərinin qarşılığını görəcəyi Axirət gününün sahibi, idarəçisi Allahadır; Allahdan başqa kimsə tərifə layiq deyildir. Yalnız Sənə qulluq edirik[4] və yalnız Səndən kömək diləyirik. Bizə, qəzəbinə duçar olmuşların və çaşqınlığa uğramışların yolunu yox, özlərinə nemət verdiklərinin yolu olan ən doğru yolu göstər, bildir!” – deyə xəbərdar et[5]! 3Və dərhal Rəbbinin ucalardan uca olduğunu elan et!

4–7Şəxsiyyətini ləkələmə; təmiz tut, xətalardan dərhal uzaqlaş, pisliyi dərhal uzaqlaşdır, etdiyin yaxşılığı çox hesab edərək başa qaxma! Və yalnız Rəbbin üçün səbr et![6]

8–10Çünki, o boruya üflənən gün[7], bax, həmin o gün çox çətin, çox ağır bir gündür. Yalnız o, kafirlər üçün heç də asan olmayacaq.

(4/74, Müddəssir/1–2+Fatihə/1–7+Müddəssir/3–10)

Nəcm: 15

11–14Tək olaraq yaratdığım, saysız-hesabsız mal-dövlət bəxş etdiyim, şahidlər olaraq oğullar verdiyim, bütün imkanlarla təmin etdiyim insanı Mənimlə təkbətək burax!

15Bütün bunlardan sonra hərisliklə Mənim daha da artırmağımı istəyir. 16Tam əmin olun ki, onun düşündüyü kimi deyil! Şübhəsiz, o, Bizim ayələrimizə/əlamətlərimizə/nümunələrimizə qarşı bir qənim kəsildi. 17Mən onu dik bir yoxuşa düçar edəcəyəm.

18–25Şübhəsiz, o, düşündü və qərar verdi. Artıq o məhv oldu. Necə bir bir qərar verdi! Yenə o məhv oldu. Necə bir qərar verdi! Sonra baxdı və üzünü turşudub qaşlarını çatdı. Sonra, üzünü döndərdi və təkəbbürlə dedi: “Bu söz-söhbət halında gələn bir cadudan başqa bir şey deyil. Bu bəşər sözündən başqa bir şey deyil” – dedi.

26–30Mən, “Quran bəşər sözüdür” deyəni yaxında Səqərə atacağam. Bilirsənmi nədir Səqər? O, ortada tutmaz, yox da etməz. O, insan/insan dərisi üçün fövqəladə mənzərələr edəndir/susayandır/uzaqdan görünəndir/bir nişanədir. Səqərin üzərindədir “on doqquz”.

31Biz cəhənnəm güclərini də həmişə mələklər etdik. Saylarını da, özlərinə Kitab verilənlər yaxşı-yaxşı və açıq-aşkar bilsinlər, iman edənlərin imanı artsın, özlərinə Kitab verilmiş olanlar və iman sahibləri şübhəyə düşməsin deyə və həmçinin qəlblərində mərəz olanlar/zehniyyəti pozğun kəslər və kafirlər: “Allah bununla nəyi qəsd etdi?” – desinlər deyə, kafirlər üçün sınaqdan başqa bir şey etmədik. Bax belə, Allah dilədiyini/diləyəni azdırır, dilədiyini/diləyəni də bələdçiləndirir. Rəbbinin ordularını da, ancaq Özü bilir. Bu, bəşər üçün öyüdverici və düşündürücüdən başqa bir şey deyildir[8].

32–37Qətiyyən sizin düşündüyünüz kimi deyil! Elçinin vəziyyətini, getməkdə olan cəhaləti, başlayan sosial maariflənməni sübut göstərirəm ki[9], o [Səqər], bəşər üçün – sizdən, önə keçmək/irəliləmək və ya arxaya qalmaq/geridə qalmaq istəyən kəslər üçün, bir xəbərdaredici olaraq, həqiqətən ən böyük şeylərdən biridir.

(4/74, Müddəssir/11–37)

Nəcm: 16

38,39Hər mənliyini/özünü tapmış insan, sağ tərəf gücləri xaric, qazancının müqabilində bir girovdur.

40,41Sağ tərəf gücləri, bağçalardadırlar. Günahkarlardan soruşurlar: 42“Sizi Səqərə sürükləyən nədir?” 43Günahkarlar: “Biz salaatçılardan deyildik, 44Yoxsulu da qidalandırmırdıq/işsiz-gücsüzə də öz çörəyini qazanacaq fürsət və imkan vermirdik. 45Və biz boş yerə zəhmət çəkənlərlə bərabər boş yerə zəhmət çəkirdik. 46,47Və həmçinin biz müzakirə olunmaz və qarşı çıxılmaz olan ölüm/qiyamət bizə gələnə qədər Din Gününü yalan sayırdıq” – dedilər. 48Artıq onlara köməkçilərin, ara düzəldənlərin köməyi fayda verməz.

49Yaxşı, onlara nə olur ki, öyüd verib düşündürən şeydən üz çevirirlər? 50,51Onlar, sanki aslandan sağa-sola qaçışan, ürkmüş çöl eşşəkləri kimidirlər. 52İşin əslində, içlərindən hər insan, özünə açılıb-saçılmış səhifələr verilməsini istəyir. 53Qətiyyən onların düşündüyü kimi deyil! Əslində onlar, Axirətdən qorxmurlar. 54Qətiyyən onların düşündüyü kimi deyil! O, bir öyüd verəndir/düşündürəndir. 55,56Elə isə diləyən onu düşünər, öyüd alar və onlar Allahın dilədiyindən başqa, ibrət ala bilməzlər. O, qorumağa, qadağan etməyə və bağışlamağa qadirdir.

(4/74, Müddəssir/38–56)

 

[1]10-cu nəcmdə “müzzəmmil” sözü ilə xitab edilmişkən, burada “ya eyyühəl-müddəssir” [ey bayır geyiminə bürünən] ifadəsi istifadə edilmişdir. Bir çox əsərdə “müzzəmmil” və “müddəssir” sözlərinə eyni məna verilmişdir. Əslində isə, iki kəlmə arasında incə bir məna fərqi vardır. Bu fərq nəzərə alınmazsa, ayənin ismarıcı olduğu kimi anlaşıla bilməz. “Müzzəmmil” sözü, “libas, örtük, çul/çuval kimi vəsaitlərlə ümumi bir örtünmə”ni ifadə edər. “Müddəssir” isə “sadəcə, bazar/dükanda, yəni cəmiyyət içində geyilə bilən bir bayır-bacaq geyimi ilə örtünmə”ni ifadə edər. “Müddəssir” sözünün əsli “mütədəssir”dir. Desar, “cübbə, palto, plaş, kaftan kimi köynəyin üstündən geyilən və ya örtülən geyim” deməkdir.

Bu ayədə, Qurandakı ədəbi sənətlərdən biri olan kinayə sənəti istifadə edilmişdir. Bayır geyimi­nin geyilməsi, kinayə olaraq, bazar/dükana, işə/gücə getmək üçün bayıra çıxmaq hazırlığının nizamlanmış olması mənasına gəlir. Bu kinayə ilə artıq Muhəmmədə peyğəmbərlik uniforma­sının geyindirildiyi və cəmiyyəti xəbərdar etmək üçün, vəzifəyə hazır olduğu ismarıcı verilir.

Ayənin açıq ismarıcı, “Ey peyğəmbərlik libasını geyinən! Ey peyğəmbərlik üniformasını geyinmiş, təchizatını qurşanmış olan Muhəmməd!” şəklində olur.

[2]Aləmlər, “Allahın yaratdığı, Allahın imzasını daşıyan və Allahı tanıma nümunəsi olan hər şey”dir.

[3]Rəbb, “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq, bir sıra hədəflərə götürən, inkişafı proqramlayaraq, idarə edən” deməkdir. Bu söz, mütləq mənada, sadəcə Allah üçün istifadə edilir. İnsanlar üçün, “evin rəbbi”, “iş yerinin rəbbi” şəklində istifadə edilir. Bu ifadəyə ən yaxın mənalı söz, Fransızcadan Türk dilinə keçmiş olan “patron” sözüdür. Bu söz, hər nə qədər yaxın məna ifadə etsə də, sadəcə ticarətə məxsus bir ifadə olduğuna görə, rəbb kəlməsinin birmənalı mənası sayılmaz. Buna görə də, “rəbb” kəlməsini bir-iki sözlə ifadə etmək mümkün olmadığından, tərcüməmimizdə sözü ərəbcə saxlamaq məcburiyyətində qaldıq. Ona görə də oxucularımız, yuxarıdakı anlayışı yaddaşlarında yaxşı saxlamalıdırlar.

[4]İbadət sözü dilimizə fonetik olaraq, ərəbcə orijinalı ilə girməsinə rəğmən, kök mənası olan “qulluq, köləlik etmək” mövzusundakı insanın tərz və halı ilə əlaqədar əsl mənasını, xeyli dərəcədə itirmiş və sadəcə bir sıra ritual, ayin və davranışlar üçün istifadə edilən bir anlayış halına dönmüşdür. Kökü a–be–de olan felin məsdəri, “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edir. Dini termin olaraq ibadət isə, “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz, şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Hər şeyin yaradıcısı olan Allah, qulları üçün müəyyən etdiyi davranış və yaşayış tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq, bütün bu bildirişləri Quranda toplamışdır. Bu doğrular işığında ibadət, Allah tərəfindən bir təlimatnamə [Quran] ilə qullara bildirilən vəzifələrin, qullar tərəfindən qeydsiz, şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir. Elə isə ibadət, xalq arasında yayğınlaşdığı kimi, sadəcə üç-beş əməli etməkdən ibarət deyildir. İbadət, “Allahın  qulluq təlimatnaməsində vermiş olduğu vəzifələrin bütününü etmək, hamısını həyata keçirmək”dir.

[5]İnzar, “qorxudaraq, bilikləndirərək və şüurlandıraraq çəkindirmək” – deməkdir. Biz, bu sözün əmr formasını “xəbərdar et!” deyə təqdim edirik. Dəyərli oxucularımız “xəbərdar et!” ifadəsinin, “qorxudaraq, bilikləndirərək və şüurlandıraraq çəkindir!” mənasında olduğunu unut­mamalıdırlar.

[6]Buraya qədər gördüyümüz ayələrdə Rəbbimizin Muhəmməd b. Abdullahı müxatib aldığı, onu peyğəmbər etdiyi və ona Rəbbi adından öyrənib, öyrətməsini əmr etdiyi, ona təhsil verdiyi və xidmətə hazırladığı, ona üniformasını geyindirib, təchizatını qurşandırdığı, burada da – Qalx, dərhal: “Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, yaxşı pis bütün əməllərin qarşılığının veriləcəyi günün hökmdarı olan Allahadır. Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik. Bizi, üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa saplanmışların yoluna yox, özlərinə nemət verdiklərinin yolu olan dosdoğru yola yönəlt!” – deyə xəbərdar et və Rəbbinin ən böyük olduğunu elan et! – deyərək, vəzifəyə çağırdığı görünür. Rəbbimizin keçən nəcmlərdə sadəcə Peyğəmbərimizi müxatib aldığı və Peyğəmbərimizin də özünə verilən təlimatları hələ təbliğ məqsədi ilə kimsəyə söyləmədiyi özəlliklə xatırlanmalıdır. Tarixi qeydlərə görə, “Qalx, dərhal, “Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli, yaxşı və pis bütün əməllərin qarşılığının veriləcəyi günün hökmdarı olan Allahadır. Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik. Bizi, üzərlərinə qəzəb tökülmüşlərin və çaşqınlığa saplanmışların yoluna yox, özlərinə nemət verdiklərinin yolu olan, ən doğru yola yönəlt!” – deyə xəbərdar et və Rəbbinin ən böyük olduğunu elan et!” – əmrini alan Peyğəmbərimiz, Səfa təpəsinə çıxmış, insanları ətrafına toplamış və cəmiyyətə: “Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli Allah adından (öyrədirəm, xəbərdarlıq edirəm)…”– deyə açılış etmişdir.

Göründüyü kimi “Fatihə surəsi” olaraq bilinən 7 ayə, əslində Müddəssir surəsinin 2–ci ayəsinə bütünləyici olub, sərbəst bir surə deyildir. Bu ayələrin sərbəst bir surə edilməsi və Rəsmi Düzülüşün başına yerləşdirilməsi, adının da “Fatihə” [açış, giriş, ön söz] edilməsi, Quranın Peyğəmbər tərəfindən toplandığı və ya bu ayələrin vəhy olmayıb, Peyğəmbər tərəfindən nizamlanan bir bildiriş olduğu və bu bildirişin də Qurana ön söz olaraq qoyulduğu kimi bir qənaət doğurur.

[7] “Borunun üflənməsi” ifadəsi, keçmiş dövrlərdə istifadə edilən, toplanmaq və ya təhlükəni xəbər vermək üçün istifadə edilən bir üsuldur. Bu boru, başlıca olaraq, iribuynuzlu heyvan buynuzundan düzəldilirdi. Borunun üflənməsi, bir içtimai borunun və ya sirenasının çalınacağını düşündürür, ya da bir hakimin oyunu başladan və bitirən tütəyinin üflənməsini və ya bir məktəbdə dərsin başladığını və bitdiyini bildirən zəngin çalınmasını xatırladır. Biz bunu “həyəcan siqnalı verilməsi” olaraq, anlaya bilərik. Bu ifadə, bu ayəndən başqa yerlərdə “Surun üflənməsi” olaraq, yer alacaqdır.

[8]Bu ayələr mütəşabih qəbul edilmiş və təbii olaraq təfsir və tərcümələrdə fərqli izahlar edilmişdir. Eyni səbəbə görə də, gələcəkdə fərqli izahların ediləcəyi qaçılmazdır. Ayədə keçən bəşər, Səqər, levvahatün sözləri, deyilişləri eyni, məna və kökləri isə ayrı olan sözlərdir. Bəşər, Səqər və levvaha sözləri ilə surədə bir neçə dəfə cinas sənəti edilmişdir. Səqərin kök olaraq, mənası, “istiliyin beyinə ağrı verməsi”dir. Səqər, daşıdığı bu mənalara görə cəhənnəmin xüsusi adlarından biri olmuşdur. Amma paraqrafda Rəbbimiz: “Bilirsənmi, nədir Səqər?” – buyuraraq, cəmiyyətin bildiyi mənanı qəsd etmədiyini, bununla başqa bir şey anlatdığını göstərmişdir ki, buna bənzər nümunələr çoxdur. Demək olar ki, Səqər sözünə Rəbbimiz burada (15-ci nəcmdə) yeni bir məna yükləmişdir: “Səqər, üzərinə “on doqquz” qoyulmuş, bəşər üçün fövqəladə lövhələr edən, uzunmüddətli saxlamayan, həmçinin yox da etməyən bir şeydir” və Quranın bəşər sözü olduğunu irəli sürən tərbiyəsizlər, “Səqər”la üzləşəcəklər və Səqər sayəsində, Quranın bəşər sözü olmadığını qəbul edəcəklər. Bəşər sözü, “xalq, insan” demək olduğu kimi, insanın üzərində tük bitən sifəti, baş və vücudunun üst dərisi” mənasına da gəlir. Deyilişləri eyni, məna və kökləri ayrı bir söz olan levvahatun-un sözünün kökü olan levh, “taxta” mənası ilə yanaşı, “şimşək çaxması, parlamaq, uzaqdan görünmək, yandırıb qovurmaq, dərini qaraltmaq, susamaq” mənalarına da gəlir. Oxucularımız, sözlərin bu mənalarından hərəkətlə müxtəlif mənalar çıxarıb, anlama səviyyələrinə görə, birini qəbul edə bilərlər.

Bölmədəki Rəsmi Düzülüşə görə 31-ci ayənin – daxili və quruluşu baxımından, bu bölməyə aid olmadığı açıqdır. Fikrimizcə, Düzülüşü tərtib edən heyətin həssassızlığından, burada tərtib edilmişdir. Rəsmi Düzülüşdəki Ali İmran/7 və Bəqərə/26–27-ci ayələr ilə eyni mövzunu ehtiva edən bu ayənin, doğru yerini qəti olaraq, hələ təsbit edə bilmədik. Ona görə də, burada bu ayəni sərbəst bir bölmə, 15-ci nəcm olaraq, təqdim etmişdik. Ayənin əvvəlki və sonrakı ayələrlə əlaqəsi yoxdur.

[9]Bu paraqrafda, Quranın bəşər sözü olmadığına bir başqa sübut yenə verilib səqərin dəyərinə toxunulur. Ayələrdəki sözlərin “həqiqi” mənası, “Xeyr, xeyr! Andolsun Aya, arxasını döndüyündə gecəyə; ağarıb işıqlandığında sabaha, and olsun ki o [səqər], bəşər üçün; sizdən, önə keçmək/irəliləmək və ya arxada qalmaq/geridə qalmaq istəyənlər üçün bir xəbərdarlıqçı olaraq həqiqətən ən böyük şeylərdən biridir” şəklindədir. Qarşıdakı surələrdə görüləcəyi kimi, qəmər [ay] sözü, məcazi mənada “Elçini”, gecə sözü “cəhaləti”; səhər sözü də “sosial aydınlanma”nı ifadə etməkdədir. Ona görə də, burada birbaşa məcazi mənasını Tərcümədə göstərdik. Paraqrafda açıqca, Elçi Muhəmmədin gücü (imkanı/qabiliyyəti), Quranın cəmiyyətə etdiyi təsir; cəhaləti ortadan qaldırması, kütləvi aydınlığı gətirməsi nəzərə alındığında, Quranın bəşər sözü olmadığı qətiliklə anlaşılır. Səqər də bunu bir başqa baxımdan isbatlamaqdadır.